Məhkəmə qərarları › İş №1(101)-467/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-467/2021

06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-467/2021 06.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxx 1979-cu ildə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, məlum olmayan mənbədən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 8,927 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 23/15 ünvanında yerləşən “Qarabağlar” restoranının qarşısına daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 20.15-də o, qeyd olunan ünvanda saxlanılaraq Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərində şəxsi axtarış keçirilərkən əynindəki şalvarın cibindən dörd ədəd bükümdə ayrıayrılıqda çəkiləri 2,899 qram, 2,241 qram, 1,731 qram və 2,056 qram olmaqla ümumilikdə külli miqdarda 8,927 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 23/15 ünvanında yerləşən “Qarabağlar” restoranında özünə ad günü keçirmişdir. Həmin məclisə 150-yə yaxın qonaq dəvət etmiş, öz övladları da həmin məclisdə olmuş, kiçik oğlu məclisi telefonla çəkmişdir. Məclisdə tanışları olan polis rəislərdən tutmuş digər vəzifəli şəxslər də iştirak etmişlər. Məclis başladıqdan bir müddət sonra içəri üzü maskalı şəxslər daxil olub hamıya tərpənməməyi, pandemiya ilə əlaqədar karantin qaydalarını pozduqlarına görə polis idarəsinə aparılacaqlarını bildirərək hamını üzü üstə yerə uzatmışlar. Məclisdə olanların çoxu qaçmış, təxminən 70-ə yaxın şəxsi iki avtobusa mindirib BMCMİ-yə aparmışlar. Orada bir neçə şəxsə cərimə yazılmış, inzibati həbs verilmiş, digərləri evə buraxılsalar da, o və bir neçə şəxs orada saxlanılmışdır. Ona işgəncələr verilmiş, hədələmişlər ki, guya üzərində 6-7 qrama yaxın narkotik vasitə olmasına dair sənədlərə imza etsin. Onu üzü üstdə yerə uzadıb əllərini və ayaqlarını qandallamışlar, döyülməkdən üst-başı qan olmuşdur. Şöbə rəisi onu və digərlərini hədələmişdir ki, əgər imza etməsələr ittihamı əlbirlik formasında verəcəklər. Sonradan ona məlum olmuşdur ki, onun barəsində olan cinayət işi CM-nin 234.4.3-cü maddəsi ilə məhkəməyə verilmişdir, halbu ki, o, bir dəfə də olsun narkotik vasitə qəbul etməmiş, kiməsə satmamışdır. İttiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törətdilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşıdır. Baş İdarəyə daxil olmuş məlumatda hazırda təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi ilə əlaqədar həmin günü saat 20:15də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 23/15 ünvanında yerləşən “Qarabağlar” restoranının qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmiş və həmin gün İdarənin inzibati binasında video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparmağa başlanmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın cibində narkotik vasitə olduğunu bildirib, yan cibində olan 04 ədəd şəffaf sellofan bükümü və bir ədəd siqaret qutusunu, bir ədəd alışqanı və 300 manat pulu çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 04 ədəd şəffaf sellofan bükümün içində narkotik vasitə olduğunu bildirmişdir. Həmin şəffaf sellofan bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş dörd ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə olan heroini xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında 44 saylı marşrut avtobusunun içindən təsadüfən tapdığını və götürüb üzərində saxlayıb daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş dörd ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, 300 manat pul, iki qutu siqaret və bir ədəd alışqan Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bundan sonra müvafiq protokol tərtib edilərək iştirakılara ucadan oxunmuş və heç bir şikayət və vəsatət daxil olmayaraq protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin digər əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları hər biri özünə aid hissədə bir daha təsdiq etdi. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə “Neftçilər” metrostansiyası yaxınlığındakı parkda pivə içərkən tanışı Ruslan Abbasov ona tanışı-əvvəllər tanımadığı Təqsirləndirilən şəxs adlı şəxsin ad gününə getməyi təklif etmiş, o da Ruslanın sözünü yerə salmayıb sonuncu ilə birlikdə “Qarabağlar” restoranına getmişdir. Restoranda Təqsirləndirilən şəxsla tanış olaraq masa ətrafında əyləşib yemək yeməyə başlamışdır. Həmin məclisdə ondan başqa 80-ə yaxın qonaq olmuşdur. Məclis başladıqdan bir müddət sonra içəri üzü maskalı şəxslər daxil olub hamıya tərpənməməyi, pandemiya ilə əlaqədar karantin qaydalarını pozduqlarına görə polis idarəsinə aparılacaqlarını bildirərək onları yerə uzatmışlar. Məclisdə olanların çoxu qaçmış, təxminən 70-ə yaxın şəxsi iki avtobusa mindirib BMCMİ-nə aparmışlar. Orada bir neçə şəxsə cərimə yazılmış, inzibati həbs verilmiş və digərləri evə buraxılsalar da, o və bir neçə şəxs, o cümlədən Təqsirləndirilən şəxs saxlanılmışdır. Ona işgəncələr verilmiş, hədələmişlər, guya üzərində 6-7 qrama yaxın narkotik vasitə olmasına dair sənədlərə imza etdirmişlər. Hazırda barəsində olan cinayət işi CM-nin 234.4.3-cü maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X6 şahid X5 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə tanışı Elman Məmmədovla birlikdə “Qarabağlar” restoranına Təqsirləndirilən şəxs ad gününə getmişlər. Restoranda masa ətrafında əyləşib yemək yeməyə başlamışdır. Həmin məclisdə ondan başqa 150-yə yaxın qonaq olmuşdur. Məclis başladıqdan bir müddət sonra içəri üzü maskalı şəxslər daxil olub hamıya tərpənməməyi, pandemiya ilə əlaqədar karantin qaydalarını pozduqlarına görə polis idarəsinə aparılacaqlarını bildirmişlər. Məclisdə olanların çoxu qaçmış, təxminən 70-ə yaxın şəxsi iki avtobusa mindirib BMCMİ-nə aparmışlar. Orada bir neçə şəxsə cərimə yazılmış, inzibati həbs verilmiş, digərləri evə buraxılsalar da, o və bir neçə şəxs, o cümlədən Təqsirləndirilən şəxs saxlanılmışdır. Ona işgəncələr verilmiş, hədələmişlər, guya üzərində 6-7 qrama yaxın narkotik vasitə olmasına dair sənədlərə imza etdirmişlər. Hazırda barəsində olan cinayət işi CM-nin 234.4.3-cü maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X4 şahid X7 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Cinayət işinin 38-42-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/1597 №li rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...və s.” sözləri qeyd edilmiş bir ədəd zərfdə dörd ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 2,899 qram, 2,241 qram, 1,731 qram və 2,056 qram olmaqla ümumi təmiz çəkiləri 8,927 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bükümlərdəki heroinlər tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Qalıq: heroin – 8,727 qram. Cinayət işinin 162-163-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx xxxxxxx 2020-ci il tarixli, 2745 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 26-27-ci vərəqlərində olan şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün, saat 20.15-də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 23/15 ünvanındakı “Qarabağlar” restoranının qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli şalvarın sağ yan cibindən dörd ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 2,899 qram, 2,241 qram, 1,731 qram və 2,056 qram olmaqla ümumilikdə külli miqdarda 8,927 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin 84-cü vərəqində olan X3 üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 8,727 qram olan dörd ədəd bükümdə narkotik vasitə heroin maddi sübut hesab edilmişdir. Cinayət işinin 164-168-ci vərəqlərində olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd disk maddi sübut qismində cinayət işinin mteriallarına əlavə edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan x xxxx 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitənin ona məxsus olmamasına, üzərinə polis əməkdaşları tərəfindən qoyulmasına dair məhkəmədəki ifadəsində göstərdiyi xüsusatlar onun ibtidai istintaqda verdiyi ifadəsi, videoçəkiliş aparılmaqla üzərinə baxış keşirilməsinə dair protokol və cinayət işinin digər halları ilə təkzib olunduğundan məhkəmə onun bu ifadəsini ittihamı təkzib edən sübut qismində qəbul etmir. Belə ki, məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs cinayət işinin 53-56 və 64-66-cı vərəqlərində olan, ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə dindirilərkən ifadələrində göstərmişdir ki, “xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında o, şəxsi işləri ilə bağlı Neftçilər metrosu istiqamətində Bakı şəhəri 44 saylı marşrutla hərəkət edən avtobusda yerdə bükümlərin olduğunu görüb götürdükdə həmin bükümlər sellofanlara bükülməklə içində narkotik vasitə heroin olduğunu görmüşdür. O, narkotik vasitədən uzun müddətdir istifadə etməsə də, həmin narkotikin yetkinlik yaşına çatmayan şəxslərin əlinə düşməməsi üçün əynində olan şalvarının sağ yan cibinə qoymuşdur ki, avtobusdan endikdən sonra zibil yeşiklərinə atsın, lakin sonradan heroin tapıb cibində saxladığını və zibilliyə atmağı unutduğu üçün heroin cibində qalmışdır. xx xxxxxx 2020-ci il tarixdə özünə doğum günü keçirmək məqsədilə axşam vaxtı dostları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanda yerləşən “Qarabağlar” restoranında qonaqlıq təşkil etmişdir. Həmin günü saat 20:15 radələrində siqaret çəkmək məqsədilə restorandan çıxıb çöldə siqaret çəkərkən restoranın qarşısında olduğu zaman ona üç nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmiş, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, üzərində narkotik vasitə vardır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan şalvarının cibində narkotik vasitə olduğunu bildirib, əynində olan göy rəngli parça şalvarının sağ yan cibində olan 04 ədəd şəffaf sellofan bükümü və bir ədəd siqaret qutusunu, şalvarının sol yan cibində olan bir ədəd siqaret qutusunu, bir ədəd alışqanı və 300 manat pulu çıxardıb təqdim etmişdir. Təqdim etdiyi 04 ədəd şəffaf sellofan bükümün içində narkotik vasitə olduğunu bildirmişdir. Həmin sellofan bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş dörd ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında 44 saylı marşrut avtobusunun içindən təsadüfən tapdığını və götürüb üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş dörd ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfə qoyulub qablaşdırılmışdır. Eyni zamanda aşkar edilmiş 300 manat pul, iki qutu siqaret və bir ədəd alışqan özünə qaytarılmışdır. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir.” Məhkəmə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin materialları ilə üst-üstdə düşdüyünə görə ittihamı təsdiq edən sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etmişdir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunmur, bu hal şəxsin narkotik vasitəni şəxsi istifadə üçün əldə etməsini istisna edir. Digər tərəfdən, şəxs narkotik vasitəni yerdən tapdığını bildirir, belə olan halda onun narkotik vasitəni satmaq məqsədi yoxdursa, tapdığı maddənin narkotik vasitə olduğunu bilirsə onu üzərində saxlamadan istənilən yerə tullaya və ya məhv edə bilərdi ki, bunu da etməmişdir. Bu hal narkotik vasitənin miqdarından asılı olmayaraq satış məqsədi ilə daşımanın birbaşa və aydın göstəricisidir. Narkotik vasitənin xırda bükümlərə bölünməsi isə Ali Məhkəmənin Plenum qərarının tövsiyyələrində göstərdiyi kimi satış məqsədinin digər göstəricisidir. Bundan başqa, cinayət işinin 157-161-ci vərəqlərində olan xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi təsirə məruz qalması barədə göstərdiyi xüsusatlar yoxlanılmış, aparılan araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyinə görə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zananı ifadəsində göstərdikləri hökmün təsviri əsaslandırıcı hissəsində şərh edilən sübutların məcmusu ilə təsdiqini tapmadığından məhkəmə onu ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsindən görünür ki, həqiqətən də 17 avqust onun doğum günüdür. Təqsirləndirilən şəxs və müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş şahidlərin Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 23/15 ünvanında yerləşən “Qarabağlar” restoranında iştirak etməsi məhkəmə tərəfindən təkzib edilmir, məhkəmə qeyd edir ki, narkotik vasitənin daşınması zamanı şəxsin harada olması, kimlərlə olması əhəmiyyət kəsb etmir. Şəxsin restoranda ad günü məclisində iştirak etməsi onun üzərində narkotik vasitəni satmaq məqsədi ilə daşınmasını istisna edən hal kimi qəbul edilə bilməz. Eləcə də, nəzərə alınsa ki, narkotik vasitə 9 qrama yaxındır, xırda bükümlərdə şəxsin paltarının cibində və ya digər gizli yerində saxlanıla biləndir, hər hansı böyük bağlama, çantada daşınan formada deyil. Belə olan halda şahidlər X5, X7, X4, X1 ifadələrdə göstərilən halları məhkəmə yalnız Təqsirləndirilən şəxs saxlanıldığı yer ilə bağlı sübut növü kimi qəbul edir ki, bu hal da cinayət işinin digər hallarına tam uyğundur. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 18 və 19-cu vərəqlərində olan qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 73-75-ci vərəqlərində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 114-118-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.1, 178.2.4-cü-ci maddələri ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin 99-100-cü vərəqlərində olan tələbnamədən görünür ki, X8 xx xxxxxx 2018-ci il tarixdə cəriməni tam şəkildə ödəmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2ci maddəsinin tələbinə görə cəzanı çəkib qurtarmağından bir il müddət keçdiyi üçün qeyd olunan hökm Təqsirləndirilən şəxs münasibətdə heç bir hüquqi nəticə yaratmır. Cinayət işinin 137-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatdadır, yaşadığı müddət əzində onun haqqında Əmircan qəsəbəsi İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən habelə, CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut olaraq Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra təmiz çəkisi 8,727 qram qram narkotik vasitə heroin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə həyata keçirilməsi görüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra təmiz çəkisi 8,727 qram qram narkotik vasitə heroin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə həyata keçirilməsi görüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Telman Hüseynov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar