Məhkəmə qərarları › İş №1(101)-465/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-465/2021

22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-465/2021 22.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Xankişiyev Mirzə Aslan oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Müdafiəçi4, Müdafiəçi3 Elburus oğlu və Müdafiəçi5 iştirakları ilə xx.xx.1986-cı il tarixdə Fizuli rayonu, Horadiz qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasnın vətəndaşı, orta təhsilli, ailəli, Səbail RİH-nin 8 saylı MİS də fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi, ev 3/6, mənzil 39-da yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və hal hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələri ilə xx.xx.1975-ci il tarixdə Fizuli rayonu, Horadiz qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasnın vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, H.Babaşov küçəsi, ev 11, mənzil 87-də yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və hal hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1, 11 fevral 2020-ci il tarixdə saat 21 radələrində ünvan 1 ünvanda Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə 19 qram çəkidə qəhvəyi rəngli toz şəklində külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə, 1,345 qram çəkidə ağ rəngli kristaldan ibarət küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 575 manata əldə edib üzərində saxlamaqla daşımış və həmin gün saat 21:30 radələrində qeyd edilən 19 qram çəkidə qəhvəyi rəngli toz şəklində külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroindən təmiz çəkisi 14,589 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini və 1,345 qram çəkidə ağ rəngli kristaldan ibarət küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi ev 3/6 ünvanda tanışı Şahid1 qanunsuz olaraq 475 manata satmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq, bir ədəd bağlamada təmiz çəkisi 1285 qram qəhvəyi rəngli toz şəkilli külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İİİ siyahısında daxil edilmiş üzərində “Fenazepam” 0,001 qr yazısı olan 4 ədəd konvalyutda cəmi 29 ədəd və üzərində “Oxazepam” 10 mq yazısı olan 1 ədəd konvalyutda 9 ədəd həbləri əldə edib yaşadığı ünvan 2 ünvanında saxlamış və 14 fevral 2020-ci il tarixdə, saat 18:00-da Bakı şəhəri, Səbail RPİ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli axtarış aparılması qəranna əsasən keçirilən axtarış zamanı Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi, ev 3/6, 39 saylı mənzilin yataq otağındakı şkafdan bir ədəd bağlamada təmiz çəkisi 1285 qram qəhvəyi rəngli toz şəkilli külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və mənzildəki qonaq otağındakı dolabdan üzərində Tenazepam” 0,001 qr yazısı olan 4 ədəd konvalyutda cəmi 29 ədəd və üzərində “Oxazepam” 10 mq yazısı olan 1 ədəd konvalyutda 9 ədəd həb aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan tarixdə satış məqsədi ilə qanunsuz olaraq Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Şamaxinka» adlanan ərazidə bir ədəd bükümdə, 19 qram çəkidə qəhvəyi rəngli toz şəklində külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə, 1,345 qram çəkidə ağ rəngli kristaldan ibarət küstar üsulla hazırlan-mış psixotrop maddə metamfetamini əldə edərək, üzərində saxlamaqla daşımış və həmin bir ədəd bükümdə olan 19 qram çəkidə qəhvəyi rəngli toz şəklində külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə 1,345qram çəkidə ağ rəngli kristaldan ibarət küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 11 fevral 2020ci il tarixdə saat 21 radələrində ünvan 1 ünvanda tanışı Təqsirləndirilən şəxs1 qanunsuz olaraq cəmi 575 manata satmışdır. Bundan başqa,Təqsirləndirilən şəxs2 təkrarən, istintaqa məlum olmayan mənbədən və İstintaqa məlum olmayan tarixdə satış məqsədi ilə qanunsuz olaraq Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Şamaxinka» adlanan ərazidə, bir ədəd bükümdə təmiz çəkisi 85,217 qram qəhvəyi rəngli toz şəkilli külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə təmiz çəkisi 50,108 qram ağ rəngli kristaldan ibarət küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 15 fevral 2020-ci il tarixdə saat 00:30 radələrində, həmin narkotik vasitə heroini və bir ədəd bükümdə olan psixotrop maddə metamfetamini tanışı Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satmaq məqsədi ilə ünvan 4 ünvanın qarşısına gətirdiyi zaman Bakı şəhəri Səbail RPİ-nin X1 və 41-ci PB-nin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat tədbiri zamanı həmin ünvanın yaxınlığında saxlanılıb, ünvan 6 ünvanında yerləşən inzibati binasına gətirilib, xidməti otaqların birində üzərinə şəxsi axtarış və götürmə apanlan zaman əynindəki qara rəngli gödəkçənin sol yan cibindən həmin bir ədəd bükümdə təmiz çəkisi 85,217 qram qəhvəyi rəngli toz şəkilli külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 50,108 qram ağ rəngli kristaldan ibarət küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür.. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, Ceyhuna “damaşni kinoteatr” vermiş, birdə kalonkalar vermişdir, təqribən Ceyhunun ona 500 manata yaxın pul borcu olmuşdur. Bunu o, özü deyil, xalasının yoldaşı vermişdir. Üstündən 15 gün keçmiş, Ceyhungil özləri narkotik maddənin satışı ilə məşqul olmuşlar. Bir az vaxt keçəndən sonra pulu verməmişdir. Bir müddət keçəndən sonra Ceyhun gəlib ondan narkotik istəmiş, haradan tapmaq mümkün olduğunu soruşmuşdur. O, Ceyhunun pulu verməyəcəyini gördükdə ona mal tapacağını bildirmişdir. Bir neçə gün sonra Ceyhun gəlmiş, 500 manata 20 qrama söz vermişdir. O, Ceyhundan pulu almış, onunda Tofiqə borcu olmuşdur, Tofiqi çağırmış, Tofiq gəlmiş, 300 manatın vermiş Tofiqə, qalan pulu özündə saxlamışdır. Səhəri günü ona zəng edib görüşməyi təklif etmişlər. Danışdıqdan sonra bərbərxananın qarşısında görüşərkən onu polis əməkdaşları tutmuşlar. Onu maşında bir qədər gəzdirdikdən sonra, maşında Anar və Çinar olmuşdur. 20 dəqiqədən sonra evlərinin qapısının yanına gəlmişlər, orada 6-7 dənə dobla maşın dayandığını görmüş, polis Orxan müəllim də orda olmuşdur. Orxanda maşına əyləşmiş, onun telefonunu cibindən götürüb demişdir ki, “gedək evə baxmağa, evdə narkotik var” evdə narkotik vasitə olmadığını demişdir. Həmin vaxt Çinar əlində nəsə gizlətmiş, nə olduğunu soruşduqda, Orxan onu maşına mindirmələrini bildirmişdir. Evdən nə çıxıb nə tapıldığını bilməmişdir. Saat 19:30-20 radələrində onu idarəyə aparmışlar, saat gecə 3 radələrində onu Tofiqin yanına gətirmişlər. Tofiqi necə lazımdı əzişdirmişdirlər, o yerdə olmuş, onu isə yuxarı Yalçının otağına vəkilsiz qaldırmışlar. Həmin vaxt Ceyhun gəlmiş əli qandalda, ona demişdir ki, onu tutdurub. Sonra proses necə olub danışmışdır. Nə qədər təzyiq göstərsələrdə imza etməmiş, səhəri günü vəkil gəlmiş, demişdir ki, imza etmək lazımdır. Vəkilə görə imza etmiş, oradan onu məhkəməyə aparmışlar, hakim orada iş oxumaq istəməmiş, demişdir ki, bunları pis günə qoyublar. Sonra onu Kürdəxanaya aparmışlar, orada 9 ay müstəntiq onun yanına gəlməmişdir. O, narkotikadan istifadə etmiş, lakin, həmin narpkotikalar onluq deyil. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs1 ona pul borcu olmuş, 2020-ci ilin fevral ayının 12-də borcunu verməli olduğu hada, vermədiyindən, həmin ilin fevral ayının 14-də İlkingilə gəlmişdir ki, pulunu alsın. İlkingilin evlərinə gələrkən, Axundov bağının qarşısında polislər onu tutub bölməyə aparmışlar. Bölmədə ondan İlkini hardan tanıdığını, orda nə işi olduğunu soruşmuşlar. İlkinin ona verəcəyi olduğunu bildirdikdə, ona bildirmişlər ki, o, İlkinə narkotik vasitə gətirmişdir. O, əgər narkotik vsitə gətirmişdirsə bəs narkotik vsitənin harada olduğunu bildirdikdə, qarşısına bir torba qoyaraq çəkilməsini bildirmişlər. Orada aralarında mübahisə olmuş, biri birilərinə söyüş söymüşlər. Ona bildirmişlər ki, boynuna götürməlidir, o isə götürməyəcəyini bildirmişdir. 5 dəfə çəkiliş olmuş, boynuna götürməmişdir, sonra ona demişlər ki, 1 klo 280 qram İlkinin evindən necə tapıblarsa, onunda evindən 2 klo tapacaqlar. Sonra ona demişlər ki, ona 50 qram marixuana yazacaqlar, sonra marixuana heroinlə əvəz olunmuş, 50 qram da 160 qram olmuşdur. Sonra ona narahat olmamağı, onu qartaracaqlarını vəd verib aldadaraq, onu yükləyib məhkəməyə göndərmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda göstərilən cinayət əməlini törətmələri məhkəmə iclasında dindirilmiş, şahid ifadələri, ekspert rəyləri və digər sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 12 fevral 2020-ci il tarixdə, saat 11-12 radədələrində, Səbail rayon polis idarəsinin yanından keçərkən, bir nəfər polis əməkdaşı yaxınlaşıb onu polis idarəsinə dəvət edərək, orada bir nəfər şəxsin könüllü təqdim etdiyi maddəyə baxış keçirərək götürülməsi zamanı hal şahidi qismində iştirak etməyini xahiş etmişdir. Razılaşıb polis əməkdaşı ilə birlikdə idarəyə, təhqiqatçının otağına gəlmiş, oraya başqa bir nəfər də gəlmişdir. Polis əməkdaşı orada Ceyhun adlı şəxsə könüllü təqdim etmək istədiyi maddəni təqdim etməsini təklif etmişdir. Bu zaman Ceyhun şalvarın yan cibindən bir ədəd siqaretin qutusunu çıxarıb təqdim etməklə masanın üzərinə qoymuş, həmin qutunun içərisindən iki ədəd bükümü çıxarıb könüllü təqdim etmiş, təhqiqatçı tərəfindən həmin bükümlər açıldıqda, içərisində narkotik maddələr olması aşkar edilmişdir. Ceyhun təqdim etdiyi bükümlərin birində “heroin”, digər bükümdəki “metamfetamin”, olduğunu və həmin maddələri bir gün əvvəl, İlkin adlı tanışından aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı bükümləri qablaşdırıb zərfə qoyub möhürləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2la narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşqul olmalarına dair alınmış məlumat əsasında onların yaxalanması üçün Səbail RPİ-nin NMB- nin rəisi Şahid6 rəhbərliyi və əməliyyat müvəkkili Şahid7, Şahid9 və onun iştirakı ilə birgə əməliyyat tədbirinin keçirilməsi nəticəsində 14 fevral 2020-ci il tarixdə saat 23 radələrində, ünvan 7 ünvanda mövqe tutmuşlar, müəyyən vaxtdan sonra həmin ünvanda əməliyyat qrupunun üzvlərinə əvvəlcədən zahiri görünüşü məlum olan Təqsirləndirilən şəxs2 gəlməsi müəyyən edilmiş, Təqsirləndirilən şəxs2 tərəflərindən saxlanılaraq Səbail RPİ-nin inzibati binasına gətirilmiş və aidiyyəti üzrə araşdırma aparılmasına göstəriş verilməsi üçün Səbail RPİ-nin rəisinə Şahid6 raportla məruzə etmişdir. Təqsirləndirilən şəxs2 şəxsiyyəti müəyyən edildikdən sonra üzərinə şəxsi axtarış və baxış keçirilmiş, şəxsi axtarış və baxış zamanı Təqsirləndirilən şəxs2 üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd üzərində “Zəfəran hospital” sözləri yazılmış kiçik həcmli polietilen torbanı çıxarıb təqdim etmiş, həmin torbanın içərisində bir ədəd çay qutusu aşkar edilmiş, həmin açıq vəziyyətdə olan qutunun qapağı açıldıqda, içərisində iki ədəd biri qəhvəyi rəngli toz şəklində, digəri ağ kristal şəklində bükümlər aşkar edilib çıxarılaraq masa üzərinə qoyulmuşdur. Sonra Təqsirləndirilən şəxs2 əynindəki gödəkçənin digər sağ cibində bir ədəd qara rəngli işlənmiş “HTC” markalı və bir ədəd işlənmiş “Nokia” markalı mobil telefon aparatlarını, bir ədəd “Prima” markalı bütöv siqaret qutusu, üç ədəd həmin siqaretin dənələri, bir ədəd kibrit qutusu təqdim etmiş, sorğular zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bir ədəd bükümdəki qəhvəyi rəngli toz şəklindəki maddənin narkotik vasitə olan heroin olmasını bildirmiş, digər bir ədəd bükümdəki kristal şəkildə olan maddənin şüşə adlanan psixotrop maddə metamfetamin olmasını, həmin maddələri Bakı şəhəri, “Şamaxinka" adlanan ərazidən tanımadığı şəxsdən əldə etdiyini və həmin əldə etdiyi maddəni Bakı şəhəri, Səbail rayonu, Rüstəmov küçəsinə tanışı “İlkin” adlı şəxsə satmaq məqsədi ilə gətirdiyini bildirmişdir. Məhkəmə iclasındpa şahid qismində dindirilmiş Şahid9, Şahid5 və Şahid7 Şahid8 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uzun illərdi tanıyır və normal münasibətləri var. Təqsirləndirilən şəxs1 narkotik vasitə və “şüşə” adlanan psixotrop maddəni qəbulu ilə məşqul olmasını eşitmiş, lakin, onun narkotik vasitələrin satışı ilə məşqul olmasını bilmir. Sonradan eşitdiyinə görə yaşadığı məhəllədə narkotik vasitə satdığına görə 2020-ci ilin fevral ayında İlkin həbs olunmuş, Təqsirləndirilən şəxs1 narkotik vasitə və ya psixotrop maddələri haradan və kimdən əldə etməsini bilmir, bu haqda İlkindən maraqlanmamış, İlkin də bu haqda ona heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, onun qardaşı narkoman olmuş, həmişə narkotik vasitəni İlkindən alıb qəbul etmişdir. Təqsirləndirilən şəxs1, uşaqlıq illərindən tanıyır, əvvəllər də bir məhəllədə yaşamışlar, normal münasibətləri olmuşdur. İlkinin narkoman olmasını və mütəmadi narkotik vasitələrin satışı ilə məşğul olmasını bilmişdir. Qardaşı da narkotikdən rəhmətə getmiş, bu səbəbdən də İlkinin narkotik satdığına görə cinayət əməlini ifşa etmək qərarına gəlmiş və 11 fevral 2020-ci il tarixdə saat 21 radələrində, İlkinə zəng edib narkotik vasitə lazım olduğunu bildirmişdir. 500 manat müqabilində 15 qram narkotik maddə olan heroin və 2 qram metamfetamini İlkinin yaşadığı ünvana gəlib məhəlləsində görüşərək ondan almışdır. Həmin bükümü öz üzərində saxlayıb evə gətirmiş, səhəri günü İlkinin qanunsuz əməllərinin qarşısı alınması və cinayət əməlini ifşa etmək məqsədi ilə Səbail RPİ-nə gəlib ərizə ilə müraciət edərək, İlkin adlı şəxsin qanunsuz olaraq narkotik maddələrinin satışı ilə məşqul olmasının qarşısını alınması və etmiş olduğu hərəkətlərə görə qanuni tədbir görülməsini xahiş edərək, bir gün əvvəl İlkindən aldığı narkotik vasitə və psixotrop maddə olan bükümləri könüllü təqdim etmişdir. Sonra o, polis əməkdaşlarını aparıb İlkinin yaşadığı mənzili kənardan göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, istintaqdan əməliyyat tapşırığı daxil olmuşdur ki, İlkin adlı şəxs narkotik vasitələrin satşı ilə məşqul olur. Əməliyyat qrupu yaradılmış, tərəflərindən İlkin adlı şəxs müəyyən olunmuşdur. Səbail rayon məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 evinə baxış keçrilməsinə dair qərar alınmış və evə baxış keçrilmişdir. Evə baxış keçirilərkən mənzilin ikinci otağında narkotik vasitə aşkar olunub götürülmüşdür. İlkin bildirmişdir ki, həmin narkotik vasitəni mütəmadi olaraq tanışı Tofiqdən əldə edir, Tofiq axşam gələcək, sonra Tofiq saxlanılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 12 fevral 2020-ci il tarixli 3741 №-li rəydən görünür ki,tədqiqata təqdim edilmiş üzərində "Şahid1" yazısı olan zərfdəki,1(bir) ədəd bükümdə,təmiz çəkisi 14,589qram olan qəhvəyi rəngli tozşəkiili maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə,təmiz çəkisi 1,345 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Ekspertin rəyi istintaqda təhlil edilmiş, düzgün və obyektiv verildiyi üçün sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 15 fevral 2020-ci il tarixli 4005 №-li rəydən görünür ki,tədqiqata təqdim edilmiş,üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar edilmiş...narkotik maddəyə bənzər..."yazısı olan paketdəki, 1 (bir) ədəd bağlama-da,təmiz çəkisi 1285qram (1kq 285qr) qəhvəyi rəngli tozşəkiili maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Tədqiqata təqdim edilmiş,üzərində: “Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar edilmiş., dərman preparatları.." yazısı olan paketdəki,üzərində "Fenazepam 0,001 qr” yazısı olan 4 ədəd konvalyutda cəmi 29 ədəd, üzərində “Fenadiazepin 1 mq" yazısı olan 1 ədəd konvalyutda 2 ədəd həb və üzərində: “Oxazepam 10 mg” yazısı olan 1 ədəd konvalyutda 9 ədəd həb “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İİİ siyahısına daxildirlər. 31 ədəd həblərdə (29 ədəd fenazepam və 2 ədəd fenadiazepin) təsiredici maddəsi fənazepamın ümumi miqdarı 0,031 qram təşkil edir (bir ədəd həbdə 0,001 qram fenazepam olmaqla).9 ədəd həblərdə təsiredici maddəsi oksazepamın ümumi miqdarı 0,09 qram təşkil edir (bir həbdə 0,01 qram oksazepam olmaqla). Digər dərman preparatları (“Vazodin”, “Karbamazepin" və “Klonidin"adlı) “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş,məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin,psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına,ixracına,tranzit nəql edilməsinə və istehsa¬lına lisenziya tələn olunan prekursorların siyahılan”-na və “Güclü təsir edən maddələrin və onların küllü miqdarının",eləcədə “Zəhərli maddələrin”-in siyahılarına daxil deyildirlər.Tədqiqata təqdim edilmiş,üzərində: Təqsirləndirilən şəxs2 üzərinə baxış və şəxsi axtarış zaman..."yazısı olan paketdəki, 1 (bir) ədəd bükümdə,təmiz çəkisi 85,217qram qəhvəyi rəngli tozşəkiili maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və təmiz çəkisi 50,108 qram kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixiotrop maddə-metamfetamindir. Vət.Şahid1 könüllü təqdim etdiyi heroin (12 fevral 2020-ci il tarixli 3741 saylı ekspert rəyi), vət.lbrahi- mov İlkin Hüseyn oğlunun evindən və X3 götürülmüş heroinlərlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Şahid1 təqdim etdiyi metamfetamin (12 fevral 2020-ci il tarixli 3741 saylı ekspert rəyi) Təqsirləndirilən şəxs2 götürülmüş metamfetaminlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir.Ekspertin rəyi istintaqda təhlil edilmiş, düzgün və obyektiv verildiyi üçün sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 17 fevral 2020-ci il tarixli 4009 №-li rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “....Təqsirləndirilən şəxs1 mənzildə Səbail rayon məhkəməsinin qərarı əsasında axtarış keçirilən zaman mənzildən üzərində “FANG- FANG”yazısı olan kardon qutunun içərisində mənşəyi məlum olmayan bitki toxumları götürülmüşdür” yazılar və imza olan zərfi açdıqda bir ədəd üzərində “FANGFANG”yazısı olan kardon qutunun içərisində ümumi təmiz çəkisi- 1,330qram olan bitki toxumları,əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannadis) bitkisinin toxumlarıdır. Onlar narkotik vasitələrə aid deyildir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 02 mart 2020-ci il tarixli 579 №-li rəyindən görünür ki,Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan mad-dələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 02 mart 2020-ci il tarixli 580 №-li rəyindən görünür ki,Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 03 mart 2020-ci il tarixli 446 №-li rəyindən görünür ki,Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətinin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 03 mart 2020-ci il tarixli 447 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətinin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-fonoskopik ekspertizasının 22 sentyabr 2020-ci il tarixli 4/526 №-li rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO”markalı DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO”markalı DVD diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “KT’kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs2 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCOTnarkalı DVD diskdə olan mübahisəli fonoqramlardakı montaj əlamətləri müəyyən olunmadı. Beləliklə, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, habelə cinayət işinin materialları üzrə toplanmış sübutların məcmusu onlara elan olunmuş ittihamın əsasını təşkil etdiyinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin ittiham olunduqları cinayət əməlini törətmələri kifayət qədər sübut olunmuşdur. Cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələri ilə tövsif edilməli və onlar, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı övladının olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən əməlində ağırlaşdırıcı halların olması müəyyən olunmadı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 26.09.2011-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2 maddəsi ilə təqsirli bilinib 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09.02.2018-ci il tarixli Şabran rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nə edilmiş dəyişiklik haqqında 20.10.2017-ci il tarixli 816 VQD qanunun tədbiqi ilə əlaqədar onun əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4 maddələrinə tövsif edilməklə üzərində qəti 05 il azadlıqdan məhrum etmə cəzası saxlanılmış və o cəzadan azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərində çəkilməmiş cəzası qalmamış və onun məhkumluğu ödənilmişdir. Məhkəmə istintaqı zamanı, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 14 fevral 2020-ci il tarixdə, Təqsirləndirilən şəxs2 isə 15 fevral 2020-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 14 fevral 2020-ci il tarixdən, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 15 fevral 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə 594 manat 46 qəpik ekspertiza xərci təqsirləndirilən şəxslər arasında bölünərək, 297 manat 23 qəpik Təqsirləndirilən şəxs1, 297 manat 23 qəpik Təqsirləndirilən şəxs2 alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Səbail RPİ-də saxlanılan Şahid1 könüllü təqdim etdiyi bir ədəd bükümdə, ekspertiza keçirildikdən sonra qalıq qalmış 14,489 qram çəkidə narkotik vasitə heroin və 1,295 qram çəkidə psixiotrop maddə-metamfetamin, Təqsirləndirilən şəxs1 mənzildə apaılan axtarış zamanı aşkar olunmuş bir ədəd bağlamada, təmiz çəkisi 1285 qram narkotik vasitə heroin, üzərində “Fenazepam 0,001qr”yazısı olan 4 ədəd konvalyutda cəmi 29 ədəd, üzərində “Fenadiazepin 1 mq” yazısı olan 1 ədəd konvalyut da 2 ədəd həb və üzərində: “Oxazepam 10 mg” yazısı olan 1 ədəd konvalyutda 9 ədəd həb pereparatları, 31 ədəd həblərdə (29 ədəd fenazepam və 2 ədəd fenadiazepin) təsiredici maddəsi fenazepamın ümumi miqdarı 0,031 qram təşkil edən (bir ədəd həbdə 0,001qram fenazepam olmaqla). 9 ədəd həblərdə təsiredici maddəsi oksazepamın ümumi miqdarı 0,09 qram təşkil edən (bir həbdə 0,01 qram oksazepam olmaqla), digər “Vazodin”, “Karbamazepin” və “Klonidin”adlı dərman preparatları, bir ədəd üzərində “FANGFANG” yazısı olan kardon qutunun içərisində ümumi təmiz çəkisi-1,330 qram olan bitki toxumları, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları, ekspertiza keçirildikdən sonra qalıq qalmış 1284,8 qram çəkidə narkotik vasitə heroin və hər növ dərman pereparatından 1 həb tədiqiqata səf edilməsi nəzərə alınmaqla bir ədəd möhürlənmiş zərf, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış zamanı protokolla götürülmüş bir ədəd bükümdə, təmiz çəkisi 85,217qram narkotik vasitə heroin və bir ədəd bükümdə, təmiz çəkisi 50,108 qram psixiotrop maddə-metamfetamin, ekspertiza keçirildikdən sonra qalıq qalmış 85,017qram çəkidə narkotik vasitə heroin və 50,008 qram çəkidə psixiotrop maddə-metamfetamin olan bir ədəd möhürlənmiş zərf məhv edilməlidir. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş bir ədəd işlənmiş "İphone7” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. Məhkəmə-fonoskopik ekspertizaslına təqdib edilmiş səs nümunəsi, yazılı və səsli mesajlar köçürülmüş iki ədəd “DVD” disk Bakı şəhəri, Səbail RPİ-də saxlanılması nəzərə alınmalıdır. Şahid1 könüllü təqdim etmə zamanı çəkilmiş video görüntülər əks olunmuş bir ədəd “DVD” formatlı “CD” disk, Təqsirləndirilən şəxs1 mənzilində axtarış istintaq hərəkəti zamanı çəkilmiş video görüntülər əks olunmuş bir ədəd “DVD” formatlı “CD” disk və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılan zamanı çəkilmiş video görüntülər əks olunmuş bir ədəd “DVD” formatlı “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə istintaqı zamanı “İnsan hüquqlarını və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin c bəndinə, Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001ci il tarixli, 31 nömrəli qərarına 3.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 216 (iki yüz on altı) manat, Müdafiəçi4, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 360 (üç yüz altmış3) manat, pul ödənilməlidir. pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 15 fevral 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Müdafiəçi2, hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 216 (iki yüz on altı) manat pul, Müdafiəçi4, hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 360 (üç yüz altmış) manat pul ödənilsin. İş üzrə 594 manat 46 qəpik ekspertiza xərci təqsirləndirilən şəxslər arasında bölünərək, 297 manat 23 qəpik Təqsirləndirilən şəxs1, 297 manat 23 qəpik Təqsirləndirilən şəxs2 alınaraq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Səbail RPİ-də saxlanılan Şahid1 könüllü təqdim etdiyi bir ədəd bükümdə, ekspertiza keçirildikdən sonra qalıq qalmış 14,489 qram çəkidə narkotik vasitə heroin və 1,295 qram çəkidə psixiotrop maddə-metamfetamin, Təqsirləndirilən şəxs1 mənzildə apaılan axtarış zamanı aşkar olunmuş bir ədəd bağlamada, təmiz çəkisi 1285 qram narkotik vasitə heroin, üzərində “Fenazepam 0,001qr”yazısı olan 4 ədəd konvalyutda cəmi 29 ədəd, üzərində “Fenadiazepin 1 mq” yazısı olan 1 ədəd konvalyut da 2 ədəd həb və üzərində: “Oxazepam 10 mg” yazısı olan 1 ədəd konvalyutda 9 ədəd həb pereparatları, 31 ədəd həblərdə (29 ədəd fenazepam və 2 ədəd fenadiazepin) təsiredici maddəsi fenazepamın ümumi miqdarı 0,031 qram təşkil edən (bir ədəd həbdə 0,001qram fenazepam olmaqla). 9 ədəd həblərdə təsiredici maddəsi oksazepamın ümumi miqdarı 0,09 qram təşkil edən (bir həbdə 0,01 qram oksazepam olmaqla), digər “Vazodin”, “Karbamazepin” və “Klonidin”adlı dərman preparatları, bir ədəd üzərində “FANGFANG” yazısı olan kardon qutunun içərisində ümumi təmiz çəkisi-1,330 qram olan bitki toxumları, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları, ekspertiza keçirildikdən sonra qalıq qalmış 1284,8 qram çəkidə narkotik vasitə heroin və hər növ dərman pereparatından 1 həb tədiqiqata səf edilməsi nəzərə alınmaqla bir ədəd möhürlənmiş zərf, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış zamanı protokolla götürülmüş bir ədəd bükümdə, təmiz çəkisi 85,217qram narkotik vasitə heroin və bir ədəd bükümdə, təmiz çəkisi 50,108 qram psixiotrop maddə-metamfetamin, ekspertiza keçirildikdən sonra qalıq qalmış 85,017qram çəkidə narkotik vasitə heroin və 50,008 qram çəkidə psixiotrop maddə-metamfetamin olan bir ədəd möhürlənmiş zərf məhv edilsin. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş bir ədəd işlənmiş "İphone7” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. Məhkəmə-fonoskopik ekspertizaslına təqdib edilmiş səs nümunəsi, yazılı və səsli mesajlar köçürülmüş iki ədəd “DVD” disk Bakı şəhəri, Səbail RPİ-də saxlanılması nəzərə alınsın. Şahid1 könüllü təqdim etmə zamanı çəkilmiş video görüntülər əks olunmuş bir ədəd “DVD” formatlı “CD” disk, Təqsirləndirilən şəxs1 mənzilində axtarış istintaq hərəkəti zamanı çəkilmiş video görüntülər əks olunmuş bir ədəd “DVD” formatlı “CD” disk və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılan zamanı çəkilmiş video görüntülər əks olunmuş bir ədəd “DVD” formatlı “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar