Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-465/2025 11.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri X15, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, onların nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə və Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1987-ci ildə Masallı rayonu, Banbaşı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli- himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Köhnə Alvadı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, 24 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 yanvar 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, faktiki həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını tələb etmiş, bundan başqa təkrarən tamah etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli və külli miqdarlarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs onlayn oyun portalında tanış olduğu Zərərçəkmiş şəxs1 etibardan sui-istifadə edib özünü imkanlı şəxs kimi təqdim edərək ailə quracağını yalandan vəd verib aldatmaqla uzun müddətli sevgi münasibətlərini və Zərərçəkmiş şəxs1 “Watshapp” ani mesajlaşma mübadiləsi proqramı vasitəsilə ona göndərdiyi çılpaq şəkillər və aralarında olan intim yazışmalardan ibarət rüsvayedici məlumatların dostu kimi təqdim etdiyi, guya Daxili İşlər Nazirliyində işləyən əslində ümumiyyətlə həyatda mövcud olmayan uydurma “Nazim” adlı şəxs tərəfindən gizli olaraq qeydiyyata alındığını bildirib, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə 2022-ci ilin noyabr ayında kirayə yaşadığı ünvan 2 ünvanının yaxınlığında olarkən istifadəsində olan mobil telefonu vasitəsi ilə zəng vuraraq həmin məlumatları onun valideynlərinə və rəsmi nikahda olan ərinə göndərilməklə yayılacağı ilə hədələyib bu məlumatların guya “Nazim” adlı şəxsin yaymaması üçün Zərərçəkmiş şəxs1 hədə-qorxu ilə xeyli miqdarda pul tələb etmiş, Zərərçəkmiş şəxs1 nağd pulu olmadığını bildirdikdə qızıl-zinət əşyalarını ona verərsə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Laçın” ticarət mərkəzində çalışan tanışının işlətdiyi lombarda girov qoymaqla pul vəsaiti əldə edib “Nazim" adlı şəxsə verəcəyini bildirərək Zərərçəkmiş şəxs1 məxsus hər biri briliant qaşlarla bəzədilmiş və 750 əyyarlı olan 15 qramlıq bir cüt sırğa, 20 qramlıq bir ədəd qadın üzüyü, 30 qramlıq bir ədəd qadın boyunbağısı və 15 qramlıq bir ədəd qadın qolbağından ibarət 7500 manat dəyərində qızıl dəst, 950 manat dəyərində 585 əyyarlı, 10 qramlıq bir ədəd qızıl qadın üzüyü, 200 manat dəyərində 585 əyyarlı, 03 qramlıq bir cüt qızıl uşaq sırğası, 250 manat dəyərində, üzərində “Zəhra” adı yazılmış, 585 əyyarlı, 03 qramlıq 01 ədəd qızıl uşaq qolbağı, 320 manat dəyərində, üzərində dairəvi klonu olan, 585 əyyarlı, 04 qramlıq 01 ədəd qızıl qadın boyunbağısı, 200 manat dəyərində, üzərində ərəbcə yazılar olan, 585 əyyarlı, 03 qramlıq 01 ədəd qızıl qadın boyunbağısı, 650 manat dəyərində, 585 əyyarlı, 06 qramlıq 01 ədəd qızıl qadın qolbağı, 250 manat dəyərində, nazik toxunma formalı, 585 əyyarlı, 3,6 qramlıq 01 ədəd qızıl qadın qolbağı, 200 manat dəyərində, “V” formalı qaşı olan, 585 əyyarlı, 02 qramlıq 01 ədəd qızıl qadın üzüyü, 1.000 manat dəyərində, briliant qaşlarla bəzədilmiş, 750 əyyarlı, 10 qramlıq 01 ədəd qızıl qadın üzüyü və 1.000 manat dəyərində, 585 əyyarlı, 15 qramlıq 01 ədəd qızıl qadın üzüyündən ibarət olmaqla ümumi dəyəri 12.520 manat təşkil edən qızıl-zinət əşyalarını 2022-ci ilin noyabr ayında ünvan 3 ünvanında yerləşən kitab mağazasının qarşısında alıb Zərərçəkmiş şəxs1 12.520 manat məbləğində xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etmə və aldatma yolu ilə yaşadığı Bakı şəhəri, ünvan 4 ünvanında rəsmi nikahda olan əri Zərərçəkmiş şəxs2 məxsus xeyli miqdarda pulların saxladığını öyrənib, cinayətkar niyyətini həyata keçmək məqsədi ilə əslində həyatda mövcud olmayan tanışı guya “Nazim” adlı şəxsin məlumatlarına görə yaşadığı mənzilində olan həmin pul vəsaitlərinin əri Zərərçəkmiş şəxs2 tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olmaqla əldə etdiyini, pulların arasına ərinin cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən əvvəlcədən nömrələnmiş pul əsginaslarının yerləşdirildiyini, bununla bağlı yaşadığı mənzilindən həmin nömrələnmiş pullar aşkar olunarsa əri ilə yanaşı özünün də cinayət məsuliyyətinə cəlb edilə biləcəyini bildirib, bunların qarşısını almaq üçün ərinə məxsus pul vəsaitlərini ona verəcəyi təqdirdə nömrələnmiş pul əsginaslarını götürüb qalan pul vəsaitini atası Şahid1 qaytaracağına dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs1 əri Zərərçəkmiş şəxs2 məxsus həmin dövrün məzənnəsi ilə 7.820 manat təşkil edən 4.600 ABŞ dolları və 20.000 manat pulu 07 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Binə” Ticarət Mərkəzinin avtobus dayanacağının yaxınlığında etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ümumilikdə 27.820 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tanışı Zərərçəkmiş şəxs3 Sadiq oğluna özünü inanclı, ibadət edən və geniş əlaqələrə malik şəxs kimi təqdim edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə guya tanışı, Rusiya Federasyasında yaşayan, əslində həyatda mövcud olmayan “Vüsal” adlı şəxsin əvvəllər etdiyi yaxşılıqların qarşılığı olaraq köməklik məqsədi ilə onun adına Azərbaycan Respublikasının Mərkəzi Bankı vasitəsi ilə 750.000 (yeddi yüz əlli min) ABŞ dolları göndərdiyini, adına göndərilmiş həmin pul vəsaitindən cəmi 3000 ABŞ dolları çıxarsa da, qalan pul vəsaitlərinin çıxarılmasına Mərkəzi Bank tərəfindən məhdudiyyət qoyulduğunu, guya Daxili İşlər Nazirliyində işləyən, əslində isə həyatda ümumiyyətlə mövcud olmayan, uydurma “Nazim” adlı şəxsin köməyi ilə həmin pul vəsatlərini əldə edib Zərərçəkmiş şəxs3 Türkiyə Respublikasında kübrə zavodu açmaq niyyətini reallaşdırması üçün bankdan çıxaracağı həmin 747.000 ABŞ dollarından 300.000 ABŞ dolları hissəsini gələcəkdə şərikli biznes işi qurmaq məqsədi ilə sonuncuya verəcəyinə dair yalan vəd verib aldadaraq, guya “Nazim” adlı şəxsə verəcəyi adı ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə 2020-ci ilin iyun ayının əvəllərində Bakı şəhəri, Nizami rayonu, “8-ci kilometr” qəsəbəsində yerləşən kafedə 260 manat, bir neçə gün sonra Sumqayıt şəhəri ərazisində Zərərçəkmiş şəxs3 idarə etdiyi “OKA” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobildə 2000 manat, 2020-ci ilin iyul ayında ünvan 5 ünvanında yerləşən “Laçın” Ticarət Mərkəzinin yaxınlığındakı istirahət parkında 1300 manat, 2020-ci ilin avqust ayında həmin ünvanda 1500 manat, 2020- ci ilin avqust ayının sonlarında həmin ünvanda 800 manat, 2020-ci ilin sentyabr ayının sonlarında Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəində yerləşən “8-ci kilometr” bazarında 1000 manat, 2021-ci ilin mart ayının əvəllərində ünvan 8 ünvanında 1000 manat, 2021-ci ilin aprel ayında Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, yeni massivdə yerləşən fərdi yaşayış evində 1700 manat, 2021-ci ilin iyun ayının əvəllərində Bakı şəhəri, Nizami rayonu ərazisində həmin dövrün məzənnəsi ilə 5100 manat təşkil edən 3000 ABŞ dolları, 2021 -ci ilin iyun ayında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən metronun “Nəriman Nərimanov" stansiyasının yaxınlığında 3000 manat, 2021-ci ilin sentyabr ayında Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən “Faberlik” adlı kosmetika mağazasında 3000 manat, 2021-ci ilin noyabr ayında həmin ünvanda 2000 manat, 01 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 tərəfindən yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi “MİDA” yaşayış kompleksi bina 2, mənzil 1 ünvanında olarkən istifadəsində olan mobil telefon vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan **********362797 nömrəli plastik bank kartına köçürülmüş 3000 manat pulu, 2022-ci ilin əvvəllərində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ərazisində fəaliyyət göstərən marketin girişində quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan bank kartı hesabına köçürülmüş 1500 manat pulu, Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi “MİDA” yaşayış kompleksi bina 2, mənzil 1 ünvanında olarkən istifadəsində olan mobil telefon vasitəsilə 07 iyun 2022-ci il tarixdə **********874207 nömrəli plastik bank kartına köçürdüyü 300 manat, həmin ünvanda və tarixdə **********870065 nömrəli plastik bank kartına köçürdüyü 300 manat, həmin ünvanda 15 iyun 2023-cü il tarixdə 416973******1458 nömrəli plastik bank kartına köçürdüyü 499,5 manat, 2022-ci ilin yay aylarında dəqiq məlum olmayan tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində nağd şəkildə 1400 manat, Zərərçəkmiş şəxs3 Bakı şəhəri Suraxanı rayonu ərazisində olarkən istifadəsində olan mobil telefon vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan 416974******8748 nömrəli plastik kart hesabına 30 iyun 2022 tarixdə köçürdüyü 240 manat, 416973******0065 nömrəli plastik bank kartı hesabına həmin ünvanda 17 iyul 2022-ci il tarixdə köçürdüyü 300 manat, **********930248 nömrəli bank kartı hesabına həmin ünvanda 30 iyul 2022-ci il tarixdə köçürdüyü 923 manat, 2022-ci il ərzində istintaqa dəqiq məlum olmayan vaxtlarda Zərərçəkmiş şəxs3 Bakı şəhəri Suraxanı rayonu ərazisində olarkən istifadəsində olan mobil telefon vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan plastik bank kartı hesablarına hissə-hissə olmaqla köçürdüyü ümumilikdə 3.000 manat, 2022-ci ilin avqust ayında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Araz" marketin qarşısında nağd şəkildə həmin dövrün məzənnəsi ilə 850 manat təşkil edən 500 dolları, Zərərçəkmiş şəxs3 Bakı şəhəri Suraxanı rayonu ərazisində olarkən istifadəsində olan mobil telefon vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan 416973******9460 nömrəli bank kartı hesabına 17 fevral 2023 tarixdə köçürdüyü 681 manat, həmin tarixdə və ünvanda 416973******0025 nömrəli bank kartı hesabına köçürdüyü 404 manat, 19 fevral 2023 tarixdə həmin ünvanda 416973******8918 nömrəli bank kartı hesabına köçürdüyü 300 manat, məlum olmayan bank kartı hesabına həmin ünvanda 2023-cü ilin mart ayında köçürdüyü 1537 manat, **********904137 nömrəli bank kartı hesabına 2023-cü ilin mart ayından 23 may 2023-cü il tarixədək olan müddətdə həmin ünvanda hissə-hissə köçürdüyü ümumilikdə 2348 manat, **********904137 nömrəli bank kart hesabına 2023-cü ilin mart ayından 25 may 2023-cü il tarixədək olan müddətdə həmin ünvanda hissə-hissə köçürdüyü ümumilikdə 2348,5 manat, 552209******7395 nömrəli kart hesabına 12 mart 2023 tarixdə həmin ünvanda köçürdüyü 50 manat, 416973******9048 nömrəli bank kartı hesabına 13 mart 2023-cü il tarixdə həmin ünvanda köçürdüyü 810 manat, həmin bank kartı hesabına 16 mart 2023 tarixdə həmin ünvanda köçürdüyü 105 manat, 416974******3395 nömrəli bank kartı hesabına 22 aprel 2023-cü il tarixdə həmin ünvanda köçürdüyü 400 manat, 531599******4486 nömrəli bank kartı hesabına 30 aprel 2023-cü il tarixdə həmin ünvanda köçürdüyü 101 manat, **********701745 nömrəli bank kartı hesabına həmin tarixdə və ünvanda hissə-hissə olmaqla ümumilikdə köçürdüyü 1475 manat, **********700040 nömrəli bank kartı hesabına 04 may 2023 tarixdə həmin ünvanda köçürdüyü 500 manat, 416975******5817 nömrəli bank kartı hesabına 09 may 2023 tarixdə həmin ünvanda köçürdüyü 101 manat, 416975******5817 nömrəli bank kartı hesabına 10 may 2023-cü il tarixdə həmin ünvanda köçürdüyü 282 manat, 416973******1544 nömrəli bank kartı hesabına 14 may 2023 tarixdə həmin ünvanda köçürdüyü 100 manat, həmin bank kartı hesabına 23 may 2023 tarixdə həmin ünvanda köçürdüyü 50 manat, **********986197 nömrəli bank kartı hesabına 30 may 2023-cü il tarixdə həmin ünvanda köçürdüyü 400 manat, 416973******1458 nömrəli bank kartı hesabına həmin tarixdə və ünvanda köçürdüyü 499 manat, 526163******0633 nömrəli bank kartı hesabına həmin tarixdə və ünvanda köçürdüyü 151 manat, 4169****** 0708 nömrəli bank kartı hesabına həmin tarixdə və ünvanda köçürdüyü 404 manat, 416973******1544 nömrəli bank kartı hesabına 05 iyun 2023-cü il tarixdə həmin ünvanda köçürdüyü 2309 manat, **********894466 nömrəli bank kartı hesabına 12 iyun 2023-cü il tarixdə həmin ünvanda köçürdüyü 710 manat, **********140633 nömrəli bank kartı hesabına 15 iyun 2023-cü il tarixdə həmin ünvanda köçürdüyü 151 manat, **********870065 nömrəli bank kartı hesabına 17 iyun 2023-cü il tarixdə həmin ünvanda köçürdüyü 300 manat, **********502526 nömrəli bank kartı hesabına 06 iyul 2023-cü il tarixdə həmin ünvanda köçürdüyü 100 manat, **********508114 nömrəli bank kartı hesabına 09 iyul 2023-cü il tarixdə həmin ünvanda köçürdüyü 100 manat, həmin bank kartı hesabına 20 avqust 2023-cü il tarixdə həmin ünvanda köçürdüyü 210 manat, 06 dekabr 2023-cü il tarixdə ünvan 10əlum olmayan yerdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan 409858******5439 nömrəli bank kartı hesabına elektron köçürmə yolu ilə köçürdüyü 500 manat, Zərərçəkmiş şəxs3 yaşadığı ünvanında olarkən istifadəsində olan mobil telefon vasitsilə 15 yanvar 2024-də Təqsirləndirilən şəxs istifadəsində olan **********308915 nömrəli bank kart hesabına köçürdüyü 395 manat, həmin tarixdə və ünvanda **********547672 nömrəli bank kart hesabına köçürdüyü 650 manat, həmin tarixdə və ünvanda **********4733 nömrəli kartı hesabına köçürdüyü 70 manat, 16 yanvar 2024-cü il tarixdə həmin ünvanda 409858******5439 nömrəli bank kart hesabına köçürdüyü 100 manat, 17 yanvar 2024-cü il tarixdə həmin ünvanda **********308915 nömrəli bank kart hesabına köçürdüyü 297 manat, istintaqa məlum olmayan tarixdən 22 yanvar 2024-cü il tarixədək olan müddət ərzində həmin kart hesabına həmin ünvanda hissə-hissə olmaqla ümumilikdə köçürdüyü 1874 manat, həmin tarixdə və ünvanda 416973******8114 nömrəli bank kart hesabına köçürdüyü 165 manat, bundan başqa istintaqa dəqiq məlum olayan tarixlərdə Bakı şəhəri ərazisində hissə-hissə olmaqla ümumilikdə nağd şəkildə 7.000 manat, sonuncu dəfə 23 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs3 yaşadığı ünvanında olarkən istifadəsində olan mobil telefon vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, ünvan 11 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətində (bundan sonra: ASC) mövcud olan **********308915 nömrəli bank kartı hesabına köçürdüyü 50 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ümumilikdə 63.000 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs3 ümumilikdə 63.000 (altmış üç min) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs ümumilikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini həm də tamah niyyəti ilə törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 178.3.2 və 182.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını tələb etmə, bundan başqa, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli və külli miqdarlarda ziyan vurmaqla təkrarən dələduzluq cinayətlərini törətməkdə təqsirliliyi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapmışdır. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 182.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək cinayət işinin məhkəməyədək icraatı mərhələsində vermiş olduğu ifadəsinə uyğun ifadə verib göstərdi ki, 2010-cu ildə həmkəndlisi Şahid15 Sadiq qızı ilə ailə qurmuş, birgə nigahdan iki oğlu olmuş, təxminn 3-4 ay əvvəl məhkəmə qətnaməsinə əsasən arvadından ayrılmışdır. Bakı şəhərində, Nizami rayonu, ərazisində ailəsi ilə birlikdə kirayənişin yaşamış, “Sədərək” və “ Binə” ticarət mərkəzlərində mağaza icarəyə götürüb atası və qardaşı ilə birlikdə paltar satımış, son 5 il ərzində isə zərərə düşdüklərindən mağazanı təhvil vermişlər. Mağaza bağlanandan sonra o, Babək prospektində yol ətrafında fəhlələr toplaşan yerdə durub gündəlik fəhləlik etmiş, həmçinin işlənmiş satılıq telefonları ucuz qiymətə alıb baha qiymətə satmaqla məşğul olmuş, həmin vaxtlarda ***-***-**-**, ***-***-**-** və dostu Xalidin adına olan +7929272-56-96 Rusiya nömrələrdən istifadə etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 2022-ci ilin yay aylarında istifadəsində olan ***-***-**-** nömrəsi ilə “instagram” sosial şəbəkəsində oyun proqramında «Ramin 003» kimi qeydiyyatdan keçərək onlayn “Durak” adlı kart oyunu oynayarkən ‘Vüsalə19" ləqəbli oyunçu ona “salam, çox yaxşı oynayırsınız” kimi bir cümlə yazmışdır. O da, həmin şəxsə yaxşı oynadığını yazmışdır. 5-6 gün yazışıb oynayandan sonra Vüsalə ona yazıb, əllərində nə qədər xal olmasını bilmələri üçün danışa-danışa oynamağı təklif etmişdir. Bundan sonra onlar oynaya-oynaya danışmışlar. O, yalandan Vüsaləyə özünü dollar satan, pul dəyişmə işinə baxan imkanlı, 28 yaşında sübay bir adam kimi təqdim etmiş, Vüsalə də ona 26 yaşı olduğunu, sübay olduğunu, ingilis dili müəlliməsi olsa da, hazırda işləmədiyini demişdir. Həmin vaxt o, Əhmədlidə “Express” bankda dollar dəyişmiş, onun adına Rusiyaya pullar getmişdir. Onlar 10-15 gün belə danışandan sonra “İnstagram” sosial şəbəkəsinə çox pulu çıxdığını görüb Vüsaləyə “WhatsApp” da danışmağı təklif etmiş, Vüsalə də, “WhatsApp” da istifadə istifadə etdiyi ***-***-**-** nömrəsini demiş o da öz adına olan ***-***-**-** nömrəsindən səs atmış və bundan sonra onlar oyun oynamayıb yalnız “WhatsApp” proqramı vasitəsilə danışmışlar. Aralarında dostluq yaranmış, Vüsalə onu görmək istədiyini bildirmiş, 2 aya yaxın onu görüşə çağırmış, lakin o, görüşə getməmişdir. Bir neçə gün “WhatsApp” vasitəsi ilə danışandan sonra Vüsalə ailəli olub ərindən ayrıldığını, iki uşağı olduğunu, Yasamal rayonu ərazisində yaşadığını demiş, o isə Vüsaləyə «Binə» Ticarət Mərkəzində dollar satdığını, pul köçürmə işi ilə məşğul olduğunu demişdir. Vüsalə onu “WhatsApp” qrupda Nərimin adlı rəfiqəsi ilə tanış etmiş, üçü eyni vaxtda qrupda danışmışlar. Söhbət əsnasındaVüsalə Nərminin ayda 200 manat kredit ödədiyini demiş, onun kreditinə köməklik etməyi xahiş etmişdir. Belə ki, Vüsalə onu Nərminə imkanlı bir adam kimi təqdim etmişdir. O, köməklik edəcəyini deyəndən sonra Nərmin bank kartının şəklini onun telefonuna atsa da, o həmin karta pul göndərməmiş, ancaq Vüsalənin kartına cəmi bir dəfə 100 manat, bir dəfə isə 150 manat pul göndərmişdir. O, ilk dəfə Vüsalə ilə Yasamal rayonu ərazisində yerləşən “Zefir Mail» alış-veriş və əyləncə mərkəzində görüşərək kafedə oturub tortla çay, kofe içmişlər. Ondan sonra münasibətləri daha da yaxşılaşmış, Vüsalə ona heyatını danışmış, atasının onu döydüyünü bildirmişdir. Həmin ərəfələrdə arvadı ilə onun münasibətləri pisləşdiyindən arvadı uşaqlarını götürüb Masallı rayonuna getmişdir. O, isə bütün sutkanı Vüsalə ilə telefonda danışmışdır. 2022-ci ilin avqust ayından həmin ilin 6 dekabr tarixinədək olan müddətdə, demək olar ki, hər gün səhər saat 11-dən axşam saat 17 radələrinə kimi o, Vüsalə ilə Yasamal rayonu ərazisində yerləşən “Ləziz Haus” restoranında görüşüb yemək yemişlər. O yeməyin pulunu ödədikdən sonra restoranın yaxınlığında yerləşən başqa bir tikilinin ərazisinə gedib orada sevişmişlər. Vüsalə telefonda hər gün onunla intim danışıqlar aparmış, çılpaq şəkillərini onun telefonuna göndərmiş, ona Yasamalı rayonu ərazisində kirayə ev tutmağı, uşaqlarını məktəbə və baxçaya qoyandan sonra həmin evdə görüşmələrini təklif etmişdir. O, ev axtarsa da, tapa bilmədiyindən Vüsalə ona oteldə görüşməyi təklif etmişdir. O, dostu Rövşənə məxsus BMW markalı avtomobillə Vüsaləni Nərimanov rayonu ərazisində yerləşən bir otelə aparmışdır. O, Vüsaləyə avtomobilin özünə məxsus olduğunu, Rövşənin isə sürücüsü olduğunu demişdir. Hansı ki, dostu Rövşənin «Rento car»da olan «BMV 10 F» markalı avtomobilinin şəklini çəkib Vüsaləyə göndərərək onun şəxsi avtomobili olduğunu demişdir. Lakin onun sürücülük vəsiqəsi olmasa da, həmin avtomobili iki dəfə icarəyə götürüb sürmüşdür. Oteldə Vüsaləyə zəng gəldiyindən o, gedəsi olmuş və onlar intim əlaqədə ola bilməmişlər. Amma aradan 2-3 gün keçmiş o, taksi ilə Vüsaləni həmin otelə aparıb onunla intim əlaqədə olmuşdur. Bundan sonra bir aydan artıq bir müddətdə Vüsalənin təklifi ilə hər axşam bazarlıq edib uşaqları yatandan sonra Vüsalənin yaşadığı mənzilə gedib səhər saat 05-ədək onunla intim əlaqədə olub çıxıb getmişdir. Vüsalə ərindən ayrı yaşamışdır. Vüsaləyə özünü imkanlı oğlan kimi təqdim etdiyindən o, pula olan ehtiyaclarını təmin etmək məqsədilə Masallı rayonu Köhnə Alvadlı kəndində yaşayan Niyaməddindən dayısı Mirxanın vasitəsi ilə 3500 manat borca pul almış və həmin pulu Vüsaləyə xərcləmişdir. Bundan başqa o, dayısı Mirxanın özündən də borca pul götürüb xərcləmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, Vüsalə ona yaşadığı mənzilin onun öz adına olsa da, faktiki ərinə məxsus olduğunu, ərindən ayrılsa da, ərinin hərdən gəlib uşaqlarına baş çəkdiyini bildirmiş, həmçinin atasının 2 otaqlı mənzili olduğunu, həmin mənzildə onun qardaşının da ailəsi ilə birlikdə yaşadığını demişdir. Vüsalə ona qardaşına bir mənzil alıb verməyi xahiş etmişdir. Vüsalənin məqsədi qardaşının ailəsi ilə birlikdə onun aldığı mənzilə köçməsi, onu atasına aid mənzilə aparıb atası və ailə üzvüləri ilə tanış etmək, sonra isə «Yasamal park»da özləri üçün yeni mənzil alıb ora köçüb yaşamalarını istəməsi olmuşdur. O, Vüsalənin təklifi ilə razılaşmış, onlar ikisi də Vüsalənin qardaşı və atası ilə görüşmək üçün yollar axtarırlar. Vüsalə özündən variant uydurmuş və bildirmişdir ki, onunla orta məktəb bir oxumuş sinif yoldaşı Zərif adında qız ərəb şexi ilə ailə qurub hazırda Dubay şəhərində yaşayır, onu valideyinlərinə guya Zərifin ərinin Bakı şəhəri Binə Ticarət Mərkəzində pul köçürmə işlərini görən işçisi kimi təqdim edəcəkdir və Zərifin tapşırığı ilə onun qardaşı Cəlilə Bakı şəhərində mənzil almaqda köməklik edəcəkdir. 3-4 gün sonra Vüsalənin qardaşı Cəlil ona zəng edib özünü təqdimm etmiş, nömrəni bacısı Vüsalə verdiyini, onunla görüşmək istədiyini demişdir. O, Nərimanovda adını xatırlamadığı kafeyə görüş təyin etmiş, Cəlil “Hyundai” markalı avtomobil ilə həmin kafevə gəlmişdir. O, Cəlillə bir yerdə olarkən Vüsalənin tapşırığına əsasən telefonunu açıq qoymuş, Vüsalənin onların danışıqlarını eşitməsinə şərait yaratmışdır. Cəlil ona ailəsində olan problemlərdən danışmış, o isə Cəlilə mənzil almaqda köməklik edəcəyini demişdir. Onlar ayrılandan sonra Cəlil dəfələrlə ona zəng edib mənzili nə vaxt alacağını soruşmuş, o isə hər dəfə səbirli olmasını demiş, mənzil alacağına söz vermişdir. Həmin müddətdə o, Vüsalənin evində sonuncu ilə görüşmüş, onunla intim əlaqədə olmuş, səhər saat 05 radələrində evi tərk etmişdir. Vüsalə həmişə «Bolt»dan taksi sifariş vermiş, o, taksidə olarkən Vüsalə telefonla onu izləmişdir. O, Vüsalənin yanında olarkən onun uşaqları başqa otaqda yatmışlar. Vüsalə onların binasında aşağı mərtəbədə Hüseyin adlı narkobaron yaşadığını, ərinin həmin narkobarona qoşulub onlara baxmadığını demişdir. Aradan bir neçə gün keçmiş Cəlil ona zəng edib atasının onunla görüşüb söhbət etmək istədiyini demiş və onu Yasamal istirahət parkına dəvət etmişdir. O, bunu Rövşənə demiş və sonuncudan ona məxsus BMW markalı avtomobili alıb idarə edərək Cəlil dediyi yerə gedərək ona zəng etmişdir. Cəlil görüş yerinə bir nəfərlə gəlmiş, yanındakı şəxsi atası Mehdi kimi təqdim etmişdir. Onlar parkın ərazisindəki çay evində oturub söhbət etmişlər. Cəlil onu atasına Zərifin tanışı kimi təqdim edib ona mənzil almaq istədiyini demişdir. Atası Vüsalənin atası isə ondan 100.000 ABŞ dolları pul istəmiş, mənzili özlərinin alacaqlarını bildirmiş, o da məcburiyyətdən onlara 100.000 ABŞ dolları pul verəcəyinə söz vermişdir. Mehdi pulu nə vaxt verəcəyi ilə maraqlandıqda, o, özü xəbər verəcəyini demiş və çayın pulunu ödəyib onlarla sağollaşıb gəldiyi avtomobilə minib getmişdir. Sonra Cəlil və atası dəfələrlə ona zəng edib pulu nə vaxt verəcəyi ilə maraqlanmışlar. Həmin ərəfədə Vüsalənin atası və qardaşı ilə arası dəydiyindən onlara pul verməməsini tapşırmışdır. Bundan sonra Cəlillə atasının zəngi kəsilmişdir. Onun Şahid2 ev almaq niyyəti belə, olmamış, Vüsaləni özünə inandırıb onunla görüşmək üçün qardaşı Şahid2 ilə görüşüb ona mənzil alacağına söz vermiş və Cəlil Həmidova SMS yazaraq ona 174.000 manat, yəni 100.000 ABŞ dolları pul verəcəyini demişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, Vüsalənin Nərmin adlı rəfiqəsi ona zəng edib Nərman adlı şəxsin Vüsaləni axtardığını, Vüsalənin isə onun telefon nömrəsini bloka atdığını, Nərmanın hər gün ona zəng edib Vüsalə ilə əlaqə saxlamaq istədiyini bildirmiş, Nərmanın Vüsalənin atası və qardaşı ilə görüşüb onlara nəsə demək istədiyini demişdir. O, zəng etməklə bunu Vüsaləyə çatdırmış, onu axtaran Nərimanın kim olduğunu soruşmuşdur. Vüsalə əvvəl boynuna almasa da, sonradan ağlaya-ağlaya Nərmanla əvvəl sevgili olduğunu, ondan pul almasını, Nərmana 1000-2000 manat borcu olmasını etiraf etmişdir. Vüsalə Nərmana qaytarası pulu olmadığını bildirmiş, Nərmana pul verməsini ondan xahiş etmişdir. Lakin o, Vüsalə ilə razılaşmamışdır. Vüsalənin deməsinə görə o, onunla tanış olmamışdan əvvəl Nərmana çılpaq şəkillərini göndərmiş, məhz buna görə Nəriman həmin şəkilləri Vüsalənin ərinə və atasına göndərəcəyi ilə onu hədələmişdir. Vüsalə ona özünün evdən çıxa bilmədiyini demiş, onun qızıllarını götürüb satmağı və Nərimana olan borcunu qaytarmağı ondan xahiş etmişdir. O, razılaşandan sonra Vüsalə qızıllarını yaşadığı binanın yaxınlığında yerləşən marketə satıcı qızın yanına qoymuş və Vüsalənin özünün tapşırığına əsasən o, marketə gedib satıcı qızdan balaca torbada olan qızılları götürərək taksi ilə «Laçın» TM-nə aparmışdır. Əşyalar bir ədəd nazik qızıl boyunbayı, bir ədəd qızl qolbağı, iki ədəd biri qaşlı, digəri isə qaşsız üzüklər olmuşdur ki, o, həmin qızılları tanımadığı alıcı oğlana özünün şəxsiyyət vəsiqəsi ilə 1.325 manata satmışdır. O, Vüsaləyə zəng edib qızıllarını 1.325 manata satdığını demiş və sonra Nərminin vasitəsi ilə Nərimanı tapıb pulu qaytarmaq istəsə də, Nərmin onu bu işə qatmamalarını xahiş etmişdir. Onlar bir neçə gün gözləsələr də, Nəriman ona zəng etmədiyindən o, qızılların pulları ilə Vüsalənin özünə və uşaqlarına paltar almış, kafedə yeyib-içmiş, axşamlar isə yenə yemək alıb Vüsalənin evinə getmiş və gecəni onunla qalmışdır. Vüsalə onun qızılların pulunu xərclədiyini biəndən sonra ona daha yaxşı qızıl almasını istəmişdir. Bir neçə gün sonra isə o, öz vəsaiti hesabına Vüsaləyə 2000 manat pul vermiş, gedib özünə yeni qızıllar almasını demişdir. Pul bir gün Vüsalədə qalsa da, sonuncu növbəti gün pulu ona qaytarmış, pulu istəmədiyini bildirmiş və ona yaxşı qızıl almasını onun özünə tapşırmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, 2022-ci ilin sentyabr ayının sonlarında anasının beyninə qan sızdığına görə o bütün gün evlərində olmuş və Vüsalə ilə əlaqə saxlaya bilməmişdir. Vüsalə əl çəkməyib ona tez-tez yazaraq onların evinə gəlmək istədiyini, anasının xəstə olmasına əmin olmaq istədiyini demişdir. Odur ki, o, oğluna verdiyi mobil telefon nömrəsindən Vüsaləyə bacısı Ramilənin adından anasının insult keçirdiyini, Raminin isə evdə olduğunu yazmış, Vüsalə isə cavabında «Allah şəfa versin, mən də gəlmək istəyirəm» yazmışdır. O isə dərhal öz nömrəsindən yazaraq, onların evinə gəlməsinə razılıq verməmişdir. Bir gün o, «Xalqlarda» kafedə olarkən Vüsalənin ona zəng etdiyini görüb, oğluna verdiyi nömrədən kafedə xidmətçi işləyən qız vasitəsi ilə Visalənin nömrəsinə səs atdırmışdır. Lakin o, pivə içdiyindən həmin qızın Vüsaləyə hansı məzmunda səs atdığını bilməmişdir. O, özü bir dəfə bacısı Ramilənin “WhatsApp” profilinə «Lombargini» avtomobilinin şəkilini qoyaraq «qardaş, xeyirli olsun» sözlərini yazdırmış və növbəti gün profildən həmin şəkili sildirmişdir. Vüsalə isə bunu görüb, onun özünə «Lormbargini» aldığını fikirləşmiş və ona da həmin marka avtomobildən sarı rənglisini almasını istəmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, 05 dekabr 2022ci il tarixdə Vüsalə ona zəng vuraraq ərinin evə gəlib onunla barışmaq istədiyini, barışıq naminə ərinin evə pul gətirdiyini, atasının məcburən onları barışdırmaq istədiyini bildirmiş, lakin o, barışmaq istəmədiyini, ərindən ayrılmaq istədiyini ona demişdir. O isə Vüsaləyə ərinə şans verib onunla barışmağı məsləhət görmüşdür. 06 dekabr 2022-ci il tarixdə isə Vüsalə ona zəng edərək ərinin çıxıb getdiyini bildirmiş və onunla görüşmək istədiyini demişdir. O, Yasamal rayonuna gəlib Vüsalə ilə görüşmüş, Vüsalə ona onunla birlikdə Bakı şəhərindən çıxıb getməyəcəyi təqdirdə özünü öldürəcəyini demişdir. O, razılaşmadıqda, Vüsalə onun getməyəcəyi təqdirdə özünın tək gedəcəyini demişdir. O, Vüsaləni sakitləşdirib evinə yola salsa da, Vüsalə gecə ona zəng edərək uşaqlarını da götürüb onunla birlikdə hansısa rayona çıxıb getməyi və onunla yaşamaq istədiyini demişdir. O, pulu olmadığını dedikdə Vüsalə ərinin evə gətirdiyi pulların ona aid olduğunu, həmin pulu və uşaqlarını da götürəcəyini bildirmiş, birlikdə gedib yaşamalarını istəmişdir. O, Vüsalə ilə razılaşmış, 7 dekabr 2022-ci il tarixdə səhər tezdən dostu Zərərçəkmiş şəxs3 500 manat borc pul alıb metro ilə Yasamal rayonu ərazisinə getmiş, Vüsalənin uşaqlarına kitab almış, saat 11 radələrində Vüsalənin qızının təhsil aldığı orta məktəbin yanına getib orada Vüsalə ilə görüşmüş və aldığı kitabı ona vermiş, uşaqlar dərsdən, oğlu isə baxçadan çıxdıqdan sonra birlikdə Bakı şəhərindən çıxıb getməyə razılaşmışlar. O, kirayə qaldığı evə çatandan sonra Vüsalə ona zəng edərək atasının gəlib evdə onu döydüyünü, qollarının pis vəziyyətdə olduğunu bildirmiş, onun yanına qayıtmasını və tez çıxıb getmələrini xahiş etmişdir. O, telefonla danışa-danışa taksi ilə geri qayıdaraq saat 13-14 radələrində Yasamal rayonu ərazisində yerləşən “Efes Pub" barda oturub pivə içib Vüsaləni yanına çağırmışdır. Vüsalə onun yanına gəlmiş, qollarını ona göstərib atasının etdiyini demişdir. O, Vüsalənin iki biləyinin göyərdiyini və dodağının partladığını görmüşdür. Vüsalə əlindəki kağız çantanın içindən 2 ədəd zərfdə olan pulu ona uzatmış, evdən götürdüyünü, ərinin pulları olduğunu bildirmiş, saxlamasını xahiş etmiş, özünün isə gedib uşaqları məktəbdən götürüb gələcəyini demişdir. O, pulu götürməmiş və Vüsaləyə atasına zəng edib onu arxayın salmasını tapşırmışdır. Vüsalə atasına zəng edib evdə olduğunu, onun sözlərinə qulaq asacağını demiş, axşam söhbət etmək üçün onu evinə dəvət etmişdir. Bunban sonra Vüsalə gedib qızını təhsil aldığı orta məktəbdən, oğlunu isə baxçadan götürmış, təxminən 40 dəqiqə sonra razılaşdıqları yerdə görüşmüş, Vüsaləni və uşaqlarını Qəbələ rayonuna aparıb orada ev tutub saxlamağı fikirləşmiş və taksi saxladıb Vüsalə, uşaqları və o, birlikdə Lökbatan dairəsinə getmişlər. Lakin yolda o, özünün dayısı Mirxana zəng edib, istədiyi qızla Masallıya gəldiyini bildirmiş, onu qarşılamağı xahiş etmiş, ona sözü olduğunu bildirmişdir. Dayısı telefonda ona iradlarını bildirmiş, ona ailəsi-uşağı olduğu halda belə şeylərin yolverilməz olduğunu demişdir. Artıq Vüsalə ilə getməyi planlaşdırdığından 06 dekabr 2022-ci il tarixdə arvadına Qəbələ rayonuna işləməyə gedəcəyini demiş, 7 dekabr 2022-ci il tarixdə isə atasına zəng edib Qəbələ rayonuna işləməyə getdiyini demişdir. O, Vüsaləyə ilk tanışlıqlarında yalan danışıb sübay olduğuna dediyinə görə dayısına telefonu söndürəcəyini və onu heç kimin tapa bilməyəcəyini demiş, dayısı isə ona telefonu söndürməməyi xahiş etmiş, Masallı rayonunda onu gözlədiyini bildirmişdir. «Binə» TM-nə çatanda uşaqlarını sakitləşdirmək üçün Vüsalənin istəyi ilə «Binə» TM-dən öz pulu ilə uşaqlar üçün 320 manat dəyərində oyuncaq alıb Lökbatan körpüsünün altına dayanan taksilərin yanına getmiş və tanımadığı "Mercedes” markalı taksinin sürücüsü ilə 60 manata razılaşaraq yola düşmüşlər. Vüsalə uşaqlara su almasını istədikdə o, pulu qurtardığını bildirəndə Vüsalə evdən götürdüyü pulları 2 ədəd ağ zərflərin içində ona vermişdir. O, həmin puldan 100 manat götürüb düşüb mağazadan su alıb qayıtmış və yollarına davam etmişlər. Vüsalənin iki ədəd zərfdə verdiyi pullar onda qalmışdır. Onlar həmin taksi ilə Masallı rayonuna getmiş, yolda Vüsalə evdən onunla əlaqə saxlaya bilməmələri üçün telefonunu söndürüb çantasına qoymuşdur. O, dayısı Mirxana zəng edərək 3 ədəd öz adına 050 ilə olan mobil telefon nömrəsi almasını tapşırmış, Mirxan isə öz adına ***-***-**-**, ***-***-**-**, ***-***-**-** mobil telefon nömrələri alaraq taksi ilə onun yanına gəlmiş, onu 2 uşaq və bir qadınla görüb onların kimliyini soruşmuşdur. O, qadınla birlikdə qərar verdiyini və birlikdə yaşayacaqlarını dayısına demişdir. Həmin vaxt Vüsalə də onun yanında olmuş, onun dediklərini təsdiqləyib bir yerdə yaşayacaqlarını demişdir. O, dayısı ilə görüşərkən onun ailəli olduğunu, uşaqları olduğunu Vüsaləyə deməməsini tapşırmışdır. Vüsalə onun özünə və uşaqlara paltar almasını, əyinlərindəki paltarın yaxşı olmadığını dediyinə görə o, Vüsalə və uşaqları ilə birlikdə yaxınlıqda yerləşən “Masallı mail” ticarət mərkəzinə gedib Vüsalənin ona verdiyi pulla Vüsaləyə və uşaqlarına ümumilikdə 650 manat dəyərində paltar alıb dayısı Mirxanın yanına qayıtmışlar. O, dayısı Mirxandan onların qalması üçün ev tapmasını xahiş etmiş, amma dayısı onların Masallı rayonunda qalmalarına razı olmamış, el-obadan ayıb olduğunu, hamının onları tanıdığını demiş, gedib Astara rayonunda bir oteldə qalmalarını məsləhət görmüşdür. Bundan sonra o, Vüsalə, onun uşaqları və dayısı Mirxan başqa taksi tutub Astara rayonuna getmiş, saat təxminən 22-23 radələrində “Marcell” adlı bir restoranın qarşısında avtomobili saxladıb restoranda yemək yemişlər. O, Vüsalənin ona verdiyi puldan yeməyin hesabını ödəmiş, sonra yenə həmin taksi ilə “Blanco” otelinə getmiş, otaqlara baxıb bəyənmiş, özünün və Vüsalənin şəxsiyyət vəsiqəsini təqdim etməklə otelin ikinci mərtəbəsində bir gecəsi 150 manatdan 2 otaq götürmüş, dayısı Mirxan isə onların gəldiyi taksi ilə qayıdıb getmişdir. Taksinin pulunu o, ödəmişdir. Vüsalə uşaqlarını arxa yataq otağında yatızdırmış, o girişdə olan otaqda divanda yatmış, uşaqlar yatandan sonra Vüsalə onun yanına gəlib onunla yatmış, onlar gecəni intim əlaqədə olmuşlar. Vüsalə oteli bəyənib orada qalmalarını istədiyindən o, otelin işçisindən otelin müdiri Xaliq adlı şəxsin mobil telefon nömrəsini alıb ona zəng edərək 1 ay oteldə qalmaq istədiyini demiş, qiymətdə güzəşt etməsini istəmişdir. Xaliq isə Bakı şəhərində olduğunu sabah gəlib söhbət edəcəyini demişdir. 08 dekabr 2022-ci il tarixdə, saat 11 radələrində Xalid otelə gəlmiş, o, aşağı düşüb oteldə qalmaq pulunda onlara güzəşt etməsini xahiş etmişdir. Xaliq isə sutkanı 120 manata qalmaqlarına razılıq vermiş və ondan nigah şəhadətnaməsini istəmişdir. O, nigah şəhadətnaməsinin Bakı şəhərində qaldığını demişdir. Həmin günün də qalmaq pulunu otelin işçisinə ödəmiş, sonra isə Vüsalə və uşaqlarla birlikdə "Marcell” yeməkxanasına gedib səhər yeməyi, saat 17-18 radələrində isə şam yeməyi yemişlər. Axşam yeməyində dayısı Mirxan da iştirak etmişdir. Yeməkxanadan çıxandan sonra o, otelin sahibi Xalidə zəng edib, ailəsini gəzdirmək üçün «Vita» markalı avtomobil istəmiş, sonuncu ona 6-7 günlük «Vita»nı 1500 manata təşkil etmişdir. O, həmin məbləğlə razılaşıb 1500 manat pulu otelin işçisinə ödəmişdir. Növbəti gün Hacı Natiq adlı sürücü «Vita» markalı avtomobillə Bakı şəhərindən Astara rayonuna onların qaldığı otelə gəlmiş, o, Vüsaləni və onun uşaqlarını həmin maşınla Lənkəran rayonuna aparıb gəzdirmiş və mağazadan Vüsalə özünə və uşaqlarına gödəkçə almışdır. O da özünə gödəkçə, şalvar, köynək almış, sonra Lənkəran şəhərində restoranda yemək yeyib otelə qayıtmışlar. Xərclənmiş bütün pullar Vüsalənin ona verdiyi pullar hesabına olmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, Astara rayonuna eyni vəziyyət 4-5 gün davam etdikdən sonra o, öz uşaqlarına baş çəkmək istəmiş, lakin bunu Vüsaləyə bildirməyib, axşamdan ona Bakıda işi olduğunu, sabah gedib işini həll edib qayıdacağını demişdir. Onlar Astarada olarkən mağazadan ucuz qiymətə Çin istehsalı olan 2 ədəd mobil telefon alıb dayısı Mirxanın öz adına aldığı nömrələrdən iki ədədini həmin telefonların üzərinə salmış, bir ədədini Vüsaləyə vermiş, digərini isə özündə saxlamışdır. Vüsaləyə Bakı şəhərinə gedib qayıdanadək həmin telefonla yalnız onunla əlaqə saxlamasını tapşırmışdır. Belə ki, o, və Vüsalə Bakı şəhərindən çıxarkən, onlarla kiminsə telefon əlaqəsi saxlaya bilməməsi və yerlərini öyrənə bilməməsi üçün telefonqları söndürmüşlər. O, bəzən öz mobil telefonunu açıb uşaqları ilə Vüsalədən gizlin görüntülü danışsa da, Vüsalənin öz telefonunu götürməsinə imkan verməmişdir. O, Astara rayonundan Vüsaləyə aldığı qadın çantasının içində saxladığı Vüsalənin ona verdiyi, ərinə məxsus pullardan müəyyən qədərini götürüb qalan hissəsini çantanın içərisində oteldə saxlayaraq tək yola çıxıb Bakı şəhərinə getmişdir. O, Bakı şəhərinə gədib geri qayıtdığı müddətdə Vüsalə onunla həmin telefon vasitəsi ilə əlaqə saxlayıb ona tez-tez SMS yazaraq darıxdığını demiş, tez qayıtmasını istəmişdir. O, Bakı şəhərinə çatandan sonra ailəsinin yanına gedib onlarla, o cümlədən xəstə anası ilə görüşmüş və elə həmin gün də yenidən Astara rayonuna otelə qayıtmışdır. Bakıda olarkən oğlu Əbəlfəz ondan planşet istəmiş, o da alacağına söz vermişdir. 3-4 gün oteldə qaldıqdan sonra Vüsaləyə yalandan işi olduğu üçün Bakı şəhərinə gedəcəyini demiş, Vüsalənin evindən götürdüyü, onun ərinə məxsus puldan xatırlamadığı bir miqdar götürərək otelin sahibi Xalidə məxsus maşınla Bakı şəhərinə getmişdir. Bakıda oğlu Əbəlfəzi götürüb mağazaya aparıb ona 220 manata planşet almış, uşaqları ilə vaxtını keçirmiş, tanış adamın hüzr yerində olmuş və sonra isə axşam razılaşdıqları kimi, Xalidlə Astara rayonuna qayıtmışdır. Daha sonra Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, yadında qaldığı qədər, 16 dekabr 2022-ci il tarixdə Vüsalənin atası Mehdi onun mobil telefonuna «zəhmət olmasa mənimlə əlaqə saxla» məzmunda sms yazmışdır. O, telefonu açan kimi Mehdi ona zəng etdiyini, Rusiya Federasyasının hansısa şəhərinə toya getdiyini, onun 30.000 ABŞ dolları pulu olduğunu, həmin pulu Azərbaycana köçürmək lazım olduğunu, o, telefona cavab vermədiyindən artıq həmin pulun köçürüldüyünü bildirmiş, ondan 100.000 ABŞ dolları pulu verməməsinin, nə üçün gecikdirməsinin səbəblərini soruşmuşdur. O, Mehdiyə bir az problemi olduğunu demiş, «Allahın köməkliyi ilə düzələr» cavabını vermişdir. 17 dekabr 2022-ci il tarixdə Vüsalə oteldə onun yanında əvvəldən istifadə etdiyi mobil telefonu açıb WhatsApp”-dan kimlərin ona zəng etdiyinə baxmış və valideyinlər arasında yaratdığı qrupa baxaraq müəllimlərin uşaqlara hansı tapşırıqlar verməsi ilə maraqlanmışdır. Vüsalə qardaşının ona SMS yazdığını, onun harada olmasını soruşduğunu demişdir. O, Vüsalədən telefonunu alıb qardaşına “Yerimi deyəcəyəm gələrsən’’ məzmunda sms yazmış, qardaşı dərhal ona "Yaxşı, gözləyirəm, səndən narahatam, hardasan, yaz gəlim» cavabını vermişdir. O, "Ok” yazıb telefonu söndürmüş və Vüsaləyə onun qardaşını çağırıb məsələni ona izah etmək kimi bir təklif vermişdir. Vüsalə isə razılaşmamış, müəyyən qədər vaxt keçməsini istəmişdir. 21 dekabr 2022-ci il tarixdə saat 16-17 radələrində öz atası onun istifadə etdiyi ***-***-**-** nömrəsinə özünün ***-***-**-** nömrəsindən zəng edib harada olduğunu soruşanda o Qəbələ rayonunda işlədiyini bildirmişdir. Atası telefonda ona Yasamal RPİ-nin Cinayət Axtarış şöbəsindən ona zəng olunduğunu, zəngdə Ramilin bir qızı götürüb getməsini bildirilməsini ona demiş və ondan nə məsələ olduğunu soruşmuşdur. O, atasına yanlışlıq olduğunu deyib, həmin polisin nömrəsini istəmiş, özünün danışıb məsələni aydınlaşdıracağını bildirmişdir. Bundan sonra atası ona zəng olunan nömrəni demiş və danışıb ona nəticəsini deməsini tapşırmışdır. O, həmin nömrəyə zəng etmiş, telefonda özünü təqdim edən şəxs Yasamal rayon Polis idarəsinin Cinayət Axtarış Bölməsinin rəisi olduğunu deyib, onun yerini soruşmuşdur. O, Qəbələ rayonunda olduğunu dedikdə, həmin polis əməkdaşı Vüsalə adlı qızın onun yanında olub-olmadığını soruşmuş, o isə Vüsalənin onun yanında olduğunu etiraf etmişdir. Həmin polis zabiti Vüsalənin atasının qızının itkin düşməsi barədə polisə şikayət etdiyini və buna görə də Vüsalənin axtarışa verildiyini demişdir. O, Vüsalənin öz xoşu ilə onunla gəldiyini, onların bir-birini istədiklərini demişdir. Bundan sonra həmin polis əməkdaşı Vüsaləni Bakı şəhərinə gətirməyi xahiş etmiş, o da növbəti gün Vüsaləni Bakıya gətirəcəyinə söz vermişdir. Bundan sonra o, otağa çıxıb Vüsaləyə atasının onu itkin düşmüş kimi axtarışa verdiyini demiş, onu Yasamal RPİ-nin CAŞ-nin əməkdaşları axtardığını, özünın polislə danışdığını və onu növbəti gün Bakı şəhərinə gətirəcəyinə söz verdiyini bildirmiş, sabah yığışıb gedəcəklərinə qərar vermişdir. Vüsalə isə Astara rayonunda polisə getməyi təklif etmiş, özünün ərizə yazıb öz xoşu ilə getdiyini ərizəsində göstərəcəyini demişdir. O, növbəti gün gedəcəklərini deyib, otelin sahibi Xalidlə görüşmüş, ona Bakı şəhəri Yasamal RPİ-nin CAŞ-nin rəisi zəng etdiyini, qızın atasının polisə qızının və nəvələrinin itkin düşməsi barədə şikayət etdiyini, Vüsalənin onun arvadı olmadığını, onunla qeyri-rəsmi yaşadıqlarını, uşaqların onun uşağı olmadığını demişdir. Xalid növbəti gün tezdən onları Bakı şəhərinə polisə aparacağını bildirmiş və 22 dekabr 2022-ci il tarixdə onu, Vüsaləni və sonuncunun iki azyaşlı uşaqlarını Bakı şəhərinə aparmışdır. Onlar Bakı şəhərinə çatandan sonra o, Vüsaləni “ Bakı Mail”-ın yanında düşürtmüş, özü isə Xalidlə Yasamal RPİ-nin CAŞ-nin rəisi Habil adlı şəxsin yanına getmiş, Habil Vüsaləni də, çağırmasını ona tapşırmışdır. O, zəng edib Vüsaləyə Yasamal RPİ-yə gəliəsini tapşırdığından Vüsalə uşaqları ilə birlikdə Yasamal RPİ-yə Habil müəllimin iş otağına gələrək özünün könüllü olaraq getdiyini demişdir. Sonra Vüsalənin atası Mehdi Polis İdarəsinə gəlib Vüsalədən azyaşlı qızını almışdır. Onlar ikinci dəfə Habil müəllimin iş otağına keçmiş və orada Habil müəllim Vüsaləyə onun ailəli olduğunu, iki oğlu olduğunu bildirmiş, nəyə görə ona qoşulub getdiyini və ailəsini dağıtdığını dedikdən sonra Vüsalənin ona qarşı fikri dəyişmiş və onun (Raminin) onu aldadıb zorla apardığını demişdir. Bundan sonra ondan izahat alınmış, orda 6 nəfər polis onu döyüb “Sobrania” siqaret qutusunun içərisində cibinə narkotik atmış, narkotiki və 30 min manatı boynuna götürməsini tələb etmişlər. Müstəntiq onu aldatmış, Vüsalənin onu çöldə gözlədiyini, atasıgilin çıxıb getdiyini bildirmiş, imzalayıb çıxıb getməsini istəmişdir. Nə yazıldığını oxumadan qol çəkmiş, 2 gün sonra buraxılmışdır. Daha sonra Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, ilk tanışlıqları zamanı Vüsalə ona sübay olmasını yazdığına görə o da sübay olduğunu, “Binə” və "Sədərək” TMdə puldəyişmə və pul köçürmə işi ilə məşğul olmasını yalandan demişdir. O, Vüsalə ilə ailə qurmaq istədiyindən özünü imkanlı iş adamı və sübay oğlan kimi təqdim etmişdir. Sonradan Vüsalənin ailəli olduğunu biləndə isə özünün ailəli olduğunu deyə bilməmişdir. Onun DTX-da işləyən "Nazim” adlı tanışı olmamış, Vüsaləyə elə bir söz deməmiş, o özü də heç vaxt DTX-də işləməmişdir. Zərərçəkmiş şəxs1 mobil telefonuna 4 mərtəbəli bağ evinin şəklini internetdən götürüb atmış və özünə məxsus Mərdəkan qəsəbəsində yerləşən bağ evi olduğunu yalandan demişdir. O, Vüsaləyə «Jasmin park» yaşayış kompleksində 1 ədəd mənzili olduğunu yalandan demiş, onun Vüsalənin qardaşı Cəlilə mənzil almaq fikri və belə bir imkanı olmamışdır. Bunu Vüsalənin onu imkanlı şəxs kimi tanıması üçün demişdir. Vüsalənin deməsi əsasında Cəlilin ad gününə 30-35 manata saat alıb hədiyyə kimi taksi ilə aparıb onun atasına vermişdir. Vüsalə özü onun mobil telefonuna lüt şəkillərini onun dostu Xalidin adına olan və onun istifadə etdiyi +7-***-***-**- ** nömrənin WhatsApp”na göndərib onunla intim əlaqədə olmaq, onunla görüşmək istədiyini demişdir. O, Vüsalə ilə Astara rayonunda oteldə qalanda həmin görüntüləri silmişdir. O, Vüsaləni zorla aparıb Astara rayonunda «Blanco» oteldə saxlamamış, Vüsalənin özünün istəyi ilə onu aparmışdır. Ondan əvvəl Vüsalənin həyatında Nəriman, Vaqif adlı oğlanlar olmuş, onun 7 oğlanla əlaqədə olmasını öyrənmiş və bundan sonra onun oğlanlarla görüşməməsini tələb etmişdir. Vüsaləyə Banditizmdə tanışı olduğunu bildirmiş, qeyrisi ilə görüşsəcəyi təqdirdə öyrənib biləcəyini ona demişdir. O, DTX-da Nazim adlı adam tanımamış, Vüsalənin Nərimanla görüşməsi üçün bunu ona demişdir. O, Vüsalədən hədə-qorxu və ya şantaj yolu ilə pul istəməmiş, onu hədələməmiş, onun qızıllarını alıb Lombardda pula çevirməmişdir. O, Vüsalənin yaşadığı mənzildən götürüb yolda ona verdiyi puldardan təxminən 4500 manat oteldə qaldıqları üçün vermiş, 1500 manat sifariş etdiyi «Vito» markalı avtomobilə vermiş, 4200 manat dayısı Mirxana əvvəldən olan borcuna görə vermiş, 500 manat dostu Azərdən aldığı borcuna vermiş, 100 manat öz kreditinə ödəmiş, özünün oğluna 220 manata planşet almış, 200 manat öz ailəsinə xərclik üçün vermiş, özünə bir gödəkçə, pencək, şalvar və ayaqqabı almış, Vüsaləyə və uşaqlarına paltar alaraq onlara 2000 manatdan artıq pul xərcləmiş, pul qurtardıqdan sonra isə otelə 2 günlük borcu qalmışdır. Bildiyi qədər Vüsalənin ona verdiyi pul məbləği cəmi 20.000 manat olmuşdur. Vüsalə ilə ortalama 5 ay ərzində, demək olar hər gün görüşmüş və ər-arvad münasibətində olmuşlar. Vüsalənin özünün ona pul verməsinədək xərclənən pullar onun öz pulları olmuşdur. Vüsaləyə «Nazim» adı ilə şəklini göndərdiyi şəxs Şahid11 Mirkamil oğlunun şəkli olmuş, o, Fuadı həmkəndlisinin vasitəsi ilə tanış olmuş, lakin Fuadın nə işlə məşğul olduğunu o, bilməmişdir. O, Şahid11 şəklini “Sultan” Şadlıq Sarayının həyətindəki pivə barda mobil telefonu ilə çəkmiş və sonra Vüsalənin mobil telefonuna göndərmişdir. O, Vüsaləyə şəkildəki adamın səhvən Nazim olduğunu demişdir. O, Nazim adlı şəxsin adından istifadə etməklə Vüsalədən pul istəməmişdir. O, öz atası ilə dostu Zərərçəkmiş şəxs3 adına olan mobil telefon nömrəsindən əvvəl «Nazim» adlı şəxs adından, sonra isə «Vüsal» adlı şəxsin adından SMS yazaraq «Nazim» və «Səməd» adlı şəxslərin onu Ramini DTX-də işə düzəldəcəyini, «Vüsal» adlı şəxsin Raminə göndərdiyi 1.000000 ABŞ dollarını İsaqla görüşüb ona verəcəyini yazıb aldadaraq uzun müddət atasından nağd şəkildə və müxtəlif kartlara köçürməklə «Nazim» və «Vüsal» adlı şəxslərin adından pullar alaraq xərcləmişdir. Nazim ondan atası İsaqa «Kurrete» markalı qızıl qol saatı hədiyyə göndərmiş, lakin atası sonra həmin saatı yoxladıb qızıl olmadığını müəyyən etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında zərər çəkmiş Zərərçəkmiş şəxs3 epizodu üzrə göstərdi ki, o, Zərərçəkmiş şəxs3, «Nazim» adlı şəxsin adından qohumunu rayon xəstəxanasında işə düzəldəcəyini yalandan SMS yazaraq inandırıb 3000 manat pulunu alıb xərcləmişdir. Bundan başqa, o, «Vüsal» adlı tanışının ona Milli Bank vasitəsi ilə 750.000 ABŞ dolları pul göndərdiyinə Zərərçəkmiş şəxs3 inandırıb, həmin pulu Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsində işləyən «Nazim» adlı şəxsin çıxarma imkanlarının olduğunu bildirmiş, lakin həmin pulu çıxarmaq üçün bir qədər pul lazım olduğunu demiş və həmin pulu Azərdən istəmişdir. Bunun müqabilində isə həmin pulu Nazimin bankdan çıxarmasından dərhal sonra həmin pulun 300.000 ABŞ dollarını Türkiyə Respublikasında onunla şərikli gübrə zavodu açmaları üçün ona verəcəyinə söz vermişdir. Bu adla Zərərçəkmiş şəxs3 uzun müddət ərzində 60.000 manatdan çox pullar almışdır. Əslinedə «Nazim» və «Vüsal» adlı şəxslər barədə özündən uydurmuş, onun belə tanışları ümumiyyətlə olmamışdır. Atası İsaqla «Nazim» adlı şəxsin adından özü SMS yazışmaları aparıb atasından pulların bir hissəsini nəğd şəkildə almış, qalan pulları isə öz adına olan kartlara və tanımadığı müxtəlif şəxslərin adına olan kartlara köçürtdürməklə çıxarıb xərcləmişdir. Öz adına olan kartlardan sonra istifadə etməmiş, həmin kartlar bağlandığına görə onları atmışdır. Reallıqda Sabirabad rayonundan olan «Nazim» və «Vüsal» adlı şəxslər yoxdur, ona heç kim 1.000000 (bir milyon) və ya 750.000 (yeddi yüz əlli min) ABŞ dolları pul göndərməmişdir. «Nazim» və «Vüsal» adlı şəxslər Sabirabad rayonundan olmalarını və hazırda Moskva şəhərində yaşamalarını, 2021-ci ilin ortalarında Vüsalın Bakı şəhərinə gəlib onunla görüşməsi və ona maddi köməklik edəcəyinə söz verməsi, «Nazim» adlı şəxsin üstündə xidməti vəsiqə görməsi, «Nazim»in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsində və ya Korrupsiyaya Qarşı İdarəsində məsul vəzifədə işləməsi, «Nazim» adlı şəxslə onu «Vüsal» adlı şəxsin Bakı şəhərində olarkən tanış etməsi və sonuncuya 1.000.000 ABŞ dolları pul göndərəcəyi, həmin pulun Raminə, yəni ona çatmalı olması, Vüsalın Bilgəh qəsəbəsində 3 mərtəbəli bağ evinin olması, Vüsal həmin evi ona hədiyyə edəcəyi barəsində göstərdikləri əslində onun uydurmaları olmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, o, X9, X17 və X10 tanımış, Rövşən və Rəfail Səfərovlar isə onun qayınları olmuşdur. O, adı çəkilən şəxslərdən xahiş edib onların istifadələrində olan bank kartlarının şəklini çəkmiş, bunları zərər çəkmiş Zərərçəkmiş şəxs3 göndərmiş, sonuncu isə həmin kartlara pul yüklədikdən sonra o, özü çıxarıb şəxsi ehtiyaclarına istifadə etmişdir. Zərərçəkmiş şəxs3 aldadıb onun pullarını onların kartlarına yüklətməsindən, sonra isə çıxarıb xərcləməsindən kart sahiblərinin xəbəri olmamsışdır. O, Zərərçəkmiş şəxs3 63.000 manat deyil, ümumilikdə 37.000 manat pulunu ələ keçirmiş, heç kimə verməmiş, özü şəxsi ehtiyaclarına xərcləmişdir. O, nə Vüsalədən və nə də onun ərindən hədə-qorxu, şantaj adı ilə heç bir məbləğdə pul almamışdır. Ona qarşı Azərbaycan Respublikası CM-nin 182-ci maddəsi ilə irəli sürülən ittihamla razı deyildir, o, belə bir cinayət törətməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 2014-cü ildə Zərərçəkmiş şəxs2 ilə ailə qurmuş, onların birgə nikahdan 2015-ci il təvəllüdlü Zəhra Mirzəzadə adlı qızı və 2018-ci il təvəllüdlü Mirzəzadə Rəsul adlı oğlu olmuşdur. Hazırda onun qediyyatda olub uşaqları ilə birlikdə yaşadığı Yeni Yasamal 2, Məhəmməd Xiyabani küçəsi, ev 8 mənzil 126 -da yerlənə mənzili Miraləm təxminən 2020-ci ildə almışdır. Zərərçəkmiş şəxs1 ifadəsinin davamında ittihamın mahiyyəti üzrə göstərdi ki, 2022ci ilin yay aylarında o, mobil telefonunda istifadə etdiyi ***-***-**-** nömrəsinə “instagram” sosial şəbəkəsində oyun proqramı yükləyərək «V» ləqəbi ilə qeydiyyatdan keçmişdir. O, qeydiyyatdan keçəndən 2 gün sonra «R 003» kimi qeydiyyatdan keçmiş bir nəfər ona salam yazıb onun yaxşı oynadığını demiş, özünü qız kimi təqdim etmiş, ona «bacı» deyə müraciət edərək bir yerdə oynamağı təklif etmişdir. O, razılaşandan sonra onlar həmin proqramda 10 gün yazışmışlar. O, həmin adamın qız olduğunu düşünüb özünün ailə problemlərindən, daha doğrusu ərinin ona və 2 uşağına az vaxt ayırmasından yazmışdır. Təxminən 10 gün sonra həmin adam ona özü haqqında yalan yazdığını, adının Ramin olduğunu, özünün dövlət işçisi olduğuna görə onu tanıya biləcəyinedən ehtiyat etdiyini bildirmiş, onun taleyinə acıdığı üçün özü haqqında hər şeyi düz demək istədiyini yazmışdır. Ramin özünü sübay, imkanlı bir şəxs kimi təqdim edərək ona maddi köməklik edəcəyini miş, ondan adını və mobil telefon nömrəsini istəmiş, onunla telefonda danışmaq istəmiş, hətta telefonda oyun proqramı onların səviyyəsində olmayan yer olduğunu demişdir. O, Raminin sözlərinə inanıb öz adını desə də, onu tanımadığına görə telefon nömrəsini deməmişdir. Ramin isə Aypi proqramı vasitəsi ilə onun nömrəsini tapmaq imkanında olduğunu demiş, belə edəcəyi halda onun üçün yaxşı olmayacağını bildirmişdir. Həmin gün axşam Ramin oyun proqramında 11 rəqəmini yazaraq onun nömrəsində 11 rəqəminin olduğunu, onun yüksək vəzifədə işlədiyini, vaxtı gələndə hər şeyi ona deyəcəyini, onun Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsində «Nazim» adlı dostu işlədiyini, onun vasitəsi ilə barəsində bütün məlumatları alacağını, onun adına başqabaşqa nömrələr olduğunu demişdir. Ailə qurmamışdan əvvəl onun adına başqa nömrlər olduğuna görə Raminin düz danışdığını fikirləşmiş və istifadə etdiyi mobil telefon nömrəsini oyun proqramında yazıb Raminə göndərmişdir. Bundan sonra Ramin +7 929272-56-96 nömrəsindən onun «WhatsApp»na «salam» yazmış, daha sonra zəng edərək DTX-da işlədiyini, Mərdəkan qəsəbəsində 4 mərtəbəli bağ evində yaşadığını, həmin evi hansısa generalın onun atasına hədiyyə etdiyini demişdir. Bundan sonra Ramin bir evin otaqlarının şəklini onun mobil telefonuna göndərib həmin evdə yaşadığını demiş, lakin az bir vaxtdan sonra həmin şəkilləri onun telefonundan silmişdir. Sonra Ramin 100 ABŞ dolları pul əskinasları ilə parket döşəmədə «Vüsalə» sözü yazıb şəklini çəkərək onun telefonuna göndərmiş, sonra həmin şəkili də, silmişdir. Ramin həmin şəkilləri telefonda saxlamayıb silməsini işi ilə əlaqələndirmiş, ona isə həmin şəkilləri yaddaş edib telefonunda saxlayacağı təqdirdə MCMİ-nin işçilərinin gəlib onu aparacaqlarını bildirmişdir. O, Raminə ərinin evə gec gəldiyini, sonuncunun işdən qayıtdıqdan sonra həyətdə tanışları ilə oturduğunu, bütün günü evdə tək olduğunu Raminə danışmışdır. Ona görə də, gün ərzində Raminlə tez-tez telefonda danışmışlar. Əri ilə küsülü olduğundan gecələr azyaşlı oğlu ilə o, bir otaqda, əri Miraləm isə qızı ilə başqa otaqda yatmışdır. Bu haqda o, Raminə də danışmış və o, gecələr də Raminlə telefonda yazışmışdır. Ramin ailəli olduğunu heç vaxt deməmiş, hətta hiss etdirməmişdir. Zərərçəkmiş şəxs1 ifadəsinin davamında daha sonra göstərdi ki, 2022-ci ilin iyulavqust aylarında Raminlə telefonda danışanda Ramin ona şəklini göndərmiş, o da, öz şəklini çəkib Raminə göndərmiş, öz ailəsi və valideyinləri barədə hər şeyi ona danışmışdır. Ramin hər dəfə ona görüşmələrini təklif etsə də, o ehtiyat edib razılaşmamışdır. 2022-ci ilin sentyabr ayında o, Raminin təkidli təklifi ilə yaşadığı mənzildə alt paltarda şəklini mobil telefonu ilə çəkib Raminə göndərmişdir. Ramin isə onu istədiyini, ondan çox xoşu gəldiyini, şəhərdə evləri olduğunu deyib, ona həmin evdə onunla görüşməyi təklif etmişdir. O, isə razılaşmayıb əri ilə barışmaq istədiyini dedikdə, Ramin onu hədələyib telefon yazışmalarını, onun telefonuna alt paltarında göndərdiyi şəkili Nazim özündə olan onun şəkil ilə birlikdə ərinə, qardaş və atasına verəcəyini demişdir. Ramin onunla telefonda danışa-danışa, güya ikinci telefonda Nazimlə danışıb ona yaddaş kartında olan məlumatları yaymağı tapşırmışdır. Belə olduqda o, Raminə yalvarıb onun barəsində olan məlumatları yaymamasını xahiş etmiş, onunla görüşməyə razı olduğunu bildirmiş, ancaq görüşlərini heç kimin bilməməsinə razılaşmışlar. Ramin ona telefonda gözləməsini deyib, digər telefonla Nazimə həmin məlumatları yaymamağı tapşırmış, Vüsalənin öz səhvini başa düşdüyünü demişdir. Ramin özünü elə aparmışdır ki, guya Nazimlə dostdur və bir dost kimi məlumatı yaymamağı xahiş edir. O, 2022-ci ilin sentyabr ayında uşaqlarını məktəbə apararkən Ramin telefornda Yasamal rayonu ərazisində yerləşən «Zefir Mall» da görüşməyi təklif etmişdir. O, uşaqlarını məktəbə aparanda Ramin ona kənardan baxıb yaxınlaşmamış, lakin sonra zəng edib bu haqda ona demişdir. O, Raminə qardaşının mənzili olmadığını, sonuncunun ailəsi ilə birlikdə atası evində 2 otaqlı mənzildə yaşadıqlarını telefonda demişdir. Ramin isə onun Bakı şəhəri Yasamal rayonu ərazisində ayrı-ayrı yerlərdə bir neçə mənzilləri olduğunu bildirmiş və həmin mənzillərdən birini onun qardaşına hədiyyə edəcəyini demişdir. Ramin onun qardaşına köməklik etmək istədiyini, ancaq bunu birbaşa edə bilmədiyini demiş, ondan rəfiqəsi olub-olmamasını soruşmuşdur. O, isə rəfiqəsi olmadığını, lakin Zərif adlı sinif yoldaşı olduğunu, ərəblə ailə qurub hazırda Dubayda yaşadığını Raminə demişdir. Ramin ona ailəsində olan problemləri həll etmək üçün qardaşına və atasına onu, yəni Ramini Zərifin tanışı kimi təqdim etməsini ona tapşırmış, və məhz bundan sonra Ramin onun qardaşı Cəlillə görüşüb söhbət etməli imiş.O, Raminin sözlərinə inanıb qardaşının mobil telefon nömrəsini Raminə demiş, eyni zamanda Raminin tapşırığı ilə qardaşı Cəlilə zəng edib Ramini sinif yoldaşı Zərifin ərinin Bakı şəhərində olan nümayəndəsi kimi təqdim etmiş, Raminin Zərifin tapşırığı ilə ona köməklik etmək istədiyini demiş, Raminin ona zəng edəcəyi təqdirdə, onunla görüşüb söhbət etməsini demişdir. Zərifin onun sinif yoldaşı və rəfiqəsi olduğunu və ərəbə ərə gedib xaricdə yaşadığını valideyinləri də bildiyindən, qardaşı bir söz deməmişdir. X34 bağlı dediklərini, xəbərdar olması üçün zəng edib Zərifə də demiş, Zərif isə razılaşıb etiraz etməmişdir. Bir müddət sonra qardaşı Cəlil ona zəng vuraraq Ramin adlı şəxslə telefonda danışıb görüşdüklərini, Raminin ona mənzil alacağına, işə düzəldəcəyinə söz verdiyini demişdir. Ramin növbəti dəfə onun qardaşı Cəlil və atası Mehdi ilə görüşüb Masallı rayonu Alvadı kəndində yaşadığını, imkanlı adam olduğunu, pul köçürmə işi ilə məşğul olduğunu demişdir. Ramin həmin ərəfələrdə ağ rəngli «Mercedes» markalı avtomobilin əzilmiş şəklini profilə qoyaraq ona qəza keçirdiyini və avtomobilin yararsız vəziyətə düşdüyünü. Bir neçə gün sonra «BMW» markalı F10 modelli yeni avtomobil aldığını, həmin avtomobili gələcəkdə onun qardaşına hədiyyə edəcəyini demişdir. Aradan bir müddət keçsə də, Ramin Cəlilə mənzil almamış və atası Mehtiyə köməklik etməmişdir. O, bu barədə Raminə bildirdikdə, Ramin cavabında onunla qardaşına mənzil almasına görə danışdığını bildirmişdir. Bundan sonra o, həmin söhbətin üstünə bir də qayıtmamışdır. Zərərçəkmiş şəxs1 ifadəsinin davamında daha sonra göstərdi ki, 2022-ci ilin oktyabr ayında Ramin onun xasiyyətini bəyəndiyini, onunla ailə qurmaq istədiyini, ərindən ayrılacağı təqdirdə onunla ailə qurub uşaqlarını da saxlayacağını demiş və onun telefonuna ev şəkilləri göndərərək otağı uşaqlar üçün yığdırdığını demişdir. Ramin ona zəng edib ərinin Könül adlı müəllimə ilə görüşdüyünü, onunla münasibətləri olduğunu, ərinin narkoman olduğunu ona görə də, evə pul gətirmədiyini demişdir. 2022-ci ilin oktyabr ayının əvəllərində Ramin yenə onu dostu Nazim ilə hədələyərək onunla görüşməsə barəsində olan məlumatları yayıb atasına, ərinə və qardaşına göndərəcəyini demişdir. O, qorxusundan görüşməyə razılıq vermişdir. 2022-ci ilin oktyabr ayının əvəllərində Ramin saat 12-13 radələrində ona zəng edib qonşu binanın həyətində onu ağ rəngli «BMW F10» markalı maşında gözlədiyini demişdir. Həmin vaxt o, mənzildə tək olduğundan həyətə düşüb Raminlə telefonda danışa-danışa onun dediyi ağ rəngli avtomobilə yaxınlaşmış və avtomobildə sükanın arxasında 25-30 yaşlarında bir oğlanın oturduğunu, Raminin özünün isə arxa oturacaqda oturduğunu görmüşdür. O, arxada Raminin yanında oturandan sonra Ramin avtomobili idarə edən oğlanı təqdim edib, sürücüsü Rövşən olduğunu demişdir. Ramin avtomobili bir otelə sürdürüb tikilinin pilləkənlərinin qarşısında saxlatmışdır. Onlar avtomobildən düşüb otağa keçmiş, Rövşən isə avtomobili yuduzdurmaq adı ilə sürüb getmişdir. Ramin onu hədələyib, onunla intim əlaqədə olmağa razılaşmayacağı halda onun barəsində olan məlumatları atasına, ərinə göndərəcəyini bildirmişdir. Bundan sonra o, razılaşıb Raminlə intim əlaqədə olmuş, 1 saat sonra isə otaqdan çıxıb Rövşənin idarə etdiyi avtomobilə əyləşərək Yasamal rayonuna qayıtmış və o, istədiyi yerdə avtomobildən düşmüşdür. Axşam Ramin ona zəng edib ona narkaman ərinin başqa qadınla görüşdüyünü, ona qarşı münasibətinin ciddi olduğunu, onun barəsində evlərində də danışdığını, onunla ailə qurmaq istədiyini ailə üzvülərinə də dediyini, bacısı onunla danışmaq istədiyindən onun mobil telefon nömrəsini bacısına verdiyini demişdir. Bir gün Ramin ona bacısı oğlunun yol qəzasında öldüyünü deyib ona bir nömrə vermiş, həmin nömrənin bacısı Ramilənin telefon nömrəsi olduğunu bildirmiş və zəng edib bacısına baş sağlığı verməsini ondan xahiş etmişdir. O da, həmin telefon nömrəsinə «WhatsApp»da yazıb başsağlığı vermişdir. Bundan sonra Ramilə həmin nömrədən ona qardaşının onun haqqında danışdığını, Raminin ona qarşı fikrinin ciddi olduğunu, ailəsində olan problemlər barədə Ramin ona danışdığını yazmışdır. O, Ramlənin mobil telefonun «WhatsApp» tətbiqində sarı rəngli, «Lambargini» markalı avtomobilin şəklini qoyub, altında «qardaş, təzə avtomobilini təbrik edirəm» sözlərini yazaraq paylaşım etməsini görmüşdür. Növbəti gün isə o, Ramilənin profilinə baxanda həmin statusun silindiyini görmüşdür. Ramin isə həmin profili silməsini bacısına onun özünün tapşırdığını ona demişdir. Ramin ona bacısının ərindən ayrıldığını demiş, bacısını narahat etməmələrinə görə bacısının telefon nömrəsini dəyişdiyini bildirmiş, lakin bacısının istifadə etdiyi təzə telefon nömrəsini ona verməmişdir. Sonralar valideyinləri ona təzyiqlər göstərməyə başlamış, onlar onun ailəsini dağıtmasını və ərindən ayrılmasını istəmədiklərini demişlər. Ramin dəfələrlə onu Rövşənin idarə etdiyi avtomobil və ya taksi ilə birinci dəfə getdikləri otelə aparmış və orada intim əlaqədə olmuşlar. Zərərçəkmiş şəxs1 ifadəsinin davamında daha sonra göstərdi ki, 03 noyabr 2022-ci ildə o, uşaqları ilə birlikdə qohumlarının toy məclisinə iştirak etmiş, atası onun ərinin onunla birlikdə toyda iştirak etməməsinə görə pis olmuş, onu qucaqlayaraq ağlayıb ailəsini dağıtmamağı, əri ilə barışmağı xahiş etmişdir. O, atasına bir söz deməmiş və aradan iki-üç gün keçmiş Raminlə danışanda ona ondan əl çəkməsini demiş, əri ilə barışmaq istədiyini bildirmişdir. Həmin vaxt Ramin yenə Nazimlə ikinci telefonda danışaraq Vüsalənin yenə yolunu azdığını bildirmiş, onun barəsində topladığı məlumatları yaymağı demişdir. O, yenə də ağlayaraq Raminə yalvarıb ona qarşı bunu etməməsini demişdir. Sonra isə Ramin onunla telefon əlaqəsini kəsmiş, lakin az sonra yenidən ona zəng edərək Nazimin onu (Vüsaləni) izləməsi üçün telefonuna 2500 manat dəyərində proqram yazdırdığını demiş, ona 2500 manat pul çatdırılmayacağı təqdirdə, topladığı bütün məlumatları yayacağını bildirmişdir. Ramin 2500 manat pulu özünün ödəyəcəyini desə də, Nazim nalayiq sözlər işlətmiş, həmin pulu yalnız Vüsalənin ödəməli olduğunu bildirmişdir. Nazimə verəsi pulu olmadığını dedikdə, Ramin rəfiqələrindən və ya qohumlarından borc almasını təklif etmiş, göndərəcəyi kart nömrəsinə həmin məbləğdə pulu göndərməsini tapşırmışdır. O, Raminin sözlərinə inanıb əvvəlcə xalası qızı Aygündən 2000 manat pul istəmiş, alınmadıqda uşağının sinif yoldaşının anasından borca pul istəmiş, onda da olmadıqda Raminlə telefon əlaqəsi saxlayıb pul tapmadığını demişdir. Bundan sonra Ramin evdə qızılı olubolmamasını soruşmuş, o, evdə özünə və qızına məxsus qızıl-zinət əşyaları olduğunu demişdir. Ramin əmisi oğlu İbrahimin «Laçın» ticarət mərkəzində qızıl mağazasında işləyən dostunun olduğunu demiş, qızılları ona verməsini istəmiş, həmin qızılları mağazaya girov qoyub 2500 manat pul götürüb Nazimə verəcəyini bildirmiş, sonra mağazaya 2500 manat pulu özünün ödəyib qızılları götürəcəyini və ona qaytaracağını demiş, Nazimin pis-pis söyüşlərinin qarşılığında hazırda özünün həmin pulu ödəmək istəmədiyini bildirmişdir. Raminin deməsinə görə məhz həmin gün Nazimə pul çatmayacağı təqdirdə, ona dair həmin məlumatları yayacaqdır. Odur ki, o, məcbur olub Raminin təklifi ilə razılaşaraq 2022-ci ilin noyabr ayının ortalarında özünə məxsus olub toyunda alınan italya istehsalı olan brliyant qaşlarla bəzədilmiş ağ qızıl dəsti (bir cüt sırğa 15 qram, 20 qram qadın üzüyü, 30 qram boyunbağı kolye şəkilli, 15 qram qadın qolbağı) 7500 manat dəyərində, bir ədəd 585 əyyarlı 950 manat dəyərində ağ sarı qarışıq rəngli 10 qram çəkisi olan qaşsız üzüyü, bir ədəd 200 manat dəyərində 585 əyyarlı 3 qram çəkisi olan uşaq üçün sırğanı, bir ədəd üzərində Zəhra adı yazılmış 3 qram çəkidə 585 əyyarlı 250 manat dəyərində uşaq qolbağını, bir ədəd 320 manat dəyərində üzərində uğur böcəyi, dairəvi katiyer kimi tanınan klonu olan 585 əyyarlı 4 qram çəkidə qızıl boyunbağını, bir ədəd 200 manat dəyərində 3 qram çəkisi olan üzərində dini yazılar olan 585 əyyarlı boyunbağını, bir ədəd 650 manat dəyərində 585 əyyarlı 6 qram çəkisi olan sadə qızıl qolbağı, bir ədəd 250 manat dəyərində 585 əyyarlı 3,6 qram çəkisi olan nazik toxuma formalı qızıl qolbağı, bir ədəd 200 manat dəyərində, 2 qram çəkisi olan 150 sirkon qaşlı V işarəli sirkon qaşlı üzüyü, bir ədəd 1000 manat dəyərində briliyant qaşları olan 750 əyyarlı qızıldan nişan üzüyünü toplayıb evinin yaxınlığında yerləşən kitab evinin qarşısında Raminə vermişdir. Raminə verdiyi qızılların ümumi dəyəri 11.520 manat dəyərində olmuşdur. Bundan qabaq isə onun ad gününə atası hədiyyə olaraq aldığı 585 əyyarlı 10 qram çəkidə 1000 manat dəyərində qızıl üzüyünü Ramin ondan almış, həmin üzükdən anasına almaq istədiyini, aparıb zərgərə verib eyni formada düzəltdirəcəyini və onun üzünüyü qaytarmasını desə də, sonra həmin üzüyü də, qaytarmamışdır. Bununla da, Raminə ümumilikdə 12.520 manat dəyərində qızıl-zinət əşyaları vermişdir. Ramin qızılları ondan alıb gedəndən sonra həmin gün axşam ona zəng edib qızılları İbrahimlə birlikdə aparıb «Laçın» Ticarət Mərkəzində İbrahimin dostunun mağazasında girov qoyaraq 3000 manat pul götürdüklərini, həmin puldan 2500 manatını aparıb Nazimə verdiyini demişdir. Raminin deməsinə görə guya sabah İbrahimə pul verəcək, sonuncu gedib qızılları geri götürəcək və o, qızılları onun özünə qaytaracaqdır. Növbəti gün qızıllar qaytarılmadıqda o, həmin gün, daha sonra dəfələrlə Raminlə telefon əlaqəsi saxlayıb qızılları tələb etdikdə, Ramin müxtəlif bəhanələr gətirmiş, qızılları qaytarmamışdır. Zərərçəkmiş şəxs1 ifadəsinin davamında daha sonra göstərdi ki, 2022-ci ilin noyabr ayının sonlarına yaxın Raminin ona etdiyi təzyiqlərindən, onu hədələməsindən, qızıllarını qaytarmamasından psixi gərginlik keçirmiş, əsəbləri pozulmuş, hətta valideyinləri, uşaqlarını belə görmək istəməmiş, onun üstünə tez-tez təcili yardım gəlib ona tibbi yardım göstərmişdir. Atası onu hansısa xəstəxanaya aparıb psixoloq həkimə göstərmiş, bunları eşidən əri evə gəlib onunla barışmışdır. O, Raminə ərinin qayıtdığını və onunla barışdığını dedikdə, Ramin ona ərinin gələrkən evə özü ilə pul gətirib-gətirmədiyini soruşmuşdur. O, Raminin tələbi ilə ərinin yataq otağına keçib paltar rəfində olan, ərinə məxsus əşyaların arasına baxarkən bir zərfdə 5000 ABŞ dolları və ikinci zərfdə isə 20.000 manat pul olduğunu görmüşdür. Zərflərin ağzı açıq olmuş, zərflər özü isə rezinlə bir-birinə bərkidilmiş vəziyyətdə olmuşdur. O, zəng edib Raminə pullar barədə deyəndə, Ramin onunla hədəqorxu ilə danışaraq ona ərinin dövlət işçisi olduğunu, həmin pulları əri çirkli yolla məhəllədə narkotik satmaqla qazandığını, həmin pulların arasında nömrələnmiş, əl izləri olan pulların da olduğunu demiş, ona bir pul nömrəsi demiş, gedib pulların arasına baxmağı, əvvəlcədən nömrələnmiş həmin nömrəli pulu tapıb götürməyi ona tapşırmışdır. O, qorxusundan pullara baxmamış və Raminə qorxduğunu demişdir. Ramin Nazimin öz iş yoldaşları ilə gəlib həmin pulları evdə tuta biləcəyini demiş, həmin vaxt onun üçün də pis olacağını bildirmişdir. 07 dekabr 2022-ci il tarixdə əri ona zəng etmiş, artıq bezdiyini demiş və onunla barışıb bir yerdə yaşamaq istədiyini bildirmişdir. O, razı olduğunu bildirmiş və axşam işdən çıxıb evə gəlməsini demişdir. Sonra o, atasına zəng edib əri Miraləmlə danışdığını, axşam onun evə gələcəyini demiş, onların da gəlmələrini istəmişdir. Atası əvvəlcə əsəbləşib onu övlad qatili edə biləcəyini demiş, o, əri ilə barışmaq istədiyini dedikdən sonra atası Rəsulu, yəni onun oğlunu bağçadan götürüb gələcəyini bildirmişdir. Aradan az bir vaxt keçmiş Ramin ona zəng etmiş, dostu Nazimin onun ailəsində olan söhbətlərə qulaq asdığını, bir gün əvvəl atası Mehdinin evində onu öldürəcəyi barədə söhbət etdiyini eşitdiyini demişdir. Raminin sözləri atasının ona telefonda dediyi sözlərlə üst-üstə düşmüşdür. Bundan sonra Ramin ona uşaqlarını baxçadan və məktəbdən, evdəki pulları götürməyi demiş, onu həmişə görüşdükləri yerdə məktəbin yanında gözləyəcəyini bildirmiş, onları aparıb bir yerdə saxlayacağını, atası ilə danışıb onu sakitləşdirəndən sonra evinə qayıda biləcəyini təklif etmişdir. Ramin, həmçinin pulun da içindən Nazimin dediyi nömrələnmiş pulu götürməyi tapşırmış, həmin nömrəli pulu Nazimə verəcəyini, qalan pulları isə atasına qaytaracağını demişdir. O, Raminin sözlərinə inanıb puları götürüb çantasına qoymuş, şəxsiyyət vəsiqəsini götürüb evdən çıxmış, oğlunu bağçadan, qızını isə məktəbdən götürmüş, sonra Raminlə əlaqə saxlayıb orta məktəbin yanında Raminin dediyi mavi rəngli taksiyə əyləşmişdir. Ramin də yaxınlaşıb həmin taksiyə əyləşərək Binə Ticarət Mərkəzinə gedəcəklərini demiş, onun evdən götürdüyü ərinə məxsus pulları dostunun vasitəsi ilə onun atasına göndərəcəyini bildirmişdir. O, Raminin sözlərinə inandığından evdən zərfin içində götürdüyü 20.000 manat və 5000 ABŞ dolları pulları «Binə» Ticarət Mərkəzinin qarşısında Raminə vermişdir. Bundan sonra Ramin telefonda kiminləsə danışıb, pulu mağazaya qoyacağını demiş, oradan həmin pulu götürüb aparıb Mehtiyə çatdırmasını tapşırmışdır. Sonra Ramin ondan mobil telefonunu istəmiş, onun telefonu ilə qardaşına «narahat olmasın, Vüsalə onun yanındadır» məzmunda sms yazacağını bildirmişdir. O, telefonu verəndən sonra Raminə onun telefonunda qardaşına «mən valideyin gildəyəm» və başqa hansısa sözləri yazıb göndərmişdir. Hansı ki, bu haqda o, sonra bilmişdir. Ramin telefonu ona qaytarmamış, söndürüb özündə saxlamış, taksidən düşüb «Binə» Ticarət Mərkəzinə gedib, təxminən 20 dəqiqə sonra geri qayıtmışdır. Ramin TM-dən onun uşaqlarına oyuncaqlar alıb gətirmiş, pulları kiminsə vasitəsi ilə onun atasına göndərdiyini demişdir. Ramin taksini Lökbatan dairəsinə sürdürmüş və onlar orada avtomobildən düşmüşlər. Ramin başqa bir ağ rəngli “Mercedes Benz” markalı taksi sürücüsü ilə danışaraq özü qabaq oturacaqda oturmuş, onlar isə arxada oturmuşlar. Ramin taksini Masallı rayonunun mərkəzində yerləşən “Masallı Mall” Ticarət Mərkəzinə sürdürmüşdür. Onun qızı Zəhra və oğlu Rəsulun əynindəki paltarlar nazik olduğu üçün uşaqlara «Mall»dan paltar almaq üçün onlar ticarət mərkəzinə gedib uşaqlara paltar seçib almış, o isə özünə şalvar almışdır. Paltarların pulunu Ramin ödəmiş və çölə çıxanda paltarlara 500 manat ödədiyini ona demişdir. Onlar bir az gəzişmişlər və təxminən 42 yaşında dolu bədən qurluşlu, başı keçəl bir kişi metallik rəngli "Mercedes Benz” minik markalı taksi ilə onların yanına gəlmişdir. Ramin həmin kişini onunla tanış edib dayısı Mirxan olduğunu demişdir. Onlar Raminin göstərişi ilə həmin avtomobildə oturmuşlar. Həmin avtomobili arıq bədən qurluşlu bir oğlan idarə etmişdir. Ramin onları Astara rayonuna İran İslam Respublikası ilə sərhəddə yerləşən “Blanco” adlı otele aparmışdır. Ramin avtomobili yolqırağı hansısa bir yeməkxananın qarşısına sürdürüb saxlatmış və onlar yeməkxanada yemək yedikdən sonra yaxınlıqda yerləşən “Blanco” adlı otele getmişlər. 2 mərtəbəli oteldə onları orta yaşlı bir kişi qarşılamışdır. Onun özünə və uşaqlara məxsus sənəd istənilməmiş və ikinci mərtəbədə onlara 5 nömrəli otağı ayırmışlar. Ramin onu uşaqları ilə birlikdə həmin otaqda yerləşdirmiş, özü isə aşağı düşüb dayısının yanına getmişdir. O, uşaqları ilə gecəni həmin otaqda iki nəfərlik çarpayıda yatmış, Raminin isə hansı otaqda qaldığını bilməmişdir. Səhər tezdən onlar oyanandan sonra Ramin gəlib özündə olan kartla otağın giriş qapısını açıb içəri keçərək onları piyada yaxınlıqda yerləşən “Maricel” otel-restorana aparmışdır və onlar orada səhər yeməyi yemişlər. Yeməyin pulunu Ramin ödəyəndən sonra onlar geri otelə qayıtmışlar. Ramin onları Mirxan gəldiyi taksi ilə Lənkəran şəhərinə gəzməyə aparmış, onun uşaqlarına hər birini 650 manatdan olmaqla 2 ədəd planşet almışdır. Ramin özünün şəxsiyyət vəsiqəsinin evdə qaldığını demiş və həmin planşetlərin sürücü Turalın şəxsiyyət vəsiqəsi ilə almışdır. Onlar birlikdə bir neçə gün həmin oteldə qalmışlar. Günüzlər Ramin onları Turalın taksi avtomobili ilə aparıb gəzdirmiş, axşamlar isə otelə qayıtmışlar. Təxminən 4-5 gündən sonra otelin sahibi Xalid gəlmiş, həmin gün Ramin dayısı Mirxan və otelin rəhbəri Xalid axşam saatlarında harasa gedib yemək yemiş və gecə saat 02 radələrində qayıdıb otelə gəlmişlər. Uşaqları yatsa da, o yatmamışdır. Ramin özündə olan kartla qapını açıb otağa girərək onu hamam otağına aparıb saçından çəkərək ağzını əli ilə tutub zorla onunla intim əlaqədə olmuşdur. Bir neçə gün sonra Ramin restoranın müdiri Xalidin sürücüsü ilə onları gəzdirməyə aparmışdır. Bu qayda ilə onlar 15 gün oteldə qalmışlar. Ramin ilk 2-3 gün onlarla mehriban davranmış qalan günlərdə içkili olanda onunla kobud rəftar etmişdir. O, Ramindən dəfələrlə mobil telefonunu istəmiş, valideyinləri ilə danışmaq istədiyini, onların narahat olduqlarını dedikdə Ramin onu nalayiq sözlərlə təhqir edib əli ilə vurmuş, səbirli olub gözləməsini demiş, Xalidlə Bakı şəhərinə gedəcəyini, onun atası Mehdi ilə görüşüb onu sakitləşdirəcəyini demişdir. Zərərçəkmiş şəxs1 ifadəsinin davamında daha sonra göstərdi ki, təxminən 13 dekabr 2022-ci il tarixdə, səhər saatlarında Ramin ona atası Mehti ilə danışmaq üçün Xalidlə Bakı şəhərinə gedəcəyini demişdir. Raminin deməsinə görə Nazim demişdir ki, onun (Zərərçəkmiş şəxs1) qızı Zəhranı təhsil aldığı orta məktəbdən Zəhranın bir neçə gün məktəbə getmədiyinə görə onun sənədlərini valideyni məktəbdən götürməlidir. Ramin Zəhranın qolundan tutub aparmaq istəyəndə o, qoymamış, əks təqdirdə özlərinin də gedəcəyini bildirmiş, Zəhra özü də ağlayıb getməmişdir. Ramin bir söz deməmiş, aşağı düşüb Xalidlə birlikdə sonuncunun avtomobilində çıxıb getmişdir. Ramin saat təxminən 18 radələrində Xalidin avtomobili ilə qayıdıb otelə gəlmiş, ona Bakı şəhərində onun atası Mehdi ilə görüşdüyünü demiş, atasının hələlikdə onu qəbul etmək istəmədiyini, onu evladlıqdan sildiyini, ərinin isə ondan rəsmi olaraq boşandığını bildirmişdir. O, inanmamış, Raminə onun razılığı olmadan ərinin onu necə boşadığını soruşmuşdur. Ramin isə bunu Nazimin həll etdiyini demişdir. O, Ramindən ona verdiyi qızılları, pulları atası Mehdiyə verib vermədiyini təkrar soruşmuş, Ramin verdiyi qızılların hamsını və pulları atasına verdiyinə and içmişdir. Ramin otelə gələndə özünə torbada idman paltarı, corablar, alt paltarı, uzunqol fudbolka alıb gətirdiyini görmüşdür. Ramin oteldə onunla qaldığı müddətdə özünə adi qara rəngli şalvar, gödəkçə, ayaqqabı, köynək, idman ayaqqabısı, sarı rəngli dəst idman forması almışdır. Aradan bir neçə gün keçmiş Ramin otağa gəlib ona balaca, sadə bir telefon verib, Bakı şəhərinə gedəcəyini demiş, yalnız həmin telefondakı nömrə ilə onunla əlaqə saxlamağı, onun telefon zənglərinə cavab verməyi tapşırmış, həmin nömrədən ailə üzvülərindən kiməsə zəng edəcəyi təqdirdə Nazim həmin nömrəni izlədiyini, ona xəbər verəcəyini bildirmiş, o, Bakıdan geri qayıdandan sonra onun başına oyun açacağını demişdir. Ramin onları Xalidin sürücüsü olan yaşlı kişiyə tapşırmış, o qayıdana kimi onlara nəzarət etməyi, günorta yeməyinə aparmağı demişdir. Ramin gedəndən sonra o, aşağı düşməmiş, günorta yeməyi yeməmişdir. Saat 19 radələrində həmin kişi onu uşaqları ilə birlikdə yeməkxanaya aparmış, yemək yedikdən sonra otelə qaytarmışdır. 20 dekabr 2022-ci il tarixdə Ramin otağa gələrək onun mobil telefonunu gətirib onadan telefonunda evinin çıxarışının şəkili olduğunu demiş, həmin şəkili ona göstərməsini istəmişdir. O, soruşmuşdur ki, evinin çıxarışının şəkili ilə nə üçün maraqlanır, onun nəyinə lazımdır. Ramin lazım olduğunu demişdir. O, telefonda qalareya papkasından evinin çıxarışının şəklini ona göstərmişdir. Ramin telefonu onun əlindən geri alıb heç nə demədən aşağı düşmüşdür. Otağın qapısı açıq olduğundan görmüşdür ki, Ramin telefonda onun evinin çıxarışının şəklini kiməsə göndərib deyir ki, görsün həmin mənzili sata bilirmi. Həmin günün axşamı Ramin dayısı Mirxan ilə içkili vəziyyətdə onun uşaqları ilə birlikdə qaldığı otağıa gəlmiş və Ramin döşəmənin üstünə divanın yaşdığını qoyub yatmışdır. Mirxan Raminin ondan borca 5000 manat pul aldığını demiş, Raminin pullarının harada olduğunu soruşmuş, gətirib ona 5.000 manat verməsini istəmiş, işləri üçün İrana gedəcəyini demişdir. O, Mirxana Raminin pullarını harada saxladığını bilmədiyini demişdir. Ramin Mirxanın ondan pullarını tələb etdiyini görüb oyanmış, Mirxanla mübahisə etmiş, bir-birinin ünvanına nalayiq sözlər işlətmişlər. Bundan sonra Mirxan acıq edib otaqdan çıxıb getmiş, Ramin isə otaqdan çıxaraq yan otağa keçib orada yatmışdır. Növbəti gün isə otelin həyətində səs gəldiyini eşitmiş, Raminin atasının artıq onun oteldə qaldığını bilib onunla telefon əlaqəsi yaratdığını öyrənib bilmişdir. Sonra Ramin otağa gəlib onun atası Mehdinin onun və uşaqlarının itkin düşmələri barədə polisə məlumat verdiyini, polisin Raminin atasını tapıb onunla telefonda danışaraq oğlunun harada olduğunu soruşmuşduğunu demişdir. Raminin atası oğlundan onun harada olduğunu soruşanda Ramin Qəbələ rayonunda olduğunu demişdir. Belə olduqda o, Raminə onları Bakı şəhərinə evlərinə aparmasını demiş, Ramin isə onun ünvanına nalayiq sözlər deyib onu vurmuş, polisin artıq onların izinə düşdüyünü demiş, Bakı şəhərinə getmələri üçün hazırlaşmağı tapşırmışdır. O, əşyalarını yığanda Ramin uşaqlara aldığı paltar və oyuncaqları götürməməyi tapşırmış, onsuz da qayıdacaqlarını demişdir. O, uşaqlarının ağladığını görüb, Raminin uşaqlara aldığı planşetləri götürmüş, digər oyuncaqlar və paltarlar isə oteldə otaqda qalmışdır. Onlar Xalidin avtomobili ilə Bakı şəhəri ismtiqamətində gedərkən Ramin Xalidin telefonunu alıb kiminləsə danışmış, onun axtarışını silməsini demişdir. Həmin adam isə narahat olmamasını hər şeyi həll ediyini demişdir. Ramin Xaliddən tutulmaması üçün nə etməli olduğunu soruşmuş, Xalid isə kiminləsə telefonda danışıb sonra Raminə demişdir ki, qız desə ki, özü könüllü gedibdir ona heç nə olmayacaqdır. Bundan sonra onlar Vüsaləyə çalışıb atası ilə üz-üzə gəlməməyi məsləhət görmüş və izahatında atasının onu döyüb əzab verdiyinə görə özünün könüllü olaraq Raminə qoşulub evdən qaçıb getdiyini yazmağı demişlər. Onları Ramin Bakı şəhərində Yasamal rayonu ərazisində yerləşən “Baku Mall” ticarət mərkəzinin yanında düşürərək orada oturub gözləməyi, onun zəngi ilə gəlmələrini, onların Bakı şəhərinə bir yerdə gəldiklərini polisə deməməsini tapşırmışdır. Onlar avtomobildən düşəndə Ramin 2 ədəd «Vertu» markalı mobil telefonları və onun əvvəldən işlətdiyi mobil telefonu özü ilə götürmüş, ona isə oteldə bir günlük verdiyi balaca telefonu qaytarmışdır. Ramin Xalidin təklifi ilə ona uşaqlara yemək alması üçün 50 manat pul vermişdir. O, uşaqlara yemək alıb vermiş və Raminin zəngini gözləmişdir. Ramin təxminən 30-40 dəqiqədən sonra ona zəng edib taksi ilə Yasamal RPİ-nin binasına gəlmələrini demişdir. O, taksi ilə həmin ünvana getmiş, əmisi oğlu Hüseyn onun qarşısına çıxaraq Raminin dələduz olduğunu, onu aldatdığını demişdir. Polis idarəsinin binasında Ramin ona ondan pul barədə soruşacaqları təqdirdə uşaqlarının yeməyinə və qalmaq üçün kirayəyə xərclədiyini deiəsini tapşırmışdır. O, isə təccüblə Ramindən «bəs deyirdin pulları atası Mehdiyə vermişəm» deyə soruşmuş, Ramin isə ona heç bir cavab verməmişdir. O, yalnız Yasamal RPİ-də Raminin onu aldatmaqla onun evdən götürüb Raminə verdiyi 20000 manat və 5000 ABŞ dolları pulu, onun qızıllarını Raminin onun atası Mehdiyə göndərmədiyini və özünün xərclədiyini öyrənmişdir. Ramin polisdə qızılları “Laçın" ticarət mərkəzində 3.600 manata satıb pulları özünün xərclədiyini etiraf etmişdir. Əsil həqiqətdə isə Ramin onun 12.520 manat dəyərində qızıl-zinət əşyalarını «Lasın» Ticarət Mərkəzində lombarda girov qoyaraq oradan pul götürüb Nazimə vermək adı ilə oneu aldatmış və şəxsi ehtiyaclarına xərcləmişdir. Ramin ona özünü yalandan imkanlı, sübay, ailə qurmamış adam kimi təqdim etmiş, reallıqda isə Ramin heç bir yerdə işləməmiş, onun qızıllarını və pullarını, həmçinin onun ərinə məxsus evdən götürüb Raminə verdiyi pulları xərcləmiş, həmin pullarla onları Masallı rayonuna aparmış, sonra Astara rayonuna aparıb oteldə yer tutmuş, Bakı şəhərindən «Vita» markalı maşın sifariş vermiş, həmin pullarla ona, uşaqlarına və Ramin özünə paltarlar almış, dayısı Mirxana olan borcunu ödəmişdir. Yasamal RPİ-də olarkən, həmçinin Təqsirləndirilən şəxs ailəli olmaqla 2 uşağının olmasını, Bakı şəhərində kirayə mənzil tutub yaşadığını, Bakı şəhərində şəxsi mənzili olmadığını və rəsmi olaraq heç bir yerdə işləmədiyini öyrənmişdir. Ramin onun mobil telefonunu əlindən alıb vermədiyi vaxtlarda onun telefonuna onun ailə üzvülərindən və polis əməkdaşlarından göndərilmiş bütün mesajları oxumuş, həmçinin səsyazılarını dinləmiş, lakin ona bu haqda heç bir məlumat verməyib, bütün məlumatları telefonundan silmişdir. Onlar Astara rayonunda “Blanco” otelində qaldıqları müddətdə Ramin dəfələrlə onun saçından və ağzından tutub zorla onunla təbii yolla intim əlaqədə olmuşdur. Ramin onu oteldə əli ilə vurub xəsarət yetirmişdir. Ramin onu Bakı şəhərinə gətirəndən sonra şikayət ərizəsi ilə polisə müraciət etmiş və Məhkəmə Mibbi Ekspertizadan müainədən keçmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzrəşmə prosesində zərərçəkmiş Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat mərhələsində sərbəst ifadələrində göstərdiyi və məhkəmə baxışı zamanı bir daha təsdiq etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə: cild İİ, səh.103-123). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, 2018-ci ildən "xxxx" MMC-də mütəxəssis işləmiş, həmin şirkətin Yevlax rayonunda istixanası olmuşdur. Zərər çəkmiş Zərərçəkmiş şəxs1 ilə 2015-ci ildə ailə qurmuş, birgə nigahdan Rəsil Mirzazadə və Zəhra Mirzazadə adlı iki nəfər azyaşlı uşaqları olmuşdur. Münasibətləri yaxşı olmuş, heç vaxt problemləri olmamış, 2020-ci ildə ünvan 14 ünvanında 3 otaqlı mənzili 85.000 manata arvadı Vüsalənin adına almış, hadisə ərəfəsində də Vüsalə uşaqları ilə birlikdə həmin ünvanda yaşamışdır. 2022-ci ilin iyul ayından sonra isə Vüsalə evdə özünü qəribə aparmağa başlamış, özünə qapanmış, sürətlə arıqlamağa başlamış, onunla, atası və qardaşı ilə davamlı mübahisələr etməyə başlamış və uzun müddət evdən bayıra çıxmamışdır. Vüsalənin özünü qəribə aparmasına görə onun psixologiyasını yoxlamaqdan ötrü xəstəxanaya aparmış, həkim Vüsalənin psixoloji sarsıntılar keçirdiyini bildirmiş və müalicə yazmışdır. O, həkimin yazdığı dərmanları almış, Vüsalə həmin dərmanları qəbul etsə də, müsbət heç bir təsiri olmamışdır. Vüsalə əvvəl namaz qılsa da, həmin vaxtlarda namaz da qılmamışdır. O, Vüsalənin ondan ayrılmaq istədiyini düşünmüş, ona görə də 2022-ci ilin noyabr ayında Vüsalə ilə danışıb, nişan üzüyünü çıxarıb evdə qoymuş və mənzildən çıxıb getmişdir. O, binanın həyətində olanda Vüsalə qızının vasitəsi ilə onun nişan üzüyünü qaytarıb, ondan ayrılmaq istəmədiyini bildirmiş, evə qayıtmasını istəmişdir. Bundan sonra o, nişan üzüyünü götürmüş və evinə qayıtmışdır. Bundan sonra Vüsalənin halı bir az yaxşılaşmış və azyaşlı oğlunu bağçaya özü aparmağa başlamışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsinin davamında göstərdi ki, onlar ailə qurduqları müddətdə o, bir neçə dəfə Vüsaləyə qızıl-zinət əşyaları almışdır. 07 dekabr 2022-ci il tarixdə, saat 10 radələrində o, işə getmək üçün evdən çıxarkən Vüsalə ona axşam gələndə ona deyəcəyi sözləri olacağını demişdir. Həmin axşam saat 18 radələrində o işdən evə qayıdarkən Vüsalənin evdə olmadığını, övladlarını da özü ilə götürüb apardığını aşkar etmişdir. O, qızına mənzil almaq niyyəti ilə hissə-hissə pul yığıb mənzildə yataq otağında paltar rəfinin gözlüyündə ayaqqabı qutusunda 03 ədəd ağ rəngli zərfdə saxlamış, qızının adına pul yığdığını Vüsalə də bilmişdir. Həmin zərflərin birində 46 ədəd 100-lük ABŞ dollarından ibarət 4600 ABŞ dolları, digər zərflərdə isə ümumilikdə 20.000 manat milli pul olmuşdur. Milli pulun 10.000 manat hissəsi 500 manatlıq, 800 manat hissəsi 100 manatlıq, yerdə qalan hissəsi isə 200 manatlıq pul əskinazlarından ibarət olmuşdur. O, Vüsalənin uşaqlarla birlikdə evdən çıxdığını görüb, otaqlara diqqət yetirmiş, Vüsalənin özünə və uşaqlarına məxsus olan heç bir əşya götürmədiyini, yalnız ona məxsus olan pulları özü ilə apardığını müəyyən etmişdir. O, Vüsalənin ***-***-**-** nömrəsinə zəng etsə də, zəng çatmamışdır. Sonra o, Vüsalənin ailə üzvüləri ilə əlaqə saxlayanda, sonuncunun anası ona Vüsalənin qardaşı Cəlilə mesaj yazıb oğlunun valideyininin evinə getdiyini və qayıdıb gələcəyini bildirdiyini demişdir. O, Vüsalənin uşaqları gəzdirmək və ya özünün başını qarışdırmaq üçün getdiyini, yad bir evdə maddi sıxıntısı olmaması üçün pulları da özü ilə götürdüyünü fikirləşmişdir. Vüsalə və uşaqları axşam evə gəlmədiyindən o, Vüsalənin valideyinləri ilə birlikdə Vüsaləni axtarmağa başlamış, qohumlardan, tanışlardan onları soraqlamış, lakin Vüsaləni və uşaqlarını tapa bilməmişlər. 2 gün sonra isə qaynatası Mehti Vüsalənin iki uşaqla birlikdə itkin düşməsi barədə ərizə ilə Yasamal RPİ-in 29-cu PŞ-nə müraciət etmişdir. Aradan 10 gündən çox bir müddət keçsə də, Vüsalə və uşaqları tapılmamışdır. 21 dekabr 2022-ci il tarixdə o, işdə olarkən Vüsalənin valideyini ona zəng etmiş, Vüsalənin və uşaqların tapıldığını və hazırda onların Yasamal RPİ-də olmalarını bildirmişdir. O, dərhal Yasamal RPİ-nə gedib orada Vüsalə ilə görüşmüş, onunla söhbət aparmış, Vüsalənin özünün deməsinə görə o, bir neçə ay əvvəl internet üzərindən bir nəfər Ramin adında oğlanla tanış olmuş, bundan sonra X24 Cinayətkarlığa Qarşı idarədə işləyən «Nazim» adlı oğlanla hədələmiş, guya Nazimin onların arasındakı telefon mesajlarını Vüsalənin atasına və ona göndərəcəyini demiş, həmin xəbərləri göndərməmək üçün Nazimə təcili olaraq 2.000 manat pul vermək lazım olduğunu demiş, Vüsalə qorxusundan özünə və uşaqlarına məxsus qızıl-zinət əşyalarını götürüb evinin yaxınlığında Raminə vermişdir. Bundan sonra Ramin bütün qızılları Vüsalədən alıb ələ keçirmiş, sonra isə geri qaytarmamışdır. Həmçinin Vüsalənin ona danışmasına əsasən Ramin ona ərinin narkotik vasitənin satışı ilə məşğul olduğunu, evində saxladığı pulları da, narkotik vasitənin satışı ilə topladığını, həmin pulların arasında nömrəli pullar olduğunu, bu haqda «Nazim» adlı şəxsin xəbəri olduğunu bildirmiş, həmin pulları «Nazim» evdə aşkarlamamış pulları götürüb evdən çıxiasını tapşırmış, Vüsalə isə qohumlar və qonşular arasında biabır olmamaq üçün ona məxsus mənzildə saxladığı 4600 ABŞ dolları və 20000 manat pulları götürüb evdən çıxıb qızını məktəbdən, oğlunu da, baxçadan götürüb Raminlə birlikdə çıxıb getmişdir. Vüsalənin ona deməsinə görə Ramin Vüsaləyə nömrəli pulları dəyişib nömrəsiz edərək həmin pulların hamısını Vüsalənin atası Mehdiyə verəcəyinə söz verdiyindən Vüsalə yolda, Lökbatan dairəsində pulların hamısını Raminə vermişdir. Ramin «Binə» Ticarət Mərkəzinə gedib geri qayıdaraq pulları dəyişib Mehdiyə, yəni Vüsalənin atasına verdiyini demişdir. Vüsalənin deməsinə görə Ramin özünü imkanlı, xeyriyəçi bir adam kimi təqdim etmiş, onun qaynı Cəlilə mənzil alacağına və qaynatası Mehdiyə maddi köməklik göstərəcəyini vəd etdiyinə görə Vüsalə Ramini əvvəl qardaşı, sonra isə atası ilə tanış etmişdir. Vüsalə Raminin hədələrindən qorxub, onunla birlikdə Astara rayonuna getmiş, Ramin Vüsalənin telefonunu əlindən aldığına görə Vüsalə onunla və valideyinləri ilə əlaqə yarada bilməmişdir. Ramin Vüsaləni və uşaqlarını Astara rayonunda hansısa bir oteldə hədə-qorxu altında saxlamışdır. Ramin polis vasitəsi ilə geri qaytardıqdan sonra Vüsalə Raminin onu aldadıb ələ keçirdiyi ona məxsus 20.000 manat pulu və 4600 ABŞ dollarını atası Mehdiyə qapytarmayıb özü üçün xərclədiyini demişdir. O, heç vaxt narkotikdən istifadə etməmiş, narkamanlarla oturubdurmamış, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, 20.000 manat və 4600 ABŞ dolları Təqsirləndirilən şəxs tələb edir və buna görə məhkəmədə mülki iddia qaldıracaqdır. Daha sonra cinayət işinə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, 1-ci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmiş, 23 fevral 1993-cü il tarixdə döyüşdə yaralanaraq sağ ayağı dizdən yuxarı amputasya olunmuşdur. Təxminən 7 il əvvəl dostu Fəxrəddin Xətai rayonu ərazisində «Neapol dairəsi»nin yaxınlığında avtoyuma sexi açıb işlətmiş, baxılan iş üzrə Təqsirləndirilən şəxs isə həmin sexdə fəhlə işləmişdir. O, özü isə həmin vaxtlarda sexin yaxınlığında çay evi açıb işlətmiş və Təqsirləndirilən şəxsla da, həmin vaxt tanış olmuşdur. O, namaz qıldığından bir gün Ramin onu axşam saatlarında evlərinə aparıb atası İsaqla tanış etmiş, axşam namazını Ramingilin evində qılmışdır. Bundan sonra onların münasibəti daha da, yaxınlaşmış və Ramin ona Masallıda taxta sexi açıb stol-sutul düzəldib satmaq istədiyini, ona maddi köməklik edə biləcəyi təqdirdə həmin sexi açıb işlədə biləcəyini, onun pulunu qaytaracağını, əldə etdiyi qazancı isə onunla böləcəyini təklif etmişdir. O, Raminin sözlərinə inanıb onunla birlikdə həmin işlə məşğul olmağa razılaşmış və təxminən 2018-ci ildə Raminə hissə-hissə 1500 ABŞ dolları pul vermişdir. Ramin ondan pulu alandan bir müddət sonra yoxa çıxmış, o, Ramini tapa bilmədiyindən onun atası İsaqın ***-***-**-** nömrəsinə zəng edib Raminin ondan iş qurmaq adı ilə 1500 ABŞ dolları pul alıb yoxa çıxdığını demişdir. Şahid6 isə onunla Nizami rayonu ərazisində, Qara Qarayev prospektində görüşüb oğlu Raminin dalınca danışıb, ona 500 ABŞ dolları pul qaytararaq başqa imkanı olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsinin davamında göstərdi ki, aradan 1 ildən çox vaxt keçmiş, 2019-cu ilin təxminən dekabr ayında onun uşağı xəstələnib xəstəxanaya düşmüşdür. O, xəstəxanada uşağının yanında olanda Təqsirləndirilən şəxs hardansa eşidib onun yanına gəlmiş və uşağın vəziyyəti ilə maraqlanmışdır. Ramin xəstəxanaya onun yanına gəlib uşağının səhəti ilə maraqlandığına görə onun ürəyi yumşalmış və Ramini bağışlayıb ondan qalan pulunu tələb etməmişdir .2020-ci ildə Ramin və onun dayısı Mirxanla oturub çay içərkən X28 rayonundan olan, Rusiya Federasyasında yaşayan Vüsal adlı imkanlı dostu olduğunu, Vüsalın Raminə Milli bank vasitəsi ilə 750.000 ABŞ dolları pul göndərdiyini bildirmişdir. Mirxanın deməsinə görə həmin pul Azərbaycana gəlib Milli bankda qalmış, həmin puldan Raminin cəmi 2000 ABŞ dolları çıxarmış, qalan pul vəsaitinin çıxarılmasına Mərkəzi Bank tərəfindən məhdudiyyət qoyulduğundan o, pulun qalan hissəsini isə çıxara bilməmişdir. Ramin isə Mirxanın dediklərini təsdiqləyib, pulu bankdan çıxarmaq üçün ona maddi köməklik etməsini bildirmiş, ona pul verəcəyi təqdirdə bankdan 750.000 ABŞ dollarını çıxaran kimi Türkiyə Respublikasında birlikdə iş qurub, gübrə zavodu açmaq üçün ona 300.000 ABŞ dolları pul verəcəyini bildirmişdir. O, Raminin sözlərinə inanıb ona 260 manat istədiyi pulu vermişdir. Bundan bir neçə gün keçmiş Ramin yenə ondan əlavə pul istəmiş, artıq bankdan pulu çıxarmaq mərhələsində olduğunu demiş, ondan 2000 manat pul istəmişdir. O, əmisi oğlu Mir Təhsimdən 2000 manat pul istəmiş, pulu Mir Təhsim almaq üçün Sumqayıt şəhərinə gedərkən Ramin onu inandırmaq üçün özünün ünvanınai söyüş qoyduğundan o, Raminin sözlərinə inanıb əmisi oğlu Mir Təhsimdən 2000 manat borca pul alıb Raminə vermişdir. Bundan sonra Ramin gündə bir bəhanə ilə vaxtı uzadıb ondan hər dəfə 50, 100, 200, 300 və 500 manat pullar almışdır. Sonra Ramin ona dayısı Mürxanın dostu, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsində vəzifədə işləyən «Nazim» adlı şəxs pulun bankdan çıxarılmasında köməklik etdiyini bildirmişdir. Təxminən 2021-ci ildə ***-***-**-** nömrəsindən bir nəfər ona zəng edib, Raminin dostu Nazim müəllim olduğunu, ona SMS yazdığını, lakin cavab almadığına görə zəng etdiyini bildirmiş, onun telefonuna atdığı kart nömrəsinə 100 manat pul yükləməsini istəmişdir. O, tanışlarından borca pul alıb Nazimin göndərdiyi kart nömrəsinə 100 manat yükləmiş və zəng edib bu barədə Raminə demişdir. Aradan bir müddət keçmiş Ramin ona atasının ürəyinin xəstə olduğunu, onun bankdan pul çıxarmaq işləri yubandığına görə çox həyacan keçirdiyini, atasını sakitləşdirmək üçün onları görüşdürmək istədiyini bildirmiş, atasına Nazim müəllimin onun tanışı olduğunu, sonuncunun Vüsalın Raminə göndərdiyi pulun stopunu götürəcəyini və həmin pulu bankdan çıxaracağını bildirəcəyini demişdir. Raminin deməsinə görə o, pulu bankdan çıxaran kimi söz verdiyi 300.000 ABŞ dollar pulu ona verəcəkdir. O, Raminin sözlərinə inanıb onun təklifi ilə razılaşmış, bundan sonra Ramin evlərinə gedib atası İsaqı «Xalqlar dostluğu» ərazisində yerləşən istirahət parkının ərazisindəki çay evinə gətirmişdir. Onlar üçü həmin çay evində oturub çay içərkən İsaq ondan Raminin dediklərinin düz olubolmadığını soruşmuş, o da, Raminin dediklərini təkrar edərək Raminin düz dediyini, Raminə Vüsal adlı şəxsin 750.000 ABŞ dolları pul göndərdiyini, onun tanışı Nazim müəllimin həmin pulun üzərindəki «stop»u götürdüyünü, Raminin tezliklə adına olan pulu bankdan çıxaracağını demişdir. O, həmin sözləri İsaqa dedikcə Ramin də təsdiq etmiş və onlar İsaqı inandırmış və sonra onlar sağollaşıb ayrılmışlar. Bundan sonra Ramin ona atasının ona zəng edəcəyi təqdirdə onun zənglərinə cavab verməməyi, atası ilə görüşməməyi tapşırmış, lakin Raminin atası İsaq dəfələrlə ona zəng etdikdə o, telefonu açıb cavab vermişdir. İsaq ondan Nazimin işləri nə vaxt düzəldəcəyini, pulu bankdan nə vaxt çıxaracağını soruşduqda o, Raminlə məsləhətləşib onun dediklərini təkrarlayaraq narahat olmamasını demiş, işlərin tezliklə düzələcəyini bildirmişdir. Ramin həbs olunandan sonra Şahid6 ona zəng edib Raminin tutulduğunu, onunla görüşmək istədiyini demişdir. O, İsaqın səsini mobil telefonuna yazaraq yaddaş kartına köçürüb istintaqa təqdim etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsinin davamında göstərdi ki, 2017-2024-cü illərdə ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** nömrələrindən istifadə etmiş, lakin həmin nömrələrin heç biri onun adına olmamışdır. Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsinin onun adına olduğunu istintaqda öyrənsə də, Raminin həmin nömrəni onun adına necə aldığını bilməmişdir. O, «Nazim» adlı şəxslə ***-***-**-** nömrəsi ilə əlaqə saxlamış, Nazim adlı şəxsin isə onun adına olan ***-***-**-** nömrəsindən istifadə etməsini o, bilməmişdir. Həmin nömrəni o, almamış, kimin aldığını isə bilməmişdir. Ramin ona Vüsal adlı dostunun Mərdəkan qəsəbəsində bağ evi olduğunu və həmin bağ evini pul əvəzinə Vüsalın ona verəcəyini bildirmişdir. Ramin ona Vüsalın əslən Sabirabad rayonundan olduğunu və Rusiya Federasyasında yaşadığını, Vüsalın ona 750.000 ABŞ dolları pul göndərdiyini və həmin puldan Türkiyə Respublikasında kübrə zavodu açmaq məqsədilə ona 300.000 ABŞ dolları verəcə ini çox inandırıcı olaraq ona dediyindən o, Raminin sözlərinə inanıb ona hissə-hissə 60.000 manat pul vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs onun uzaq qohumunu Sabirabad rayon Mərkəzi Xəstəxanasında işə düzəltməsi üçün ondan 3000 manat pul almışdır. O, Nazimi və Vüsal adlı şəxsləri görməmiş, yalnız onlarla telefonda SMS yazışmaları etmişdir. Vüsal onunla +1 ( 334) ***-**-** telefon nömrəsi ilə yazışmışdır. Zərərçəkmiş şəxs3 ifadəsində daha sonra göstərdi ki, Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edib aldadaraq 2022-ci ilin əvvəlindən 23 yanvar 2024-cü il tarixədək olan müddətdə istifadə etdiyi **********806666 ATB və **********974831-Leo bank kartlarından Təqsirləndirilən şəxs onun telefonuna şəklini göndərdiyi xx.xx.2022-ci ildə 521367++++9038 nömrəli karta 100 manat, xx.xx.2023 tarixdə 552209++++7395 nömrəli karta 100 manat, xx.xx.2023-ci tarixdə 416974++++3789 nömrəli kart 500 manat, xx.xx.2023 tarixdə 416973++++1544 nömrəli kart 101 manat, xx.xx.2023 tarixdə 416973++++9471 nömrəli karta 101 manat, xx.xx.2023 tarixdə 416973++++8918 karta 101, 50 manat, xx.xx.2023 tarixdə 416973++++0708 karta 404 manat, xx.xx.2023 tarixdə 416973++++6220 karta 150 manat, xx.xx.2023 tarixdə 416973++++1458 karta 299, 97 qəpik, xx.xx.2023-cü il tarixdə 416973++++8114 karta 200, 120, 50, 125 manat, xx.xx.2023-cü il tarixdə 416973++++8388 nömrli karta 200 manat, 01,09.2023-cü il tarixdə Elman.Q—100, 300, 100, 10, 100, 40, 40, 130, 100 manat, xx.xx.2023 tarixdə 416973++++9087 nömrəli karta 20, 30 manat, xx.xx.2023-cü il tarixdə 416973++++4130 nömrəli karta 150, 50 manat, xx.xx.2023-cü il tarixdə 416973++++4401 nömrli karta 300, 50 manat, 08.11,2023-cü il tarixdə 416973++++4499 nömrəli karta 200, 100 manat, xx.xx.2023-cü il tarixdə 412720++++5806 nömrəli karta 200 manat, xx.xx.2023-cü il tarixdə 416973++++8230 nömrəli karta 400 manat, xx.xx.2024-cü il tarixdə 416973+++4260 nömrəli karta 100 manat, xx.xx.2024-cü il tarixdə 409858++++5439 nömrəli karta 100 manat, xx.xx.2023-cü il tarixdə Million aparatından 416973++++9048( B.S.A oğlu) nömrəli karta 500 manat, xx.xx.2024-cü il tarixdə **********8114 nömrəli karta( sahibi S.K.Ə) 40 manat, 9.10.2023-cü il tarixdə 50+50+25, xx.xx.2024-cü il tarixdə milion aparatdan **********308915 nömrəli karta 90+215 manat, həmin tarixdə **********547672 nömrəli karta 50+600 manat, 40**********4733 nömrəli karta 70 manat, **********930248 nömrəli karta 200 manat, xx.xx.2023-cü il tarixdə 416973++++1838 nömrəli karta 371 manat, **********894466 nömrəli karta xx.xx.2023-cü il tarixdə 160+100+50+400 manat, **********508114 nömrəli karta xx.xx.2023-cü il tarixdə aparatdan 100+120 manat, **********502526 nömrəli karta xx.xx.2023-cü il tarixdə 100 manat, **********0633 və **********140633 nömrəli kartlara xx.xx.2023-cü il tarixdə 151 manat, 416975++++5817 nömrəli karta xx.xx.2023-cü il tarixdə 182 manat, 416973++++0040 nömrəli karta xx.xx.2023-cü il tarixdə 500 manat, 416975++++5817 nömrəli karta xx.xx.2023-cü il tarixdə 101+91 manat, **********486235 nömrəli karta xx.xx.2023-cü il tarixdə 90 manat, **********874207 nömrəli karta (D.G.X) xx.xx.2022-ci il tarixdə 300 manat, **********870065 nömrəli karta 300 manat, **********830749 nömrəli karta 18 manat, 416973++++ 9048 nömrəli karta 500 manat, 416973++++0025 nömrəli karta 404 manat, 4169++++0708 nömrəli karta 404 manat, 526163++++0633 nömrəli karta 151 manat, 416973++++1458 nömrəli karta 498 manat, **********986197 nömrəli karta (Əyyubov Kərim) xx.xx.2023-cü il tarixdə 400 manat, 416973++++1544 nömrəli karta xx.xx.2023-cü il tarixdə 100+50 manat, **********700040 nömrəli karta xx.xx.2023-cü il tarixdə 500 manat, 416974++++3395 nömrəli karta xx.xx.2023-cü il tarixdə 400 manat, 531599++++4486 nömrəli karta xx.xx.2023-cü il tarixdə 101 manat, 416973++++7094 nömrəli kartdan **********701745 nömrəli karta xx.xx.2022-ci il tarixdə 400 manat, **********870065 nömrəli karta xx.xx.2022-ci il tarixdə 300 manat, **********874207 nömrəli karta xx.xx.2022-ci il tarixdə 300 manat pullar göndərmişdir. Bundan başqa tanışı Pənahdan 1700 və 3000 ABŞ dolları, Qalibdən 8000 manat, Cahangirdən 600 ABŞ dolları, X5 1500 manat, Romandan 2000 manat, X4 1200 manat, Borandan 300 manat, Aydından 1500 manat, Mirtofiqdən 2000 manat borca pullar alıb hamsını Təqsirləndirilən şəxs özünə şəxsən vermiş və ya onun nömrəsini göndərdiyi kartlara pullar köçürmüşdür. O, sonuncu dəfə Təqsirləndirilən şəxs kartına 23 yanvar 2024-cü il tarixdə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi «Mida» Yaşayış komplieksində yerləşən mənzildən arvadının adına olan kartdan 50 manat pul göndərmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs3 ifadəsində daha sonra göstərdi ki, o, X8 ağır bədən xəsarəti aldığına görə 2022-ci ildə ona dövlət 6600 manat pul vermis, o, həmin puldan hissə-hissə Təqsirləndirilən şəxs dediyi karta təxminən 3000 manat pul göndərmişdir. İstintaqın gedişində isə ona məlum olmuşdur ki, «Nazim» və «Vüsal» adlı şəxslər mövcud deyildir, Ramin özü «Nazim» adı ilə ona SMS yazıb onun tanışı X11 həkim kimi Sabirabad rayon Mərkəzi Xəstəxanasına işə düzəltmək adı ilə ondan 3000 manata pul almışdır. Beləliklə də, Təqsirləndirilən şəxs onu aldadıb etibarımdan sui-istifadə edərək 63.000 manat pulunu ələ keçirmiş və keçən müddət ərzində ona vurduğu zərərdən ödəməmiş, onunla barışıq əldə olunmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzrəşmə prosesində zərərçəkmiş Zərərçəkmiş şəxs3 məhkəməyədək icraat mərhələsində sərbəst ifadələrində göstərdiyi və məhkəmə baxışı zamanı bir daha təsdiq etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə: cild V, səh.191-202). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, baxılan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və Şahid2 onun övladlarıdır, onların hər ikisi ailəli olmuşlar. Qızı Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 2014-cü ildə ailə qurmuş və onların 2 övladı olmuşdur. 2022-ci ilin yay aylarına kimi qızı Vüsalənin əri Miralamlə aralarında yaxşı münasibət olmuş, mehriban yaşamışlar. 2022-ci ilin təxminən iyun ayında oğlu Cəlil ona Vüsalənin rəfiqəsi Zərifin ərinin Bakı şəhərində işlərini aparan bir nəfər Ramin adlı şəxsin ona zəng edib görüşdüyünü, Zərifin Cəlili ona tapşırdığını, onu işə düzəltməsini, ona mənzil almasını tapşırdığını demişdir. O, oğlu Cəlilə belə bir şeyin inandırıcı olmadığını, nəyə görə Zərifin ona mənzil almalı, onu işə düzəltməli olduğunu demiş, Ramin adlı həmin adamla onu görüşdürməsini istəmişdir. Bir neçə gündən sonra Cəlil onun işlədiyi istirahət parkının ərazisində yerləşən çay evində Ramin adlı həmin oğlanla onu görüşdürmüşdür. Ramin Masallı rayonu Alvadı kəndindən olduğunu, ərəb şexinin Bakı şəhərində olan nümayəndəsinin olduğunu, bütün pul işlərini, pul köçürmələrini ona tapşırıldığını demişdir. O, Ramidən oğluna nəyə görə mənzil almaq və onu işə düzəltmək istədiyini soruşduqda, Ramin Zərif xanımın ərinin Bakı şəhərindəki şərikinin Cəlilə mənzil almaqda, işə düzəltməkdə köməklik göstərməsini tapşırdığını, həmin adamın ona çox yaxşılığı keçdiyini, buna görə onun özü Cəlilə mənzil almaqda köməklik edəcəyini demiş, yalnız Cəlilin özünün mənzil tapıb ona deməsini bildirmişdir. O, oğlu Cəlilə hansı işi təklif etdiyini soruşmuş, Ramin onların 8-ci klomet bazarında, «Binə» və «Sədərək» Ticarət Mərkəzlərində puldəyişmə məntəqələri olduğunu, Cəlili həmin sahələrdə istədiyi pul dəyişmə və göndərmə işinə düzəldə biləcəyini demişdir. O, həmin işlərin problemli olduğunu deyib, razı olmadığını bildirmişdir. Ramin ona narahat olmamağı demiş, onların DTX-də və Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə idarəsində adamları olduğunu demişdir. O, hər bir halda razılaşmamış və oğlu ilə Ramini çay evində qoyub çıxmış, az sonra Ramin də çay evindən çıxıb bahalı avtomobildə arxa oturacaqda oturub getmişdir. O, Raminin haqqında maraqlanmağa başlamış və Masallı rayonunun Alvadı kəndindən Sədərək ticarət mərkəzində pul dəyişmə və köçürmə işlərinə baxan Ramin adlı şəxsin olduğunu öyrənmişdir. Sonra oğlu Cəlil ona Raminin onu işə düzəltmədiyini, gündə bir bəhanə gətirərək onunla görüşmədiyini və mənzil almadığını bildirmişdir. O, Cəlilə Raminin düzgün adama oxşamadığını demiş, ondan aralanmasını məsləhət görmüşdür. Eyni zamanda qızı Vüsaləyə Raminin düzgün adam olmadığını Zərifə çatdırmasını demişdir. Vüsalə isə Cəlilə kömək etməsini onun özünün Zərifdən xahiş etdiyini, Zərifin hazırda telefon nömrəsini dəyişdiyinə görə onunla əlaqə saxlaya bilmədiyini demişdir. Şahid qismində dindirilən Şahid1 ifadəsinin davamında göstərdi ki, 06 dekabr 2022ci il tarixdə, həmişəki kimi o, Vüsalənin oğlu Rəsulu özü aparıb uşaq baxçasına qoyub öz işinin dalınca getmiş, nəvəsi Zəhranı isə saat 17 radələrində orta məktəbdən dərsdən çıxanda götürüb evlərinə aparmağı planlaşdırmışdır. Həmin gün günorta saat 13-14 radələrində qızı Vüsalə ona zəng etmiş, Vüsalə telefonda həyəcanlı səslə «ata» sözü demiş, sonra heç bir söz deməmişdir. O, Vüsaləyə axşam əri Miraləm işdən gələndən sonra onlara gələcəyini, oturub söhbət edib əri ilə olan münasibətlərini dəqiqləşdirəcəyini demişdir. Vüsalə əri Miraləmin zəng etdiyini, axşam evə gələcəyini demişdir. O, telefon əlaqəsini kəsib iş yerinə getmiş, saat 16:30 radələrində nəvəsi Rəsulu baxçadan götürmək üçün getmişdir. Nəvəsinin tərbiyəçisi uşağın anası Vüsalənin saat 14 radələrində gəlib gedəsi yeri olduğunu, uşağı tez götürmək istədiyini deyib, uşağı baxçadan götürdüyünü demişdir. O, qızı Vüsaləyə zəng etsə də, ona zəng çatmamışdır. Ona görə də, qızının evinə gedib qapını döysə də, açan olmamışdır. O, narahat olmağa başlamış və nəvəsi Zəhrənin təhsil aldığı 1 nömrəli Şuşa məktəbinə gedib nəvəsinin müəlliməsindən nəvəsini soruşmuşdur. Müəllimə də, eynilə Vüsalənin gəlib ikinci dərsdən qızını məktəbdən götürdüyünü bildirmişdir. O, narahat olub ailə üzvülərinə zəng etmiş, Vüsalənin uşaqları məktəbdən, baxçadan tez götürdüğünü, evdə olmadığını demişdir. X25 mobil telefonuna SMS göndərib, uşaqları ilə birlikdə valideyin evində olduğunu demiş, narahat olmamağı demişdir. Daha sonra Şahid1 ifadəsində göstərdi ki, 07 dekabr 2022-ci il tarixdə o, qızı Vüsalənin və nəvələrinin evinə gəlmədiyini, onlarla heç bir əlaqə saxlamadığını görüb, mobil telefonu ilə DİN-in 102 xidmətinə zəng edirək qızının 2 uşağı ilə birlikdə yoxa çıxmaları barədə məlumat vermişdir. Həmin işlə sahə inspektoru Pərviz Qənbərov məşğul olmağa başlamışdır. 08 dekabr 2022-ci il tarixdə Pərviz Vüsalənin nömrəsinə «Salam Vüsalə xanım, Yasamal polisindən Pərviz Qənbərovdur, zəhmət olmasa onunla təcili əlaqə saxlayın» məzmunda sms yazmış, yazılan yazı oxunsa da, həmin nömrədən heç bir cavab gəlməmişdir. Həmin günün axşamı o, kürəkəni Miraləm ilə birlikdə qızı yaşadığı mənzilə getmiş, lakin Vüsalənin və nəvələrinin mənzildə olmadığını, qayıtmadıqlarını görmüşdür. Kürəkəni özündə olan açarla qapını açmış və onlar içəri keçmişlər. Miraləm mənzildə otaqlara baxan zaman otaqda qoyduğu 5000 ABŞ dolları və 20.000 manata pulların və qızıl-zinət əşyalarının yerində olmadığını bildirmişdir. Vüsalə evdən gedəndə pulları və qızılları da özü ilə götürdüyünü onda başa düşmüşdür. O, oğlundan Raminin +792927256- 96 mobil nömrəsini alıb 07 dekabr 2022-ci il tarixdə onun nömrəsinə zəng etmiş, Zərifin mobil telefon nömrəsini istəmiş, Zəriflə işi olduğunu demiş, lakin Vüsalənin evdən getməsi barədə Raminə heç bir söz deməmişdir. Belə ki, Raminlə Vüsalənin tanışlığı, Vüsalənin yoxa çıxmasında onun iştirakının olması, ağlına belə gəlməmişdir. Ramin onun zənginə cavab verərək işləri olduğunu deməiş, sonra öyrənib deyəcəyini bildirmişdir. Ramin 08 dekabr 2022-ci il tarixdə WhatsApp-la «Salam, işdəyəm, saat 6-dan sonra məni yığarsan, özü də, cavab vermir» məzmunda sms yazmışdır. O, Raminə səs atmış, onunla Zərifə görə görüşmək istədiyini, həm də Moskvaya pul göndərmək lazım olduğunu demişdir. Belə ki, o, artıq Ramindən də şübhələnməyə başlamış və ona görə də Raminin harada olmasını bilmək istəmişdir. Ramin isə ona cavab yazmamış, zəng etməmişdir. Yalnız 9 dekabr 2022-ci il tarixdə, saat 09-da ona «Salam, hərvaxtınız xeyir, bu WhatsAppı çox işlətmirəm, olar görüşmək» məzmunda sms yazmışdır. O, isə görüşmək istədiyini vacib olduğunu, Moskva şəhərinə təcili pul göndərməli olduğunu, harada görüşəcəklərini yazmış, Ramin isə «baş üstə, abeddə görüşərik» məzmunda cavab yazmışdır. O, Raminə «oldu, imkanlaşdır görüşək, mən bu axşam Moskvaya uçuram» məzmunda sms yazmış, Ramin cavabında «baş üstə, müəllim» yazmış, lakin bundan sonra Ramin onunla telefon əlaqəsini kəsmiş və görüşməmişdir. Daha sonra Şahid1 ifadəsində göstərdi ki, o, 9 dekabr 2022-ci il tarixdə, axşam hava limanından təyyarə ilə Moskva şəhərinə, oradan isə Perm şəhərinə dayısı nəvəsi Jalənin 11 dekabr 2022-ci il tarixdə olacaq toy məclisinə getmiş, 11 dekabr 2022-ci il tarixdə Moskva şəhərində olarkən Raminin mobil nömrəsinə “WhatsApp” vasitəsi ilə zəng etmişdir. Ramin zəngə cavab verib telefonu açanda ondan Zərifin mobil telefon nömrəsini öyrənib-öyrənmədiyini soruşmuş, öyrəndiyi təqdirdə nə üçün ona demədiyini, söz verdiyi təqdirdə onunla görüşmədiyini soruşmuşdur. Ramin isə and içib işləri çıxdığına görə onunla görüşə bilmədini, Zərifə zəng çatmadığını demişdir. Ramin ona pula ehtiyacı olduğu halda bir nəfərin hesab nömrəsini verməsini demiş, ona pul göndərə biləcəyini bildirmişdir. O, isə pula ehtiyacı olmadığını deyib, əlaqəni kəsmişdir. Bundan sonra Raminin nömrəsinə bir-iki dəfə zəng etsə də, zəng çatmamışdır. 15 dekabr 2022-ci il tarixdə oğlu Cəlil ona zəng edib, qızı Vüsalənin saat 20:31-də ona göndərdiyi «Salam» sözünü, Cəlilin ona saat 20:32-də «Hardasan, qurban olum, öldü hamı» cavabını yazmasını, Vüsalənin isə «Mən yaxşıyam, uşaqlarla qalıram, sabah yox birigün yer deyəcəm, gələrsən tək, sən» məzmunda azışmalarını onun telefonuna göndərmişdir. Cəlil deməsinə görə o, Vüsaləyə 3 dəfə səs göndərsə də, Vüsalə telefonu açmamışdır. O, qızının və nəvələrinin sağ-salamat olmalarına bir az rahatlaşmışdır. O, 16 dekabr 2022-ci il tarixdə Bakı şəhərinə qayıdıb Vüsalənin və nəvələrinin tapılmadığından, Raminin onunla telefon əlaqəsi yaratmadığından, onunla görüşmədiyindən, Zərifin nömrəsini ona demədiyindən çox narahat olaraq sahə inspektoru Pərviz Qənbərovun yanına gedərək qızının tapılması istiqamətində nə işlər görməsi ilə maraqlanmışdır. Pərviz isə Vüsalənin nömrəsinə səs atıb itkin düşməsi ilə bağlı polisə müraciət edildiyini, təcili olaraq Vüsaləyə göndərilən telefon nömrəsinə zəng edib əlaqə saxlamasını yerini deməsini, çətinliyi varsa məlumat verməsini izah etdiyini bildirmişdir. Sonra Vüsalə tapılmadığından toplanmış materialı Yasamal Rayon Polis İdarəsi almış və CAŞ-si materialı araşdırmağa başlamışdır. O, «Azercell»dən qızı Vüsalənin adına olan telefon nömrəsinin siyahısını çıxardıqdan sonra Raminin istifadə etdiyi nömrədən Vüsalənin telefonuna qarşılıqlı zənglər getdiyini müəyyən etmişdir. Onun Raminə zəng etdiyi nömrələr də çıxmış və o, Raminin Vüsalə ilə əlaqəsi olmasına əmin olmuşdur. Raminin son vaxtlar onunla şübhəli danışması və sonda isə telefon zənglərinə cavab verməməsi onda şübhə yaratmışdır ki, qızının yoxa çıxmasında Raminin əli vardır. Ona görə də bu haqda polisə məlumat vermiş və həmin telefon zənglərinin siyahısını əməliyyatçılara təqdim etmişdir. Təxminən 19 dekabr 2022-ci il tarixdə polis əməkdaşları Raminin yerini müəyyən etiklərini, Vüsalə ilə bir yerdə olduqlarını demişdir. 22 dekabr 2022-ci il tarixdə, saat 16-17 radələrində qardaşı oğlu Hüseyn Həmidov ona zəng etmiş, Vüsaləni Raminlə birlikdə Yasamal RPİ-nə gətirdiklərini demişdir. O, dərhal Yasamal RPİ-nə gedib Vüsalə və nəvələrini CAŞ-nin otağında, Ramin isə başqa otaqda görmüşdür. O, nəvələri ilə görüşdükdən sonra ərizə yazıb qızının və nəvələrinin ona sağ-salamat təhvil verildiyini yazmışdır. Sonra qızı Vüsalə izahat vermək üçün orada qalmış, o nəvələrini götürüb evə getirmişdir. O, sonra qızı Vüsalə ilə söhbət edəndə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs qızı Vüsalə ilə mobil telefonda özünü qız adı ilə təqdim edib tanış olaraq Vüsalənin barəsində bütün məlumatları əldə edəndən sonra, özünü dövlət işçisi kimi, imkanlı bir adam kimi təqdim edib Vüsalənin barəsində onda və dostu Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsinin işçisi «Nazim» adlı şəxsdə bütün məlumatlar olduğunu demiş, Vüsalədən xoşu gəldiyini onunla ailə qurmaq istədiyini, oğlu Cəlilə mənzil almaqda və işə düzəltməkdə köməklik edəcəyini deyib inandıraraq Cəlilin mobil telefon nömrəsini alıb güya Vüsalənin rəfiqəsi Dubay şəhərində ailəsi ilə yaşayan Zərifin ərinin Bakı şəhərində işdərini aparan şəxs kimi Vüsaləyə zəng elətdirib oğlu ilə tanışlıq verdirməklə Cəlil ilə, sonra onunla görüşüb söhbət edərək Vüsalənin tam etibarını inamını qazanmışdır. Vüsalənin deməsinə görə bundan sonra Vüsalədə öz ərinə qarşı nifrət hissi yaratmış və Vüsalənin ailə sirini öyrənərək evdə olan qızıl-zinət əşyaları, ərinə məxsus evdə pullar olduğunu öyrəndikdən sonra Vüsaləyə hədə-qorxu gələrək Vüsalə ilə olan münasibətini, telefon danışıqlarını ona, oğlu Cəlilə və Vüsalənin ərinə deyəcəyini bildirmiş, bu məlumatı yaymamaq üçün «Nazim» adlı şəxsə pul vermək lazım olduğunu deyib Vüsalənin özünün və uşaqlarının qızıl-zinət əşyalarını hədə-qorxu ilə ələ keçirmişdir. Bundan sonra Vüsaləni aldatmışdır ki, güya o qızını öldürməyə hazırlaşır, onu müvəqqəti olaraq atasından qorumaq üçün aparıb bir neçə gün başqa yerdə gizlətmək adı ilə nəvələri ilə birlikdə hədə-qorxu gəlib 6 dekabr 2022-ci il tarixdə Vüsaləyə mənzilində ərinə məxsus 20.000 manataı və 5.000 ABŞ dollarını götüzdürüb, nəvəsi Zəhranı təhsil aldığı orta məktəbdən, digər nəvəsi Rəsulu isə baxçadan götüzdürərək onları Vüsalə ilə birlikdə taksi tutub Astara rayonuna qaçırdıb apararaq oteldə təzyiq altında saxlamışdır. Ramin Vüsalənin mobil telefonunu əlindən alıb Vüsalənin adından yalandan SMS yazmışdır ki, güya Vüsalə uşağın valideyini evindədir narahat olmasınlar, ikinci dəfə isə Vüsalənin telefonundan qardaşı Cəlilə SMS yazır ki, uşaqlarnandır narahat olmasın sabah yer deyəcəyək həmin yerə tək gəlsin.Vüsaləni isə uşaqları ilə birlikdə oteldə saxlamış, Vüsalə ondan telefonunu istəyib evlə əlaqə saxlamaq, uşaqları ilə birlikdə qayıdıb Bakı şəhərinə getmək istədiyini dedikdə onu hədələmiş və döyüb xəsarət yetirmişdir. Həmin müddətdə qızını aldatmışdır ki, güya Vüsalənin qızıllarını və evdən götürdüyü 20.000 manatı, 5.000 ABŞ dollarını ona, yəni Mehdiyə veribdir. Hansı ki, həmin pullardan Ramin az bir hissəsinə Vüsaləyə və uşaqlarına paltar almış, qalan pullarla oteldə qalmağa, yeməkxanada yemək yeyib spirtli içki qəbul etməyə, Bakı şəhərindən «Vita» markalı avtomobil sifariş edib Astara rayonunda onları gəzdirməyə xərcləmiş, özünə paltar almış, dayısı Mirxana olan 5000 manat borcunu ödəmiş, Bakı şəhərinə gəlib öz uşaqlarına planşet almış, ailəsinə xərclik vermişdir. O, qızının və nəvələrinin yerini bilmədiyi vaxtlarda oğlu Cəlili qızı Vüsalənin sinif yoldaşı olmuş Zərifin atası evinə gedib Zərifin telefon nömrəsini əldə edib onunla əlaqə yaradaraq onun Ramin adlı şəxsi tanımadığını, ancaq Vüsalənin belə adam haqqında ona danışdığını öyrənmişdir. Şahid1 ifadəsinin yekununda göstərdi ki, Yasamal RPİ-in İŞ-nin qərarına əsasən müstəntiqi Vüsalə ekspertizaya göndərmiş, ekspert müainəsi nəticəsində qızının oteldə bədən xəsarəti alması müəyyən edilmişdir. Onun şikayəti əsasında araşdırılan material Qaradağ RPİ-inin İŞ-nə göndərildikdən sonra Raminin atası İsaq ona zəng edib, onun iş yerinə gələrək oğlu Raminin səf etdiyini, onu Masallı rayonu Alvadı kəndində biabır etdiyini, bu hərəktədən sonra Raminin arvadı iki uşağı ilə birlikdə küsüb evdən getdiklərini, Ramini bağışlaması üçün ona 10.000 manat pul vermək istədiyini demişdir. Raminin onun qızının ailəsini dağıtdığını, qızına və nəvələrinə hədə-qorxu gələrək 15.000 manat dəyərində qızıllarını ələ keçirdiyini, ailəsinə məxsus 20.000 manat və 5.000 ABŞ dollarını ələ keçirərək xərclədiyini, qızını və nəvələrini aldadıb Astara rayonuna aparıb oteldə qapalı şəraitdə saxlayıb hədə-qorxu gəlməsini İsaqın üzünə deyərək onun oğlunu bağışlamadığını və qanun çərçivəsində oğlunun cavab verəcəyini demişdir. İsaq çıxıb getmiş, sonra isə telefonla ona zəng edib 12.000 manat pul təklif etmişdir. O, İsaqla aralarında olan danışığı başqa mobil telefonun yaddaşına yazaraq yaddaş kartına köçürüb istintaqa təqdim etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Şahid1la Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzrəşmə prosesində Şahid1 məhkəməyədək icraat mərhələsində sərbəst ifadələrində göstərdiyi və məhkəmə baxışı zamanı bir daha təsdiq etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə: cild İİ, səh.222-230). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 məhkəmədə şahid qismində dindirilmiş Şahid1la oxşar məzmunlu ifadə verib ümumilikdə sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, həmçinin Raminin ona ev ala bilməsi üçün 174.000 manat pul verəcəyinə söz verdiyini, sadəcə özü ev tapıb almağa vaxtının olmadığını bildirmiş, müxtəlif bəhanələrlə onu aldatmışdır. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzrəşmə prosesində Şahid2 məhkəməyədək icraat mərhələsində sərbəst ifadələrində göstərdiyi və məhkəmə baxışı zamanı bir daha təsdiq etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs isə əməlini etiraf edib üzünə qarşı deyilənləri qəbul etmiş və onun Cəlilə iş tapmaq və ya ona mənzil almaq imkanı olmadığını bildirmişdir(iş vərəqə: cild İİ, səh.209-217). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən X30 ifadəsində göstərdi ki, Astara şəhərində yerləşən “Blanco” otelini icarə müqaviləsi əsasında işlətmişdir. Həmin otel 2 mərtəbəli olmaqla 2 otaq aşağda, 3 otaq isə ikinci mərtəbədə yerləşir. Yay aylarında otelin rəsmi olaraq 1-2 nəfər işçisi olsa da, qışda nadir hallarda müştəri olduğundan rəsmi işçisi olmur. Oteldə yemək verilmir. Oteldə yay aylarında bir otaqda qalmağın qiyməti 100-120 manat, qışda isə 60-120 manat arası olmuşdur. Şahid Xaliq Qasımov mahiyyəti üzrə ifadəsinin davamında göstərdi ki, o, 07 dekabr 2022-ci il tarixdə Bakı şəhərində olarkən adını xatırlamadığı makler ona zəng edərək bir ailənin oteldə qalmaq istədiyini bildirmiş, oteldə boş yeri olub-olmadığını, otağı neçəyə verdiyini soruşmuşdur. Həmin vaxt oteldə müştəri olmadığından o, otaqların boş olduğunu bildirmiş və qonaqların qala biləcəyini, otağı 90 manata verdiyini demişdir. Həmin vaxt makler müştəriyə 120 manat deyəcəyini demiş, 30 manat ona qazanc qalmasını istədiyini demişdir. O, etiraz etməmişdir. O, işçisi Həsənə zəng edib, otelə işə gəlməsini və qapını açmasını istəmiş, qonaq gələcəyini demişdir. Həsən də, otelə gəlib sonradan şəxsiyəti ona məlum olan Ramin və Vüsalə adlı şəxslərin sənədlərini almış, onları ikinci mərtəbədə 2 otaqlı mənzildə yerləşdirmiş, müştəriyə 1 gecəsini 120 manata demişdir. X18 mobil telefon nömrəsini alıb axşam saatlarında ona zəng etmiş, yaxınlıqda harada yeməyə yer olduğunu soruşmuşdur. O, otelin yaxınlığında "Maricel“ restoran-otel olduğunu demişdir. Gecə saat 23 radələrində Ramin ona zəng edib onun göndərdiyi restoranla bağlı irad bildirmiş, ailəsi ilə oturub yemək yeyərkən gəlib onları kamera ilə çəkdiklərini demişdir. O, restoranın inzibatçısına zəng edib müvafiq olaraq öz iradlarını bildirmiş, inzibatçı isə reklam üçün restoranda çəkliş apardıqlarını bildirmiş, Raminin içkili vəziyyətdə onunla mübahisə etdiyini demişdir. Ramin onunla danışarkən ona mühafizəçi və bir ədəd «Vita» maşını təşkil etməsini istəmiş, o da özlüyündə Raminin kimliyi barədə fikirləşmişdir. Ramin içkili olduğuna və onun elə bir adamı olmadığına görə onun sözünü ciddi qəbul etməmişdir. «Vita» markalı avtomobilə gəldikdə isə o, Bakı şəhərində qonşuluqda yaşayan Natiqlə danışıb günü 100 manata razılaşmışdır. Raminə zəng edib vəziyyəti dedikdə, Ramin razılaşmışdır. Namiq özü Raminlə danışıb razılaşmış və avtomobili ilə Astara rayonuna otelə gəlmişdir. Onun özü isə növbəti gün günorta saatlarında otelə getmiş, oteldə Raminlə tanış olmuş, oteldə ailəsi ilə qalan qonaq olduğunu öyrənmişdir. Növbəti gün Ramin otelə gələn dayısı Mirxanla da onu tanış etmiş, ona da gecəni qalması üçün otaq verməsini istəmişdir. O, ikinci mərtəbədə bir otağı 60 manata gecəsini həmin Mirxan adlı şəxsə vermişdir. Həmin axşam Ramin onu qonaqlığa dəvət etmiş, o, Ramini, onun dayısı Mirxanı özünə məxsus BMW markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobillə oteldən təxminən 1-2 klometr aralıda yerləşən «Çinar» adlı kafeyə aparmışdır. Kafedə oturub yemək yemiş, o, ödəniş etmək istəyəndə Ramin razılaşmamış, özü gedib yeməyin pulunu ödəmişdir. Onlar yenə avtomobillə qaytarıb otelə gəlmişlər. Növbəti gün yenidən Astara rayonuna otelə getmiş və Ramini qonaqlığa dəvət edib «Çinar» adlı kafedə ona qonaqlıq vermişdir. Raminin dayısı Mirxan həmin vaxt iran İrana getdiyindən iştirak etməmişdir. Ramin ona pul göndərildiyini bildirib, Lənkəran şəhərinə getmək, Beynəlxalq Bankdan pul çıxarmaq lazım olduğunu demişdir. O, Ramin, arvadı və uşaqları Natiqin «Vita» markalı avtomobillə Lənkəran şəhərinə getmişlər. O, avtomobili bankın qabağına sürdürmüş, Ramin avtomobildən düşüb banka getmiş, sonra geri qayıdaraq paltar mağazasından paltar almaq istədiyini demişdir. Natiq avtomobili Raminin göstərdiyi mağazanın qarşısına sürmüş, Ramin onunla düşüb mağazaya girmişdir. O, özünə ayaqqabı və köynək almış, Ramin isə özünə gödəkçə almışdır. Sonra onlar Lənkaran şəhərində yerləşən «Boranı» restoranına getmiş, o, Natiqlə oturub yemək yemiş, Ramin isə öz ailəsi ilə birlikdə ayrı oturub yemək yemiş və yenə otelə qayıtmışlar. Növbəti gün oteldə Raminlə birinci mərtəbədə oturub söhbət edəndə Ramin ona bir sirr açmaq istədiyini demiş, onunla olan qadın və uşaqların onun ailəsi olmadığını, bir neçə il ərzində bir-birini tanıdıqlarını və istədiklərini və qızın başqasında ərdə olub ayrıldığını, qadınla neçə il ərzində ər-arvad kimi yaşadıqlarını bildirmiş, hazırda Bakı şəhərində ona ev aldığını və həmin evdə saxladığını demişdir. Ramin, həmçinin özünün də ailəli olmaqla iki oğlu olduğunu demişdir. Ramin həmin qadına Bakı şəhəri, Yasmamal rayonu ərazisində aldığı mənzili satmaq istədiyini bildirmiş, müştəri tapmaqda ona köməklik etməyi xahiş etmişdir. O, səbəbini soruşduqda, Ramin atasının və ərinin onu axtardıqlarını, öldürmək istədiklərini, ərinin narkoman olduğunu bildirmiş, ona görə də evi satmaq istədiyini demişdir. Ramin mobil telefonunu açıb telefonda ona bir mənzilin çıxarışını göstərmiş, qıza aldığı və indi satmaq istədiyi mənzil olduğunu demişdir. O, çıxarışa baxmış və sənədin Zərərçəkmiş şəxs1 adına olduğunu görmüş, Raminə mənzili ala biləcək tanışının olmadığını demişdir. Şahid Xaliq Qasımov mahiyyəti üzrə ifadəsinin davamında göstərdi ki, bir gün o, Bakı şəhərinə gedəcəyini axşamdan Raminə danışanda Ramin atasının Bakı şəhərində puldəyişmə ilə məşğul olduğunu, atasının işləri ilə bağlı onun özünün də Bakı şəhərinə gedib qayıdacağını demiş, onu da aparmağı istəmişdir. Etiraz etməmiş, Ramin onunla birlikdə Bakı şəhərinə gəlmiş və yolda özünün də atası ilə birlikdə pul köçürmə işi ilə məşğul olduğunu bildirmişdir. O, Ramini Bakı şəhərində metronun «Xalqlar Dostluğu» stansiyasının yaxınlığında düşürmüş, evinə gedib, lazım olan sənədi götürmüş və 3-4 saat sonra Raminə zəng edib Astara rayonuna otelə qayıdacağını bildirmişdir. Bundan sonra Ramini düşürdüyü yerdən dayısı Mirxanla birlikdə avtomobilinə mindirib Astara rayonuna qayıtmışdır. Yol boyu Ramin ilə Dayısı pul köçürmə işlərindən danışmışlar. Mirxan, həmçinin Raminə özünü zibilə salacağını, evli adam olduğunu demiş, qızdan əl çəkməsini ona təklif etmişdir. Ramin isə dayısının sözlərini cavabsız qoyub başını yelləmişdir. Onlar otelə qayıtmış və həmin axşam Mirxan da oteldə qalmışdır. Şahid Xaliq Qasımov ifadəsinin davamında daha sonra göstərdi ki, o, bir neçə gün oteldə qalıb sonra tək Bakı şəhərinə gəlib otelin işıq və qaz sənədləşməsini addan-ada keçirməsi işləri ilə məşğul olub öz evində qalaraq bir neçə gündən sonra avtomobili ilə Astara rayonuna işlədiyi otelə getmiş, Raminin həmin Vüsalə adlı qadın və iki uşaqla birlikdə hələ də, oteldə qaldıqlarını görmüşdür. Axşam saaatlarında Ramin otelin həyətində ona atasının ona zəng edib Vüsalənin atasının Bakı şəhəri Yasamal Rayon Polis idarəsinə şikayət ərizəsi ilə müraciət edərək qızını onun apardığını dediyini, Vüsalənin axtarışda olduğunu, polislərin onu axtardığını demişdir. O, Raminə polisə getməsini məsləhət bildikdə, Ramin Vüsalənin uşaqları ilə birlikdə oteldə qalmasını istəmiş, onun özünün gedib maraqlanacağını demişdir. O, Raminə qızı axtarışa veriblərsə, onu da özü ilə polisə aparmasını məsləhət bilmişdir. Ramin problem ola biləcəyini dedikdə o, «qızın razılığı varsa, heç bir problem olmaz» deyə cavab vermişdir. Növbəti gün saat 11-12 radələrində onlar hamısı Bakıya yola düşmüş, Ramingilin fikirləri geri qayıtmaq olduğundan, Ramingil özlərinə məxsus əşyaları oteldə otaqda saxlamışlar. Ramin avtomobildə qabaqda, Vüsalə isə uşaqları ilə arxa oturacaqda oturmuşdur. O, avtomobili idarə edəndə Vüsalə Raminə yalvarmış, atasının onu öldürəcəyini deyib, aparmamasını xahiş etmişdir. Onlar saat 16 radələrində Bakı şəhərinə çatmış, Raminin istəyi ilə o, avtomobili «Qələbə» dairəsinə yaxın «Baku MaLl» ticarət mərkəzinin qarşısında saxlamış, Vüsalə uşaqları ilə birlikdə avtomobildən düşüb ticarət mərkəzinə getmişlər. O, Raminlə birlikdə geri qayıdıb Yasamal RPİ-nə getmişlər. Polis əməkdaşı onları Yasamal RPİ-nin CAŞ-nin rəisi Habil müəllimin yanına aparmışdır .Habil müəllim Ramini işi araşdıran müstəntiqin yanına göndərmişdir. Habil müəllim ona demişdir ki, Ramin ailəli qadını oğurlayıb aparıbdır. Onu növbəti gün Yasamal RPİ-nə çağırıb izahatını almışlar. Daha sonra şahid Xaliq Qasımov ifadəsinin davamında göstərdi ki, aradan 2 gün keçmiş polis əməkdaşlarının deməsi əsasında Astara rayonunda işləyən tanıdığı taksi sürücüsünə tapşırıb Vüsalənin özünün və uşaqlarının əşyalarını oteldən Bakı şəhərinə gətirdib Yasamal RPİ-nin İŞ-nin müstəntiqinə təhvil vermişdir. Ramingil oteldə qaldıqları müddətdə heç vaxt aralarında mübahisə, dava-dalaş olmamış, mehriban bir ailə kimi yaşamışlar. Vüsalə ona və ya otelin işçisinə Ramindən şikayətlənməmiş, Raminin onu zorla saxlaması, ona təzyiq göstərməsi barədə bir söz deməmişdir. Əksinə Vüsalə yol boyu ağlayıb Bakı şəhərinə getmək istəmədiyini, Ramindən ayrılmaq istəmədiyini demişdir. O, yalnız Yasamal RPİ-də CAŞ-in rəisi Habil müəllimin deməsindən bilmişdir ki, Ramin Vüsaləni ailəli olduğu halda aldadıb Astara rayonuna aparıb saxlamışdır. Cinayət işinin məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş X19 ifadəsi məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, şahid Həsən Əsədli tədqiq olunan həmin ifadəsində məhkəmədə dindirilmiş Şahid3la oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir(iş vərəqə: cild İV, səh.145-148). İş üzrə məhkəmədə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, «Mercedes Vito» markalı ** GG *** dövlət qeydiyyat nişanlı avtomobili sifarişlə idarə edir, Şahid3 onun qonşusudur və əvəllər Xalidlə şərikli avtomobil alıb işlətmişlər. Təxminən 8 dekabr 2022-ci il tarixdə Xalid ona zəng edib, Astara rayonunda onun işlətdiyi “Blanco" oteldə olan bir qonağıa 5 gün müddətində onları gəzdirməyə maşın lazım olduğunu bildirmişdir. O, işsiz olduğu üçün razılaşmış və 5 günü 800 manata gedə biləcəyini demişdir. Təklifə Ramin də razılaşmış və o, yola çıxıb saat 08 radələrində həmin otelə çatmışdır. Ramin adlı müştəri gəlib avtomobilə baxmış, VİP maşın istədiyini desə də sonra onları gəzdirməyə razılaşmışdır. 3-4 saat sonra Ramin və ailə üzvüləri, yəni arvadı və iki azyaşlı uşaqları və Raminin dayısı Mirxan birlikdə gəlib avtomobildə əyləşərək onları Masallı rayonuna aparmağı demişdir. O, avtomobili ilə onları Masallı rayonuna aparmış, Mirxan düşüb getmiş, digərlərini gəzdirib otelə qaytarmışdır. O, avtomobilə yanacağı özü tökmüş, yeməyi öz pulu ilə almış və gecəni otelin birinci mərtəbəsində qalmışdır. Avtomobildə Ramin qadınla mehriban danışmış, qız uşağı Raminə dədə, oğlan uşağı isə ata deyə çağırmışlar. Buna görə o, onların ailə olmalarına tam inanmışdır. Növbəti gün Raminin dəməsi əsasında onu ailə üzvüləri ilə birlikdə Lənkəran şəhərinə aparmış, orada Ramin özünə ayaqqabı, köynək, şalvar və gödəkçə almış və sonra onları geri qaytarmış, axşam isə onları Astara rayonunda bir mağazaya aparmış, Ramin uşaqlara da paltar almışdır. 3-cü gün Ramini və ailə üzvülərini Lənkəran şəhərinə aparmış, arvadı gözəllik salonuna getmiş, sonra onları yenə otelə qaytarmışdır. 4-cü gün isə yenə onların hamsını Lənkəran şəhərinə aparmışdır. Ramin geyim mağazasından arvadına idman paltarı almış və sonra onları geri otelə qaytarmışdır. 5-ci gün isə səhər saatlarında Ramin ona 100 manat pul vermiş, özünün Bakı şəhərinə gedib axşam qayıdacağını demiş, həmin pulla uşaqları yeməkxanaya aparmağı, istədiklərini almağı ona tapşırmış və özü çıxıb getmişdir. O, günorta saatlarında Raminin telefon zəngindən sonra onun arvadı bildiyi qadını və uşaqlarını Astara rayonunda bir kafeyə aparıb yemək sifariş vermişdir. O, ayrı masada oturmuş, qadın və uşaqları isə başqa masada oturub yemək yemişlər. Yeməyin pulunu o, Raminin verdiyi pul ilə ödəmiş və sonra yenə otelə qayıtmışlar. Axşam saatlarında qadının özü ona zəng etmiş, uşaqları əyləncə mərkəzinə aparmağı istəmişdir. O da, qadını və uşaqları əyləncə mərkəzinə aparmış və çay sifariş etmişdir. Çay gələndə qadına çay içməsini təklif etmiş, həmin qadın onunla bir masada əyləşib çay içmişlər. Onların arasında qeyri-adi heç bir söhbət olmamış, uşaqlar oynayandan sonra onları geri otelə qaytarmışdır. Həmin axşam Ramin qayıdıb gəlmiş və o, 100 manat pulun qalığını Raminə qaytarmışdır. O, gecəni oteldə qalmış və növbəti gün saat 12 radələrində çıxıb getmişdir. Aradan bir neçə gün keçmiş Xalid ona Raminin yalan danışdığını, qızın onun arvadı olmadığını, başqasının arvadını aldadıb uşaqları ilə otelə apardığını demişdir. O, 5 gün müddətində Ramini arvadı bildiyi qadınla və uşaqları ilə gəzdirdiyi vaxtlarda heç vaxt onların arasında mübahisə və ya təhqiramiz sözlər işlədilməsinin şahidi olmamışdır. Vüsalə onunla Ramin olmadığı gündə uşaq əyləncə mərkəzində çay içərkən Raminin əlehinə heç nə deməmiş, onu və uşaqlarını Raminin aldadıb otelə gətirməsi, təzyiq altında saxlaması barədə heç nə deməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı şahid, məhkəməyədək icraat mərhələsində dindirilmiş Şahid6 oğlunun – Təqsirləndirilən şəxs əleyhinə ifadə verməkdən imtina etdiyindən onun cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edildi. Şahid6 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun böyük oğludur, oğlu 2010-cu ildə uzaq qohumu X20 ilə ailə qurubdur, 2 oğlan uşaqları vardır. Təqsirləndirilən şəxs 2022-ci ilin yay aylarından öz ailəsi ilə birlikdə qonşuluqda onun kirayələdiyi mənzilə köçüb yaşamış, tikintidə qəlibçi işləmişdir. 2022-ci ilin dekabr ayının təxminən əvəllərində oğlu Ramin ona demişdir ki, işlədiyi yerdən ona az əmək haqqı verirlər, o, Qəbələ rayonuna işləməyə gedir. O, bir söz deməmiş və aradan təxminən 3-4 gün keçmiş Ramin qayıdıb gələrək demişdir ki, Bakı şəhərində yaşayan dostunun hüzürü düşübdür, hüzür yerinə gəlibdir. Həmin vaxt o, Masallı rayonuna hüzür yerinə getdiyindən Raminlə görüşmüş və onu gözləyən avtomobilə əyləşib yola düşmüşdür. Aradan bir neçə gün keçmiş gəlini Gülnənə ona demişdir ki, mobil telefonuna polisdən zəng edib Ramini soruşublar. O, Gülnənədən həmin nömrəni alıb zəng edib, özünü təqdim edərək kimin zəng etdiyini soruşmuşdur. Zəng edən şəxs Yasamal RPİ-nin CAŞ-nin əməkdaşı olduğunu bildirmiş, oğlu Raminin harada olduğunu, onu axtardıqlarını, nömrəsinə zəng çatmadığını, bir qızın iki uşağı ilə itkin düşdüyünü və qızın valideyini şikayət edib qızın Raminlə getməsindən şübhələndiklərini demişdir. O, Raminə zəng edərək harada olduğunu, Yasamal RPİ-nin CAŞ-nin rəisi ona zəng edirsə, nə üçün telefonu açmadığını soruşmuşdur. Ramin isə ona zəng olunmadığını demişdir. O, CAŞ-nin rəisinin nömrəsini Raminə vermiş və ondan nə qız məsələsi olduğunu soruşmuşdur. Ramin heç bir qız məsələsi olmadığını demiş, özünün polislə danışacağını bildirmişdir. Sonra o, CAŞ-in əməkdaşına zəng edib oğlu Raminin gəlib-gəlməməsi ilə maraqlandıqda sonuncu ona Raminin qızla gəldiyini demişdir. Aradan bir neçə saat keçmiş yenə həmin polis əməkdaşına zəng edib yanına gedərək otaqda polis zabiti ilə söhbət edərkən otağa bir nəfər gəlmişdir və ona məlum olmuşdur ki, həmin şəxs Raminlə gedən Vüsalə adlı qızın atası Mehdidir. Həmin kişini polis zabiti otaqdan çıxardıqdan sonra onun xahişi ilə polis Ramini gətirmiş və Ramin ona Vüsalə adlı qızın onunla könüllü olaraq istirahətə getdiyini bildirmişdir. O, Raminə əsəbləşib otaqdan çıxıb getmişdir. Şahid6 tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, oğlu Ramin heç vaxt DTX-də işləməyib, puldəyişmə və ya pulköçürmə işləri ilə məşğul olmayıbdır. Onun heç vaxt Mərdəkan qəsəbəsində 4 mərtəbəli evi olmayıbdır. Oğlu Raminin evinə bazarlıq belə etməyə maddi imkanı olmamışdır. Raminin ömrü boyu 174.000 manat pulu olmayıbdır. X54 adlı dostunun, tanışının olduğunu o, bilməmişdir. O, iki dəfə 500 və 600 manat Raminə pul vermişdir, ancaq hansı tarixlərdə verdiyini xatırlaya bilməmişdir. Oğlu Raminin heç vaxt avtomobili olmamışdır, Ramin ruhi-əsəb xəstəliyi keçirməmiş və xəstə kimi qeydiyyatda olmamışdır. O, qohumlarının xahişi ilə Vüsalənin atası Mehdiyə zəng edib xahiş etmişdir ki, Ramindən şikayətçi olmasa ona 10.000 manat pul verəcəkdir. Şahid6 tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, ***-***-**-**, ***- ***-**-** mobil nömrələrdən istifadə etmişdir və həmin nömrələrdən hazırda ***-***-**-** nömrəsindən özü istifadə edir, ***-***-**-** nömrəsini təxminən bir ay olar ki, nəvəsi Məhəmmədə vermiş və hazırda nəvəsi istifadə edir. O, Zərərçəkmiş şəxs3 oğlu Raminin dostu kimi tanımışdır. Onun istifadə etdiyi mobil telefon nömrəsinə ***-***-**-** nömrəsindən bir nəfər SMS yazıb “Nazim müəllim" kimi özünü təqdim edərək Raminin dostu olduğunu bildirmişdir. Sonra həmin nömrədən “Vüsal" adlı şəxs SMS yazışmaları aparmışdır. Nazim və Vüsal adlı adamların heç biri onunla telefonda canlı olaraq danışmamışdır. O dəfələrlə həmin nömrəyə zəng edib özlərini “Nazim” və “Vüsal” kimi təqdim edən şəxslərlə danışmaq istəsə də, onun zənglərinə cavab verilməmişdir. O, “Nazim” və “Vüsal” adlı şəxsləri görməmişdir. O, oğlu Ramindən soruşanda Nazimin Milli Təhlükəsizlik Nazirliyində polkovnik-leytenant rütbəsində işlədiyini, atası Hacı Bəxtiyarın yaxşı kişi olduğunu, Səməd müəllimin yüksək vəzifədə işləyən bir şəxs olduğunu, Vüsalın da, yüksək bir vəzifədə işləyən şəxs olduğunu demişdir. Həmin şəxslər ali təhsili, savadı olmayan Ramini güya hansısa bir vəzifəyə işə düzəldirmişlər və ona külli miqdarda dollarlar təklif edirmişlər. Əvvəl Nazim ona SMS yazaraq Raminin işə düzəlməsi ilə bağlı Səməd müəllimə qonaqlıq verməli olduğunu deyib Şahid6 pullar istəmişdir. Həmin pulu atasından almağa bəzi hallarda Ramini göndərmişlər, bir çox hallarda isə kart şəklini çəkib Şahid6 telefonuna göndərərək pulu həmin karta yükləmələrini demişlər. Sonra Vüsal həmin nömrədən Şahid6 yazaraq Nazimi pisləyib ondan pullar tələb edib almışdır. Nazimin deməsinə görə X41 Cinayətkarlığa Qarşı Mübarizə idarəsində general rütbəsində işləmiş, onlar hamısı Kazım müəllimə tabe olmuşlar. Daha sonra Şahid6 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxsla danışanda oğlu etiraf etmişdir ki, onun telefonuna “Nazim” və “ Vüsal” adı ilə SMS yazan şəxslər əslində olmayıbdır. Həmin adlarla onunla yazışan Ramin özü olub, bu adla onu aldadıb pullarını bəzi hallarda şəxsən Ramin özü almışdır, bir çox hallarda isə Ramin dediyi kart nömrələrinə köçürtməklə əldə etmişdir. Ramin Zərərçəkmiş şəxs3 aldadıb ələ keçirdiyi pullardan ona verməmişdir. O, həqiqəti bildiyinə görə “Nazim” və “ Vüsal” adlı şəxslərdən, oğlu Təqsirləndirilən şəxs şikayəti, tələbi yoxdur(iş vərəqə: cild İİ, səh.73-78, cild İV, səh.01-05). Cinayət işinə məhkəmə baxışı zamanı şahid, məhkəməyədək icraat mərhələsində dindirilmiş Şahid7 qardaşının – Təqsirləndirilən şəxs əleyhinə ifadə verməkdən imtina etdiyindən onun cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edildi. Şahid7 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, ünvan 16 ünvanında valideyinləri və 16 yaşlı oğlu X31 ilə birlikdə kirayənişin yaşamışdır. O, əri Vüsal İbişovdan 7-8 il əvvəl boşanmışdır. Baxılan iş üzrə Təqsirləndirilən şəxs onun qardaşıdır. Ramin ona Vüsalə adlı başqa qızla danışdığını, görüşdüyünü ona deməmiş və Vüsalə adlı qızın şəklini onun mobil telefonuna göndərməmişdir. O, Vüsalə adlı qızı tanımamış, onunla heç vaxt telefonda danışmamış və ad gününü təbrik etməmişdir. Qardaşı Ramin 2022-ci il tarixdə özünə xarici markalı avtomobil almamış, Raminin heç vaxt avtomobili olmamışdır və o, Ramini avtomobil alması ilə bağlı telefonuna təbrik sözləri yazmamışdır. Qardaşı Raminin “ Nazim ” adlı tanışının və ya dostunun olduğunu o, bilməmişdir(iş vərəqə: cild İİ, səh.79-81). Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, 2014-cü ildə X26 ilə ailə qurmuşdur, bir övladları olmuşdur. Zərərçəkmiş şəxs1 onun qrup yoldaşı olmuş, onunla telefon əlaqəsi saxlamış, rəfiqə kimi münasibətləri olmuşdur. 2022-ci ilin iyun-iyul aylarında Vüsalə ilə telefonda danışanda o, Vüsaləyə ərinin Belarusya Respublikasında narkomaniyadan müalicə aldığını onun müalicəsinə köməklik göstərə bilmədiyini demişdir. Vüsalə isə ona onun Ramin adında tanışı olduğunu, Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini, imkanlarının yaxşı olduğunu demiş, Raminin onun ərinin müalicəsinə köməklik edə biləcəyini demişdir. O, Vüsalədən Ramini hardan tanıdığını soruşduqda, Vüsalə Raminlə internetdə tanış olduğunu, onunla danışdığını demişdir. O, Vüsalənin sözlərinə inanmış, Ramin həqiqətən ona köməklik edə biləcəyini düşünmüşdür. Ona görə də o, Vüsalədən “WhatsApp” sosial media üzərindən ümumi qurup yaratmasını və üçünün də eyni qrupda danışmalarını xahiş etmiş, Raminin ona necə kömək edəcəyi barədə məlumat verməsini istəmişdir. Vüsalə razılaşandan sonra onlar eyni qrupda danışmağa başlamışlar. Ramin özünü ona imkanlı, hər yerdə tanışı olan bir adam kimi təqdim etmiş, Belarusya Respublikasında tanışları olduğunu həmin tanışlarına ərini müalicə edən həkimlə danışmasını deyəcəyini bildirmişdir. Vüsalə ona Raminin onun qardaşı ilə görüşdüyünü, ona Bakı şəhərindən mənzil alacağını bildirmişdir. Onlar təxminən ay yarım qrupda danışmışlar. Ramin özünü çox imkanlı və geniş əlaqələri olan bir adam kimi göstərsə də, onun ərinə heç bir köməyi dəymədiyini görüb, Raminin yalançı olduğunu başa düşmüş, Vüsaləyə ailəsi olduğunu, Raminə inanmamasını demişdir. Vüsalə hər gün ona zəng edib əlaqə saxlasa da, sonra zəng etməmiş və onun nömrəsini blok etmişdir. O, Raminə zəng edib Vüsalənin onun nömrəsini blok etməsinin səbəblərini soruşmuşdur. Ramin isə Vüsalənin əri ilə nəsə problemi olduğunu, evlərində qırğın olduğunu demiş, yəqin buna görə də onunla danışmaq istəmədiyini bildirmişdir. Aradan 10-15 gün keçmiş Vüsalənin onun nömrəsini blokdan çıxarmadığını görüb, Vüsaləni onunla danışmağa Raminin qoymadığını fikirləşib ona yazmışdır. Ramin ona zəng edərək yaxşı elədiyini demiş, onun “Nazim” adlı vəzifəli şəxs tanışı olduğunu, istərsə onun başına oyun aça biləcəyini demiş, Vüsalənin onunla danışmasına icazə vermədiyini demiş, Vüsalənin ərindən boşanmaq istədiyini, onların kəbini olduğunu, Vüsalənin keçmişinin onu maraqlanmadığını demişdir. Bundan sonra o, Raminə də, zəng etməmişdir. Onun mobil telefon nömrəsi Raminin telefonunun yaddaşında qaldığı üçün Ramin “teleqram” sosial şəbəkəsi vasitəsi ilə bir dəfə ona başqa bir şəxsin adından mesaj yazıb onunla tanış olmaq istədiyini bildirmişdir. O, həmin şəxsin Ramin olduğunu bilib, həmin nömrəyə bir daha ona yazmamasını yazmışdır. Az bir müddət sonra Ramin teleqramda onunla danışmış, ona «halal olsun, Vüsalə dediyi kimi varsan, səni yoxlayırdım» demişdir. Şahid5 ifadəsinin davamında göstərdi ki, 10 dekabr 2022-ci il tarixlərində işdə olarkən Vüsalənin atası və əri onun iş yerinə gəlib Vüsalənin uşaqları ilə birlikdə 3 gün əvvəl evdən getdiyini demiş, Vüsalənin yerini bilib-bilməməsini soruşmuşlar. O, Vüsalə ilə danışmadığını və onun nömrəsini blok etdiyini demişdir. Vüsalənin atası onunla əlaqə saxlayacağı təqdirdə onlara məlumat verməsini xahiş etmişdir. O, Vüsalənin atasına onun Ramin adlı oğlanla əlaqəsi olduğunu deməmiş, aradan uzun müddət vaxt keçdiyini, Vüsalə Ramin ilə əlaqəni yəqin ki, kəsdiyini fikirləşmişdir. 10 dekabr 2022-ci il tarixdə Raminin mobil telefonuna “salam Vüsalə səninlədir?” məzmunda mesaj yazmış, Ramin isə “Nə danışırsan sən, nə Vüsalə?" məzmunda ona cavab yazmışdır. O, Raminə «Vüsalənin atası ilə yoldaşı mənim iş yerimə gəlmişdi ,Vüsalə uşaqları ilə evdən gedibdir, səninlədirsə deynən, bu barədə heç kimə məlumat verməyəcəyəm” məzmunda sms yazmış, lakin Ramin onun mesajına cavab yazmamışdır. 2022-ci ilin dekabr ayının sonlarında isə Vüsalənin anası ona sms yazaraq Vüsalənin tapıldığını demişdir. Aradan bir neçə gün keçmiş Vüsalə özü ona zəng edib telefonda ağlayaraq başına gələnləri ona danışmışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirlən Şahid8 ifadəsində göstərdi ki, 2022-ci ilin yay fəslinin təxminən ilk ayında bacısı oğlu Ramin zəng edib ondan 4.000 manat borca pul istəmiş, özünə iş quracağını demişdir. Təqsirləndirilən şəxs ona Sabirabad rayonundan olan, Rusiya Federasyasında bizneslə məşğul olan Vüsal adlı dostunun olduğunu, vaxtı ilə Vüsalın atası xəstə olanda Raminin ona maddi köməklik etməsini bildirmişdir. Hazırda Vüsalın imkanları yaxşı olduğuna görə həmin yaxşılığın əvəzində Vüsalın ona 750.000 ABŞ dolları göndərmişdir və həmin pullar 28 May ərazisində yerləşən «Milli Bank»a gəlmişdir. Raminin deməsinə görə Etibar adlı şəxs həmin pulu bankdan çıxarmaqda ona köməklik edəcək, həm də onu inandırmışdır ki, pulu bankdan çıxarandan sonra ona bir ədəd «Daf» markalı tir maşını alacaqdır. O, Raminin sözlərinə inanıb, dəfələrlə Raminlə və onun dostu Zərərçəkmiş şəxs3lə birlikdə Milli Bankın baş ofisinə getmişdir. Ramin ona əvvəl adını Ədalət, sonra isə Etibar dediyi adamı göstərib, həmin şəxsin pulu bankdan onun çıxaracağını demişdir. Ramin ondan pulu bankdan çıxarmaq adı ilə hissə-hissə 5000 manat pul almışdır. O da, həmyerlisi Niyaməddindən alıb 4000 manat borca pul alaraq Raminə vermişdir. Niyaməddindən aldığı həmin puldan 3700 manatını Raminin kartına atmış, 300 manatını isə özü xərcləmişdir. Həmin puldan əlavə o, Raminə hissə-hissə kartına pullar yükləmişdir. Hazırda Raminin ona 1400 manata yaxın borcu qalmışdır. 2022-ci ilin dekabr ayının əvəllərində Ramin ona zəng edib yolda olduğunu, bir qızla Masallı rayonuna gəldiyini demiş, ona qalmaq üçün otel tapmasını xahiş etmişdir. O, Raminin ailəli adam olduğunu onun nəzərinə çatdırsa da, məcbur olub Ramini Masallı şəhərinin özündə qarşılamışdır. Raminin yanında iki azyaşlı uşağı olan bir qadın olduğundan o, Ramini kənara çəkib ona özünün ailəsi, 2 uşağı olduğu halda iki uşağı olan qadını gətirməsinə iradlarını bildirmişdir. Ramin həmin qadını istədiyini demiş, onun ailəsinin, uşağının olması barədə həmin qıza bir söz deməməsini xahiş etmişdir. O, Raminə Masallı rayonunda hamının bir-birini tanıdığını demiş, həmin rayonda qalmamağı, gedib Astarada və ya Lənkəranda oteldə qalmalarını məsləhət görmüşdür. Ramin isə gedib Qəbələ rayonunda qalacağını, onu heç kimin tapmayacağını demişdir. Ramin Astara rayonu ərazisində qalacağını deyəndən sonra o, idarə etdiyi yük maşınını saxlayıb Raminlə birlikdə Masallı taksi ilə Astara rayonuna getmişdir. O, Raminə Astara rayonda gecəsi 70-100 manata olan evlər təşkil edəcəyini dedikdə, Ramin razılaşmayıb oteldə qalmaq istədiyini demişdir. Onlar taksi ilə Astaraya gedərkən Ramin yolun kənarında olan bir oteldə avtomobili saxlatmış, onlar həmin otelin yeməkxansında yemək yemişlər. Həmin vaxt o, Raminə Niyaməddinin yanında biabır olduğunu, Niyaməddindən alıb ona verdiyi 3700 manat pulu qaytarmasını istəmiş, aparıb Niyaməddinin pulunu verəcəyini demişdir. Həmin vaxt Ramin də cibindən pul çıxarıb sayıb ona 1000 manat vermiş və qalanını da, bu yaxınlarda verəcəyini demişdir. Ramin yemək yedikləri oteldə qalmaq üçün inzibatçı ilə danışmış, lakin onlar otel qiymətini baha demişlər. Sonra yaxınlıqda olan “Blanco” adlı otelin müdiri Xaliq adlı şəxslə telefonda danışıb boş yer olduğunu öyrənmiş və həmin otelə getmişlər. Ramin otelin işçisinə qadını və uşaqları öz ailə üzvüləri kimi təqdim edərək otelin 2-ci mərtəbəsində otaq kirayələmişdir. O, Raminin oteldə gecəsini neçəyə qalmağı və otelə nə qədər pul ödədiyini görməmişdir. Ramin qadını və uşaqları yerləşdirdikdən sonra onlar aşağı düşmüş və Ramin ona onun yeri barədə yaxınlarından heç kimə bir söz deməməsini tapşırmışdır. O, gəldliyi taksi ilə qayıdıb Masallı rayonuna getmiş, idarə etdiyi yük maşını ilə növbəti gün Astara rayonu ərazisindən İİR-na getmək üçün sərhəd buraxılış məntəqəsinə getmişdir. Həmin sərhəd-buraxılış məntəqəsi Raminin qaldığı “Blanco" otelindən təxminən 500 metr məsafədə yerləşmişdir. Ramin ona günün ikinci yarısı zəng edib, harada olduğunu soruşanda o, keçid məntəqəsində maşında oturduğunu demişdir. Ramin ona onun yanına gəlib şəxsiyyət vəsiqəni götürmək və gedib onun vəsiqəsi ilə telefon nömrəsi almaq istədiyini demiş, o maraqlandıqda, Ramin özü üçün aldığını, həm də onunla gələn qızın telefon nömrəsi olmadığından ona almaq istədiyini demişdir. Ramin taksi maşını ilə onuna gəlmiş, o da, həmin taksiyə oturub Astara şəhərinə getmiş, Raminin istəyi ilə özünün şəxsiyyət vəsiqəsi ilə 3 ədəd xatırlamadığı 050 ilə başlayan nömrələr alıb Raminə vermişdir. Raminin deməsinə görə nömrələrdən birini özü işlədəcək, birini qıza verəcək, digərini isə qızın uşağına aldığı planşetin üstünə salacaqdır. Ramin bunu onları heç kimin tapmaması məqsədilə etdiyini ona demişdir. Raminlə apardığı söhbətlərdən o, fikirləşmişdir ki, yəqin qızın valideyinləri razıdır, ona görə də o, qızı gətirmişdir. O, aldığı nömrələrin pulunu Ramin özü ödəmişdir. Sonra onlar yaxınlıqdakı yeməkxanaya yemək yeməyə getmişlər. Ramin zəng edib onunla gələn Vüsalə adlı qadına uşaqları götürüb yeməkxanaya gəlmələrini demiş və onlar gələndən sonra birlikdə oturub yemək yemişlər. Raminlə o, spirtli içki qəbul etmiş, hesabı Ramin ödəmiş, sonra birlikdə otelə qayıtmışlar. Sərhəd-buraxılış məntəqəsində yük maşınlarının böyük növbəsi olduğundan o, gecəni oteldə 1-ci mərtəbədə qalmış, Ramin, Vüsalə və uşaqları isə 2-ci mərtəbədə qaldıqları otağa çıxmışlar. O, otaqda bir az olduqdan sonra 2-ci mərtəbəyə çıxıb qapını döyərək Vüsaləyə Ramini çağırmasını demiş, ona sözü olduğunu bildirmişdir. Ramin qapının ağzına gələndə ondan Niyaməddinin pulunu istəmişdir. Ramin isə ona acıqlanmış, yatmasına imkan verməsini istəmiş, pulu sonra verəcəyini demişdir. Növbəti gün yenə Raminə Niyaməddinə olan borcunu ödəməsini istəmişdir. Ramin ona 4500 manat pul vermis, o, Ramindən aralanandan sonra həmin gün Niyaməddinin kartına 3500 manat pul yükləyərək ondan aldığı pulu qaytarmış, hansı ki, Raminin verdiyi 1000 manatdan 500 manatı da, əvvəldən Niyaməddinə vermişdir. Sonra sərhəddə saxladığı maşının növbəsi çatdığından o, yük maşını ilə İrana gedib, təxminən 7-8 gündən sonra geri qayıdıb həmin otelə gəlmiş və Raminin hələ də Vüsalə və 2 azyaşlı uşaqlarla birlikdə oteldə qaldıqlarını görmüşdür. O, bundan sonra da 2-3 dəfə Raminlə və onun istəklisi Vüsalə ilə restoranda yemək yesə də, oteldə qalmamış, Masallı rayonuna öz evinə getmişdir. 2-ci dəfə İİR-na gedib geri qayıdandan sonra isə Raminin Vüsaləni və iki uşağını Bakı şəhərinə qaytarmışdır. Ona məlum olmuşdur ki, Ramin Vüsaləni aldadıb sübay olduğunu demiş, Vüsalə ailəli olduğu halda onu gətirib oteldə bir neçə gün saxlamışdır.Bundan sonra o, Raminin deməsi əsasında Masallı rayonundan öz adına aldığı 3 ədəd 050 ilə başlayan sim nömrələrini bağlatdırmışdır. Şahid8 daha sonra ifadəsində göstərdi ki, Ramin ona Vüsalın ona göndərdiyi pulu bankdan çıxarmaqda Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində işləyən Nazim adlı şəxs köməklik edəcəyini demişdir. Ramin onu Nazim və Vüsal adlı şəxslərlə tanış etməmiş və görüşdürməmişdir. Ramin onu elə inandırmışdır ki, Vüsal ona 750.000 ABŞ dolları göndəribdir və həmin pul bankda qalıbdır. O, fikirləşməmişdir ki, bacısı oğlu Ramin yalan danışıb onu aldadar, çünki Ramin ona demişdir ki, Vüsal göndərdiyi pullar onun kartındadır və yanında Xalqlar Dostluğu ərazisində “Unibank” kartını bankamata salıb 1000 ABŞ dolları çıxartmışdır. Ramin sonra ona demişdir ki, güya kartı yenə bankamata salmış, kartı aparat saxlamış, onun hesabı dondurulmuşdur. O da, bu haqda Zərərçəkmiş şəxs3 demişdir. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Şahid8la Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzrəşmə prosesində Şahid8 məhkəməyədək icraat mərhələsində sərbəst ifadələrində göstərdiyi və məhkəmə baxışı zamanı bir daha təsdiq etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə: cild V, səh.06-08). Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid9 ifadəsi məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olundu. Şahid9 tədqiq olunan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmyerlisi kimi tanıyır. X42 Bakı şəhəri, «Gənclik» deyilən ərazidə «rentecar» (burada: avtomaşınların icarəsi) işlədir. 2022-ci ilin yay aylarında Təqsirləndirilən şəxs ona zəng edərək sürücülük vəsiqəsi olmadığını demiş, onun adına avtomobil icarəyə götürüb şəhərdə bir az gəzmək istədiklərini bildirmişdir. O, razılaşandan sonra «Gənclik» ərazisində Emin adlı «rentecar» işlədən şəxsin vasitəsi ilə bir nəfərdən sutkası 100 manata BMV markalı avtomobili icarəyə götürmüş, sutkalıq 100 manat pulunu Ramin ödəmişdir. Onlar Bakı şəhərində avtomobillə gəzmiş və gecəni avtomobil onda qalmışdır. Növbəti gün Ramin avtomobilə görə 300 manat 3 günün icarə haqqını ödəmiş və avtomobilin sahibi ona 3 günlük etibarnamə vermişdir.Ramin onun yanında Vüsalə adlı qızla telefonda danışa-danışa avtomobili Yasamal rayonu ərazisinə sürdürüb bir binanın yanında saxlatmışdır. Bir nəfər qız gəlib avtomobilə arxa oturacaqda oturmuş, o, Raminin deməsi əsasında onları metronun «İnşatçılar» stansiyasının yanına aparmışdır. Ramin onu qıza təqdim etməmiş və qızı da, onunla tanış etməmişdir. Ramin həmin qızla birlikdə düşüb mağazaya getmiş, o, isə avtomobildə gözləmişdir. Təxminən 2 satdan sonra onlar mağazadan paltar alıb avtomobilə qayıtmış, o, qızı avtomobilə götürdüyü yerə aparıb düşürtmüşdür. Ramin qızı yola salıb qayıdıb avtomobilə əyləşmiş və onlar şəhərdə gəzmişlər. Şahid9 ifadəsinin davamında göstərmişdir ki, avtomobili icarəyə götürdüyünün 3-cü günü Ramin ona zəng edərək onu Xalqlardan götürməsimni istəmiş, o da avtomobillə Raminin yanına getmişdir. Ramin avtomobilə əyləşəndən sonra ona otel danışdığını, Vüsaləni avtomobillə otelə aparacağını demişdir. O, avtomobili Yasamal rayonu ərazisinə sürmüş, Ramin Vüsalə ilə telefon əlaqəsi saxlamış və Vüsalə gəlib avtomobildə arxa oturacaqda oturmuşdur. O, avtomobili Raminin deməsi əsasında Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində çoxlu sayda otellər olan yerə aparıb avtomobildən düşürmüşdür. Aradan 2 saat sonra isə Ramin zəng edib gəlib onları götürməsini demişdir. O, həmin yerə gedib Ramin ilə Vüsaləni yenə avtomobilə götürüb Yasamal rayonu ərazisinə aparıb hər ikisini avtomobildən düşürüb getmişdir. Axşam Raminlə görüşəndə sonuncunun borca pul axtardığını görüb iradını bildirmiş, borca pul alıb qıza xərcləməsinin düz olmadığını, həmin pulu ailəsinə xərcləməsini tövsiyə etmişdir. Ramin isə bunun onun şəxsi işi olduğunu demiş, onluq olmadığını bildirmişdir. Növbəti gün Ramini 8-ci klometr ərazisindən avtomobilə götürüb yenə Yasamal rayonu ərazisinə getmiş, Vüsaləni də avtomobilə götürüb onları yaxınlıqdakı adını xatırlamadığı restorana aparıb düşürmüş, sonra isə elə həmin gün avtomobili aparıb sahibinə təhvil vermişdir(iş vərəqə: cild İİ, səh.196-201). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən X27 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Laçın” Ticarət Mərkəzinin 3-cü mərtəbəsində yerləşən qızıl şöbəsində 11 ildir əmisi X1 kimi qızıl-zinət əşyalarını alqı-satqısı işi ilə məşğul olmuşdur. O, vətəndaşlardan qızıl-zinət əşyalarını şəxsiyyət vəsiqələri ilə alıb həmin qızılların yanına şəxsiyyət vəsiqəsini qoyub şəklini çəkərək sonra qızılı tərəzidə çəkib pulunu ödəmişdir. O, aldığı qızılları ya satmış, ya da əribid lom halına salmışdır. Şahid qismində dindirilən Təbriz Abbasov ifadəsinin davamında göstərdi ki, 24 noyabr 2023-cü il tarixdə Ramin adlı şəxsin ifadəsi yerində, yəni onun iş yerində yoxlanılarkən keçirilərkən o, Raminin ona qızıl satdığını təsdiq etmişdir.T əxminən 1 il əvvəl həmin Ramin adlı şəxs onun iş yerinə gəlib ailəsinə məxsus qızıl-zinət əşyası satmaq istədiyini demişdir. O da, Raminin şəxsiyyət vəsiqəsini alıb satdığı qızılların yanına qoyaraq şəklini çəkib sonra satdığı qızılları tərəzidə səkib qızılın qramını 64 manatdan olmaqla pulunu ödəmiş, Ramin pulunu alıb çıxıb getmişdir. Aradan uzun müddət vaxt keçdiyindən dəqiq xatırlamasa da, çox güman ki, həmin qızılları əridib lom halında satmışdır.Bir müddət sonra Ramin onun iş yerinə gəlib, bir neçə ay əvvəl ona satdığı qızıllar barədə ona sənəd verilməsinin mümkünlüyünü öyrənmək istəmişdir. O, isə mobil telefonunu itirdiyinə görə həmin vaxt çəkdiyi şəkilləri əldə edə bilmədiyindən ona sənəd verə bilməmişdir. Lakin sonradan telefonunun yaddaşını bərpa etdirib həmin şəkilləri çap etdirərək istintaqa təqdim etmişdir. Həmin şəkildən aydın olur ki, Təqsirləndirilən şəxs 12 noyabr 2022-ci il tarixdə ona 585 probu olan sarı qızıldan 3 ədəd boyunbağı satmışdır. Həmin boyunbağılardan bir ədədi nazik zəncir formalı, bir ədədi klonu olan digər zəncir boyunbağı və üçüncü də nazik zərcir formalı boyunbağıdır. O, həmin qızılların dəyərini təxminən 1000 manata yaxın Raminə tam şəkildə ödəmiş, Ramindən başqa qızıl almamışdır. O, Təqsirləndirilən şəxs əvvəldən tanımamış və ondan başqa vaxtlarda qızılzinət əşyası almamışdır. Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş X2 ifadəsi məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, şahid X12 tədqiq olunan həmin ifadəsində məhkəmədə dindirilmiş şahid Təbriz Abbasovla oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir(iş vərəqə: cild İİ, səh.249-252). Daha sonra iş üzrə şahid qismində dindirilən Şahid11 Mirkamil oğlu o, Təqsirləndirilən şəxs «Laçın» Ticarət Mərkəzinin qarşısında puldəyişmə məntəqəsi işlədən, əslən Masallı rayonundan olan Anar adlı şəxsin yanında görüb tanış olmuşdur. Anarla 2022-ci ilin aprel-may ayında Anarı Nizami rayonu Çobanzadə küçəsində yerləşən «Sultan» restoranına qonaqlığa dəvət etmişdir. Anar onunla oturub yemək yeyəndə Ramin adlı həmyerlisinə zəng edib yeməyə dəvət etmişdir. Ramin onlarla yemək yeyib spirtli içki içərək ondan pul istəmiş, restoranda oxuyan müğənniyə mahnı sifariş etmək istədiyni bildirmiş, evlərindən pul gətirib onun pulunu qaytaracağını demişdir. O, Raminə 2 ədəd 20, 1 ədəd 50 manatlıq pul vermis, Ramin onun verdiyi pulla restoranda oxuyan müğənniyə mahnı sifariş etmiş, başqa masada oturan qadına pul göndərmiş, spirtli içki alıb sonra yenə ondan pul istəmişdir. O, Raminə ümumilikdə 160 manat pul vermişdir. Ramin «Xalqlar dostluğu» yarmarkasının yaxınlığında yaşadığını deyərək, evə gedib pul gətirib qayıdacağını deyib restorandan getmiş və pul ilə geri qayıtmışdır. Ramin ondan aldığı pulu verməyib ona və Anara təklif etmişdir ki, onlara Astara rayonunda qonaqlıq vermək istəyir. O, yeyib-içdikləri hesabı ödəmişdir. Həmin axşam Ramin ondan əlavə olaraq pul almış, sonuncunun ona 300 manat borcu yaranmışdır. O, restorandan bayırda Raminin Anarla mübahisə etdiyini görüb, onlara yaxınlaşmadan çıxıb getmişdir. O, heç vaxt Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsində işləməmiş, həmin idarədə işləyən «Nazim» adlı şəxsi tanımamış, onu heç kim “Nazim" adı ilə çağırmamışdır. O, “Tik-tok” və “Feysbo” sosial şəbəkəsində “Tənha canavar 011”, “instoqram” da isə “Qəmbərov Fuad” kimi paylaşım etmişdir. Cinayət işinə məhkuəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid12 ifadəsində göstərdi ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 onun qardaşı Mehdinin qızıdır. 2022-ci ilin noyabr ayının təxminən əvəllərində qardaşı qızı Vüsalə ona zəng edib ona 2000 manat pul lazım olduğunu demiş, həmin məbləğdə pulun onun nəyinə lazım olduğunu soruşmuşduqda Vüsalə qızının sinif yoldaşının valideyininə lazım olduğunu demişdir. O, həmin məbləğdə pulu olmadığını, özünün ankoloji xəstə olduğunu demiş, Vüsalə sağollaşıb telefon əlaqəsini kəsmişdir. Aradan bir neçə gün keçmiş qardaşı Mehdi onun yaşadığı evə gəlib Vüsalənin əsəblərinin pozulduğunu, əri və uşaqları ilə yola getmədiyini, psixiator həkim yanına aparıb müainə və müalicə etdirdiyini, lakin heç bir nəticəsi olmadığını demişdir. Mehdi onu Vüsalənin yanına aparmaq istəmiş, bir bibi kimi onunla söhbət etməsini və yanında qalmasını istəmişdir. O, razılaşıb tək olaraq Vüsalənin yaşadığı mənzilə gedib onunla mehriban söhbət etmiş, əsəbi olmasının səbəbləri ilə maraqlanmışdır. Vüsalə ona da əsəbi cavab vermis, onunla qalmaq istəmədiyini demişdir. Ona görə də o, qardaşı Mehdinin evinə gedərək gecəni orada qalmış, növbəti gün yenə Vüsalənin mənzilinə getmişdir. Vüsalə yenə onunla kobud danışdığından o, çıxıb öz evinə getmişdir. 7 dekabr 2022-ci il tarixdə isə Vüsalənin uşaqları ilə birlikdə yoxa çıxdığını, bir neçə gün sonra isə uşaqları ilə birlikdə qayıdıb gəldiyini eşidib qardaşı evinə getmiş və orada Vüsaləni Təqsirləndirilən şəxs adlı şəxsin aldadıb yoldan çıxardaraq onunla ailə quracağı adı ilə aldadıb uşaqları ilə birlikdə Astara rayonuna aparıb orada saxladığı ona məlum olmuşdur. Cinayət işinə məhkuəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid13 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun əmisi Mehdinin qızıdır. 8-9 dekabr 2022-ci il tarixlərdə əmisinin ailəsindən eşitmişdir ki, Vüsalə uşaqları ilə birlikdə itkin düşübdür və əmisi Mehdi qızının itkin düşməsi barədə Yasamal RPİ-nin 29-cu PŞ-nə şikayət edibdir. O, hadisə ilə bağlı əmisinin evinə gedib maraqlanmış, Vüsalənin qızını təhsil aldığı orta məktəbdən, oğlunu isə baxçadan götürüb yoxa çıxdığını öyrənmişdir. Sonra o, əmisi, əmisi oğlu və digərləri ilə birlikdə Vüsaləni axtarmağa başlamış, lakin onu və uşaqlarını tapa bilməmişlər. Onlar əvvəlcə Vüsalənin ərindən və valideyinlərindən inciyib uşaqlarını da götürüb hansısa uzaq qohumun, rəfiqəsinin və ya sinif, tələbə yoldaşının evinə gedib qaldıqlarını fikirləşmişlər. Aradan günlər keçmiş, Vüsalə tapılmadığından bu şübhələr aradan çıxmağa başlamışdır. Sonra əmisi X47 sinif yoldaşı olmuş və ərəbə ərə gedib Dubayda yaşayan Zərifin atası evinə gedib Zərifin telefon nömrəsini alıb onunla telefon əlaqəsini yaradandan sonra məlum olmuşdur ki, Zəriflə Vüsalə xeyli vaxtdır ki, əlaqə saxlamır və Zərifin Bakı şəhərində yaşayan Ramin adında tanışı yoxdur. Hansı ki, Ramin adlı şəxs Cəlil ilə, sonra isə Mehdi ilə görüşüb özünü Zərifin ərəb ərinin Bakı şəhərində olan nümayəndəsi kimi təqdim etmiş və Ramin Zərifin tapşırığı ilə Cəlilə mənzil alacağına, işə düzəldəcəyinə söz vermişdir. Ramin adlı şəxs Cəlilə mobil telefonla dəfələrlə zəng edib onunla görüşdüyündən Ramindən şübhələnməyə başlanılmış və Vüsalənin əri Miraləmə etibarnaməsi olduğundan o, Vüsalənin mobil telefon nömrəsinə gələn və çıxan zənglərin siyahısını çıxarmışdır. Onlar Raminin istifadə etdiyi mobil telefon nömrəsindən dəfələrlə Vüsalənin nömrəsinə zənglər gəldiyini və çıxdığını müəyyənləşdirmiş və bu haqda polisə məlumat vermişlər. Bundan sonra Ramindən şübhələr yaranmağa başlamış və 22 dekabr 2022-ci il tarixdə o, saat 11 radələrində Yasamal RPİ-nin CAŞ-in rəisi Habil müəllimin iş otağına gedib Vüsalənin işi ilə maraqlananda Habil müəllimin Ramin adlı şəxsin mobil telefon nömrəsinə zəng edib harada olmasını soruşmuşdur. Ramin isə telefonda rayondan gəldiyini, yolda olduğunu Vüsalənin yanında olduğunu 2 saata çatacaqlarını demişdir. O, evlərinə gedib 2 saatdan sonra geri qayıtmış, həmin vaxtlarda NBM-nə 2 oğlan gələrək onlardan biri adının Ramin olduğunu, CAŞ-nin rəisi Habil müəllim çağırdığını demişdir. Polis əməkdaşı Habil müəllimə zəng edib xəbər verərək üstünü yoxlayıb içəri buraxanda Ramin üstündən 4 ədəd (onlardan 2 ədədi qara rəngdə «Vertu» markalı, bir ədədi balaca sadə Çin telefonu, digəri isə qara rəngli smart) mobil telefonları çıxarıb polisə təhvil vermiş, yanındakı oğlan isə 2 ədəd mobil telefonu təhvil verərək birlikdə pilləkənlə Habil müəllimin iş otağına qalxmışlar. O da, həmin adamların arxasınca qalxmış və həmin iki nəfər qabaqda, o isə onların arxasınca Habil müəllimin iş otağına daxil olmuş, Habil müəllim ona çöldə gözləməsini demişdir. O, otaqdan çıxıb qapını örtsə də, içəridə olan danışıqlar dəhlizdə eşidilmişdir. Habil müəllim Ramindən nə işlə məşğul olduğunu soruşanda Ramin Bakı şəhərində Zərifin obyektlərinə nəzarət etdiyini demişdir. Hansı ki, polis Raminin ailəli olduğunu, iki uşağının olmasını və Bakı şəhərində tikintidə «qəlibçi» işlədiyini, Masallı rayonundan olub, Bakı şəhərində kirayə ev tutub yaşadığını müəyyənləşdirmişdir. Habil müəllim Vüsalənin onunla olmasını soruşanda Ramin cavab vermişdir ki, Vüsalə ilə 07 dekabr 2022-ci ildə danışdığını, Vüsaləni dənizkənarında özünü dənizə atanda görüb qoymayaraq sonra Yasamal rayonu ərazisinə gətirib kirayə ev tutduğunu, Vüsalənin həmin evdə qaldığını demişdir. Habil müəllim Raminin vasitəsi ilə Vüsaləni də RPİ-yə çağırtdırmışdır. Az bir müddət sonra Vüsalənin iki uşağı ilə birlikdə gəldiyini görərək Vüsaləni qarşılamış, ona iki uşağı olan Raminə nə ağılla qoşulub 2 uşağı ilə birlikdə evdən qaçıb getdiyini, Raminin yalançı bir adam olduğunu demişdir. Vüsalə Ramin ailəli olduğunu eşidəndə təəccüblə ağlayaraq Raminin sübay və imkanlı bir oğlan olduğunu demişdir. Vüsaləni Habil müəllimin otağına aparıb ötürmüş, özü isə otaqdan çıxaraq əmisi Mehdiyə zəng edib Vüsalənin uşaqları ilə birlikdə Yasamal RPİ-nə gəldiyini xəbər vermişdir. O, Habil müəllimin tapşırığı ilə Növbətçi hissəyə gedib 2 ədəd Vüsalənin ( sadə və smart) mobil telefonlarını, Raminin isə 3 ədəd (1 ədəd smart, 1 ədəd Vertu və 1 ədəd sadə qara rəngli) mobil telefonlarını gətirib Habil müəllimə vermişdir. Aradan az bir vaxt keçmiş əmisi Mehdi də Yasamal RPİ-yə gəlmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid14 ifadəsində göstərdi ki, alverlə məşğuldur və hazırda Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Binə» TM-də mağaza icarəyə götürüb yerli və Çin istehsalı olan ayaqqabılar satmaqla məşğuldur. Təqsirləndirilən şəxs onun əmisi oğludur. Raminin öz ailəsinə baxmaması, yalançı olması səbəbindən təxminən 2-3 il əvvəl Raminlə münasibətlərini kəsmişdir. O, heç vaxt «Laçın» Ticarət Mərkəzində işləməmiş və həmin ticarət mərkəzində onun tanışı, belə olmamışdır. O, Səməd müəllim adlı şəxsi tanımamış, o, «Laçın» TM-dən qızıl götürməmiş, kiminsə hesabından pul oğurlamamışdır. 07 dekabr 2022-ci il tarixdə əmisi oğlu Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi saxlamamış, «Binə» Ticarət Mərkəzinə gəlib ona pul və ya qızıl-zinət əşyası verməmişdir. O, Raminin tanışı Zərərçəkmiş şəxs1 görməmiş və o, idarə etməsi üçün heç vaxt Raminə öz avtomobilini verməmişdir. Bundan başqa, cinayət işinin məhkəməyədək icraatı mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid15 ifadəsi məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid15 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs rəsmi olaraq onun əri olsa da, 2023-cü ilin may ayında Masallı rayon məhkəməsinə Ramindən boşanmaq üçün müraciət etmişdir. Uzaq qohumu Təqsirləndirilən şəxsla 2010-cu ildə ailə qurmuş, onların 2 oğlu olmuşdur. Böyük oğlu 2011-ci il təvəllüdlü Məhəmməd Məmmədov və 2016-cı il təvəllüdlü oğlu Əbəlfəzdir, uşaqları 2022-ci ilin dekabr ayından onun himayəsindədir, məhkəmənin qərarı ilə o, hər uşağa görə Ramindən 130 manat aliment almaqdadır. 21 dekabr 2022-ci il tarixdə Yasamal RPİ-dən onun istifadə etdiyi ***-***-**-** mobil nömrəyə zəng edib əri Raminin harada olduğunu soruşmuşlar. O, ərinin bir aydır işləmək üçün getdiyini demişdir. Polis əməkdaşı isə əri Raminin Vüsalə adlı, iki uşağı olan qadınla birlikdə Astara rayonuna getdiyini ona demişdir. 22 dekabr 2022-ci il tarixdə isə Ramin ona zəng etmiş, özünün deyil, dostunun qızla getdiyini, sadəcə olaraq o da, avtomobildə olduğuna görə kameraya düşüdüyünü demişdir. Bundan sonra qaynatası İsaq evə gəlib ona Ramininin bir qıza imkanlı və subay olduğunu deyib yoldan çıxararaq onu almaq adı ilə aldadıb Astara rayonuna aparıb oteldə saxladığını danışmışdır. O, bu məlumatları tam dəqiqləşdirdikdən sonra Masallı rayonunda yaşayan qarşadı Orxana zəng etmiş və Orxan 23 dekabr 2022-ci il tarixdə gəlib onu uşaqları iiə birlikdə atası evinə aparmış və həmin vaxtdan da o, atası evində yaşayır. Aradan keçən müddətdə Ramin bir neçə dəfə kəndə gəlmiş və uşaqları ilə görüşübdür. O, 29 iyun 2023-cü ildə uşaqlarına görə aliment almaq üçün Masallı məhkəməsinə müraciət etmiş və məhkəmə hər uşağa görə 130 manat aliment kəsmişdir. Raminin özünün avtomobili olmamış, o, rentacardan aylığa avtomobil götürüb idarə etmi, icarəyə götürdüyü avtomobillə onu bir neçə dəfə Masallı rayonuna aparmışdır. Raminin özünün şəxsi evi olmamış, onlar ailə qurandan sonra Bakı şəhərində bir müddət atası ilə birlikdə yaşamış, sonra isə Ramin kirayə ev tutmuş həmin evə köçüb 9 il kirayədə yaşamışlar. Ramin neçə ədəd telefondan istifadə etdiyini ondan gizlətmiş, ancaq müxtəlif telefon nömrələrindən ona zəng etmişdir. Ramin evə gələndə öz otağına çəkilib telefonla danışmış, onu və uşaqları içəri buraxmamışdır. Əri Ramin savadsız olmuş, heç vaxt DTXdə işləməmişdir. Ramin tikintidə qəlibçi işləmiş, Nazim adlı şəxsin güya Raminə iş düzəltdiyini və bir tərəfdən də ondan 300, 500 manat pul istəyib aldığını o, qaynatasından eşitmiş, artıq həmin şəxsə pul göndərməkdən bezdiyini demişdir. Ramin evdə Vüsal adlı dostunun olduğunu, güya Vüsalın Raminə 1 milyon dollar pul verəcəyini Ramin demişdir. Ramin Nazim adlı şəxs barədə evdə ona bir söz deməmişdir. Ramin o qədər yalançı adam olmuşdur ki, onun telefon danışıqlarına fikir verməmiş, eyni zamanda Ramin, evdə olanda arxa otağa keçib qapını örtdüyündən onun kiminlə danışdığını eşitməmişdir. Şahid15 tədqiq olunan ifadəsində daha sonra göstərmişdir ki, o, bir dəfə təsadüfən evdə qadın çantası görüb açıb içərisində bir ədəd kişi, bir ədəd qadın saatı, qadın ətirləri,qadın saatının üstünə “R" və “V" hərifləri yazıldığını görüb Ramindən soruşanda Ramin demişdir ki, dostu Vüsalın arvadının çantası olduğunu, onlar xarici ölkəyə getdiklərinə görə çantanı ona saxlamaq üçün verdiklərini demişdir. Sonra o, Raminin telefonunun profilində “R.V” həriflərinin qeyd edildiyini görüb Ramindən soruşanda Ramin ona Vüsal ilə onun adının baş hərifləri olduğunu demişdir. 2022-ci ilin oktyabr-noyabr aylarında Ramin axşamlar evdən çıxmış, dostu Vüsalın yanına getdiyini demiş, səhərlər evə qayıtmışdır. Elə vaxt olurmuş ki, gecə saat 2-də gedib, bir neçə saatdan sonra qayıdıb gəlirmiş. Ramin çox vaxt marketdən bazarlıq edib gətirmiş, dostunun xəstə olduğunu, evdən çıxa bilmədiyini, ona görə də bazarlıq etdiyini demişdir. O, Raminin bazarlıq etdiyi əşyaların içinə baxdıqda əşyaların içində uşaq oyuncaqlarının da olduğunu görmüşdür. Ramin evdə dostunun ona pul, qızıl verəcəyini desə də, o, evə qızıl-zinət əşyası gətirməmiş, ona və uşaqlarına qızıl-zinət əşyası verməmişdir. Raminin Vüsaləni aldatması məsələsi ortaya çıxandan sonra o, Raminin Vüsalədən aldığı qızılları satıb pulu ilə ona və Vüsaləyə bazarlıq etməsini, gecələrdə dostu Vüsalın deyil, Vüsalənin yanına getdiyini başa düşmüşdür(iş vərəqə: cild Vİ, səh.46-51). Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid16 ifadəsi məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid16 tədqiq olunan həmin ifadəsində məhkəmədə dindirilmiş Şahid15 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir(iş vərəqə: cild Vİ, səh.52-55). Cinayət işinə məhkəmə baxışı zamanı, həmçinin şahid qismində dindirlən Şahid17 ifadəsində göstərdi ki, o, baxılan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 təxminən 20 ildən artıq bir müddətdə tanımış, onunla dostluq etmişdir. 2021-ci ilin yay ağlarında Azər ona zəng edib dostu ilə iş görmək istədiyini demiş, buna görə ona təcili olaraq 3000 manat pul lazım olduğunu, 10-15 gün müddətinə aldığı pulu qaytarıb verəcəyini bildirmişdir. O, etiraz etməmiş, növbəti gün başqa yerdən, daha doğrusu qaynanasının ansından pul tapıb Azərin özünün xahişi ilə həmin pulu Nərmanov rayonu ərazisində baxılan iş üzrə təqsirləndirilən şəxs Ramin adlı şəxsə vermişdir. Həmin vaxt Ramin tanışlıqdan sonra danışmağa başlamış, Azərlə yaxşı bir iş görəcəklərini və onların vəziyyətinin yaxşı olacağını demişdir. Ramin onlara yaxşılıq etdiyinə görə onu ayrıca hədiyyə gözlədiyini bildirmiş, 10-15 gün müddətində pulu qaytaracaqlarını demiş və ona təşəkkür etmişdir. Aradan 15 gün keçsə də, Ramin pulu qaytarmamışdır. O, Azərə zəng edib həmin pulu vaxtla aldığını demiş, qaytarılmasını istəmişdir. Azər isə Raminin həmin pulu 2-3 günə qaytaracağına söz verdiyini demişdir. Bundan sonra Azər bir neçə dəfə onun iş yerinə gəlib Ramini soruşmuşdur. O, Azərdən Raminin telefon nömrəsini alıb dəfələrlə ona zəng edib onunla danışsa da, Ramin gündə bir bəhanə gətirərək vaxtı uzatmışdır. Aradan təxminən 2 ay keçmiş Azər ona zəng etmiş, təcili borca 3000 manat pul lazım olduğunu demiş, Raminin həmin pul tapılıb verməyəcəyi təqdirdə əvvəl verilən pulların batacağını demişdir. Azərin deməsinə görə Raminin dostu ona bank vasitəsi ilə 750.000 ABŞ dolları pul göndərmiş, həmin pulun bankda qaldığını, pulu Raminin çıxarması üçün dəfələrlə pul verdiyini, istədiyi 3000 manat pul verilmədiyi halda onun Raminə verdiyi pulların batacağını demişdir. O, verdiyi pul batmasın deyə, məcbur olub dayısı oğlu Samirdən borca 3000 manat pul alıb Nərimanov rayonu ərazisində Azərə verəndə Ramin də gəlib ora çıxmışdır. O, Raminə aldığı3000 manatı 10-15 günə qaytaracağına söz versə də, qaytarmayıb üstəlik yenə pul istəməsini, pulu başqasından alıb ona verdiyini demiş, indi də başqa bir qohumundan borca alıb yenə pul verdiyini bildirmişdir. Ramin zibilə düşdüyünü, onu öldürə biləcəklərini demiş, axşama qədər 3000 manat pulu çatdırmasa, bankda donmuş 100.000 ABŞ dolları pulun batacağını bildirmişdir. O, Azərə görə 3000 manat pulu cibindən çıxarıb Azərə vermis, Azər də onun verdiyi 3000 manat pulu Raminə verib tez qaytarmağı, onu dostun, qohumların yanında pis etməməyi tapşırmışdır. Ramin növbəti gün pulların hazır olacağını demiş, onlardan aldığı pulları artıqlaması ilə verəcəyini bildirmiş və pulu alıb, tələsik çıxıb getmişdir. Bundan sonra Ramin yenə bir bəhanə gətirib pulunu qaytarmamışdır. O, dəfələrlə Raminə zəng edib pulunu istəsə də, bir nəticəsi olmamışdır. O, Azərə birlikdə Raminin valideyinlərinin üstünə gedib pulu istəmələrini təklif etmiş, lakin Azər razı olmamış, Raminin ona söz verdiyini demiş, bir az səbirli olmasını xahiş etmişdir. Şahid qismində dindirlən Şahid17 ifadəsinin davamında göstərdi ki, aradan yenə 2 aya yaxın vaxt keçmiş, Azər ona zəng edib, Raminə vermək üçün yenə ondan pul istəmişdir. Lakin o, pul vermək istəməmiş, Raminin ona birgə biznes qurmaq üçün 300.000 ABŞ dolları pul verəcəyini demişdir. O, Azərə görə məcbur olub, yaxınlarından pul toplayıb 2000 manat düzəltmiş və onun iş yerində 2000 manat pulu Azərə vermis, o da həmin pulu Raminə vermişdir. O, bununla da Azərin xahişi ilə Raminə 8000 manat pul vermişdir. O, Azərə Raminin dələduz olduğunu, düzgün adam olmadığını, onu aldatdığını desə də, Azər Raminin düzgün adam olduğunu, onun evində olmasını, Raminin onu atası ilə onu tanış etdiyini, Raminin namaz qıldığını, onu aldatmayacağını demişdir. Ramin bir müddətdən sonra gözə görünməmiş, onun telefonuna dəfələrlə zəng etsə də, ona zəng çatmamışdır. Təxminən il yarım bundan əvvəl nənəsinin ayağı sınmış, o, xəstəxanada müalicə olunan zaman ona pul lazım olmuşdur. O, Azərə zəng edib nənəsinin xəstəxanada olduğunu, ona verdiyi pulun 3000 manatı nənəsinin pulu olduğunu, onun müalicəsi üçün pul lazım olduğunu demiş və pulu istəmişdir. Azər isə Ramindən pulu ala bilmədiyini, onun 8000 manat pulundan əlavə özünün başqalarından da pullar alıb Raminə verdiyini bildirmişdir. Azər ona təcili pul qaytarılmalı olduğunu görüb özünün Cəlilabad rayonda olan torpaq sahəsini satıb onun verdiyi 8000 manat pulun hamsını qaytarmışdır. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 aldadıb 60.000 manat pulunu ələ keçirdiyini son vaxtlar öyrənib bilmişdir. Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş X23 ifadəsi məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, şahid Nahid Ağayev tədqiq olunan həmin ifadəsində məhkəmədə dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3lə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, ifadəsində Zərərçəkmiş şəxs3 iş qurması məqsədilə Ramin adlı Masallı rayonundan olan bir tanışına verməsi üçün ondane 1.537 manat borca pul aldığını və həmin pulunun ona qaytarılmadığını göstərmişdir(iş vərəqə: cild V, səh.150- 153). Məhkəmə baxışı zamanı tədqiq olunan zərər çəkmiş Zərərçəkmiş şəxs1 iştirakı ilə hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, onun əri Zərərçəkmiş şəxs2 məxsus 20000 manat və 5000 ABŞ dollarını 07 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi, «Binə» Ticarət mərkəzinin ərazisində avtomobil dayanacağının ərazisində Təqsirləndirilən şəxs verməsi dəqiqləşdirilmişdir(iş vərəqə: cild İ, səh.14-17). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan qəbz sənədindən görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs1 məxsus və Astara rayonunda «Blanco» oteldə qalmış əşyalar Bakı şəhəri, Yasamal RPİ-nə gətirilərək müstəntiq Elçin Süleymanov tərəfindən qəbzlə zərər çəkmiş şəxsin atası Şahid1 təhvil verilmişdir (iş vərəqə: cild İ, səh.34). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası DİN, Baş Dövlət Yol Polisi idarəsindən alınmış xx.xx.2023-cü il tarixli 2-127854/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs adına nəqliyyat vasitəsi qeydiyyatda yoxdur(iş vərəqə: cild İİ, səh.13). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Şahid1 özü və oğlu Şahid2 Təqsirləndirilən şəxs ilə mobil telefonunda aparılmış “Watshapp” yazışmalarından və Təqsirləndirilən şəxsla onun atası Şahid6 arasında aparılan telefonda danışıqlarına dair açıqlamalardan görünür ki: Şahid2 Təqsirləndirilən şəxs +**********6 nömrəsinə xx.xx.2022-ci ildə, saat 09:15də yazır; «Salam sabağınız xeyir, demişdiniz bu gün görüşək saat neçədə, harada görüşə bilərik», Ramin-xx.xx.2022-ci ildə saat 19:34-də «Salam hər vaxtın xeyir üzürlü say başım qarışıqdı əlaqə saxlayacam narahat olma qardaş bir iki gün içində məsələni tam həll edəcəyəm», Cəlil- saat 19:35 «Salam oldu qardaş narahat olma» Ramin saat 19:36 « Allah haqqı şəhərdən kənardayam, amma narahat olma qətiyyən» Cəlil saat 19:36-da səsli mesaj göndərir. Ramin saat 19:36-da səsli mesaj göndərir. Ramin saat 19:42-də səsli mesaj atır. xx.xx.2022- ci il Cəlil «Çox sağol qardaş allah razı olsun inşallah sağ-salamat gəl görüşərik» Ramin «Var ol», Ramin «Salam necəsən cümən mübarək qardaş» Cəlil «Salam şükür yaxşıyam yaxşı olasan, çox sağol qardaş sənin də cümən mübarək olsun» Saat 10:18 «Bahəm qardaş var olasan» xx.xx.2022 saat 18:53 Cəlil «Salam qardaş vaxtın varsa görüşək» Ramin saat 23:40-da Cəlilin profilində uşaqların şəklinə yazır «Allah saxlasın» Cəlil saat 23:40-da «Çox sağol allah razı olsun» və sonra səsli mesaj atır» , sonra zəng atır Ramin cavab vermir. xx.xx.2022- ci il saat 08:24-də Cəlil yazır « Üzürlü say əlim dəyib zəng gedib» Ramin 8:34-də yazır «Salam eybi yoxdur» xx.xx.2022- ci il Cəlil Raminin statusunda avtomobil şəkli görüb yazır ki, «sənin avtomobilindir qardaş» Ramin saat 14:48-də cavab yazır «Salam qardaş hə şükür allaha, salamatçılıqdır, hə qardaş mənim maşınımdır» Cəlil 14:52«Təki can sağlığı olsun» Ramin 14:52«Çox sağ ol» Cəlil 14:52 «Allah köməkində olsun» Ramin «Öpürəm qardaş» xx.xx.2022- ci il Cəlil 11:32 «Salam məlöyküm qardaş bu gün alınacaq görüşmək» Ramin «Salam məlöyküm qardaş necəsən» Cəlil «Şükür yaxşıyam sən necəsən» Ramin «Min şükür yaxşıyam» «Hə inşallah qardaş xəbər edəcək o, o qardaşla birgə gələcəm, xəbər edən kimi sənə deyəcəyəm» Cəlil 11:54 «inşallah, oldu qardaş çox sağ ol» Ramin «Başqa salamatçılıqdı, qulluğundayam» Cəlil «Şükür hər şey qadasındadır» Ramin «Lap yaxşı» Cəlil «Çox sağol allah razı olsun» Ramin «Hələlik görüşərik inşallah» Cəlil «inşallah» xx.xx.2022- ci il Cəlil saat 18:19-da «Salam qardaş necəsən narahat etmədim bu gün alınacaq görüşmək» Ramin «Salam qardaş əlaqə saxlayacağam səninlə olar? Salamatçılıqdır» Cəlil «Olar problem yoxdur» Ramin «Lap yaxşı» xx.xx.2022- ci il Cəlil saat 20:14 «Salam əlöyküm axşamın xeyir qardaş, narahat etmirəm» Ramin «Əlöykü salam hər vaxtın xeyir, xoşdur necəsən», «Bir az işim var çalışaram tez həll edib gəlim» Cəlil «Oldu qardaş» Ramin 23:10- «Üzürlü say qardaşım bu gün» Cəlil «Canın sağ olsun», «Yox buyur» xx.xx.2022- ci il Cəlil 19:31 «Salam məlöyküm qardaş» xx.xx.2022 Cəlil 17:51 «Salam əlöyküm qardaş necəsən üzürlü say bayaq sənə səf zəng getdi» Ramin 19:12 «Salam qardaş sağol sən necəsən» «Yatmısan, Zərifxanımda yığıb səf etmirəmsə, o da, yığıb, əlaqə qurum onunla ağratnı yığaram səni» Cəlil «Oldu qardaş» Cəlil 21 16 «Səsli mesaj» Ramin 21:54 « Salam qardaş Zərif x.açmır onunla danışım, soram görüşək görüm nə məsələdir mənimlə danışmaq istəyir» «açmır zəngimi» «deimişəm dostuma Zərif x.mənimlə əlaqə yaratsın niyə mənimlə danışmaq istəyir» Cəlil «Bilmirəm qaqa» Ramin «Gözləyirəm xəbər edəcəyəm sənə səbirli ol» «biraz» xx.xx.2022- ci il Ramin saat 19:40-da «Salam hər vaxtın xeyir necəsən qardaş Zərif xanımla danışdım başım qarışıqdır xəbər etmək yadımdan çıxmışdır» Cəlil «Salam şükür yaxşıyam sən necəsən» Ramin «inşallah vaxt edəcəm rahat görüşəcəyik narahat olma» «min şükür yaxşıyam çox sağol qardaş» Cəlil «Oldu qardaş nə vaxt istəsən xəbər edərsən görüşərik problem yoxdur ki» Cəlil 19:46-da «Səsli mesaj göndərir» Ramin «İnşallah» xx.xx.2022- ci il Ramin 23:03 «Salam qardaş axşamın xeyir necəsən» Cəlil «Salam qardaş hər vaxtın xeyir şükür yaxşıyam sən necəsən» Ramin « Şükür allaha yaxşıyam, sabah inşallah aşuradır məsçiddə olacağam, çıxandan sonra əlaqə saxlayacağam səninlə» Cəlil «inşallah qardaş» «Mənə bir saat qabaqcadan xəbər edə bilərsənmi zəhmət olmasa» Ramin «inşallah» Cəlil «işdən icazə alım» «Çox sağol allah razı olsun» Ramin «Sözün qulluğun» Cəlil «Soğ sağ ol qulluq sahibi olasan mən qulluq edim» «Çox sağol allah razı olsun» Ramin «Gecən xeyrə qalsın» xx.xx.2022-ci il Cəlil saat 12:56 «Salam məlöyküm qardaş necəsən, bu gün alınar görüşmək» Ramin «Əleyki salam sən necəsən, namazdayam çıxım əlaqə saxlayacağam» Cəlil «Oldu qardaş allah qəbul etsin» Ramin «Var ol, çox sağol, hə görüşəcəyik inşallah, saat 7-dən sonra yaşamalda olacağam inşallah» Cəlil «Səsoi mesaj göndərir» Ramin 13:47 «Oldu qardaş, qardaş bir saat qabaq xəbər edəcəm» Cəlil «Çox sağol» «1 dədiqəyə yığaram» Ramin «ok.tələsmə» xx.xx.2022 Cəlil «salam qardaş yağxıyam, yaxşı olasan, oldu narahat olma» Ramin «Salam» «Allah haqqı çox vacib işim var həll edirəm həll edim gedib gətirib özüm verəcəm axşam, elə bil özündədir, hazırlanıb pul, Narahatçılıq yoxdur» Cəlil «Oldu qardaş gözləyərəm» Ramin «Rahat ol hələlik» Cəlil 16:52 «Hələlik» Ramin 22:00 «Salam axşamın xeyir qardaş allah haqqı vaxt edə bilmirəm bu gün sabah inşallah həll edərəm boş olacam zəngləşib görüşərik, yığarsan məni» Cəlil «Gözləyim» Ramin «Qaqa Dubayla danışıram əlaqə saxlayaram səninlə» Cəlil 23:13 «Oldu» Ramin 23:35 «Qardaş sağ-salamat çat, atanla danış dəqiq mənə bildir, sabah mənə de, hazırlıqlı gəlim, amma tam bir fikirdə olmaq lazımdır» Cəlil «Oldu qardaş» Ramin «Sabah qardaş incimə tam bir fikir mənə deyin, atanın nömrəsi də, var məndə» xx.xx.2022- ci il Ramin «Salam hər vaxtın xeyir necəsən qardaş, bir az işim yoxdur bir saata yığaram sənə» «Qardaş gəlməmişdən 1 saat qabaq sənə bildirəcəyəm inşallah gələcəm» Cəlil «inşallah İnşallah» Ramin «***-***-**-** nömrəsini atıb budu atanın nömrəsi» Cəlil «Bəli» səsli mesaj yazır. Ramin «Sənə bir saat qabaq yazacağam. Cəlil «Oldu», səs atır. xx.xx.2022 Ramin «Narahat olma tam rahat ol» «Axaşamın xeyir qardaş hələ gəlməmişəm işim uzun çəkir allahın köməkliyi ilə gələcəm rahat özüm görüşüb təhvil verəcəm sizə işlə bağlı, başım qarışıqdır» «Başım qarışıqdır» «Hazırdı pul da evdə, narahat olmayın o pul allah haqqı sizindir bir balaca işimlə bağlı problemim vardı həll edib qayıdıcığım» Cəlil 23:20 «Axamın xeyr qardaş bizə görə narahat olma təki sənin işində problem olmasın» Ramin «174.000 azn puldu» «Sadəcə iranla bağlı problemim vardı yoluna düşür, şükür allaha, sadəcə narahat olmayın özüm də, sizə görə narahatam vallah» Cəlil «Çox sağol allah razı olsun, allah köməyində olsun, allah səni xətadan baladan qorusun» Ramin «Elə bil özündədir, varolasan» Cəlil «Ata səndən xəbər gözləyirdi dedim ki, gözləməsin bu gün» Ramin «Çox pis oldum üzürlü sayın siz allah» Cəlil «Eybi yoxdur canın sağ olsun» Ramin «Hər halda başa düşərsiniz» Cəlil «Təki sənin problemin həll olunsun» Ramin «Həll olur inşallah» «Sən işdəsən hə» Cəlil 23:26 «Hər şey qaydasındadır, hə işdəyəm» Ramin «Xəbər gözləyirəm, allah amanında sağ ol qardaş» Cəlil «Çox sağol qardaş, sabah səndən xəbər gözləyirəm» Ramin «inşallah» xx.xx.2022- ci il Cəlil «Səsli mesaj» göndərir. Ramin 08:09 «Salam qardaş şükür həll olunur cının sağlığı, qardaş var olasan» Cəlil «Hər şey qaydasındadır, problem yoxdur ki» Ramin «Yox, çox sağol qardaş» Cəlil «Bu gün alınacaq görüşmək» Ramin «inşallah aldıracam görüşməyi, bilirəm narahatsan qardaş» Cəlil 13:33 «Qardaş necəsən salamatçılıqdır» Ramin «hə qardaş» xx.xx.2022 Ramin «Salam axşamın xeyir qardaş mən şəhərdəyəm» xx.xx.2022 Cəlil «Salam qardaş sabahın xeyir necəsən narahat etmirəm bir vaxt təyin elə mən də, işdən icazə alım məsələni həll edək» Ramin «Salam hər vaxtın xeyir yaxşı, narahat olma əlaqə saxlayacağam» Cəlil «oldu qardaş» xx.xx.2022 Cəlil «Salam necəsən səsin sorağın gəlmir salamatçılıqdır, narahat etmirəm ki» Ramin «Əlöykü salam sən necəsən, xoşdur» Cəlil «Şükür yaxşıyam yaxşı olasan allah köməyində olsun» Ramin «Belə edək beşinci gün cümə günü görüşək mən gələ bilməyəcəm sən namazdan sonra zəng vur, görüşək verim bir işim var onu bitirirəm, Amin də, burdadır» Cəlil «Oldu qardaş allah razı olsun bir problem yoxdur ki, zəng vuraram» Ramin «Oldu qardaş öpürəm,hələlik, çoğ sağol xx.xx.1989-cu il bu tarixdə ad günündü sənin bilirəm» Cəlil «Çox sağol» Ramin «Səndə sağol» xx.xx.2022 Ramin 18:25 «Salam qardaş yığacam səni, Amin yanıma gəlir çatsın yığacam səni» Cəlil «Oldu qardaş» Ramin «Birəz ola bilər ki, gec gəlsin ona görə dedim» Cəlil «Oldu» «Qardaş görüşə biləcəyik» Ramin «Salam özü sabah səni yığacaq Amin» xx.xx.2022 Ramin «Qardaş vacib işlərim var yoluna qoyum əlaqə quracam səninlə hər gün Zəriflə danışıram münasibətim yapxdır onunla da, narahat olma» Cəlil «Səsli» mesaj xx.xx.2022 Ramin «Kişi deyəsən məndən inciyib çox soyuq danışırdı, belə salamatçılıqdır» Cəlil «Səsli meçij göndərir» Ramin «Təki salamatçılıq olsun» Cəlil «Səsli mesaj» xx.xx.2020 Cəlil «Salam qardaş sabahın xeyir, nəysə problem var, oxuyursan cavab yazmırsan dünəndən xəbər çıxmadı sizdən» Ramin «Səsli mesağ atır» Cəlil «Oldu narahat olma vaxtın olanda zəng edərsən» Ramin «Səninlə görüşəcəm narahat olma» Cəlil 13:21 «Səsli mesaj» Ramin «Oldu» Cəlil 16:38 «Qardaş dəqiq görüşəcəyik bu gün» Ramin «Qardaş yığacam səni inşallah» xx.xx.2022 Cəlil 19:51«Salam çox narahatam ya görüşək, yada danışaq görüm nə məsələdir niyə bu qədər uzanır ya həll edək, yada bir dəfəlik bağlayaq bu söhbəti mən də, işimi bilim qardaş» Ramin «Bağlamaq söhbəti yoxur, olmayacaq, bir az səbirli ol yığacam» Cəlil «Oldu gözləyirəm saat neçə olsa yığ, yada hara istəyirsən de, gəlim görüşək xx.xx.2022-ci il Cəlil 11:05 «Salam əlöyküm qardaş sabahın xeyir demişin birinci gün saat 11-də zəng eylə» saat 18:26 «Salam axşamın xeyir bununla neçənci dəfədir ki, belə olur zəng edib deyirsən gələcəm, yada gəl əmanəti götür, sonra da, xəbər çıxmır bu uje uşaq başı aldatmaqdır, hörmətsizlikdir, nə mən uşağam, nə də, sən alınmır deynən alınmır mən də, işimi bilim, mənim də, işim var, gücüm var, ailəm var, mən bu məsələnin alınmayacağına inanmışdım sən söz verdin, and verdin axırıncı danışığımızda, halallıq verdin ki, əmanət sənindir gəl götür, bui ş çox uzandı incimə qaqa bundan sonra nə sən məni narahat elə, nə də, mən səni narahat edəcəyəm.Allah köməyində olsun, allah işini avand etsin. Ramin Vüsalənin mobil telefonuna bir kişi şəkli göndərib «Nazim» adlı dostunun şəkli olduğunu demişdir.Həmin şəkili 1 vərəqdə çap edilərək təqdim etdi. Mehti Həmidovun ***-***-**-** Təqsirləndirilən şəxs+**********6 nömrəsi ilə olan telefon wootsab yazışmaları. xx.xx.2022 Mehdi saat 21:55 «Nə oldu göndərmədiniz» «Çatmadınız evə» xx.xx.2022 Mehti 14:17-də Raminə «Səsli mesaj» göndərirərək bildirir ki, mənə Zərifin nömrəsi lazımdır, onunla əlaqə qurmaq istəyirəm». Ramin xx.xx.2022-də saat 09 «Salam hər vaxtınız xeyir, bu votsapı çox işlətmirəm olar görüşmək» Ramin 14:03«Salam işdəyəm, saat 6-dan sonra yığın» Mehdi «Ok.» Mehti saat 09:01-də «Səsli mesaj olar mən səninlə görüşmək istəyirəm Rusyaya pul göndərmək istəyirəm, həmdə elə-belə görüşək söhbət edək» Ramin «Baş üstə görüşərik» Mehdi «Səsli mesaj göndərir-pul göndərmək və Zəriflə bağlı səs atır» Ramin «Baş üstə müəllim» Mehdi «Oldu» xx.xx.2022 Mehdi «Salam» yazır, Ramin cavab vermir. Yadşa kartında olan dialoqdan məlum olur ki, həmin dialoq Şahid1 ilə Şahid6 arasında olur.Mehdi isaqa zəng edib oğlunun düzgün hərəkət etmədiyini, qızının ailəsini dağıtdığını deyir.Söhbətin məzmunundan belə alınır ki, isaq oğlunun hərəkətlərinə görə şikayət etməməsini oğluna görə 12.000 manat pul vermək istədiyini bildirir. Bunban başqa həmin yaddaş kartında Mehdinin Raminin telefonuna atdığı səs yazıları var. Eyni zamanda Cəlilin Raminin mobil telefonlarına göndərdiyi səs mesajları vardır(iş vərəqə: cild İİ, səh.130-195). İşdə olan və məhkəmə öaxışı zamanı tədqiq olunan baxış və götürmə aparılmasına dair protokoldan görünür ki, Astara rayonu 1 may küçəsində yerləşən «Blanco» otelində qalmış Təqsirləndirilən şəxs məxsus 1 cüt qara rəngli ağ zolaqlı «Vander fu11» idman ayaqqabısı, zoğalı rəngli «nozfeyz» köynəyi, 1 ədəd qara rəngli «Aozzrt» dəri gödəkçə təzə vəziyyətdə, 1 ədəd boz-zoğalı kişi şalvarı, 1 ədəd qara rəngli dəftərçə-yazılmamış vəziyyətdə, «Kgtel» markalı üzərində nömrəsi olmayan mobil telefon, həmin telefona aid elektirik ötürücüsü, «Redmi» markalı qulaqcıq, 1 ədəd duxi, 1 ədəd sarı rəngli «JPSS» qalın gödəkçə, 1 ədəd qara rəngli poliveri Şahid3 götürülərək istintaq materiallarına əlavə edilmişdir(iş vərəqə: cild İİ, səh.127). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş 31 oktyabr 2023-cü il tarixli 3-21-3-02/2- 12981/ 2023 nömrəli arayışdan görünür ki, ünvan 17 ünvanında yerləşən 154 nömrəli mənzil üzərində Zərərçəkmiş şəxs1 adına mülkiyyət hüququ qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs Masallı rayonu, Köhnə Alvadı kəndində yerləşən o, 67 ha və 0,0600 ha torpaq sahələri üzərində ümumi birgə mülkiyyət hüququ qeydiyyata alınmışdır(iş vərəqə: cild İİ, səh.232). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1 ədəd «X43» markalı **********01350 və **********01358 imei kodlu, üzərində ***-***-**-** nömrəsi olan mobil telefon, 1 ədəd çəhrayı rəngli «Bolum» markalı qadın qol saatı və bir ədəd qara parlaq metaldan olan «Curren» markalı kişi qol saatını təqdim edib həmin telefonla və üzərindəki nömrə ilə Zərərçəkmiş şəxs1 ilə danışdığını bildirmiş, qadın qol saatını Zərərçəkmiş şəxs1 25 manata, kişi qol saatını isə özünə 25 manata aldığını göstərmiş və təqdim olunan həmin əşyalar protokolla götürülərək istintaq materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İİ, səh.236). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması haqqında protokoldan görünür ki, o, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 107 ünvanında yerləşən «Laçın» Ticarət Mərkəzinin 3-cü mərtəbəsində yerləşən qızıl şöbəsində qızıl qəbulu və satışığ mağazasında işləyən X21 Zərərçəkmiş şəxs1 verdiyi qızılları iki dəfəyə satdığını bildirirmişdir. Təbriz Abbasov şahid qismində ifadə verərək 12 noyabr 2023-cü il tarixdə əvvəldən tanımadığı Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi ilə qızıl-zinət əşyalarını aldığını göstərmişdir və Təqsirləndirilən şəxs aldığı qızılların şəkillərini mobil telefonundan çap edərək istintaqa təqdim etmişdir. Həmin fotoşəkillər protokolla götürülmüşdür.Həmin şəkil zərərçəkmiş Vüsalə Hmidzadəyə təqdim edilmişdir.O, şəkildə olan qızıllar, yəni bir ədəd üzərində uğur böcəyi dairəvi klonu olan boyunbağının qızı Zəhraya məxsus olduğunu, 1 ədəd nazik toxuma formalı qızıl qolbağnın və üzərində dini yazıları olan klonlu boyunbağının isə ona məxsus olduğunu, həmin qızılları digər qızılları ilə birlikdə Təqsirləndirilən şəxs onu aldadıb lombarda girov qoyub pul götürüb «Nazim» adlı şəxsə vermək adı ilə ondan aldığını göstərmişdir. X50 Məmmədovdan 12 noyabr 2022-ci il tarixdə qızıl-zinət əşyalarını sonuncunun şəxsiyyət vəsiqəsi ilə aldığını təsdiq edən 2 ədəd kompyuterdən çap olunmaqla çıxarılıb istintaqa təqdim etdiyi şəkillər protokolla götürülərək cinayət işinə əlavə edilmişdir(iş vərəqə: cild İİ, səh.237-243). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan götürmə aparılması haqqında protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi «Redmi Note 11» markalı, imei kodu **********83927; **********83935 olan mobil telefonu, üzərində ***-***-**-** nömrəsi ilə birlikdə, həmçinin onun Təqsirləndirilən şəxs verdiyi qızılzinət əşyalarının sübutu kimi həmin qızıl-zinətr əşyaları ilə onun özünün və qızı Zəhranın fotoşəkilləri (hansı ki, X50 Məmmədovun şəxsiyyət vəsiqəsi yanında olan qızıllarla eyni olduğundan), Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ********** nömrəsindən xx.xx.2023cü il tarixdə göndərdiyi «Mənə cv ver» SMS, Təqsirləndirilən şəxs həmin tarixdə Zərərçəkmiş şəxs1 nömrəsinə ***-***-**-** nömrəsindən 4 dəfə saat 18:49, 18:59, 21:40, 21:43-də zəng etməsi, xx.xx.2023-cü il tarixdə ***-***-**-** nömrəsindən saat 22:56, 22:58, 23.02-də zəng etməsini əks etdirən 02 vərəqdə SMS yazışmaları protokolla götürülərək cinayət işinə əlavə edilmişdir(iş vərəqə: cild İİİ, səh.1-11). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kompüter-texniki ekspertizasının 28 dekabr 2023-cü il tarixli 3-16-16/2- 5/1648/2023 nömrəli rəyindən görünür: 1 .Təqdim edilmiş bir ədəd sensor ekran və «Android 13» əməliyyat sistemi ilə təchiz olunmuş «X57 11» markalı 2201117TG» mobelli və «**********83927», «**********83935» imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir». Təqdim edilmiş bir ədəd sensor ekran və « Android 5.1.1» əməliyyat sistemi ilə təchiz olunmuş « X51 Grand Prime» markalı «SM-G531N» mobelli «**********01350», «**********01358» imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir.
2. Təqdim edilmiş «X57 11» markalı 2201117TG» mobelli və « X51 Grand Prime» markalı «SM-G531N» mobelli mobil smartfonların yaddaşlarında «7.65.0.247 versiyalı UFED 4 PC» adlı proqram təminatı vasitəsilə əldə edilmiş hal-hazırda mövcud olan və pozulmuş məlumatlar ( kontaklar, zənglər, «SMS» mesajlar, audio, foto, video fayıllar və s.) əsasında tərtib edilən ( Report-Hesabat) hesabat « Ekspertiza 5-1648» adlı qovluqda üç ədəd «DVD-R» tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə olundu.
3. Tədqiq olunan «X57 11» markalı «2201117TG» modelli mobil smartfonun yaddaşında aparılmış bərpa nəticəsində əldə edilən hesabatda «Whatsapp» proqram təminatı üzrə xx.xx.2022-xx.xx.2023-cü il zaman intervalına aid bir ədəd kontaktla aparılmış məlumat mübadiləsinə aid rəqəmsal izlər aşkar olundu.
4. Təqdim edilmiş « X51 Grand Prime» markalı «SM-G531N» mobelli mobil smartfonun yaddaşından əldə edilmiş mümkün olan pozulmuş və mövcud olan məlumatlar daxilində «Whatsapp» proqram təminatında aparılmış məlumat mübadiləsi müəyyən olunmadı(iş vərəqə: cild İİİ, səh.34-39). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan 28 dekabr 2023-cü il tarixli 29885 nömrəli məktubla "xxxx" MMC-də alınmış alınmış 1 ədəd CD diskində olan telefon məlumatlardan və xx.xx.2023-cü il tarixli BKC/LGL-15890\23 nömrəli məktubla "xxxx" MMC-dən alınmış 1 ədəd «CD» diskdə olan məlumatlardan görünür ki, ***-***-**-**, ***-***-**-** nömrələri Təqsirləndirilən şəxs, ***-***-**-**, ***-***-**-**, ***-***- **-**, ***-***-**-** nömrələri Şahid8 adınadır, həmin nömrədən ***-***-**-** nömrəsini Şahid8 özü istifadə etmişdir, ***-***-**-**, ***-***-**-**, 050-802- 33-19 nömrələrini isə Şahid8 Təqsirləndirilən şəxs deməsi əsasında öz adına alıb sonuncuya vermişdir. ***-***- **-** nömrəsi Zərərçəkmiş şəxs3 adına olub sonradan həmin müqaviləyə xitam verilmiş, ***-***-**-** və ***-***-**-** nömrələri Şahid6, ***-***-**-** nömrəsi Zərərçəkmiş şəxs1, ***- ***-**-** nömrəsi Şahid7 adınadır. "xxxx" MMC nömrələrindən- ***-***-**-** nömrəsi Şahid6, 055- ***-**-** nömrəsi isə Zərərçəkmiş şəxs3 adınadır-hansı ki, həmin nömrədən Təqsirləndirilən şəxs istifadə etmişdir.Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən Şahid8 adına olan və Zərərçəkmiş şəxs1 istifadə etdiyi ***-***-**-** və **********19 nömrələri arasında aşağdakı məzmunda SMS yazışmaları vardır: 2 ədəd diskdə olan SMS yazışmalarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 Sadiq oğlunun adına olan ***-***-**-** nömrəsindən istifadə edir, Vüsalə Həmidzayə isə Ramil Məmmədovn dayısı Şahid8 adına olan ***-***-**-** nömrəni verir onlar 14 dekabr 2022-ci il tarixdən 21 dekabr 2022-ci il tarixədək olan müddətdə qarşılıqlı SMS yazaraq bir-birləri üçün darıxdıqlarını, bir-birini sevdiklərini yazırlar. Vüsalə Ramilə tez qayıdıb gəlməsini,onu çox sevdiyini, yanında olmasını istədiyini yazır.Hansı ki, Ramin və Vüsalə həmin vaxtlar Astara rayonunda «Blanco» otelində qalırmışlar.Təqsirləndirilən şəxs Bakı şəhərinə ailəsinin yanına gəldiyi vaxtlarda onlar qeyd olunan telefon nömrələri ilə bir-birinə istək SMS-ləri yazırlar. Bundan başqa, Raminin atası Şahid6 **********01 nömrəsinə Zərərçəkmiş şəxs3 adına olan **********43 nömrəsindən əvvəl «Nazim» adlı şəxs, sonra isə «Vüsal» adlı şəxs SMS yazaraq güya onlar «Səməd» müəllimin vasitəsi ilə Təqsirləndirilən şəxs hansısa bir vəzifəyə işə düzəldirlər. Ramin həmin işə görə «Səməd» müəllimə qonaqlıq verməlidir, bu adla Şahid6 dəfələrlə pul istəyib Təqsirləndirilən şəxs göndərməklə alırlar, bir çox hallarda isə kart nömrəsi deyib həmin nömrəyə yüklədirlər. «Nazim» əvvəl «Vüsalın» tapşırığını yerinə yetirib Raminin yaxşı oğlan olduğuna, keçmişdə «Vüsala» yaxşılıqlar etdiyinə görə «Vüsal» ona, yəni Şahid6 1 milyon ABŞ dolları pul verəcəyini, bağ verəcəyini deyir, əvvəl həmin pulu bağda şəxsən özü atasının yanında təqdim edəcəyini, sonra isə Təqsirləndirilən şəxs göndərəcəyini deyir.Şahid6 dəfələrlə həmin şəxsə telefonda SMS yazaraq yalvarıb onun oğlu Raminin evə gəlməsi üçün şərait yaratmalarını, onun artıq pulu olmadığını, bütün qonşulardan, qohumlardan, tanışlardan borca pul aldığından heç kimin üzünə çıxa bilmədiyini deyir ona yalvarır ki, artıq pul lazım deyil onun borca alıb onlara göndərdiyi pulu versinlər. 2 may 2022-ci il tarixdən 26 dekabr 2022-ci il tarixə kimi olan müddətdə əvvəl «Nazim» adı ilə, sonra isə «Vüsal» adı ilə Zərərçəkmiş şəxs3 adına olan **********43 nömrəsindən Şahid6 adına olan **********01 nömrəsinə SMS yazılaraq pullar alınmışdır.Bir müddət «Nazim» SMS yazaraq Şahid6 pullar alır, sonra isə «Vüsal» SMS yazaraq Nazimi və Ramini pisləyərək pullar istəyib alır.Sonda Şahid6 artıq pulu olmadığını, heç kimdən pul tapmadığını deyir və pul göndərmir.Bundan sonra «Vüsal» telefonda onu SMS vasitəsi ilə hədələyib əlaqəni kəsir.Bununla da,2 ədəd diskdə olan məlumatlara baxış keçirib başa çatdırdım. Hansı ki, istintaq materialdarından və Təqsirləndirilən şəxs ifadəsindəki etirafdan məlum olur ki, Təqsirləndirilən şəxs özü Zərərçəkmiş şəxs3 şəxsiyyət vəsiqəsi ilə **********43 mobil telefon nömrəsini alıb həmin nömrədən «Nazim» və «Vüsal» adı ilə atası Şahid6 SMS yazaraq güya oğlu Ramini «Səməd» müəllim işə düzəltmək adı ilə hissə-hissə pul alıb xərcləyir.Atası Şahid6 pul verməyə razı olduqdan sonra güya «Nazim» adlı şəxs onu pulu almaq üçün göndərir o da, gəlib atasından Nazimə çatdırmaq üçün pul alı rvə ya atasının mobil telefonuna kart nömrəsinin şəkilini ataraq həmin karta pul yüklədir.istintaq materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 «Nazim» adlı dostunun Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş idarədə işlədiyini deyib onun adı ilə Zərərçəkmiş şəxs1 hədə-qorxu gəlib qızılzinət əşyalarını ələ keçirir, sonra isə ərinə məxsus pullarını ələ keçirir. Bundan başqa Təqsirləndirilən şəxs atası Şahid6 aldadır ki, güya Rusiya Federasyasında yaşayan dostu Vüsal ona 1 milyon ABŞ dolları göndəribdir həmin pulu «Nazim» Raminə verməlidir.Eyni vaxtda Zərərçəkmiş şəxs3 də, aldadır ki, «Vüsal» adlı dostu bank vasitəsi ilə ona 750.000 ABŞ dolları göndəribdir, həmin pul onun adına «Milli bank»da dondurulubdur «Nazim» adlı Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsində işləyən işçi həmin pulu çıxarmağa çalışır ona maddi köməklik göstərmək adı ilə Zərərçəkmiş şəxs3 hissə-hissə ümumilikdə 63.000 manat pullarını dələduzluq yolu ilə ələ keçmişdir(iş vərəqə: cild İİİ, səh.42- 47,75-135). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 «Samsung A7» markalı mobil telefonundan çap etdiyi «Nazim» və «Vüsal» adlı şəxslərin ona yazdığı SMS-lərdən görünür ki, Nazim adlı şəxs Zərərçəkmiş şəxs3 qohumunu Sabirabad rayon mərkəzi xəstəxanasında işə düzəltmək adı ilə ***-***-**-** nömrəsindən Azərin ***-***-**-** nömrəsinə SMS yazaraq 3000 manat pul istəyir. Azər isə onun təklifi ilə razılaşır.Nazim işə düzəldəcəyi adamın sənədlərinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərildiyini yazır.Sonra yazır ki, işi birinci günə saxlayıblar, saat 10-da əmri veriləcəkdir. Pulu hazırlamasını, axşam pulu götürməyə maşın göndərəcəyini yazır.Azər qohumunun işini danışdığını, ona razılıq verilibverilməməsini soruşur. Nazim isə razılıq aldığını işi düzəldən adam 300 manat da, güzəşt etdiyini üstündə pul olsaydı özü verəcəkdi deyir. Nazim işi düzəldən şəxsin **********362797 nömrəli Kapital bankın kartını atır ki, Azər 2700 manat pulu həmin karta yükləsin.Azər də, həmin kart nömrəsinə 2700 manat pul yükləyir.Azər Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə xx.xx.2022 il tarixdə yazaraq ona verdiyi pullardan 2300 manat istəyir.Ramin isə saat 7-də bir yerdə olacaqlarını yazır.X58 yazıb ondan 800 manat pul istəyir ki, üstünü də, özü düzəldəcəkdir. Ramin Azərə yazaraq Mərdəkan qəsəbəsində yerləşən Vüsalın villasına getdiyini, onunla saat 6-da görüşəcəyini deyir.Azər saat 22:46da yazaraq onunla saat 6-da görüşməliydi, nə üçün onu aldatdı. Azər xx.xx.2022-ci ildə Raminin nömrəsinə SMS yazıb ondan 3000 manat ona pul verməsini onun artıq borca pul aldığı adamların yanında biabr olduğunu bildirir.Ramin isə dalba-dal yığmamasını gözləməsini yazır. Azər onu aldadıb rayondan Bakı şəhərinə gətizdirib gözlətdirdiyini, onu dolamasını yazır. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 «Leo» bankdan Təqsirləndirilən şəxs **********904137 kartına 2348 manat, sonra isə **********308915 nömrəli kartına 1874 manat 75 qəpik yükləyir. Zərərçəkmiş şəxs3 öz adına olan «Leo Bank» kartından çıxarışı istintaqa təqdim etmişdir. Həmin bank çıxarışından görünür ki, xx.xx.2022-ci ildə 521367++++9038 nömrəsinəlOO manat, xx.xx.2023 tarixdə 552209++++7395 100 manat, xx.xx.2023-ci tarixdə 416974++++3789 karta 500 manat, xx.xx.2023 tarixdə 416973++++1544 101 manat, xx.xx.2023 tarixdə 416973++++9471 karta 101 manat, xx.xx.2023 tarixdə 416973++++8918 101, 50 manat, xx.xx.2023 tarixdə 416973++++0708 karta 404 manat, xx.xx.2023 tarixdə 416973++++6220 nömrəsinə 150 manat, xx.xx.2023 tarixdə 416973++++1458 karta 299, 97 qəpik, xx.xx.2023-cü il tarixdə 416973++++8114 nömrəsinə 200, 120, 50, 125 manat, xx.xx.2023-cü il tarixdə 416973++++8388 nömrəsinə 200 manat, 01,09.2023-cü il tarixdə Elman.Q—100, 300, 100, 10, 100, 40, 40, 130, 100 manat, xx.xx.2023 tarixdə 416973++++9087 nömrəli karta 20, 30 manat, xx.xx.2023-cü il tarixdə 416973++++4130 nömrəli karta 150, 50, xx.xx.2023-cü il tarixdə 416973++++4401 nömrəsinə 300, 50 manat, 08.11,2023-cü il tarixdə 416973++++4499 nömrəsinə 200, 100 manat, xx.xx.2023 tarixdə 412720++++5806 nömrəsinə 200 manat, xx.xx.2023-cü il tarixdə 416973++++8230 nömrəsinə 400 manat, xx.xx.2024-cü il tarixdə 416973+++4260 nömrəli karta 100 manat, 16.01,2024-cü il tarixdə 409858++++5439 nömrəli karta 100 manat, xx.xx.2023-cü il tarixdə Million aparatından 416973++++9048 (B.S.A oğlu) nömrəli karta 500 manat, 24.01,2024-cü il tarixdə **********8114 nömrəli karta (sahibi S.K.Ə) 40 manat, 9.10.2023-cü il tarixdə 50+50+25 Zərərçəkmiş şəxs3 **********806666 ATB, **********974831-Leobank kartı, xx.xx.2024-cü il tarixdə aparatdan **********308915 nömrəli karta 90+215 manat, **********547672 nömrəli karta 50+600 manat, 40**********4733 nömrəli karta 70 manat, **********930248 nömrəli karta 200 manat, xx.xx.2023-cü il tarixdə 16973++++1838 nömrəli karta 371 manat, **********894466 nömrəli karta xx.xx.2023-cü il tarixdə 160+100+50+400 manat, **********508114 nömrəli karta xx.xx.2023-cü il tarixdə aparatdan 100+120 manat, **********502526 nömrəli karta xx.xx.2023-cü il tarixdə 100 manat, **********0633 və **********140633 nömrəli kartlara xx.xx.2023-cü il tarixdə 151 manat, 416975++++5817 nömrəli karta xx.xx.2023-cü il tarixdə 182 manat, 416973++++0040 nömrəli karta xx.xx.2023-cü il tarixdə 500 manat, 416975++++5817 nömrəli karta xx.xx.2023-cü il tarixdə 101+91 manat, **********486235 nömrəli karta xx.xx.2023-cü il tarixdə 90 manat, **********874207 nömrəli karta (D.G.X) xx.xx.2022-ci il tarixdə 300 manat, **********870065 nömrəli karta 300 manat, **********830749 nömrəli karta 18 manat, 416973++++ 9048 nömrəli karta 500 manat, 416973++++0025 nömrəli karta 404 manat, 4169++++0708 nömrəli karta 404 manat, 526163++++0633 nömrəli karta 151 manat, 416973++++1458 nömrəli karta 498 manat, **********986197 nömrəli karta (Əyyubov Kərim) xx.xx.2023-cü il tarixdə 400 manat, 416973++++1544 nömrəli karta xx.xx.2023-cü il tarixdə 100+50 manat, **********700040 nömrəli karta xx.xx.2023-cü il tarixdə 500 manat, 416974++++3395 nömrəli karta xx.xx.2023-cü il tarixdə 400 manat, 531599++++4486 nömrəli karta xx.xx.2023-cü il tarixdə 101 manat, 416973++++7094 nömrəli kartdan **********701745 nömrəli karta xx.xx.2022-ci il tarixdə 400 manat, **********870065 nömrəli karta xx.xx.2022-ci il tarixdə 300 manat, **********874207 nömrəli karta xx.xx.2022-ci il tarixdə 300 manat pullar göndərmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs3 bir ədəd yaddaş kartı təqdim edərək həmin kartda Təqsirləndirilən şəxs və onun atası Şahid6 səs yazısı olduğunu bildirmişdir.Həmin səs yazısına qulaq asdıqda məlum oldu ki, həmin yaddaş kartında 22 ədəd fayl var.Həmin fayıllardan 20-si Ramin ilə Azərin arasında olan dialoqdur, 2 ədədi isə Raminin atası Şahid6la Azərin arasında olan dialoqdur.Həmin sənədlər və 1 ədəd yaşdaş kartı protokolla istintaq materiallarına əlavə edilmişdir(iş vərəqə: cild İV, səh.59-129). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 01 aprel 2024-cü il tarixli 44-2/2-2183 nömrəli məktubla alınmış cavabdan görünür ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 adına xx.xx.2022-ci il tarixdə AZ72AZRT******************** debüt kartı açılmışdır. Zərərçəkmiş şəxs3 adına "xxxx" ASC məxsus **********806666 kartı olmuşdur. Təqsirləndirilən şəxs adına isə "xxxx" QSC-də, "xxxx"ASC-də, "xxxx" QSC-də, "xxxx" ASC-də, "xxxx" ASC-də, "xxxx" ASC-də, "xxxx" ASC-də, "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC-də bank hesabı açılmamışdır. Təqsirləndirilən şəxs "xxxx" ASC, "xxxx"ASC, "xxxx" ASC-də olan bank hesablarından görünür ki, Təqsirləndirilən şəxs adına "xxxx"ASC-də xx.xx.2014-cü ildə AZ02AZEG******************** hesab nömrəsi açılmış, həmin tarixdə 1000 manat kredit verilmişdir. xx.xx.2021 -ci il tarixdə hesab kart bağlanmışdır, hesabda «0» qalıq qalmışdır, həmin dövrdə Təqsirləndirilən şəxs adına AZ02AZEG ******************** hesab nömrəsi açılmış, pul yüklənməmişdir. Təqsirləndirilən şəxs adına "xxxx" ASC 1 saylı filialında xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək AZ24 Güna ******************** kartı olmuşdur. "xxxx" ASC-in xx.xx.2024-cü il tarixli HTİD-OUT-03692-2024 nömrəli cavab məktubundan, məktuba əlavə olunmuş 200 vərəqdən ibarəd hesab çıxarışından və 1 ədəd diskdə olan məlumatlardan görünür ki, 409858******4831 nömrəli kart Zərərçəkmiş şəxs3 (FİN:1L8ROYQ), 409858******7258 nömrəli kart X13(FİN:21GLV3L), 409858******7672 nömrəli kart X14(FİN:4HFMEVP), 409858******1745 nömrəli kart X22 ( FİN:27MY17X) məxsusdur.Həmin kart məlumatlarından görünür ki, Zərərçəkmiş şəxs3 (FİN:1L8ROYQ) məxsus 409858******4831 nömrəli kartdan X14(FİN:4HFMEVP) məxsus 409858******7672 nömrəli karta 17 avqust 2023-cü il tarixdə 50 manat, 11 oktyabr 2023-cü il tarixdə 47 manat pul köçürülmüşdür, X16 adına olan 409858******1745 nömrəli karta xx.xx.2023-cü il tarixdə 130 manat, xx.xx.2023-cü il tarixdə50 manat,xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 125 manat, 300 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 130 manat, 40 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, Təqsirləndirilən şəxs **********308915 nömrəli kartına xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə 10 manat, xx.xx.2024-cü il tarixdə 30 manat, 20 manat, 30 manat, 04.01,2024-cü il tarixdə 30 manat, 20 manat, 50 manat, 55 manat, xx.xx.2024- cü il tarixdə 30 manat, 30 manat,50 manat, 20 manat, xx.xx.2024-cü il tarixdə 50 manat, 70 manat, 30 manat, 07.01,2024-cü il tarixdə 50 manat, 50 manat, 50 manat, 17 manat, 100 manat, 28 manat, 08.01,2024-cü il tarixdə 100 manat, 110 manat, xx.xx.2024- cü il tarixdə 40 manat, 39 manat, 61 manat, 20 manat, 10 yanvar 2024-cü il tarixdə 40 manat, xx.xx.2024-cü il tarixdə 10 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024- cü il tarixdə 25 manat, 15 manat, 30 manat, 10 manat, 19.01,2024-cü il tarixdə 80 manat, 50 manat, xx.xx.2024-cü il tarixdə 50 manat, 21.01,2024-cü il tarixdə 60 manat, xx.xx.2024-cü il tarixdə 49 manat, 23.01,2024-cü il tarixdə 2 manat, 15 manat, xx.xx.2024cü il tarixdə 5 manat, 50 manat pullar köçürmüşdür. "xxxx" ASC- nin 14 iyun 2024-cü il tarixli məktubu ilə daxil olmuş 1 ədəd disk və sənədlərdən aydın olur ki, Təqsirləndirilən şəxs adına həmin bankdan bağlı kartlar olmuş və hazırda aktiv vəziyyətdə olan 524375******6965 nömrəli, 524375******0123 nömrəli aktiv kartlar vardır ki, həmin kartlarda cari hesablar mövcuddur. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixli kredit müqaviləsi ilə 3128,12 manat kredit verilmiş, 21,09.2021-ci il tarixdə banka olan borcu tam ödənilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixli kredit müqaviləsi ilə 1500 manat kredit verilmiş, xx.xx.2016-cı il tarixdə banka olan borcu tam ödənilmişdir. Bankdan xx.xx.2020-ci il tarixdə plastik kartla qısa müddətə Təqsirləndirilən şəxs 524375******0123 nömrəli kartına 846 manat kredit verilmiş və 20.11,2020-ci il tarixədək geri qaytarılmışdır.Həmin karta xx.xx.2020-ci ildə 996 manat yüklənmiş, 02.11,2020-ci il tarixdə həmin məbləğ çıxarılmış, 02.11,2020-ci il tarixdə 98,50 manat yüklənmiş, həmin tarixdə 20 manat çıxarılmış, həmin tarixdə yenə 20 manat çıxarılmış, sonra 56,51 manat çıxarılmış, 04.11. 2020-ci ildə 70 manat yüklənmiş, xx.xx.2020-ci ildə 50 manat çıxarılmış, sonra həmin tarixdə 15 manat çıxarılmış, xx.xx.2020-ci ildə 399 manat yüklənmiş, həmin tarixdə 5, 15, 180, 18, 79, 20, 2, 4, 10, 20,, 3, 1, 13, 48 manat çıxarılmış, 10.11,2020-ci ildə 23,63 manat yüklənmiş, həmin tarixdə göstərilən məbləğ çıxarılmış, xx.xx.2020-ci il tarixdə 48, 50 manat yüklənmiş, həmin tarixdə 13, 23, 11 manat çıxarılmış, xx.xx.2020-ci ildə 20,67 manat yüklənmiş, həmin tarixdə 20,5, 5, 10 manat çıxarılmış, 20.11,2020-ci ildə 480 manat yüklənmiş və həmin tarixdə 480 manat çıxarılmış, 23.11,2020-ci il tarixdə 6 manat, 23, 51, 5, 3, 100, 21, 21, 21, 825, 87, 98, 50 manat yüklənmiş, 5,1, 20, 50, 5,10, 100,20,20, 20, 30, 20, 8, 50, 3, 20, 11, 480, 621, 51, 5, 3, 11, 100, 21, 31, 21, 10, 5, 4 manat çıxarılmışdır, xx.xx.2020-ci il tarixdə 500, 21, 10, 3, 11,6 manat köçürülmüş, 500, 20, 10, 5, 10, 5 manat çıxarılmış, xx.xx.2020-ci il tarixdə 600 köçürülmüş, 6, 28,500, 21, 10, 5, 11, 6, 6, 1, 1 manat çıxarılmışdır. xx.xx.2021-ci il tarixdə 70, 2,1, 50, 700, 3, 200, 707 manat köçürülmüş, həmin tarixdə 70, 2, 50, 700, 7, 7,70, 50, 3, 700, 3, 15, 3 çıxarılmışdır. xx.xx.2021 -ci il tarixdə 100, 8, 1, 5, 160, 1 manat pullar yüklənmiş, 26, 10, 101, 7, 1, 5, 100, 8, 5 manat çıxarılmış, xx.xx.2021-ci il tarixdə 160, 100, 2 manat yüklənmiş, həmin tarixdə 100, 8, 5, 2 manat çıxarılmış, xx.xx.2021-ci il tarixdə 38, 50 manat yüklənmiş, 36 manat çıxarılmış, xx.xx.2021-ci il tarixdə 100, 20 manat çıxarılmış, xx.xx.2021-ci il tarixdə 598 manat yüklənmiş, 20 manat çıxarılmış, xx.xx.2021-ci ildə 170 manat yüklənmiş, 15, 1, 10, 500, 5, 10 manat çıxarılmış, xx.xx.2021-ci il tarixdə 100, 1 manat yüklənmiş, 50, 160, 3, 3, 100, 10, 5, manat çıxarılmış, xx.xx.2021-ci il tarixdə 45 manat yüklənmiş, 20, 25 manat çıxarılmış, xx.xx.2021- ci il tarixdə 299, 10, 5, 22, 441, 3, 2, 25 manat yüklənmiş, 5, 744, 3 manat çıxarılmışdır.Bu qayda ilə karta xx.xx.2021-ci il tarixədək pullar qoyulub çıxarılaraq sonda kartda pul qalığı qalmamışdır. Beləliklə, bank məlumatlarından da, aydın olur ki, Zərərçəkmiş şəxs3 adına olan 409858******4831 nömrəli plastik kartdan X6 adına olan 409858******7258 nömrəli karta, X7 adına olan 409858******7672 nömrəli karta, X16 adına olan 409858******1745 nömrəli və Təqsirləndirilən şəxs adına olan **********308915 nömrəli karta dəfələrlə pullar köçürülmüşdür. Bundan başqa "xxxx" Açın Səhmdar Cəmiyyətindən Təqsirləndirilən şəxs adına 524375******6965 nömrəli, 524375******0123 nömrəli kartlar olmuşdur ki, həmin kartlara dəfələrlə pullar yüklənib, çıxarılmış, hazırda həmin bank hesabında pul qalmamışdır. Təqsirləndirilən şəxs adına olan plastik bank kartlarında 750.000 və ya 1.0000000 ABŞ dolları miqdarında hesab olmamışdır. Bütün bunlar Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib aldadaraq külli miqdarda pulunu ələ keçirməsini bir daha təsdiq edir.Həmin bank məlumatları istintaq materiallarına əlavə edilmişdir (iş vərəqə: cild Vİ, səh.118-246, cild Vİİ, səh.71-117). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan 07 iyun 2024cü il tarixli ərizə və «zərərin ödənilməsi haqqında» protokol və «pul vəsaitinin depozit hesaba qoyulması haqqında» müvafiq qərardan görünür ki, cinayət işinin məhkəməyədək icraatı mərhələsində Təqsirləndirilən şəxs vəkili Müdafiəçi2 ərizə ilə müraciət edərək hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs adından 12.000 (on iki min) manat Zərərçəkmiş şəxs1 yetirilmiş maddi zərərdən ödədildiyini bildirmiş, təqdim olunan 12.000 manat pul Zərərçəkmiş şəxs1 təqdim etmək üçün protokolla götürülərək iş materiallarına əlavə edilmişdir. Tədqiq olunan protokoldan görünür ki, götürülmüş 12.000 (on iki min) manat pul vurulmuş maddi zərərin ödlənilməsi məqsədilə Zərərçəkmiş şəxs1 təqdim olunduqda, sonuncu ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ona 12520 manat, əri Zərərçəkmiş şəxs2 isə 20000 manat və 4600 ABŞ dolları maddi ziyan vurduğunu bildirmiş, onlara yetirilmiş maddi zərər tam ödəmədiyindən təqdim olunan 12.000 manatı pulu qəbul etməmiş, depozit hesaba qoyulmasını xahiş etmişdir. «Pul vəsaitinin depozit hesaba qoyulması haqqında» 07 iyun 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ərizəsi nəzərə alınaraq 12.000 manat pul Bakı Şəhər Baş Polis idarəsinin Maliyyə-Plan şöbəsinin depozit hesabına verilmişdir(iş vərəqə: cild Vİİ, səh.32-39). Ən nəhayət, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs zərər çəkmiş Zərərçəkmiş şəxs1 ilə olan şəkilləri və “WhatsApp” yazışmaları, Şahid1 özü və oğlu Şahid2 Təqsirləndirilən şəxsla olan “WhatsApp” yazışmaları, 01 ədəd yaddaş kartı, 01 cüt qara rəngli ağ zolaqlı «Vanderfu11» idman ayaqqabısı, 01 ədəd zoğalı rəngli «nozfeyz» köynəyi, 01 ədəd qara rəngli «Aozzrt» dəri gödəkçə, 01 ədəd boz-zoğalı rəngli kişi şalvarı, 01 ədəd «Kgtel» markalı üzərində nömrəsi olmayan mobil telefon, 01 ədəd həmin telefona aid elektirik ötürücüsü, 01 ədəd «Redmi» markalı qulaqcıq, 01 ədəd ətir, 01 ədəd sarı rəngli «JPSS» qalın gödəkçə, 01 ədəd qara rəngli poliver, 01 ədəd üzərində ***- ***-**-** nömrəsi olan «X44» markalı **********01350 və **********01358 imei kodlu mobil telefon, 01 ədəd çəhrayı rəngli «Bolum» markalı qadın qol saatı və 01 ədəd qara parlaq metaldan olan «Curren» markalı kişi qol saatı, X39 Məmmədovdan 12 noyabr 2022-ci il tarixdə qızıl-zinət əşyalarını sonuncunun şəxsiyyət vəsiqəsi ilə aldığını və həmin qızılların Zərərçəkmiş şəxs1 məxsus olmasını təsdiq edən 02 ədəd kompüterdən çap edilmiş şəkillər, Zərərçəkmiş şəxs3 təqdim etdiyi telefondan çap edilmiş SMS yazışmaları, bank hesabına olan bank məlumatları, 15 dekabr 2019-cu il tarixli 2 nömrəli torpaq icarə müqaviləsi və torpaq sahəsinin planı-04 vərəqdə, Zərərçəkmiş şəxs3 məxsus bank kartı ilə Təqsirləndirilən şəxs göndərdiyi pulların qəbzəlri, Zərərçəkmiş şəxs3 hansı nömrəli bank kartlarına pul göndərməsini əlyazma şəklində yazdığı siyahı və 01 ədəd yaddaş kartı iş üzrə maddi sübut kimi tanınmış, 01 cüt qara rəngli ağ zolaqlı «Vander full» idman ayaqqabısı, 01 ədəd zoğalı rəngli «nozfeyz» köynəyi, 01 ədəd qara rəngli «Aozzrt» dəri gödəkçə, 01 ədəd boz-zoğalı kişi şalvarı, 01 ədəd «Kgtel» markalı üzərində nömrəsi olmayan mobil telefon və həmin telefona aid elektirik ötürücüsü, 01 ədəd «Redmi» markalı qulaqcıq, 01 ədəd ətir, 01 ədəd sarı rəngli «JPSS» qalın gödəkçə, 01 ədəd qara rəngli poliveri, 01 ədəd üzərində ***-***-**-** nömrəsi olan «X44» markalı **********01350 və **********01358 imei kodlu, mobil telefon, 01 ədəd çəhrayı rəngli «Bolum» markalı qadın qol saatı və 01 ədəd qara parlaq metaldan olan «Curren» markalı kişi qol saatı, 01 ədəd «Samsuny Galaxy A12» markalı mobil telefon, 1 ədəd "xxxx" ASC-yə məxsus **********308915 nömrəli «birbank» kartı saxlanması üçün Bakı Şəhər BPİ-nin Təchizat Şöbəsinin saxlanc yerinə təhvil verilmiş, digər materiallar cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə: cild İİİ, səh.20-30). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgə əmlakını tələb etmə, yəni xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmədə ehtiva olunan, Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsi ilə və özgənin əmlakını təkrarən müxtəlif miqdarlarda, o cümlədən külli miqdarda aldatma və etibardan sui-istifadə etmə, yəni dələduzluq yolu ilə talamada ehtiva olunan, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla təsdiqini tapdığından onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci və 182.2.4-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Təqsirləndirilən şəxs istər məhkəməyədək icraat və ya istərsə də məhkəmə baxışı zamanı özünü qismən təqsirli bilməsi, o cümlədən Zərərçəkmiş şəxs1 barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlməməsi, Vüsalənin Nərman adlı şəxsə borcu olduğundan qızılları özünün satmaq üçün ona verməsi, Zərərçəkmiş şəxs1 özünün əri Zərərçəkmiş şəxs2 məxsus pulları yaşadığı mənzildən götürüb yolda ona verməsi, həmin pulların 20.000 manat və 4600 ABŞ dolları deyil, cəmi 20.000 manata yaxın olması, Zərərçəkmiş şəxs3 63.000 manat deyil, cəmi 37.000 manat pulunu ələ keçirməsi barədə gətirdiyi dəlillər, məhkəmə baxışı zamanı təsdiq olunmadığından, məhkəmə gətirilən dəlilləri cinayət məsuliyyətindən və cəzadan yayına bilməsi üçün təqsirləndirilən şəxs tərəfindən seçilmiş müdafiə taktikası kimi qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci və 182.2.4-cü maddələri ilə tövsif edilməli və Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1ci bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqlarının əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Bundan başqa, “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 dekabr 1998-ci il tarixli Qərarının 1-1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxud onların haqqında rüsvayedici məlumatları yaymaqla və ya onların əmlakının tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunur. Həmin qərarın 3-cü bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulmuş “zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə tələb etmə” əlaməti istənilən xarakterli zorun tətbiq edilməsi hədəsini, o cümlədən sağlamlığa ağır zərər vurmaqla və ya öldürməklə hədələməni ehtiva edir və bu səbəbdən əməlin cinayətlərin ideal məcmusu kimi həm də CM-in 134-cü maddəsi ilə tövsif edilməsi üçün əsas yaranmır. Cinayət məsuliyyətinin yaranması üçün hədənin zərərçəkmiş şəxs tərəfindən real hədə kimi qəbul edilməsi, yəni onun hədənin tətbiq ediləcəyindən ehtiyatlanması üçün əsaslarının olması tələb olunur. Bu zaman təqsirkarın hədənin edilməsindən dərhal sonra və yaxud gələcəkdə zor tətbiq etmək niyyətini ifadə etməsi hədənin real olub-olmaması baxımından qiymətləndirilməsi üçün əhəmiyyət kəsb etmir. Rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. Nəzərə almaq lazımdır ki, hədə-qorxu ilə tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 dekabr 1998-ci il tarixli və 11 iyun 2015-ci il tarixli Qərarlarından irəli gələn və yuxarıda qeyd olunan tövsiyyələr, müəyyən olunduğu kimi, Azərbaycan Respublikası CM-nin 178-ci və 182.2.4-cü maddələrində ehtiva olunan əlamətlər Təqsirləndirilən şəxs cinayət əməlləri ilə üst-üstə düşür. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri (burada: Azərbaycan Respublikası CM-nin 178.3.2-ci və 182.2.4-cü maddələri) müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu Azərbaycan Respublikası CM-nin 178.3.2-ci və 182.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışlarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs iş üzrə zərər çəkmiş şəxslərə cinayət əməli nəticəsində vurulmuş maddi ziyanı qismən ödəməyə cəhd edərək Zərərçəkmiş şəxs1 ödlənilməsi məqsədilə 12.000 (on iki min) manat pulu istintaq orqanına təqdim etmiş, lakin zərər çəkmiş şəxs vurulmuş maddi ziyanın qismən ödənilməsinə razılaşmayıb təqdim olunan pul məbləğini qəbul etməmiş və 12.000 (on iki min) manat məbləğində pul Bakı Şəhər Baş Polis idarəsinin Maliyyə-Plan şöbəsinin depozit hesabına verilmişdir ki, qeyd olunan bu hal Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hal hesab olunur. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Lakin ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci və 182.2.4-cü maddələri ilə ittihai irəli sürülərkən onun qeyd olunan cinayətləri tamah niyyəti ilə törətməsi qənaətinə gələrək veriləçn ittihama daxil etmiş və cinayətin tamah niyyəti ilə törədilməsini cəzanı ağırlaşdıran hal kimi məhkəmə qarşısında təklif etmişdir. Qeyd olunan xüsusatla əlaqədar məhkəmə qeyd edir ki, tamah məqsədi bu halda özgə əmlakını ələ keçirmək məqsədilə oğurluq cinayətlərini törədilməsində ehtiva olunduğundan tamah məqsədi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmamalı və eyni zamanda "cinayətin tamah məqsədilə törədilməsi" əlaməti Təqsirləndirilən şəxs qarşı irəli sürülən və əməlinin tövsif olunduğu ittihamın mətnindən xaric edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun Azərbaycan Respublikası CM-nin 178.3.2-ci və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, sosial ədalətin bərpası, onun islah olunması, həm təqsirləndirilən şəxsin özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci və 182.2.4-cü maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsiplərinə və şəxsiyyətinə uyğun azadlıqdan məhnum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını nəzərə alır və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsi ümumi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 24 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki Təqsirləndirilən şəxs cinayət işinin məhkəməyədək icraatı mərhələsində 24 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2, 158.2.1 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi zərərə görə 12.520 (on iki min beş yüz iyirmi) manat, mənəvi zərərə görə 5000 (beş min) manat pul tələbinə dair mülki iddia qaldırımış, buna görə 142,96 (yüz qırx iki manat 96 qəpik) manat dövlət rüsumu ödəmişdir. Həmçinin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi zərərə görə 27.820 (iyirmi yeddi min səkkiz yüz iyirmi) manat, mənəvi zərərə görə 5000 (beş min) manat pul tələbinə dair mülki iddia qaldırmış və buna görə 188,86 (yüz səksən səkkiz manat 86 qəpik) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə mülki iddiaya dair məsələni müzakirə edib belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsinin sübuta yetməsi və yetirilmiş maddi zərərin ödənilməməsi nəzərə alınmalı, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi zərərə görə 12.520 (on iki min beş yüz iyirmi) manat, mənəvi zərərə görə 5000 (beş min) manat pul tələbinə dair mülki iddiası qismən təmin edilməli, vurulmuş maddi zərərə görə 12.520 (on iki min beş yüz iyirmi) manat, vurulmuş mənəvi zərərə görə 2000 (iki min) manat və ödənilmiş dövlət rüsumuna görə 142,96 (yüz qırx iki manat 96 qəpik) manat– cəmi 14.662,96 (on dörd min altı yüz altmış iki manat 96 qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə mülki iddianın təmini məqsədilə, həmçinin belə nəticəyə gəlir ki, cinayət işinin məhkəməyədək icraatı mərhələsində Təqsirləndirilən şəxs tərəfindən maddi zərərin ödənilməsi məqsədilə təqdim edilmiş və ibtidai istintaq orqanının 07 iyun 2024-cü il tarixli qərarına əsasən Bakı Şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan şöbəsinin depazit hesabında saxlanılan 12.000 (on iki min) manat pul zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 vurulmuş maddi zərərin ödənilməsinə yönəldilməlidir. Bundan başqa, mülki iddia ilə bağlı məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi zərərə görə 27.820 (iyirmi yeddi min səkkiz yüz iyirmi) manat, mənəvi zərərə görə 5000 (beş min) manat pul tələbinə dair mülki iddiası qismən təmin edilməli, vurulmuş maddi zərərə görə 27.820 (iyirmi yeddi min səkkiz yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumuna görə 188,86 (yüz səksən səkkiz manat 86 qəpik) manat– cəmi 28.008,86 (iyirmi səkkiz min səkkiz manat 86 qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1-ci maddəyə əsasən iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2-ci maddəyə əsasən iddianın rədd edilməsi; 354.1.3-cü msaddəyə əsasən iddianın baxılmamış saxlanması. Cinayət işinə məhkəmə baxışı zamanı qanunla müəyyən olunan qaydada mülki iddia qaldırmamış Zərərçəkmiş şəxs3 Sadiq oğluna mülki mühakimə icraatı qaydasında müstəqil mülki iddia qaldırmaq hüququnun olması izah olunmalıdır. Məhkəmə iş üzrə maddi sübutlara dair məsələni müzakirə edib belə nəticəyə gəlmişdir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlara dair məsələ aşağıdakı qaydada həll olunmalıdır: - Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinə saxlanca verilmiş 01 cüt qara rəngli ağ zolaqlı «Vander full» idman ayaqqabısı, 01 ədəd zoğalı rəngli «nozfeyz» köynəyi, 01 ədəd qara rəngli «Aozzrt» dəri gödəkçə, 01 ədəd boz-zoğalı kişi şalvarı, 01 ədəd «Kgtel» markalı üzərində nömrəsi olmayan mobil telefon və həmin telefona aid elektirik ötürücüsü, 01 ədəd «Redmi» markalı qulaqcıq, 01 ədəd ətir, 01 ədəd sarı rəngli, üzərində «JPSS» yazısı olan qalın gödəkçə, 01 ədəd qara rəngli poliveri, 01 ədəd qara rəngli, parlaq metaldan olan «Curren» markalı kişi qol saatı, 01 ədəd üzərində ***-***-**-** nömrəsi olan «X44» markalı **********01350 və **********01358 imei kodlu mobil telefon, 01 ədəd «Samsuny Galaxy A12» markalı mobil telefon, 1 ədəd "xxxx" ASC-yə məxsus **********308915 nömrəli «birbank» kartı Təqsirləndirilən şəxs qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməli; - Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinə saxlanca verilmiş 01 ədəd çəhrayı rəngli «Bolum» markalı qadın qol saatı Zərərçəkmiş şəxs1 qaytarılmalı; - Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə olan şəkilləri və “WhatsApp” yazışmaları, Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs ilə olan “WhatshApp” yazışmaları, Şahid10 Təqsirləndirilən şəxs 12 noyabr 2022-ci il tarixdə qızıl-zinət əşyalarını sonuncunun şəxsiyyət vəsiqəsi ilə almasını və həmin qızılların Zərərçəkmiş şəxs1 məxsus olmasını təsdiq edən 02 ədəd kompüterdən çap edilmiş şəkillər, Zərərçəkmiş şəxs3 təqdim etdiyi telefondan çap edilmiş SMS yazışmaları, bank hesabına olan bank məlumatları, 15 dekabr 2019-cu il tarixli 2 nömrəli torpaq icarə müqaviləsi və torpaq sahəsinin planı - 04 vərəqdə, Zərərçəkmiş şəxs3 məxsus bank kartı ilə Təqsirləndirilən şəxs göndərdiyi pulların qəbzəlri, Zərərçəkmiş şəxs3 hansı nömrəli bank kartlarına pul göndərməsini əlyazma şəklində yazdığı siyahı və 01 ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 140 (yüz qırx) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 314.2, 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə, Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 24 yanvar 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlara dair məsələ aşağıdakı qaydada həll olunsun: - Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinə saxlanca verilmiş 01 cüt qara rəngli ağ zolaqlı «Vander full» idman ayaqqabısı, 01 ədəd zoğalı rəngli «nozfeyz» köynəyi, 01 ədəd qara rəngli «Aozzrt» dəri gödəkçə, 01 ədəd boz-zoğalı kişi şalvarı, 01 ədəd «Kgtel» markalı üzərində nömrəsi olmayan mobil telefon və həmin telefona aid elektirik ötürücüsü, 01 ədəd «Redmi» markalı qulaqcıq, 01 ədəd ətir, 01 ədəd sarı rəngli, üzərində «JPSS» yazısı olan qalın gödəkçə, 01 ədəd qara rəngli poliveri, 01 ədəd qara rəngli, parlaq metaldan olan «Curren» markalı kişi qol saatı, 01 ədəd üzərində ***-***-**-** nömrəsi olan «X44» markalı **********01350 və **********01358 imei kodlu mobil telefon, 01 ədəd «Samsuny Galaxy A12» markalı mobil telefon, 1 ədəd "xxxx" ASC-yə məxsus **********308915 nömrəli «birbank» kartı Təqsirləndirilən şəxs qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin; - Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinə saxlanca verilmiş 01 ədəd çəhrayı rəngli «Bolum» markalı qadın qol saatı Zərərçəkmiş şəxs1 qaytarılsın; - Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə olan şəkilləri və “WhatsApp” yazışmaları, Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs ilə olan “WhatshApp” yazışmaları, Şahid10 Təqsirləndirilən şəxs 12 noyabr 2022-ci il tarixdə qızıl-zinət əşyalarını sonuncunun şəxsiyyət vəsiqəsi ilə almasını və həmin qızılların Zərərçəkmiş şəxs1 məxsus olmasını təsdiq edən 02 ədəd kompüterdən çap edilmiş şəkillər, Zərərçəkmiş şəxs3 təqdim etdiyi telefondan çap edilmiş SMS yazışmaları, bank hesabına olan bank məlumatları, 15 dekabr 2019-cu il tarixli 2 nömrəli torpaq icarə müqaviləsi və torpaq sahəsinin planı - 04 vərəqdə, Zərərçəkmiş şəxs3 məxsus bank kartı ilə Təqsirləndirilən şəxs göndərdiyi pulların qəbzəlri, Zərərçəkmiş şəxs3 hansı nömrəli bank kartlarına pul göndərməsini əlyazma şəklində yazdığı siyahı və 01 ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi zərərə görə 12.520 (on iki min beş yüz iyirmi) manat, mənəvi zərərə görə 5000 (beş min) manat pul tələbinə dair mülki iddiası qismən təmin edilsin. Vurulmuş maddi zərərə görə 12.520 (on iki min beş yüz iyirmi) manat, vurulmuş mənəvi zərərə görə 2000 (iki min) manat və ödənilmiş dövlət rüsumuna görə 142,96 (yüz qırx iki manat 96 qəpik) manat– cəmi 14.662,96 (on dörd min altı yüz altmış iki manat 96 qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Cinayət işinin məhkəməyədək icraatı mərhələsində Təqsirləndirilən şəxs tərəfindən maddi zərərin ödənilməsi məqsədilə təqdim edilmiş və ibtidai istintaq orqanının 07 iyun 2024-cü il tarixli qərarına əsasən Bakı Şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan şöbəsinin depazit hesabında saxlanılan 12.000 (on iki min) manat pul zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 vurulmuş maddi zərərin ödənilməsinə yönəldilsin. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi zərərə görə 27.820 (iyirmi yeddi min səkkiz yüz iyirmi) manat, mənəvi zərərə görə 5000 (beş min) manat pul tələbinə dair mülki iddiası qismən təmin edilsin. Vurulmuş maddi zərərə görə 27.820 (iyirmi yeddi min səkkiz yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumuna görə 188,86 (yüz səksən səkkiz manat 86 qəpik) manat– cəmi 28.008,86 (iyirmi səkkiz min səkkiz manat 86 qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Zərərçəkmiş şəxs3 Sadiq oğluna mülki mühakimə icraatı qaydasında müstəqil mülki iddia qaldırmaq hüquqynun olması izah olunsun. İş üzrə məhkəmə məsrəfləri – 140 (yüz qırx) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.