Məhkəmə qərarları › İş №1(101)-464/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-464/2022

12.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-464/2022 12.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X2, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx xxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində iki nəfər azyaşlı uşaqları olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşamış, 16 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 iyun 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 iyun 2021-ci il tarixdə, saat 23 radələrində orta dərəcəli sərxoşluq vəziyyətində ünvan 2 ünvanında fəaliyyət göstərən "Kiosk"-un qarşısında bir qədər əvvəl həmin "Kiosk"-a müştəri kimi daxil olub siqaret alarkən vitrində olan siqaretləri dağıtmasına görə orada işləyən Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən üzərində olan zavod üsulu ilə istehsal edilmiş turist bıçağı ilə Zərərçəkmiş şəxs sifət və sol qol nahiyəsindən qəsdən vuraraq Zərərçəkmiş şəxs boyunun sağ yarısının bayır səthinin kəsilmiş yaraları, sol saidin bükücü vətərlərinin, venaların, arteriyaların və əzələlərin zədələnməsi ilə müşayiət olunan sol saidin orta üçdə birinin kəsilmiş yarası, boyunun sağ yarısının bayır və arxa səthlərinin, sağ bazunun orta üçdə birinin ön səthinin səthi kəsilmiş yaraları kimi sağlamlığın uzun müddətə pozulmasma səbəb olan sağlamlığa az ağır, bundan başqa vaxt keçdikcə bərpa olunmayan və geri dönməzliyi baxımından aradan qaldırmaq üçün kosmetik cərrahi müdaxilələr lazım olan mimika, asimmetriya və çeynəmə pozğunluqları ilə müşayiət olunan sifətin sol yarısının ağız boşluğuna nüfuz etməklə sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 3 ildir ki, ünvan 3 ünvanda yerləşən “Suşi Baku” restoranında aşpaz kimi çalışmış, 15 iyun 2021-ci il tarixdə isə istirahət günü olduğundan işə getməmişdir. Həmin gün saat 18 radələrində tanışları Şahid2 Fərhat oğlu və Şahid3 oğu ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Montin Bazarı” adlanan yerin yaxınlığında olan “Montin” kafesində görüşmüş, oturub yeyib içmiş, orada hər üçü bir miqdar spirtli içki qəbul etmişlər. Orada spirtli içki qəbul etdikdən sonra, saat təxminən 23 radələrində Kamranla birlikdə çıxaraq çalışdıqları ünvan 4 ünvanda yerləşən “Suşi Baku” restoranına getmişlər. Həmin vaxt siqaret almaq məqsədi ilə restoranın yaxınlığında, yəni ünvan 5 ünvanda yerləşən siqaret satılan köşkə getmiş və oradan 1 qutu ağ qalın «Sobranie» markalı siqaret almışdır. Siqaret alarkən içkili olduğu üçün ehtiyatsızlıq etmiş, köşkdə olan digər siqaretləri istəmədən əli ilə toxunaraq dağıtmışdır. Dağıtdığı siqaretləri toplamaq istəyərkən sərxoş olduğu üçün özündən asılı olmadan yenidən dağıtmışdır. Həmin vaxt köşkü işlədən, adının Maqsud olmasını öyrəndiyi şəxs və sonradan qardaşı olduğunu öyrənib bildiyi Rəcəbalı ilə aralarında sözlü mübahisə baş vermiş və bir neçə dəqiqə davam etmışdır. O, həmin şəxsləri üzdən tanımış, lakin münasibəti olmamışdırdır. İş yerləri yaxın olduğu üçün onların işlədiyi köşkdən alış-veriş etmişdir. Maqsudgil ondan siqaretləri niyə dağıtdığını soruşmuş, o isə zərəri ödəməyə hazır olduğunu bildirmişdir. Lakin Maqsudgil razılaşmamışlar. O, oradan uzaqlaşaraq işlədiyi yerə getmək istəmişdir. Uzaqlaşdığı zaman arxadan söyüş eşitmişdir. O, içkili olması səbəbindən nalayiq söyüşün ona ünvanlandığını fikirləşmişdir. Maqsudgil onu təhqir edib-etməmələrini aydınlaşdırmaq üçün yenidən köşkə qayıtmışdır. Onlara yaxınlaşaraq yenidən salam vermiş, bir siqaretə görə onu acıladıqlarının, barəsində təhqiredici ifadələr işlətmələrinin səbəbini soruşmuşdur. Həmin vaxt onlar arasında yenidən mübahisə baş vermişdir. Mübahisə zamanı onlar onun üzərinə gəlməyə başlamış, onu döyə biləcəklərindən qorxduğu üçün üzərində olan, həmişə gəzdirdiyi ov bıçağını çıxararaq ilk öncə Rəcəbalını vurmuşdur. Maqsud onun üzərinə gəldikdə isə onu da vurmuşdur. Sərxoş olduğu üçün onlara tibbi yardım göstərə bilməmiş, oradan çıxıb evlərinə getmişdir. Bundan sonra isə polislər gəlib onu evdən aparmışlar. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, ikinci dəfə mübahisə köşkün qarşısında baş vermişdir. Onun Maqsudgili vurmaq niyyəti olmamış, sadəcə qorxudub özündən uzaqlaşdırmaq istəmişdir. Hadisədən sonra Maqsudgilin xəstəxana xərcləri onun atası tərəfindən ödənilmiş, Maqsudgillə barışmış, sonuncuların ona qarşı heç bir şikayəti və tələbi qalmamışdır. Məhkəmə baxışı zamanı tədqiq olunan, ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadələri hadisə yerində yoxlanılmış və təqsirləndirilən şəxs sərbəst ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq edərək hadisə yerində əyani şəkildə göstərmişdir (iş vərəqə: səh. 167-168). Məhkəmə baxışı zamanı iş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 15 iyun 2021-ci il tarixdə qardaşı Şahid1 ilə birlikdə ünvan 2 ünvanında yerləşməklə işlətdikləri siqaret kioskunda olmuşlar. Saat təxminən 23 radələrində kioska üzdən tanıdığı, lakin münasibəti olmayan, kioskla üzbəüz ünvan 4 ünvanda yerləşən “Suşi Baku” restoranında aşpaz kimi çalışan Pərviz adlı şəxs gəlmiş və onlardan 01 qutu “ağ qalın sobranie” siqareti istəmişdir. Pərvizin hərəkətləri və danışığından sonuncunun içkili olduğunu başa düşmüşdür. Rəcəbalı 01 qutu siqaret vermiş və Pərviz siqaretləri götürərkən digər açıq siqaretlərə dəymiş və 3-4 dənə siqareti dağıtmışdır. Pərviz siqaretləri yığıb vitrinin üstünə qoyduğu zaman qolu dəymiş, yenidən siqaretləri dağıtmışdır. Yer su olduğu üçün siqaretlər islanmışdır. Bu zaman o və qardaşı Pərvizə bu barədə irad bildirmişlər. Bundan sonra onların arasında mübahisə baş vermişdir. Lakin həmin mübahisə sözlü mübahisə olmuş və çox qısa çəkmişdir. Pərviz siqaretlərin pulunu təklif etmiş, onlar qəbul etməmişlər. Bundan sonra Pərviz getməyə başlamışdır. Lakin heç bir dəqiqə olmamış Pərviz yaxınlaşaraq yenidən axşamınız xeyir demişdir. Bundan sonra Pərviz onlara nə üçün siqaretə görə onu acıladıqlarını, onun arxasınca danışdıqlarını bildirdikdə o, Pərvizə mübahisə etməməyi, arxasınca danışmadıqlarını bildirmişdir. Pərviz yüksək səslə danışdığı üçün ona səs tonuna fikir verməsini bildirmiş və onlar Pərvizi uzaqlaşdırmaq üçün getməsini xahiş etmişlər. Rəcəbalı Pərvizə yaxınlaşıb getməsini istədikdə sonuncu üzərində olan bıçağı çıxararaq Rəcəbalının üz nahiyəsindən vurmuşdur. Bundan sonra o, Pərvizin üzərinə getdikdə sonuncu onun üz və qol nahiyəsinə vuraraq oradan uzaqlaşmışdır. Onlar Pərvizi təhqir etməmiş, sadəcə Pərviz içkili olduğu üçün onların öz arasında danışıqlarını təhqir kimi başa düşmüşdür. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, ətrafdan insanlar yığılana qədər hər şey qaydasında olmuş, sadəcə adamlar yığıldıqda Pərviz mübahisəyə başlamışdır. Polislər hadisədən sonra onu 5 nömrəli xəstəxanaya aparmış, qardaşının xəsarəti yüngül olduğu üçün sonuncunu xəstəxana qəbul etməmişdir. Ona görə polislər qardaşı Rəcəbalını özəl xəstəxanaya aparmış, sonuncu elə həmin gün evə buraxılmışdır. Onun xəsarətləri isə ağır olmuşdur. Sonradan Pərvizin ailəsi üzrxahlığa gəlmiş, onlar Pərvizlə barışmışlar. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi qalmamışdır. Məhkəmə baxışı zamanı tədqiq olunan, ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadələri hadisə yerində yoxlanılmış və zərər çəkmiş şəxs sərbəst ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq edərək hadisə yerində əyani şəkildə göstərmişdir (iş vərəqə: səh. 126-127). Cinayət işi üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid1 məhkəmədə zərər çəkmiş şəxs kimi ifadə vermiş qardaşı Zərərçəkmiş şəxs ilə oxşar məzmunda ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə baxışı zamanı tədqiq olunan, ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Şahid1 ifadələri hadisə yerində yoxlanılmış və şahid sərbəst ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq edərək hadisə yerində əyani şəkildə göstərmişdir (iş vərəqə: səh. 128). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 1 ildir ki, işlədiyi "Sushi Baku" kafesindən tanımış, həmin vaxtdan münasibətləri yaranmışdır. O, həmin kafenin müştərisi olmuşdur. 15 iyun 2021-ci il tarixdə, saat təxminən 20 radələrindən etibarən o, Pərviz və həmin kafedə işləyən Kamran ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən "Montin" adlı kafedə oturaraq spirtli içki qəbul etməyə başlamışlar. Saat təxminən 21:30 radələrində həmin kafeni tərk etmiş və oradan ayrıldıqdan sonra yaşadığı ünvana getmişdir. Təxminən 23 radələrində Kamran ona zəng edərək Pərvizin dava-dalaş etməsi və bu səbəbdən polislərin onun yanında olmasını demişdir. O da bu səbəbdən ilk öncə "Sushi Baku" kafesinə, oradan isə Nərimanov RPİ-nin 17-ci polis şöbəsinə getmişdir. Bundan başqa hadisə barədə hər hansı məlumatı olmamış, yalnız polis şobəsində Pərvizin dalaşması, sonuncunun iki nəfəri bıçaqlamasını bilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid3 məhkəmədə şahid kimi ifadə vermiş X3 ilə oxşar məzmunda ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi, həmçinin hadisənin birbaşa olaraq şahidi olmadığını bildirdi. Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibb ekspertizasının 06 dekabr 2021-ci il tarixli, 31/434 saylı rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər- sifətin sol yarısmın ağız boşluğuna nüfuz edən, boyunun sağ yarısınm bayır səthinin kəsilmiş yaraları, sol saidin bükücü vətərlərinin, venalarm, arteriyalarının və əzələlərin zədələnməsi ilə müşayiət olunan sol saidin orta üçdə birinin kəsilmiş yarası, boyunun sağ yarısının bayır və arxa səthlərinin, sağ bazunun orta üçdə birinin ön səthinin səthi kəsilmiş yaraları-kəsici alətin (alətlərin) təsirindən o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın (ona oxşar digər bıçaqların) tiyəsinin iti kənarınm təsirindən törənə bilərdilər və qərarın təsviri hissəsində qeyd olunan 15.06.2021-ci il tarixdə və şəraitdə əmələ gələ bilər. Qeyd edilən xəsarətlərdən: a) boyunun sağ yarısının bayır səthinin kəsilmiş yaraları, sol saidin bükücü vətərlərinin, venaların, arteriyalarmın və əzələlərin zədələnməsi ilə müşayiət olunan sol saidin orta üçdə birinin kəsilmiş yarası, boyunun sağ yarısının bayır və arxa səthlərinin, sağ bazunun orta üçdə birinin ön səthinin səthi kəsilmiş yaraları ümumilikdə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasma səbəb olmuş, sağlamlığa az ağır zərər vurmaya aiddir, b) Mimika, asimmetriya və çeynəmə pozğunluqları ilə müşayiət olunan sifətin sol yarısının çapıq toxuması, vaxt keçdikcə bərpa olunmayan və geri dönməzliyi baxımından eləcədə onları aradan qaldırmaq üçün kosmetik cərrahi müdaxilələr (kosmetik əməliyyatlar) lazım olduğundan, qeyd olunan çapıq toxuma sifətin silinməz izi kimi qiymətləndirilir. 3.Vət.Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına görə şəxsin özü-özünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsindən əmələ gəlməsi inandırıcı deyildir (iş vərəqə: səh. 177-180). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-tibb ekspertizasının 06 dekabr 2021-ci il tarixli, 31/433 saylı rəyindən görünür ki, Şahid1 aşkar edilmiş xəsarətlər- sifətin sol yarısının ağız boşluğuna nüfuz edən, sol gözün üst qapağının kəsilmiş yaraları-kəsici alətin (alətlərin) təsirindən o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın (ona oxşar digər bıçaqların) tiyəsinin iti kənarının təsirindən törənə bilərdilər və qərann təsviri hissəsində qeyd olunan 15.06.2021-ci il tarixdə və şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamhğın uzun müddətə pozulmasına səbəb olmuş, sağlamlığa az ağır zərər vurmaya aiddir. 2.Sifətin sol yarısında olan xəsarət izi çapıq toxuma vaxt keçdikcə öz gedişləri boyu çəkilib gedən olduqları baxımından qeyd olunan çapıq toxuma sifətin silinən izi kimi qiymətləndirilir. 3.Vət.Şahid1 aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına görə şəxsin özü-özünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsindən əmələ gəlməsi inandırıcı deyildir (iş vərəqə: səh. 173-175). Məhkəmə baxışı zamanı tədqiq olunan, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 16 iyun 2021-ci il tarixli, 2/7892 saylı tibbi müayinə protokolundan görünür ki, hadisədən sonra tibbi müayinə zamanı Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir (iş vərəqə: səh. 29). Məhkəmə baxışı zamanı tədqiq olunan, könüllü təqdim etmə və baxış keçirmə haqqında 16 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd, dəstəyinin üzərində «Browning» yazısı olan bıçağı təqdim etmişdir (iş vərəqə: səh. 20-21). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-ballistik ekspertizasının 27 iyul 2021-ci il tarixli, 3/1229 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir (iş vərəqə: səh. 102-104). Məhkəmə baxışı zamanı tədqiq olunan, ambulator məhkəmə-psixiatrik ekspertizasının 30 noyabr 2021-ci il tarixli, 2831 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. - Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. - Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. - Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: səh. 169-171). Məhkəmə baxışı zamanı ibtidai istintaq orqanının elan edilməklə tədqiq olunan 06 dekabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işinə hissəvi xitam verilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs Şahid1 bıçaqla sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurması xüsusatı üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən cinayət təqibinə hissəvi xitam verilmişdir (iş vərəqə: səh. 184-192). Cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ağır bədən xəsarəti yetirdiyi, dəstəyinin üzərində «Browning» sözü yazılmış 1 (bir) ədəd bıçaq iş üzrə maddi sübut kimi tanınaraq Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (iş vərəqə: səh. 184-192; 194). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vuran bədən xəsarəti yetirməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: səh. 182-183). Həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı ərizə ilə müraciət edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsyla barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir (iş vərəqə: səh. 101; iş materialları). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 2016 və 2021-ci il təvəllüdlü olmaqla iki nəfər azyaşlı uşağı vardır (iş vərəqə: 208-209). İşdə olan, Nərimanov rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 30 saylı Mənzil Kommunal İstismarı sahəsindən verilmiş xasiyyətnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqə: səh. 207). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını və zərər çəkmiş şəxslə barışıq əldə etməsini hadisə baş verdiyi zaman qüvvədə olan Azərbaycan Respublikası CM-nin 59.1.4-cü və 59.1.12-ci maddəsinə, əvvəllər məhkum olunmamasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını, nəhayət tutduğu əməldən səmimi peşmanlığını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, 59.1.12-ci maddəsinə əsasən isə zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasının aşağı həddində, barəsində cəzanı yüngülləşdirən halları nəzərə almaqla, cəza təyinetmənin ümumi prinsiplərinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunacağı nəzərə alınmalı və o, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 16 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 16 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 iyun 2021-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 16 iyun 2021-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 16 iyun 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs tərəfindən təqdim edilməklə Nərimanov RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan cinayətin aləti - dəstəyinin üzərində «Browning» yazısı olan 1 (bir) ədəd bıçaq məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 27.07.2021-ci il tarixli, 3/1229 nömrəli məhkəmə-ballistik ekspertizasının keçirilməsi ilə əlaqədar 64,00 (altmış dörd) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 16 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin olunan cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs tərəfindən təqdim edilməklə Nərimanov RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan cinayətin aləti - dəstəyinin üzərində «Browning» yazısı olan 1 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 64,00 (altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar