Məhkəmə qərarları › İş №1(101)-464/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-464/2021

12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-464/2021 12.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi- X1, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Radim Ramiz oğlu Vəliyevin Müdafiəçi - Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1998-ci ildə Şamaxı rayonu Göylər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu Göylər kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində xx.xx.2020ci il tarixli qərarla “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2018-ci ilin yanvar ayında həqiqi hərbi xidmətini başa vurub yaşadıqları kəndə qayıtdıqdan sonra hərbi xidmət olduğu 2016-2017-ci illər ərzində rəsmi olaraq ərindən boşanmaqla iki azyaşlı övladı ilə birlikdə valideynlərinə məxsus evdə yaşayan bacısı Şahid6 həmkəndlisi Zərərçəkmiş şəxs ilə münasibətdə olmasını, sonuncunun bacısı ilə birlikdə olduqları anın fotoşəklini mobil telefon vasitəsilə çəkməklə sosial şəbəkələrdə paylaşmasını öyrənmiş və qeyd olunan hərəkətlərin ətrafındakı şəxslər arasında onu başı aşağı etməsi, nüfuzdan salması qənaətinə gəlib sonuncudan qisas alıb ağır xəsarət yetirmək qərarına gələrək bu niyyətini həyata keçirmək məqsədi ilə xx xxx 2020-ci il tarixdə saat 22 radələrində mobil telefon vasitəsilə Zərərçəkmiş şəxs yaşadıqları Şamaxı rayonunun Göylər kəndində yerləşən fərdi yaşayış evinin həyətinə çağırdıqdan sonra bacısı Şahid6 qarşı etdiyi əxlaqsız hərəkətlərə görə iradını bildirməsi ilə əlaqədar aralarında yaranmış münaqişə zamanı həyətdə stolun üstündən götürdüyü soyuq silah hesab olunmayan, zavod üsulu ilə istehsal edilmiş, ümumi uzunluğu 260 millimetr olmaqla tiyə və dəstək hissədən ibarət, qatlanmayan konstruksiyalı, bir tərəfi kəsici-deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs sağrı nahiyəsindən bir dəfə vuraraq ona sağ sağrı nahiyəsinin 01 ədəd boşluğa keçib düz bağırsağın yaralanması ilə müşahidə olunan yara ilə nəticələnən, yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bacısı Şahid6 2018-ci il tarixdə Mərahim Hacıyevlə rəsmi ailə həyatı qurmuşlar, onların nikahından 2 övladları olmuşdur. Fatma və Mərahimin ailə münasibətləri yaxşı olmadığı üçün 2015-ci il tarixdə rəsmi boşandıqdan sonra Fatma 2 azyaşlı uşaqları ilə valideyinləri yaşayan evə gələrək onlarla birlikdə yaşamışdır. 2016-ci ildə o, hərbi xidmətə getmiş, 2018-ci ilin yanvar ayının 4-də hərbi xidmətini başa vuraraq evlərinə qayıdıb ailə üzvləri ilə birlikdə yaşamışdır. Həmin vaxtdan sonra o, kənd ərazisində gəzərkən kənd sakinləri ona birbaşa deməsələr də eşitmişdir ki, o, əsgərlikdə olarkən bacısı Fatma kənddəki kiçik ərzaq mağazasında satıcı kimi işləmiş, həmin müddətdə kənddə yaşayan Vəliyev X6 işlədiyi mağazaya Fatmanın yanına gedərək ondan xoşu gəlməsini, evlənmək təklifi etməsini demiş, Fatma ilə öz fotoşəkilini çəkərək 2 il bundan əvvəl internetdə paylaşmış, Fatmanı şantaj etməyə çalışmışdır. Bu barədə bacısı Fatmadan soruşsada əvvəlcə Fatma Radimlə arasında heç bir söz-söhbətin olmadığını demişdir. Fatmaya kənddə onun barəsində danışılan söhbətlərə aydınlıq gətirməsini bildirdikdən sonra, Fatma ona demişdir ki, o, əsgərlikdə olarkən ərzaq mağazasında satıcı kimi işləmiş, Zərərçəkmiş şəxs dəfələrlə onun yanına gələrək ondan xoşu gəldiyini, onunla ailə həyatı qurmasını təklif etmiş, o, Radimə ailəli olmasını, 3 övladı olduğunu demiş, Radim onunla birlikdə fotoşəkillər çəkmiş, video görüntülərini internetdə paylaşmış və şantaj etmişdir. O, bu barədə Radimlə görüşüb məsələni aydınlaşdırmaq istəmiş, lakin həmin vaxtdan Zərərçəkmiş şəxs gündüzlər kənd ərazisində olmamış, Bakı şəhərində və digər rayonlarda fəhlə işlədiyi üçün ancaq Radim gecə evinə gəlib, gündüzlər isə işə getdiyindən kənd ərazisində onu görə bilməmişdir. xx xxx 2020-ci il tarixdə, saat 22 radələrində yaşadığı kəndin ərazisində olarkən özünə məxsus ***-***-**-** nömrəli mobil telefon nömrəsi ilə Radimin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək bacısı Fatmanı 2 il bundan əvvəl şantaj etməsinin məqsədini aydınlaşdırmaq üçün onunla görüşmək istədiyini bildirmiş və onu yaşadığı evin yaxınlığına dəvət etmişdir. Az sonra Radim idarə etdiyi avtomobillə evlərinin yanına gələrək avtomobilini kənarda saxlayıb özü təkcə ona yaxınlaşmış, o, Radimlə üz-üzə həmin məsələnin həll olunmasını bildirmişdir. Radim isə ona Fatmadan xoşu gəldiyini, Fatma ilə ailə həyatı qurmaq istədiyini, sərxoş olduğu vaxtı Fatma ilə birlikdə şəkillər çəkdiyini, internetdə paylaşmadığını, Fatmanı şantaj etmədiyini, Fatma ilə üz-üzə danışmaq istədiyini demişdir. O, Radimə buna görə cavab verəcəyini deyib darvazadan həyətlərinə daxil olanda, Radim də onun arxasınca gələrək yaşadığı evin həyətinə daxil olmuşdur. Radimin bu hərəkətinə görə aralarında mübahisə yaranmış, mübahisə vaxtı Radim onun və ailəsinin ünvanına nalayiq söyüşlər söyməyə başlamış, bu vaxtı Radim əvvəlcə ona əl-qol atmağa başlamışdır. O, Radimin bu hərəkətlərinə görə həmin vaxtı əsəbi olduğundan Radimin başına və bədəninin müxtəlif nahiyyələrinə yumruq, təpik, sillə və kəllə vurmuş, bir neçə dəfə Radim yerə yıxılmışdır. Səsə atası Mehdi gələrək onları sakitləşdirmişdir. O, bir qədər aralanıb yaşadığı evin qarşısında həyətdə olan stolun üstündəki mətbəx bıçağını götürmüş, bundan sonra o, Radimə tərəf gələrkən Radim evin küçə qapısı tərəfə qaçmağa başlamış, buna görə o, Radimin arxasınca qaçaraq Radimi arxadan tutmuş, bu vaxtı təxminən xatırladığına görə Radimin başı küçə qapısına və yaxud da hasarın betonuna dəydiyi üçün yıxılmışdır. Bundan sonra, Radim ayağa qalxaraq yenidən qaçarkən əlində olan mətbəx bıçağı ilə Radimin arxa nahiyyəsindən bir dəfə vurmuş, lakin buna baxmayaraq Radim oradan qaçıb idarə etdiyi avtomobilə əyləşib avtomobili işə salıb oradan uzaqlaşıb getmişdir. Zərərçəkmiş şəxs 2 il bundan əvvəl bacısı Şahid6 şantaj etməsinə görə yaşadığı evin həyətində yumruq, kəllə, təpik, şillə və yanından bir dəfə mətbəxt bıçağı ilə vuraraq ona müxtəlif xəsarətlər yetirmişdir ki, bir də kənd ərazisində və ya digər yerlərdə qadınlara sataşmasın, şantaj etməsin, ona dərs olunsun. Onun Zərərçəkmiş şəxs ağır xəsarət yetirmək fikiri olmamışdır. Həmin vaxtı hadisə gecə yaşadığı evin həyətində baş vermiş, yanlarında və ətrafda başqa kənar şəxslər olmamış, orada yalnız ailə üzvləri olmuşdur. Radimlə dava dalaşları təxminən 10-15 dəqiqə davam etmişdir. Onun da qolunda və bədəninin müxtəlif nahiyyələrində xəsarətləri olmuşdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid6 Göylər kənd sakini olmaqla onunla əlaqə yaratmasına Fatmanın atası Mehdi və anası Yeganə şərait yaratmışdır. Tarixini dəqiq xatırlamır, Fatma ilə Bakı şəhərinə gəzməyə getmiş, onunla bir yerdə yemək yeyərkən o, istifadə etdiyi mobil telefonu ilə Fatmanın öz razılığı ilə şəkil çəkmişdir. Fatma ilə çəkdiyi şəkili internetdə o, paylaşmamışdır. Belə ki, xx xxx 2020-ci il tarixdə, saat 22 radələrində Fatmanın qardaşı Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı nömrəsinə zəng etmiş, o, telefona cavab verəndə Nicat bildirmişdir ki, 2 il bundan əvvəl bacısı Fatma ilə onun arasında olan məsələni aydınlaşdırmaq istəyir. Həmin vaxtı, Nicat onun yaşadığı evin yanına gəlmiş, Nicatla görüşəndən sonra Nicat ona bildirmişdir ki, “gedək bizim evdə atam Mehdi, anam Yeganə və bacım Fatma ilə bu məsələni aydınlaşdıraq”. O da Nicata bir söz deməyib idarə etdiyi avtomobili işə salmış, Nicatın yaşadığı evin yanına getmiş, həyət qapısının yanında avtomobili saxlamış və hər ikisi yerə düşmüşlər. Nicat bacısı Fatmanı küçəyə çağırmış, Fatma gələndən sonra onlar söhbət edərkən Fatma uca səslə danışdığı üçün Nicat demişdir ki, “keçək həyətdə sakitcə söhbət edək”. O, Nicata inanıb razılaşmış, həmin vaxtı Fatma və Nicat həyətə daxil olmuşlar, o, da onların arxasınca həyətə daxil olduqdan sonra qapının arxasından dayanmış Nicatın atası Şahid5 əlində olan taxta ilə bir neçə dəfə onun başından vurmuş, zərbədən o, huşunu itirdiyi üçün Nicatgil onu evin qarşısına apararaq oradan da yataq otağına aparmışlar və orada yenə Nicat, Mehdi, Yeganə onu döymüşlər, Fatma də olanları telefonla kameraya çəkmişdir. Həmin şəxslər onu döydüyü üçün başından qan axmağa başlamış, buna görə onun baş nahiyəsinə dəsmalı isladıb qoyaraq qanı kəsməyə çalışmışlar. Bundan sonra o, özünə gəlmiş, ayılmış və ayağa durub evinə gedərkən Mehdinin bacısı Yeganə evə gəlmiş və onun başının yarılmasının videoya çəkilməsini və onun şalvarını çıxardıb internetə paylaşılmasını demişdir. O, isə həyətdən qaçaraq çıxanda Nicat bıçaqla onun arxa nahiyəsindən bir dəfə bıçaq vuraraq demişdir ki, “get sənə peçat vurdum”. O, bir daha təsdiq edərək bildirmişdir ki, onun başına Şahid5 əlindəki olan alətlə vurub xəsarət yetirmişdir, sonradan Mehdi, onun arvadı Yeganə onu əllə, yumruqla və təpiklə evin içərisində vurmuşlar, axırda isə Nicat bir dəfə bıçaqla onun arxa nahiyəsindən vurub ona xəsarət yetirmişdir. Evdə olanda Nicat da onun bədəninin müxtəlif nahiyələrindən vurmuşdur. Fatma da ona əl-qol atsa da Fatma, onu vura bilməmiş, sadəcə bütün hadisəni telefona çəkmiş, Fatma ona heç bir xəsarət yetirə bilməmişdir. Axırda isə Nicat bıçaqla onun arxa nahiyəsindən ona xəsarət yetirmişdir. Tam dəqiqliklə demişdir ki, Mehdi və onun arvadı Yeganə onu döyərək gözündə, burnunda, dodağında və başında olan xəsarətləri ona yetirmişlər. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 2010-cu il tarixdə o, Ağsu rayonu Qaraqaşlı kənd sakini Zərərçəkmiş şəxs ilə el adətinə uyğun toyları olmuşdur. 2011-ci il tarixdə əri Zərərçəkmiş şəxslə Şamaxı rayonu Göylər kəndinə atasının evinə gələrək birlikdə yaşamaqla kəndlərində atası Əsədin köməkliyi ilə ev tikərək ora köçüb əri Radim və 3 övladları ilə birlikdə yaşamışlar. Zərərçəkmiş şəxs qəbir daşı düzəltməklə ailəsini dolandırmışdır. Atası Əsədin uzaq qonşusu Şahid5 usta olduğu üçün evlərinin polunu, dikini vurmaqla taxtadan qapı düzəltmişdir. Mehdinin qızı Fatma 2 uşağı ilə boşanıb atası Mehdinin evində yaşamışdır. Mehdi evlərində usta işlədiyi müddətdə onu evinə axşam Radim idarə etdiyi avtomobillə aparmışdır. Radim Mehdini evinə apararkən evə gec gəlmişdir. Radimdən evə gec gəlməsinin səbəbini soruşduqda Mehdinin evində çörək yediyini və onunla spirtli içki içdiyini demişdir. Bir müddət sonra kənddə söz-söhbət yayılmışdır ki, Mehdi və arvadı Yeganə boşanmış qızları Fatma ilə Radimin yaxın münasibətdə olmasına şərait yaradırlar, Fatmanın Radimin idarə etdiyi avtomobillə Şamaxı rayonuna getmələrini, Radimlə Bakı şəhərinə gəzməyə yola saldıqlarını eşitmişdir. Buna görə də Radimlə aralarında tez-tez ailə daxili mübahisələr olmuşdur. Həmin vaxtlarda Mehdinin oğlu Nicat əsgərlikdə olduğu üçün Radimin avtomoili ilə Nicatın yanına gedib-gəlmişlər. Hətta Mehdi, Yeganə qızları Fatma ilə Radimin bir yerdə yaşaması üçün Şamaxı rayonundan kirayə ev də axtarmışlar, həmçinin torpaq alıb ev də tikmək istəmişlər. xx xxx 2020-ci il tarixdə, saat 20:45 radələrində yaşadığı evində əri Radim və övladları ilə şam yeməyini yedikdən sonra övladlarını hamamda çimizdirirmiş, bu zaman Radim də evdə olmuşdur. Övladlarını çimizdirdikdən sonra Radimin evdə olmadığını görüb fikirləşmişdir ki, ola bilsin küçədə kimlərləsə söhbət edir. Həmin vaxtan təxminən 2-3 saat sonra küçə qapılarında avtomobilin dayanmasını eşitmiş, bir qədər sonra Radim başı, sifəti və üstü qan içində evlərinə gəlmiş, Radimin baş nahiyyəsi yarılmış, sifəti şişkin olmuş, sağ yanından kəsilmiş yarası olmuş, o, Radimə evində ilk tibbi yardım etmişdir. Radimdən nə məsələ olduğunu soruşsa da yıxıldığını, savaşmadığını demişdir. Radimin halı yaxşı olmadığı üçün atası Əsədə telefonla xəbər vermiş, atası Əsəd və anası Arifə evlərinə gəlmişlər, onlar da Radimi qan içində görmüşlər. Radimi xəstəxanaya gətirmək istəsələr də Radim razı olmamış, Radimin halının daha da pisləşdiyini görüb onu güclə Şamaxı rayon Mərkəzi xəstəxanasına atası Əsədin idarə etdiyi avtomobillə gətirmişlər. Xəstəxanada həkim müayinəsindən sonra sifətində, başında yaralar və sağ yanından bir dənə bıçaq yarası olduğunu bilmiş, həmin bıçaq yarası daxilə keçən olduğu üçün Radim əməliyyat olunmuşdur. Səhəri günü Radim özünə gəldikdən sonra Fatma ilə yaxın münasibətdə olmasına görə Fatmanın qardaşı Nicat əsgərlikdən gəldikdən sonra anası Yeganə, atası Mehdi və bibisi Yeganə Fatma ilə Radimin aralarında olan yaxın münasibətlərdən xəbərləri olmadığını, Radimin Fatmaya sataşdığını bildirdiklərini demişdir. Buna görə də Nicatın Radimlə telefon əlaqəsi saxladığını, Nicatın yaşadıqları evin küçə qapısına gəlməsini, ona Fatma ilə aralarında olan məsələni aydınlaşdırmaqdan ötrü onunla evlərinə getməsini, Radimin də Nicata inanıb onunla birlikdə idarə etdiyi avtomobilə oturub Mehdinin evinə getdiyini, Mehdinin yaşadığı evinin darvazasının yaxınlığında avtomobilini saxladığını, Nicatın bacısı Fatmanı küçəyə çağırmasını, Fatmanın küçədə səs-küy yaratdığını, Nicatın ona məsələni evdə aydınlaşdırmaq üçün onu evlərinə dəvət etməsini, küçə qapısında birinci Fatmanın, ikinci Nicatın axırıncı Radimin həyətə daxil olmasını və qapının arxasında Mehdinin əlindəki alətlə Radimin başına vurduğunu, huşunu itdiyini, yerə yıxıldığını, Mehdinin, Nicatın və Yeganənin onu sillə, yumruq və təpiklə vurduqlarını, onu yerdən qaldırdıqlarını, evin qarşısında stolda oturtduqlarını, sonra evə aparıb yataq dəstinin üstünə uzatdıqlarını, sonradan Mehdinin bacısı Yeganənin ora gəldiyini, onu döydüklərini Fatmanın telefona çəkdiyni, onu evdən həyətə çıxardaraq şalvarını soyundurmaq istəmələrini, onların əlindən çıxıb qaçdığını, arxadan Nicatın əlindəki bıçaq ilə sağ yanına arxasından bir dəfə bıçaq ilə xəsarət yetirdiyini demişdir. Radim fiziki çəhətcə güclü olduğu üçün Nicat onu tək döyə bilməzdi. Radimi Mehdi, Yeganə və Nicat döyərkən Fatma telefona çəkmişdir. X11 ilə yaxın münasibətdə olmasına onun atası Mehdi, anası Yeganə şərait yaratmışlar. Çünki Fatma ilə Radimin qeyri-rəsmi ər-arvad kimi yaşamalarına onlar şərait yaratmaqla, Fatmanı Radimin avtomobilinə oturdub digər rayonlara gəzməyə göndərməklə, hətta Şamaxı rayonunda kirayə ev də axtarmışlar, eləcə də torpaq alıb ev tikmək də istəmişlər. Radim Fatma ilə rayon ərazisində və ya digər rayonlar ərazisində olan restoranda masa arxasında oturub bir yerdə yemək yeyərkən şəkil çəkdirmişlər, həmin şəkili Radimin mobil telefonunda da görmüşdür. «Youtube» yox «İnstagram»-a kimlərsə göndərməsini bilmir, şəkillər Radim və ya onlar tərəfindən göndərilməmişdir. Həmin şəkil Fatmanın istifadə etdiyi mobil telefonda olduğu üçün özü göndərib ki, Radim məcburiyyət qarşısında onunla rəsmi və ya qeyri rəsmi ailə həyatı qursun. Radim Fatmanı şantaj etməmiş, onlar yalan danışırlar. Təqsirləndirilən şəxs Radimi tək döyməyib, atası Mehdi, anası Yeganə və digər ailə üzvləri ilə birlikdə döymüşlər. Bütün bunları ona Radim demiş, özü hadisə vaxtı orada olmamışdır. Məhkəmədə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, qızı Şahid6 2008-ci ildə həmkəndlisi Mərahim Hacıyev ilə rəsmi ailə həyatı qurmuş, onların 2 övladı olmuşdur. 2015-ci ildə qızı Fatma əri Mərahim Hacıyevdən rəsmi boşandıqdan sonra Fatma 2 övladı ilə onlarla bir evdə yaşamağa başlamışdır. Qızı Fatma 2017-ci ilin noyabr ayından kənddəki kiçik ərzaq mağazasında satıcı işləməyə başlamışdır. Həmin ilin dekabr ayında Zərərçəkmiş şəxs qızı Fatma ilə birlikdə özünə məxsus mobil telefonla şəkil çəkərək internetdə paylaşmışdır. İnternetdə Fatma ilə Radimin şəkilini gördükdən sonra Fatmadan nə baş verməsini soruşduqda Fatma da ona demişdir ki, işlədiyi mağazada olarkən Radim həmin mağazaya gəlmiş və ondan xoşu gəlməsini, onunla evlənmək təklifi etməsini demiş, Fatma isə Radimə arvadı və 3 övladının, özünün də 2 övladı olmasını demişdir. Buna baxmayaraq həmin vaxtdan sonra Radimi kənd ərazisində görmədiyi üçün ona heç bir söz deməmişdir. Radim Fatma ilə birlikdə video çəkərək internetə paylaşdığı vaxtı oğlu Nicat hərbi xidmətdə olmuşdur. Oğlu Nicat 2018-ci ilin yanvar ayında hərbi xidmət müddətini bitirərək evlərinə gəlmişdir. xx xxx 2020-ci il tarixdə, saat 22 radələrində əri Mehdi və qızı Fatma ilə yaşadıqları evdə olmuşlar. Bu vaxtı, oğlu Nicat həmkəndlisi Zərərçəkmiş şəxslə birlikdə yaşadıqları evin həyətinə gəlmişlər. Onlar gəldikdən sonra Nicat Radimdən nə səbəbə Fatma ilə video görüntüsünü internetdə paylaşmaqla şərəfsiz hərəkətlər etməsini soruşmuşdur. Radim isə Fatmanı sevdiyini və ailə quracağını demiş, Radimin bu sözündən sonra Nicatla Radim həyətdə mübahisə edib dalaşmışlar. O və əri Mehdi onlara yaxınlaşaraq sakitləşdirmiş, həyətdə olarkən Radim onların ünvanına nalayıq söyüşlər söyərək qızı Fatmanı şantaj edəcəyini deyərkən yaşadıqları evin küçə qapısının yaxınlığında Nicat onunla əlbəyaxa olub tutaqlaşmışlar. Tutaqlaşma vaxtı onlar yerə yıxılmışlar və həmin vəziyyətdə Nicat Radimi yumruq və təpiklə vurmuş, Nicatı güclə sakitləşdirib kənara çəkmişlər, bundan sonra isə Radim çıxıb getmişdir. Hadisədən sonra oğlu Nicatdan Radimlə harada rastlaşmasını soruşmuş, Nicat da demişdir ki, yaşadıqları evin yaxınlığında olarkən Radimi çağırmış, Radim gələndən sonra ona Fatmanı niyə şantaj etməsini soruşmuş, Radim də Nicata Fatma ilə evlənəcəyini demiş, buna görə Nicat Radimə məhlədən çıxıb getməsini demiş, Radim isə özü onların evinin həyətinə gəlmişdir. Həmin vaxtı gecə olduğu üçün Nicatın əlində hər hansı bir kəsici, deşici alət, yəni bıçaq olmasını görməmişdir. O, elə zənn etmişdir ki, Nicat həmin vaxtı Radimi təkcə yumruq və təpiklə döymüşdür, lakin, hadisəndən təxminən 1-2 saat sonra bilmişdir ki, oğlu Nicat Zərərçəkmiş şəxs həyətlərində döyərkən bıçaq xəsarəti də yetirmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərdikləri yalan məlumatlardır. Həmin hadisə vaxtı o, əri Mehdi, qızı Fatma Radimi yumruq, sillə, təpik və başqa alətlə döyməmişlər, Radimi təkcə oğlu Nicat döyüb və bıçaq xəsarəti yetirmişdir. Fatma Radimin döyülməsini mobil telefona çəkməmiş, Radim bütün bunları yalan deyir, onları şərləyir. Radim döyülərkən heç bir video çəkilməmişdir. Həmin dalaşma təxminən 10 dəqiqə davam etmişdir. O, əri Mehdi və qızı Fatma orada olmuşlar, başqa kənar şəxslər olmamışdır, çünki hadisə gecə vaxtı öz həyətlərində baş vermişdir, qonşulardan heç kim hadisəni görməmişdir. Həmin vaxtı Fatmanın azyaşlı uşaqları da evdə yatdıqları üçün hadisəni görməmişlər. Onun əri Mehdi dülgər, yəni qapı, pəncərə, evə döşəmə və tavan düzəltmə üzrə usta olduğu üçün Radimin evinin qapılarını düzəltmişdir, həmçinin, oğlu Nicat hərbi xidmətdə olduğu üçün Radimin avtomobili ilə onun yanına getmişlər. Qalanlarını isə Radim yalan danışır, belə ki, o, və Mehdi qızları Fatmanın Radimin avtomobili ilə Şamaxı rayonuna və Bakı şəhərinə getməsinə icazə verməmişlər. X10 şəhərindən yurd aldığını deyərək aldadıb aparmış və şəkilini çəkərək şantaj etmişdir, bu hadisə təxminən xatırladığına görə 2018-ci ildə olmuşdur. El arasında söz-söhbət yayılmaması üçün, Radimin Fatmanı şantaj etməsi ilə əlaqədar heç bir hüquqmühafizə orqanlarına yazılı və şifahi müraciət etməmişlər. Qızı Fatma ərindən boşandıqdan bir neçə il sonra ona və Mehdiyə bildirmişdir ki, evlərinin sağ tərəfində evdən təxminən 300 metr kənarda olan mağazada satıcı işlədiyi vaxtlarda, Radim Fatmanın yanına gələrək öz aralarında nə barədəsə söhbətləri olmuş, lakin Fatma bu barədə ona heç bir söz deməmişdir. Əsədin və onun arvadı Arifənin qeyd etdikləri tamamilə yalandır, onlar kürəkənləri Zərərçəkmiş şəxs müdafiə etmək üçün belə bildirmişlər. Məhkəmədə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, qızı Şahid6 2008-ci ildə həmkəndlisi Mərahim Hacıyev ilə rəsmi ailə həyatı qurmuş, onların 2 övladı olmuşdur. 2015-ci ildə qızı Fatma əri Mərahim Hacıyevdən rəsmi boşandıqdan sonra Fatma 2 övladı ilə onlarla bir evdə yaşamağa başlamışdır. Qızı Fatma 2017-ci ilin noyabr ayından kənddəki kiçik ərzaq mağazasında satıcı işləməyə başlamışdır. Həmin ilin dekabr ayında Zərərçəkmiş şəxs qızı Fatma ilə birlikdə özünə məxsus mobil telefonla şəkil çəkərək internetdə paylaşmışdır. İnternetdə Fatma ilə Radimin şəkilini gördükdən sonra o, və arvadı Yeganə bu barədə Fatmadan nə baş verməsi ilə maraqlandıqda Fatma onlara demişdir ki, işlədiyi mağazada olarkən Radim həmin mağazaya gəlmiş və Radim ondan xoşlandığını, ona evlənmək təklifi etməsini demiş, Fatma isə Radimə arvadı və 3 övladının, özünün də 2 övladı olmasını demişdir. Buna baxmayaraq, həmin vaxtdan sonra Radimi kənd ərazisində görmədiyi üçün ona heç bir söz deməmişdir. Radim Fatma ilə birlikdə video çəkərək internetə paylaşdığı vaxtı oğlu Nicat hərbi xidmətdə olmuşdur. Oğlu Nicat 2018-ci ilin yanvar ayında hərbi xidmət müddətini bitirərək evlərinə gəlmişdir. xx xxx 2020-ci il tarixdə, saat 22 radələrində arvadı Yeganə və qızı Fatma ilə yaşadıqları evdə olarkən oğlu Nicat həmkəndlisi Zərərçəkmiş şəxslə birlikdə yaşadıqları evin həyətinə gəlmişlər. Onlar gəldikdən sonra Nicat Radimdən nə səbəbə Fatma ilə video görüntüsünü internetdə paylaşmaqla şərəfsiz hərəkətlər etməsini soruşmuşdur. Radim isə Fatmanı sevdiyini və ailə quracağını demiş, Radimin bu sözündən sonra Nicatla Radim həyətdə mübahisə edib dalaşmışlar. O və arvadı Yeganə onlara yaxınlaşaraq sakitləşdirmişlər, onlar həyətdə olarkən Radim onların ünvanlarına nalayıq söyüşlər söyərək qızı Fatmanı şantaj edəcəyini deyərkən yaşadıqları evin küçə qapısının yaxınlığında Nicat onunla əlbəyaxa olub tutaqlaşmışlar. Tutaqlaşma vaxtı onlar yerə yıxılmışlar və həmin vəziyyətdə Nicat Radimi yumruq və təpiklə vurmuş, buna görə də o, və arvadı Yeganə Nicatı güclə sakitləşdirib kənara çəkmişlər, bundan sonra isə Radim çıxıb getmişdir. Hadisədən sonra oğlu Nicatdan Radimlə harada rastlaşmasını soruşmuş, Nicat da demişdir ki, yaşadıqları evin yaxınlığında olarkən Radimi çağırmış, Radim gələndən sonra ondan Fatmanı niyə şantaj etməsini soruşmuş, Radim də Nicata Fatma ilə evlənəcəyini demiş, buna görə Nicat Radimə məhlədən çıxıb getməsini demiş, Radim isə özü onların evinin həyətinə gəlmişdir. Həmin vaxtı gecə olduğu üçün Nicatın əlində hər hansı bir kəsici, deşici alət, yəni bıçaq olmasını görməmişdir. O, elə zənn etmişdir ki, Nicat həmin vaxtı Radimi təkcə yumruq və təpiklə döymüşdür. Lakin, hadisəndən təxminən 1-2 saat sonra bilmişdir ki, oğlu Nicat Zərərçəkmiş şəxs həyətlərində döyərkən bıçaq xəsarəti də yetirmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərdikləri yalan məlumatlardır. Həmin hadisə vaxtı o, arvadı Yeganə, qızı Fatma Radimi yumruq, sillə, təpik və başqa alətlə döyməmişlər, Radimi oğlu Nicat döyüb və bıçaq xəsarəti yetirmişdir. Fatma Radimin döyülməsini mobil telefona çəkməmiş, bacısı Yeganə isə hadisədən sonra onların evinə gəlmişdir, Radim bütün bunları yalandan deyir, onları şərləyir. Radim döyülərkən heç bir video çəkilməmişdir. Həmin dalaşma təxminən 10 dəqiqə davam etmişdir. O, arvadı Yeganə və qızı Fatma orada olmuşlar, başqa kənar şəxslər olmamışdır, çünki hadisə gecə vaxtı öz həyətində baş vermişdir, qonşulardan heç kim hadisəni görməmişdir. Həmin vaxtı Fatmanın azyaşlı uşaqları da evdə yatdıqları üçün hadisəni görməmişlər. O, dülgər, yəni qapı, pəncərə, evə döşəmə və tavan düzəltmə üzrə usta olduğu üçün Radimin evinin qapılarını düzəltmiş, həmçinin, oğlu Nicat hərbi xidmətdə olduğu üçün Radimin avtomobili ilə onun yanına getmişlər. O və arvadı Yeganə qızları Fatmanın Radimin avtomobili ilə Şamaxı rayonuna və Bakı şəhərinə getməsinə icazə verməmişlər. X10 şəhərindən yurd aldığını deyərək aldadıb aparmış və şəkilini çəkərək şantaj etmişdir, bu hadisə təxminən 2018-ci ildə olmuşdur. El arasında söz-söhbət yayılmaması üçün, Radimin Fatmanı şantaj etməsi ilə əlaqədar heç bir hüquq-mühafizə orqanlarına yazılı və şifahi müraciət etməmişlər. Qızı Fatma ərindən boşandıqdan bir neçə il sonra ona və arvadı Yeganəyə bildirmişdir ki, evlərinin sağ tərəfində evdən təxminən 300 metr kənarda olan mağazada satıcı işlədiyi vaxtlarda, Radim Fatmanın yanına gələrək öz aralarında nə barədəsə söhbətləri olmuşdur, Fatma bu barədə ona heç bir söz deməmişdir. Qonşuları Şahid2, onun həyat yoldaşı Şahid3 istintaqa verdikləri ifadələrində onun və arvadı Yeganənin Radimlə qızları Fatimənin yaxın münasibətdə olmasına şərait yaratmaları barədə eşitdikləri, buna görə Əsədin ona, Arifənin isə arvadı Yeganəyə iradlarını bildirdikləri tamamilə yalandır, onlar kürəkəni Zərərçəkmiş şəxs müdafiə etmək üçün belə bildirmişlər. Məhkəmədə şahid qismində dindirilən Şahid7 ifadəsində göstərmişdir ki, qardaşı qızı Şahid6 2008-ci ildə həmkəndlisi Mərahim Hacıyev ilə rəsmi ailə həyatı qurmuş, onların 2 övladı olmuşdur. 2015-ci ildə Fatma əri Mərahim Hacıyevdən rəsmi boşandıqdan sonra Fatma 2 övladı ilə onlarla bir evdə yaşamağa başlamışdır. Qardaşı qızı Fatma 2017-ci ilin noyabr ayından kənddəki kiçik ərzaq mağazasında satıcı işləməyə başlamışdır. Həmin ilin dekabr ayında Zərərçəkmiş şəxs qardaşı qızı Fatma ilə birlikdə özünə məxsus mobil telefonla şəkil çəkərək internetdə paylaşmış, İnternetdə Fatma ilə Radimin şəkilini gördükdən sonra onun valideynləri Fatmadan nə məsələ olduğunu maraqlanmışlar, Fatma isə demişdir ki, işlədiyi mağazada olarkən Radim həmin mağazaya gəlmiş və Radim ondan xoşu gəldiyini, ona evlənmək təklifi etməsini demiş, Fatma isə Radimə arvadı və 3 övladının, özünün də 2 övladı olmasını demişdir. Buna baxmayaraq, həmin vaxtdan sonra Radimi kənd ərazisində görmədiyi üçün ona heç bir söz deməmişlər. Radim Fatma ilə birlikdə video çəkərək internetə paylaşdığı vaxtı qardaşı oğlu Nicat hərbi xidmətdə olmuşdur. Qardaşı oğlu Nicat 2018-ci ilin yanvar ayında hərbi xidmət müddətini bitirərək evlərinə gəlmişdir. Onu da qeyd etmişdir ki, qardaşı Mehdigilə o, hər gün gedib gəlmişdir. Belə ki, xx xxx 2020-ci il tarixdə, saat 22 radələrində o, qardaşı Mehdinin evinə getmişdir. Həmin vaxtı o, evin həyətinə daxil olanda artıq Radimin evdən çıxıb getdiyini görmüş və qaranlıq olduğundan o, nə baş verdiyini görməmişdi. Sonradan bilmişdir ki, qardaşı qızı Fatma ilə şəkil çəkdirib paylaşmasına görə Radimlə Nicat arasında münaqişə baş vermişdir. O, özü isə heş bir hadisənin şahidi olmamışdır. O, həmin vaxtı, hadisə qurtarandan sonra ora gəlmiş, o, Nicatın Radimi bıçaqla vurmasını görməmiş, bu hadisənin şahidi olmamışdır. O, hadisə yerinə gələndən sonra bilmişdir ki, qardaşı oğlu Nicat hadisə vaxtı Zərərçəkmiş şəxs həyətlərində döymüş və bıçaq xəsarəti yetirmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərdikləri yalan məlumatlardır. Həmin hadisə vaxtı qardaşı Mehdi, onun həyat yoldaşı Yeganə, qızı Fatma Radimi yumruq, sillə, təpik və başqa alətlə döyməmişlər. O, da belə bir hadisənin şahidi olmamışadır. Radimi təkcə qardaşı oğlu Nicat döyərək ona bıçaq xəsarəti yetirmişdir. Lakin o, hadisə yerinə gələndə artıq bu hadisə baş verib qurtarmışdır. Həmçinin, Fatma Radimin döyülməsini mobil telefona çəkməmiş, Radim bütün bunları yalandan deyir, onları şərləyir. O, isə ümumiyyətlə hadisənin şahidi olmamışdır. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş Şahid6 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Şahid5 onun atası, Təqsirləndirilən şəxs isə qardaşıdır. Zərərçəkmiş şəxs isə kəndimizdə yaşadığı müddətdə tanımışdır. Belə ki, o, 2008-ci ildə həmkəndlisi Mərahim Hacıyev ilə rəsmi ailə həyatı qurmuş və birgə nigahlarından 2 övladları olmuşdur, 2015-ci ildə o, Mərahim Hacıyevdən rəsmi boşandıqdan sonra 2 azyaşlı övladları ilə atsı evinə gedib onlarla yaşamağa başlamışdır. O, 2017-ci ilin noyabr ayından kənddəki kiçik ərzaq mağazasında satıcı işləməyə başlamışdır. Həmin ilin noyabrdekabr ayları olardı, Zərərçəkmiş şəxs hər dəfə mağazaya gələndə onunla söhbət edib ondan xoşu gəldiyini, onunla ailə həyatı qurmaq istədiyini bildirmişdir. Hətta bir dəfə Radim onunla birlikdə özünə məxsus mobil telefonla şəkil çəkərək internetdə paylaşmışdır. İnternetdə Radimin onunla şəkilini valideynləri gördükdən sonra ondan nə məsələ olduğu ilə maraqlanmışlar, o, da onlara demişdir ki, işlədiyi mağazada olarkən Radim həmin mağazaya gəlmiş və ondan xoşu gəldiyini, ona evlənmək təklifi etməsini dediyini bildirmişdir. Buna baxmayaraq həmin vaxtdan sonra Radimi kənd ərazisində görməmişdir. Radim onunla birlikdə video çəkərək internetə paylaşdığı vaxtı qardaşı Nicat hərbi xidmətdə olmuşdur. Nicat 2018-ci ilin yanvar ayında hərbi xidmət müddətini bitirərək evlərinə gəlmişdir. Qardaşı Nicat da bu məsələni bilmişdir. xx xxx 2020-ci il tarixdə, saat 22 radələrində atası Mehdi və anası Yeganə ilə yaşadıqları evdə olarkən, həmin vaxtı 2 azyaşlı uşaqlarının yatdıqları vaxt qardaşı Nicat Zərərçəkmiş şəxslə birlikdə yaşadıqları evin həyətinə gəlmişlər. Onlar gəldikdən sonra Nicat Radimdən nə səbəbə onunla video görüntüsünü internetdə paylaşmaqla şərəfsiz hərəkətlər etməsini soruşmuşdur. Radim isə onu sevdiyini və ailə quracağını Nicata demiş, Radimin bu sözündən sonra Nicatla Radim həyətdə mübahisə edib dalaşmışlar. Anası Yeganə və atası Mehdi onlara yaxınlaşaraq sakitləşdirmişlər, o, isə mübahisənin onun barəsində olmasına görə qardaşından utandığından kənarda, yəni evin içərisində pəncərədə dayanmışdır, həyətdə olarkən Radim onların ünvanlarına nalayıq söyüşlər söyərək onu şantaj edəcəyini demiş, buna görə yaşadıqları evin küçə qapısının yaxınlığında Nicat Radimlə əlbəyaxa olub tutaqlaşmışlar. Tutaqlaşma vaxtı onlar yerə yıxılmışlar və həmin vəziyyətdə Nicat Radimi yumruq və təpiklə vurmuş, həmçinin qardaşı Nicat həyətdəki stolun üstündən bıçaq götürüb əsəbindən bıçaqla Radimin arxa nahiyəsindən vurmuş, atası Mehdi və anası Yeganə həmin vaxtı Nicatı güclə sakitləşdirib kənara çəkmişklər, buna görə də Radim çıxıb getmişdir. Həmin vaxtı Radim onların ünvanlarına nalayıq söyüşlər söyərək onu şantaj edəcəyini dediyi üçün Nicat bundan bərk əsəbiləşmiş və həyətdəki stolun üstündə meyvətərəvəz soymaq üçün qoyduqları mətbəx bıçağını götürüb Zərərçəkmiş şəxs həyətlərində döyərkən bıçaq xəsarəti də yetirmişdir. Atası Mehdi, anası Yeganə Radimi yumruq, sillə, təpik və başqa alətlə döyməmişlər, Radimi qardaşı Nicat döyüb və bıçaq xəsarəti yetirmişdir. O, Radimin döyülməsini mobil telefona çəkməmiş, bibisi Yeganə isə hadisədən sonra ora gəlmişdir və elə sözlər deməmişdir, Radim bütün bunları yalandan deyir, onları şərləyir. Radim döyülərkən heç bir video çəkilməmişdir. Həmin dalaşma təxminən 10 dəqiqə davam etmişdir. O, atası Mehdi və anası Yeganə orada olmuşlar, başqa kənar şəxslər olmamış, çünki hadisə gecə vaxtı öz həyətlərində baş vermişdir, qonşulardan heç kim hadisəni görməmişdir. Həmin vaxtı onun azyaşlı uşaqları da evdə yatdıqları üçün hadisəni görməmişlər. Atası Mehdi dülgər, yəni qapı, pəncərə, evə döşəmə və tavan düzəltmə üzrə usta olduğu üçün Radimin evinin qapılarını düzəltmişdir, həmçinin, qardaşı Nicat hərbi xidmətdə olduğu üçün Radimin avtomobili ilə onun yanına gedilmişdir. Qalanlarını isə Radim yalan danışır, belə ki, anası Yeganə və Mehdi onun Radimin avtomobili ilə Şamaxı rayonuna və Bakı şəhərinə getməyinə icazə verməmişlər. Sadəcə, Radim Şamaxı şəhərindən yurd aldığını deyərək onu aldadıb aparmış və şəklini çəkərək şantaj etmişdir. El arasında söz-söhbət yayılmaması üçün Radimin onu şantaj etməsi ilə əlaqədar heç bir hüquq-mühafizə orqanlarına yazılı və şifahi müraciət etməmişlər. İş materiallarındakı kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 1025 saylı ekspert rəyinin nəticə hissəsində Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmədiyi, hal-hazırkı psixi müayinə nəticələrindən həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmadığı, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğunu göstərilmişdir. Qeyd oluhnuşdur ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə isə belə nəticəyə gəlinmişdir ki, Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. O. iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Kinlilik, inadkarlıq, emosionallıq, özünə qarşı hörmət tələb etmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi psixi-emosional sferasında hirslilik yaranmamış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt, emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. O. yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertiza üzrə xx.xx.2020-ci il tarixli, 189 saylı ekspert rəyinin nəticə hissəsində Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – Qapalı kəllə beyin travması ilə müşahidə olunan başın yarası, sol göz orbitasında burun üstünün, üst dodağın qançırları küt əşya təsirindən, sağ sağrı nahiyəsinin 1 ədəd boşluğa keçib düz bağırsağın yaralanması ilə müşahidə olunan yara deşici-kəsici alət təsirindən kənar şəxs və şəxslər tərəfindən xx.xx.2020-ci il tarixdə yetirilməsi mümkün olduğu, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən sol göz orbitasının, burun üstünün, üst dodağın qançırları sağlamlığa zərər vurmayan, qapalı kəllə beyin travması və beyin silkələnməsi ilə müşahidə olunan başın yarası dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sağ sağrı nahiyəsindən boşluğa keçib düz bağırsağın yaralanması ilə müşahidə olunan bir ədəd yara isə dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olduğu, Zərərçəkmiş şəxs sağ sağrı nahiyəsindəki xəsarət ekspertizaya təqdim olunmuş şalvarda və alt paltarda (trusik) olan zədə yerlərinə uyğun gəldiyi, Zərərçəkmiş şəxs sağ sağrı nahiyəsindəki yara nisbətən böyük tiyəli deşici-kəsici alət təsirindən törənməklə ekspertizaya təqdim olunmuş bıçağın və ona oxşar digər bıçaqların təsirindən yetirilməsi mümkün olduğu qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərarla kompleks məhkəmə-trasoloji və məhkəmə-kriminalistik ekspertizası təyin edilməklə keçirilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin kompleks məhkəmətrasoloji və məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2020-ci il tarixli 3/573, 3/574 saylı ekspert rəyinin nəticə hissəsində tədqiqata təqdim edilən 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici ucu deşici xassəyə malik təsərrüfat məişət təyinatlı mətbəx bıçağı olduğu, soyuq silah hesab edilmədiyi, tədqiqata təqdim edilmiş geyim əşyalarının səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr olduğu, tədqiqata təqdim edilmiş şalvarın, tumanın səthində olan zədələr kəsici ucu deşici xassəyə malik olan predmetin (bıçaq və s.) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədələri olduğunu, lakin təqdim edilmiş şalvarın, tumanın səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün olmadığı, təqdim edilmiş kəmərin səthində trasoloji zədə olmadığıgöstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2020-i il tarixli arayışından (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Şamaxı rayon Polis Şöbəsinin İstintaq Bölməsinin tərtib etdiyi xx xxx 2020-ci il tarixli “könüllü təqdim etmə və götürmə” protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 01 ədəd bıçağa baxış keçirilməklə götürülərək müvafiq qaydada qablaşdırılmış, fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarındakı Şamaxı rayon Polis Şöbəsinin İstintaq Bölməsinin tərtib etdiyi xx xxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarındakı Şamaxı rayon Polis Şöbəsinin İstintaq Bölməsinin tərtib etdiyi 2020-ci il 26 iyun tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanıldıqda sonuncu bir daha ifadəsində göstərdiklərini hadisə yerində əyani şəkildə göstərməklə istintaqa verdiyi ifadələrində həmin xüsusatları mahiyyəti üzrə təsdiq edərək Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyi yeri təqdim etmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Şamaxı rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qəararına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş hesabat arayışdan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hüquqlarını Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Fərdi qaydada fəaliyyət göstərən vəkil X4 21 iş saatı müddətində müdafiə etmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs 126.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün tam etirafedici, zərər çəkmiş şəxsin, məhkəmədə dindirilmiş, habelə ifadələri elan edilərək tədqiq olunmuş şahidlərin ifadələri, maddi sübutların mövcudluğu, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna almasını onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2 -ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən, dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən, təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınaraq Şamaxı RPŞ-nin maddi sübutlar otağında saxlanılan 01 ədəd bıçaq, 01 ədəd şalvar, 01 ədəd alt paltarı və 01 ədəd kəmər məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri –120 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə ibtidaİ istintaq zamani Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Fərdi qaydada fəaliyyət göstərən vəkili X2 126 mant, məhkəmədə müdafiəsini həyata keçirən Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X5 isə 210 (iki yüz on) manat miqdarında pul ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193, 197, 198, 344-347, 349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınaraq Şamaxı RPŞ-nin maddi sübutlar otağında saxlanılan 01 ədəd bıçaq, 01 ədəd şalvar, 01 ədəd alt paltarı və 01 ədəd kəmər məhv edilsin. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza xərcləri 120 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülsün. İbtidai istintaq zamanıgöstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Fərdi qaydada fəaliyyət göstərən vəkili X2 126 mant, məhkəmədə müdafiəni həyata keçirən Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X5 isə 210 (iki yüz on) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (Təqsirləndirilən şəxs oğlunun isə hökmün surətinin ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Suimqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar