Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-466/2024 23.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Səbinə Adil qızının sədrliyi, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X21 ibarət tərkibdə, Məhkəmə iclas katibi: X1 və X2 qızının, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş hüquqi şəxsin (mülki iddiaçının) nümayəndəsi: Nümayəndə1, Müdafiəçi – Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1987-ci ildə Cəlilabad rayonu, Adnalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Zərərçəkmiş şəxs ASC-də satış nümayəndəsi vəzifəsində işləmiş, hal-hazırda işləməyən, Cəlilabad rayonu, Adnalı kəndində qeydiyyatda olmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını külli miqdarda mənimsəməklə talamışdır. Belə ki, istintaq orqanının gəldiyi nəticəyə görə, Siyəzən rayonu, Siyəzən şəhərində yerləşən Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin satış nümayəndəsi vəzifəsində işləyərkən həmin cəmiyyətlə xx.xx.2017-ci il tarixdə bağlanmış əmək və xx.xx.2017-ci il tarixdə bağlanmış maddi məsuliyyət daşıması haqqında müqavilələrə əsasən məsul şəxs olaraq öhdəsində olan mallara və pul vəsaitlərinə cavabdehlik daşımalı, idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətləri qoruyub saxlamalı, görüləcək işi layiqincə yerinə yetirməyi tam öhdəsinə götürmüş, ona etibar edilmiş maddi sərvətlərin, məhsulların, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmalı olduğu halda işlədiyi müddətdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Zərərçəkmiş şəxs ASC-nin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocəhəsən şosesində yerləşən “Meyvəli” ticarət bazarında olan anbarından 553.704,79 manat (beş yüz əlli üç min yeddi yüz dörd manat yetmiş doqquz qəpik) dəyərində toyuq məhsullarını satış nümayəndəsi olaraq mağazalara vermək üçün faktiki, eləcə də ASC-nin istifadə etdiyi məhsulların qəbulu, satışı, maliyyə və digər əməliyyatın aparıldığı vahid informasiya sistemi olan “AZMSALE” proqramında fərdi adından və şifrəsindən istifadə edərək qəbul edib müxtəlif ticarət obyektlərinə təhvil verərək toyuq məhsullarının satışından işlədiyi müddətdə, müxtəlif tarixlərdə hissə-hissə toplanmış cəmi 553.704,79 (beş yüz əlli üç min yeddi yüz dörd manat yetmiş doqquz qəpik) manatın 484,224,79 (dörd yüz səksən dörd min iki yüz iyirmi dörd manat yetmiş doqquz qəpik) manatını qeyd edilən proqram vasitəsilə kassaya mədaxil qəbzlərinə əsasən ASC-nin xəzinəsinə mədaxil etsə də, qeyd edilən müddət ərzində vahid niyyətlə 69.480,00 (altmış doqquz min dörd yüz səksən) manatı ASC-nin kassasına mədaxil etməyib özünün şəxsi ehtiyaclarına sərf etməklə talayıb öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş özgə əmlakını külli miqdarda mənimsəmişdir. Bundan başqa, iş üzrə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC məhkəməyə mülki iddia ərizəsi təqdim edərək, Təqsirləndirilən şəxs 69.480 manat məbləğində maddi ziyanın və 300 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs ASC-yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs cinayət əməli üzrə təqsiri zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı, şahidlərin ifadələri, üzləşdirmə və ifadənin yerində yoxlanılması protokolları, həmçinin işdə olan digər sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2016-cı ildən 2020-ci ilə qədər Zərərçəkmiş şəxs ASC-də satış nümayəndəsi kimi işləmiş, şirkətdə olan qaydaya əsasən o, mağazalara gedərək sifariş qəbul edib özündə qeyd etmiş, şirkətə gəldikdən sonra nə qədər mal lazım olduğunu bildirib, səhəri gün də həmin malı təhvil alıb sifarişi aldığı yerlərə vermişdir. Onun aldığı mallar üzrə ona faktura təqdim edilmiş, hər 15 gündən bir yoxlama keçirilmiş və 15 gün ərzində alınan malların hesabatı aparılmışdır. Sonuncu 15 gündə onun şirkətə 22.450 manat borcu qalmış, belə ki, o, Şahid6 adlı şəxsə nisyə mal vermiş, həmin şəxs də 10 gün ərzində malın pulunu verəcəyini desə də, pulu ona təqdim etməmişdir. Onun şirkətə 3.000 manat da əvvəlcədən yaranmış borcu olmuşdur. Onun ümumilikdə 26.300 manat kəsiri qaldığına görə şirkətdən uzaqlaşdırılmışdır. Güman edir ki, o, işdən kənarlaşdırıldıqdan sonra, mallar alınaraq onun adına yazılmışdır. Aldığı malların hansı mağazaya verilməsi ilə bağlı sənədlərin siyahısını şirkətə təqdim etmişdir. Malı mağazaya verəndə fakturalar olmuş, həmin fakturalar şirkətdə olmuşdur. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, satış nümayəndələri malı götürüb əraziyə çıxaraq malları satmaqla məşğul olmuşdur. Onların götürdüyü mallar kağızda qeyd edilmiş, onlar sifariş kağızında əvvəlcədən alacaqları malı qeyd etmiş, səhəri gün də şirkətdə həmin mal hazır olanda götürərək satmağa aparmışlar. Satış nümayəndələri mağazaya malı verəndə faktura ilə rəsmiləşdirmiş, 15 gün ərzində satılan malın fakturalarını özlərində cəmləşdirərək 15-ci gündə şirkətə hesabat vermişlər. O, satdığı malların siyahısını imza edərək şirkətə təqdim etmişdir. O, ilk dəfə çatışmazlığın yaranmasını mart ayında bilmiş, şirkətdə hər 15 gündən bir yoxlama keçirilmişdir. Yanvar ayından mart ayınadək olan dövrdə yoxlama olmuş və heç bir problem aşkar edilməmişdir. Çatışmazlıq sonuncu 15 gün ərizndə yaranmışdır. 22.450 manat borc Xırdalan şəhərində yerləşən mağazaya mal verdikdən sonra yaranmışdır. O, həmin mağazaya malı nisyə vermiş, lakin nisyə mal verməsini rəsmiləşdirməmişdir. Xırdalan şəhərində olan mağazaya verdiyi malın pulunu götürə bilməmişdir. O, mağazaya getmiş, mağaza sahibi Şahid6 pulunun olmadığını, ödəyə bilmədiyini, 10 gün sonra ödəyə biləcəyini demiş, çatışmazlıq Elvin adlı şəxsin ona pul vermədiyinə görə yaranmışdır. Digər 3000 manat borcu 3 il ərzində yığılıb qalmış, həmin borc onun əmək haqqından çıxılmışdır. 26.300 manat borcu qalandan sonra o, ərizə yazıb işdən çıxmışdır. 3 il sonra ona zəng vurub ondan şikayət olduğunu, şirkətə 69.000 manat borcunun olduğunu demişlər. O, işdən çıxdıqdan sonra heç kim ona 69.000 manat borcu olduğunu deməmişdir. İstintaq zamanı Elvin adlı şəxslə üzləşmə olmuş, Elvin istintaqda da 22.450 manat borcu olmasını təsdiq etmişdir. Onun şirkətə sadəcə 800 manat borcu olmuşdur. O, 2016-cı ildə Zərərçəkmiş şəxs ASC-də işləmiş, 1 il müqaviləsiz olaraq, 2017ci il tarixdə isə bağlanmış əmək müqaviləsi əsasında fəaliyyət göstərmişdir. 10 mart 2020ci ildə 26300 manat kəsri olmuş, 26300 manatın 22000 manatı Elvin adlı sahibkarda olmuş, həmin halı da ərizəsində qeyd etmişdir. Qalan 3000 manat isə əmək haqqından tutulmuş və onun cəmi 800 manat borcu qalmışdır. O, Zərərçəkmiş şəxs ASC-də ümumilikdə 4 il işləmiş, həmin müddət ərzində hər hansı bir yeyinti və kəsr olmamışdır. O, mal sifarişi verəndə sifarişi adi kağıza yazmış, anbardar axşam həmin sifarişi hazırlamışdır. Maşını sürücü sürmüş, sürücünün malı qəbul etmək səlahiyyəti olmamışdır. Satış nümayəndələri qaiməni imzalayıb malı götürmüşlər. Onun terminal vasitəsilə sifarişi olmamışdır. Onlarda terminal olmuş, şəbəkə marketləri ilə işləmişlər. İşdən çıxan ərəfədə terminala bir mağazada onun borcu qalmış, işlədiyi mağazaların siyahısında həmin mağaza qeyd olunmuşdur. Onun 26.000 manat qalığı qalmış, lakin bu, onun təqsiri ucbatından olmamışdır. Qalan borclar onun işləmədiyi müddətdə yaranmış, güman edir ki, anbarda kimsə malı onun adına qeyd etmişdir. Şirkətin malından istifadə etməmiş, çünki əmək haqqı ona kifayət etmişdir. 4 il ərzində əksik gələn məbləğlər olmuş və həmin kəsir də onların əmək haqqından tutulmuşdur. İstintaq dövründə ona heç bir təzyiq olmamış, istintaqda verdiyi ifadəsini təsdiq edir. Audit rəyində anbar qaimələrinə baxdıqları qeyd olunsa da, onun fakturaları olmamış, fakturada onun imzası olmamışdır. Anbardan malları götürəndə qaiməni imzalayaraq götürmüş və anbardar həmin qaimələri sistemə daxil etmişdir. 15 gündən bir terminal sıfırlanmış, sıfırlanmadan sonra terminalda onun nə qədər qalığının qalması görünmüşdür. 2020-ci ildə mart ayında izahat verəndə terminalı ona göstərməmişlər. Terminalda 26.000 qalıq göstərilmişdir. İzahatda qeyd olunan sözləri təktək Şahvələd adlı əməkdaş demiş, o da yazmışdır. 2023-cü ilin dekabr ayında ona 69.000 manat borcunun olduğu deyilmişdir. Həmin məbləğ audit yoxlamasından sonra ortaya çıxmışdır. Terminalda 26.300 manat borc qeyd olunmuşdur. Şahid6 mağazasında 15 gün ərzində mallar yığılmış, həmin mağaza toyuq məhsulları mağazası olmuşdur. Onlarda həmişə “isti” satış olmuş, maşının ərazidən kənara çıxmasına icazə olmamışdır. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, onlar malı anbardan götürdükdən sonra nə qədər mal sata biləcəklərini təxmin etmişlər. Anbarda bir sənəd olmuş, həmin sənəddə hər ekspeditorun adı və malların siyahısı yazılmış, həmin siyahı əllə yazılmışdır. Onlar sifarişə imza atmamış, anbardar qaimə yazmış, təhvil-təslim aktı imzalamışlar. Malı anbara vurduqdan sonra onu satmağa apardıqları hissəyə kimi terminaldan istifadə olunmamışdır. Şəbəkə marketə verdikləri malları rəsmi şəkildə sənədləşdirmişlər, kiçik marketlərdə isə bu sənədləşmə zamanı mağaza qaimə təqdim etmişdir. Malları verdikləri mağazalar barədə məlumatları sonradan terminala işləmişlər. Onların terminalında yüklənmiş mal göstərilmiş, anbardar onu terminala qeyd etmişdir. Şirkətdə nisyə satış mövcud olmuş və bu hal terminalda göstərilmişdir. Həmin nisyə mal avtomatik olaraq həmin mağazanın adına borc kimi düşmüş, bunu da terminalda qeyd etmişlər. Pulu mağazadan alanda hər hansı sənədləşmə olmamış, ödəmə şifahi olmuşdur. Ödənişi etdikdə şirkət çek vermişdir. Onlarda olan sənədləri təslim-təhvil aktı ilə vermişlər, çek isə onlarda qalmışdır. Kassada sənədin qalıb-qalmaması haqqında dəqiq məlumatı yoxdur. Terminalla mal sifariş olunmamışdır. Şahid6 məhkəmə iclasında dindirilən zaman təqsirləndirilən şəxs ona verilmiş çarpaz suala cavab olaraq bildirmişdir ki, Şahid6 ona olan borcunu ödəməmiş, Elvinin borcu qarşılığında Zaur adlı şəxsdən 3 ton toyuq budunun götürülməsi, həmin malla Elvinin borcunun əvəzləşdirilməsi halları olmamışdır. Cinayət işi üzrə zərərçəkmiş şəxs hüquqi şəxsin (mülki iddiaçının) nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ASC-də satış nümayəndəsi vəzifəsində işləmiş, hazırda isə tutduğu vəzifədən kənarlaşdırılmışdır. Təqsirləndirilən şəxs vəzifəsi toyuq məhsullarını anbardan götürüb satışını həyata keçirməkdən ibarət olmuşdur. Cinayət işinin materiallarında toyuq əti məhsullarının götürülməsi, çatdırılması, satışın təşkili, ödənişin qəbulu ilə bağlı dolğun ifadələr və rəsmi sənədlər vardır. Təqsirləndirilən şəxs kəsiri ilə bağlı əvvəl müəssisədaxili, sonra isə audit yoxlaması aparılmış və 69.480 manat maddi ziyan aşkar olunmuşdur. Ziyanın ödənilməsi barədə dəfələrlə Təqsirləndirilən şəxs bildirilsə də, ödəməni təmin etməmişdir. Zərərçəkmiş şəxs ASC-də 2000 işçi çalışır, müəssisənin əsas fəaliyyəti toyuq məhsullarının istehsalı və satışından ibarətdir. Məhkəmə istintaqı zamanı da müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs təqdim olunmuş məhsulun kəmiyyətində, keyfiyyətində, çəkisində və ya malların təqdim olunmasında hər hansı bir qüsur və ya çatışmazlıq aşkar olunmamışdır. Malların qablaşdırılması Zərərçəkmiş şəxs ASC-nin inzibati ərazisində kəsim sexində həyata keçirilir. Orada qablaşdırma elektron qaydada icra olunur. Böyük ticarət müəssisələrində mallar dərhal yoxlanılır, qüsur aşkar olduğu təqdirdə onlara dərhal məlumat verilir, onlar da qüsuru dərhal aradan qaldırır. Digər müəssisələrdə isə malı təhvil verdikdən sonra qüsur olarsa bir neçə dəqiqə sonra müəyyən edilir. Təqsirləndirilən şəxs fəaliyyətində həmişə satış kəsiri olmuş, kəsirin aradan qaldırması ilə bağlı ona dəfələrlə vaxt verilmiş, lakin o, kəsirin ödənilməsini təmin etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ASC-də 2017-ci ilin əvvəllərindən işləmiş, o, Ziyanın izahatı alınan zaman iştirak etmişdir. Təqsirləndirilən şəxs izahat yazan gün dərhal işdən kənarlaşdırılmışdır. Əvvəl ilkin kəsir məbləği müəyyən olunmuş, daha sonra onun bort qalığı da müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs izahatı alınan gün onun fəaliyyəti tam yoxlanılmamışdır. Ziya 16-17 mart tarixlərində izahat vermiş, həmin vaxt tam olaraq borcun nə qədər olması müəyyən edilməmişdir. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs müəssisədə işləməmişdir. Günün sonu, növbəti günün əvvəli Təqsirləndirilən şəxs nə qədər anbar qalığının olduğu müəyyən edilmiş, anbar qalıqları 69.480 manat təşkil etmişdir. Daha sonra Təqsirləndirilən şəxs yenidən dəvət olunmuş, lakin o, müəyyən olunan məbləği qəbul etməmişdir. Təqsirləndirilən şəxsin yanlış məlumat daxil etməsi ilə əlaqədar olaraq həmin vaxta kimi onun 69.480 manat qalıq borcunun olması müəyyən edilməmişdir. Araşdırma nəticəsində mağazaların heç birində Təqsirləndirilən şəxs dediyi qədər borc olmadığı müəyyən edilmişdir. Əvvəllər yoxlama 15 gündə bir həyata keçirilmiş, ona görə də bu qədər borc yaranmışdır. Lakin hazırda hər günün sonunda yoxlama olur. Təqsirləndirilən şəxs özü etiraf etmişdir ki, onun qeyd olunan məbləğdə borcu vardır. O, auditdə iştirak etməmiş, auditora sənədləri mühasibatlıq təqdim etmişdir. Çatışmazlığın hansı müəssisədən olması geri qaytarma gündələyində qeyd olunur, həmin müəssisə yoxlanılmış və müəyyən olunmuşdur ki, qeyd olunan kimi deyil, daha artıqdır. Müəyyən olunmuşdur ki, bir neçə satış nümayəndəsi satış müəssisələrindən pul götürmüş, lakin pulu şirkətə təqdim etməmişlər. Hətta bəzən həmin məbləğ azalsın deyə götürdükləri pulu əvvəlcə kassaya ödəmiş, lakin səhəri gün götürülən malın pulunu kassaya ödəməmişlər. Təqsiləndirilən şəxsdən 69.480 manat tələbləri var. Nümayəndə1 həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxs məhkəməyə düzgün ifadə verməmişdir. Belə ki, hər bir satış menecerinə anbarda terminal təqdim olunmuş, bu terminal onun mal və maliyyə hərəkət cədvəlini göstərmişdir. Mal terminal vasitəsilə götürülmüş və bu barədə heç bir qaimə yazılmamışdır. Bu məsələyə nəzarət edən şəxslər olmuş, sənədlərdə əlyazma ilə yazıların olması yerində araşdırma aparılmasına dəlalət etmişdir. Anbardan mal çıxanda elektron sənədləşmə həyata keçirilmiş, terminalda malın çəkisi və digər göstəriciləri əks olunmuşdur. Malın qəbulu və satışı elektron terminallar vasitəsilə icra olunmuş, malın qalığı gündəlik olaraq anbara təhvil verildiyi üçün ziddiyyətin yaranmaması məqsədi ilə qaimə yazılmışdır. Məhkəmə istintaqının sonrakı mərhələlərində zərərçəkmiş hüquqi şəxsin (mülki iddiaçının) nümayəndəsi Nümayəndə1 məhkəməyə sənəd təqdim edərək təqsirləndirilən şəxsin şirkətə dəymiş zərəri tam ödədiyini, təqsirləndirilən şəxslə barışıq olduğunu, ona qarşı heç bir şikayət və tələblərinin olmadığını, həmçinin mülki iddiadan da imtina etdiklərini bildirmiş və bununla bağlı məhkəməyə rəsmi ərizələr təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 öz ifadəsində bildirmişdir ki, o, "xxxx" MMC-də auditor vəzifəsində işləyir. 2020-ci ildə Zərərçəkmiş şəxs ASC auditor yoxlamasının keçirilməsi üçün həmin şirkətə müraciət etmiş, "xxxx" MMC ilə Zərərçəkmiş şəxs ASC arasında müqavilə bağlanmış və auditor yoxlamasını aparmışlar. Həmin müqaviləyə əsasən auditor hesabatı təqdim olunmuşdur. Hesabata əsasən mühasibatlıq, maliyyə, anbar və digər məsələlərlə bağlı yoxlama aparıldıqdan sonra şirkətə 69480,00 manat məbləğində ziyan dəydiyinə dair nəticəyə gəlinmişdir. Şahid5 məhkəmə iclası zamanı ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ASC-də yoxlamanın aparılması tamamilə elektronlaşdırılmışdır, bu səbəbdən də yoxlama əl terminalları vasitəsi ilə həyata keçirilmişdir. Yoxlamada istifadə olunmuş mənbələr elektron olmuşdur. Şirkətdə sifarişlər əl terminalları vasitəsi ilə verilmiş, əl terminalına daxil olduqda ekspert daxil olan yüklə bağlı hesabatları görür və mal satıldıqdan sonra əldə olunan vəsaitləri səlahiyyətinə uyğun olaraq şirkətə təqdim edir. Çatışmazlıqla bağlı yalnız Təqsirləndirilən şəxs deyil, digər şəxslərlə bağlı da araşdırma mövcud olmuşdur. Şahid5 ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, o, 2018-ci ildən bəri auditor olaraq çalışır. Əvvəlcədən "xxxx" MMC ilə Zərərçəkmiş şəxs ASC arasında danışıqlar aparılmış, onun işlə tanışlığı olmuşdur, ona görə də audit hesabatı 1 günə təqdim olunmuşdur. Elektron sistemdə malın həmin şəxs tərəfindən götürüldüyünü sübut edən fakt- hesabat sistemindən çıxarılmış cədvəllər olmuşdur, orada ekspeditorun kodu və adı qeyd olunmuşdur. Mal yükləndikdən sonra onu götürən şəxsin məlumatları elektron sistemdə qeyd olunur. Zərərçəkmiş şəxs ASC-dən başqa digər şəxslərlə bağlı da rəy vermişlər. Onların şirkəti tərəfindən verilən bütün rəylər standartdır, digər rəylərdə qaimələrin olub-olmamasını xatırlamır. Onların şirkətində ayda 2 dəfə üzləşmə aktları keçirilmiş, həmin üzləşmə aktlarında şəxsin şirkətə olan borcu və əlində olan malın miqdarı qeyd olunur. Təqsirləndirilən şəxs haqqında da üzləşmə aktı olmuşdur. "xxxx" MMC-də 2018-ci ildən beynəlxalq audit standartları tətbiq olunur. Audit hesabatı tərtib olunarkən heç bir kənar mənbəyə istinad olunmamışdır. Yoxlama aparılarkən ortaya çıxan çatışmazlıqla bağlı Təqsirləndirilən şəxs ilə telefon vasitəsilə əlaqə saxlasa da, o, gəlməmişdir. Təqsirləndirilən şəxs rəsmi formada bildiriş və ya məktub göndərilməmiş, sadəcə telefon vasitəsilə əlaqə saxlanılmışdır. Malın hansı tarixdə verilməsi, qəbul olunması ilə bağlı məlumatlar elektron sistemdə qeyd edilmiş, ona kağız daşıyıcıda qaimə təqdim olunmamışdır. Digər şəxslərlə bağlı müxtəlif tarixlərdə onun tərəfindən verilən audit rəylərini təsdiqləyir. Təqsirləndirilən şəxs çatışmazlıqla bağlı verdiyi izahatın nüsxəsi ona təqdim olunmuşdur. Audit yoxlaması zamanı toplanmış sənədlər məhkəməyə təqdim olunduqdan sonra şahidin dindirməsi davam etdirilmiş və Şahid5 ona verilən suallara cavab olaraq bildirmişdir ki, audit yoxlamasını məhkəməyə təqdim olunmuş sənədlər əsasında aparmışdır. Toplanmış sənədlər auditor hesabatı vermək üçün kifayət etmişdir. Üzləşmə aktlarında həmin elektron sənədlər əksini tapmışdır. Həmin elektron sənədlər borcu əks etdirmişdir. Təqdim olunmuş sənədlərə əsasən bildirir ki, böyük market şəbəkələri pulu bank hesabına köçürmüş, lakin nisbətən kiçik marketlər nağd şəkildə ödəməni həyata keçirmişlər. O, üzləşmə aktlarında son tarixdə müəyyənləşən borcu əsas götürmüşdür. Auditin 1 günə aparılması mümkün olmasa da, sənədləşmə prosesi ilə bağlı audit yoxlamasının bir günə keçirildiyi görünmüşdür. Anbardan mal terminallar vasitəsilə çıxarılmış, terminallar vasitəsilə uçota alınmış, anbardan maşının bortuna yüklənmişdir. Anbardan mal çıxarkən orada hər hansı yazılı sənəd yazılması faktı ilə qarşılaşmamışdır. Sistem elektronlaşdırılmış və terminallar vasitəsilə dövriyyəni yoxlayıb şəxsə dəymiş ziyanı müəyyən etmişlər. Anbardan mal çıxanda kassa çeki formasında qəbz olmuşdur. o, sənədlərin imzalı formalarını xatırlamır. Həmin o kassa çeki formasında olan qəbzlər bir müddət qaldıqdan sonra üzəri silinir. Son qalıq borc və son qalıq alacaq həmin sənəddə göstərilir. Sənəddə həm şəbəkə marketlərdən, həm də kiçik marketlərdən olan borc göstərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs ASC-də 2017-ci ildən əməliyyatçı-mühasib vəzifəsində işləyir. Onun işləri analizlər, satış hesabatları verməkdən ibarətdir. Təqsirləndirilən şəxs borcunun çıxarılması ilə əlaqədar hesabatı o təqdim etmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq şahid Şaxmar Mexdizadə bildirmişdir ki, o, mağazaların hesabatlarını, analizlərini, borc qalıqlarını çıxarır. Satış nümayəndələri adətən sifarişi whatsapp qrupuna yazır, bölgə müdirləri bunu qeyd edir və anbara göndərirlər. Anbardar sifarişi qəbul edir və maşınlara yükləyir. Ekspeditor malı mağazaya verəndə onu terminala qeyd edir və mağazanı borclandırır. Ekspeditor malı mağazaya verməmiş terminala qeyd edə bilmir. Anbardar öz terminalından göndər düyməsinə sıxdıqdan sonra ekspeditor onu öz terminatında görür. Anbardar göndərən kimi satış nümayəndəsi öz terminalında bunu görür. Malı aparıb mağazaya verəndə satış nümayəndəsi malı skan edir və göndər düyməsinə sıxır, mal mağazanın adına düşür. Terminalda kassa modulu da var. Təqsirləndirilən şəxs hansısa mağazadan ödənişi qəbul etdiyi zaman kassa modulunda göndər düyməsinə sıxır və müəssisənin kassirinin terminalına düşür, kassir ödənişin nə qədər olduğunu görür. Ziya son sıfırlama prosesində iştirak etməmiş, o, iştirak etmədiyi üçün Ziyanın borclarını kağıza dərc etməmişdir. Belə ki, dərc edildikdən sonra sənədləri imzalatmaq lazım olmuş, Təqsirləndirilən şəxs gəlmədiyi üçün bölgə müdirinə Ziyanın hesabını sıfırlaya bilmədiyi barədə məlumat vermişdir. Sıfırlama günü borcu sıfırlaya bilməsə belə, şəxs hansı məbləğdə borcunun olması barədə sənədi imzalayır. Hər bir satış nümayəndəsinin verməli olduğu hesabat var. Onlar anbar qalığı və mağazalar üzrə borc qalığıdır. Terminallar arasında ziddiyyət ola bilməz. Satış elektron sistem üzərindən həyata keçirilir. Satışın nəticəsi elektron sistem üzərindən olur. Malın satış nümayəndəsinə verilməsi, onun satılması və sair proseslərin kağız daşıyıcı üzərində olub-olmadığını bilmir. O, malı ümumiyyətlə nə maşında, nə sistemdə görmür, sadəcə nəticəni görür. Anbardan mal çıxanda çek tərtib edilib-edilmədiyini bilmir. Cədvəl sistem məlumatları əsasında tərtib olunur. O, anbarda olmadığı üçün orda gedən proseslərdən məlumatsızdır. Sıfırlama zamanı şəxsin borcu qalırsa hansı mağazanın nə qədər borcu qaldığına dair sənəd yazılır, ekspeditor imzalayır və mağazanın həmin borcu hansı tarixdə qaytaracağını qeyd edir, bundan sonra həmin mağazaya yenidən mal verilir. Ekspeditor həmin pulları alıb şirkətə köçürməlidir. Böyük şəbəkə marketlər köçürmə yolu ilə ödəmə etmişdir. Satış nümayəndəsi hansı mağazaya mal verdiyini terminalda göstərmiş, malı hansı mağazaya verdiyini xatırlamadığı hallarda isə terminalda mal alan kimi özünü göstərmişdir. Təqsirləndirilən şəxs 2017-ci ildən 2020-ci ilə qədər borcu olmuş, üzləşmə aktını o, tərtib etmişdir. 69.000 manat borc “Mono” toyuq mağazasında qalmışdır. Həmin borc Ziyanın işlədiyi elektron məlumatlara əsasən çıxarılmışdır. Sistemdəki gündəlik dəyişikliyi onlar sistemdə görmüşdür. Mühasibatlıq işçiləri terminal üzərində dəyişiklik edə bilmiş, lakin həmin dəyişkiliyi kimin etdiyi və bunun nəticəsi hər kəs tərəfindən görmüşdür. Kim, hansı tarixdə nə dəyişiklik edirsə hamısı sistemdə görünür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs ASC-də bölgə müdiri vəzifəsində işləmiş, mal sifarişinin bölgüsünü həyata keçirmişdir. Təqsirləndirilən şəxs onun işçisi olmuş, sıfırlama zamanı Ziyanın hesabında əksiklik olduğunu bildirmişlər. Şahid2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, satış nümayəndələri sifarişləri ya “whatsapp” tətbiqində qrupa yazmaqla, ya da zəng etməklə bildirmişlər, onlar da sifarişi işləyib anbara yönəltmişlər. Ziyanın adına nə sifariş olunduğunu artıq anbardar bilmiş, onlarda yalnız blank olmuş, onlar həmin blankı doldurub anbara ötürmüşlər. Həmin şəxsin hesabında nə qədər mal olduğunu sistemdə olan şəxs görmüş, o, görməmişdir, belə ki, onun terminalı olmamışdır. O, vitrində malların olubolmamasını yoxlamaq üçün adətən marketləri gəzmiş, onun terminalı olmamış, terminal satıcılarda olmuşdur. Ayda 2 dəfə sıfırlanma olmuş, sıfırlama ilə bağlı hər hansı bir problem olarsa səhər artıq şəxs bu barədə məlumatlı olmuşdur. Ziya kəsir hissə ilə bağlı pulun onda olduğunu demiş, o da Ziyaya gəlib izahat yazmasını demişdir. Sonradan Ziyanın ofisdə hüquqşünasın yanında nə izahat yazdığından xəbəri yoxdur. Anbar malı gecə yükləyir, sistemə işləyən kimi terminalda görünür, yəni əksiklik günün ikinci yarısında artıq aydınlaşır. Mal maşına yüklənəndə səhərlər anbarda terminaldan çıxan kağız olmuş, o kağızın bir nüsxəsi özlərində, bir nüsxəsi də anbarda qalmışdır. Bəzən müəyyən şəbəkə marketlərdə qalıqlar qalmış, əgər market 200-300 manat borca görə sıfırlaya bilmirsə onlara mal verilmiş, lakin qalıq məbləğ böyük olduqda onlara mal verilməmişdir. Sonuncu dəfə Ziya ilə bağlı izahat alınanda orada olmuş, sonuncu sıfırlamada 69.000 manat borc ilə bağlı akt tərtib olunmamışdır. Xatırladığı qədəri ilə aktda məbləğ 69.000 manat olmamış, üzərinə anbar qalığı gəlmişdir. Həmin məbləğ terminalda borc kimi göstərilməmişdir. Ziya ilə bağlı üzləşdirmə aktlarına imza atmış, şəbəkə borcu illərlə ödənilməmişdir. O, Şahid6 tanımış, Ziyanın borcu Elvinin mağazası ilə bağlı ödənməyən məbləğlə başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 öz ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ASC-də işləyən vaxt onunla alış-veriş etmişlər, o, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Ziya ilə alış-verişindən müəyyən məbləğdə pul borcu qalmış, lakin sonradan həmin borcu ödəmişdir. Şahid6 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun Ziyaya borcu qalmamış, borcunun hamısını ödəmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs mal götürmüş, Ziya da ondan həmin borcun qarşılığında mal götürmüş, qalan məbləği isə ödəmişdir. Ziya ondan toyuq budu almışdır. Ziyanın müştərisi ondan mal istəmiş, Ziya da borc əvəzində ondan toyuq budu götürərək müştərisinə satmışdır. Ziya Zərərçəkmiş şəxs ASC-də işləyəndə onun Ziyaya borcu yaranmışdır. Ziyanın müştərisi ondan 5 ton toyuq budu istəmiş, Ziyanında əlində 2 ton mal olduğu üçün ona müraciət etmiş, o da 3 ton toyuq budunu “Elit” TM-nin yanında pərakəndə satış yerindən tapmışdır. Ziya həmin malın pulunu verməmiş, onun Ziyaya olan borcu ilə əvəzləşdirmişlər. Ziya işdən çıxanda aralarında borcla bağlı hər hansı bir qalıq qalmamışdır. Onu şirkətə çağıraraq Ziyaya borcunun olub-olmamasını soruşmuşlar, o da heç bir borcunun olmadığını bildirmişdir. Ziya ondan borclu olduğunu yazması bağlı xahiş etməyib. Şahid verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, Ziyanı Zərərçəkmiş şəxs ASC-də işlədiyi vaxtdan tanıyır. Onun Ziyadan beş min, iki min, min manatlıq mal aldığı olmuşdur. O, aldığı malın dəyərini ödəməsə, ona yenidən mal verilməzdi, belə ki, 15 gündən bir hesabları sıfırlanmışdır. 1000, 2000, 3000 manat borcu qalanda Ziya işləri qaydasına qoymuş, daha sonra o, Ziyaya olan borcunu qaytarmışdır. Onu borca görə çağıranda Şəfayət müəllim tək olmuş, Ziya gəlməmiş, rayonda olmuşdur. Orada Ziyanın ona mal verdiyini təsdiq etmişdir. O, Ziyadan mal götürüb restoranlara vermişdir. Ziya işdən çıxandan sonra onun Ziyaya 10.000 manat borcu olmuş, həmin borcun əvəzinə də Ziyaya toyuq budu vermişdir. Ziya işdən çıxandan sonra X8 toyuq budu götürmüşlər. Zaur adlı şəxsdən aldığı toyuq budunun pulunu öz hesabına ödəmişdir. Ziya ona 3 ton toyuq budu lazım olduğunu demiş, o da Zaur adlı şəxsdən alıb Ziyaya vermişdir. O, Zaur adlı şəxsə 9000 manat pul vermişdir. Ziyanın Zaurdan aldığı malı kimə təhvil verdiyini bilmir. O, Ziyanın pulunu 10-15 gün sonra ödəmişdir. O, Ziyanın götürdüyü mala zamin durmuş, Ziya pulu ödəyə bilmədiyi üçün pulu o ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində bildirmişdir ki, o, 7 ildir ki, Zərərçəkmiş şəxs ASC-də anbar müdiri vəzifəsində işləyir. Onun şöbəsinin satışla heç bir əlaqəsi yoxdur. Sifarişlər elektron formada ekspeditorlar tərəfindən bölgə müdirlərinə verilir, bölgə müdirləri də elektron formada onların şöbəsinə göndərirlər, həmin sifarişə uygun yükləmə edilir. Səhər saat 7-8 radələrində maşınlar əraziyə çıxır. Onun verdiyi malda hər hansı problem olarsa həmin problem yerində həll edilir. Anbar mütəmadi olaraq sıfırlanır. Stokda qalan mallar olur, gündəlik təlabata uygun keçən mallar olur. Müddəti 1 il olan mallar stokda qalır, amma gündəlik gələn malların hər gün hesabatı aparılır. Şahid1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, sifarişlər bölgə müdirinə bildirilir. Sifarişlər terminallar vasitəsilə verilir, ona isə sifarişlər email vasitəsi ilə daxil olur. Ekspeditorların sifariş cədvəli onlara göndərilir. Satış nümayəndələri səhər tezdən anbara gələrək əlindəki terminalla malları yoxlayıb qəbul edirlər. Çeklərdə ekspeditorların hansı maldan nə qədər sifariş etdiyi göstərilir. Sifariş edilən mala uygun malları maşına yükləyirlər. Çek iki nüsxədə olur, onun birinə anbardar, digərinə isə o imza edir. Çeklər gündəlik imzalanmamışdır. Ekspeditorlar bəzən gəlib həmin çekləri götürür, bəzən isə götürməmişlər. Gələcəkdə malların götürüldüyünü yoxlamaq üçün çeklər tərtib edilmişdir. Onun iş saatı axşam saat 21-də başlayıb səhər saat 08:20-də bitir. O, 7 ildir gecə növbəsində işləyir, səhər növbəsində anbardar işləyir. Satış barədə onun məlumatı yoxdur. Ziya 69.000 manat çatışmazlığın olması barədə ona şirkətdən məlumat verilmiş, o da buna görə həmin məzmunda ifadə vermişdir. Böyük market şəbəkələri terminal vasitəsilə işləyir. O, ərazi satışından məlumatsızdır. Şirkətin təyin etdiyi müstəqil auditin yoxlamasında iştirak etmişdir. O, anbarın stokunu yazıb auditə vermişdir, ondan anbar qalığı barədə məlumatlar istəmişlər. Çekləri gündəlik çıxartmadıqları vaxtlar olmuşdur. Təqsirləndirilən şəxs ona hansı problemlə yaxınlaşıbsa o, bütün problemləri həll etmişdir. Anbarda iş yekunlaşmamış gecikməmək üçün maşınlar əraziyə çıxmış, ekspeditorun mağazaya yaxınlaşanda bortunda və skanerində olan malı görə bilməsi üçün o, fakturanı təsdiq edir. Ekspeditorlar çeki götürmədən də gedə bilmişlər, çeki götürmək zəruri olmamışdır. Çeki verə bilmədikdə satış nümayəndələrinin verdikləri sifarişin şəklini çəkib “whatsapp” qrupuna atmışlar, bununla da satış nümayəndəsinin onun maşınında qutu sayı olaraq nə qədər malı olduğunu bilmələrini təmin etmişlər. Ziya işdən çıxana kimi onların arasında hər hansı problem olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs ASC-də xəzinədar vəzifəsində işləmiş, Təqsirləndirilən şəxs ödənişləri gətirib ona vermiş, o da ödənişə uyğun olaraq Ziyaya çek vermişdir. Şahid məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, satış nümayəndəsinin hansı mağazadan, nə qədər pul aldığını görməmiş, yalnız ona verilən pulu qəbul etmiş və ödənilən pula dair həmin şəxsə çek vermişdir. Çekin üzərində ödənilən məbləğ göstərilmişdir. Onun işçiləri verilən malı fakturalaşdırmamış, onun ümumiyyətlə işçisi olmamışdır. Ziyanın işi ilə bağlı audit yoxlaması aparılanda auditlə görüşməsini xatırlamır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, habelə məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: - 05 may 2020-ci il tarixli 20/02/1 nömrəli müstəqil auditor hesabatından görünür ki, Zərərçəkmiş şəxs ASC-də satış nümayəndəsi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs xx.xx.2020-xx.xx.2020-ci il tarixləri aralığında satış cəmiyyətin anbarından 553704,79 manat dəyərində toyuq məhsulları qəbul etmiş, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 69480,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. (cild İ, i/v: 4-5,170-171) - Məhkəmə-mühasibat ekspertizası üzrə 9/141 nömrəli, 13 fevral 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hesabı üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan qaimə - fakturalar, inventarizasiya aktları, audit rəyləri, əmək və alqı-satqı müqavilələri, elektron qaimələr, təhvil-təslim aktları, üzləşdirmə aktları və "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, 20/02/1 saylı müstəqil Auditor Hesabatını tədqiq edərək qeyd olunan sənədlərin düzgünlüyü istintaq orqanı tərəfindən nəzərə alınmaqla həmin sənədlər üzrə Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıq 69.480,00 manat məbləğində müəyyən olunur. (cild İ, i/v: 231-240) - Zərərçəkmiş şəxs ASC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsi və “tam maddi məsuliyyət haqqında” müqaviləsinə əsasən işçi məsul şəxs olaraq öhdəsində olan mallara və pul vəsaitlərinə cavabdehlik daşımalı, idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətləri qoruyub saxlamalı, görüləcək işi layiqincə yerinə yetirməyi tam öhdəsinə götürmüş, ona etibar edilmiş maddi sərvətlərin, məhsulların, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmalıdır. (cild İ, i/v: 08-13, 23-24) - “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi üzrə bildiriş”dən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Zərərçəkmiş şəxs ASC-yə satış nümayəndəsi kimi işə qəbul edilmişdir. (cild İ, i/v: 14-15) - Zərərçəkmiş şəxs ASC-dən rayon prokurorluğuna daxil olmuş məktubda qeyd edilmişdir ki, Bakı şəhəri Qaradağ rayon prokurorluğunda Siyəzən-Broyler ASC-nin satış nümayəndələri vəzifəsində çalışanlar Təqsirləndirilən şəxs, X13, X5, X9, X3 barələrində aparılan cinayət işi bağlı bildirilir ki, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunda fəaliyyət göstərən "xxxx" ASC-də satış nümayəndələri vəzifəsində çalışan şəxslərin hər birinə soyuducu-furqonla təmin edilən, sürücüləri ilə birlikdə işlək-saz vəziyyətdə olan yük avtomobilləri həvalə edilmişdir. "xxxx" ASC-nin istehsalat fəaliyyətinin əsasını toyuq əti məhsullarının istehsalı və satışı təşkil edir. Satışı yuxarıda qeyd etdilən kimi "xxxx" ASCdə onlarla əmək və maddi məsuliyyət müqaviləsi bağlanan satış nümayəndələri vəzifəsində çalışan şəxslər həyata keçirirlər. ASC də istehsal olunan toyuq əti məhsulları ədəd və ya kiloqram-qram çəki ilə xüsusi elektron tərəzilərdə çəkilərək, məhsulun çeşidinə və növünə uyğun olaraq adı, çəkisi və xüsusi vasitələrlə oxunan barkodu kağız, karton və plastik qutuların üzərinə yapışdırılaraq göstərilir. Satış nümayəndələrinə təqdim edilən satışın təşkili, məhsulların qəbulu, ödəniş cədvəli, məhsulların satış müəssisələrinə təqdim edilməsi, ümumiyyətlə satış nümayəndəsinin bütün əməliyyatlaları-satış hərəkətləri internet proqramı olan AZMSALE proqramı vasitəsilə 2018-ci ilin mayından icra olunur. Hər bir satış nümayəndəsinin özünün Login-Parolu var, ondan başqa digər şəxslər həmin proqrama müdaxilə edə bilməzlər. Satış nümayəndələri AZMSALE proqramına girişi özlərinə məxsus telefonla həyata keçirirlər. Barkodda göstərilən məlumatlar ASC-yə məxsus anbarlarda və satış nümayəndələrində olan xüsusi proqramlarla təmin olunmuş aparatlar-qurğular və ya terminallar vasitəsilə oxunur. Toyuq əti məhsullarının çəkiləri və növləri xüsusi proqramlarla təmin olunmuş aparatlarla- qurğularla və ya terminallarla oxunaraq, anbardan paddonlara yığılaraq satış nümayəndələrinin iştirakı ilə onlara təqdim olunaraq yük avtomobillərinə yüklənir. Yüklənən məhsullar çəkisi, növü və qiyməti göstərilməklə satış nümayəndələrinin hər birinin adına məxsus elektron proqram olan terminallara daxil edilərək, dərhal satış nümayəndələrində və ASC-yə məxsus proqram vasitəsi ilə həmin əməliyyatları izləmək mümkündür. Satış nümayəndələrinə elektron proqram üzərindən təqdim olunan məhsulların çəkisində, növündə və sayında indiyə kimi hər hansı xüsusi problem aşkar olunmayıb. Satış nümayəndələri vəzifəsində çalışan işçilər satışın təşkilindən əldə olunan pul vəsaitlərini əldə etdikdən sonra ASC-nin kassasına mədaxil etməmişdən əvvəl ödənilməsi nəzərdə tutulan məbləği öz elektron proqramına daxil etdikdən sonra kassaya mədaxil edirlər. (cild İ, i/v: 278) - “Sübutların qiymətləndirilməsi haqqında” 25 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanılmasına dair audit rəyi, xx.xx.2017-ci il tarixli əmək müqaviləsi və “tam maddi məsuliyyət haqqında” müqavilə, Təqsirləndirilən şəxs tərəfindən icra edilmiş əlyazma izahatlar, Zərərçəkmiş şəxs ASC tərəfindən rayon prokurorluğuna təqdim edilmiş Təqsirləndirilən şəxs satış nümayəndəsi vəzifəsində işlədiyi audit yoxlamasının həyata keçirildiyi dövrdə cəmiyyətin anbarından götürdüyü toyuq məhsullarının, eyni zamanda həmin toyuq məhsullarının satışı nəticəsində cəmiyyətin xəzinəsinə ödənilməsi ilə əlaqədar olan hərəkət cədvəllərini özündə əks etdirən 01 ədəd yaddaş qurğusu maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. (cild İİ, i/v 48-70) Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutları məcmu halında qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını külli miqdarda mənimsəməklə talaması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən, ona istinad olunan həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cinayət işi üzrə Şahid6 mal verməsi, Şahid6 malın pulunu verməməsi ilə əlaqədar kəsirinin yarandığını, onun şirkətə qeyd olunan məbləğdə borcunun olmamasını bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, məhkəmə iclasında şahid qismində Şahid6 Təqsirləndirilən şəxs müəyyən məbləğinin borcunun olduğunu, lakin həmin borcu tam şəkildə ödədiyini bildirmişdir. Bundan başqa aparılmış yoxlama nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ASC-yə 69.480,00 manat məbləğində kəsirinin olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin sanksiyasında əlavə cəza nəzərdə tutulmasa da təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsi zəruridir. Belə ki, məhkəmə, təqsirləndirilən şəxsin qəsdinin yönəldiyi ictimai münasibətlərin xarakterini, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin faktiki hallarını da nəzərə alaraq hesab edir ki, bu əlavə cəzanın yaradacağı digər məhdudiyyətlərlə bərabər həm də mənəvi-psixoloji təsiri cəzanın tənbeh təsirinin gücləndirilməsinə, təqsirləndirilən şəxsin təkrar cinayət törətməsinin qarşısını almağa, bununla da cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunmasına xidmət edəcəkdir. Məhkəmə gəldiyi bu qənaəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair» 14 noyabr 2011-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe baxımından da əsaslı hesab edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza, həmçinin müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, həmin Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir (cild İİ, i/v: 15). Elektron-məhkəmə informasiya sisteminin məlumatından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü X14 adlı bir azyaşlı uşağı vardır. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nin direktoru X10 məhkəməyə ASC-nin möhürü ilə təsdiq olunmuş ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ASC-yə vurduğu ziyanın tam ödənildiyini, onunla barışdıqlarını, bu səbəbdən Təqsirləndirilən şəxs qarşı hər hansı tələb, şikayət və iddasının olmadığını bildirmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs ASC-nin direktoru X10 məhkəməyə ASC-nin möhürü ilə təsdiq olunmuş daha bir ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qarşı verdikləri mülki iddiadan imtina etdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, təqsirləndirilən şəxs X6 üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli qərarla onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. (cild İİ, i/v: 91-96) “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021ci il tarixli qərarına əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan ləğv edilməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.5-ci maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olan Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanılmasına dair audit rəyi, 01,04.2017-ci il tarixli əmək müqaviləsi və “tam maddi məsuliyyət haqqında” müqavilə, Təqsirləndirilən şəxs tərəfindən icra edilmiş əlyazma izahatlar, Zərərçəkmiş şəxs ASC tərəfindən rayon prokurorluğuna təqdim edilmiş Təqsirləndirilən şəxs satış nümayəndəsi vəzifəsində işlədiyi audit yoxlamasının həyata keçirildiyi dövrdə cəmiyyətin anbarından götürdüyü toyuq məhsullarının, eyni zamanda həmin toyuq məhsullarının satışı nəticəsində cəmiyyətin xəzinəsinə ödənilməsi ilə əlaqədar olan hərəkət cədvəllərini özündə əks etdirən 01 ədəd yaddaş qurğusu cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə iş üzrə vurulmuş maddi ziyanın ödənilməsini və iddiaçının mülki iddiadan imtina etməsini nəzərə alaraq hesab edir ki, mülki iddia üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 100 (bir yüz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməkdə ona təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclasından azadlığa buraxılsın. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri üzrə Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanılmasına dair audit rəyi, 01,04.2017-ci il tarixli əmək müqaviləsi və “tam maddi məsuliyyət haqqında” müqavilə, Təqsirləndirilən şəxs tərəfindən icra edilmiş əlyazma izahatlar, Zərərçəkmiş şəxs ASC tərəfindən rayon prokurorluğuna təqdim edilmiş Təqsirləndirilən şəxs satış nümayəndəsi vəzifəsində işlədiyi audit yoxlamasının həyata keçirildiyi dövrdə cəmiyyətin anbarından götürdüyü toyuq məhsullarının, eyni zamanda həmin toyuq məhsullarının satışı nəticəsində cəmiyyətin xəzinəsinə ödənilməsi ilə əlaqədar olan hərəkət cədvəllərini özündə əks etdirən 01 ədəd yaddaş qurğusu cinayət işinin materiallarında saxlanılsın. İş üzrə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC tərəfindən verilmiş mülki iddia üzrə icraata iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilsin. İş üzrə məhkəmə məsrəfləri – 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər: Əli Məmmədov Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-466/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-466/2024
23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver