Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-464/2024 31.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim qızı Kərimovun sədrliyi ilə, hakimlər X5 və X6-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı qızının , müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxx 1993-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayının təxminən ikinci ongünlüyünün əvvəllərində Bakı şəhərində başqa mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 16.382 qram psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o,13 mart 2023-cü il tarixdə saat 05:15 dəqiqə radələrində ünvan 3 ünvanın yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanda yerləşən Nizami rayon Polis idarəsinin 25-ci Polis şöbəsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynindəki gödəkcəsinin cibindən bir ədəd sellofan paketə bükülmüş küllü miqdarda, yəni təmiz çəkisi 16.382 qram olan külli miqdarda, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadələrində göstərdi ki, 12 mart 2023-cü il tarixdə o, İran vətəndaşı ilə “Whatsapp” vasitəsi ilə əlaqə saxlamışdır. İran vətəndaşı ona narkotik vasitəni gecə saatlarında Bakı şəhəri ərazisinə yerləşdirə biləcəyini və sonradan həmin yerin şəklini ona göndərə biləcəyini dedi. 13 mart 2023-cü il tarixdə gecə təxminən saat 02:00 radələrində İran vətəndaşı ona “Whatsapp” vasitəsi ilə mesaj göndərərək Bakı şəhəri, Nizami rayonu ərazisində narkotik vasitə yerləşdirə biləcəyini dedi və gecə təxminən saat 04:00 radələrində onun istifadə etdiyi “Whatsapp” vasitəsi ilə mesaj yazıb metamfetaminin qoyulduğu yerin fotoşəkilini və ünvanı onun telefonuna göndərdi. O da ünvan 6şdir. Metamfetamini götürdükdən təxminən bir-iki dəqiqə keçdikdən sonra iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu Nizami RPİ-nin 25-ci PŞnə apardılar. Orada onun üzərindən 16,382 qram metamfetamin aşkar olunaraq götürüldü. Etdiyi əmələ görə peşimandır. Özü bir ildən çoxdur ki, narkotik vasitə istifadəçisidir. O, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Özü gündə ya 0,5 qram , ya da 1 qram narkotik istifadə edir. Metamfetamin qoyulan yer yolun solunda idi. İran vətəndaşından 16,382 qram metamfetamini almağı iranlı ilə 125 manata razılaşmışlar. İfadələrinə başqa əlavəsi yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 1 ünvanında yaşayır. Təxminən bir ilə yaxındır ki, şüşə kimi tanıdığı psixotrop maddə metamfetamin istifadəçisidir. Narkotik vasitələri müxtəlif yerlərdən əldə edərək istifadə etmişdir. Təxminən 03 mart tarixdə 2023-cü il tarixdə sosial şəbəkə vasitəsi ilə adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Həmin İran vətəndaşına o, narkotik vasitə aludəçisi olmasını bildirmiş, həmin şəxs ona narkotik vasitə göndərə biləcəyini, qabaqcadan dediyi yerdən götürə biləcəyini və bunun müqabilində ondan pul alacağını bildirmişdir. 12 mart 2023-cü il tarixdə İran vətəndaşı ilə Whotsapp sosial xəbərləşmə proqramı vasitəsi ilə əlaqə saxlamış və həmin şəxsdən öz istifdəsi üçün şüşə kimin tanıdığı psixotrop maddə sifariş etmişdir. İran vətəndaşı ona narkotik vasitəni gecə saatlarında Bakı şəhəri ərazisinə yerləşdirə biləcəyini və sonradan həmin yerin şəklini ona göndərə biləcəyini bildirmişdir. 13 mart 2023-cü il tarixdə gecə saat təxminən 02 radələrində İran vətəndaşı ona “Whotsapp” sosial xəbərləşmə proqramı vasitəsi ilə mesaj göndərərək Bakı şəhəri, Nizami rayonu ərazisində narkotik vasitə yerləşdirə biləcəyini bildirmişdir. Saat təxminən 04 radələrində onun istifadə etdiyi “Whotsapp” sosial xəbərləşmə proqramına mesaj gəlmiş və psixotrop maddənin qoyulduğu yerin fotoşəkilini və ünvanı onun telefonuna göndərilmişdir. O, yoldan dayanmış olan taksiyə minərək tefonuna göndərilmiş ünvan olan Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsinə getmişdir. Küçədə yolun kənarına qoyulmuş olan ağ rəngli üzərində qəhvəyi rəngli ulduza bənzər şəkillər olan karton kofe içmək üçün istifadə olunan əzilmiş halda stəkanı götürmüş və içərisində baxdıqda içərisində selefona bükülmüş psixotrop maddə olan metameftaminin olmasını aşkar etmişdir. Həmin götürmüş olan bükümün fotoşəkilini “Whotsapp” vasitəsi ilə İran İslam Respublikası vətəndaşına göndərmiş və dərhal telefonunda şəkilləri və onunla yazışmalarını silmişdir. Təxminən 1-2 dəqiqə keçmiş 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və barəsində olan əməliyyat axtarış tədbirləri haqqında qərarla tanış etmişlər. Bundan sonra onu Nizami RPİ-nin 25-ci PŞ- nə dəvət etmişlər. Orada ona hüquqları izah olunduqdan sonra müdafiəçinin iştirakı İlə şübhəli şəxs qismində tutulmuşdur. Üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya və predmet olub olmaması əgər varsa təqdim etməsi təklif olunmuşdur. O, bu təklifdən sonra əynində olan açıq çəhrayı rəngli ev gödəkcəsinin sol yan cibindən Özünə məxsus “Samsung” markalı mobil telefonunu, sağ yan cibindən isə 01 ədəd ağ rəngli üzərində qəhvəyi rəngli ulduza bənzər şəkillər olan karton kofe içmək üçün istifadə olunan əzilmiş halda olan stəkanın içərisində olan qırmızı rəngli selefona bükülmüş şüşə kimin tanıdığı psixotrop maddə metamfetamini təqdim etmişdir. Həmin bükümün nə olması ondan soruşulduqda o, həmin bülkümün içərisində şüşə kimin tanıdığı psixotrop maddə metamfetaminin olmasını bildirmişdir. Götürülmüş olan büküm zərfə qoyularaq möhürlənmiş və üzəri o, və digər iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı həmin narkotik vasitə şüşə kimin tanıdığı metamfetamini İran İslam Respublikası vətəndaşının qoymuş olduğu yerdən götürdüyünü və öz istifadəsi üçün əldə etdiyini, İran İslam Respublikası vətəndaşı ilə həmin büküm üçün 125 manat pul müqabilində razılığa gəlməsini bildirmişdir. Lakin razılaşmaları narkotiki götürdükdən sonra pulu vermək olduğu üçün pulu göndərə bilməmişdir. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin, psixotrop maddələrin əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdu. 13 mart 2023-cü il tarixdə ünvan 3 ünvanın yaxınlığında məlumatı yoxlamaq məqsədi ilə keçirilən tədbirlər zaanı zahiri əlamətlərinə uyğun gələn şəxs Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqə göstərib ona Narkotik vasitələri və psixotrop maddələri saxlamaqda şübhəli olduğunu bildirib onu Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə dəvət etmişlər. Orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində başqa qadının cəlb olunması ilə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs 01 ədəd bükümdə olan psixotrop maddənin metamfetamin olduğunu bildirib metamfetamini təqdim etdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin büküm ekspertizaya göndərildi. İbtidai istintaq zamanı verdiyi ifadələri təsdiq edir. İfadəsinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin, psixotrop maddələrin əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq, Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar o, raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra 13 mart 2023-cü il tarixdə ondan, Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2 və polis leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaranmış və adı qeyd olunan polis əməkdaşları ilə bir yerdə əməliyyat tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin günü, yəni 13 mart 2023-cü il tarixdə saat 05:15 radələrində ünvan 3 ünvanın yaxınlığında məlumatda zahiri əlamətlərinə uyğun gələn şəxs Təqsirləndirilən şəxs qızma yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqə göstərmişlər. Narkotik vasitələri və psixotrop maddələri saxlamaqda şübhəli olduğunu bildirib onu Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin 25ci Polis Şöbəsinə dəvət etmişlər. Həmin şəxs onlarla razılaşaraq Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə gəlmiş və o, raport yazıb həmin şəxsi şöbənin növbətçi hissəsinə təhvil vermişlər. Şöbədə şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, həmin şəxs xx.xx.1993cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxsdır. Şöbə rəhbərliyinin göstərişinə əsasən həmin şəxsin üzərində şəxsi axtarış aparılması və sənədləşmə üçün təhqiqatçı ayrılmışdır. Bundan sonra Bakı Şəhər Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı X7 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş sonra onun, Bakı şəhər Nizami RPİ-nin 25-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2, polis leytenantı Şahid3 və prossesə dəvət olunmuş Nizami RPİnin 25-ci PŞ-nin dəftərxana müdiri X2 iştirakı ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq çəhrayı rəngli ev gödəkçəsinin sağ yan cibindən 01 ədəd ağ rəngli üzərində qəhvəyi rəngli ulduza bənzər şəkillər olan kağız stəkana bükülmüş bükümü çıxararaq təqdim etmişdir. Həmin 01 ədəd ağ rəngli üzərində qəhvəyi rəngli ulduza bənzər şəkillər olan kağız stəkana bükülmüş bükümün içərisinə baxdıqda həmin bükümün içərisində qırmızı rəngli sellofana bükülmüş içərisində ağ rəngli kristal şəkilli maddənin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “əynində olan açıq çəhrayı rəngli ev gödəkçəsinin sağ yan cibindən çıxararaq təqdim etdiyi 01 ədəd ağ rəngli üzərində qəhvəyi rəngli ulduza bənzər şəkillər olan kağız stəkana bükülmüş bükümün içərisindəki qırmızı rəngli sellofan bükümdə olan psixotrop maddə metamfetamindir. Təxminən 01 ilə yaxın olar ki, psixotrop maddə metamfetamin qəbul etmişdir. Təqdim etdiyi külli miqdarda psixotrop maddə mctamfetamini 12 mart 2023-cü il tarixdə adım bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə “Whotsapp” sosial xəbərləşmə proqramı vasitəsi ilə əlaqə saxlayaraq öz istifdəsi üçün 125 manat müqabilində razılaşaraq sifariş etdikdən sonra həmin şəxs 13 mart 2023-cü il tarixdə saat 04 radərində “Whotsapp” sosial xəbərləşmə proqramı vasitəsi ilə ona mesaj göndərərək küllü miqdarda psixotrop maddə metamfetamini Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsində yerləşən yolun kənarına qoymasını bildirmiş, sonra isə o, həmin günü saat 04 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsinə gedərək yolun kənarına qoyulmuş içərisində psixotrop maddə metamfetamin olan ağ rəngli üzərində qəhvəyi rəngli ulduza bənzər şəkillər olan əzilmiş halda olan kağız stəkanı götürüb üzərində saxlayaraq özü ilə ünvan 3 ünvanın yaxınlığına daşımışıdır”. Bildirmişdir ki, “o, psixotrop maddəni özü istifadə etdiyi üçün alıb, həmin psixotrop maddəni yalnız özü istifadə edəcəkdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ rəngli üzərində qəhvəyi rəngli ulduza bənzər şəkillər olan kağız stəkana bükülmüş bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» olan möhürü ilə möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib edilib iştirakçılar və onun tərəfindən imzalanmışdır. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin, psixotrop maddələrin əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdu. Məlumatı yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradıldi.və əmliyyət tədbiri keçirildi..Tədbir zamanı 13 mart 2023-cü il tarixdə ünvan 3 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs müəyyən edib özlərini ona təqdim edib onun narkotik vasitələri və psixotrop maddələri saxlamaqda şübhəli olduğunu bildirilib onu Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə gətirmişlər. Orada Təqsirləndirilən şəxs üzərində axtarış aparldı. Axtarış dəfətərxanada işləyə qadın apardı. Axtarış vidio çəklişlə aparıldı. Təqsirləndirilən şəxs bir ədəd bükümü təqdim etdi və həmin maddənin metamfetamin olduğunu bildirdi. Protokl tərtib olundu. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin büküm ekspertizaya təqdim edildi. İbtidai istintaq zamanı verdiyi ifadələri təsdiq edir. İfadəsinə başqa əlavəsi yoxdur. Şahid3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndiirlən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. 13 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin, psixotrop maddələrin əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumat əsasında, Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar raportla şöbə rəhbərliyinə müraciət edildi və polis kapitanı Şahid2 və əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradıldı. 13 mart 2023-cü il tarixdə saat 05:15 radələrində ünvan 3 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs qızma yaxınlaşaraq özümüzü təqdim edib onu Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə dəvət etdilər. Həmin şəxs onlarla razılaşaraq Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə gəldikdən sonra həmin şəxsin üzərində şəxsi axtarış aparılması və sənədləşmə üçün təhqiqatçı ayrılmışdır. Bundan sonra X2 iştirakı ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən 01 ədəd bükümdə metamfetamin aşkar olundu. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid3 və Şahid2 ibtidai istintaq zamanı Şahid1 ilə eyni məzmunlu ifadə verib onun ifadələrində göstərdiyi halları təsdiq etdi. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 13 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynindəki ev gödəkçəsinin sağ yan cibindən 01 ədəd ağ rəngli üzərində qəhvəyi rəngli ulduza bənzər şəkillər olan kağız stəkana bükülmüş bükümün içərisində olan 01 ədəd qırmızı rəngli sellofana bükülmüş bükümdə ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 14 mart 2023-cü il tarixli, elektron məlumatların əks olunduğu 01 ədəd DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı Şəhər Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı X3 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs Nizami RPİ-nin 25-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkilləri, kapitanı Şahid2, Şahid1 və prossesə dəvət olunmuş Nizami RPİ-nin 25-ci PŞ-nin dəftərxana müdiri X2 iştirakları ilə Təqsirləndirilən şəxs qızma özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq çəhrayı rəngli ev gödəkçəsinin sağ yan cibindən 01 ədəd ağ rəngli üzərində qəhvəyi rəngli ulduza bənzər şəkillər olan kağız stəkana bükülmüş bükümü çıxararaq təqdim etdi. Həmin 01 ədəd ağ rəngli üzərində qəhvəyi rəngli ulduza bənzər şəkillər olan kağız stəkana bükülmüş bükümün içərisinə baxdıqda həmin bükümün içərisində qırmızı rəngli selofana bükülmüş içərisində ağ rəngli kristal şəkilli maddənin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, əynində olan açıq çəhrayı rəngli ev gödəkçəsinin sağ yan cibindən çıxararaq təqdim etdiyi 01 ədəd ağ rəngli üzərində qəhvəyi rəngli ulduza bənzər şəkillər olan kağız stəkana bükülmüş bükümün içərisindəki qırmızı rəngli sellofan bükümdə olan psixotrop maddə metamfetamindir. Təxminən 01 ilə yaxın olar ki, psixotrop maddə metamfetamin qəbul edir. Təqdim etdiyi külli miqdarda psixotrop maddə metamfetamini 12 mart 2023-cü il tarixdə adım bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə “Whotsapp” sosial xəbərləşmə proqramı vasitəsi ilə əlaqə saxlayaraq öz istifdəsi üçün 125 manat müqabilində razılaşaraq sifariş etdikdən sonra həmin şəxs 13 mart 2023-cü il tarixdə saat 04 radərində “Whotsapp” sosial xəbərləşmə proqramı vasitəsi ilə ona mesaj göndərərək küllü miqdarda psixotrop maddə metamfetamini Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsində yerləşən yolun kənarına qoymasını bildirmiş, sonra isə o, həmin günü saat 04:00 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsinə gedərək yolun kənarına qoyulmuş içərisində psixotrop maddə metamfetamin olan ağ rəngli üzərində qəhvəyi rəngli ulduza bənzər şəkillər olan əzilmiş halda olan kağız stəkanı götürüb üzərində saxlayaraq özü ilə ünvan 3 ünvanın yaxınlığına daşımışıdır”. Bildirmişdir ki, "o, psixotrop maddəni özü istifadə etdiyi üçün alıb, həmin psixotrop maddəni yalnız özü istifadə edəcəkdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildi və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ rəngli üzərində qəhvəyi rəngli ulduza bənzər şəkillər olan kağız stəkana bükülmüş bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 165 nömrəli möhürü ilə möhürlənərək götürüldü. Bundan sonra şəxsi axtarışın çəklişi təhqiqatçı tərəfindən dayandırıldı. Diskdə yazılmış video çəkliş 05 dəqiqə 27 saniyə davam etmişdir. Tərəfimdən DVD diskinə baxış keçirildikdən sonra protokol tərtib olundu və disk əvvəlki zərfinə qoyularaq cinayət işinə əlavə edildi. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, 13 mart 2023-cü il tarixli materialların məhkəmə ekspertizasının 6/1536 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “...Şübhəli şəxs Təqsirləndirilən şəxs..” yazı və imzaları olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 16,382 qram ağ rəngli kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilib ifadələrində göstərdi ki, ona elan olunmuş ittihamda nəzərdə tutulan psixotrop maddə metamfetamin ona məxsusdur. Məhkəmədə Təqsirləndirilən şəxs bu ifadələri məhkəmədə şahid ifadələri, axtarış və götürmə protokolu,ekspertiza rəyi maddi sübutla və işin faktiki halları ilə sübuta yetirildi. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən qəsdən törədilməsinin sübuta yetirildiyini, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1 ci maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilinib onun bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 88 (səksən səkkiz) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləği Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 55 (əlli beş) saat hüquqi yardım göstərilməsi və buna görə ona 330 (üç yüz otuz) manat pul ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləği dövlət büdcəsi hesabına ödənilməsini və Təqsirləndirilən şəxs həmin ödəmədən azad olunmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd bükümdə ümumi ilkin çəkisi 16,382 qram təşkil edən psixotrop maddə metamfetaminin, tədqiqata sərf edildikdən sonra çəkisi 16,332 qram metamfetaminin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin əlavə olunmuş Azərbaycan Respublikası DİNin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs hazırkı iş üzrə 13 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub 14 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində qətimkan tədbiri qismində həbs seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi həm ibtidai istintaq zamanı, həm də məhkəmədə etirafedici ifadələr verərək cinayətin açılmasında iştirak etməsi və əvvəllər məhkum olunmaması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 20 may 2023-cü il tarixli 3094 saylı rəyindən görünür ki Təqsirləndirilən şəxs Psixostimulyatorların qəbulu nətcəsində ASİLLİQ SİNDROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunmasını və narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 13 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına 88 ( səksən səkkiz ) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 330 (üç yüz otuz) manat Azərbaycan Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiəçiyə ödənilən məbləği ödəməkdən azad olunsun, ekspertiza xərcələrini təşkil edən 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə metamfetaminin ekspert tədqiqatından sonra qalıq hissəni təşkil edən 16,332 qram hissəsi sərbəst dövriyyəsi qadağan olunmuş əşyalar kimi məhv edilsin. Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsin şəxsi əşyası kimi onun yaxın qohumlarına qaytarılsın. Bir ədəd rəqəmsal video disk (DVD-R) cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-464/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-464/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver