Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-468/2019 07.06.2019 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, Hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 və X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1989-cu il tarixdə Kürdəmir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, işləməmiş, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tanışı, istintaqa şəxsiyyəti məlum olmayan “Renat” adlı şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək, saxlamaq, daşımaq və satmaq barədə razılaşdıqdan sonra 01 noyabr 2018-ci il il tarixdə saat 19 radələrində Bakı şəhərində “20 Yanvar” metrostansiyasının yaxınlığında “Renat” adlı şəxsdən, satış məqsədi ilə qanunsuz olaraq, ümumilikdə qiyməti 700 manat hesablanmaqla, külli miqdarda, yəni 10,774 qram çəkidə narkotik vasitə heroin və 1,682 qram çəkidə psixotrop maddə olan metamfetamini, “Renat” adlı şəxsin tapdığı müştərilərə satdıqdan sonra pulunu alıb ona verəcəyi və narkotik vasitənin satışından əldə olunmuş puldan 70 manatını özünə götürəcəyi şərti ilə razılaşaraq əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 20 radələrində Nərimanov RPİ-nin, X2 əməkdaşları tərəfindən Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 2 ünvanının qarşısında keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Nərimanov RPİ-nə gətirilmiş, üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindəki üzərində “Winchester” sözü yazılmış siqaret qutusunun içərisindən 01 ədəd polietilen kəsiyində təmiz çəkisi 10,345 qram, 06 ədəd ağ gümüşü kağız kəsiyində, ayrı-ayrılıqda təmiz çəkisi 0,078 qram, 0,065 qram, 0,078 qram, 0,068 qram, 0,063 qram, 0,077 qram olmaqla ümumi təmiz çəkisi 0,429 qram olan, cəmi 10,774 qram çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 01 ədəd polietilen kəsiyində təmiz çəkisi 1,568 qram, 04 ədəd ağ-qara kağız kəsiyində, ayrıayrılıqda təmiz çəkisi 0,027 qram, 0,031 qram, 0,030 qram, 0,026 qram olmaqla ümumi təmiz çəkisi 0,114 qram olan, cəmi 1,682 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs cinayət əməlləri aşağıdakı sübutlarla təsdiq olunur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-ъц маддяlərи elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmazdan əvvəl heç yerdə işləməmişdir. Əvvəllər məhkum olunmamışdır. Hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir və heç bir ruhi-əsəb dispanserdə qeydiyyatda deyil. Evlidir, himayəsində 3 azyaşlı uşaqları var. Təxminən 2018-ci ilin iyun ayında tanışı Elşadın vasitəsi ilə üzdən tanıdığı, 3-4 gün ara ilə görüşdüyü Renat adlı şəxslə tanış olmuşdur. Təxminən 2018-ci ilin oktyabr ayının ortalarında Renatla görüşən zaman iş görüb pul qazanmaq barədə söhbət etmiş, Renat ona narkotik maddə satıb yaxşı qazanc əldə etməyi təklif etmiş, onun təklifi ilə razılaşmışdır. Bundan sonra 2018-ci il oktyabr ayının təxminən 20-23 tarixlərində Renat ona zəng edib “28 May” metrostansiyasının yaxınlığında görüşə dəvət etmiş, Renatın dediyi vaxt yəni saat 17 radələrində onun gözlədiyi ünvana getmiş və “28 May” metrostansiyasının yanında Renatla görüşmüşdür. Renat ona 4 qram narkotik maddə olan heroin verərək, həmin heroini onun mobil telefonuna zəng edən şəxslə görüşüb 200 manat pul müqabilində həmin şəxsə satmağını bildirmiş, həmçinin Renat ona heroinin satışından əldə edəcəyi 200 manat pulun 40 manatını özünə götürməsini, 160 manatını isə ona verməsini demişdir. O, Renatın təklifi ilə razılaşmış, Renatın verdiyi heroini ondan alıb gödəkçəsinin cibinə qoyaraq üstündə saxlamış, Renatdan ayrılandan bir neçə saat sonra xatırlamadığı nömrədən onun istifadəsində olan 055 465 63 22 GSM mobil nömrəsinə zəng olunmuş, həmin şəxs nömrəni ona Renatın verdiyini bildirib, görüşmək üçün onu “Nizami” metrostansiyasının yaxınlığına dəvət etmiş, həmin şəxsin dediyi ünvana gedib orada əvvəllər görmədiyi və tanımadığı, boyu təxminən 170 sm olan, adının “Elçin” olduğunu dediyi 33-35 yaşlarında olan şəxslə görüşmüşdür. Elçin adlı şəxs ona 200 manat pul verərək Renatın ona verdiyi heroini alıb dərhal oradan uzaqlaşmış, sonra Renatla “20 Yanvar” metrostansiyasının yaxınlığında görüşmüş və satdığı heroinin pulundan əldə etdiyi 200 manatın 160 manatını ona vermiş, geriyə qalan 40 manatı isə özümə götürmüşdür. Təxminən 28 oktyabr 2018-ci il tarixdə saat 14:30 radələrində Renat onu “20 Yanvar” metrostansiyasının yaxınlığına dəvət edib orada onunla görüşmüş, orada olan zaman Renat ona içərisində 6 qram heroin olan bir büküm vermiş, həmin bükümün 320 manat dəyərində olduğunu bildirmişdir. Həmçinin Renat ona məxsus 055 465 63 22 GSM mobil nömrəsinə zəng olunacağını və zəng edən şəxsin dediyi ünvana gedib görüşməli olduğunu, heroini həmin şəxsə verib 320 manat pul alacağını, həmin puldan 35 manatını özünə götürüb, geriyə qalan pulu isə ona verməyini demişdir. Renatdan heroini götürüb gödəkçəsinin cibinə qoymuş, ondan ayrılandan təxminən 3-4 saat sonra istifadəsində olan 055 465 63 22 GSM mobil nömrəsinə yadında qalmayan bir nəfər zəng edərək Renatın dediyi şəxs olduğunu bildirib, onu “Sahil” metrostansiyasının çıxışına dəvət etmişdir. Həmin yerə gedəndən sonra özünü “Əli” kimi təqdim edən əvvəllər tanımadığı 30-32 yaşlarında şəxslə görüşmüş, Əli ona 320 manat pul verdikdən sonra Renatın ona verdiyi heroini alıb oradan uzaqlaşmış, Əlidən aldığı 320 manat pul onda qalmış, Renatla əlaqə saxlayan zaman o, daha sonra görüşən zaman pulu ondan götürəcəyini bildirmişdir. Sonuncu dəfə 01 noyabr 2018-ci il tarixdə Renat görüşmək üçün onu “20 Yanvar” metrostansiyasının yaxınlığına dəvət etmiş, onunla razılaşıb həmin gün saat 19 radələrində qeyd olunan yerə getmiş, Renat ona 12 bükümdə heroin verərək, həmin heroinin qiymətinin ümumilikdə 700 manat olduğunu bildirmiş, bükümlərin 10 ədədi siqaretin gümüşü kağızına, digər 2-si isə sellofana bükülmüş vəziyyətdə olmuş, Renat “Vüqar” adlı şəxsin ona zəng edəcəyini, siqaretin gümüşü kağızına bükülmüş 10 büküm heroini Vüqarın 100 manat müqabilində ondan alacağını bildirmişdir. Renat onun yanında Vüqarla mobil telefon vasitəsilə əlaqə saxlamış və onun “Gənclik” metrostansiyasının yanına gələcəyini demiş, həmçinin Renat digər sellofana bükülmüş 2 bükümü isə adını xatırlamadığı şəxsin ona məxsus mobil nömrəyə zəng edərək Nərimanov rayonu ərazisində yerləşən “Gənclik Mall” ticarət mərkəzinin qarşısında 600 manat pul müqabilində ondan alacağını demişdir. Bundan əlavə görüş zamanı Renat ona elektron tərəzi verərək sellofana bükülmüş heroini satan zaman həmin tərəzidə çəkib daha sonra satmalı olduğunu bildirmişdir. Renatın deməsinə görə sellofana bükülmüş heroinin ümumi çəkisi 10 qram olmuş, aralarında olan razılaşmaya əsasən heroini satıb əldə etdiyi 700 manat pulun 70 manatı ona qalmalı imiş. Renat belində ağrılar olduğunu bildiyindən onunla görüşən zaman ona 1 list “Tramadol” dərmanı da vermiş, heroini, tərəzini və Renatın verdiyi bir list “Tramadol” dərmanını gödəkçəsinin sol iç cibinə qoyub “Gənclik” metrostansiyasına getmək üçün yola düzəlmiş, heroini satmaq üçün qeyd edilən yerlərə gedən zaman metrodan istifadə etmiş, Renatdan ayrılan zaman o, “Əli” adlı şəxsə satdığı heroinin dəyəri olan 320 manat pulu sonuncu satacağı heroinin pulu ilə birlikdə ondan alacağını demiş, ümumilikdə 1020 manatdan ona 105 manat qalmalı olduğunu bildirmişdir. Yolda olan zaman ona məxsus 055 465 63 22 GSM mobil nömrəsinə bir nəfər zəng edərək adının Vüqar olduğunu, heroin almaq üçün onunla görüşmək istədiyini demiş, Vüqara “Gənclik” metrostansiyasının yaxınlığına gələcəyini, orada onunla görüşə biləcəyini demiş, Vüqar onunla razılaşmış və “Gənclik” metrostansiyasına gəlmiş, metrodan çıxıb “Caspian Shopping” ticarət mərkəzi istiqamətində gedən zaman 4 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Nərimanov rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirərək onu polis idarəsinə dəvət etmişlər. İdarəyə gəldikdən sonra xidməti otaqlardan birinə dəvət olunan hal şahidləri və polis əməkdaşlarının iştirakları ilə ona üzərində cinayət yolu ilə əldə edilmiş əşya və ya dövriyyəsi qadağan edilmiş maddə vardırsa könüllü olaraq təqdim etməyi təklif edilmiş, o, əynində olan qara rəngli gödəkçəsinin sol iç cibinə qoyduğu, Renatın ona satmaqdan ötrü verdiyi narkotik maddə olan heroin bükümlərini və digər əşyaları könüllü olaraq təqdim etmişdir. Həmin narkotik maddələr zərfə qoyub möhürlənmiş, bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, o və digər iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Həmin narkotik vasitələri və tərəzini ona Renatın verdiyini, narkotik vasitəni ondan alan şəxs onu tərəzidə çəkdikdən sonra alacağını bildirmişdir. Əvvəllər narkotik vasitələr qəbul etməmiş, lakin təxminən 2018-ci ilin oktyabr ayının sonlarından heroin istifadə etməyə başlamış, heroini təxminən 3-4 dəfə “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən yaşayış binalarının arasında, qaranlıq yerlərdə Renatla birlikdə istifadə etmişdir. İstifadəsində ***-***-**-** nömrəli mobil telefon olmuşdur, ona zəng edib narkotik vasitə alan şəxslər həmin nömrəyə zəng edib onunla görüşmüş və ondan narkotik vasitə almışlar. Həmin şəxslərin heç birini tanımamış və əvvəllər də görməmişdir. Bükümlərdə psixotrop maddə olduğunu bilməmiş, onların hamısının heroin olduğunu Renat ona demiş, bükümdəkilər hamısı bir-birinə oxşadığından onların heroin olduğunu bilmişdir. Siqaret kağızlarını Renat ona heroin və tərəzi ilə birlikdə vermiş, “Tramadol” dərmanını isə belində olan ağrıların qarşısını almaq məqsədilə Renat vermişdir. Renatın narkotik vasitəni haradan və kimdən əldə etməsi barədə hər hansı bir məlumatı yoxdur. Renat təxminən 175 sm boyu olan, arıq bədən quruluşlu bir şəxsdir. Onun mobil nömrəsini dəqiq xatırlamır. Deməsinə görə “Şamaxinka” adlanan ərazidə yaşayır. Renatdan başqa hər hansı bir şəxsdən narkotik vasitə almamış, adları qeyd edilən şəxslərdən başqa isə hər hansı bir şəxsə narkotik vasitə satmamışdır. Yaşadığı mənzildə və yaxud da hər hansı bir yerdə narkotik vasitə və ya cinayət yolu ilə əldə olunmuş hər hansı bir əşya yoxdur. Renatdan götürdüyü narkotik vasitələri tez bir zamanda satmış, belə ki, ondan narkotik vasitəni götürəndən dərhal sonra, narkotik vasitəni alacaq şəxslər onunla əlaqə saxlayıb görüşmüşlər. Bu barədə ailə üzvlərinin və yaxud da hər hansı bir tanışının məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 01 noyabr 2018-ci il tarixdə saat 19:15-də Nərimanov RPİ-nin NMB-nə əməliyyat məlumatı daxil olmuşdur ki, “Taleh” adlı şəxs Nərimanov rayonu ərazisində, “Gənclik” metrostansiyasının ətrafında narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olur. “Taleh” adlı şəxsin xx.xx.2018-ci il tarixdə saat 19:45-də Nərimanov rayonu, M.K.Atatürk prospekti 2 ünvanda yerləşən, “Gənclik” metrostansiyasının çıxışındakı dayanacaqda olacağı, həmin şəxsin geyimi və xüsusi əlamətləri də bildirilmişdir. Bu barədə məlumatın yoxlanması və əməliyyataxtarış tədbirinin keçirilməsinə, həmçinin bu məqsədlə əməliyyat qrupunun təşkil olşunmasına icazə verməsi üçün raportla Nərimanov RPİ-nin rəisinə müraciət edilmiş, icazə verildikdən sonra, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra o, NMB-nin rəisi Şahid1, baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, həmin bölmənin digər əməliyyat müvəkkili Şahid4 ilə birlikdə saat təxminən 19:30 radələrində Bakı şəhəri Nərimanov rayonu, M.K.Atatürk prospekti 2 ünvana, “Gənclik” metrostansiyasının həmin istiqamətdə olan çıxışına tərəf gəlmişlər, saat 19:50 radələrində “Taleh” adlı şəxsi geyimi və zahiri əlamətlərinə görə müəyyən etmişlər, ona M.K.Atatürk prospekti 2 ünvanın qarşısında yaxınlaşıb özlərini təqdim edərək həmin şəxsdən anket məlumatlarını soruşmuş və həmin şəxs Bakı şəhəri Xətai rayonu, ünvan 7 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs olduğunu məlum olmuşdur. Ona narkotik vasitələrin qanunsuz olaraq satışında və daşınmasında şübhəli olduğunu bildirməklə o, Nərimanov RPİ-yə dəvət edilmiş, həmin şəxs heç bir etiraz etmədən onlarla birlikdə Nərimanov RPİ-nin inzibati binasına gəlmişdir. Saat 20 radələrində Polis İdarəsinə bir daha müəyyən edilmişdir ki, saxlanılan şəxs Bakı şəhəri Xətai rayonu, ünvan 7 ünvanda qeydiyyatda olan və ünvan 8 ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Onun üzərində şəxsi axtarış keçirilməsi zamanı hal şahidi qismində iştirak etməsi üçün inzibati ərazidən əvvəllər tanımadıqları 2 nəfər şəxs, yəni Şahid6 və Şahid5 dəvət olunmuş və xidməti iş otağında dəvət olunmuş hal şahidlərinə və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra hal şahidlərinin və Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə ona üzərində narkotik vasitəsi, eləcə də cinayət xarakterli əşyası varsa təqdim etməsi təklif olunmuş, üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində narkotik vasitə olan heroin var və əyninə geyindiyi qara rəngli gödəkçəsinin sol iç cibindən 2 ədəd üzərlərində «Winchester» sözləri yazılmış siqaret qutularını çıxardıb stolun üzərinə qoymuş və həmin qutulardan birinin içərisində narkotik vasitə heroin olduğunu demişdir. Həmin siqaret qutularından birini açdıqda həqiqətən də içərisində 2 ədəd şəffaf sellofan kəsiyinə və 10 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülülər olduğu aşkar edilmiş, bükülüləri açdıqda onların içərisində sarımtıl rəngli, kəskin iyi olan, narkotik vasitə heroinə oxşar maddələr olduğu aşkar edilmiş, digər siqaret qutusunda isə 12 ədəd siqaretlər olduğu aşkar edilmiş, bundan başqa Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin həmin cibindən 1 ədəd, üzərində «Digital Scale» sözləri yazılmış tərəzini, 322 manat pulu, içərisində 10 ədəd kapsula olan, üzərində «Tramadol 50 mq» sözləri yazılmış dərman vərəqini, 6 ədəd gümüşü, 1 ədəd qızılı rəngli siqaretin boş kağızlarını, 1 ədəd plastmas qabda ətir və 1 ədəd «Samsung J3» markalı mobil telefon aparatını çıxardıb stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin narkotik maddələri və tərəzini haradan əldə etdiyini soruşduqda onları bir qədər əvvəl tanıdığı “Renat” adlı şəxsin narkotik maddələri satmaqdan ötrü, tərəzini də narkotik maddələri satarkən istifadə etməsi üçün verdiyini bildirmiş, həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi 322 manat pulun 4 gün əvvəl Renatdan aldığı və tanımadığı şəxslərə satdığı narkotik maddələrin pulu olduğunu, həmin pulu Renata çatdırmaqdan ötrü üstündə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin narkotik maddələr bir ədəd zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, protokol onun və digər iştirakçılar tərəfindən imzalarla təstiq olunmuş, sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, onun üzərindən həmin narkotik vasitədən və qeyd olunan əşyalardan başqa heç nə aşkar edilməmiş və başqa heç nə götürülməmiş, Təqsirləndirilən şəxs mobil telefonun özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 01 noyabr 2018-ci il tarixdə saat 19:15-də Nərimanov RPİ-nin NMB-nə əməliyyat məlumatı daxil olub ki, “Taleh” adlı şəxs Nərimanov rayonu ərazisində, “Gənclik” metrostansiyasının ətrafında narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olur. “Taleh” adlı şəxsin xx.xx.2018-ci il tarixdə saat 19:45-də Nərimanov rayonu, M.K.Atatürk prospekti 2 ünvanında yerləşən, “Gənclik” metrostansiyasının çıxışındakı dayanacaqda olacağı, həmin şəxsin geyimi və xüsusi əlamətləri də bildirilmişdi. Bu barədə tərəfindən məlumatın yoxlanması və əməliyyat-axtarış tədbirinin keçirilməsinə, həmçinin bu məqsədlə əməliyyat qrupunun təşkil olunmasına icazə verməsi üçün NMB-nin rəisi Şahid1 raportla Nərimanov RPİ-nin rəisinə müraciət edib, icazə verildikdən sonra, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul olundu. Bundan sonra NMB-nin rəisi, mən və bizim bölmənin əməliyyat müvəkkilləri, polis leytenantları X7 və Şahid4 ilə birlikdə saat təxminən 19:30 radələrində Bakı şəhəri Nərimanov rayonu, M.K.Atatürk prospekti 2 ünvanına, “Gənclik” metrostansiyasının həmin istiqamətdə olan çıxışına tərəf getdik, saat 19:50 radələrində “Taleh” adlı şəxsi geyimi və zahiri əlamətlərinə görə müəyyən etdik, ona M.K.Atatürk prospekti 2 ünvanı qarşısında yaxınlaşıb özümüzü təqdim edib həmin şəxsdən anket məlumatlarını soruşduq və həmin şəxs Bakı şəhəri Xətai rayonu, ünvan 7 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs olduğunu bildirdi. Ona narkotik vasitələrin qanunsuz olaraq satışında və daşınmasında şübhəli olduğunu bildirməklə onu Nərimanov RPİ-nə dəvət etdik, həmin şəxs heç bir etiraz etmədən bizimlə birlikdə Nərimanov RPİ-nin inzibati binasına gəldi, Talehin üzərində şəxsi axtarış keçirilməsi zamanı hal şahidi qismində iştirak etməsi üçün əvvəllər tanımadığımız 2 nəfər şəxs dəvət olundu, hal şahidlərinə və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra hal şahidlərinin və Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə ona üzərində narkotik vasitə, eləcə də cinayət xarakterli əşya varsa təqdim etməsi təklif olundu, üzərində şəxsi axtarış aparılacağı bildirildi. Təqsirləndirilən şəxs bildirdi ki, üzərində narkotik vasitə heroini var və gödəkçəsinin cibindən 2 ədəd siqaret qutularını çıxardıb stolun üzərinə qoydu və həmin qutulardan birinin içərisində heroin olduğunu dedi. Həmin siqaret qutularından birini açdıqda həqiqətən də içərisində 2 ədəd şəffaf sellofan kəsiyinə və 10 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülülər olduğu aşkar edildi, bükülüləri açdıqda onların içərisində heroinə oxşar maddələr olduğu aşkar edildi, digər qutuda isə siqaretlər var idi, bundan başqa Təqsirləndirilən şəxs gödəkçəsinin cibindən tərəzi, 322 manat pulu, “Tranmadol” dərmanı, siqaretin boş kağızlarını, ətir və telefon çıxardıb stolun üzərinə qoydu. Təqsirləndirilən şəxs həmin narkotik maddələri və tərəzini haradan əldə etdiyini soruşduqda onları bir qədər əvvəl tanıdığı “Renat” adlı şəxsin narkotik maddələri satmaqdan ötrü, tərəzini də narkotik maddələri satarkən istifadə etməsi üçün verdiyini bildirdi, həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi 322 manat pulun 4 gün əvvəl Renatdan aldığı və tanımadığı şəxslərə satdığı narkotik maddələrin pulu olduğunu, həmin pulu Renata çatdırmaqdan ötrü üstündə saxladığını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik maddələr zərfə qoyulub qablaşdırıldı, bu barədə protokol tərtib edildi, protokol mənim və digər iştirakçılar tərəfindən imzalarla təsdiq olundu. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 01 noyabr 2018-ci il tarixdə saat 19:15-də Nərimanov RPİ-nin NMB-nə əməliyyat məlumatı daxil olub ki, “Taleh” adlı şəxs Nərimanov rayonu ərazisində, Gənclik metrostansiyasının ətrafında narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olur. “Taleh” adlı şəxsin xx.xx.2018-ci il tarixdə saat 19:45-də Nərimanov rayonu, M.K.Atatürk prospekti 2 ünvanında yerləşən, “Gənclik” metrostansiyasının çıxışındakı dayanacaqda olacağı, həmin şəxsin geyimi və xüsusi əlamətləri də bildirilib. Bu barədə tərəfindən məlumatın yoxlanması və əməliyyat-axtarış tədbirinin keçirilməsinə, həmçinin bu məqsədlə əməliyyat qrupunun təşkil olşunmasına icazə verməsi üçün NMB-nin rəisi Şahid1 raportla Nərimanov RPİ-nin rəisinə müraciət edib, icazə verildikdən sonra, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul olundu. Bundan sonra NMB-nin rəisi və mən əməliyyat müvəkkilləri, polis leytenantları X7 və Xudaverdiyev Hüseyn Əlisahib oğlu ilə birlikdə saat təxminən 19:30 radələrində M.K.Atatürk prospekti 2 ünvanına, “Gənclik” metrostansiyasının həmin istiqamətdə olan çıxışına tərəf gəldik, saat 19:50 radələrində “Taleh” adlı şəxsi geyimi və zahiri əlamətlərinə görə müəyyən etdik, ona M.K.Atatürk prospekti 2 ünvanı qarşısında yaxınlaşıb özümüzü təqdim edib həmin şəxsdən anket məlumatlarını soruşduq və həmin şəxs Bakı şəhəri Xətai rayonu, ünvan 7 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs olduğunu bildirdi. Ona narkotik vasitələrin qanunsuz olaraq satışında və daşınmasında şübhəli olduğunu bildirməklə onu Nərimanov RPİ-nə dəvət etdik, həmin şəxs heç bir etiraz etmədən bizimlə birlikdə Nərimanov RPİ-nin inzibati binasına gəldi, Talehin üzərində şəxsi axtarış keçirilməsi zamanı hal şahidi qismində iştirak etməsi üçün əvvəllər tanımadığımız 2 nəfər şəxs dəvət olundu, hal şahidlərinə və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra hal şahidlərinin və Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə ona üzərində narkotik vasitəsi, eləcə də cinayət xarakterli əşyası varsa təqdim etməsi təklif olundu, üzərində şəxsi axtarış aparılacağı bildirildi. Təqsirləndirilən şəxs bildirdi ki, üzərində narkotik vasitə heroini var və gödəkçəsinin cibindən 2 ədəd üzərlərində “Winchester” sözləri yazılmış siqaret qutularını çıxardıb stolun üzərinə qoydu və həmin qutulardan birinin içərisində heroin olduğunu dedi. Həmin siqaret qutularından birini açdıqda həqiqətən də içərisində 2 ədəd şəffaf sellofan kəsiyinə və 10 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülülər olduğu aşkar edildi, bükülüləri açdıqda onların içərisində heroinə oxşar maddələr olduğu aşkar edilmiş, digər qutuda isə siqaretlər idi, bundan başqa Təqsirləndirilən şəxs gödəkçəsinin cibindən tərəzi, 322 manat pulu, “Tramadol” dərmanı , siqaretin boş kağızlarını, ətir və telefon çıxardıb stolun üzərinə qoydu. Təqsirləndirilən şəxs həmin narkotik maddələri və tərəzini haradan əldə etdiyini soruşduqda onları bir qədər əvvəl tanıdığı “Renat” adlı şəxsin narkotik maddələri satmaqdan ötrü, tərəzini də narkotik maddələri satarkən istifadə etməsi üçün verdiyini bildirdi, həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi 322 manat pulun 4 gün əvvəl Renatdan aldığı və tanımadığı şəxslərə satdığı narkotik maddələrin pulu olduğunu, həmin pulu Renata çatdırmaqdan ötrü üstündə saxladığını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik maddələr zərfə qoyulub qablaşdırıldı, bu barədə protokol tərtib edildi, protokol mənim və digər iştirakçılar tərəfindən imzalarla təsdiq olundu. İş üzrə Şahid1 xx.xx.2019-cu il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, xidməti iş yerini dəyişməsi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyinə görə ibtidai istintaq zamanı verdiyi ifadəsinin nəzərə alınmasını xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 01 noyabr 2018-ci il tarixli 28570 saylı Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə müəyyən olunmuşdur ki, “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazı, imzalar olan zərfdəki, 01 ədəd p/etilen kəsiyində, təmiz çəkisi: 10,345 qram, 06 ədəd ağ gümüşü kağız kəsiyində, ayrı-ayrılıqda təmiz çəkisi 0,078 qram, 0,065 qram, 0,078 qram, 0,068 qram, 0,063 qram, 0,077 qram olmaqla, ümumi təmiz çəkisi 0,429 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd p/etilen kəsiyində təmiz çəkisi: 1,568 qram, 04 ədəd ağ-qara kağız kəsiyində, ayrı-ayrılıqda təmiz çəkisi 0,027 qram, 0,031 qram, 0,030 qram, 0,026 qram olmaqla ümumi təmiz çəkisi 0,114 qram ağ rəngli kristallik maddə psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin 1-ci siyahısına daxildir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış məhkəmə kimyəvi ekspertizasının 20 fevral 2019-cu il tarixli 4876 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş...” yazısı olan konvalyutda 10 ədəd ağ-göy rəngli kapsulların içərisindəki ağ rəngli tozşəkilli maddə tramadol hidroxlorid tərkibli dərman preparatıdır və həmin kapsullarda təsiredici maddəsi tramadol hidroxloridin ümumi miqdarı 0,5qr (bir kapsulda 0,05qr tramadol hidroxlorid olmaqla) təşkil edir. Tramadol hidroxlorid tərkibli dərman preparatı “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”-na daxildir. Həmin zərfdə olan bir ədəd “Mini digitalpocket Scale” markalı elektron tərəzinin üzərində narkotik vasitə olan-heroinin izləri vardır. Lakin tərəzinin üzərində heroin iz şəklində olduğu üçün, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən götürülmüş heroinlə (28570 saylı ekspert rəyi ilə) eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən üzərində “Winchester” sözləri yazılan siqaret qutusunu çıxardıb içərisində dövriyyəsi qanunla qadağan olunmuş narkotik vasitə heroin olduğunu bildirmişdir. Qeyd olunan siqaret qutusunu açdıqda içərisində 2 ədəd şəffaf sellofana və 10 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülülər aşkar edilmişdir. Bükülüləri açdıqda içərilərində sarımtıl rəngli, kəskin iyi olan kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin heroin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin heroini 3-4 gündən bir görüşdüyü və üzdən tanıdığı “Renat” adlı şəxsin satmaq üçün ona verdiyini demiş, bundan əlavə Təqsirləndirilən şəxs həmin cibindən üzərində “Digital Scale” sözləri yazlan bir ədəd tərəzi, içərisində 12 ədəd siqaret olan, üzərində “Winchester” sözləri yazılan siqaret qutusu, 322 manat pul, içərisində 10 ədəd kapsula olan, üzərində “Tramadol 50 mq” sözləri yazılmış dərman listi, 6 ədəd gümüşü, 1 ədəd qızılı rəngli siqaretin kağızlarını, 1 ədəd plastmas qabda ətir və 1 ədəd “Samsung J3” markalı mobil telefon aparatını çıxardıb stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi tərəzini satacağı narkotik maddələri çəkmək üçün özündə saxladığını bildirmiş, cibindən çıxardığı 322 manat pulu tanımadığı şəxslərə satdığı narkotik maddələrdən almış olduğu pullar olduğunu bildirmiş, həmin pulların “Renat” adlı şəxsə çatdırmalı olduğunu demişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 01 noyabr 2018-ci il tarixli “Tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 01 noyabr 2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Nərimanov rayon məhkəməsinin 03 noyabr 2018-ci il tarixli, 4(005)-607/2018 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 01 noyabr 2018-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Nərimanov rayon məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 4(005)-203/2019 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 gün, yəni 16 mart 2019-cu il tarixinədək uzadılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12 noyabr 2018-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 07 noyabr 2018-ci il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman ondan A24274409, D15156288, A56581585 seriyalı 3 ədəd 100 manatlıq, B21287630, B09637176 seriyalı 2 ədəd 10 manatlıq və D59390310, C96689029 seriyalı 2 ədəd 1 manatlıq əskinaslar iş üzrə maddi sübut kimi ytanınmış və saxlanılması üçün Bakı şəhər BPİ-nin X11 təhvil verilmişdir. Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 22 fevral 2018ci il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan görünür ki, 01 noyabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ondan götürülmüş 10,774 qram qram narkotik vasitə heroin, 1,682 qram çəkidə psixotrop maddə olan metamfetamin, üzərində “DİGİTAL SCALE” sözləri yazılmış bir ədəd tərəzi, içərisində 10 ədəd kapsula olan, üzərində “Tramadol 50 mq” sözləri yazılmış dərman vərəqi, 6 ədəd gümüşü, 1 ədəd qızılı rəngli siqaret kağızları, içərirsində 12 ədəd siqaret olan “Winchester” sözü yazılmış siqaret qutusu iş üzrə maddi sübut kimi tanınmış, 10,774 qram qram narkotik vasitə heroinin ekspertiza təqdiqatlarından sonra qalıq qalmış 10,634 qram hissəsi, 1,682 qram çəkidə psixotrop maddə olan metamfetamin ekspertiza təqdiqatlarından sonra qalıq qalmış 1,582 qram hissəsi, üzərində “DİGİTAL SCALE” sözləri yazılmış bir ədəd tərəzi, ekspertiza təqdiqatlarından sonra içərisində 08 ədəd kapsula olan, üzərində “Tramadol 50 mq” sözləri yazılmış dərman vərəqi, 6 ədəd gümüşü, 1 ədəd qızılı rəngli siqaret kağızları, içərirsində 12 ədəd siqaret olan “Winchester” sözü yazılmış siqaret məsul saxlanış üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış AZ-İİ № 867194 saylı, AZ-İİİ № 181621 və AZ-İİİ № 434155 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs müvafiq olaraq xx.xx.2011, xx.xx.2013 və xx.xx.2014-cü təvəllüdlü uşaqları vardır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Binəqədi qəsəbə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli, 587 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı X8 heç bir yerdə işləmir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “Zəfəran Hospital”ın xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, X3 maksillar sinusda subsantimetrik retension kistin olduğu qeyd edilmişdir. İş üzrə təyin edilmiş narkoloji ekspertizasının xx.xx.2018-ci il tarixli 2167 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi məsləhət görülür. İş üzrə təyin olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının 138 nömrəli, xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində Anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 22 fevral 2019-cu il tarixli “Cinayət işi materiallarından digər cinayət işinin ayrılması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni aldığı şəxsi müəyyən etmək məqsədilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə, məhkəmədə dindirilmiş şahid ifadələrini, məhkəmə istintaqı zamanı tədqiq olunmuş istintaq hərəkətlərinin protokollarını, eləcə də məhkəmə ekspertiza rəylərinin mənsubiyyəti, mümkünlüyü üzrə qiymətləndirərək həmin ifadələri, istintaq hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini təqsirləndirilən şəxsin əməlinin cinayət tərkibi yaratması, cinayətin törədilməsində iştirakını, onun törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll edərkən hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Cinayət Məcəlləsinin müvafiq maddələri ilə düzgün tövsif olunmuşdur. İbtidai istintaq orqanı bu nəticəyə gələrkən haqlı olaraq Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitələrin ayrı-ayrı bükümlərdə olmasını və külli miqdarda olmasını əsas götürərək Təqsirləndirilən şəxs əməllərini qanuni olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif etmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş İ siyahıya görə narkotik vasitə olan heroin 2 qram və ondan artıq miqdarda olduqda, İİ siyahıya görə psixotrop maddə olan metamfetamin 2 qram və ondan artıq olduqda külli miqdar hesab edilmişdir. Beləliklə, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll edərkən hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və külli miqdarda saxlama cinayət əməlini törətməsi tam sübuta yetirildiyindən onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiya şərtləri ilə uyğun gəlir. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını və 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət törətməsini və özünü təqsirli bilməsini və əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatları, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, eyni zamanda həyat və tərbiyə şəraitini, əqli və psixi inkişaf səviyyəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi şəraitini nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin saksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalətli, qanuni və məqsədəmüvafiq hesab edərək həmin cəzanın təyini ilə təqsirləndirilən şəxsin islah və yenidən tərbiyə olunacağı və bununla cəzanın məqsədlərinə nail olunacağı qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, 01 noyabr 2018-ci il tarixli “Tutma haqqında” protokola əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının çəkilməsi müddətinin əvvəli 01 noyabr 2018-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının onun tərəfindən real olaraq çəkməklə islah oluna biləcəyi qənaətinə gəldiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinin tələbinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə, yuxarıda tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 06 dekabr 2018-ci il tarixli, 2167 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq hesab edir ki, o, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı əmlakı müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. Cinayət işi üzrə mülki iddia verilməmişdir. Cinayət işi üzrə məhkəmə məsrəfini təşkil edən 28570 saylı tədqiqatın keçirilməsinə sərf edilmiş 106,02 (bir yüz altı manat, iki qəpik) manat və 4876 saylı tədqiqatın keçirilməsinə sərf edilmiş 97,95 (doxsan yeddi manat, doxsan yeddi qəpik) manat, ümumilikdə 203,97 (iki yüz üç manat, doxsan yeddi qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman ondan götürülmüş və narkotik vasitələrin satışından əldə edilmiş A24274409, D15156288, A56581585 seriyalı 3 ədəd 100 manatlıq, B21287630, B09637176 seriyalı 2 ədəd 10 manatlıq və D59390310, C96689029 seriyalı 2 ədəd 1 manatlıq əskinasların maddi sübut kimi saxlanılması üçün Bakı şəhər BPİ-nin X11 təhvil verilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş 10,774 qram qram narkotik vasitə heroinin ekspertiza təqdiqatlarından sonra qalıq qalmış 10,634 qram hissəsi, 1,682 qram çəkidə psixotrop maddə olan metamfetamin ekspertiza təqdiqatlarından sonra qalıq qalmış 1,582 qram hissəsi, üzərində “DİGİTAL SCALE” sözləri yazılmış bir ədəd tərəzi, ekspertiza təqdiqatlarından sonra içərisində 08 ədəd kapsula olan, üzərində “Tramadol 50 mq” sözləri yazılmış dərman vərəqi, 6 ədəd gümüşü, 1 ədəd qızılı rəngli siqaret kağızları, içərirsində 12 ədəd siqaret olan “Winchester” sözü yazılmış siqaret məhv edilməlidir. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs müdafiəsi məhkəmənin qərarına əsasən təyinat üzrə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliyə əsasən, hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə - vəkil Müdafiəçi 150 (bir yüz əlli) manat miqdarında pul ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respulbikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 01 noyabr 2018-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə məhkəmə məsrəfini təşkil edən 28570 saylı tədqiqatın keçirilməsinə sərf edilmiş 106,02 (bir yüz altı manat, iki qəpik) manat və 4876 saylı tədqiqatın keçirilməsinə sərf edilmiş 97,95 (doxsan yeddi manat, doxsan yeddi qəpik) manat, ümumilikdə 203,97 (iki yüz üç manat, doxsan yeddi qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş 10,774 qram qram narkotik vasitə heroinin ekspertiza təqdiqatlarından sonra qalıq qalmış 10,634 qram hissəsi, 1,682 qram çəkidə psixotrop maddə olan metamfetamin ekspertiza təqdiqatlarından sonra qalıq qalmış 1,582 qram hissəsi, üzərində “DİGİTAL SCALE” sözləri yazılmış bir ədəd tərəzi, ekspertiza təqdiqatlarından sonra içərisində 08 ədəd kapsula olan, üzərində “Tramadol 50 mq” sözləri yazılmış dərman vərəqi, 6 ədəd gümüşü, 1 ədəd qızılı rəngli siqaret kağızları, içərirsində 12 ədəd siqaret olan “Winchester” sözü yazılmış siqaret məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman ondan götürülmüş və narkotik vasitələrin satışından əldə edilmiş A24274409, D15156288, A56581585 seriyalı 3 ədəd 100 manatlıq, B21287630, B09637176 seriyalı 2 ədəd 10 manatlıq və D59390310, C96689029 seriyalı 2 ədəd 1 manatlıq əskinasların maddi sübut kimi saxlanılması üçün Bakı şəhər BPİ-nin X11 təhvil verilməsi nəzərə alınsın. Hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına – vəkil Müdafiəçi150 (bir yüz əlli) manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti və şikayəti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-468/2019
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-468/2019
07.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver