Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-467/2025 26.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X10 və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Qanunçuluq” Vəkil Bürosu Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1970-ci il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, heç bir yerdə işləməmiş, məhkumluğu olmayan, “Birinci Qarabağ” Müharibəsi veteranı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 3 ünvanında yaşamış, ünvan 4ü il tarixli qərarı ilə barəsində əvvəli 18 dekabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ondan ötrü ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını əvəzsiz ələ keçirmək məqsədi ilə tanışlıq münasibətlərində olduğu Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncuya özünü geniş biznes əlaqələrinə malik və böyük həcmli ticarət dövriyyəsi olan güvənli şəxs kimi təqdim edib borc əvəzində Şahid1 tərəfindən Zərərçəkmiş şəxs verilmiş ünvan 5 ünvanında “Şaiq" Mənzil-Tikinti Kooperativi tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının “B” girişində yerləşən 105,21 kvadrat metr sahəyə malik 90.000 ABŞ dolları dəyərində 62 saylı üç otaqlı mənzili cinayətkar niyyətindən çıxış edərək həmin vaxt Zərərçəkmiş şəxs ölkə hüdudlarından kənarda olduğunu səbəb kimi bəhanə edib Azərbaycan Respublikasına gəldikdən sonra həmin daşınmaz əmlakı onun adına sənədləşdirəcəyinə dair yalan vəd verib aldadaraq 09 may 2013-cü il tarixdə "xxxx" MTK-nın ünvan 6 ünvanında yerləşən ofisində mənzili öz adına sənədləşdirməklə ələ keçirib sonradan başqa şəxsə 90.000 manata sataraq əldə etdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs həmin dövrün məzənnəsi ilə 70.200 manat təşkil edən 90.000 ABŞ dolları məbləğində, külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xüsusilə külli miqdarda əmlakını əvəzsiz ələ keçirmək məqsədi ilə tanışlıq münasibətlərində olduğu Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncuya özünü geniş biznes əlaqələrinə malik və böyük həcmli ticarət dövriyyəsi olan güvənli şəxs kimi tanıdıb guya alışına kütləvi təlabat olan Rusiya Federasiyasının Dağıstan Respublikasında çoxsaylı başmaqların yüksək qiymətə topdan satışını təşkil edib dəyərini qısa müddət ərzində tam ödəyəcəyinə dair yalan vəd verib aldadaraq 2018-ci ilin yaz aylarında vahid niyyətlə əhatə olunmuş qəsdlə bir neçə dəfə olmaqla, sonuncu dəfə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi ünvanında olan “Binə” Ticarət Mərkəzində yerləşən icarə əsasında başmaqların satışı ilə məşğul olduğu mağazasında Eren Hüseynə məxsus və sonuncu tərəfindən göndərilmiş ümumilikdə həmin dövrün məzənnəsi ilə 1.339.741 manat təşkil edən 788.083 ABŞ dolları dəyərində müxtəlif növ başmaq mallarını alaraq ələ keçirib sonradan sataraq Zərərçəkmiş şəxs heç bir ödəniş etməyib əldə etdiyi bütün pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs 1.339.741 manat məbləğində, xüsusilə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxslə 2010-cu ildən tanışlıqları yaranmış, hər zaman Türkiyənin İstanbul şəhərində olanda Hüseyinə pul verib başmaqlar almışdır. Bu formada qarşılıqlı şəkildə biznes münasibətləri yaranmışdır. 2013-cü ildə İbrahimlə aralarında mənzil məsələsi olmuş, İbrahimin ona 50.300 ABŞ dolları borcu olduğu üçün borc əvəzində mənzil verməyi təklif etmiş və o da razılaşıb həmin mənzili qəbul etmişdir. 2015-ci ilədək Hüseyinlə aralarında biznes münasibətləri davam etmişdir. “Devalvasiya” dövründə Hüseyinin tapşırığı ilə Dağıstana göndərdiyi mallar satılmamış, Hüseyindən malları ucuz qiymətə satıb pulunu götürməyini xahiş etmiş, Hüseyin isə buna razı olmamışdır. Əlavə olaraq Hüseyinə malları Azərbaycana gətirməyi bildirmiş və gömrük rüsumu ilə maraqlanmışdır. Həmin malları gətirmək üçün gömrük rüsumu olaraq 60-70 min ABŞ dolları pul lazım olduğu deyilmiş, yenə də Hüseyin razılıq verməmişdir. Bundan sonra Hüseyin inanmadığına görə Dağıstanda olan malların videogörüntüsü çəkib Hüseyinə göndərmiş və Hüseyinin bundan sonra heç bir etirazı olmamışdır. Hal-hazırda da Dağıstanda olan müştərisi “Kalimat” adlı şəxsin icarəyə götürdüyü “Abdul” adlı şəxsə məxsus anbarlarda mallar qalmaqdadır. Bundan başqa Hüseyinin tapşırığı ilə Moskvaya mal qəbul etmək üçün getmişdir. Orada Hüseyinin 235.000 ABŞ dolları dəyərində mal göndərdiyini bilmişdir. Hüseyinin ona verdiyi mobil nömrə ilə tanışı Qövsinin mobil telefonu ilə əlaqə saxlamış, həmin şəxs “İndi gecdir, sabah saat 11:00-da Damodedov hava limanının yaxınlığında görüşək” demiş, o da sonuncunun dediyi kimi oraya getmiş, lakin bir neçə dəfə mobil nömrə ilə əlaqə saxlamağa çalışsa da, həmin nömrəyə zəng çatmamışdır. Hüseyinlə əlaqə saxlayıb verdiyi mobil nömrəyə zəng çatmadığını demiş və sonuncudan Türkiyədə karqo yaxınlıqda yerləşdiyi üçün gedib maraqlanmağını xahiş etmişdir. Hüseyin ona “Karqoya vermişəm, müştərim çox olduğuna görə başım qarışıqdı gedə bilmirəm” demişdir. O, 4 gün orada qalmış, hər gün təxminən 50 dəfə Hüseyin verdiyi mobil nömrə ilə, 10 dəfə isə Hüseyinlə əlaqə saxlamış, bundan sonra orada qalmağın mənasız olduğuna görə Bakı şəhərinə qayıtmışdır. Bundan sonra Hüseyinlə biznes fəaliyyəti dayanmışdır. 2016-cı ildə Hüseyinin şikayəti əsasında onu Bakı Şəhər Baş Polis idarəsinə çağırmış və məsələnin mülki məsələ olduğunu bildirmişlər. Bundan sonra 2018-ci ildə ona “lotu” kimi təqdim etdiyi türk vətəndaşları “Orhan”, “Polat”, azərbaycanlı “Amid”, “Ramin” adlı və “Çeçen” ləqəbli şəxslər mütəmadi olaraq müxtəlif yerlərdə onu görüşə dəvət etmiş, həmin görüşlər əsasən “Qafqaz” hoteldə və onun qarşısında yerləşən çayxanada olmuşdur. Görüşlərin birində oğlu Tural və bacısı oğlu Namiq də orada olmuş, orada “Orhan” adlı şəxs “Pulu ödəməsən, oğlundan əlini üz” demişdir. Bundan sonra yenə də onu “Qafqaz” hotelin qarşısında yerləşən çayxanaya çağırmış, orada Amid, “Çeçen”, Orhan, Polat və Hüseyinin özü də iştirak etmiş və bir nəfər adını xatırlamadığı azərbaycanlı şəxs də əlində tapança ilə hədə-qorxu gələrək diqtəsi ilə əlyazma kağızı yazdırmışdır. Həmin söhbət ərzində tapançanı başına tutan şəxs Hüseyinə “600.000 ABŞ dolları yazdıraq?" soruşmuş, Hüseyin isə “50.000 telinizə qurban, 550.000 ABŞ dolları yazdırın” demişdir. Bundan sonra növbəti dəfə Bakıxanov qəsəbəsində yerləşən adını xatırlamadığı çayxanada “Orhan” və “Amid” adlı şəxslər onu məcburi görüşə çağırmış, ona əvvəllər yazdığı əlyazmanı dəyişib başqa məzmunda yazması üçün hədə-qorxu gəlmişlər. Buna etiraz etmiş, həmin vaxt Orhan stolun üzərində olan bokalı ona tərəf atmış və o, kənara çəkildiyi üçün bokal ona dəyməmişdir. Bundan sonra çayxananın sahibi onları oradan çıxarmışdır. O, mobil nömrəsi ilə dəfələrlə Hüseyinlə əlaqə saxlamış və sonda Hüseyin cavab vermış, sonuncuya ona yenidən hədə-qorxu gəldiklərini və ondan yenidən əlyazma istədiklərini demiş, Hüseyin isə ona “Mən məsələni onlara tapşırmışam, mənlik deyil.” demişdir. O, hədə-qorxu gələn “Orhan”, “Ramin” və “Amid” adlı şəxslərə hissə-hissə olmaqla 38.000 manat pul vermişdir, çünki oğlunun idarə etdiyi avtomobilin nömrəsini, hərəkət trayektoriyasını bildirib, onu oğlunu öldürəcəkləri ilə təhdid etmişdilər. Polisə xəbər verəcəyi halda özünü və ailəsini öldürəcəklərini dedikləri üçün qorxub polisə məlumat verməmişdir. Hüseyinlə danışdıqdan iki gün sonra kriminal aləmin üzvləri kimi tanıdığı şəxslər Dağıstana gedib orada Hüseyinin göndərdiyi mallardan götürmək istədikdə Kalimat ona videogörüntülü zəng etmiş, Hüseyinin tapşırığı ilə həmin malları götürməyə gəldiklərini demiş, o, bundan sonra etiraz etməmiş və Kalimatın deməsinə görə malların müəyyən hissəsini həmin şəxslər maşınlara yükləyib aparmışdılar. Bundan sonra təxminən 2019-cu ildə Hüseyinlə aralarında olan məsələyə görə onu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə çağırmışlar. Orada onun və Şahid1 izahatları alınmış, qeyri-qanuni olaraq üzləşdirilmişlər. İbrahim ona dediklərini təsdiq etmiş və işlədiyi zaman yaranan 50.300 ABŞ dolları borcunun əvəzində mənzili verdiyini demişdir. Təxminən 2022-ci ildə Hüseyinin tanışları “Mətləb” və “Pənah” adlı şəxslər də onunla görüşmüş, pulu ödəməyəcəyi halda həbs olunacağını demişdilər. Mətləb Hüseyini yola salmaq üçün ondan 2.000 manat istəmişdir. O, sonuncuya təklif etmişdir ki, yol xərclərini o çəksin, gedib Dağıstanda malı təhvil versin. Lakin Mətləb razılıq verməyib Hüseyinlə danışmağını bildirmiş, Hüseyinlə bu barədə danışanda sonuncu ona “Mən bu işlərlə məşğul olmuram, get onlarla həll elə.” demişdir. Hüseyinlə sonuncu dəfə danışanda sonuncunun ona ailə-uşağının olmasını deyib külli miqdarda pul istəmiş və bundan sonra o, həbs olunmuşdur. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Hüseyn Eren ilə “Günaydın” restoranında görüşüb. Orxanı oteldə görüb, sonuncunu şəxsən tanımır. Orxan əlyazmanın hazırlanmasında iştirak edib. Bakıxanov qəsəbəsindəki məsələ “Günaydın” restoranında görüşdən 1-2 gün sonra olub. Ona Amid və Orxandan zənglər gəlib. Hüseyni əlyazmaya imza atanda görüb. Metin, Polat, Amid və Orxan Bakıxanov qəsəbəsində olan zaman gəlmiş və ona əlyazmanın onlar qane etmədiyini demiş, yeni formada yazmasını tələb etmiş, o da etiraz etmişdir. Mətin bakalı ona tərəf atmış və sonra çıxıb getmişdir. Daha sonra Polat gəlib “50.000 manat ver işi yoluna qoyum” demişdir. Türklər əgər pulu o, verməsə oğlunun öldürəcəkləri ilə onu hədələmişdir. 2014-2015-ci illərdə Hüseyin başqa şəxslərə də mal verib. Şahid2 ifadəsində onun adından dediyi sözləri işlətməyib. Ona Pənah zəng edib Mətləb də sonuncunun işçisi olub. Onunla görüşə Pənah, Hüseyn və Mətləb gəlib. Mətləblə dəfələrlə söhbəti olub. Sonuncu ona Hüseynin otel pulunu vermək lazım olduğunu deyərək ondan 200 manat pul alıb. 2015-ci ilə qədər Dağıstan Respublikasına mal göndərib. Amid bazara onun yanına gəlməyib, sonuncu zəng edib və o, Amidin dediyi ünvana gedib. “Günaydın” restoranında əlyazma yazılan zaman Amid həyətdə olub. Məhkəmə dövlət ittihamçısını, zərər çəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü ilə nəzərdə tutulan ittihamda ittihamın ikinci bəndi üzrə sonuncunun əməlində cinayət tərkibi olmadığından həmin bənd ittihamdan çıxarılmalı, bundan başqa Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü ilə nəzərdə tutulan ittihamda ittihamın birinci bəndi üzrə müəyyən edilmiş cinayət əməlini törətmişdir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə barəsində cəza təyin edilməməlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 10 ildir ki tanıyır. Natiqlə tanışlıqları İstanbul şəhərində olmuşdur. Natiq də Bakı şəhərində yerləşən “Binə” ticarət mərkəzində çəkələk satışı ilə məşğul olurdu. Həmin ticarət mərkəzində əvvəllər Natiq də fərdi sahibkar kimi mağaza işlətmişdir. Çəkələklərin topdan satışı ilə məşğul olduğu üçün Natiq ondan topdan satış qiyməti ilə çəkələk satmağını xahiş etmişdir. Natiq çəkələklərin Bakı şəhərində satışını təşkil edib həmin pulu ona ödəyəcəyini söz verdiyindən etiraz etməyib razılaşmışdır. Beləliklə, Natiqlə mütəmadi əlaqə saxlamış, bəzən Natiq özü şəxsən İstanbul şəhərinə gəlmiş, bəzən də o, çəkələkləri karqo vasitəsi ilə Natiqin işlətdiyi mağazaya, yəni Bakı şəhərində yerləşən “Binə” ticarət mərkəzinə göndərmişdir. Bu minvalla Natiqlə mütəmadi olaraq ticarətlə məşğul olmağa davam etmişlər. Həmin müddət ərzində Natiq ilkin vaxtlarda aldığı malların pulunu nağd ödəmişdi. Bir müddət keçdikdən sonra isə Natiqlə etibarlı münasibətlər qurduğu üçün və aldığı malların pullarını ödədiyinə görə Natiqə malların bir hissəsini Natiqin xahişi ilə nisyə olaraq verməyə də razılaşmışdır. Natiqlə 2019-cu ilin təxminən yaz aylarına qədər münasibəti yaxşı olmuş, çəkələk alqısatqısı ilə məşğul olmuşlar. Bundan sonra 2019-cu ilin yaz aylarında Natiq çəkələk üçün böyük miqdarda sifarişi olduğunu, həmin sifarişi təmin etmək üçün köməklik etməyini xahiş etmişdir. Artıq uzun müddətdir ki, Natiqi tanıdığı üçün sonuncuya inanmışdır. Bundan sonra Natiq “Mən TİR göndərəcəm, sən də həmin malları yükləyib Bakı şəhərinə göndərərsən.” demiş və o da etiraz etməmişdir. İşlətdiyi mağazada Natiqin istədiyi qədər mal olmadığına görə İstanbul şəhərində çəkələk istehsal edən fabriklərlə danışıb Natiqin istədiyi qədər mal vermələrini xahiş etmişdir. Həmçinin Natiq ondan xahiş etmişdir ki, həmin malları satdıqdan sonra pulları da ödəyəcək, təxminən 7-10 gün vaxt istəmişdir. O da işin görülməsi zamanı yarana biləcək problemləri nəzərə alıb fabriklərdən alınan malların pulunu 15 gün ərzində ödəyəcəyini demişdir. 35 ildir ki, bu sahədə fəaliyyət göstərdiyi üçün fabriklər ona güvənib sifariş verdiyi malı verməyə razılaşmışdılar. Bundan sonra Natiqə bu məsələni demiş, sonuncu da xahiş etdiyi kimi malları göndərdiyi yük maşınlarına yüklətdirib Bakı şəhərinə göndərməyini istəmiş və təxminən bir həftə ərzində Natiqin istədiyi qədər malı fabriklərdən götürüb Bakı şəhərinə göndərilməsini təmin etmişdir. Həmin malların böyük bir hissəsi 2 ədəd TİR yük maşını vasitəsi ilə Bakı şəhərinə göndərilmiş, qalan hissəsini isə əvvəllər olduğu kimi karqo şirkətləri vasitəsi ilə Bakı şəhərinə göndərmişdir. Bundan sonra Natiqlə mütəmadi olaraq malların çatmağından xəbərdar olmaq məqsədi ilə əlaqə saxlamış və təxminən 10-15 gün sonra mallar Bakı şəhərində Natiqin işlətdiyi mağazaya çatmışdır. Natiq də bir daha onu malları satıb tez bir zamanda, ən geci 7-10 gün ərzində pulu ödəyəcəyinə əmin etmiş və o da həmin müddət ərzində gözləmişdir. Həmin müddət keçdikdən sonra Natiqlə yenə də danışıb fabriklərin pulunun ödənilməli olduğunu demiş, bundan sonra Natiq ona “Malları satmışam, lakin pulunu tam ala bilməmişəm.” demiş, o da sonuncuya satılan maldan aldığı pulları fabriklərin pulunu ödəmək üçün göndərməyini bildirmişdir. Lakin Natiq müxtəlif bəhanələr gətirərək malların pulunu verməkdən imtina etmiş, o da artıq fabriklərin pulununun ödənmədiyini görüb İstanbul şəhərində yerləşən 3 evini və İstanbul şəhərindən kənarda yerləşən 1 evini, “Audi A5” markalı avtomobilini satıb fabriklərin pulunu ödəmişdir. Bundan sonra Natiq tez bir zamanda pulu ödəyəcəyini vəd vermiş, Natiqə güvəndiyi üçün yenə də gözləsə də, Natiq pulu ödəməkdən imtina edib dələduzluq yolu ilə malları ələ keçirmişdir. Natiq çəkələk mallarını dələduzluq yolu ilə ələ keçirib ona ümumilikdə 788.083 ABŞ dolları, yəni 1.339.741 manat maddi ziyan vurmuşdur. Bundan sonra mütəmadi olaraq Natiqdən pulunu tələb etsə də, Natiq Dağıstanda 500.000 ABŞ dolları məbləğində malı olduğunu, onun pulunu alıb pulu qaytaracağını bildirmişdir. Lakin Natiq artıq müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən boyun qaçırmışdır. Sonradan ona məlumat vermişlər ki, Natiq həmin pul hesabına özünə villa almış, tədris mərkəzi açmış, bir sözlə onun pulu hesabına özünə biznes fəaliyyəti qurmuşdur. Həmin müddət ərzində “Şahid1” adlı şəxs də eyni niyyətlə ondan çəkələk alaraq pulunu ödəməkdən yayınmışdır. Sonradan Şahid1 ona verəcəyi pulu 90000 ABŞ dolları hissəsinin müqabilində ünvan 5 ünvanında inşa edilən "xxxx" MTK-ya məxsus binanın B giriş, 10-cu mərtəbəsində tikinti sahəsi 105,21 kv.m, yaşayış sahəsi 52,97 kv.m olan üç otaqlı 62 saylı mənzili adına keçirəcəyini demişdir. Həmin müddət ərzində İstanbulda olduğundan mənzili etibarnamə əsasında Təqsirləndirilən şəxs verməsini, o gəldikdən sonra isə Natiqin adına keçirəcəyini demişdir. Lakin Natiq öz çirkin əməllərinin davamı olaraq sözügedən mənzili öz adına keçirərək kirayəyə vermiş, bunun bağlı iradını bildirdikdə isə evin pulunu kredit götürüb verəcəyini demişdir. Lakin həmin evin pulunu verməmiş və evi dələduzluq yolu ilə ələ keçirmişdir. Ona görə də 90.000 ABŞ dolları məbləğində pulu Təqsirləndirilən şəxs verməli olduğu 788.083 ABŞ dolları məbləğində pulun üzərinə hesablamışdır və Natiq ona 878.083 ABŞ dolları məbləğində pulu verməli olmuşdur. Təqsirləndirilən şəxs 2 il ərzində cəmi 30.000 ABŞ dolları pul ödəmiş və hazırda verməli olduğu pul 848.083 ABŞ dolları təşkil etmişdir. Hazırda İbrahimin özünün də ona 20.000 ABŞ dollar məbləğində borcu var və İbrahim qəbz yazaraq 20 oktyabr 2023-cü il tarixdən etibarən hər ay 1.000 ABŞ dolları ödəyəcəyini bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs niyyəti onunla münasibət yaradıb etibarını qazanmaq və bunun nəticəsi olaraq etibarından sui-istifadə edərək dələduzluq yolu ilə ona məxsus əmlakları ələ keçirmək olmuşdur. Bununla bağlı aralarında “Whatsapp” mobil tətbiqi vasitəsi ilə aparılmış yazışmalar da mövcuddur. Natiqlə 070-050- ***-***-**-**, ***-***-**-** GSM mobil nömrələri ilə mütəmadi əlaqə saxlayırdı. Sonuncu dəfə 2023-cü ilin sentyabr ayında Natiqlə əlaqə saxlamış və yenə də Natiq pulu tam verəcəyini vəd vermiş, amma hər hansı miqdarda pul qaytarmamışdır. Mobil nömrəsini “qara siyahıya” saldığı üçün Natiqlə artıq əlaqə saxlaya bilməyib. Natiq özü İstanbul şəhərində tanıdığı 4 nəfərin də müxtəlif məbləğlərdə mallarını dələduzluq yolu ilə ələ keçirərək pulunu ödəməmişdir. O, hansı malların konkret Təqsirləndirilən şəxs tərəfindən Dağıstana göndərilməsini bilməmişdir, Natiqin Dağıstanda müştəriləri ola bilər, lakin o, həmin malların Dağıstana göndərilməsi barədə Natiqə heç bir şey deməmişdir. Natiq həmin malları Dağıstana göndərdikdən sonra malların geri qaytarılması məsələsi ilə bağlı ona hər hansı halı bildirməmişdir. Natiqin dedikləri tamamilə yalandır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Natiq evi satıb pulu ödəyəcəkdi. İbrahimi götürüb evə getmiş və evin kirayə verildiyini öyrənmişdir. Bakı şəhərinə ayda bir dəfə gəlib-gedib. 2013-cü ildə Natiqi tapa bilməyib ki, sonuncudan şikayət etsin. Təqsirləndirilən şəxsin evi nə vaxt satdığını bilmir. 2018-ci ilə qədər “Sədərək Ticarət Mərkəzi”də başqa müştəriləri olub, sonuncular ona Natiqin malları baha satdığını deyib. Moskva şəhərinə mal göndərmiş ola bilər. Qəbzləri Bakı şəhər Baş Polis İdarəsinə təqdim edib. Mətləb dostudur və sonuncuya etibarnamə verib. Təqsirləndirilən şəxs əlyazma kağızı yazanda Metin və Polat da yanlarında olub, digər şəxsi tanımırdı. Polat və Metinin Natiq ilə neçə dəfə görüşdüyünü bilmir. Polat və Metinə etibarnamə verib. Amidə etibarnamə verməyib. “Qafqaz” oteldə qalmayıb. Amid və sonuncunun müdiri ilə “Qafqaz” oteldə görüşməyib. Natiq son günlərdə borcundan, ümumiyyətlə, heç nə ödəməyib. Natiq ilə birlikdə 7-8 il işləyiblər. Rusiyada olan malların videogörüntüsü ilə tanış olub. Videogörüntülərdə olan mallardan bəziləri ona məxsus deyil. Orada olan mal Natiqin ona olan borcun 1/50 hissəsini təşkil edir. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əvvəllər “Binə” ticarət mərkəzində icarə əsasında işlətdiyi mağazada təxminən 2003-2013cü illərdə ayaqqabı və çəkələk satışı ilə məşğul olurdu, Təqsirləndirilən şəxs da həmin ticarət mərkəzindən tanıyıb. Zərərçəkmiş şəxs də təxminən 2004-2005-ci illərdə işi ilə əlaqədar olaraq tanımışdır. Hüseyin Türkiyədə çəkələklərin topdan satışı ilə məşğul olduğu üçün sonuncudan mütəmadi olaraq çəkələk alıb icarə əsasında işlətdiyi mağazada satışını təşkil etmişdir. Hüseyindən malları bəzən nağd, bəzən də nisyə olaraq alırdı. Natiqlə Hüseyinin tanışlığı çəkələk işinə görə yaranmışdı. Natiq də Hüseyindən mal alırdı. Təxminən 2012-ci ildə şərikinin təklifi ilə Dağıstanda mağaza açıb orada da satışla məşğul olmaq fikrinə gəlmişdir. Bu məqsədlə Hüseyindən də həmin vaxt nisyə olaraq çəkələk malları götürüb Dağıstanda açdığı mağazaya göndərmiş, lakin orada olan uğursuz biznes fəaliyyəti nəticəsində müəyyən qədər borcları yaranmışdı. Bundan sonra borcları bağlamaq məqsədi ilə əlindəki malları satmış, müəyyən qədər borcları ödədikdən sonra Hüseyinə də 90.000 ABŞ dolları borcu qalmışdı. Bundan sonra hissə-hissə həmin borcu ödəməyi düşünmüş, lakin 2013-cü ildə Hüseyin onunla danışıb borcu qaytarmağı tələb etmişdir. Həmin vaxt məcbur olub özünə məxsus olan ünvan 6 ünvanında yerləşən "xxxx" MTK-nın B giriş, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 105,21 kvadrat metr olan üçotaqlı mənzili satışa qoymuş, lakin mənzil satılmadığı üçün və Hüseyin pulunu hər dəfə istədiyinə görə həmin mənzili Hüseyinin adına keçirməyi təklif etmiş, sonuncu da razılaşmışdır. Bundan sonra işlərlə bağlı Dağıstana gedib-gəldiyi üçün Hüseyinlə Bakı şəhərində görüşü alınmamışdır. O, Bakı şəhərində olanda isə Hüseyin özü Türkiyədə olmuşdur. Hüseyinlə danışıb mənzili adına keçirməyi üçün gözləməyi təklif etsə də, sonuncu mənzili Natiqin adına keçirməyini bildirdi. O, Hüseyinin təklifini qəbul etmişdir. Həmin vaxt həqiqətən də Hüseyinlə Natiq arasında uzun müddət münasibət olduğu üçün biri-birilərinə etibar edirdilər. O, “Şaiq" MTK-da yerləşən üç otaqlı mənzili Natiqin adına keçirmişdir. Natiq də həmin evi eşitdiyi qədəri ilə sonradan kirayə vermişdir. Bir müddət keçdikdən sonra Natiqlə Hüseyin arasında çəkələk alqı-satqısı ilə bağlı problem yarandığını öyrənmiş, həmin vaxt Hüseyinlə Bakı şəhərində görüş zamanı Hüseyin ona Natiqin adına keçirdiyi mənzili Natiqin verməkdən imtina etdiyini demişdir. Həmin vaxt Hüseyindən öyrənmişdir ki, Natiq Hüseyinin etibarından sui-istifadə edərək ümumilikdə 1 milyon məbləğdə çəkələk mallarını nisyə olaraq almış, lakin çəkələkləri satdıqdan sonra müxtəlif bəhanələrlə həmin pulu qaytarmaqdan imtina etmişdir. Həmçinin onun borcunu ödəmək məqsədi ilə Hüseyinə verməli olduğu pulun qarşılığında Natiqin adına keçirdiyi mənzili də Natiq Hüseyinə verməmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Hüseynə 110.000 dollar borcu var idi. Evi 90.000 dollar hesabı ilə Natiqin adına keçirmiş və qalan 20 000 dolları isə Hüseyn borcundan silmişdi. Evi 2013-cü ildə Natiqin adına keçirib. Bundan sonra 1 ay o evdə kirayə yaşamış, sonra Natiq ona evi satacağını demişdir. Hüseyn ona demişdir ki, Natiq evi satacaq, o, evdən çıxmalıdır. Natiqlə alışverişləri olub, həmçinin sonuncuya borcu da olub, lakin borcunu qaytarıb. Şərur MTK-a Natiqlə birlikdə gediblər, müqavilənin onun adından Natiqin adına keçməsi üçün sonuncu ona 3.000 manat pul verib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxslə təxminən 5 ildir ki, ailəvi dostluq münasibəti vardır. Hüseyinlə İstanbul şəhərində ortaq dostları vasitəsi ilə tanış olublar. Sonuncunun İstanbul şəhərində çəkələklərin topdan satışı ilə məşğul olduğunu bilirdi. 2022-ci ilin aprel ayının əvvəllərində Hüseyin onunla əlaqə saxlayıb Bakı şəhərinə gəldiyini demiş və ondan qarşılanmasını xahiş etmişdir. Hüseyinin nəyə görə gəldiyini soruşduqda sonuncu gələndən sonra hər şeyi danışacağını bildirmişdir. Bakı şəhərinə gəldikdən sonra Hüseyini qarşılamış, “Russel” otelə Hüseyin yerləşdikdən sonra sonuncu “Natiq” adlı şəxsə görə gəldiyini demişdir. Əvvəllər Natiqin adını dəfələrlə Hüseyindən eşitsə də, şəxsən Natiqi tanımamışdır. Danışıq zamanı məlum olmuşdur ki, Hüseyin artıq uzun zamandır ki, Natiqi tanıyır və aralarında çox etibarlı münasibətlər yaranmışdır. Hətta Hüseyin özü də qeyd etmişdir ki, Natiqə həqiqətən də çox etibar etmiş, Bakı şəhərində olan bütün işləri görməyi də Natiqdən xahiş etmişdir. Söhbət əsnasında Hüseyin Natiqlə arasında yaranmış problemi də ona danışmışdır. Həmin vaxt o da məlum olmuşdur ki, Natiq Bakı şəhərində çəkələk satışı ilə məşğul olur. Buna görə də Natiq Hüseyindən böyük həcmdə çəkələk sifarişi olduğuna görə həmin sifarişləri təmin etmək üçün çəkələklərin istanbul şəhərindən göndərilməsini təmin etməyi xahiş etmiş, Hüseyin də etiraz etməyib razılaşmışdır. Hətta çəkələyi göndərən zaman Natiq 7-10 gün ərzində çəkələkləri satıb pulunu da Hüseyinə verəcəyini vəd vermiş, lakin xeyli vaxt keçsə də, hər dəfə Natiq müxtəlif bəhanələr gətirib pulu ödəməkdən yayınmışdır. Hüseyin danışıq zamanı bildirmişdir ki, göndərilən çəkələklərin məbləği bir milyon manatdan çox olduğuna görə həmin miqdarda çəkələk Hüseyinin özündə olmamış, ona görə də Hüseyin həmin çəkələkləri İstanbul şəhərində yerləşən fabriklərdən nisyə götürmüşdür. Sonradan həmin fabriklərin pulunu ödəmək üçün 4 ədəd evini və 1 ədəd avtomobili satdığını demişdir. Hazırda isə Natiqin zənglərini açmadığını, ona görə də Bakı şəhərinə Natiqi tapıb danışmaq məqsədi ilə gəldiyini qeyd etmişdir. Bundan sonra Hüseyin özü bir neçə dəfə Natiqlə mobil telefonla əlaqə saxlamağa çalışsa da, Natiq yenə zənglərə cavab verməmişdir. Bundan sonra Hüseyin ondan Natiqlə mobil telefonla əlaqə saxlayıb görüşməyi təklif etməyi xahiş etmişdir. İstifadəsində olan ***- ***-**-** mobil nömrəsi ilə Natiqlə əlaqə saxlamışdır. İlkin olaraq Natiq zənglərə cavab verməsə də, sonradan cavab vermişdir. O, Hüseyinin Bakı şəhərinə gəldiyini və mobil telefonla danışıb görüşmək istədiyini demişdir. Natiq onları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Nur” tədris mərkəzinə dəvət etmişdir. Hüseyinlə birlikdə həmin gün ora getmiş, tədris mərkəzinin qarşısında o, Hüseyin, Natiq və Natiqin əmisioğlu kimi sonradan tanıdığı “Qoşqar” adlı şəxslə birlikdə görüşdükdən sonra Bakıxanov qəsəbəsində yerləşən adını hazırda xatırlamadığı restoranlardan birinə getmişlər. Orada da Hüseyin Natiqdən nəyə görə belə etdiyini soruşanda Natiq güya əməlindən peşman olduğunu deyib tez bir zamanda hissə-hissə aldığı malların pulunu qaytaracağını bildirmişdir. Həmçinin həmin vaxt Natiqin əmisioğlu Qoşqar da razılaşıb Natiqə Hüseyinin pulunu qaytarmağını bildirmişdir. Natiq də aylıq olaraq aldığı pulları qaytaracağına, həmçinin orada tez bir zamanda Qəbələ rayonunda yerləşən fındıq bağını, Bakı şəhərində ona məxsus mənzili satacağını, ABŞ-da yaşayan bacısından pul alacağını bütün bu pullarla da Hüseyinə vurduğu maddi ziyanı ödəyəcəyinə söz vermişdi. Bundan sonra onlar ayrılmış və təxminən 23-24 aprel 2023-cü il tarixdə Hüseyin istanbul şəhərinə geri qayıtmışdır. Natiq may ayında bağ evini, mənzili satıb pullarını Hüseyinə verəcəyini, sonradan da hissə-hissə olmaqla Hüseyinə vurduğu maddi ziyanı ödəyəcəyini vəd versə də, pulun verilməsi üçün heç bir iş görməmişdr. Həmin görüşdən sonra Natiqlə arabir əlaqə saxlayıb məsələ ilə maraqlansa da, Natiq hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Hüseyn Türkiyədən Azərbaycana çəkələk göndərir, Natiq də burada həmin çəkələkləri satırdı. Hüseyn 1 milyon manatdan çox pul söhbətinin olduğunu demişdi. İbrahimin Hüseynə borcu olub və bunun müqabilində evini vermək istəyib. Lakin Hüseyn Azərbaycanda olmadığı üçün deyib ki, evi təqsirləndirilən şəxsin adına rəsmiləşdir. 2022-ci ilə qədər Hüseyn bu məsələ barədə ona heç nə deməyib. 2022-ci ilə qədər Hüseyn ilə görüşməyib. Sonuncu ona 2022-ci ilin aprel ayında etibarnamə verib. Türkiyə Respublikasına Hüseynin yanına 2017, 2018 və 2019-cu illərdə gedib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2018-ci ilin noyabr ayından tanıyır. Sonuncu ilə hansı ədavət və düşmənçiliyi yoxdur. O, əvvəllər Səməd Heydərovun sürücüsü işləyib, sonuncu ona Təqsirləndirilən şəxs adlı şəxsin “Binə” ticarət mərkəzində başmaq alqı-satqısı ilə məşğul olduğunu, milliyyətcə türk olan tanımadığı bir nəfərdən külli miqdarda mala görə pul verməli olduğunu və Natiqi gətirməyi demişdi. O da “Binə” ticarət mərkəzinə getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs “Binə” ticarət mərkəzində başmaq mağazası işlədirdi. Həmin ünvana gedib Təqsirləndirilən şəxs tapmış və onunla gəlməli olduğunu bildirmişdir. Natiq isə həmin vaxt gəlməkdən imtina etmiş və 2 gün sonra gəlmişdir. Digər söhbətlərdə o, iştirak etməyib. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Metin və Polatı ofisdə görüb. Hüseyn “Qafqaz” oteldə qalırdı. Söhbətdə o, iştirak etməyib. Əlyazma “Qafqaz” oteldə ofisdə yazılıb. Restoranda Mətin və yanında olan iki türk vətəndaşı Natiq ilə mübahisə edirdi və o da orada idi. Əlyazma yazılan zaman Məhərrəm orada olub. Hazırda Məhərrəm vəfat edib. Türk vətəndaşları təqsirləndirilən şəxsə qarşı fiziki zor tətbiq etməyə cəhd göstərmişdilər və o da məsələyə qarışmışdı. Ereni ilk dəfə Səməd Heydərovun yanında görüb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 2018-ci ilin noyabr ayının əvvəllərində Natiqlə Hüseyin arasında başmaq məsələsinə görə Natiqin götürdüyü mala görə pul verməli olduğunu bilirdi. Həmçinin həmin ərəfədə Hüseyin Bakı şəhərinə gəlsə də, Natiqin Hüseyinin zənglərinə cavab vermədiyini, Natiqdən verdiyi malların pullarını ala bilmədiyini öyrənmişdi. Həmin vaxt Bakı şəhəri Nərimanov rayonu ərazisində “Günaydın” restoranın yaxınlığında yerləşən “Qafqaz” oteldə qeydiyyat şöbəsində işləyirdi. Belə ki, həmin ərəfələrdə hotelin müştəriləri kimi tanıdığı Türkiyə Respublikasının vətəndaşları olan “Polad”, “Metin” və “Hüseyin” adlı şəxslərlə tanışlığı yaranmışdı. Bundan sonra iki dəfə Natiqi “Qafqaz” oteldə, qeyd etdiyi kimi Hüseyinlə aralarında olan pul məsələsinə görə görmüşdür. Həmçinin həmin vaxt sonuncuların arasında heç bir problem olmamış, normal olaraq birlikdə oturub yemək yemişdirlər. Hüseyinlə Natiq arasında olan söhbətin malın pulu məsələsinə görə olduğunu eşitsə də, konkret olaraq malın miqdarını bilmirdi. Həmin hadisədən uzun müddət keçdiyinə görə bəzi məqamları dəqiq xatırlamır, lakin onu bilirəm ki, Natiq Hüseyini güya malları Dağıstana göndərdiyini, lakin sata bilmədiyini deyərək aldığı malların pulunu verəcəyinə söz verib inandırmışdır. Bu məsələ ilə bağlı Natiq aldığı malların pulunu qaytarması ilə bağlı könüllü şəkildə əlyazma da yazıb Hüseyinə vermişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Natiqi əvvəllər işlədiyi oteldə orada qalan türk vətəndaşının yanına gəlib-gedərkən görüb. “Günaydın” restoranında Natiqgil ilə oturmayıb. Otelə “Amid” adlı şəxs gəlib-gedirdi. Polat otelə gəlib tez-tez qalırdı. Əlyazmadakı imza ona məxsus deyil. Metin, Polat və Erenin Natiq ilə birgə görüşmələrini görməyib. Oteldə qeydiyyat ilə restoran arasında məsafə az olduğundan danışılan hər şey eşilir. Amid ilə şəxsən münasibəti olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2008-ci ilin avqust ayından etibarən Zərərçəkmiş şəxs tanımış, əvvəllər başmaqların satışı ilə məşğul olduğu üçün Türkiyə Respublikasının İstanbul şəhərindən topdan satış qiymətlərlə Hüseyindən başmaq malları almışdır. 2009-cu ilin təxminən iyul ayından Təqsirləndirilən şəxs tanımış, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxslə həmişə normal münasibəti olmuşdur, hər hansı ədavət və düşmənçiliyi olmamışdır. Təxminən 2009-cu ilin aprel ayından etibarən karqo şirkətində işləməyə başlamışdır. Həmin vaxtdan etibarən artıq karqo şirkətində işlədiyi üçün Hüseyindən işlədiyi karqo vasitəsi ilə başmaqlar göndərməsini xahiş etmişdir. Hüseyin də etiraz etməyib razılaşmış və bundan sonra Bakı şəhərində başmaq mallarının satışı ilə məşğul olan şəxslərə başmaq malları göndərməyə başlamışdır. Həmin şəxslərdən “İbrahim”, “Nofəl”, “Ələkbər”, “Qasım” adlı şəxsləri olmuşdur. Natiqi də Hüseyinin müştərisi kimi karqo şirkətində işlədiyim müddətdə tanımışdır. Hər dəfə TİR gələndə həmin yük maşınlarında da Natiqə göndərilən mallar olmuş, hər yük maşınında ən azı 5 bağlama, bəzən isə 100-120 bağlama başmaq malları Hüseyin tərəfindən Natiqə göndərilmişdir. Hüseyinlə danışığı zamanı Natiqlə Hüseyin arasında çox etibarlı münasibətlər olduğunu görmüşdür. Belə ki, bir dəfə özü üçün nisyə Hüseyindən başmaq malları istəyəndə Hüseyin gülərək ancaq Natiqə etibar etdiyi üçün Natiqə nisyə mal verə biləcəyini də demişdir. Natiqə göndərilən malların qiymətinin cütü 2- 8 ABŞ dolları dəyərində dəyişmişdir. Hüseyin tərəfindən Bakı şəhərində müştərilərə göndərilən ən çox malları Natiq götürmüşdür. Təxminən 2009-cu ilin yaz aylarına qədər Hüseyin Natiqə “Lider” karqo şirkəti vasitəsi ilə mallar göndərmiş, lakin sonradan “Lider” karqo şirkəti malların gətirilməsini gec həyata keçirdiyi üçün Hüseyin onun işlədiyi karqo vasitəsi ilə malların göndərilməsini təşkil etməyə başlamışdır. Karqo şirkətində işlədiyi müddətdə Hüseyin və Natiq arasında külli miqdarda mal dövriyyəsi olmuşdur. Təxminən 2016-cı ilə qədər Hüseyin mal göndərmiş, lakin sonradan Natiq malların pulunu ödəmədiyi üçün Hüseyin Natiqə mal göndərməmişdir. Hüseyinin müştərilərindən biri kimi tanışlığı yarandığı “İbrahim” adlı şəxs Hüseyinə borcu olduğu üçün borc əvəzində Hüseyinə mənzil verməyi təklif etmiş, Hüseyin də həmin vaxt İstanbul şəhərində olduğu üçün mənzili etibar etdiyinə görə Natiqin adına keçirməyi İbrahimdən xahiş etmişdir. İbrahim də mənzili Natiqin adına keçirmiş, bir müddət sonra Natiq həmin mənzili satmışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Natiq ilə 2016-cı ilə qədər iş birlikləri olub. Təqsirləndirilən şəxsin mallarını ilk dəfə 2010-cu ildə gətirib. Natiqə hər dəfə fərqli sayda mallar gəlirdi. Qiymətlər 2-8 dollar aralığında dəyişirdi. Natiqə çox sayda mal gəlirdi. Hüseyndən Natiqə həftə ərzində 2-3 dəfə mal gəlirdi. Yay aylarında malın qiyməti 4-8 dollar aralığında dəyişirdi. Hüseyn ilə Natiqin arasındakı pul məsələsin ətraflı bilmir amma Hüseynin özü demişdi ki, Natiqin ona borcu var. Mənzil barəsində Hüseyn ona özü danışmışdı. TİR-da Natiqdən başqa da şəxslərin malları olurdu. Bir TİR-a 350-400 çuval mal gedirdi. Natiqə məxsus çuvalların sayı həmişə fərqli olurdu. Natiqə son dəfə 2014- 2015-ci illərdə mal gətirib. Hüseyni 2008-ci ildən tanıyır. 2009-cu ilin iyun ayından Hüseyndən Natiqə mal gətirməyə başlayıb. Təqsirləndirilən şəxsə gələn malları ümumi hesablasa, bu 10 milyonu keçər. Gün ərzində təxminən 10 TİR gəlirdi və hər birində Natiqin malları olurdu. Kargonun pulunu Natiq ödəyirdi. Hesabatı Natiq ilə özü aparırdı. Natiqin bir dəfəyə 120 kisə mal gətirdiyi olub. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X8 ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, Natiqə məxsus mağazada satıcı kimi işləyib. Şahid1 ticarətçi kimi tanıyıb. Natiq sonuncuya çox mal verib. İbrahimin işlədiyi mağazaya borca görə çox gedib. Sonuncu Natiqin işlədiyi mağazaya gəlib və deyib ki, evi satıb borcu qaytaracaq. Təqsirləndirilən şəxslə işlədiyi dövr ərzində sonuncuya borcu olan şəxslər çox olub. İbrahim onun yanında Natiqə deyib ki, vaxt versə borcu qaytaracaq. İbrahimin evi satıb-satmamasından xəbəri olmayıb. 2013-cü ildə sonuncunun yanına gedərək borcu istəyib. İbrahimin 50.000-55.000 manat məbəğində borcu olub. Xasavyurda 2014-2015-ci illərdə mal göndəriblər. İbrahim ilə Natiqin arasında ev alqı-satqısı olub. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir. Həmçinin üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs hazırkı vaxtadək Zərərçəkmiş şəxs ümumillikdə 19 milyon dəyərində basmaq mallarının satışını həyata keçirdiyini də etiraf etmişdir. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid2 ilə təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid3 ilə təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsindən daxil olmuş 07 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs (FİN: xxxxxxx, VÖEN: **********) tərəfindən yerinə yetirilmiş xarici ticarət əməliyyatı haqqında Dövlət Gömrük Komitəsinin məlumat bazasında qeyd yoxdur. Cinayət işinin materiallarında olan mobil telefonla ötürülən məlumatlara baxış keçirilməsi haqqında 31 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC tərəfindən 22 yanvar 2024-cü il tarixli müşayiət məktubuna ələvə edilmiş 01 (bir) ədəd “CD” formatlı diskdə olan Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** və +99***-***-**-** saylı mobil nömrələr ilə ötürülən məlumatlara baxış keçirilmişdir. “Excel” proqram formatlı “2018” adlı fayla baxış zamanı +99***-***-**-** saylı mobil nömrənin 01 yanvar 2018-ci il tarixdən 31 dekabr 2018-ci il tarixədək olan müddət ərzində mütəmadi olaraq istifadə olunması, həmin mobil nömrələrlə digər mobil nömrələr arasında çox saylı danışıqlar və SMS mübadiləsinin olması müəyyən olunmuşdur. +99***-***-**-** saylı mobil nömrənin isə 24 oktyabr 2018-ci il tarixdən 31 dekabr 2018-ci il tarixədək olan müddət ərzində mütəmadi olaraq istifadə olunması, həmin mobil nömrələrlə digər mobil nömrələr arasında çox saylı danışıqlar və SMS mübadiləsinin olması aşkar edilmişdir. Həmçinin “Excel” proqram formatlı “2019” adlı fayla baxış zamanı da qeyd olunan mobil nömrələrin mütəmadi olaraq istifadə olunması görülmüşdür. “502058886_SMS” adlı fayla baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən aşağıdakı SMS-lər aşkar edilmişdir: xx/xx/2019-cu il saat 16:37:14-də +**********00 saylı mobil nömrədən **********86 saylı mobil nömrəyə: Natik abi yapma artık bunu bana. Hiç mi vicdanın yok, hiç mi benim de; xx/xx/2019-cu il saat 16:37:18-də +**********00 saylı mobil nömrədən **********86 saylı mobil nömrəyə: ğerim yok sende. Allah rizası için yardımçı ol artık; xx/xx/2019-cu il saat 12:30:41-də +**********63 saylı mobil nömrədən +**********07 saylı mobil nömrəyə: HİÇ Mİ ALLAH KORKUSU YOK SENDE BENİM DE ÇOLUGUM ÇOCUGUM VAR ONLARİN VEBALİNE GİRİYORSUN BUNU DA GÖZ ÖNÜNDE BULUNDUR.NİZAMİ,KASİM VE NOFEL S; xx/xx/2019-cu il saat 12:30:45-də +**********63 saylı mobil nömrədən +**********07 saylı mobil nömrəyə: ÖZLERİNİ YERİNE GETİRDİLER GETİRİYORLAR, EN ÇOK DESTEK OLDUĞUM SEN HİÇBİRSEY GÖNDERMİYORSUN; xx/xx/2019-cu il saat 12:32:36-da +**********63 saylı mobil nömrədən +**********07 saylı mobil nömrəyə: BUGÜN - YARİN BANA CİDDİ BİR ODEME GÖNDERMEZSEN BİZİM İSİMİZ SENİNLE ÇOK KARİSACAK HABERİN OLSUN; xx/xx/2019-cu il saat 12:44:09-da +**********86 saylı mobil nömrədən +**********63 saylı mobil nömrəyə: Kimsen allo?; xx/xx/2019-cu il saat 12:45:09-da +**********63 saylı mobil nömrədən +**********86 saylı mobil nömrəyə: BEN HÜSEYİN; xx/xx/2019-cu il saat 12:45:27-də +**********63 saylı mobil nömrədən +**********86 saylı mobil nömrəyə: UNUTTUN GALİBA ARTİK; xx/xx/2019-cu il tarixdə saat 12:46:19-də +**********86 saylı mobil nömrədən +**********63 saylı mobil nömrəyə: Dedim size natiq cindedi gelende danlsar seninle; xx/xx/2019-cu il tarixdə saat 12:46:40da +**********86 saylı mobil nömrədən +**********63 saylı mobil nömrəyə: Men dostuyam; xx/xx/2019-cu il tarixdə saat 12:57:24-də +**********86 saylı mobil nömrədən +**********63 saylı mobil nömrəyə: Natiq bir hefteye gelecek; xx/xx/2019-cu il tarixdə saat 12:57:54-də +**********86 saylı mobil nömrədən +**********63 saylı mobil nömrəyə: Henmde artlq sey yazma; xx/xx/2019-cu il tarixdə saat 12:58:17-də saat +**********86 saylı mobil nömrədən +**********63 saylı mobil nömrəyə: Size gore o dusub collere; xx/xx/2018-ci il saat 15:17:24-də +**********33 saylı mobil nömrədən +**********07 saylı mobil nömrəyə: “Menem amidi ac”; xx/xx/2018-ci il saat 17:30:49-da +**********09 saylı mobil nömrədən +**********07 saylı mobil nömrəyə: “Kultumu bulara eyaq verek ne wiw yansin ne kabab denen dagestandadi soyuwe gore biz bu sobete girmeyeceyik”; xx/xx/2018-ci il saat 20:47:30-da +**********33 saylı mobil nömrədən +**********07 saylı mobil nömrəyə: “natiq sen mene adboy versen he”; xx/xx/2018-ci il saat 20:55:56-da +**********18 saylı mobil nömrədən +**********07 saylı mobil nömrəyə: “Natik bu ne herkdi bele he biz senen yana qalmisg kucelerde ama senin eldiyn herekte bax vallah duz elmirsen gelirsen ya yox tez xeber ele” Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs sərhəd keçmə məlumatlarından da görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci ildən sonra ölkə ərazisini tərk etməmiş, qeyd olunan SMS mübadiləsinin aparıldığı tarixdə, yəni xx.xx.2019cu il tarixdə Azərbaycan Respublikasının ərazisində olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş X18 Rzayevlə arasında keçən “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə aparılmış danışıqlarda Eren Hüseyn tərəfindən Təqsirləndirilən şəxs göndərilən vərəqdə “NATİK 481.320$”, “R-14 116.573$”, “R-57 210.190$”, “EMANET EVDEN 70.000$” yazıları qeyd edilmişdir. Təqsirləndirilən şəxs cavabında malları sata bilmədiyini demiş, Hüseyn Erenin çıxarışı verdinmi sualına Təqsirləndirilən şəxs “Qalan abi mallnl verim senin dagıstanda zaten bes yuz minlik malln var; Vermisem abi; Amma ev parasln kredi cekib verecem” deyə cavablandırmış, Hüseyn Erenin “Sana emanet bırakılan bir evi nasıl verebildin” sualına Təqsirləndirilən şəxs “Abi dedim karqocuynan kavqam clkdı, evin parasın bu yazın kaytarcam” deyə cavab vermişdir. Cinayət işinin materialların əlavə edilmiş “Diskə baxış keçirilməsi haqqında” 02 may 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı 01 ədəd DVD formatlı diskdə Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən onun iştirakı ilə Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurd ərazisində yerləşən iki fərqli ünvanda olan saxlanc yerlərində qeyd alınmış 02 ədəd video görüntü, eləcə də 01 ədəd CD formatlı diskdə olan “Kalimat” adlı şəxs tərəfindən saxlanc yerinin daxilində qeyd alınmış 01 ədəd video görüntü Zərərçəkmiş şəxs təqdim edilmişdir. Müdafiəçinin vəsatətinin və təqdim edilmiş videogörüntülərin məzmununda həmin videogörüntüdə qeydə alınmış başmaqların Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs göndərilən başmaqlar olması, həmin başmaqları Təqsirləndirilən şəxs satmayaraq həmin anbarlarda saxlaması Zərərçəkmiş şəxs nümayiş edilmişdir. Zərərçəkmiş şəxs təqdim edilmiş video görüntülərə baxaraq DVD diskdə olan video görüntülərdə qeyd alınmış başmaqların onun tərəfindən Təqsirləndirilən şəxs göndərilən başmaqlar olmadığını, Zərərçəkmiş şəxs tərəfindən göndərilən bağlamalarda olan başmaqların marka və çeşitlərinin eyni olduğunu, lakin videogörüntülərdən də göründüyü kimi bağlamalardan açılaraq göstərilən başmaqların müxtəlif markalı və çeşitli olduğunu qeyd etmişdir. Həmçinin Zərərçəkmiş şəxs video görüntülərə baxaraq orada yığılan başmaqlar ümumilikdə miqdarının çox olmadığını, həmin başmaqların ümumi dəyərinin 5000 ABŞ dollarından çox olmadığını qeyd etmişdir. Eləcə də Zərərçəkmiş şəxs video görüntüdə olan başmaqların istanbul şəhərində istehsal olunmadığını, həmin başmaqların Türkiyə Respublikasının Antep və digər şəhərlərində istehsal olunduğunu, özünün heç vaxt Antep şəhərində istehsal olunan başmaq satmadığını, video görüntüdə Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən qeydə alınmış Türkiyə Respublikasının istehsalı olan "Gezer" markalı başmaqların satışı ilə məşğul olmadığını, Təqsirləndirilən şəxs ondan başqa şəxslərdən də başmaq aldığı üçün sonuncunun həmin başmaqları hazırda cinayət məsuliyyətindən yayınmaq üçün Zərərçəkmiş şəxs başmaqları kimi təqdim etdiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" Mənzil-Tikinti Kooperativindən daxil olmuş 17 may 2024-cü il tarixli məktubdan, “Kooperativ mənzil tikintisi haqqında” 121 və 62 saylı, 09 may 2013-cü il tarixli müqavilələrdən görünür ki, ünvan 7 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasının B girişində yerləşən ümumi sahəsi 105,21 kv.m. olan 62 saylı mənzil əvvəlcə Şahid1 adından 09 may 2013-cü il tarixdə Təqsirləndirilən şəxs adına, 19 iyun 2020-ci il tarixdə sonuncunun ərizəsi əsasında X7 adına keçirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 22 yanvar 2024-cü il tarixli 4/2054 saylı ekspert rəyinə əsasən, 1. Ekspertizaya təqdim edilmiş, üzərində “Məн Haтиг Рзаjeв...” yazıları ilə başlayıb “...550 000 $ гаjтарачам” yazıları ilə qurtaran 05.11,2018-ci il tarixli dama-dama dəftər vərəqəsində Təqsirləndirilən şəxs adından olan yazılar və imza - eyni şəxs, Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur; 2. Ekspertizaya təqdim edilmiş, üzərində “Məн Haтиг Рзаjeв...” yazıları ilə başlayıb “...550 000 $ гаjтарачам” yazıları ilə qurtaran xx.xx.2018-ci il tarixli dama-dama dəftər vərəqəsində Təqsirləndirilən şəxs adından olan yazılarda və imzada - yazıların və imzanın qeyri-adi psixofizioloji vəziyyətdə (stress, həyəcanlı vəziyyətdə, təzyiq altında, məcburi formada və s) icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmamışdır Cinayət işinin materiallarında olan 04 aprel 2024-cü il tarixli, Müdafiəçi1, X9 və Ustarxanov A.İ. tərəfindən imzalanmış aktdan görünür ki, imza edən şəxslər Rusiya Federasiyasının Dağıstan Respublikasının Xasavyurd şəhərində, Yaşıl bazarda yerləşən anbara və Xasavyurd şəhəri Şors 104 ünvanında yerləşən anbarlara baxış keçirmiş və videogörüntülər çəkmişlər, həmin anbarlarda kişi, qadın başmaqları və ayaqqabıları aşkar etmişlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın ikinci bəndi üzrə aşağıdakıları qeyd edir: Verilmiş ittihamın ikinci bəndinə görə Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xüsusilə külli miqdarda əmlakını əvəzsiz ələ keçirmək məqsədi ilə tanışlıq münasibətlərində olduğu Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncuya 1.339.741 manat məbləğində, xüsusilə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi üçün cinayət tərkibinin dörd vacib elementinin olması zəruridir. Belə ki, Cinayət hüquq nəzəriyyəsində cinayət tərkibi xüsusi yer tutur. Cinayət tərkibi dedikdə ictimai təhlükəli əməli cinayət kimi səciyyələndirilən, cinayət qanunu ilə nəzərdə tutulmuş obyekti və subyektiv əlamətlərinin məcmusu başa düşülür. Cinayət tərkibi isə dörd vacib elementdən ibarətdir; cinayətin obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhəti. Cinayətin obyekti — cinayətkarın qəsd etdiyi maraqlar, sərvətlər və ya başqa şəxslərin hüquqlarıdır. Cinayətin obyektiv cəhəti dedikdə, cinayətin törədildiyi əməl (hərəkət və ya hərəkətsizlik), cinayətkar nəticələr, habelə əməl və nəticələr arasında səbəbli əlaqə başa düşülür. Cinayətin subyekti — üzərinə törədilmiş əmələ görə cinayət məsuliyyətinin qoyulması mümkün olan şəxsdir. Söhbət cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddindən və anlaqlılıqdan gedir. şəxsin törətdiyi əmələ (hərəkət və ya hərəkətsizlik) qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibətidir. Cinayətin subyektiv cəhətinə motiv, məqsəd və emosional vəziyyət kimi əlamətlər də daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, dələduzluq cinayəti etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmədə ifadə olunur. Həmin Məcəllənin 178.4-cü maddəsində Cinayət Məcəllənin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməlin xüsusilə külli miqdarda ziyan vurmaqla törədilməsi on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin mənasına görə dələduzluq cinayətində etibardan sui-istifadə etmə və aldatma özgə əmlakını talamanın üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Beləliklə, dələduzluq cinayətinin törədilmə üsulu kimi aldatma və etibardan sui-istifadə həmin cinayətin obyektiv cəhətinin tərkib hissələrini təşkil edir. Bundan başqa dələduzluq cinayəti subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında təqsirlə xarakterizə olunduğundan, Təqsirləndirilən şəxs törətməkdə ittiham olunduğu əməldə dələduzluq niyyətinin mövcudluğu sübutetmə predmetini təşkil edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarında qeyd olunur ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Cinayət işinin mübahisəsiz hallarından, o cümlədən, təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələrindən sonuncular arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətinin prokolundan Təqsirləndirilən şəxslə zərər çəkmiş şəxs Hüseyn Eren arasında uzun müddətli – 10 ildən artıq davam edən ticarət münasibətlərinin olduğu, Təqsirləndirilən şəxs Türkiyə Cumhuriyyətinin İstanbul şəhərində yaşayan Hüseyn Erendən çəkələk aldığı, Təqsirləndirilən şəxs həmin çəkələkləri Bakı şəhərində “Binə Ticarət Mərkəzi”ndə yerləşən mağazasında satdığı, sonuncunun malları əvvəllər nağd formada aldığı, zərər çəkmiş şəxslə aralarında etibarlı ticarət münasibətləri qurulduqdan sonra sonuncunun Təqsirləndirilən şəxs nisyə mal göndərdiyi, təqsirləndirilən şəxsin mallarında satışından əldə etdiyi pulla zərər çəkmiş şəxs Hüseyn Erene olan borcunu ödədiyi, beləliklə, tərəflər arasında uzunmüddətli və etibarlı kommersiya münasibətlərinin mövcud olduğu müəyyən olunur. Məhkəmə iclasında dindirilmiş şahidlər Şahid5 və Şahid1 də həmçinin ifadələrində Təqsirləndirilən şəxslə zərər çəkmiş şəxs Hüseyn Eren arasında uzun müddətli çəkələk alış-verişinin olmasını təsdiq etmiş, Şahid5 ifadəsində Hüseyn Erenin 2009-cü ilinin iyun ayında etibarən Təqsirləndirilən şəxs onun əvvəllər işlədiyi karqo şirkəti vasitəsilə çəkələk göndərdiyini, çəkələklərin adətən hər yük maşınında ən azı 5, bəzən isə 100-120 bağlamada olduğunu, Hüseyndən Natiqə həftə ərzində 2-3 dəfə olmaqla mal gəldiyini, təqsirləndirilən şəxsə gələn malların ümumi dəyərinin 10 milyon manatı keçdiyini göstərmişdir. Həmçinin məhkəmə iclasında dindirilmiş şahidlər Şahid5, Şahid1 və Şahid2 ifadələrində onu da göstərmişdir ki, zərər çəkmiş şəxs Hüseyn Eren məhz özü onlara Təqsirləndirilən şəxslə aralarında olan uzun müddətli ticarət münasibətlərində dolayı əmlak xarakterli bütün işlərində Təqsirləndirilən şəxs güvəndiyini bildirmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarının 27-ci bəndində qeyd olunur ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prossessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Hüseyn Eren arasında məhz mülki hüquq münasibətləri mövcud olmuş və ittihamın ikinci bəndi üzrə onlar arasında mübahisə məhz mülki qanunvericiliklə tənzimlənən öhdəliyin icrası ilə bağlı yaranmışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarının 1-ci bəndində qeyd olunur ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndinə əsasən, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Təsvir olunan qərardan görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Halbuki, mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Məhkəmə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın ikinci bəndi üzrə məhkəmə istintaqında araşdırılmış sübutlarla dələduzluq cinayətinin qeyd edilən törədilmə üsulları olan aldatma və ya etibardan sui-istifadə etmənin Təqsirləndirilən şəxs hərəkətlərində olması, yəni onun zərərçəkmiş şəxsləri öz qulluq mövqeyindən istifadə edərək yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olması müəyyən olunmur. Həmçinin əvvəllər karqo şirkətinin əməkdaşı olmuş Şahid5 məhkəmə iclasında vermiş olduğu ifadəsində Türkiyə Cumhuriyyətindən zərər çəkmiş Eren Hüseyn tərəfindən Təqsirləndirilən şəxs göndərilən malların çatdırılma xərcinin sonuncu tərəfindən ödənildiyini bildirməsi bir daha Təqsirləndirilən şəxs ilə Hüseyn Eren arasında ticari əlaqələrin, həmin əlaqələrdən irəli gələn mülki-hüquqi münasibətlərin mövcud olduğunu bir daha təsdiq edir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında hal-hazırda Dağıstanda olan müştərisi “Kalimat” adlı şəxsin icarəyə götürdüyü “Abdul” adlı şəxsə məxsus anbarlarda zərər çəkmiş şəxsin mallarının qalmaqda olduğunu, əvvəllər həmin malları ucuz qiymətə satıb borcunu qaytarmağı Hüseyn Erene təklif etdiyi, lakin sonuncunun onun bu təklifini qəbul etmədiyini bildirmiş, həmçinin həmin mallara aid olduğunu bildirdiyi videogörüntü və buna dair akt müdafiə tərəfindən məhkəməyə sübut qismində təqdim edilmişdir. Eren Hüseyn məhkəmənin sualına cavab olaraq sözügedən videogörüntüyə baxış keçirdiyini, qeydə alınmış videogörüntülərdə olan malların bir qisminin həqiqətən də, ona məxsus mallar olduğunu bildirmişdir. Məhkəmənin qənaətinə görə zərər çəkmiş Hüseyn Erene məxsus malların hətta bir qisminin belə Dağıstanda yerləşən anbarda saxlanılması, Təqsirləndirilən şəxs həmin malları ucuz qiymətə satıb zərər çəkmiş şəxsə olan borcunu ödəmək barədə Hüseyn Erene təklifi bir daha Təqsirləndirilən şəxs əməlində dələduzluq niyyətinin olmadığını təsdiq edir. Dələduzluq cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Odur ki, təqsirləndirləndirilən şəxs qarşı hazırki cinayət işi üzrə irəli sürülmüş ittihamın ikinci bəndi üzrə sonuncu 1.339.741 manat dəyərindəki çəkələyi sahibliyinə keçirərkən Təqsirləndirilən şəxs bu cür (aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə) niyyətinin olmaması, sonrakı dövrdə həmin malların əvəzini hər hansı bir səbəbdən (Təqsirləndirilən şəxs ifadəsində bildirdiyinə görə devalvasiya səbəbindən işlərin qaydasında getməməsi) Hüseyn Erenə qaytarmadığına görə təqsirləndirilən şəxsin bu hərəkəti CM-nin 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət hüquqi məna kəsb etməyərək əvvəlki öhdəliyin lazımınca icra olunmaması, yəni mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasına görə dələduzluq şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsidir. Bu konstruksiyaya görə aldatmadan, etibardan sui-istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki, dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir. Buna baxmayaraq məhkəmə iclasında 1.339.741 manat dəyərindəki çəkələyin pulunun zərər çəkmiş Hüseyn Erene ödənilməməsi ilə bağlı Təqsirləndirilən şəxs əməlində dələduzluq cinayətini xarakterizə edən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi əlamətlərin olmasını təsdiq edən sübutlar müəyyən edilmədi. Əksinə, məhkəmə araşdırılmış sübutlar əsasında tərəflər arasında 10 ildən artıq müddət ərzində böyük həcmli ticarət dövriyyəsinin olduğu, Təqsirləndirilən şəxs törətməkdə ittiham olduğu yuxarıda göstərilən əməldə dələduzluq cinayətinin zəruri tərkib elementlərinin mövcudluğunun inkar olunduğunu, təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın ikinci bəndi üzrə sonuncunun niyyətinin Hüseyn Erenin etibarını qazanaraq və sonuncunu aldadaraq əmlakını ələ keçirmək olmadığını, Təqsirləndirilən şəxs ilə Hüseyn Eren arasında məhz mülki münasibətlərin mövcud olduğunu müəyyən edir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə, cinayət təqibi üzrə toplanmış və məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü ilə nəzərdə tutulan ittihamda ittihamın ikinci bəndi üzrə sonuncunun əməlində cinayət tərkibi olmadığından həmin bənd ittihamdan çıxarılmalıdır. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın ikinci bəndinə əsasən, sonuncunun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əldə etdiyi müxtəlif növ başmaq mallarının dəyəri 1.339.741 manat, cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli Təqsirləndirilən şəxs tərəfindən icra edilmiş əlyazmada sonuncunun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs borclu olduğu məbləğ 550.000 ABŞ dolları kimi göstərilsə də, cinayət işinin materiallarından olan heç bir mötəbər sübutla Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əldə etdiyi başmaq mallarının nə sayı, nə də dəyəri dəqiq müəyyən olunmur. Məhkəmə həmçinin cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli Təqsirləndirilən şəxs tərəfindən icra edilmiş əlyazmaya münasibətdə qeyd edir ki, sonuncunun, həmçinin şahidlərin, o cümlədən Şahid3 ifadəsinə əsasən, sözügedən əlyazma təqsirləndirilən şəxs tərəfindən icra edilmiş olsa da, orada təqsirləndirilən şəxsin həqiqi iradəsinin ifadəsi məhkəmədə şübhə yaradır. Bundan başqa məhkəmə qeyd edir ki, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın birinci bəndi üzrə sonuncunun təqsiri tam sübuta yetirilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Rzayev X4 ona 50.300 ABŞ dolları borcu olduğu üçün borc əvəzində mənzil verməyi təklif etdiyini onun da razılaşıb həmin mənzili qəbul etdiyini bildirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bu ifadəsi özünümüdafiə xarakterlidir və cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş sayılmalıdır. Belə ki, məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Hüseyn Eren və Şahid1 hər biri anoloji məzmunda ifadə verərək, Şahid1 Hüseyinə 90.000 ABŞ dolları borcu olduğunu, Şahid1 həmin borcun müqabilində ünvan 6 ünvanında yerləşən "xxxx" MTK-nın B giriş, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 105,21 kvadrat metr olan üçotaqlı mənzili Hüseyinin adına keçirmək istədiyini, sonuncu Bakı şəhərində olmadığından sonradan Hüseynin adına keçirilməsi şərti ilə həmin mənzilin müvəqqəti olaraq təqsirləndirilən şəxsin adına rəsmiləşdirildiyini bildirmişdir. Həmçinin məhkəmə onu da qeyd edir ki, mübahisəli mənzil əvvəllər Şahid1 məxsus olduğundan, sonuncunun kimə borclu olması və həmin borcun müqabilində mənzili kimə verməsi barədə ifadəsi daha inandırıcıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarının 30-cu bəndində qeyd olunur ki, dələduzluqla ələ keçirilmiş əmlak əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayaq məbləğdə olduqda - külli miqdarda ziyan vurmaqla (CM-nin 178.3.2-ci maddəsi) törədilmiş dələduzluq kimi qiymətləndirilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın ikinci bəndi üzrə Təqsirləndirilən şəxs əməlində dələduzluq cinayətinin tərkibinin olmadığı üçün həmin bənd ittihamdan çıxarıldığından, hazırki cinayət işi üzrə sonuncu tərəfindən vurulmuş maddi ziyanın məbləği təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsin etibardan sui-istifadə etmə və aldatma yolu ilə mənimsədiyi "xxxx" MTK-nın ünvan 6 ünvanında yerləşən ofisində mənzilin dəyəri ilə - 70.200 manat həddində müəyyən edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.3-cü maddəsinə əsasən ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmü qanuni qüvvəyə mindiyi anadək hesablanır. Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.7-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin istintaqdan və ya məhkəmədən gizlənməsi, ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulan cinayətin törədilməsi, habelə sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törədilməsi halları istisna edilməklə, cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə əlaqədar cinayət törətmiş şəxslərin müəyyən edildiyi cinayət təqibi üzrə dayandırılmış icraata xitam verilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarının 4-cü bəndində qeyd olunur ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Hazırki cinayət işinə münasibətdə məhkəmə qeyd edir ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs 09 may 2013-cü il tarixdə "xxxx" MTK-nın ünvan 6 ünvanında yerləşən ofisində mənzili öz adına sənədləşdirməklə mənimsədiyi, yəni həmin əmlaka dair sərəncam vermək hüququnun yaradığı, dolayısıyla cinayətin həmin andan başa çatmış hesab edildiyi müəyyən olunur. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncuya məxsus "xxxx" MTK-nın ünvan 6 ünvanında yerləşən ofisində mənzili dələduzluq yolu ilə talamasının üzərindən 12 ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü ilə nəzərdə tutulan ittihamda ittihamın ikinci bəndi üzrə sonuncunun əməlində cinayət tərkibi olmadığından həmin bənd ittihamdan xaric edildiyi üçün, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsinə dair cinayət işi üzrə icraata sonuncunun cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Təqsirləndirilən şəxs barəsində cəza təyin edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, sonuncu məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs Eren Hüseynə ona dəymiş maddi ziyana görə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Həmçinin məhkəmə hesab edir ki, hazırki vəziyyətdə cinayət işi üzrə xüsusi müsadirəsi təklif olunan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, Yeni yaşayış massivində yerləşən 525 kvadrat metr torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin, ünvan 8 ünvanında yerləşən 88 nömrəli mənzilin, ünvan 92 “D”, giriş B, 62 saylı mənzilin üzərinə qoyulmuş həbs götürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Cinayət işinin materiallarına əlavə edilmiş “Samsung Galaxy A11” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalı, 01 (bir) ədəd dama-dama dəftər vərəqəsində Təqsirləndirilən şəxs tərəfindən icra edilmiş xx.xx.2018-ci il tarixli əlyazma, 01 (bir) ədəd A4 formatlı kağızda Şahid1 tərəfindən icra edilmiş xx.xx.2023-cü il tarixli qəbz, "xxxx" MMC tərəfindən 22 yanvar 2024-cü il tarixli müşayiət məktubuna ələvə edilmiş 01 (bir) ədəd “CD” formatlı disk cinayət işində saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 390 (üç yüz doxsan) manat məbləğində pul vəsaiti dövlətə aid edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmiş «Universal» Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Qüvvədə olan “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə qərarın 1-ci hissəsində dəyişiklik edilərək, “6 manat” sözləri “11 manat” sözləri ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs məhkəmə iclaslarında pulsuz hüquqi yardım göstərmiş «Universal» Vəkil Bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hüquqi xidmət haqqı hər saatı 06 manatdan olmaqla hesablanmalıdır. Məhkəmə müəyyən edir ki, «Universal» Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün 05 saat vaxt sərf etmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait «Universal» Vəkil Bürosunun vəkili X5 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Universal» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə barəsində cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyana görə Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Cinayət işi üzrə xüsusi müsadirəsi təklif olunan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, Yeni yaşayış massivində yerləşən 525 kvadrat metr torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin, ünvan 8 ünvanında yerləşən 88 nömrəli mənzilin, ünvan 92 “D”, giriş B, 62 saylı mənzilin üzərinə qoyulmuş həbs götürülsün. Cinayət işinin materiallarına əlavə edilmiş “Samsung Galaxy A11” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. Cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd dama-dama dəftər vərəqəsində Təqsirləndirilən şəxs tərəfindən icra edilmiş xx.xx.2018-ci il tarixli əlyazma, 01 (bir) ədəd A4 formatlı kağızda Şahid1 tərəfindən icra edilmiş xx.xx.2023-cü il tarixli qəbz, "xxxx" MMC tərəfindən 22 yanvar 2024-cü il tarixli müşayiət məktubuna ələvə edilmiş 01 (bir) ədəd “CD” formatlı disk cinayət işində saxlanılsın. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 390 (üç yüz doxsan) manat məbləğində pul vəsaiti dövlətə aid edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait «Universal» Vəkil Bürosunun vəkili X5 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına “Universal” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-467/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-467/2025
26.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver