Məhkəmə qərarları › İş №1(101)-468/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-468/2024

24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-468/2024 24.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxx 2003-cü ildə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Tərtər rayonu, Çardaxlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, Abşeron RPİ-nin İstintaq şöbəsi tərəfindən istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 26 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 oktyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün verilmiş vəsatət Abşeron rayon prokuroru tərəfindən təmin edilməmiş və həmin tarixdə həbsdən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Bakı şəhəri, Nəsimi RPİ-nin İstintaq şöbəsi tərəfindən istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 16 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1, 182.2.1, 182.2.2, 182.2.4 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi 09 sentyabr 2022-ci il tarixdə saat 00:15-də Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Əcəmi küçəsi, 3 nömrəli tam orta məktəbin qarşısında dayanmış Zərərçəkmiş şəxs1 və Şahid7 siqarət istəmək bəhanəsilə yaxınlaşıb, Zərərçəkmiş şəxs1 üzərlərində siqaret olmadığını bildirməsindən sonra, sonuncunun əlində saxladığı içərisində 4000 manat pul olan zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 10 manat dəyərində pul kisəsini dartıb ələ keçirərək açıq talamış və Zərərçəkmiş şəxs1 özünə məxsus əmlakın geri qaytarması ilə əlaqədar çağırışlarına məhəl qoymadan əmlaka əlçatanlığını təmin etmək məqsədilə hadisə yerindən qaçıb uzaqlaşmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 4010 (dörd min on) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa o, təkrar, 2022-ci ilin noyabr ayının əvvəllərində Şahid2 ilə tanışları vasitəsilə təşkil olunmuş görüş zamanı, sonuncunun keçmiş kürəkəni Zərərçəkmiş şəxs2 2008-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 25200 manat təşkil edən 30000 ABŞ dolları məbləğində verdiyi borc pulun Zərərçəkmiş şəxs2 alınaraq qaytarılmasına köməklik edəcəyi və bunun müqabilində mükafatlandırılacağı barədə razışlaşdıqdan sonra özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə şəxsiyyəti məlum olmayan tanışı “Hikmət” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, aralarında olan rol bölgüsünə əsasən o, Zərərçəkmiş şəxs2 qorxu hissi yaratmaq üçün 13 noyabr 2022-ci il tarixdə saat 14 radələrində sonuncunun yaşadığı ünvan 3 ünvanının qarşısına gələrək içərisində məlum olmayan mənbədən əldə etdiyi 1 ədəd təlim əl qumbarası və 1 ədəd saplağı qırılmış qərənfil gülü olan bağlamanı qapının kandarına qoymaqla bu hərəkətləri barədə “Hikmət” adlı şəxsi məlumatlandırdıqdan sonra, sonuncu +**********55 saylı mobil telefon nömrəsinin “vatsap” ani mesajlaşma proqramının zəng xidməti vasitəsilə Zərərçəkmiş şəxs2 istifadəsində olan ********** saylı mobil telefon nömrəsinə zəng edib Şahid2 ödənilməli olan pulun qaytarılmayacağı halda ailə üzvlərinin həyatına son qoyulması hədəsi ilə növbəti bağlamanın yaşadığı ünvana göndəriləcəyini bildirməklə Zərərçəkmiş şəxs2 və sonuncunun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərəcəyi hədəsi ilə 25200 manat xeyli miqdarda pulu təkrar hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs naməlum mənbədən məlum olmayan vaxtda zavod üsulu ilə istehsal olunmuş müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsini, bir ədəd «UZRQM» tipli partlayıcını, F-1, RQD-5, RQ-42 əl qumbaralarının partlayıcısını, həmin bir ədəd «UZRQM» tipli partlayıcı ilə komplektləşdirildikdə zavod üsulu ilə istehsal olunmuş döyüş sursatı hesab olunan 1 ədəd əl qumbarasını qanunsuz olaraq əldə edib özündə saxlamaqla daşıyaraq gəzdirmiş, 16 noyabr 2022-ci il tarixdə saat 10:00-da Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 2/51-in yanında Bakı şəhəri, Nəsimi rayon Polis idarəsi 19-cu Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq həmin polis şöbəsinə gətirilib, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkcəsinin cibindən zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsi, bir ədəd «UZRQM» tipli partlayıcı, F- 1, RQD-5, RQ-42 əl qumbaralarının partlayıcısı, həmin bir ədəd «UZRQM» tipli partlayıcı ilə komplektləşdirildikdə zavod üsulu ilə istehsal olunmuş döyüş sursatı hesab olunan 1 ədəd əl qumbarası aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, baş verən hadisə bir anlaşılmazlıq olmuşdur. Belə ki, Ukraynada olan bir tanışı onunla əlaqə saxlayıb hədiyyə olduğunu və həmin hədiyyəni aparıb deyiləcək ünvana çatdırmaq lazım olduğunu bildirmişdir. O da, pul qarşılığında həmin hədiyyəni aparıb ünvanına çatdırmışdır. Verilən ittihamlardan o, yalnız soyğunçuluqda özünü təqsirli bilir, Zərərçəkmiş şəxs2 ilə bağlı epizodu qəbul etmir. Həmçinin o, mobil telefonla heç kimi yığmamışdır. Ona guya üzərində əl qumbarası aşkar olunması barədə ittiham verilmişdir. Lakin o, həmin ittihamla da razı deyildir. O, yalnız hədiyyə qutusunu aparmış və ona deyilən yerə qoymuşdur, lakin bu zaman qutunun içərisində nə olduğunu bilməmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, Zərərçəkmiş şəxs1 ilə eyni ərazidə qaldıqları üçün onu tanımışdır. Hadisə günü də o, Ağadan siqaret istəmiş, sonuncu ona acı cavab vermişdir. O da, buna görə Ağanın əlindəki kisəsini götürüb oradan qaçmışdır. Sonradan kisənin içərisinə baxanda pul olduğunu görmüşdür. Ceyhunu o, əvvəllər görməmişdir. Toğrul onun dostu olmuş və o, Toğrulun telefonu ilə Haqverdiyə zəng etmişdir. «Porşe» markalı avtomaşın Haqverdiyə məxsus olmuşdur. Haqverdi onları Tiflizxanla tanış etmişdir. Onlar Tiflisxanla maşında görüşmüşlər. O, Tiflizxanın kiməsə pul verdiyini xatırlamır. Əvvəlcədən hədiyyə göndəriləcəyindən onun məlumatı olmamışdır. Yalnız polis şöbəsində olarkən hədiyyə qutusunda əl qumbarası və qərənfil olduğunu bilmişdir. İstintaq zamanı dindirilərkən o, yalnız birinci ifadəsinə imza etmiş, sonradan isə ifadə verməmişdir. İstintaqda Haqverdi ilə onun arasında üzləşdirmə aparılmışdır. Hədiyyəni aparmağa görə ona 100 manat pul verilmiş, bundan əlavə pul almamışdır. Hikmət ona dediyinə görə, o, hədiyyə qutusunu deyilən ünvana aparıb qoymuşdur. İstintaq zamanı onun dindirməsi videoçəkiliş altında aparılmış, təzyiq altında olduğuna görə hər şeyi etiraf etmişdir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edilmişdir. Həmin ifadəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1, 182.2.1, 182.2.2, 182.2.4 və 228.1-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 12 noyabr 2022-ci il tarixdə dostu Şahid3 ilə birlikdə olan zaman Şahverdi Toğrula zəng etmiş və o, Toğrulla bilrlikdə Bayıl qəsəbəsinə gedərək Şahverdi ilə görüşmüşdür. Həmin vaxt Şahverdi ona demişdir ki, Tiflizxan adlı şəxsin keçmiş kürəkəni ilə aralarında borc məsələsi vardır və keçmiş kürəkəni ondan aldığı pulu qaytarmır, həmin şəxslə görüşüb danışaraq razılaşmaq lazımdır ki, keçmiş kürəkən həmin pulu qaytarsın. Həmçinin demişdir ki, Tiflizxan adlı şəxs ilə danışmış, həmin şəxs hazırda Xəzər rayonunda toydadır. Ondan sonra Şahverdinin idarə etdiyi aq rəngli «Porşe» markalı avtomobilə onunla Toğrul minərək Xəzər rayonu, Buzovna qəsəbəsi “Zaqulba” şadlıq sarayına getmişlər. Həmin gün saat 18:30 radələrində onlar “Zaqulba” şadlıq sarayının qarşısına çatmışlar və çox keçməmiş Tiflizxan adlı şəxs Haqverdinin idarə etdiyi avtomobilə arxa sağ tərəfdən yaxınlaşaraq avtomobilə minmişdir. Tiflixzan görüşmələrinə səbəb olan hadisə ilə bağlı danışmağa başlamış, bildirmişdir ki, qızı ilə Ceyhun adlı şəxs illər əvvəl nikaha daxil olmuşlar və həmin nikahdan da uşaqları olmuşdur. Tiflizxan hər cür maddi dəstəklə onlara yardım etmiş və hətta 2008-ci ildə bankdan onun üçün 30000 ABŞ dolları götürmüş və Ceyhuna vermişdir. Ceyhun da həmin pula gedib özünə ev almışdır. Daha sonra Ceyhun ona verdiyi vədlərə əməl etməmiş və aldığı pulu qaytarmamış və zaman-zaman həmin pulun qaytarılmasından yan keçmişdir. İndi də həmin pulu ondan ala bilmir. Xahiş etmişdir ki, Ceyhunla görüşüb söhbət etmək lazımdır ki, Ceyhun anlasın ki, pulu vermək lazımdır və bu səbəbdən, həm onlardan, həm də öz tanışlarından xahiş etmişdir ki, Ceyhunla danışıb onu başa salsınlar ki, 2008-ci ildə ondan aldığı pulu qaytarsın. Sonra onlar, yəni o, Tiflizxan və Toğrulla birlikdə Şahverdinin idarə etdiyi avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, 3cü mikrorayon ərazisinə getmişlər. Getməkdə məqsədləri o, olmuşdur ki, Tiflizxan ona Ceyhunun evini göstərsin və Ceyhunu harada tapmaq lazım olduğunu bildirsin. Yolda gedən vaxtı Tiflizxan onlarla ara-sıra söhbət edirmiş, gah keçmiş kürəkənindən, gah da Ceyhuna verdiyi pullardan danışmışdır. Hətta söhbət zamanı Tiflizxandan nə qədər Ceyhundan pul istədiyini soruşduqda, bir daha Ceyhuna 2008-ci ildə 30000 ABŞ dolları verdiyini, lakin Ceyhunun hələ də pulu qaytarmadığını demişdir. Söhbət zamanı Tiflizxandan həmin vaxt pulun, yəni dolların kursunun aşağı olduğunu dedikdə, Tiflizxan “fərq etməz, yetər ki, mənim 24000-25000 manata yaxın pulumu özümə versin, mənə yetər” demişdir. Çünki dəfələrlə aralarında söhbət olduğunu, ondan əvvəllər verdiyi 30000 ABŞ dollarını, yəni 2008-ci ildə verdiyi pulu istəmişdir. Hətta Ceyhun ona pulun dəyərinin aşağı olduğunu bildirmiş, müxtəlif bəhanəlrlə pulu ödəməkdən yan qaçmışdır. Hətta yolda Ceyhunla danışanda 30000 ABŞ dollarının hazırda 25000 manata yaxın pul olduğunu deyəcəyi təqdirdə, onun mübahisə etməməsini və o məsələdə düz olduğunu deyib razılaşmasını istəmişdir. O da, özlüyündə düşünmüşdür ki, həmin pul qaytarılarsa, özünə də pul çatmış olar. Məqsədi də o, olmuşdur ki, 25000 manat pul ödətdirsin. Bundan sonra Tiflizxanla ünvan 4 ünvanın qarşısına getmişlər. O, Ceyhunun yaşadığı mənzilin həmin binanın 9-cu mərtəbəsində yerləşdiyini demişdir. Bir daha xahiş etmişdir ki, Ceyhunla burada görüşsün, Ceyhuna başa salsın ki, pulu ödəsin. Daha sonra konkret xatırlamasa da, axşam saatlarında Tiflizxan Haqverdinin idarə etdiyi avtomobildən Əcəmi dairəsi adlanan yerdə düşmüş, restoranda olan toy məclisinə getməli olduğunu demişdir. Onlarla sağollaşmış və əziyyət çəkib işi ilə maraqlandıqları və ona vaxt ayırdıqları üçün onlara 200 manat pul vermişdir ki, həmin pula yemək yesinlər. O isə, bir daha ona Ceyhunla görüşüb söhbət edəcəyini demişdir. Ardınca onlar uşaqlarla, yəni yuxarıda adlarını çəkdiyi Haqverdi və Toğrulla hazırda adını xatırlamadığı restoranda oturub yemək yemişlər və onlarla da həmin gün sağollaşıb yaşadığı evə getmişdir. Evdə olarkən qərara gəlmişdir ki, Ceyhunu ilkin olaraq qorxutsun və ondan Tiflizxana olan borcunu ödətdirsin. Planlaşdırmışdır ki, evdə saxladığı, Tərtər rayonunda çay quruyarkən çay yatağından tapdığı 1 ədəd təlim əl qumbarasını qutuya qoysun və yanında da bir ədəd qərənfil qoyub Ceyhuna bağlama gəldiyini bildirsin. Daha sonra isə Ceyhun bu həyəcan yaşantısından ondan qorxsun və onunla söhbət etsin ki, Tiflizxandan aldığı pulu qaytarsın. Ardınca qərarlaşdırdığı kimi yaşadığı evdə bir ədəd karton hədiyyə qutusunun içərisinə bir ədəd əl qumbarası və bir ədəd dükandan qərənfil gülünü qutunun içərisinə qoymuş, üzərinə qırmızı lent ilə bağlamışdır. 13 noyabr 2022-ci il tarixdə saat 14 radələrində özü düzəltdiyi hədiyyə qutusunu götürmüş, “Bolt” taksi vasitəsi ilə ünvan 5 ünvanına getmişdir. Hazırda xatırlamadığı blokdan qalxıb 9-cu mərtəbədə yerləşən 34 saylı mənzilin qarşısına getmişdir. O, qapını döymüş və bir nəfər qadın cavab verərək kim olduğunu soruşmuşdur. O, həmin mənzildə Ceyhun müəllimin yaşayıbyaşamamasım soruşmuş, həmin qadın Ceyhunun həmin mənzildə yaşamasını, lakin evdə olmadığını bildirmişdir. O, Ceyhun müəllimə çatası bağlamanın olmasını demiş, lakin həmin qadın Ceyhunla əlaqə saxlayıb cavab verəcəyini bildirmişdir. Bir necə dəqiqə sonra həmin qadın qapını açmadan Ceyhun ilə danışmasını və heç bir sifariş vermədyini bildirmişdir. Buna görə də o, həmin qadına bağlamanın qapının qarşısına qoyacağını bildirmiş və həmin bağlamanı qoyub ünvandan çıxaraq oranı tərk etmişdir. Bir daha məqsədi onu qorxutmaq olmuşdur ki, Ceyhun qutunu açanda əl qumbarasını görsün və öləcəyi ilə qorxub qərənfilin də qəbri üstə qoyulacağı düşüncəsini yaşasın. Daha sonra isə Ceyhunla görüşüb bir daha söhbət etsin. Onu da qeyd edir ki, Haqverdi ona tanışları olan Surac və Hikmət adlı şəxsin də nömrəsini vermişdir ki, onlarla məsləhətləşsin və gələcəkdə pul qaytarılarsa, haqqı çatan məbləği onlardan istəsin. O, bu səbəbdən yuxanda qeyd etdiyi kimi təlim qumbarasını və qərənfili qutuya qoymuş, oradan çıxıb getmişdir. Hazırda adını xatırlamadığı şəxsdən mobil telefonu alaraq ilk öncə Suraca zəng vurmuşdur, lakin Surac bu işdə Hikmətin maraqlı olmasını deyib Hikmətlə əlaqə saxlamasını ona demişdir. Bundan sonra o, Hikmət adlı şəxsə zəng vurmuş, etdiyi hərəkət barədə ona danışmışdır. Hikmət isə onun hərəkətini dəstəkləyərək yaxşı addım atdığını demiş, özünün də Ceyhuna zəng vurub danışacağını və Tiflizxana olan pulu qaytarılmalı olduğunu deyəcəyini bildirmişdir. Razılaşmışlar ki, Hikmət Ceyhuna zəng edib onu qorxudacaq. Onunla sağollaşıb Ceyhuna “podarka” göndərildiyini deyəcəyini bildirmişdir. Bir müddət isə həmin məsələdən uzaq durmuşdur ki, Ceyhun bu barədə polislərə məlumat verə bilər. Bu səbəbdən Ceyhunla hələ əlaqə saxlamamışdır ki, məsələ səngimiş olsun və sakit bir vaxtda ona yaxınlaşaraq Ceyhunla söhbət etsin və qumbara qoyduğunu desin, verməyəcəyi təqdirdə, daha da ağır problemlər yaşayacağını xəbərdar etsin. Beləliklə, elə yaşadığı Abşeron rayonu Mehdiabad qəsəbəsində bir neçə gün orada qalmışdır. 16 noyabr 2022-ci il tarixdə səhər yuxudan qalxmış və düşünmüşdür ki, həmin gün gedib Ceyhunla söhbət etsin, bir daha ona başa salsın ki, Tiflizxandan 2008-ci ildə aldığı borcunu ödəsin. Həmin vaxt Mehdiabad qəsəbəsində hazırda xatırlamadığı məişət tullantılarının yanından keçərkən oradan bir ədəd paslanmış əl qumbarası tapmış və üzərində saxlamışdır. Həmin gün Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsinə getmiş və plana uyğun hərəkət edərkən saat 10 radələrində 2 nəfər mülki geyimdə şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra həmin polis əməkdaşları cinayət törətməkdə şübhəli olduğunu demiş, onu Nəsimi RPİ-nin 19-cu PŞ-nə aparmışlar. Polis şöbəsində olan xidməti otağlarından birində polis əməkdaşları ona hüquq və vəzifələrini izah etmiş, ardınca üzərində şəxsi axtarış aparacaqlarını bildirmiş və bunun üçün videoçəkilişdən istifadə edəcəklərini demişlər. Axtarış zamanı o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd F-1 əl qumbarasını təqdim etmişdir. Polis əməkdaşları həmin əl qumbarasının haradan əldə etdiyini soruşanda, o, həmin əl qumbarasını xx.xx.2022-cı il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində, məişət tullantılarının yanından tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs Abşeron rayon polis idarəsinin istintaq şöbəsində araşdırılan cinayət işi üzrə ittiham olunduğu maddə ilə özünü təqsirli bilərək göstərmişdir ki, 09 sentyabr 2022-ci il saat 00:15 radələrində qrup yoldaşı Şahid8 ilə birlikdə Bakı şəhər mərkəzindəm yaşadığı ünvana qayıtmışlar. Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 3 nömrəli tam orta məktəbin yaxınlığındakı yolda piyada hərəkətdə olduqları zaman Məhəmməddən siqaret olub-olmadığını soruşmuş, o isə, siqaretin qurtardığını bildirmişdir. Həmin vaxt orada iki nəfər şəxsin dayanaraq söhbət etdiyini görmüşlər. Bu vaxt onunla gedən Məhəmmədə dayanmasını bildirirb, məktəbin qarşısında olan iki nəfərdən siqaret istəmək üçün yaxınlaşmış, sonradan tanıdığı Şahid7 siqaretinin olub-olmadığnı soruşmuşdur. Bu vaxt sonradan tanıdığı Zərərçəkmiş şəxs1 ona sərt şəkildə siqaretlərinin olmadığını demişdir. O, Ağadan siqaret istəmədiyi halda cavab verməsinə görə irad bildirmiş, Zərərçəkmiş şəxs1 onun iradını qəbul etməmiş və aralarında sözlə mübahisə yaranmışdır. Bu vaxt Ağanın əlində pul kisəsi olduğunu görmüş və əsəbi olduğu üçün pul kisəsini əlindən dartıb alaraq qaçmağa başlamışdır. Qaçarkən Məhəmmədin “hara qaçırsan?” dediyini eşitmiş və arxasınca qaçdığını görmüşdür. Sonradan arxasınca kimsənin gəlmədiyinə əmin olduqdan sonra dayanmışdır. Bir neçə saniyədən sonra Məhəmmədin qaçaraq gəldiyini görmüş, Məhəmməd ona çatdıqda təngnəfəs halda nə baş verdiyini soruşmuş və pul kisəsini oğurlamasından xəbərsiz olduğunu görüb ona mübahisə vaxtı həmin uşaqları tanıdığını, onlardan uzaqlaşmaq üçün mübahisə etdiyi uşağı itələyib qaçdığını demişdir. 26 oktyabr 2022-ci il tarixdə polis əməkdaşları onu saxlamış və Abşeron rayon Polis İdarəsi Mehdiabad Polis bölməsinə aparmışlar. İstintaq zamanı bildirmişdir ki, 09 sentyabr 2022-ci il tarixdə Ağa Eyazlıya qarşı soyğunçuluq edən zaman ona qarşı və ya yanında olan Şahid7 qarşı hər hansı bir formada fiziki güc tətbiq etməmişdir, silah və ya silah qismində istifadə edilə biləcək əşya ilə, sözlə hədə-qorxu gəlməmişdir. 09 sentyabr 2022-ci il tarixdə Ağa Eyazlıya qarşı soyğunçuluq etməzdən öncə aralarında mübahisə yaranan zaman Şahid7 onlara “boş bir şeyə görə mübahisə etmək lazım deyil” ifadələrini işlətmiş və onları sakitləşdirməyə çalışmış, Şahid8 isə heç bir müdaxilə etmədən kənarda dayanmış və mübahisə yarandığını gördükdən sonra “Elgün gəl gedək” ifadələrini işlətmişdir. 09 sentyabr 2022-ci il tarixdə Ağa Eyazlıya qarşı soyğunçuluq etməyi əvvəlcədən planlaşdırmamış, onun belə bir niyyəti olmamış, mübahisə əsnasında Zərərçəkmiş şəxs1nm əlində pul kisəsi olduğunu görmüş, ondan siqaret istəmədiyi halda kobud və yersiz müdaxilə etməsi səbəbilə ona acıqlandığı üçün özündən asılı olmadan ani qərar verərək onun pul kisəsini qəfil dartıb əlindən alaraq qaçmışdır, Şahid8 baş vermiş hadisədə onunla əlbir olmamışdır, hadisə vaxtı yaxınlaşaraq ondan nə baş verdiyini soruşduqda, pul kisəsini götürdüyündən xəbərsiz olduğunu görüb Məhəmmədə mübahisə vaxtı həmin uşaqları tanıdığını, onlardan uzaqlaşmaq üçün mübahisə etdiyi uşağı itələyib qaçdığını demişdir. Sonradan Məhəmmədə bu barədə heç bir məlumat verməmişdir (cild 3, iş vərəqi 87-91). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs videoçəkilişlə dindirmə zamanı iitham olunduğu cinayət üzrə yuxarıda qeyd olunan etirafedici ifadəsini təsdiq etmişdir (cild 1, iş vərəqi 135-137). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərdi ki, hadisə baş verən gün o, evdə olmamışdır. Evdən ona zəng gəlmiş, qapının zənginin kiminsə tərəfindən çalındığını, həmin şəxsin koropkanın içərisində giriş qapısının qarşısına nəsə qoyduğunu bildirmişlər. O, evdəkilərə bayıra çıxmamağı tapşıraraq özünün də evə gələcəyini demişdir. Bundan sonra polisə zəng edərək məlumat vermiş, özü də dərhal evə getmişdir. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs2 bildirdi ki, «F-1» əl qumbarası hədiyyə qutusunun içində sadə selofana bükülmüş vəziyyətdə olmuşdur. Evə gəldikdən sonra polis işçiləri onun yanında qutunu açmış, həmin vaxt da o, qutunun içərisində qumbara və qərənfil olduğunu görmüşdür. Hikmətdən əvvəl tanımadığı başqa bir şəxs ona zəng etmişdir. Ona xəbər göndərmişlər ki, 30.000 ABŞ dolları məbləğində pulu Tİflizxana vermək lazımdır. Hadisədən qabaq Hikmət ona zəng edərək hədiyyə göndərdiyini bildirmiş və onu alıb-almaması ilə maraqlanmışdır. Bundan sonra isə polis bölməsinin rəis müavini telefonda Hikmətlə danışmışdır. O, Elgünün adını heç vaxt eşitməmiş, nə də onun adını çəkən olmamışdır. Sadəcə Elgün ona hədiyyə gətirdiyini bildirmişdir. Hikmətdən başqa kimsə ona zəng etməmiş, həmçinin Elgün də ona zəng vurmamışdır. «F-1» əl qumbarasını Fövqəladə Hallar Nazirliyinin əməkdaşları götürüb aparmış, onun yararlı və ya yararsız olduğunu bilməmişdir. O, Tiflizxandan Hikmətin kim olduğunu soruşmuş, o isə, belə adam tanımadığını bildirmişdir. Onun hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəsini təsdiq etməsi barədə mövqeyi ilə bağlı məhkəmədə onun tərəfindən verilmiş həmin ifadə tədqiq olundu. Zərərçəkmiş şəxs2 həmin ifadəsində göstərmişdir ki, 2007-ci ildə X6 ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan iki qız və bir oğul övladı dünyaya gəlmişdir. Elə həmin vaxtdan Şahid2la qohumluq münasibətləri yaranmışdır. Lakin ailədaxili problemlər olduğundan 2018-ci ildə rəsmi nikahlarına xitam verilmişdir. Bununla belə, nikahla bağlı mülki mübahisələri məhkəmə qaydasında davam etmişdir. Belə ki, mübahisələri nikah dövründə alınan qızıllar və atasının “Toyota Camry” markalı avtomobili barədə olmuşdur. Bütün bu mübahisələrdən sonra 2018-ci il tarixdən etibarən Şahid2 ondan 30.000 ABŞ dolları məbləğində pul tələb etmişdir. Tiflizxanın iddiası olmuşdur ki, guya ona vaxtilə, yəni 2008-ci ildə 30.000 ABŞ dolları məbləğində ev almaqda, cehiz almaqda kömək etmək üçün bankdan borc pul götürmüşdür. Bu səbəbdən Tiflizxana ziyan dəymiş, habelə ona ev almaqda yardımçı olmuşdur.Beləliklə, heç bir əsas olmadan Şahid2 ondan həmin vaxt verdiyi 30.000 ABŞ dollarını tələb etmişdir. 2020-ci ilin sentyabr ayının əvvəllərində Masallı rayonunda olduğu zaman qardaşı Bəhruz Cəfərzadə zəng edərək bir nəfərin onu axtardığını bildirmişdir. O, qardaşının deməsindən sonra Bakı şəhərinə gələrək, səhv etmirsə, adını Rəşad kimi xatırladığı şəxslə «Moskva» univermağının yaxınlığında çayxanada görüşmüşdür. Həmin şəxs ondan Tiflizxana borcu olubolmamasını soruşduqda, o, həmin şəxsə ailə münasibəti olduğunu demiş və söhbəti danışdıqdan sonra həmin şəxs bu söhbətə qayıtmayacağmı deyib onunla sağollaşaraq getmişdir. 2022-ci il noyabr ayının 8-də saat 23:22-də istifadəsində olan ********** saylı mobil nömrəsinə +**********55 saylı mobil nömrədən “Votsap” sosial tətbiqindən zəng gəlmiş, zəng edən şəxs özünü avtoritet “Hikmət” kimi təqdim etmiş və Türkiyə Respublikasında olduğunu bildirmişdir. Söhbət əsnasında ona keçmiş qaynatası Tiflizxana 30000 ABŞ dolları borclu olduğunu demiş və həmin pulu ona verməli olduğunu bildirmişdir. O isə, bir daha keçmiş qaynatası Tiflizxana borcu olmadığını demişdir. Belə ki, Şahid2 Hikmətə yaxın qardaşları vasitəsilə çıxmış, münasibət qurmuş və 2008-ci il tarixdə verdiyi 30000 ABŞ dollarının alınmasını ondan xahiş etmişdir. Şahid2 onunla hər gün danışmış və bu barədə ondan cavab gözləmişdir. Bu zaman o, Hikmətə Tiflizxana hər haıısı bir borcunun olmadığını demiş, aralarında olan mülki mübahisələrin də məhkəmədə olduğunu bildirmişdir. 13 noyabr 2022-ci il tarixdə saat 14 radələrində yaşadığı ünvan 8 ünvanında yaşayan anası Şahid6 onun mobil telefonuna zəng edərək bildirmişdir ki, bir nəfər tanımadığı şəxs qapını döyərək onun ünvanına xaricdən bağlama gəldiyini demişdir. O isə, qapını açmamasını, onun ünvanına hər hansı bir bağlamanın gəlməli olmadığını bildirmişdir. Özünün ora gələcəyini söyləyərək, həmin vaxt qardaşının iş yeri olan «Moskva» univermağından qardaşı ilə birlikdə yaşadığı evə gəlmişdir. Bu zaman selofan torbanın qapı önündə olduğunu, torbanı açdıqda içərisində üzəri qırmızı lent olan karton qutunun olduğunu görmüşdür. Dərhal baş vermiş hadisə barədə 102 zəng mərkəzinə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəlmiş və onun iştirakı ilə qutuya baxış keçirilən zaman qutunun içərisində 1 ədəd əl qumbarasının və saplağı qırılmış bir ədəd qərənfil gülünün qoyulduğunun şahidi olmuşlar. Hadisələrin gedişatı zamanı onun istifadəsində olan yuxarıda qeyd etdiyi nömrədən zəng getmiş və mobil telefonda özünü Hikmət kimi təqdim edən şəxs ondan göndərilən hədiyyənin çatıb-çatmadığını soruşmuşdur. Ardınca isə Tiflizxana olan borcunun qaytarmadığı təqdirdə ikinci hədiyyəsinin ailə üzvlərinin həyatına son qoyacağı ilə hədələmişdir. Şərt kəsmişdir ki, Tiflizxanın yanına getsin, orada ona 2008-ci il tarixdə aldığı 30000 ABŞ dolla məbləğində pulu ödəsin və Tiflizxan ona zəng etsin və o, bu məsələni bağlasın. Bundan sonra o, həmin şəxslə danışığını bitirmiş və polis şöbəsinə dəvət edilərək araşdırmanın aparılmasına başlanılmışdır (cild 1, iş vərəqi 24-28). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 08 sentyabr 2022-ci il tarixdə yaşadığı evin həyətində olan zaman təxminən saat 03 radələrində dostu Şahid7 mobil telefonuna zəng vuraraq görüşmək istədiyini bildirmiş və Əhmədlə Mehdiabad qəsəbəsi ərazisində görüşmüşlər. Sonra Əhmədlə piyada gəzə-gəzə Mehdiabad qəsəbəsinin mərkəzinə doğru getmişlər. Həmin vaxt Əhmədin dişlərində problem olduğuna görə həkimə göstərmək üçün getmiş, oradan çıxdıqdan sonra Mehdiabad qəsəbəsinin ərazisində yenidən gəzişmişlər, daha sonra Əhməd ona evə getməyi təklif etmiş və onlar ayrılmışlar. Axşam təxminən saat 18 radələrində yenə də Əhmədlə əlaqə saxlayıb Mehdiabad qəsəbəsi ərazisində olan “Playstation” klubda görüşmüşlər, otaqların birində oturub oyun oynamışlar. 09 sentyabr 2022-ci il tarixdə gecə saat 1-ə işləmiş Mehdiabad qəsəbəsi, 3 nömrəli məktəbə yaxın yolla piyada hərəkət edərkən onlarla üzbəüz hərəkət edən iki şəxsdən biri onlara yaxınlaşmış, Əhməddən siqaretinin olub-olmamasını soruşmuşdur. O, həmin adama cavab verərək siqaretlərinin olmadığını bildirmiş, həmin şəxsə onun sözü xoş gəlməmiş, aralarında mübahisə yaranmışdır. Bu zaman həmin şəxs əlində saxladığı və içərisində 4000 manat nağd pul olan pul kisəsini qəfil əlindən alaraq qaçmağa başlamışdır. Həmin adamın yanında olan digər şəxs “hara qaçırsan?” deyib arxası ilə qaçmağa başlamışdır. Onlar da həmin vaxt Əhmədlə birlikdə həmin şəxslərin arxası ilə qaçmışlar. Həmin vaxt o, müvazinətini itirərək yerə yıxılmışdır. Onlar həmin şəxslərin arxası ilə qaçsalar da, onlara çata bilməmişlər. 10 sentyabr 2022-ci il tarixdə Abşeron rayon Polis İdarəsində baş vermiş hadisə barədə ərizə yazmışdır. Sonradan ona qarşı soyğunçuluq edən şəxsin adının Təqsirləndirilən şəxs olduğunu bilmişdir. İstintaq zamanı ona vurulmuş maddi ziyan ödənilmişdir, hazırda Elgünə qarşı iddia tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərdi ki, 2007-ci ildə qızı Arzu Zərərçəkmiş şəxs2 ilə evlənmiş, onların üç uşağı vardır. Lakin onlar 2017-ci ildə məhkəmə qaydasında boşanmışlar. Uşaqların Arzunun yanında qalması barədə məhkəmə qərarı olmasına baxmayaraq, atası Ceyhun uşaqları öz yanına aparmış, bununla bağlı onların arasında problemlər yaranmışdır. Hələ qızı ilə Ceyhun rəsmi nikahda olduğu dövrdə onların Bakıda evi olmamış, o, bir ata kimi qızının rahat yaşaması üçün 2008-ci ildə “KredAqro” bankın Masallı rayon filialından 30.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin pulu kürəkəni Ceyhuna vermişdir. Zərərçəkmiş şəxs2 həmin pula «Həzi Aslanov» metrostansiyası yaxınlığında 2 otaqlı mənzil almışdır. Sonradan Ceyhun ona kreditin ödənilməsində kömək etməmiş və o, götürdüyü krediti 2010-cu ildə ödəyərək başa çatdırmışdır. Zərərçəkmiş şəxs2 2011-ci ildə həmin mənzili sataraq iki mənzil almışdır. Banka olan krediti dostlarından və tanışlarından borc alaraq ödəsə də, həmin şəxslərə borcları qalmışdır. Buna görə Ceyhundan həmin pulu qaytarmağı xahiş etmiş, lakin sonuncu 30000 ABŞ dolları məbləğində pulu qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışdır. Bir dəfə o, söhbət əsnasında Ukraynada yaşayan Fərhad adlı dostuna baş verənlər barədə danışmış, Fərhad oğlu Suracın Bakıda dostları olduğunu və bu məsələdə onların kömək edə biləcəyini demişdir. Sonradan o, Fərhadın oğlu Suracla danışmış, sonuncu, Bakı şəhərində tanışları olduğunu və ona yardım edəcəklərini bildirmişdir. 2022-ci ilin noyabr ayında o, Binə qəsəbəsindəki «Zaqulba» şadlıq sarayına toya getmişdir. Toyda olduğu zaman mobil telefonuna zəng gəlmiş, sonradan adını Haqverdi kimi bildiyi şəxs Suracla danışdığını və ona kömək göstərmək niyyətində olduğunu demişdir. O, toyda olduğu yeri həmin şəxsə bildirmiş, bundan sonra Haqverdi dostları ilə şadlıq sarayına gəlmişlər. Onlarla birlikdə şəhər istiqamətində hərəkət etmişlər. Həmin vaxt Haqverdi avtomobili idarə etmiş, Elgün sağ oturacaqda, Toğrul adlı şəxs isə onun yanında əyləşmişdir. Haqverdigil ondan baş vermiş hadisəni danışmasını xahiş etdikdə o, hadisəni danışmışdır. Həmin şəxslər ondan Zərərçəkmiş şəxs2 harada qaldığını soruşduqda o, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yaşadığını demişdir. Bu zaman Elgün ona Ceyhunun yaşadığı evin onlara göstərilməsini, qalan işləri özünün görəcəyini bildirmişdir. Buna görə o, həmin şəxslərə Zərərçəkmiş şəxs2 yaşadığı binanı kənardan göstərmişdir. Bu zaman Elgün ona konkret bir söz deməmiş, Ceyhunla görüşüb məsələni qaydasına qoyacağını demişdir. O, Elgünün nə edəcəyini, Ceyhunla nə danışacağını bilməmişdir. Sonra «Əcəmi dairəsi» adlanan ərazidə Haqverdinin idarə etdiyi maşından düşmüş, həmin şəxslər əziyyət çəkdiyi üçün maşının salonuna 200 manat pul atmışdır. Daha sonra o, taksiyə minib “Zaqulba” şadlıq sarayına toya qayıtmışdır. Bir neçə gün sonra ona məlum olmuşdur ki, Elgün Zərərçəkmiş şəxs2 yaşadığı mənzilin qarşısına bir ədəd əl qumbarası və bir ədəd qərənfil qoyaraq Ceyhunun ona borclu olduğu 30000 dolları tələb etmişdir. Elgünün bunları etməsi onu qorxutmuş və hazırda o, hərəkətlərinə görə peşmanlıq hissi çəkir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əhmədov X4 Bayramovla dostluq münasibətində olduğunu, sonuncunun 2008-ci ildə onun yanında bankdan 30.000 dollar məbləğində kredit götürdüyünü və həmin pulu kürəkəni Zərərçəkmiş şəxs2 ev almaq məqsədilə verdiyini bildirərək, Şahid2 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərdi ki, Təqsirləndirilən şəxs yaşadığı Mehdiabad qəsəbə sakini kimi tanıyır. Elgünün vasitəsilə Şahid1 tanımış, onunla da normal münasibətləri olmuşdur. 2022-ci ilin noyabr ayında Elgün onun istifadəsində olan mobil telefonla Haqverdi ilə danışmışdır. Sonra həmin həmin Elgünün təklifi ilə sonuncu ilə birlikdə Bayıl qəsəbəsinə gedib Haqverdi ilə görüşmüşlər. Onlar Haqverdinin idarə etdiyi avtomobilə əyləşmiş, X9 adlı şəxslə görüşmək lazım olduğunu demişdir. Elgün Haqverdi ilə danışdıqda, sonuncu, Tiflizxanın keçmiş kürəkəni ilə pul problemi olduğunu və məsələni həll etmək lazım olduğunu bildirmiş, Elgün buna etiraz etməmiş və köməklik göstərə biləcəyini söyləmişdir. Bundan sonra onlar birlikdə Haqverdinin idarə etdiyi “Porcshe” markalı avtomobillə Buzovna qəsəbəsi istiqamətində getmişlər. Saat 19 radələrində onlar Buzovna qəsəbəsində yerləşən “Zagulba” şadlıq sarayının yanına gəlmişlər. Bu zaman Tiflizxan Haqverdinin idarə etdiyi avomobilə minmişdir. Yolda olan zaman Tiflizxan keçmiş kürəkəni Ceyhun adlı şəxslə problemlərin olduğunu, 2008-ci ildə Ceyhuna 30.000 ABŞ dolları məbləğində pul verdiyini, lakin Ceyhunun həmin pulu ona qaytarmadığını, qızından ayrıldığını və nəvələrini ona göstərmədiyini bildirmiş, həmin pulun alınmasında Elgündən yardım istəmişdir. Tiflizxanın Ceyhunun evini göstərməsi üçün Haqverdi maşını Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi adlanan əraziyə sürmüşdür. Oradan «Memar Əcəmi» metrosu istiqamətində bir qədər hərəkət etdikdən sonra sağ tərəfdə Tiflizxan Elgünə yeznəsi Zərərçəkmiş şəxs2 yaşadığı evi göstərmişdir. Bu zaman Haqverdi idarə etdiyi avtomobili həmin binanın qarşısında saxlamış, Tiflizxan bir daha Elgünə Ceyhunun yaşadığı mənzili göstərmişdir. Elgün Tiflizxana kömək edəcəyini, pulu qaytarılması üçün Ceyhunla danışacağını demişdir. Sonra Tiflizxan taksi sifariş etmiş və onlardan ayrılıb getmişdir. Bundan sonra onlar birlikdə axşam yeməyi yemiş, daha sonra isə o, Elgiinlə birlikdə Mehdiabad qəsəbəsinə getmişdir. Sonradan eşitmişdir ki, Elgün Tiflizxanın ona göstərdiyi evə gedərək mənzilin qarşısına qutuda qumbara və qərənfil qoymuş, pulun qaytarılmayacağı təqdirdə evi partladacağı ilə hədələmişdir. Lakin onun Elgünün Ceyhunun yaşadığı mənzilin qarşısına qumbara qoyacağı barədə hər hansı məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ, 19-cu Polis şöbəsinin əməliyyat müvəkkli X8 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərdi ki, daxil olmuş əməliyyat tapşırığına əsasən 13 noyabr 2022-ci il tarixdə ünvan 9 ünvanına əl qumbarası və 1 ədəd qərənfil qoyularaq Zərərçəkmiş şəxs2 hədə-qorxu gəlinməsinə dair toplanmış material üzrə əməli törətməkdə şübhəli olan şəxsin müəyyən edilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Həmin vaxt onunla birlikdə baş əməliyyat müvəkkili Şahid4 da əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsində iştirak etmişdir. Əməliyyat tədbirləri nəticəsində 16 noyabr 2022-ci il tarixdə saat 10 radələrində ünvan 10 ünvanın qarşısında hadisəni törətməkdə şübhəli bilinən şəxsin əlamətlərinə uyğun gələn şəxsi müşahidə etmişlər. Həmin şəxs onları görüb uzaqlaşmaq istəmiş, ona yaxınlaşaraq 19-cu Polis şöbəsinə gətirmişlər. Orada təhqiqatçı tərəfindən vəkil dəvət olunmuş, şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərində qanunsuz əşya varsa, təqdim etməsi təkilf olunduqda şəxsiyyəti Təqsirləndirilən şəxs kimi müəyyən edilmiş şəxs əynində olan gödəkcəsinin cibindən bir ədəd əl qumbarasını çıxarıb təqdim etmişdir. Həmin əl qumbarası qablaşdırılaraq götürülmüş, protokol tərtib olunmuş, o da, həmin protokolu və zərfin üstünü imzalamışdır. Təqsirləndirilən şəxs həmin döyüş sursatını haradan əldə etməsi soruşulmuş, sonuncu, əl qumbarasını Mehdiabad qəsəbəsində məişət tullantılarının atıldığı zibilxananın yanından tapdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ, 19-cu Polis şöbəsinin baş əməliyyat müvəkkli Şahid4 şübhəli şəxs Təqsirləndirilən şəxs şübhəli şəxs qismində müəyyən edilərək saxlanılması və üzərinə şəxsi axtarış zamanı 1 ədəd əl qumbarasının aşkar edilməsi zamanı iştirak etdiyini bildirərək, həmkarı Ağasadiq Səmədovun ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərdi ki, Zərərçəkmiş şəxs1 tanıyır, onunla bir sinifdə oxumuşlar. 2022ci ilin sentyabr ayında bir gün Ağa təxminən saat 03 radələrində ona zəng vuraraq, Mehdiabad qəsəbəsində görüşmüşlər. Onlar piyada Mehdiabad qəsəbəsinin mərkəzinə doğru getmişlər. Mehdiabad qəsəbəsinin mərkəzində diş həkiminin yanma getmişlər, sonra oradan çıxmışlar. Bir qədər də gəzişdikdən sonra birlikdə evə getmişlər və çay içib söhbət etmişlər. Daha sonra Mehdiabad qəsəbəsində olan “Playstation” klubda oyun oynamışlar. 09 sentyabr 2022-ci il tarixdə gecəyarısı Mehdiabad qəsəbəsi, 3 nömrəli məktəbə yaxın yola gəlmişlər və dayanıb söhbət etmişlər. Həmin vaxt piyada hərəkət edən iki nəfərdən biri onlara yaxınlaşmış və ondan siqaret istəmişdir. Ağa ona cavab verərək siqaretin olmadığını bildirmişdir. Həmin şəxs Ağadan siqaret istəmədiyi halda, Ağanın ona «yox» deməsinə irad bildirmiş və aralarında mübahisə yaranmışdır. Bu vaxt həmin şəxs Ağanın əlində saxladığı pul kisəsini dartıb alaraq qaçmışdır. Həmin şəxslə birlikdə gələn digər şəxs “hara qaçırsan?” demiş və arxası ilə qaçmağa başlamışdır. Ağa onların arxası ilə qaçmış və o da, Ağaya kömək məqsədilə onun arxası ilə qaçmışdır. Onlar həmin şəxslərin arxası ilə qaçsalar da, onlara çata bilməmişlər. Məhkəmə iclasında şahid X7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edilərkən, onun Təqsirləndirilən şəxs tanışı olduğu və 09 sentyabr 2022-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 3 nömrəli tam orta məktəbin yaxınlığındakı yolda birlikdə piyada hərəkətdə olduqları zaman Elgünün Zərərçəkmiş şəxs1 qarşı soyğunçuluq hərəkəti etməsinin şahidi olması, bu barədə Zərərçəkmiş şəxs1 və Şahid7 ifadələri ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 2, iş vərəqi 92-94). Məhkəmə iclasında Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edilərkən, onun zərərçəkmiş Zərərçəkmiş şəxs2 anası kimi oğlunun ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 2, iş vərəqi 194-196). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş ifadənin yerində yoxlanılmasına dair 03 may 2022-ci il tarixli protokola əsasən, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs sərbəst ifadəsini əyani olaraq təsdiq etmiş, ifadənin yerində yoxlanılmasında iştirak edən Şahid6 13 noyabr 2022-ci il tarixdə yaşadığı mənzilin qapısını döyərək Zərərçəkmiş şəxs2 ünvanına bağlama gətirən şəxsin həmin şəxs olduğunu bildirib Təqsirləndirilən şəxs dediklərini təsdiq etmişdir (cild 3, iş vərəqi 59- 63). Cinayət işinə əlavə edilmiş üzləşdirmə protokoluna əsasən, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə Şahid2 arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı adları çəkilən şəxslər istintaqa verdiyi sərbəst ifadələrini bir daha təsdiq etmişlər (cild 3, iş vərəqi 57-58). Cinayət işində olan üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı, Zərərçəkmiş şəxs1 istintaqa verdiyi sərbəst ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onu ifşa etmişdir (cild 2, iş vərəqi 85-87). Cinayət işinə əlavə edilmiş üzləşdirmə protokoluna əsasən, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə Şahid7 arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı, sonuncu, istintaqa verdiyi sərbəst ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (cild 2, iş vərəqi 89-91). Məhkəmə-ballistik ekspertizasının 17 noyabr 2022-ci il tarixli 22/696R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş müdafiə təyinatlı F-1 tiplii əl qumbarasının gövdəsidir, natamam döyüş sursatıdır. Digər 1 ədəd əşya “UZRQM” tipli partlayıcıdır, F-1, RQD-5, RQ-42 əl qumbaralarının partlayıcısıdır. Həmin 1 ədəd əl qumbarasını həmin 1 ədəd “UZRQM” tipli partlayıcı ilə komplektləşdirdikdə zavod üsulu ilə istehsal olunmuş döyüş sursatıdır. MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunur, tamlığı pozulmadığına görə təyinatı üzrə istifadə üçün yararlıdır (cild 1, iş vərəqi 119-123). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 13 fevral 2023-cü il tarixli 397 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-cİ maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 3, iş vərəqi 44-46). Cinayət işinin materiallarına əlavə edilmiş videogörüntülərə baxış keçirilməsi protokollarından görünür ki, Zərərçəkmiş şəxs2 istintaq orqanına videogörüntünün yazıldığı bir ədəd DVD disk təqdim etmişdir. Həmin DVD disk açılarkən orada bir ədəd faylı olması müəyyən olunmuşdur. Həmin fayla daxil olarkən nümayiş müddəti 1 dəqiqə 1 saniyə olan videogörüntülərin olması müəyyən edilmişdir. Videogörüntüyə baxarkən Zərərçəkmiş şəxs2 13 noyabr 2022-ci il tarixdə yaşadığı ünvan 11 ünvanın qarşısında binanın dəhlizində bilavasitə hadisə yerində +**********55 saylı nömrənin istifadəçisi, özünü xarici ölkələrin birində yaşayan azərbaycanlı avtoritet kimi təqdim edən “Hikmət” adlı şəxslə mobil telefonla danışdığı müəyyən olunur. Danışıq zamanı özünü “Hikmət” kimi təqdim edən şəxs israrla pulun “Şahid2” verilməsini təkid edir. Zərərçəkmiş şəxs2 isə Şahid2 heç bir borcunun olmadığını, ona pul vermək niyyəti olmadığını dedikdən sonra özünü “Hikmət” kimi təqdim edən şəxs ona hədiyyənin yaşadığı mənzilə gəlibgəlmədiyini soruşur. Zərərçəkmiş şəxs2 isə hədiyyənin nə olduğunu soruşduqda, bir daha “hədiyyənin yaşadığı evin qapısının qarşısında qoyulub-qoyulmadığını” soruşur. Həmin vaxt Zərərçəkmiş şəxs2 qoyulan bağlamanın dəqiqləşdirilməsi ilə bağlı sorğu sual etdikdə, özünü “Hikmət” adı ilə təqdim edən şəxs söhbətdən yayınır və telefonununn enerjisinin bitdiyini deyərək danışığı bitirir (cild 1, iş vərəqi 30-31). X1 mərkəzinin 28 noyabr 2022-ci il tarixli 404-1484-1222 saylı məktubu ilə təqdim edilmiş 12 noyabr 2022-ci il tarixdə saat 19:46-dan həmin gün saat 19:58-dək olan videogörüntülərə iş üzrə şahid qismində dindirilmiş Şahid2 iştirakı ilə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, videomüşahidə kameraları 3-cü mikrorayon ərazisində “Əcəmi dairəsi”nin görüntülərini özündə əks etdirir. Həmin görüntülərdə Hüseynbala Əliyev küçəsində ağ rəngli “Porcshe” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin 12 noyabr 2022-ci il tarixdə görüntüsü müşahidə olunur. Müşahidənin davamında 06:47-cİ saniyədə (xx.xx.2022-ci il saat 19:50 radələrində) bir nəfər şəxsin həmin avtomobilin arxa sağ oturacağından düşərək dövlət qeydiyyat nişanı görünməyən “Toyota” markalı avtomobilə əyləşməsi görünür, Şahid2 baxış zamanı həmin şəxsin özü olduğunu, Zərərçəkmiş şəxs2 tapmaq üçün 12 noyabr 2022-ci il tarixdə Şahid1, Şahid3 və Təqsirləndirilən şəxs ilə görüşüb avtomobildə söhbət etdikdən onlara keçmiş kürəkənin yaşadığı evi göstərib avtomobildən düşərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Zaqulba” restoranına getmək üçün digər avtomobilə əyləşdiyini qeyd etmişdir (cild 2, iş vərəqi 187), X1 Mərkəzinin 28 noyabr 2022-ci il tarixli 404-1484-1222 saylı məktubu ilə təqdim edilmiş 12 noyabr 2022-ci il tarixdə saat 19:46-dan həmin gün saat 19:58-dək olan videogöriintülərə iş üzrə Təqsirləndirilən şəxs və sonuncunun vəkili Müdafiəçi1 iştirakı ilə baxış keçirilmiş, idarəetmə mərkəzinin videomüşahidə kameraları 3-cü mikrorayon “Əcəmi dairəsi”nin görüntülərini özündə əks etdirir. Həmin görüntülərdə Hüseynbala Əliyev küçəsində ağ rəngli “Porcshe” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin 12 noyabr 2022-ci il tarixdə görüntüsü müşahidə olunur. Müşahidənin davamında 06:47-ci saniyədə (xx.xx.2022-ci il saat 19:50 radələrində) bir nəfər şəxsin həmin avtomobilin arxa sağ oturacağından düşərək dövlət qeydiyyat nişanı görünməyən “Toyota” markalı avtomobilə əyləşməsi görünür. Təqsirləndirilən şəxs baxış zamanı qeyd olunan avtomobildə qabaq sağ oturacaqda əyləşən şəxsin özü olduğunu deyərək bildirmişdir ki, Şahid2 Zərərçəkmiş şəxs2 tapmaq üçün 12 noyabr 2022-ci il tarixdə Şahid1, Şahid3 və onunla görüşüb avtomobildə söhbət etdikdən sonra onlara keçmiş kürəkənin yaşadığı evi göstərib avtomobildən düşərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Zaqulba” restoranına getmək üçün digər avtomobilə əyləşmişdir (cild 3, iş vərəqi 71). İstintaq zamanı DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsinin 14 dekabr 2022-ci il tarixli 25/1-1019 saylı məktubu ilə təqdim edilmiş 1 ədəd diskə baxış keçirilmişdir. Qeyd olunan diskdə təqsirləndirilən şəxslər Şahid1 istifadəsində olan *** *** ** **, *** *** ** **, 055 922-74-19, Şahid3 istifadəsində olan ***-***-**-**, *** *** ** **, *** *** ** **, Şahid2 Yaşar oğlunun istifadəsində olan *** *** ** **, *** *** ** **, 050 *** ** ** saylı mobil nömrələrə 01 sentyabr 2022-ci il tarixdən 20 noyabr 2022-ci il tarixədək olan müddətdə həmin mobil nömrələrinin anten dairəsi müəyyən edilərkən, Şahid3 istifadəsində olan ********** saylı mobil nömrənin, Şahid1 istifadəsində olan ********** saylı mobil nömrəninin və Şahid2 istifadəsində olan ********** saylı mobil nömrənin 12 noyabr 2022-ci il tarixdə saat 18:20-dən həmin gün saat 18:30-dək olan müddət ərzində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində, 12 noyabr 2022-ci il tarixdə saat 19:20-dən həmin gün saat 19:40-dək olan müddət ərzində Bakı şəhəri, Nəsimi rayonu ərazisində eyni anten dairələri əhatəsində olması müəyyən olunmuşdur (cild 3, iş vərəqi 39, cild 2, iş vərəqi 202). Cinayət işinə əlavə edilmiş DİN-in X5 Mərkəzi Xidmətinin 01 dekabr 2022-ci il tarixli 003- 21062-1222 saylı məktubu ilə təqdim edilən Az **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin 12 noyabr 2022-ci il tarixli saat 09:00-dan 23:00-dək olan hərəkətlərinə iş üzrə təqsirləndirilən Şahid1 iştirakı ilə baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, “Porcshe” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci İl tarixdə Bakı şəhəri, H.Əliyev prospekti “Ask Arena” yaxınlığı - Hava Limanı istiqamətində əsas yolda, xx.xx.2022-ci il tarixdə saat 18:28-də Bakı-Mərdəkan- Aeroport yolu-Mərdəkan istiqamətində, xx.xx.2022-ci il tarixdə saat 18:50-də Buzovna yolunun 31ci km-də Bakı istiqamətində, 19:18-də Bakı şəhəri, Z.Bünyadov prospekti, 20 Yanvar metro stansiyası istiqamətində videoqeydiyyat sistemi vasitəsilə qeydiyyata alınmışdır. Şahid1 baxış zamanı bildirmişdir ki, atasının (X3) idarəetmə üçün aldığı **-EJ-*** dövlət qeydiiyyat nişanlı “Porcshe” markalı avtomobillə 12 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs və Şahid3 ilə birlikdə yaşadığı Səbail rayonundan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Zaqulba” restoranına getmiş, həmin gün qeyd edilən restorandan Şahid2 götürüb ünvan 12 ünvana gəlmişlər. İstintaqa verdiyi ifadəsində qeyd etdiyi kimi, ünvan 13 ünvanda Şahid2 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 yaşadığı ünvanı göstərmiş, Zərərçəkmiş şəxs2 tapmaq üçün sonuncunun həmin ünvanda yaşadığını deyib ona verdiyi pulu almaq üçün görüşüb söhbət edərək başa salmağı həmin gün Elgündən xahiş etmişdir (cild 2, iş vərəqi 200). Cinayət işində olan kredit müqaviləsindən görünür ki, Şahid2 12 mart 2008-ci il tarixdə 1 dollar məzənnəsinin 0,84 manat olmaqla “Kredaqro” bankı ilə kredit müqaviləsi bağlayaraq 30000 ABŞ dolları məbləğində borc pul götürmüşdür (cild 1, iş vərəqi 32-36). İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vurdğu ziyanı tamamilə ödəmiş, sonuncunun hər hansı şikayət və tələbi yoxdur (cild 2, iş vərəqi 62). Cinayət işinə əlavə edilmiş ərizədən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 heç bir şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxslə barışmışdır (cild 3, iş vərəqi 64). İbtidai istintaq orqanının 21 noyabr 2022-ci il tarixli qərarı ilə zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsi, bir ədəd əşya «UZRQM» tipli partlayıcı, F-1, RQD-5, RQ-42 əl qumbaralarının partlayıcısı, həmin bir ədəd «UZRQM» tipli partlayıcı ilə komplektləşdirildikdə zavod üsulu ilə istehsal olunmuş döyüş sursatı hesab olunan 1 ədəd əl qumbarası, Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin götürdüyü bir ədəd F-1 tipli təlim əl qumbarası və götürülmüş qutunun içərisində olan 1 ədəd qərənfil maddi sübut qismində tanınmış və məsul saxlanc üçün 1 ədəd əl qumbarası Nəsimi RPİ-nin Növbətçi hissəsinə təhvil verilmiş, bir ədəd qutunun içərisində olan F-1 tipli təlim əl qumbarası və 1 ədəd qərənfil Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində məsul saxlancdadır (cild 1, iş vərəqi 201-202). Cinayət işinin materiallarına əlavə edilmiş əməliyyat tapşırığının cavabına əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əl qumbarasının mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri aparılsa da, həmin döyüş sursatının mənbəyinin müəyyən edilməsi mümkün olmamışdır (cild 2, iş vərəqi 152). İbtidai istintaq orqanı tərəfindən verilmiş əməliyyat tapşırığının cavabına əsasən, cinayət işində adı çəkilən “Hikmət” adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır (cild 3, iş vərəqi 39). Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin partlayış təhlükəli əşyaların aşkarlanması məqsədilə keçirilmiş əməlıyyat-texniki baxışın nəticələri barədə tərtib olunmuş akta əsasən, 1 ədəd “F-1” təlim əl qumbarası aşkar edilmiş, baxış nəticəsində partlayış təhlükəli əşyalar aşkar edilməmiş, tapılmış bır ədəd F-1 tipli təlim əl qumbarasıgötürülmüşdür (cild 1, iş vərəqi 11). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2022ci il tarixli tələbnaməsindən görünür ki, Baş idarənin əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 2, iş vərəqi 143-145). Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, verilən ittihamlardan yalnız soyğunçuluqda özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs2 ilə bağlı epizodu qəbul etmədiyini, həmçinin üzərində əl qumbarası aşkar olunması barədə verilmiş ittihamla razı olmadığını, yalnız hədiyyə qutusunu aparıb ona deyilən yerə qoyduğunu, lakin bu zaman qutunun içərisində nə olduğunu bilmədiyini qeyd edib öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlilləri qiymətləndirərkən qeyd etməyi lazım bilir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi bütün ifadələrində ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilmiş, öz müdafiəsi üçün hər hansı dəlillər gətirməmiş və hər üç cinayət epizodu üzrə ətraflı etirafedici ifadələr vermişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Odur ki, məhkəmə kollegiyası hazırkı hökmdə sadalanan və məhkəmədə tədqiq olunmuş çoxsaylı sübutlarla - zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq olunmuş etirafedici ifadəsi ilə, üzləşdirmə protokolları, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması protokolu, ekspertiza rəyləri və cinayət işinin digər sənədləri ilə tam təkzib edildiyinə görə təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlilləri onun öz məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1, 182.2.1, 182.2.2, 182.2.4 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini və vurulmuş maddi ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası həmçinin bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı və ona qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2cü maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Abşeron RPİ-nin İstintaq şöbəsi tərəfindən istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 26 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 oktyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün verilmiş vəsatət Abşeron rayon prokuroru tərəfindən təmin edilməmiş və həmin tarixdə həbsdən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi RPİ-nin İstintaq şöbəsi tərəfindən istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 16 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli qərarı ilə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs həmin vaxtdan hal-hazıra qədər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 26 oktyabr 2022-ci il tarixdən 28 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 2 gün ona təyin olunacaq cəza müddətinə daxil edilməklə çıxılaraq qəti cəza saxlanılmalı, çəkiləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri, Nəsimi RPİ-nin Növbətçi hissəsinə təhvil verilmiş zavod üsulu ilə istehsal olunmuş müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsi, bir ədəd əşya «UZRQM» tipli partlayıcı, F-1, RQD-5, RQ-42 əl qumbaralarının partlayıcısı, həmin bir ədəd «UZRQM» tipli partlayıcı ilə komplektləşdirildikdə zavod üsulu ilə istehsal olunmuş döyüş sursatı hesab olunan 1 ədəd əl qumbarası və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində məsul saxlanca verilmiş bir ədəd F-1 tipli təlim əl qumbarası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat İdarəsinə təhvil verilməli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində məsul saxlanca verilmiş qutunun içərisində olan 1 ədəd qərənfil məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatı 90 (doxsan) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 90 (doxsan) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1, 182.2.1, 182.2.2, 182.2.4 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə 2 (iki) il müddətinə, Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2, 182.2.4-ci maddələri ilə 7 (yeddi) il müddətinə, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs 26 oktyabr 2022-ci il tarixdən 28 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 (iki) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 7 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 90 (doxsan) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri, Nəsimi RPİ-nin Növbətçi hissəsinə təhvil verilmiş zavod üsulu ilə istehsal olunmuş müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsi, bir ədəd əşya «UZRQM» tipli partlayıcı, F-1, RQD-5, RQ-42 əl qumbaralarının partlayıcısı, həmin bir ədəd «UZRQM» tipli partlayıcı ilə komplektləşdirildikdə zavod üsulu ilə istehsal olunmuş döyüş sursatı hesab olunan 1 ədəd əl qumbarası və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində məsul saxlanca verilmiş bir ədəd F-1 tipli təlim əl qumbarası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat İdarəsinə təhvil verilsin; - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində məsul saxlanca verilmiş qutunun içərisində olan 1 ədəd qərənfil məhv edilsin. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar