Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-464/2025 24.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 qızının, X3 və X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1981-ci ildə İmişli rayonu, Yalavac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, İmişli rayonu, Yalavac kəndində ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsində nömrəsiz fərdi evdə kirayədə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması və ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 02 mart 2024-cü il tarixdə saat 23:40 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 100/8 ünvanında yerləşən “Səməd Vurğun” adına istirahət parkında olarkən tanışı Zərərçəkmiş şəxs2 ilə heç bir əsaslı səbəb olmadan sözlü mübahisə edib ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən, sonuncunun ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib, ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs2 zor tətbiq edərək sonuncunun sifət nahiyəsinə yumruq zərbələri vurmaqla ona burun nahiyəsinin qançırı kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirdikdən sonra üzərində olan silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməyən bıçağı çıxarıb Zərərçəkmiş şəxs2 üzərinə gedərkən orada olan ictimai qaydanın pozulmasının qarşısını alan tanışı Zərərçəkmiş şəxs1 müqavimət göstərib xuliqanlıq niyyətilə həmin bıçaqla sonuncunun bədən nahiyəsindən qəsdən bir dəfə vuraraq ona döş qəfəsinin sol yarısının ön səthində döş boşluğuna nüfuz edən hemopnevmotoraksla müşayiət edilən deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan qəsdən sağlamlığa AĞİR zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, İlhamla bir yerdə ev ustası kimi işləmişdir. Hadisə günü X19 parkının yanında kafedə oturub yeyibiçəndən sonra parka doğru getmiş, orada İlhamla zarafatlaşmışdır. İkisi də bir az içkili olmuşdur. O, İlhama bıçaq dəydiyini xatırlamır. Digər hadisələr də həmin gün içkili vəziyyətdə olduğu üçün yadından çıxmışdır. Hadisə günü onlar kafedə 4 nəfər oturub yeyib içmişdir. 4 nəfər deyəndə isə İlham, Vüsal, Nəcəf və özünü nəzərdə tutur. Vüsal onun birlikdə işlədiyi şəxs olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, hadisə baş verən zaman içkili olmuş, İlham ona bıçaqlandığını deyən zaman qorxduğu üçün içkidən ayılan kimi olmuş, əlindəki bıçağı kənara tullamış, hadisə yerində söyməmiş, Vüsal onu söymüş, o, Vüsala söyüş söyməməli olduğunu demiş, Vüsalın işlətdiyi söyüş tam yadında qalmamış, Vüsal ümumi müğənnilərin ünvanına söymüş, İlhamı bilmədən bıçaqlamış, hadisə zamanı İlham onu sakitləşdirmiş, indiyə qədər onların arasında heç bir ədavət olmamış, İlhamı bıçaqlamağı üçün heç bir səbəbi olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Cəmil və İlhamla birlikdə şəhərdə olan tikintidə usta kimi işləmişdir. Hadisə günü Cəmil ona zəng edərək şəxsiyyət vəsiqəsini kirayə qaldığı evin sahibindən götürüb özünə təhvil verməsini xahiş etmişdir. Həmin gün Cəmil işdə olduğu üçün şəxsiyyət vəsiqəsini götürməyə özü gedə bilməmişdir. Cəmil günlük kirayə evdə qalırmış, şəxsiyyət vəsiqəsini də ev sahibinə vermişdir ki, kirayə pulunu ödəyən zaman ev sahibi vəsiqəni özünə qaytarsın. Cəmil ona ev sahibinin telefon nömrəsini, həmçinin yol pulu da vermiş, o da ev sahibi ilə əlaqə saxlamış, şəhərdə görüşmüş, vəsiqəni təhvil almışdır. O, vəsiqəni götürdükdən sonra Sumqayıtda işi olduğu üçün oraya getmişdir. Cəmil, Nəcəf və İlham isə həmin vaxtlarda 28 Mayda yerləşən “Köhnə Bakı” adlı kafedə oturub yeyib-içirmişlər. Sonradan Nəcəf ona zəng edərək Cəmilin şəxsiyyət vəsiqəsinin özünə lazım olduğunu, tez bir zaman gətirməsini bildirmişdir. O da Sumqayıtdan Bakı şəhərinə qayıtmış, Cəmilgilin yanına getmiş, onlarla kafedə görüşmüşdür. Həmin kafedə İlhamgillə bir yerdə, təxminən, 15-20 dəqiqə oturmuş, şəxsiyyət vəsiqəsini Cəmilə təhvil vermiş, daha sonra isə evə getmək üçün ayağa qalxmışdır. Bu zaman Nəcəfgil ondan hələ getməməsini, bir az da oturub söhbət etmələrini istəmişdir. Sonradan hamısı kafedən çıxmış, yol ilə gedəndə Səməd Vurğun parkı tərəfdə Nəcəfin ayağı tutulmuş, ona görə də, oturacaqların birində əyləşmişdir. Nəcəf əyləşdikdən sonra İlham, Cəmil və o, yan-yana durmuşdur. Həmin gün o, evə getməyə tələsirmiş, çünki səhərisi gün xalasının yası ilə bağlı bərbərə getməli imiş. Bununla əlaqədar olaraq, İlhama işlərində olmasını, özünün evə tələsdiyini demişdir. İlham da onunla razılaşmayaraq söhbət etməyə başlamışdır. Bu hadisədən bir neçə gün əvvəl İlhamgilin məhəlləsinə müğənni gəlmiş, İlham da ondan danışmağa başlamışdır. İlham ona müğənninin pulsuz şəkildə oxumağa gəldiyini demişdir. O da İlhama “heç bir müğənni gəlib pulsuz oxuyan deyil, onların həmişə bir sponsoru olur” tərzində bir ifadə demişdir. Cəmil bunu eşidən kimi ayağa durmuş, ona bir şillə atmışdır. Şillədən sonra o, Cəmilə demişdir ki, “ayıbdır, yekə kişisən, bu nə hərəkətdir”. Cəmil də ona müğənniləri təhqir etdiyini demişdir. O da Cəmilə müğənniləri heç bir zaman təhqir etmədiyini, işlətdiyi ifadələrin mənalarını dərk etdiyini bildirmişdir. Onu tanıyan hər kəs onun heç bir zaman başqaları haqqında nalayiq ifadələr işlədən, vulqar ifadələrdən istifadə edən biri olmadığını bilmişdir. Bu hadisədən bir neçə dəqiqə sonra onun telefonuna zəng gəlmişdir. Bunu görən Cəmil ona yaxınlaşaraq telefonunu əlindən almış və kimə zəng etdiyini soruşmuşdur. O da Cəmilə telefonunu əlindən almağa haqqının olmadığını izah etmişdir. Cəmil ondan telefonu bağlayıb yanına gəlməsini istəmişdir. O da telefonu bağlayıb Cəmilin yanına gedən zaman birdən Cəmil ona tam xatırlamadığı bir şəkildə burnundan zərbə ilə vurmuş, nəticədə də onun burnundan qan açılmışdır. Cəmil ona kənardan nalayiq ifadələr işlədərək hədə-qorxu gəlmişdir. Nəcəf onu yolun kənarına çəkmiş, o da yolun kənarına keçdikdən sonra 102-yə zəng etmişdir. Zəngdə polis əməkdaşları ona 22-ci Polis bölməsinə yaxınlaşmalı olduğunu demişdir. Həmin vaxt onun burnu qanadığı üçün 22-ci Polis bölməsinə getməyi alınmamışdır. Yolun kənarında bulaq olmuş, gedib orada burnunun qanını təmizləmiş, daha sonra taksiyə minərək evinə getmişdir. Evinə çatan zaman taksidən düşəndə Müşfiqin ona zəng etdiyini görmüşdür. Müşfiq də onunla bir tikintidə işləmişdir. Telefonla Müşfiqə yenidən zəng edən zaman Müşfiq ona İlhamın bıçaqlandığını demişdir. O, Müşfiqdən hadisənin necə baş verdiyini soruşmuş, Müşfiq də ona “İlhamı Cəmil bıçaqlayıb, sən Cəmillə dava edən zaman bıçaq İlhama dəyib” deyə bildirmişdir. O, Müşfiqə Cəmillə dava edən zaman bıçaq məsələsinin olmadığını, belə bir hadisəyə şahidlik etmədiyini demişdir. Hətta o, Cəmilgildən uzaqlaşıb evinə gedən zaman yolda Nəcəf ona zəng edərək İlhamla Cəmilin bir yerdə harasa getdiyini, onun da Cəmilgillə bir yerdə olub-olmadığını soruşmuşdur. O da Nəcəfə Cəmilgildən xəbəri olmadığını, taksi ilə evinə getdiyini demişdir. Ümumiyyətlə, Cəmillə o dava edən zaman İlham onları ayırmağa çalışmış, Cəmili ondan uzaqlaşdırmışdır. Həmin anlarda nə Cəmilin əlində bıçaq görmüş, nə də ki, İlhamın bıçaqlandığının şahidi olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirdi ki, ona qarşı cinayəti Təqsirləndirilən şəxs törətmiş, Cəmil onu vurmasın deyə İlham Cəmili kənara çəkmiş, hadisə günü o, heç bir nalayiq ifadə işlətməmiş, müğənnilərin ünvanına qarşı vulqar ifadələr söyləməmiş, Cəmillə parkda dava edən zaman ətrafda çox insan olmamış, hava da yağışlı olduğundan insan sayı az olmuş, o, Cəmillə barışmağa razı olmuş, hətta Nəcəfgilə demişdir ki: “Cəmil içkili vəziyyətdə olub, gəlib məndən üzr istəsin, məsələ bağlansın”, amma Cəmil bunu da etməmişdir, Cəmillə dava edən zaman Cəmil ona əlində bükülü vəziyyətdə olan bıçağı göstərərək hədə-qorxu gəlmiş və onu vuracağını demiş, elə bundan sonra X17 uzaqlaşdırmağa başlamışdır, Cəmilin əlindəki bıçağın İlhama necə dəydiyi barədə məlumatı olmamış, Cəmil ona dəymiş ziyanı ödəməmiş, Cəmillə aralarında barışıq əldə olunmamış, lakin sonuncuya qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Cəmillə bir yerdə ev ustası kimi işləmişdir. Hadisə baş verən gün o, Cəmil və digər dostları ilə kafedə oturub yemək yemiş, çay içmişdir. Onlar kafedə 4 nəfər olmuşlar: Vüsal, Cəmil, Nəcəf və o. Təxminən, 4 nəfərə 700 qram çəkmə araq içmişlər. Kafedən çıxdıqdan sonra onlar parka doğru getmiş, o, yolda Nəcəflə qabaqda getmiş, Vüsal ən arxada hərəkət etmiş, Cəmil isə ortada tək getmişdir. Nəcəf beli ağrıdığı üçün tez-tez oturmaq istədiyini demişdir. O, birdən Vüsalla Cəmil arasında dava düşdüyünü görmüşdür. Cəmil Vüsaldan niyə söyüş söydüyünü soruşmuşdur. Cəmil Vüsala şillə atmış, bunu görən kimi, o da Cəmili tutub qırağa çəkmişdir. Cəmil də ona heç nə etməyəcəyini deyərək buraxmasını istəmişdir. O da Cəmili buraxmışdır. Cəmillə Vüsal bir-biri ilə yenidən dava edəndə o, özünü yaxşı hiss etmədiyini görmüş, yerə oturmuşdur. Oturduğu yerdən duranda dırnaqlarının qan olduğunu görmüşdür. Tez köynəyini qaldırıb bədəninə baxanda bıçaqlandığını anlamışdır. Cəmildən onda bıçaq olub-olmadığını soruşanda Cəmil də ona “qardaşım, bıçaq sənəmi dəydi?” deyə sual vermişdir. Bıçaqlandıqdan sonra öləcəyini düşündüyü üçün tez evinə yollanmışdır ki, uşaqları ilə vidalaşsın. Evə doğru qaça-qaça gedən zaman bir klinikaya yaxınlaşanda Cəmilin onun arxasınca gəldiyini görmüşdür. Klinikanın önündə Cəmil onun yarasına qan çox getməsin deyə parça qoymuşdur. Cəmil ona 103-ə zəng etdiyini demişdir. “Avtoş-dönər”in yanında ambulansın onlara doğru yaxınlaşdığını görmüşdür. Elə oradaca ambulansla xəstəxanaya getmişdir. Xəstəxanada heç bir həkim ona baxmamış, Cəmil də hay-küy salaraq həkimləri ona baxması üçün çağırmışdır. Sonradan həkimlər gələrək onu palataya salmış, reanimasiyaya qaldırmışlar. O, xəstəxanada əməliyyat olunmamış, amma oradan çıxandan 3-4 gün sonra özünü pis hiss etdiyi üçün həkimlər gəlib yenidən xəstəxanaya aparmış, rentgenə salmış, qarnını bıçaqla kəsərək baxmışlar. Onun 1 litr qanı içinə yığılmışdır. Elə bundan sonra 40 gün xəstəxanada qalmalı olmuşdur. O müddət ərzində əməliyyat olunmamış, amma yaxın bir müddətdə əməliyyat edilməli imiş. Onun Cəmillə heç bir ədavəti olmamışdır. Bıçaqlanma hadisəsindən sonra 1800 manat xəstəxana xərci olmuşdur. Cəmil bu pulun heç bir hissəsini ona ödəməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirdi ki, Cəmilin hansısa müğənni ilə qohumluğu olduğu barədə dəqiq məlumatı olmamış, Cəmillə arasında onu bıçaqlaması ilə nəticələnəcək ədavət olmamış, Zərərçəkmiş şəxs2 Cəmildən cüssə baxımından çox zəif olmuş, bıçaqlanma hadisəsi baş verəcək qədər dəhşətli bir hadisə olmamış, sadəcə içkili olmaları da hadisənin bu yerə gəlib çıxmasına səbəb olmuş, o, sadəcə Vüsalla Cəmili dava edən zaman ayırmaq istəmiş, Cəmillə də əvvəllər bir yerdə oturub yeyib-içmiş, amma belə hadisə ilk dəfə baş vermişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı 15 iyul 2024-cü il tarixdə özünün müraciəti əsasında təkrar dindirilərkən verdiyi və məhkəmədə elan edilərək tədqiq edilmş ifadəsində göstərmişdir ki, o, ev təmiri ustasıdır. Vüsal, Nəcəf və Cəmil də ev təmiri ustalarıdır. xx.xx.2024-cü il tarixdə axşam vaxtı təxminən saat 18 radələrində işdən çıxanda Nəcəf və Cəmil ilə qərara almışlar ki, kafelərin birinə gedib yemək yeyib spirtli içki qəbul etsinlər. Nəcəf, Cəmil və mən Səbail rayonunda yerləşən Qədim Bakı kafesinə getmişlər, orada bir qədər spirtli içki olan araq içib yemək yemişlər. Bir az sonra Vüsal adlı usta onların əyləşdikləri kafeyə gəlib Cəmilin şəxsiyyət vəsiqəsini sonuncuya vermiş, onlar Vüsalı yemək yeməyə dəvət etmişlər. Vüsal da onlarla birlikdə bir qədər araq içib yemək yemişdir. Həmin gün təxminən saat 23:30 radələrində onlar kafedən çölə çıxıb 28 May metrostansiyası istiqamətində piyada getməyə başlamışlar. Səməd Vurğun parkına çatanda Nəcəf ayağı ağradığını demiş və daşın üstündə oturmuşdur. Vüsal ilə Cəmil söhbət edərkən, qəfildən onların arasında mübahisə yaranmış, Cəmil Vüsala bir şillə vurmuşdur. Bu zaman o, Cəmili kənara çəkmiş, Cəmil bir daha Vusalin üzərinə gedəndə Nəcəf onlara yaxınlaşıb Cəmili kənara çəkmişdir. Nəcəf Cəmili buraxandan sonra Cəmil Vüsalın sifətinə bir yumruq vurmuşdur. Vüsal kənara çəkilmiş, həmin vaxt Cəmil Vüsalın üzərinə yeridikdə o, Cəmil ilə üz-üzə dayanib onun qarşısını kəsib sakit olmasını deyəndə Cəmil onu kənarlaşdırmaq üçün əlini ona tərəf aparıb qəsdən onun sol tərəf qabırğa nahiyyəsindən bir dəfə vurub kənara çəkilməyini demişdir. Onun sol tərəfində möhkəm ağrı yaranmış və o, başa düşmüşdür ki, Cəmilin əlində bıçaq olmuş və bıçaqla ona xəsarət yetirmişdir. O, dizi üstə çöküb Cəmilə demişdir ki, “sən neynədin, mənə bıçaqla xəsarət yetirdin”. O, köynəyini qaldırıb baxanda görmüşdür ki, qabırğa hissəsində qan var, qabırğa hissəsi deşilmişdir. Cəmil ona yaxınlaşıb üzr istəmiş, o, yaşadığı evinə tərəf piyada yeriməyə başlamışdır. Cəmil də onunla birlikdə gəlmişdir. Sonra ağrının şiddətləndiyini görüb Cəmilə vəziyyətinin yaxşı olmadığını, onu xəstəxanaya aparmasını demişdir. Cəmil ondan xahiş etmişdir ki, polisə şikayət etməsin, onun müalicəsinə maddi köməklik göstərəcəkdir, polis izahat alanda onlara desin ki, Cəmil onu qəsdən vurmayıb, onu qucaqlayanda əlindəki bıçaq təsadüfən ona dəyib. O, Cəmil ilə razılaşmış, Cəmilə demişdir ki, onun dediyi kimi polisə izahat verəcəkdir. Daha sonra Cəmil təcili tibbi yardıma zəng vurmuş, bir az sonra təcili tibbi yardım avtomobili gəlmiş və onu X11 xəstəxanasına aparmışlar. Xəstəxanada o, əməliyyat olunmuş, lakin xəstəxanada müalicə olunduğu müddətdə Cəmil onun yanına gəlməmiş, onun müalicəsi ilə bağlı ona maddi yardım göstərməmişdir. O, da buna görə qərara almışdır ki, baş vermiş hadisəni dəqiqliklə danışsın. Bir daha bildirir ki, Cəmil əlində bıçaq Vüsalın üzərinə gedəndə onun qarşısına çıxmışdır ki, dava-dalaşın qarşısını alsın, lakin Vüsal onu kənarlaşdırmaq üçün qəsdən onu bıçaqla vurmuşdur (cild 1, iş vərəqi 183-185). Məhkəmədə elan edilmiş ifadəsi ilə bağlı verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirdi ki, xəsarət aldıdan sonra uzun müddət xəstəxanada müailəcə almasına baxmayaraq Təqsirləndirilən şəxs ona baş çəkmədiyindən, onunla maraqlanmadığından və həmçinin müalicəsi ilə bağlı çəkdiyi xərcləri ödəmədiyindən əsəbiləşmiş, ərizə verərək müstəniqdən onun yenidən dindirilməsini xahiş etmiş və dindirilərkən düzgün omlayaraq Təqsirləndirilən şəxs onu qəsdən bıçaqla vurub ona xəsarət yetirməsini bildirmiş, əslində isə Təqsirləndirilən şəxs əlindəki bıçaq ona təsadüfən dəymiş və o, xəsarət almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, hadisə baş verən gün 01 mart 2024-cü il tarixdə Cəmil ad günü olduğunu bildirmiş, Vüsal, İlham, Cəmil və o görüşərək kafedə Cəmilin ad gününü yüngülvari qeyd etmiş, yemək yemiş, 4 nəfərə yarım litr araq içmişlər. Kafedən çıxdıqdan sonra onun ayağı ağrıdığı üçün yavaş getmiş, İlham, Cəmil və Vüsal isə ondan irəlidə getmişlər. Səməd Vurğun heykəlinə çatanda irəlidə gedən Vüsalla Cəmilin mübahisə etdiklərini görmüş, həmin vaxt Vüsalgillə arasında, təxminən, 5-6 metr məsafə olmuşdur. Vüsalla Cəmilin mübahisə etmələrinin səbəbi ona məlum olmamışdır. Cəmil və Vüsal bir-birinə yaxınlaşıb dalaşmaq istəyən vaxt o, Cəmilgili aralamış, Cəmili kənara çəkərək etdiyi hərəkətin çox ayıb olduğunu, onlara belə bir hərəkətin yaraşmadığını demişdir. Həmin vaxt İlham ona Vüsalın burnunun qanadığını demişdir. O, Vüsalın burnuna vurulma anını görməmiş, səhərisi gün Cəmilin şilləsinin Vüsala dəydiyini öyrənmişdir. Dava zamanı o, İlhama Cəmili saxlamasını demiş, özü isə onlardan aralanıb Vüsalın arxasınca getsə də, Vüsal artıq çıxıb getdiyi üçün tapa bilməmişdir. O, geri qayıdarkən Cəmillə İlhamı da orada görməmişdir. Bu səbəbdən İlhama zəng etmiş, İlham da ona parkın o biri başında olduqlarını və dəmiryolu istiqamətində getdiklərini demişdir. O, İlhamın dediyi yerə gəlsə də, Cəmili və İlhamı yenə görməmiş, bununla bağlı İlhama yenidən zəng etmişdir. İlham ona artıq “Saray”a çatdıqlarını və bədəninə bıçaq batdığını bildirmişdir. Bundan sonra o, İlhamın dediyi yerə gəlmiş, orada da İlhamgili görməmişdir. İlhama zəng edən zaman artıq təcili tibbi yardımla xəstəxanaya getdiklərini öyrənmişdir. Özü də taksi ilə onların arxasınca xəstəxanaya yollanmış, orada məlum olmuşdur ki, İlhamın ürək nahiyəsinin aşağı hissəsinə bıçaq daxil olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Şahid bildirdi ki, hadisə baş verən vaxt hava işıqlı olmamış, hadisə Səməd Vurğunun heykəlinin qarşısında, parkın əks tərəfindəki köşkün yanında baş vermiş, Vüsalla Cəmilin arasında mübahisənin nə üstündə baş verdiyini bilməmiş, çünki o, Vüsalgildən bir qədər aralıda olmuş və telefonla danışırmış, o, Cəmilgilə ayağı ağrıdığını, bir qədər gözləmələrini, ayağının ağrısı keçdikdən sonra bir yerdə metroya getmələrini və sonra oradan hərəsi öz evinə getmələrini demiş, həmin vaxt Cəmillə Vüsalın arasında olan mübahisənin səbəbini bilməmiş, sonradan eşidib bilmişdir ki, nəsə müğənnilərlə bağlı aralarında mübahisə olmuşdur. Vüsalı hadisədən təxminən 2 ay qabaq tanımış, Vüsalla şirkətdə bir yerdə işləmiş, İlhamı da Vüsalla eyni vaxtda tanımış, onunla da bir yerdə işləmişdir. O, Cəmilin üzərində bıçaq görməmiş, yeyib-içdikləri kafedən hadisə baş verən yerə qədər təxminən 1 kilometr məsafə olmuş, onlar kafedən çıxandan sonra həmin yolu deyib, gülə-gülə gəlmiş, yolda Cəmillə Vüsal arasında heç bir konflikt olmamış, yolla gedərkən onun mobil telefonuna zəng gəlmiş, o, arxaya qalıb telefonla danışdığı 5-10 saniyə müddətində Vüsalla Cəmilin mübahisəsi baş vermişdir. Vüsal ona sonradan bildirdiyinə görə, ümumi müğənnilərdən söhbət düşmüş, Vüsal müğənnilər haqqında neqativ fikir bildirmiş, Cəmil də Vüsala ümumi danışmamasını demiş və Vüsalı şillə ilə vurmuşdur. Vüsal ona İlhamın bıçaqla vurulması barədə heç nə deməmiş, İlham vurulmasını özü ona demişdir. Vüsal qaçıb getmiş, o, Vüsala zəng etsə də, zənginə cavab verməmiş, lakin sonra Vüsal xəstəxanaya gəlmişdir. İlham ona Cəmilin əlində bıçaq Vüsalın arxasınca qaçarkən, İlhamın Cəmili qucaqlayıb saxladığını və həmin vaxt Cəmilin əlindəki bıçağın ona batdığını demiş, Cəmillə Vüsalın əvvəllər heç bir ədavətləri olmamış, əksinə münasibətləri yaxşı olmuşdur, İlham xəstəxanada olarkən dəfələrlə yanına getmiş, İlham təxminən 10-15 gün xəstəxanada müalicə olunmuş, İlham xəstəxanadan buraxıldıqdan sonra işə çıxmışdır. Vüsal ona ümumi müğənnilər haqqında nalayiq söyüş işlətdiyini, Cəmil də buna tərs reaksiya verdiyini və onu vurduğunu, müğənnilər barədə işlətdiyi nalayiq sözə İlhamın niyə elə reaksiya verməsinin səbəbini bilmədiyini demişdir, İlham xəstəxanada bir qədər özünə gəldikdən sonra o, İlhamın yanına gedərkən hadisənin necə baş verdiyin soruşanda İlham ona bildirmişdir ki, Cəmillə Vüsal aralanandan sonra Cəmil Vüsalın arxasınca yenidən qaçmaq istəyərkən İlham Cəmili tutub saxlayaraq özünə sıxmış və həmin vaxt Cəmilin əlindəki bıçaq İlhama batmışdır. Hadisə baş verərkən ətrafda çox sayda kənar şəxs olmuş, həmin şəxslər onlardan təxminən 10-15 metr aralıda olmuşlar. Ətrafdakı insanlardan heç kim onlara baş vermiş mübahisə barədə iradını bildirməmiş, əksinə o, Cəmillə Vüsala iradını bildirmişdir ki, mübahisə etməsinlər, söyüş söyməsinlər. Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, o, ev təmiri ustası (rəngsaz) işləyir. Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 5-6 ay olar ki, tanıyır, onlar da ev təmiri ustasıdırlar, onlar birlikdə tikintidə usta işləyirlər. İşin mahiyyəti üzrə bildirir ki, xx.xx.2024cü il tarixdə təxminən saat 19:30 radələrində o, İlham və Cəmil birlikdə 28 May metrostansiyasının yaxınlığında yerləşən iş yerindən işlərini qurtarıb çıxmışlar. Onlar qərara almışlar ki, yaxınlıqda yerləşən kafelərin birində əyləşib yemək yeyib bir qədər spirtli içki qəbul etsinlər. Onlar birlikdə Səbail rayonu Nizami küçəsində yerləşən Qədim Bakı kafesinə gedib orada yemək yeyib bir qədər spirtli içki qəbul etmişlər. Təxminən saat 23 radələrində iş yoldaşları X7 da onların əyləşdiyi kafeyə gəlmiş və Cəmilin şəxsiyyət vəsiqəsini Cəmilə vermişdir. Vüsal Cəmilin şəxsiyyət vəsiqəsini ona vermək üçün kafeyə gəlmişdir. Vüsal da onlarla birlikdə bir qədər spirtli içki olan araq qəbul etmişdir. Həmin gün təxminən saat 23:30 radələrində onlar Qədim Bakı kafesindən çıxıb 28 May metrostansiyasına tərəf getmişlər. X19 parkına çatanda onun ayağı ağrıdığı üçün daşın üzərində əyləşmişdir. Həmin vaxt Vüsal, İlham və Cəmil söhbət edirmişlər, lakin o, onların danışığını eşitmirmiş. O, Cəmilin Vüsal ilə sözlə mübahisə etdiyini görmüş, İlham onların arasına keçib Vüsalı kənara çəkmişdir. O, Cəmilin Vüsalın ünvanına söyüş işlətdiyini görüb ona iradını bildirmiş ki, yol ilə keçənlər var, söyüş söymək lazım deyil. Həmin vaxt Cəmil Vüsalın sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuş, yumruq Vüsalın burun nahiyyəsinə dəymiş, Vüsal sifətini tutub kənara çəkilmişdir. O, da Cəmilə yaxınlaşıb onunla üz-üzə dayanıb onu qucaqlayıb kənara çəkmişdir. Cəmil ona demişdir ki, onu buraxsın, Vüsal ilə işi olmayacaqdır. O, Cəmili buraxmış və Vüsal onlardan aralanıb getmişdir. O, Vüsala demişdir ki, çıx get, Cəmil sərxoşdur. İlham Cəmili sakitləşdirib onunla söhbət etmiş, İlham da Cəmili bir qədər kənara çəkmişdir. O, da Vüsalın xəsarət aldığını bildiyi üçün arxasınca getmişdir ki, vəziyyətinin necə olduğunu öyrənsin. Lakin o, Vüsalı tapa bilməmişdir. Geri qayıdanda isə İlham ilə Cəmilin də orada olmadıqlarını görmüşdür. O, İlhamın mobil telefonuna zəng vurub harada olduqlarını soruşanda ona demişdir ki, parkın o biri tərəfindədir. O, İlhamın dediyi yerə getmiş, lakin onları görə bilməmişdir. O, bir daha İlhama zəng edəndə İlham ona demişdir ki, yaşadığı evinə tərəf getmiş, bıçaqlanmışdır, özünü yaxşı hiss etmirmiş, təcili tibbi yardıma zəng edəcəkdir ki, onu gəlib xəstəxanaya aparsınlar. Bir az sonra ona məlum olmuşdur ki, İlham X11 Xəstəxanadadır. O, da onların arxasınca həmin xəstəxanaya getmiş, o, xəstəxanaya çatanda İlham xəstəxanada olmuş, onu ora buraxmamışlar. O, da xəstəxandan çıxıb evinə getmişdir. Şahid ona verilən əlavə sualları cavablandırıb bildirmişdir ki, o, sonradan bilmişdir ki, Cəmil ilə Vüsalın arasında baş verən mübahisə və dava-dalaşa səbəb müğənilər barədə söhbət etməkləri, Vüsalın müğənillərin hamısının sponsoru olmağı barədə deməyi, Cəmilin isə bütün müğənnilərin ünvanına danışmaq lazım deyil deməyi olmuşdur. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında dava-dalaş Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən X13 baş vermişdir, təxminən 5-6 dəqiqə davam etmişdir, həmin vaxt ətrafda kiminsə olmasına fikir veməmişdir, onlardan təxminən 15-20 metr kənarda bir neçə taksi avtomobili dayanmış, lakin onlara həmin vaxt heç kim yaxınlaşmamışdır. Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında əvvəllər ədavət olmamışdır. Mübahisə və davadalaş zamanı Cəmil Vüsalı söymüşdür. Dava-dalaş zamanı Cəmil ona xəsarət yetirməmişdir. Dava-dalaş zamanı o, Təqsirləndirilən şəxs xəsarət yetirməmişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəsarət yetirməyini görməmişdir. O, Vüsalın arxasınca getmiş və qayıdanda onların parkda olmadığını görmüş, sonra İlhama telefon zəngi edəndə İlham ona demişdir ki, bıçaq xəsarəti almışdır. O, Təqsirləndirilən şəxs əlində bıçaq görməmişdir (cild 1, iş vərəqi 57-59). Məhkəmədə elan edilmiş ifadəsi ilə bağlı verilən suallara cavab olaraq Şahid bildirdi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ünvanına nalayiq söyüşlər işlədərək sonuncunun üzərinə getmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, həmin tarixdə saat 00:56 radələrində xx.xx.1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 “Döş qəfəsinin açıq yarası” diaqnozu ilə TTTYŞ-yə qəbul edilmişdir (cild 1, iş vərəqi 5). - hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, baxışı keçirilən hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 100/8 ünvanında yerləşən Səməd Vurğun parkıdır. Təxminən 20 metr aralı avtomobil yolu keçir. Hadisə yerində istintaq üçün əhəmiyyət kəsb edən heç bir əşya, dəlil və qan izləri aşkar edilməmişdir (cild 1, iş vərəqi 4-7). - ifadənin yerində yoxlanılması barədə xx.xx.2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxshadisə yerinə çıxarılarkən göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə o, dostu İlham, Vüsal və Nəcəf ilə birlikdə kafedə yeyib içdikdən sonra evə qayıdarkən Bakı şəhəri, Nəsimi rayonunda yerləşən X13 Vüsal ilə arasında mübahisələri yaranmış, Vüsala bir şillə və bir yumruq zərbəsi vurmuş, daha sonra cibindən bıçaq çıxarıb Vüsala tərəf gedərkən İlham onunla üz-üzə dayanıb onu qabaqlamış, həmin vaxt əlindəki bıçaq İlhamın qarın, daha dəqiq qabırğa nahiyəsinə batmışdır. Həmçinin, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəsarət yetirdikdən sonra bıçağı tulladığı yeri göstərmişdir. İstintaq hərəkəti zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəsarət yetirdiyi ünvan ünvan 2 giriş hissəsidir. Hadisə yerinin yanında Səməd Vurğunun heykəli vardır. Həmçinin, Təqsirləndirilən şəxs bıçağı tulladığı yer parkda otluq olan yerdir. Həmin yerdə axtarış aparılsa da onun Zərərçəkmiş şəxs1 xəsarət yetirdiyi bıçağı aşkar etmək mümkün olmadı (cild 1, iş vərəqi 37-40). - zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş qismində tanınmışdır (cild 1, iş vərəqi 43-44). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, iş vərəqi 60-61). - Nəsimi rayon prokurorunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında müstəntiqin vəsatəti rədd edilmiş, o, saxlanıldığı X6 azad edilmişdir (cild 1, iş vərəqi 78-79). - müstəntiqin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 80-82). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 260 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarət - burun nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən müayindən 1-2 gün əvvəl əmələ gəlmişdir, onun tibbi yardım üçün X14 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətə aid edildiyindən dərəcəsi təyin edilmir (cild 1, iş vərəqi 86-89). - Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:40 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 100/8 ünvanında yerləşən "Səməd Vurğun" parkında baş vermiş dava-dalaşı görə biləcək şəxslərin şəxsiyyətlərini və olduqları yeri müəyyən edib istintaqa təqdim etmək, eləcə də, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəsarət yetirdiyi bıçağın olduğu yeri müəyyən edib istintaqa təmin etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 91). - zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş qismində tanınmışdır (cild 1, iş vərəqi 93-94). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 369 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 döş qəfəsinin sol yarısının ön səthində döş boşluğuna nüfuz edən hemopnevmotoraksla müşayiət edilən deşilmiş-kəsilmiş yarası aşkar edildi. Qeyd olunan xəsarət deşici-kəsici alətin, ola bilsin ki, bıçağın tiyəsi ilə yetirilmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlikəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir (cild 1, iş vərəqi 118-120). - əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilmişdir (cild 1, iş vərəqi 125- 126). - təqsirləndirilən şəxsin qətimkan tədbirinin şərtlərini pozduğu üçün axtarış elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (cild 1, iş vərəqi 128-129). - axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs 12 iyun 2024-cü il tarixdə saat 21:20 radələrində Bakı şəhəri Suraxanı rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilmişdir (cild 1, iş vərəqi 137). - əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.4 və 221.3-cü maddələrinə tövsif edilmişdir (cild 1, iş vərəqi 142-143). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir (cild 1, iş vərəqi 145-146). - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 iyun 2024-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqi 168-171). - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 13 iyun 2024-cü il tarixdə təxminən saat 17:45 radələrində DİN-nin Nəsimi RPİ-nin müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən Bakı istintaq təcridxanasına təhvil verilmiş, hazırkı iş üzrə Nəsimi RPİ-nin İŞ-si tərəfindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmuş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı ilə barəsində 02 (iki) ay 02 (iki) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda cinayət işi Nəsimi RPİ-nin İŞ-nin hesabında olan həbs olunmuş şəxs Təqsirləndirilən şəxs, xx.xx.2024-cü il tarixdə saat 11:20 radələrində Tibb-sanitar hissəsində üzərinə baxış keçirilən zaman hər iki saidin ön səthində qərtməkli yara xəsarətləri aşkar olunmuşdur. Fakt ilə əlaqədar olaraq həbs olunmuş şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin xəsarətləri həbs olunmamışdan əvvəl əsəbləşərək özü-özünə xəsarət yetirməsi nəticəsində almışdır (cild 1, iş vərəqi 174). - ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2041 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyin, psixi fəaliyyətin pozulması əlamətləri qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda, öz hərəkətlərinin mənasını dərk etmək və onları onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri müəyyən edilmir (cild 1, iş vərəqi 187-189). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, məhkəmə hökmündən və qərarından görünür ki, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərarı ilə "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad olunmuş və üzərindən məhkumluq götürülmüşdür (cild 1, iş vərəqi 101-102, 103-109, 111-115). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda eyni zamanda qeyd edilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs 02 mart 2024-cü il tarixdə saat 23:40 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 100/8 ünvanında yerləşən “Səməd Vurğun” adına istirahət parkında olarkən tanışı Zərərçəkmiş şəxs2 ilə heç bir əsaslı səbəb olmadan sözlü mübahisə edib ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən, sonuncunun ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib, ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs2 zor tətbiq edərək sonuncunun sifət nahiyəsinə yumruq zərbələri vurmaqla ona burun nahiyəsinin qançırı kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirərək bıçaqdan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etməsinə dair istintaq orqanının gəldiyi nəticə ilə razılaşır, lakin üzərində olan silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməyən bıçağı çıxarıb Zərərçəkmiş şəxs2 üzərinə gedərkən orada olan ictimai qaydanın pozulmasının qarşısını alan tanışı Zərərçəkmiş şəxs1 müqavimət göstərib xuliqanlıq niyyətilə həmin bıçaqla sonuncunun bədən nahiyəsindən qəsdən bir dəfə vuraraq ona qəsdən sağlamlığa sağlamlığına ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə dair dair istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, Təqsirləndirilən şəxs həmin əməli ibtidai istntaq oraqın tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq və məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs zərərəkmiş şəxs İlham Orcuovu qəsdən vurmadığını, onu Zərərçəkmiş şəxs2 aralayan Zərərçəkmiş şəxs1 müqavimət göstərmədiyini, əlindəki bıçağın Zərərçəkmiş şəxs1 dəyməsini həmin an bilmədiyini, Zərərçəkmiş şəxs1 bildirdikdən sonra sonuncunun xəsarət almasını bildiyini, əlindəki bıçağın Zərərçəkmiş şəxs1 təsadüfən dəydiyini göstərmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs1 məhkəmə zamanı ifadə verərkən Zərərçəkmiş şəxs2 Cəlil Rüstəmovu aralayarkən sonucunun ona müqavimət göstərməsi, bilə-bilə onu vurması barədə heç nə bildirməmiş, Cəlil Rüstəmovu buraxmasını istədiyini dedikdən sonra sonuncunu özü buraxdığını, bir müddət sonra bıçaqlandığını bildiyini, Təqsirləndirilən şəxs həmin an onun bıçaqlanmasından xəbərinin olmadığını, o, özü bu barədə Təqsirləndirilən şəxs məlumat verdiyini, bıçaqlanmasını bilən Rüstəm Cəilovun bu vəziyyəti təəccüb və təəssüf hissi ilə qarşılamasını, ona “qardaşım, bıçaq sənəmi dəydi?” sözlərini dediyini, Cəlil Rüstəmovun onu bıçaqla vurması üçün heç bir səbəb və əsas olmadığını, sonuncunun onun üçün təcili tibbi yardım çağırmasını göstərmişdir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 və şahid qismində dindirilmiş Şahid isə İlham Orcuovun bıçaqla xəsarət alması anını görmədiklərini, həmin vaxt hadisə yerində olmadıqlarını göstərmişlər. Görünüdyü kimi Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirilməsi hadisəsinin onun özündən və Təqsirləndirilən şəxs başqa heç bir şahidi olmamışdır. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 04 mart 2024-cü il tarixdə verdiyi ilkin ifadəsində Zərərçəkmiş şəxs2la üz-üzə dayanan Təqsirləndirilən şəxs sakitləşdirmək üçün qucaqladığını, həmin an bədənində ağrı hiss etdiyini, köynəyini qaldırıb baxdıqda xəsarət aldığını, həmin an İlham Orcuovu qucaqlayarkən Cəmilin əlindəki bıçağın ona batdığını anladığını göstərmiş, Təqsirləndirilən şəxs onu bıçaqla qəsdən vurması barədə heç nə bildirməmişdir. Zərərçəkmiş şəxs1 15 iyul 2024-cü il tarixdə ərizə ilə ibtidai istintaq orqanına müraciət edərək Təqsirləndirilən şəxs onu bıçaqla qəsdən vurması barədə müraciət edib yenidən dindirilməsini xahiş etmiş və verdiyi ifadəsində Təqsirləndirilən şəxs onu qəsdən vurmasını, ilkin izahatında bıçağın ona təsadüfən batmasını deməsini ondan Təqsirləndirilən şəxs xahiş etdiyini göstərmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaqın sonunda və məhkəmədə verdiyi ifadələri arasında ittihamın mahiyyətinə və təqsirləndirilən şəxsin əməlinin tövsifinə ciddi təsir edə biləcək ziddiyyətlər müəyyən olunduğundan, Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdyi 15 iyul 2024-cü il tarixli ifadəsi sonuncunun iştirakı ilə elan edilərək tədqiq edilmiş, Zərərçəkmiş şəxs1 belə ifadə verməsinə səbəbə aydınlıq gətirərək xəstəxanada müalicə olunarkən Təqsirləndirilən şəxs onunla maraqlanmaması və müalicəsinə çəkdiyi xərcləri qarşılamamasına görə əsəbiləşərək Təqsirləndirilən şəxs onu qəsdən bıçaqla vurması barədə ərizə və ifadə verdyini, əslində isə Təqsirləndirilən şəxs əlindəki bıçağın onu təsadüfən batdığını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə cəmiyyətdən təcrid edildiyini, sonuncunun zərərəkmiş şəxs Zərərçəkmiş şəxs1 təsir etmək imkanının olmamasını nəzərə alaraq, Zərərçəkmiş şəxs1 məhkəmədə verdiyi ifadəsinin onun özünün iradə ifadəsi olması qənaətinə gəlir və hesab edir ki, Zərərçəkmiş şəxs1 04 mart 2024-cü il tarixdə ibtidai araşdırma orqanında və məhkəmədə verdyi ifadələri bir-birini tamamlamaqla işin faktiki hallarına daha uyğundur, sübut kimi məhz həmin ifadələr qiymətləndirilməli, Zərərçəkmiş şəxs1 15 iyul 2024-cü il tarixdə ibtidai istintaq orqanına özünün bildirdiyi kimi qərəzli olaraq verdiyi ifadəsi isə sübut kimi qəbul edilməməlidir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qəsdən vuraraq sağlamlığına ağır zərər vurması nəticəsinə gəlsə də, Zərərçəkmiş şəxs1 xəsarətin qəsdən yetirilməsini təsdiq edəcək mötəbər bir sübut əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmiş, işdə olan aşkar sübutları nəzərə almamış və ittihamı öz ehtimallarına əsasən vermişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Zərərçəkmiş şəxs1 qarşı cinayəti qəsdən törədilməsini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımi sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə zamanı da ittiham tərəfi təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs İlham Orcuovu qəsdən bıçaqla vurub sonuncunun sağlamlığına ağır zərər vurmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir Eyni zamanda, məhkəmədə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs zərərəçkəmiş şəxs Zərərçəkmiş şəxs1 qəsdən vuraraq sonunucunun sağlamlığına ağır zərərvurmasını təsdiq edən heç bir sübut müəyyən edilməmiş, əksinə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qəsdən vurması iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidin ifadəsi ilə təkzib olunmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı cinayəti qəsdən törətməsini təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, həmin cinayətə görə təqsirli bilinərək məhkum edilməsi, təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol aça bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs1 qəsdən sağlamlığa ağır zərər vurmasını müəyyən və təsdiq etmək mümkün olmadı. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qəsdən vurmamış, sonuncunya sağlamlığına zərər vurmağı arzu etməmiş, Təqsirləndirilən şəxs digər zərərçəkiş şəxs Vüsal Orucova qarşı xuliqanlıq cinayətin predmeti kimi istifadə etdiyi bıçaq Zərərçəkmiş şəxs1 hadisələrin təsadüfi axarı nəticəsində təsadüfən dəymiş və beləliklə Təqsirləndirilən şəxs əlindəki bıçaqla ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər vurmuşdur. Azərbacyan Respublikası Cinayət Məcəlləsinin 24.2-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır. Cinayət Məcəlləsinin 26.1-ci maddəsinə əsasən cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Cinayət Məcəlləsinin 26.2-ci maddəsnə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. Cinayət Məcəlləsinin 26.3-cü maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Rüstəmov Cəmil Fərman oğlunun Zərərçəkmiş şəxs1 bıçaqla vuraraq sonuncunun sağlamlığına ağır zərər vurması əməli, ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma cinayət əməlini nəzərdə tutan Cinayət Məcəlləsinin 131-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, ibtidai istintaqın Təqsirləndirilən şəxs əməlində Zərərçəkmiş şəxs2 münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması ilə bağlı gəldiyi nəticə ilə razılaşır. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin Plenum qərarının 2-ci bəndinə əsasən Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Plenum qəranının 3-cü bəndinə əsasən ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Beləliklə, cinayət işinin materiallarından, o cümlədən məhkəmə və istintaq zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Şahid verdikləri ifadələrdən görünür ki, 02 mart 2024-ci il tarixdə saat 23:40 radələrində, yəni gecə saatlarında, Nəsimi rayonu ərazisindəki Səməd Vurğun bağında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə heç bir əsaslı səbəb olmadan sözlü mübahisə edib yaxınlıqda və ətrafda olan, parkda gəzişən tanımadıqları şəxslərə, yaxınlıqdakı taksi sürücülərinə əhəmiyyət vermədən, Zərərçəkmiş şəxs2 ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozaraq, ətrafdakı şəxslərin gözü qarşısında bıçaqla Zərərçəkmiş şəxs2 üzərinə gedərək sonuncuya zor tətbiq edərək sifət nahiyəsinə yumruq zərbələri vurmaqla ona burun nahiyəsinin qançırı kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Qeyd olunanlar sübut edir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş, yəni öz əməlləri ilə zərərəçkəmiş şəxs X8 münasibətdə Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini də törətmişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 131-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, cinayət hadisədəri məhz onun tərəfindən törədilmişdir. Həmçinin qeyd edilən cinayətlərin törədilməsində o, təqsirlidir. Beləliklə, məhkəmə belə nətiəyə gəlir ki, Təqsirləndirilən şəxs 02 mart 2024-cü il tarixdə saat 23:40 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 100/8 ünvanında yerləşən Səməd Vurğun adına istirahət parkında olarkən tanışı Zərərçəkmiş şəxs2 ilə heç bir əsaslı səbəb olmadan sözlü mübahisə edib ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən, sonuncunun ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib, ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs2 zor tətbiq edərək sonuncunun sifət nahiyəsinə yumruq zərbələri vurmaqla ona burun nahiyəsinin qançırı kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirərək istintaqla müəyyən edilməyən bıçaqdan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmiş və orada olan tanışı Zərərçəkmiş şəxs1 bıçaqla ehtiyatsızlıqdan bir dəfə vuraraq ona döş qəfəsinin sol yarısının ön səthində döş boşluğuna nüfuz edən hemopnevmotoraksla müşayiət edilən deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan qəsdən sağlamlığa AĞİR zərər vurmaya aid bədən xəsarətləri yetirməklə sonuncunun ehtiyatsızlıqdan sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 münasibətdə cinayət əməlini ehtiyatsızlıqdan, Zərərçəkmiş şəxs2 münasibətdə isə qəsdən törətmişdir. Onun əməllərii başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi az ağır cinayət kateqoriyasına, həmin Məcəllənin 131-ci maddəsi isə böyük ictiimai təhlükə törətməyən cinayətlərə aiddirlər. Təqsirləndirilən şəxs əməlləriinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən və zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun tövsiyələrini nəzərə alaraq məhkəmə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş 126.2.4-cü maddəsindən həmin Məcəllənin 131-ci maddəsinə tövsif edilməli, o təqsirli bilindiyi Cinayət Məcəlləsinin 221.3 və 131-ci maddələri ilə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını Cinayət Məclləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş tutma protokolundan, müstəntiqin və prokurorun qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 03 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 mart 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə saxlanıldığı X6 azad edilmiş, qətimkan tədbirinin şərtlərini pozduğu üçün 01 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, o, 12 iyun 2024-cü il tarixdə saxlanılaraq istintaqa təhvil verilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 13 iyun 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 iyun 2024-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi həbsdə saxlanılmışdır. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs tutulub həbsdə saxlandığı 3 (üç) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalı, cəza çəkməsinin başlanğıcı onun yenidən şübhəli şəxs qismində tutulduğu 12 iyun 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 131-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs tutulub həbsdə saxlandığı 3 (üç) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində 3 (üç) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 12 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-464/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-464/2025
24.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver