Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-467/2022 06.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, məsləhətçi X8, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru X11, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Yasamal rayonu Ə.Salamzadə küçəsi 5-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, xx.xx.1952-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Suraxanı rayonu Balandin küçəsi 42-də qeydiyyatda olan, Bakı şəhəri Suraxanı rayonu Hovsan qəsəbəsində Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus sosial evlərdə kirayədə yaşayan və barəsində '‘başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə anası Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonradan tanış olduğu Zərərçəkmiş şəxs özünü və ailə üzvlərini imkanlı və İtaliya Respublikasının Roma şəhərində müxtəlif mülk sahibləri və zadəgan kimi təqdim edərək pandemiya səbəbindən Roma şəhərində ucuz qiymətə restoran və evlərin satışının həyata keçirilməsi və bu səbəbdən özlərinə Roma şəhərində olaraq xeyli sayda restoran və mülk aldıqları, eləcə də anası Təqsirləndirilən şəxs2 qulluqçuları kimi təqdim edərək sonuncunun nəzarəti ilə özünə məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsindəki bağ evini təmir etdirdiyi, pandemiya ilə əlaqədar ölkə sərhədlərinin bağlı olması səbəbindən Roma şəhərindən Bakı şəhərinə qayıda bilmədiyi üçün bağ evinin təmiri ilə bağlı inşaat materiallarının alınması və ustalara zəhmət haqqı kimi pul verə bilmədiyi, təmirin yarımçıq qalması barədə bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumat verib həmin bağ evinin təmiri ilə əlaqədar ona qulluqçusu kimi təqdim etdiyi anası Təqsirləndirilən şəxs2 lazimi məbləğdə pul verməsini istəyib verdiyi pulların əvəzində (müqabilində) sonuncuya öz pulu ilə İtaliya Respublikasının Roma şəhərində 25000 avroya restoran və 27000 avroya ev alacağı, həmin ölkənin vətəndaşlığına qəbul etdirəcəyi və Roma şəhərində yaşayışını təşkil edəcəyi ilə bağlı yalan vədlər verib aldadaraq bu adla anası Təqsirləndirilən şəxs2 vasitəsi ilə kirayədə yaşadıqları Yasamal rayonu H.B.ünvan 1 ünvanın qarşısında Zərərçəkmiş şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə 22.09.2019-cu il tarixdə milli valyuta ilə 2040 (iki min qırx) manat təşkil edən 1200 (bir min iki yüz) ABŞ dolları, 07.10.2019-cu il tarixdə milli valyuta ilə 1530 (bir min beş yüz otuz) manat təşkil edən 900 (doqquz yüz) ABŞ dolları, 14.11.2019-cu il tarixdə milli valyuta ilə 1360 (bir min üç yüz altmış) manat təşkil edən 800 (səkkiz yüz) ABŞ dolları, 28.12.2019-cu il tarixdə 2000 (iki min) manat, 22.01.2020-ci il tarixdə 400 (dörd yüz) manat, 02.02.2020-ci il tarixdə 450 (dörd yüz əlli) manat, 06.03.2020-ci il tarixdə milli valyuta ilə 2550 (iki min beş yüz əlli) manat təşkil edən 1500 (bir min beş yüz) ABŞ dolları, 27.03.2020-ci il tarixdə milli valyuta ilə 3400 (üç min dörd yüz) manat təşkil edən 2000 (iki min) ABŞ dolları, 27.04.2020-ci il tarixdə 2900 (iki min doqquz yüz) manat, 08.05.2020-ci il tarixdə milli valyuta ilə 3400 (üç min dörd yüz) manat təşkil edən 2000 (iki min) ABŞ dolları, 02.06.2020-ci il tarixdə milli valyuta ilə 1530 (bir min beş yüz otuz) manat təşkil edən 900 (doqquz yüz) ABŞ dolları, 19.07.2020-ci il tarixdə 700 (yeddi yüz) manat, 04.08.2020-ci il tarixdə milli valyuta ilə 21250 (iyirmi bir min iki yüz əlli) manat təşkil edən 12500 (on iki min beş yüz) ABŞ dolları, 21.08.2020-ci il tarixdə milli valyuta ilə 11900 (on bir min doqquz yüz) manat təşkil edən 7000 (yeddi min) ABŞ dolları, 29.08.2020-ci il tarixdə milli valyuta ilə 7650 (yeddi min altı yüz əlli) manat təşkil edən 4500 (dörd min beş yüz) ABŞ dolları, 24.09.2020- ci il tarixdə milli valyuta ilə 4250 (dörd min iki yüz əlli) manat təşkil edən 2500 (iki min beş yüz) ABŞ dolları, 22.10.2020-ci il tarixdə milli valyuta ilə 10200 (on min iki yüz) manat təşkil edən 6000 (altı min) ABŞ dolları, 10.12.2020-ci il tarixdə milli valyuta ilə 12325 (on iki min üç yüz iyirmi beş) manat təşkil edən 7250 (yeddi min iki yüz əlli) ABŞ dolları və 24.12.2020-ci il tarixdə milli valyuta ilə 4760 (dörd min yeddi yüz altmış) manat təşkil edən 2800 (iki min səkkiz yüz) ABŞ dolları, cəmi 6450 (altı min dörd yüz əlli) manat və milli valyuta ilə 88145 (səksən səkiz min yüz qırx beş) manat təşkil edən 51850 (əlli bir min səkkiz yüz əlli) ABŞ dolları, ümumilikdə 94595 (doxsan dörd min beş yüz doxsan beş) manat pulu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə qızı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun özü və ailə üzvlərini tanışı Zərərçəkmiş şəxs imkanlı və İtaliya Respublikasının Roma şəhərində müxtəlif mülk sahibləri və zadəgan kimi tanıtması, Roma şəhərində restoran aldıqları, eləcə də özünü qızı Təqsirləndirilən şəxs1 qulluqçusu kimi təqdim edərək onun nəzarəti ilə sonuncuya məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsindəki bağ evini təmir etdirdiyi, pandemiya ilə əlaqədar ölkə sərhədlərinin bağlı olması səbəbindən Təqsirləndirilən şəxs1 Roma şəhərindən Bakı şəhərinə qayıda bilmədiyi üçün bağ evinin təmiri ilə bağlı inşaat materiallarının alınması və ustalara zəhmət haqqı kimi pulu verə bilmədiyi, nəhayətdə təmirin yarımçıq qalması barədə qızı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs dedikləri həqiqətə uyğun olmayan məlumatların yalan olduğunu bilə-bilə həmin məlumatların doğruluğunu təsdiq edərək, guya həmin bağ evinin təmiri ilə əlaqədar qızı X7 Babayevdən ona qulluqçusu kimi lazimi məbləğdə pul verməsini istəyib pulların əvəzində Təqsirləndirilən şəxs1 öz pulu ilə İtaliya Respublikasının Roma şəhərində Zərərçəkmiş şəxs 25000 avroya restoran və 27000 avroya ev alacağı, sonuncunu həmin ölkənin vətəndaşlığına qəbul etdirəcəyi və Roma şəhərində yaşayışını təşkil edəcəyi ilə bağlı yalan vədlər verib aldadaraq bu adla kirayədə yaşadıqları Yasamal rayonu H.B.ünvan 1 ünvanın qarşısında Zərərçəkmiş şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə o, 22.09.2019-cu il tarixdə milli valyuta ilə 2040 (iki min qırx) manat təşkil edən 1200 (bir min iki yüz) ABŞ dolları, 07.10.2019-cu il tarixdə milli valyuta ilə 1530 (bir min beş yüz otuz) manat təşkil edən 900 (doqquz yüz) ABŞ dolları, 14.11.2019-cu il tarixdə milli valyuta ilə 1360 (bir min üç yüz altmış) manat təşkil edən 800 (səkkiz yüz) ABŞ dolları, 28.12.2019-cu il tarixdə 2000 (iki min) manat, 22.01.2020-ci il tarixdə 400 (dörd yüz) manat, 02.02.2020-ci il tarixdə 450 (dörd yüz əlli) manat. 06.03.2020ci il tarixdə milli valyuta ilə 2550 (iki min beş yüz əlli) manat təşkil edən 1500 (bir min beş yüz) ABŞ dolları, 27.03.2020-ci il tarixdə milli valyuta ilə 3400 (üç min dörd yüz) manat təşkil edən 2000 (iki min) ABŞ dolları, 27.04.2020-ci il tarixdə 2900 (iki min doqquz yüz) manat, 08.05.2020-ci il tarixdə milli valyuta ilə 3400 (üç min dörd yüz) manat təşkil edən 2000 (iki min) ABŞ dolları, 02.06.2020-ci il tarixdə milli valyuta ilə 1530 (bir min beş yüz otuz) manat təşkil edən 900 (doqquz yüz) ABŞ dolları. 19.07.2020-ci il tarixdə 700 (yeddi yüz) manat, 04.08.2020-ci il tarixdə milli valyuta ilə 21250 (iyirmi bir min iki yüz əlli) manat təşkil edən 12500 (on iki min beş yüz) ABŞ dolları, 21.08.2020-ci il tarixdə milli valyuta ilə 11900 (on bir min doqquz yüz) manat təşkil edən 7000 (yeddi min) ABŞ dolları, 29.08.2020-ci il tarixdə milli valyuta ilə 7650 (yeddi min altı yüz əlli) manat təşkil edən 4500 (dörd min beş yüz) ABŞ dolları, 24.09.2020-ci il tarixdə milli valyuta ilə 4250 (dörd min iki yüz əlli) manat təşkil edən 2500 (iki min beş yüz) ABŞ dolları, 22.10.2020-ci il tarixdə milli valyuta ilə 10200 (on min iki yüz) manat təşkil edən 6000 (altı min) ABŞ dolları, 10.12.2020-ci il tarixdə milli valyuta ilə 12325 (on iki min üç yüz iyirmi beş) manat təşkil edən 7250 (yeddi min iki yüz əlli) ABŞ dolları və 24.12.2020-ci il tarixdə milli valyuta ilə 4760 (dörd min yeddi yüz altmış) manat təşkil edən 2800 (iki min səkkiz yüz) ABŞ dolları, cəmi 6450 (altı min dörd yüz əlli) manat və milli valyuta ilə 88145 (səksən səkiz min yüz qırx beş) manat təşkil edən 51850 (əlli bir min səkkiz yüz əlli) ABŞ dolları, ümumilikdə 94595 (doxsan dörd min beş yüz doxsan beş) manat pulu vahid niyyətlə alıb qızı Təqsirləndirilən şəxs1 ilə birlikdə ələ keçirərək Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 2018-ci il tarixdə sonuncunun işlədiyi Nərimanov rayonu ərazisindəki avtomobil təmiri yerində olarkən usta kimi tanımış və həmin dövrdə idarə etdiyi dövlət qeydiyyat nişanını unutduğu MG markalı avtomobilini bir dəfə Kamilə təmir etdirmişdir. Həmin zaman Kamillə çox səmimi tanışlığı olduğu üçün sonuncunun mobil telefon nömrəsini götürmüş, hətta Kamilə həyat yoldaşından ayrıldığını, özünü cuhud və Qod Nissanovun qohumu, dayılarının isə İtaliya və Rusiyada yaxşı bizneslərinin olduğunu demişdir. 2019-cu ilin sentyabr ayından 2020-ci ilin fevral ayına kimi ona pul lazım olduğu üçün Kamilə müraciət edərək sonuncudan borc almış və həmin müddətdə də borcunu tam olaraq qaytarmışdır. 2020-ci ilin fevral ayında o, Ketrinq firması qurub yemək biznesini həyata keçirmək istəmişdir. Belə ki, o, Bakı şəhərində icarəyə obyekt götürmək, sonra işə qəbul edəcəyi aşbaz vasitəsi ilə yemək bişirərək kuryer vasitəsi ilə satışını həyata keçirərək pul qazanmaq istəmişdir. Bu fikrini həyata keçirmək, eləcə də kirayədə yaşadığı evin pulunu ödəmək və ilkin işlərə hazırlıq üçün onun pula ehtiyac yaranmışdır. Lakin özünün pulu olmadığı üçün o, bir qədər fikirləşmiş və belə qənaətə gəlmişdir ki, həmin pulu Kamildən alıb şirkəti isə salsın və qazandığı pulla Kamilin pulunu qaytarsın. Bu baxımdan Kamildən pul almaq üçün sonuncunu müəyyən vasitələrlə aldatmalı olmuşdur. O, Kamilə yalandan demişdir ki, anasının adı Zərifədir və sonuncu İtaliyanın meri ilə evlənib və hazırda İtaliyada yaşayır, onların İtaliyada ev və restoranları vardır. Hətta o, Kamilə demişdir ki, guya o, İtaliyadadır və orada anasına məxsus restoranları işlədir. O, Kamilə İtaliyada olduğunu dediyindən sonuncu ilə ancaq vhatsapp proqramı üzərindən yazışıb, danışıqlar aparmışdır. O, Kamildən xahiş etmişdir ki, pandemiya səbəbindən İtaliyadan gələ bilmədiyinə görə guya onun Qala qəsəbəsindəki bağ evinin təmiri ilə bağlı lazım olan pulu Yasamal rayonu H.B.Zərdabi prospekti Ziraat Bankın arxasındakı binanın həyətində qulluqçuları olan Validə nənəyə versin, sonradan o, həmin pulu qaytaracaqdır. Kamil də onun sözünü yerə salmayaraq ona pul verməyi qəbul etmişdir. Həmin dövrdə o, anası Validənin adına olan ***-***-**-** və 050492-88-32 saylı GSM nömrəsi işlətmiş və özü də Bakı şəhərində olaraq müəyyən kosmetoloji xidməti göstərmişdir. O, heç bir zaman İtaliyada olmamışdır. Anası Validə isə ***-***-**-** saylı GSM nömrəsi işlətmişdir, O, vhatsappla Kamillə danışıb, eləcə də mesaj göndərək anası Validə ilə görüşəcəyi vaxtı Kamilə əvvəlcədən demişdir. Kamil 2020-ci iln fevral ayından başlayaraq razılaşdıqdan sonra ilk əvvəllər az məbləğlərdə pulları qulluqçu kimi təqdim etdiyi anası Validəyə verməyə başlamışdır. Anası Validə də onların kirayədə yaşadıqları evin həyətində Kamildən həmin pulları alıb sonradan mənzilə qalxaraq həmin günü ona vermişdir. Həmin gün o, Kamilə vhatsappla yazaraq pulu aldıqlarını bildirib sonuncuya təşəkkür etmişdir. Hətta o, 2020-ci ilin may-iyun ayında Kamilə demişdir ki, pandemiya səbəbindən o, Bakı şəhərinə gələ bilmədiyi üçün bağ evinin təmiri ilə bağlı verdiyi pulu qaytara bilmir. Bu baxımdan o, Kamilə yalandan təklif etmişdir ki, bağ evinin təmiri ilə bağlı verdiyi pıılun əvəzinə o, sonuncuya İtaliyadan 25000 avroya restoran alsın, pulun qalan hissəsini də Bakı şəhərinə gəldikdə haqq-hesab edərlər. Kamil əvvəl 25000 avro məbləğində pulunun olmadığını bildirsə də o, sonuncuya “Romadan sənin üçün alacağım restoranı sonradan arendaya verərəm, həm arendadan, həm də özünün qazandığın pulla mülk sahibi olarsan” ifadəsini işlətmişdir. O, internetdən bir restoranın fotosunu vhatsappla Kamilə göndərmiş və həmin restoranı Kamil üçün almaq istədiyimi demişdir. Kamil də həmin fotosuna baxdığı restoranı bəyəndiyini ona bildirmişdir. 2020-ci ilin iyul ayında o. Kamilə Romadan öz restoranlarının yanından sonuncu üçün restoran aldığını yazmışdır. Ona görə də Kamil bağ evinin təmiri ilə bağlı sonuncudan istədiyi məbləği həmin dövrdə onun anası Validəyə verməkdə davam etmişdir. O, bir qədər sonra Kamilə vhatsappla yazmışdır ki, sonuncu üçün aldığı restoranın bir hissəsini təmir edərək arendaya vermişdir. 2020-ci ilin avqust ayına kimi onlar Yasamal rayonu H.B.Zərdabi prospektindəki mənzildə kirayədə yaşamışlar. Əvvəl o, anası Validəyə Kamildən pulların nə adla alınmasını deməsə də, sonuncu valideyn kimi onu sorğu-suala tutduqda o. məcbur olaraq işin əsl mahiyyətini anası Validəyə demişdir. Belə ki, o, anasına “Kamilə yalandan demişəm ki. Qala qəsəbəsində bağ evimiz var və həmin evin təmiri ilə bağlı mənə pul lazımdır, Kamildə mənim sözlərimə inanaraq mənə pul verir ifadəsini işlətmişdir. 2020-ci ilin avqust ayında o, Türkiyədə gözəllik salonu və yemək biznesini qurmaq üçün anası Validə ilə birlikdə həmin ölkəyə getmişlər. Türkiyədə işi qura bilmədiyi üçün oradan Belarusiyaya getmiş və orada da biznes planını həyata keçirə bilmədiyini görüb 2020-ci ilin sentyabr aıyında Azərbaycana qayıtmışdır. Bir müddət Bakı şəhərində Yasamal rayonu ərazisində İnşaatçılar metrosunun yaxınlığındakı evlərin birində 15 gün müddətdə kirayədə yaşamışlar. Yenə o, Kamillə vhatsappla yazışaraq və danışaraq sonuncudan anası Validənin vasitəsi ilə eyni yerdə Qala qəsəbəsindəki bağ evinin təmiri ilə bağlı pul almaqda davam etmişdir. Hətta 2020-ci ilin avqust-sentyabr ayında o, Kamilə “ gəl sənə Romadan 27000 avroya ev də alım ki, sən İtaliyaya gəldikdə öz evində yaşayasan” ifadəsini işlətmişdir. O, Kamilə yenə demişdir ki, özündən pul qoyaraq sonuncuya İtaliyadan ev alar. Kamil də onun Qala qəsəbəsindəki bağ evinə lazım olan maddi dəstəyi göstərər. Kamil razılıq verdiyi üçün guya sonradan o, sonuncuya yazmışdır ki, İtaliyadan 27000 avroya Kamilə ev almışdır. Kamil həmin zaman ona çox razılıq edib minnətdarlıq bildirmişdir. Kamildən eyni adla pul aldıqdan sonra o, yenə də anası Validə ilə birlikdə Türkiyəyə (İstanbula) gedərək orada otellərdə yaşayaraq iş axtarmağa başlamışdır. Pandemiya səbəbindən İstanbulda gözəllik salonları və kafelər bağlı qaldığı və ya müəyyən məhdudiyyətlər olduğu üçün o, orada iş qura, eləcə də pul qazanaraq Kamilin pulunu qaytara bilməmişdir. Sonuncu pulu anası Validə 24.12.2020-ci il tarixdə Kamildən almış və o, hesablamışdır ki, Kamildən ümumilikdə 55.650 dollar pul almışdır. Sonuncu pulu aldıqdan sonra 25.12.2020-ci il tarixdə o, yenə də anası Validə ilə birlikdə İstanbula getmişdir. Oradan Kamillə vhatsaplla danışığını davam etdirib bildirmişdir ki, guya o, İtaliyadadır və pandemiya səbəbindən Bakıya qayıda bilmir, qayıdan kimi Kamilin pulunu qaytaracaqdır. 2021-ci ilin mart ayına kimi o, anası ilə birlikdə İstanbulda qalmış, lakin istədiyi kimi işini qura bilməmişdir. Sonuncu pul alınandan sonra Kamilin ondan narazı olmasını öyrənmiş və yalanlarının ortaya çığmaması, Kamilin onları axtarmaması və sonuncunun pulunu qaytara bilməyəcəkləri üçün o anası Validə ilə birlikdə Bakı şəhərinə gəldikdən sonra GSM nömrələrini dəyişmişlər. O, həmin zaman anası Validənin adına aldığı ***-***-**-** və 050-584-06- 14 saylı, anası Validə isə ***-***-**-** və ***-***-**-** saylı GSM nömrələri istifadə etməyə başlamışlar. Sonuncu dəfə o, Suraxanı rayonu Hovsan qəsəbəsində yerləşən MİDAya məxsus sosial evlərdə anası Validə və oğlu Elçinlə birlikdə yaşamağa başlamışdır. 01.10.2021-ci il tarixdə o, Yasamal rayon A. Abbasov küçəsində mağazaya girərkən polis əməkdaşları tərəfindən saxlanılmış və istintaq şöbəsinə təhvil verilmişdir. Saxlanılarkən Kamilin onun barəsində şikayət etməsini bilməmişdir. Bundan başqa bildirmişdir ki, anası Təqsirləndirilən şəxs2 onun əməllərindən xəbəri olmamış. Anası Təqsirləndirilən şəxs2 ona pul gətirəcəklərini və həmin pulu götürməli olduğunu o, demişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, 2019-cu ilin sentyabr ayında qızı İlahəxanım ona demişdir ki, “nənə Kamil adlı bir tanışım var, o, kirayədə yaşadığımız Yasamal rayonu H.B.Zərdabi küçəsi 71/A saylı binanın həyətinə gələcək və binanın həyətinə düşərək ondan verəcəyi pulu alarsan”. O, da 2019-cu ilin sentyabr ayından 2020-ci ilin dekabr ayına kimi olan müddətdə hər dəfə Kamillə mobil telefonla danışaraq həmin pulları Yasamal rayonu H.B.Zərdabi küçəsi 71/A saylı binanın həyətinə düşərək Kamildən alıb sonradan qızı İlahəxanıma vermişdir. 2020-ci ilin avqust ayında qızı İlahəxanımın Türkiyədə iş qurması məqsədi ilə sonuncu ilə birlikdə həmin ölkəyə getmişlər. Hətta nəvəsi Şahid3 da onlarla birlikdə Türkiyəyə gedərək orada işləməyə başlamışdır. Türkiyədə müəyyən müddət yaşasalar da qızı İlahəxanım istədiyi işi qura bilmədiyi üçün onlar oradan Belorusiyaya getmişlər. Amma nəvəsi Elçin Türkiyədə qalaraq işini davam etdirməyə başlamışdır. İlahəxanım Belorusiyada da istədiyi işi qura bilmədiyi üçün oradan birbaşa Bakı şəhərinə qayıtmışlar. Bakıya gəldikdən müəyyən müddət sonra o, Kamillə görüşüb sonuncudan müəyyən məbləğdə pul almış və həmin pulla yenidən iş qurmaq üçün o, qızı İlahəxanımla Türkiyəyə getmişlər. 2020-ci ilin avqust ayından 2021-ci ilin mart ayına kimi ümumilikdə o 4 dəfə, qızı İlahəxanım isə 3 dəfə Türkiyəyə gedərək orada 15- 20 gün müddətində, sonuncu dəfə isə 2020-ci ilin dekabr ayından 2021-ci ilin mart ayına kimi olan 3 ay müddətində İstanbulda otellərdə qalmışlar. Hər dəfə Türkiyədən Bakı şəhərinə gəldikdə o, Kamillə hər dəfə eyni ünvanda görüşüb Qala qəsəbəsindəki bağ evinin təmiri ilə bağlı sonuncudan pul almaqda davam etmişdir. İlk əvvəllər o, qızı İlahəxanımın Kamildən nə məqsədlə pul almasını bilməsə də, 2020-ci ilin yanvar-fevral ayında qızından öyrənmişdir ki, həmin pullar onların Qala qəsəbəsindəki bağ evlərinin təmiri ilə bağlı alınmışdır. Amma əslində onların Qala qəsəbəsində heç bir evləri və torpaq sahələri olmamışdır. Qızı İlahəxanım demişdir ki, həmin pulları Kamilə qaytaracaqdır. Bu məqsədlə İlahəxanım Türkiyə və Belarusiyayada iş qurub, işləmək və qazanılan pulla Kamilin pulunu qaytarmaq üçün onunla birlikdə həmin ölkələrə getmişdir. Amma İlahəxanım orada iş qura bilməmiş və Kamildən alınan pullar həmin ölkələrdə təyyarə bileti, yol xərci, otel və digər yerlərə xərclənmişdir. O, əvvəllər də qızı İlahəxanıma “Kamildən pul alma, qaytara bilməyəndə biz biyabır olacağıq” ifadəsini işlətmiş, amma qızı İlahəxanım demişdir ki, gözəllik salonu və yemək bişirmə şirkəti açaraq işləməklə əldə etdiyi qazancla Kamilin pulunu qaytaracaqdır. Sonuncu pul alandan sonra Kamilin onlardan narazı olmasını öyrənmiş və yalanlarının ortaya çıxmaması, Kamilin pulunu qaytara bilməyəcəkləri üçün onlar 2021- ci ilin mart ayında Bakı şəhərinə gəldikdən sonra GSM nömrələrimizi dəyişmişlər. O, həmin zaman ***-***-**-** və ***-***-**-** saylı, qızı İlahəxanım isə ***-***-**-** və ***-***-**-** saylı GSM nömrələri istifadə etməyə başlamışdır. 2021-ci ilin mart ayında Bakıya qayıtdıqdan sonra Yasamal rayonu İnşaatçılar metrosunun yaxınlığında və hazırda yaşadıqları evdə kirayədə yaşamağa başlamışlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə baxışı və ibtidai istintaq zamanı verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla ağır ittihamdan yayınmaq məqsədi güdür və iş materiallarında olan digər sübutlarla tam təkzib edilir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında və ibtidai istintaq zamanı verdiyi ifadələri Təqsirləndirilən şəxs2 müdafiə etmək xarakteri daşımaqla onun cinayət məsuliyyətindən azad olunması məqsədini güdür və iş materiallarında olan digər sübutlarla tam təkzib edilir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2018-ci il tarixdən tanımışdır. İlahəxanım həmin müddətdə onun iş yerinə 3-4 dəfə gələrək idarə etdiyi Çin istehsallı avtomobilini ona təmir etdirmişdir. İlahə ona cuhud olmasını, anası Zərifə ilə Qod Nisanovun xala oğlu-xala qızı olmasını, dayısının Moskvada, İtaliyada və İsraildə biznesmen olduqlarını bildirmişdir. İlahə öz anasının adını ona Zərifə kimi tanıtmışdır. 2019-cu ilin mart ayında İlahə özünə məxsus ***-***-**-** və ya ***-***-**-** saylı GSM nömrədən vhatappla zəng edərək Türkiyədə olduğunu və evində qulluqçusu olan adını ona “Validə nənə” kimi bildirdiyi şəxsin müalicəsi ilə bağlı tələb olunan məbləğdən 300 manat pulunun çatmadığını bildirmiş və ondan xahiş etmişdir ki, 300 manat pulu o, nənəyə çatdırsın və həmin pulu özü ona qaytaracaqdır. İlahə ona demişdir ki, həmin pulu Yasanmal rayonu H.B.Zərdabi prospektində yerləşən Ziraat Bankın yaxınlığında olan bir binanın həyətində nənəyə (yəni qulluqçusuna) versin, hətta İlahə ona qulluqçusu olan Validə nəninin istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsini vermişdir. O, razılaşaraq səhərisi gün qeyd edilən ünvana getmiş və qulluqçu olan Validə nənənin istifadəsində olan GSM nömrəsinə zəng edərək sonuncu ilə Yasanmal rayonu H.B.Zərdabi prospektində yerləşən Ziraat Bankın yaxınlığında olan bir binanın həyətində görüşmüş və 300 manat pulu sonuncuya vermişdir. O, sona qədər nənənin adını Validə kimi bilsə də sonradan istintaqda olanda sonuncunun Təqsirləndirilən şəxs2 olmasını öyrənmişdir. O, 300 manatı Validəyə verdiyində sonuncu təsdiq etmişdir ki, əməliyyat olunmalıdır və 300 manat pulu çatmır. 10-15 gün sonra İlahə ilə Bakı şəhəri Nərimanov rayonunda görüşmüş və sonuncu 300 manatı ona qaytarmışdır. Söhbət zamanı İlahə ona demişdir ki, Mərdəkan qəsəbəsində bağ evi tikdirir və əlavə olaraq Qala qəsəbəsində torpaq sahələri vardır. 2019cu ilin aprel-may ayında İlahəxanım ona vhatappla zəng edərək Azərbaycanda olmadığını və Qala qəsəbəsindəki evin təmiri ilə bağlı ustanın zəhmət haqqı kimi 500 manat pula ehtiyac olduğunu bildirmiş və həmin məbləği Validə nənəyə verməyini ondan xahiş etmişdir. O, da İlahəyə razılıq verərək Yasanmal rayonu H.B.Zərdabi prospektində yerləşən Ziraat Bankın yaxınlığında binanın həyətinə getmiş və 500 manat pulu görüşərək Validəyə vermişdir. O, bütün pulları ancaq Yasanmal rayonu H.B.Zərdabi prospektində yerləşən Ziraat Bankın yaxınlığındakı binanın həyətində Validəyə vermişdir. Validə pulu aldıqda ona “İlahə mənim başıma iş açıb, mən yaşlı adamam, hər dəfə təmirlə bağlı Qala qəsəbəsindəki bağ evinə gedib-gəlirəm, əziyyət çəkirəm” ifadəsini işlətmişdir. Validə həmin vaxtı İlahənin Qala qəsəbəsində bağ evi tikdirməsini təsdiq etmiş və bu təmirə görə İlahənin arxasınca gileylənməyə başlamışdır. Həmin müddətdən 20 gün sonra İlahə ona vatsappla zəng etdikdən sonra 500 manat pulu Validədən həmin yerdən geri almışdır. Sonrakı gün İlahə ilə danışdıqda sonuncu ona bildirirmiş ki, əvvəllər Qala qəsəbəsində başqa bağ evi tikdirib satmış, Qala qəsəbəsində əlavə torpaq sahələri vardır və satışı ilə məşğul olmaq istəyir. 2019-cu ilin may-iyun ayında İlahə yenə də ona vhatsapla zəng edərərk Türkiyədə olduğunu və bağ evinin təmiri ilə bağlı Validəyə 600 manat pul verməyini ondan xahiş etmişdir. O, da 7- 10 gün sonra 600 manat pulu Validəyə eyni ünvanda vermişdir. İlahə ilə danışdıqda sonuncu ona demişdir ki, ‘Türkiyədə yaxın qohumlarının yanında çox böyük bizneslə məşğuldur”. İlahə ona vhatsapla bir qadının fotosunu göndərək anası Zərifə olduğunu və anasının İtaliya meri ilə evləndiyini və hazırda anası Zərifənin İtaliyada yaşadığını bildirmişdir. X18 adlı oğlunun fotosunu ona gönərərək Toğrulun hazırda İtaliyada olduğunu və onun keçmiş əri Vüqarın orada aldığı oteli işlətdiyini bildirmişdir. Amma o, sonradan İlahənin oğlunun əsl adının Elçin olduğunu öyrənmişdir. Bir müddət sonra İlahənin ona zəngindən sonra 600 manat pulu Validədən eyni ünvanda qeri almışdır. 2019-cu ilin sentyabr ayında İlahə ona vhatsappla zəng edərək özünün hazırda İtaliya Respublikasının Roma şəhərində olduğunu və anasının Romada aldığı mülkləri işlətdiyini və Bakı şəhərinə gələ bilmədiyini. Qala qəsəbəsindəki bağ evinin təmiri ilə bağlı pula ehtiyac olduğunu ona bildirmiş və ondan qulluqçusu kimi təqdim etdiyi Validəyə müəyyən məbləğdə pul verməyini xahiş etmişdir. O, razılıq verərək hazırda tam olaraq xatırlamadığı məbləğdə pulu Validəyə Yasamal rayonu H.B.Zərdabi prospektində eyni ünvanda vermişdir. Onun verdiyi bütün pulların dəqiq məbləği vhatsapdakı yazışmalarda mövcuddur və həmin proqrama baxaraq pulların dəqiq məbləği və verdiyi tarixləri sonradan istintaqa təqdim edəcəkdir. İlahə ilə vhatsappla yazışarkən sonuncu ona bildirmişdir ki, anasının Romada xeyli sayda evi və restoranı vardır. İlahənin biznesmen qadın olması, İtaliyada xeyli sayda mülklərə sahib olması, cuhud kimi Qod Nisanovun qohumu olması və ona verdiyi əlavə məlumatlara inanaraq Qala qəsəbəsindəki bağ evinin təmiri ilə bağlı Validə adlı qulluqçuya pul verməyə başlamışdır. Özünün verməyə pulu olmadığı üçün 2020-ci ilin mart-aprel ayında tanışı Şahid2 borca 10000 (on min) dollar pul almış və həmin məbləği də Elşənin yanında Validəyə vermişdir. 2020-ci ilin may-iyun ayına kimi Qala qəsəbəsindəki bağ evinin təmiri ilə bağlı Validəyə 20000 dollar pul vermişdir. Eləcə də 2020-ci ilin yanvar-fevral ayından başlayaraq Avropada karantin rejimi elan olunmuş və bundan sonra İlahə ona İtaliyadan Bakı şəhərinə qayıda bilmədiyini bildirmişdir. 2020-ci ilin may-iyun ayında İlahə ona pandemiya ilə bağlı Romada bir çox restoranların bağlandığını, mülk sahiblərinin restoranlarını ucuz qiymətə satdıqlarını, anası Zərifənin Romada ucuz qiymətə 2 ədəd restoran aldığını bildirmiş və ona “Qala qəsəbəsindəki bağın təmiri ilə bağlı Validəyə verdiyin pulun əvəzinə mən sənə Romada 25000 avroya restoran alım” ifadəsini işlətmişdir. Hətta İlahə ona “atalığım hökümət adamı olduğu üçün bank vasitəsi ilə Romadan Bakıya pul köçürməsinə icazə vermir, amma istəyirsənsə bağa görə verdiyin pulun əvəzinə mən sənə Romada restoran alım” ifadəsini işlətmişdir. O, Romada restotran almaq üçün pulu olmadığını dedikdə İlahə ona təklif etmişdir ki, “Romada özündən pul qoymaqla ona restoran alsın, restorana görə verdiyi artıq pulu o, da hissə-hissə Qala qəsəbəsindəki bağ evinin təmirinə yönəltsin”. O, bu təklifi eşidib sevinmiş və razılıq vermişdir ki, İlahə ona Romada restoran alsın, o, da bağa təmir üçün pul lazım olduqda tapıb Validəyə versin. 2020-ci ilin iyun ayında İlahə vhatsappla ona yazaraq bildirmişdir ki, onun adına Romada çox da böyük olmayan bir restoran alıb, amma İtaliyaya gəldikdən və vətəndaşlıq aldıqdan sonra restoranı onun adına qeydiyyata saldıracaq. Hətta İlahə qeyd etmişdir ki, ona aldığı restoran onların Romadakı restoranın yaxınlığında yerləşir. O, da çox sevinmişdir ki, Romada mülk sahibidir. Bu baxımdan o, İlahənin istəyi üzrə ümümvətəndaşlıq pasportunu İlahəyə göndərmişdir ki, sonuncu restoranı onun adına yazdırsın. İlahə ona demişdir ki, İtaliya vətəndaşlığına qəbulla bağlı onun ümümvətəndaşlıq pasportunu səfirliyə təqdim edəcəkdir, bundan sonra o, İlahənin istəyi üzrə Qala qəsəbəsindəki sonuncuya məxsus bağın təmiri ilə bağlı Validəyə pul ödəməkdə davam etmişdir. İlahənin anası kimi bildiyi Zərifə xanım ona xarici nömrə ilə vhatsappla mesaj göndərək bildirirmiş ki, “Qala qəsəbəsindəki bağ evində saxladığı Lexus 570 markalı avtomobili İtaliyadan Bakı şəhərinə gəldikdə ona verəcəkdir”. O, da İlahənin bağ evinin təmiri ilə bağlı sonuncunun istədiyi pulu verə bilmədikdə əmisioğlu Farizdən 2020-ci ilin iyun- iyul ayında 15000 dollar borca pul almış və həmin pulu hissə-hissə olaraq Validəyə vermişdir. Pulu hər dəfə Validəyə verdikdən sonra İlahə ilə vatsappla yazışarkən pulun alınmasını sonuncu təsdiq edirmiş. İlahə ona sonradan təklif etmişdir ki, o, Romaya gəldikdə oteldə qalmaması üçün ona Romadan ev alsın. İlahə onu inandırmışdır ki, “pandemiya səbəbindən Romada evlər çox ucuşlaşıb və ona 27000 avroya ev ala bilər”. O, İlahəyə maddi imkanının olmadığı bildirdikdə sonuncu ona demişdir ki, “ona aldığı restoranı təmir etdirib və 3/1 -ni arendaya verib”. İlahə ona “istəmirəm ki, sən İtaliyaya gəlib otellərdə yaşayasan, mən özümün pulumla Romadan sənə ev alacam, restoranın arendasından yığılan pulla öz pulumu götürərəm” ifadəsini işlətmişdir. O, fikirləşmişdir ki, restorandan götürəcəyi arenda pulunun üzərində bir qədər pul qoyaraq Romadan ev almaq olar. Buna görə İlahənin ona İtaliyanın Roma şəhərindən ev almasına razılıq vermişdir. 2020-ci ilin iyul ayında İlahə ona vhatsappla zəng edərək ona Romada ev aldığını bildirmiş və ona təklif etmişdir ki, o və digər ailə üzvləri ingilis dilini öyrənsinlər ki, Romaya gəldikləri zaman ona alınan obyektləri özləri işlətsinlər. O, da İlahənin istəyi üzrə hissə-hissə özündən Validəyə pul verməkdə davam etmişdir. Validə ilə görüşdükdə sonuncu da ona “uşaqları İtaliyada karantinə alıblar, bayıra çıxa bilmirlər. İlahənin keçmiş əri Vüqar onların Qala qəsəbəsindəki bağ evinə bitişik əlavə torpaq sahəsi alıb ki, orada hovuz tikilsin, mən də yaşlı adamam, niyə mənə artıq iş yükləyirsən, gedibgəlməkdə çətinlik çəkirəm axı” ifadəsini işlədirmiş. İlahə onu əmin etmişdir ki, “atalığının İtaliyada üzümçülük və mebel sexləri vardır”. Validə ilə görüşdükdə sonuncu da təsdiq edərək ona “İlahənin anası Zərifənin İtaliyada geniş əlaqələri vardır və sənə İtaliyada yaxşı şərait yaradıb”. İfadəsini işlətmişdir. İlahə ona demişdir ki, “anası Zərifə və qohumları noyabr ayında Bakı şəhərinə gəlməlidir və ona olan borcıınu bağlayacaqdır”. Lakin İlahə pandemiya səbəbindən yolların açılmadığını bildirərək qəsdən görüş vaxtını uzatmışdır. O, da İlahənin bu dediklərinə inanmışdır. O, sonuncu dəfə 2020-ci ilin dekabr ayında Validəyə eyni ünvanda pul vermiş və hesablamışdır ki, İlahənin istəyi üzrə ümumilikdə Validəyə 55.650 dollar pul vermişdir. Amma Validə ondan axırıncı dəfə pul aldığı zaman sonuncunun əlinin əsdiyini və sanki nədənsə qorxduğunu görmüşdür. Lakin həmin müddətdən sonra İlahə ona demişdir ki, anası Bakı şəhərindədir və onunla görüşəcəkdir. O, da İlahəyə və anası Zərifənin nömrəsinə vhatsappla yazdıqda görmüşdür ki, mesaj getməmiş, sonradan sonuncularla əlaqə saxlaya bilməmişdir. Bundan sonra o, pulları verdiyi yerə gedərərk Validəni xeyli müddət orada axtarmağa başlamışdır. Validənin həmin binada hansı mənzildə yaşadığını bilmədiyi üçün dəfələrlə sonuncunu həyətdə gözləmiş, lakin tapa bilməmişdir. Lakin sonradan öyrənmişdir ki, İlahənin Zərifə adlı anası olmayıb, əslində qulluqçu kimi bildirdiyi və pulu verdiyi şəxs onun anası Validə olmuşdur və Validə də pulu verilən yerin yaxlınlığındakı binada kirayəçi kimi yaşasa da sonradan oradan getmişlər. Ümumilikdə ona dəymiş 55650 ABŞ dolları maddi ziyanın ödənilməsini tələb edir. Cinayət işinin materiallarına əlavə edilmiş 24 noyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 Məmməd qızı arasında üzləşmə keçirilmişdir. Zərərçəkmiş şəxs üzləşmə zamanı ifadəsində göstərdiyi xüsusatları İlahəxamm Məmmədovanın üzünə qarşı bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 09 noyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında üzləşmə keçirilmişdir. Zərərçəkmiş şəxs üzləşmə zamanı ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Nərimanov rayonu Ə.Əliyev küçəsi ev 26 mənzil 1162-də ailə üzvləri ilə birlikdə yaşayır. Satış meneceri vəzifəsində işlədiyi “Azviir” tikinti şirkətinin ofisi Yasamal rayonu ərazisində “Qələbə” dairəsinin yaxınlığındakı “Baku Mail” Ticarət Mərkəzində yerləşir. Zərərçəkmiş şəxs Ağəli oğlunu 10 ildir qonşu kimi tanıyır, sonuncu ilə çox yaxın münasibəti vardır, ailəvi olaraq bir-birinin evinə gedib-gəlirlər, hətta övladları da eyni orta məktəbdə təhsil alır. 2020-ci ilin mart-aprel ayında Kamillə yaşadığı evin həyətində görüşdükdə sonuncu ondan borca 10000 (on min) dollar pul istəmiş və bildirmişdir ki, həmin pulu 3 ay müddətinə ona qaytaracaqdır. O, da həmin pulu sabah verəcəyini Kamilə demişdir. Səhərisi gün Kamil ona zəng edərək borca istədiyi pulu götürmək üçün onunla görüşmək istədiyini bildirmişdir. O, da Kamilə “Baku Mail” Ticarət Mərkəzinə gəlməsini bildirmişdir. Kamil saat 11.30 radələrinə Qələbə dairəsinin yaxınlığında yerləşən “Baku Mail” Ticarət Mərkəzinə gəldikdə o, 10000 dollar pulu sonuncuya vermək üçün həyətə düşmüşdür. Kamil ondan 10000 dollar pulu almış və birlikdə bir yerə getməyi ondan xahiş etmişdir. O, da Kamilin idarə etdiyi Toyota Camry markalı avtomobilə əyləşmiş və Yasamal rayonu H.B.Zərdabi prospektində yerləşən Ziraat Bankın yaxınlığında olan bir binanın həyətinə getmişlər. O, avtomobildə qalmış və Kamil isə ondan alınan pulu götürərək təxminən 3-4 metr aralıda dayanmış 60-70 yaşlı orta boylu bir qadınla görüşmüşdür. Kamil ondan aldığı pulu həmin qadına vermiş və təxminən 3-4 dəqiqə sonra geri qayıtmışdır. Kamillə həmin qadın çox sakit söhbət apardıqları üçün onları eşidə bilməmiş, utandığı üçün 10000 dollar pulu niyə həmin qadına verməsini Kamildən soruşmamışdır. Təxminən 4-5 ay sonra Kamillə görüşdükdə sonuncu ona demişdir ki, müəyyən problemlər olduğu üçün pulu qaytara bilmir, amma yaxın günlərdə xeyir xəbər olacaqdır. Lakin 2020-ci ilin dekabr ayında o, Kamildən öyrənmişdir ki, ondan aldığı pulun üzərinə də özündən də pul qoyaraq ümumilikdə 55.650 dollar pulu tanışı İlahə adlı qadına çatdırılması üçün sonuncunun dayəsinə verib ki, İlahə ona İtaliyadan restoran və ev alsın. Həmin dayə isə Kamilin ondan aldığı pulu verdiyi zaman onun gördüyü həmin qadın imiş. Lakin sonradan İlahə onu aldadaraq pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Eləcə də o, Kamildən öyrənmişdir ki, sonuncu əmisi oğlu olan Farizdən də 15000 dollar pul alaraq həmin pulu İlahəyə verdiyi pulun üzərinə qoyubmuş. Hazır ki vaxtadək Kamil ondan aldığı pulu qaytarmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Ağəli oğlu onun qohumudur və ataları əmimoğlu olmuşlar. Eyni zamanda onun Kamillə çox yaxın münasibəti vardır və ailəvi olaraq bir-birinin evinə gedib-gəlirlər. 2020-ci ilin avqust ayının əvvəllərində Kamillə görüşdükdə sonuncu ondan borca 15000 (on beş min) dollar pul istəmiş və ona “əlimdə bir işim var, onu qurtarıb sənin pulunu qaytaracam” ifadəsini işlətmişdir. O, səhərisi gün Kamilin işlədiyi Nərimanov rayonu Ə.Rəcəbli küçəsində yerləşən avtomobil təmiri yerinə getmiş və 15000 ABŞ dolları pulu təklikdə Kamilə vermişdir. Kamil ondan 15000 dollar pulu almış və əlindəki işi bitirdikdən sonra həmin pulu ona qaytaracağını demişdir. Hazırki vaxtadək Kamil onun pulunu qaytarmamış, eləcə də o, Kamildən heç bir zaman niyə pulunu qaytarmamasını soruşmamışdır. Amma sonradan Kamil ona demişdir ki, ondan və dostu Elşən adlı şəxsdən aldığı pulların üzərinə özündən də pul qoyaraq ümumilikdə 55.650 ABŞ dolları pulu İlahəxanım adlı qızın anasına verib ki, İlahəxanım ona İtaliyadan ev və restoran alsın. Kamil də İlahəxanımın sözlərinə inanaraq həmin pulu onun anasına guya Qala qəsəbəsindəki evin təmiri ilə bağlı Validə adlı şəxsə verirmiş. Sonradan Kamil öyrənib ki, İlahəxanım adlı qız onu dələduzluq yolu ilə aldadaraq bütün pullarını ələ keçirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, MİDA-ya məxsus Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən sosial evlərdə nənəsi Təqsirləndirilən şəxs2 ilə birlikdə kirayədə yaşayır. X1r. Onun 2 yaşı olduğu zaman atası Zeynalov Vidadi onları ataraq başqa ailəsi ilə yaşamağa başlamışdır. O, 12-13 yaşından işləyərək ailəyə maddi dəstək olmağa çalışmışdır. Nənəsi Validə yaşlı və xəstəliyi olan qadındır və sonuncu heç bir yerdə işləmir. Onun anası İlahəxamm isə kosmetoloji xidmətlə məşğul olaraq ailəni saxlamağa çalışırmış. O, 23 yaşından etibarən taksi fəaliyyəti ilə məşğul olmuş, indi də “Autosel” lizinq şirkətindən aylıq olaraq “Toyota Prius” markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobili götürərək taksi fəaliyyəti ilə məşğuldur. 01.10.2021-ci il tarixdə onun anası İlahəxamm Yasamal RPİ-nin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra o, polisdə olarkən öyrənmişdir ki, anası İlahəxamm 2019-cu ilin sentyabr ayından 2020-ci ilin dekabr ayına kimi olan müddətdə Kamil adlı şəxsə yalandan guya İtaliyada olmasını, pandemiya səbəbindən Bakı şəhərinə gələ bilmədiyini, bu baxımdan Qala qəsəbəsində guya onlara məxsus bağ evlərinin təmirinə lazım olan maddi dəstəyi verə bilmədiyini və pula ehtiyac yaranmasını demiş və bu adla Kamildən pul almağa davam etmiş, pulu isə Kamil onların əvvəllər kirayədə yaşadıqları Yasamal rayonu H.B.Zərdabi proespekti 71 A saylı binanın həyətində onun nənəsi Validəyə, sonuncu isə aldığı məbləği İlahəxanıma verirmiş, sonradan onun anası İlahəxamm Kamilə başqa yalan danışaraq guya sonuncuya İtaliyadan 25000 avroya restoran və 27000 avroya ev aldığım demiş və bu adla guya İtaliyadan alınmış restoran və evə görə ödədiyi pulun əvəzinə Kamildən Qala qəsəbəsindəki bağ evinin təmiri ilə bağlı onun nənəsi Validəyə pul verməsini istəyib, Kamil də restoran və ev alınmasım bildikdən sonra həmin mülklərə görə onun nənəsi Validəyə ümumilikdə 55.650 dollar pul vermişdir. O, bu pulları görməmiş, anası İlahəxamm və nənəsi Validə ümumiyyətlə bu barədə ona heç bir söz deməmiş, O, bütün olanları anası İlahəxamm tutulduqdan sonra öyrənmişdir. O, həmişə öz pulunu qazanan olmuş, taksi fəaliyyəti ilə məşğul olub anası İlahəxanıma da maddi dəstək də göstərmişdir. Hətta 2020-ci il tarixdə anası İlahəxamm ona təklif etmişdir ki, birlikdə işləmək üçün İstanbula getsinlər. Onun anası İlahəxamm həmişə işləmiş və evə baxmışdır. O, İstanbula getməyə razılıq verdikdə də anası İlahəxanımm Kamildən pul aldığını bilməmişdir. Çünki anası İlahəxamm həqiqətən də İstanbula işləmək üçün gedirmiş. O, rus dilini bildiyi üçün özü də İstanbulda ruslara məxsus mağazada satıcılıq edirmiş. Sonradan anası İlahəxamm və nənəsi Validə birlikdə işləmək üçün 2020- ci ilin avqust ayında İstanbuldan Belorusiyaya getsələr də o, İstanbulda qalaraq işləməyə davam etmişdir. 2020-ci ilin dekabr ayında anası yenidən İstanbula gəlmiş və orada kosmetoloji xidmətlə məşğul olmağa başlamışlar. 2021 -ci ilin mart ayında o, anası İlahəxanımm təkidi ilə İstanbuldan Bakı şəhərinə qayıtmışlar. O, İstanbulda qalıb işləmək istəsə də anası İlahəxanımın tək olduğunu düşündüyündən sonuncunu tək buraxa bilməmişdir. O, Bakı şəhərinə qayıtdıqdan sonra yenə də taksi fəaliyyəti ilə məşğul olurmuş. O, 2019-cu ilin sentyabr ayından 2020-ci ilin dekabr ayına kimi olan müddətdə Zərərçəkmiş şəxs adlı birisini tanımamış, sonuncunu görməmiş və heç bir vaxt Kamillə kontakta girib söhbət etməmişdir. O, Zərərçəkmiş şəxs sadəcə anası İlahəxanımın həbs olunandan sonra istintaq orqanında görmüşdür. Eyni zamanda o, 2019-cu ilin sentyabr ayından 2020-ci ilin dekabr ayına kimi olan müddətdə anası İlahəxanımdan heç bir məbləğdə pul və həmin pulla əldə edilmiş heç bir hədiyyə almamışdır. Anası İlahəxanım həbs edildikdən sonra sonuncu ona “Kamildən pul almağımı özüm sənə qəsdən demədim ki, sən Kamillə olan münasibətindən pis nəticə çıxarmayasan” ifadəsini işlətmişdir. Şahid3 bildirmişdir ki, onun psixoloji, narkoloji və digər xəstəliyi olmadığını və onlardan da əziyyət çəkmədiyini bildirmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs1 özünü ona verilmiş ittihamla təqsirli bilməsinə, lakin Təqsirləndirilən şəxs2 özünü ona verilmiş ittihamda təqsirli bilməməsinə baxmayaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin onlara istinad edilən cinayət əməllərində təqsirli olmaları zərəzçəkmiş şəxsin və sahidlərin ifadələri ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı mötəbər və təkzibedilməz sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş 04 noyabr 2021-ci il tarixli "xxxx" protokoldan görünür ki, istintaq zamanı Azercell MMC-dən zəng, sms və antenaya aid məlumatlar köçürülərək təqdim edilmiş 1 ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-**, 050- 492-88-32, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı GSM nömrələri Təqsirləndirilən şəxs2, eləcə də ***-***-**-** saylı GSM nömrəsi Təqsirləndirilən şəxs1, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı GSM nömrələri Zərərçəkmiş şəxs Ağəli oğlunun adına qeydiyyatdadır. Antena üzrə cədvələ baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 ***- ***-**-** saylı GSM nömrəsindən 09.09.2019 tarixdə saat 13:14:37-dən 31.12.2019 tarixdə saat 14:56:01-dək olan müddətdə istifadə edərkən (danışıq apararkən və sms göndərərkən) sonuncu Bakı şəhərinin ərazisində, ən çox hallarda Yasamal rayonu S.Mehdiyev küçəsi 83/23 Lider TV-sı, Yasamal rayonu Səfayət Mehdiyev küçəsi “Azersu erazisi” və Yasamal rayonu Salamzadə küçəsində yerləşən "xxxx"-nin (Qələbə kinoteatrının) yaxınlığında olan Azercell MMC-yə məxsus antenanın dairəsində olmuşdur. Antena üzrə cədvələ baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 ***- ***-**-** saylı GSM nömrəsindən 09.09.2019 tarixdə saat 12:58:10-dan 31.12.2019 tarixdə saat 16:54:21-dək olan müddətdə istifadə edərkən (danışıq apararkən və sms göndərərkən) sonuncu Bakı şəhərinin ərazisində, ən çox hallarda Yasamal rayonu S.Mehdiyev küçəsi 83/23 Lider TV-sı, Yasamal rayonu Səfayət Mehdiyev küçəsi “Azersu erazisi” və "xxxx"-nin yaxınlığında olan Azercell MMC-yə məxsus antenanın dairəsində olmuşdur. Antena üzrə cədvələ baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 ***- ***-**-** saylı GSM nömrəsindən 11.06.2020 tarixdə saat 15.54.02-dən 02.10.2020 tarixdə saat 00:21:43-dək olan müddətdə istifadə edərkən (danışıq apararkən və sms göndərərkən) sonuncu Bakı şəhərinin ərazisində, ən çox hallarda Yasamal rayonu S.Mehdiyev küçəsi 83/23 Lider TV-sı, Yasamal rayonu Səfayət Mehdiyev küçəsi “Azersu erazisi”, "xxxx", Nərimanov rayonu A.Nemətulla küçəsi 44-də yerləşən Metropark T.M. və Bakı şəhəri Səməd Vurğun küçəsi 34-də yerləşən Aff Mail TM-4th Floor və Babık prospektində yerləşən Sərin otelinin yaxınlığında olan Azercell MMC-yə məxsus antenanın dairəsində olmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs Ağəli oğlu 2019-cu il tarixdə ***-***-**-** saylı GSM nömrəsindən istifadə edərkən (danışıq apararkən və sms göndərərkən) sonuncu 01.12.2019 tarixdə saat 18:49:40-da KT QELEBE, 09.12.2019 tarixdə saat 19:22:45-də Sharifzadeh str., yaşamal. 24.12.2019 tarixdə saat 21:22:12-də İnsaatcilar prospektinin yaxınlığında olan Azercell MMC-yə məxsus antenanın dairəsində olmuşdur. Bundan başqa **********54 və **********84 saylı GSM nömrələri 30.08.2020 tarixdə saat 10:17:12-də, 00**********54 saylı GSM nömrəsi 18.09.2020 tarixdə saat 04:39:10-da, **********0614 saylı GSM nömrəsi 10.11.2020 tarixdə saat 08:32:13-də, ********** və **********0614 saylı GSM nömrəsi 09.12.2020 tarixdə saat 17:56;43-də danışıq apardıqları və sms göndərildiyi zaman H.Aliyev adina X13 yaxınlığında olan Azercell MMC-yə məxsus antenanın dairəsində olmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs Ağəli oğlu 2019 və 2020-ci il tarixlərdədə ***-***-**-** saylı GSM nömrəsindən istifadə edərkən (danışıq apararkən və sms göndərərkən) sonuncu 22.09.2019 tarixdə saat 18.10 "xxxx", 07.10.2019 tarixdə saat 10.26-da Yasamal rayuonu X19, 14.11.2019-cu il tarixdə saat 09;05:43-də KT QELEBE, 11.12.2019 tarixdə saat 18:59:34-də KT QELEBE, 28.12.2019 tarixdə saat 21:39:20-də Abdulvahab Salamzade kuc, 29.12.2019 tarixdə saat 12:33:01-də Baki she,Yasamal ra-nu,2-ci Yasamal kc. 65b, 01.01.2020 tarixdə saat 00:11:47-də Baki she,Yasamal ra-nu,2-ci Yasamal kc. 65b, 07.01.2020 tarixdə saat 19; 12:54-də KT QELEBE, 16.01.2020 tarixdə saat 17:41:13-də KT QELEBE, 02.01.2020 tarixdə saat 22:39:46-da Baki sh, Yasamal r-nu, 11-ci Xrebtovi kuc 89, 06.03.2020 tarixdə tarixdə saat 17:22:02-də KT QELEBE, 17.03.2020 tarixdə saat 19:11:49-da KT QELEBE, 10.04.2020 tarixdə saat 17:29:11-də Yasamal ray,, Shafayat Mehdiyev kuc. Azersu erazisi, 27.04.2020 tarixdə tarixdə saat 09:48:47-də KT QELEBE, 24.12.2020 tarixdə saat 17:39:56-da KT QELEBE, 19.07.2020 tarixdə saat 1 l:39:36-da KT QELEBE. 24.12.2020-ci il tarixdə saat 14:01:40-da KT QELEBE”-nin yaxınlığında olan Azercell MMC-yə məxsus antenanın dairəsində olmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs Ağəli oğlu 2019 və 2020-ci il tarixlərdədə ***-***-**-** saylı GSM nömrəsindən istifadə edərkən (danışıq apararkən və sms göndərərkən) sonuncu 12.12.2019 tarixdə saat 18:59:04-də Yasamal ray„ Shafayat Mehdiyev kuc. Azersu erazisi, 20.12.2019 tarixdə saat 21:27:55-də Yasamal ray„ Shafayat Mehdiyev kuc. Azersu erazisi, 25.12.2019 tarixdə saat 12:31:42-də KT QELEBE, 26.12.2019 tarixdə saat 19:13:21-də Yasamal ray„ Shafayat Mehdiyev kuc. Azersu erazisi, 09.07.2020 tarixdə saat 08:28:11-də Yasamal ray„ Shafayat Mehdiyev kuc. Azersu erazisi və 02.01.2020 tarixdə saat 21:37:36-da "xxxx"-nin yaxınlığında olan Azercell MMC- yə məxsus antenanın dairəsində olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 qızmın adına qeydiyyatda olan ***-***-**-** və ***-***-**-** saylı GSM nömrələri 30.08.2020, 18.09.2020. 01.10.2020. 22.10.2020, 10.11.2020. 09.12.2020 tarixdə H.X15 Limanının ərazisində, eləcə də 10.12.2020-ci il tarixdə "xxxx"-nin yaxınlığında olan Azercell MMC-yə məxsus antenanın dairəsində olmuşdur. Danışıq bölməsinə baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Ağəli oğlu istifadəsində olan **********61 saylı GSM nömrəsi ilə Təqsirləndirilən şəxs2 qızmın istifadəsində olan ***-***-**-** sayı GSM nömrəsinə 03.06.2020 tarixdə saat 08:45:07-də, 03.06.2020 tarixdə saat 08:45:07-də, 12.06.2020 tarixdə saat 18:04:49-da, 09.07.2020 tarixdə saat 08:28:11-də. 24.12.2020 tarixdə saat 13:54:43-də və 24.12.2020 tarixdə saat 14:04:06-da zəng edərək danışıq aparmışlar. Danışıq bölməsinə baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Ağəli oğlu istifadəsində olan **********25 saylı GSM nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** sayı GSM nömrəsinə 14.11.2019 tarixdə saat 08:54;34-də, 21.11.2019 tarixdə saat 08:49:20-də, 22.10.2020 tarixdə saat 15:30:51-də, 29.10.2020 tarixdə saat 14:46:39-da. 06.11.2020 tarixdə saat 12:32:40-da, 10.12.2020 tarixdə saat 13:00:21-də, 16.12.2020 tarixdə saat 13:27;37-də zəng edərək danışıq aparmışlar. Danışıq bölməsinə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi 10.06.2020-ci il tarixdən 02.10.2020-ci il tarixədək, ***-***-**-** saylı GSM nömrəsi 03.09.2019-cu il tarixdən 29.09.2020-ci il tarixədək olan müddətdə xeyli sayda danışıq aparmışdır (danışıqlar Azərbaycan Respublikasının ərazisində aparılmış və onlardan bir çoxu 9111 saylı taksi sifarişi olmuşdur). Qeyd edilən GSM nömrələri ilə Zərərçəkmiş şəxs Ağəli oğlunun istifadəsində olan **********25,**********25 və ***-***-**-** saylı GSM nömrələri ilə danışıq aparılmamışdır. Zərərçəkmiş şəxs Ağəli oğlunun istifadəsində olan **********25 və **********25 saylı GSM nömrələrindən çıxan sms-lərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs 27/09/2020 tarixdə saat 13:49:14-də **********54 saylı GSM nömrəsinə “Salam İlahe xanim necesuz”, 27/09/2020 tarixdə saat 14:18:33-də **********54 saylı GSM nömrəsinə “Dedim nigaran qalarsan ona gore mesagyazdim, sizdeyaxwi olun opurem axwam yazaram”, 27/09/2020 tarixdə saat 14:22:38- də **********54 saylı GSM nömrəsinə “Bu nomrendejazjaddasa”, 27/09/2020 tarixdə saat 14:25:17- də **********54 saylı GSM nömrəsinə “cunki bu abunedi bundan zengde ede bilirem xarice cixis var”, 27/09/2020 tarixdə saat 23:47:26-da **********54 saylı GSM nömrəsinə “Votsapa jaz”, 01/10/2020 tarixdə saat 21:45:42-də **********54 saylı GSM nömrəsinə “Sende rominqdir?”. 01/10/2020 tarixdə saat 21:46:13-də **********54 saylı GSM nömrəsinə “Senin İtaliya nomren yoxdur beyem?”, 24/12/2020 tarixdə saat 10:38:54-də **********54 saylı GSM nömrəsinə “Salam necesen neneye bu gune lazım pul?” kimi sms göndərmişdir. Zərərçəkmiş şəxs Ağəli oğlunun istifadəsində olan **********25 və **********25 saylı GSM nömrəsindən daxil olan sms-lərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı GSM nömrədən 27/09/2020 tarixdə saat 14:17:15-də **********25 saylı GSM nömrəsinə “Salam, yaxwiyam Kamil canim, sen necesen”, 27/09/2020 tarixdə saat 14:17;35-də **********25 saylı GSM nömrəsinə “Bilirem mufeggetı whatsapiniz baqlidi”, 27/09/2020 tarixdə saat 14:19:06-da **********25 saylı GSM nömrəsinə “Axwam daniwariq, nigaran idim, Nene bawa salib, özünnen muqayat ol, burdada eliyirdiler bele. Narahat olma”, 27/09/2020 tarixdə saat 14:20:24-də **********25 saylı GSM nömrəsinə “Kül bawdar. camahata kömey etmeydense dahada milleti strese salirlar”, 27/09/2020 tarixdə saat 14:26:37-də **********25 saylı GSM nömrəsinə “Yaxwi cannn, bunnan sonra bir muddet bazar gunleri whatsap baqli olacaq, dunyanin bir cox yerlerinde bele edirler”, 27/09/2020 tarixdə saat 23:47;58-də **********25 saylı GSM nömrəsinə “Yaziram axi alinmir”, 27/09/2020 tarixdə saat 23:50:28-də **********25 saylı GSM nömrəsinə “Azarbaycana yaziram axi getmir”, 01/10/2020 tarixdə saat 21:46:59-da **********25 saylı GSM nömrəsinə “Zəngedebilersen. Dünen seninle daniwanda dedim canim. Menim whatsapimda aciqdİ. Kecen hefde roming baqli idi”, 01/10/2020 tarixdə saat 21:47:56- da **********25 saylı GSM nömrəsinə “Var nömrem. Burdaki amma Vugarin adinadi” kimi Zərərçəkmiş şəxs sms göndərmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 13 noyabr 2021-ci il tarixli “Təqdim etmə və götürmə barədə” protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs tərəfindən onunla Təqsirləndirilən şəxs1 və onun anası Təqsirləndirilən şəxs2 ilə “WhatsApp” proqramı üzərindən arapdığı səs yazısı, yazışma və həmin yazışmaların fotogörüntüsü əks olunan müxtəlif faylar köçürülərək təqdim etdiyi 2 ədəd CD diskə baxış keçirilmişdir. 1-ci diskdə “Zərifə xanım” və “Validə nənə” adlı 2 ədəd papka verdir. Validə nənə adlı papkaya daxil olduqda orada 3 ədəd səs yazısı olan fayl olması müşahidə edildi, həmin fayllardan ikisi Təqsirləndirilən şəxs2 qızma, digəri isə Zərərçəkmiş şəxs səsidir. Belə ki, 1-ci səsə yazısında Təqsirləndirilən şəxs2 deyir - “salamun əleykum, hərvaxtın xeyir oğlum”. 2-ci səs yazısında “salamun əleykum. Kamil oğlum necəsən”. 3-cü səs yazısında Zərərçəkmiş şəxs deyir - “nənə salam, Kamildi. mən İlaşkaya yazdım sənə xəbər eləsin, xəbər eləmədi ee. İstəyirəm gəlim pulu verməyə, sonra işdən çıxa bilməyəcəyəm ee nənə”. “Zərifə xanım” adlı papkaya daxil olduqda orada 1 ədəd səs yazısı olan fayl olması müşahidə edildi, səs yazısında Təqsirləndirilən şəxs1 deyir - “Kamil necəsən əzizim, ürəyim, nömrəmin rominqi bağlıdır, mesaj yaza bilərsən”. 2-ci diskdə WhatsApp Audio 2021 və WhatsApp İmage 2021 adı altında Təqsirləndirilən şəxs1 apardığı səs yazısı və mesajlarının fotogörüntüsü əks olunan fayllar vardır. Səs yazıları aşağıdakı kimi təqdim edilir; Təqsirləndirilən şəxs1 - “necəsən Kamil ürəyim, dokument məni yaman yordu, ora bura çox getdim, mən 5-ci günə kimi dokumenti düzəltməliyəm, virusa görə çox bağlı oldu bura. Vüqar Lənkərandadır, ya sabah ya da birisi gün gəlir,qoy deyim Vüqar pulu çatdırsın sənə, özüm də gəlməliyəm, həmin səs yazısında Təqsirləndirilən şəxs1 danışığı ilə bərabər bir kişi diktorunun italyanca hansısa proqram və ya veriliş aparması ilə bağlı danışığı da eşidilir. Təqsirləndirilən şəxs1 - “Vüqara demişdim, ona yaxşı pul vermişdi, görünür çatmır. Ora dəhşətdi, bir sağ salamat evi qurtarardıq. Kamil sən nənəyə 1500 dollar verə bilərsən”. Təqsirləndirilən şəxs1 - “Kamil nənəni 210-la yığmısan, nənə deyir ki neçə dənə zəng gəlib, sən yığmısan Kamil” Zərərçəkmiş şəxs - “2000 dollar verdim nənəyə” Təqsirləndirilən şəxs1 - “Kamil nənə mənə və mamaya manat deyir, bilir ki, biz gələndə dollar gətirəcəyik. Onların işləri tamamlanır, 2200 dolları çatmır, uje açarları götürəcək ustalardan” Təqsirləndirilən şəxs1 - “Kamil sən bizə nə qədər verirsən biz yazırıq, arada manatla verirsən yazırıq. Dollar qalxsa da biz sənə dollar verəcəyik, Allah bizə yol açsın” Təqsirləndirilən şəxs1 - “Kamil çox çox minnətdarıq, bu yollar açılsın inşallah əvəzini çıxaram. Uje utanıram ee, bu ev bizi çox biyabır etdi, kaş belə olmayaydı” Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs WhatsApp proqramı ilə yazışdıqları mesajlardan çıxarılmış (İlahə Məmmədova tərəfindən istənilən və Zərərçəkmiş şəxs tərəfindən verilən pulların məbləğini göstərən) fotogörüntü aşağıdakı kimidir; 21.01.2020-ci il tarixdə 400 manat 02.02.2020-ci il tarixdə 450 manat 26.03.2020-ci il tarixdə 2000 dollar 25.04.2020-ci il tarixdə 2900 manat 03.08.202-ci il tarixdə 12500 dollar 20.08.2020-ci il tarixdə 7000 (pul vahidi göstərilməyib) 29.08.2020-ci il tarixdə 4500 (pul vahidi göstərilməyib) 22.10.2020-ci il tarixdə 6000 (pul vahidi göstərilməyib) 06.12.2020-ci il tarixdə 7250 (pul vahidi göstərilməyib) 24.12.2020-ci il tarixdə 2800 dollar Eyni zamanda Zərərçəkmiş şəxs təqdim etdiyi pullarla bağlı özündə qeyd apardığı dəftərinin kserosurətinə baxış keçirilən zaman aşağıdakılar müəyyən edilmişdir; 22.09.2019-cu il tarixdə 1200 (bir min iki yüz) dollar 07.10.2019-cu il tarixdə 900 (doqquz yüz) dollar 14.11.2019-cu il tarixdə 800 (səkkiz yüz) dollar 28.12.2019-cu il tarixdə 2000 (iki min) manat 22.01.2020-ci il tarixdə 400 (dörd yüz) manat 02.02.2020-ci il tarixdə 450 (dörd yüz əlli) manat 06.03.2020-ci il tarixdə 1500 (bir min beş yüz) dollar 27.03.2020-ci il tarixdə 2000 (iki min) dollar 27.04.2020-ci il tarixdə 2900 (iki min doqquz yüz) manat 08.05.2020-ci il tarixdə 2000 (iki min) dollar 02.06.2020-ci il tarixdə 900 (doqquz yüz) dollar 19.07.2020-ci il tarixdə 700 (yeddi yüz) manat 04.08.2020-ci il tarixdə 12500 (on iki min beş yüz) dollar 21.08.2020-ci il tarixdə 7000 (yeddi min) dollar 29.08.2020-ci il tarixdə 4500 (dörd min beş yüz) dollar 24.09.2020-ci il tarixdə 2500 (iki min beş yüz) dollar 22.10.2020-ci il tarixdə 6000 (altı min) dollar 10.12.2020-ci il tarixdə 7250 (yeddi min iki yüz əlli) dollar 24.12.2020-ci il tarixdə 2800 (iki min səkkiz yüz) dollar Cinayət işinin materiallarına əlavə edilmiş 08 oktyabr 2021-ci il tarixli "xxxx" protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs tərəfindən onun təqsirləndirilən şəxs X6 ilə “WhatsApp” proqramı üzərindən arapdığı səs yazısı və yazışmaları əks olunan müxtəlif faylar köçürülərək təqdim etdiyi 1 ədəd CD diskə baxış keçirilmişdir. Diskdə WhatsApp İmage 2021-03-11 adı altında X3 fotosu və sonuncunun Zərərçəkmiş şəxs ilə apardığı yazışmalar əks olunan 217 ədəd fotogörüntü vardır. Baxış zamanı aşağıdakılar öz əksini tapmışdır; - İlahəxamm Məmmədova -Kamil ancaq dollar olacaq, yada avro, belə yaxşıdı bizim üçündə Zərərçəkmiş şəxs - Yoxe yenə nənəyə 12500 dollar lazımdı? İlahəxamm Məmmədova -bəli Zərərçəkmiş şəxs - yaxşı - İlahəxamm Məmmədova -Kamil bilirsən canım, mən bugün çox fikirləşdim yollar açılsın mən sizin üçün viza göndərəcəm, onsuz da məktəb olmayacaq Zərərçəkmiş şəxs - nənəyə de ki yarım saata gedəcəm ora - İlahəxamm Məmmədova - Rüstəm dil öyrənsin, uşaqlardan Kənanın Rüstəmin yaddaşı hansının yaxşıdı. Dil öyərnsinlər. Kamil mama sənə kömək ederdəə. Rüstəm məsələn burada yaşasa əməlli başlı bir iş yerinin üstündə dura bilər. -Zərərçəkmiş şəxs - İlaşka pul məndədir. İşdən conra çatdıraram nənəyə İlahəxamm Məmmədova -kamil sənə çox çoxx minnətdaram - İlahəxamm Məmmədova - mama deyir ki müqabileynen vererik arendaya Zərərçəkmiş şəxs -inşallah İlahəxamm Məmmədova -Kamil gəlməmiş Bakıda Beynəlxalq bankda da hesab aça bilər, amma etməsin. Burda ya da Wved bankında vətəndaş olan kimi hesab açar. Gələn aydan sənin Kamil pulun yavaş-yavaş gələciye Zərərçəkmiş şəxs - yəni nəsə köçürtməyə İlahəxamm Məmmədova - Burda vətəndaş olacaqsaneee, sən bankda hesab açdıra biləcəksən. Ordada sənin hesabın olsa, məsələn xaricdə olanda kartdan pul çəkəndə 10 min dollardan 500 dollar çıxır. Hələ Wved bankı varee, sənin pulunun üstünə yaxşı % gəlir. 15 avroya sənin restoranını arendaya istəyirdilər, dünən gəlmişdi erməni. -İlahəxamm Məmmədova -mama deyir Kamil gəlib iki aya vətəndaş olacaq Zərərçəkmiş şəxs - pandemiyada az pul keçmişdi hesabıma İlahəxamm Məmmədova -evi restoranı yaxşı qiymətnən yazarıq -Təqsirləndirilən şəxs1 - ay canım, sən Avropa vətəndaşı oldunee Zərərçəkmiş şəxs -inşallah Təqsirləndirilən şəxs1 -mama bütün qanunları başa salır mənə, yaşıl işıqdı ee. Sənəd edirsən, aylıq aylıq gəlirin məsələn də 10 min avrodu aşağı % ev götürüsən. - Təqsirləndirilən şəxs1 -kamil canım nənə dəlib çıxa bilib? Zərərçəkmiş şəxs -hə, 4500 verdim nənəyə Təqsirləndirilən şəxs1 -Kamil canımsan çox sağ olasan. - Təqsirləndirilən şəxs1 -sənin restoranın hələ nə qədər çornı işləri vare görülüb Zərərçəkmiş şəxs -Allah köməyiniz olsun Təqsirləndirilən şəxs1 -oboyları söküblər, bəzi yerlərdə oboy var idi. - Təqsirləndirilən şəxs1 -amma sənin restoranın, Kamil sənin sözün vare, bağı qurdalasam çox iş çıxacaqe, işi çıxır. Bilirsən vicdansız olubee işlədən. Restoranın yaxşı turizmin vaxtında işlədib, sonradan nə günə qoyub. Bu gün getdik. İnanırsan yerini tam sökdülər bugun. - Təqsirləndirilən şəxs1 - sən verəndə gərəy müqavilə bağlayaq, rolikə çəkib verəy. Kamil tam müasir son modelə uyğun girişi ağ döşəmə qranit mərmər seçdik. Zərərçəkmiş şəxs - xeyirli olsun Təqsirləndirilən şəxs1 - Özüdə burada arendatopr 10 ilodo seninle doqovor bağlaya bilər", sənin restoranın təmir olunandan çox adam mənə deyib, sat alıram. Mamdan soruşublar neçəyə almısınız. Mama deyib 200 min avroya. Deyir sabah Kamil gələndə vətəndaşlıq alacaq, elə də yazdıraraıq, hamı da elə bilsin. Nədə işləməsə ərzaq birdə yemək yerləri ömür boyu işləyəcək. Mama mənə deyir ki Kamil burda nəsə başqa şeylərdə aça bilər, Rüstəm və Kənan da böyüyürlər. - Təqsirləndirilən şəxs1 - restoran fotosunu atır, ay canım. Bax Zərərçəkmiş şəxs bura haradı canım Təqsirləndirilən şəxs1 -Sənin inşallah restoranın, indi təmirdədi, amma belə idi. Təqsirləndirilən şəxs1 -restoranın reseptionun fotosunu atır. Buna xa Zərərçəkmiş şəxs baxdım Təqsirləndirilən şəxs1 -bu qədər pul qazanıbee, bunu yerinə bax Zərərçəkmiş şəxs -vay, vay - Təqsirləndirilən şəxs1 -sənin restoranıvın köhnə, yəni təmirsiz olan. İndi bugun ful axırıncı dizaynla interyer zakaz verdik, yeri ağ keramo granit olacaq. İtalyan brendi Zərərçəkmiş şəxs - xeyirli olsun. - Təqsirləndirilən şəxs1 -bugun xeyli işlər gördürmüşəm, restorananını sökmüşdiləre Zərərçəkmiş şəxs -Allah köməyin olsun, heyif ki mən orada deyiləm, yoxsa kömək edərdim. - Təqsirləndirilən şəxs1 - şəxsiyyət yox Zərərçəkmiş şəxs - dayan. Ümumvətəndaşlıq pasportunun anket məlumatları olan hissəsinin fotosunu atır (orada Zərərçəkmiş şəxs Ağəli oğluna aid məlumatlar və fotosu görünür) Təqsirləndirilən şəxs1 -verəcəm mamaya, vizaya görə. Zapros gedir Azərbaycan Səfirliyinə. - Təqsirləndirilən şəxs1 -pərdələri dəyişdirdik, mebelləri çiska etdilər, Kamil uje yığılacaq pulun. Zərərçəkmiş şəxs - Allah köməyiniz olsun. Təqsirləndirilən şəxs1 -Gələn ay restoranda veriləcəy arendaya - Təqsirləndirilən şəxs1 - restoranıvın bayır tərəfini şüşə eletdirdiy, tez oranın təmirini bitirək. Bugün sənin restoranının yanında 35 min avroya kafe balacada olsa aldım. Yeterincə mülk almışıq. Səndən hər dəfə pul deyəndə varee, bağın tikilməyinə - Təqsirləndirilən şəxs1 -Kamil bugün restoranıvın bir tərəfini qurtardıq təmirini. - Təqsirləndirilən şəxs1 -maşını mama sənə hədiyyə eliyib. Zərərçəkmiş şəxs - mən sabah nənəyə getməyim Təqsirləndirilən şəxs1 - Ürəyimsən bilirsən mən buradan pul göndərə bilmirəm. - Təqsirləndirilən şəxs1 -Mama deyir ki, Kamilnən Rüstəmin adma edərik, nə istəsə. Kamil yəni restoran, evləri - Təqsirləndirilən şəxs1 - Bilirsən məndə umacağım adamlara ögəy deye bilmirəmdə, heçnə Zərərçəkmiş şəxs -6000 min götürmüşəm, verəcəm nənəyə Təqsirləndirilən şəxs1 - Kamil məndə utanıram sənə deməyə -Zərərçəkmiş şəxs - İşləyir obyekt? Təqsirləndirilən şəxs1 -Sənin restoranının üç hissəsini vermişik arendaya, puluda yığılır. - Təqsirləndirilən şəxs1 -Sən gəl Allah qoysa. Zərərçəkmiş şəxs - yaxşı gəlirəm Təqsirləndirilən şəxs1-Həm restoranı aformit eliyey adıva, həmdə baxaq sənin vətəndaşlıq işini həll edək. -K. Babayev - səhər ora gedəndə sənə yazım, ya sən yatmış olasan Təqsirləndirilən şəxs1 nənənin teli (telefonu) açıqdı, mənə də yaza bilərsən Zərərçəkmiş şəxs -məndə varda nömrəsi Təqsirləndirilən şəxs1 -nömrə atır ***-***-**-** - Təqsirləndirilən şəxs1 -Ürəyim şəhərdədi Zərərçəkmiş şəxs - 4760 man edir, 2800 dollar Təqsirləndirilən şəxs1 -məndə hesabladım. Manatla olacaq? Olarki mən dollarnan qaytararam. - Təqsirləndirilən şəxs1 -eşitmiş olarsan Qod Nissanov, Yəhudi Zərərçəkmiş şəxs nə bilim Təqsirləndirilən şəxs1 -Krasm Slaboda, ay Kamil ilin adamı alıqarx Moskovada. Mamanın xalasıoğludur, dayımgil bir sostavdılar. - Təqsirləndirilən şəxs1 -Kamil canım. Nənə zəng eliyib, işləri yekunlaşır bıı həftə. Evin üstünün ağlayına pul şatmayıb. Canım sən kömək edə bilərsən? Zərərçəkmiş şəxs -Nə qədər lazımdı, 2000 verərəm ona. Olar? Təqsirləndirilən şəxs1 -yaxşı canım. - Təqsirləndirilən şəxs1 - +1(772) ***-**** saylı GSM nömrəsinin göndərdiyi mesajı Kamilə göndərir. Mətn belədir -Qardaşım Kamil! Baxın pulu aldıqlarımızı gələn ayın axırı qaytaracağıq. Sizin əziyyətiniz hədsizdi. Sizə çox minnətdaram. Zərərçəkmiş şəxs - Zərifə xanım, vallah mən bacardığım qədər çalışıram ki orda iş getsin. Eyni zamanda diskdə WhatsApp Audio 2021-03-11 adı altında Təqsirləndirilən şəxs1 tərəfindən WhatsApp proqramı vasitəsi ilə göndərilmiş sonunsuya məxsus 40 əsəs səs yazısı olan fayl vardır və bəzi fayllar təkrarlanaraq köçürülmüşdür. Fayllarda Təqsirləndirilən şəxs1 aşağıdakı kimi Zərərçəkmiş şəxs səs yazıları göndərmişdir; -Kamil bilirəm tapa bilmədin.nənə zəng edib, pulların hamısı qaytarılacaq. Orada 2800 manat fəhlənin pulu çatmır. Olar ki sən həmin pulu çatdırasan. -Kamil dollar qalxsa da mən verdiyin pulu dollarla sənə qaytararam. Mən dollar sərf edir. -Kamil nənənin orada 4700 manatı çatmır. Onu nənəyə verə bilərsən, canım mənim - Kamil ayın 14-nə bilet alıblar, bağda olacaqlar, qonaqlar. Hardasa ayın 16-17-si siz görüşəcəksiniz, orada görüləcək işlərlə bağlı. Asfalt vurublar 7250 manat çatmır, onu nənəyə çatdır. Faizlə də olsa götür, çatdır. Onsuz da sənin pulun veriləcəkdir. -Kamil sən orada olmasaydın, bax o boyda işlərin heç biri görülməzdi. Sənə nə pay veriləcəksə o, sənin öz zəhmətindir, -Kamil sən olmasaydın o bağ tikilməzdi, sən eləmisən oranı. Ona görə mama burada belə şeylər elədi. -8650 dollar puldu hamısı hesablanıb, daşı və usta pulu -Noyabr ayına kimi yollar açılmasa uje onlar gələcəklər, onlar verəcəklər, sən niyə maşınını satırsan, başa düşə bilmirəm. -Kamil bu dəqiqə restoran verildi arendaya, gözün aydın. Sabah doqovor bağlayacağıq. -Kamil sən mama ilə danışmısan, birdən biz noyabr ayına kimi gələ bilmərik, sən də pulu kimdənsə almısan, biz pis olarıq. Mama öz pulu ilə qohumlara buradan ev alıb. Həmin qohum bura gələcək və noyabr ayında Bakıya qayıdacaq. Mam da dedi ki, ev aldığımız qohuma deyərik ki, noyabrda Bakıda sizin pulu qaytarsın, artıqlamasınca -Kamil 12500 dollar pul lazımdır ora, sən verrə bilərsən. Biz bayaqdan fikirləşirik ki, bəlkə oranı saxlayaq tikilməsin heç. -Kamil yazmısan ki, insanlar fırıldaqdır. Bilirəm ki, içkili olursan. Bu bizə aid deyil, biz elə insanlardan deyilik. Nənə səndən nə alır yazır. Bizə min addım gələn adamı həmişə alqışlayacağıq. -Kamil sən dollarla verəcəksən də pulu bizə, mən bilim. Nənəyə dedim o keçən dəfə ki kimi çaş-baş qalmasın. -Kamil mama nənə ilə danışır, kuxnadayıq. Mama sənə salam deyir. Kamil ustalara görə nənənin pul çatmır ee. Sən kömək edə bilərsənmi. -Kamil nənə ilə danışıram. Biz oranı qurtardıq 10 günə iş qurtarır, ozon vurular. Kamil nənəyə 2900 manat pul verə bilərsən. Bizdə gələcəyik inşallah. -Kamil nənə deyir ki, Kamil gələndə mən utanıram, Kamil uşaqlara şey zakaz vermişik, internetdən. Mama sənə sportivni kostyum zakaz verib, imkanımız yoxdur ki onları göndərək. İmkan olsaydı pulu göndərərdik. -Kamil bağışla sənini pulun gecikir, mən pis oluram, inanırsan burdayıq. Sən bir az səbirli ol, görək necə olur. -Kamil baxıram pula görə çox narahatsan. Sənin pulunu tez göndərəcəm. 1-2 iş var görək alındı. Deyirlər ki, 20-si yollar açılacaq. Narahat olma pul artıq olacaq ki, əskik olmayacaq. -Kamil verdiyin pulları sənin üçün necə sərf edər o cür də qaytaracam. Dollar qalxmasa dollar kimi, digər halda sən istəyən kimi qaytaracağam. -mən səsnə 2000 manat demişəm, nənə 2000 dollar başa düşüb. Ustaya 2400 manat lazımdır. Mən indi nənəyə deyərəm. -Kamil sən nənəyə 2900 manat ver, özündə də var, özü düşüb qoşacaq. -Kamil üzrəyim, canım. Sən nənəyə 1200 dollar, 400 manat, 450 manat bir eləmi. -Kamil axşamın xeyir, mənə atalığım heç bir vaxt qoymayıb ki, buradakı bankdan pul göndərməyə. Gələn ayın 15-dək bərpa olunmalıdır, məni gözləyərsən də, əgər gedən olmasa biz məcbur olub bankdan göndərərik. Cinayət işinin materiallarına əlavə edilmiş DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçmə ilə bağlı alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs1 (1-ci dəfə) H.X15 Limanından 30.08.2020 tarixdə saat 11.38-də X5 şəhərinə “çıxış” etmiş və 18.09.2020 tarixdə saat 04.09-da Belorusiya Respublikasının Mİnsk şəhərindən təyyarə ilə ölkəyə “giriş” etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs1 (2-ci dəfə) H.X15 Limanından 02.10.2020 tarixdə saat 06.24-də X5 şəhərinə “çıxış” etmiş və 27.11.2020 tarixdə saat 18.25-də İstanbul şəhərindən təyyarə ilə ölkəyə “giriş” etmişdir. Təqsirləndirilən şəxs1 (3-cü dəfə) 25.12.2020 tarixdə saat 10.54-də H.X15 X2 İstanbul şəhərinə “çıxış” etmiş və 30,03.2021 tarixdə saat 19.57-də İstanbul şəhərindən təyyarə ilə ölkəyə “giriş” etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçmə ilə bağlı alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs2 (1-ci dəfə) H.X15 Limanından 30.08.2020 tarixdə saat 11.39-da X5 şəhərinə “çıxış” etmiş və 18.09.2020 tarixdə saat 04.10-da Belorusiya Respublikasının Mİnsk şəhərindən təyyarə ilə ölkəyə “giriş” etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs2 (2-ci dəfə) H.X15 Limanından 02.10.2020 tarixdə saat 06.24-də X5 şəhərinə “çıxış” etmiş və 21.10.2020 tarixdə saat 20.56-da İstanbul şəhərindən təyyarə ilə ölkəyə “giriş” etmişdir. Təqsirləndirilən şəxs2 (3-cü dəfə) 10.11.2020 tarixdə saat 08.54-də H.X15 X2 İstanbul şəhərinə “çıxış” etmiş və 09.12.2020 tarixdə saat 18.28-də İstanbul şəhərindən təyyarə ilə ölkəyə “giriş” etmişdir. Təqsirləndirilən şəxs2 (4-cü dəfə) 25.12.2020 tarixdə saat 10.54-də H.X15 X2 İstanbul şəhərinə “çıxış” etmiş və 30.03.2021 tarixdə saat 19.57-də İstanbul şəhərindən təyyarə ilə ölkəyə “giriş” etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə baxışı və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində İlahəxanımın onu Kamilə dayə (qulluqçu) kimi təqdim etməsini heç bir vaxt bilmədiyi, özünü də Kamilə qulluqçu kimi təqdim etmədiyi, İlahəxanımın Kamillə danışdıqda anasının adını Zərifə kimi təqdim etməsindən xəbərinin olmadığı, Kamilə vatsappla səs atmadığı, pul aldığı zaman Kamilə yaşlı adam olması və hər dəfə Qala qəsəbəsindəki bağ evinə gedib-gələndə əziyyət çəkməsi, İlahəxanımın anasının İtaliyada Kamilə yaxşı şərait yaratması, İlahəxanım və anasının İtaliyada karantinə götürülmələri barədə Kamilə heç bir söz demədiyi barədə gətirdiyi dəlillər məhkəmə istintaqı zamanı toplanmış sübutlarla - dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də iş materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə istintaqı zamanı təkzibedilməz sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə tanışları Zərərçəkmiş şəxs külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə anası Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs ümumilikdə 94.595 (doxsan dörd min beş yüz doxsan beş) manat məbləğində maddi ziyan vurmuşlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onların əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri və onların həmin əməli törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluqları olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini və 70 yaşının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 02 oktyabr 2021-cı il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 -ci maddəsi ilə təqsirli bilinərək müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci tarixli, 2668 nömrəli Sərəncamının 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi təsbit olunmuşdur. Həmin sərəncamın 13.3-cü bəndində göstərilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalıdır. Həmin sərəncamın 13.4-cü bəndinə əsasən, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, cəza təyin edən məhkəmə, şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs2 şəxsiyyətini, ilk dəfə cinayət törətməsini və onun hazırda 70 yaşında olmasını nəzərə alıb, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmalarını, onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün hesab edir. Belə ki, qüvvədə olan cinayət qanunvericiliyinin mövqeyinə görə, cəza cinayətə görə sitəm kimi deyil, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilməlidir. Burada sosial ədalətin bərpası cinayətlə pozulan şəxsi, ictimai və dövlət mənafeyinin bərpasını nəzərdə tutur. Sosial ədalətin bərpası kimi cəzanın məqsədi cinayətin şəxsiyyətə, cəmiyyətə və dövlətə vurduğu ziyanın optimal kompensasiya imkanını, cəzanın cinayətin ağırlığına, təqsirkarın şəxsiyyətinin təhlükəliliyinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğunluğunu və sair halları nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasının mümkünlüyünə dair nəticəyə gələrkən, təqsirləndirilən şəxsin şəxsiyyətinin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalmasını xüsusi qeyd edir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq cəzanı real çəkmələrinə və cəmiyyətdən təcrid edilmələrinə zərurət yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində sınaq müddəti müəyyən edilməli və sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı, üzərlərinə davranışa nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam» qətimkan tədiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur (maddə 179.1). Ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır (maddə 181.1). Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin aid olduğu məhkəmədə həmin işlə birlikdə baxılır (maddə 187.1). Məhkəmə baxışı zamanı mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonunculardan müştərək qaydada onun xeyrinə 94.595 (doxsan dörd min beş yüz doxsan beş) manat məbləğində pulun tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki iddianı və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs iddia ərizəsi təmin edilməlidir. Belə ki, cinayət işinin materialları ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri nəticəsində Zərərçəkmiş şəxs 94.595 (doxsan dörd min beş yüz doxsan beş) manat məbləğində maddi zərər dəyməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs iddiası təmin edilməli və mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 94.595 (doxsan dörd min beş yüz doxsan beş) manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxslərə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından müdafiəçilər: Müdafiəçi1 üçün 180 (yüz səksən) manat pul və Müdafiəçi2 üçün 180 (yüz səksən) manat pul onların vəkil işlədikləri 18 saylı Vəkil bürosunun hesabına köçürülməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuş Azercell MMC-nin mobil nömrələrə dair sms, danışıqlar və antena ilə bağlı çıxarış üzrə təqdim etdiyi 01 ədəd SD disk, eləcə də Zərərçəkmiş şəxs tərəfindən onunla Təqsirləndirilən şəxs1 və onun anası Təqsirləndirilən şəxs2 ilə “WhatsApp” proqramı üzərindən arapdığı danışıq, səs yazısı, mesajların və həmin mesajların fotogörüntüsü əks olunan müxtəlif faylar köçürülərək təqdim etdiyi 03 ədəd CD disk, habelə Zərərçəkmiş şəxs pulları verdiyi zaman özündə qeyd apardığı dəftərin kserosurəti əhəmiyyəti kəsb etdiyindən cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 02 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq edilməklə, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Onun barəsində 03 (üç) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışına nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası təmin edilsin. Mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 94.595 (doxsan dörd min beş yüz doxsan beş) manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Dövlət büdcəsi hesabından müdafiəçilər: Müdafiəçi1 üçün 180 (yüz səksən) manat pul və Müdafiəçi2 üçün 180 (yüz səksən) manat pul onların vəkil işlədikləri 18 saylı Vəkil bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuş Azercell MMC-nin mobil nömrələrə dair sms, danışıqlar və antena ilə bağlı çıxarış üzrə təqdim etdiyi 01 ədəd SD disk, eləcə də Zərərçəkmiş şəxs tərəfindən onunla Təqsirləndirilən şəxs1 və onun anası Təqsirləndirilən şəxs2 ilə “WhatsApp” proqramı üzərindən arapdığı danışıq, səs yazısı, mesajların və həmin mesajların fotogörüntüsü əks olunan müxtəlif faylar köçürülərək təqdim etdiyi 03 ədəd CD disk, habelə Zərərçəkmiş şəxs pulları verdiyi zaman özündə qeyd apardığı dəftərin kserosurəti əhəmiyyəti kəsb etdiyindən cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-467/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-467/2022
06.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver