Məhkəmə qərarları › İş №1(101)-467/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-467/2020

22.05.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-467/2020 22.05.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), x1 və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı2 Cəbrayıl oğlunun, zərərçəkmiş şəxsin hüquqi varisi x5, müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi x4 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1985-ci il tarixdə Qazaxıstan Respublikasının Manqışlaq vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, 8 mikrorayon, S.S.Axundov küçəsi, ev 2A, mənzil 70-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4 və 120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 18.09.2019-cu il tarixdə, saat 19.30 radələrində aybaşı xəstəliyi olduğundan çirklənmiş paltarını dəyişməkdən ötrü əvvəllər əri x7 və azyaşlı oğlu ilə birgə yaşadıqları, qayınanası - xx.xx.1949-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 3-də yerləşən 91 nömrəli mənzilə gələrək öz açarları ilə qapını açaraq içəri daxil olmuş, hamamda olduğu vaxt birgə yaşadıqları müddət ərzində şəxsi münasibətləri pozulmuş Zərərçəkmiş şəxs ilə rastlaşmış və sonuncu onun gəlməsinə narazılığını bildirib mənzildən çıxıb getməsini tələb etdikdə aralarında mübahisə yaranmış, zərərçəkmişin otağında davam edən mübahisə zamanı o, şəxsi münasibətlər zəminində qoca və sərxoş olması səbəbindən ona müqavimət göstərə bilməməsinə görə onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə masanın üstündə olan içi boş şüşə içki qabını götürüb sonuncunun alın nahiyəsindən bir neçə dəfə ardıcıl olaraq vurmuş, Zərərçəkmiş şəxs onu öz otağından çıxartdıqda isə dəhlizdə davam edən mübahisə zamanı o, dəhlizdə olan təsərrüfat-məişət təyinatlı çəkici götürüb müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək sonuncuya zərbələr endirib baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş beyinin əzilməsi, baş alın, hər iki gicgah, təpə və ənsə sümüklərinin kəllə əsasına keçən çoxsaylı basılmış və xətti sınıqları ilə müşayiət olunan başın alın nahiyəsinin ön və sağ yan səthlərinin altı ədəd, başın hər iki gicgah-təpə nahiyəsinin dörd ədəd, başın ənsə nahiyəsinin dörd ədəd çoxsaylı əzilmiş yaraları, hər iki almacıq sümüklərinin və burun sümüyünün qapalı sınıqları ilə müşayiət olunan sifətin yumşaq toxumasının çoxsaylı hematoması, qançırları və sıyrığı, sağ kürəküstü nahiyənin qançırı ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla zərərçəkmiş şəxsin ölümü ilə birbaşa səbəbli əlaqəli olan xəsarətləri yetirərək onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən onu həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs hücumunu dəf edərək, yəni, sonuncu bıçaq əlində onu vurmaq istədiyi zaman mətbəxdə masada olan araq şüşəsi ilə 4 dəfə Valentinanın baş nahiyyəsindən zərbələr endirmişdir. Valentina bir əlində bıçaq, digər əlində isə dixlofos qabı onun üzərinə gəldiyi üçün özünü müdafiə etmişdir. Özü haqqında bildirir ki, Qazaxıstan Respublikasının Manqışlaq vilayətində anadan olmuş və bir yaşından Bakı şəhərində yaşamaqla Bakı şəhərində böyümüşdür. Ailədə atası Şixabid, anası Selimat, bacıları Elmira, Esmira və qardaşı İslam olmuş, lakin atası ilə anası təxminən 15 il əvvəl ayrılmış və bundan sonra anası ərə getməmişdir. Qardaşı İslam və bacısı Esmira ailəlidirlər, 10 ildən çox olar ki, Dərbənd şəhərində yaşayırlar. Bacısı Elmira subaydır və anası ilə birlikdə ünvan 3, mənzil 17-də yaşayır. Özünün qeydiyyatda olduğu Bakı şəhəri, Binəqədi rayonu, 8 MKR, S.S. Axundov küçəsi, ev 2A-da yerləşən 70 nömrəli mənzil anasının evi olub, oranı satsalar da, o, həmin ünvanda qeydiyyatda qalmışdır. Orta məktəbi bitirdikdən sonra bir müddət heç bir yerdə işləməmiş, sonradan dayə kimi və mağazalarda satıcı kimi işləmiş, sonuncu dəfə isə Telnov küçəsində yerləşən bilyard zalında adminstrator kimi işləmişdir. Orada işlədiyi müddətdə, yəni 2014-cü ildə həmin bilyard zalına müştəri kimi gələn Aliklə tanış olmuş, bir-birini sevmişlər və təxminən 8 aydan sonra onlar evlənmək qərarına gələrək 14.08.2014-cü il tarixdə rəsmi nikaha daxil olduqdan sonra gəlin kimi Alikin evinə köçmüşdür. Alik anası Valentina ilə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 3, mənzil 91-də yaşamışdır. Mənzil üç otaqdan ibarət olmaqla mənzilin bir otağında Alik ilə o, digər otağında qaynanası Valentina qalmış, bir otaq isə qonaq otağı kimi istifadə edilmişdir. Onların münasibətləri ümumən normal olsa da, Valentina oğlunun başqa millətdən olan biri ilə ailə qurmasına narazı idi. O, zob xəstəliyindən əziyyət çəkdiyi üçün Valentina oğluna deyirmiş ki, guya o, sağlam uşaq doğa bilməyəcək və bu səbəbdən Alikdən onu boşamasını tələb edirdi. Buna baxmayaraq Aliklə birgə nigahdan 19.06.2017-ci ildə bir oğlu olmuş, adını Daniyel qoymuşlar və o, uşağa tək baxa bilmədiyindən doğandan sonra bir ilə yaxın öz anasının mənzilində yaşamışdır. Xadimə işləyərək küçə süpürən Valentina təqaüdə çıxdıqdan sonra yaşı çoxaldıqca natəmizlik etməyə başlamış, küçədən evə zibil gətirmiş, daha sonra isə çiməmiş və evdən pis iy gəlməyə başlamışdır. Oğlunun sağlamlığının qeydinə qaldığına görə bu zəmində Valentina ilə aralarında tez-tez söz-söhbət olaraq mübahisələr yaranmış, Alik özü də, bu səbəbdən, yəni anasının natəmizliyinə görə onunla tez-tez mübahisə etmişdir. Eyni zamanda Alikin maaşı az olduğundan və Alik icazə vermədiyinə görə o, işləmədiyindən ailədə maddi cəhətdən çətinlik çəkmişlər. Ona görə də, əri ilə tez-tez münaqişələri olmuş və o, dözməyib Aliklə ayrılmaq qərarına gəldiyindən 2019-cu ilin yanvar ayında oğlu ilə birlikdə evdən çıxıb anasıgilə qayıtmışdır. Amma Alik gəlib onunla birlikdə yaşamaq istədiyini demiş, onlar barışmış və o, 2019-cu ilin fevral ayının axırı, mart ayının əvvəli yenidən Alikin anası ilə yaşadığı mənzilə qayıtmışdır. Alik və oğlu ilə ayrı qaldıqları otaq yaxşı təmir edilmiş, özlərinin mətbəxi olmaqla şəraitləri yaxşı olmuş, amma ümumi hamam ilə tualetdən istifadə etdiyi zaman Valenina ilə üz-üzə gəlmiş və həmin vaxtlar Valentina onu söyərək mənzili tərk etməsini tələb etmiş, oğlunun Alikdən deyil, başqa kişidən doğduğunu demiş, bir sözlə onu gəlin kimi qəbul etməyərək çıxıb getməsini istəmişdir. Mübahisələr zamanı Valentina adətən sərxoş olmuşdur. Bütün bunlar və dözülməz həddə olan natəmizlik həmin mənzildə yaşamığını qeyri-mümkün etdiyindən 2019-cu ilin aprel ayında oğlunu da götürüb anası evinə qayıtmışdır. Buna baxmayaraq Aliklə normal münasibətlərini davam etdirmiş, sonuncu gəlib oğlunu görür və bir yerdə uşağı gəzməyə aparırdılar. Həmçinin, Valentina evdə olmadığı vaxtlar həmin mənzilinə gedərək orada Alikin otağında sonuncu ilə görüşmüş, yemək bişirmiş, ərinə qulluq etmiş, həmçinin, Alikin otağında internet olduğundan lazım olduqda ondan istifadə etmişdir. Belə ki, Alik mənzilin və öz otağının açarlarını ona vermiş və o, Valentina evə gələnə qədər çıxıb gedirmiş. Valentina işləməsə də, bütün günü küçələrdə olmuş, səhər saat 8-9-dan evdən çıxaraq axşam 20-dən sonra qayıdırmış.18.09.2019-cu il tarixdə,saat 18 radələrində uşağa pampers almaq üçün anasının mənzilindən çıxaraq 8-ci km ərazisində olan topdan satış yerinə gəlmiş, həmin vaxt bir nəfər qadın yaxınlaşıb ona şalvarının arxadan qana bulaşdığını demiş və Alikgilin mənzili yaxın olduğundan ora getmişdir. Saat 19.30 radələrində həmin mənzilə gəldikdə öz açarı ilə qapını, sonra isə Alikin də otağını açıb ora girmiş, Valentinanın evdə olub-olmadığını bilməmiş və evə çatdıqda istifadəsində olan ***- ***-**-** nömrəsindən anasının ***-***-**-** nömrəsinə zəng edərək Alikgilə təmiz paltar gətirməsini demişdir. Sonra Alikin otağından hamam otağına keçmiş və orada Valentina ilə rastlaşdıqda sonuncu onu öz otağına çağıraraq çıxıb getməsini, kilidi dəyişdirəcəyini, onun həmin evə gəlməsinə imkan verməyəcəyini demişdir. Sonra Valentina otağında olan kilsəyə aid dini əşyaları göstərib Allaha inandığını deyərək onun üstünə qışqırıb söyüb təhqir etmiş və əlində olan bıçaqla onu hədələyərək evdən çıxmağını tələb etmişdir. Artıq saat 20 radələrində Valentinanın otağında yaranan mübahisə zamanı sonuncu sağ əlində olan dəstəyi qəhvəyi rəngli mətbəx bıçağı ilə və sol əlində olan dixlofosla onun üstünə gəldiyi üçün masanın üstündə olan boş araq şüşəsini götürüb Valentinanın alın nahiyəsindən vurmuş və Valentina yerində durub qalmış, sonra isə itələyib onu otağından çıxartmış və dəhlizdə mübahisələri davam etmişdir. Valentina qaynar çaydanı götürüb üstünə tökmək istədikdə isə o, əlində olan araq şüşəsi ilə yenidən bir neçə dəfə Valentinanın alın nahiyəsindən vurmuşdur. Həmin vaxt dəhlizdə Valentinanın başından qan açılaraq ətrafa sıçramış, Valentina hamam ilə tualetin qarşısında yıxılıb arxası üstə yerdə qalmış və üst-başı qan olmuşdur. Sonra o, yenə anasına zəng vurub gəlibgəlmədiyini soruşmuş və anası gələnə qədər qan olmuş ağ ayaqqabısını hamamda yumuşdur. Şalvarının diz nahiyəsi, koftasının isə qarın nahiyəsi də bir az qana bulaşmışdır. Anası gəldikdə qapını döymüş və o, qapını tam açmamış, başını qapıdan çıxardıb anası gətirdiyi paltarları götürərək anasına bayırda gözləməsini demişdir. Anası gətirdiyi paltarları və yaş ayaqqabını geyinib mənzildən çıxmış və həmin vaxt Valentinanın sağ olduğunu hiss etdiyi üçün mənzilin qapısını örtsə də, açar ilə bağlamayaraq açıq qoymuşdur ki, kimsə qapını açsa Valentiyaya kömək etsin. Evdən çıxdıqda araq şüşəsinin üstündə əl-barmaq izlərinin qaldığını, buna görə tapıla biləcəyini fikirləşib şüşəni selofana büküb götürmüş və evlərin arası ilə, məhlələrlə piyada anasıgilə getdikdə yolda olan zibil qabına kulyoka bükülmüş həmin araq şüşəsini və hadisə vaxtı əynində olmuş alt tumanı ilə corabını atmışdır. Evə gəldikdə hamama keçərək əynində olmuş və qana bulaşmış paltarları xlora qoyub yumağa başlamış, koftasında olan qan ləkəsi getmiş, amma şalvarında olan qan ləkələri getmədiyinə görə onu yandırmaq qərarına gələrək şalvarı bir kulyoka qoyub zibil yığılan kulyokla qoymuşdur. Bundan sonra anası ilə birlikdə Daniyeli hava qəbul etmək üçün həyətə çıxarmış, həmin vaxt zibil kulyokunu və şalvarını götürmüş, anası həyətdə Daniyel ilə olanda binanın böyür hissəsinə gedib orada binanın tinində şalvarı yandırmış, amma şalvar yaş olduğundan yanmamış və yandıra bilmədiyi şalvarı kulyoka bükərək orada olan zirzəmiyə atmışdır. Saat 22 radələrində Alikə zəng vuraraq bir neçə dəqiqə danışmış, həmin vaxt məqsədi o olmuşdur ki, Alik onun evdə olduğunu bilsin, ondan şübhələnməsin, habelə Alikin hadisədən xəbərinin olubolmamasını və Valentinanın sağ olub-olmamasını öyrənsin. Həmin vaxt Alik işdə olmuş və o, Alikin danışığından başa düşmüşdür ki, Alikin hadisədən xəbəri yoxdur. Saat 02 radələrində qapıları döyülmüş, açdıqda polislərlə Alikin gəldiklərini görmüşlər. Alik ağlayaağlaya anasının öldürüldüyünü demiş və polislər onu özləri ilə polisə aparmışlar. Polisdə olarkən əvvəl heç nədən xəbəri olmadığını demiş, sonra isə hər şeyi olduğu kimi danışmış, polislər gedib anasını da gətirmiş və onların telefonlarına baxmışlar. Həmçinin, onun aybaşı olub-olmadığını yoxlamaq üçün polislər bir qadın çağırmış, həmin qadın onun aybaşı olduğunu görərək polislərə bunu demişdir. Etdiyi əməldən çox peşmandır. Lakin bir daha bildirmək istəyir ki, Valentina üzərinə bıçaqla gəlməsəydi ona xəsarət yetirməzdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüququ varisi qismində dindirilmiş x7 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Mədinə Şıxabidovna həyat yoldaşıdır. Mərhum Zərərçəkmiş şəxs isə anası olmuşdur. O, anası ilə birlikdə Bakı şəhəri Telnov küçəsi, bina 3, mənzil 91-də yaşamışdır. Atası anasını boşadığı üçün onu heç tanımır. Anası onu tək böyütmüş, bütün əziyyətlərini çəkmişdir. Hal-hazırda anası təqaüdçüdür, lakin əvvəllər Bakıxanov qəsəbəsində CEK-də təmizlik işləri görmüş, təqaüdə çıxdıqdan sonra səhər evdən gedərək küçələri gəzir, köhnədən tanıdığı süpürgəçi rəfiqələri ilə görüşür və saat 20 radələri üçün isə evə qayıdırdı. Təxminən 2013-cü ilin sonlarında evlərinin yaxınlığında yerləşən bilyard zalına müştəri kimi gedib-gəldiyi vaxt orada işləyən Mədinə ilə tanış olmuş, onlar bir-birini sevərək 14.08.2014-cü il tarixdə rəsmi nikaha girmişlər. Mədinə onun anası ilə yaşadığı mənzilə köçmüş, mənzilin iki otağı onların, biri isə anasının olmuş, tualetlə hamam ümumi istifadələrində olmuş və onlar öz otaqlarına ayrı kilid qoymuşlar. 19.06.2017-ci il tarixdə onların oğlu olmuş, adını Daniyel qoymuşlar. Anasının səliqəsizliyinə görə onun və Mədinənin anası Valentina ilə mübahisələri olmuşdur. Belə ki, anası duş qəbul etməyi sevmir, soyuducuya köhnə və iylənmiş yeməkləri yığır və küçədən evə atılmış əşyalar gətirirdi. Bundan başqa onun və Mədinənin xasiyyətləri tutmadığından onlar tez-tez mübahisə etmiş, Mədinə də, küsərək tez-tez anasıgilə gedib bir müddət orada qaldıqdan sonra evə qayıdırmış. Axırıncı dəfə 2019-cu ilin aprel ayının sonlarında Mədinə Valentina ilə mübahisə etmiş və oğlu Daniyeli, gətirdiyi cehizləri və paltar yuyan maşınını da götürüb öz anasıgilə getmişdir. Buna baxmayaraq o, Mədinə ilə münasibətlərini kəsməmiş, bir müddət Mədinəgildə yaşamış, sonra anasının yanına qayıtmış, anası Valentina evdə olmağı vaxtlar Mədinə oğlu ilə birlikdə evlərinə gələrək anasının evə gələnə qədər vaxtlarını birlikdə keçirirdilər. Maddi imkanı olmadığı üçün başqa bir mənzil tutub ailəsi ilə ora köçə bilmirdi. 18.09.2019-cu ildə səhər yuxudan durub işləri ilə məşğul olmuş və saat 14 radələrində işə getmişdir. Həmin vaxt anası evdə olmamış, işdə olduğu vaxt Mədinə ilə zəngləşmiş və oğlu ilə telefonla danışmışdır. Sonra bir dəfə də, işdən çıxmağına yaxın vaxt Mədinə ona yenə zəng etmiş və onlar normal qaydada danışmışlar. Həmin gün saat 23.00-a qədər işdə olmuş, saat 23.50 radələrində binalarına çatmış, bloka daxil olaraq birinci mərtəbədə yerləşən mənzilin qapısını açarla açmaq istədikdə qapının açıq olduğunu görmüş, qapını açıb mənzilə daxil olduqda anasının qan içində dəhlizdə döşəmədə hərəkətsiz vəziyyətdə uzandığını görmüşdür. İki-üç addım atıb içəri girərək anasının üz-gözünün dağıldığını görüb qorxmuş, mənzildən çıxıb qışqıra-qışqıra üzbəüz qonşunun qapısını döymüşdür. Qapını açan olmadığından ikinci mərtəbəyə qalxmış, orda da döydüyü qapını açan olmamışdır. Üçüncü mərtəbəyə qalxdıqda qonşusu Azər qapını açmışdır. Anasının evdə qan içində olduğunu və anasının vurub öldürüldüyünü Azərə bildirərək polisə zəng etməsini demişdir. Azər uşaqlarından kiməsə polisə zəng etməyi tapşıraraq onunla birlikdə birinci mərtəbəyə onun evinə enmiş, lakin qapıdan içəri o və Azər girməmişlər. Təxminən 5 dəqiqə keçmiş polislər gəlmiş, hadisə yerini müayinə etmişlər. Bundan sonra o, polisə gedərək bildiyi vəziyyəti danışmış, gecə saat 02 radələrində isə polislərlə birlikdə Mədinənin anası ilə yaşadığı evə gedib Mədinəni polisə gətirmişlər. Orada Mədinə anasını qətlə yetirdiyini etiraf etmişdir. Mədinəyə ən ağır cəza təyin edilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı binada birinci mərtəbədə olan mərhum Valentinanın gəlini və Valentinanın oğlu Alikin arvadı kimi tanımışdır. Alikgilin barəsində heç bir söz deyə bilməz . Lakin mənzillərindən çox vaxt qışqırıq səsləri gələrdi, buna heç bir əhəmiyyət vermir və qonşuların işinə heç vaxt qarışmamışdır. 18.09.2019-cu il tarixdə, saat 24 radələrində mənzillərinin qapısı döyülmüş, qapını açdıqda Alikin olduğunu görmüş, Alik ağlaya-ağlaya anası Valentinanın öldürüldüyünü demişdir. Alikin bu sözlərindən o da təşvişə düşmüş, oğlu Pərvizə ev telefonundan Azərbaycan Respublikası DİN 102 xidmətini yığaraq hadisə barədə məlumat verməsini demiş, sonra özü də əvvəllər polis nəfəri kimi işlədiyi Xətai RPİ-nə zəng vurub hadisə haqqında məlumat vermişdir. Bundan sonra Aliklə birlikdə birinci mərtəbəyə enmiş, təxminən 5-10 dəqiqə keçmiş polis əməkdaşları hadisə yerinə gəlmişlər. Sonradan ona məlum olmuşdur ki, Valentinanı Alikin arvadı Mədinə qətlə yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Mədinə Şıxabidovna onun doğma qızıdır. Onun əri Şixabid Muslyaxov ilə birgə nikahdan 4 uşağı - Elmira, Esmira, Mədinə və İslam olmuşdur. Şixabidlə təxminən 15 il əvvəl ayrılmış və uşaqlarını o təkbaşına böyütmüşdür. Uşaqlarından Esmira ilə İslam ailələri ilə Dağıstanda yaşayır, qızı Elmira subaydır, onunla birlikdə yaşayır, şəxsi evdə dayə işləyir. Mədinə isə 2014-cü ildə Aliklə rəsmi nikaha daxil olaraq ərinin mənzilinə köçmüş və onların bir oğlu anadan olmuşdur. Nəvəsinin adını Daniyel qoymuşlar. Valentina Təqsirləndirilən şəxs qaynanası olmuşdur. Valintina qızını yola vermir, onun öz mənzilində yaşamasını istəmir, qeydiyyata belə düşməsinə icazə vermirdi. Valentina qızını hər vəclə evindən didərgin salmaq məqsədilə hər gün Mədinə ilə mübahisə edir, rahat yaşamağa qoymurdu. Ona görə də, arada bir müddət Aliklə Mədinə ayrı-ayrı yaşamış, Mədinə oğlu Daniyel ilə birlikdə gəlib onun evində yaşamış, həmin vaxtlar Alik də gəlib onlarda qalmışdır. x11 barışmış və onlar yenə bir yerdə öz mənzillərində yaşamağa davam etmişlər. Mədinə ona Valentinanın içki içdiyini, küçədən zibilləri evə daşıdığını və natəmizlik etdiyini demişdir. Alikin və Mədinənin təmizlik üstündə Valentina ilə olan mübahiəsələrinə görə 2019-cu ilin aprel ayında Mədinə Daniyellə birlikdə onun evinə köçmüş, amma Mədinənin Aliklə əlaqələri kəsilməmiş, Alik gəlib Mədinə ilə Daniyeli götürüb şəhərə gəzməyə aparır, maddi cəhətdən ailəsinə köməklik edir və onlarda gəlib qalırdı. Bununla yanaşı Alikin mənzilinin açarı Mədinədə olduğundan sonuncu Valentina evdə olmadığı vaxt arada ora gedir, Valentina evə qayıdana qədər çıxıb onun yanına gəlirdi. 18.09.2019-cu ildə saat 18 radələrində Mədinə uşağa pampers almaq üçün evdən çıxmışdır. Saat 19.30 radələrində Mədinə ona zəng edib aybaşı olduğunu, paltarlarının bulaşdığını, Alikgildə olduğunu, evdən onun üçün təmiz paltar götürüb Alikgilə gətirməyini demişdir. O, Daniyelə baxmaq üçün qızı Elmiranın evə qayıtmasını gözləmiş, bundan sonra Mədinənin tələb etdiyi paltarları sellofan kuloka qoyaraq Alikgilə getmişdir. Avtobusla Alikgilə gəlmiş, qapını döymüş, Mədinə qapını yarımçıq açaraq ondan kuloku alaraq «məni həyətdə gözlə, paltarımı dəyişib gəlirəm» demişdir. Təxminən 5 dəqiqədən sonra Mədinə gəlmiş və onlar evlərinə həyətlərin arası ilə piyada getmişlər. Yol getdikləri vaxt Mədinə əlində olan kulyoku yolda olan zibil qabına atmışdır. Bunların nə olduğunu soruşduqda Mədinə evdəki zibilləri atdığını demişdir. Onlar evə gəldikdən sonra Mədinə hamama keçərək orada paltarlarını yumağa başlamış, sonra Mədinə ilə birlikdə Daniyeli həyətə gəzməyə aparmışlar. Həmin vaxt Mədinə evdə olan zibilləri də götürərək atacağını demiş, onlar həyətdə gəzdikdə Mədinə zibili atmaq üçün binanın arxasına getmişdir. Onlar evə qayıtdıqdan sonra yatmışlar. Saat 02 radələrində mənzillərinin qapısı döyülmüş, qapını açdıqda Aliki polis əməkdaşları ilə birlikdə görmüşdür. Alik ağlayaraq «anamı öldürüblər» demiş, bundan sonra polislər Mədinəni aparmış, sonra isə gəlib onu da polisə aparmış və orada onun telefonunda olan yazışmaları yoxlamışlar. Polisdə olanda bilmişdir ki, Mədinə qaynanası Valentinanı şüşə butulkası ilə başından vurub öldürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır, onu bir dəfə 19.09.2019-cu il tarixdə xadimə işlədiyi Bakı şəhəri Xətai RPİ-də görmüşdür. 19.09.2019-cu il tarixdə saat təxminən 09 radələrində işdə olduğu zaman cinayət-axtarış şöbəsinin əməliyyatçıları hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs idarəyə gətirmişlər. Danışıqlardan başa düşmüşdür ki, Mədinə qayınanasını öldürmüşdür. Təxminən 30-40 dəqiqə keçmiş əməliyyatçılardan biri ona demişdir ki, Mədinə ilə birlikdə xidməti otaqların birinə keçməklə onun aybaşı olubolmamasını müəyyən etsin, o da Mədinə ilə birlikdə heç kəsin olmadığı otağa keçmiş, Mədinə alt paltarına qoyduğu qoruyucu vasitəni ona göstərmiş, həmin vasitənin üzərində 4-5 damcı qan ləkəsi olmuşdur. O da oradan qayıtdıqdan sonra əməliyyatçılara həmin qadında doğurdan da qadın xəstəliyinin olduğunu, yəni aybaşı olduğunu təsdiq etmişdir. Bu iş üzrə bildiyi budur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirliliyi özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin məsul növbətçisinin Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin rəisinə ünvanlanan 19.09.2019-cu il tarixli raportdan müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 95-də yaşayan x8 qonşusu Alikin onun evinə gəlib anasının öldürülməsini bildirib, polisə zəng vurmasını istəməsi və atasının Aliklə birlikdə həmin ünvana getməsinə dair DİN-nin 102-nə zəng vuraraq məlumat vermişdir. Məhkəmədə elan edilib araşdırılmış 19.09.2019-cu il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 9 mərtəbəli binanın birinci mərtəbəsidir. Birinci mərtəbədən pilləkənlə qalxdıqda solda yerləşən mənzildir. Mənzil 91 nömrəlidir, mənzilin qapısı dəmirdəndir, açıq vəziyyətdədir. Mənzilin dəhlizinin dörd bir divarının üzərində qanabənzər ləkələr var. Qapıdan daxil olduqda dəhlizdə, sol tərəfdə divarın önündə ayaqqabı rəfi var, rəfin qarşısında bir ədəd taxta saplı çəkic, bir ədəd dəmir alət (mantirovka), bir ədəd dəmir alət olan zubila vardır. Həmin əşyaların üzərində qanabənzər ləkələr vardır. Əşyalar qablaşdırılaraq götürülmüşdür. Giriş qapısı ilə üzbəüz dəhlizin sonunda sola istiqamətlənmiş dəhliz vardır. Dəhlizin ortasında arxası üstə uzanmış vəziyyətdə qadın meyiti var. Meyitin əlləri yana olmuş vəziyyətdədir, sol əlində qəhvəyi saplı bıçaq var, sol əlin üst tərəfində tərlik var. Meyitin başının sol tərəfində həşəratların məhv edilməsi üçün nəzərdə tutulmuş aerozol var. Meytin başı tualetin qapısı tərəf, ayaqları isə digər otaqların qapısına tərəf olmuşdur. Hamamda və meytin ətrafında qanabənzər ləkələr və gölməçələr var. Meyitin baş nahiyyəsində soxsaylı əzilmiş-çırılmış yaralar var. Məhkəmədə elan edilib araşdırılmış 19.09.20198-cu il tarixli «cinayəti törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai rayon məhkəməsinin 20.09.2019-cu il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 19.09.2019-cu il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında”19.09.2019-cu il tarixli protokoldan müəyyən olunur ki, baxış keçirilən zaman Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək 18.09.2019cu il tarixdə törətmiş olduğu cinayət hadisəsini əyani şəkildə ardıcıllıqla təsvir etmiş, cinayət əməlini törətdiyi zaman ünvan 3 ünvanda yerləşən zibil qutusuna alət kimi istifadə etdiyi şüşə içki qabını və həmin vaxt əynində olmuş ayyaqabı və köynəyi, həmçinin Bakı şəhəri, İ.İsmayılov küçəsi 7 nömrəli binanın zirzəmisinə açılan boşluğa qoyduğu kuloku çıxararaq, içərisində olan cins qadın şalvarı təqdim etmişdir. Üzərində yanıq izləri və qanabənzər ləkələr olan şalvar və digər əşyalar qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı hadisənin baş verdiyi ərazidə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təhlükəsizlik kamerasının, habelə digər video müşahidə kameralarının olmadığı müəyyən edilmişdir. İfadəsinin yerində yoxlanılması aparılan zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həmin mənzildə vurduğunu göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Xətai rayon MTE şöbəsinin 20.09.2019-cu il tarixli, 934 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs döş qəfəsinin sağ yuxarı bayır səthinin, sağ saidin orta 1/3-nin ön səthinin, sol əlin İİ barmağının dırnaq falanqasının uc hissəsinin xətt şəkilli sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər təsir edən səthləri məhdud olan küt əşyanın (əşyaların) təsirindən törənmişdir, şəxsin dediyi kimi 18.09.2019-cu il tarixdə baş vermiş dava-dalaş zamanı əl barmaq dırnaqları ilə yetirilə bilərdi. Sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Vət. Təqsirləndirilən şəxs xəsarət yetirilərkən özü ilə ona xəsarət yetirən şəxs bir-biri ilə istənilən qarşılıqlı vəziyyətlərdə (pozada) ola bilərdi. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Xətai rayon MTE şöbəsinin 22.10.2019-cu il tarixli, 70 saylı rəyindən müəyyən olunur ki, mərhum Zərərçəkmiş şəxs meyiti üzərində-baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş beyinin əzilməsi, başın alın, hər iki gicgah, təpə və ənsə sümüklərinin kəllə əsasına keçən çoxsaylı basılmış və xətti sınıqları ilə müşayiət olunan başın alın nahiyəsinin ön və sağ yan səthlərinin altı ədəd, başın hər iki gicgah-təpə nahiyəsinin dörd ədəd, başın ənsə nahiyəsinin dörd ədəd, ümumilikdə on dörd (14) ədəd - çoxsaylı əzilmiş yaraları, hər iki almacıq sümüklərinin, burun sümüyünün qapalı sınıqları ilə müşayiət olunan sifətin yumşaq toxumasının çoxsaylı hematoması, qançırları və sıyrığı; sağ kürəküstü nahiyənin qançırı xəsarətləri müəyyən edilmişdir. Qeyd olunan xəsarətlər həyati olub mərhumun ölümündən az əvvəl bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, eləcə də baş nahiyəsində olan xəsarətlər dəmir tərkibli küt alətin (alətlərin) baş nahiyəsinə çoxsaylı və zərblə vurulması nəticəsində törənə bilərdi (aparılmış əlavə məhkəmə-tibbi kriminalistik müayinəyə əsasən MTKŞ-ə göndərilmiş yaralar kənarlarında və ətrafında 3 valentli dəmir ionları aşkar olunmuşdur). Qeyd edilən xəsarətlər dərəcəsinə görə, ümumilkdə canlı şəxslərdə sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malik olmaqla, onun ölümü ilə bir-başa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb yuxarıda qeyd edilən xəsarətlər fonunda - başın alın, hər iki gicgah, təpə və ənsə sümüklərinin kəllə əsasına keçən çoxsaylı basılmış və xətti sınıqları və başın alın nahiyəsinin, hər iki gicgah – təpə nahiyəsinin, ənsə nahiyəsinin çoxsaylı əzilmiş yaraları ilə müşayiət olunan baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma və baş beyinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 10-12 saat əvvələ uyğun gəlir. Xəsarətlər üzərində zədə yetirən əşyanın (əşyaların), alətin (alətlərin) fərdi xüsusiyyətləri əks olunmağından əşya (əşyalar) və ya alət (alətlər) haqqında konkret fikir söyləmək mümkün deyil. Lakin, baş nahiyəsində olan və biri-birinə yaxın və ardıcıl yerləşmiş əzilmiş yaralar dəmir tərkibli eyni alət (alətlərin) təsirindən törənə bilərdi. Mərhum Zərərçəkmiş şəxs almış olduğu ağır kəllə beyin travmasından sonra hər hansı bir aktiv hərəkət edə bilməzdi. Xəsarətlərin xarakterinə və lokalizasiyasına görə, yuxarıda qeyd edilən xəsarətlər müxtəlif şəraitlərdə, eləcə də müxtəlif pozalarda dayanmış qadın və ya kişi cinsli şəxs (şəxslər) tərəfindən sağ və ya sol əl ilə güclü zərblərin təsiri ilə yetirilməsi nəticəsində törənə bilərdi. Mərhum Zərərçəkmiş şəxs təbii və qeyri-təbii yolla cinsi əlaqədə olma əlamətləri müəyyən edilməmişdir, eləcə də mərhumədə hamiləlik aşkarlanmamışdır. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı – 0.9 ‰-dir. Bu da canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilir. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (Əsas: 2304/K №-li akt)». Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-genetik ekspertizasının 05.10.2019cu il tarixli, 19/391 R saylı rəydən müəyyən olunur ki, “ekspertiza nəticəsində hadisə yerindən götürülmüş 01 (bir) ədəd bıçağın dəstəyi üzərində və tiyə hissəsində, 01 (bir) ədəd çəkicin dəstəyi və çəkicin dəstəyi ilə çəkicin dəmir hissəsinin təmas hissəsində, 01 (bir) ədəd zubilin qoruyucu dəstəyi üzərində, 01 (bir) ədəd dəmir lingin üzərində, 01 (bir) ədəd spreyin sıxma düyməsi və həmin spreyin gövdəsinin üzərində və 02 (iki) ədəd pambıq tampon üzərində aşkar edilmiş qanabənzər ləkələrin insan qanı olduğu və Zərərçəkmiş şəxs məxsus olduğu müəyyən edilmişdir. Ekspertiza nəticəsində tədqiqata təqdim edilmiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş üzərində zolaqlar olan 01 (bir) ədəd qısaqol köynək, üzərində qara fonda ağ rəngli xallar olan 01 (bir) ədəd şalvar və 01 (bir) ədəd tuman üzərində aşkar edilmiş qanabənzər ləkələrin insan qanı olduğu və Zərərçəkmiş şəxs məxsus olduğu müəyyən edilmişdir. Bundan əlavə ekspertiza nəticəsində tədqiqata təqdim edilmiş x5 əynində olmuş 01 (bir) ədəd qara rəngli şalvar və 01 (bir) ədəd uzunqol köynək üzərində keçirilmiş mikroskopik tədqiqat nəticəsində 01 (bir) ədəd uzunqol köynək üzərində hər hansı qanaşübhəli ləkə aşkar edilməmişdir. 01 (bir) ədəd qara rəngli şalvarın sağ cibinin üzərində və düymə yerində aşkar edilmiş qırmızımtıl ləkələrin insan mənşəli qan nümunəsi olmadığı müəyyən edilmişdir. Bu səbəbdən həmin obyektlər üzərində müqayisəli tədqiqatın keçirilməsi mümkün olmamışdır. Ekspertiza nəticəsində müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs Şıxabidovnanın hadisə zamanı əynində olmuş 01 (bir) ədəd göy rəngli cins şalvarın sağ cibi və sol diz nahiyyəsində aşkar edilmiş qanabənzər ləkələr insan qanıdır və Zərərçəkmiş şəxs məxsusdur. Təqsirləndirilən şəxs Şıxabidovnanın hadisə zamanı əynində olmuş 01 (bir) cüt ağ rəngli ayaqqabı və 01 (bir) ədəd qısaqol köynək üzərində hər hansı qanabənzər ləkə aşkar edilməmişdir. Bu səbəbdən həmin obyektlər üzərində müqayisəli tədqiqatın keçirilməsi mümkün olmamışdır. Bundan əlavə ekspertiza nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Şıxabidovnanın təqdim etdiyi 01 (bir) ədəd “Xortiça” ticarət markalı içki şüşəsinin alt tərəfində və 01 (bir) ədəd polietilen klyokun üzərində müxtəlif yerlərdə aşkar edilmiş qanabənzər ləkələr insan qanıdır və Zərərçəkmiş şəxs məxsusdur. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə tibbi-kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının 08.11.2019-cu il tarixli, 519/2019-MTKŞ saylı rəydən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs Şıxabdinovnaya məxsus şalvarın sağ ayağının arxa səthlərində 05 ədəd, sol ayağının arxa səthində 03 ədəd dəlib-keçən zədələr aşkar olunmuşdur. Qeyd olunan zədələr termiki zədələrdir və yüksək hərarətin (alovun) təsirindən törənmişdirlər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs Şıxabdinovnaya məxsus köynək və bir cüt ayaqqabıların üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs Şıxabdinovnanın bədən səthində təqdim edilmiş şalvarın üzərində olan termiki zədələrə uyğun hər hansı bir xəsarət aşkar edilməmişdir, onun bədən səthində xətti formalı sıyrıqlar olmuşdur ki, bu xəsarətlər də xarakterinə görə paltarların üzərində əks olunmamışdır. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus köynək, qısa şalvar və tuman üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır. Mərhum Zərərçəkmiş şəxs meyiti üzərində olan xəsarətlər onun bədəninin paltarlarla örtülü olmayan nahiyələrində yerləşdiyindən, təqdim edilmiş paltarların üzərində həmin xəsarətlərə uyğun zədə əks olunmamışdır. Ekspertizaya təqdim edilmiş x6 məxsus köynək və şalvar üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır. Mərhum Zərərçəkmiş şəxs meyiti üzərində olan xəsarətlərin xarakterini və küt alət (alətlərin) təsirindən törənməsini, təqdim edilmiş predmetlərin konstruktiv xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, mərhumun bədəni üzərində olan xəsarətlərin təqdim edilmiş bıçaq istisna olunmaqla, çəkic, «zubil», mantirovka və şüşə içki qabının təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Ekspertizaya təqdim olunmuş çəkic zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı çəkicdir və soyuq silah hesab edilmir. Ekspertizaya təqdim olunmuş 1 №-li predmet zavod üsulu ilə hazırlanmış təsərrüfatməişət təyinatlı «zubil»dir və soyuq silah hesab edilmir. Ekspertizaya təqdim olunmuş 2 №-li predmet zavod üsulu ilə hazırlanmış təsərrüfatməişət təyinatlı lingdir (mantirovka) və soyuq silah hesab olunmur». Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və ambulator məhkəmə-psixoloji ekspertizasının 12.11.2019-cu il tarixli, 2322 saylı rəyindən müəyyən olunur ki, “Məhkəmə-psixiatrik ekspertizası üzrə - Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və halhazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyi və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs intellektual-amnestik imkanları normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır. Ünsiyyətçillik, inadkarlıq, eqosentrizm, kinlilik və s. kimi xarakterik xüsusiyyətlərə malikdir. Emosional iradi sferasında, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Belə qənaətə gəlinir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional sferasında həyəcan, hirslilik əmələ gəlmişdir. Həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisələr baş verən zaman hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloci affekt vəziyyətində olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatrik xəstəxanasının 25.09.2019-cu il tarixli, 6743 saylı məktubundan müəyyən olunur ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Şıxabdinovna həmin xəstəxanada müalicə olunmayıblar. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzininin 26.09.2019-cu il tarixli, 19/51-9023 saylı məktubundan müəyyən olunur ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Şıxabdinovna həmin Mərkəzdə qeydiyyatda yoxdurlar. Məhkəmədə elan edilib araşdırılmış Bakı Narkoloji Dispanserinini 08.10.2019-cu il tarixli, 2589 saylı məktubundan müəyyən olunur ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Şıxabdinovna həmin Dispanserdə qeydiyyatda yoxdurlar. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” 24.10.2019-cu il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olan «Lenovo» markalı mobil telefonda ***-***-**-** və ***-***-**-** nömrələrindən istifadə edilir. Telefonun menyusunda olan ayarlar deyilən bölməyə daxil olunduqda həmin bölmədə daxil və xaric olan SMS mətnlərinin olduğu “məktublar” bölməsinə, daxil olan və çıxan zənglərin göründüyü “zənglər” bölməsinə, «Watsapp» proqramına, şəkillərin və videogörüntülərin olduğu bölmələrə baxış keçirilmişdir., SMS bölümündə ancaq reklam xarakterli mesaclar vardır, “zənglər” bölməsində isə cinayət işinin materiallarına uyğun olaraq telefonun istifadəçisi Təqsirləndirilən şəxs tərəfindən 18.09.2019-cu il tarixdə ***-***-**-** nömrəsindən saat 15.55-də ***-***-**-** (Alik Qreçnev) nömrəsinə, saat 19.37, 20.25, 20.37 və 20.48-də ***-***-**-** (Şahid2) nömrəsinə və saat 21.56-da yenidən ***-***-**-** (Alik Qreçnev) nömrəsinə zənglər edilmişdir. Şəkillərin və videogörüntülərin olduğu bölmələrdə Alik Qreçnev ilə Təqsirləndirilən şəxs toy şəkilləri və uşaq ilə birlikdə şəkilləri vardır. Watsapp proqramına baxış keçirildikdə isə, sonuncu dəfə 27.08.2019-cu il tarixdə 055-673-59 (Elmira Muslyaxova) nömrəsi ilə əlaqə saxlanıldığı müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” 19.11.2019-cu il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrələr onun öz adına qeydiyyata alınıb; Şahid2 istifadəsində olan ***-***- **-** nömrə anket məlumatları «x12 01/09/1983 Baki,Z.Xəlilov küç,ev 39,m.8» kimi göstərilən şəxsin adına qeydiyyata alınıb; Elmira Muslayxova istifadə etdiyi ***-***-**-** nömrə onun öz adına qeydiyyata alınıb; habelə Alik Qreçnev istifadə etdiyi ***-***-**-** və ***-***-**-** nömrələr onun öz adına qeydiyyata alınıb. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ikinci nömrə kimi istifadə etdiyi ***-***-**-** nömrəsindən və x5 ikinci nömrə kimi istifadə etdiyi ***-***-**-** nömərsindən iş üçün əhəmiyyət kəsb edən dövr ərzində, yəni 18-19.09.2019-cu il tarixlərdə zənglər edilməmiş və SMS-lər göndərilməmişdir. Digər nömrələrdən isə 18-19.09.2019-cu il tarixlərdə iş üzrə verilmiş ifadələrə uyğun olaraq, habelə «Lenovo» telefonuna keçirilən baxış zamanı müəyyən olunan hallara uyğun olaraq zənglərin edildiyi müəyyən olunmuşdur. Həmin baxış zamanı anten dairələrin göstəricilərinə uyğun olaraq müəyyən edilir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsindən Şahid2 istifadəsində olan ***-***-**-** nömrəsinə 18.09.2019-cu il tarixdə saat 19:38:49-da, saat 20:26:28-də və saat 20:38:28də zənglər etdikdə sonuncu yaşadığı ünvan 4 ünvanı əhatə edən anten dairəsində olmuş, Təqsirləndirilən şəxs isə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 3, mənzil 91 ünvanı əhatə edən anten dairəsində olmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsindən Alik Qreçnevin istifadəsində olan ***-***-**-** nömrəsinə 18.09.2019-u il tarixdə saat 21:57:59 zəng etdikdə o, anası ilə yaşadığı ünvan 4 ünvanı əhatə edən anten dairəsində olmuş, Alik Qreçnev isə təmizləyici işlədiyi «Libra MMC» yerləşən ünvan 5 ünvanı əhatə edən anten dairəsində olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o, əvvəllər məhkum olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o, ailəlidir, himayəsində 2017-ci il təvəllüdlü azyaşlı uşağı var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxs bıçaqla onu vurmaq istədiyi zaman hücumunu dəf edərkən sonuncunu yalnız şüşə içki qabı ilə özünü müdafiə etmək məqsədi ilə vurduğunu, öldürmək istəməməsi barədə məhkəmədə verdiyi ifadəsi öz ifadəsindən başqa heç bir sübutla təsdiq edilmədiyini nəzərə alır. Məhkəmənin gəldiyi bu nəticə zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin istər ibtidai istintaq, istərsə də məhkəmə baxışı zamanı verdikləri ifadələrə, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, baxış protokolları, ekspertiza rəyləri və cinayət işinin digər materiallarına əsaslanır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4 və 120.2.9cu maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, ekspertiza rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.2.4 və 120.2.9-cu maddələri ilə tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli Qərarının 8-ci bəndində göstərilmişdir ki, «təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur…». Beləliklə, Təqsirləndirilən şəxs ilk olaraq Zərərçəkmiş şəxs otağında şüşə içki qabı ilə sonuncunun baş nahiyəsinə bir neçə dəfə ardıcıl olaraq vurduqdan sonra dəhlizdə davam edən mübahisə zamanı təsərrüfat-məişət təyinatlı çəkic ilə müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək sonuncunun həyat üçün vacib orqan olan baş nahiyəsinə ümumilikə 14 dəfə vurub xəsarət yetirməsi, habelə zərərçəkmiş şəxsin hər iki almacıq sümüklərinin və burun sümüyünün qapalı sınıqları ilə müşayiət olunan sifətin yumşaq toxumasının çoxsaylı hematoması, qançırları və sıyrığı, sağ kürəküstü nahiyənin qançırı xəsarətləri yetirməsi boyu 147 sm olan və yaşı 71 olan zəif qoca Zərərçəkmiş şəxs qarşı rəhmsizlik və qəddarlıq göstərməsi, ona əzab, iztirab və işgəncə verməsi kimi qiymətləndirilməlidir. Həmin Qərarın 13-cü bəndində göstərilmişdir ki, «CM-nin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir». İstintaq zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs 71 yaşı olmuş, hadisə zamanı yüngül sərxoş olmuş, boyu 147 sm olmuş və fiziki cəhətdən zəif olmuşdur. Odur ki, cavan və güclü olan Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qoca və sərxoş olması səbəbindən ona müqavimət göstərə bilməyəcəyini dərk etmiş və onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan sonuncunun bu vəziyyətindən istifadə edərək qəsdən öldürmüşdür. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2017-ci il təvəllüdlü azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cinayət işinin bütün hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması onun Azərbaycan Respublikası CM-nin 120.2.4 və 120.2.9-cu maddələrinin sanksiyası çərçivəsində cəza təyin etməklə mümkündür. Azərbaycan Respublikası CM-nin 120.2.4 və 120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş əməllər Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən qəsdən törədilmiş xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs kimi Təqsirləndirilən şəxs cəzasını ciddi recimli cəzaçəkmə müəssisələrində çəkməli, cəzasının əvvəli isə 19.09.2019-cu il tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai rayon prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş bir ədəd mətbəx bıçağı, bir ədəd çəkic, bir ədəd dəmir alət olan «zubila», bir ədəd dəmir alət olan «montirovka», bir ədəd sprey, bir ədəd araq şüşəsi, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd uzunqol kofta, bir ədəd şalvar, bir ədəd tursik və bir ədəd zərfdə qan nümunəsi, x5 əynində olmuş bir ədəd uzunqol köynək və bir ədəd şalvar, Təqsirləndirilən şəxs təqdim etdiyi – hadisə vaxtı əynində olmuş bir ədəd ağ ayaqqabı və bir ədəd qısaqol mayka, bir ədəd cins şalvar məhv edilməli, Təqsirləndirilən şəxs məxsus «Lenovo» markalı mobil telefon anasına qaytarılmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 210 AZN (iki yüz on manat) pul Bakı şəhər 14 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərinirəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4 və 120.2.9-cu maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə ona 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 19 sentyabr 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai rayon prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş bir ədəd mətbəx bıçağı, bir ədəd çəkic, bir ədəd dəmir alət olan «zubila», bir ədəd dəmir alət olan «montirovka», bir ədəd sprey, bir ədəd araq şüşəsi, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd uzunqol kofta, bir ədəd şalvar, bir ədəd tursik və bir ədəd zərfdə qan nümunəsi, x5 əynində olmuş bir ədəd uzunqol köynək və bir ədəd şalvar, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş bir ədəd ağ ayaqqabı, bir ədəd qısaqol mayka, bir ədəd cins şalvar məhv edilsin, Təqsirləndirilən şəxs məxsus «Lenovo» markalı mobil telefon anasına qaytarılsın. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 210 AZN (iki yüz on manat) pul Bakı şəhər 14 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar