Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-466/2025 27.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X17 və X5 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi6, “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi4 və Bakı şəhər 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi8, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-in) 193-1.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs xx.xx.2006-cı ildən xx.xx.2014-cü ilədək olan müddət ərzində cinayət yolu ilə əldə etdiyi əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin əmlakın konversiyası və köçürülməsini, habelə həmin məqsədlərlə cinayət yolu ilə əldə etdiyi əmlakdan istifadə etməklə maliyyə əməliyyatları və digər əqdlər həyata keçirməklə xeyli miqdarda 5.581.114,51 manat əmlakı leqallaşdırmışdır. Belə ki, o, 2000-ci ildən etibarən 2018-ci ilə kimi olan dövrdə törətdiyi cinayət əməli ilə, yəni ********** nömrəli VÖEN-lə dövlət qeydiyyatına alınmış "xxxx" MMC, ********** nömrəli VÖEN-lə dövlət qeydiyyatına alınmış "xxxx" MMC, ********** nömrəli VÖEN-lə dövlət qeydiyyatına alınmış "xxxx" ASC-nin fəaliyyəti üzrə dövlət büdcəsinə ödəməkdən yayındırılmış vergilər və dövlət qeydiyyatına alınmadan həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyətindən əldə etdiyi 118.698.100,94 (yüz on səkkiz milyon altı yüz doxsan səkkiz min yüz manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaitlərinin (preyudisial qaydada məcburi qüvvəyə malik Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə müəyyən olunmuşdur), yəni əmlakının, onu cinayət yolu ilə əldə etdiyini bilə-bilə həqiqi mənbəyini gizlətmək məqsədilə xx.xx.2006-cı ildən xx.xx.2014-cü ilədək olan müddət ərzində Bakı şəhərində həmin vəsaitlərin bir qismini vəsaitlərin cinayət yolu ilə əldə olunma dövrləri üzrə özünün “X29 Azərbaycan” QSC-də yerləşən AZ98KABA******************** nömrəli avro, AZ30KABA******************** nömrəli ABŞ dolları hesabı, atası X3 "xxxx" ASC-də yerləşən ******************** nömrəli və AZ09İBAZ******************** nömrəli ABŞ dolları hesabları, anası Şahid3 “X29 Azərbaycan” QSC-də yerləşən AZ16KABA******************** nömrəli manat, AZ22KABA******************** nömrəli avro və “AZ38KABA******************** nömrəli ABŞ dolları hesablarına mədaxil edilməsini, özünün adına “X29 Azərbaycan” QSC-də açılmış AZ30KABA******************** nömrəli ABŞ dolları hesabından 87.503,3 manata bərabər 111.200,0 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2011-ci ildə “BRENERS İNTERNATİONAL NAK SN”, 7.467,95 manata bərabər 9.500,0 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2012-ci il tarixdə “İNDOOR LİFE” adlı hüquqi şəxslərin Türkiyə Respublikasında fəaliyyət göstərən banklardakı hesablarına köçürülməsini, özünün adına “X29 Azərbaycan” QSC-də açılmış AZ98KABA******************** nömrəli avro hesabından xx.xx.2012-ci ildə 10585,0 avro və xx.xx.2012-ci ildə 9874,0 avro olmaqla 2 hal üzrə cəmi 21.141,06 manata bərabər 20459,0 avro məbləğində pul vəsaitinin “NURUS A.Ş” adlı hüquqi şəxsin Türkiyə Respublikasında fəaliyyət göstərən hesabına köçürülməsini, atası A.A.Abdullayevin "xxxx" ASC-də açılmış AZ09İBAZ******************** nömrəli ABŞ dolları hesabından xx.xx.2009-cu ildən xx.xx.2014-cü ilədək olan müddət ərzində 9 əməliyyat üzrə cəmi 214.127 manata bərabər 270.000,0 ABŞ dolları məbləğində pul vəsaitinin məxaric edilməklə həmin hesaba əmanət (depozit) kimi yerləşdirilməsini, xx.xx.2011-ci ildə isə 7.869 manata bərabər 10.000,0 ABŞ dolları məbləğində pul vəsaitinin hesabın möhkəmləndirilməsi təyinatı ilə A.A.Abdullayevin "xxxx" ASC-də açılmış AZ09İBAZ******************** nömrəli digər ABŞ dolları hesabına köçürülməsini, anası Şahid3 “X29 Azərbaycan” QSC-də açılmış AZ38KABA******************** nömrəli ABŞ dolları hesabından valyuta satışı üzrə konvertasiya əməliyyatları kimi xx.xx.2008-ci ildə 151.200 ABŞ dolları, xx.xx.2008-ci ildə 150.000 ABŞ dolları, xx.xx.2008-ci ildə 100.000 ABŞ dolları, xx.xx.2013-cü ildə 2.000.000 ABŞ dolları olmaqla, cəmi 1.895.989,64 manata bərabər 2.401.200,0 ABŞ dolları məbləğində vəsaitin Şahid3 “X29 Azərbaycan” QSC-də bu məqsədlər üçün açılmış AZ16KABA******************** nömrəli manat hesabına, Türkiyə Respublikasında fəaliyyət göstərən banklarda Aqil Ağayev adlı şəxsin adına açılmış hesaba xx.xx.2011-ci ildə 50.000 ABŞ dolları, Atilla Coşkun adlı şəxsin hesabına xx.xx.2006-cı ildə 10.000,0 ABŞ dolları, “BRENERS İNTERNATİONAL NAK SN” şirkətinin hesabına xx.xx.2011-ci ildə 107.000,0 ABŞ dolları, Bünyamin Derman adlı şəxsin hesabına xx.xx.2012-ci ildə 22.000,0 ABŞ dolları, Esat Şimşek adlı şəxsin hesabına xx.xx.2010-cu ildə 15.000,0 ABŞ dolları, “İNDOOR LİFE” şirkətinin hesabına xx.xx.2012-ci ildə 8.200,0 ABŞ dolları, İsa Özçelik adlı şəxsin hesabına xx.xx.2012-ci ildən xx.xx.2013-cü ilədək olan müddət ərzində ayrı-ayrı 11 əməliyyat üzrə cəmi 52.450,0 ABŞ dolları, “NG HOİ U” adlı şirkətin hesabına xx.xx.2012-ci ildə 7000 ABŞ dolları və xx.xx.2012-ci ildə 3000 ABŞ dolları olmaqla cəmi 10.000,0 ABŞ dolları, Ramazan Güler adlı şəxsin hesabına xx.xx.2012-ci ildə 6300 ABŞ dolları və xx.xx.2014-cü ildə 10.500 ABŞ dolları olmaqla cəmi 16.800,0 ABŞ dolları, habelə “TRN TO ATMG” vasitəsi ilə xx.xx.2007 və xx.xx.2008-ci il tarixlərdə cəmi 8000 ABŞ dolları olmaqla ümumilikdə 237.379,32 manata bərabər 299.450 ABŞ dolları məbləğində vəsaitlərin xaricə köçürülməsini, 1.179.600 manata bərabər 1.500.000 ABŞ dolları məbləğində vəsaitin isə xx.xx.2011-ci ildə özünün şəxsən nağdlaşdıraraq məxaric etməsini, anası Şahid3 “X29 Azərbaycan” QSC-də açılmış AZ16KABA******************** nömrəli manat hesabından 64.370,0 manat məbləğində vəsaitin xx.xx.2006-cı ildən xx.xx.2010-cu ilədək olan müddət ərzində 11 əməliyyat üzrə xx.xx.2006-cı ildə anası ilə birlikdə təsis etdikləri “X27” İctimai Birliyinə, 8.600 manat məbləğində vəsaitin xx.xx.2011ci ildə 4150 manat, xx.xx.2011-ci ildə 4450 manat olmaqla fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirdiyi "xxxx" ASC-nin "xxxx" ASC-də yerləşən ******************** nömrəli bank hesabına, 325.900,0 manat məbləğində vəsaitin xx.xx.2008-ci ildə 124.150 manat, xx.xx.2008-ci il tarixdə 120.500 manat, xx.xx.2008-ci il tarixdə 81.250 manat olmaqla fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirdiyi "xxxx" MMC-nin “X29 Azərbaycan” QSC-də yerləşən AZ24KABA******************** nömrəli bank hesabına, anası Şahid3 “X29 Azərbaycan” QSC-də açılmış AZ22KABA******************** nömrəli avro hesabından Metin Arın adlı şəxsin hesabına xx.xx.2009, xx.xx.2009 və xx.xx.2012-ci il tarixlərdə olmaqla cəmi 12.230,0 avro, LAURENT HİNCKER adlı şəxsin hesabına xx.xx.2008-ci ildə 2.000,0 avro, İsa Özçelik adlı şəxsin hesabına xx.xx.2012 və xx.xx.2013-cü il tarixlərdə olmaqla cəmi 23.320,0 avro, Esat Şimşek adlı şəxsin hesabına 17.000 avro, Fuad Hümbətov adlı şəxsin hesabına xx.xx.2012 və xx.xx.2013-cü illər ərzində cəmi 20.000 avro olmaqla cəmi 79.749,26 manata bərabər 74.550,0 avro vəsaitlərin köçürülməsini təşkil etməklə ümumilikdə 4.129.696,51 manata bərabər 4.321.350 ABŞ dolları, 95.009 avro və 429.326,88 manat pul vəsaitlərini vahid qəsdlə xx.xx.2006-cı ildən xx.xx.2014-cü ilədək olan müddət ərzində xarici ölkələrdə yerləşən bank hesablarına 433.240,87 manat, konvertasiya əməliyyatları kimi ölkə daxilində fəaliyyət göstərən banklarda yerləşən başqa hesablara 1.895.989,64 manat, ölkə daxilində fəaliyyət göstərən müxtəlif fiziki və hüquqi şəxslərin bank hesablarına ayrı-ayrı təyinatlar üzrə 1.800.466 manat köçürməklə, yəni əmlakın konversiyasını, maliyyə əməliyyatları və digər əqdlər həyata keçirməklə xeyli miqdarda əmlakı leqallaşdırmışdır. Bununla yanaşı o, 2000-ci ildən etibarən 2018-ci ilə kimi olan dövrdə törətdiyi cinayət əməli ilə, yəni ********** nömrəli VÖEN-lə dövlət qeydiyyatına alınmış "xxxx"MMC, ********** nömrəli VÖEN-lə dövlət qeydiyyatına alınmış "xxxx" MMC, ********** nömrəli VÖEN-lə dövlət qeydiyyatına alınmış "xxxx" ASC-nin fəaliyyəti üzrə dövlət büdcəsinə ödəməkdən yayındırılmış vergilər və dövlət qeydiyyatına alınmadan həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyətindən əldə etdiyi 118.698.100,94 (yüz on səkkiz milyon altı yüz doxsan səkkiz min yüz manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaitlərinin (preyudisial qaydada məcburi qüvvəyə malik Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə müəyyən olunmuşdur), yəni əmlakının, onu cinayət yolu ilə əldə etdiyini bilə-bilə həqiqi mənbəyini gizlətmək məqsədilə cinayət yolu ilə əldə etdiyi əmlakdan istifadə etməklə maliyyə əməliyyatları və digər əqdlər həyata keçirməklə xx.xx.2006-cı ildən xx.xx.2013-cü ilədək olan müddət ərzində Bakı şəhərində həmin vəsaitlərdən 25.088 manat hissəsini anası Şahid3 ilə X14 arasında bağlanmış xx.xx.2006-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 4-cü Nərimanov döngəsi 30 ünvanında yerləşən ümumi sahəsi 12 kv.m olan fərdi yaşayış evinin, 204.832 (iki yüz dörd min səkkiz yüz otuz iki) manat hissəsini anası Şahid3 ilə Şahid6 arasında bağlanmış xx.xx.2006-cı il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 70,5 kv.m olan mənzilin, 219.000 manat hissəsini anası Şahid3 ilə X11 arasında bağlanmış xx.xx.2006-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsində yerləşən, 78/168 paydan ibarət 20 nömrəli fərdi yaşayış evinin, 294.101 manat hissəsini anası Şahid3 ilə X12 və X8 arasında bağlanmış xx.xx.2006-cı il tarixli ******* nömrəli alqısatqı müqaviləsinə əsasən Bakı şəhəri, Nəriman Nərimanov prospekti, 28 ünvanında yerləşən, ümumi sahəsi 35,5 kv.m olan fərdi yaşayış evinin, 400.440 manat hissəsini anası Şahid3 ilə Şahid9 arasında bağlanmış xx.xx.2007-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 125 kv.m olan mənzilin, 240.957 manat hissəsini anası Şahid3 ilə Şahid7 Sərhang qızı arasında bağlanmış xx.xx.2008-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 58,4 kv.m olan mənzilin, 35.000 manat hissəsini anası Şahid3 ilə Şahid4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, ev 19 ünvanında yerləşən, ümumi sahəsi 38,8 kv.m olan 2 otaqlı mənzilin yaşayış sahəsi 14 kv.m olan 1 otağının, 32.000 manat hissəsini anası Şahid3 ilə Şahid5 arasında bağlanmış xx.xx.2013-cü il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, ev 19 ünvanında yerləşən, 10 saylı mənzilin yaşayış sahəsi 9 kv.m olan 1 otağının, ümumilikdə isə 8 ədəd daşınmaz əmlakın anasının adına alınmasını təşkil edərək cinayət yolu ilə əldə etdiyi pul vəsaiti ilə əqdlər, yəni alqı-satqı əməliyyatları həyata keçirməklə xeyli miqdar təşkil edən cəmi 1.451.418 manat məbləğində pul vəsaitlərini vahid qəsdlə leqallaşdırmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona elan edilmiş ittihamda "xxxx" MMC-nin “X29” QSC-dəki ABŞ dolları hesabına “X28 LTD” adlı müəssisədən 2.699.975,00 ABŞ dolları məbləğində pul vəsaitinin daxil olmasının qeyd edilməsi tamamilə yalandır. Həmçinin “Santiago Management Limited” şirkəti tərəfindən anası Şahid3 «X29» QSCdəki ABŞ dolları hesabına 19.819.930,00 ABŞ dolları məbləğində pul vəsaitinin köçürülmə təyinatı və həmin pulun mənbəyi barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun bank hesablarına külli miqdarda pul vəsaiti daxil olmamışdır. İttihamda qeyd edilən əməllərin heç birini törətməmiş, qanunsuz heç bir fəaliyyətlə məşğul olmamış və heç bir təqsiri yoxdur. Daha sonra barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də onun təqsirli olması şahidlərin ifadələri, maliyyə, mühasibatlıq, Azərbaycan Respublikası və xarici ölkələrdə yerləşən bank hesabları üzrə tranzaksiya sənədləri, mütəxəssis, ekspert rəyləri və digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 1995-ci ildə tanımış, 2006-cı ildən çoxmənzilli yaşayış binasının inşasını həyata keçirən Təqsirləndirilən şəxs rəhbərlik etdiyi "xxxx" MMC-də qeyri-rəsmi olaraq görülən işlərə kömək etmiş və orada inzibati işlərlə məşğul olmuşdur. Həmin şirkətin Şahid3 və A.A.Abdullayevin adına təsis olunmasına baxmayaraq faktiki olaraq şirkət Təqsirləndirilən şəxs tərəfindən idarə olunmuşdur. Həmin şirkətin direktoru Zahid Hüseynov olmuş, mərhum Nizami Xəlilov qeyri-rəsmi olaraq Təqsirləndirilən şəxs tapşırığı ilə tikintiyə nəzarət etmiş, Şahid1 isə mühasibatlıq xidmətləri göstərmiş, tanışı Canbulat Kalyaev də qeyri-rəsmi olaraq şirkətin idarə olumasında iştirak etmişdir. O, uzun müddət Təqsirləndirilən şəxs işçisi kimi ona və ailə üzvlərinə məxsus olan şəxsi əmlakların və obyektlərinin idarə edilməsi, yəni icarəyə verilməsi, vəziyyətinə nəzarət edilməsi, əmlaklarla bağlı həyata keçirilən sənədləşmənin düzgün tərtib olunmasına nəzarət edilməsi, ona və ailə üzvlərinə aviabiletlərin və viza alışının təşkil edilməsi ilə məşğul olmuş, əsas işi sənədləşmənin düzgün aparılmasına nəzarət etmək olmuş, buna görə müxtəlif məbləğlərdə əmək haqqı almışdır. 2015-ci ilin sonlarından isə o, artıq onlarla əməkdaşlığı dayandırmış və həmin xidmətləri Ruhid Əkbərov adlı vəkil həyata keçirməyə başlamışdır. Həmçinin, o, Təqsirləndirilən şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını bilmişdir. Çünki sonuncuya xaricdən külli miqdarda pul vəsaitləri daxil olmuş, amma konkret olaraq fəaliyyətinin nədən ibarət olması, harada olmasını bilməmişdir. Onun Təqsirləndirilən şəxs və ailə üzvlərinin bank əməliyyatları barədə məlumatı olmasa da Təqsirləndirilən şəxs maliyyə işləri anası Zeynəb və mühasibi Azadə tərəfindən aparılmışdır. Təqsirləndirilən şəxs və ailə üzvlərinin müxtəlif banklarda hesabları olmuş, çünki bir neçə dəfə özü onları müşayiət etmiş, lakin konkret olaraq hansı bankda hansı hesabların olması, həmin hesablara haradan hansı məbləğdə vəsait daxil olmasını bilməmişdir. Şahid1 Təqsirləndirilən şəxs etibar etdiyi və onun bütün maliyyə işləri ilə məşğul olan şəxs olmuşdur. Sonuncu etibarnamə əsasında müxtəlif dövrlərdə Təqsirləndirilən şəxs və anası Şahid3 “X29 Azərbaycan” QSC-də olan bank hesablarından külli miqdarda pul vəsaitini mədaxil və məxaric etmişdir. Mədaxil olunmuş pul vəsaitlərinin əsas mənbəyi Təqsirləndirilən şəxs məxsus əmlakların satışından, müxtəlif obyektlərin icarəsindən əldə olunmuş gəlirlər olmuşdur. Şahid1 Təqsirləndirilən şəxs tapşırığı ilə həmin vəsaitləri aparıb hesaba mədaxil etmişdir. Məxaric olunmuş vəsaitləri Şahid1 Təqsirləndirilən şəxs tapşırığı ilə nağdlaşdıraraq onun dediyi şəxslərə, o cümlədən ailə üzvlərinə vermişdir. Mərhum A.A.Abdullayev və Şahid3 onlara məxsus əmlakların idarə olunması, o cümlədən bank hesablarından pul vəsaitlərinin nağdlaşdırılması ilə bağlı ona etibarnamə vermişlər və həmin dövrdə çıxartdığı bütün vəsaitləri Şahid3 özünə vermişdir. Təqsirləndirilən şəxs icarəyə verdiyi obyektlərin icarə haqlarını bir qayda olaraq özü yığmış, sonuncu həmin vəsaitləri topladıqdan sonra mühasib Şahid1 vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs məxsus yaşayış və qeyri-yaşayış əmlaklarının satışından əldə olunmuş pul vəsaitlərini ev sahibləri və yaxud onların nümayəndələri gətirib onun yanında Şahid1 təqdim etmişlər. Azadə da həmin vəsaitləri Təqsirləndirilən şəxs tapşırığı ilə onun və anası Şahid3 “X29 Azərbaycan” QSC-də olan bank hesablarına mədaxil etmişdir. Vəsaitlərin məbləği böyük olduqda təhlükəsizlik məqsədilə bir qayda olaraq Azadə xanımı müşayiət edərək pulun daşınmasında iştirak etmişdir. Təqsirləndirilən şəxs və anası Şahid3 bank hesablarına xaricdən daxil olmuş pul vəsaitlərinin mənbəyi və Azərbaycan Respublikasına hansı məqsədlə göndərilməsi barədə heç bir məlumatı yoxdur və Təqsirləndirilən şəxs bu barədə ona heç bir açıqlama verməmişdir. Lakin Təqsirləndirilən şəxs ölkədə və xaricdə biznes fəaliyyəti olduğu hamıya məlum olmuşdur. Buna görə də mütəmadi olaraq onun özünün və ya yaxın qohumlarının Azərbaycandakı bank hesablarına pul vəsaitləri mədaxil olunmuşdur. Bu barədə o, pul vəsaitlərini banklardan əsasən Şahid1 məxaric etdiyi, onun da təhlükəsizlik üçün onu müşayiət etməsi səbəbindən bilmişdir. Azadə xanım da məxaric etdiyi vəsaitləri Şahid3 və ya Təqsirləndirilən şəxs vermiş, sonuncular da həmin vəsaiti müxtəlif təyinatlar üzrə, yəni əmlak alışına, müəyyən başqa ödənişlərə və s. xərcləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2012-ci il noyabr ayına qədər ünvan 17 a ünvanında yaşamışdır. Həmin evin 2 otağı onun tərəfindən satın alınmış, digər 2 otağın sahibi Şahid5, evin ümumi mülkiyyətçisi isə sonuncunun nənəsi Kimya xanım olmuşdur. “Qusqa” ləqəbli Təqsirləndirilən şəxs 2012-ci ildə tanımışdır. Belə ki, sonuncu onların yaşadıqları fərdi yaşayış evlərinin yaxınlığında, yəni 6 metrlik məsafəsində hündür mərtəbəli bina inşa etdirmişdir. Sonuncunun bina tikintisi fəaliyyəti ilə bağlı işlərini Şahid11 Nurəddin oğlu idarə etmişdir. Nüsrəddini “Nurəddin” deyə tanımışlar. xx.xx.2013-cü ildə 10 saylı notariat ofisində onunla Şahid1 arasında bağlanmış müqavilə əsasında yaşadığı ünvan 7 ünvanında yerləşən ümumi sahəsi təxminən 38 kv.m olan mənzili 35.000 manat məbləğində pul müqabilində Təqsirləndirilən şəxs satmışdır. Şahid1 notarial qaydada bağlanmış müqavilə zamanı Təqsirləndirilən şəxs anası Şahid3 nümayəndəsi qismində çıxış etmişdir. Sonuncunun özü proseslərdə iştirak etməmişdir. Həmin pul vəsaitləri onun adına açılmış bank hesabına köçürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə 1999-cu ildə tanış olmuş, sonuncunun əmlaklarının və layihələrinin sənədləşmə işlərini aparmışdır. 2004-cü ildə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov, Abdulla Şaiq, Süleyman Tağızadə, Tolstoy və Bəşir Səfəroğlu küçələrinin kəsişməsindəki 268-274-cü məhəllələrdə yerləşən 2,12 hektar ərazidə layihə üzrə yaşayış binasının inşasına başlamış, bununla bağlı bütün sənədləşmə işlərinin aparılmasını ona tapşırmışdır. 2004-cü ildə Təqsirləndirilən şəxs yaşayış binalarının tikintisi ilə məşğul olmaq üçün atası A.A.Abdullayev və anası Şahid3 adlarına rəsmiləşdirilmiş "xxxx" MMC-ni təsis etmişdir. "xxxx" MMC Təqsirləndirilən şəxs tərəfindən təsis olunmasına baxmayaraq Şahid3 və A.A.Abdullayevin adına rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs faktiki olaraq həmin müəssisəyə rəhbərlik etmiş, müəssisənin fəaliyyəti ilə bağlı bütün maliyyə əməliyyatları onun göstərişi əsasında aparılmışdır. Tikintiyə ümumi nəzarəti sonuncunun atasının dostu Nizami Xəlilov həyata keçirmişdir. Müəssisədə onun işi yalnız tikinti ilə bağlı yarana biləcək bütün sənədləşmələrin həyata keçirilməsini təşkil etməkdən ibarət olmuşdur. Eyni zamanda tikinti ilə bağlı yaranan hər hansı problem barədə Təqsirləndirilən şəxs məlumat verib, sonuncunun verdiyi göstərişləri aidiyyəti üzrə çatdırmışdır. Yaşayış binasının tikintisi başa çatdıqdan sonra mənzillərin satışı başlanılmış, mənzillərin satışı ilə demək olar ki, sonuncunun özü məşğul olmuşdur. Alıcılar onunla razılaşdıqdan sonra müqavilə hazırlanmış, yekunda müqavilələr Zahid Hüseynov tərəfindən imzalanıb möhürlənmişdir. O, ünvan 8 ünvanında olan mənzillərin alqı-satqısı zamanı iştirak etmişdir. Belə ki, 2006-cı ildə Təqsirləndirilən şəxs və Şahid3 xahişi əsasında sonuncunun mülkiyyətində olan həmin mənzilləri adlarını xatırlamadığı şəxslərə göstərmişdir. Həmin mənzillər faktiki olaraq Təqsirləndirilən şəxs məxsus olmuş, sadəcə olaraq anasının adına rəsmiləşdirilmişdir. 2014-cü ildə sonuncu xarici ölkəyə getdikdən sonra onun işlərinə anası Şahid3 nəzarət etmişdir. Lakin bunu yaxşı bacara bilməmiş, qardaşı Azər Abdullayevdə Təqsirləndirilən şəxs kimi bacarıqlı olmadığından rəhbərliyi həyata keçirə bilməmişdir. Həmin ərəfələrdə artıq bir neçə ay ona əməkhaqqı verilmədiyi üçün oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxslə birlikdə işlədiyi dövr ərzində sonuncu tez-tez xarici ölkələrə gedib gəlmiş, hansı məqsədlə xarici ölkələrə getməsini bilməmişdir. O, ümumi olaraq xarici mənbələrdən Təqsirləndirilən şəxs və anası Şahid3 bank hesablarına pul vəsaitlərinin daxil olduğunu bilmiş, ancaq həmin pul vəsaitlərinin kim tərəfindən hansı məqsədlə göndərilməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və qohumlarının adına rəsmiləşdirilmiş bütün əmlakların faktiki sahibi Təqsirləndirilən şəxs olmuş, sadəcə əmlaklar sonuncunun yaxın qohumlarının adına rəsmiləşdirilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs və yaxın qohumlarının bank hesabları və əməliyyatları barədə hər-hansı məlumatı olmamışdır. Məhkəmə iclasında iştirak edən və ifadə verməkdən imtina edən məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin anası Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, adına xaricdə heç bir əmlak olmamış, Azərbaycanda isə adına bir neçə sayda mənzillər və torpaq sahələri olmuş, lakin həmin əmlakların yerləşdiyi yerlər barədə məlumatı olmamışdır. Mərhum əri ilə onun adına olan Səbail rayonu, Azərbaycan prospekti 22, m 18 və 19 nömrəli evlər onların yaşadığı evlər olmuşdur. Bundan başqa Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsi, döngə 10, ev 5 (3/12 hissə), həmin küçədə ¼ hissə, həmin küçədə ev 5a ünvanlarında olan fərdi yaşayış evləri, ünvan 96, (6/28 hissə), həmin küçədə dalan 3, ev 6, həmin küçədə ev 24a, həmin küçədə dalan 3, ev 8 (5/6 hissə), həmin küçədə ev 19/8, həmin küçədə ev 19, həmin küçədə dalan 3 ev 2, həmin küçədə ev 17, həmin küçədə ev 4, həmin küçədə ev 4a, həmin küçədə ev 19/9, həmin küçədə dalan 3 ev 4, həmin küçədə ev 17, bundan əlavə həmin küçədə ev 15, həmin küçədə ev 20 (bir hissə) ünvanlarında olan fərdi yaşayış evləri, həmçinin Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 26 “B” tik. 2 otaq, həmin prospektdə 28-də, (Sovet küçəsi) 2 ünvanlarında olan fərdi yaşayış evləri, həmçinin Bakı şəhəri, Yasamal rayonu, 4-cü Nərimanov döngəsi 30 (6-48 hissə) ünvanındakı fərdi yaşayış evi, ünvan 13 ünvanında olan fərdi yaşayış evi, ünvan 14n küçədə 16,1, həmin küçədə 16,16, həmin küçədə 16,8, həmin küçədə 16,2, həmin küçədə 16,11, həmin küçədə 46,17, həmin küçədə 16, 10/14 həmin küçədə 16,3, həmin küçədə 16, 7, həmin küçədə 16, 30, həmin küçədə 16, 19, həmin küçədə 16, 20, 21, 2, 29, həmin küçədə 16, 25/24/23, həmin küçədə 16, 28, ünvanlarında fərdi yaşayış evləri, həmçinin ünvan 15ındakı fərdi yaşayış evi, ünvan 16 ünvanlarında olan fərdi yaşayış evləri barədə hərhansı bir məlumatı yoxdur. Onun adına olan Xətai rayonu, Y.Səfərov küçəsində olan torpaq sahələri park kimi istifadə olunmuş, “Malakan bağı” kimi adlandırılan parkın yaxınlığında olan torpaq sahəsi yararsız vəziyyətdə, boş torpaq sahəsi olmuş, Qala qəsəbəsində yerləşən 147 hektarlıq torpaq sahəsi, Alatava yaşayış sahəsində 52873,1 kv.m özəl torpaq sahəsi, Y.Məmmədəliyev 16 ünvanında, Ü.Hacıbəyov-27 ünvanlarında olan qeyri-yaşayış sahələri onun tərəfindən istifadə olunmamaqla boş olmuşdur. Bütün qeyd olunan əmlaklar oğlu Təqsirləndirilən şəxs tərəfindən sonuncunun bizneslə məşğul olduğu dövrdə alınmışdır. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid5 Mirsəfər oğlu məhkəməyə teleqram ünvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etmiş və məhkəmə iclasını onun iştirakı olmadan aparılmasını xahiş etmişdir. Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ilə oxşar, eyni məzmunlu ifadə verərək onun bildirdiyi xüsusatları təsdiq etmişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid7 məhkəməyə teleqram ünvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, “Quska” ləqəbli Təqsirləndirilən şəxs tanımır. Onun nümayəndəsi olaraq Şahid11 Nurəddin oğlunu ev alqı-satqısı zamanı tanımışdır. Sonuncu özünü Təqsirləndirilən şəxs meneceri kimi təqdim etmiş, onun və övladları Əmiraslan Baxışlı və Nurlanə Baxışlı ilə birlikdə yaşadıqları ünvan 17 ünvanına gələrək həmin evi almaq istədiyini bildirmiş və bununla bağlı qaynı Şahid8lə söhbət etmişlər. X1 2003-cü ildə vəfat etdiyindən onların ev və məişətlə bağlı problemlərini Şahid8 həll etmişdir. Şahid11 təklifi əsasında mənzil üçün onlara 240.957 manat pul vəsaiti ödənilmişdir. Bununla bağlı müqavilə xx.xx.2008-ci ildə bağlanılmış və razılaşdırılmış vəsait onun bank hesabına köçürülmüşdür. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid8 məhkəməyə teleqram ünvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, şahid qismində dindirilmiş Şahid7 ilə oxşar, eyni məzmunlu ifadə verərək onun bildirdiyi xüsusatları təsdiq etmişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid9 məhkəməyə teleqram ünvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, “Qusqa” ləqəbli Təqsirləndirilən şəxs və ailə üzvləri ilə 1990-cı ildən Bakı şəhərində qonşuluqda yaşamışdır. Təqsirləndirilən şəxs atası Abbas əvvəllər qarajda, anası Zeynəb xanım isə uşaq bağçasında işləmişdir. Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 22, mənzil 51 əvvəllər onun mülkiyyətində olmuş və həmin yer qeyri-yaşayış sahəsi olmuşdur. 2007-ci il avqust ayında bacısının əri X2 məqsədilə etibarnamə vermiş, həmin etibarnamə əsasında qeyri-yaşayış sahəsi 400.440 manat pul vəsaiti qarşılığında Təqsirləndirilən şəxs anası Şahid3 satılmışdır. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid11 Nurəddin oğlu məhkəməyə teleqram ünvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 1987-ci ildə tanımışdır. O, 2006-cı ildə Şahid3 adına rəsmiləşdirilmiş ünvan 18 ünvanlarında olan mənzillərin satışı zamanı iştirak etmiş, həmin mənzilləri Təqsirləndirilən şəxs 2004-2005-ci illərdə almışdır. O, sonuncunun tapşırığı ilə qeyd olunan mənzillərdə yaşayan evlərin sahibləri ilə danışıb razılaşmış, sonuncu həmin mənzillərin alınması üçün ona 1.200.000 manat pul vermişdir. Bütün mənzillər ən sonda Şahid3 adına rəsmiləşdirilmişdir. Ümumiyyətlə, Təqsirləndirilən şəxs özünün, atasının, anasının, qardaşının və bacısının adına rəsmiləşdirilmiş bütün əmlaklar və bank hesabları faktiki olaraq Təqsirləndirilən şəxs məxsus olmaqla onun tərəfindən idarə olunmuşdur. O, həmçinin həmin mənzillərin də satışında iştirak etmiş və Şahid3 ona verdiyi etibarnamə əsasında həmin mənzilləri satmışdır. Bundan başqa, o, Təqsirləndirilən şəxs tapşırığı ilə sonuncuya məxsus Bakı şəhəri, Yasamal rayonu, N.ünvan 19 ünvanlarında olan evlərin satışını həyata keçirmişdir. Həmin mənzillər də Şahid3 adına rəsmiləşdirilmişdir. Həmin evlərin satışından əldə etdiyi pul vəsaitini Təqsirləndirilən şəxs qardaşı Azər Abdullayevə vermişdir. Ümumiyyətlə, Təqsirləndirilən şəxs və qohumlarının adına olan bütün əmlaklar Təqsirləndirilən şəxs məxsus olmuşdur. Qeyd olunan bütün əmlakların faktiki sahibi sonuncu olmuş, sadəcə yaxın qohumlarının adına rəsmiləşdirmişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid6 məhkəməyə ərizə təqdim edərək istintaqda verdiyi ifadəsini təsdiq etmiş və məhkəmə iclasını onun iştirakı olmadan aparılmasını xahiş etmişdir. Məhkəmə iclasında Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, “Quska” ləqəbli Təqsirləndirilən şəxs 2006-cı ildən tanımışdır. Onu şəxsən görməsə də nümayəndəsi olaraq Şahid11 “Nüsrət” adı ilə yaxşı tanımışdır. Sonuncu 2006-cı ilin təxminən avqust ayında onun 1980-ci ildən yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, 24 “a” binasında yerləşən fərdi yaşayış evinə gələrək həmin evi “Quska” ləqəbli Təqsirləndirilən şəxs almaq istədiyini, onun evi ilə yanaşı qonşuluqda olan fərdi yaşayış evlərini də satın alınacağını bildirmişdir. Danışıqlardan sonra o, qeyd edilən əmlakının satılmasına razılıq vermiş və alqı-satqı prosesi xx.xx.2006-cı il tarixdə baş tutduğundan pul vəsaitinin köçürüldüyü bank hesabını və bankın adını unutmuşdur. Lakin alqı-satqı prosesi köhnə “Olimp” mağazasının yanında olan notariat orqanında həyata keçirilmişdir. Alqı-satqı prosesində Şahid11 Təqsirləndirilən şəxs anası Şahid3 nümayəndəsi qismində çıxış etmişdir. Lakin reallıqda Zeynəb xanım alqı-satqı prosesində iştirak etməmişdir. Alqı-satqı prosesindən sonra onun bank hesabına 204.832 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid X10 məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsini elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2000-ci ildə tanımış, onunla tanış olduqdan sonra sonuncunun idarəçiliyində olan "xxxx" MMC, "xxxx" MMC, ”Viktoriya” MMC və adlarını xatırlamadığı digər müəssisələrin direktoru kimi mühasibatlıq işlərinə nəzarət etmişdir. 2003 və ya 2004-cü illərdə Təqsirləndirilən şəxs yaşayış binalarının tikintisi ilə məşğul olmaq üçün atası Abbas Abdullayev və anası Şahid3 adına rəsmiləşdirilmiş "xxxx" MMC adlı müəssisəni təsis etmiş, 2005-ci ilin yaz aylarının sonunda həmin müəssisə Bakı şəhəri, Yasamal rayonu, Nərimanov Nərimanov, Abdulla Şaiq, Süleyman Tağızadə, Tolstoy və Bəşir Səfəroğlu küçələrinin kəsişməsindəki 268-274-cü məhəllələrdə yerləşən 2,12 hektar ərazidə layihə üzrə yaşayış binasının inşasına başlamışdır. Təqsirləndirilən şəxs maliyyə və mühasibatlıq işlərinə nəzarət etmək üçün etibarlı adam kimi onu "xxxx" MMC-yə baş mühasib təyin etmişdir. Həmin müəssisə sonuncu tərəfindən təsis olunmasına baxmayaraq anası Şahid3 və atası Abbas Abdullayevin adına rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs faktiki olaraq həmin müəssisəyə rəhbərlik etmiş, müəssisənin fəaliyyəti ilə bağlı bütün maliyyə əməliyyatları onun göstərişi əsasında aparılmışdır. Tikinti sahəsində mühasibatlıq bir qədər fərqli və mürəkkəb olduğuna görə Təqsirləndirilən şəxs onun xahişi ilə Gündüz Rzayev adlı şəxsi müəssisəyə mühasib kimi işə götürmüş, sonuncu vergiləri, bəyannamələri və hesabatları tərtib etmiş, sənədlər onun və direktor Zahid Hüseynov tərəfindən imzalandıqdan sonra vergi orqanına təqdim olunmuşdur. Yaşayış binasının tikintisinin maliyyələşdirilməsini faktiki olaraq Təqsirləndirilən şəxs etsə də, rəsmiyyətdə sonuncunun adı heç bir yerdə qeyd olunmamışdır. Yaşayış binasının tikintisi başa çatdıqdan sonra 2008-ci ilin sonundan mənzillərin satışına başlanılmışdır. O, mühasib kimi alıcılar tərəfindən nağd şəkildə ödənilmiş pul vəsaitləri ilə bağlı kassa mədaxil orderləri tərtib etmişdir. Mənzillərin satışı ilə demək olar ki, Təqsirləndirilən şəxs özü məşğul olmuş, alıcılar onunla razılaşdıqdan sonra müqavilə hazırlanmaqla onun və Zahid Hüseynov tərəfindən imzalanıb möhürlənmişdir. Təqsirləndirilən şəxs çox vaxt ölkədə olmadığı üçün müqavilələri Şahid3 vermişdir. 2013-cü ildə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırıması Departamentində "xxxx" MMC ilə bağlı cinayət işi başlanılmışdır. Buna səbəb "xxxx" MMC tərəfindən mənfəət və əlavə dəyər vergisi bəyannamələrinin göstəricisiz təqdim olunması olmuşdur. Yayındırılmış verginin məbləği 1.300.000 manat olduğundan, Təqsirləndirilən şəxs həmin məbləği ödəmək üçün anası Şahid3 “X29 Azərbaycan” QSC-də olan bank hesabına 2.000.000 ABŞ dolları məbləğində pul köçürtmüşdür. O, Təqsirləndirilən şəxs göstərişi ilə etibarnamə əsasında həmin vəsaiti konvertasiya etdirib bankdan məxaric etdikdən sonra 1.300.000 manat pulu Vergilər Nazirliyinin "xxxx" ASC-də olan hesabına mədaxil etmişdir. Həmin vaxt onu Təqsirləndirilən şəxs tanışı Şahid2 müşayiət etmiş və pulun daşınması üçün inkasator maşını çağırılmışdır. Şahid1 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs və anası Şahid3 Azərbaycan Respublikasında fəaliyyət göstərən banklardakı hesablarında olan pul vəsaitləri ilə bağlı müxtəlif vaxtlarda mədaxil-məxaric əməliyyatları aparmışdır. Maliyyə əməliyyatlarının aparılması barədə göstərişi birbaşa Təqsirləndirilən şəxs, sonuncu ölkədə olmadığı vaxt isə Canbulat Kalyaevdən almışdır. Həmin vəsaitlərin təyinatını bilməmiş, onun işi yalnız Təqsirləndirilən şəxs göstərişi ilə lazım olan pul vəsaitlərini onun və anası Şahid3 bank hesablarından etibarnamə əsasında götürüb nağd qaydada Zahid Hüseynov, ailə üzvlərinə və ya onun dediyi şəxslərə vermək, habelə "xxxx" MMC-nin hesabına mədaxil etməkdən ibarət olmuşdur. 2006-2015-ci illərdə həqiqətən Z.B.Abullayevanın “X29 Azərbaycan” QSC-də olan müxtəlif valyuta hesablarına ayrı-ayrı məbləğlərdə pul vəsaitlərini mədaxil və məxaric etmişdir. Həmin pulun mənbəyi əsasən Təqsirləndirilən şəxs məxsus yaşayış və qeyri-yaşayış obyektlərinin satışından, obyektlərin icarəsindən əldə olunmuş gəlir olmuşdur. Mədaxil olunmuş pul vəsaitlərini adətən tanımadığı maklerlər gətirib bankda ona təqdim etmiş, sonuncular pulu ona təhvil verərkən H.A. Abdullayevin yaxın adamları olan Canbulat Kalyaev və ya Şahid2 onun yanında olmuş, lakin bu həmişə belə olmamışdır. Elə hallar olmuşdur ki, maklerlər özləri gəlib pulu ona təqdim etmişdir. Bu, pulun məbləğindən asılı olmuşdur. O, pulu təhvil aldıqdan sonra etibarnamə əsasında onları Şahid3 hesabına mədaxil etmişdir. Pul vəsaitləri ona hansı valyutada təqdim olunurdusa, o valyuta hesabına mədaxil etmiş, bəzi hallarda Təqsirləndirilən şəxs göstərişi ilə pulu konvertasiya edib Z.B.Abdullayevin digər vayuta hesabına mədaxil etmişdir. Mədaxil ilə bağlı əməliyyatları Təqsirləndirilən şəxs göstərişi əsasında icra etmişdir. Məxaric olunmuş pul vəsaitləri isə Təqsirləndirilən şəxs anası Şahid3 bank hesablarına göndərdiyi və ya hesaba mədaxil olunmuş pul vəsaitləri olmuşdur. O, Təqsirləndirilən şəxs göstərişi ilə etibarnamə əsasında anası Şahid3 bank hesablarından məxaric etdiyi pul vəsaitlərini aparıb Zahid Hüseynov, Nizami Xəlilov, Canbulat Kalyaev və ya Təqsirləndirilən şəxs dediyi tanımadığı digər şəxslərə vermiş, habelə "xxxx" MMC-nin hesabına mədaxil etmişdir. Mədaxil və məxaric olunmuş pul vəsaitlərinin məbləği böyük olduqda Şahid2 və ya Canbulat Kalyaev onu müşayiət etmiş, digər hallarda banka özü gedib-gəlmişdir. Həmçinin 2008-cı idən 2012-ci ilədək H.A.Abullayevin “X29 Azərbaycan” QSC-də göstərilən avro və dollar valyuta hesablarına pul vəsaitlərini mədaxil və məxaric etmişdir. Mədaxil olunmuş pul vəsaitlərinin mənbəyini bilmir. Ola bilər ki, həmin vəsaitlər dizel məhsullarının satışından əldə olunmuşdur. Həmin pul vəsaitlərini də etibarnamə əsasında Təqsirləndirilən şəxs göstərişi ilə mədaxil və məxaric etmişdir. Lakin hansı məqsədlə etdiyini xatırlamır. Göstərilən müddət ərzində Təqsirləndirilən şəxs bank hesablarına mədaxil olunmuş pul vəsaitlərini ona Şahid2 və ya Canbulat Kalyaev vermiş, hesabdan götürdüyü pul vəsaitlərini də H.A.Abdulllayevin dediyi şəxslərə vermişdir. O, sonuncu və Şahid3 bank hesablarına mədaxil və məxaric edilmiş pul vəsaitlərinin uçotunu aparmış və həmin sənədlərlə Təqsirləndirilən şəxs, o, olmadıqda isə Canbulat Kalyaev tanış olmuşdur. Cinayət işinin İİ cild 216-222-ci vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İX cild 62-72-ci vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 03 ay müddətə, yəni xx.xx.2024-cü ilədək uzadılmışdır. Cinayət işinin X cild 65-69-cu vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İİ cild 223-233-cü vərəqələrində olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/1-10/1718-9/1702 nömrəli rəyindən görünür ki, Şahid3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsində yerləşən 24a saylı mənzilin xx.xx.2006-cı ilə olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 204.000 manat məbəğində, Şahid3 məxsus Bakı şəhəri, Nəriman Nərimanov prospekti, 28 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2006-cı ilə olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 295.000 manat məbləğində, Şahid3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsində yerləşən 19 saylı evin, 8 saylı mənzilinin xx.xx.2008-ci ilə olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 241.000 manat məbləğində, Şahid3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsində yerləşən 19 saylı evin sahəsi 38.8 kv.m olan 2 otaqlı mənzilinin sahəsi 14 kv.m olan otağının xx.xx.2013-cü ilə olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 35.000 manat məbləğində, Şahid3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsində yerləşən 19 saylı evin, 10 saylı mənzilinin sahəsi 9.0 kv.m olan otağının xx.xx.2013-cü ilə olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 32.000 manat məbləğində, Şahid3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsində yerləşən 20 saylı fərdi yaşayış evinin xx.xx.2006-cı ilə olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 219.000 manat məbləğində, Şahid3 məxsus Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində 22 saylı evin, 51 saylı mənzilinin xx.xx.2007-ci ilə olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 400.000 manat (3203.5 x 125.0 kv.metr) məbləğində, Şahid3 məxsus Bakı şəhəri, Yasamal rayonu, 4-cü Nərimanov döngəsi 30 ünvanında yerləşən torpaq sahəsi 119.6 kv.metr olan, ümumi sahəsi 12.0 kv.metr olan evin xx.xx.2006-cı ilə olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 25.000 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin İİ cild 234-244-cü vərəqələrində olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/1704 nömrəli rəyindən görünür ki, Şahid3 məxsus “X29 Azərbaycan” QSC-də açılmış AZ22KABA******************** nömrəli avro hesabı üzrə 12.230,0 avro (3 əməliyyat üzrə köçürmələrin icra edildiyi xx.xx.2009-cu il, xx.xx.2012-ci il və xx.xx.2013-cü il tarixləri olan valyuta məzənnələri nəzərə alınmaqla 13.635,58 manat) Metin Arın, 2.000,0 avro (köçürmənin icra edildiyi xx.xx.2008-ci ilə olan valyuta məzənnəsi nəzərə alınmaqla 2562,80 manat) LAURENT HİNCKER, 23.320,0 avro (2 əməliyyat üzrə köçürmələrin icra edildiyi xx.xx.2012-ci il və xx.xx.2013-cü il tarixlərinə olan valyuta məzənnələri nəzərə alınmaqla 24.234,88 manat) İsa Özçelik, 17.000,0 avro (köçürmənin icra edildiyi xx.xx.2009-cu il tarixinə olan valyuta məzənnəsi nəzərə alınmaqla 19.354,50 manat) Esat Şimşek, 20.000,0 avro (2 əməliyyat üzrə köçürmələrin icra edildiyi xx.xx.2012-ci il və xx.xx.2013-cü il tarixlərinə olan valyuta məzənnələri nəzərə alınmaqla 19.961,50 manat) Fuad Hümbətov adlı şəxlslərə olmaqla cəmi 74.550,0 avro ( 79749,26 manat) vəsait, Şahid3 məxsus “X29 Azərbaycan” QSC-də açılmış AZ38KABA******************** nömrəli ABŞ dolları hesabı üzrə Aqil Ağayevə 50.000 ABŞ dolları (köçürmənin icra edildiyi xx.xx.2011-ci il tarixinə olan valyuta məzənnəsi nəzərə alınmaqla 39.590,0 manat), Atilla Coşkuna 10.000,0 ABŞ dolları (köçürmənin icra edildiyi xx.xx.2006-cı il tarixinə olan valyuta məzənnəsi nəzərə alınmaqla 8935,0 manat), “BRENERS İNTERNATİONAL NAK SN” şirkətinə 107.000,0 ABŞ dolları (köçürmənin icra edildiyi xx.xx.2011-ci il tarixinə olan valyuta məzənnəsi nəzərə alınmaqla 84.198,30 manat), Bünyamin Dermana 22.000,0 ABŞ dolları (köçürmənin icra edildiyi xx.xx.2012-ci il tarixinə olan valyuta məzənnəsi nəzərə alınmaqla 17.274,40 manat), Esat Şimşekə 15.000,0 ABŞ dolları (köçürmənin icra edildiyi xx.xx.2010-cu il tarixinə olan valyuta məzənnəsi nəzərə alınmaqla 12.049,50 manat), “İNDOOR LİFE” şirkətinə 8.200,0 ABŞ dolları (köçürmənin icra edildiyi xx.xx.2012-ci il tarixinə olan valyuta məzənnəsi nəzərə alınmaqla 6443,56 manat), İsa Özçelikə 52.450,0 ABŞ dolları (11 əməliyyat üzrə köçürmələrin icra edildiyi xx.xx.2012-ci il, xx.xx.2012-ci il, xx.xx.2012-ci il, xx.xx.2012-ci il, xx.xx.2012-ci il, xx.xx.2012-ci il, xx.xx.2013-cü il, xx.xx.2013-cü il, xx.xx.2013-cü il, xx.xx.2013-cü il və xx.xx.2013-cü il tarixlərinə olan valyuta məzənnələri nəzərə alınmaqla 41.192,44 manat), “NG HOİ U” adlı şirkətə 10.000,0 ABŞ dolları (2 əməliyyat üzrə köçürmələrin icra edildiyi xx.xx.2012-ci il və xx.xx.2012-ci il tarixlərinə olan valyuta məzənnələri nəzərə alınmaqla 7859,40 manat), Ramazan Gülerə 16.800,0 ABŞ dolları (2 əməliyyat üzrə köçürmələrin icra edildiyi xx.xx.2012-ci il və xx.xx.2014-cü il tarixlərinə olan valyuta məzənnələri nəzərə alınmaqla 13.184,22 manat), “TRN TO ATMG” vasitəsi ilə 8000,0 ABŞ dolları (2 əməliyyat üzrə köçürmələrin icra edildiyi xx.xx.2007-ci il və xx.xx.2008-ci il tarixlərinə olan valyuta məzənnələri nəzərə alınmaqla 6652,50 manat) olmaqla cəmi 299.450 ABŞ dolları (25 əməliyyat üzrə xx.xx.2006-cı ildən xx.xx.2014-cü ilədək olan müddət ərzində 237.379,32 manat), Təqsirləndirilən şəxs məxsus “X29 Azərbaycan” QSC-də açılmış AZ30KABA******************** nömrəli ABŞ dolları hesabı üzrə 111.200,0 ABŞ dolları (köçürmənin icra edildiyi xx.xx.2011-ci ilə olan valyuta məzənnəsi nəzərə alınmaqla 87.503,30 manat) “BRENERS İNTERNATİONAL NAK SN” şirkəti, 9.500,0 ABŞ dolları (köçürmənin icra edildiyi xx.xx.2012-ci il tarixinə olan valyuta məzənnəsi nəzərə alınmaqla 7467,95 manat) “İNDOOR LİFE” adlı şirkətə olmaqla cəmi 120.700 ABŞ dolları (2 əməliyyat olmaqla köçürmələrin icra edildiyi xx.xx.2011-ci il və xx.xx.2012-ci il tarixlərinə olan valyuta məzənnələri nəzərə alınmaqla 94.971,23 manat), Təqsirləndirilən şəxs məxsus “X29 Azərbaycan” QSC-də açılmış AZ98KABA******************** nömrəli avro hesabı üzrə “NURUS A.Ş” adlı şirkətə 2 hal üzrə cəmi 20459,0 avro (2 əməliyyat olmaqla köçürmələrin icra edildiyi xx.xx.2012-ci il və xx.xx.2012-ci ilə olan valyuta məzənnələri nəzərə alınmaqla 21.141,06 manat) olmaqla cəmi 433.240,87 manat pul vəsaiti xarici ölkələrə köçürülmüşdür. Şahid3 məxsus “X29 Azərbaycan” QSC-də açılmış AZ38KABA******************** nömrəli ABŞ dolları hesabından özünün “X29 Azərbaycan” QSC-də yerləşən AZ16KABA******************** nömrəli manat hesabına köçürülmüş 2.401.200,0 ABŞ dolları (4 əməliyyat olmaqla köçürmələrin icra edildiyi xx.xx.2008-ci il, xx.xx.2008-ci il, xx.xx.2008-ci il və xx.xx.2013-cü il tarixlərinə olan valyuta məzənnələri nəzərə alınmaqla 1.895.989,64 manat) məbləğində vəsait, ümumilikdə 2.401.200,0 ABŞ dolları olmaqla cəmi 1.895.989,64 manat təşkil edir. Abbas Abdullayevə məxsus "xxxx" ASC-də açılmış AZ09İBAZ******************** nömrəli ABŞ dolları hesabından cəmi 221.996 manat olmaqla depozit (əmanət) hesabına köçürülmüş 270.000,0 ABŞ dolları (9 əməliyyat olmaqla köçürmələrin icra edildiyi xx.xx.2009-cu il, xx.xx.2009-cu il, xx.xx.2009-cu il, xx.xx.2009-cu il, xx.xx.2011-ci il, xx.xx.2011-ci il, xx.xx.2012-ci il, xx.xx.2012-ci il və xx.xx.2014-cü il tarixlərinə olan valyuta məzənnələri nəzərə alınmaqla 214.127,0 manat), başqa hesaba köçürülmüş 10.000,0 ABŞ dolları (köçürmənin icra edildiyi xx.xx.2011-ci ilə olan valyuta məzənnəsi nəzərə alınmaqla 7869,0 manat), Şahid3 məxsus “X29 Azərbaycan” QSC-də açılmış AZ38KABA******************** nömrəli ABŞ dolları hesabı üzrə Təqsirləndirilən şəxs köçürülmüş 1.500.000 ABŞ dolları (köçürmənin icra edildiyi xx.xx.2011-ci il tarixinə olan valyuta məzənnəsi nəzərə alınmaqla 1.179.600,0 manat), Şahid3 məxsus “X29 Azərbaycan” QSC-də açılmış AZ16KABA******************** nömrəli manat hesabı üzrə “X27 İctimai Birliyinə” köçürülmüş 64.370,0 manat, "xxxx" ASC-ə köçürülmüş 8.600 manat, "xxxx" MMC-ə köçürülmüş 325.900,0 manat, “Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət komitəsinə” köçürülmüş 22.405,88 manat, “X16 Layihə İnstitutuna” köçürülmüş 8.051,0 manat olmaqla cəmi 429.326,88 manat, ümumilikdə 1.500.000 ABŞ dolları və 429.326,88 manat olmaqla cəmi 1.608.926,88 manat pul vəsaiti ölkə daxilində fiziki və hüquqi şəxslərə köçürülmüşdür. Cinayət işinin İİ cild 225 və 235-ci vərəqələrində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyəri 100 (bir yüz) və 200 (iki yüz) manat olmaqla cəmi 300 (üç yüz) manat müəyyən edilmişdir. Cinayət işinin İİ cild 1-88-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, xarici ölkələrə köçürülmüş hər bir əməliyyat üzrə pul vəsaitlərinin məbləği, köçürülmə tarixlərinə dair sual üzrə: Şahid3 məxsus “X29 Azərbaycan” QSC-də açılmış AZ22KABA******************** nömrəli avro hesabı üzrə 12.230,0 avro (3 əməliyyat üzrə köçürmələrin icra edildiyi xx.xx.2009-cu il, xx.xx.2012-ci il və xx.xx.2013-cü il tarixləri olan valyuta məzənnələri nəzərə alınmaqla 13.635,58 manat) Metin Arın, 2.000,0 avro (köçürmənin icra edildiyi xx.xx.2008-ci ilə olan valyuta məzənnəsi nəzərə alınmaqla 2562,80 manat) LAURENT HİNCKER, 23.320,0 avro (2 əməliyyat üzrə köçürmələrin icra edildiyi xx.xx.2012-ci il və xx.xx.2013-cü il tarixlərinə olan valyuta məzənnələri nəzərə alınmaqla 24.234,88 manat) İsa Özçelik, 17.000,0 avro (köçürmənin icra edildiyi xx.xx.2009-cu il tarixinə olan valyuta məzənnəsi nəzərə alınmaqla 19.354,50 manat) Esat Şimşek, 20.000,0 avro (2 əməliyyat üzrə köçürmələrin icra edildiyi xx.xx.2012-ci il və xx.xx.2013-cü il tarixlərinə olan valyuta məzənnələri nəzərə alınmaqla 19.961,50 manat) Fuad Hümbətov adlı şəxlslərə olmaqla cəmi 74.550,0 avro ( 79749,26 manat) vəsait, Şahid3 məxsus “X29 Azərbaycan” QSC-də açılmış AZ38KABA******************** nömrəli ABŞ dolları hesabı üzrə Aqil Ağayevə 50.000 ABŞ dolları (köçürmənin icra edildiyi xx.xx.2011-ci il tarixinə olan valyuta məzənnəsi nəzərə alınmaqla 39.590,0 manat), Atilla Coşkuna 10.000,0 ABŞ dolları (köçürmənin icra edildiyi xx.xx.2006-cı il tarixinə olan valyuta məzənnəsi nəzərə alınmaqla 8935,0 manat), “BRENERS İNTERNATİONAL NAK SN” şirkətinə 107.000,0 ABŞ dolları (köçürmənin icra edildiyi xx.xx.2011-ci il tarixinə olan valyuta məzənnəsi nəzərə alınmaqla 84.198,30 manat), Bünyamin Dermana 22.000,0 ABŞ dolları (köçürmənin icra edildiyi xx.xx.2012-ci il tarixinə olan valyuta məzənnəsi nəzərə alınmaqla 17.274,40 manat), Esat Şimşekə 15.000,0 ABŞ dolları (köçürmənin icra edildiyi xx.xx.2010-cu il tarixinə olan valyuta məzənnəsi nəzərə alınmaqla 12.049,50 manat), “İNDOOR LİFE” şirkətinə 8.200,0 ABŞ dolları (köçürmənin icra edildiyi xx.xx.2012-ci il tarixinə olan valyuta məzənnəsi nəzərə alınmaqla 6443,56 manat), İsa Özçelikə 52.450,0 ABŞ dolları (11 əməliyyat üzrə köçürmələrin icra edildiyi xx.xx.2012-ci il, xx.xx.2012-ci il, xx.xx.2012-ci il, xx.xx.2012-ci il, xx.xx.2012-ci il, xx.xx.2012-ci il, xx.xx.2013-cü il, xx.xx.2013-cü il, xx.xx.2013-cü il, xx.xx.2013-cü il və xx.xx.2013-cü il tarixlərinə olan valyuta məzənnələri nəzərə alınmaqla 41.192,44 manat), “NG HOİ U” adlı şirkətə 10.000,0 ABŞ dolları (2 əməliyyat üzrə köçürmələrin icra edildiyi xx.xx.2012-ci il və xx.xx.2012-ci il tarixlərinə olan valyuta məzənnələri nəzərə alınmaqla 7859,40 manat), Ramazan Gülerə 16.800,0 ABŞ dolları (2 əməliyyat üzrə köçürmələrin icra edildiyi xx.xx.2012-ci il və xx.xx.2014-cü il tarixlərinə olan valyuta məzənnələri nəzərə alınmaqla 13.184,22 manat), “TRN TO ATMG” vasitəsi ilə 8000,0 ABŞ dolları (2 əməliyyat üzrə köçürmələrin icra edildiyi xx.xx.2007-ci il və xx.xx.2008-ci il tarixlərinə olan valyuta məzənnələri nəzərə alınmaqla 6652,50 manat) olmaqla cəmi 299.450 ABŞ dolları (25 əməliyyat üzrə xx.xx.2006-cı ildən xx.xx.2014-cü ilədək olan müddət ərzində 237.379,32 manat), Təqsirləndirilən şəxs məxsus “X29 Azərbaycan” QSC-də açılmış AZ30KABA******************** nömrəli ABŞ dolları hesabı üzrə 111.200,0 ABŞ dolları (köçürmənin icra edildiyi xx.xx.2011-ci ilə olan valyuta məzənnəsi nəzərə alınmaqla 87.503,30 manat) “BRENERS İNTERNATİONAL NAK SN” şirkəti, 9.500,0 ABŞ dolları (köçürmənin icra edildiyi xx.xx.2012-ci il tarixinə olan valyuta məzənnəsi nəzərə alınmaqla 7467,95 manat) “İNDOOR LİFE” adlı şirkətə olmaqla cəmi 120.700 ABŞ dolları (2 əməliyyat olmaqla köçürmələrin icra edildiyi xx.xx.2011-ci il və xx.xx.2012-ci il tarixlərinə olan valyuta məzənnələri nəzərə alınmaqla 94.971,23 manat) Təqsirləndirilən şəxs məxsus “X29 Azərbaycan” QSC-də açılmış AZ98KABA******************** nömrəli avro hesabı üzrə “NURUS A.Ş” adlı şirkətə 2 hal üzrə cəmi 20459,0 avro (2 əməliyyat olmaqla köçürmələrin icra edildiyi xx.xx.2012-ci il və xx.xx.2012-ci ilə olan valyuta məzənnələri nəzərə alınmaqla 21.141,06 manat). Xaricə köçürülmüş cəmi pul vəsaitləri- 420.150,0 ABŞ dolları, 95.009,0 avro olmaqla cəmi 433.240,87 manat təşkil edir. ölkə daxilində həyata keçirilmiş konvertasiya əməliyyatlarına dair sual üzrə: Şahid3 məxsus “X29 Azərbaycan” QSC-də açılmış AZ38KABA******************** nömrəli ABŞ dolları hesabından özünün “X29 Azərbaycan” QSC-də yerləşən AZ16KABA******************** nömrəli manat hesabına köçürülmüş 2.401.200,0 ABŞ dolları (4 əməliyyat olmaqla köçürmələrin icra edildiyi xx.xx.2008-ci il, xx.xx.2008-ci il, xx.xx.2008-ci il və xx.xx.2013-cü il tarixlərinə olan valyuta məzənnələri nəzərə alınmaqla 1.895.989,64 manat) məbləğində vəsait; Konvertasiya edilmiş cəmi pul vəsaitləri - 2.401.200,0 ABŞ dolları olmaqla cəmi 1.895.989,64 manat təşkil edir. ölkə daxilində fiziki və hüquqi şəxslərə köçürülmüş pul vəsaitlərinə dair sual üzrə: Abbas Abdullayevə məxsus "xxxx" ASC-də açılmış AZ09İBAZ******************** nömrəli ABŞ dolları hesabından cəmi 221.996 manat olmaqla depozit (əmanət) hesabına köçürülmüş 270.000,0 ABŞ dolları (9 əməliyyat olmaqla köçürmələrin icra edildiyi xx.xx.2009-cu il, xx.xx.2009-cu il, xx.xx.2009-cu il, xx.xx.2009-cu il, xx.xx.2011-ci il, xx.xx.2011-ci il, xx.xx.2012-ci il, xx.xx.2012-ci il və xx.xx.2014-cü il tarixlərinə olan valyuta məzənnələri nəzərə alınmaqla 214.127,0 manat), başqa hesaba köçürülmüş 10.000,0 ABŞ dolları (köçürmənin icra edildiyi xx.xx.2011-ci ilə olan valyuta məzənnəsi nəzərə alınmaqla 7869,0 manat). Şahid3 məxsus “X29 Azərbaycan” QSC-də açılmış AZ38KABA******************** nömrəli ABŞ dolları hesabı üzrə Təqsirləndirilən şəxs köçürülmüş 1.500.000 ABŞ dolları (köçürmənin icra edildiyi xx.xx.2011-ci il tarixinə olan valyuta məzənnəsi nəzərə alınmaqla 1.179.600,0 manat) təşkil edir. Şahid3 məxsus “X29 Azərbaycan” QSC-də açılmış AZ16KABA******************** nömrəli manat hesabı üzrə “X27 İctimai Birliyinə” köçürülmüş 64.370,0 manat, "xxxx" ASC-ə köçürülmüş 8.600 manat, "xxxx" MMC-ə köçürülmüş 325.900,0 manat, “Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət komitəsinə” köçürülmüş 22.405,88 manat, “X16 Layihə İnstitutuna” köçürülmüş 8.051,0 manat olmaqla cəmi 429.326,88 manat təşkil edir. Ölkə daxilində köçürülmüş cəmi pul vəsaiti – 1.500.000 ABŞ dolları və 429.326,88 manat olmaqla cəmi 1.608.926,88 manat təşkil edir. Cinayət işinin İİ cild 110-116-cı vərəqələrində olan Baş Prokurorluğun xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsindən daxil olmuş ********** №li cinayət işi üzrə daşınmaz əmlakların orta bazar dəyərinin müəyyən edilməsinə dair xx.xx.2024-cü il tarixli hesabatdan, cinayət işi üzrə siyahısı və alqı-satqı müqavilələri təqdim edilmiş 8 ədəd daşınmaz əmlakın alqı-satqısına dair müqavilələrdən görünür ki, Təqsirləndirilən şəxs:
1. Şahid3 ilə X14 arasında bağlanmış xx.xx.2006-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 4-cü Nərimanov döngəsi 30 ünvanında yerləşən ümumi sahəsi 12 kv.m olan fərdi yaşayış evini 25.088 manata,
2. Şahid3 ilə Şahid6 arasında bağlanmış xx.xx.2006-cı il tarixli ******* nömrəli alqısatqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 70,5 kv.m olan mənzili 204.832 manata,
3. Şahid3 ilə X11 arasında bağlanmış xx.xx.2006-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsində yerləşən, 78/168 paydan ibarət 20 nömrəli fərdi yaşayış evini 219.000 manata,
4. Şahid3 ilə X12 və X8 arasında bağlanmış xx.xx.2006-cı il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nəriman Nərimanov prospekti, 28 ünvanında yerləşən, ümumi sahəsi 35,5 kv.m olan fərdi yaşayış evini 294.101 manata,
5. Şahid3 ilə Şahid9 arasında bağlanmış xx.xx.2007-ci il tarixli ******* nömrəli alqısatqı müqaviləsinə əsasən Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 125 kv.m olan mənzili 400.440 manata,
6. Şahid3 ilə Şahid7 Sərhang qızı arasında bağlanmış xx.xx.2008-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 58,4 kv.m olan mənzili 240.957 manata,
7. Şahid3 ilə Şahid4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli ******* nömrəli alqısatqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, ev 19 ünvanında yerləşən, ümumi sahəsi 38,8 kv.m olan 2 otaqlı mənzilin yaşayış sahəsi 14 kv.m olan 1 otağını 35.000 manata,
8. Şahid3 ilə Şahid5 arasında bağlanmış xx.xx.2013-cü il tarixli ******* nömrəli alqısatqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, ev 19 ünvanında yerləşən, 10 saylı mənzilin yaşayış sahəsi 9 kv.m olan 1 otağını 32.000 manata almaqla 8 ədəd daşınmaz əmlakın əldə edilməsi üçün cəmi 1.451.418 manat məbləğində pul vəsaiti sərf etmişdir. Cinayət işinin İX cild 1-40-cı vərəqələrində olan xx.xx.2024-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə götürülmüş maliyyə, mühasibatlıq, bank sənədləri, Azərbaycan Respublikası və xarici ölkələrdə yerləşən bank hesabları üzrə tranzaksiya sənədləri maddi sübut kimi tanınaraq saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmiş, həmçinin Bakı şəhəri, Yasamal rayonu, 4-cü Nərimanov döngəsi 30 ünvanında yerləşən, ümumi sahəsi 12 kv.m olan fərdi yaşayış evi, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 70,5 kv.m olan mənzil, Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsində yerləşən, 78/168 paydan ibarət 20 nömrəli fərdi yaşayış evi, Bakı şəhəri, Nəriman Nərimanov prospekti, 28 ünvanında yerləşən, ümumi sahəsi 35,5 kv.m olan fərdi yaşayış evi, Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 125 kv.m olan mənzil, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 58,4 kv.m olan mənzil, Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, ev 19 ünvanında yerləşən, ümumi sahəsi 38,8 kv.m olan 2 otaqlı mənzilin yaşayış sahəsi 14 kv.m olan 1 otağı Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə müsadirə edilməsi nəzərə alınmaqla xüsusi müsadirəyə təklif olunmamışdır. Cinayət işinin X cild 17-18-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Bakı Şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasnın CM-in 127,2.1, 127.2.3, 221.2.2, 66.3-cü maddələri ilə təqsirli bilinərək 02 il şərti sınaq müddəti tətbiq edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; 2) Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 192.2.2, 193-1.3.2, 213.2.2, 308.1, 312-1.2, 313 və 32.3, 318.2-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi. Cinayət işinin V cild 274-312-ci vərəqələrində olan Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(093)-101/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 192.2.2, 193-1.3.2, 213.2.2, 308.1, 312-1.2, 313 və 32.3, 318.2-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işinin Xİ cild 7-ci vərəqəsində olan Bakı İstintaq Təcridxanasının xx.xx.2024cü il tarixli, 3-16-17/40/2-7859/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə cəzasının əvvəli xx.xx.2018-ci ildən hesablanmaqla təyin edilmiş 06 il müddətə azadlıqdan məhrum etmə cəzası xx.xx.2024-cü ildə bitmişdir. Cinayət işinin X cildinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli tibbi rəydən görünür ki, Təqsirləndirilən şəxs arterial hipertoniya, sinus taxikardiyası, tək-tək ventrikulyar ekstrasistoliya, asteno-nevrotik xəstəliklərdən əziyyət çəkir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikasının Cinayət-Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikasının CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. “Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması cinayətinə dair işlər üzrə məhkəmə təcrübəsi, habelə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərancam vermə cinayətinə dair bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli, 6 nömrəli qərarının 27.1-ci bəndində qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 25 yanvar tarixli qərarına görə davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır. Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir. Odur ki, bir və ya bir neçə predikativ cinayət nəticəsində əldə olunmuş müəyyən məbləğdə pul vəsaitinin (eyni bir məbləğin) və ya digər əmlakın leqallaşdırılması üzrə vahid niyyət və ümumi məqsədlə törədilən CM-in 193-1.1.1 və 191- 1.1.2-ci maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş hərəkətlərin iki dəfə və daha çox törədilməsi, hərəkətlərin təzahür formasından asılı olmayaraq CM-in 193-1.2.2-ci maddəsi ilə tövsif edilə bilməz və davam edən vahid cinayət kimi qiymətləndirilməlidir. Həmin qərarın 29-cu bəndində qeyd olunur ki, xeyli miqdarda pul vəsaiti (digər əmlak) barəsində leqallaşdırma cinayətinin vahid niyyət və ümumi məqsədlə əhatə olunan bir neçə maliyyə əməliyyatları vasitəsi ilə həyata keçirilməsi nəzərdə tutulduqda, hətta ümumi məbləğin xeyli miqdar təşkil etməyən bir hissəsinin leqallaşdırılması üzrə bir maliyyə əməliyyatının keçirilməsindən sonra əməl başa çatmış xeyli miqdarda pul vəsaitinin leqallaşdırılması cinayəti kimi CM-in 193-1.3.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər ümumi məqsədə yönələn vahid niyyətlə, törətdiyi hər bir ayrı cinayət əməli digərləri ilə faktiki əlaqədə olaraq, vahid niyyət və ümumi məqsədlə birləşir. Belə ki, cinayət işinin materialları ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs niyyəti xx.xx.2006-cı ildən xx.xx.2014-cü ilədək olan müddət ərzində cinayət yolu ilə əldə etdiyi əmlakların əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin əmlakın konversiyası və köçürülməsini, habelə həmin məqsədlərlə cinayət yolu ilə əldə etdiyi əmlakdan istifadə etməklə maliyyə əməliyyatları həyata keçirmək və digər əqdlər bağlamaq olmuş, bu əməllərini hər biri digəri ilə əlaqəli surətdə həyata keçirmiş və ümumi məqsədə xidmət etmişdir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, ittiham aktında qeyd edilən əməllərin heç birini törətməməsi barədə məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir, özünü müdafiə xarekteri daşımaqla cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmiş və iş üzrə mövcud olan sübutlarla təkzib edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməllərini etiraf etməsə də məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri, maliyyə, mühasibatlıq, Azərbaycan Respublikası və xarici ölkələrdə yerləşən bank hesabları üzrə tranzaksiya sənədləri, mütəxəssis, ekspert rəyləri, həmçinin digər iş materialları ilə onun cinayət yolu ilə əldə etdiyi əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin əmlakın konversiyası və köçürülməsini, habelə həmin məqsədlərlə cinayət yolu ilə əldə etdiyi əmlakdan istifadə etməklə maliyyə əməliyyatları və digər əqdlər həyata keçirməklə xeyli miqdarda əmlakı leqallaşdırması cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 193-1.3.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının CM-in 193-1.3.2-ci maddəsinə əsasən bu Məcəllənin 193-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər xeyli miqdarda törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının CM-in 193- 1-ci maddəsi xx.xx.2006-cı ildə qanuni qüvvəyə minmiş “Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının qanunu ilə Azərbaycan Respublikasının CM-nə əlavə edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən arterial hipertoniya, sinus taxikardiyası, tək-tək ventrikulyar ekstrasistoliya, asteno-nevrotik xəstəliklərindən əziyyət çəkməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(093)-101/2019 saylı hökmünə əsasən Azərbaycan Respublikasının CM-in 192.2.2, 193-1.3.2, 213.2.2, 308.1, 312-1.2, 313 və 32.3, 318.2-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzasını xx.xx.2024-cü ildə çəkib qurtarmışdır (Xİ cild, i/v 7). Bununla da məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 193-1.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli xx.xx.2006cı ildən xx.xx.2014-cü ilədək, yəni Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(093)-101/2019 saylı hökmü çıxarılmazdan əvvəl törədildiyindən Təqsirləndirilən şəxs məhkum edilmiş şəxs hesab edilmir, buna görə də onun əməlində cinayətlərin resedivi yaranmır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-in 193-1.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-in 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökmü qanuni qüvvəsini almamışdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-in eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-in 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il Qərarına əsasən Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası CM-in 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 193-1.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və hazırkı iş üzrə cinayət əməlinin Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(093)-101/2019 saylı hökmü qanuni qüvvəyə minmədən əvvəl törədildiyindən, həmin hökmlə təqsirləndirilən şəxsə təyin edilmiş 03 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən tam toplanılaraq ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(093)-101/2019 saylı hökmü ilə təyin edilmiş və çəkilmiş 06 (altı) il azadlıqdan məhrum etmə növündə cəza müddəti çıxılmaqla onun üzərində cəza saxlanılmalı və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx.xx.2024-cü ildən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-in 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırkı halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar maliyyə, mühasibatlıq, bank sənədləri, Azərbaycan Respublikası və xarici ölkələrdə yerləşən bank hesabları üzrə tranzaksiya sənədləri cinayət işinin materiallarında saxlanılmalı və cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərcinin cəmi 300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 193-1.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə müki iddia yoxdur. Göstərilənləri və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutma hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutma hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(093)-101/2019 saylı hökmü ilə təyin edilmiş 03 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən tam toplanılaraq ona qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutma hüququndan məhrum edilməklə 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(093)-101/2019 saylı hökmü ilə təyin edilmiş və çəkilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəza müddəti çıxılmaqla Təqsirləndirilən şəxs üzərində 03 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutma hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 04 mart 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübutlar maliyyə, mühasibatlıq, bank sənədləri, Azərbaycan Respublikası və xarici ölkələrdə yerləşən bank hesabları üzrə tranzaksiya sənədləri cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərcinin cəmi – 300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov