Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-467/2024 14.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1996-cü ildə Lənkəran rayonu, Viyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Lənkəran rayon Viyən kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə xx xxxx 1997-cü ildə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, Dəvəçi rayon Taxtalar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ona görə ki, o Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019- cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.2.3, 126.2.4, 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilərək Azərbaycan Respublikası CM-in 126.1, 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni tanışı Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqa məlum olmayan ilqar” adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələrin satışının həyata keçirilməsi barədə razılığa gələrək istifadəsində olan informasiya-telekommunikasiya şəbəkəsi hesab olunan telekommunikasiya vasitəsi “Samsung” markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” proqram təminatından istifadə etməklə onlarla əlaqə saxlayıb Biləsuvar rayonu ərazisindən naməlum şəraitdə və vaxtda, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 3875,68 qram narkotik vasitə heroin, külli miqdarda təmiz çəkisi 44300 qram narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda təmiz çəkisi 6000 qram psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs2la birlikdə qanunsuz əldə etməklə özünün kirayə tutduğu ünvan 2 ünvana daşımaqla orada saxlamış, deyilən vaxtlarda həmin maddələri verilmiş şifariş əsasında Təqsirləndirilən şəxs2la birlikdə müəyyən edilmiş çeşid və çəkilərə uyğun qablaşdıraraq müxtəlif ünvanlarda yerləşdirib işarələnmiş məkanların fotoşəkillərini İran İslam Respublikasının vətəndaşı “İlqar” adlı şəxsin istifadəsində olan mobil telefonda quraşdırılmış “Whatsapp” proqram təminatına göndərməklə onun şifarişi əsasında ayrıayrı müştərilərə çatdırılmasını təmin etmiş, əldə etmiş olduqları həmin narkotik vasitə heroindən bir bükümdə 56,443 qram çəkidə narkotik vasitə heroini öz üzərində, bir bükümdə 49,237 qram çəkidə narkotik vasitə heroini isə Təqsirləndirilən şəxs2 ayırıb satış üçün qablaşdıraraq qanunsuz olaraq üzərilərində daşıyarkən onun Təqsirləndirilən şəxs2 ilə əlbir olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 23 iyul 2022-ci il tarixdə, saat 22:10- da keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, Təqsirləndirilən şəxs2la birlikdə ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmişlər, orada xidməti otaqların birində saat 23:40-dan etibarən özünün üzərinə keçirilən şəxsi axtarış və götürmə zaman əynində olan şalvarın sol yan cibindən bir bükümdə 56,443 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış və götürmə zaman əynində olan şalvarın sağ yan cibindən bir bükümdə 49,237 qram çəkidə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş heroinlə eyni tərkibli olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, 24 iyul 2022-ci il tarixdə saat 01:15-dən etibarən Təqsirləndirilən şəxs1 kirayə tutduğu Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, ev 5, mənzil 8 ünvanına özünün icazəsi və razılığı ilə baxış keçirilən zaman qonaq otağındakı divanın yanında saxladığı iki ədəd qara rəngli çantaların içərisində üzəri yapışqan lentlə sarınmış dörd ədəd polietilen bağlamalarda, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 954 qr, 934 qr, 919 qr, 963 qr, ümumi təmiz çəkisi 3770 qram olan külli miqdarda həm öz aralarında, həm də Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 üzərilərindən aşkar edilmiş heroinlərlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üç ədəd üzəri yapışqan lentlə sarınmış polietilen bağlamalarda, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2010 qr, 2000 qr, 1990 qr, ümumi təmiz çəkisi 6000 qr olan xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, beş ədəd qara rəngli polietilen bağlamalarda, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 12395 qr, 6560 qr, 5795 qr, 5280 qr, 14270 qr, ümumi təmiz çəkisi 44300 qr olan külli miqdarda eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və səthində narkotik vasitə heroinə məxsus izlər olan üç ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ona görə ki, Təqsirləndirilən şəxs2 satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni tanışı Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqa məlum olmayan “İlqar” adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə külli miqdarda narkotik vasitərin və psixotrop maddələrin satışının həyata keçirilməsi barədə razılığa gələrək, Təqsirləndirilən şəxs1 istifadəsində olan informasiya-telekommunikasiya şəbəkəsi hesab olunan telekommunikasiya vasitəsi “Samsung” markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” proqram təminatından istifadə etməklə onlarla əlaqə saxlayıb Biləsuvar rayonu ərazisindən naməlum şəraitdə və vaxtda, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 3875,68 qram narkotik vasitə heroin, külli miqdarda təmiz çəkisi 44300 qram narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda təmiz çəkisi 6000 qram psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs1la birlikdə qanunsuz əldə etməklə sonuncunun kirayə tutduğu ünvan 2 ünvana daşımaqla orada saxlamış, deyilən vaxtlarda həmin maddələri verilmiş şifariş əsasında Təqsirləndirilən şəxs1la birlikdə müəyyən edilmiş çeşid və çəkilərə uyğun qablaşdıraraq müxtəlif ünvanlarda yerləşdirib işarələnmiş məkanların fotoşəkillərini İran İslam Respublikasının vətəndaşı “İlqar” adlı şəxsin istifadəsində olan mobil telefonda quraşdırılmış “Whatsapp” proqram təminatına göndərməklə onun şifarişi əsasında ayrıayrı müştərilərə çatdırılmasını təmin etmiş, əldə etmiş olduqları həmin narkotik vasitə heroindən bir bükümdə 56,443 qram çəkidə narkotik vasitə heroini Təqsirləndirilən şəxs1 öz üzərində, bir bükümdə 49,237 qram çəkidə narkotik vasitə heroini isə özü üçün ayırıb satış üçün qablaşdıraraq qanunsuz olaraq üzərilərində daşıyarkən onun Təqsirləndirilən şəxs1 ilə əlbir olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 23 iyul 2022-ci il tarixdə, saat 22:10-da keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, Təqsirləndirilən şəxs1la birlikdə ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmişlər, orada xidməti otaqların birində saat 23:40-dan etibarən Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış və götürmə zaman əynində olan şalvarın sol yan cibindən bir bükümdə 56,443 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış və götürmə zaman əynində olan şalvarın sağ yan cibindən bir bükümdə 49,237 qram çəkidə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş heroinlə eyni tərkibli olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, 24 iyul 2022-ci il tarixdə saat 01:15-dən etibarən Təqsirləndirilən şəxs1 kirayə tutduğu Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, ev 5, mənzil 8 ünvanına özünün icazəsi və razılığı ilə baxış keçirilən zaman qonaq otağındakı divanın yanında saxladığı iki ədəd qara rəngli çantaların içərisində üzəri yapışqan lentlə sarınmış dörd ədəd polietilen bağlamalarda, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 954 qr, 934 qr, 919 qr, 963 qr, ümumi təmiz çəkisi 3770 qram olan külli miqdarda həm öz aralarında, həm də Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 üzərilərindən aşkar edilmiş heroinlərlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üç ədəd üzəri yapışqan lentlə sarınmış polietilen bağlamalarda, hər birinin ayrıayrılıqda təmiz çəkisi 2010 qr, 2000 qr, 1990 qr, ümumi təmiz çəkisi 6000 qr olan xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, beş ədəd qara rəngli polietilen bağlamalarda, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 12395 qr, 6560 qr, 5795 qr, 5280 qr, 14270 qr, ümumi təmiz çəkisi 44300 qr olan külli miqdarda eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və səthində narkotik vasitə heroinə məxsus izlər olan üç ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadə verməkdən imtina etmiş, ifadəsi elan olunan zaman suallara cavab olaraq bildirmişdir ki, Biləsuvara getmək səbəblərini keçən dəfə ifadəsində dediyi üçün bu suala cavab vermək istəmir. Nəzər onlara təzə ev üçün matras və çatışmayan digər şeyləri daşımaq üçün köməyə gəlmişdir. Nəzərin qaynı Pirəkəşküldə əsgər olmuşdur. Nəzərlə o səhər tezdən Pirəkəşkülə əsgər yanına getmişlər. Əvvəldən də maşın təmiri üçün gediblərmiş. Onlar matrası evə keçirən zaman polis əməkdaşları evə daxil olmuşlar. Onlar Nəzəri də döyürmüşlər. Ona ibtidai istintaq zamanı xəsarət yetirilmişdir. Yanıq izləri hələ də durur. Xəsarətləri Nərimanovda evdə yetirmişlər. O Təcridxanaya daxil olan zaman da qeydiyyata alınmışdır. O saxlanılanda saat təxminin 20:00-20:30 aralığı olarmış. Onu saxlayan şəxsləri görsə tanıya bilər. Təxminən 15-20 nəfər olmuşlar. İstintaqdakı ifadəsinin bir qismi düzgündür. Üzərindən heç nə çıxmamışdır. İfadəsi o hissədə düzgündür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Mustafa onun dostudur. O, 23 iyul tarixində Mustafanın yaşadığı evdə olmuşdur. Köçdükləri üçün o Mustafaya dost kimi kömək etməyə getmişdir. Evdə Mustafa və yoldaşı olmuşdur. Bir az sonra 15 nəfər polis əməkdaşı evə daxil olmuşdur. Mustafanı təhqir etməyə başlayıb evdə mal olduğunu demişlər. Onun üstündən pul, pulqabı və telefonunu götürmüşlər. Ona guya Mustafa ilə mal gətirdiyini demişlər. Cibinə də narkotiki qoymuşlar. Onu tanımadığı evə aparmışlar. Oradan da mal çıxarmışlar. Həmin malın guya onlara məxsus olduğunu demişlər. Daha sonra onları Kürdəxanıya aparmışlar. Narkotik vasitələrin istifadəsi, nə də satışı ilə məşğul olmamışdır. O, Mustafanın anasının bazarında ticarətlə məşğul olurmuş. Onları apardıqları mənzili tanımır. İlqar adlı şəxsi tanımır. O istintaqdakı ifadəsini deyil, hazırki ifadəsini təsdiq edir. İstintaqda ona necə izah etmişlərsə elə danışmışdır. Samsung markalı telefon ona məxsus olmuşdur. İş materiallarındakı şəkillərə, videolara baxmamışdır. Biləsuvara getmişlər, ancaq nə üçün getdiklərini bilmirmiş. Mustafagil köçdüyü üçün getmişlər. Onlarda narkotik vasitə olmamışdır. Tutulmamışdan 5-7 gün əvvəl Biləsuvara getmişlər. Biləsuvara “Rent a car” maşını ilə getmişlər. Maşını o sürürmüş. Qızla görüşməyə getmişlər. Görüşə bilmədik üçün geri qayıtmışlar. Qız onun tanışı imiş. Mustafa da onunla getmişdir. Qızın dostu da var imiş. Məhkəmə iclasında Dövlət ittihamçısı yekun nitqi söyləyərək, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi üzrə verilmiş ittihamdan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2ci maddəsinə əsasən imtina edərək, cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxslərin təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçısı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olmaları sübuta yetirilir və onların törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini narkotik vasitənin satışında təqsirli bilməmələrinə və təzyiqlərə məruz qalmalarına dair verdikləri ifadələri ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biribirinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxslərin ifadələrinə tənqidi yanaşaraq, inandırıcı saymır və onların ifadəsini özlərini müdafiə edilməsi kimi qiymətləndirir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. 23 iyul 2022-ci il tarixdə saat 22:10-da Bakı şəhəri Nərimanov rayonu Çəmənzəminli küçəsində hər iki təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Daha sonra onları Baş İdarəyə aparmışlar. İdarədə üzərlərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Mustafanın şalvarının cibindən heroinə bənzər maddə, açar, şəxsiyyət vəsiqəsi, 2 ədəd telefon və 3 ədəd bank kartı aşkar edilmişdir. Nəzərin şalvarindan 1 büküm heroinə bənzər maddə, 1 ədəd telefon, bank kartı aşkar edilərək götürülmüşdür. Mustafaya ifadə verməyi təklif edəndə o bildirmişdir ki, kirayədə yaşadığı evdə də narkotik vasitə saxlayır. Evində baxış olmuş və divanın böyründəki çantadan 4 büküm marixuana, metamfetamin və heroinə bənzər maddə, həmçinin 3 elektron tərəzi götürülmüşdür. Bildirmişdir ki, narkotik vasitəni sosial şəbəkədən tanıdığı iranlıdan 40 gün əvvəl almışdır. Bakıda göstərilən ünvana qoyub, əvəzində 5 min manat pul alacaqmış və pulları Nəzərlə böləcəkmişlər. Əməliyyat qrupuna Şahid1 rəhbərlik etmişdir. Məlumat həmin əməkdaşa daxil olduğu üçün daxilolma vaxtını bilmir. Tədbir vaxtını Vasif onlara bildirmiş, onlar da Vasiflə birgə getmişlər. Tədbirdən1 saat əvvəl gedəcəklərini demişlər. Məlumatda narkotikin çəkisi barədə heç nə yox imiş. Onlarda olan məlumatın hansı şəxslər barədə olduğunu dəqiq bilmir. Onlar Mustafanın arxasınca gedirmişlər. Tədbirin neçə nəfər barədə olduğunu xatırlamır. 2 nəfər şəxsin arxasınca 2 nəfər getməkləri qeyd edilmişdir. Təcili olduğu halda əlavə kömək çağırırmışlar. Saxladıqları ünvanı xatırladığı qədərilə Çəmənzəminli küçəsi imiş. Təqsirləndirilən şəxslərə qarşı fiziki və ya psixi təzyiq olmamışdır. Onların üzərlərində xəsarət izləri görməmişdir. Şəxsi axtarış müdafiəçinin iştirakını təmin etmək üçün idarədə keçirilmişdir. Məlumatda Mustafanın adı dəqiq var imiş, Nəzərin olub-olmadığından isə Vasif adlı polis əməkdaşı məlumatlı imiş. Məlumat narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olmuşdur. Onları saxlayan zaman təqsirləndirilən şəxslər artıq maşından düşmüşdülər. Onlar təqsirləndirilən şəxslərin evindən heç nə aparmamışlar. Onları idarəyə öz maşınları ilə aparmışlar. Onları saxlayan zaman piyada halda imişlər. Mustafanın yoldaşını görməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, digər Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində verdiyi ifadəsindən görünür ki, o polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə baxış keçirilərkən ona qarşı hər hansı bir formada təzyiq olmamışdır. Təqsirləndirilən şəxs1 sol gözünün alt hissəsində sıyrıq xəsarətinə oxşar izlərin onlar polis əməkdaşları tərəfindən saxlanılan zaman Mustafanın oradan qaçmaq istəyərək ayağının büdrəyib yerə yıxıldığını və üzünün sol tərəfinin yolun kənarına dəydiyini, həmin xəsarəti də Mustafanın bu səbəbdən aldığını qeyd etmişdir. Özünü həmin vaxt heç bir xəsarət almadığını, özünün idman həvəskarı olduğu üçün tutulmamışdan 1-2 gün öncə idman zalında güləşlə məşğul olan zaman boyun nahiyəsindən sıyrıq xəsarətini aldığını, göstərdiyi xəsarəti tutulandan əvvəl aldığını, həmin xəsarətlə bağlı şikayət və tələbinin olmadığını, əldə etmiş olduğu narkotik vasitələri qanunsuz olaraq əldə edib üzərində və Təqsirləndirilən şəxs1 kirayə tutmuş olduğu evdə saxlamaqda məqsədlərinin pul müqabilində “İlqar” adlı şəxsin deyəcəyi yerlərə aparıb qoymalı olduqlarını bildirmişdir. Narkotik vasitələri əldə etdikləri İran İslam Respublikasının vətəndaşının Mustafanın tanışı olduğunu, həmin şəxsi tanımadığını və ünsiyyətdə olmadığını, odur ki, sonuncunun barəsində ona heç bir şey məlum olmadığını, İran İslam Respublikasının vətəndaşının həmin narkotik vasitələri haradan əldə etməsi, həmin maddələri ölkəyə necə gətirməsi barədə məlumatının olmadığını, Mustafa ilə birlikdə həmin şəxsin verdiyi məlumat əsasında göstərilən ünvana gedib yuxarıda qeyd etdiyi çantadakı maddələri götürdüyünü, əvvəllər “İlqar” adlı şəxslə bu kimi sövdələşmələrinin olmadığını, ilk dəfə imiş ki, belə bir iş tutduqlarını maddi imkanı zəif olduğu üçün Mustafanın təklifini qəbul etmiş, dövriyyəsi qadağan edilmiş maddələri sonradan kim tərəfindən götürməli olan şəxs və ya şəxslər barədə məlumatının olmadığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqında” protokoldan görünür ki, həmin tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barələrində axtarış və götürmənin aparıldığı şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümdə 56,443 qram çəkidə narkotik vasitə heroin və üç ədəd plastik bank kartları ilə özünə məxsus olan mobil telefon aparatı, Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sağ yan cibindən bir bükümdə 49,237 qram çəkidə narkotik vasitə heroin, bir ədəd plastik bank kartı və mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “mənzilə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə həmin tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 kirayə götürdüyü ünvan 5 ünvanında yerləşən 8 saylı mənzilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 həmin mənzilin qonaq otağında yerləşən divanın yanman götürüb təqdim etdiyi iki ədəd qara rəngli yol çantalarının içərisində beş ədəd polietilen bağlamalarda ümumilikdə 44300 qr narkotik vasitə qurudulmuş marixuana, dörd ədəd polietilen bağlamada ümumilikdə 3770 qram çəkidə narkotik vasitə heroin, üç ədəd polietilen bağlamada ümumilikdə 6000 qram psixotrop maddə metamfetamin və səthində narkotik vasitə heroinə məxsus izlər olan üç ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7/817 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs1 təqdim etdiyi ...” yazısı və imzalar olan iki ədəd tünd göy rəngli çantalardakı ümumi sayı 05 (beş) ədəd qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri: 12395 qram, 6560 qram, 5795 qram, 5280 qram, 14270 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi-44300 qramdır (44kq300qram). Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Üç ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. Qeyd: Marixuananın ümumi çəkisi - 44300 qram(1-5№ ob), tədqiqata istifadə olundu - 1,0 qram, (hər bağlamadan 0,2 qram) qalıq - 44299 qram. (Ekspertizaya tədqiqatının dəyəri 78(yetmiş səkkiz) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/4010 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N7” dairəvi möhür əksləri olan 01 ədəd kağız zərfdə və 02 ədəd tünd göy rəngli çantada olan:üzərində “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim etdiyi...” yazıları, imzalar olan zərfin içərisində, üzərində “Təqsirləndirilən şəxs1” yazısı olan 1 ədəd üzəri yapışqan lentlə sarınmış polietilen bağlamada təmiz çəkisi 56,443 qram qəhvəyi rəngli maddə və üzərində “Təqsirləndirilən şəxs2” yazısı olan 1 ədəd üzəri yapışqan lentlə sarınmış polietilen bağlamada təmiz çəkisi 49,237 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir; üzərində “Təqsirləndirilən şəxs1 təqdim etdiyi kütlələr... ” yazıları, imzalar olan 02 ədəd göy rəngli çantaların içərilkərində 04 ədəd üzəri yapışqan lentlə sarınmış polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 954 qram, 934 qram, 919 qram, 963 qram ümumi təmiz çəkisi 3770 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir; 03 ədəd üzəri yapışqan lentlə sarınmış polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 2010 qram, 2000 qram, 1990 qram ümumi təmiz çəkisi 6000 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir; 1 ədəd şəffaf polietilen paketdə ümumi sayı 40 ədəd olan müxtəlif rəngdə (sarı, göy, çəhrayı, yaşıl, narıncı) və müxtəlif formada olan həblər narkotik vasitə, psixotrop maddə və güclü təsiredən maddələrə aid deyil. Tədqiqata təqdim edilmiş 03 (üç) ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və digər bağlamalarda olan heroinlərlə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs1 məxsus zərfdə və çatalardakı ümumilikdə 05 (beş) ədəd bağlamada olan heroinlərin ümumi təmiz çəkisi 3826,443 qramdır. Təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim etdiyi...” yazıları olan zərfin içərisindəki 02 (iki) ədəd bağlamada olan heroinlərlə üzərində “Təqsirləndirilən şəxs1 təqdim etdiyi kütlələr... ” yazılar olan iki ədəd göy rəngli çantaların içərisində 04 (dörd) ədəd bağlamada olan heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eynidirlər. Qeyd: heroinin təmiz çəkisi (H.Nəzər) - 49,237 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 49,187 qram. Heroinin üm. çəkisi (M.Mustafa) - 3826,443 qram, cəmi tədqiqata sərf edildi - 0,25 qram, qalıq - 3826,193 qram. metamfetaminin üm. çəkisi: 6000 qram, cəmi tədqiqata sərf edilən miqdar - 0,18 qram, qalıq - 5999,82 qram. Müxtəlif rəngli həblər - 40 ədəd, tədqiqata sərf edilən miqdar - 6 ədəd, qalıq 34 ədəd həb. (Ekspertizaya tədqiqatının dəyəri 55(əlli beş) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs2 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı təsdiq edərək həqiqətən də Təqsirləndirilən şəxs1la Biləsuvar rayonuna gedərək oradan üç ədəd bağlamada narkotik vasitə götürdüklərini, həmin bağlamalardan birini deyildiyi kimi aparıb yerləşdirdiklərini, qalan iki ədəd bağlama isə evə baxış zamanı müəyyən olunan bağlama olduğunu, məhz həmin bağlamaları Mustafaya kömək edib sonuncunun kirayə götürdüyü evə qaldırdıqlarını, saxlanılarkən heç bir təzyiqə məruz qalmadığını bir daha qeyd etmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı şahid qismində dindirilmiş BNMİ-nin əməkdaşı Şahid1 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-829/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-828/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 5(005)-941/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovniki Mahir Məmmədov tərəfindən təsdiq edilmiş 23 iyul 2022-ci il tarixli qərar qanuna uyğun hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli “mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müvafiq olaraq götürülmüş 01 ədəd “Samsung A12” və 01 ədəd “Samsung A21s” markalı mobil telefon aparatlarına baxış keçirilmiş, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş bir ədəd “Samsung A12” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastmas gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zamanı çoxsaylı kontaktların, o cümlədən də adı “İlqarT’ kimi qeyd olunmuş +**********54 saylı İran İslam Respublikasına məxsus olan GSM nömrəli kontaktın, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edildi. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs2 çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur. Konkret olaraq isə adı kontaktlar siyahısında qeyd olunmayan lakin iş materiallarından məlum olduğu kimi digər Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində həmin istifadəçinin 09 iyul 2022-ci il tarixdə saat 23:02-də Təqsirləndirilən şəxs2 “...gör nə deyirəm Kəbieyi...mənim bu gün gəlməyim alınmadı..maşın tapa bilmədim..sən bir dənə şey nən danışarsan sabah onu götürüb gəlsin mən gəlim oradan götürüm də sizdən” səsli mesaj yollamış, xx.xx.2022-ci il tarixdə saat 22:00-da Təqsirləndirilən şəxs2 ona “...mende de bekarcılıqdı..dedim gorum neyniyirsən..birşey ele veziyyetden çıxaq..” mətnli yazılı mesajına Təqsirləndirilən şəxs1 “yaxşı elədin İnşallah səbrli ol bayram qutarsın maşını götürüm verim sənə yaxşı olacaq” mətnli mesaj yazmış, 13 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 “Kebleyi axşamın xeyir qaqa...meni yığda brat danışdın qutardın?” yazısına “...qardaşım sabah səni yığacam İnşallah sabah gedib sənə maşın götürəcəm, orada da gedəcəyik Allahın izni ilə Horadizə...biraz başım qarışıqdı..zəng edəcəm sənə dərdləşərik sonra...səbrli ol qardaşım yığacam qadan alım sabah yığacam səni birbaşa iş var da..işi düz qoş eləmişəm..narahat olma dədə sabah çıxacağıq rayona..birgə yaxşı işlər var” səsli mesaj yollaması məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 istifadəsində olmuş bir ədəd “Samsung A21s” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastmas gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zamanı çoxsaylı kontaktların, o cümlədən də adı “Adaş” kimi qeyd olunmuş +**********81 saylı, adı “Arif (Elnur Fida)” kimi qeyd olunmuş +**********17 saylı, adı “B Z” kimi qeyd olunmuş +**********21 saylı, adı "İlqar” kimi qeyd olunmuş +**********54 saylı, adı “İmamverdi” kimi qeyd olunmuş +**********51 saylı, adı “İmoş” kimi qeyd olunmuş +**********54 saylı, adı “Məhəmməd Rəsul” kimi qeyd olunmuş +**********40 saylı İran İslam Respublikasına məxsus olan GSM nömrəli kontaktların, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edildi. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp Business” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur, Konkret olaraq isə adı kontaktlar siyahısında qeyd olunmayan ***-***-**-** saylı nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində Təqsirləndirilən şəxs1 həmin istifadəçiyə 23 iyul 2022-ci il tarixdə saat 05:00-da işarə ilə göstərilmiş yerin fotogörüntülərini və koordinatlarını göndərməsi məlum olmuşdur. Həmin telefonun daxili yaddaşına baxış davam etdirilən zaman məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətibiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər" bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur. Konket olaraq isə adı kontaktlar siyahısında qeyd olunmayan +**********59 saylı İran İslam Respublikasına məxsus olan nömrədən qeydiyyatdan keçmiş istifadəçi 22 iyul 2022-ci il taridə saat 21:58də Təqsirləndirilən şəxs1 “Brat nətərsən? yaxşısan?..setdə ol..o adamı İnşallah zad eliyərsən...qardaş deyər mal atar da onun üstünə..yaxçımı? mən səni qoşacam Veysəllə danışacağıq üçümüz..Veysələ dedim o da dedi ataram üstünə..” səsli mesaj yollamışdır, adı qeyd olunmayan ***-***-**-** saylı GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçi 10 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 “Brat, mənəm Fehmin..abi 90 versəm 3,5 alınar?” mesaj yazmış, Təqsirləndirilən şəxs1 da ona cavab olaraq “yoo elə alınmayacaq..sən dediyin miqdarda götürdüme...” səsli mesaj yollamış, daha sonra həmin abunəçi Təqsirləndirilən şəxs1 “Brat mən daş demişdim de sene eki yox Allahaqqı indide isdemirler bunu qaldi usdumde deyir ya pulu ver ya daş..ona göre sonradan 3 bidenede yarı isdedim sennen...daş bilib hərəkət eləmişəm...” mətnli sms yazmışdır, bundan başqa adı kontaktlarda “Tango” kimi qeyd olunmuş ***-***-**-** saylı GSM nömrənin istifadəçisi Təqsirləndirilən şəxs1 “qardaşıva padderjka eliyə bilərsən? burda bərk qıtlıqdı qardaşım” səsli mesajına Təqsirləndirilən şəxs1 cavab olaraq “padderjka deyəndəki brat..pulunu vurdun götürdün də., pulu na minnətli olan bir şeydi” bildirmiş, həmin abunəçinin ona “Məhəmmədlə işləyirsən sən?...torpaq daşı mənə neçiyə düz qoş edə bilərsən...15-16 dan düz qoş edə bilərsən? 20 qədər yeri var da” verdiyi suala Təqsirləndirilən şəxs1 cavab olaraq “yoo dədə Məhəmmədlə yoo, İlqarla...mənim də vəziyyətim yaxşı deyil...16 dan götürə bilərəm” bildirmiş, adı qeyd olunmayan +**********70 saylı X5 məxsus olan GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçi 19 dekabr 2021- ci il tarixdə Təqsirləndirilən şəxs1 “Salam..Nejasan? Man iranan Nemra gagam verdi” yazdığı mesaja sonuncu cavab olaraq “Salam...mən tanıya bilmədimə sizi...kim idiki?” səsli mesaj yollamış, həmin vaxt sözügedən abunəçi ona “Tanbo verib nömrəni...mən İrandanam..dedi get danış iş gör...adınız nə oldu sizin? mənim adım Hüseyndir” səsli mesaj yazmış, Təqsirləndirilən şəxs1 da ona cavab olaraq “Həə..aydındır qardaşım..mən səni günorta yığaram danışarıq ətraflı” səsli mesaj yazmışdır. Bundan sonra, həmin mobil telefon cihazının daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp Plus” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur. Konket olaraq isə yuxarıda adı “İlqar” kimi qeyd olunmuş +**********54 saylı İran İslam Respublikasına məxsus olan nömrənin istifadəçisi ilə dialoq pəncərəsində həmin istifadəçinin 18 iyul 2022-ci il tarixdə saat 17:22-də Təqsirləndirilən şəxs1 “Vefasiz insan zamanar qardaş diyen ugian hani bes qardaslix bura gederdi numresinen basgasi yazir teyma isteyir amaki uzunen bir xeber yuxdu qardasiigin buydumu bes...” mətnli yazdığı mesaja cavab olaraq həmin tarixdə saat 18;26-da “...sən qardaşıvm qədrini bilmədin...mən səninlə hara kimi lazımdı düz idim sən prosto bilmədin onu nə deyim sənə...o nömrə də qardaşım, təzə çıxanda yox idi telefonum zadım..götürmüşdüm onu müvəqqəti işlədirdim..o vaxtı səninlə elə belə yox idi də münasibətim..mən onu görürdüm..o mənim işlərimi həll edirdi..sonra səninlə münasibtə edəndə kəsdim onunla əlaqəni o barədə..ona görə götürüb yazıb sənə...əslində mənə dedi...yığacam əsni danışarıq” mətnli səsli mesaj yollamış, 20 iyul 2022-ci il tarixdə saat 16:36-da həmin abunəçi Təqsirləndirilən şəxs1 “qaqaş kartın şəklini at...pul oturanda xəbər et” yazmış, həmin tarixdə saat 16:39-da Təqsirləndirilən şəxs1 ona cavab olaraq “gəldi qardaşım..gəldi” mətnli səsli mesaj yollamış, 20 iyul 2022-ci il tarixdə saat 21;54-də Təqsirləndirilən şəxs1 həmin abunəçiyə “abi mən Biləsuvara girdim...bir dənə yemək yeyim yığacam səni” səsli mesajına cavab olaraq həmin abunəçi “yaxşı qadan alım..get yeməyivi ye sənə deyəcəm..bir dənə mənə konum at" yollaması, Təqsirləndirilən şəxs1 da ona cavab olaraq faktiki olduğu yerin koordinatlarını yollaması məlum olmuşdur. Bundan sonra həmin tarixdə saat 22:40-da həmin abunəçi Təqsirləndirilən şəxs1 “darıxmırsan? Harda olsa xəbər çıxacaq..deyəcəm nə edəcəksən hara gedəcəksən...uzağa getməyəcəksən elə həmin ətraf olacaq..rahat yerə qoyduracam düşüb götürüb atacaqsan maşına” səsli mesaj yollamışdır. Bundan sonra 21 iyul 2022-ci il tarixdə saat 01:03-da həmin abunəçi Təqsirləndirilən şəxs1 “Bəhramtəpənin kruqundan gedəcəksən Daşburuna sarı..10-11 kilometr gedəcəksən konum da var da..gedəcəksən Daşburuna...orada yolda plakatlar var yazılıb 116-cı plakat.onun yanında saxlayacaqsan yanında 1 metr içəridə plakatın yanında balaca arx kimi yer var orda üç ədəd meşok var..onları maşına atıb sürəcəksən...konumun da var” səsli mesaj yollamışdır. Həmin tarixdə saat 04:59-da Təqsirləndirilən şəxs1 “1 kilo kola 500 pati 1 kilo ot...5 kilo ot 2 kilo kola 500 pati..1 kilo kola 500 pati...1 kilo kola 500 pati...700 kola 300 pati 500 ot...bunları bir reyis cix at.6 ünvan oldu” mətnli mesaj yazmış, Təqsirləndirilən şəxs1 ona cavab olaraq elektron tərəzinin üzərinə qoyulmuş yapışqan lentə bürünmüş qara rəngli sellofan bağlamanın şəklini çəkib həmin abunəçiyə yollamış, sonrakı danışıqlarda isə Təqsirləndirilən şəxs1 həmin abunəçi ilə narkotik vasitələrin olduğu bağlamaları yerləşdirdiyi ünvanların şəklini və işarə ilə qoyulduğu yeri və koordinatlarını yollaması məlum olmuşdur. Həmin gün saat 17:18-da həmin abunəçinin Təqsirləndirilən şəxs1 “get naharıvı elə...çox sağol minnətdaram...bir-iki saatdan sonra obiriləri sənə yazacam qutaracaqsan yarıdan çoxunu qurtaracam bugün” mətnli səsli mesaj yollamış, həmin tarixdə saat 20:10-da həmin abunəçi Təqsirləndirilən şəxs1 “2 kilo kola 1 kilo pati...500 k 300 p...500 kola 300 p..nə qədər çəkər evdən çıxmağınız? 4 ünvandı” mətnli yazdığı mesaja Təqsirləndirilən şəxs1 “qardaşım bir balaca işlərimiz var idie üzürlü say bir az yuvanırıq...bacardığımız qədər tez atıb sənə deyəcəyik qardaşım...” cavab olaraq mətnli səs yazısını göndərmiş, bu vaxt “İlqar” adı ilə qeydiyyatdan keçmiş abunəçi Mustafa Məmmdəova “bir az əl dəbərt...sən belə deyildine...canavar kimi idin çölə çıxdın tappa- tarap atırdın” mətnli mesaj yollamış, sonrakı yazışmalarda Təqsirləndirilən şəxs1 yerləşdirdiyi narkotik maddələrin işarələnmiş fotogörüntülərinin və koordinatlarının həmin abunəçiyə yollaması məlum olmuş və nəticədə Təqsirləndirilən şəxs1 görülən işə görə pulun yollanmalı olduğu hesabın nömrəsini həmin abunəçiyə yazaraq “4169 7423 2169 9197 kapital Nəzər” mesajını yollamış, 24 iyul 2022-ci il tarixdə həmin abunəçi Təqsirləndirilən şəxs1 “qaqaş yatıbsız...sumkanı atmışam...onu get gotur...pramoy yığıram” mesajını yollamış və sonrakı müddətdə cavabsız zənglər etdiyi məlum olmuşdur. Tərtib edilmiş protokola sübut əhəmiyyətli yuxanda qeyd olunan yazışmaların və görüntülərin müvafiq hissələrinin skrinşot qaydasında şəkli çəkilərək fotocədvəl formasında fotocədvəl şəklində protokola əlavə edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli 15424 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs2 müvafiq olaraq istifadəsində olan 050-898- 41-23 saylı GSM nömrəyə aid 25 iyul 2021-ci i! tarixdən 25 iyul 2022-ci il tarixədək olan müddət ərzində ələ keçirilmiş məlumatlara baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 istifadəsində qeyd edilən GSM nömrənin onun öz adına qeydiyyata alınaraq çoxsaylı abunəçilərlə zəng və qısa mesaj vasitəsilə ünsiyyətdə olmuş, o cümlədən, məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan hazırda məlumatlarına dair çıxarış təqdim olunmuş GSM mobil telefon nömrəsinin ötürücü antenaları xx.xx.2022-ci il tarixdə saat 17:01- dən etibarən həmin tarixdə saat 22:22-dək olan müddət ərzində müvafiq olaraq Füzuli rayonunun Alxanlı, Balabəhmənli və Bəhmənli kəndinin ərazisində qeydə alınmışdır. Bundan başqa, baxış zamanı məlum olmuşdur ki, həmin GSM mobil telefon nömrəsinə aid olan ötürücü antenaları istintaqla araşdırılan ərəfədə, yəni xx.xx.2022-ci il tarixdə saat 00:19-da həqiqətən də Biləsuvar rayonunun Səmədobad kəndinin ərazisində qeydə alınmışdır. İstintaq əhəmiyyəti kəsb edən anten məlumatlarının müvafiq hissəsi çıxarış formasında çap edilərək protokola əlavə edilmişdir. Ona görə də, baxış zamanı müəyyən edilmiş sübut əhəmiyyəti kəsb edən məlumatları özündə əks etdirən həmin bir ədəd CD disk maddi sübut kimi tanınaraq və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli BKC/LGL- 11643/22 saylı məktubla müşayiət olunan 01 ədəd diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin onun öz adına qeydiyyata alınaraq müxtəlif nömrələr arasında telefon danışıqları və sms yazışmalarının olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***- **-** saylı GSM mobil telefon nömrəsinə aid 25 iyul 2021-ci il tarixdən 25 iyul 2022-ci il tarixədək olan müddət ərzində ələ keçirilmiş məlumatlara baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 istifadəsində qeyd edilən GSM nömrənin onun öz adına qeydiyyata alınaraq çoxsaylı abunəçilərlə zəng və qısa mesaj vasitəsilə ünsiyyətdə olmuş, o cümlədən, məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan GSM mobil telefon nömrəsinin ötürücü antenaları Təqsirləndirilən şəxs2 istifadəsində olmuş GSM mobil telefon nömrə ilə eyni zaman və məkanda, yəni xx.xx.2022-ci il tarixdə saat 03:53dən etibarən həmin tarixdə saat 20:49-dək olan müddət ərzində müvafiq olaraq Füzuli rayonunun Böyük Bəhmənli, Kərimbəyli kəndləri və Horadiz qəsəbəsinin ərazisində qeydə alınmışdır. Bundan başqa, baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan həmin GSM mobil telefon nömrəsinin ötürücü antenaları istintaqla araşdırılan ərəfədə, o cümlədən Təqsirləndirilən şəxs2 da istifadəsində olmuş GSM mobil telefon nömrə ilə eyni zaman və məkanda, yəni xx.xx.2022-ci il tarixdə saat 00:10-dan etibarən həmin tarixdə saat 02:15-dək olan müddət ərzində müvafiq olaraq Biləsuvar rayonunun Səmədabad və yaxın kəndlərin ərazisində qeydə alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli AZF/LGL- 5883/22 saylı məktubla müşayiət olunan 01 ədəd diskə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsinə aid 25 iyul 2021 ci il tarixdən 25 iyul 2022-ci il tarixədək olan müddət ərzində ələ keçirilmiş məlumatlara baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 istifadəsində qeyd edilən GSM nömrənin vasitəsilə çoxsaylı abunəçilərlə zəng və qısa mesaj vasitəsilə ünsiyyətdə olmuş, o cümlədən, ***-***-**-** saylı GSM nömrənin abunəçisinin xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 “Camaat gelib catir uwaglig eliyirserı...Elden cixacey puldu yende...Catir bura indi daniwdim...Her defe gelib geden uwaglardi elden cixmasinnar... Yeri yoxdu elediyivun camaat diyirem gelir mende evde camaati qoyub gelmiwem wehere ac telefonu...Weherde menim iwim yox idi...Buna gore gelmiwem...Elden cixmasin xeyirdi...Camaat gelib yanimdadi ALLAHA and olsun uwagliq eliyirsen... **x qoydun her weyin icine...70 de batdi fso...Raski sen menin iwimi pox eledun mende bele eliyirem...Men evde iwimi atib geldim 5 10 xeyir var sen bele eledun hec eybi yox gor indi men neynicem...” sözlərini yazmışdır. Bundan başqa, məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan hazırda məlumatlarına dair çıxarış təqdim olunmuş GSM mobil telefon nömrəsinin ötürücü antenaları istintaqla araşdırılan ərəfədə, yəni xx.xx.2022-ci il tarixdə saat 00:38-dən etibarən həmin tarixdə saat 23:14-dək olan müddət ərzində müvafiq olaraq Biləsuvar rayonu, Beyləqan rayonu və sonrakı müddətdə Füzuli rayonunun Böyük Bəhmənli, Kərimbəyli, Alxanlı, Balabəhmənli kəndləri və Horadiz qəsəbəsinin ərazisində qeydə alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “bank məlumatlarına baxış keçirilməsi haqqında” 26 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" ASC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli 157000/2-5124 saylı məktubla müşayiət olunan 01 ədəd disk və hesab üzrə məxaric-mədaxil əməliyyatlara dair 03 vərəqdə təqdim olunuş çıxarışa keçirilmiş baxış zamanı məlum olmuşdur ki, araşdırma zamanı sorğu edilən 4169 74** **** 9197 nömrəli plastik kartın bağlı olduğu hesab Təqsirləndirilən şəxs2, 4169 73** **** 7001 nömrəli plastik kartın bağlı olduğu hesab Təqsirləndirilən şəxs1 adına qeydiyyatdan keçmişdir. Təqdim edilmiş çıxarışlara nəzər salınan zaman məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 adına olan plastik kart üzrə elektron hesaba xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində terminallardan və digər sistemlə köçürmələrdən istifadə etməklə ayrı-ayrı vaxtlarda 10, 40, 20, 80, 21, 31, 60, 30, 20, 400 manat, bundan əlavə Təqsirləndirilən şəxs1 adına olan plastik kart üzrə elektron hesaba xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində terminallardan və digər sistemlə köçürmələrdən istifadə etməklə ayrı-ayrı vaxtlarda 200, 20, 340, 50, 100, 300, 500 manat məbləğində pul köçürülmüşdür. Ona görə də, baxış zamanı müəyyən edilmiş sübut əhəmiyyəti kəsb edən məlumatları özündə əks etdirən həmin bir ədəd CD disk maddi sübut kimi tanınaraq saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli üzləşdirmə protokollarından görünür ki, istintaq zamanı şahid qismində dindirilmiş BNMİ-nin əməkdaşı Şahid1, Şahid2 və Şahid3 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş, onlar istintaqa vermiş olduqları ifadələrini Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişlər. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “bank məlumatlarına baxış keçirilməsi haqqında” 02 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" ASC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli HTİD/6755 saylı məktubla müşayiət olunan 01 ədəd disk və hesab üzrə məxaric-mədaxil əməliyyatlara dair 41 vərəqdə təqdim olunmuş çıxarışlara keçirilmiş baxış zamanı məlum olmuşdur ki, araşdırma zamanı sorğu edilən 4098 58** **** 0687 nömrəli və 4098 60** **** 3107 nömrəli plastik kartların bağlı olduğu hesablar Təqsirləndirilən şəxs1, 4098 58** **** 3780 nömrəli plastik kartın bağlı olduğu hesab isə Təqsirləndirilən şəxs2 adına qeydiyyatdan keçmişdir. Təqdim edilmiş çıxarışlara nəzər salınan zaman məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 adına olan 4098 58** **** 0687 nömrəli plastik kart üzrə elektron hesaba xx.xx.2021-ci il tarixdənxx.xx.2022-ci il tarixədək olan müddət ərzində terminallardan və digər sistemlə köçürmələrdən istifadə etməklə ayrı-ayrı vaxtlarda 120, 70, 7, 10, 50, 15, 240, 20, 10, 70, 215, 10, 40, 17, 365, 40, 10, 131, 140, 10, 20, 5, 50, 30, 20, 50, 5, 5, 30, 7, 35, 20, 80, 50, 20, 35, 100, 300, 20, 100, 60, 10, 100, 125, 125, 43, 160, 46, 165, 95, 155, 23, 40, 30, 60, 60, 46, 50, 140, 210, 60, 30, 20, 55, 75, 76, 10, 25, 50, 80, 250, 55, 90, 18, 55, 55, 50, 20, 200, 70, 40, 50, 52, 40, 20, 20,150, 40, 193, 10, 150, 550, 50, 100, 71, 30, 70, 80, 200, 250, 20, 20, 91, 30,10, 250, 206, 8,15, 15, 90, 79, 20, 10, 75, 137, 130, 10, 96, 70, 160, 200, 50, 120, 20, 25, 30, 20, 80, 100, 250, 60, 15, 40, 25, 30, 49, 10, 11, 10, 30, 25, 25, 10, 50, 70, 20, 30, 40, 20, 10, 15, 20, 25, 25, 200, 20, 70, 30, 40, 70, 20, 70, 25, 20, 25, 100, 60, 39, 60, 95, 40, 50, 22, 45, 100, 130, 22, 100, 36, 85, 30, 300, 150, 300, 100, 300, 106, 40, 500, 50, 400, 800, 160, 400, 350, 70, 35, 20, 300, 500, 40, 300, 325, 50, 150, 420, 50, 30, 250, 40, 80, 750, 250, 1000, 170, 75, 500, 100, 20, 550, 200, 500, 500, 300, 20, 650, 45 manat məbləğində pul köçürülmüş və həmin hesab üzrə qeyd edilən dövr ərzində ümumilikdə 25.257 (iyirmi beş min İki yüz əlli yeddi) manat dövriyyə edilmiş, bundan əlavə onun adına olan digər plastik kart üzrə elektron hesaba xx.xx.2021ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində terminallardan və digər sistemlə köçürmələrdən istifadə etməklə ayrı-ayrı vaxtlarda 10, 10, 286, 24, 145, 44, 29, 12, 28, 276, 65, 10, 235, 20, 41, 23, 21, 124, 233, 33, 147, 101, 10, 117, 19, 21, 314, 28, 150, 30, 13, 96, 26, 15, 42, 78, 23, 198, 48, 235, 38, 183, 96, 103, 151 manat məbləğində pul köçürülmüş və həmin hesab üzrə qeyd edilən dövr ərzində ümumilikdə 3.979 (üç min doqquz yüz yetmiş doqquz) manat dövriyyə edilmiş, daha sonra Təqsirləndirilən şəxs2 adma olan plastik kart üzrə elektron hesaba xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində terminallardan və digər sistemlə köçürmələrdən istifadə etməklə ayrı-ayrı vaxtlarda 136, 57, 52, 140, 109, 77, 15, 87, 123, 100, 55, 77, 13, 145, 211, 20, 101, 50, 75, 149, 11, 89, 10, 46 manat məbləğində pul köçürülmüş və həmin hesab üzrə qeyd edilən dövr ərzində ümumilikdə 1.949 (bir min qırx doqquz) manat dövriyyə edilmişdir. Ona görə də, baxış zamanı müəyyən edilmiş sübut əhəmiyyəti kəsb edən məlumatları özündə əks etdirən həmin bir ədəd CD disk maddi sübut kimi tanınaraq saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli üzləşdirmə protokollarından görünür ki, istintaq zamanı şahid qismində dindirilmiş BNMİ-nin əməkdaşı Şahid2 və Şahid3 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş, onlar istintaqa vermiş olduqları ifadələrini Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişlər. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2022-cİ il tarixli, 5115 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2022-cİ il tarixli, 5118 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Cinayət işinə əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan məhkəmə-psixiatrik ekspertizasının nəticəsində əldə edilmiş 10 oktyabr 2022-ci il tarixli 2693 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs1 hal- hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar edilmir. Onda xasiyyətion psixopatik cizgiləri müəyyən edilir, Təqsirləndirilən şəxs1 hadisəni törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də o, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 barəsində məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Cinayət işinə əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2021-ci il təvəllüdlü X2 adlı bir azyaşlıövladı vardır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2019-cü il tarixli, 1(101)-307/2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4, 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 əməli AR CM-nin 126.2.3, 126.2.4-cü maddələrindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilmiş, AR CM-nin 126.1-ci maddəsi ilə 03 il müddətinə, 127.2.3-cü maddəsi ilə 02 il müddətinə, 221.3-cü maddəsi ilə 02 il müddətinə və qəti olaraq 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, qərarı ilə 10 ay 16 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Həmin məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Həmin məcəllənin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Həmin məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə məhkum edilmiş şəxs cəzanı çəkib qurtardığı gündın altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 əməli cinayətin təhlükəli residivini yaradır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, onların hər birinin şəxsiyyətini, törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb hesab edir ki, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəza seçilməli və cəzasını tutulduğu vaxtdan- xx.xx.2022-ci il tarixdən hesablanmaqla, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb hesab edir ki, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəza seçilməli və cəzasını tutulduqları vaxtdan- xx.xx.2022-ci il tarixdən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən hal müəyyən etməmişdir, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamasını, himayəsində bir azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikasının DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 49,187 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3826,193 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 5999,82 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 44299 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 34 ədəd müxtəlif rəngli dərman həbləri, 03 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus “Samsunq ” markalı mobil telefonlar onların yaxın qohumlarına qaytarılmalı, 02 ədəd DVD və 05 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ekspertiza xərci təşkil edən 133 (yüz otuz üç) manat müştərək qaydada alınıb dövlət büdcəsinə verilməli və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 23 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 23 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin. İş üzrə ekspertiza xərci təşkil edən 133(yüz otuz üç) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikasının DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 49,187 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3826,193 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 5999,82 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 44299 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 34 ədəd müxtəlif rəngli dərman həbləri, 03 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edisin, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus “Samsunq ” markalı mobil telefonlar onların yaxın qohumlarına qaytarılsın, 02 ədəd DVD və 05 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-467/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-467/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver