Məhkəmə qərarları › İş №1(101)-464/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-464/2023

16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-464/2023 16.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X8-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, X6, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 26 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, azərbaycan-rus dillərinin tərcüməçiləri X7 və X3 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, 26 avqust 1984-cü ildə Bakı şəhərində anadan olan, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olub həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmək məqsədi ilə başqa şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 15 iyul 2022-ci il tarixdə, saat 03:00 radələrində əvvəlcədən aralarında olan razılaşmaya əsasən qrupun digər üzvü tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Xocəsən-Lökbatan yolunun sağ tərəfində yol kənarında quraşdırılmış yol nişanının altında gizlədilmiş 01 ədəd şəffaf polietilen bükümdə qablaşdırılmış külli miqdarda, yəni təmiz çəkisi 6,400 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 2,753 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib, həmin bükümləri siqaret qutusunun içərisində yerləşdirib, əynindəki şalvarın cibində saxlayıb daşımış, 15 iyul 2022-ci il tarixdə, saat 19:00-da Binəqədi RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən “M.Lomonosov” adına Universitetinin yaxınlığında saxlanılaraq Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı onun əynindəki şalvarın cibində olan siqaret qutusunun içərisində bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 6,400 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 2,753 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittihamda qismən təqsirli bilərək göstərdi ki, o, 15 iyul 2022-ci il tarixdə gecə təxminən saat 03:00 radələrində “İnstaqram” sosial şəbəkəsində adını bilmədiyi İran vətəndaşı ilə tanış olmuşdur. Onun narkotik vasitə və psixotrop maddə satdığını bilib ondan özünə narkotik maddələr almaq qərarına gəlmişdir. Həmin iranlının kart hesabına 100 manat köçürmüşdür, iranlı da “WhatsApp” vasitəsi ilə ona narkotik göndərdiyi yerin Xocəsən Lökbatan yolunun sağ tərəfində yol kənarındakı yol nişanının altında heroin və metamfetamin qoyulduğunu dedi. O da həmin yerə gedib özünün istifadəsi üçün heroini və metamfetamini almışdır. 15 iyul 2022-ci il tarixdə, təxminən saat 19:00 radələrində o, Xocəsən qəsəbəsində “Lomonosov” adına Universitetinin yaxınlığında piyada gedərəkən tanımadığı bir nəfər mülki geyimli, bir nəfər isə polis formasında olan şəxslər ona yaxınlaşıb özlərini ona 40-cı PB-nin əməkdaşları kimi təqdim etdilər. Ona onun nakotik maddə gəzdirməkdə şübhəli bildikləri bildirib onu 40-cı PB-nə aparmışlar. Bölmədə ona hüquq və vəzifələri izah olunmuş, ona tərcüməçi və vəkil təqdim edilmişdir. Bundan sonra üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona təklif olunmuşdur ki, üzərində olan əşyaları təqdim etsin. O da geydiyi göy rəngli cins şalvarının sağ yan cibindən üzərində “SOBRANİE” yazısı olan siqaret qutusunun içərisində olan iki ədəd selofan bükümü, həmin şalvarın sol yan cibində olan “NOKİA” markalı smartfon tipli mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı o, bir bükümün içərisində narkotik vasitə heroin, ikinci bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri 15 iyul 2022-ci il tarixdə, gecə saat 03 radələrində “İnstaqram” sosial şəbəkəsində tanış olduğu adını bilmədiyi İran İslam Respublikası vətəndaşının kart hesabına 100 manat köçürtdükdən sonra həmin şəxsin “WhatsApp” vasitəsi ilə ona göndərdiyi yerdən yəni, Xocəsən Lökbatan yolunun sağ tərəfində yol kənarında yol nişanının altından götürdüyünü bildirmişdir. Bundan sonra bükümlər zərfə qoyularaq qablaşdırıldı və zərfin üzəri iştirakçılar tərəfindən imzalandı. Sonra bu barədə protokol tərtib olundu və protokol iştirakçılar tərəfindən imzalandı. O, öz ifadələrini təsdiq edir. Özünə qarşı qərəzli və böhtan xarakterili ifadələr vermir. Necə olub elə də ifadələr verir. Şahid1 ifadəsində göstərdi ki, o, Binəqədi RPİ 40-cı PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Bölməyə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, saxlaması və gəzdirməsi ilə məşğul olması barəsində məlumat daxil oldu. Məlumatı yoxlamaq məqsədi ilə bölmənin sahə inspektoru, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradıldı və əməliyyat tədbiri keçirildi. Əməliyyat tədbiri zamanı 15 iyul 2022ci il tarixdə, saat 18:30 radələrində onlar Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən “Lomonosov” Universitetinin yaxınlığına getmişlər. Təxminən saat 19:00 radələrində yuxarıda göstərilən ünvanda olan zaman orada əməliyyat məlumatında təsvir olunmuş xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsi müəyyən edib ona yaxınlaşıb onu bölməyə dəvət etmişlər. Bölmədə təhqiqatçı tərəfindən Kirili Fedoninə tərcüməçi və müdafiəçi təqdim olundu. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparıldı. Axtarışdan qabaq Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir maddənin olub-olmaması soruşuldu. Təqsirləndirilən şəxs də əynindəki şalvarın cibindən siqaret qutusunu, “NOKİA” markalı smartfon tipli mobil telefonu çıxararaq masanın üzərinə qoydu. Siqaret qutusu açıldıqda onun içərisindən iki ədəd selofan büküm aşkar edildi. Sorğu zamanı Kirill iki ədəd şəffaf selofan bükümlərdən bir bükümün içərisində olan maddənin heroin, digər bir bükümün içərisində olan maddənin metamfetamin olduğunu, həmin maddələri 15 iyul 2022-ci il tarixdə, gecə saat 03 radələrində “İnstaqram” sosial şəbəkəsində tanış olduğu adını bilmədiyi İran vətəndaşının kart hesabına 100 manat köçürdükdən sonra həmin şəxsin “WhatsApp” vasitəsi ilə ona göndərdiyi yerdən yəni, Binəqədi rayonu Xocəsən qəsəbəsi, Xocəsən Lökbatan yolunun sağ tərəfində yol kənarında yol nişanının altından götürüb üzərində saxladığını bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. İfadələrinə başqa əlavələri yoxdur. İfadələrinin doğruluğunu təsdiq edir. Fedonin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etməyib. Satış məqsədi ilə alıb. O, öz vəziyyətini yüngülləşdirmək üçün yalan ifadə verir. Şahid qismində dindirilmiş Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini mahiyyəti üzrə eynilə təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə edilmiş 15 iyul 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən üzərində “SOBRANİE” yazısı olan açıq sarı rəngli siqaret qutusunu, həmin şalvarın sol yan cibində olan “NOKİA” markalı smartfon tipli mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Siqaret qutusu açıldıqda içərisində 2 (iki) ədəd selofan büküm aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin 2 (iki) ədəd şəffaf selofan bükümlərdən 1(bir) bükümün içərisində olan maddə el arasında “kakos” kimi tanınan narkotik vasitə heroin, digər 1 (bir) bükümün içərisində olan maddənin el arasında “patı” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri 15 iyul 2022-ci il tarixdə, gecə saat 03 radələrində “İnstaqram” sosial şəbəkəsində tanış olduğu adını bilmədiyi İran İslam Respublikası vətəndaşının kart hesabına 100 manat köçürtdükdən sonra həmin şəxsin “WhatsApp” vasitəsi ilə ona göndərdiyi yerdən yəni, Binəqədi rayonu Xocəsən qəsəbəsi Xocəsən Lökbatan yolunun sağ tərəfində yol kənarında yol nişanının altından götürüb üzərində saxladığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD diskə baxış keçirilərkən, şəxsi axtarış və götürmənin prosessual tələblərə uyğun və protokolda əks olunmuş qaydada aparıldığı müəyyən edilir. Məhkəmədə elan edilib araşdırılmış, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 16 iyul 2022-ci il tarixli 6/3844 saylı rəyindən görünür ki, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün N°234» dairəvi möhür əksi, “Fedonin (imza)” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 6,400 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,753 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmədə elan edilib araşdırılmış, iş üzrə keçirilmiş məhkəmə psixiatrik ekspertizasının 19 iyul 2022-ci il tarixli, 1890 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda da hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs hal hazırda da, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. X12 öz psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nın 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş 6,400 qram miqdarında və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 6,200 qram narkotik vasitə heroin, 2,753 qram çəkidə olan və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 2,653 qram çəkidə olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınıb Binəqədi RPİ-də saxlanılır, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması zamanı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılır. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək əldə etdiyi narkotik vasitə heroini və psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün aldığını göstərdi. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları təhlil edib hesab edir ki, onun bu ifadələri həqiqətə uyğun deyildir. Çünki onun əməlinin predmetini təşkil edən heroin və metafetamin miqdarına və növlərinə görə müxtəlifdirlər. Məhkəmə hesab edir ki, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanuni ilə təsdiq edilmiş şəxsi cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıda narkotik vasitə heroinin və psixorop maddənin 0,15 qramı şəxsi istehlak miqdarından artıq kimi qiymətləndirməsi nəzərə alındıqda, Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün 6 ,400 qram narkotik vasitə heroin, 2,753 qram çəkidə metamfetamin alması ağlabatan deyildir. Məhkəmə göstərilənləri nəzərə alıb onun bu ifadələrini özünün cəzasını yüngülləşdirməyə yönələn ifadələr kimi qiymətələndirir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən anlaqlı vəziyyətdə qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad etmək üçün əsas müəyyən olunmadı. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkib hissəsinin olduğu qənaətinə gəlir və onun əməllərini həmin maddələr ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə hazırkı iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə 114 (yüz on dörd) manat xərclənməsi, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 26 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 45 (qırx beş) saat hüqüqi yardım göstərilməsi və bu səbəbdən də ona 270 (iki yüz yetmiş) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğləri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat pulun X9 tutulub dövlət büdəsinə qaytarılmasını, müdafiəçiyə ödənilən hüquqi yardımdan azad olunmasını əsaslı sayır. Çünki onun həmin məbləği ödəmək üçün maddi imkanının olmaması müəyyən olundu. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİnin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş 6,400 qram çəkidə olan və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 6,200 qram çəkidə olan narkotik vasitə heroini, 2,753 qram çəkidə olan və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 2,653 qram çəkidə olan psixotrop maddə metamfetamini sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması zamanı Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və psixotrop maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal törətdiyi əməllərin törədilməsi halları barəsində ətraflı ifadələr verib əməllərindən peşman olması, əvvəllər məhkum olunmaması müəyyən olundu. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işnin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 iyul 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, 17 iyul 2022-ci il tarixə qədər saxlanılmış, barəsində qətimkan tədbiri qismində “başqa yerə getməmək haqqında iltizam” seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən həmin halı nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirini dəyişdirib onun barəsində həbs qətimkan tədbirinin seçilməsini və bu qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 3918 saylı 19 iyul 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməllərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 14 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub 15 iyul 2022-ci il tarixə qədər həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil edilsin və onun tərəfindən çəkilməli cəzanın qalıq müddəti 5 (beş) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 16 fevral 2023-cü il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” ləğv edilsin və onun barəsində həbs qətimkan tədbiri seçilsin. O, dərhal məhkəmə zalından həbsə alınsın və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına materialların məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 114 (yüz on dörd) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 26 saylı Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Vəkillər X5 və Tədris Mərkəzinin hesabına ödənilsin. Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın, müdafiəçiyə ödənilməli məbləği ödəməkdən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması zamanı üstündən aşkar edilib götürülmüş 6,400 qram heroinin tədqiqata sərf edildikdən sonra qalan qalığı 6,200 qram çəkidə olan narkotik vasitə heroin, 2,753 qram çəkidə metamfetaminin tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 2,653 qram çəkidə olan psixotrop maddə metamfetamin sərbəst dövriyyələri qadağan olunmuş əşyalar kimi məhv edilsin, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması zamanı videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar