Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-468/2020 15.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X7, X8, Əhmədli Səxavət Böyükağa oğlunun, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı1, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru X21, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs1 nümayəndəsi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Zərərçəkmiş şəxs2 nümayəndəsi - fərdi qaydada fəaliyyət göstərən vəkil X9, müdafiəçilər - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1959-cu il tarixdə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, “İşıq İnşaat” və “Fərəh İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və faktiki rəhbəri, ünvan 1 mənzil 59 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 mənzil 12 ünvanında yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, “İşıq İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olaraq həm də bu cəmiyyətə faktiki rəhbərliyi həyata keçirən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə özgəyə məxsus əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə həmin cəmiyyət tərəfindən 2003-cü il tarixdən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 1058-ci məhəllədə inşa olunaraq 2008-ci ildə inşası başa çatmış 5 nömrəli binanın 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 424,13 m2, yaşayış sahəsi 205,81 m2 olan 6 otaqlı mənzilin xx xxxx 2005-ci il tarixli 97 nömrəli müqavilə əsasında Şahid1 satılmasına və həmin mənzilin xx.xx.2013-cü il tarixli 97(14) nömrəli müqavilə əsasında 254460 ABŞ dollarına sonuncuya satılmasını bir daha rəsmiləşdirərək tərtib olunmuş alqı-satqı müqaviləsini imzalamaqla təsdiq etməsinə baxmayaraq, 2014-cü ilin yay aylarında “İşıq İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin digər təsisçisi və Şahid1 əri olan Zərərçəkmiş şəxs2 ilə Şahid1 adına rəsmiləşdirilmiş qeyd olunan mənzilin Zərərçəkmiş şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətin qarşısında olan öhdəliyinin icrası kimi cəmiyyətin sərəncamına verilməsi və bunun qarşılığında cəmiyyətin Şahid1 140000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 109816 manat məbləğində pul verəcəyini yalandan bildirib, Şahid1 məxsus həmin mənzili 830000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 647400 manat məbləğində qiymətləndirib, 140000 ABŞ dolları həmin dövrün rəsmi məzənnəsi ilə 109816 manat məbləğində qalan borcu isə xx xxxxxxxx 2014cü il tarixdə X22, Zərərçəkmiş şəxs2, özü və cəmiyyətin digər məsul şəxsləri arasında “Razılaşma protokolu” bağlayaraq protokolun 2-ci və 5-ci bəndlərinə əsasən X14 “İşıq İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin 417 m2-ə görə 130000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 101400 manat, 7,13 m2-ə görə isə 10000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 7800 manat ödənildikdən sonra Şahid1 həmin müqaviləni imzalaması və qeyd olunan mənzilin yalnız bundan sonra satılması barədə razılaşmaqla sonuncuya pul ödənilməyənə qədər mənzili satmayacağını, mənzil satıldığı təqdirdə isə ilk olaraq həmin pulun ödənilməsi barədə öz üzərinə öhdəlik götürüb yalan vədlər verməklə qeyd olunan mənzili Şahid1 məlumatı və razılığı olmadan xx xxxxx 2015-ci il tarixli 97(14)- 1 nömrəli müqavilə bağlamaqla Şahid3 466000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 488694 manat 20 qəpiyə satılmasını həyata keçirdikdən sonra əldə olunmuş qeyd edilən pul vəsaitindən Şahid1 pul vəsaiti ödəməyərək mənzilin başqa şəxsə satılmasını sonuncudan gizlətmiş, Şahid1 pulu tələb etdikdə isə özünün etibarlı və vədinə əməl edən şəxs olması görüntüsü yaratmaq üçün həmin mənzilin guya satılmamasını, mənzilin pulunu hissə-hissə ödəyəcəyini, bu mümkün olmadığı halda isə həmin mənzili geri qaytaracağını yalandan bildirib, sonuncu ilə xx xxxxxxx 2017-ci il tarixdə təsdiqlənmiş barışıq sazişi imzalanmasına nail olub özünün əməllərinin aşkar olunmaması və barəsində şikayət edilməməsi üçün bir neçə ay ərzində hissə-hissə olmaqla 24000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 18720 manat məbləğində Şahid1 pul ödəyib, sonuncuya məxsus 109816 (bir yüz doqquz min səkkiz yüz on altı) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib Şahid1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, Zərərçəkmiş şəxs2 1985-ci ildən tanımış, ötən 35 il ərzində həmişə səmimi münasibətləri olmuş, illərlə münasibətləri sınaqdan çıxdığından aralarında həqiqi dostluq münasibətləri yaranmış, ailələri də birbirlərini tanımış, bir-birlərinə müntəzəm gediş-gəlişləri olmuşdur. Sonralar birgə biznes fəaliyyəti ilə məşğul olmağa başlamışlar. Təxminən 2002-2003-cü illərdə “İşıq İnşaat” və “Ferah İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətlərini təsis etmişdir. Belə ki, 2000-ci illərin əvvəllərində ünvan 3 ünvanında ona məxsus olan 0,5 hektara yaxın özəl torpaq sahəsində inşaat aparmaq üçün o və Zərərçəkmiş şəxs2 2/3 hissəsi ona, 1/3 hissəsi isə Yusifə məxsus olmaqla “Fərəh” Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etmişlər. Həmin vaxtlarda o, müəyyən səbəblərlə əlaqədar bir müddət Azərbaycanda olmadığı üçün tikintinin aparılması Yusif tərəfindən həyata keçirilmişdir. Sonradan isə “İşıq İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi kimi birlikdə işləri davam etdirmişlər. Bu dövrdə onun Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərindən Səlamət Qənbəroğlu ilə tanışlığı yaranmış və sonradan şəriki olan Zərərçəkmiş şəxs2 Səlamətin “İşıq İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin layihələrində iştirak etməsini təklif etmiş, sonuncu da razılaşmış və Məhdud Məsuliyyətli Cəmiyyətdəki payının 25%-i sonuncunun olmaqla, həmçinin 40%-i bacısının yoldaşı Bəxtiyar Tağızadənin adına keçirməklə Məhdud Məsuliyyətli Cəmiyyətində şərik olmuşlar. O, Azərbaycanda olmadığından bacısının yoldaşı X28 Əyyubovla şərik olmuşdur. İnşaat zamanı təsisçilərə inşaat məsrəfləri ayrıldıqdan sonra təsisçilər arasında satılmamış qalan mənzillərin və qeyri-yaşayış sahələrinin bölgüsü aparılmış, hər bir təsisçi də öz paylarına mütənasib şəkildə mənzillərə sərəncam vermişdir. Faktiki olaraq Yusif nağd şəkildə mənzil almaq üçün heç bir pul ödəməmişdir. 2011-2012-ci illərdə Zərərçəkmiş şəxs2 özünün demək olar ki bütün biznesini Azərbaycandan Avropaya daşımağı planlaşdırmış və sonra da özünün bu planını icra etməyə başlamışdır. Həmin dövrlərdə Yusifin adına olan bir ədəd iki mərtəbəli mənzil, bir ədəd üç otaqlı mənzil və təxminən 1000 kvadrat metr ölçüdə qeyri-yaşayış sahəsi olmuşdur. Yusif həmin əmlakları öz ailə üzvləri arasında bölüşdürməklə onların adlarına rəsmiləşdirmişdir. Qeyd olunan rəsmiləşdirmə zamanı nə Zərərçəkmiş şəxs2, nə də onun ailə üzvləri tərəfindən pul vəsaiti ödənilməsi barədə məlumatı olmamışdır. Təbii ki, pul ödənilsəydi, o, bundan məlumatlı olardı. Yusiflə əvvəlki şəriklər arasında narazılıq yaranmağa başlamış, amma təsisçilər arasında yaranmış ziddiyyətləri aradan qaldırmaq üçün hamılıqla alınmış razılıq nəticəsində onun qardaşı Şahid4 təxminən 2003-2004-cü illərdən başlayaraq 2009-cu ilədək Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru olmuşdur. Bu müddətdə inşaatın böyük hissəsi yekunlaşmış, 2009-cu ildən sonra isə Şahid4 direktorluqdan çıxmış və yenə şərikli qərarla Zərərçəkmiş şəxs2 tanışı olan Aydın Əhmədov direktor təyin olunmuşdur. Bu dövr ərzində bina sakinlərinin böyük hissəsində narazılıqlar yaranmış, bunun səbəblərini araşdırarkən ödənişlərin qarşılığında lazımi xidmət göstərilmədiyini, çox əməliyyatlardan əlavə vəsaitlər tələb olunduğunu, Məhdud Məsuliyyətli Cəmiyyətinin təsərrüfatının faktiki yararsız olduğunu, hətta toplanmış vəsaitlərin bir hissəsinin rəsmi hesabatdan yayındığını öyrənmişdir. 2010-cu ilin sonlarında Aydın Əhmədov məhkəmə qərarı ilə vəzifədən uzaqlaşdırılmış və Şahid4 təsisçilərin ümumi qərarı ilə yenidən direktor təyin olunmuşdur. “İşıq İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin tikintini apardığı dövrdə inşaat materiallarının dəyərinin kəskin artması səbəbi ilə ölkədə inşaata nəzarətlə bağlı yeni qurumların yaranması və yeni tələblərin formalaşması ilə əlaqədar olaraq tikintinin maliyyə xərcləri kəskin şəkildə artmışdır. Təsisçilər tərəfindən inşaatı tamamlamaq və kompleksə Dövlət Aktını almaq üçün nəzərdə tutulan maliyyə vəsaiti yetərli olmamışdır. Bu səbəbdən təsisçilər öz aralarında razılaşaraq çatışmayan vəsait məbləğini öz aralarında bölüşərək ortaya qoymağı razılaşmışlar. Özü təsisçi olaraq 2011-ci ildə “İşıq İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olan “Berk İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti almaqla 35% pay ona məxsus olmuşdur. Təsisçilər öz aralarında razılaşdırdıqları hissələri, o cümlədən, Zərərçəkmiş şəxs2 xx xxxxxxxx 2014-cü il tarixdə bağlanmış razılaşma protokolu əsasında Məhdud Məsuliyyətli Cəmiyyətində olan və həyat yoldaşı Şahid1 adına rəsmiləşdirilmiş 424 kvadrat metrlik mənzili sonuncunun özünün də razılığı ilə yaşayış kompleksini tamamlama işləri və digər zəruri xərclər üçün Məhdud Məsuliyyətli Cəmiyyətə təhvil vermişdir. Həmin razılaşma protokoluna üç təsisçi, qonşuda olan “Bakı Yük Avtonəqliyyat” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Aydın Əhmədov, Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Şahid4 və Şahid1 imza etmişlər. Şəxsən o özü Qənirə xanımın və digərlərinin protokolu nə zaman imzaladıqlarını dəqiq xatırlamır. Həmin protokol hazır olduqdan sonra özü şəxsən onu Məhdud Məsuliyyətli Cəmiyyətin ofisində imzalamışdır. Zərərçəkmiş şəxs2 tərəfindən həmin mənzilin Məhdud Məsuliyyətli Cəmiyyətə təhvil verilməsindən sonra Məhdud Məsuliyyətli Cəmiyyətin Şahid1 yaranmış borc fərqi 140000 ABŞ dolları məbləğində müəyyənləşdirilərək protokolda əksini tapmışdır. Qeyd olunan razılığa görə mənzil “İşıq İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə keçdikdən sonra satılaraq birinci növbədə Məhdud Məsuliyyətli Cəmiyyətin xərclərinin ödənilməsi nəzərdə tutulmuşdur. 2017-ci ilin sonlarına qədər “İşıq İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olaraq Zərərçəkmiş şəxs2 istənilən sakinin, o cümlədən Şahid1 “İşıq İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə olan kommunal ödənişləri barədə xəbər almaq imkanı olmuşdur. Eyni zamanda, kommunal ödənişlər haqqında bildiyi qədər Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi Şahid1 və Kamran Eyyubova xəbərdarlıq etmiş, bütün bildirişlərdə Qənirə xanımın hesablamaları qeyd olunan mənzilin 2015-ci ildə satıldığı tarixə qədər hesablanmışdır. Yəni, 2015-ci ildən sonra Şahid1 həmin mənzil üçün borc hesablanmadığına görə mənzilin başqa şəxsə satıldığı aydın bir faktdır, heç kim üçün sual doğuran məsələ deyildir. Şahid3 adlı şəxsi isə tanımır və həmin mənzilin bu şəxsə satılmasında heç bir iştirakı olmamışdır. Həmçinin Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin tədbirləri barədə də məlumatı olmamışdır. Məhdud Məsuliyyətli Cəmiyyətin Şahid1 borcunun olması heç bir zaman heç bir şəkildə inkar edilməmişdir. Bununla bağlı məhkəmədə mülki mübahisələrin getdiyini eşitsə də mahiyyətini dəqiqliklə bilməmişdir. Məhdud Məsuliyyətli Cəmiyyətlə Şahid1 arasında xx xxxxxxxx 2017-ci il tarixdə bağlanmış barışıq sazişinə əsasən, Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Şahid1 cəmi 28 ay ərzində hər ay 5000 ABŞ dolları olmaqla pul ödənilməsi müəyyənləşdirilmişdir. Razılaşmadan sonra ilk 5 ay ərzində hər ay 5000 ABŞ dolları məbləğində nağd pul ödəməklə cəmi 24000 ABŞ dolları məbləğində nağd pul vəsaiti ödənilmiş və qalan pulların ödənilməsində Məhdud Məsuliyyətli Cəmiyyətin müəyyən sıxıntıları yaranmışdır. Sıxıntının səbəbləri kimi Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən yığılan kommunal ödənişlərin ümumi iqtisadi çətinlik səbəbindən gecikdirilməsi, həmçinin Məhdud Məsuliyyətli Cəmiyyətin inşa etdiyi kompleksin təhviltəslim işləri ilə bağlı olaraq yığılan vəsaitlərin böyük bir hissəsinin dövlət aktının alınmasına yönəldilməsi olmuşdur. Həmçinin, subyektiv olaraq Məhdud Məsuliyyətli Cəmiyyətin Salamzadə küçəsinə baxan iki binasının sakinlərinin Zərərçəkmiş şəxs2 oğlu Kamran Əyyubova aid olan və ona məlum olmayan şəxsə icarəyə verilən qeyri-yaşayış sahəsinin restoran-klub qismində istifadə edilərək gecə vaxtı həm səs-küy, həm də oraya yığışanların əxlaqsız, müəyyən mənada mənəviyyata uyğun olmayan davranışları, hərəkətləri ilə narahat edən obyekt kimi fəaliyyət göstərməsi səbəbindən kommunal ödənişləri ödəməkdən imtina etməsidir. Həmin proseslər uzun müddət davam etmiş və qeyd olunan obyekt orada baş vermiş qanunazidd əməllər, zəhərlənmə faktları ilə əlaqədar bir müddət sonra hüquq-mühafizə orqanları tərəfindən qapadılmışdır. Beləliklə, maliyyə imkanları yol verdiyi halda Məhdud Məsuliyyətli Cəmiyyət Şahid1 olan borcunu bir an belə yubatmadan ödəyərdi. Onun heç bir halda həmin borcu ödəməkdən yayınmaq niyyəti olmamışdır. Faktiki olaraq 2017-ci ilin sonundan 2019-cu ilin ortalarına qədər olan müddət ərzində bir çox digər özəl müəssisələr kimi ciddi maliyyə sıxıntıları ilə rastlaşmış, özünün şəxsi imkanları da hədsiz dərəcədə tükənmişdir. Ona görə də Şahid1 olan borcun qalan hissəsinin ödənilməsində məcburi gecikmələr baş vermişdir. Beləliklə, mənzilin Məhdud Məsuliyyətli Cəmiyyətə təhvil verilməsi nəticəsində Şahid1 yaranmış 140000 ABŞ dolları borcun 24000 ABŞ dolları ödənilmiş, qalan 116000 ABŞ dolları borcun ödənilməsində əsaslı səbəblərdən, onun iradəsindən asılı olmayaraq gecikmə olmuşdur. Bütün bu hallar göründüyü kimi öhdəlik münasibətlərindən irəli gəlmiş, sonradan qarşı tərəfdən bu məsələlər mülki qaydada mübahisələndirilmiş, ən nəhayətdə borcun qalıq hissəsi tam şəkildə ödənilmiş, məhkəmə qərarlarının icrası da başa çatdırılmışdır. Belə olan halda onun düşdüyü vəziyyətin cinayət kimi qələmə verilərək barəsində cinayət işinin açılmasını, cinayət təqibinə məruz qalmasını tam əsassız hesab edir və məhkəmədən ədalətin bərpa edilərək ona bəraət verilməsini xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid1 göstərmişdir ki, ailəsi həyat yoldaşı Zərərçəkmiş şəxs2, oğlu Kamran və qızı Mehribandan ibarətdir. Həyat yoldaşı Zərərçəkmiş şəxs2 2003-cü ildən “İşıq İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olmuşdur. Digər təsisçi isə Təqsirləndirilən şəxs olmuşdur. 2005-ci il tarixdə hələ inşaat başa çatmamış öz adına Məhdud Məsuliyyətli Cəmiyyətindən ev almış və həmin evin pullarını nağd olaraq ödəmişdir. Qeyd olunan evin alınması üçün Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi olan Təqsirləndirilən şəxs də razılığı alınmışdır. Bundan sonra xx xxxx 2013-cu il tarixdə Məhdud Məsuliyyətli Cəmiyyət ilə aralarında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilə yenilənərək həmin müqavilə əsasında onun adına aldığı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 1058-ci məhəllədə yerləşən 14 mərtəbəli 5 nömrəli binanın 14-cü mərtəbəsində ümumi sahəsi 424,13 kvadrat metr, yaşayış sahəsi 205,81 kvadrat metr olan 6 otaqlı mənzilə dair alqı-satqı müqaviləsi yenidən yazılmış və həmin mənzil üçün 2005-ci ildə Məhdud Məsuliyyətli Cəmiyyətə 254460 ABŞ dolları məbləğində nağd pul vəsaiti ödəmələri bir daha qeyd olunmuşdur. X16 Cəmiyyətin arasında imzalanmış xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi Təqsirləndirilən şəxs Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru vəzifəsinə təyin etdiyi, bütün alqı-satqı məsələlərini onun adı ilə həll etdiyi qardaşı Şahid4 adı ilə bağlanmış, lakin müqavilə Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Belə ki, Təqsirləndirilən şəxs müqavilənin sonunda “təsisçi: Təqsirləndirilən şəxs” yazmaqla müqaviləni özü imza etmişdir. Bundan sonra, həyat yoldaşı X11 Cəmiyyətin apardığı tikintidə işlərin yekunlaşdırılması üçün təsisçilərin ödəməli olduqları müəyyən öhdəlik yaranmış və həmin öhdəliyin icra olunması məqsədi ilə onun adına alınmış qeyd edilən mənzil qiymətləndirilərək öhdəliyin əvəzində onlara verməyə razılaşmış və aralarında olan danışıqlar nəticəsində Məhdud Məsuliyyətli Cəmiyyətin ona 130000 ABŞ dolları məbləğində nağd pul vəsaiti borclu qalması, həmçinin öhdəliyin icrası ilə bağlı verdiyi mənzilin sahəsinə görə yaranmış fərq kimi 7,13 kvadrat metr sahə verməli olduqları barədə razılaşmışlar və bu səbəbdən aralarında xx xxxxxxxx 2014-cü il tarixdə razılaşma imzalanmışdır. Həmin razılaşma Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçiləri tərəfindən tam şəkildə imzalansa da, o həmin razılaşmanı ona verilməli olan pulların tam şəkildə ödənilməsindən sonra imzalayacağını bildirməklə imza etməkdən imtina etmişdir. Bundan başqa, aralarında şifahi qaydada razılıq olmuşdur ki, Təqsirləndirilən şəxs onlara olan borcunu ödəmədiyi müddət ərzində mənzil onun mülkiyyətində qalacaq, borc tam şəkildə ödəndikdən sonra isə mənzil Məhdud Məsuliyyətli Cəmiyyətin balansına keçəcək və bundan sonra Məhdud Məsuliyyətli Cəmiyyət həmin mənzili istədiyi şəxsə sata bilər. Əgər Cavanşir həmin mənzilə alıcı tapsa, mənzili sataraq ilk növbədə onlara aid pulları tam şəkildə ödəyəcəkdir. Lakin onların məlumatı olmadan Təqsirləndirilən şəxs tərəfindən razılaşmadan 6-7 ay keçdikdən sonra qeyd olunan mənzil Şahid3 satılmışdır. Bu zaman bu barədə onlara məlumat verilməmiş, nə də ki, mənzilin satışından əldə etdikləri puldan onlara olan borc ödənilməmişdir. Həmin mənzil onların xəbəri olmadan “İşıq inşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və faktiki rəhbəri Təqsirləndirilən şəxs tərəfindən Şahid3 xx xxxxx 2015-ci il tarixdə 97(14)-1 nömrəli müqavilə ilə 466000 ABŞ dollarına satılmışdır. Həmin müqavilə də Təqsirləndirilən şəxs qardaşı və Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru vəzifəsində işləyən Şahid4lə Şahid3 arasında bağlanmışdır. Lakin Cavanşir qardaşı Şahid4 yerinə imza etmişdir. Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən onlara 130000 ABŞ dolları məbləğində nağd pul vəsaitləri ödənilmədiyi üçün onlar mənzili geri tələb edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2016-cı il tarixli 2(006)-4529/2016 nömrəli qətnaməsi çıxarılmışdır. Qeyd olunan qətnamədə “İşıq İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 14 mərtəbəli 5 nömrəli binanın 14-cü mərtəbəsində ümumi sahəsi 424,13 kvadrat metr, yaşayış sahəsi 205,81 kvadrat metr olan 6 otaqlı mənzilə onun sahiblik, istifadə hüquqlarının pozulması ilə bağlı qeyd edilmiş, həmin mənzilin ona təhvil verilməsi və onun həmin mənzilə istifadə, sahiblik hüquqlarının həyata keçirilməsinə hər hansı müdaxilə edilməsinin “İşıq İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə qadağan edilməsi qət edilmişdir. Daha sonra, Məhdud Məsuliyyətli Cəmiyyətin şikayəti əsasında iddiaya Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında baxılmış, məhkəmənin xx.xx.2017-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş, qərardan Ali Məhkəməyə şikayət edilmiş və Ali Məhkəmənin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, sonuncu məhkəmədə isə aparılan baxış zamanı Məhdud Məsuliyyətli Cəmiyyətlə aralarında notarial qaydada bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli barışıq sazişi məhkəməyə təqdim edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs köhnə münasibətlər, əri Zərərçəkmiş şəxs2la olan iş ortaqlığı və digər etibardan istifadə edərək, aldatmaqla onlara aylıq 5000 ABŞ dolları ödəməklə iki il müddətində pulları tam şəkildə ödəyəcəyinə dair öhdəlik götürmək barədə söz vermiş, bundan sonra onlara ona inanıb xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 9 saylı notariusa gedərək həm “İşıq İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətində olan 25% təsis payını heç bir pul ödənilmədən əvəzsiz olaraq Cavanşirin yaxın qohumunun adına keçirilməsi üçün onun vəkilinə etibarnamə vermiş, həm də mənzillə bağlı barışıq sazişini imzalamışlar. Qeyd olunan barışıq sazişi formal olaraq artıq Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru olan Şahid2la onun arasında imzalanmış, həmçinin ilkin razılaşma müqaviləsi də təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onları bir daha aldadaraq onlara olan borclarını tam şəkildə qaytaracağını bildirdiyi üçün o, xx.xx.2014-cü il tarixli razılaşma müqaviləsini də imzalamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qərardadı ilə qeyd olunan mənzilin onun mülkiyyətində, sahibliyində və istifadəsində olması, həmin mənzilin əvəzi olaraq Məhdud Məsuliyyətli Cəmiyyətin onlara 140000 ABŞ dolları dəyərində borcunun olması, həmin borcun əsasının aralarında bağlanmış olan xx xxxxxxxx 2014-cü il tarixli razılaşmadakı borcun olması və Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən aylıq 5000 ABŞ dolları olmaqla iki il müddətində həmin pulların onlara tam şəkildə ödənilməsi, pulların tam şəkildə ödənilməsinə qədər olan müddət ərzində isə mənzilin onun mülkiyyətində qalması müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qərardadı ilə onların cavabdeh “İşıq-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilmişdir: tərəflər təsdiq edirlər ki, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 1058-ci məhəllədə yerləşən 14 mərtəbəli 5 nömrəli binanın 14-cü mərtəbəsində ümumi sahəsi 424,13 kvadrat metr olan 6 otaqlı mənzil Şahid1 mülkiyyətində, istifadəsində və sahibliyindədir, Şahid1 tərəflər arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli razılaşma protokolunu bu barışıq sazişi imzalandığı andan etibarən təsdiq edir. Lakin Təqsirləndirilən şəxs onları aldadaraq etibardan sui-istifadə edərək, Məhdud Məsuliyyətli Cəmiyyətdən paylarını təmənnasız olaraq Cavanşirə verməyi, mənzilin əvəzində isə onlara 140000 ABŞ dolları pul ödəməyi, həm aralarında bağlanmış ilkin, həm də sonrakı razılıqla öz üzərinə götürsə də, həmçinin məhkəmənin qərardadı ilə bu vəzifənin Məhdud Məsuliyyətli Cəmiyyətin üstünə qoyulmasına baxmayaraq onlara iki il ərzində cəmi 24000 ABŞ dolları ödəmiş, qalan pulları isə müxtəlif bəhanələrlə ödəməkdən imtina edərək aralarında olan etibardan sui-istifadə edib onları aldatmaqla dələduzluq cinayət əməllərini törətməklə 116000 ABŞ dolları məbləğində pullarını ələ keçirməklə onlara külli miqdarda ziyan vurmuşdur. Dəfələrlə pulları qaytarmaqla bağlı müraciətlərinə baxmayaraq, Cavanşir onların pullarını qaytarmaqdan müxtəlif bəhanələr gətirməklə, yalandan mülki qaydada məhkəmə mübahisələrini uzatmaqla imtina etmiş, faktiki olaraq 24000 ABŞ dolları məbləğində pulları müvafiq dövlət orqanlarına guya ödəniş edirmiş kimi görüntü yaratmaq məqsədi ilə vermiş, niyyəti isə əvvəldən onlara məxsus əmlakı və pulları ələ keçirməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs onun mənzilini verməli olduğu puldan da 4 dəfə bahasına onun xəbəri olmadan, həmçinin, ev onun mülkiyyətində olmaqla sataraq ona pul verməməklə niyyətinin bir daha ona qarşı dələduzluq etməkdən ibarət olduğunu başa düşmüşdür. Məhkəmə qətnaməsinin icra olunmaması səbəbindən icra məmuru tərəfindən təqdimatla Yasamal Rayon Məhkəməsinə müraciət edilmiş, Məhdud Məsuliyyətli Cəmiyyətin direktorunun məcburi gətirmə və axtarış, ölkədən çıxışına məhdudiyyət qoyulmuş, Yasamal Rayon Məhkəməsinin qərardadı ilə Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Şahid2 qətnamənin icrasından boyun qaçırdığı üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 1300 manat cərimə edilməklə barəsində inzibati tənbeh tədbiri görülmüş, onun barəsində cinayət işi açılması üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət edilmiş və o, cərimə olunmuşdur (cild 2, iş vərəqə 106-112). İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs2 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir (cild 2, iş vərəqə 224-236). Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, o, 2015-ci ilin aprel ayında mənzil almaq üçün “İşıq İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şahid4 müraciət etmişdir. Təklif olunan Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 14 mərtəbəli 5 nömrəli binanın 14-cü mərtəbəsində ümumi sahəsi 424,13 kvadrat metr, yaşayış sahəsi 205,81 kvadrat metr olan 6 otaqlı iki mərtəbəli mənzili bəyənmiş, onu almaq qərarına gəldiyini bildirmişdir. Bundan sonra Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Şahid4lə danışıb həmin mənzilin qiymətini 466000 ABŞ dollarına razılaşmışlar. Bu məbləği bütünlüklə nağd şəkildə Məhdud Məsuliyyətli Cəmiyyətin direktoruna ödəmişdir. Bundan sonra xx xxxxx 2015-ci il tarixdə onunla Şahid4 arasında həmin mənzillə bağlı 97(14)-1 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Qanuni şəkildə həmin mənzili aldıqdan sonra təmir işlərinə başlamış, təmirə təxminən iki-üç il vaxt sərf edərək onu yekunlaşdırmış və 2018-ci ilin dekabr ayında həmin mənzilə köçərək orada yaşamağa başlamışdır. Mənzildə təmir apardığı həmin uzun dövr ərzində heç kim ona yaxınlaşıb təmirlə bağlı irad bildirməmiş, nə də mənzilin hər hansı başqa şəxsə məxsus olması deyilməmişdir. Yəni, qanuni şəkildə pulunu ödəyib aldığı mənzillə bağlı hər hansı problem yaşamamışdır. 2019-cu ilin təxminən avqust-sentyabr aylarında Yasamal Rayon Məhkəməsinin qərarı ilə ona məxsus olan həmin mənzilin üzərinə həbs qoyulması, mənzillə bağlı Şahid1 adlı şəxsin iddiasının olması haqqında məlumat almışdır. Halbuki, mənzili alarkən Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbərliyi tərəfindən mənzillə bağlı hansısa mübahisənin olması, yaxud mənzilə başqa kiminsə də iddialı olması barədə ona heç bir məlumat verilməmişdir. Həm də külli miqdarda xərc çəkib təxminən üç il ərzində təmir işləri apardığı və sonradan köçüb orada yaşamağa başladığı dövrdən də ona mənzillə bağlı iddia ilə heç kim yaxınlaşmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o, 2003-cü ilin noyabr ayından 2009-cu ilin yaz aylarına qədər, daha sonra isə 2010-cu ilin sonlarından 2016-cı ilədək “İşıq İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləmişdir. Qardaşı Təqsirləndirilən şəxs həmin Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçilərindən olmuşdur. Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçilərindən biri olan Zərərçəkmiş şəxs2 öz payı kimi inşa edilmiş binalardan iki ədəd mənzil və bir ədəd qeyri-yaşayış sahəsi götürmüşdür. Həmin mənzillərdən birini öz həyat yoldaşı Şahid1 adına rəsmiləşdirmişdir. 2014-cü il tarixdə inşaatın başa çatdırılması və zəruri xərclərin ödənilməsi üçün, həmçinin əvvəldən olan borclarının ödənilməsi üçün xx.xx.2014-cü il tarixdə aralarında bağlanmış razılaşma əsasında Zərərçəkmiş şəxs2 borcunun əvəzində arvadı Şahid1 adına alınmış “İşıq İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin binasında olan mənzilini əvəzləşdirmiş və Məhdud Məsuliyyətli Cəmiyyətin onlara 130000 ABŞ dolları və təxminən 7 kvadrat metrlik sahə borcu qalmışdır. Bundan sonra, qeyd olunan mənzilin aqibətinin hansı şəkildə olması barədə dəqiq məlumatı olmamışdır. Qardaşı Cavanşirlə danışdığı zaman X11 Cəmiyyəti mənzillə bağlı məhkəməyə verməsini eşitmişdir, lakin bu barədə də dəqiq olaraq məlumatı olmamışdır. Qeyd olunan mənzilin birinci alqı-satqı müqaviləsi, yəni xx xxxx 2013-cu il tarixli müqaviləsi onun deyil, qardaşı Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. İkinci müqavilədən isə onun məlumatı olmuşdur. Həmin zaman səhv etmirsə, o, ölkə xaricində olmuşdur və ona məlumat verildikdən sonra müqavilə məsul edilmiş şəxslərdən biri tərəfindən imzalanmış və Məhdud Məsuliyyətli Cəmiyyətin möhürü ilə təsdiq edilmişdir. Həmin məsul olan şəxs isə ya qardaşı Təqsirləndirilən şəxs, ya da Cavanşirin oğlu Qədir Şirəliyev olmuşdur. Səhv etmirsə, həmin zaman o, qardaşı oğlu Qədir Şirəliyevə etibarnamə vermişdir. İkinci müqavilə Zərərçəkmiş şəxs2la bağlanmış razılaşma əsasında sonuncunun həyat yoldaşı Şahid1 adına olan mənzilin Məhdud Məsuliyyətli Cəmiyyətin sərəncamına verilməsindən sonra Məhdud Məsuliyyətli Cəmiyyətin borclarının ödənilməsi məqsədi ilə bağlanmaqla həmin mənzil satılmış və əldə olunmuş pullar Məhdud Məsuliyyətli Cəmiyyətin borclarının bağlanmasına yönəldilmişdir. Həmin zaman iqtisadi böhran baş vermiş, devalvasiya olmuş və bu səbəbdən mənzilin satışından əldə olunmuş vəsaitlər borcların bağlanmasına yönəldiyi üçün Şahid1 yaranmış olan borcun ödənilməsi mümkün olmamışdır. Onun Yasamal rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 14 mərtəbəli 5 nömrəli binanın 14-cü mərtəbəsində ümumi sahəsi 424,13 kvadrat metr, yaşayış sahəsi 205,81 kvadrat metr olan 6 otaqlı mənzilin xx xxxxx 2015-ci il tarixli 97(14)- 1 nömrəli müqavilə əsasında 466000 ABŞ dollarına Şahid3 satılması barədə məlumatı olmuşdur. Zərərçəkmiş şəxs2 isə əksər hallarda ölkə xaricində olmuş və Məhdud Məsuliyyətli Cəmiyyətin işlərinə çox qarışmamışdır, sadəcə olaraq, müəyyən vaxt fasilələri ilə Cəmiyyətə gələrək öz xeyrini götürərək getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, 2016-cı ildən əvvəlcə “İşıq İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olmuş, xx xxxxx 2018-ci il tarixdə isə Mənzil-Tikinti Kooperativinin direktoru təyin edilmişdir. Məhdud Məsuliyyətli Cəmiyyətdə işləməyə başladığı dövrdən Təqsirləndirilən şəxs “Berq İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi idi. Məhdud Məsuliyyətli Cəmiyyətdə alqı-satqı məsələləri ilə ondan əvvəl direktorlar Aydın Əhmədov, sonradan isə Təqsirləndirilən şəxs qardaşı Şahid4 məşğul olmuşdur. Təqsirləndirilən şəxs birinci təsisçi olmaqla işlərə faktiki rəhbərliyi həyata keçirmişdir. Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyindən eşitmişdir ki, əvvəlki təsisçi olan Zərərçəkmiş şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətində olan paylarının əvəzində öz adına bir neçə mənzil götürmüş və pay ödənişi kimi borcu olmuşdur. Borcun məbləğini xatırlamır. Zərərçəkmiş şəxs2 öz payı kimi Məhdud Məsuliyyətli Cəmiyyətin inşa etdiyi binada bir ədəd 6 otaqlı iki mərtəbəli evi 2013-cü ildə həyat yoldaşı Şahid1 adına rəsmiləşdirmişdi. xx xxxxxxxx 2014-cü il tarixdə Zərərçəkmiş şəxs2 və Şahid1 ilə Cavanşir, Şahid4 və əvvəllər direktor işləmiş Aydın Əhmədov arasında bağlanmış razılaşmanın şərtlərinə əsasən Zərərçəkmiş şəxs2 həyat yoldaşı Şahid1 adına rəsmiləşdirdiyi mənzili borcunun əvəzi olaraq Məhdud Məsuliyyətli Cəmiyyətinə vermiş, Məhdud Məsuliyyətli Cəmiyyət isə mənzili daha baha qiymətləndirdiyi üçün Şahid1 borclu qalmışdır. Bundan başqa əvəzləşdirmə zamanı əlavə olaraq 7,13 kvadrat metrlik sahə borcu qalmışdır. Şahid1 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 1058-ci məhəllədə yerləşən 14 mərtəbəli 5 nömrəli binanın 14-cü mərtəbəsində ümumi sahəsi 424,13 kvadrat metr, yaşayış sahəsi 205,81 kvadrat metr olan 6 otaqlı mənzil Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına keçdiyi üçün Şahid3 satılmışdır. Sonra Qənirə xanımla mülki mübahisə yaranmış və xx xxxxxxxx 2017-ci il tarixdə aralarında mülki razılaşma - barışıq sazişi imzalanmışdır. Sazişin şərtlərinə əsasən Məhdud Məsuliyyətli Cəmiyyət Şahid1 130000 ABŞ dolları və 7 kvadrat metr sahəyə görə isə 10000 ABŞ dolları, cəmi 140000 ABŞ dolları məbləğində borclu olduğundan, həmin borcu hər ay 5000 ABŞ dolları olmaqla iki ilə ödəməyi öhdəsinə götürmüşdür. Lakin iqtisadi böhranın baş verməsi səbəbindən ödənişləri vaxtında etmək mümkün olmamışdır. O, 24 min ABŞ dolları məbləğində nağd pul vəsaitini Şahid1 bank hesabına ödəmiş, beş min manatı isə əlbəəl vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspertiza rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 arasında keçirilmiş üzləşmə zamanı sonuncu ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 1058-ci məhəllədə yerləşən 14 mərtəbəli 5 nömrəli binanın 14-cü mərtəbəsində yerləşən həyat yoldaşının adına rəsmiləşdirilmiş 6 otaqlı mənzili onun və arvadının məlumatı olmadan satdığını, həmin mənzilin satışından əldə etdiyi puldan onlara vermədiyini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha ətraflı ifadə vermişdir (cild 2, iş vərəqə 249-252). x xxxxx 2003-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə şöbəsində ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş “İşıq İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsindən görünür ki, həmin tarixdən təsisçisi Təqsirləndirilən şəxsdur. O, təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən və həmin cəmiyyətə faktiki rəhbərliyi həyata keçirən şəxsdir (cild 2, iş vərəqə 161-168). xx xxxxxxxx 2017-ci il tarixli barışıq sazişindən görünür ki, Yasamal rayonu, Tbilisi prospekti 1058-ci məhəllədə yerləşən 14 mərtəbəli 5 nömrəli binanın 14-cü mərtəbəsində ümumi sahəsi 424,13 kvadrat metr, yaşayış sahəsi 205,81 kvadrat metr olan 6 otaqlı mənzil Şahid1 mülkiyyətində, istifadəsində və sahibiliyindədir. Həmin mənzil “İşıq-inşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilir, Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Şahid1 140000 ABŞ dolları ödənilməlidir. Həmin məbləğ hissə-hissə hər ay 5000 ABŞ dolları olmaqla 2017-ci ilin oktyabr ayının 1-dən başlayaraq hər ayın 25-dək ödəniş qrafikinə uyğun tam və vaxtında ödənilməlidir. Lakin, cinayət işinin materiallarından da göründüyü kimi Şahid1 cəmi 24000 ABŞ dolları ödənilir və daha sonra ödəmə olmur (cild 2, iş vərəqə 39-40). xx xxxxxx 2019-cu il tarixli və xx xxxxxx 2019-cu il tarixli baxış protokol-larından görünür ki, 2008-ci il, xx.xx.2013-cü il, xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixlərdə Azərbaycan Respublikası manatının X17 dollarına nisbətdə məzənnəsini müəyyən etmək üçün https://www.cbar.az/ internet saytına baxış keçirilmişdir. Həmin sayta əsasən Azərbaycan Respublikası manatının X17 dollarına nisbətdə məzənnəsi xx.xx.2008-ci il tarixinə 1 ABŞ dollarının 0,8013 manat olması, xx.xx.2013-cü il tarixdə 1 ABŞ dollarının 0,7844 manat olması, xx.xx.2014-cü il tarixdə 1 ABŞ dollarının 0,7843 manat olması, xx.xx.2015-ci il tarixdə isə 1 ABŞ dollarının 1,0487 manat olması müəyyən edilmişdir. Beləliklə, xx.xx.2014-cü il tarixdə 140000 ABŞ dollarının 109802 manat məbləğində olması müəyyən edilmişdir (cild 2, iş vərəqə 244-245: cild 2, iş vərəqə 12-16). Cinayət işinin materiallarında olan xx xxxxxx 2019-cu il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Şahid1 vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir (cild 3, iş vərəqə 35). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 3, iş vərəqə 120). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda şərh olunan epizod üzrə, yəni Zərərçəkmiş şəxs2 qarşı külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi sübuta yetirilmişdir və bu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin əməli qəsdən törətmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Yuxarıda qeyd olunanlarla yanaşı, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs həm də başqa bir epizod üzrə ittiham irəli sürülmüşdür. Belə ki, irəli sürülmüş həmin ittihamda göstərilmişdir ki, Təqsirləndirilən şəxs x xxxxx 2003-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə şöbəsində ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş “İşıq İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin həmin tarixdən təsisçisi olmaqla təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən və həmin cəmiyyətə faktiki rəhbərliyi həyata keçirən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə özgəyə məxsus əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2008-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs1 özünün təsisçisi olduğu “İşıq İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin tikinti layihələrinə pul vəsaiti qoyduğu təqdirdə yaxşı gəlir verəcəyini yalandan bildirib sonuncuda inam yaratmaqla onu aldadaraq həmin adla Zərərçəkmiş şəxs1 xx xxxxxx 2008-ci il tarixdə “Ferah İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsi, məhəllə 1933 ünvanında inşa etdiyi 16 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisdə 210000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 168420 manat məbləğində pul vəsaitini alıb inandırmaq üçün aldığı pula zəmanət qismində Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsi, məhəllə 1933 ünvanında özünün inşa etdiyi 16 mərtəbəli binanın “B” blokunun 1-ci mərtəbəsində yerləşən 68 saylı, ümumi sahəsi 139,42 kvadrat metr olan 153360 manat dəyərdə 4 otaqlı mənzili Zərərçəkmiş şəxs1 arvadı Şahid5 Qeysər qızının adına alqı-satqı müqaviləsi əsasında sənədləşdirəcəyini bildirib aldığı pulu qaytardıqdan sonra həmin mənzilin geri qaytarılacağını razılaşmaqla sonuncu ilə özü arasında xx xxxxxx 2008-ci il tarixli 107/26- 06m nömrəli alqı-satqı müqaviləsi bağlayıb, Zərərçəkmiş şəxs1 bir müddət sonra pul vəsaitinin geri qaytarılmasını tələb etdikdə isə buna çətinlik çəkdiyini, lakin Şahid5 adına sənədləşdirdiyi 68 saylı mənzili satmaqla həmin pulu qaytara biləcəyini yalandan bildirib sonuncuların buna dair razılığını aldıqdan sonra həmin mənzili təkrarən xx xxxxxxx 2013cü il tarixdə 107/26-68 nömrəli müqavilə ilə X15 153360 manata satılmasını təmin etdikdən sonra əldə olunmuş pul vəsaitindən Zərərçəkmiş şəxs1 heç bir məbləğdə pul vəsaiti ödəməyib, Zərərçəkmiş şəxs1 aldığı 210000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 168420 manat məbləğində pul vəsaitini öz şəxsi məqsədlərinə sərf edərək sonuncuya məxsus həmin pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi bu cinayət epizodu üzrə özünü ümumiyyətlə təqsirli bilməyərək göstərdi ki, o, Zərərçəkmiş şəxs1 uzun illərdir ki, tanıyır. Belə ki, onların ataları da dost olmuş, bu münasibətə görə gənclik illərindən onların da arasında dostluq münasibətləri yaranmış, bu dostluq ailəvi münasibətlərin yaxınlaşmasına da gətirib çıxartmış və bir-birlərinin evlərinə gedib-gəlmişlər. Heç vaxt aralarında münasibətlərini korlaya biləcək səbəb və bəhanələr olmamışdır. Bu gün də Fikrətin ailəsinə qarşı ən yüksək səviyyədə hörmətini saxlayır. Fikrət özü də əvvəllər müxtəlif sahələrdə fəaliyyət göstərmiş, o cümlədən xeyli müddət bank filialının rəhbəri olmuşdur. Yəni, əvvəllər Fikrətin maddi cəhətdən normal şəkildə imkanları olmuşdur. Amma sonralar özünün səhvləri ucbatından ayrı-ayrı vəzifələrdə uğursuzluğa məruz qalmış, sonda işini itirmiş və maddi imkanları çox zəifləməyə başlamışdır. O özü isə əvvəllər pedaqoji fəaliyyətlə məşğul olsa da sonradan tikinti biznesinə qoşulmuş, müəyyən uğurlar əldə etmiş, bütün bacarığı ilə dövlətin müəyyənləşdirdiyi qanunlara ciddi əməl etməklə şəffaf şəkildə fəaliyyət göstərmiş, dövlətin müəyyənləşdirdiyi iqtisadi kursun uğuru üçün çalışmış, əldə olunmuş gəlirin böyük hissəsini xeyriyyə işlərinə sərf etmişdir. Vaxtilə mindən artıq insanı işlə təmin etmişdir. Məlum səbəblərlə bağlı tikinti sahəsində yaranan müəyyən ləngimələrə, bununla bağlı yaranmış obyektiv çətinliklərə baxmayaraq halhazırda da rəhbərliyi altında yüzlərlə insanların öz işlərində qalmasına, ailələrinə çörək aparmalarına nail olmuşdur. Yəni, bunları çox lakonik şəkildə bildirməkdə məqsədi ondan ibarətdir ki, nə maddi vəziyyəti, nə keçdiyi həyat yolu, nə də cəmiyyətdə və çoxsaylı kifayət qədər nüfuzlu insanlarla ünsiyyətdə olan bir şəxs kimi formalaşmış şəxsi xarakteri onun kimisə aldatmasına dair iddianı tam əsassız edir. Bu yaşında uzun illər dostluq etdiyi Fikrətə, o cümlədən Zərərçəkmiş şəxs2 qarşı guya dələduzluq etməsinə dair mülahizə onun üçün həqiqətən çox ağrılı və utandırıcıdır. Şahid1 ilə bağlı narazılığın da əslində Zərərçəkmiş şəxs2 biznes partnyoru kimi haqsız, insafsız hərəkətləri nəticəsində yaranması, həm də onun pul tələb etdiyi dövrdə şirkətin maliyyə durumunun mövcud vəziyətlə bağlı yaranmış çətinliklərlə əlaqədar olduğunu ifadəsində qeyd edib və onları təkrarlamaq istəmir. Əvvəllər uzun müddət dostluq etdiyi Fikrətin isə nəinki hansısa məbləğdə pulunu qaytarmamış, əksinə, özü həmişə Fikrətə dəstək olmuşdur. İbtidai istintaq orqanının qeyd etdiyi və Fikrətin ona öz təşəbbüsü ilə sələmə verdiyi məbləğdən qat-qat çox – təxminən 250000 manatdan artıq pul qaytarmışdır. Belə ki, 2008-ci ildə “İşıq İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Tbilisi prospektində, “Ferah İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən isə Nərimanov rayonu, Hidayətzadə küçəsində bina tikintisi aparılaraq yekunlaşmışdır. Həmin vaxtlar görüşlərinin birində söhbət zamanı Fikrət ona bildirmişdir ki, rəhbəri olduğu bank filialında qayınanasına, arvadına və özünə məxsus müəyyən məbləğdə pul onun depozit hesabındadır və bank faizindən daha artıq qazanc əldə etmək üçün həmin pulu götürüb hansısa bir işə sərf etmək fikrindədir. Fikrət özü təklif etmişdir ki, birinci mərhələdə ona 100000-150000 manat arası bir məbləğdə pul versin və o, həmin pulun müqabilində Fikrətə illik 18 faiz xeyir versin, sonra isə pulu tam qaytarsın. Həmin vaxtlar özünün işləri yaxşı getdiyi üçün və Fikrətə də sələmçiliklə, faizə pul verməklə olsa da əlavə pul qazanmasına imkan yaratmaq məqsədilə dost kimi onun təklifi ilə razılaşmışdır. Burada bir məqamə qeyd etmək istəyir ki, hazırda Fikrət pullarının bankda depozitdə 18 faizlə olmasını desə də, həmin bankda heç vaxt bu faizlə depozit olmayıb, bu hamıya bəllidir və asanlıqla da dəqiqləşdirmək olar. Orada depozitlərə faktiki 10-12 faiz pul verilirdi. Beləliklə, ilkin olaraq Fikrət ona 120000 manat pul vermişdir. Fikrətin şərtinə əsasən 18 faiz hesabından bu məbləğə görə o, Fikrətə illik cəmi 21600 manat pul ödəməli olmuşdur ki, bu hesabla da aylıq faiz ödənişi 1800 manat təşkil etmişdir. Fikrət həmin pulu 2008-ci ilin təxminən oktyabr ayında Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 20a ünvanda yerləşən “Fərəh İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin A blokunun birinci mərtəbəsindəki ofisində gətirib vermişdir. Amma elə pulu verən kimi də dərhal yerindəcə ona pul lazım olduğunu deyib 2000 manatını üstündən götürmüş, 118000 manatı isə onda qalmışdır. Növbəti iki ayda, yəni noyabr-dekabr aylarında Fikrətə həmin məbləğin faizi kimi hər ay 1800 manat olmaqla cəmi 3600 manat pul vermişdir. 2008-ci ilin dekabr ayının sonlarında Fikrət yenidən onun yanına gəlib ona “qaynanam da eyni şərtlə 30 min ABŞ dollarını faizə vermək istəyir” deyə bildirmişdir. O, razılaşmışdır və Hidayətzadə küçəsində yerləşən həmin ofisində Fikrətlə görüşmüşdür. Fikrət görüşə qayınanası Elyanora Xəlilova və arvadı Şahid5 ilə gəlmiş, sadalanan şəxslərdən başqa yanlarında heç kim olmamışdır. Fikrət arvadının və qaynanasının yanında və iştirakları ilə ona 30000 ABŞ dolları pul vermişdir. Təxminən 2-3 gün sonra Fikrət yenə həmin ofisə gəlmiş və ona “qaynanam pula görə narahatdır, girov istəyir” deyə bildirmişdir. O da tərəddüdsüz olaraq heç bir problem olmadığını deyərək qaynanasının narahat olmaması xatirinə Fikrətə “Ferah İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş binadan bir mənzili girov kimi yazıb verməyi təklif etmişdir. Fikrət də razılaşaraq mənzili öz təşəbbüsü ilə arvadı Şahid5 adına rəsmiləşdirilməsini istəmiş, həm də Afaqın sənədləşmə üçün ofisə və digər yerlərə getməməsini xahiş etmiş, sənədlər hazır olanda özünün aparıb arvadına imzaladacağını demişdir. O da Fikrətin istəyi ilə razılaşmış, ailəvi dostluq münasibətlərində olduğu, ailəlikcə qarşılıqlı olaraq bir-birlərini yaxşı tanıdıqları üçün Afaq xanımın şəxsən gəlib-getməsinə ehtiyac olmadığını demişdir Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Elçin Babayevə bir mənzillə bağlı müqavilə tərtib etməsini, tam ödəniş kimi maliyyə arayışı da verməsini tapşırmışdır. X47 İbrahimovanın adına bir mənzillə bağlı müqavilə, pulun tam ödənilməsinə dair maliyyə arayışı tərtib edib Fikrətə vermiş, Fikrət də müqaviləni aparıb Afaqa imzaladıb müqavilənin bir surətini ofisdə direktor Elçin Babayevə təqdim etmişdir. Yəni, həmin vaxt nə Fikrətgilin mənzil almaq niyyəti, nə də onun bu şəxslərə mənzil satmaq fikri olmamış, yalnız Fikrətin qaynanasının narahatlığı ilə bağlı formal olaraq bu sənədlər tərtib olunmuşdur. Sonrakı vaxtlarda da Fikrət birinci devalvasiyaya qədər hər ay pulunu vaxtında almaqda davam etmişdir. Fikrət pulu çox vaxt Cəmilə, Rövşən, Qəmbər adlı mühasiblərdən gəlib götürmüşdür. Şahid2 özü də dəfələrlə ona pul vermişdir. Həmçinin digər işçilər də onun verdiyi pulları Fikrətə çatdırmışlar. Bu şəxslərin hamısı həmin faktları hər biri sərbəst şəkildə təsdiq edə bilərlər. Həm də ödənilən bu pullar məhz Fikrətin ona 18 %-lə verdiyi pullar olmuşdur. Çünki, Fikrətin həmin şirkətlərdən başqa alacağı, yaxud hansısa şərikliyi heç vaxt olmamışdır. Bunu Fikrət özü də təsdiq edə bilər. Fikrət pulu bir qayda olaraq gəlib özü götürmüş, hətta müəyyən hallarda işçilərdən hər hansı biri ona çatası pulu aparıb Fikrətə çatdırması üçün yaşadığı binanın komendantına vermişdir. Bu minvalla da Fikrət 2008-ci ilin son iki ayından başlayaraq 2015-ci ilin ilk 4 ayı da daxil olmaqla müntəzəm şəkildə 120000 manatın - əslində isə 118000 manatın və 30000 ABŞ dollarının faizini almışdır. Dəqiq xatırlayır ki, 2013-cü ilin təxminən ortalarında Fikrət aldığı 18% sələm pulunu daha da artırmaq üçün ona verdiyi pulun həcmini artırmağı təklif etmişdir. Yəni, yenə də bu təklif Fikrətin özündən gəlmişdir. Belə ki, Fikrət verdiyi 118000 manat və 30000 ABŞ dollarından əlavə olaraq ona daha 150000-200000 manat civarında pul verməyi təklif etmiş, həm də bu zaman verəcəyi pulun müqabilində ondan daha artıq dəyəri olan girov qoymasını istəmiş, bu qisimdə qeyri-yaşayış sahəsi girov qoyulsa daha yaxşı olacağını bildirmişdir. O da Fikrətə əvvəlki mənzilin müqaviləsini ləğv edib “İşıq İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Tbilisi prospektində inşa edilən binadan 300 kvadrat metr sahəsi olan qeyri-yaşayış sahəsini yazdırıb verə biləcəyini demişdir. Yenə bu halda da, yəni qeyri-yaşayış sahəsinin formal rəsmiləşdirilməsi təklifi ortaya gələndə də əvvəl olduğu kimi nə Fikrətin reallıqda onu almaq, nə də onun özünün satmaq fikri olmamışdır. Fikrət təkliflə razılaşmış və onun arvadı Afaq əvvəllər formal olaraq alqı-satqı müqaviləsi bağlanmış mənzildən imtina barədə ərizə vermişdir. İmtina ilə bağlı X33 arvadı Şahid5 ofisə gələrək ərizə yazmasını təklif etmişdir. Amma Fikrət həyat yoldaşının ofisə gəlməməsini, mümkündürsə ərizəni yazdırıb Afaqa imzalatdırmaqla ona gətirib verməsini xahiş etmişdir. Elçin Fikrətin bu xahişi barədə ona zəng edib bildirmiş, o da həmin vaxt xatirində qalana görə Türkiyədə olmuşdur və dostu Fikrətin yaxından tanıdığı, hörmət bəslədiyi həyat yoldaşının bir qadın olaraq zəhmət çəkib ofisə gəlməsini rəva bilməmiş və Elçinə telefonda tapşırmışdır ki, Fikrətin arvadının özünün bilavasitə ofisə gəlməsinə ehtiyac yoxdur, qoy Fikrət öz dediyi kimi ərizəni yazdırıb özü imzalatdıraraq gətirib təqdim etsin. Yaxşı xatırlayır ki, həmin vaxt Elçin ona bu qaydada imza ilə bağlı “müəllim, baxın da, bu artıq sizin məsuliyyətinizdir” deyə xəbərdar etmişdir. Bundan sonra Fikrət Afaqın həmin imtina ərizəsini hazırlayıb imzalatdıraraq gətirib Elçinə təqdim etmişdir. Sonradan həmin mənzil Afaqın adından çıxarılmış və o, həmin mənzili pulsuz olaraq qardaşı Mürsəl Şirəliyevə bağışlamışdır. Mənzili qardaşına bağışlamasını da Fikrət bilmişdir. Yəni, bu gün guya həmin vaxt bu mənzilin satışından ona pul ödənilməli olmasına dair Fikrətin irəli sürdüyü iddia tam qeyi-səmimidir, çünki, Fikrət həmin mənzilin pulsuz olaraq Mürsələ bağışlandığını bilirdi. Beləliklə, Fikrətin təklifi qüvvəsində olduğundan o sözünün üstündə durmuş və “İşıq İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətində qeyri-yaşayış sahəsi ilə bağlı müqavilə tərtib olunmuş, Fikrət yenə Afaqın ofisə gəlməsinə ehtiyac olmadığını bildirərək aparıb müqaviləni Afaqa imza etdirib ona gətirmişdir. Həmin vaxtlar qeyd olunan binada qeyri-yaşayış sahəsinin bir kvadrat metrinin dəyəri təxminən 2000 manat olmuş, bu səbəbdən də 300 kvadrat metr qeyri-yaşayış sahəsinin dəyərini müqavilədə 600000 manat göstərmişdir. Çünki, Fikrət ona 2008-ci ildə verdiyi pula görə qaynanasının narahatçılığı səbəbilə tərəfindən arvadının adına girov kimi verilmiş mənzildən imtina edildiyindən və guya ona əlavə 200000 manata qədər pul verəcəyindən, o da bir jest olaraq hətta həmin məbləğlərdən yüksək dəyərdə - 600000 manat dəyərində qeyriyaşayış sahəsini girov kimi təklif etmişdir. Təbii ki, Fikrət bu nisbətdə olan girovla dərhal razılaşmışdır. Onunla Şahid5 arasında müvafiq formal müqavilə tərtib olunub imzalansa da, Fikrət öz təşəbbüsü ilə illik 18% sələmə vermək istədiyi 200000 manatı ona əslində məlum olmayan səbəblərdən gətirib verməmiş, yalnız özünün hansısa problemləri ilə bağlı bunu edə bilmədiyini demişdir. Belə olan halda o da həmin qeyri-yaşayış sahəsinin guya pulunun ödənilməsi barədə müvafiq maliyyə arayışını da verməmişdir. Müqavilənin şərtlərində də ödəmə ilə bağlı həmin xüsusatlar dəqiq göstərilmişdir. Əlavə pulu gətirib verə bilmədikdə Fikrət köhnə qaydada ona aylıq faizləri verməkdə davam etməsini xahiş etmişdir. Amma imzalayıb onlara verdiyi müqavilənin bir nüsxəsi o vaxtdan Fikrətgildə qalmışdır. O da elə bir əhəmiyyəti olmadığı üçün həmin nüsxəni geri tələb etməmişdir. Artıq həmin vaxta kimi o, Fikrətə külli miqdarda pul ödədiyi üçün sonuncu ondan daha girov kimi başqa əmlak istəməmişdir. Bir az əvvəldə qeyd etdiyi kimi bundan sonrakı müddət ərzində o, 2009-cu ilin yanvar ayından başlayaraq 2015-ci ilin əvvəllərinə, yəni birinci devalvasiyaya qədər Fikrətə hər ay 2150 manat pul vermişdir. Beləliklə, o, Fikrətə 74 ay 2150 manatdan cəmi 159100 manat pul vermişdir. 2008-ci ilin noyabr-dekabr aylarında verdiyi 3600 manat da buna əlavə edildikdə Fikrətə tam olaraq cəmi 170000 manat civarında faiz ödəmişdir. Bu isə ABŞ dollarının o vaxtkı kursu ilə təxminən 220000 ABŞ dolları məbləğindədir. Bir məqamı da xatırlayır ki, məlum devolvasiyalarla bağlı 2015ci ildən sonra Fikrət bir dəfə onun yanına gəlib “bütün məbləğin faizini ABŞ dolları ilə almaq istəyirik” deyə bildirmişdir. Yəni, ana məbləği ABŞ dollarına – amma artıq yeni kursla müəyyənləşdirmək istəmişdir. Ona 118 minin manatla, 30 minin isə ABŞ dolları ilə olmasını xatırladaraq onsuz da yüksək faizlə ona pul verdiyini deyib bu təklifə dərhal etirazını bildirmişdir. Fikrət və arvadı ümumi məbləği 180000 ABŞ dolları kimi müəyyənləşdirmək istəyində olduqlarını deyib ona bu rəqəmi qəbul etdirmək istəmişlər. O da bu təkliflə də razılaşmayıb ana məbləği qaytaracağını bildirmişdir. Bundan sonra ödəyəcəyi məbləğlərin artıq ana məbləğə aid olacağını xəbərdar edərək ödənişlərə başlamışdır. Ödənişləri tez bir zamanda bitirmək üçün hətta onlara dəyərindən çox ucuz qiymətə bir neçə avtomobil də təklif etmişdir. Devalvasiyadan sonra yəni, 2015-ci ilin mart ayından sonrakı vaxt təxminən 4 ay ərzində Fikrətə hər ay 2900 manat olmaqla pul vermişdir. Həmçinin o, aldığı pulların bir qismi əvəzinə 2009-cu ildə dəyəri 50000 manat olan “X45” markalı avtomobilini Fikrətə vermişdir. Avtomobilin dəyəri əslində bu rəqəmdən də xeyli yüksək olmasına baxmayaraq, dostu olduğu üçün bu 50000 manatı simvolik olaraq razılaşmış, yəni ciddi güzəştə getməklə hesablamışdır. Amma sonradan bilmişdir ki, Fikrət həmin avtomaşının dəyərini ümumiyyətlə nəzərə almamış və borc puldan çıxmamışdır. Fikrətə uzun müddət ərzində verdiyi pul məbləğləri ilə bağlı ona hər hansı sənəddə onları alması ilə bağlı imza etdirməyi dost olduqları üçün özünə sığışdırmamışdır. Amma onun müəyyən hərəkətlərindən şübhələnməyə başladığı üçün bir dəfə 40300 ABŞ dollarına imza etdirmişdir. Lakin bir çox başqa hallarda isə böyük məbləğlərə də aradakı etibara görə imza etdirməmişdir. Dəqiq xatırlayır və müvafiq şahidlər də təsdiq edə bilərlər ki, o vaxtlar şirkətin mühasibləri dəfələrlə ona Fikrətə ödədikləri pullarla bağlı sonuncuya imza etdirməyin zəruri olduğunu təkidlə bildirmişlər. Amma o, aradakı dostluq münasibətlərini nəzərə alıb hər dəfə mühasiblərə “ayıbdır, buna ehtiyac yoxdur” deyə cavab vermişdir. Sadaladığı məbləğlərdən başqa o vaxtlar borclu olduğu məbləğdən çıxılmaq şərti ilə Fikrətin həyat yoldaşına və iki uşağına alınmış aviabiletlərin qiyməti olaraq 5414 manat onun tərəfindən ödənilmişdir. 2009-cu ildə Fikrət özünün “Renault” markalı avtomobili ilə qəza törətmiş və o heç bir pul almayaraq “Toyota Camry” markalı avtomobili heç pul barədə danışmadan Fikrətə bağışlamışdır. Həmin vaxtlar Fikrətin Şamaxıda olan torpaq sahəsi ilə bağlı təklifi isə elə təklif olaraq qalmışdır. Çünki, Fikrətin həyat yoldaşı o torpağı oğlunun adına rəsmiləşdirməkdən imtina etmiş, bununla da həmin torpaq söhbəti yekunlaşmışdır. Beləliklə, ümumilikdə illik 18 %-lə ona sələmə verdiyi 118000 manat və 30000 ABŞ dollarının əvəzində Fikrətə cəmi 325114 manat pul ödəmişdir. Maraqlısı ondadır ki, devolvasiyadan sonra Fikrət 118000 manatı və 30000 ABŞ dollarını mövcud artım kursunu da özlüyündə nəzərə alıb 180000 ABŞ dolları kimi hesablanıb ödənilməsini tələb etmişdir. O isə bununla qəti razılaşmamış və mübahisələri yaranmışdır. Amma xeyli müddət sakitlik olmuş, bununla da Fikrətin səhvini başa düşdüyünü hesab etmişdir. Zərərçəkmiş şəxs1 6 il 6 ay ərzində 18 faizlə ondan sələm pulu – dividentlər alıb. Bundan başqa 153000 manatı da tam şəkildə ona ödəmişdir. Xatirinə düşür ki, 29500 manat Zərərçəkmiş şəxs1 “Azəriqazbank”da olan hesabına köçürülüb. Bu o dəlillərdir ki, onların əksini heç kim iddia edə bilməz. Fikrət ödədiyi pullarla bağlı tərtib etdiyi siyahıları istintaq vaxtı təqdim etmişdir və bu gün də onları sadalamadan təsdiq edir. 2018-ci ilin fevral ayında Fikrət Bakı şəhəri Baş Polis İdarəsinə ərizə ilə müraciət edərək ərizəsində ona artıq fantastik məbləğdə - 600000 manat pul verdiyini göstərmiş və özü də, həyat yoldaşı da ona məlum şəkildə və səbəblərdən tam yalan məzmunda izahatlar verərək guya ona bu məbləğdə pul verdiklərini göstərmişlər. Ciddi şəkildə hərtərəfli araşdırma aparılmış, nəticədə Bakı şəhər prokurorluğunun və Bakı şəhəri Baş Polis İdarəsinin birgə qəti mövqeyi olmuşdur ki, ortada heç bir cinayət əməli yoxdur, ona görə də ərizə rədd edilmişdir. May ayında qəbul edilmiş qərardan sonra daha heç bir şikayət və narahatçılıq olmamışdır. Amma sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 şəxsi əlaqələrindən istifadə edib ona qanunsuz təzyiq etmək məqsədilə keçmiş daxili işlər nazirinin də qəbulunda olmuş, amma onun haqsız olduğu aşkar bilindiyindən heç bir nəticə əldə edə bilməmişdir. Bununla belə, Fikrət sabiq rəhbər işçilərə şəxsi kanalları ilə yol axtarmaqda davam etmiş və cinayət işi başlanması rədd edildikdən təxminən 1 il 5 ay sonra onu prokurorluğa dəvət edib birbaşa yüksək rəhbərliyin adına izahatlar almağa başlamışlar. Ona məlum olmuşdur ki, Fikrət hansısa subyektiv məqamlarla 2018-ci ilin may ayında qəbul edilmiş qərarı aylar sonra hansısa müəmmalı şəkildə ləğv etdirib birbaşa yüksək rəhbərliyin adına təkrar izahatlar aldırmağa nail olmuşdur. Sonra da tez bir zamanda materiallar X12 Baş İdarəsinə göndərilmiş və cinayət işi başlanmışdır. Onu da həmin idarəyə dəvət edib əvvəlcə şahid qismində dindirmişlər. Orada da hər şeyi obyektiv şəkildə eyni qaydada izah etmişdir. 2019-cu ilin dekabr ayında Eyyubovlarla bağlı başına gələn hadisələrdən sonra Bakı şəhər prokurorluğu tez-tələsik onu həbsə aldırmış, sonra da həmin işi bir icraatda olması üçün X12 Baş İdarəsinə göndərmişlər. Həbsdə olduğu müddətdə də dəfələrlə istintaqçılara real vəziyyəti izah etmiş, amma ona izah olunan vəziyyətdə həbsdən çıxması üçün Fikrətin əsassız iddia etdiyi məbləği girov kimi depozit hesabına qoymağı qərara almışdır. Həbsindən sonra bütün biznesi iflasa uğradığından oğlunun vasitəsilə köhnə dost-tanışlarına müraciət edib borc pul yığdıraraq bir neçə dəfəyə prokurorluğun depozit hesabına girov kimi pul qoydurmuş və bundan sonra həbsdən azad edilmişdir. Onun Fikrətə borcu olsa idi, həmin müddətdə toplayıb bu pulları elə özünə verdirə bilərdi. Amma Fikrətə faizə verdiyi pulu faizləri ilə birlikdə tam artıqlaması ilə aldığından bunu prinsipal olaraq etməmişdir və belə fikri də yoxdur. Çünki, Fikrətin tələbi haqsızdır, düşdüyü çətin maddi vəziyyətdən çıxmaqdan ötrü atılmış qanunsuz addımdır. Dövlətə güvəni və etibarı sonsuz olduğu üçün sonda hər şeyin ədalətlə araşdırılacağına əmin olduğundan pulu da məhz saxlanması üçün dövlətin depozitinə qoyub. Həmişə də mütləq ədalətin bərpa ediləcəyinə inanmışdır. Ona görə ona qarşı edilmiş bütün bu addımları əsassız, haqsız, insafsız hesab edir. Sonradan iqsidai fəaliyyətlə məşğul olsa da, ixtisasca fəlsəfə müəllimidir. Haqqı heç vaxt danmaq fikrində deyildir. Yaxşı xatırlayır ki, Fikrətin anasıgilin evinin qapısı heç vaxt bağlanmazdı, kim istəsə gəlib o evdə yemək yeyirdi, yaxud yorulan yatırdı. Fikrətin valideynlərinə Allahdan rəhmət diləyir və heç bir yaxşılıqları unutmur. O özü sadəcə Fikrətlə münasibətlərdə şəxsi münasibətləri işə qarışdırmış, onun belə hərəkət edəcəyini ağlına gətirməmişdir. Bunu da yenə özünün səhvi hesab edir. Fikrətin bütün hərəkətlərini onun son illərdə düşdüyü vəziyyətlə əlaqələndirir. Təkcə 2008-2013-cü illər ərzində Fikrət iş yeri olaraq üç bank dəyişmiş, oralarda filial müdiri işləmişdir. Onun işlədiyi həmin banklardan ikisi ümumiyyətlə bağlanmış, bir filialda isə müavini həbs olunmuşdur. Fikrətin özü barəsində də “Atrabank”da işlədiyi vaxtda cinayət işi başlanmışdır. Bəlkə də banklarla bağlı problemlərlə əlaqədar Fikrət pulu oradan çıxardıb bu şəkildə qazanc əldə etmək qərarına gəlmişdir. Fikrətin bütün araşdırmalar boyu əlavə pul tələbi ilə bağlı dedikləri ancaq özünün əsassız sözlərindən ibarət olmuşdur. Fikrətin probleminin əsas tərəflərindən biri də ondan ibarətdir ki, o, oğlanlarını Dövlət Neft Şirkətinin maliyyə vəsaiti ilə xaricdə təhsil almağa göndərmişdir və bunun qarşılığında da təhsil bitəndən sonra onların 5 il Azərbaycanda işləməsi bir şərtdir. Fikrətin oğlunun təhsil alması üçün Dövlət Neft Şirkəti artıq 300 min manata yaxın pul xərcləyib ki, gəlib ən azı 5 il Azərbaycanda işləsin. Amma artıq 7-8 ildir ki, Fikrətin böyük oğlu xaricdə təhsil almasına baxmayaraq bu müddət ərzində neçə semestr qurtardığı bilinmir. Həmin təhsil haqları ilə əlaqədar yaranmış acınacaqlı vəziyyətlə əlaqədar dövlətin pulları ilə bağlı Dövlət Neft Şirkəti buna görə Fikrətgili məhkəməyə vermişdir. Zəruri hesab edilərsə müvafiq rəsmi sorğu verib cavabını almaq olar ki, onun bildirdikləri həqiqətdir. Amma o özü şəxsən Fikrətin övladlarına qarşı heç vaxt laqeyd olmamış, Fikrət özü evində yatdığı vaxtlarda bir əmi kimi onun uşaqlarının hava limanında qarşılanmasını, yola salınmasını təşkil etmiş, Avropa və Amerikaya uçuşlar etdikləri vaxtlarda biletlərinin alınması, onların dəyişdirilməsi və digər çoxsaylı problemlərini həll etmişdir. Həm də Fikrətin ailə daxilində alınan pullarla bağlı ziddiyyətlər mövcuddur. Belə ki, o vaxtlar Fikrətin həyat yoldaşı Afaq xanım və qaynanası dəfələrlə ona zəng edib pulun əsas məbləğindən edilən ödənişləri və faizləri Fikrətə yox, onların özünə, yəni Afaq xanıma və anasına verilməsini xahiş etmişlər. Amma o hər dəfə bunu edə bilməmiş, Fikrət özü gəlib pulları aparmış, yaxud ona göndərilmişdir. Fikrət özü isə dəfələrlə ondan pulları götürməsi barədə həyat yoldaşına və qaynanasına bildirilməməsini xahiş etmişdir. Bütün araşdırmalar boyu onun tələbləri də hər dəfə dəyişilib. Belə ki, əvvəlcə 600000 manat istəyib, sonra nəsə fikirləşib 210000 ABŞ dolları almalı olduğunu deyib, ən nəhayətdə hansısa düşüncəsi ilə 160000 ABŞ dollarında dayanıb. Fikrətin hazırkı son tələbi ilə bağlı da özlüyündə fikirləşmiş, bunun başqa səbəblərini tapmağa çalışmışdır. Belə nəticə alınır ki, Fikrətin hazırda tələb etdiyi həmin son məbləğ 2015-ci ildən sonrakı dövrə, yəni faktiki 2020-ci ilə qədər olan vaxt üçün faizlərin cəmidir. Yəni, sadə hesablama ilə bu gün istədiyi məbləğin həmin faiz məbləğlərinin cəmi ilə üst-üstə düşdüyü aşkar görünür. Bu çox gülünc və acınacaqlı məsələdir. Bir daha qeyd edir ki, ona elan edilmiş ittihamları tam əsassız, ədalətsiz hesab edir. Onun heç vaxt az qala 40 ilə yaxın tanıdığı, dostluq etdiyi şəxslərə qarşı iddia edildiyi kimi qanunsuz əməl törətmək fikri olmayıb və ola da bilməzdi. Nə şəxsiyyəti, nə cəmiyyətdə tutduğu mövqe, nə maddi durumu, nə də istənilən digər bir parametr onun belə bir əməl törətməsini düşünməyə belə imkan vermir. Vaxtilə maliyyə dəstəyi göstərdiyi layihələr üzrə müvafiq açılışlarda ölkənin ən ali rəhbərliyi səviyyəsində iştirak edilmiş, göstərdiyi fəaliyyətlə daim dövlətinə yararlı olmasından qürur duymuş və bu gün də eyni düşüncədədir. 2008-ci ildən etibarən onun 1000 nəfərdən çox işçisi olub. Yevlax şəhərinin Xaldan kəndində böyük bir məktəb binası tikdirmiş, Yevlax şəhər mərkəzi stadionun bazasını təmir etdirmişdir. Ölkə rəhbəri həmin açılışlarda iştirak etmiş və ona həmin layihələri bilavasitə dövlət başçısına təqdim etmək xoşbəxtliyi nəsib olmuşdur. Belə bir vəziyyətdə, həm də heç vaxt pula ehtiyacı olmayan bir insan kimi illərdən bəri dost münasibəti saxladığı və həmişə maddi dəstək göstərdiyi şəxsə qarşı iddia olunan əməli törətməsinə hansı şəkildə inanıla bilinəcəyini təsəvvürünə belə gətirə bilmir. Bütün yuxarıda göstərilənləri nəzərə alıb məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, o, əslən Neftçala rayonundan olan Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır. Onların ataları keçmiş “Azneft” İstehsalat Birliyində iş yoldaşı olublar, aralarında səmimi münasibətlər olub. Bu münasibətlərə görə ailələr də bir-birini tanımış, qarşılıqlı gediş-gəliş olmuşdur. Bir müddət Moskvada yaşayan Cavanşir Bakıya köçdükdən sonra münasibətləri daha da yaxınlaşmış, dostluqları möhkəmlənmişdir. Hətta Cavanşir 80-ci illərdə onların evində də qalmışdır. Həyat yoldaşları birlikdə Həcc ziyarətində də olmuşlar. Sonradan Cavanşir Bakı şəhərində tikinti biznesi ilə məşğul olmağa başlamış, bu müddətdə də ailəvi dostluqları davam etmiş, həyat yoldaşları, övladları mehriban ünsiyyətdə olmuşlar. O özü 2006-cı ildən 2010-cu ilə kimi hazırda fəaliyyəti dayandırılmış “Bank of Azerbaijan” bankının 15 saylı filialının müdiri vəzifəsində çalışmış, həmin illərdə ona və ailə üzvlərinə məxsus olan müəyyən məbləğlərdə pulu müdiri olduğu filialda qayınanası Elianora Xəlilovanın və arvadı Şahid5 adına 18 faizə depozitə qoymuşdur. 2008-ci ilin dekabr ayında Cavanşirə bağını satmaq fikrində olduğunu söylədikdə sonuncu biznesində nəğd pul çatışmamazlığı səbəbindən geriləmə olduğunu, çoxsaylı əmlakları olsa da nəğd pula ehtiyacı olduğunu, ona böyük məbləğdə pul versə, o həmin pulu biznesinə yatıraraq işləri qaydasına düşəndən sonra ona həm pulu qaytara biləcəyini, həm də əlavə gəlir verə biləcəyini bildirmişdir. Həmin dövrdə pulu olduğundan, həm də Cavanşirlə ailəvi yaxın dostluğu nəzərə almaqla, eyni zamanda əlavə gəlir əldə edəcəyinə həvəslənməklə Cavanşirə kömək etmək qərarına gəlmişdir. Cavanşirə pulunun bankda olduğunu və ona divident gətirdiyini dedikdə Cavanşir ona bankın verdiyi dividentdən də yüksək məbləğdə gəlir verəcəyini demişdir. Cavanşirin təklifi barədə gəlib evdə bildirərək məsləhətləşmiş və həyat yoldaşı da Cavanşirin dostları olduğunu bildirərək razılaşmış, amma qaynanası etirazını bildirmiş, Cavanşiri tanımadığını, əvəzində girov qoyacağı halda razılaşacağını demişdir. Həmin vaxt qaynanasının adına depozitdə 100 min ABŞ dolları, həyat yoldaşının adına 60 min ABŞ dolları və özünün adına isə 30 min ABŞ dolları pul olmuşdur. 2008-ci ilin dekabr ayının 22-də özü, həyat yoldaşı, qaynanası və Elçin adlı sürücüsü ilə birlikdə Cavanşirin Nərimanov rayonu, İ.Hidayətzadə küçəsində yerləşən ofisinə getmişlər. Həmin vaxt müavini Vüqara zəng vurub bankda depozitdən bütün məbləği çıxardıb gətirməsini tapşırmışdır. Vüqar qeyd etdiyi bütün məbləği çıxarıb ofisə gətirmiş və onlara vermiş, onlar da bütün məbləği Cavanşirə vermişlər. Cavanşir daxili telefondan Elçin Babayev adsoyadlı, sonradan direktor olduğunu bildiyi şəxsi çağırmış və ona 2 müqavilə hazırlamasını, 1-ci və 7-ci mərtəbədə olmaqla iki mənzil yazdırmağını tapşırmış, həmin mənzillərin maliyyə arayışlarını da vermişdir. O vaxt Cavanşirlə münasibətləri qaydasında olmuşdur. Beləliklə, razılaşmalarına uyğun olaraq Cavanşirin təsisçisi olduğu “Ferah İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Nərimanov rayonu, Hidayətzadə küçəsində inşa edilən hündürmərtəbəli binadakı iki mənzil verilən pulun zəmanəti, girovu kimi çıxış etmişdir. Razılaşmaları belə olmuşdur ki, pul qaytarıldıqdan sonra o, mənzillərin sənədlərini ona geri qaytaracaqdır. Onlar Cavanşirin verdiyi mənzillərə bilavasitə baxmamışlar, çünki burada söhbət mənzil alqı-satqısından getməmiş, Cavanşir həmin mənzilləri onlara pula görə müvəqqəti girov kimi vermiş, müqavilə əslində formal olaraq bağlanmış, bu səbəblərdən də onları mənzillər maraqlandırmamışdır. Bundan sonra bir neçə il keçsə də Cavanşir onun pulunu qaytarmamışdır. Hər dəfə narahat olub maraqlananda Cavanşir ona narahat olmamasını xahiş edib işlərinin qaydasına düşmək üzrə olduğunu və tezliklə pulu qaytaracağını demişdir. 2013-cü ildə Cavanşir ona girov kimi yazdırdığı mənzillərdən birinə yaxşı müştəri düşdüyünü deyib müqavilənin birini qaytarmasını xahiş etmiş, mənzili satıb onun pulunu verəcəyini, həmçinin qalan məbləğlə bağlı ona Tbilisi prospektində inşa etdiyi binadan mənzil verəcəyini bildirmişdir. Etiraz etməyərək müqavilənin birini Cavanşirə qaytarmışdır. Mənzildən imtina məktubunu şəxsən özü yazmışdır, amma həmin vaxt Cavanşir hələ də pul vermirdi. O, həyat yoldaşı ilə məsləhətləşmiş və həyat yoldaşı ona imtina ərizəsinə qol çəkməməyi, özünə qaytarmağı tapşırmışdır. Həmin sənədə nə özü, nə də həyat yoldaşı qol çəkməmişlər. Kimsə onu imzalamış və həmin mənzil başqasına satılmışdır. Bir müddət sonra o, pulunu istəyəndə Cavanşir artıq yayınmağa başlamışdır. X19 prospektində olan binadan qeyriyaşayış sahəsi verməsini istəmişdir. Çünki orada həkim olan həyat yoldaşı üçün gələcəkdə klinika açmaq niyyətində olmuşdur. Mənzillərdən birinə dair müqaviləni Cavanşirə qaytarmış, həyat yoldaşı ilə “İşıq İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin binanın birinci mərtəbəsindəki ofisinə getmişdir. Cavanşir ona rəhbəri olduğu “İşıq İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Yasamal rayonu, Tbilisi prospekti 1058-ci məhəllədə inşa edilən 14 mərtəbəli 3-cü binada yerləşən 300 kvadrat metr sahəsi olan qeyri-yaşayış sahəsinə dair müqavilə vermişdir. Amma həmin qeyri-yaşayış sahəsinin pulunun ödənilməsi ilə bağlı maliyyə arayışı verməmişdir. Yəni, maliyyə arayışı tərtib olunacağı halda belə onsuz da həmin qeyri-yaşayış sahəsinə görə heç bir məbləğ ödəməmişlər, bu yalnız verdiyi pula görə girov kimi çıxış etməli əmlak olmuşdur. Bununla belə, maliyyə arayışının verilməməsinin səbəbi kimi bəhanəsi o olmuşdur ki, Cavanşir mühasibin həmin vaxt ofisdə olmadığını bildirmişdir. Cavanşir müqaviləsini tərtib etdikləri qeyri-yaşayış sahəsini kənardan əli ilə göstərmiş, həmin sahənin həqiqətən də boş olduğu görünmüşdür. Amma bilavasitə gedib həmin sahəyə baxmamış, yoxlamamış, ölçməmişdir. Sonrakı dövrdə onun öz işləri yaxşı getmədiyi üçün həyat yoldaşı üçün klinika açmaq fikrindən daşınmışdır. Bir müddət sonra Cavanşirə müraciət edib onun pulunu qaytarmasını istəmiş, özünün də həm mənzilin, həm də qeyri-yaşayış sahəsinin sənədlərini geri qaytaracağını bildirmişdir. Hətta Cavanşirə demişdir ki, qeyri-yaşayış sahəsinə dair müxtəlif bəhanələr gətirməklə ona maliyyə arayışı da verməmişdir. 2013-cü ildən sonra qeyd etdiyi kimi onun öz işləri yaxşı getmədiyindən artıq qəti şəkildə Cavanşirdən pulunu qaytarmasını tələb etmişdir. Cavanşir ona 2013-cü ildən 2018-ci ilin əvvəllərinədək hissə-hissə olmaqla 40300 ABŞ dolları pul qaytarmış, qalan pulu isə bu günə qədər müxtəlif bəhanələr gətirərək qaytarmaqdan imtina etmişdir. O, bundan sonra Cavanşirin ona verdiyi müqavilədə göstərilən mənzil və qeyri-yaşayış sahəsi olan binalara getmiş, Nərimanov rayonunda olan binadan komendant ona demişdir ki, həmin mənzildə başqa adam yaşayır. Həmçinin, Tbilisi prospektində olan binadakı qeyri-yaşayış sahəsində isə başqa ticarət obyekti fəaliyyət göstərir. Sonradan, yəni 2018-ci ilin fevral ayında Bakı şəhər Baş Polis İdarəsinə Cavanşirlə bağlı şikayət ərizəsi yazmış, aparılan araşdırmanın gedişində Cavanşir ona “Azəriqazbank”ın Nəsimi filialı vasitəsi ilə təxminən 10000 ABŞ dolları ödəmişdir. Beləliklə, onun Cavanşirə verdiyi puldan cəmi 50300 ABŞ dolları qaytarılmış, qalan pulları bu gün də ona borclu qalmışdır. Bir arada Təqsirləndirilən şəxs Şamaxı rayonunun Avaxıl kəndi ərazisində ona məxsus torpaq sahəsindən 25 sotunu verməyini xahiş etmiş, həmin torpağın əvəzində isə “X45” markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobili verəcəyini vəd etmiş, həm də o “Toyota Camry” markalı **- HU-*** dövlət qeydiyyat nişanlı avtomobilini Cavanşirə verməli olmuşdur. Nəticədə onlar həmin avtomobilləri dəyişmişlər və o, bunun üçün əlavə olaraq “İşıq İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına xatırlamadığı məbləğdə pul ödəmişdir. Çünki, onların hesablamalarına görə Cavanşirin ona verdiyi “X45” markalı avtomobilin dəyəri onun Cavanşirə verdiyi “Toyota Camry” markalı avtomobildən çox olmuşdur. O özü Cavanşirə faizə pul vermək üçün xahiş etməmiş, Cavanşir ondan biznesini genişləndirmək üçün pul istəmiş və gəlirdən onun da qazanc götürməsinə razılaşmışlar. Verdiyi ilkin məbləğdən əlavə 150000-200000 manat pul verməyi barədə Cavanşirlə söhbəti olmamışdır. Cavanşir ona işçiləri vasitəsi ilə həqiqətən pullar vermişdir, göndərmişdir. O bunu imkan etmir və təsdiq edir. Amma ümumilikdə 325114 manat pul alması düz deyil, bu yalan rəqəmdir. Təqsirləndirilən şəxs və onun işçiləri vasitəsi ilə ona ümumilikdə cəmi 50300 ABŞ dolları pul verilmişdir. Təqsirləndirilən şəxs tapşırığı ilə ona işçiləri X18 vasitəsi ilə 2014-2015-ci illərdə 700, 800, 1000, 1500, 3000, 3500 manat, Kərimov Rövşən Cahangir oğlu vasitəsi ilə 2008-2015-ci illərdə mütəmadi olaraq aylıq 2150 manat, X23 vasitəsi ilə 2008-ci ildən təxminən 7-8 il müddətində ildə 7-8 dəfə olmaqla 2000-5000 manat, 8000-10000 ABŞ dolları, X24 vasitəsi ilə 3 il müddətində cəmi 5-6 dəfə olmaqla müxtəlif məbləğlərdə, yəni 1600, 3000, 3400 manat, 2015-ci ildən dolların məzənnəsi yüksələnədən sonra dollarla, 5000-6000 ABŞ dolları, Şahid2 vasitəsi ilə 2014-2017-ci illərdə, təxminən 3 il ərzində müxtəlif məbləğlərdə, yəni 2000-3000 manat arası, cəmi 8-10 dəfə pullar verməsi həqiqət deyildir. 2008-ci ildə Təqsirləndirilən şəxs 210000 ABŞ dolları pul verən zaman pulun əvəzində Cavanşirin onun həyat yoldaşının adına rəsmiləşdirdiyi ikinci mənzilin müqaviləsi və maliyyə arayışı onda yoxdur. Həmin sənədləri Cavanşirə vermişdir. xx xxxxxxxx 2017-ci il tarixli razılaşma protokolu ilə bağlı isə onu deyə bilər ki, həmin protokolda qeyd olunduğu kimi xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək deyil, 2013-cü ildən 2017ci ilədək Təqsirləndirilən şəxs ona 40300 ABŞ dolları vermişdir. Həmin protokolu öz aralarında tərtib etmişlər və şəxsən özü imzalamışdır. Amma tərtib etdikləri həmin protokolu oxumadan imzalamış, oradakı 40300 ABŞ dolları pulun ödənildiyi dövrlə bağlı yazılanlara diqqət etməmişdir. Sonralar Cavanşir pul verməkdən imtina etdiyinə görə Dövlət Neft Şirkətində işləyən kiçik qardaşının vasitəsilə Cavanşirlə görüşüb ondan verdiyi pulları tələb etməyə başlayanda ona qarşı çox ağır sözlər işlətmişdir. Cavanşirin belə münasibət bəslədiyini görüb buna dözməyərək gedib Bakı Şəhər Baş Polis İdarəsinə şikayət etmişdir. Cavanşir həmin vaxt özü etiraf etmişdir ki, ona 160 min ABŞ dolları borcu vardır. Lakin araşdırmadan bir az sonra, təxminən 2018-ci ilin may ayında ona bu işin mülki xarakterli olması barədə cavab verilmişdir. Bundan sonra o, birbaşa daxili işlər nazirinin qəbuluna gedib olanları izah etmişdir. 2019-cu ilin noyabr ayında yenidən material prokurorluqda araşdırılmağa göndərilmiş və cinayət işi başlanmışdır. Daha sonra Cavanşirin əmisi zəng vurub onları görüşdürmüş, təxminən 5 saat çəkən görüşlərində Cavanşir ona barışığa nail olmaq istədiyini, səhv etdiyini, maliyyə çətinlikləri olmasaydı heç vaxt belə şey etməyəcəyini bildirmişdir. O isə Cavanşirə uşaqlarının ölkə xaricində təhsil aldığını, onlara pul çatdıra bilməsə təhsillərinin yarımçıq qalacağını, o pula ehtiyacının olduğunu demişdir. Cavanşir ona həmin vaxt 50 min ABŞ dolları verməyi, qalan məbləği hər ay 5 min ABŞ dolları olmaqla ödəməyi təklif etmiş və razılaşmışlar. Cinayət işini aparan müstəntiqə bu barədə məlumat vermiş, sonra müstəntiq onunla əlaqə saxlayaraq “bu necə barışıqdır ki, o sənin əleyhinə 2-3 nəfər şahid gətirib” deyə bildirmişdir. O, isə müstəntiqdən yalanların ifşa edilməsi üçün həmin şahidlərlə üzləşdirilməsini tələb etmiş, amma buna məhəl qoyan olmamışdır. Məhkəmə istintaqında dindirilərkən Zərərçəkmiş şəxs1 ona verilən sualları cavablandıraraq bildirdi ki, pulu verdiyi dövrdə Cavanşirin inşa etdiyi bina artıq tikilib qurtarmışdır. Cavanşirin həqiqətən pula ehtiyacının olub-olmamasını araşdırmamışdır, çünki, ümumiyyətlə götürəndə hamının pula ehtiyacı var. Amma Cavanşir ona layihələri, Gürcüstanda işləri olduğunu bildirmişdir. O vaxtlar filial müdiri olduğundan biznes fəaliyyəti ilə məşğul olmağa ixtiyarı olmamışdır. Cavanşir onun bankdan aldığı faizdən daha artıq pul verəcəyini vəd etmişdir. Cavanşirin ona aybaay, yoxsa birdəfəlik gəlir verəcəyini planlaşdırmamış, pulun nə vaxt qaytarılacağını da dəqiqləşdirməmişlər. O vaxtlar filial müdiri olaraq hər ay yaxşı pul qazanmış, 2013-cü ildə isə oyuna salınaraq işdən çıxarılmış, müəyyən problemləri yaranmış və Cavanşirdən pulu tələb etməyə başlamışdır. Ona müxtəlif dövrlərdə 600, 700, 1000 və 2000 manat civarında pullar da faiz olaraq deyil, ana məbləğdən qaytarılmışdır. Cavanşirin işçisi Qənbər Tağıyevin otağından cəmi üç – iki dəfə 500 manat, bir dəfə 600 manat olmaqla pul götürmüşdür. Pul qoyulmuş zərfi də heç vaxt Qənbərin yanında açmamış, cibinə qoyub getmişdir. Cavanşirin sürücüsü Akif həqiqətən ona 5-6 dəfə, hər dəfə də 500-700 manat olmaqla pul gətirib vermişdir. Onun Cavanşirlə arasında dividentlə bağlı razılaşma olmuşdur. Faizi onsuz da bankdan rahatlıqla almışdır. Əgər Cavanşir həmin vaxt qazanmayıb müflis olsaydı, ondan heç bir qazanc istəməyəcəkdi. Pulu Cavanşirə verərkən bankdan onun tapşırığa əsasən həmin vaxt müavini işləmiş Vüqar Əliyev gətirib. Pulu bankdan çıxartmaq üçün isə o, Vüqar Əliyevə etibarnamə verməmiş, sadəcə tapşırmış və müavin də onun əvəzindən pulu çıxarıb gətirmişdir. Onun müavininin ona məxsus işləri görmək səlahiyyəti olmuşdur. Ona bu vaxtadək qaytarılan 50300 ABŞ dollarının müəyyən hissəsi 1 ABŞ dollarının kursunun 70 qəpik, müəyyən hissəsi isə 1 manat 70 qəpik olarkən verilib. Müavini Vüqarın barəsində sonradan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci maddəsi ilə cinayət işi başlanılıb və məhkum olunub. O vaxtlar işləri yaxşı olduğundan ehtiyacı olmadığı üçün 5 il Cavanşirdən pul istəməmişdir. Qaynanası da ondan pul haqqında soruşanda hər dəfə ona inanmasını tövsiyə etmiş və narahat olmamasını tapşırmışdır. O və həyat yoldaşı ilk izahatlarında ziyanı 600 min manat göstərmişdir. Çünki, polisdə bu barədə danışarkən onlara verilən məsləhətə görə təklif edilmişdir ki, bütün alacaqları faizləri və əldən çıxmış faydanı da hamısını bir yerə cəmləyib ümumilikdə bu rəqəmi göstərsinlər. Ona görə də qərara almışlar ki, Cavanşirin onlara 600 min manat borclu olduğunu yazsınlar. Cavanşir ona bu vaxtadək cəmi 50300 ABŞ dolları ödəyib, borcun 160000 ABŞ dolları isə hələ də qalmaqdadır. Ona vurulmuş ziyanın tam şəkildə ödənilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Qeysər qızı göstərdi ki, o, Zərərçəkmiş şəxs1la evlənəndən bəri - təxminən 30 il olar ki, Təqsirləndirilən şəxs tanıyır. Ailəvi dostluqları, bir-birlərinə inamları olub. Məsələnin belə səviyyəyə gəlib çata biləcəyi onun heç yuxusuna da girə bilməzdi. O vaxtlar atasının Buzovnada böyük bağı olmuşdur və anası həmin bağı satanda Fikrət həmin puldan götürüb banka depozitə qoymuşdur. Sonra Fikrət gəlib onlara demişdir ki, “Cavanşirə pul lazımdır, pulu depozitdən çıxarıb Cavanşirə verək”. Onlar üçün də bunun elə bir fərqi olmamışdır. Həm də Fikrət bu pula görə Cavanşirin bank faizlərindən də yüksək dividentlər verəcəyini bildirmişdir. O vaxtlar “Bank of Azerbaijan”da onların cəmi 60 min ABŞ dolları məbləğində depozitləri olmuşdur. Həmin depozitə görə ödənilən faizin miqdarını o bilmir. Beləliklə, razılaşmışlar və anası, özü və Fikrət üçü birlikdə Cavanşir müəllimin Montindəki ofisinə getmişlər. Oraya gedərkən sürücünün xidmətindən istifadə etməmişlər, avtomobili Fikrət özü idarə etmişdir. Ofisdə Cavanşirə cəmi 210 min ABŞ dolları pul vermişlər. Pul verilərkən Cavanşir müəllim özünün təşəbbüsü ilə onlara iki mənzil təklif etmişdir ki, girov kimi yazılıb onlara verilsin. Yəni, bu onların istəyi ilə deyil, Cavanşirin istəyi ilə baş vermişdir. Onlar da Cavanşirin bu təklifi ilə razılaşmışlar. Anasının da bu girov məsələsində heç bir təşəbbüsü olmamışdır. Tez də sənədlər hazırlanıb gətirilmiş, o da imzalamışdır. Onların ümumiyyətlə mənzil almaq niyyətləri olmadığından mənzillərlə bağlı ona imzalamaq üçün verilən sənədlərə də elə-belə, gözucu baxıb imzalamışdır. Yadında qalana görə sonralar həmin mənzillərdən biri kiməsə satılarkən, mənzil adında olduğu üçün onun razılığı lazım olmuşdur. Fikrət ona demişdir ki, “nə fərqi var, pul bizdədir, yoxsa Cavanşirdə, bir mənzil satılacaq, əvəzində Tbilisi prospektində yerləşən binada obyekt veriləcək”. Aradan xeyli vaxt keçdiyindən mənzildən imtina barədə ərizə verib-verməməsini dəqiq xatırlamır, amma bununla bağlı Cavanşirin ofisinə getməyib. Sonralar Cavanşir müəllimin evinə gedib pulu qaytarmasını xahiş etmişlər və o da biznesində problemlər olduğunu deyib müəyyən vaxtdan sonra pulu gətirəcəyini bildirmişdir. Bundan sonra Cavanşirin həqiqətən 40 min ABŞ dolları məbləğində pulu hissə-hissə ödəməsini dəqiq xatırlayır. Daha sonra Cavanşir 8 min ABŞ dollarını “Azəriqazbank”dakı hesablarına ödəmişdir. Məhkəmə istintaqında dindirilərkən zərərçəkmiş şəxs Şahid5 Qeysər qızı ona verilən sualları cavablandıraraq bildirdi ki, Cavanşirə verilmiş pulun hansı hissəsinin onun özünə, hansı hissəsinin isə anasına məxsus olduğunu xatırlamır və hesab edir ki, bu ümumi bir pul – ailəyə məxsus pul olmuş, Cavanşirə verilən pulun da ailə üzvləri arasında heç bir ciddi bölgüsü olmamışdır. Cavanşirə verilən pulun qazancının nə olacağından onun məlumatı olmamışdır, bununla maraqlanmamışdır. Nə əvvəldən, nə də sonradan anasının pulun verilməsi müqabilində girov qoyulması ilə bağlı israr etməsi halı olmamışdır. Cavanşir pulu onlara həqiqətən hissə-hissə qaytarmışdır, amma sonralar onların pula ehtiyacı olanda daha verməmişdir. Özünün həqiqətən də Tbilisi prospektində yerləşən obyektdə klinika açmaq fikri olmuş, amma heç vaxt həmin obyektə gedib baxmamış və oranın qiymətini də bilməmişdir. X30 2008-2014-cü illər aralığında pul istəməmiş, yalnız son illərdə pulu istəməyə başlamışlar. X13 şikayət ərizəsi yazanda, həm də onlar izahatlarında Cavanşirin onlardan 600 min manat aldığını qeyd etmişlər. Əslində isə belə deyildi və hesab edir ki, bu məbləği o sənədlərə yazmaqları onların tərəfindən düzgün addım deyildir. Sadəcə polis işçiləri danışıb bu cür başa salmışlar ki, hansısa faizlər və əldən çıxmış fayda kimi məbləğlərin hamısını hesablayıb bir yerə toplayaraq belə yazmaq məsləhətdir. Əri Fikrət bank filialının müdiri olarkən onun müavini işləmiş Vüqarı şəxsən tanıyır və Vüqar nə onlar pulu Cavanşirə verərkən orda iştirak etməmiş, nə də oraya pul gətirməmişdir. Pulu Fikrətin zəngindən sonra oraya sürücü gətirmiş, amma pul veriləndə sürücü içəridə olmamış və görməmişdir. Səhhəti ağır olduğundan ilkin araşdırmalar zamanı heç yerdə anasının adını yazmamışlar. Məhkəmədə şahid qismində dindirilmiş X25 göstərdi ki, 2002-ci ildə “Medicline” Məhdud Məsuliyyətli Cəmiyyətini təsis edib ona rəhbərlik edərək fəaliyyət göstərmişdir. Cəmiyyət şəxsi istifadə üçün nəzərdə tutulan tibbi-ortopedik vasitələrin satışını həyata keçirir. Təxminən 2002-ci ildən 2013-cü ilədək Bakı şəhəri, Nəsimi rayonu, M.Əliyev 251 ünvanında fəaliyyət göstərmişdir. 2013-cü ildə qardaşı Cavanşir ona təsisçisi olduğu “Ferah İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Hidayətzadə küçəsi, məhəllə 1933 ünvanında inşa etdiyi 16 mərtəbəli binanın “B” blokundan, yəni binanın 1-ci mərtəbəsindən ümumi sahəsi 139,42 kv/m olan mənzili ona tam təmirli şəkildə pay kimi bağışlamışdır. Şahid5 Qeysər qızı və onun ailəsini, o cümlədən əri Zərərçəkmiş şəxs1 uzun illərdir ki, tanıyır. Fikrət və ailəsi qardaşı Təqsirləndirilən şəxslə, qardaşının ailəsi ilə çox yaxın dost münasibətlərində olmuşlar. Özünün də bu ailə ilə həmişə çox yaxşı münasibətləri olmuşdur. Sonradan eşitdiklərinə görə qardaşı Cavanşirlə Fikrət arasında pul haqq-hesabı olmuşdur. Eşitdiyinə görə Fikrət Cavanşirə sələmə verdiyi pulla bağlı sonradan iddialar irəli sürmüş və 2019-cu ildə bununla bağlı Cavanşir barəsində polisə şikayət etmişdir. Qardaşı tərəfindən ona satılan mənzilin əvvəllər hansısa müqavilə ilə Fikrətin həyat yoldaşı Şahid5 adına rəsmiləşdirilməsindən onun heç bir məlumatı olmamışdır. Təkcə bir məqamı dəqiq xatırlayır ki, 2013-cü ilin yay aylarında Fikrət ona zəng edib mənzildən imtina ilə bağlı ərizəni Elçin Babayevə çatdırmalı olduğunu deyərək ofisi tanımadığı üçün onu ofisə aparıb Elçin Babayevlə tanış etməsini xahiş etmişdir. O da razılaşıb Fikrətlə birlikdə “Ferah İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisinə getmişlər. Daxil olarkən Elçin Babayevin məlumatlı olduğunu və onları ofisdə gözlədiyini başa düşmüşdür. O, Fikrətlə Elçini tanış etmiş və Fikrət hansısa imtina ərizəsini Elçinə təqdim etmişdir. Qalan digər məsələlərdən məlumatı yoxdur. Qardaşının ona bağışladığı mənzil alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilib. Müvafiq maliyyə arayışında da məbləğ yazılmayıb, çünki əslində o mənzil pay olduğu üçün heç bir ödəniş etməyib. Maliyyə arayışında sadəcə mənzilə görə borcunun olmadığı yazılıb. Həmin mənzil həyat yoldaşının adınadır və hal-hazırda ailəsi ilə birlikdə orada yaşayırlar. Məhkəmədə qeyd olunan epizod üzrə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Zərərçəkmiş şəxs1 tanıyır, dəfələrlə Təqsirləndirilən şəxs tapşırığı ilə aparıb zərfdə ona pul vermişdir. Pul vermək üçün Zərərçəkmiş şəxs1la dəfələrlə “Portofino” adlandırılan kafenin yaxınlığında, habelə “İşıq İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisində dəfələrlə görüşmüşdür. Həmçinin Təqsirləndirilən şəxs borcun əvəzinə Fikrətə avtomobilin verilməsi prosesində də şəxsən iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X23 göstərdi ki, əvvəllər Təqsirləndirilən şəxs ailə sürücüsü işləmişdir, hazırda isə artıq həmin şəxsin yanında çalışmır. Qanunun tələbi ilə yanaşı yalnız Allahdan qorxan inanclı bir insan kimi məhkəmədə hər şeyi olduğu kimi, yalnız həqiqəti bildirir. Həqiqət də ondan ibarətdir ki, Təqsirləndirilən şəxslə işlədiyi müddətdə müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs1la təxminən 20 dəfə görüşüb ona pul çatdırmışdır. Fikrətlə görüşüb pul verərkən əksər hallarda pulun məbləğini saymamışdır. Bu qaydada ortalama, bəlkə də ən azından 20 dəfə pul aparıb verməsi təxminən 4-5 il müddətində davam etmişdir. O, yalnız tapşırılan işi görərək aparıb pulu çatdırmışdır. Həmin pullar da hamısı şəxsən Təqsirləndirilən şəxs tapşırığı ilə aparılmışdır. Cavanşirlə də Fikrətin yaxın dost olduqlarını bilmişdir. Bu tapşırıqlları ona Cavanşir ya bilavasitə ofisdə, ya da telefonla zəng edib demişdir. Məbləğin ona heç bir aidiyyəti olmadığından hər dəfə apardığı məbləğlərin hamısını dəqiq xatırlamır. Amma sonuncu dəfə Fikrətə 7300 ABŞ dolları aparıb çatdırdığını dəqiq xatırlayır. Fikrət oğlunun təhsilinə görə ona pul lazım olduğunu bildirmişdi. Həmin vaxt Cavanşir özü ofisdə olmamış, ona zəng vurub “ofisdən pulu götürüb apar Fikrətə ver” demiş, o da tapşırığı icra etmişdir. Həm də belə bir qaydanı xatırlayır ki, pullar ona açıq şəkildə veriləndə həmişə sayılmış, amma bağlı zərfdə verilərkən sayılmamışdır. Bağlı zərfi verəndə dərhal qayıdıb getmiş, açıq olan halda isə Fikrət onu sayandan sonra çıxıb getmişdir. Yadında qalana görə Fikrət həmişə pulları saymışdır. Bütün bu müddət ərzində Fikrətə pul verərkən sonuncu heç vaxt heç bir etiraz, irad, narazıçılıq bildirməmişdir. Pulları çox vaxt ofisdən götürüb aparmışdır. Pulların ona nə məqsədlə göndərilməsini bilməmiş və bu barədə soruşmamışdır. Açıq vəziyyətdə olan pulların məbləğini o vaxtlar özü həmişə bilmişdir, amma aradan illər keçdiyi üçün onları dəqiqliklə xatırlaya bilmir. Fikrət təkcə ondan yox, Cavanşirin eyni qaydada verdiyi pulları binanın komendantı Bəxtiyardan götürmüşdür. Komendanta verilərkən də pulun Fikrətə çatdırılıb-çatdırılmadığını həmişə soruşub dəqiqləşdirmişdir, çünki Cavanşir sonradan mütləq özü bu barədə ondan dəqiqləşdirmə aparırdı. Məhkəmədə şahid qismində dindirilmiş X18 göstərdi ki, “İşıq İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətində mühasib vəzifəsində işləyir. 2014-2016-cı illərdə Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda dəfələrlə ayrı-ayrı şəxslərin vasitəsilə ona Zərərçəkmiş şəxs1 çatdırılması üçün pul məbləğləri göndərmişdir. Bəzi hallarda isə Fikrətə çatdırılmalı olan məbləğləri Cavanşir özü şəxsən gətirib ona vermişdir. Cavanşir gətirəndə pullar adətən bağlı kağız paketin içində olduğu üçün məbləği birbaşa bilməmişdir. Amma Cavanşir özü ona paketdəki pulun məbləğini demişdir. Fikrət müəllimə çatdırarkən sonuncu adətən paketi onun yanında açıb pulu saydığı üçün paketdə nə qədər pul olduğunu dəqiq görmüşdür. Qeyd etdiyi dövrdə Fikrətə təxminən 12-13 dəfə pul çatdırmış və hər dəfə də pul müxtəlif məbləğlərdə - təxminən 1000, 1500, 2000 manat və sair məbləğlərdə olmuşdur. Onun Fikrətə çatdırdığı ən böyük məbləğ səhv etmirsə 2000 manat olub. Fikrət müəllim şəxsən özü onun otağına gələrək pulları sayıb götürmüşdür. Cavanşirin onun vasitəsilə Fikrətə verdiyi pulların hesabatını aparmamışdır, çünki pullar Cavanşirin şəxsi vəsaiti olmuşdur və müəssisənin kassasından götürülməmişdir. O dövrdə özünün başa düşdüyünə görə Cavanşir çatdırılması üçün nə qədər pul verməsi barədə öncədən Fikrət müəllimə məlumat vermiş, Fikrət müəllim də arada vasitəçi o olduğu üçün zərfi elə onun yanında açaraq pulları sayırdı ki, sonradan nəsə yanlışlıq olmasın. Heç vaxt da pul sayılandan sonra onun əskik olması barədə Fikrət ona heç nə deməyib. Təqsirləndirilən şəxs özü Azərbaycanda olmadığı vaxtlarda Fikrətə çatdırılmalı məbləği ona Cavanşirin Akif adlı sürücüsü gətirib vermişdir. Əmindir ki, Zərərçəkmiş şəxs1 bunları özü daha ətraflı danışa və təsdiq edə bilər. 2016-cı ildən sonra Fikrətə pul veribverməməsini dəqiq xatırlamır. Ondan başqa eyni qaydada Fikrətə kiminsə pul çatdırıbçatdırmadığını bilmir. Zərərçəkmiş şəxs1 və ya yaxınlarının “İşıq İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətindən nə vaxtsa mənzil və ya qeyri-yaşayış sahəsi əldə etmələri barədə heç bir məlumatı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş X10 göstərdi ki, o, “İnşaat servis” Məhdud Məsuliyyətli Cəmiyyətində təchizatçı vəzifəsində işləmişdir. 2010-2013-cü illər arasında Cavanşirin Şirəliyevin tapşırığı ilə Zərərçəkmiş şəxs1 3 dəfə pul aparıb vermişdir. Zərfin üzərində yazılmaqla iki dəfə 2500 manat, bir dəfə isə evinin yanında 4000 və ya 5000 manat pul çatdırmışdır. Ümumilikdə Fikrətə təxminən 10000 manat pul vermişdir. Fikrət müəllimin evi Hənifə Ələsgərova küçəsində yerləşir. Pulun nəyə görə verildiyini bilmir, o yalnız Cavanşirin tapşırığını yerinə yetirərək pulu aparıb Fikrətə çatdırmışdır. Həmin dövrdə ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrini işlətmişdir. Məhz bu telefonlarla da Fikrətlə zəngləşib görüşmüşdür. Həmin ərəfələrdə Fikrətin “Atrabank”da işlədiyini dəqiq xatırlayır və şəxsən gedib bankın binasının içində Fikrətə pul vermişdir. Dəqiq xatırlayır ki, Fikrətə iki dəfə məhz onun iş otağında aparıb pul vermişdir. Fikrət onun pul aparıb çatdırdığı əksər hallarda paketləri açıb onun yanında sayaraq göndərilən pulun məbləğini yoxlamışdır. 2013-cü ildən sonrakı dövrdə o şəxsən Fikrətə göstərdiyi qaydada pul aparıb verməmişdir. Çünki, həmin dövrdən sonra artıq həmin iş yerindən çıxmışdır. Köhnə iş yoldaşlarından isə kiminsə Fikrətə pul aparmasından məlumatı yoxdur. O Zərərçəkmiş şəxs1 ona pul aparmazdan xeyli əvvəldən ofisə gəlib-getdiyi vaxtlardan tanımışdır. Hələ ilk görüşdükləri vaxtda Cavanşir onu Fikrətə təqdim edib tanış etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X26 göstərdi ki, təxminən 2011-ci ildə Təqsirləndirilən şəxs ona Şahid5 adına mənzil rəsmiləşdirilməsini tapşırmış, o da müvafiq sənədləri hazırlayıb təqdim etmiş, Cavanşir sənədləri özü Afaqa imzalatdırmış, maliyyə arayışı da tərtib olunmuşdur. 2013-cü ilin yay aylarında Cavanşir həmin mənzili qardaşı Mürsəlin adına rəsmiləşdirməyi həvalə etmiş, o da Afaqdan imtina ərizəsi alınmasının lazım olduğunu, bunun üçün Afaqın özünün ofisə gəlməli olduğunu bildirmişdir. Bir müddət sonra Cavanşir ona zəng edib demişdir ki, çox yaxın dostu olan Fikrət arvadının ofisə gəlməsini istəmir və ərizəni arvadına evdə imzalatdırıb gətirəcəyini deyir. Cavanşir ona görə də heç bir problem olmayacağına əmin olduğundan Fikrətin həyat yoldaşının imtina ərizəsini evdə imzalatdırıb gətirməsinin narahatçılıq yaratmayacağını bildirmişdir. Bundan sonra Fikrət Mürsəllə birlikdə ofisə gəlib çıxmış və Fikrət ona Afaqın imzaladığı imtina ərizəsini təqdim etmişdir. Onun yanında tərtib olunmadığı üçün həmin ərizəni kimin yazdığını bilmir, ərizəni Fikrət hazır vəziyyətdə gətirib şəxsən özü ona təqdim etmişdir. Bəhs olunan mənzildə həmin vaxtlar heç kim yaşamamış və ümumiyyətlə mənzil təmirsiz olmuşdur. Binadan satılan mənzilləri alıcılara göstərən şəxs kimi dəqiq bildirir ki, Zərərçəkmiş şəxs1 və ya onun onun hansısa qohumu həmin binadan heç vaxt hər hansı mənzil almamış, ümumiyyətlə hər hansı mənzilə baxmamışlar. O, 2014-cü ilədək həmin şirkətdə işləmiş və oradan işdən çıxdığı günə qədər qeyd olunan mənzillə bağlı hansısa problem olmasını heç kimdən eşitməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X27 göstərdi ki, əvvəllər Təqsirləndirilən şəxs rəhbəri olduğu şirkətdə özünə məxsus “Lifan” markalı avtomobillə sürücü kimi işləmişdir. 2016-cı ildə ixtisarla əlaqədar işdən çıxmışdır. Həmin şirkətdə sürücü işlədiyi vaxtlardan əvvəl Zərərçəkmiş şəxs1 tanımışdır. Cavanşiri isə Fikrətdən sonra, yəni işə başlayandan sonra tanımışdır. Təqsirləndirilən şəxs rəhbəri olduğu şirkətdə işlədiyi dövrdə ən azı 8-9 dəfə, hər dəfədə də 1500-1800 manat olmaqla Fikrətə aparıb pul vermişdir. Hətta ilk dəfə “İrşad” otelin yaxınlığında görüşəndə Fikrəti tanımış, ona tanışlıq vermiş, əlaqə nömrəsini götürmüşdür. Pulları Fikrətə bir qayda olaraq axşam saatlarında aparıb vermişdir. İşlədiyi vaxtda tək Fikrətə deyil, Təqsirləndirilən şəxs tapşırığı ilə başqa insanlara da müxtəlif vaxtlarda pul aparmışdır. Rəhbər şəxs nə tapşırıq veribsə, onu da icra etmişdir. Fikrətin özü də dəfələrlə onun pul aparıb şəxsən özünə çatdırmasını heç cür dana bilməz. Ona görə də özü eşidə-eşidə əminliklə həqiqəti bildirir. Hətta bir hadisəni də dəqiq xatırlayır ki, bir dəfə Cavanşir ona zəng vurub “sənə verdiyim pulları Fikrətə çatdırmısan?” deyə soruşmuş, o da şəxsən özünə əlbəəl verdiyini təsdiqləmişdir. Cavanşir də ona “Bəs Fikrət deyir ona pul verməmisən?” deyə bildirmişdir. Fikrətə pulların nə üçün, nə məqsədlə verildiyini bilmir. Ancaq bir oğlunun canına and içir ki, bütün söylədikləri həqiqətdir. Onun heç kimdən asılılığı və çəkinən yeri yoxdur. Amma onu istintaqa çağırıb dindirəndən sonra Zərərçəkmiş şəxs1 ona zəng vurub “sən yalan ifadə verdiyin üçün sənə cinayət işi açdıracağam” deyə hədələmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Kərimov Rövşən Cahangir oğlu göstərdi ki, hazırda “İşıq inşaaat” Məhdud Məsuliyyətli Cəmiyyətində direktor müavini vəzifəsində işləyir. Əvvəllər “Karvan” idman klubunda işləmişdir. Hazırda işlədiyi şirkətdə Zərərçəkmiş şəxs1 bəlkə 100 dəfədən də çox görmüşdür. 2018-ci ilə kimi Zərərçəkmiş şəxs1 ayrı-ayrı vaxtlarda, zərfdə qablaşdırılmış şəkildə müxtəlif məbləğlərdə – adətən 2000, 2500, 3000 manat məbləğində pullar vermişdir. Fikrətin ondan götürdüyü pulların təyinatı barədə heç vaxt maraqlanmamış, sadəcə olaraq rəhbərliyin tapşırığını icra etmişdir. Onun işlədiyi ofis birinci mərtəbədə yerləşdiyindən bəzi hallarda elə balkona çıxıb orada dayanmış Fikrətə pulu vermişdir. Ümumiyyətlə, pulu çox vaxt Fikrət gəlib ofisdə ondan özü götürmüşdür. Bir neçə dəfə isə o özü aparıb Fikrətlə görüşərək vermişdir. Pulu aparkən qabaqcadan Fikrətlə telefonda danışıb görüş barədə razılaşmışlar. Ümumilikdə Fikrətə nə qədər pul verdiyini dəqiq deyə bilməz, heç bir qeydiyyat aparmadığı üçün yanlış rəqəm demək istəmir. Fikrətə verdiyi pulların kassaya heç bir aidiyyəti olmamışdır, həmin məbləğləri ona təqdim etmək üçün Cavanşir vermişdir. Dəfələrlə belə də olmuşdur ki, Fikrətə çatası pul ofisin işçisi Cəmiləyə verilmiş, o da Cəmilədən götürüb Fikrətə çatdırmışdır. Bildiyinə görə Cəmilə özü də Cavanşirin verdiyi məbləğləri dəfələrlə Fikrətə çatdırıb. Hətta bir dəfə pul götürmək üçün gələrkən Fikrət onun avtomobilini də vurub əzmişdir. Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 hansısa işbirliyi haqqında heç nə bilməmiş, bu şəxsləri birbirinin qohumu kimi tanımışdır. Fikrətin onların şikrətində nə vaxtsa mənzil və ya qeyriyaşayış sahəsi alması barədə heç bir məlumatı yoxdur. x xxxxx 2003-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə şöbəsində ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş “İşıq İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsindən görünür ki, həmin tarixdən təsisçisi Təqsirləndirilən şəxsdur. O, təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən və həmin cəmiyyətə faktiki rəhbərliyi həyata keçirən şəxsdir (cild 2, iş vərəqə 161-168). Məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 413 saylı rəyindən görünür ki, xx.xx.2017-ci il tarixli Razılaşma protokolunun kserosurətində “Təqsirləndirilən şəxs” yazıları qarşısında olan imza – Təqsirləndirilən şəxs tərəfindən, “Zərərçəkmiş şəxs1” yazıları qarşısında olan imza Zərərçəkmiş şəxs1 tərəfindən icra olunmuşdur (cild 3, iş vərəqə 51-56). xx.xx.2014-cü il tarixli razılaşma protokolundan görünür ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək qarşılıqlı razılaşma əsasında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs 40300 ABŞ dolları almışdır (cild 1, iş vərəqə 46). “xxxxxx” Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialının xx.xx.2018-ci il tarixli mədaxil üzrə kassa orderindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 hesabına 15.000 manat pul ödənilmişdir. “xxxxxx” Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialının xx.xx.2018-ci il tarixli mədaxil üzrə kassa orderindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 hesabına 2.500 manat, xx.xx.2018-ci il tarixdə həmin filialda 1.000 manat pul ödənilmişdir. “xxxxxx” Açıq Səhmdar Cəmiyyətinin Elmlər filialının xx.xx.2019-cu il tarixli mədaxil üzrə kassa orderindən görünür ki, X4 tərəfindən Zərərçəkmiş şəxs1 hesabına 11.000 manat pul ödənilmişdir (cild 1, iş vərəqə 57, 145-146: cild 3, iş vərqə 8). xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət X35 Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasından əldə edilmiş məlumatlara əsasən, “X45” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2005-ci il tarixdə 01900/5080522 nömrəli xx.xx.2005-ci il tarixli yük gömrük bəyannaməsi (ANGİ-nin) əsasında Bakı şəhəri, Yasamal rayonu, Tiblisi prospekti 1058 ünvanında qeydiyyatda olan “İşıq inşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydiyyata alınmışdır. xx.xx.2009-cu il tarixdə qeyd olunan avtomobil alqı-satqı müqaviləsi əsasında “İşıq inşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin adından qeydiyyatdan çıxarılmış və yeni **-GH-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq ünvan 8 mənzil 2 ünvanında qeydiyyatda olan Şahid5 Qeysər qızının adına təkrar dövlət qeydiyyatına alınmışdır. xx.xx.2008-ci il tarixdə **-HU- *** dövlət qeydiyyat nişanlı “Toyota Camry” minik avtomobili “İnşaattexservis” Məhdud Məsuliyyətli Cəmiyyətin hesabına keçmişdir. Cinayət işinin materiallarından görünür ki, həmin Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi Təqsirləndirilən şəxsdir (cild 1, iş vərəqə 191-194). Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutların məcmusu əsasında bu qənatə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi, ümumiyyətlə cinayət hadisəsi olması müəyyən edilmir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs həmin maddə ilə ittiham elan edərkən sübut kimi istinad etdiyi hallar məhkəmədə tam, hərtərəfli və obyektiv yoxlanıldıqdan sonra cinayət hadisəsinin olmasının israr edilməsi imkanı istisna olunur. Faktiki olaraq ibtidai istintaq orqanının gəldiyi nəticə və məhkəmə araşdırmasının müəyyən etdiyi mübahisəsiz hal ondan ibarətdir ki, Zərərçəkmiş şəxs1 müəyyənləşdirdiyi əlavə faizləri almaqla gəlir əldə etmək məqsədilə Təqsirləndirilən şəxs konkret məbləğdə pul vermişdir. Zərərçəkmiş şəxs kimi tanımış Zərərçəkmiş şəxs1 bu məqamı həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqında tərəddüsüz təsdiq etmiş, həm də verdiyi pulun faizlərini konkret müddət ərzində, konkret şəxslərdən və məbləğlərdə aldığını etiraf etmiş, bununla bərabər pulunun tam ödənilmədiyini israr etmişdir. İş üzrə Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs1 aylıq faizlər ödənilməklə yolu ilə qazanc əldə etmək üçün sonuncunun ona verdiyi pulun məbləğinə dair fərq və digər məqamlar üzrə müəyyən ziddiyyətlər istisna edilməklə ikitərəfli şifahi razılaşmanın tələblərinə tam şəkildə əməl etdiyini, bütün müddət üçün aybaay faizləri tam şəkildə ödədiyini, manatın məlum devolvasiyasından sonra tələbkarın aylıq faizləri və əsas məbləği ABŞ dollarının yeni kursuna uyğun ödəməli olmasına dair təklif və təşəbbüsünü dərhal rədd edib, əsas məbləği də hissə-hissə ödəyərək tam bağladığını bildirmişdir. Bütün toplanmış sübutların məcmusu ilə müəyyən olunur ki, ibtidai istintaq orqanının dələduzluq cinayəti olması qənaətinə gəldiyi hadisə iki fiziki şəxs – Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs arasında mövcud olmuş ikitərəfli iradə ifadəsinin - əqdin doğurduğu qarşılıqlı hərəkətlərdən ibarət olmuşdur. Zərərçəkmiş şəxs1 borc verən qismində çıxış edərək, borcun faizlə verilməsini şərtləşdirməklə Təqsirləndirilən şəxs borc vermişdir. Məhkəmə bu məqamda onu da vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Faktiki olaraq ibtidai istintaq orqanının gəldiyi nəticə və məhkəmə araşdırmasının müəyyən etdiyi mübahisəsiz hal kimi Zərərçəkmiş şəxs1 borcun faizlə verilməsini şərtləşdirərək bağladığı şifahi borc müqaviləsinin formasının, faizə verdiyi pulla bağlı girov kimi qəbul etdiyi daşınmaz əmlakla bağlı şifahi əqdin, girovun özünün, girov predmetinə sərəncam verilməsi, ümumiyyətlə həmin girovla təmin edilən öhdəliyin yaranması əsaslarının bütövlükdə mülki qanunvericiliyin tələblərinə uyğun olub-olmaması ilə bağlı məqamların araşdırılması isə cinayət mühakimə icraatının vəzifələrinə aid olmamaqla bərabər, cinayət təqibi üzrə həyata keçirilən cinayət-prosessual fəaliyyətin araşdırma predmeti deyildir. Məhkəmə, mövcud sübutların məcmusu üzrə zərərçəkmiş şəxs kimi tanımış Zərərçəkmiş şəxs1 ilə bağlı epizod üzrə cinayət hadisəsinin olmaması ilə bağlı gəldiyi nəticənin qanuni və əsaslı olması vurğulayarkən, ibtidai istintaq orqanının ittiham aktında təqsirləndirilən şəxsin ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqi kimi istinad etdiyi yuxarıda sadalanan sübutların bütövlükdə şəxsin cinayət əməli törətməsinin təsdiq edə biləcək yetərli dəlillər hesab etmir. Qeyd etmək lazımdır ki, bütövlükdə ittiham faktiki olaraq yalnız zərərçəkmiş şəxsin ifadəsinə əsaslanır. Bununla həmin ifadənin özü pulun təqsirləndirilən şəxsə qazanc əldə etmək üçün verildiyi birmənalı olaraq təsdiq edir və bundan sonrakı hissəsi pulun qaytarılması prosesində baş vermiş onu qane etməyən məqamların ziddiyyətli təsvirindən ibarətdir. Zərərçəkmiş şəxs1 və şahid qismində dindirilmiş sonuncunun həyat yoldaşı Şahid5 Qeysər qızının ifadələri faizlə borc verilməsi faktını təsdiq edir və hər iki şəxs pulun tam şəkildə qaytarılmadığını bildirirlər. Məhkəmə qeyd edir ki, dələduzluq cinayətinin baş verməsini təsdiq edəcək yetərli sübutlar kimi istinad olunması mümkünsüz olan ər-arvadın ifadələri isə öz aralarında kifayət qədər ziddiyyətlidir və ifadənin ayrı-ayrı prinsipial məqamlarında Şahid5 ifadələri Təqsirləndirilən şəxs ifadələri ilə üst-üstə düşərək onları təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs verilən borc pul məbləğini özünə, həyat yoldaşına və qaynanasına aid hissədə konkret rəqəmlərlə bölən Zərərçəkmiş şəxs1 fərqli olaraq Şahid5 Təqsirləndirilən şəxs verilmiş pulun ailə üzvləri arasında heç bir ciddi bölgüsünün olmadığını, habelə verilmiş pulun qazancının nə olacağından məlumatının olmadığını, ümumiyyətlə bununla maraqlanmadığını bildirmişdir. Hər iki şəxs ibtidai araşdırma mərhələsində bir neçə dəfə ərizə və izahatlarında Cavanşir Şirləiyevə 600000 manat pul verdiklərini israr etmişlər. Amma sonradan ifadələrini dəyişərək bu məbləğin əslində 210000 ABŞ dolları – həmin dövrün məzənnəsi ilə 168420 manat olduğunu bildirmişlər. Bu ziddiyyəti sonradan ibtidai istintaqda və məhkəmədə izah edərkən hər ikisi 600000 manat məbləğini şikayət verərkən, sadəcə polis işçilərinin onlarla danışıb hansısa faizləri və əldən çıxmış fayda kimi məbləğlərin hamısını hesablayıb bir yerə toplayaraq belə yazmağın məsləhət olduğunu başa saldıqlarını göstərmişlər. Şahid5 məhkəmədə ifadə verərkən əslində belə olmadığını və bu məbləği o sənədlərə yazmaqla düzgün addım atmadıqlarını vurğulamışdır. Zərərçəkmiş şəxs1 ifadələrində Təqsirləndirilən şəxs müvafiq dividentlərin müqabilində pul vermək məsələsini gəlib evdə məsləhətləşərkən həyat yoldaşının razılaşdığını, amma qaynanasının etiraz edərək Təqsirləndirilən şəxs tanımadığını deyərək yalnız pulun əvəzində sonuncu tərəfindən girov qoyulacağı halda razılaşacağını dediyini göstərmişdir. Təqsirləndirilən şəxs də ifadəsində göstərmişdir ki, 2008-ci ilin dekabr ayının sonlarında Zərərçəkmiş şəxs1 yenidən onun yanına gəlib “qaynanam da eyni şərtlə 30 min ABŞ dollarını faizə vermək istəyir” deyə bildirdiyini, razılaşdığını, sonuncunun qayınanası Elyanora Xəlilova və arvadı Şahid5 ilə gələrək 30000 ABŞ dolları pul verərək getdiklərini və təxminən 2-3 gün sonra Zərərçəkmiş şəxs1 yenə həmin ofisə gələrək “qaynanam pula görə narahatdır, girov istəyir” deyə bildirdiyini, özünün də tərəddüdsüz olaraq heç bir problem olmadığını deyərək qaynanasının narahat olmaması xatirinə Fikrətə “Ferah İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş binadan bir mənzili girov kimi yazıb verdiyini qeyd etmişdir. Amma Şahid5 öz ifadəsində Zərərçəkmiş şəxs1 ifadəsinin həmin hissəsini tam təkzib edərək nə əvvəldən, nə də sonradan anasının pulun verilməsi müqabilində girov qoyulması ilə bağlı israr etməsi halının olmadığını bildirmişdir. Verdikləri pulun əvəzində mənzilləri girov kimi özlərinin təkidi ilə həyat yoldaşının adına yazdırıb maliyyə arayışını da aldıqlarını israr edən Zərərçəkmiş şəxs1 fərqli olaraq sonuncunun həyat yoldaşı Şahid5 həmin hissədə Təqsirləndirilən şəxs ifadəsi ilə tam uyğun gələn ifadə verərək pul verilərkən girov kimi onlara mənzil yazılıb verilməsinin məhz Təqsirləndirilən şəxs təşəbbüsü olduğunu birmənalı qeyd etmişdir. Zərərçəkmiş şəxs kimi tanımış Zərərçəkmiş şəxs1 məhkəməyə verdiyi ifadəsində Təqsirləndirilən şəxs pulu vermək üçün 2008-ci ilin dekabr ayının 22-də həyat yoldaşı, qaynanası, Elçin adlı sürücüsü ilə birlikdə Cavanşirin Nərimanov rayonu, İ.Hidayətzadə küçəsində yerləşən ofisinə getdiklərini, müavini Vüqara zəng vurub bankdan depozitdən bütün məbləği çıxardıb gətirməsini tapşırdığını, müavini Vüqarın qeyd etdiyi bütün məbləği çıxarıb ofisə gətirib onlara verdiyini və özünün də həmin məbləği Təqsirləndirilən şəxs verdiyini göstərmişdir. Amma Şahid5 həmin hissədə həyat yoldaşı Zərərçəkmiş şəxs1 tam fərqli ifadə verərək pulu vermək üçün Təqsirləndirilən şəxs ofisinə Fikrət, özü və anasının üçünün birlikdə getdiklərini, oraya gedərkən sürücünün xidmətindən istifadə etmədiklərini və avtomobili Fikrətin özünün idarə etdiyini, Fikrət bank filialının müdiri olarkən onun müavini işləmiş Vüqarı şəxsən tanıdığını və onlar pulu Cavanşirə verərkən Vüqarın orada ümumiyyətlə iştirak etmədiyini və oraya pul gətirmədiyini bildirmiş, pulu oraya Fikrətin zəngindən sonra sürücünün gətirdiyini, pul veriləndə də sürücünün içəridə olmadığını və bu prosesi görmədiyini qeyd etmişdir. Halbuki, Zərərçəkmiş şəxs1 Bakı şəhəri Baş Polis İdarəsinə ünvanladığı xx.xx.2018-ci il tarixli ərizəsində Təqsirləndirilən şəxs onun 600000 manat pulunu digərləri ilə yanaşı sürücüsü Elçinin və işçisi Vüqarın şahidliyi ilə dələduzluq yolu ilə ələ keçirdiyini göstərmiş, bu ərizə ilə bağlı özünün verdiyi izahatda, habelə həyat yoldaşı Şahid5 izahatında da Təqsirləndirilən şəxs ofisində Elçinin və Vüqarın şahidliyi ilə 600000 manat pulun şəxsən verildiyi bir daha israr edilmişdir (cild 1, iş vərəqə 12, 21-22, 53-55). “İşıq inşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin qeydiyyatdan keçməsi və Nizamnaməyə əsasən təsisçisinin məhz Təqsirləndirilən şəxs olmasının müəyyənləşdirilməsi halı isə hüquqi şəxsin dövlət qeydiyyatından keçməsini və qanunun tələbinə əsasən təsisçinin adının Nizamnamədə əks olunmasını təsdiqləyən rəsmi məlumatdır. Bu məlumat irəli sürülmüş ittiham üzrə dələduzluq cinayətini törətməkdə təqsiri təsdiq edən sübut kimi qiymətləndirilə bilinməz. İbtidai istintaq orqanı ittiham aktında cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında imzalanmış xx.xx.2017-ci il tarixli razılaşma protokolununun özünə və həmin razılaşma protokolundakı imzaların həqiqətən müvafiq olaraq həmin şəxslərin özlərinə məxsus olmasını təsdiq edən məhkəməxətşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 413 saylı rəyinə istinad edərək onları Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini kifayət qədər sübuta yetirən sübut kimi qiymətləndirmiş və şərh etmişdir. Məhkəmə həmin sübutlara da qiymət verərkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1.2-ci maddəsində ifadə olunmuş sübutun hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərməli olmasına dair mövqeyi rəhbər tutur. Qeyd olunan razılaşma protokolu isə müəyyən gəlir əldə etmək məqsədilə digər şəxsə verilmiş pulun 40300 ABŞ dolları məbləğində hissəsinin geri alınmasının məhz protokolun özündə birbaşa göstərildiyi kimi “razılaşma əsasında” geri alındığını təsdiq edir. Tərəflər həmin razılaşmanı inkar etmirlər və bu halda imzalarını təsdiq edən tərəflərin orada icra olunmuş imzaların məhz həmin şəxslər tərəfindən ica olunduğunu təsdiq edən ekspert rəyi də irəli sürülmüş ittihamın və ümumiyyətlə cinayət hadisəsinin baş verməsinin təsdiqinə yönəlmiş sübut kimi qiymətləndirilmir. İttiham aktında sübut kimi istinad edilmiş, Azərbaycan manatının X17 dollarına nisbətdə məzənnəsinin müəyyən edilməsi üçün https://www.cbar.az/ internet saytına baxış keçirilməsinə dair protokol yalnız zərərçsəkmiş şəxs kimi tanınmış şəxs tərəfindən pulun digər tərəfə verildiyi vaxtda müvafiq məzənnənin təsdiqinə yönəlmişdir və bu protokol təqsiri, yaxud cinayət hadisəsinin baş verməsini sübut etmir. Sübut kimi istinad olunan, Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsi, məhəllə 1933 ünvanında 16 mərtəbəli binanın “B” blokunun 1-ci mərtəbəsində yerləşən 68 saylı mənzilin Şahid5 Qeysər qızına, sonradan isə X1 dair müqavilələr ibtidai istintaq orqanı tərəfindən araşdırılmış, gəlir əldə edilmək üçün müəyyən şərtlərlə verilmiş pul məbləği ilə əlaqədar təqsirləndirilən şəxsin özünün təşəbbüsü ilə girov kimi formal alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilmiş mənzilin həmin müqavilənin sonradan müvafiq qaydada ləğv edilərək faktiki təqsirləndirilən şəxs tərəfindən qardaşına verilməsi dələduzluq cinayətinin baş verdiyini təsdiq edən dəlil deyildir. Bu sənədləşmələrin tərtibində ibtidai istintaq orqanı tərəfindən cinayət xarakterli əməl müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarda və ittiham aktında ibtidai istintaq orqanı qeyd olunan mənzilin Fikrət və Şahid5ların “razılığı alınmaqla satıldığı” sübuta yetirilmiş hal kimi qiymətləndirmişdir. Bununla belə, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqında Təqsirləndirilən şəxs həmin mənzili qardaşına bağışladığını və bunun müqabilində hər hansı məbləğdə pul almadığını bildirmişdir. Təqsirləndirilən şəxsin qardaşı X25 da bu xüsusatı birmənalı təsdiq etmişdir. Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 hesabına “xxxxxx” ASC-nin Nəsimi filialının xx.xx.2018-ci il tarixli mədaxil üzrə kassa orderi ilə 15000 manat xx.xx.2018-ci il tarixli mədaxil üzrə kassa orderi ilə 2500 manat, xx.xx.2018-ci il tarixdə 1000 manat , X4 tərəfindən Zərərçəkmiş şəxs1 hesabına “xxxxxx” Açııq Səhmdar Cəmiyyətinin Elmlər filialının xx.xx.2019-cu il tarixli mədaxil üzrə kassa orderi ilə 11000 manat pul ödənilməsi faktları tərəflər arasındakı mövcud mübahisə ilə bağlı detalları əks etdirir. “İşıq inşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydiyyata alınmış “X45” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2009-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında ünvan 8 mənzil 2 ünvanında qeydiyyatda olan Şahid5 Qeysər qızının adına qeydiyyatına alınmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X35 Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasından əldə edilmiş məlumat isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 verdiyi pulun qaytarılması prosesində bu avtomobilin də hələ 2009-cu ildə 50000 manat dəyərində qiymətləndirilməklə ödənilməsinə dair ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş X23, X18, X10, X26, X27 və Kərimov Rövşən Cahangir oğlu isə uzun müddət ərzində ayrı-ayrı vaxtlarda, konkret dövrlər ərzində Cavanşirin Şirəliyevin göndərdiyi pulları – əksər hallarda həm də dəqiq məbləğlərini göstərməklə Zərərçəkmiş şəxs1 çatdırmaları ilə bağlı detallı ifadələr vermişlər. Zərərçəkmiş şəxs1 həmin ifadələri qismən təsdiq etmişdir. Məhkəmə hazırkı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 şikayəti ilə bağlı cinayət işi başlananadək olan mərhələdə aparılmış araşdırma üzrə bəzi xüsusatları qeyd etməyi də zəruri hesab edir. Belə ki, Zərərçəkmiş şəxs1 xx.xx.2018-ci il tarixli ərizə ilə Bakı şəhəri Baş Polis İdarəsinə müraciət edərək Təqsirləndirilən şəxs onun 600000 manat pulunu qaynanası, həyat yoldaşı, sürücüsü Elçin və işçisi Vüqarın şahidliyi ilə dələduzluq yolu ilə ələ keçirdiyini bildirmiş və ona dəymiş maddi ziyanın ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən bu ərizə ilə bağlı uzun müddət ərzində araşdırma aparılmış, izahatlar toplanmış, müvafiq sorğular əsasında mübahisəyə aidiyyəti ola bilən, tərəflərin izahatlarında istinad etdikləri məqamları özündə əks etdirə biləcək sənədlər toplanmışdır. Araşdırmanın yekununda toplanmış materiallar Bakı şəhəri Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisinin imzası ilə xx.xx.2018-ci il tarixli 041-3990-1218 saylı geniş icmal xarakterli məktubla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işinin başlanmasının məqsədəmüvafiqliyinə baxılması üçün Bakı şəhər prokurorunun birinci müavininə göndərilmişdir (cild 1, iş vərəqə 66-68). Bakı şəhər prokurorunun birinci müavini prosessual rəhbər olaraq xx.xx.2018-ci il tarixli V05-718 saylı məktubla qeyd olunan materialı geri qaytararaq həmin məktubunda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs 600000 manat pul verməsi faktının öz təsdiqini tapmadığını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aylıq faiz ödəmək şərti ilə 120000 manat və 30000 ABŞ dolları pul aldığının, bu pula görə həmin dəyərdə mənzilin girov kimi verildiyinin, bir neçə il ərzində həmin pulun faizlərinin ödənildiyinin, sonradan qarşılıqlı razılaşma əsasında Zərərçəkmiş şəxs1 təqdim etdiyi imtina ərizəsi əsasında girov mənzilin əvəzinə təklif olunan qeyriyaşayış sahəsinə dair müqavilə verilsə də Zərərçəkmiş şəxs1 əlavə ödəniş etmədiyindən maliyyə arayışının verilmədiyinin, habelə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 konkret məbləğlərin ödənildiyinin sübuta yetirildiyi vurğulanmış və tərəflər arasındakı münasibətlərin mülki xarakterli olması səbəbindən mülki qaydada məhkəməyə müraciət etmələri izah edilməklə material üzrə qərar qəbul edilməsi xahiş edilmişdir (cild 1, iş vərəqə 70). Bundan sonra isə Bakı şəhəri Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, qərarda araşdırma zamanı aşkar edilmiş bütün məqamlar üzrə geniş şərh verilmişdir (cild 1, iş vərəqə 71-77). Amma bu qərar qəbul edildikdən təxminən 1 il 5 ay sonra, yəni 2019-cu ilin oktyabr ayının 3-də ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən eyni prokuror – Bakı şəhər prokurorunun birinci müavini özünün yazılı rəsmi mövqeyi ilə gəlinmiş hüquqi nəticəyə əsaslanmış həmin material üzrə qəbul edilmiş qərarı ləğv etmişdir. Bu qərarda cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda şərh olunan hallar faktiki eyni şəkildə şərh edilmiş, yalnız qeyd edilən materialın öyrənilərkən “araşdırma zamanı Zərərçəkmiş şəxs1 ərizəsində göstərilən bütün xüsusatların yoxlanılmadığı, onun və digər şəxslərin izahatlarında olan bütün ziddiyyətlərin tam aradan qaldırılmadığı, şikayətlə bağlı zəruri sənədlərin götrülüb materiala əlavə edilmədiyi” qeyd olunmuş, həm də qərar ləğv edildikdən sonra araşdırmanın davamı ilə bağlı hər hansı mövqe bildirilməmişdir (cild 1, iş vərəqə 80-82). Cinayət işinin materiallarında qeyd olunan mərhələdə, yəni xx.xx.2018-ci il tarixdən sonra Zərərçəkmiş şəxs1 həmin vaxt qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan narazı olması ilə bağlı hər hansı rəsmi ərizəsi və müraciəti cinayət işinin materiallarında mövcud deyildir. Bununla belə, xx.xx.2019-cu il tarixdən etibarən Zərərçəkmiş şəxs1 özündən başlanılmaqla Azərbaycan Respublikasının Baş prokurorunun adına izahatlar alınmış, digər təhqiqat hərəkətləri yerinə yetirilmişdir. Burada diqqət çəkən məqam həm də ondan ibarətdir ki, Baş prokurorluq tərəfindən alınan izahatlarında da Zərərçəkmiş şəxs1 və Şahid5 həqiqəti təhrif edərək yenə də ofisində Təqsirləndirilən şəxs Elçinin və Vüqarın şahidliyi ilə 600000 manat pulu şəxsən verdiklərini israr etməkdə davam etmişlər (cild 1, işvərəqə 83-85, 87-89). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarının 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının olmaması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanının irəli sürdüyü ittihamın Zərərçəkmiş şəxs1la bağlı hissəsi üzrə toplanmış sübutların məcmusu ilə ümumiyyətlə Təqsirləndirilən şəxs nəinki özgə əmlakını əldə edənədək həmin əmlakın talanmasına yönəlmiş niyyətinin yaranması sübuta yetmir, ümumiyyətlə onun tərəfindən Zərərçəkmiş şəxs1 əmlakının talanması hadisəsinin baş vermədiyi müəyyən olunur. Beləliklə, məhkəmə bütün yuxarıda qeyd olunanları nəzərə alaraq, ibtidai istintaq orqanının təqdim etdiyi sübutları məhkəmədə araşdırıb bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona istinad edilən Zərərçəkmiş şəxs1 qarşı dələduzluq cinayəti törətməsi hadisəsi - cinayətin əlamətlərini özündə əks etdirən hadisə müəyyən olunmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. X2rşı işində X31 Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. X31 Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərar, X32rşı iş üzrə xx xxxxxxx 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin sübutların yoxlanılması və qiymətləndirilməsindən bəhs edən müddəalarının tələbləri baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, cinayət-prosessual qanunvericiyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir (maddə 145.3). Hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir (maddə 145.2). Bundan əlavə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (maddə 351.2). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi olmadığına görə - baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmaması əsası ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı cinayət törətməsi epizodu üzrə bəraət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs bəraət verilməli olması ilə bağlı nəticəyə gələrkən yuxarıda sadalanan sübutlarla yanaşı aşağıdakılara da istinad edir: Belə ki, “Layıcov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır. Prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünün şübhə altına alınıb-alınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci və 42.1.1-ci maddələrinin tələblərinə görə, cinayət hadisəsi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, həmin məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası tam, hərtərəfli və obyektiv olaraq tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci və 42.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs etibardan suiistifadə edib aldatma yolu ilə özgənin - Zərərçəkmiş şəxs1 külli miqdarda əmlakını ələ keçirməsi, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət hadisəsinin olmaması müəyyən edildiyindən ittihamın qeyd olunan hissəsində Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddəsi ilə bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində bu epizod üzrə cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, məhkumluğu, cəza təyini, maddi ziyan, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələnin müzakirəsi istisna təşkil edəcəkdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qeyd olunan epizod üzrə qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ittiham olunduğu iki cinayət epizodundan biri üzrə – Zərərçəkmiş şəxs2 qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Zərərçəkmiş şəxs1 ilə bağlı hissədə isə bəraət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən isə əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə həm də hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsi Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin xx xxxxxx 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir (cild 2, iş vərəqə 253-255, 288-298; cild 3, iş vərəqə 41-47). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı həbsdə və ev dustaqlığında olduğu 10 (on) ay 12 (on iki) gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış xx xxxx 2005-ci il tarixli 97 nömrəli müqavilə, xx xxxxxx 2008-ci il tarixli 107/26-06m nömrəli müqavilə, xx.xx.2013-cü il tarixli 97(14) nömrəli müqavilə, xx.xx.2014-cü il tarixli razılaşma protokolu, xx xxxxx 2015-ci il tarixli 97(14)-1 nömrəli müqavilə, xx.xx.2017-ci il tarixli barışıq sazişi, xx xxxxxxx 2013-cü il tarixli 107/26-68 nömrəli müqavilə, kassa mədaxil orderləri cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət veriləcək epizod üzrə keçirilmiş ekspertiza ilə bağlı 100 (bir yüz) manat məbləğində məhkəmə xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Cinayət işinin materiallardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə olduğu müddətdə xx xxxxxx 2019-cu il tarixdə 159000 manat, xx xxxxxx 2020-ci il tarixdə 60000 ABŞ dolları nağd pul vəsaiti ibtidai istintaq orqanına təqdim edilmiş və xx xxxxxx 2019-cu il tarixli ƏXZ/1 seriyalı 132552 №-li, xx xxxxxx 2020-ci il tarixli ƏXZ/1 seriyalı 132568 №-li kassa mədaxil orderləri ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuşdur (cild 3, iş vərəqə 7, 9-10,17, 38-40). Qeyd olunan məbləğ tam şəkildə Təqsirləndirilən şəxs qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.1996-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 42.1, 42.1.1, 42.2.1, 346-347, 349-350, 352-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai həbsdə və ev dustaqlığında olduğu 10 (on) ay 12 (on iki) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində 4 (dörd) il 1 (bir) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 qarşı dələduzluq əməlini törətməsi ilə bağlı hissədə cinayət hadisəsi olmadığından ona bəraət verilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın və məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. İş üzrə maddi sübutlar - xx xxxx 2005-ci il tarixli 97 nömrəli müqavilə, xx xxxxxx 2008-ci il tarixli 107/26-06m nömrəli müqavilə, xx.xx.2013-cü il tarixli 97(14) nömrəli müqavilə, xx.xx.2014-cü il tarixli razılaşma protokolu, xx xxxxx 2015-ci il tarixli 97(14)-1 nömrəli müqavilə, xx.xx.2017-ci il tarixli barışıq sazişi, xx xxxxxxx 2013-cü il tarixli 107/26- 68 nömrəli müqavilə, kassa mədaxil orderləri cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq mərhələsində Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş 159000 (bir yüz əlli doqquz min) manat və 60000 (altmış min) ABŞ dolları pul vəsaitləri Təqsirləndirilən şəxs qaytarılsın. Keçirilmiş ekspertiza ilə bağlı 100 (bir yüz) manat məbləğində məhkəmə xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-468/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-468/2020
15.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver