Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-466/2021 04.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1984-cü il tarixdə Salyan rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməmiş, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.2, 240.3.2 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxxx 2019-cu il tarixdə İran İslam Respublikasının Astara şəhərində istintaqa məlum olmayan mənbədən külli miqdarda tərkibindəki narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan preqabalin güclü təsiredici maddəsinin miqdarı 67,5 qram təşkil edən hər birində 15 kapsul olmaqla cəmi 30 konvalyutda ümumilikdə 450 kapsul “Pregabalin 150” göstəricili dərman preparatlarını tamah niyyəti və satış məqsədilə qəsdən qanunsuz olaraq əldə edərək 1 ədəd sellofan torbanın içərisində yerləşdirib saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasınadək daşımış və həmin tarixdə saat 9 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətinə şifahi, kağız üzərində yazılı və elektron şəkildə bəyan etməməklə qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bundan başqa, o, təkrarən Bakı şəhərində ayrı-ayrı vaxtlarda istintaqa məlum olmayan mənbədən külli miqdarda tərkibindəki narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan preqabalin güclü təsiredici maddəsinin miqdarı 24,450 qram təşkil edən ümumilikdə 80 kapsul “Pregabalin 300 mg” və 3 kapsul “Pregabalin 150 mg” göstəricili dərman preparatlarını, həmçinin, tərkibindəki narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan tramadol güclü təsiredici maddəsinin miqdarı 1,350 qram təşkil edən 6 həb “Tramadol Hydrochloride 225 mg” göstəricili dərman preparatlarını və tərkibindəki metadon narkotik vasitəsinin təsiredici maddəsinin miqdarı 0,018 qram təşkil edən yarım həb metadon narkotik vasitəsini tamah niyyəti və satış məqsədilə qəsdən qanunsuz olaraq əldə etmiş, sahibliyində olan və idarə etdiyi “Chevrolet Cruze” markalı **- SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin müxtəlif yerlərində yerləşdirib saxlamış, daşımış və x xxxx 2020-ci il tarixdə Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu ərazisində saxlanıldıqdan sonra həmin nəqliyyat vasitəsinə keçirilmiş baxış nəticəsində aşkar edilərək götürülmüşdür. Bundan başqa o, zavod üsulu ilə hazırlanmış iki tərəfi kəsici ucu deşici xassəyə malik olan tiyəli atıcı xarakterli 1 ədəd soyuq silah hesab edilən bıçağı istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən qanunsuz olaraq əldə etmiş, sahibliyində olan və idarə etdiyi “Chevrolet Cruze” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində saxlamaqla gəzdirmiş və həmin bıçaq x xxxx 2020-ci il tarixdə həmin nəqliyyat vasitəsinə Bakı şəhəri, Yasamal rayonu ərazisində keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.2, 240.3.2 və 228.4-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxx 2019-cu il tarixdə Namiq adlı tanışı ilə İranın Astara şəhərinə getmişdir. İrana getməkdə əsas məqsədi həm oranı bir az gəzmək, həm lazımi əşyalar almaq, həm də oradan lirika kimi tanınan preqabalin almaq olmuşdur. Həmin tarixdə Astara gömrük postundan İrana keçəndən sonra İranın Astara şəhərindən Tehran şəhərinə getmişdir. X5 adlı tanışı yaşadığı üçün belə fikirləşmişdir ki, həmin şəxsin evində qonaq olsunlar. 3-4 gün Əfqan adlı şəxsin Tehranda yerləşən evində qonaq olmuşlar. Orada olduğu müddətdə preqabalin almaq istədiyini Əfqana demişdir. Əfqan isə İranda, əsasən də İranın Astara şəhərində fəaliyyət göstərən taksi sürücülərinin hər hansı narkotik və psixotrop dərmanları, eləcə də, preqabalin kimi rahat tapılmayan güclü təsirli dərmanları daha yaxşı tapa biləcəyini demiş və tanıdığı bir neçə taksi sürücüsünün Tehrandan harasa getmək lazım olanda köməklik edə biləcəyini bildirmişdir. xx xxxxx 2019-cu il tarixdə tanışı Namiq təklif etmişdir ki, Azərbaycana qayıtsınlar. Lakin astma xəstəsi olduğundan İranın havasına görə bir qədər narahat olmuş və Namiqə təyyarə ilə qayıtmaq istədiyini demişdir. Buna görə də Namiqi taksi ilə yola salmışdır. Həmin gün bir neçə saat keçdikdən sonra narahatçılığı aradan qalxdığından fikirləşmişdir ki, taksi ilə qayıtsa yaxşı olar. Bundan sonra Əfqanla birlikdə tanışı olan taksi sürücüsü ilə Tehrandan Astaraya gəlmişlər. Orada əvvəllər tanımadığı bir nəfər şəxslə görüşmüşlər və həmin şəxsdən ona preqabalin təşkil etməsini istəmişdir. Hələ Tehranda olanda həmin şəxslə Əfqanın nömrəsindən telefonla danışmış və həmin şəxsdən 30 manatlıq preqabalin istəmiş, həmin şəxs də təşkil edəcəyini demişdir. Bu dəfə görüşəndə həmin şəxs demişdir ki, bir az ucuz alındığına görə ümumilikdə 30 konvalyut preqabalin tapsın. Buna görə həmin şəxsə 42 manat pul verib 30 konvalyut preqabalin güclü təsirli kapsullarını almışdır. Dərmanları alandan sonra sellofana qoymuş və Astara şəhərində bir az da gəzişdikdən sonra xx xxxxx 2019-cu il tarixdə saat səhər 9 radələrində İran-Azərbaycan gömrüyünə gəlmişdir. İran gömrüyünü keçdikdən sonra Azərbaycanın Astara gömrüyünə gəlmişdir. Gömrüyə girəndə çalışmışdır ki, elə şəkildə gömrük nəzarətindən keçsin ki, gömrükçüləri şübhələndirməsin. Bu səbəbdən əl yüklərini rentgenə qoymuş və detektordan keçmişdir. Bu zaman gömrük əməkdaşı soruşmuşdur ki, “çantada nəsə varmı”. O da çantada dərman olduğunu demişdir. Bundan sonra çantasına hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və içərisindən İrandan aldığı 30 konvalyut preqabalin dərmanları aşkar edilmişdir. Həmin konvalyutların üzərində “Pregabalin 150” yazısı olmuşdur. Konvalyutların hər birində 15 həb, ümumilkdə 450 həb olmuşdur. Bundan sonra baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və ucadan oxunmuşdur. O da protokolla tanış olub imzalamış və sonra izahatı alınmışdır. Tutulmaqdan qorxduğu üçün təhqiqatdan sonrakı heç bir çağırışa getməmişdir. Bir müddət keçəndən sonra eşitmişdir ki, Salyan polisi və Yasamal polisi onu axtarır. Buna görə də müxtəlif yerlərdə yaşamışdır ki, yerini tapmasınlar. Preqabalin dərmanlarının güclü təsirli dərmanlardan olduğunu, adi başağrısı dərmanı kimi hər yerdə tapılmadığını, almaq üçün ən azından resept, ya da başqa bir icazə lazım olduğunu bilmişdir. Belə sənədləri olmadığına görə də həmin dərmanları gömrüyə əvvəlcədən nə şifahi, nə yazılı, nə də başqa formada bəyan etməmişdir. x xxxx 2020-ci il tarixdə saxlanıldığı vaxt idarə etdiyi **-SV-*** dövlət nömrə nişanlı boz-metalik rəngli “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsinə keçirilmiş baxış nəticəsində bıçaq, dəyənək, Pregabalin və Tramadol preparatları, üzərində “F” yazısı həkk olunmuş boz rəngli həb parçası aşkar edilmişdir. O, İrana Preqabalin dərmanı almağa getmişdir. İrandan gətirdiyi həmin dərmanları özü istifadə etmiş, satmaq niyyəti olmamışdır. Həmin dərmanları gömrük əməkdaşına şifahi şəkildə bəyan etmişdir. Metadonu şəxsi istifadəsi üçün tanımadığı şəxsdən almışdır. Preqabalinin güclü təsiredici maddə olduğunu, reseptsiz satılmadığını və dövriyyəsi qadağan edilmiş maddə olduğunu bilmişdir. İrandan gətirdiyi həmin dərmanları özü istifadə etmişdir. O, əvvəllər də həmin dərmanı almaq üçün İrana getmişdir. Preqabalindən baş ağrısı və digər ağrılar üçün istifadə olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.2, 240.3.2 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olması özünü qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olmuş raport əsasında xx xxxxxx 2019-cu il tarixli qərarla xx.xx.1984-cü il təvəllüdlü, Salyan rayon qeydiyyatında olan və Bakı şəhərində müxtəlif yerlərdə yaşayan, istintaqdan yayınan Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış işi açılmışdır. Bu barədə həmçinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə də raport göndərilmiş və orada da axtarış işi açılmışdır. Həmin əməliyyat-axtarış işləri ilə bağlı Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat tədbirləri həyata keçirilmişdir. 2020-ci ilin iyun ayının əvvəlində əməliyyat idarəsinə Təqsirləndirilən şəxs olduğu yer barədə məlumat daxil olmuşdur. Həmin məlumata əsasən onlara məlum olmuşdur ki, axtarışda olan Təqsirləndirilən şəxs x xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində olacaqdır. Buna görə də həmin tarixdə Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin və Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Qrupda o və ƏİBİ Əməliyyat İdarəsinin əməkdaşları Şahid9, Şahid10 və Şahid11, eləcə də, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin əməkdaşı Şahid8 da iştirak etmişdir. Əməliyyat tədbirləri keçirilərək x xxxx 2020-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 80 ünvanı ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman “Chevrolet Cruze” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etdiyindən həmin nəqliyyat vasitəsi və Təqsirləndirilən şəxs dərhal gətirilərək Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə təhvil verilmişdir. Bu barədə akt tərtib edilmiş və əməliyyat qrupunun üzvləri tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs tutularkən onlara müqavimət göstərməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8, Şahid9, Şahid10 və Şahid11 Şahid7 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, x xxxx 2020-ci il tarixdə DGK Əməliyyat-İstintaq Baş İdarəsində mühafizə növbəsində olmuşdur. Saat 14 radələrində əməliyyatçıların axtarışda olan bir nəfər şəxsi Bakı şəhərində tutduqlarını və gətirdiklərini eşitmişdir. Həmin şəxsin adının sonradan Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Əməliyyatçılar Təqsirləndirilən şəxs tutanda həmin şəxs **-SV-*** nömrəli “Chevrolet Cruze” markalı boz-metalik rəngli maşını idarə etdiyindən onu gətirəndə maşınını da gətirmişdilər. Təqsirləndirilən şəxs maşınına baxış keçiriləcəyi bildirilərək baxışda iştirak etməyi təklif edildikdə o razılaşmışdır. Bundan sonra 2 nəfər hal şahidi dəvət edilmiş və saat 14-15 radələrində hal şahidlərinin, Təqsirləndirilən şəxs və vəkilinin iştirakı ilə **-SV-*** nömrəli “Chevrolet Cruze” markalı maşına baxış keçirilməyə başlanılmışdır. Baxış başlanılmazdan əvvəl Təqsirləndirilən şəxs həmin maşını özünün idarə edib-etməməsi soruşulduqda o, həmin maşının icarə əsasında özünün sahibliyində olduğunu və saxlanılana kimi idarə etdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs maşında narkotik, psixotrop, güclü təsir edən maddələr və digər hər hansı bu kimi predmet olub-olmadığı soruşulduqda o, maşında heç bir qadağan olunan əşya olmadığını demişdir. Daha sonra baxış keçirilməyə başlanılmış və baxış zamanı əvvəlcə maşının sürücü tərəfdən qapısı açılmış və qapının aşağısındakı boşluqdan 1 ədəd bıçaq aşkar olunmuşdur. Bıçaq tutacağı yaşıl rəngli kəndirlə bağlanmış metal bıçaq olmuşdur. Bundan başqa sürücü oturacağının yanından dəyənək tapılmışdır. Sonra maşının salonunda sürücü oturacağı ilə sərnişin oturacağının arasındakı qol qoymaq üçün olan qutunun içərisindən dərmanlar, folqalar və bükülmüş vəziyyətdə pul tapılmışdır. Baxış zamanı aşkar edilən əşyaların fotoşəkilləri çəkilmişdir. Sonra maşının şitindəki bardaçokda olan qara rəngli kaşelyokdan da dərmanlar və gümüşü rəngli siqaret kağızına bükülmüş bükülüdə yarıya bölünmüş həb parçası aşkar olunmuşdur. Həmin yarım həb parçasının üzərində “F” yazısı yazılmış və boz rəngdə olmuşdur. Bundan başqa yenə də bükülmüş vəziyyətdə pul tapılmışdır. Həmin yeşikdə əlavə olaraq başqa konvalyutlar da müəyyən olunmuşdur. Sonra baqajdakı ehtiyat təkərin yanında yerləşdirilmiş 1 ədəd qara rəngli sellofan torbaya baxanda məlum olmuşdur ki, torbanın içərisində 5 ədəd dərman olmuşdur. Həmin dərmanlar da müəyyən olunduqdan sonra baxış yekunlaşdırılmış və aşkar edilmiş bütün predmetlər qablaşdırılmışdır. Sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş və fotoşəkillər də protokola əlavə olunmuşdur. Həmin protokol ucadan oxunmuş, sonra iştirak edən şəxslərə təqdim edilmişdir ki, hamı tanış olsun. O da protokolla tanış olduqdan sonra düzgün yazıldığını görüb imzalamışdır. Təqsirləndirilən şəxs maşınından bıçaq, dəyənək, müxtəlif dərman vasitələri və pul tapılmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda inspektor vəzifəsində işləyir. xx xxxxx 2019-cu il tarixdə piyada idxal sərnişin keçid xəttində xidmət aparmışdır. Həmin gün saat 9 radələrində İrandan Azərbaycana əvvəllər tanımadığı, adını sonradan bildiyi Təqsirləndirilən şəxs gəlmişdir. Təqsirləndirilən şəxs gömrük nəzarətinə yaxınlaşmazdan əvvəl artıq diqqətini çəkmişdir. O, bir qədər narahat və təlaşlı olmuşdur. Buna görə də ağlına gəlmişdir ki, həmin şəxs gömrükdən qanunsuz nəsə keçirə bilər. Təqsirləndirilən şəxs rentgen aparatına yaxınlaşıb əl yükünü qurğuya qoymazdan əvvəl ondan bəyannaməsinin, ya da bəyan ediləsi əşyalarının olub-olmadığını soruşduqda sonuncu bəyan ediləsi heç nəyinin olmadığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs əl yükünü rentgen qurğusuna qoymuşdur. Monitora baxış keçirən gömrük əməkdaşı Təqsirləndirilən şəxs rentgen qurğusuna qoyduğu əl yükünün içərisində dərman qutularına oxşar cizgilər gördüyünü demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs əl yükündə gizlədilmiş, ya da gömrüyə bəyan edilməli olan malların, o cümlədən, narkotik, psixotrop və ya güclü təsirli dərmanların olub-olmadığını soruşmuş və o, özünü bir qədər də narahat və tərəddüdlü aparmağa başlamış və çantasında bəyan etməli olduğu və gizlətdiyi heç nəyin olmadığını deyərək tərəddüdlə bir az dərmanlar olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs dərmanların hansı dərmanlardan olduğunu soruşduqda o, bir az da narahatlıqla adi başağrısı dərmanları olduğunu demişdir. Təqsirləndirilən şəxs yalan dediyini hiss etdiyi üçün çantasına baxış keçirməli olduğunu bildirmişdir. Bundan sonra iki nəfər şəxsi çağırmış, həmin şəxsləri hal şahidi kimi çağırdığını Təqsirləndirilən şəxs izah etdikdən sonra onun əl yükünə baxış keçirməyə başlamış və baxış nəticəsində əl yükündə 1 ədəd qara rəngli sellofan torbada 5 ədəd dərman qutusu olduğunu müəyyən etmişdir. Qutuların hər birində 6 konvalyut olmuşdur. Dərman qutusunun və həmin dərman konvalyutlarının üzərində “Pregabalin 150” yazılmışdır. Konvalyutların hər birində 15 kapsul olmuş və konvalyutların ümumi sayı 30 ədəd olmuşdur. Ümumilikdə 450 kapsul aşkar olunmuşdur. Bu cür dərmanlar müəyyən icazələr alınmaqla yalnız resept əsasında və əvvəlcədən gömrük nəzarətinə yazılı bəyannamə verilməklə şifahi şəkildə də bəyan edildikdən sonra buraxıla bilər. Təqsirləndirilən şəxs həmçinin bu dərmanlar üçün yazılı bəyannamə də tərtib etməmişdir. Təqsirləndirilən şəxs şifahi sorğuda da dərmanların preqabalin güclü təsirli dərmanlar olmasını bildirə biləcəyinə baxmayaraq onu aldadıb həmin dərmanların guya adi başağrısı dərmanları olduğunu demişdir. Aşkar edilmiş preqabalin güclü təsir edən maddələr Təqsirləndirilən şəxs tərəfindən əvvəlcədən şifahi, kağız üzərində yazılı və elektron şəkildə gömrük nəzarətinə bəyan edilmədiyi üçün o, həmin dərmanları protokol əsasında araşdırma aparılması üçün qablaşdırıb götürmüşdür. Sonra baxış keçirilməsi haqqında protokol tərtib etmiş, həmin protokol ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs protokolla tanış olmuş və imzalamışlar. Rentgen qurğusuna gömrük əməkdaşı Şahid2 nəzarət etmişdir. Gömrük əməkdaşı Şahid2 Təqsirləndirilən şəxs əl yükündə dərman çizgilərinin olduğunu bildirmişdir. O, həmin əl yükünə hal şahidlərinin iştirakı ilə baxış keçirmişdir. Baxış protokolunu o tərtib etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, x xxxx 2020-ci il tarixdə saat 14-15 radələrində Yasamal rayonu, Mətbuat prospektində “Beynəlxalq Bank”-ın yaxınlığından keçərkən 1 nəfər gömrük əməkdaşı ona yaxınlaşmış və özünü təqdim etdikdən sonra bildirmişdir ki, yaxınlıqda yerləşən Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin həyətində 1 nəfər Azərbaycan vətəndaşının maşınına baxış keçiriləcəkdir. Həmin şəxs baxış zamanı 2 nəfər hal şahidinin iştirak etməli olduğunu deyib həmin baxışda hal şahidi kimi iştirak etməyini təklif etmişdir. O, razı olduqdan sonra gömrük əməkdaşı ilə birlikdə Əməliyyat-İstintaq Baş İdarəsinin həyətinə getmişdir. Oraya gedəndə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs adlı şəxsə məxsus **-SV-*** nömrəli “Chevrolet Cruze” markalı boz-metalik rəngli maşına baxış keçirilməsi üçün çağırılmışdır. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs və ona hüquq və vəzifələri izah edilmişdir. Sonra ondan Təqsirləndirilən şəxs tanıyıb-tanımadığı soruşulduqda o, həmin şəxsi ilk dəfə gördüyünü və tanımadığını demişdir. Həmçinin Təqsirləndirilən şəxs onu tanıyıb-tanımadığı soruşulduqda o da tanımadığını və birinci dəfədir ki, gördüyünü demişdir. Baxış başlanılmazdan əvvəl Təqsirləndirilən şəxs **-SV-*** nömrəli boz-metalik rəngli “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsini özünün idarə edib-etməməsi soruşulduqda o, həmin maşının icarə əsasında özünün sahibliyində olduğunu deyib bildirmişdir ki, saxlanılan zaman həqiqətən də maşını özü sürmüşdür. Sonra baxış başlanılmazdan əvvəl Təqsirləndirilən şəxs həmin nəqliyyat vasitəsində narkotik, psixotrop, güclü təsir edən maddələr və sair qanunsuz mallar, əşyalar olub-olmaması soruşularaq əgər belə mallar varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da həmin maşında heç bir narkotik vasitə, psixotrop maddə, güclü təsir edən maddə və hər hansı digər qanunsuz mallar və əşyalar olmadığını demişdir. Sonra baxış keçirilməyə başlanılmış və əvvəlcə maşının sürücü tərəfdən qapısı açılmış və qapının aşağısındakı boşluqdan 1 ədəd bıçaq aşkar edilmişdir. Bıçağın tutacağı yaşıl rəngli kəndirlə bağlanmışdır. Bundan başqa sürücü oturacağının yanından dəyənək formasına salınan dəmir parçası da götürülmüşdür. Baxış keçirilməsinə davam edilərək nəqliyyat vasitəsinin salonunda sürücü oturacağı ilə sərnişin oturacağının arasındakı qol qoymaq üçün nəzərdə tutulan yeşiyin içərisindən “Tramadol 50 mg” adlı qutu aşkar edilmişdir. Həmin qutuda üzərində “Pregabalin 300 mg” yazısı olan 1 ədəd kəsik dərman konvalyutu olmuşdur. Həmin konvalyutda 1 ədəd ağ-qırmızı rəngli kapsul olmuşdur. Bundan başqa həmin yerdə olan metal papiros qabının içərisindən bir neçə ədəd içərisi yanmış alüminium folqalar tapılmışdır. Bundan sonra həmin yerdən bir neçə ədəd bükülmüş kağız və pul aşkar edilmişdir. Baxışa davam edilərək maşının şit deyilən panel kimi bilinən hissəsindəki bardaçokda olan qara rəngli pul qabının içindən üzərində farsca qeydlər və “Pregabalin 150” yazısı olan konvalyut kəsiyində 3 ədəd narıncı-göy rəngli kapsul və gümüşü rəngli siqaret kağızına bükülmüş bükülüdə yarıya bölünmüş həb parçası aşkar edilmişdir. Həmin yarım həb parçasının üzərində “F” yazısı yazılmış və boz rəngdə olmuşdur. Həmçinin bükülmüş vəziyyətdə yenə də pul tapılmışdır. Baxışın davamında həmin yeşikdən əlavə olaraq başqa konvalyutlar da tapılmışdır. Həmin konvalyut kəsiklərinin birinin üzərində “Pregabalin 300 mg” yazısı qeyd edilmiş və içində 9 ədəd ağ-qırmızı rəngli kapsul olmuşdur. Digərinin üzərində “Tramadol Hydrochloride 225” yazısı qeyd edilmiş və içində 6 ədəd həb olmuşdur. Sonra baxış maşının baqaj hissəsində davam etdirilərək baqajdakı ehtiyat təkərin yanında yerləşdirilmiş 1 ədəd qara rəngli sellofan torbaya baxanda məlum olmuşdur ki, torbanın içərisində də 5 ədəd konvalyut var. Həmin konvalyutların üzərində “Pregabalin 300 mg” yazısı yazılmışdır. Hər bir konvalyutda 14 ədəd ağ-qırmızı rəngli kapsullar olmuş və cəmi 70 kapsul olmuşdur. Baxış yekunlaşdırıldıqdan sonra aşkar edilmiş bütün predmetlər, bıçaq və dərman kapsul və həblərinin fotoşəkilləri çəkilmişdir. Sonra da götürülmüş bütün predmetlər qablaşdırılmış və baxış keçirilməsi barədə protokol tərtib edilmiş və fotoşəkillər də əlavə edilmişdir. Həmin protokol ucadan oxunduqdan sonra iştirakçılara təqdim edilmişdir. O da protokolla və fotoşəkillərlə tanış olduqdan sonra imzalamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 2, iş vərəqə 204-206). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid12 ibtidai araşdırma orqanına verdiyi ifadəsində Təqsirləndirilən şəxs 2018-ci ilin yayından tanıdığını, Qulunun lirika, patı, tramadol, metadon kimi güclü halusinasyon və psixotrop təsirli dərmanlar satdığını, lirikaya “lili” deyildiyini, metamfetaminə “patı”, “şüşə” deyildiyini, metadona “təkər” deyildiyini, 1 ildən çoxdur ki, “Lirika 300” maddələrindən atdığını, bu dərmanı ilk dəfə ona Təqsirləndirilən şəxs verdiyini və klubda istirahət edən zaman kefi daha yaxşı olması üçün içməyi dediyini, götürüb istifadə etdiyini və təsiri xoşuna gəldiyi üçün Quludan bu dərmanlardan almağa başladığını, Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsinin ***-***-**-** saylı nömrə olduğunu, sms yazışmaları ilə bağlı danışıqları təsdiq etdiyini, danışıqların Qulu ilə onun arasında qeydə alındığını, danışıqların “Lirika 300” adlı dərman preparatını Təqsirləndirilən şəxs alması ilə bağlı olduğunu, Qulunun həmin dərmanın bir listini 50-55 manata, bir kaspulunu isə 7 manata satdığını bildirmişdir (cild 2, iş vərəqə 207-210). Cinayət işinin materiallarında olan xx xxxxx 2019-cu il tarixli “malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə” protokoldan görünür ki, yoxlama başlamazdan əvvəl Təqsirləndirilən şəxs ilə təkrar sorğu-sual aparılmış, sorğu-sual zamanı o, əl yükündə dərman preparatlarının olduğunu bildirmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs məxsus 1 ədəd əl yükünün içərisində olan qara rəngli sellofan paketdə əvvəlcədən gömrük nəzarətinə yazılı, şifahi və elektron formada bəyan olunmamış, üzərində “Pregabalin 150” yazısı olan 5 ədəd karton qutu, hər qutuda 6 konvalyut, hər konvalyutda 15 həb olmaqla cəmi 450 həb dərman preparatı aşkar olunmuşdur (cild 1, iş vərəqə 9-11). Cinayət işinin materiallarında olan x xxxx 2020-ci il tarixdə “nəqliyyat vasitəsinə baxış keçirilməsi və aşkar edilmiş predmetlərin götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi **-SV-*** dövlət nömrə nişanlı boz-metalik rəngli “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsinə keçirilmiş baxış nəticəsində 1 ədəd hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik tutacağı yaşıl rəngli kəndirlə bağlanılmış bıçaq, təyinatının dəyənək halına salınması məqsədilə tutacağı izolentlə sarınmış 1 ədəd dəmir parçası, “Tramadol 50 mg” adlı qutuda üzərində “Pregabalin 300 mg” yazısı qeyd edilmiş konvalyut kəsiyində 1 ədəd ağ-qırmızı rəngli kapsul, metal papiros qabının içərisindən 2 ədəd gümüşü rəngli, 1 ədəd qızılı rəngli və 1 ədəd içərisi yanmış alüminium folqalar, 1 ədəd narkotik vasitələrin qəbulu məqsədilə xüsusi olaraq “trubka” kimi istifadə edilməsi üçün bükülmüş vəziyyətdə ucu yanmış pul əskinazı, 1 ədəd narkotik vasitələrin qəbulu məqsədilə xüsusi olaraq “trubka” kimi istifadə edilməsi üçün bükülərək qara rəngli izolentlə sarınmış kağız, üzərində farsca qeydlər və “Pregabalin 150” yazısı qeyd edilmiş konvalyut kəsiyində 3 ədəd narıncı-göy rəngli kapsul, gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünün içərisində yarıya bölünmüş üzərində “F” yazısı həkk olunmuş boz rəngli həb parçası, 1 ədəd narkotik vasitələrin qəbulu məqsədilə xüsusi olaraq “trubka” kimi istifadə edilməsi üçün bükülmüş vəziyyətdə pul əskinazı, üzərində “Pregabalin 300 mg” yazısı qeyd edilmiş konvalyut kəsiyində 9 ədəd ağ-qırmızı rəngli kapsul, üzərində “Tramadol Hydrochloride 225” yazısı qeyd edilmiş konvalyut kəsiyində 6 ədəd həb, 5 ədəd üzərində “Pregabalin 300 mg” yazısı qeyd edilmiş konvalyutda hər birində 14 ədəd ağ-qırmızı rəngli kapsullar aşkar edilmişdir (cild 1, iş vərəqə 115-130). Cinayət işinin materiallarından görünür ki, x xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən götürülmüş ona məxsus “Samsung A105” markalı mobil telefon aparatına özünün və vəkilinin iştirakı ilə baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir: Sms yazışmaları bölməsinə keçirilmiş baxış zamanı müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs ***-***-**-** saylı telefon nömrəsindən “Rehim” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil telefon nömrəsinə “axi elmetini nece düşürüm axi onun qonaqlarına vermeliyem ptni” və “kolanida gotura” məzmunlu yazılar göndərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrəyə “götürdüm brat lilini bilecerideyem” məzmunlu yazı göndərmiş, həmin nömrənin sahibi də Təqsirləndirilən şəxs “kola düzəlmədi?”, “bu gün olmuyacag kola?”, “biləcəriyə gəlim lirini götürüm? neçə eliyir listi?” və “mən sənə 35 verecem 15 manat zdachi gətirə bilər 50 manat verim?” məzmunlu yazılar göndərmişdir. Kontaktlar bölməsinə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs telefonunun kontaktında +**********12 saylı mobil telefon nömrəsi “Ag” olaraq qeyd edilmişdir. Qalereya bölməsinə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 2.06.2020-ci il tarixdə saxlanıldıqdan sonra həmin vaxtadək sahibliyində olan və idarə etdiyi **-SV-*** dövlət nömrə nişanlı boz-metalik rəngli “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsinə keçirilmiş baxış nəticəsində aşkar edilmiş tutacağı yaşıl rəngli kəndirlə bağlanılmış bıçaqla fotoşəkillərinin olduğu məlum oldu. Bundan başqa qalereyada MilliÖn qəbzlərinin fotoşəkilləri də müəyyən olundu. Fotoşəkilləri protokola əlavə edilir. “WhatsApp” yazışmaları bölməsinə keçirilmiş baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur: Təqsirləndirilən şəxs telefonunda “Mahmood” adı ilə qeyd etdiyi ***-***-**-** saylı nömrəyə “biləcəridəyəm neftçilərə gedirəm dərman götürməyə” məzmununda səs yazısı göndərmiş, həmin nömrənin sahibi də ona “can qaqam menede lazimdi ama pul qalmadi ustumde” məzmunlu yazı göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin nömrəyə “atmağa istəyirsənsə problem yoxdur sənə qurbandı, istəyirsənsə sabah pulunu verə biləcəksənsə götürüm verim” məzmunlu səs yazısı göndərmişdir. Təqsirləndirilən şəxs telefonunda “or ing” adı ilə qeyd etdiyi ***-***-**- ** saylı nömrəsinə “dəqiq götürməyə gələcəklərsə mən buna deyim gözləsin” və “sabah beh verək ki, bizi göndərsinlər həftədə 100-200 dənə götürək” məzmunlu səs yazısı göndərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə həmin nömrəyə “brat ekini sen goturmusen maşından?” məzmunlu yazı göndərmiş, həmin nömrədən ona “atmisam, ureyim istedi, halal ele” məzmunlu yazılar göndərmişdir. Əlavə olaraq 2.06.2020-ci il tarixdə həmin nömrədə Təqsirləndirilən şəxs “tekerden xeber cixdi” məzmunlu yazı göndərilmişdir. Təqsirləndirilən şəxs telefonunda adını qeyd etmədiyi, bəzi sms yazışmalarında Tural adı ilə müraciət etdiyi şəxsə məxsus ***-***-**-** saylı nömrəyə “teker göturü bilersen?” məzmunlu yazı göndərmiş, həmin nömrədən Təqsirləndirilən şəxs “nə qədər lazımdır?” yazısı göndərildikdən sonra Təqsirləndirilən şəxs “7-8 ya da 10 teker, 2 dənə 300-lük, 2 regi, 2 iran, 2-3 lirika” məzmunlu yazılar, bundan başqa 2.06.2020-ci il tarixdə gecə saat 00 radələrində mütəmadi yazışaraq “5 manat çörək yeyirik senin elinnen” məzmunlu, “3 regi, 2 iran, 50-lik tramadol 1-2 dənə” məzmunlu yazılar, “kartı Badamdarda qoyub bir yere 41-ci bölmənin yanına atıblar, maska taxıb gedib pulu çıxaracam, kart bizdədi, 2-3 nəfər pul atacaq karta pulu çıxarıb gelecem yanıva” məzmunlu səs yazıları, “90 dənə götür, royal olsa 1 dənə götür, təkər lazımdı 200 dənə təşkil eləyərsən?”, “eki nə qədər var?” məzmunlu yazılar göndərmişdir. Təqsirləndirilən şəxs telefonunda “Hecii” adı ilə qeyd etdiyi ***-***-**-** saylı nömrəyə xx.xx.2020-ci il tarixdə “nə istiyirsen?” yazısı göndərmiş, həmin nömrənin sahibi ona “agdan” yazısı ilə cavab vermiş və “25 manat pul duzelir 10 indi axsam 15 man vererem” məzmunlu yazı göndərmişdir. Həmin nömrənin sahibi “gelirem qaqas” yazısı göndərdikdən sonra Təqsirləndirilən şəxs ona “gelme, banditizm fırlanır burda, apasnıdı” məzmunlu yazı göndərmişdir. Əlavə olaraq həmin nömrənin sahibi Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “mene alinarsa 05 ver sabah” məzmunlu yazı, xx.xx.2020-ci il tarixd saat 05:06-da “bir dənə qardaşınçün 20-lik düz qoş elə” məzmunlu, saat 08:02-də “gəlirəm o dərmanları götürüm səndən listləri” məzmunlu, saat 17:11-də “300-lük var haa ondan 5 dənə düz qoş eləmək olar?” məzmunlu səs yazısı, saat 17:50-də “sene deyecem 300 bütov, bir də patiko var?” məzmunlu yazı göndərmişdir. Təqsirləndirilən şəxs cavab olaraq “lirika var 1-2 list var, patı hələ yoxdu birazdan olacaq” səs yazısı göndərmişdir. 2.06.2020-ci il tarixdə həmin nömrənin sahibi Təqsirləndirilən şəxs “gəlmirsən?, harda qaldın?” məzmunlu səs yazısı atdıqdan sonra Təqsirləndirilən şəxs “yüklüydüm orda dayana bilmədim” məzmunlu yazı göndərmişdir. 2.06.2020-ci il tarixdə saat 03:02-də Təqsirləndirilən şəxs həmin nömrənin sahibinə “1 qram?” məzmunlu yazı göndərmiş, həmin şəxs “hə 1” deyə cavablamış, bundan sonra Təqsirləndirilən şəxs həmin şəxsə tərəzi üzərində sellofan kəsiyində ağ rəngli maddə olan və göstəricisində 0,98 yazılmış fotoşəkil ataraq “98 gördün?” məzmunlu yazı göndərmişdir. Təqsirləndirilən şəxs telefonunda “Ag” adı ilə qeyd etdiyi +**********12 saylı nömrəyə xx.xx.2020-ci il tarixdə “Ağa mənə bəs kart atacaqdın?, sabah oyanan kimi birinci mənim zakazım olsun, xahiş edirəm, məni niyə malsız qoyursan” məzmunlu səs yazısı göndərmiş, buna cavab olaraq həmin şəxs “nə lazımdır de” məzmunlu səs yazı göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin şəxsə “5 pati, 6 kola” məzmunlu yazı göndərmişdir. Həmin şəxs də bankartı fotoşəkilini Təqsirləndirilən şəxs göndərmiş və “tez vur, 15 dəqiqəyə get malıvı götür” məzmunlu səs yazısı göndərmişdir. Həmin tarixdə saat 20:36-da Təqsirləndirilən şəxs həmin telefon nömrəsinin sahibinə “pulu yanımdakından götürmüşəm, onu da yola salmalıyam, gecikdirme, deyir noldu bes 15 dəqiqəyə gptururdun, belə edib malı gecikdirib məni başqalarının yanında hörmətdən salırsan” məzmunlu səs yazıları göndərmişdir. Əlavə olaraq həmin nömrədən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 16:44-də “zakazın var?” məzmunlu səs yazısı göndərilmiş, Təqsirləndirilən şəxs da “var, lazımdır, deyəcəm” məzmunda cavab vermişdir. Bundan sonra saat 16:55-də “4 dənə torpaq, 5 patı, 20-30 qr lazımdı” məzmunda sifariş vermişdir. Həmçinin İranlı həmin şəxs Təqsirləndirilən şəxs malın pulunu nə vaxt vuracağını soruşandan sonra həmin gün saat 17:07-də Təqsirləndirilən şəxs həmin nömrəyə “1-2 dənə patı qalıb əlimdə oları verim pulu düzəldim vururam” məzmunlu səs yazısı göndərmişdir. Əlavə olaraq 1.06.2020-ci il tarixdə saat 17:57-də “6 patı, 6-7 torpaq”, saat 21:14-də “10 torpaq”, saat 22:50-də “malimi denen tez qoysun oyacağı yere gözleyirlər” məzmunlu yazılar göndərmişdir. Həmçinin həmin gün İranlı həmin şəxs Təqsirləndirilən şəxs “gömrük açılsın gələciyəm” məzmunlu səs yazısı göndərmişdir. Təqsirləndirilən şəxs həmin nömrəyə “2.06.2020-ci il tarixdə saat 01:06-da “götürüb vermeliyem adamıva denen tez olsun” məzmunlu yazı göndərmiş və həmin nömrədən 2.06.2020-ci il tarixdə saat 18:24-də Təqsirləndirilən şəxs “zakazın var, şey lazımdı?” məzmunlu səs yazısı göndərilmişdir. Təqsirləndirilən şəxs telefonunda “Elcin yag” adı ilə qeyd etdiyi ***-***-**-** saylı nömrədən ona xx.xx.2020-ci il tarixdə saat 01:05də “brat patı lezet eledi, olsa bu patıdan saxla” məzmunlu, saat 05:51-də “patı varındı? lazımdı” məzmunlu, saat 13:28-də “patı lazımdı” məzmunlu, saat 15:21-də “gəlim mənə yarım ver 10 verim 25 də axşam verərəm” məzmunlu səs yazıları göndərilmişdir. Təqsirləndirilən şəxs cavab olaraq saat 15:39-da “cəmi 05 patım var onuda verib üstünü düzəldib göturmeliyem” məzmunlu səs yazısı göndərmişdir. Əlavə olaraq həmin nömrədən Təqsirləndirilən şəxs “25 versem 1 qram vere bilersen?” məzmunlu yazı, xx.xx.2020-ci il tarixdə saat 01:00-da “gəlim 4 dənə lirika ver” məzmunlu səs yazıları göndərilmişdir. Təqsirləndirilən şəxs telefonunda “Magir” adı ilə qeyd etdiyi ***-***-**-** saylı nömrədən ona xx.xx.2020-ci il tarixdə saat 19:18-də “qaqa ilko” yazısı göndərilmiş, Təqsirləndirilən şəxs buna cavab olaraq “nə qədər?” deyə soruşmuş, həmin nömrənin sahibi Təqsirləndirilən şəxs “1 list” yazmışdır. Təqsirləndirilən şəxs da cavab olaraq “tez çıx biləcərinin kruyunda verim sənə” bildirmişdir. Bundan əlavə həmin nömrədən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 22:20-də “1 list 10 manatdig özümə” məzmunlu yazı göndərilmişdir. Təqsirləndirilən şəxs telefonunda “Rehim” adı ilə qeyd etdiyi ***-***-**-** saylı nömrədən ona xx.xx.2020-ci il tarixdə saat 19:47-də “liri 4 dene var üstünde?” yazısı göndərilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs həmin nömrəyə xx.xx.2020-ci il tarixdə saat 06:34-də “İrannıya pul vururam ordan götürürəm patını, bizim temamız gələn kimi ayıracam sənin payını, lirika istiyirsənsə qurbandı” deyə səs yazısı göndərilmişdir. Təqsirləndirilən şəxs telefonunda adını qeyd etmədiyi ***-***-**-** saylı nömrədən ona xx.xx.2020-ci il tarixdə saat 17:39-da “eki tapmaq olar?” məzmunlu yazı göndərilmiş, Təqsirləndirilən şəxs “neçedene” deyə soruşmuş, cavab olaraq “4” yazısı göndərilmiş, bundan sonra da Təqsirləndirilən şəxs “20 serf eliyecey? Hamsi 80” deyə cavab vermişdir. Eləcə də həmin nömrədən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 13:18-də “5 140m alınar?” məzmunlu yazı göndərilmişdir. Təqsirləndirilən şəxs telefonunda “Yalcin” adı ilə qeyd etdiyi ***-***-**-** saylı nömrədən ona xx.xx.2020-ci il tarixdə saat 12:46-da “ölürəm, dərman qurtarıb, yarım list 150, lap 1 list təşkil elə, əlində 3 dənə 4 dənə 5 dənə də olsa götürərəm, dərman düz qol, alış, royal, lirika nə var gəlim götürüm?” məzmunlu yazı göndərilmişdir. Təqsirləndirilən şəxs telefonunda “Kenan pry” adı ilə qeyd etdiyi ***-***-**-** saylı nömrədən ona xx.xx.2020-ci il tarixdə saat 16:31-də “list lirika lazımdı, özümüz üçün” məzmunlu, saat 17:00-da “1 list” məzmunlu yazılar göndərilmişdir. Təqsirləndirilən şəxs da həmin nömrənin sahibindən saat 17:02-də “1 list 300-lük?”soruşmuş və saat 17:20-də “kolanı gətirəssən?” məzmunlu yazı göndərmişdir. Bundan başqa həmin nömrədən Təqsirləndirilən şəxs saat 17:59-da “imkan varsa lili 150 ya da 300” məzmunlu yazı göndərilmişdir (cild 1, iş vərəqə 131-139). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqədar “xxxx” MMC-dən telefon danışıqlarına dair götürülmüş sms yazışmalarına dair hesabatdan görünür ki, xx.xx.2020ci il tarixdə ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** saylı nömrəyə “mata 4 dene lazim idi deyirsen iki var” məzmunlu, ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş nömrəyə “Qulu atamin qebrine and olar pulu goturmemisem yatib qaqas bu gun 12 1 arasi verimde men hec vaxt bele sey olmayib meni basa dus” məzmunlu, xx.xx.2020-ci il tarixdə həmin nömrədən Təqsirləndirilən şəxs nömrəsinə “qaqa sen danis 2 list bir de 10 dene maqa mende pramoy pulu goturum gelirem yaniva” məzmunlu, həmin tarixdə ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs nömrəsinə “meti var istiyirsen” məzmunlu, xx.xx.2020-ci il tarixdə ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs nömrəsinə “qaqa pt varsa gəlim 20m verə bilərsən özümə istiyirəm” məzmunlu, xx.xx.2020-ci il tarixdə ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs nömrəsinə “iranli ne vaxta cekerki en tezi brat?belim agriyir calishib 50 manat borc sene duzeldecem brat” məzmunlu, xx.xx.2020-ci il tarixdə həmin nömrədən Təqsirləndirilən şəxs nömrəsinə “qaqa bu 05 ancaq olar brat 50 manata bu boyda duz deyil bashina donum” məzmunlu, “patpres olmadi o olmadi bu olmadi 130 m taksili zadli deydi hech olmasa patpresi goturum dana qaqa” məzmunlu, xx.xx.2020-ci il tarixdə həmin nömrədən Təqsirləndirilən şəxs nömrəsinə “qaqa o gunu o boyda pul getdi 05 tema verdin o birini vermedin hec bildimki yene gelecem” məzmunlu, 1.05.2020-ci il tarixdə ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs nömrəsinə “qala kola var?” məzmunlu, xx.xx.2020-ci il tarixdə ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs nömrəsinə “10 manat verim mene bir az pati ver de nolar?” məzmunlu, xx.xx.2020-ci il tarixdə ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs nömrəsinə “kola alinmirsa gelim dermani goturum” məzmunlu, xx.xx.2020-ci il tarixdə həmin nömrədən Təqsirləndirilən şəxs nömrəsinə “kola duzelmedi?” məzmunlu, “bu gun olmuyacaq kola?” məzmunlu, “bilereciye hara gelim lirini goturum?” məzmunlu sms yazıları göndərilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “heciska birazda pat verde menimcun” məzmunlu, ***-***-**-** saylı nömrəyə “men sene ne dedimki posu soyus soymedim birsey elemedim dedin dedim var 2 dene pul lazimdi” məzmunlu, xx.xx.2020-ci il tarixdə ***-***-**-** saylı nömrəyə “gormesin meni birteher ele otur mene 4 reqi 1 de iran” məzmunlu, həmin nömrəyə “qaqam 10 manat kendi pulumnan istisen reqiwden ikidene kes gotur” məzmunlu, ***-***-**-** saylı nömrəyə “anar sen deqiqsen? Cunki men soz vermisem gozletdirirem adami kolada lazimdi var oda” məzmunlu, ***-***-**-** saylı nömrəyə “gedmirsense bilim kola goturmelidi heci” məmzunlu, xx.xx.2020-ci il tarixdə ***- ***-**-** saylı nömrəyə “heci hardasan pul lazimdi mene lili goturmeliyem pul yoxdusa patini getir verey pul eliyey” məzmunlu, ***-***-**-** saylı nömrəyə “tekerleride goturmusema pulun qaaq hardasa 4 kasetde pomidor 11 denede teker” məzmunlu, xx.xx.2020-ci il tarixdə ***-***-**-** saylı nömrəyə “qaqa arxeyin bacardiq qeder tez olacaq gor ne deyirem bu 35 qr mal qoydurur menicun sen yuz manat borc tapa bilersenmi mali goturen kimi buna pul vuraq inam olsun neqeder de istesen maldan gotur de ozune” məzmunlu, həmin nömrəyə “rahatsan deyesen hecisko ptmtin var qoz qoyma ok” məzmunlu, xx.xx.2020-ci il tarixdə, ***-***-**-** saylı nömrəyə “ala gedib goturub gelecem o gun otelde idim patida goturecem 70 m catmir iki yarim kola yarimda pati verecem sene” məzmunlu, xx.xx.2020-ci il tarixdə, ***-***-**-** saylı nömrəyə “saxliyim sene onnan?” məzmunlu, xx.xx.2020-ci il tarixdə ***-***-**-** saylı nömrəyə “Emin oyun cixartma menim adim cekilir ortaliqda bilirsenki problemli adamam bidene pox lirkaya gore ishe dusecem sonra menim elimnen qurtara bilmiyecey heckim” məzmunlu, xx.xx.2020-ci il tarixdə ***- ***-**-** saylı nömrəyə “men biraz yatim day gelmedin sen hemde mende 3 dene qalib torpaq” məzmunlu, xx.xx.2020-ci il tarixdə ***-***-**-** saylı nömrəyə “brat dermani getirsin yigiram gelersen” məzmunlu, xx.xx.2020-ci il tarixdə həmin nömrəyə “goturdum brat lilini bilecerideyem” məzmunlu, həmin nömrəyə “bu gun olmuyacaq kola” məzmunlu sms yazıları göndərilmişdir (cild 2, iş vərəqə 135-137). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2019-cu il tarixli 11159 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....AR vətəndaşı Təqsirləndirilən şəxs barəsində...” sözləri olan 1 ədəd polietilen paketdəki üzərində “Pregabalin 150” göstəriciləri olan 30 ədəd konvalyutda hər konvalyutda 15 ədəd kapsul olmaqla ümumi sayı 450 ədəd kapsulların əsas təsiredici maddəsi preqabalindir. Preqabalin “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”-na daxildir. Təqdim olunmuş 30 ədəd konvalyutda ümumi sayı 450 ədəd olan kapsulların tərkiblərində preqabalinin təsir maddəsinin ümumi miqdarı 67,5 qramdır (Qeyd: preqabalin kapsullarının sayı 450 kapsul, tədqiqata sərf edildi 3 kapsul, qalıq 447 kapsul, cild 1, iş vərəqə 33-34). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin x xxxx 2020-ci il tarixli 6/979 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, üzərində “Pregabalin 300 mg” göstəricisi olan hər birində 14 ədəd kapsul olmaqla 5 ədəd dərman konvalyutlarında və 2 ədəd konvalyut kəsiklərində (1 və 9 ədəd olmaqla) ümumi sayı 80 ədəd olan ağ-qırmızı rəngli dərman kapsullarının əsas təsiredici maddəsi preqabalindir və həmin kapsulların tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 24 qram təşkil edir. Üzərində “Preqabalin 150 mg” göstəricisi olan 1 ədəd konvalyut kəsiyində 3 ədəd narıncı-göy rəngli dərman kapsullarının əsas təsiredici maddəsi preqabalindir və həmin kapsulların tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 0,450 qram təşkil edir. Üzərində “Tramadol hydrochloride 225 mg” göstəricisi olan konvalyut kəsiyində 6 ədəd dərman həblərinin əsas təsiredici maddəsi tramadoldur və həmin həblərin tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 1,350 qram təşkil edir. Tramadol və preqabalin xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının” siyahısının 1 nömrəli əlavəsinə daxildir. Həmin rəydən məlum olur ki, 1 ədəd ½ hissəsi üzərində “F” yazısı olan həb kəsiyinin əsas təsiredici maddəsi metadondur və həmin həb kəsiyinin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,018 qram təşkil edir. Metadon xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “AR ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin” siyahısına (siyahı İİ) daxildir. 1 ədəd kiçik ölçülü dəmir qutunun içərisindəki 2 ədəd bükülərək boru şəklinə salınmış bir manatlıq əskinazlardan birinin səthində kustar üsulla hazırlanmış narkotik vasitə heroinə və digərində isə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. 2 ədəd gümüşü rəngli folqa kəsikləri, 2 ədəd içərisi yanmış gümüşü rəngli folqa kəsikləri, 1 ədəd qızılı rəngli kağız kəsiyi və 1 ədəd üzəri qara rəngli yapışqan lentlə dolanmış bükülüləri boru şəklinə salınmış kağız borucuğun səthində narkotik vasitə psixotrop maddə və güclü təsir edən maddələrə məxsus izlər yoxdur (Qeyd: preqabalin 300 mq kapsullarının ümumi sayı 80 ədəd, tədqiqata sərf edildi 1 ədəd kapsul, qalıq 79 ədəd kapsul, preqabalin 150 mq kapsullarının ümumi sayı 3 ədəd, tədqiqata sərf edildi 1 ədəd kapsul, qalıq 2 ədəd kapsul, tramadol həblərinin ümumi sayı 6 ədəd, tədqiqata sərf edildi 1 ədəd, qalıq 5 ədəd, ½ hissədə üzərində “F” yazısı olan dərman həbinin çəkisi 0,216 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 0,116 qram, cild 1, iş vərəqə 169-175). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 3/547 nömrəli soyuq silahların kriminalistik təhlili barədə ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan, insan əzələsinin enerji hesabına istiqamətlənmiş hərəkət etdirilməklə məsafədən hədəfi zədələmək təyinatına malik olan atıcı bıçaqdır və tiyəli atıcı soyuq silah hesab edilmişdir (cild 2, iş vərəqə 18-21). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 9/4490 nömrəli ekspertiza rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş 450 həb “Preqabalin 150” göstəricili dərman preparatının xx xxxxx 2019-cu il tarixə və 80 kapsul “Preqabalin 300 mq” və 3 kapsul “Preqabalin 150 mq” göstəricili dərman preparatının, eləcə də 6 həb “Tramadol Hydrocholorida 225 mq” göstəricili dərman preparatının x xxxx 2020-ci il tarixə ümumilikdə orta bazar qiyməti təxminən 414,16 manat müəyyən edilmişdir (cild 2, iş vərəqə 231-233). Cinayət işinin materiallarından görünür ki, iş üzrə aşkar edilərək götürülmüş ilkin sayı 450 kapsul olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 447 kapsul “Pregabalin 150” adlı dərman preparatları, həmçinin ümumilikdə 80 kapsul olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 79 kapsul “Pregabalin 300 mg” adlı, ilkin sayı 3 kapsul olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2 kapsul “Pregabalin 150 mg” adlı, ilkin sayı 6 həb olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 5 həb “Tramadol hydrocloride 225 mg” adlı və 0,018 qram təsiredici tərkibə malik ilkin çəkisi 0,216 qram olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,116 qram üzərində “F” yazısı olan ½ hissədə dərman həbi və həmçinin üzərində narkotik vasitələrə və psixotrop maddələrə aid çəkisi müəyyən olunmayan izlərin aşkar edildiyi pul bükülüləri və folqalar və soyuq silah hesab edilən 1 ədəd bıçaq xx xxxxxxx 2020-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq DGK Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin saxlanc otağında saxlanılır (cild 2, iş vərəqə 234-254). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X3 xx xxxx 2020-ci il tarixli 1771 nömrəli ekspertiza rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatı olan preqabalindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 2, iş vərəqə 83- 85). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqə 17). Cinayət işinin materiallarında olan “cinayət işinin ayrılması haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, “Agha” adı ilə məlum olan şəxs və qeyriləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə cinayət işi ayrılmışdır (cild 2, iş vərəqə 257-258). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.2, 240.3.2 və 228.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.2, 240.3.2 və 228.4-cü maddələri ilə tövsif etməklə yanaşı onun həmin maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs x xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 110). Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin x xxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli x xxxx 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 206-210). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2, 15.3 və 15.4-cü maddələrinin tələblərinə əsasən “böyük ictimai təhlükə törətməyən”, “ az ağır” və “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu x xxxx 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 327,64 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Dövlət Gömrük Komitəsində saxlanılan ekspertiza tədqiqatdan sonrakı qalıq olan 447 kapsul “Pregabalin 150” adlı dərman preparatları, ekspertiza tədqiqatından sonra qalıq olan 79 kapsul “Pregabalin 300 mg”, ekspertiza tədqiqatından sonra qalıq olan 2 kapsul “Pregabalin 150 mg”, ekspertiza tədqiqatından sonra qalıq olan 5 həb “Tramadol hydrocloride 225 mg” adlı və 0,018 qram təsiredici tərkibə malik ekspertiza tədqiqatından sonra qalıq olan 0,116 qram üzərində “F” yazısı olan ½ hissədə dərman həbi və üzərində narkotik vasitələrə və psixotrop maddələrə aid çəkisi müəyyən olunmayan izlərin aşkar edildiyi pul bükülüləri və folqalar, soyuq silah hesab edilən 1 ədəd bıçaq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməli, 1 ədəd “Samsung A 105” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.2, 240.3.2 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı x xxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 327,64 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Dövlət Gömrük Komitəsində saxlanılan ekspertiza tədqiqatdan sonrakı qalıq olan 447 kapsul “Pregabalin 150” adlı dərman preparatları, ekspertiza tədqiqatından sonra qalıq olan 79 kapsul “Pregabalin 300 mg”, ekspertiza tədqiqatından sonra qalıq olan 2 kapsul “Pregabalin 150 mg”, ekspertiza tədqiqatından sonra qalıq olan 5 həb “Tramadol hydrocloride 225 mg” adlı və 0,018 qram təsiredici tərkibə malik ekspertiza tədqiqatından sonra qalıq olan 0,116 qram üzərində “F” yazısı olan ½ hissədə dərman həbi və üzərində narkotik vasitələrə və psixotrop maddələrə aid çəkisi müəyyən olunmayan izlərin aşkar edildiyi pul bükülüləri və folqalar, soyuq silah hesab edilən 1 ədəd bıçaq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin, 1 ədəd “Samsung A 105” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-466/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-466/2021
04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver