Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-466/2022 22.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X12, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi - X1 iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilməmiş, fərdi qaydada ustalıq fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında kirayədə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.1, 126.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, 09 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikasının dövlət sərhəddini təyyarə ilə tərk edərək əvvəl Ukraynaya, bir müddət sonra isə Rusiya Federasiyasına gedib həmin dövlətin müxtəlif şəhərlərində qaldıqdan sonra 2016-cı ilin mart ayının əvvəlində Rusiya Federasiyası, Lipetsk vilayəti, Lebedyan şəhərinə tanışı Şahid3 yanına qonaq gedərək, Şahid3 məxsus həmin şəhərin Şosseynaya küçəsi 8 saylı evin 2 nömrəli mənzilində müvəqqəti yaşamış, 03 aprel 2016- cı il tarixdə saat 01:00 radələrində Rusiya Federasiyası, Lipetsk vilayəti, Lebedyan şəhəri, Turqenev küçəsi 30 ünvanda yerləşən “Veqas” kafesinin qarşısında Şahid3 və sonuncunun tanışları Şahid1, Şahid2, Şahid4, Şahid9, eyni zamanda ata adı istintaqa məlum olmayan Teymur Məmmədovla birlikdə Şahid1 məxsus hərəkətsiz vəziyyətdə olan “VAZ 2109’' markalı “MO 969 U 48 reqion” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin salonunda işlək vəziyyətdə olan maqnitofonda ucadan ifa olunan mahnıların müşaiyəti ilə avtomaşının yanında rəqs edib əylənərkən, həmin vaxt “Veqas” kafesinə müştəri kimi gəlmiş Zərərçəkmiş şəxs musiqi səsinin yüksək olması ilə əlaqədar onlara yaxınlaşıb, iradlarını bildirərək əsəbi halda Şahid1 məxsus qeyd olunan avtomobilin açıq vəziyyətdə olan yük yerinin qapısını icazə istəmədən bağlaması səbəbindən Zərərçəkmiş şəxsla Şahid1 tutuşaraq “Veqas” kafesinin sağ hissəsinə keçib orada mübahisə etdiklərini görərək, sonunculara yaxınlaşıb özünü Zərərçəkmiş şəxs fövqtındə qoyaraq üstünlüyünü göstərmək məqsədilə heç bir əsaslı səbəb olmadan istintaqa məlum olmayan mənbədən əldə etdiyi və üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs sağ ayağına xuliqanlıq niyyətilə qəsdən bir dəfə zərbə vuraraq sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sağ budun yuxarı 1/3 hissəsində yara kanalının yolu istiqamətində budun düz əzələsinin, sağ bud arteriyasının və budun uzun əzələsinin zədələnməsi ilə ön xarici səthin kor deşicikəsici yarası kimi xəsarət yetirmiş, nəticədə Zərərçəkmiş şəxs bu səbəbdən almış olduğu xəsarətlə əlaqədar təcili-tibbi yardım tərəfindən çatdırıldığı Lebedyan rayonlarası xəstəxanasında göstərilmiş tibbi yardıma baxmayaraq 03 aprel 2016-cı il tarixdə saat 02:40 radələrində sağ bud arteriyasının zədələnməsi xəsarətindən baş vermiş kəskin qanitirmədən ölmüş, bu əməlləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı olmaqla Azərbaycan Respublikasının hüdudlarından kənarda xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vuraraq ehtiyyatsızlıqdan sonuncunun ölümünə səbəb olmuşdur. Bundan başqa, o, naməlum vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən 01 ədəd soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edib üzərində gəzdirmiş, barəsində Nərimanov rayon prokurorluğu tərəfindən qəbul edilmiş 26 avqust 2021- ci il tarixli “ittiham elan etmək üçün şəxsin tutulması və axtarışının elan edilməsi haqqında” qərarın icrası ilə əlaqədar Nərimanov rayon polis idarəsinin 16-cı polis bölməsinin əməkdaşları tərəfindən 27 sentyabr 2021-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Nərimanov rayon polis idarəsinin 16-cı polis bölməsinin inzibati binasına gətirildikdən sonra üzərinə keçirilən baxış zamanı həmin bıçaq ona məxsus əl çantasında aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək özünü müdafiə etdiyini və verilmiş mülki iddianı 2000 manat məbləğində qəbul etdiyini bildirmişdir. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında Rəşad Sərdar oğlunun ibtidai istintaq zamanı verdiy ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, 2016-cı ilin mart ayında Moskva şəhərində tanış olduğu dostu əslən azərbaycanlı olan Ramin Hümbətov onu Lipetsk vilayəti, Lebadyan şəhərinə qonaq kimi dəvət etmişdir. Belə ki, Ramin həmin şəhərdə yaşayırdı və orada kafe açmışdır. Ramin ilə Moskva şəhərində tanış olmuşlar və bir məktəbdə təhsil almışlar. Lebedyan şəhərində elə Raminin yaşadığı evdə qalmışdır. Hazırda Raminin dəqiq yaşayış ünvanını xatırlamır. Ramin vasitəsi ilə Lebedyan şəhərində yaşayan dostları və milliyətcə azərbaycanlı olan Şahid1, Şahid2 və Samir Haxverdivev ilə tanış olmuşdur. Həmin şəxslərdə Lebedyan şəhərində yaşayıb işləyirdilər. Hamısı ilə normal münasibətləri yaranmışdır. Həmin şəhərə getdiyi vaxt 2-3 dəfə onlarla birgə yoldaşlıq etmişdir.02 aprel 2016-cı il tarixdə axşam saatlarında Ramin və Pərvizlə Raminin evində yemək yeyib və xatırladığı qədər 02 ədəd 0,7 litrlik spirtli içki araq içib qərar vermişlər ki, şəhərdə hər hansı bir kluba getsinlər. Bir müddət sonra isə evə Rüstəm və Samir də gəlmişlər. Ramin şəhəri tanıdığı üçün məsləhət bildi ki, “Vegas” adlı kluba getsinlər. Həmçinin Ramin dedi ki, münasibətdə olduğu Katya adlı qızın ad günüdür. Ramin Katya ilə danışıb sonuncuya birbaşa “Vegas” klubuna gəlməsini söyləmişdir. Bundan sonra Pərvizin “Lada” markalı avtomobili ilə “Vegas” klubunun qarşısına gəlmişlər. Rüstəm isə onlardan ayrılaraq özünə məxsus “Lada 2109” markalı avtomobili ilə çıxıb getmiş və demişdir ki, qız tanışını götürüb kafenin qarşısına gələcək. Təxminən 1 saat sonra klubun qarşısında çatdıqda Katyamn orada olmasını görmüşdür. Təxminən 20-30 dəqiqə ərzində isə Rüstəmi gözlədikdə onun özünə məxsus avtomobil ilə klubun qarşısına gəlməsini görmüşlər. Xatırladığım qədər Rüstəmin yanında adını xatırlamadığı və milliyətcə rus olan cavan oğlan gəlmişdi. Klubun qarşısında toplaşıb söhbət edərkən kefləri yaxşı olduğundan Rüstəm özünə məxsus avtomobilin baqajını və qapılarını açaraq avtomobilin maqnitofonunda ləzginka mahnısını qoşmuşdur. Həmin mahnının səsinə Rüstəm, Ramin və Pərviz oynamağa başlamışlar. Elə bu anlarda qəflətən adını sonradan bildiyi Zərərçəkmiş şəxs klubdan çıxaraq Rüstəmin avtomobilinə yaxınlaşmasını görmüşdür. O, əsəbi halda əvvəlcə baqajı bərk bağlayıb, sonra isə avtomobilin salonuna girib maqnitofonu söndürüb onlar tərəfə yaxınlaşmış və ünvanlarına “Bura niyə yığılmısmız çurkalar?” deyib müxtəlif söyüşlər söyməyə başlamışdır. Ardınca isə qəflətən Rüstəmin yaxasından yapışıb dartmağa başlamışdır. Aleksandrın bu hərəkətinin qarşısını almaqdan və onu Rüstəmdən ayırmaq istədikdə Aleksandr onun sifətinə yumruq atmışdır. Elə bu anda hadisə yerində Aleksandrın tanışları gələrək kütləvi dava salmışlar. Dava zamanı Aleksandr onun üstünə gələrək onu vurmağa çalışmışdır. Aleksandr ondan iri olduğundan və üstünə dayanmadan hücum çəkməsinə görə şalvarının sağ ön cibində olan 01 ədəd açılıb- qatlanan qara rəngdə korpusu dəmir materialdan, kənarları isə taxta materialdan olan bıçağı çıxardıb Aleksandrın ondan qorxaraq uzaqlaşması üçün sağ ayağına 01 dəfə zərbə vurmuşdur. Aleksandr bu zərbədən sonra sanki sakitləşərək ondan aralanmışdır. Ancaq Aleksandr yerə yıxılmadığı və zərbəyə reaksiya vermədiyi üçün elə başa düşmüşdür ki, Aleksandr bıçaqla vurulduğunu hələ başa düşməmiş və davanın həyəcanından ağrını hiss etməmişdir. Bundan sonra dava bir anda dayandıqda tez Pərvizin avtomobilinə minmiş və onlara avtomobilə əyləşmələrini söyləmişdir. Pərviz avtomobili işə saldıqdan sonra hərəkətə başlamışlar, yolda olanda isə avtomobilidə olan Pərviz, Ramin və Samirə Aleksandrın ayağından 01 ədəd bıçaqla xəsarət yetirməsini söyləmişdir. Yolda olarkən isə hadisə yerindən təxminən 4-5 kilometrdən sonra heçkim fikir vermədən bıçağı avtomobilin salonunda yola atmışdır. Belə ki, özü avtomobildə ön sərnişin oturacağında əyləşmişdi. Uşaqlar bir müddət ondan narazılıq edərək Aleksandrı bıçaqla vurmasının düzgün olmamasını söyləmişlər, cavabında isə onlara Aleksandrı bıçaqla vurmaqda məqsədinin özünü müdafiə olmasını demişdir. Bundan sonra isə uşaqlar sakitləşmişlər. İlk öncə Raminin evinə çatıb paltarlarını yığmışdır. Qərar vermişdir ki, səhər saatlarında Moskva şəhərinə qayıtsın. Elə hadisədən təxminən 5-6 saat sonra tanımadığı taksi ilə birbaşa Moskva şəhərinə yollanmış və atasının yanma gəlmişdir. Atasına isə hadisə barədə heçbir məlumat verməmişdir. Bir müddət fikirləşdikdən sonra Aleksandrı bıçaqla vurması üstündə tutulacağımı bilib 05 aprel 2021-ci il tarixdə avtobus ilə Azərbaycana qayıtmışdır. Azərbaycana qayıtdıqdan sonra isə Raminlə telefonla danışarkən deməsindən bilmişdir ki, Aleksandr vurduğu bıçaq zərbəsi nəticəsində vəfat etmişdir, həmin fakt ilə əlaqədar Rusiyada istintaq orqanı tərəfindən cinayət işi başlanılmışdır. Raminin özü və digərləri isə hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən dindirilmişlər. Buna görə də, bilmişdir ki, onu Rusiyada axtarışa verəcəklər. Hadisədən sonraki müddət ərzində isə bugünə kimi Bakı şəhərində yaşayır və ölkədə olmuşdur. Fərdi qaydada boyaçı usta kimi işləyib dolanışıq əldə etmişdir. 27 sentyabr 2021-ci il tarixdə saat 16 radələrində Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində Nərimanov rayon prokurorluğu tərəfindən axtarış elan edildiyi üçün saxlanılaraq Nərimanov RPİ-nin X13 yerləşdirilmişdir. Baş vermiş hadisə zamanı əynində göy rəngli cins şalvarı, qara rəngli uzunqol köynək və tünd göy rəngli gödəkçə var idi. Həmin paltarları özü ilə Azərbaycana gətirsə də, sonraki müddət ərzində köhnəldiyi üçün zibilə tullamışdır. Baş vermiş hadisə zamanı paltarları üzərinə heçbir qan ləkəsi düşməmişdir. Hadisənin üstündən 5 il keçdiyinə görə hazırda Zərərçəkmiş şəxs əynində hansı paltalar olmasını xatırlamır. Hadisə zamanı Zərərçəkmiş şəxs vurduğu bıçaq açılıb- qatlanan qara rəngdə korpusunun üst hissəsi dəmir materialdan, kənarları isə taxta materialdan idi. Həmin bıçağı Moskva şəhərində dəqiq ünvanını xatırlamadığı dükandan suvenir kimi almışdır. Ara-sıra meyvətərəvəz alveri ilə məşğul olduğu meyvə doğramaqdan ötrü istifadə etmişdir. Həmin bıçağı üstündə gəzdirməsinin səbəbi isə bıçaqdan xoşu gəlməsi idi, suvenir kimi üstüdə saxlayırdı. İfadəsində qeyd etdiyi kimi, dava baş vermiş ünvandan Raminin evinə gedərkən həmin bıçağı xatırlamadığı yerdə avtomobildən yola tullamışdır. Hadisə zamanı Zərərçəkmiş şəxs onu yumruqla sifət nahiyəsinə bir neçə dəfə zərbə vurduğu üçün xəsarət almış, xəsarətləri əhəmiyyətli olmadığı üçün isə heç bir xəstəyəxanaya müraciət etməmişdir.Zərərçəkmiş şəxs bıçaqla vurduqdan sonra sonuncu ondan aralaşıb öz tanışları tərəfə getmişdir. Lakin o, yerə yıxılmamışdır. Elə başa düşmüşdür Aleksandr xəsarəti isti-isti aldığı üçün heç başa düşməmişdir ki, onu bıçaqla vurmuşdur. Hadisə yerindən ayrılarkən isə ona fikir verməmişdir. Hadisə zamanı bıçağı sağ əlinlə dəstəyi əlinin içində, tiyəsi isə çölə çıxmış vəziyyət idi. Hadisə baş verən vaxt orada tanışları Ramin Hümbətov, Şahid1, Şahid2, Şahid4, Raminin və Rüstəmin tanışları olan 2 nəfər qız, Rüstəmin bir nəfər milliyətcə rus olan tanışı, onlardan başqa isə Aleksandrın tanışları olmuşlar. Qeyd etmişdir ki, Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirən zaman onları aralaşdıran olmamışdır. Özü Rusiyada qalarkən rus mobil operatoruna məxsus nömrə işlətmiş, həmin nömrəni dəqiq olaraq xatırlamır. Hadisədən 2-3 gün sonra Azərbaycana gəldikdə isə həmin nömrəni tullayıb, hazırda istifadə etdiyi ***-***-**-** mobil nömrəsini almış və bugünə kimi istifadə edir. Hadisədən sonra heç bir ailə üzvünə və ya tanışma hadisə barədə məlumat verməmişdir. Heç bir psixi xəstəlikdən əziyyət çəkməmiş və çəkmir. Eyni zamanda heç vax narkotik vasitələrdən istifadə etməmişdir. Zərərçəkmiş şəxs üzərində bıçaq görməmişdi. İfadəsində qeyd etdiyi kimi, Aleksandr ondan fiziki cəhətdən güclü olduğundan və bir neçə dəfə üzündən yumruqla zərbə vurduğundan Aleksandrı qorxutmaq məqsədi ilə bıçaqnan ayağından vurmuşdur. Aleksandrı öldürmək kimi niyyəti olmamışdır, Aleksandra öldürmək istəsəydi onun ayağından yox, ürəyindən vurmaq istəyərdi. Fikirləşməzdi ki, həmin xəsarət nəticəsində Aleksandr ölə bilər. “Vegas” klubunun qarşısında baş vermiş dava-dalaş xatırladığı qədər ümumi olaraq təxminən 10 dəqiqə çəkmişdir. Hadisə təxminən 03 aprel 2016-cı il tarixdə saat 00 radələrində baş vermişdir. Zərərçəkmiş şəxs əvvəllər tanımamış və görməmişdir. Adım və soyadını isə hadisədən sonra öyrənmişdir. Həmin hadisə zamanı Ramin, Rüstəm, Pərviz və Samirlə Raminin yaşadığı evdə 02 ədəd 0.7 litrlik spirtli içki olan araq qəbul etmişdir. Hadisə vaxtı özünü orta dərəcəli sərxoş hiss etmişdir. Özü Rusiya Federasiyasının vətəndaşı deyil. Ümumiyyətlə həmin ölkənin vətəndaşlığına dair müraciət etməmiş, Azərbaycan Respublikasının vətəndaşıdır. Nə Azərbaycanda, nədəki Rusiyada heç vaxt qanunsuz əməl törətməmiş, əvvəllər məhkum olunmamışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı əlavə olaraq ifadəsi alınarkən bildirmişdir ki, ola bilsin ki, ilkin ifadədə verərkən bəzi xüsusatları dəqiq xatırlamadığı üçün səhvlər etmişdir. Belə ki, tanışları Pərviz və Raminlə birgə Lebedyan şəhərində “Veqas” kafesinin yaxınlığında Pərvizə məxsus Lada markalı avtomobilin salonundan gələn musiqiyə qulaq asırdılar. Təxminən 15 nəfər rus milliyətli şəxslər onlara yaxınlaşıb təhqir etməyə başlamışlar. Belə ki, onlar Pərvizin avtomobilinin arxa yük yerini qapısı bağlayaraq rus dilində “Çıxıb gedin öz vətəninizə çurkalar, bizi bezdirmisiz” və sair təhqirdolu ifadələr işlətmişlər. Həmin şəxslərin arasında olan Zərərçəkmiş şəxs yenidən irəli çıxaraq əsəbi halda ünvanlarına söyüşlər söymüş və qoluna girərək onu kənara çəkmişdir. Kənara çəkdiyi anda Aleksandr yumruqla onun başından zərbə vurmuş və yerə yıxmışdır. Aleksandrın ondan daha iri və idman cüssəli olması səbəbindən müqavimət göstərə bilməmiş, Aleksandr isə onu yerə yıxdığı an üstünə çıxaraq ayaqlarını öz ayaqları ilə qayçı vəziyyətinə salıb tutmuş və onu vurmağa çalışmışdır. Daha sonra isə sağ əli ilə boğazından yapışıb onu boğmağa başlamışdır. Sol ilə isə sağ əlini yerə sıxmışdır. Həmin anda Aleksandrın bel kəmərinə sol əli ilə yapışıb çəkməyə cəhd etsə də, gücü çatmamışdır. Bu zaman Aleksandrın üstündən sol vanına 01 ədəd bıçaq düşmüşdür. Boğulduğundan əlini yerə sürtərək bıçağı götürmüş və Aleksandrın sağ ayağının bud nahiyəsindən yüngül batırmışdır. Düşünmüşdür ki, bu halda Aleksandr ondan əl çəkər, özü isə çıxıb qaçar. Zərbədən sonra Aleksandr üzərindən qalxıb kənara çəkilmiş və səkinin üzərinə əyləşmişdir. Bıçağı isə hadisə yerinin yaxınlığında atmışdır. Aleksandrın yanında olan şəxslərin onun tərəfə gəldiyini gördüyü üçün qorxmuş və yerdən qalxıb yaxınlıqda dayanmış taksi ilə hadisə yerindən uzaqlaşmışdır. Ramin və Pərviz ney namələrini bilməmişdir. Belə ki, Ramin və Pərviz Aleksandrın tanışları ilə dava edirdilər. Taksi ilə birbaşa gecəynən 5.000 rubl ödəyib Moskva şəhərinə qayıtmış, Moskvadan isə avtobusa minib 05 aprel 2016-cı il tarixdə Azərbaycana qayıtmışdır. Əlavə olaraq bildirmişdir ki, Aleksandrı öldürmək niyyəti olmamış, öldürmək niyyətində olsaydı bıçaqla onun ayağından yox. qarın və ya ürək nahiyəsindən vurardı. Belə ki, buna imkanı var idi. Niyyəti Aleksandrın onu boğduğu üçün yüngül xəsarət yetirməklə özünü müdafiə etmək idi. Hadisə yerində onunla yanaşı Ramin Htimbəiov, Şahid1, Şahid2, Şahid4, Raminin və Rüstəmin tanışları olan 2 nələr qız, Rüstəmin bir nəfər milliyətcə rus olan tanışı, onlardan başqa isə Aleksandrın tanışları olmasını qeyd etsə də, hazırda bildirir ki, həmin şəxslərdən hadisə yerində Ramin və Pərvizi görmüşdür. Digərlərlərini isə görməmiş və hadisə yerində olduqlarını xatırlamır. Yada salmaqda çətinlik çəkdiyi üçün bu cür səhv ifadə vermişdir. Əvvəlki ifadəsində 03 aprel 2016-cı il tarixdə Aleksandra üzərində olan bıçaqla zərbə vurmusasım, Aleksandrın üzərində isə bıçaq olmamasını göstərsə də, ifadə verərkən hadisələri dəqiq xatırlamadığı üçün ola bilsin ki, yanlışlıqlara yol verməsini bildirmişdir. Məhkumluq həyatını Azərbaycanda yaşamadığı üçün ilkin ifadəsində bu barədə bir söz deməmişdir. Həmçinin anası Səmayə İsayevaya hadisə barədə tam təfərrüatları danışmamış, hadisəni qısaca danışmış və günahının olmadığım demişdir ki, həyəcan yaşamasın və narahat olmasın. Sonraki müddət isə müxtəlif ölkələrə gedib-gəldiyi üçün anası və bacısı ilə əlaqəsi olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 20 may 2016-cı il tarixli 93/6mk-16 saylı rəydə fotogörüniişü olan 01 ədəd bıçağı əvvəllər görməmiş və kimə məxsus olmasını bilmir. 27 sentyabr 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq həmin PByə gətirildikdə əl çantasında olan 01 ədəd özünə məxsus bıçağı polislərə vermişdir. Həmin bıçağı xatırladığım vaxt və yerdən almış, ancaq qeyd etmişdir ki, bıçaqla heç bir qanunsuz əməl törətməmişdir. Ovçu deyil və ovçular birliyinin üzvü deyil. Şahid2 ifadəsində hadisədən bir neçə gün öncə onda bıçaq görməsini deməsi barədə xüsusat üzrə Təqsirləndirilən şəxs qeyd etmişdir ki, üzərində bıçaq gəzdirmədiyi üçün Pərviz ola bilsin ki, nəyisə səhv salır. Eyni zamanda Rüstəmində Aleksandra dava etməsini görməmiş. Aleksandr yalnızca onunla dava etmiş, daha doğrusu onu döymüş və boğmağa çalışmışdır. Başqa bir söz deyə bilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin - Rusiyaya qarşı” işi üzrə xx.xx.2006-cı il tarixli, həmçinin, “Saidinin-Fransaya qarşı” işi üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar Konvensiyanın 6-cı bəndinin 1-ci bəndinə və 3-cü bəndinin “d” yarımbəndindəki müddəaların tələbələrinə uyğunsuzluq kimi qəbul edilə bilməz. Avropa Məhkəməsinin “Matisinanın Rusiyaya qarşı iş” üzrə xx.xx.2014-cu il tarixli və “Əfəndiyevin Azərbaycana qarşı iş” üzrə xx.xx.2014-cü il tarxili qərarları da eyni məsələyə həsr olunmuşdur. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu və digər presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində dindirilmiş, məhkəmə istintaqında isə ifadəsi tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Zərərçəkmiş şəxs qismində tanınmaqla ifadəsi alınmış Zərərçəkmiş şəxs atası X7 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Lipetsk vilayəti, Lebedyan şəhəri, Bereqovaya küçəsi, ev 12 ünvanda öz həyat yoldaşı X8 və kiçik oğlu 1997-ci il təvəllüdlü X2 yaşayır. Böyük oğlu 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs, xx.xx.2016-cı il tarixdə Lipetsk vilayətinin, Lebedyan şəhərinin Turqenev küçəsində yerləşən kafenin yanında ona ağır bıçaq yarası yetirilməsi nəticəsində vəfat etmişdir. X20 vilayətinin Lebedyan şəhərində anadan olmuşdur, elə orada da birinci sinifdən on birinci sinifə qədər 3 saylı orta məktəbdə oxumuşdur. Məktəbdən sonra X21 Tərbiyəsi Akademiyasına qəbul olmuşdur. Bir il oxuyandan sonra o, hərbi xidmətə çağırılmışdır, hərbi xidməti Vladimir vilayətinin Kovrov şəhərində moto-piyada qoşunlarında 2013-cü ildən 2014-cü ilə qədər keçmişdir. Ordudan qayıdandan sonra Aleksandr təhsilini davam etmiş, qiyabi təhsil formasına keçmiş və Lebedyan şəhərində KGİM-də məşqçi işləmişdir. Oğlu Aleksandrı müsbət tərəfdən, sakit insan kimi xarakterizə edə bilər.Aleksandr ona heç vaxt kobud cavab vermirdi, zəhmətkeş idi, ona həmişə kömək edirdi, qonşularla ünsiyyətdə idi, qonşular ondan şikayət etmirdilər. İdmanla məşqul olurdu, nizamlı idi. Məktəbdə və institutda yaxşı oxuyurdu. İşdə iş yoldaşları tərəfindən hörmət qazanmışdır. Aleksandrın ölməyi haqqında xəbəri telefonla çatdıran Alekseydən bilmişdir. Hadisənin halları barədə tanışlarından bilmişdir. Ona ancaq məlumdur ki, Lipetsk vilayətinin Lebedyan şəhərinin Turqenev küçəsində yerləşən kafenin yanında oğluna ağır bıçaq yarası yetirilmiş, bunun nəticəsində Aleksandr vəfat etmişdir. Daha ətraflı hecnə izah edə bilmir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, xx.xx.2016-cı il tarixində saat 23:00 radələrində öz dövlət qeydiyyat nömrəsi olan MO 969 U 48. lazur rəngli VAZ-2109 maşınında Lebedyan şəhərində dostları Məmmədov Timur, Şahid9, Şahid5, Zmiyovskaya Diana ilə gəzirdilər. Əvvəl onlar “Rosinka” mağazasının arxasında yerləşən “Beqovoy” pivə barına getmişdirlər. Onlardan sonra həmin bara öz tanışları Şahid2, Təqsirləndirilən şəxs və soyadını bilmədiyi Samir adlı oğlan gəlmişlər. Onlar avtomobil nömrəsini bilmədiyi, lakin reqion kodu 105 olan göy rəngli "VAZ-21011” avtomobil ilə gəlmişdirlər. Maşını Quliyev idarə edirdi. Barda Şahid9 1 bokal pivə içmişdir. Fikrincə bundan artıq heç kim heçnə içməmişdir. Bundan sonra onlar birlikdə şəhəri gəzmək qərarına gəlmişlər. Özü öz maşınında, Quliyev isə öz maşınında. xx.xx.2016-cı il tarixində saat 24-də Məmmədov, Vışlova və Zmiyeskaya ilə öz maşını ilə Lebedyan şəhəri. Turqenev küçəsi ev 30 ünvanında yerləşən “Veqas” kafesinin yanma gəlmişlər. Maşını kafenin yanında saxlamış, avtomobil yolunun işlək hissəsinə parallel qoymuşdur. Ondan sonra Şahid2, Təqsirləndirilən şəxs və soyadını bilmədiyi Samir adlı oğlan gəlmişlər. Quliyev maşınını onun maşınının arxasında saxlamışdır. Kafenin yanında dayananda, özü ilə yanaşı Məmmədov və Yakovlev maşının salonundan çıxmışlar. Vışlova və Zmiyeskaya isə maşında qalmışlar. Şahid9 onun maşının yük yerini açmış, Məmmədov Timur isə maşında ucadan musiqini qoşmuşdur. Maşınında kolonka və gücləndirici qurulduqdan musiqi həqiqətən ucadan səslənirdi. Özü, Quliyev və Məmmədov maşınının yanında qalmışlar. Həmçinin kafedən onlara Hümbətov Ramin yaxınlaşmış, dayanıb söhbət etmişlər. Yakovlev, İsayev və Samir maşının yanında rəqs etməyə başlamışlar. xx.xx.2016-cı il tarixində saat 00:30 yaxın “Veqas” kafesindən ona tanış olmayan cavan oğlan çıxdı. Həmin şəxsin əynində kapüşonlu zamoklu ağ köynək var idi. Bu oğlan İsayev və Yakovleva yaxınlaşmış, ovucu ilə eyni zamanda onları sifətlərindən tutmuş və onlara nəsə demişdir. Nə dediyini eşitməmişdir. Bundan sonra həmin şəxs onun maşınına yaxınlaşmış və yük yerinin qapağını bağlamışdır. Özü həmin şəxs soruşmuşdur ki: “Sən nə edirsən?”. Cavan oğlan onların ünvanına: “Siz burada nə etmisiniz? Öz balalaykanı yandırmısız.” Bəlkə də, o yenə nəsə deş irdi, ancaq bunu dəqiq bilmir. Mübahisə zamanı zərərçəkmiş şəxs tərəfindən heç bir hədə yox idi. Həmin an öz maşınının arxasında, kafenin girişinə yaxın durmuşdur. Ağ köynəkli oğlan ona yaxınlaşmış və heçnə demədən, izah etmədən, yumruqla sifətindən vurmuşdur. Özü həmin şəxsin yenə kimisə vurub-vurmaması görməmişdir. Onla bir-biri ilə güləşçilər kimi tutuşmuşlar və bir- birilərini itələyə-itələyə kafenin girişinə nisbətən sağa getmişlər. Kafenin girişindən təxmini 10 metr məsafədə olmuşlar. Bundan sonra özünü arxadan tutmağa başlamışlar. Kim olduğunu isə görməmişdir. Cavan oğlan dəstənin başına fırlanmış və yenə ondan 10- 15 metr məsafədə durmuşdur. Həmin şəxs onunla üzbəüz durmuşdu, onu heç kim tutmurdu və əlləri ilə ona işarə edirdi və yanına çağırırdı. Həmin şəxs hətta qışqırırdı ki: “Gəl bura!“. Özü başa düşmüşdür ki, həmin şəxs mübahisəni davam etmək istəyir. Həmin şəxs yenə onun yanına qaçmış və onu yumruqla vurmağa çalışmışdır. Onlar yenə tutuşmuşlar və yenə də kafenin girişinə sol tərəfə yaxın keçmişlər, orada güləşməyə başlamışlar. Bir-birilərini tutduqları üçün nə həmin şəxs ona, nədəki özü həmin şəxsə yumruq vura bilməmişlər. Mübarizə zamanı ayaq üstə olmuşlar. Öz beli yola və üzü hasara tərəf idi, həmin oğlanın sifəti is ona baxırdı, beli hasara tərəf idi. Birdən həmin şəxs elə bil əzilmiş, boşalmış və yerə enməyə başlamışdır. Özü buna təəccüblənmiş, belə ki, bir-birinə heç bir zərbə vurmamışdılar. Bu an onu arxadan papağından Təqsirləndirilən şəxs dartmış və ona müraciət edərək demişdir ki, “Gedək burdan, mən onıı bıçaqla vurdum!”. Başa düşmüşdür ki, İsayev onun güləşdiyi şəxsi bıçaqla vurmuşdur. İsayev onlar mübarizə edən vaxt İsayev yanlarında olmuşdur. İsayevin bıçaqla zərər yetirdiyi anı görməmişdir. Özü Rəşada baxmış və onun əlində bıçaq görmüşdür. Hava qaranlıq olduğundan İsayevin əlində olan bıçağı təsvir edə bilmir. Bıçaq arxada tutulmuşdur, yəni İsayev onu gizlədirdi. Bıçağın tiyəsi 12 sm kiçik olmamışdır. Özü Təqsirləndirilən şəxs soruşmuşdur ki:“Sən nə etdin?” Rəşad isə cavab vermişdir ki: “Mən onun ayağına bıçaq vurdum! Tez getdik buradan!”. Dalaşdıqları yerdə adam çox olmuş, həmçinin mübahisə zamanı Təqsirləndirilən şəxs xəsarət yetirdiyi oğlana necə yaxınlaşmasını görməmişdir. Hundan sonra özü maşına əyləmiş, bu an görmüşdür ki, əynində olan pambıq kurtkanın qəhvəyi rəngli kapüşonu cırılmışdır. Kapuşonu kim tərəfindən və harada cırılmasmı görməmişdir. Maşınına həmçinin Yakovlev və Məmmədov oturmuşlar, Tatyana və Diana mübahisə zamanı maşından çıxmamışdılar. Özü həmçinin görmüşdür ki, Təqsirləndirilən şəxs Quliyevin maşınına əyləmiş, ancaq dəqiq olaraq hansı tərəfdə oturmasını görməmişdir. Ondan başqa, maşına Quliyevin özü, Hümbətov Ramin və Samir oturmuşlar. Onlar “Veqas” kafesindən daha tez çıxmışlar, ona görə də Quliyevin maşınının arxasınca getmişlər. Yolda olarkən görmüşdür ki. Quliyevin maşını Lebedyan şəhəri, Kosmodemyanskaya küçəsində birmərtəbəli evlərin birinin yanında dayanmışdır. Öz maşınım isə Quliyevin maşından təxminən 2-3 metr aralıda saxlamışdır. Şahid9 kafeyə qayıtmaq istədiyini deyərək maşından çıxmış və piyada olaraq “Veqas” kafesi tərəfə getməyə başlamışdır. Özü və digərləri isə maşında qalmışlar. Quliyev onun maşınına yaxmlaraq sürücü qapısının yanında dayandıqda özü qapım açmışdır. Bu zaman Şahid2 ona “Həqiqətən İsayev onu bıçaqla vurdu?” sualım verdikdə cavabında “hə” deyərək təsdiq etmişdir. Bu zaman Şahid2 maşının ön sərnişin tərəfindən Təqsirləndirilən şəxs yerə enmişdir. Sonuncu onların danışığını eşidib “bəli, vurdum” deyə ifadə işlətmişdir. Bundan sonra Rəşad maşından kənara çəkilmiş, lakin onun nə etdiyini görməmişdir. Pərvizin maşınından Rəşaddan başqa heçkəs enməmişdirlər. Rəşad 2-3 dəqiqə çöidə dayandıqdan sonra Pərvizin maşınına minmiş, daha sonra isə onlar maşınla çıxıb getmişlər. Özü isə avtomobildə siqaret çəkdikdən sonra maşında olan şəxsləri evlərinə düşürdüb özü də evinə getmişdir. Rəşad hadisəni törətdikdə ona “Gedək, gedək, mən onu ayağından bıçaqla vurdum” demiş, sonradan Rəşad bunu digərlərinin yanında da demişdir. Dava zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurduqdan sonra Rəşadın sağ əlində bıçaq olmasını görmüşdür. Hazırda bıçağın detallarını təsvir edə bilmir, çünki Rəşad bıçağı dərhal gizlətmiş və bıçağı əlinin arxasında elə aparırdı ki, bıçağın dəstəyi onun əlində, tiyəsi isə əlinə paralel, dirsək istiqamətində idi. Həyəcanlı olduğundan bıçağa yaxşı baxmamışdır. Elə düşünür ki, Zərərçəkmiş şəxsla güləşəndə sonuncunun paltarlarından iki ilə tutarkən Təqsirləndirilən şəxs sağ tərəfdən Zərərçəkmiş şəxs yaxılaşmış və bıçaqla ona zərbə vurmuşdur. Bu zərbədən Zərərçəkmiş şəxs dərhal “solmağa” başlamış, yana yerə yıxılmışdır. Təqsirləndirilən şəxs başqa Zərərçəkmiş şəxs heçkəs bıçaqla vura bilməzdi, Zərərçəkmiş şəxs bıçaqla Təqsirləndirilən şəxs vurmuşdur. Özü isə heç vaxt bıçaq daşımamış, bıçağı yoxdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla zərbə vurduğu anı görməmişdir. Zərərçəkmiş şəxs əlində bıçaq olmamış, sonuncu heçkəsə hədə-qorxu gəlməmişdir. Ümumiyyətlə Zərərçəkmiş şəxs bıçaqla zərbə vurulmasına ehtiyac olmamış, özü onun öhdəsində gələ bilərdi. Təqsirləndirilən şəxs niyə bu cür etməsini başa düşə bilmir. Dedikləri hamısı həqiqətdir, Təqsirləndirilən şəxs qarşı şər atmır. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, hazırda Lebedyansk rayonun Şovskoe kəndində anası X6, qardaşı X17 ilə birlikdə yaşayır. Lebedyansk rayonunda bir çox oğlanları tanıyır. Xeyirxah, ünsiyyətçil biridir. İnsanlar onu yaxşı tərəfdən tanıyırlar. Oğlanlar arasında Təqsirləndirilən şəxs və Ramin Hümbətovun adlarını çəkə bilər. Ramin Hiimbətovla 3 ildir ki, tanışdır, əvvəllər sonuncunu atasını tanımışdır. Təqsirləndirilən şəxslə 2015-ci ilin payızında Moskvada olarkən Ramin Hümbətovun vasitəsi ilə tanış olmuşdur. 25 və ya 27 mart 2016-cı il tarixdə işləmək üçün getdiyi Moskva şəhərinə Lebedyan şəhərinə qayıtmışdır. Həmin günlərdə o, Rəşadla görüşmüşdür. Ümumiyyətlə Rəşad ilə cəmi 3 dəfə görüşmüş, onunla ünsiyyət saxlamazdı. Özü adətən Lebedyan şəhərinə gəzməyə və tanışları ilə görüşməyə gəlirdi. xx.xx.2016-cı il tarixdə saat 12 radələrində dövlət qeydiyyat nişanı M056 OK reqionl50, VAZ-2111 maşınında Lebedyan şəhərinə dostları ilə görüşməyə gəlmişdir. Orada tanışları işlədiyi paltar mağazasına getmiş, sonra tanışı işləyən “Vesenniy” mağazasına getmiş, mağaza çay içmişdir. Saat 17 radələrində mağaza bağlandıqdan sonra Viktoriya adlı satıcı qızı vaqzala aparmış, daha sonra isə küçəsini xatırlamadığı bukmeker ofisinə getmişdir. Saat təxminən 22-23 qədər bukmeker ofisində futbola baxmışdır. Həmin ofisin yanında Samir və Təqsirləndirilən şəxs yaşadıqlarından ofisdən birbaşa Samirin evinə getmişdir. Evin ünvanının dəqiq bilməsə də, göstərə bilər. Evdə Samir və Ramin yaşayırdılar, Rəşad isə onlara qonaq gəlmişdir. Həmin gün, yəni xx.xx.2016-cı il tarixdə. Raminin qız yoldaşı - Yekaterİnamn ad günü olmuş, sonuncunun 21 və ya 22 yaşı tamam olurdu. Ramin həmin vaxt evdə olmamış, Yekaterina ilə birgə ad günü qeyd etdikləri “Veqas” kafesində olmuşlar. Samir və İsayev evdə olmuşlar. Lebedyan şəhərinin mərkəzinə gedəcəyini edikdə Samir və Rəşad onları da özü ilə aparılmasını xahiş etmişlər. Buna razı olub birgə “Beqovoy” pivə barına getmişlər. Həmin obyektdə isə Rüstəmlə görmüşlər. Rüstəm orada Timur və Aleksey adlı oğlanlarla, habelə Diana və Tatyana adlı qızlarla birgə idi. Təxminən 15-20 dəqiqə söhbət etdikdən sonra Samir və Rəşad ilə öz maşınında, Rüstəm isə birgə oturduğu Timur, Aleksey, Diana və Tatyana ilə idarə etdiyi VAZ -2109 maşınında Lebedyan şəhərinin mərkəzinə getmişlər və mərkəzə birgə gəzərək vaxt keçirmişlər. Saat 23:30 radələrində “Veqas” kafesinə gəlmişlər, ancaq kafeyə giriş ödənişli olduğundan içəri daxil olmamışlar. Elə həyətdə dayanıb Rüstəmin maşınında olan musiqiyə qulaq asmışlar. Maşınlarım isə kafenin girişi ilə üzbəüz dayanacağın 20-30 metr məsafədə saxlamışlar. Həmin yerdə söhbət etmişlər, spirtli içki qəbul etməmişlər, hərdən isə rəqs etmişlər. Bir anda görmüşdür ki, kafedən Ramin və Yekaterina çıxaraq onlara yaxınlaşmışlar. Saat təxminən 00.30-01.00 radələrində kafe tərəfdən onlara boyu təxminən 185 sm olan, qara saqqallı cavan oğlan yaxınlaşmışdır. Həmin şəxsin əynində isə ağ rəngli idman kurtkası və göy rəngli cins şalvar var idi. Həmin şəxs VAZ-2109 maşının yük yerini möhkəm səslə bağlamış və demişdir ki: “Çurkalar, gedin., buradan.” Rüstəm isə cavabında ona “Sən nə dedin?” deyə sual verdikdə həmin şəxs Rüstəmə yaxınlaşaraq qəflətən sonuncunun sifətindən sağ əli ilə zərbə vurmuşdur. Zərbədən Rüstəm yıxılmamış, həmçinin Rüstəmin həmin şəxs vurub-vurmaması yadında deyil. Sonra isə həmin oğlan onun üzərinə gəldikdə sağ əli ilə həmin oğlanın sol qulağı tərəfə zərbə vurmaq istəmiş, ancaq vurmağı çatdırmamış, əksinə həmin oğlan onun sol qulağından cəlb zərbə vurmuşdur. Həmin oğlan qışqıraraq hamının onun yanma gəlməsini söyləmiş, kafedən və maşınlardan bir çox adam həyətə toplaşmışlar. Mübahisə girişlə üzbəüz maşınlarının yanında olmuşdur. Rüstəm və oğlan arasında dava başlamış, birbirinə zərbə vurmuşlar və güləşmişlər. Onlar kafenin girişindən təxminən 10 metr sağda idilər. Rüstəm ilə dava etdiyi oğlanı bir-birindən ətrafda olan insanlar əhatəyə alaraq ayırmağa nail olmuşlar. Həmin oğlan cəld addımlarla kafenin divarı tərəfə gedərək Rüstəmə tərəfə “Mundar, gəl bura.” deyə qışqırmışdır. Ardınca isə həmin oğlan Rüstəmə tərəfə qaçaraq sonuncuya görmədiyi nahiyəsində zərbə yetirmişdir. Bundan sonra həmin oğlanla Rüstəm təkrarən tutuşmuşlar, bir-birinə zərbələr yetirməyə başlamışlar, dava zamanı kafenin girişindən sola tərəf getmişlər. Ətrafda olan şəxslər isə elə onlarla yerlərini dəyişmişlər. Özü isə Rüstəmi tutub həmin oğlandan aralamağa çalışmışdır. Sonra isə həmin oğlan və Rüstəm kafenin küncü tərəfə getdiklərində özü kafenin qabağında qalmışdır. Həmçinin onlara tərəf 5 nəfər şəxs getmişlər. Belə ki, iki oğlan ona yaxınlaşaraq küncə getməsinə qoymamışlar və demişlər ki, məsələni özləri aydınlaşdıracaqlar. Özünün tanışlarından Ramin kafenin girişindən sağda siqaret çəkirdi, Diana və Tatyana maşında olmuşlar, Timurıın harda olduğunu görməmiş, Samir kafenin girişində olmuş. Rəşadın da harda olmasını görməmişdir. Belə ki, hər şey tez baş verdiyindən çox şeyi yadında saxlaya bilməmişdir. Küncdə hamı 3-4 dəqiqəyə yaxın olmuşlar, bu vaxt özü maşınlar tərəfə getmişdir. Sonra Rüstəm və başqa oğlanlar çıxmışlar, insanlar isə kafenin önündə toplaşmışlar, bu anda Rəşad da onlara yaxınlaşmışdır. Rüstəm ilə dalaşan oğlanı isə daha görməmişdir. Rüstəm isə demişdir ki, getmək lazımdır, hamı onlara qarşıdır. Rəşadın əlində nəsə olmasını görəməmişdir. Maşınlara yaxınlaşdıqda ön sərnişin oturacağına Rəşad, arxa oturacağa isə Samir və Ramin əyləşmişlər. Rüstəm isə Diana və Tatyananm olduğu öz maşınına əyləşmiş, həmçinin Aleksey də onun maşınına oturmuşdur. Daha sonra isə onlar dayanacaqdan çıxıb müəyyən məsafə getdikdən sonra yolun kənarında maşınları saxlamışlar. Maşından çıxıb Rüstəmə tərəf getmiş, Rüstəm isə onun tərəfinə gəlmişdir. Bu zaman Rüstəm vəziyyəti barədə maraqlanmış, sonuncu hər şeyin normal olmasını demişdir. Bundan sonra Rəşad onun maşınından çıxaraq Rüstəmlə ona yaxınlaşaraq “Mən dava zamanı insanı bıçaqla vurdum” deyə ifadə işlətmişdir. Rəşad Rüstəmin dava etdiyi şəxslər baş vermiş davanı nəzərdə tuturdu. Onlar Rəşadın üstünə insan vurmasına görə qışqırmağa başlamışlar, narazılıq etmişlər, Rəşad isə heç bir cavab verə bilməmişdir. Təxminən 3-4 dəqiqə söhbət etdikdən sonra Aleksey maşından çıxaraq çıxıb getmişdir. Lakin Alekseyin hara getdiyini görməmiş, o, heçnə deməmişdir. Bundan sonra isə Rəşadla öz maşınına əyləşmiş, Rüstəm isə öz maşınına əyləşmişlər. Rəşad yatmaq istədiyini deyərək onu evinə aparmasını xahiş etmişdir. Evə gedən zamanı Rəşadı adam bıçaqlamasına görə qınamış, Rəşad cavab verməmiş, bunu maşında olan Ramin və Samir də eşitmişlər. Onları Maşzavod rayonunda yerləşən Ramin və Samirin Rəşadla birgə yaşadıqları evin yaxınlığında endirmişdir. Daha sonra isə Rüstəmin evinə getmişdir ki, evinə çatıb-çatmadığını dəqiqləşdirsin. Rüstəm evdə olmadığından sonuncunun atasından Rüstəmə zəng etməsini xahiş etmişdir. Rüstəmin atası Rüstəmə zəng edərək mobil telefonu onu uzatmış, danışıq zamanı Rüstəm demişdir ki, qardaşı ilə evə gəlir. Rüstəm evə gəldiyi zaman isə məsləhət bildi ki, hazırlaşıb birgə polisə getsinlər, belə ki, dava etdiyi ola bilsin ölmüşdür. Bundan sonra isə birgə polisə getmişlər. Rəşadın əynində göy rəngli cins, sarı makasin, qara rəngli kurtka,qara kepka var idi. Rəşad və ya digər hadisə yerində olan şəxslərin birində bıçaq görməmişdir. Qaranlıq olduğundan Rəşadın əlində və ya paltarında qan olub-olmamasını görməmiş, lakin polisə gələndən sonra öz sərnişin qapısını açdıqda dayaqda qonur rəngli maddə gördüyü üçün polislərə bu barədə məlumat vermişdir. Mübahisə zamanı oğlanı heçkəs ölümlə hədələməmiş, həmin oğlanla yalnız Rüstəm dalaşmışlar, qalanları isə aralaşmışlar. Maşının yanında dayananda ölən oğlan onlara yaxınlaşmış və Rəşad ilə Alekseyi boyunlarından tutmuşdur. Bu an elə bilmişdir ki, həmin oğlan onların tanışıdır. Lakin sonra ölən oğlaıı yük yerini bağladıqda mübahisə başlamış, həmin anlarda Rəşadı gözündən itirmiş və yalnız dava bitdikdən sonra görmüşdür. Mübahisədən 3-4 gün əvvəl Rəşad ona demişdir ki, üstündə həmişə bıçaq gəzdirir, ancaq həmin bıçağı görməmişdir. Ölən oğlanın Rəşadı vurmasını görməmişdir. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Azərbaycan vətəndaşı olmaqla valideynləri ilə 20 il öncə Rusiyaya gəlmişdir. Bir ildir ki, Lebedyan şəhərində yaşayır. Təxminən 3 aydır ki, Samir Axverdiyev ilə Lebedyan şəhəri, Şosseynaya küçəsi, ev 8, mənzil 2 ünvanında evi kirayə götürmüşlər, Moskva şəhərində yaşayan və orta məktəbdə oxuyan vaxtda Təqsirləndirilən şəxslə tanış olmuşdur. Rəşad ondan bir sinif yuxarıda oxuyurdu. Rəşadla bir yerdə idman oyunları oynamışlar, münasibətləri dostcasına olmuş, onunla Moskva şəhərinin eyni rayonunda yaşamışlar, lakin dəqiq yaşadığı ünvanı bilmir. Rəşadın valideynlərini tanımış, atasının adı Sərdardır, anasının admı isə xatırlamır. Rəşad orta məktəbin 10-cu sinifində məktəbdən çıxmışdır. Sonrasında nə işlə məşğul olmasını bilməmişdir. Bilməsinə görə, dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs xuliqanlığa görə məhkum olunmuş və yarımil həbsdə olmuşdur. Cəzasını isə Moskva vilayətinin Kolomna şəhərində çəkmişdir. Rəşad özü heç bir yerdə işləmirdi, valideynləri hesabına yaşayırdı. Rəşadın atası Sərdar Moskva şəhərində tərəvəz topdan satış bazasında işləyirdi. Son zamanlar Rəşadla nadir hallarda görüşmüşlər, hərdən mobil telefonla zəngləşmişlər. Son zamanlar Rəşad **********5 mobil nömrəsindən istifadə edirdi. 2016-cı ilin mart ayının əvvəlində Rəşad ona zəng edərək tezliklə yaz bayramlarını keçirməkdən Lebedyan şəhərinə onun yanma qonaq gələcəyini demişdir. Rəşad 06 mart 2016-cı il tarixdə avtobusla Moskvadan Lebedyan şəhərinə gəlmiş, taksi ilə yaşadığı evə gəlmişdir. Rəşad paltarlardan dəyişək köynək və kostümü gətirmişdir. Mənzildə Rəşad Samirlə bir otaqda yatırdılar, 6 mart 2016cı il tarixdən 02 aprel 2016-cı il tarixədək Rəşad onlarla birgə yaşamışdır. Rəşad bazar günləri kafeyə gedir, ara günlərində şəhərdə gəzişir və ya mənzildə qalırdı. Rəşadın xərcləməsi üçün pulu atası Moskvadan yollayırdı. Rəşadın cib əşyaları kimi ümümu uzunluğu 5 sm yaxın, qulpunda yandıran şəkili olan bıçaq və “Nokia” mobil telefonu olmuş, başqa əşya görməmişdir. Lebedyan şəhərində Təqsirləndirilən şəxs təxminən 1 il yarım öncə tanış olduğu Şahid2lə və digər həmvətənləri ilə görüşürdü. 02 aprel 2016-cı il tarixdə Yekaterina Yeremeyeva onu “ Veqas” kafesinə öz ad gününə dəvət etmişdir. Gül alıb təxminən saat 22.00-da taksi ilə kafeyə gəlmişdir. Özü və Yekaterina ilə birgə sonuncunun 2 rəfiqəsi ilə ad günün qeyd etmişlər. Özü pivə içmiş, qızlar isə kokteyl içmişlər. Təxminən 40 dəqiqə sonra Rəşad, Samir və Pərviz birlikdə kafeyə gəlmişlər, kafeyə daxil olub paketdə Yekaterinaya hədiyyə vermişlər və çıxıb getmişlər. Onlar təxminən saat 23.30-da yenidən kafeyə qayıtmışlar. Şahid2 ona zəng edərək küçəyə çıxmasını xahiş etmişdir. Küçəyə çıxdıqda kafenin qarşısında çoxsaylı maşınların olmasını, dayanacağın ortasında isə Şahid1 məxsus göy rəngli “Vaz 2109” markalı maşının dayanmasını görmüşdür. Həmin maşının yük yeri açıq idi və maşından ucadan musiqi səsi gəlirdi. Çöldə olan adamların bəziləri oynayır, bəziləri isə dayanıb baxırdılar. Özü isə kafenin girişi qapısına yaxın pilləkənlərdə durmuş, Rəşada, Pərviz və Rüstəmə bir neçə dəfə musiqinin söndürmələrini demişdir, belə ki, onların davranışlarına görə utanmışdır. Daha sonra Rüstəmin maşınına sonradan adını bildiyi Zərərçəkmiş şəxs yaxınlaşmış, Pərviz və Rüstəmə tərəf nəsə demiş, ardınca isə Rüstəmin maşınının qapısını bağlayıb ucadan oıılarm ünvanına söyüş söyüb çıxıb getmələrini tələb etmişdir. Rüstəm Aleksandra nəsə dedikdən sonra sonuncu sağ yumruğu ilə Rüstəmin sifətinə zərbə vurmuşdur. Bir an içində onlar tutuşmuşlar və ayrılmışlar, bundan sonra isə Aleksandr cəlb addımlarla kafenin girişinin sol tərəfində dayanaraq əl işarələri ilə Rüstəmi yanma çağırmışdır. Lakin Rüstəm getmədiyindən Aleksandr özü Rüstəmin yanma qaçıb yenidən sonuncunu vurmuşdur. Rüstəm və Aleksandr bir-birilərinə zərbələr vurmağa başlayıb kafenin sol küncü tərəfinə getmişlər. Hadisələr tez baş verdiyindən kimin kimi vurması tam aydın dedildı. Rüstəmlə Aleksandrı kafenin yanında olan insanlar əhatəyə almışlar, özü isə bir qədər yaxın gəlsə də toplaşmış insanların əlində heçnə görməmişdir. Təxminən 2-3 dəqiqədən sonra dava birdən dayanmış, bu an Təqsirləndirilən şəxs “getdik” sözləri ilə dava olan yerdən qaçaraq Pərvizin maşınının ön oturacağına oturmuşdur. Həmin an Rəşadın əlində heçnə görməmişdir. Özü isə Pərvizin maşının arxa oturacağına oturmuş, yanma isə Samir oturmuşdur. Pərviz sükan arxasına keçdikdən sonra evlərinə getmişlər. Yolda olarkən xatırlamadığı küçədə dayanmışlar, dayandıqları zaman Pərviz və Rəşad maşından küçəyə çıxmışlar və yaxında dayanmış Rüstəmin maşınına yaxınlaşmışlar. Rüstəm və Pərviz təxminən 2-3 dəqiqə söhbət etdikdən sonra hər kəs öz maşınına qayıtmış və yollarına davam etmişlər. Yaşadıqları evin həyatinə gəldikdə Rəşad siqaret almaq istədiyi deyib küçənin qaranlıq hissəsi tərəfə getdi. Rəşad maşından çıxarkən əlində tiyəsi təxminən 15 sm-ə yaxın uzunluqda olan bıçaq olmasını görmüşdür. Rəşad bıçağı gizlətməyə çalışdığı üçün bıçağı ayağının arxasında tutmuşdur. Qaranlıq olduğundan bıçağın enini, həmçinin Rəşadın paltalarında qan olub-olmamasını görməmişdir. Rəşadın sol əlində isə iplə bağlanmış paket olmuş, başa düşmüşdür ki, həmin paketdə Rəşadın paltarları vardır. Pərviz və Samirlə yaşadığı mənzilə qalxmışlar, bir neçə dəqiqə sonra Pərviz çıxıb getmiş, özü və Samir isə yatmışlar. Sonradan polisdən öyrənmişdir ki, Zərərçəkmiş şəxs davadan sonra ölmüşdür. Hazırda Təqsirləndirilən şəxs harda olmasını isə bilmir. Rəşad kafedən çıxdıqdan sonra evə gedərək yolda susduğu üçün davanın şəraiti barədə bir söz deməmişdir. Rəşadın əlində gördüyü bıçağın yalnız tiyəsinin 15 sm-ə yaxın olmasını görmüş, başqa detalları görmədiyi üçün bıçağı təsvir edə bilmir. Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Azərbaycan vətəndaşı olmaqla 12 yaşında valideynləri ilə Rusiyaya gəlmişdir. 2015-ci ilin iyil ayından Lipetsk vilayəti, Lebedyan şəhəri, Şosseynaya küçəsi, ev 8, mənzil 2 ünvanında tanışı Şahid3 ilə kirayədə yaşayırlar. Lebedyan şəhərinə işləmək üçün gəlmişdir. 2015-ci ilin iyul-sentyabr aylarında Lipetsk vilayəti, Lebedyan şəhəri, Turqenev küçəsi, ev 30 ünvanında yerləşən “Veqas” kafesində administrator işləmiş, hazırda daimi iş yeri yoxdur. Şahid3 isə paltar mağazasında satıcı işləyir. Raminin sinif yoldaşı olmuş Təqsirləndirilən şəxs ilə hadisədən təxminən 2 həftə öncə tanış olmuşdur. Rəşad Raminin yanma qonaq kimi Moskva şəhərində gəlmişdir. Rəşadın dəqiq gəldiyi günü xatırlamır. Rəşad onların mənzilində yaşamış, onunla bir otaqda divanda yatmışdır, dəyişikli paltarları görməmişdir. Rəşad axşamlar paltarlarını yuyub ertəsi günü qurutduqdan sonra təkrarən geyinirdi. Rəşad demişdir ki, Moskvada daimi yaşayış yeri yoxdur, tez-tez bir evdən digər evə köçür, bəzən mehmanxanalarda yaşayır. Rəşad valideynləri tərəfindən göndərilən pul ilə yaşayırdı. 02 aprel 2016-ci il tarixdə Rəşadla evdə olmuşlar. Rəşad birgə “Vegas” kafesinə getməyi təklif etmiş, əvvəlcə təkliflə razı olmamış, sonradan razılaşdığı üçün Rəşad tanışı Pərvizə zəng etmiş, Pərviz onların arxasınca göy rəngli VAZ 2111 maşınında gəlmişdir. Birgə əvvəlcə “Beqovoy” barına getmişlər, həmin barda ümumi tanışlarını gördükləri üçün salamlaşmışlar, bir neçə dəqiqə söhbət etdikdən sonra həmin bardan çıxıb “Veqas” kafesinə getmişlər. Təxminən saat 23:30 radələrində Pərviz maşını “Veqas” kafesi ilə üzbəüz 20-30 metr aralıda saxlamışdır. Rəşad və Pərvizlə birgə kafeyə girdikdə Rəşad Katya adlı qıza sonuncunun ad günü münasibəti ilə hədiyyə vermiş, daha sonra isə yenidən küçəyə çıxmışlar, küçədə olarkən maşında qoşduqları musiqiyə qulaq asıb, söhbətlər etmişlər, rəqs etmişlər. Təxminən saat 00:30 radələrində maşından aralaşmış və kafenin girişi tərəfdə dayanmışdır. Başında isə kapuşon taxılı olmuşdur. Bir anda görmüşdür ki, girişlə üzbəüz dayanmış maşınların yanında dava başlamışdır. Dava edənlərində arasında Rüstəmi, Pərvizi, Rəşadı görmüşdür. Həmçinin orada tanımadığı və açıq rəngli sviter (kofta) geyinmiş rus oğlanı görmüşdür. Kimin kimi vurmasını seçə bilməmişdir. Daha sonra isə dava edənlər kafenin sol küncü istiqamətində yer dəyişmişlər, həmin hissə qaranlıq olduğundan heçnə görə bilməmişdir. Bir neçə saniyə sonra kafenin sol tərəfindən yerləşən hasar tərəfdən Təqsirləndirilən şəxs çıxara maşın tərəfə getmiş və “getdik” sözünü işlətmişdir. Rəşad ön oturacağa əyləşmiş, Özü isə arxada əyləşmişdir. Onlarla yanaşı Şahid3 də yanına əyləmişdir. Birgə yaşadıqları mənzilə yollanmışlar. Yolda olarkən xatırlamadığı yerdə Pərviz maşını saxlamış və Rəşadla maşından çıxaraq küçədə bir müddət söhbət etmişlər. Ardınca isə onlar maşına qayıtdıqdan sonra birbaşa yaşadıqları ünvana gəlmişlər. Rəşad siqaret almaq üçün marketə getdiyini deyib çıxıb getmiş, özü Pərviz və Raminlə mənzilə qalxmışlar. Pərviz evə getdikdən sonra Rəşadın gəlməsini gözləmədən Raminlə yuxuya getmişlər. “Veqas” kafesinin qabağında oğlanın xəsarət almasım polis əməkdaşlarından bilmişdir. Təqsirləndirilən şəxs olduğu yer ona məlum deyil, Rəşadın əlində bıçaq və ya başqa əşya görməmişdir, kafedən çıxdıqdan sonra yorğun olduğu və yatmaq istədiyi üçün Rəşadın dediklərini eşitməmişdir. Şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 02 aprel 2016-cı il tarixdə tanışları Şahid1, Timur Məmmədov, Şahid9 və Şahid10 ilə axşamı keçirmişlər. Təxminən saat 24 radələrində Şahid1 göy rəngli VAZ-2109 maşınında qeyd etdiyi tanışları ilə Turqenev küçəsindəki “Veqas” kafesinə gəlmişlər. Osmamnov maşını kafenin girişindən bir qədər solda, divara paralel, girişə sağ tərəfi ilə saxlamışdır. Rüstəm, Aleksey və Timur maşından çıxmışlar, özü Diana ilə maşında qalmışlar, küçədə baş verənləri pəncərədən izləmişlər. Maşında musiqi gedirdi, uşaqlardan kimsə maşının yük yerinin qapısını da açmışdır, Tinıur maşına qayıdıb musiqiyə birazda səs verdi. Diana ilə musiqinin səsinin yüksək olmasına görə Timtıra narazılıq etsələr də, sonuncu buna fikir verməmişdir. Kafenin girişində təxminən 8 ildir ki, tanıdığı Zərərçəkmiş şəxs dayanmasını görmüşdür. Bir neçə dəqiqədən sonra maşının yük yerinin qapısı bağlandıqda geriyə baxmış və şüşədən görünən insan siluetlərinin hərəkətlərindən elə başa düşmüşdür ki, dava başlamışdır. Belə ki, maşının arxa şüşəsi qaraldılmış və çirkli idi. Maşında ucadan musiqi səsi gəldiyindən küçədə olanları eşitmək olmurdu. Kimsə az müddətə yük yerinin qapısını açdıqda Rüstəmi görmüşdür. Rüstəm maşına yan tərəfi ilə durmuş, onu bir neçə dəfə adam tutmağa çalışdırdılar. Yük yerini kimsə yenidən bağladqıda küçəyə maşının yan sağ pəncərələrindən baxmağa davam etmişdir. Görmüşdür ki, kafenin girişində dava başlayıb, insanların dəstəsi arasında isə Aleksandrın ağ köynəyinin görmüşdür. Lakin kimin kimi vurması görmək mümkün deyildi. Aralarında Aleksandr olan dəstə kafenin sol küncünə keçmişlər, oradan isə hasar tərəfə keçmişlər. Diana musiqinin səsini azaltdıqda kiminsə hasara dəyən zərbələrin səsini eşitmişdir. Həmin hissədə işıq olmadığında heçnə görmək mümkün deyildi. Təxminən 2-3 dəqiqədən sonra görmüşdür ki, özünün olduğu maşın tərəfə hasar istiqamətindən əvvəlcə Ramin Htimbətli, ondan sonra Rəşad, Pərviz və Rüstəm gəlmişlər. Ramin və Pərviz yan keçmişlər, Rəşad və Rüstəm isə bir neçə saniyəyə maşının qabağında dayanmışlar. Bu an görmüşdür ki, maşının sol farasından 1 metr aralıda dayanmış Rəşadın sağ əlində sağ budu səviyyəsində bıçağa oxşayan parlaq əşya var. Həmin bıçağı isə o, ya şalvarının cibinə, yada ki, kəmərinin altına gizlətmişdir. Daha sonr Rəşad maşının yanından keçmiş və qaranlıqda itmişdir. Rüstəm maşının sükanı arxasına, Timur öndə sərnişin oturacağında, Aleksey isə arxa oturacaqda yanlarında əyləşdikdən sonra kafeninin qarşısından çıxıb getmişlər. Müəyyən məsafə getdikdən sonra mağaza qarşısında maşmı saxlamışlar, qabaqlarında isə Pərvizin VAZ 2111 markalı maşını dayanmışdır. Aleksey halının pis olmasım deyib çıxıb getmiş, özü və Diana isə yaxınlıqda yerləşən tualetə getmişlər. Tualetdən gəldikdə sonra Pərvizin maşınını görməmişlər. Rüstəm isə onu və Diananı düşürtdükdən sonra çıxıb getmişdir. Təqsirləndirilən şəxs əynində qara kepka, tünd-göy rəngli jilet, qollarında dirsəklər sahəsində oval formalı qəhvəyi rəngli əlavə tikişlərlə qara köynək, göy cins və qəhvəyi makasin var idi. Həmin gün alkoqol qəbul etməmişdir, Zərərçəkmiş şəxs ilə baş vermiş dava təxminən saat 01:00-da başlamışlar. Şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə beş ildən çox tanış olmuş, onunla dostluq etmişlər və birlikdə tez-tez ünsiyyətdə olub zaman keçirmişlər. 02 aprel 2016-cı ildə təxminən saat 23:00 radələrində Zərərçəkmiş şəxs ilə tanışları Şahid8 məxsus qarajda görüşmüşlər. Orada digər tanışları olan Aleksandr Sdobnikov, Yuliya Morozova, Tanya və Yuliya adlı üçüncü qız olmuşlar. Həmin qaraj Lebedyan şəhəri, Sovetski küçəsində yerləşir. Həmin qarajda uşaqlar viski içmişlər, özü idə sükan arxasında olduğu üçün spirtli içki qəbul etməmişdir. Belə ki, özünə məxsus M 502 AT seriyalı boz rəngli VAZ 2114 avtomobili sürür. 03 aprel 2016-cı il təxminən saat 00:30 radələrində Lebedyan şəhəri, Turgenev küçəsində yerləşən k'Veqas” kafesinə getmək qərarına gəlmişlər və maşınında Zərərçəkmiş şəxs, Yuliya Morozova və Tanya ilə birgə həmin kafeyə gəlmişlər. Digərləri isə Şahid8 məxsus tiind-yaşıl rəngli VAZ 21099 maşında kafeyə gəlmişlər. Təxminən 10 dəqiqə sonra kafeyə yaxmlaşdqda avtomobili dayanacağın sol knəarında saxlamışdır. Dayanacaqda təxminən 10 maşın var idi. Həmin vaxt dayanacağın ortasında kafenin girişinə yaxın duran tund göy VAZ 2109 markalı nömrəsi isə 969 olan maşına fikir vermişdir. Belə ki, həmin maşının yük yerinin qapısı açıq idi və maşının salonundan yüksək səsli musiqi gəlirdi. Maşının yanında dayandan qafqaz xarici görünüşlü insanlar isə musiqi sədalarına rəqs edirdilər. Yuliya və Tatyana maşından çıxdıqda küçədə qalmışlar, Zərərçəkmiş şəxs isə maşından çıxan kimi kafeyə daxil olmuşdur. Bir neçə dəqiqə sonra isə Aleksandr kafedən küçəyə çıxaraq və birbaşa yük yerinin qapısı açıq olan maşına yaxınlaşmışdır. Görmüşdür ki, Aleksandr həmin maşının yük yerinin qapısı bağlamışdır. Həmin an ona elə gəlmişdir ki, mübahisə başlamışdır. Yaxınlaşdıqda Aleksandrın üzərində qəhvəyi rəng başlıqlı gödəkçə olan kişi ilə dalaşır. Onlar itələşirdilər, bir birinə nəsə qışqırırdılar. Bir birlərini döydüklərini görməmişdir, toplanan insanlar isə onları ayırırdılar. Aleksandr kafenin girişindən bir az solda olan meydançaya çəkilmiş və jestlərlə kafenin girişinin yaxmlıqmda yaranan bir qrup insan içindən kimisə çağırmağa başlamışdır. Sonra görmüşdür ki, Aleksandr və bundan əvvəl izdihamın içində olan papaqlı kişi bir-birinin geyimlərindən yapışıb bir-birinə əl zərbələri yetirirlər və bu proses zamanı hasara tərəfə, yəni ki, kafenin sol küncünə tərəf yerlərini dəyişirlər. Özü isə bu zaman səkinin kənarında kafe binasının sol küncündən təxminən 4 metr məsafədə durmuşdur. Qaranlıq olduğundan demək olar ki, heçnə görünmürdü. Təxminən 2-3 dəqiqədən sonra izdiham dağılışdı. Yaxınlaşdıqda bir anda görmüşdür ki, Aleksandr güclə ayaqda durur və onu yanında dayanan Şahid17 və başqa biri əllərindən tutub saxlayırlar. Kömək edib Aleksandrı səkiyə çəkmişlər, Aleksandrı plitəyə qoyduqda sağ ayağının qan içində olmasını görmüşdür. Aleksandrın şalvarında sağ budunun yuxarı hissəsində 5 sm-dən çox olmayan kəsik olmuş, həmin kəsikdən qan axırdı. Aleksandr isə huşsuz idi və səsə reaksiya vermirdi. Kafeyə girib administratordan naşatır alıb gei dönmüş, lakin Aleksandr naşatıra reaksiya verməmişdir. Onun üzü solğun idi, gözləri isə açmırdı. Yanında olanlardan biri bel kəməri ilə Bessonovun ayağını yaradan yuxarı çəkib bağlamış, kafenin təhlükəsizlik xidmətin əməkdaşı isə təcili yardım çağırmışdır. Bundan sonra Yuliya Morozova ilə maşına əyləşib Poçtovaya küçəsində yerləşən xəstəxanaya getmişlər. Bir müddət sonra, yanında olduqları Lebedyansk RAX-nın qəbul şöbəsinə təcili tibbi yardım avtomobili ilə Aleksandr gətirildi. Dava olan zamandan Aleksandrın xəstəxanaya gətirildiyi zamana kimi nə qədər vaxt keçdiyini deyə bilmir, belə ki, çox həyəcanlı olmuşdur. Zərərçəkmiş şəxs bədən xəsarəti yetirəni görməmiş, yaranı gördükdə isə bıçaq ilə yetirilməsini başa düşmüşdür. Kafenin yanında olan şəxslərindən hər hansı birində bıçağa oxşaz əşya görəməmişdir. Düşünür ki, Zərərçəkmiş şəxs həmin xəsarət hasarın yanında kafe binasının sol küncündə olarkən yetirilmişdir. Şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, TT «Bilayn» rabitə salonunda satıcı-məsləhətçi işləyir. Zərərçəkmiş şəxsla təxminən 2 ay öncə ümumi tanışları vasitəsi ilə tanış olmuşdur, bundan sonra bir neçə dəfə görüşmüşlər. 02 aprel 2016-cı il tarixində işdən sonra istirahət etmək, zaman keçirmək üçün, öz tanışları ilə görüşmək qərarına gəlmişdir. X14, Şahid6, eləcə də Zərərçəkmiş şəxs və bir neçə digər cavan şəxslərə həmin günün axşamı Şahid8 məxsus olmaqla Lebedyan şəhəri, Sovetski küçəsində yerləşən qarajda yığılmışlar. Həmin qarajda biraz söhbət edib spirtli içki içmişlər. Özü təxminən 150 qram kola ilə qarışdırılmış viski içmişdir. xx.xx.2016-cı il tarixdə təxminən saat 00:30 radələrində hamısı Lebedyan şəhəri, Turgenev küçəsoində yerləşən “Veqas” kafesinə getmək qərarına gəlmişlər. Yuliya Morozova, Zərərçəkmiş şəxs və Şahid6, sonuncuya məxsus boz rəngli VAZ 2114 avtomobilində yuxanda qeyd olunan kafeyə gəlmişlər. Aksyonov sükan arxasında olmuş, özü Aleksandrla birgə arxada əyləşmişlər, Yuliya isə qabaqda oturmuşdur. Kafeyə yaxınlaşaraq, Aksyonov avtomobili kafenin önündə yerləşən asfalt meydançanın sol tərəfində saxlamışdır, bundan sonra avtomobildən enmişlər. Aleksandr kafedəki vəziyyətə baxmaq üçün oraya getmiş, özləri isə maşının yanında qalmışlar. Kafenin önündə çox sayda avtomobil və insan olmuşlar. Özü tünd-göy rəngdə VAZ 2109 avtomobilin yanında duran qafqaz xarici görünüşlü bir qrup gəncə fikir vermişdir. Belə ki. həmin avtomobilin yük yeri açıq olmuş və salondan yüksək səsli musiqi gəlirdi. Avtomobilin yanında duran insanlardan bəzisi avtomobildən gələn musiqi səsi altında rəqs edirdilər. Bir neçə dəqiqədən sonra Aleksandr kafedən çıxmış və musiqi səsi gələn avtomobil tərəfə getmişdir. Aleksandr maşının yanında olan şəxslərlə nəsə haqqında danışmağa başlamış, daha sonra isə əli maşının yük yerinin qapısını bağlamışdır. Bu andan sonra dava başlamış, Aleksandr həmin qrupdan olan bir nəfər şəxslə tutaşmışdır. Özü həmin anlarda dava edən şəxslərdən 5-10 metr aralıda olduğundan, habelə hava qaranlıq olduğundan kimin kimə və necə zərbə vurulmasım görə bilməmiş, qorxduğu üçün yaxına getməmiş, qorxmuşdur. Aleksandr maşının yanında toplaşan qrupun arasından çıxaraq kafenin önündəki səkiyə çəkilmişdir. Aleksandr əl-qol ilə hərəkətləri ilə həmin şəxslərdən kimisə yanma çağırmışdır. Bundan sonra yenə dava başlamış, dalaşanların ətrafına insanlar toplaşmış və bu qrup kafenin solunda yerləşənə hasara tərəf getmişlər. Həmin yer çox qaranlıq olduğundan orada nə baş verməsini görmək mümkün deyildi, lakin gurultudan davanın bitməməsi aydın idi. Təxminən 2-3 dəqiqədən sonra gurultu kəsilmiş və insanlar həmin yerdən surətlər dağılışmışlar. Qafqaz görünüşlü gənclər iti addımlarla, demək olar ki, qaçaraq iki avtomobilə yaxınlaşmışlar və avtomobilə əyləşdikdən sonra çıxıb getmişlər. Davanın bitdiyini anlayanda, kafenin sol küncünə vaxın getmiş və görmüşdür ki, aralarında Şahid6 olan üç nəfər gənc Aleksandrı qollarından tutaraq hasar tərəfdən səkiyə doğru çıxartdırlar. Aleksandr huşsuz, sağ ayağı qan içində olmuş, cinsində sağ budun yuxarı hissəsindən güclü qan gələn kəsik var idi. Bundan sonra Bessonovu xəstəxanaya aparmaq üçün avtomobilə qoymuşlar. Özü isə kafedə olan tanışlarının biri ilə Lebedyan şəhəri, Poçtovaya küçəsidə yerləşən xəstəxanaya getmişdir. Lebedyan RAX qəbul şöbəsində öyrənmişdir ki, Zərərçəkmiş şəxs Ölmüşdür. Zərərçəkmiş şəxs kimlə dava etdiyini qaranlıq olduğundan görməmişdir. Onun mübahisə etdiyi qafqaz görünüşlü insanları tanımır, hamısını bir-birinə oxşatmışdır. Onların arasında isə Aleksandr hündürboylu olması və əynində açıq rəngli kofta və gödəkçə olması ilə əlaqədar digərlərindən seçilmişdir.Kafenin önündə olan şəxslərdə bıçağa bənzər əşya görməmişdir. Şahid qismində dindirilmiş Şahid8 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid6 və Şahid7 ilə oxşar məzmunlu ifadə verərək, sonuncun göstərdiklərini təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid9 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Şahid1la təxminən 2 il öncə xatırlamadığı şəraitdə tanış olmuşdur. Onunla dostluq münasibətləri vardır, ara-sıra görüşüb asudə vaxt keçirirlər. Rüstəm Lebedyan şəhəri, Kultura qəsəbəsində yaşayır. Rüstəmin M 969 OU rus seriyalı göy rəngli VAZ 2109 şəxsi avtomobili var, ancaq həmin avtomobil təzə deyil, 1996 və ya 1997 il buraxılışh olmaqla, arxa qapıların və yük yerinin qapağının şüşələri nazik örtü ilə örtülmüş, örtü zamanla solmuşdur. Həmin avtomobildə yaxşı akustik sistem var, yük yerində sabvufer quraşdırılmışdır, ona görə də, musiqi kifayət qədər güclü səslənə bilər. 02 aprel 2016-cı il tarixdə təxminən saat 20:00 radələrində DK “LMZ”-yə diskotekaya gəlmiş və orada tanışları ilə vaxt keçirmişdir. Təxminən saat 21:00 radələrində mədəniyyət evindən küçəyə çıxmış və orada şəxsi maşını ilə gələn Şahid1la rastlaşmışdır. Onunla salamlaşıb bir müddət söhbət etdikdənvə diskotekada vaxt keçirdikdən sonra Rüstəm maşınla şəhəri gəzməyi təklif etmişdir. Bununla əlaqədar Rüstəmin maşınında Diana və Tatyana adlı qızlarla və Teymur Məmmədovla birgə şəhəri dolaşmışlar. Teymur öndə oturmuş, özü isə Diana və Tatyana ilə arxa oturacağda əyləşmişdir. Maşında olarkən özü 0,5 litrlik bir ədəd çaxır içmiş, ancaq ondan başqa heçkəs spirtli içki içməmişdir. Təxminən saat 24 radələrində Lebedyan şəhəri, Turgenev küçəsində yerləşən “Veqas” kafesinə gəlmişlər. Rüstəm öz maşınını kafenin önündə saxlamışdır. Rüstəm və Teymurla birgə maşından enmişlər və kafenin girişinə yaxınlaşmışlar, tanışları ilə salamlaşmışlar. Kafenin qarşısında Şahid2, sonuncunun tanışları Samir və Rəşad ilə rastlaşmışlar. Həmin şəxslərdən Pərvizi digərlərindən daha yaxşı tanımış, belə ki, Pərviz ilə Rüstəm tanış olmuşlar. Samir və Rəşadı isə cəmi bir neçə dəfə Lebedyan şəhəri, Dankov istiqaməti çıxışından yerləşən “Ray” kafesində görmüşdür, onlar haqqında başqa heçnə bilmir. İdman kostyumundan olduğundan kafeyə girməmişdir, belə ki, həmin geyimdə kafeyə girmək olmazdı. Bütün vaxt ərzində kafenin önündə dayanmış, hərdən isə Rüstəmin maşınına yaxınlaşıb musiqinin dəyişir, səsi azaldım- çoxaltmışdır. Rüstəmin maşının yük yeri açıq olduğundan musiqinin səsi yüksək olmuşdur. Küçədə olan bəzi insanlar isə maşından səslənən musiqiyə rəqs etmişlər, Zərərçəkmiş şəxs yaxınlaşan zaman özü kafenin önündə dayanmışdır. Aleksandrı tanımış, belə ki, sonuncu idman məktəbində məşqçi işləyir. Onunla ünsiyyət olmasa da, üzgüçülük üzrə məşqlərə gəldiyi vaxtlarda orada Aleksandrı görmüşdür. Aleksandrın hansı maşınla gəlməsini görməsə də, sonuncu kafeyə girmiş və qısa müddət sonra kafedən çıxmışdır. Aleksandr kafedən çıxdığı vaxt Özü Rüstəmin maşınının yanında dayanmışdır. Aleksandr Rüstəmin maşınına yaxınlaşmış və yük yerinin qapısını bağlamışdır. Özü onlardan 2 metr aralıda olmuş, Aleksandr qapını bağlamamışdan öncə Rüstəm və digərlərinə nəsə demiş, konkret olaraq nə dediyini eşitməsə də, yalnızca “durmusuz burada....” deyə ifadəsini eşitmişdir. Özü isə sərxoş olduğu üçün dəqiq olaraq baş verənləri xatırlamır. Aleksandrın kimin ünvanına söz dediyini başa düşməmişdir. Rüstəm Öz növbəsində Aleksandra nəsə dedikdən sonra onlar bir-biri ilə tutuşmuşlar, bir- birinə zərbələr vurmağa cəhd etmişlər. Bu hadisələr baş verərkən ətrafa çoxsaylı insanlar toplaşmışlar. Bir anda Aleksandr və Rüstəmi ayırmışlar, Aleksandr isə əvvəl kafenin girişi tərəfə, oradan isə girişdən sol tərəfə addımlamışdır. Rüstəm Aleksandra yaxınlaşdıqda təkrarən dava başlamışdır. Davanın gedişində Rüstəm və Aleksandr kafe binasının sol küncünə keçmişlər, özü isə bu anda Rüstəmin maşınından gələn musiqinin səsini azaltmaq üçün maşına yaxınlaşmışdır. Avtomobildə arxa oturucaqda qızlar Tatyana və Diana əyləşmişlər, kimin hansı yerdə əyləşməsini xatırlamır. Ona görə də, Aleksandr və Rüstəmin arasında həmin anlarda baş verənləri görməmişdir. Onlardan başqa kafenin kənarında kimlərin olmasını görməmişdir, orada çoxlu insan olmuşdur. Maşından çıxdıqdan sonra girişin qarşısında olan səkinin kənarına durmuşdur. Bir neçə dəqiqədən sonra Rüstəm maşına yaxmlaraşaq sükan arxasına əyləşmiş, ön sərnişin oturacağına Teymur Məmmədov əyləşmiş, özü isə qızlarla birgə arxaya əyləşdikdən sonra Rüstəm hərəkətə başlamışdır. Bir müddət sonra halı pisləşdiyi üçün Rüstəmdən maşını saxlamasını xahiş etmişdir. Rüstəm maşını Turgenev küçəsində saxladıqda maşından çıxmış, bundan sonra isə sərxoş olması ilə əlaqədar halı pis olduğundan nə baş verməsini xatırlamır, yalnızca səhəri öz evində oyanmışdır. Aleksandrın ölməsini isə səhəri günü internetdə olan xəbərlərdən öyrənmişdir. Davada iştirak edən şəxslərin heç birində bıçaq və ya ona oxşar əşya görməmişdir. Zərərçəkmiş şəxs ona qarşı hər hansı bir hərəkət etməsini xatırlamır. Eyni zamanda Aleksandr Rəşad adlı şəxsə qarşı hər hansı bir hərəkətin etməsini görməmiş, ancaq bunu iddia edə bilmir. Aleksandra kimin bədən xəsarətlərini yetirməsini görməmişdir. Şahid qismində dindirilmiş Şahid10 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid5 ilə oxşar məzmunlu ifadə verərək, sonuncunun göstərdiklərini təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid11 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində bildirmişdir ki, Lipetsk vilayəti, Lebedyan rayonu, Kultura qəsəbəsi, Sentralnaya küçəsi, ev 19 ünvanında həyat yoldaşı X3, oğlu xx.xx.1995-ci il təvəllüdlü Şahid1 Əmidulla oğlu və qızı 2006-cı il təvəllüdlü Osmanova Şəbinə ilə birgə yaşayır. Öz oğlunu yalnız müsbət tərəfdən təsvir edə bilər, mehriban, xeyirxah və işgüzardır. Rüstəm spirtli içki ümumiyyətlə istifadə etmir. Həyat yoldaşı Əmidulla ilə oğlu Rüstəm böyük təsərrüfatları ilə məşğul olurlar. Rüstəmin VAZ 2109 avtomobili var. Rüstəmin azərbaycan milliyətli hər hansı bir dostlarını özü tanımır. Rüstəmin bıçaqları (qatlanan, cib, ov) olmamış, hər halda Rüstəmdə heç vaxt bıçaq görməmişdir. Həmçinin Moskva şəhərində yaşayan Təqsirləndirilən şəxs tanımır, oğlu Rüstəmin tanıyıb- tanımamasım isə bilmir. 02 aprel 2016-cı il təxminən 20:30 radələrində Rüstəm evə olarkən ad gününə getdiyini deyərək evdən çıxmışdır. Rüstəm göy cins şalvar, qəhvəyi rəngli gödəkçə və qara rəngli ayaqqabı geyinmiş, paltaları təmiz idi və üzərlərində qan ləkələri yox idi. 02 apreldən 03 aprelə keçən gecə saat 01:00 radələrində yatmağa keçmiş, oğlu Rüstəm evdə olmamışdır. Təxminən saat 05:00 radələrində mətbəxdə kişilərin ucadan danışıq səslərini eşidib yuxudan oyanmışdır. Mətbəxə daxil olduqda orada Əmidulla, Rüstəmi və onlarla birgə gəlmiş 2 nəfər polis əməkdaşını gördüm. Bu an onlar hamısı hara getdiklərini demədən küçəyə çıxmışlar. 30-40 dəqiqə sonra Rüstəmin otağına girdikdə yerdə onun evdən çıxarkən geyindiyi və çirkli olan paltarlarını görüb yuyulması üçün paltaryuyana atmışdır. Paltarların üzərində qanabənzər ləkələr görməmişdir. Sonra, 03 aprel 2016-cı il tarixdə saat 12:00 radələrində Rüstəm ona zəng edərək paltarlarını soruşmuş, cavabında paltarları yumasını demişdir. Əmidulladan öyrənmişdir ki, Rüstəm Lebedyan şəhərində kiminləsə bilmədiyi səbəb üstündə dava etmişdir. Axşam saatlarında isə Rüstəm evə gəldikdə ondan heçnə soruşamamasını xahiş etdiyi üçün heçnə soruşmamışdır. Axşam yeməyi vaxtı Rüstəmin və Əmidullanm etdikləri söhbətlərdən özü başa düşmüşdür ki, dava zamanı Lebedyan şəhərinə gəlmə azərbaycanlılardan kimsə rus oğlanı vurmuş, nəticədə həmin oğlan ölmüşdür. Bu haqda ona heçnə məlumat olmasa da, oğlu Rüstəmin birmənalı olaraq kimisə bıçaqla vura bilməyəcəyini qeyd etmişdir. Rüstəmin geyimləri isə istintaqa könüllü təqdim edir. Şahid qismində dindirilmiş Şahid12 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində bildirmişdir ki, 03 aprel 2016-cı il təxminən saat 00:00 rarələrində tanışları Şahid13 və Aleksandr Malaxov ilə Lipetsk vilayəti, Lebedyan şəhəri, Turgenev küçəsində yerləşən “Veqas” kafesinin binası önündə olmuşlar. Ora Şahid13a məxsus qara rəngli “Hyundai sonata” avtomobili ilə gəlmişlər. Avtomobili kafe ilə 10-15 metr məsafədə saxlamışlar. Arxa oturacaqda əyləşdiyi vaxt görmüşdür ki, tanışı Zərərçəkmiş şəxs kafenin binasından çıxaraq və salonundan yüksək səsli musiqi gələn tünd göy rəngli VAZ 2109 markalı maşına yaxınlaşmış və həmin maşının açıq olan yük yerinin qapısını bağlamışdır. Bundan sonra Alesandr Bessonov ilə maşının yanında olan kişilər arasında dava başlamış, ətrafa çoxsaylı insanlar toplaşmışlar. Həmin insanlar bir-biri ilə itələşdikləri üçün kimin kimi vurması aydın deyil idi. Özü isə maşından çıxaraq kafenin qarşısında dayanmışdır. Dava qısa müddət ərzində dayanmış, ardınca Aleksandr izdihamın içindən çıxaraq kafenin qarşısında olan səkidə dayanmışdır. Dava edən dəstənin içərisindən isə sornadan adını bildiyi Şahid1 Aleksandrın ünvanına nalayiq sözlər və təhqirlər səsləndirməyə başlamışdır. Aleksandr isə buna cavab olaraq Rüstəmin ünvanına “Gəl bura” ifadəsini işlətmiş və özü yenidən Rüstəm tərəfə getmişdir. Aleksandr və Rüstəm təkrarən dava etməyə başlamışlar, dava əsnasında onlar kafe binasının sol küncü tərəfə yerlərini dəyişmişlər, bir-birinə əl ilə zərbələr vurmuşlar. Aleksandr ilə Rüstəmin keçdikləri yerdə işıqlandırma olmadığından nəsə görmək çətin idi. Gördüyü odur ki, Aleksandr və Rüstən bir birilərinin paltarlarından yapışaraq itələşirlər və qapışırlar. Aleksandr kürəyi hasar tərəfə olmuş, Rüstəmi isə ona nisbətdə sağı ilə dayanmışdır. Belə ki, Aleksandr zərbələr zamanı hasara dəydiyindən hasarın səsi eşidilirdi. Aleksandr ilə Rüstəmin arasında olan mübarizə 30-40 saniyə davam etmiş, ancaq onların bir-birinə əl zərbələrini yetirmələrini görməmiş, yalnız mübarizə etmələrini görmüşdür. Bi anda dava Rüstəmin Aleksandrı özündən itələməsi ilə dayanmışdır. Aleksandr isə hasarla kafenin divarının arasındaki küncdə kürəyi divara tərəfə dayanaraq yerə enməyə başlamış, Rüstəm isə Turgenev küçəsinin hərəkət hissəsi istiqamətində getmişdir. Rüstəmin əllərini görmədiyindən əllərində hrə hansı bir əşyanın olub-olmaması barədə bir söz deyə bilmir. Aleksandra yaxınlaşdıqda onun verilən suallara cavab vermədiyini və gözlərinin bağlandığım görmüş, bununla əlaqədar onu ətrafla olan şəxslərlə birgə səkiyə işıqlandırma olan yerə çıxartmışlar. Həmin yerdə Aleksandrın sağ ayağının qan içində olmasını görmüşdür. Lakin yaranın harda yerləşməsini tam dəqiq bilməmişdir, X16 isə öz bel kəməri ilə Zərərçəkmiş şəxs sağ ayağının bud hissəsini bağlamışdır. Bir müddət sonra bilmədiyi şəxs tərəfindən çağırılmış təcili tibbi yardım isə hadisə yerinə gələrək Aleksandrı xəstəxanaya aparmışlar. Zərərçəkmiş şəxs sağ bud nahiyəsinə xəsarət yetirilmə anını görməmiş və xəsarət yetirən şəxsin kim olmasını bilməmişdir. Dava baş verən hissə qaranlıq olmuş, habelə Aleksandr həmin anlarda ona sol tərəfi ilə dayandığı, xəsarətin isə sağ ayaqda olduğundan xəsarətin yetirilmə anını görməmişdir. Kiminsə əlində isə bıçağa oxşar əşya görməmişdir. Şahid qismində dindirilmiş Şahid13 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid12 ilə oxşar məzmunlu ifadə verərək, sonuncunun göstərdiklərini təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid14 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində bildirmişdir ki, 03.04 2016-cı il tarixində dostum Yevgeniy Belousov ilə Lipetsk vilayəti, Lebedyan şəhəri, Turgenev küçəsi, ev 30 ünvanında yerləşən “Veqas” kafesində istirahət etmişlər. Kafeyə Özünə məxsus olan yaşıl rəngli, K100AB/48 dövlət qeydiyyat nişanlı VAZ 2110 markalı maşmı ilə təxminən saat 00:20 radələrində gəlmişdir. Gəldiyi vaxtdan kafenin içində olmuş, küçəyə təxminən iki dəfə siqaret çəkmək üçün çıxmışdır. Küçədə qeyri-adi heç nə görməmiş, orada çoxsaylı ona tanış olmayan şəxslər var idi. Həmin şəxslərin arasında yalnız tanışları Nikolay Vyalkini və Şahid13 tanımışdır. Təxminən saat 01:00 radələrində kafe binasının önünə küçəyə çıxmış, bu anda kafenin önündəki meydançada dava başlamasını görmüşdür. Dava ondan sol tərəfdə təxminən 5 metr aralıda baş vermişdir və davada Şahid1 və Zərərçəkmiş şəxs arasında idi. Onların hər ikisini tanıyırdı. Aleksandr və Rüstəm yalnız itələşmişlər, daha sonra isə Aleksandr dəstədən ayrılaraq kafenin qarşısında dayanıb Rüstəmi yanına çağırmağa başlamışdır. Daha sonra onlar yerə əlbəyaxa olaraq kafe binasının sol küncünə hasar tərəfə yerdəyişdilər. Davam ayırmaları üçün mühafizəçiləri çağırmaqdan ötrü kafeyə daxil olmuş, yenidən küçəyə çıxdığı anda Rüstəmin gəldiyi göy rəngli VAZ 2109 maşını ilə kafedən uzaqlaşdığını görmüşdür. Bir neçə insan isə dava baş vermiş tərəfdən Aleksandrı kafenin önünə gətirdikdə, sonuncunun sağ ayağının qan içində olmasını görmüşdür. Orada olan oğlanlardan kimsə bel kəməri ilə Aleksandrın ayağım bağlamışdır. Təcili yardııru gözləmədən Aleksandrı maşınına əyləşdirərək kafenin önündən çıxmış və xəstəxana istiqamətində sürməyə başlamışdır. Həmin vaxt yanında təcili tibbi yardım avtomobili keçərək hadisə yeri tərəfə getdiyini görmüş, buna görə də, maşını geri çevirərək yenidən hadisə yerində qayıtmış və Aleksandrı orada gözləyən təcili yardım maşınına keçirtmişlər. Həmin maşın getdikdən sonra isə özü də evinə getmişdir. Sonradan bilmişdir ki, Aleksandr həmin yara səbəbindən həyatını itirmişdir. Həmçinin qeyd etmişdir ki, Təqsirləndirilən şəxs tanımır, onun haqqında bir söz deyə bilmir, dava zamanı kafenin önündə olan şəxslərin heç birində bıçaq və ya ona bənzər əşya görməmişdir. Şahid qismində dindirilmiş X4 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində bildirmişdir ki, 2016-cı ilin aprel ayında “Lebedyan RAX” DSİ təcili yardım şöbəsində feldşer işləmişdir, nunun üçün lazımı orta ixtisas tibbi təhsili vardır. 03 aprel 2016-cı il tarixə "Lebedyan RAX” təcili tibbi yardım şöbəsində növbədə olarkən saat 01:20də telefonla 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs üçün təcili yardım çağırılması barədə məlumat daxil olmuşdur. Sürücü Lojkov A. Z. ilə təxminən çağırışdan 2 dəqiqə sonra şöbədən çıxaraq çağırış yerinə, yəni ki, Lipetsk vilayəti, Lebedyan şəhəri, Turgenev küçəsi, ev 30 ünvanında yerləşən “Veqas” kafesinin önünə gəlmişlər. Hadisə yerinə gəldikdə təxminən saat 01:30 radələri idi. Zərərçəkmiş şəxs küçədə olmuş, ona bxış zamanı sağ budunun yuxarı üçdə bir nahiyəsində yara aşkar edilmişdir. Huşsuz olan Aleksandrın sağ ayağına yaradan yuxarı bel kəmərindən improvizə jqut qoyulmuşdur. Tərəfindən Aleksandra ilkin tibbi yardım göstərilmiş, zədə yerindən yuxarı, qoyulma vaxtı qeydə almmalqa jqut qoyulmuş, yaraya basan sarğı, analgin məhlulu, ambenməhlul natri xlorid məhlulu venadaxili yeridilmişdir. Bundan sonra təxminən saat 01:35 radələriondə Aleksandrı təcili tibbi yardım maşım ilə "Lebedyan RAX” DSİ-nin qəbul şöbəsinə çatdırmışlar. Onun bədən xəsarətlərini hansı şəraitdə alması barədə məlumatı yoxdur. Şahid qismində dindirilmiş Şahid16 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində bildirmişdir ki, “Lebedyan RAX” -da həkim anestezioloq reanimatoloq vəzifəsində işləyir, 43 il iş stajı vardır. 03 aprel 2016-cı il tarixdə DSİ “Lebedyan RAX”-da sutkalıq növbədə olmuşdur. Təxminən saat 01:35 radələrində qəbul şöbəsinə sağ budunun yuxarı üçdə bir nahiyyəsinin yarası ilə Zərərçəkmiş şəxs daxil olmuşdur. Zərərçəkmiş şəxs huşsuz idi, zəif nəbz yuxu arterialarmda müəyyən olunurdu. Ayaqında yaradan yuxan jqut, yaraya basan sarğı qoyulmuşdur. Dərhal reanimasiya tədbirləri kompleksinə başlamışdır. Tərəfindən ağ ciyərlərin süni ventilyasiyası, ürəyin qapalı masajı, lazımı dozalarda venadaxili adrenalin və atropin inyeksiyaları olunmuş, ürək fəaliyyətini bərpa etmək məqsədi ilə defıbrilyasiya aparılmışdır. Eləcə də traxeyanın intubasiyası yerinə yetirilmiş, reanimasiya tədbirləri 60 dəqiqə ərzində davam etmiş, təkrar axın ilə adrenalin daxil olunmuş, 4400 ml. həcmində venadaxili qan əvəzediciləri daxil olunmuşdur. Aparılan lazımı tədbirlərə baxmayaraq təxminən saat 02:40 radələrində Zərərçəkmiş şəxs ölümü təsdiq edilmişdir. Ölüm səbəbi güclü qanaxma və hemorraqik şokdan ibarət olmuşdur. Onun bədən xəsarətlərini hansı şəraitdə alması barədə məlumatı yoxdur. Şahid qismində dindirilmiş Şahid17 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində bildirmişdir ki, xx.xx.2016-cı il tarixdə saat 00:20 radələrində taksidə Lebedyan şəhəri, Turgenev küçəsində yerləşən “Veqas” kafesinə gəlmişdir. Təxminən bu vaxtlarda kafeyə dostları Zərərçəkmiş şəxs, Şahid6 və Yuriy Stroqanov gəlmişlər. Onlar kafeyə girmədən küçədə dayanıb söhbət etmişlər. Eləcə də,kafenin önündə 969 nömrəli tünd rəngli VAZ markalı maşın dayanmışdır, həmin maşının yük yerinin qapısı yuxarı qaldırılmış və baqajdan gələn yüksək musiqi səsinə maşının yanında olan bir neçə qafqaz görünüşlü oğlanlar rəqs edirdilər. Aleksandr həmin maşının yanma gedərək musiqinin yüksək səsinə görə iradlarını bildirmiş, lakin ona fikir verən olmadığından yük yerinin qapısını bağlamışdır. Bu səbəbdən dayanmış şəxslərlə Aleksandr arasında konflikt yaranmışdır. Həmin şəxsləri özü tanımır. Həmin dəstədən bir nəfər şəxslə Aleksandr münaqişə etməyə başlamış, həmin şəxs Aleksandra təhqiredici sözlər işlətməklə sataşırdı. Ətrafda isə çoxsaylı insanlar olmuş, habelə qafqaz görünüşlü 6-7 nəfər. Aleksandrı və dava etdiyi şəxsi ayırsalar da, Aleksandr həmin şəxsə istədiyi halda təkbətək döyüşməyi təklif etmiş, beləliklə onlar yenidən dava etməyə başlayaraq kafenin binasının sol tərəfmə irəliləmişlər. Aleksandrın dava etdiyi şəxsin tanışları qafqaz milliyətli oğlanlar onlara yaxınlaşmaq istədikləri vaxt onlara davadan uzaqlaşdırırdılar ki, Aleksandr ilə dava etdiyi şəxsin söhbətlərinə müdaxilə etməsinlər. Yalnız həmin şəxslər Aleksandra periodik yaxınlaşa bilirdilər. O, cümlədən tünd rəngli gödəkçə geyinmiş qazfaz milliyətli bəstə boylu oğlan. Dava olan yer qaranlıq olduğundan Saşanı ara- sıra görmək olmurdu. Lakin bir anda həmin bəstə boylu qara gödəkçəli oğlan dava edənlərə yaxınlaşıb və cəld şəkildə geri çəkildikdə dava səngimi, bütün qazfaz milliyətli oğlanlar isə cəlb öz maşınlarına minib çıxıb getmişlər. Küncdə dayanmış Aleksandra yaxınlaşıb “İşlər necədir” sualını verdikdə, sonuncu gülümsəyərək hər şeyin qaydasında olmasını demiş, ardınca isə gözlənilmədən yıxılmağa başlamışdır. Aleksandrı işığa çıxartdıqda onun sağ ayağının qan içində olmasını gördük. O, huşunu itirmişdir. Aleksandrın ayağına sarğı qoysalarda bunun xeyri olmamış, təcili tibbi yardım çağırmışlar. Hadisə yerinə gələn təcili tibbi yardım isə Aleksandrı xəstəxanaya aparmışlar, özü də xəstəxanaya getmişdir. Ertəsi günü tanışlarından eşitmişdir ki, qafqazlı uşaqlarla birlikdə olan Tatyana adlı qız bəstəboylu olan qafqazlı oğlanın ayaqlarının qandan təmizləməsini görmüş və həmin vaxt dava etdikləri oğlanı bıçaqladığmı deməsini eşitmişdir. Şahid qismində dindirilmiş Şahid18 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində bildirmişdir ki, xx.xx.2016-cı il tarixdə saat 23:30 radələrində dostları Şahid19 ilə Lebedyan şəhərində "Veqas” kafesinə getmişlər. Kafeyə çatıb sifariş verikdən sonra küçəyə çıxmış, küçədə olarkən kafenin sol tərəfində izdiham görmüşdür. Həmin şəxslərə yaxınlaşdıqda yerdə Zərərçəkmiş şəxs qan içində olmasını görmüş, ətrafda olanlardan nə baş verməsini soruşmuşdur. Həmin insanlardan öyrənmişdir ki, Zərərçəkmiş şəxs hansısa azərbaycanlı ilə dalaşmış, dava zamanı adını sonradan bildiyi Təqsirləndirilən şəxs Aleksandrın sağ ayağına bıçaqla zərbə vurmuş və qaçıb getmişdir. Həmin vaxt ətrafda olan şəxslər Aleksandra ilkin tibbi yardım göstərirdilər, özü isə təcili tibbi yardıma zəng etmişdir. Aleksandr xəstəxanaya aparıldıqdan bir neçə saat sonra öyrənmişdir ki, o, Təqsirləndirilən şəxs tərəfindən yetirilmiş bıçaq zərbəsi nəticəsində həyatını itirmişdir. Şahid qismində dindirilmiş Şahid19 Əlimardan oğlu ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid18 ilə oxşar məzmunlu ifadə verərək, sonuncunun göstərdiklərini təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid20 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid18 və Şahid19 ilə oxşarməzmunlu ifadə verərək, sonuncuların göstərdiklərini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid21 ifadəsində göstərdi ki, 2010-cu ildən ildən Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında işə başlamış, 2019cu ilin fevral ayından bugünədək Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin Cinayət- Axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı xüsusi rütbəsindədir. 27 sentyabr 2021-ci il tarixdə Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində barəsində Nərimanov rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə axtarışda olmaqla barəsində 61836 saylı axtarış işi olan ünvan 1 ünvanında qeydiyyatda olan xx xxxx 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində saxlanılaraq Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxs saxlanılması ilə əlaqədar sənədləşmə aparılarkən sonuncu üzərində bıçaq olmasım və könüllü olaraq bıçağı polisə təqdim etmək istədiyini bildirmişdir. Bununla əlaqədar Təqsirləndirilən şəxs əl çantasında gəzdirdiyi 01 ədəd dəstəyi qara rəng olan açılıb-qatlanan bıçağı əl çantasından çıxardaraq təqdim etmişdir. Həm Təqsirləndirilən şəxs saxlanılması, həmdəki üzərində gəzdirdiyi bıçağı təqdim etməsinə dair fakt ilə əlaqədar bölmə rəhbərliyinə şifahi və yazılı məlumat verilmiş, Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin təhqiqatçısı Şahid22 tərəfindən sənədləşmə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs özü izahat yazaraq bıçağın özünə aid olmasını göstərmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən heç bir zorakılıq hərəkətlərinə məruz qalmamışdır. Ona qarşı heç bir psixoloji və ya digər təzyiq halları olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Şahid22 Şahid21 ilə eyni məzmunlu ifadə verərək, sonuncunun göstərdiklərini təsdiq etdi. Cinayət işinin 1-ci cildinin 227-239, 3-cü cildinin 215-221-ci vərəqlərində olan protokoldan görünür ki, 03 aprel 2016-cı il tarixdə Şahid1 ifadəsi hadisə yerində yoxlanılmış, sonuncu ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərmişdir. Cinayət işinin 1-ci cildinin 249-255, 3-cü cildinin 230-235-ci vərəqlərində olan protokoldan görünür ki, 04 aprel 2016-cı il tarixdə həyata keçirilmiş istintaq eksperimenti zamanı Şahid1 ifadəsini bir daha əyani olaraq göstərmiş, eksperiment zamanı hər hansı bir ziddiyətli hal müəyyən edilməmişdir. 05 aprel 2016-cı il tarixdə Şahid5nm iştirakı ilə keçirilmiş istintaq eksperimenti zamanı Şahid5 ifadəsini əyani olaraq hadisə yerində göstərmiş və təsdiq etmişdir. Eksperiment zamanı hər hansı bir ziddiyətli hal müəyyən edilməmişdir. Cinayət işinin 5-ci cildinin 212-222-ci vərəqlərində olan material və qərardan görünür ki, 22 oktyabr 2021-ci il tarixdə Nərimanov RPİ-dən rayon prokurorluğuna axtarışda olan Təqsirləndirilən şəxs 27 sentyabr 2021-ci il tarixdə Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin bölməyə gətirildikdə könüllü olaraq üzərində gəzdirdiyi 01 ədəd bıçağı polisə təqdim etməsi faktı üzrə toplanmış material daxil olmuşdur. Həmin material Nərimanov rayon prokurorluğunda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaq olunan ********* nömrəli cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 139-149, 3-cü cildinin 127-140-cı vərəqlərində olan 03 aprel 2016-cı il tarixdə Zərərçəkmiş şəxs barəsində təyin edilmiş meyitin məhkəmə-tibbi ekspertizasının icrasını həyata keçirmiş Rusiya Federasiyası Lipetsk vilayətinin səhiyyə idarəsi “Lipetsk BMTE” DSİ Lebedyansk rayonlararası məhkəmə-tibbi şöbəsi tərəfindən verilmiş 26 aprel 2016-cı il tarixli 27/13-16 saylı rəyin nəticə hissəsindən görünür ki, 3.1.) A. V. Bessonovun meyitinin tədqiqatı zamanı aşağıdakı bədən xəsarətləri aşkar edilmişdir: sağ budun yuxarı 1/3 hissəsində (ayaq altı səviyyəsindən 80 sm yuxarı) yara kanalın yolu istiqamətində budun düz əzələsinin, sağ bud arteriyasının və budun uzun əzələsinin zədələnməsi ilə Önxarici səthin kor deşici-kəsici yarası. Bu bədən xəsarəti yaşadığı zaman, ölümündən bir qədər əvvəl yetirilib, bir deşicikəsici əşyanın və ya ( meyitin seksiya tədqiqatı ilə sağ budun yarası ilə dəri preparatının tibbi- kriminalistik tədqiqatın verilənləri üzrə) yastı tiyə ilə silahın təsirindən yaranıb. Bu yaranın nisbətən iti tiyə,nisbətən orta dərəcədə ifadə olunmuş uc; nisbətən orta dərəcədə ifadə olunmuş, bir qədər yumrulanmış uzununa tillərlə küpü var. Tiyənin küp hissəsinin maksimal eni 0,18 sm yaxm idi. Tiyənin daxil olmuş hissəsinin ən böyük eni 2,2-2,5 sm idi. Stereoskopik tədqiqat zamanı yaranın divarlarında tək-tək tünd və açıq tekstil lifləri aşkarlanıb. Yara əmələ gələn zaman silahın zərərçəkmişin sağ budun tərəflərinə nisbətən tiyəsi küpə aşağı və bir qədər sağa istiqamətlənmişdir, tiyəsi yuxarı və bir qədər sola idi.Tiyənin çıxarılması saat əqrəbinin gedişi üzrə özünün uzununa oxu ətrafında dönmə ilə və tiyəyə kiçik dayaqla müşayiət olunurdu. A.V. Bessonovun meyitinin tədqiqatı zamanı müəyyən edilib ki, bu yaranın yara kanalın istiqaməti sağdan sola idi və bir qədər aşağıdan yuxarı, uzunluğu 15-16 sm idi. RF hakimiyyətinin xx.xx.2007-ci il tarixli 522 nömrəli, hal-hazırda qüvvədə olan “İnsan sağlamlığına yetirilmiş zərərin dərəcəsinin müəyyən edilmə qaydalarına” və Rusiyanın Səhiyyə və Sosial İnkişaf Nazirliyinin xx.xx.2008-ci il traixli 194n №-li əmri ilə təsdiqlənmiş “İnsan sağlamlığına yetirilmiş zərərin dərəcəsinin müəyyən edilməsinin tibbi meyarları” na uyğun, “ İnsan sağlamlığına yetirilmiş zərərin dərəcəsinin müəyyən edilməsinin tibbi meyarları” n 6.1.26 bəndinə uyğun, bu deşiçi-kəsici vara həyat üçün təhlükə əlaməti üzrə sağlamlığa ağır zərər yetirilmiş kimi qiymətləndirilir. Sol çənə sahəsində qançır. Yuxarı dodaqda soldan və burnun sağ tərəfindən qançırlar. Sağ çiyin oynağın ön səthində qançır. Döş qəfəsinin ön səthində qançır. Sağ biləyin arxa səthində və sağ bilək oynağın xarici səthində qançırlar. Sol biləyin arxa səthində qançır. Bu bədən xəsarətləri yaşadığı zaman,ehtimal olaraq, ölümündən bir qədər əvvəl,ən azı küt bərk əşyaların səkkiz travmatik zərbələrin təsirindən yetirilib. RF Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 522 nömrəli təsdiq edilmiş, hal-hazırda qüvvədə olan “İnsan sağlamlığına yetirilmiş zərərin dərəcəsinin müəyyən edilmə qaydalarına” və Rusiyanın Səhiyyə və Sosial İnkişaf Nazilriyinin xx.xx.2008-ci il tarixli 194n №-li əmri ilə təsdiqlənmiş “İnsan sağlamlığına yetirilmiş zərərin dərəcəsinin müəyyən edilməsinin tibbi meyarlarf’-na uyğun, “İnsan sağlamlığına yetirilmiş zərərin dərəcəsinin müəyyən edilməsinin tibbi meyarları” 9-cu bəndinə uyğun, bu yaralar həyat üçün təhlükə əlaməti üzrə sağlamlığa ağır zərər yetirilməyən kimi qiymətləndirilir,cünki onlar sağlamlığın qısamüddətli pozğunluğuna gətirmirlər. Bu bədən xəsarətləri zərərçəkmişin ölümü ilə səbəb-nəticə əlaqəsində deyillər. A. V. Bessonovun ölümü sağ bud arteriyasının zədələnməsi ilə (3.1.1.b.), çoxlu qan itkisi ilə müşayiət olunan, sağ budun deşici-kəsici yaralanma nəticəsində baş verdi. Bu bədən xəsarətləri ilə və zərərçəkmişin ölümü ilə bilavasitə səbəb-nəticə əlaqəsi var. A. V. Bessonova sağ bud arteriyasının zədələnməsi ilə (3.1.1 .b.), çoxlu qan itkisi ilə müşayiət olunan, sağ budun deşici-kəsici yara yetirəndən sonra, o, şüurda ola bilərdi və qan itkisi artdıqca, həcmləri azalan aktiv məqsədyönlü hərəkətlər edə bilərdi (qışqıra bilərdi, köməyə çağıra bilərdi və s.). A. V. Bessonova sağ bud arteriyasının zədələnməsi ilə (3,1.1 .b.), çoxlu qan itkisi ilə müşayiət olunan, sağ budun deşici-kəsici yara yetirəndən sonra,onun ölümü, çox ehtimal olaraq, bir neçə dəqiqədən sonra baş verə bilərdi. A. V. Bessonovun meyitinin tədqiqatı zamanı aşkar edildi: “sağ biləyin arxa səthində və sağ bilək oynağının xarici səthində qan sızmaları ;sol biləyin arxa səthində qansızmalar”.(3.1.2. b). Bu bədən xəsarətləri, çox ehtimal , mümkün olan mübarizənin və /və ya zərərçəkmişin özünümüdafiənin nəticələri ola bilərdi. A. V. Bessonova ağır bədən xəsarəltəri yerinə yetirilən an onun sağ budu öz ön xarici səthi ilə zədələyən əşyaya/silaha döndərilmişir. Praktiki məhkəmə tibbidə zərərçəkmişin və hücum edənin bəzən ağır xəsarətlər yetirilən ana konkret yerləşməsinin müəyyən etmə metodikası yoxdur. xx.xx.2016-cı il tarixində 10:40 dəqiqədə meyitin meyitxanada tədqiqatın əvvəlində qeydə alınmış meyit halların xarakteri (“dəri səthləri solğundur,əl ilə yoxlanılan zaman bədənin açıq sahələrində və adətən paltarla örtülmüş yerlərdə bərabər soyuqdur; bədənin rektal temperaturu 30 °C, ətraf mühitin temperaturu meyit səviyyəsində 18 0 C, təkrar ölçülmə zamanı 1 saatdan sonra: bədənin rektal temperaturu 29 0 C, ətraf mühitin temperaturu meyit səviyyəsində 18 °C;meyit ləkələri solğun-göydür, ada şəklində,dinamometrlə basanda yox olurlar və 20-25 saniyədən sonra öz rənglərini bərpa edirlər “meyit sümüklərin soyuması çeynəmə əzələlərində zəif ifadə olunub, qalan tədqiqat olunan əzələ qruplarında yoxdur, zərbə yerində əzələnin ön səthi üzrə metallik xəttkeşin kənarı ilə zərbə yetiriləndən sonra ,3-5 saniyədən sonra ,1,5 sm qədər hündürlükdə sıx əzələ topu əmələ gəlir”) onu göstərir ki, A. V. Bessonovun ölümü, yəqin ki, meyitxanada meyit hallarının qeydə alınma anından 7-8 saat əvvəl yaranıb. A. V. Bessonovun meyitindən qanın və böyrərin məhkəmə-kimyəvi tədqiqatı zamanı 1,1 % və 0,9% konsentrasiyada etil spirti aşkar edilib . Etil spirti bu konsentrasiyası canlı insanların qanında adətən yüngül alkogol sərxoşluq vəziyyətinə uyğundur. Cinayət işinin 1ci cildinin 153-155, 3-cü cildinin 144-147-ci vərəqlərində olan 04 aprel 2016-cı il tarixdə Şahid1 barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının icrası həyata keçirmiş Rusiya Federasiyası Lipetsk vilayətinin səhiyyə idarəsi “Lipetsk BMTE” DSİ Lebedyansk rayonlararası məhkəmə-tibbi şöbəsi tərəfindən verilmiş 04 aprel 2016-cı il tarixli 93/13-16 saylı rəyin nəticə hissəsindən görünür ki, hal-hazırda qüvvədə olan RF Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 522 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsan sağlamlığına yetirilmiş zərərin dərəcəsinin müəyyən edilmə qaydalarf’na və Rusiyanın Səhiyyə və Sosial İnkişaf Nazilriyinin xx.xx.2008-ci il tarixli 194n №-li əmri ilə təsdiqlənmiş “İnsan sağlamlığına yetirilmiş zərərin dərəcəsinin müəyyən edilməsinin tibbi meyarları”na uyğun, aşağıdakı nəticələrə gəlinir: R.A. Osmanovun məhkəmə-tibbi ekspertizası zamanı aşağıdakı bədən xəsarətləri aşkar edilib: 2 qançır və üzdə sıyrıntı. Bu bədən xəsarətləri küt bərk əşyanın (əşyaların) 2-3 az olmayan zərbələrin təsiri nəticəsində yaranıb, onun zədələyən xüsusiyyətləri, yəqin ki, baxış anma 1-2 gün əvvəl əks olunmayıb. Rusiyanın Səhiyyə və Sosial İnkişaf Nazilriyinin xx.xx.2008-ci il tarixli 194n №-li əmri ilə təsdiqlənmiş “İnsan sağlamlığına yetirilmiş zərərin dərəcəsinin müəyyən edilməsinin tibbi meyarlarf’n 9 bəndinə uyğun, bu bədən xəsarətləri sağlamlığa zərər verməmiş xəsarətlər kimi tövsif edilir, çünki onlar sağlamlığın qısamüddəlti pozulmasına və ya ümumi əmək qabiliyyətin davamlı cüzi itirilməsinə gətirmir. Cinayət işinin 1-ci cildinin 160-164, 3-cü cildinin 151-155-ci vərəqlərində olan 04 aprel 2016-cı il tarixdə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının icrasını həyata keçirmiş Lipetsk vilayətinin dövlət səhiyyə idarəsi “Lipetsk vilayət məhkəmə-tibbi Ekspertiza bürosu” məhkəmə-bioloji şöbəsi tərəfindən verilmiş 05 may 2016-cı il tarixli 81/3-16 saylı rəyin (maddi sübutlar ekspertizası) nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş bıçaqda qan tapılmadı. Cinayət işinin 1-ci cildinin 169-184, 3-cü cildinin 161-172-ci vərəqlərində olan 05 aprel 2016-cı il tarixdə təyin edilmiş məhkəmə-qenetik ekspertizasının icrasını həyata keçirmiş Lipetsk vilayətinin Səhiyyə idarəsi “Məhkəmə-X9 vilayət bürosu”dövlət səhiyyə idarəsinin molekulyar qenetik laboratoriyası tərəfindən verilmiş 15 iyun 2016-cı il tarixli 27/8-16 saylı rəyin (məhkəmə-genetik ekspertizası) nəticə hissəsindən görünür ki, dövlət qeydiyyat nömrəsi olan M 560 OK/150 rus, VAZ-2110 maşının orta,sağ dayağından (obyekt 1) qonur rəngli ləkədə və “Veqas” kafesinin yanında, OAT gedişində götürülmüş kontrol tənzif tamponunda olan ləkədə (obyekt 2) insan qam(qemoqlobilin) tapılıb, onun kişiyə aid olmadı müəyyən olunub. 1,2 saylı obyektlərin ləkələrindən olan prepartlarda DNK-n qenotipik əlamətləri öz aralarında və A. V. Bessonovun qenotipik allal kombinasiyaları ilə üst-üstə düşür, bu da onu göstərir ki, bioloji material( qan)məhz A. V. Bessonovdan əmələ gələ bilərdi. Dövlət qeydiyyat nömrəsi olan M 560 OK/150 rus, VAZ- 2110 maşının orta,sağ dayağından (obyekt 1) qonur rəngli ləkədə və” Veqas” kafesinin yanında, tənzif tamponunda olan ləkədən götürülmüş qaşmtıdan olan bioloji material(qan) həqiqətən A. V. Bessonovdan əmələ gəlmə ehtimalı 99,(9) 8 az deyil. Cinayət işinin 1-ci cildinin 189-194-cü vərəqlərində, 3-cü cildin 177-181-ci vərəqlərində olan 05 aprel 2016-cı il tarixdə təyin edilmiş tibbi-kriminilastik məhkəmə ekspertizasının icrasını həyata keçirmiş Lipetsk vilayətinin Səhiyyə idarəsi “Məhkəmə-X9 vilayət bürosıf’dövlət səhiyyə idarəsinin Molekulyar qenetik laboratoriyası tərəfindən verilmiş 20 may 2016-cı il tarixli 93/6mk-16 saylı rəyin nəticə hissəsindən görünür ki, ********* nömrəli cinayət işi üzrə aparılmış tibbi-kriminalistik ekspertizanın məlumatları təqdim edilmiş bıçağın, A.V.Bessoııovun sağ budun dcşiçi-kəsici yarasını əmələ gətirən tramvanm ehtimal olunan silahı kimi istisna edir. Cinayət işinin 1-ci cildinin 196-213, 3-cü cildinin 184-201-ci vərəqlərində olan 4 aprel 2016-cı il tarixdə təyin edilmiş poliqrafdan istifadə etməklə psixofızioloji məhkəməekspertizasının icrasını həyata keçirmiş Rusiya Federasiyasının İstintaq Komitəsininin İstintaq idarəsinin kriminalistika şöbəsi tərəfindən verilmiş 2xx/xx/2016/7 e saylı 22 aprel 2016-cı il tarixli rəyin nəticəsi hissəsindən görünür ki, PFE zamanı Osmanov Bessonova deşiçi-kəsiçi yara şəklində ağır bədən xəsarətlərinin yetirilməsi haqqında kimdənsə bildiyini (R.S. isayevin sözlərindən) təsdiq edən reaksiyalar aşkarlandı, bu da onun yoxlanma materialları üzrə ifadələrində və test əvvəli söhbət zamanı verdiyi izahlarda əks olundu, məhz: -O Bessonov bıçaqla vurulduğu anı görməmişdir; -onun əlində bıçaq yox idi və o Besonovu bıçaqla vurmamışdır; O Bessonovun bıçaq yarası haqqında R.S. İsayevdən xəbər bildi (bütün hallar daha ətraflı 1 nömrəli sorğu vərəqində təsvir olunub). Cinayət işinin 5-ci cildinin 226-230-cu vərəqlərində olan Təqsirləndirilən şəxs kompleks ambulator məhkəmə- psixiatrik və psixoloji ekspertizası üzrə xx.xx.2021-ci il tarixli, 2414 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd edilmiş ictimai təhlükəli əməli törətdiyi zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman onda psixikanın pozulması baş verməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlini faktiki xarakterini və ictimai təhlükəliliyin tam dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altında düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik qeyd olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin hərəkətli idarə etmək qabiliyyətində malikdir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə cinayət işi üzrə istintaq hərəkətlərində iştirak edə bilər. Təqsirləndirilən şəxs əqli inkişaf səviyyəsi yaşına uyğundur. İnadkarlıq, özünə qarşı hörmət tələb etmək, emosionallıq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Hazırki psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində gərginlik, qəzəb kimi hallar yaranmış, həmin halm yaranması situasiya ilə şərtləşmişdir. Zərərçəkmiş şəxsin hərəkətləri nəticəsində Təqsirləndirilən şəxs qeyri-patoloji emosional hal yaranmamış, cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Cinayət işinin 5-ci cildinin 220-222-ci vərəqlərində olan Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Şahid22 tərəfindən xx.xx.2021-ci il tarixdə təyin edilmiş məhkəmə-kriminalistik ekspertizasının 13 oktyabr 2021-ci il tarixli 3/1659 saylı rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. Cinayət işində olan xx.xx.2019-cu il tarixli qərardan görünür ki, X10 cinayət işi üzrə mülki iddiaçı, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmışdır. Mülki iddianın məbləği 22 iyun 2019-cu il tarixə 2.500.000 rublunun AZN ekvivalenti ilə 67500 manat təşkil edir. Mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, mülki iddianı qismən qəbul edərək 2000 (iki min) manat ziyan hissəsində qəbul edir. Cinayət işində olan doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurmaqda məqsədinin özünü müdafiə etmək olması, həmin zərbə nəticəsində Zərərçəkmiş şəxs ölə biləcəyini düşünməməsi, sonraki ifadəsində isə bıçağın ümumiyyətlə ona məxsus olmadığı və Aleksandrın bel kəmərindən düşməsi, bıçağın sonuncuya məxsus olması, Aleksandrın onu boğması səbəbindən həmin bıçağı götürərək onun sağ ayağına yüngül batırması barədə göstərdikləri məsuliyyətini yüngülləşdirmək və daha ağır məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıdığından ifadələrində göstərdiyi dəlillər əsassız hesab edilərək məhkəmə tərəfindən özünü müdafiə üçün gətirilmiş dəlillər kimi qiymətləndirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 126.3 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələr ilə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, CM-nin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət hadisəsini Azərbaycan Respublikasından kənarda törətdiyinə görə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-ci maddəsi tətbiq olunmaqla törətdiyi cinayətə görə təqsirləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Həmin Məcəllənin 12.5-ci maddəsində isə qeyd edilmişdir ki, bu Məcəllənin 12.1-ci maddələrində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. Rusiya Federasiyasının CM-nin 111.4-cü maddəsindən görünür ki, qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda on beş ilədək azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 5-ci cildinin 74. 138-140-cı vərəqlərində olan 28 sentyabr 2021-ci il tarixdə Nərimanov RPİ-nin 16-cı X11 rayon prokurorluğuna daxil olmuş məktubdan və qərardan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs həmin bölmənin əməkdaşları tərəfindən 27 sentyabr 2021-ci il tarixdə tutularaq saxlanması üçün Nərimanov RPİ-nin X13 təhvil verilmiş, Bakı şəhər Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 5-ci cildinin 23-25-ci vərəqlərində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında əvvəllər məhkum olunmamışdır. Himayəsində iki azyaşlı uşaqlarının olması və əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 27 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CMnin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə məhkəmə məsrəfi və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Mülki iddianın məbləği 2.500.000 rublunun AZN ekvivalenti ilə 67500 manat təşkil edir. Mülki cavabdeh mənəvi zərər olaraq 2000 manat hissədə iddianı qəbul edir. Mülki iddiaçı mülki iddianın təmin olunması üçün vurulmuş zərərlə bağlı sübüt təqdim etməmişdir. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında deyilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun və yaxın qohumlarının hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması və s. hallarda da özünü büruzə verə, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən Qərarında deyilir ki, mənəvi ziyanin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Kostitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 10-cu bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 68-ci bəndinə əsasən cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Hazırki cinayət işində olan mülki cavabdehin verilmiş mülki iddianı 2000 manat hissədə qəbul etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, mülki cavabdehin əməli nəticəsində mülki iddiaçıya dəymiş mənəvi zərərin əvəzi hesabına mülki iddiaçının xeyrinə 2000 (iki min) manat tutularaq mülki cavabdehdin xeyrinə ödənilməlidir. Maddi sübut kimi tanınaraq Nərimanov Prokurorluğunda saxlanılan hadisə yerində tənzif tamponunda kağız zərfdə qonur rəngli ləkələrin yuyulması; tənzif tamponun kağız zərfdə kontrol təmiz fraqmenti; dövlət qeydiyyat nömrəsi olan M 560 OK/150 rus, VAZ- 2110 maşın salonunda qonur rəngli maddənin ləkəsindən qaşıntı, A.V.Bessenovun kağız zərfdə qan nümunəsi və 27 sentyabr 2021-ci il tarixdə Nərimanov RPİ-nin 16-cı PB-nin inzibati binasında Təqsirləndirilən şəxs əl çantasından götürülmüş 01 ədəd bıçaq məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,126.3 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CMin 12.1,126.3-cü maddəsi ilə 10 (on) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına, CMnin 228.4-cü maddəsi ilə 9 (doqquz) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 27 sentyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut kimi tanınaraq Nərimanov Prokurorluğunda saxlanılan hadisə yerində tənzif tamponunda kağız zərfdə qonur rəngli ləkələrin yuyulması; tənzif tamponun kağız zərfdə kontrol təmiz fraqmenti; dövlət qeydiyyat nömrəsi olan M 560 OK/150 rus, VAZ- 2110 maşın salonunda qonur rəngli maddənin ləkəsindən qaşıntı, A.V.Bessenovun kağız zərfdə qan nümunəsi və 27 sentyabr 2021-ci il tarixdə Nərimanov RPİ-nin 16-cı PB-nin inzibati binasında Təqsirləndirilən şəxs əl çantasından götürülmüş 01 ədəd bıçaq məhv edilsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 2000 AZN (iki min manat) tutularaq X5 (08 dekabr 1966-cı il tarixdə Rusiya Federasiyası, Moskva şəhərinə anadan olmuş) verilsin. Qalan hissədə mülki iddia təmin edilməsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Mahmud Ağalarov