Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-468/2025 18.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, X2 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5, “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1973-cü ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, “gundelik-baku.com” saytının baş redaktoru, Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Zəngilan rayonu, Həkəri Dayanacağı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən təkrarən xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə və 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzasına məhkum edilib xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2015-ci ilin ortalarında Şirvan şəhər Mərkəzi Xəstəxanasının şöbə müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 işlədiyi tibb müəssisəsində rəhbərlik etdiyi şöbədə guya qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsinin həyata keçirilməsi, o cümlədən, Zərərçəkmiş şəxs1 tibb sahəsində fəaliyyət göstərən ailə üzvlərinin müvafiq olaraq fəaliyyətlərində qanunsuzluqlara yol vermələrinə dair baş redaktoru olduğu “gundelik-baku.com” internet saytında hazırlayıb dərc etdiyi və internet üzərindən yayımladığı həqiqətə uyğun olmayan məzmunda məqalələrin silinməsi xahişi ilə özünə müraciət etmiş Zərərçəkmiş şəxs1 məzmununda rüsvayedici xarakter daşıyan əlavə həqiqətə uyğun olmayan məzmunda məlumatları da xəbər saytında yayıb ictimailəşdirəcəyi, onun və ailə üzvlərinin işgüzar nüfuzuna və işlədiyi tibb müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərəcəyini bildirməklə zərərçəkmiş şəxsdən hədə-qorxu ilə 10.000 manat məbləğində xeyli miqdarda pul tələb etmişdir; Bundan başqa o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2015-ci ilin sonlarında Şirvan şəhər Mərkəzi Xəstəxanasının şöbə müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 işlədiyi tibb müəssisəsində rəhbərlik etdiyi şöbədə guya qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsinin həyata keçirilməsi, o cümlədən, Zərərçəkmiş şəxs1 tibb sahəsində fəaliyyət göstərən ailə üzvlərinin müvafiq olaraq fəaliyyətlərində qanunsuzluqlara yol vermələrinə dair baş redaktoru olduğu “gundelik-baku.com” internet saytında hazırlayıb dərc etdiyi və internet üzərindən yayımladığı həqiqətə uyğun olmayan məzmunda məqalələrin silinməsi xahişi ilə özünə müraciət etmiş Zərərçəkmiş şəxs1 məzmununda rüsvayedici xarakter daşıyan əlavə həqiqətə uyğun olmayan məzmunda məlumatları da xəbər saytında yayıb ictimailəşdirəcəyi, onun və ailə üzvlərinin işgüzar nüfuzuna və işlədiyi tibb müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərəcəyini bildirməklə zərərçəkmiş şəxsdən təkrarən hədəqorxu ilə 5.000 manat məbləğində pul tələb etmişdir; Bundan başqa o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2016-cı ilin əvvəllərində Şirvan şəhər Mərkəzi Xəstəxanasının şöbə müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 işlədiyi tibb müəssisəsində rəhbərlik etdiyi şöbədə guya qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsinin həyata keçirilməsi, o cümlədən, Zərərçəkmiş şəxs1 tibb sahəsində fəaliyyət göstərən ailə üzvlərinin müvafiq olaraq fəaliyyətlərində qanunsuzluqlara yol vermələrinə dair baş redaktoru olduğu “gundelik-baku.com” internet saytında hazırlayıb dərc etdiyi və internet üzərindən yayımladığı həqiqətə uyğun olmayan məzmunda məqalələrin silinməsi xahişi ilə özünə müraciət etmiş Zərərçəkmiş şəxs1 məzmununda rüsvayedici xarakter daşıyan əlavə həqiqətə uyğun olmayan məzmunda məlumatları da xəbər saytında yayıb ictimailəşdirəcəyi, onun və ailə üzvlərinin işgüzar nüfuzuna və işlədiyi tibb müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərəcəyini bildirməklə təkrarən hədə-qorxu ilə 2.500 manat məbləğində pul tələb etmiş, həmin tarixdə Zərərçəkmiş şəxs1 məxsus 300 manat məbləğində pulu hədə-qorxu ilə ondan tələb etmə yolu ilə ələ keçirmişdir; Bundan başqa o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin may-iyun aylarında dəqiq tarixi istintaqa məlum olmayan tarixdə Bakı şəhərinin Babək prospektində yerləşən “Qızıl Bağ” restoranının həyətində videoçəkiliş aparıb videogörüntünü baş redaktoru olduğu “gundelik-baku.com” saytında yerləşdirəcəyi və həmin ictimai-iaşə obyektində müəyyən edilmiş karantin qaydalarına riayət edilməməsi ilə bağlı işgüzar nüfuzuna və restoranın fəaliyyətinə mənfi təsir göstərəcək həqiqətə uyğun olmayan məzmunda məqalə dərc edəcəyi hədəsi ilə internet üzərindən yayımlanacaq videogörüntünün silinməsi ilə bağlı özünə müraciət etmiş həmin restoranın administratoru Zərərçəkmiş şəxs3 rüsvayedici xarakter daşıyan həqiqətə uyğun olmayan məzmunda məlumatların xəbər saytında yayımlamayaraq pul müqabilində siləcəyini bildirməklə təkrarən hədə-qorxu ilə 500 manat pul tələb etmiş, həmin tarixdə Zərərçəkmiş şəxs3 məxsus 200 manat məbləğində pulu hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin may ayının ortalarında “Qartal” tikinti şirkətini mənfi xarakterizə edən həqiqətə uyğun olmayan və məzmunu şirkətin sahibi Zərərçəkmiş şəxs2 üçün rüsvayedici xarakter daşıyan məlumatları baş redaktoru olduğu “gundelik- baku.com” saytında yerləşdirib internet üzərindən sosial şəbəkələrdə yayaraq ictimailəşdirəcəyinə, Zərərçəkmiş şəxs2 haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracağına dair sonuncuya hədə-qorxu gələrək zərərçəkmiş şəxsdən 5.000 manat məbləğində pul tələb etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2024-cü ilin yanvar ayının 12-də DİN-nin Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev ona zəng vuraraq onların saytda dərc olunmuş Zəngilan rayon polis rəisi Bakir Cabbarov barədə yazını silməyini bildirmişdir. O, həmin saytın ona aid olmadığını, onun həmin saytla heç bir əlaqəsinin olmadığını Elşad Hacıyevə bildirmişdir. X11 zəng vurduqda o, yenə Elşad Hacıyevə eyni cavabı vermiş və hal-hazırda seçki komissiyasının sədri kimi fəaliyyət göstərdiyini demişdir. Növbəti zənglərində Elşad Hacıyev ona hədə-qorxu gəlməyə başlamış, özünün DİN-də idarə rəhbəri olduğunu və paylaşılmış xəbərə görə onun başının “ağrıyacağın” bildirmişdir. O da, Elşad Hacıyevə dediyi bütün sözləri səsyazmada qeyd etdiyini demişdir. Daha sonra o evinə getmiş, növbəti gün qohumu rəhmətə getmişdir. Ona görə də, qohumunun yas yerinə getmişdir. Yasdan çıxdıqdan sonra saat təqribi 12:30 radələrində Nərimanovda yerləşən seçki dairəsinə gedən zaman yolda onun maşınını saxlayaraq gözlərinə bibər qazı vurmuşlar və onu oğurlayaraq BMCMİ-də Müzəffər adlı şəxsin otağına aparmışlar. Onun əlləri qandallı olmuş, amma əli qandallı olmasa da belə o mühafizə orqanlarının əməkdaşlarına heç bir qarşılıq verməzdi. Həmin otaqdan 12 nəfər ona qarşı dəhşətli fiziki təsirlər göstərmişlər. Onun vəziyyəti pisləşmiş və polislər onun öldüyünü düşünmüşlər. Bu səbəbdən təcili tibbi yardım çağırılmışdır. Onu sürüyərək binadan çölə aparmışlar. Təcili tibbi yardım gəldikdən sonra ona yardım göstərilmiş və bundan sonra o özünə gəlmişdir. O, BMCMİ-də onu döyən şəxslərdən ona su vermələrini xahiş etmiş, lakin verməmişlər. Onun təcili tibbi yardıma sürüyərək aparılmağı kameralara düşmüşdür. O, saxlanılan zaman üzərində iki ədəd mobil telefon olmuşdur. Həmin telefonlardan birini o BMCMİ əməkdaşlarına təqdim etmiş, birini isə üzərində saxlayaraq başına gətirilən bütün hadisələrin səsyazmasını aparmışdır. O yalnız bundan sonra digər telefonu da əməkdaşlara təqdim etmişdir. Elşad Hacıyev ona növbəti zənglərində hədəqorxu gəlməyə başlamışdır. O jurnalist fəaliyyəti ilə bağlı olaraq onun telefonuna gəlmiş bütün zənglərin səsyazmasını saxlayır. Ona zəng vuran Elşad Hacıyev özü də səsinin yazıldığını bilmiş və onu təhdid etməyə başlamış, daha sonra isə ona “sən baxarsan” deyərək telefonu söndürmüşdür. Səhəri gün saat 09:30 radələrində BMCMİ-dən onun tanışı olan Kərim müəllim ona zəng vuurmuş və daha sonra mesaj yazaraq dərc olunmuş yazını silməyini demişdir. O, həmin mesaja cavab yazmamışdır. O, saxlanılan zaman polis əməkdaşları ona avtomobil qəzası etdiyini və adam vurduğunu bildirmişlər. O hər zaman yolda onu saxlayan zaman jurnalist fəaliyyəti ilə əlaqədar olaraq həmin hadisəni videogörüntüyə alır. Daha sonra telefonunu onun əlindən almışlar. Bir az sonra 12 nəfər maşına dolmuş və onun gözlərinə bibər qazı vurmuşlar. Onların əlində tapanca da olmuşdur. Onu heç bir sənəd təqdim etmədən oğurlayaraq BMCMİ-də Müzəffər adlı şəxsin otağına aparmışlar. Həmin otaqda 12 nəfər ona qarşı işgəncələr vermişlər. BMCMİ-də ona verilmiş işgəncələri ikinci telefonu vasitəsilə qeydə almışdır. Bir neçə saat sonra ayılmış və həmin səsyazılarını digər şəxslərə göndərdikdən sonra telefonu da əməkdaşlara təqdim etmişdir. İşgəncələrdən sonra onun vəziyyəti pisləşmişdir. Tibbi yardım işçiləri onun vəziyyətinin ağır olduğunu, stasionar xəstəxanaya yerləşdirilməli olduğunu bildirmişlər, lakin Müzəffər müəllim gələrək onun möhkəm insan olduğunu, heç bir şey olmayacağını və ölməyəcəyini demişdir. Daha sonra onu Vüqar Ağayevin otağına aparmışlar. Vüqar Ağayev ona normal davranmış və nə baş verdiyini soruşmuş, o da cavabında heç bir məlumatının olmadığını Vüqar Ağayevə bidirmişdir. Daha sonra təkrarən onu Müzəffər müəllimin otağına aparmışlar. Müzəffər müəllim ona “burada insanın başını kəsirlər və özünə göstərirlər” demişdir. Daha sonra ona təkrarən işgəncələr verməyə başlamışlar. Sonra onu övladları ilə təhdid etməyə başlamışlar və telefonunun parolunu öyrənmək istəyirmişlər. Daha sonra onu Kərim müəllimin otağına aparmışlar. Kərim müəllim ona telefonunun parolunu deməsini və Bakir Cabbarov barədə paylaşılmış yazının silinməli olduğunu demişdir. O, həmin yazının onunla heç bir əlaqəsi olmadığını demişdir. Sonradan ona məlum olmuşdur ki, Elşad Hacıyevin səsyazmaları onun telefonunda olduğu üçün həmin səsi silmək istəmişlər. Elşad Hacıyevin ona vurduğu zəng zamanı danışıqlarının hamısını qeydə almışdır. Kərim müəllim ona bildirmişdir ki, həmin səsyazmalar silinməyənə qədər ona işgəncələr verilməyə davam ediləcək. Onu övladları ilə təhdid etməyə başladıqdan sonra parolu vermişdir. Orada baş verənlərlə bağlı harasa şikayət etsə, bir söz danışsa övladlarının da onun yanına gətiriləcəyini demişlər. Bundan sonra telefonunu açmışlar və səsyazısını silmişlər. Lakin o həmin səsyazısını başqa şəxslərə göndərmiş, çünki əvvəlcədən belə bir hadisənin baş verə biləcəyini təxmin etmişdir. Ona işgəncələr verilən zaman Elşad Hacıyev də buna tamaşa edirmiş. Elşad Hacıyev onun üzərinə gələrək yumruq atmış və “Gördün sənin səsini necə kəsirik” demişdir. Elşad Hacıyev yerindən qalxmış və təkrar üzərinə gəlmiş, ona polisin sahibi olduğunu demişdir. Sonradan təkrar ən dəhşətli işgəncələr başlamışdır. O, BMCMİ-dən xilas olmaq üçün yollar axtarmışdır. Ona bir neçə saat işgəncə verdikdən sonra sürüyərək koridora aparmışlar. Həmin vaxt kənarda kiminsə daha ona dəyməmələrini dediyini eşitmiş, lakin həmin şəxsin kim olduğunu bilmir. Onun oğurlandığı səhəri günü sosial şəbəkələrdə xəbərlər paylaşılmışdır. Yaxınları və qohumları onu axtarırmışlar. Sonradan Baş Prokurorluqdan onun yaxınlarına məlumat vermişlər ki, o BMCMİ-dir. Sosial şəbəkələrdə ona işgəncələr verilməsi ilə bağlı da məlumatlar yayılmışdır. BMCMİ-nin əməkdaşları bundan xəbər tutduqdan sonra onun yanına gələrək həmin xəbərlərin silinməli olduğunu bildirmişlər və ona kompyuter vermişlər. Sonradan o həqiqətən də Elşad Hacıyevin səsyazmalarının olması ilə bağlı, ona işgəncələr verilməsi ilə bağlı paylaşılmış xəbərləri sildirmişdir. O, 2016-cı ildə həbs olunduqdan sonra çox ehtiyatlı davranırmış, dövlət işində işləyirmiş. O, heç bir şəxsə zəng vuraraq heç bir şey istəməmişdir. Qeyd olunan zərərçəkmiş şəxslərdən dəfələrlə artıq imkanlıdır. Onun kimsədən nə isə istəməyə ehtiyacı olmamışdır. O, hal-hazırda hansı səbəbə burada olduğunu bilmir. O, BMCMİ-də müvəqqəti saxlanma yerində olan zaman suyu kəsmişlər ki, o su içə bilməsin. Sonradan özlərinin “danışdıran su” dedikləri sudan içməyi üçün ona vermişlər. O, həmin suyu içsə də, suyun ona heç bir təsiri olmamışdır. Sonradan onu sürüyərək bir-bir idarə rəislərinin otaqlarına aparmışlar. O sonradan başa düşmüşdür ki, başına gələn bütün hadisələrin səbəbi Elşad Hacıyevlə danışan zaman Elşad Hacıyevin səsini yazmağı və Bakir Cabarov barədə paylaşılmış tənqidi yazıdır. O, Müzəffər müəllimin otağında olan zaman ona iki nəfər göstərərək tanıyıb-tanımadığını soruşmuşlar. O, bir nəfəri tanımadığını, digərini isə Elşad Hacıyev olduğunu bildirmişdir. Bundan sonra Elşad Hacıyev yerindən qalxaraq onun yanına gəlmiş və yumruq zərbəsi ilə ona toxunaraq nələr baş verdiyini görüb-görmədiyini soruşmuş, daha sonra isə belə də olmalı olduğunu demişdir. O, Azərbaycan Respublikasının vətəndaşı olaraq hər hansı bir sifarişli həbsin necə baş verdiyini görmüşdür. Elşad Hacıyev, Bakir Cabbarov, Ənvər Həsənov ve başqalarının sifarişi nəticəsində onu həbs etmişlər. Onun müdafiəçisinə məlumat verilməmiş və hüquqları pozulmuşdur. Baş verən bütün hadisələrin başında DİN Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev durur. Ona işgəncələr verilən zaman Elşad Hacıyev kənardan zövq alırmışcasına baxırmış. Növbəti günlərdə onu 1 saylı şəhər xəstəxanasına aparmışlar və ona tibbi yardım göstərilmişdir. Ona tibbi yardım göstərən həkim özündə ona yetirilən xəsarətlər, gözünə vurulan bibər qazını qeyd edirmiş. Daha sonra onu təkrar BMCMİ-yə aparmışlar və burada üç gün qalmışdır. Onu idarədə Kərim müəllimin otağına aparmışlar. Kərim müəllim ona bəzi məsələləri bildirmiş, o da Kərim müəllimə öz açıqlamalarını vermiş, həmin məsələləri hal-hazırda açıqlamaq istəmir. Daha sonra o Bakı İstintaq Təcridxanasına aparılmışdır. O Nərimanov rayon Prokurorluğuna şikayət vermişdir. Nərimanov rayon prokurorundan BMCMİ-nin kamera görüntülərini almasını xahiş etmiş, lakin bu videogörüntülər götürülməmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, ittiham üzrə zərərçəkmiş şəxsləri əvvəllər tanımamış, heç bir vaxt üzbəüz gəlməmiş və telefonda danışmamışdır. O, kimsədən pul aldığını və tələb etdiyini qəbul etmir. O, Yeni Əkinci qəzetinin, "xxxx" MMC-nin və 2016-cı ildə həbs olunana qədər gundelik-baki.com saytının sahibi olmuşdur. 2016-cı ildə həbs olunduqdan sonra gundelik-baki.com saytının domeni onun əlindən çıxmış və sonradan kimin olduğunu bilmir. Gundelik-baki.com saytı çox məşhur olduğu üçün qəzetlərinin üstünə həmin saytı yazırmışlar. Gundelik-baki.com saytı Amerikada qeydiyyatdan keçmişdir. Həmin saytın moderatorunun kim olduğunu bilmir. Gundelik-baki.com saytında onun heç bir məqaləsi dərc olunmamışdır. İttiham olunduğu bütün əməllərlə bağlı özünü təqsirli bilmir. Onun qohumu Rafael və oğlu Allahverdi Zərərçəkmiş şəxs2 yanına getməmişdir. Gundelik-baki.com saytının rəhbəri o olmadığı üçün saytın adının qəzetin üzərində yazılmasından hansı səbəbə şikayət edilmədiyini bilmir. O, Zərərçəkmiş şəxs2 heç bir halda zəng etməmiş və pul tələb etməmişdir. Onun gözlərinə bibər qazı vurmuşlar. O, heç bir şey görməmiş və bu səbəbdən saat neçədə qaçırıldığını xatırlamır. Onun gözləri görməsə də, ətrafında danışan şəxslər Hüseyn, Maqsud və Müzəffər adlarını çəkirmişlər. Onu saxlayan şəxslər arasında yol polisi işçisi də olmuşdur. Onun gözləri açılana qədər harada olduğunu bilməmişdir. O elə düşünürdü ki, onu ermənilər hücum edərək qaçırıb. O, özünə gələndə BMCMİ-də Müzəffər müəllimin otağında olduğunu bilmişdir. O BMCMİ-nin saxlanc yerində olan zaman orada olan rezin başmaqların içi qanla dolu olmuş, insanları alçaltmaq üçün həmin qanla dolu başmaqları geyinməyə məcbur edirmişlər. Ona 12 nəfər əllərini arxadan bağlayıb dəhşətli işgəncələr verdikdən sonra elə düşünmüşdür ki, artıq ölmüşdür. Ona işgəncələr verilən otağa yeriyərək getmiş, lakin işgəncələrdən sonra onu həmin otaqdan sürüyərək çıxarmışlar. Halı pisləşdiyi üçün təcili tibbi yardım çağırılmışdır. Təcili tibbi yardım əməkdaşları təxminən bir saat yarım onun yanında qalmışlar. Üç nəfər təcili tibbi yardım əməkdaşı olmuşdur. O, zərərçəkmiş şəxs deyilən şəxsləri ilk dəfə tutulan günün səhəri axşamüstü radələrində görmüşdür. Ona istintaq zamanı birinci Zərərçəkmiş şəxs3 zərəçəkmiş şəxs qismində təqdim etmişlər. Zərərçəkmiş şəxs3 onunla üzləşdirən zaman Simran, onu heç bir vaxt görmədiyini demişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs1 onunla üzləşdirən zaman Rövşən də onu ilk dəfə gördüyünü, onu tanımadığını bildirmişdir. Zərərçəkmiş şəxs3 ondan pul istənildiyini bildirdiyi gün onun həyat yoldaşının qırx günü olmuşdur. Zərərçəkmiş şəxs2la saxlanıldıqdan çox sonra üzləşdirilmişlər. Artıq onun barəsində həbs qətimkan tədbiri seçilmiş və o Bakı İstintaq Təcridxanasına aparılmışdır. O Bakı İstintaq Təcridxanasına qəbul edilərkən aparılan tibbi müayinə zamanı xəsarətləri barədə heç bir məlumat verməmişdir. Çünki Kərim müəllim ona bildirmişdir ki, yaxın vaxtlarda onu buraxacaqlar. İbtidai istintaq zamanı iki dəfə ifadə vermiş, birinci verdiyi ifadəsini təsdiq etmir, çünki bu ifadəni verən zaman onu övladları ilə təhdid etmişlər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş 15 yanvar 2024-cü il tarixli ifadəsindən görünür ki, Rövşən Panayevin bildirdiyi şikayətlə əlaqədar o Rövşəndən həqiqətən də 300 manat pul almışdır. Belə ki, Rövşənin özü və ailə üzvləri barəsində qeyd edilən ərəfələrdə mətbuatda mənfi xarakterli məqalələr çap etmişdir. Rövşəndən o, 10.000 manat məbləğində pul tələb etməmişdir. Tələbi elə aldığı məbləğin ətrafında olmuşdur. Bundan başqa, o həqiqətən də "Qızıl Bağ" adlı restoranla bağlı sözügedən tarixdə orada keçirilən tədbirlə əlaqədar restoranın həyətində özü çəkiliş aparıb redaktoru olduğu saytda yerləşdirib mənfi motivli məqalə dərc etmişdir. Bundan sonra həmin çəkilişlə bağlı özü internet vasitəsilə həmin restoranın rəhbərliyi ilə əlaqə saxlamaq istəmişdir ki, restoranı nəyə görə karantin qaydalarını pozmaqla işlədirlər. Lakin telefon zənginə həmin vaxt əvvəllər tanımadığı restoranın administratoru cavab vermişdir. Bir qədər söhbət edib onu qanunsuz işlərinin daha da sonra işıqlandırılacağı barədə qorxutmuş və nəticədə onunla elə həmin restoranın həyətində görüşmüşlər və söhbətləri zamanı o bildirmişdir ki, bu çəkiliş problem olacaq və yenidən bu tipli söhbətlər aparmışdır. Həmin şəxs, ona həmin çəkilişi pozmağı və bu cür etməməyi xahiş etmişdir. Ona görə də o konkret olaraq demişdir ki, buna görə pul verməlidir, yoxsa istəyi həyata keçməyəcək. Odur ki, səhv etmirəmsə elə 200 manat pul tələb etmiş və həmin pulu almışdır. O da həmin pulu götürüb çıxıb getmiş və bir daha onların həmin şəxslə heç bir əlaqəsi olmamışdır. Bundan başqa, o Bəhruz Kərimovdan cəmi 150 manat pul almışdır. Bəhruz Kərimovun dediyi 1000 manat həqiqət deyil. Bəhruz Kərimovdan cəmi 150 manat pul almış, həmin pulu da mətbuat günü münasibəti ilə bayram tədbiri ilə bağlı ona hədiyyə etmişdir. 2015-ci ildən ***-***-**-** saylı nömrəni işlədir. Hadisə çoxdan baş verdiyindən yadında qalmayıb. Ola bilsin həmin vaxt hansısa köməkçisini Zərərçəkmiş şəxs1 iş yerinə yollamışdır. Lakin həmin şəxsin məsələdən xəbəri olmamışdır. Rövşən pulu ona açıq şəkildə deyil, zərfdə olmaqla lazımsız başqa sənədlərin içərisində olmaqla ötürmüşdür. (cild 1, iş vərəqə 100-102) Bundan başqa Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş 23 may 2024-cü il tarixli ifadəsindən görünür ki, istintaqa ilkin olaraq vermiş olduğu ifadəsini təsdiq etmir. Belə ki, ifadələri həqiqəti əks etdirmir. İstintaq başlanana qədər o ilkin ifadəsini təzyiq altında vermiş, hətta onu həmin binada 5-ci mərtəbədə adı “Hacı” kimi ona təqdim olunan və bildiyi qədər orada yüksək vəzifədə işləyən şəxsin otağında 10 nəfərə yaxın əməkdaşın onu "Hacı" ilə birlikdə döyüb övladlarının həbsi ilə təhdid edərək ifadələrini almışlar. Hətta saxlanılan zaman onun gözünə bibər qazı vurulmuşdur. Həmin qazın təsiri altında da onu bildirdiyi qaydada döymüşlər. O həmin idarəyə öz ayaqları üzərində getmiş, lakin onu “Hacı” adlı şəxsin otağından sürüyərək digər otağa aprmışlar. Çox guman orada olan kameralarda həmin görüntülər düşmüşdür. Onun üçün təcili yardım çağırmışlar, bu barədə orada qeydiyyat olmalıdır. İlkin ifadəsində özünü təqsirli bilməyinə səbəb onun Hacının otağında dəhşətli dərəcədə 10 nəfər tərəfindən döyülərək dözülməz dərəcədə işgəncəyə məruz qalmağı olmuşdur. Bundan əlavə, onun həmin idarədə tanıdığı Kərim Əlimərdanov adlı şəxsin ona dost munasibətində olması, "heç nədən narahat olma, mən yoluna qoyuram" sözü olmuşdur. X12 bir məsələ ilə bağlı tələbə yoldaşı, Daxili İşlər Nazirliyinin naziri Vilayət Eyvazovun qardaşı oğlu Niyaməddin Eyvazov tanış etmişdir. Həmin dövrdə o bir xahiş etmişdir və Kərim xahişini eşitmişdir. O ümumiyyətlə 2023-cü ildə xaricdən maşın gətirməmişdir. O ümumiyyətlə elə bir adam tanımır. Barəsində deyilənlər yalandır. O, Səadət adlı şəxsi tanımır. Əhməd Vedili adlı şəxsi isə eşitmiş, lakin onların heç biri ilə hər hansı bir əlaqəsi yoxdur. Deyilənlər hamısı şərdir. (cild 1, iş vərəqə 230-232) Məhkəmə iclasında ifadəsi elan edildikdən sonra Təqsirləndirilən şəxs verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o ikinci dəfə verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilmədiyindən inkaredici ifadə vermiş və bu səbəbdən də onun məhkəmə istintaqında vermiş olduğu ifadəsi ilə ibtidai istintaq zamanı vermiş olduqları ifadələri arasında əhəmiyyətli ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq edilmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlara, o cümlədən təqsirləndirilən şəxsin verdiyi ifadəyə, zərərçəkmiş şəxslərin ifadələrinə, şahidin ifadəsinə, habelə cinayət işinin materiallarında olan digər çoxlu sayda sübutlara məcmu halda məhkəmə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirərək, yəni Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinə aidiyyətinin olmaması, zərərçəkmiş şəxslərə qarşı cinayət törətməməsi ilə bağlı hissədə verdiyi ifadələri məhkəmə cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadələri mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs belə məzmunda ifadə verərək cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ona qarşı törədilən əməllər 2015-2016-cı illərdə baş vermişdir. İttiham aktında qeyd olunanlar ona telefon zəngləri vasitəsilə edilmişdir. O, Təqsirləndirilən şəxs ilk dəfə 3 ay bundan əvvəl BMCMİ-də görmüş, ondan əvvəl isə görməmişdir. Lakin ona zəng vuran şəxslər Təqsirləndirilən şəxs adından danışırmışlar və ondan hissə-hissə 2.500, 5.000 və 10.000 manat pul istəyirmişlər. Sonuncu dəfə qəzet təsisi üçün 1250 manat pul istəmişlər, o isə adi həkim olduğunu və o qədər pulunun olmadığını bildirmişdir. Bundan sonra “gundelik-baku.com” saytında onun və ailəsinin haqqında rüsvayedici məlumatlar paylaşılmışdır. Daha sonra bir nəfər oğlan gələrək qəzetin təsisçisinin nümayəndəsi olduğunu və ona kömək edə biləcəyini demişdir. Həmin oğlan Təqsirləndirilən şəxs adından danışırmış. Həmin oğlan 500 manat pul istəmiş, o da 300 manat pul vermişdir. Həmin şəxs ona bir daha qəzetdə haqqında heç bir şey paylaşılmayacağını demişdir. Lakin bir neçə gün sonra yenidən barəsində rüsvayedici məlumatlar paylaşılmağa başlanılmışdır. Daha sonra o “gundelik-baku.com” qəzetini məhkəməyə vermiş, lakin iş yerini dəyişib Biləsuvar rayonuna getdiyi üçün məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Sonradan eşitmişdir ki, “gündelik-baku.com” saytının təsisçisini həbs etmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirdi ki, həmin dövrdə Nərimanov rayon yol polis əməkdaşları onun oğlunun maşınını saxlamışlar. Daha sonra Üzeyir adlı şəxs onunla əlaqə saxlayaraq bu məsələdə ona kömək edəcəklərini, özünün də Təqsirləndirilən şəxs nümayəndəsi olduğunu bildirmişdir. Sonra özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxslə aralarında telefon danışığı olmuş, həmin şəxs ona polis idarəsinə getməyini, işlərin həll olacağını, qarşılığında 1500 manat pul verməli olduğunu demişdir. O, 1500 manat verməmiş, 40 manat cəriməni ödəmiş və maşını götürmüşlər. Həmin vaxt telefonda danışan şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. O, Təqsirləndirilən şəxs polisdə işi necə həll edəcəyini soruşmamışdır. Üzeyir adlı şəxs Təqsirləndirilən şəxs polislərlə münasibətinin yaxşı olduğunu və maşını cərimə meydançasından götürəcəyini demişdir. Həmin vaxt onun oğlunun yol polisi əməkdaşları tərəfindən saxlanması barədə məlumatı yaymamağın qarşılığında ondan 1500 manat istəmişlər. Saxlanılan maşında qadağan olunmuş siqnal olmuş, bu səbəbdən 800 manat cərimə deyilmiş, ondan maşını siqnalı üzərindən çıxarmamış qaytarılması üçün Təqsirləndirilən şəxs nümayəndəsi 1500 manat pul istəmişdir. 2015-ci ildə “gundelikbaku.com” saytının təsisçisi Təqsirləndirilən şəxs səlahiyyətli nümayəndəsi olduğunu bildirən bir şəxs ona yaxınlaşaraq 10.000 manat pul istəmiş və vermədiyi təqdirdə haqqında rüsvayedici məlumatlar paylaşılacağını bildirmişdir. 2015-ci ilin sonlarında telefonla ona zəng edərək özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək yenə 5.000 manat pul istəmişdir. Növbəti dəfə “gundelik-baku.com” saytının nümayəndəsi kimi təqdim edən şəxs ondan qəzetin təsisi üçün 2500 manat pul istəmiş, yenə verməsə, barəsində rüsvayedici məlumatların paylaşılacağını bildirmiş, o isə qarşılığında 300 manat pul vermişdir. O, Təqsirləndirilən şəxs şikayət etmiş və Binəqədi rayon Məhkəməsində işə baxılmışdır. Onun adından məhkəmədə müdafiəçisi iştirak etmişdir. Ona dəymiş maddi ziyan 300 manat və mənəvi ziyan 50 000 manatdır. Ona dəymiş ziyan ödənilməmişdir. Hazırda Təqsirləndirilən şəxslə barışmışlar və ondan şikayətçi deyildir. Birinci dəfə ondan 2015-ci ilin payız aylarında bir kök oğlan qəzetin təsisi üçün 10 000 manat pul verməli olduğunu, əks halda onun Londonda, İtaliyada evlərinin olduğunu, narkotik alveri ilə məşğul olduğunu və övladlarının narkoman olması ilə bağlı məlumat yayacağını bildirmişdir. İkinci dəfə pul istəmək üçün 2015-ci ilin payız aylarında ***-***-**-**, ***-***-**- ** saylı nömrələrinə zəng etmişlər. Ondan 5000 manat pul istəmişlər və yenə barəsində rüsvayedici məlumatlar yayacaqlarını demişlər. O, həmin şəxslərə həmin dövrdə pul verməmişdir. O, bu hadisələrdən sonra bezmiş və məhkəməyə vermişdir. Məhkəmə iclaslarında iştirak etməmiş, sonradan müdafiəçisi ona Təqsirləndirilən şəxs həbs olunduğunu demişdir. Üçüncü dəfə 500 manat pul istəmək üçün yanına Təqsirləndirilən şəxs nümayəndəsi olduğunu deyən şəxs gəlmişdir. O, həmin şəxsə 300 manat pul vermiş, həmin şəxs də ona barəsində bir daha məlumat paylaşılmayacağını demiş, lakin bir neçə gün sonra təkrar eyni məlumatlar paylaşılmışdır. Yanına gələn şəxs ona Gəncədən gəldiyini və onun kimi adamlardan pul yığdığını demişdir. İfadəsində qeyd etdiyi nömrələr hazırda istifadəsindədir. Ona BMCMİ-dən Elxan adlı müstəntiq zəng vurmuş və BMCMİ-yə çağırmışdır. Müstəntiq ona Təqsirləndirilən şəxs barəsində müxtəlif məlumatlar yaydığını və nəyə görə ondan şikayət etmədiyini soruşmuş, o da əvvəllər şikayət etdiyini və Binəqədi rayon Məhkəməsində işləri getdiyini demişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, təxminən 43 ilə yaxın müddətdir ki, Şirvan şəhəri Mərkəzi Xəstəxanasında həkim olaraq fəaliyyət göstərir. Təxminən 2015-ci ilin may-iyun aylarında oğlu Bakı şəhərinin Nərimanov rayonu ərazisində idarə etdiyi avtomobillə yol qaydalarını pozduğu üçün DYP əməkdaşları sonuncunun avtomobilini cərimə meydançasına aparmışdılar. Onlar da həmin vaxt bu məsələni necə qaydasına qoymaq lazım olduğunu maraqlanırmışlar. Nəticədə də qaydaqanuna uyğun olaraq onlar dövlət rüsumunu ödəyib maşını cərimə meydançasından çıxarıb getmişdilər. Buna baxmayaraq həmin məsələ ilə bağlı Üzeyir adlı Şirvan rayon sakini olan tanışı Habil adlı şəxsə onun telefon nömrəsini vermişdir ki, bu işdə ona köməklik etsin. Düzdür həmin vaxta kimi o, artıq bu işi yoluna qoymuş olsa da Habil ona yığaraq tanışlıq verib bildirmişdir ki, qazetin redaktorudur, demişdir ki bu işdə ona köməklik edə bilər. Lakin o, Habilə bildirəndə ki, maşını artıq çıxarmış və heç bir problemi yoxdur Habil ona təkid etmişdir ki, DYP-dən şikayət etsin. O isə bundan imtina etmiş, heç bir şikayət etməmişdir. Buna baxmayaraq Habil yenə də öz qazetində həmin məsələni işıqlandırıb uydurulmuş formada guya onun DYP əməkdaşlarına rüşvət verməsi səbəbindən bu məsələnin həllini tapdığını qeyd etmişdir. Həmin məsələ ilə bağlı o, DYPdə də olmuş və bu işin ona heç bir aidiyyətinin olmadığını orada bildirmişdir. Bir sözlə Habillə tanışlıqları bu cür yaranmışdır. Bundan bir müddət sonra, təxminən 2015-ci ilin ortalarında həmin şəxs yenidən onunla əlaqə saxlayıb özünün Şirvan şəhəri Mərkəzi Xəstəxanasında, övladlarının stomatoloq və yoldaşının da ginekoloq olması barədə məlumatar toplayıb onun, o cümlədən də ailə üzvlərinin guya qeyri-qanuni fəaliyyətlərlə məşğul olduqlarını, müəyyən kateqoriyalı şəxslərə guya narkotik vasitələr satdığını, həyat yoldaşının isə qanunsuz abort əməliyyatları həyata keçirdiyini, həmçinin evlərdə gizli olaraq bu kimi əməliyyatlar etdiyini bildirmişdir. O da Habilin dediklərini təkzib edərək belə bir şeylərin olmadığını, bunların şər-böhtan olduğunu demişdir. Habil isə onun yalan danışdığını, guya dediklərinin həqiqət olduğunu və bu barədə özünün baş redaktoru olduğu qəzetdə silsilə məqalələr dərc edəcəyini bildirmişdir. O isə vicdanının rahat olduğunu bildirərək və ona şər-böhtan atmamağını Habildən sakit tərzdə xahiş etmişdir. Habillə bir az söhbət etdikdən sonra bu kimi məlumatları dərc etməməyi üçün ondan 10.000 manat pul istəmişdir. O, Habilə heç bir məbləğdə pul verməyəcəyini bildirmişdir. Bu zəngdən təxminən bir həftə keçdikdən sonra onun barəsində Habil redaktoru olduğu qəzetdə müxtəlif formada həqiqətə uyğun olmayan məzmunlu məqalələr yazmağa başlamışdır. Daha sonra naməlum bir nömrədən ona zəng gəlmişdir. Zəng edən Habil imiş. Bu dəfə də Habil ondan 5000 manat pul tələb etmişdir. Təxminən 2015-ci ilin sonları imiş. Həmin pulu verdiyi təqdirdə daha ondan heç bir qəzetdə yazılmayacağını, dost olacaqlarını, artıq onun barəsində müsbət fikirli məqalələr dərc edəcəyini bildirmişdir. O, yenə də Habilə heç bir məbləğdə pul verməyəcəyini bildirmişdir. Artıq bu zəngdən sonra həmin qəzetdə onun barəsində yeni rüsvayedici şər və böhtan xarakterli məlumatların olduğunu görmüşdür. Bundan bir neçə həftə keçdikdən sonra, təxminən 2016-cı ilin əvvəllərində Habil onu yenidən yığaraq razılığa gəlmələrini, qəzet dərc etməli olduğunu, qəzetin bir tirajına 2.500 manat pul lazım olduğunu deyərək ondan həmin məbləği tələb etmiş və həmin pulu verəcəyi təqdirdə ondan qəzetdə heç bir şey yazmayacağını bildirmişdir. O, yenə razı olmasa da Habil dayanmadan ona zəng edib hədələdiyi üçün o, Habilə razılıq vermiş və nəticədə Habilin onun yanına göndərdiyi nümayəndəsinə 300 manat pulu Habilə öncədən bildirməklə sənədlərin arasında vermişdir. Buna baxmayaraq Habil yenidən onunla əlaqə saxlayıb “o boyda xəstəxanada şöbə müdirisən 300 nədir?” deyib yenidən onu hədələməyə başlayıb daha artıq, yəni əvvəlcədən dediyi 2500 manat pulu tələb etməyə başlamışdır. Odur ki, Habilin ondan əl çəkməyəcəyini görüb və bir gün sonra həmin qəzetdə yenə də onun və həyat yoldaşının haqqında rüsvayedici, şər və böhtan xarakterli məqalələrin dərc olunduğunu görüb həmin ərəfədə, 2016-cı ilin ortalarında vəkil tutub Habil barəsində Binəqədi Rayon Məhkəməsinə şikayət etmişdir. Lakin iş yeri həmin vaxtlarda Biləsuvar rayon Xəstəxanasına dəyişdiyinə görə, həmçinin də Habilin həmin vaxtlarda tutulması səbəbindən şikayətin aqibəti ilə maraqlanmamışdır. Təqsirləndirilən şəxslə heç vaxt görüşmədiyini, həmişə Habilin özü ona telefon vasitəsilə yığdığını, Təqsirləndirilən şəxs ona hansı telefon nömrədən yığmasının yadında olmadığını və telefonunda qalmadığını, Habilin onu “Whatsapp” mobil tətbiqi vasitəsilə yığdığını, Təqsirləndirilən şəxs ilk əvvəl özünü ona təqdim edib “gündəlik-bakı” qəzetinin redaktoru olduğunu deməsini, bir neçə dəfə də ona “Whatsapp” mobil tətbiqi vasitəsilə görüntülü yığdığını, ona görə də Habil olduğunu əyani olaraq gördüyünü, aralarında borc münasibətinin olmadığını, heç bir tanışlıqlarının belə olmadığını, Habilin onu hədələyib telefon vasitəsi ilə pul tələb etdiyi üçün pul verdiyini, Təqsirləndirilən şəxs pulu çatdırması üçün sonuncunun göndərdiyi şəxsə 300 manat pulu verərkən həmin şəxsin verilən pulun nə üçün verildiyini bilmədiyini, Habilin həmin şəxsi ondan sənəd götürmək üçün yanına yolladığını, pulu sənədlərin arasında görünməyən zərfdə qoymasını ona bildirdiyini, həmin şəxs bunu bilmədiyini qeyd etmişdir. (cild 1, iş vərəqə 64-66) Zərərçəkmiş şəxs1 notarial təsdiqli ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, onu 2024-cü ilin yanvar ayında BMCMİ-yə çağırmışlar. BMCMİ-də ondan Təqsirləndirilən şəxs tanıyıb-tanımadığını soruşmuşlar, o da tanımadığını bildirmişdir. BMCMİ-nin əməkdaşları ona Təqsirləndirilən şəxslə 2021-ci ildə telefonla əlaqə saxladığını və Habilə rüşvət verdiyini demişlər. O Təqsirləndirilən şəxs BMCMİ-də tanımışdır. Hal-hazırda Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs3 bildirdi ki, o pandemiyadan sonra məclislərin keçirilməsinə icazə verilən dövrdə “Qızılbağ” restoranının administratoru olmuşdur. Pandemiya vaxtı restoranda məclislər keçirilmirdi. Restoranı işlətdiyi dövrdə ona qarşı heç bir hədə və təzyiq olmamışdır. O, Təqsirləndirilən şəxs heç bir vaxt üzbəüz görməmişdir. Təqsirləndirilən şəxslə aralarında telefon danışığı olmuş, telefonda danışan zaman Təqsirləndirilən şəxs jurnalist olduğunu və onun icazəsiz şəkildə məclislər keçirdiyini bildirmişdir. O isə hər bir şeyin qanuni şəkildə olduğunu, daim polis əməkdaşları tərəfindən yoxlamalar aparıldığını, əgər inanmırsa, gəlib hər şeyi gözü ilə görə biləcəyini demişdir. Bu söhbətdən sonra Təqsirləndirilən şəxslə görüşləri olmamışdır. Ona başqa bir şəxs hədə-qorxu gəlməmişdir. O, heç bir kəsə hədə-qorxu gəlməsi səbəbilə pul verməmişdir. İbtidai istintaq zamanı ona heç bir təzyiq və ya təsir olmamışdır. Təqsirləndirilən şəxslə telefonda danışan zaman ona qarşı heç bir təhdid və ya hədə hiss etməmişdir. İbtidai istintaq zamanı o sadəcə ifadəsinə qol çəkmiş, orada yazılandan xəbəri olmamışdır. O əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. Təqsirləndirilən şəxs ilk dəfə BMCMİ-də tanımışdır. Təqsirləndirilən şəxslə aralarında bir dəfə telefon danışığı olmuşdur. İbtidai istintaq zamanı ifadəsini oxumamış, həmin ifadə ona oxunmamışdır. Pandemiya dövründə və ondan sonra barəsində inzibati xəta barədə protokol tərtib edilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadənin altında olan imza ona məxsusdur, lakin orada yazılmış yazının ona məxsus olub-olmamasını dəqiq deyə bilmir. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2021-ci ilin təxminən may-avqust aylarında Bakı şəhəri, Babək prospektində yerləşən “Qızıl Bağ” restoranında administrator işləyirmiş. Həmin ərəfədə ölkədə yayılmış Covid-19 pandemiya virusu ilə əlaqədar toy və kütləvi şənliklərin restoranlarda keçirilməsi, o cümlədən də restoranların fəaliyyəti qadağan olunmuş və yenicə fəaliyyət bərpa edilirmiş. Buna baxmayaraq sözügədən tədbirdə iştirak edən şəxslərin ümumi sayının yuxarı həddi 150 nəfər olması nəzərdə tutulmuşdur. Elə həmin restoran da qoyulmuş qaydaya uyğun fəaliyyət göstərirmiş. Mahiyyəti üzrə bildirmişdir ki, 2021-ci ilin təxminən may-iyun aylarında növbəti dəfə belə bir ümumi məclisin olacağı nəzərdə tutulmuş və başlanmasına hazırlıqlar aparılırmış. Yadındadır ki, o da administrator kimi orada bayırda nəzarət edirmiş. Xeyli sayda müştəriləriləri var imiş, lakin sayı heç 100 nəfərə çatmazdı. Çünki həmin restoranda ümumiyyətlə toy keçirilməsi nəzərdə tutulmurmuş. Onlar adi qaydada ailəvi ümumi zalı və ayrıca kabinetləri olan restoran tipli obyekt kimi fəaliyyət göstərirmişlər. Yadındadır ki, həmin vaxt bir nəfər şəxs əlində həvəskar kamera ilə video çəkərək restoranın həyətinə daxil olmuş və bir neçə saniyə sonra çıxmışdır. O, həmin epizoda elə də fikir verməmişdir, düşünmüşdür ki, müştərilərdən kimsə ailə tədbirini xatirə olsun deyə lentə almağı sifariş vermiş və bayırdan çəkiliş edəcəklər. Elə bundan bir neçə dəqiqə sonra restoranda işlədiyi vaxt orada olan xidməti mobil telefon nömrəsinə tanımadığı və hazırda yadında qalmayan bir nömrədən zəng gəlmişdir. O, zəngə cavab verən zaman telefonda onu yığan şəxs özünü jurnalist kimi təqdim edərək adının Təqsirləndirilən şəxs olduğunu bildirib ona restoranın məsul şəxsi kimi müraciət edərək irad bildirib nəyə görə ölkədə qoyulmuş qayda-qanunu kobud surətdə pozmaqla pul qazandıqlarını qeyd edərək bir qədər öncə restoranın həyətində aparılmış videoçəkilişin tezliklə efirdə yayınılacağını bildirmişdir. O da həmin şəxsdən nəyə görə bu cür etməsini soruşmuş və nəticədə onlar görüşməyə qərarlaşmışlar. Təxminən yarımsaat sonra həmin şəxs onun iş yerinə gəlmiş və onlar elə həyətdə ayaq üstü söhbət etmişlər. Qeyd edilən şəxs həmin vaxt bildirmişdir ki, “gündəli-baku.com” saytının redaktorudur və bu kimi qanun pozuntularını müəyyən edib ifşa etməklə məşğuldur. Bu vaxt o, həmin şəxsdən restoranda heç toy keçirilə bilmədiyini, adam sayının belə nəzərdə tutulandan az olduğunu izah edib fikrindən yayınmağı təklif etmiş, heç bir qanunsuzluq etmədiklərini bildirsə də həmin şəxs ona bunun üçün pul lazım olduğunu, konkret olaraq isə bunun müqabilində ondan 500 manat pul istəmişdir. O, həmin şəxsin bu cür hərəkəti ilə administratoru olduğu uzun müddət işləməyən və yenicə fəaliyyətini bərpa etmiş restoranın nüfuzuna xələl gətirilə biləcəyini düşünüb həmin şəxslə razılaşmağa məcbur olmuşdur. Lakin dediyi məbləği verə bilməzmiş, odur ki, bir qədər söhbət edərək 200 manata razılaşmışlar. Beləliklə də o, həmin şəxsə 200 manat verəndən sonra sonuncu demişdir ki, heç bir problem olası deyil və çəkilmiş videonu siləcəyini deyib çıxıb getmişdir. Beləliklə də o, həmin şəxsin barəsində şikayət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxslə ilk olaraq telefonda restoranın telefon nömrəsinə zəng etdiyi üçün danışdığını və sonradan da görüşdüyünü, əvvəllər tanımadığını, həmin görüşdə Habilin ondan çəkilmiş videonu yayımlamayaraq silməsi üçün 500 manat məbləğində pul tələb etdiyini, Habilin hansı nömrədən zəng etməsini xatırlamadığını, restoranın da nömrəsinin hazırda yadına qalmadığını, zəng adi qaydada deyil, “Whatsapp” tətbiqi üzərindən edildiyini, Təqsirləndirilən şəxslə aralarında borc münasibətinin olmadığını, ümumiyyətlə heç bir tanışlığının belə olmadığını, Habillə məhz həmin hadisə ilə bağlı görüşüb onu hədələdiyi üçün pul verdiyini, Təqsirləndirilən şəxs həmin restorana gələnə qədər sözügedən məkanın həyətində videoçəkiliş aparan şəxsi xatırlamadığını, sonuncunun görüşə tək gəldiyini üçün ola bilsin videoçəkilişi Habilin özü etdiyini qeyd etmişdir. (cild 1, iş vərəqə 12-14) Zərərçəkmiş şəxs3 notarial təsdiqli ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, onun əvvəllər “Arzu” adında bir firması olmuş və bu firmanı şəriki olan Oktay adlı şəxslə birlikdə işlətmişlər. Sonradan Oktayla münasibətləri korlanmış və o ayrıca “Qartal” tikinti firmasını yaratmışdır. Sonradan sosial-şəbəkələrdə onun haqqında təhqiramiz videolar yayılmış, bu videolar “gundelik-baki.com” saytının loqosu ilə yayılmışdır. 2023-cü ilin iyun ayında Təqsirləndirilən şəxs ona zəng vuraraq gömrükdə maşın keçirməli olduğunu və bununla bağlı ona 5 000 manat pul verməli olduğunu, əgər verməsə, barəsində rüsvayedici məlumatlar yayacağını bildirmişdir. O bu gün də əmin deyil ki, onunla telefonda danışan şəxs Təqsirləndirilən şəxs idi, ya yox. Amma sonrakı proseslər də ona zəng vuran şəxsin Təqsirləndirilən şəxs olduğundan əmin olmuşdur. Barəsində yayılan məlumatlardan sonra, o öyrənmişdir ki, Təqsirləndirilən şəxs oğlu Sumqayıt rayon İcra Hakimiyyətində işləyir və bundan sonra o Sumqayıt rayon İcra Hakimiyyətinin nümayəndəsi Şahidlə əlaqə saxlamış və ondan xahiş etmişdir ki, Təqsirləndirilən şəxs barəsində yaydığı məlumatları silməsini desin. Daha sonra Əhməd ona zəng vuraraq özünün X13 Birliyinin sədri olduğunu, barəsində paylaşılmış onun Türkiyə Respublikası prezident seçkiləri zamanı Kılıçdaroğluna səs vermək istəyəcəyini dediyi videonun Prezident Aparatında narazılığa səbəb olduğunu, böyük miqdarda pul verməyi qarşılığında, yarısına Təqsirləndirilən şəxs verəcəyini və Prezident Aparatında yaranmış narazılığı yatıracağını demişdir. O araşdırmaları nəticəsində X14 Aparatında işləmədiyini, sadəcə dövlət tərəfindən qeydiyyata alınmamış ictimai birlikdə sədr olduğunu öyrənmiş və məsələnin mahiyyətini başa düşmüşdür. Əslində o Əhməd Vedilinin ondan istədiyi pulun bir hissəsini Təqsirləndirilən şəxs verib-verməyəcəyini dəqiq bilməmişdir. Sonralar da Təqsirləndirilən şəxs adından onun tanışlarına, qohumlarına zənglər olunmuşdur. O daha sonra Təqsirləndirilən şəxs həbs olunduğunu eşitmiş və bundan sonra Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Sonradan onmu BMCMİ-dən çağırmışlar və cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxslə aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirdi ki, barəsində yayılacağı bildirilən təhqiramiz məlumatların məzmununda şəriki ilə münasibətləri pozulduğunu və bundan sonra şəriki ilə olan firmalarının adını dəyişərək Qartal firması etdiyi qeyd olunur. Həmçinin Qartal tikinti firmasının hündür yerlərdə işlər gördüyünü və burada baş vermiş işçilərin ölüm hadisələrinin araşdırılmadığı qeyd olunur. Bundan başqa onun təlim-tədris mərkəzinin olduğunu və bu işi görməyə ona kimin səlahiyyət verdiyini yazmışdır. Həmçinin xəbərində yazır ki, o Ərdoğana deyil, Kılıçdaroğluna səs verəcəyini qeyd etmişdir və hesab edir ki, bu məlumatlar onun nüfuzuna xələl gətirən xəbərlərdir. Onun barəsində dərc olunmuş xəbərlər Youtube, Tiktok və Facebook sosial şəbəkələrində yayımlanmışdır. Onun firmasında heç bir ölüm hadisəsi olmamışdır. 2015-ci ildə “gundelik-baki.com” qəzetində barəsində paylaşılan xəbərdən sonra o Mətbuat Şurasına sorğu vermiş və sorğusuna verilmiş cavabda “gundelikbaki.com” qəzetinin baş redaktorunun Təqsirləndirilən şəxs olduğu və onunla danışıqlar aparıldığı qeyd edilmiş, bundan sonra ona gundelik-baki.com qəzetinin Təqsirləndirilən şəxs məxsus olması məlum olmuşdur. Sosial şəbəkələrdə yayımlanmış videoların silinməsi ilə bağlı Təqsirləndirilən şəxs adı ilə onun qohumlarına və tanışlarına zəng edilmiş və pul verməyi qarşılığında videoların silinəcəyini demişlər. Barəsində paylaşılmış videolar Təqsirləndirilən şəxs həbs olunduqdan sonra gundelik-baki.com saytından çıxarılmışdır. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edilmiş şəxslə vatsap proqramından videogörüntü vasitəsilə 2023-cü ilin aprel ayında danışmışdır. Səadət Akifqızı BBC-nin redaktorudur, o barəsində yayılmış videoda olan səsi Səadət Akifqızının səsinə oxşatmış, bu səbəbdən Daxili İşlər Nazirliyinə etdiyi şikayətdə Səadət Akifqızının da araşdırılmasını xahiş etmiş və araşdırılmalar nəticəsində səsin sonuncuya aid olmadığı ortaya çıxmışdır. X17 ilə Təqsirləndirilən şəxs əlbir olduğunu düşünmür. Təqsirləndirilən şəxs ondan sadəcə bir dəfə dəqiq məbləğ göstərərək 5 000 manat istəmiş, qalan zənglərdə pul istənilmiş, lakin heç bir məbləğ göstərilməmişdir. O, Təqsirləndirilən şəxs qanunvericiliyə uyğun cəza çəkməsini istəyir, aralarında barışıq yoxdur və barışıq etmək fikri də yoxdur. Təqsirləndirilən şəxs onunla heç bir vaxt üz-üzə görüşməmişdir. Təqsirləndirilən şəxs ona vatsap vasitəsilə zəng vuran zaman 5 000 manat pul tələb etmiş, ona hansı nömrədən zəng vurduğunu xatırlamır. Təqsirləndirilən şəxs onun ***-***-**-** saylı mobil nömrəsinə zəng etmişdir. Təqsirləndirilən şəxs adından onun hansı tanış və qohumları ilə əlaqə saxlanıldığını açıqlamaq istəmir. Təqsirləndirilən şəxs adından onunla videogörüntüdə danışan şəxslə təqribi 1 dəqiqə ərzində danışmışlar. Ona Təqsirləndirilən şəxs zəng vurmuşdur. 2015-ci ildə gundelik-baki.com qəzetində Qartal MTK barədə çap edilmiş yazıdan sonra o həmin qəzet barədə şikayət yazmış və şikayətinə cavab olaraq gundelikbaki.com qəzetinin baş redaktorunun Təqsirləndirilən şəxs olduğu və onun çağırılaraq danışıqlar aparıldığı qeyd edilmişdir. Bundan sonra o gundelik-baki.com qəzetinin baş redaktorunun Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. İkinci epizod üzrə deyə bilər ki, 2023-cü ilin iyun-iyul aylarında Təqsirləndirilən şəxs ona whatsapp tətbiqi ilə zəng vuraraq maşınını gömrükdən keçirmək üçün 5.000 manat pul istədiyini bildirmişdir. O da Təqsirləndirilən şəxs ondan əvvəl də bir neçə şəxslərə belə hədə-qorxu gələrək pul tələb etdiyini öyrənmişdir. Bu səbəbdən o Habilə heç bir pul verməyəcəyini bildirmişdir. O, icra hakimiyyətinin işçisi olan Şahid xahiş etmişdir ki, Təqsirləndirilən şəxslə barəsində paylaşılmış videoların silməsi üçün Habillə danışsın. Həqiqətən də Şahid Təqsirləndirilən şəxslə danışıq apardıqdan sonra barəsində paylaşılmış video silinmiş, lakin bir müddətdən sonra təkrar barəsində olan videolar sosial şəbəkələrdə yayılmağa başlanmışdır. Sonradan o Təqsirləndirilən şəxs barəsində sosial mediada yayılan xəbərlərdən sonra Habilin həbs olunduğunu öyrənmiş, o da şikayət etmişdir. O Daxili İşlər naziri Vilayət Eyvazova 2024-cü ilin yanvar ayının 17-də ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs şikayət etmişdir. Onun Təqsirləndirilən şəxs barədə əvvəllər şikayət etməməyinin səbəbi, bir nəfərin şikayəti barədə açılan cinayət işinin daha yüngül məsuliyyətə səbəb olması olmuşdur. Bu səbəbdən bir az gözləmiş, sonradan digər şəxslərin də Təqsirləndirilən şəxs şikayət etdiklərini eşitdikdən sonra o da şikayət etmişdir. İbtidai istintaqda ifadə verən zaman ona heç bir təsir və təzyiq olmamışdır. Video zəngdə danışdığı şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Əhməd Vedili o zəng vurub və özünün Prezident Aparatında işlədiyini deyərək, onun Kılıçdaroğluna səs verməyə çağırmağının narazılığa səbəb olduğunu, müəyyən qədər “hörmət” etsə, Təqsirləndirilən şəxs xəbəri siləcəyini bildirmişdir. Telefonu söndürdükdən sonra özü araşdırma edərək X14 Aparatında yox, hansısa qeyri-hökümət təşkilatında işlədiyini müəyyənləşdirmiş və Əhməd Vediliyə geri zəng edərək onunla heç bir danışıqlara girməyəciyini bildirmişdir. Əhməd Vedili ona Təqsirləndirilən şəxs tanıdığını demişdir. Sumqayıt şəhər İcra Hakimiyyətində Şahid Təqsirləndirilən şəxs onun barəsində təhqiramiz xəbərlər paylaşdığını və onun Təqsirləndirilən şəxslə əlaqəsi olması səbəbindən onun barəsində xəbərlərin silinməsi ilə bağlı Hbail Vəliyevlə danışmasını xahiş etmiş və həmin gün barəsində olan xəbərlər sosial şəbəkələrdən silinmişdir. Təqsirləndirilən şəxs adından ona zəng vuran şəxs onunla Əhməd Vedili barədə heç bir söz danışmamışdır. 2015-ci ildə Qartal MTK barəsində “gundelik-baki.com” saytında yayımlanmış məqalədən sonra Mətbuat Şurasına müraciət ünvanlamış və cavab olaraq həmin saytın redaktoru Təqsirləndirilən şəxs məqalə ilə bağlı Şuraya dəvət olunmuşdur. O “Qartal” tikinti firmasının direktorudur, bu firma hərbitelekommunikasiya obyektlərinin tikintisi ilə məşğul olan firmadır. 2015-ci ildə Qartal MTK barəsində “gundelik-baki.com” saytında yayımlanmış məqalədən sonra Mətbuat Şurasına müraciət ünvanlamış və cavab olaraq həmin saytın redaktoru Təqsirləndirilən şəxs məqalə ilə bağlı Şuraya dəvət olunmuşdur. 2025-ci ildə Təqsirləndirilən şəxslə ünsiyyəti olmamışdır. İlk dəfə Təqsirləndirilən şəxs BMCMİ-də görmüşdür. Təqsirləndirilən şəxs 2023-cü ilin iyun-iyul aylarında ona whatsapp tətbiqi ilə görüntülü zəng vuraraq maşınını gömrükdən keçirmək üçün 5.000 manat pul verməli olduğunu, əks halda onun barəsində videolar yayacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs gördükdən sonra onunla danışan şəxsin Təqsirləndirilən şəxs olub-olmamasından əmin olmamışdır. Həmin danışığın səs və ya video yazısını sübut qismində təqdim etməmişdir. Barəsində videolar yayıldıqdan sonra o Şahid xahiş etmişdir ki, Təqsirləndirilən şəxs həmin videoları silməsini desin. Onun tanış və qohumlarını da Təqsirləndirilən şəxs adından Əhməd Vedili və digər şəxslər şantajlar edərək pul tələb etmişlər. Onun yaxın qohumlarının hansından pul tələb edildiyini demək istəmir. O, ilk dəfə Daxili İşlər naziri Vilayət Eyvazova 2024-cü ilin yanvar ayının 17-də ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs şikayət etmişdir. O, bu şikayətdə Təqsirləndirilən şəxs ondan pul tələb etməsini qeyd etməmişdir. Məhkəmənin işə ədalətlə baxacağına inandığı üçün əvvəllər Baş Prokuror və ya digər şəxslərin qəbuluna getməmişdir. O, sonradan bacısı oğlu X20 Vəliyevlə danışdığını öyrənmişdir. Onun ilk şikayəti yalnız paylaşılmış video görüntülərlə bağlı şərəf və ləyaqətinin alçaldılması ilə əlaqədar olmuşdur. O, şikayət edən zaman “Qartal” tikinti firmasının blankında şikayətini yazmışdır. Təqdim etdiyim sənədləri Baş Prokurorluğa verdiyi şikayətinə əlavə etməmişdir. O, Şahid barəsində paylaşılmış xəbərlərin silinməsi ilə bağlı Təqsirləndirilən şəxslə danışması üçün xahiş etmişdir. Sonradan Şahid Təqsirləndirilən şəxslə danışması barədə soruşmamışdır. O, Şahid xahiş etdikdən sonra video sosial şəbəkələrdən silinmiş, lakin sonradan təkrar paylaşılmışdır. O, Şahid Təqsirləndirilən şəxs ondan pul istəməsi barədə heç bir şey deməmişdir. O, Şahid xahiş etmək məqsədilə zəng etmişdir. O, Təqsirləndirilən şəxs ilk dəfə ibtidai istintaq zamanı görmüşdür. İstintaq zamanı ondan pul tələb edən şəxsin Təqsirləndirilən şəxs olduğuna şübhə ilə yanaşırmış, lakin məhkəmə istintaqı zamanı onun hərəkətlərinə diqqət yetirdikdən sonra ondan 5000 manat pul tələb edən şəxsin Təqsirləndirilən şəxs olduğundan əmin olmuşdur. Təqsirləndirilən şəxs pulu şəxsən ondan tələb etmişdir. Təqsirləndirilən şəxs ona görüntülü zəng vuraraq pul tələb etmişdir. Təqsirləndirilən şəxs mobil nömrəsini bilmir. Təqsirləndirilən şəxs ona zəng vurduqdan sonra özünü təqdim etmiş və gundelik-baki.com saytının rəhbəri olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2023-cü ilin may ayında Təqsirləndirilən şəxs ona zəng edərək özünü təqdim edib, “gündəlik- baki.com” saytının təsisçisi və redaktoru olduğunu bildirib onun fəaliyyəti barədə xəbərdar olduğunu bildirərək özünün bir çox sahibkarlar barədə rüsvayedici məlumatlar yazıb dərc etdiyi barədə ona söz arası işarə edib sanki xəbərdarlıq etdiyini bildirərək qeyd etmişdir ki, özünə xaricdən şəxsi avtomobil gətirib və həmin avtomobili gömrük etməlidir. Odur ki, bu işə görə ondan 3-5 min manat arası məbləğində pul istəmişdir. Ona demişdir ki, ödəniş etməsə onun özü və şirkəti barəsində məlumatlar dərc edərək onu respublikaya biabır edəcək və bu kimi məlumatlara rüsvay olmağına şərait yaradacaq. Həmin vaxta kimi o, Habili şəxsən tanımırmış, lakin qiyabi olaraq eşitmişdir ki, müxtəlif şəxslər barədə öz saytında həqiqətə uyğun olmayan məzmunda məlumatları dərc edərək əsassız olaraq sonradan həmin şəxslərdən qeyd edilən məlumatların pozulması üçün pul tələb edirmiş. Odur ki, o da Habilin bu cür haqsızlığına görə qəti olaraq rədd cavabı vermiş və dedikləri ilə razı olmamışdır. Təqribən 15-20 gün sonra Təqsirləndirilən şəxs baş redaktoru olduğu adı yuxarıda qeyd olunan saytda onun rəhbəri olduğu şirkətin barəsində həqiqətə uyğun olmayan məzmunda məlumatlar dərc etdiyini görmüşdür. Belə ki, həmin məlumatda guya ayrı şəxslərin onunla şərik olub aralarında baş vermiş mübahisə nəticəsində həmin şəxsin onun ünvanına nalayiq hərəkətlər etməsi və s. bu kimi həqiqətə uyğun olmayan videoçarx şəklində paylaşım imiş. Bundan bir müddət sonra hazırda xatırlamadığı tanışlarından bir nəfər şəxs ona zəng edərək Habilin xahişi ilə zəng etdiyini bildirib dərc olunan məlumatların silinməsi müqabilində pul ödənişinin edilməsini ona çatdırmışdır. O, yenə də imtina edib yalan məlumatlara görə nə üçün pul ödəməli olduğunu həmin şəxsə bildirmiş və Habilə heç bir məbləğdə pul ödəməmişdir. Bundan başqa, qeyd etmiş ki, onun fikrincə bu məsələdə Səadət Akif qızı adlı şəxsin də əli varmış. Belə düşünməsinə əsas isə Səadətin ondan illər öncə, 2020-ci ildə ofisində sahibkarların fəaliyyəti barədə ondan almış olduğu müsahibə zamanı çəkilmiş bəzi fotogörüntülər həmçinin Habilin paylaşımları zamanı adı çəkilən saytda yer almışdır. Bu da onu elə düşünməyə vadar edir ki, onlar əlbir olaraq bu cür hərəkət etmişlər. Bundan başqa, qeyd etmiş ki, Təqsirləndirilən şəxs onun barəsində etdiyi ilk paylaşımdan sonra onunla yadında hazırda qalmayan bir nömrədən tanımadığı bir nəfər şəxs zəng edərək özünü “Əhməd Vedili” kimi təqdim edib eyni qaydada barəsində edilən paylaşımın tez bir zamanda həll olunmasının məqsədəmüvafiqliyinə dair onunla söhbət edərək sanki Habillə razılaşmağa çağırırmış. O, isə bu cür şəxslərlə heç bir iş görmədiyini sonuncuya qəti surətdə bildirərək həmin şəxsin dediklərinə məhəl qoymamış və Habilə heç bir məbləğdə pul da verməmişdir. Onu da qeyd etmiş ki, son vaxtlara kimi həmin məlumatlar “gündəlik-baku.com” saytında qalırmış, Habil tutulandan sonra isə bir çox məlumatlarla birlikdə həmin məlumatlar da saytdan silinmişdir. Buna baxmayaraq o, həmin videoroliki, o cümlədən də müxbir Səadət Akifqızının ondan almış olduğu müsahibənin tam video görüntüsünü yazdığı ərizəyə qoşma şəklində əlavə etdiyi yaddaş kartına köçürmüşdür. Beləliklə də, Habilin tutulduğunu eşidərək özü də Habilin barəsində şikayət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs eşitdiyinə görə bir çox sahibkarların faliyyətinə bu cür nahaq formada qara yaxmaqla öz məqsədlərini güdüb pullarını ələ keçirmişdir. Təqsirləndirilən şəxslə heç vaxt görüşmədiyini, həmin şəxslə mobil telefonla danışdığını, əvvəllər tanımadığını, yalnız adını bir neçə iş adamından eşitdiyini və həmin şəxslərin Habilin şəklini ona göstərdiklərini, bir sözlə Habili qiyabi olaraq tanıdığını, Təqsirləndirilən şəxs ona hansı mobil telefon nömrədən ona zəng etdiyini xatırlamadığını, hadisənin üstündən xeyli vaxt keçdiyini, Habilin ona “Whatsapp” mobil tətbiqi üzərindən yığdığını, tanımadığı nömrələrə cavab vermədiyini, həmin zəngin ona bir neçə dəfə gəldiyini, cavab vermədiyinə görə onu videogörüntü ilə Habil yuxarıda qeyd etdiyi mobil tətbiq üzərindən yığdığını, ilk əvvəl zəng edən şəxsin tanıdığı adam olduğunu düşündüyünü, çünki kənar adamın videogörüntü ilə yığmayacağını fikirləşdiyini, lakin zəngə cavab verəndə əyani olaraq Təqsirləndirilən şəxs gördüyünü və Habil özünü təqdim edəndə yadına düşərək sonuncunu tanıdığını qeyd etmişdir. Təqsirləndirilən şəxs ondan konkret olaraq 5.000 manat pul tələb etdiyini, Təqsirləndirilən şəxslə aralarında borc münasibətinin olmadığını, Habillə heç bir tanışlığının belə olmadığını, məhz həmin hadisə ilə bağlı zəng etdiyi üçün danışdığını və xahişini qəbul etməsi üçün bir neçə ümumi tanışlarına zəng etdirdiyini, Səadət Akifqızı adlı şəxsin ondan hər hansı məbləğdə pul tələb etmədiyini, sonuncu dəfə elə müsahibə alan zaman gördüyünü və həmin vaxtdan etibarən hər-hansı bir əlaqələrinin olmadığını, Səadətin ondan aldığı müsahibə zamanı çəkilmiş fotogörüntülərin Habil tərəfindən hazırlanan videoçarxda istifadə edilməsi və həmin paylaşımda böhtan xarakterli məlumatları danışan qadın səsinin Səadətin səsinə bənzətdiyinə görə Habillə əlbir olması barədə fikirə gəldiyini, Habilə görə ona zəng etmiş tanışının kim olmasını xatırlamadığını, həmin şəxsin Habillə şəxsi münasibətləri var imiş deyə Habil həmin şəxsə ona zəng etməyi xahiş etdiyini qeyd etmiş, “Əhməd Vedili” adlı şəxslə görüşmədiyini, həmin ərəfələrdə mobil telefon vasitəsilə danışdığını, ona Habillə “barışmağı” təklif etdiyini, çox güman ki, həmin şəxsi də Habil öyrədib ona zəng etdinmişdir ki, bəlkə fikrindən dönər. Həmin şəxsin ona pul barədə bir şey demədiyini qeyd etmişdir. (cild 1, iş vərəqə 165-167) Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o Sumqayıt şəhər İcra Hakimiyyətində çalışır. Təqsirləndirilən şəxslə tanışlıqları var. İcra Hakimiyyətinin Sumqayıt şəhərində görmüş işlərinin mətbuatda paylaşılması ilə bağlı media nümayəndələri ilə əməkdaşlıqları olur, Təqsirləndirilən şəxs də belə əməkdaşlardan biridir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid bildirdi ki, sosial mediada onun işgüzar və şəxsi nüfuzuna xələl gətirən məlumatlar paylaşılmışdır. Bu məlumatların kimlər tərəfindən paylaşıldığını bilir, lakin buna əhəmiyyət verməmişlər. Onun barəsində olan məlumatların silinməsi ilə bağlı Təqsirləndirilən şəxs müraciət etməmişdir. Həmin xəbərlərə qarşılıq olaraq Sumqayıt şəhərində görülmüş işləri paylaşmışlar. O, yalnız Təqsirləndirilən şəxs 2023-cü ildə Zərərçəkmiş şəxs2la bağlı paylaşılmış xəbərin silinməsi üçün xahiş etmişdir. O, Təqsirləndirilən şəxs şəxsən zəng vuraraq Zərərçəkmiş şəxs2 barəsində paylaşılmış xəbərin silinməsi üçün xahiş etmişdir. Təqsirləndirilən şəxs əməkdaşlıq etdikləri jurnalistdir. Təqsirləndirilən şəxs həm özünü yaxşı tanıyır, həm də Habilin oğlu Sumqayıt şəhər İcra Hakimiyyətində işləyir, bu səbəbdən ərk edərək Təqsirləndirilən şəxs bu xahişi etmişdir. Sonradan xəbərin silinməsi ilə bağlı maraqlanmamışdır. Zərərçəkmiş şəxs2 təkrarən ondan videoların silinməsi ilə bağlı xahiş etməmişdir. Təqsirləndirilən şəxs onun vasitəsi ilə Zərərçəkmiş şəxs2 heç bir pul tələb etməmişdir. Ona bu cür ifadə veməyə təzyiq göstərən olmamışdır. Təqsirləndirilən şəxs dövlət və dövlətçiliyə sadiq bir jurnalist kimi tanımışdır. Zərərçəkmiş şəxs2 ərizəsini geri götürməsi ilə bağlı heç bir şey xahiş etməmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tərəflərin razılığı ilə elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, 2015-ci ildən etibarən Sumqayıt Şəhər İcra Hakimiyyətində Ərazi və Yerli özünüidarəetmə orqanları ilə iş Şöbəsinin müdiri vəzifəsində çalışır. 11 yanvar 2024-cü il tarixdə sosial şəbəkələrdə xəbər saytlarına baxarkən onun barəsində nüfuzdan salıcı xəbər paylaşılmasım görmüşdür. Bu xəbər “1xeber.az” saytında paylaşılmışdır. Xəbərin istinad mənbəsi isə “cumhuriyyet.az” saytı imiş. Lakin xəbəri paylaşan müəllifin ad və ya soyadı yazılmamışdı. Qeyd olunan yazıda onun guya ki, hansısa bir iaşə obyektini əyləncə mərkəzi kimi işlətdiyi, özünün də burada yerləşən kabinetlərin birində istirahət etdiyi qeyd olunmuşdur. Bundan sonra o, jurnalist olaraq tanıdığı, “gündelikbaku.com” saytının direktoru olan Təqsirləndirilən şəxs müraciət etmişdir. Belə ki, istəyirmiş ki, qeyd olunan xəbər saytında barəsində həqiqətəuyğun olmayan paylaşılmış yazını silə bilsin. Habilin özünü də təxminən 1-2 il müddətdir ki, tanımışdır. Habili jurnalist olaraq tanıdığı üçün sonuncuya müraciət etmişdir. Habilə zəng edəndən sonra Habil xəbər saytının linkini özünə göndərməyini bildirmişdir. O da bundan sonra linki Habilə göndərmişdir. Qısa müddət sonra Habil ona zəng edib xəbəri paylaşan şəxsi tanıdığı, adının Tural Əhmədov olmasını, yazını sildirə biləcəyini demişdir. O da Habillə razılaşmışdır. Bir neçə saat sonra Habil ona zəng edib yazını sildirməsini, bunu yoxlaya biləcəyini demişdir. O da həqiqətən səhifəni yoxladıqda yazının silinməsini görmüşdür. Daha sonra Habilə təşəkkürünü bildirmişdir. Həmin günün axşamı Habil ona zəng edib ondan 200 manat pul istəmişdir. O da Habilə istədiyi məbləği verəcəyini demişdir. Daha sonra Habil ona 01 ədəd plastik bank kartının şəklini göndərmişdir. O da özünə məxsus olan “Kapital Bank” kartından həmin karta 200 manat pul göndərmişdir. Bu hadisədən 3 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə həmin “lxeber.az” saytında yenidən barəsində həmin yazının paylaşılmasını görmüşdür. Həmin yazı yenə də videosujet halında tərtib olunub paylaşılmışdır. Daha sonra o, həmin saytın rəhbəri olan Tural Əhmədovun nömrəsini tapıb əlaqə saxlamışdır. Turaldan niyə xəbərin yenidən paylaşılmasını, Təqsirləndirilən şəxs buna görə xahiş edilməsini demişdir. Tural Əhmədov da cavabında özünə Təqsirləndirilən şəxs tərəfindən heç bir ödəniş olunmadığını, bu səbəbdən xəbəri silmədiyini demişdir. Tural Əhmədov əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Turala yazının silinməsi üçün pul ödəyəcəyini deyib, bunun üçün pul qarşılığında yazının silinməsini nəzərə alaraq Habilin də sözünə inandığı üçün xəbəri ilkin olaraq silib, lakin daha sonra pulun göndərilmədiyini gördükdən sonra xəbəri yenidən videosujet halında həmin internet səhifəsində paylaşıb. Bundan sonra o, Turala izah etmişdir ki, o, elə insan deyil və barəsində yazılanlar əsassızdır. Həmin şəxs də bundan sonra xəbəri yenidən silmişdir. Müvafiq xüsusatla əlaqədar əlavə olaraq ifadəsi alınmış Şahid istintaqa verdiyi ifadəsində əlavə olaraq zərərçəkmiş şəxs “Qartal” tikinti firmasının sahibi və direktoru Zərərçəkmiş şəxs2 barəsində və rəhbəri olduğu şirkət haqqında rüsvayedici məzmunlu videoçarxın Təqsirləndirilən şəxs tərəfindən hazırlanıb gundelikbaku.com saytında dərc edilməsi faktını təsdiq etmişdir. (cild 1, iş vərəqə 40-42) Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 13 yanvar 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata götürülmüşdür. (cild 1, iş vərəqə 1) Zərərçəkmiş şəxs3 DİN-nin BMCM-nə ünvanladığı ərizədən görünür ki, 13 iyun 2021-ci il tarixdə özünü ona jurnalist kimi təqdim edən şəxs işlədiyi qızıl bağ restoranında icazə verilməyən qaydada tədbir keçirilməsinə dair sonuncuda olan videoçəkilişi efirdə paylaşacağı ilə ona hədə qorxu gəlib, həmin çəkilişin yayımlanmaması müqabilində ondan 200 AZN pul almışdır. Odur ki, həmin şəxsin barəsində tədbir görülərək, ona dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. (cild 1, iş vərəqə 4) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 13 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs kimi tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 1, iş vərəqə 8-11) Şübhəli şəxsin tutulması haqqında 13 yanvar 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2024-cü il tarixdə, saat 19:40-da şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqə 30, 32-33) Şahid DİN-nin BMCMİ-nə ünvanladığı ərizədən görünür ki, barəsində olan nüfuzdan salıcı həqiqətə uyğun olmatan video-sujet materialı “Xəbər” və “Cumhuriyyət.az” internet xəbər saytında paylaşılmışdır. O, buna görə jurnalist Təqsirləndirilən şəxs ona kömək etməsini və xəbərin silinməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs də bir neçə saat sonra ona zəng edərək həmin xəbərin silindiyini ona bildirmişdir. Həmin günü axşam saatlarında Habil ona zəng edib pul istəmişdir. Bu zaman o Habilə 200 AZN öz şəxsi əməkhaqqı kartından pul köçürmüşdür. Odur ki, qanunauyğun tədbir görülməsini xahiş etmişdir. (cild 1, iş vərəqə 37) X4 DİN-nin BMCMİ-nə ünvanladığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxs onun və işlədiyi "xxxx" ASC barəsində internet səhifələrində mənfi yönümlü yazıların silinməsi və paylaşılmaması üçün ondan 1.000 manat pul tələb etmişdir. O qeyd olunan məbləği Təqsirləndirilən şəxsa verdikdən sonra Habil bu neqativ yazıların paylaşılmasını dayandırmışdır. Odur ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (cild 1,iş vərəqə 43) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 13 yanvar 2024-cü il tarixli qərardan görünür ki, X10 zərərçəkmiş şəxs kimi tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 1, iş vərəqə 50-53) Zərərçəkmiş şəxs1 DİN-nin BMCMİ-nə ünvanladığı ərizədən görünür ki, 2015-2016-cı illərdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasında həkim olaraq fəaliyyətə göstərdiyi zaman Habil adlı şəxs ona zəng vuraraq işlədiyi müəsisədə qeyri qanuni fəaliyyətlə məşğul olduğunu, həyat yoldaşının həmin xəstəxanada ginekoloq işlədiyini, qanunsuz abort etmə fəaliyyətləri, həmçinin, evlərdə xəstəxanadan kənar gizli əməliyyatlar etdiyini deyərək onu şantaj etmiş, 10.000 AZN pul verməsini tələb etmişdir. Vermədiyi təqdirdə onun barəsində qəzet və jurnallarda, özünə məxsus xəbər saytlarında rüsvayedici məlumatlar verməyə başlamışdır. Daha sonra 5000 manat, daha sonra isə 2500 manat pul tələb etmişdir. Bu zaman o, Habilə 300 AZN göndərmişdir ki, əl çəksin. Lakin Habil ondan əl çəkməmişdir. Odur ki, Habilin barəsində tədbir görülməsini xahiş etmişdir. (cild 1, iş vərəqə 57) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 13 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs kimi tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 1, iş vərəqə 60-63) Üzləşdirmə haqqında 13 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ərizəsində göstərdiyi xüsusatları şübhəli şəxs Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (cild 1, iş vərəqə 67-69) Baxış və götürmə aparılması haqqında 14 yanvar 2024-cüil tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs işlədiyi ünvan 3 ünvanda yerləşən ofisə öz razılığı ilə baxış keçirilmiş, baxış zamanı 03 ədəd “Acer” masaüstü kompyuterin sistem bloku, 01 ədəd “HP”masaüstü kompyuter sistem bloku, 04 ədəd faylda qərar və müraciətlərin surəti və 01 ədəd faylda müqavilə götürülmüşdür. (cild 1, iş vərəqə 72-74) Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 15 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsindən həmin Məcəllənin 182.2.2 və 182.2.4-cü maddələrinə tövsif edilmişdir. (cild 1, iş vərəqə 88) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 15 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 90-92) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-42/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 13 yanvar 2024-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 117-121) Zəngilan RİHB Hacallı kənd İƏDÜ nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Vəliyev X3 rayonu Hacalllı kənd İƏD-si üzrə nümayəndəliyinin Həkəri qəsəbəsində qeydiyyatdadır. Qaradağ rayonu Müşviqabad qəsəbəsi məcburi köçkünlər üçün salınmış massiv bina 10, mənzil 7 ünvanında məskunlaşmışdır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 1, iş vərəqə 150-151) Təqdim olunmuş məlumatlara baxış keçirilməsi haqqında 09 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 istintaqa ünvanlamış olduğu müraciətinə qoşma şəklində əlavə edilmiş 01 ədəd yaddaş kartında təqdim edilmiş məlumatlara keçirilmiş baxış zamanı məlum olmuşdur ki, həmin yaddaş daşıcısınm üzərində “Habilin şantaj videoları” adlı qovluq və ümumilikdə 05 ədəd pdf formatında olan fayl vardır. “Habilin şantaj videoları” adlı qovluqda iki videofaylın olması müəyyən edilmişdir. Həmin videofaylların birincisi www.gundelik-baku.com informasiya saytının üzərindən götürülmüş syujetdir. Həmin video fayl adı qeyd edilən saytın reklam çarxı ilə başlayaraq “Zərərçəkmiş şəxs2 nə üçün “Arzu” firmasının adını dəyişib “Qartal Tikinti Firması” qoydu? Zərərçəkmiş şəxs2 şəriki Oqtay Mustafayev onun üzünə nə dedi, daha doğrusu üzünə nə etdi?” sloqanı ilə dava edərək slayd şəklində “Qartal” tikinti firmasının loqosu və tez-tez dəyişən Zərərçəkmiş şəxs2 müxtəlif şəkilləri ilə əvəzləşdirilən slayd formasında arxa fonda mətn oxuyan qadın səsi ilə müşaiyət olunur. Həmin syujetdə “«Qartal» tikinti firması haqqında sosial şəbəkədə çox az informasiya olması və adi bir tikinti şirkəti olmasına baxmayaraq nazirlik və böyük komitələrə aid ola biləcək çox böyük struktura malik olması, həmin şirkətin hündürmətəbəli binalar tikməsi, lakin indiyədək neçə nəfərin həmin hündür tikililərdən yıxılması ilə bağlı mediada heç bir xəbərin olmaması, həmin şirkətin sadalanan işləri ilə bərabər həmçinin də ayrı tikinti subyektlərinə tikintini aparmaq üçün lisenziyanın verilməsi səlahiyyətinin də olması, bunu nə üçün həmin şirkətə verilməsi, şirkətin saytında direktorun çoxlu sayda müavin və rəhbər vəzifə ştatları olması ilə yanaşı həmin vəzifələrin Zərərçəkmiş şəxs2 qohumları tutduğu məlum olması, Məmmədovların ailə firması, cənab Zərərçəkmiş şəxs2 firmada baş verən bütün maxinasiyaları, tikinti zamanı baş verən qəzalar, xəsarət alanları, hətta ölüm hallarını, vergidən yayınmaları, nağdlaşdırma, çirkli pulların yuyulması və s. gizlətmək üçün ətrafına ancaq öz qohumlarını yığması, saytda qeyd edilən öz tərcümeyi halında öz şəriklərindən, onları necə atmasından, haqqlarını necə yeməsindən söz açmır və demir ki, keçmiş şəriki Oqtay | Mustafayev onu üzünə nə deyib, daha doğrusu desək onun üzünə nə edib, bu adam hətta siyasətə də baş vurur, deyir ki, istədiyim adamı icra başçısı, deputat qoya bilərəm, amma hökumətin fəaliyyətini bəyənmir, görəsən bu adam kimə bu qədər güvənir? Biz əbəs yerə yazmadıq ki, Zərərçəkmiş şəxs2 firmanın adını dəyişib “Qartal” qoydu, qardaş Türkiyə Respubikasında keçirilən prezident seçkilərində Ərdoğana deyil, Kılıcdaroğluna dəstək verib. Bizə elə gəlir ki, hələlik bu qədər yazmağımız hüquq-mühafizə orqanlarının onun barəsində istintaq işinin başlanmasına bəs edər” bildirilmişdir. İkinci videofayl isə “BBC” kanalı üzərindən çıxarılmış və “BBC News Azerbaijan”-ın müxbiri olan Səadət Akifqızının Zərərçəkmiş şəxs2 sonuncunun kabinetində sahibkarlarla bağlı mövzu ətrafında üz-üzə almış olduğu müsahibədir. Yaddaş qurğusunda təqdim edilmiş pdf formatında olan fayllar isə Zərərçəkmiş şəxs2 tərəfindən Daxili İşlər Nazirliyinə edilmiş şikayətin, “Qartal” tikinti şirkəti ilə Sumqayıt sahibkarlarının 2021-2023-cü illər ərzində qazilərə, şəhid ailələrinə və hərbi hissələri göstərdiyi yardımın ümumi hesabatının, Zərərçəkmiş şəxs2 əmək kitabçasının, Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikasının Prezidenti tərəfindən təltif edildiyi fəxri diplomun görüntüsünün və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi tərəfindən təltif edilmiş diplomun görüntüsün elektron fayllarıdır. Göründüyü kimi, həmin yaddaş daşıyıcısında Zərərçəkmiş şəxs2 qarşı Təqsirləndirilən şəxs tərəfindən hazırlanan mənfi xarakterizə edən materialların olması müəyyən edildiyindən həmin yaddaş kartı iş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 157-158) Zərərçəkmiş şəxs2 DİN-nin BMCMİ-nə ünvanladığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs adlı gündəlik-baku.az saytının təsisçisi kimi və jurnalisti kimi özünü ona təqdim edən şəxs 2023-cü ilin may ayında ona zəng edərək rəhbərli olduğu şirkət barədə mənfi xarakterli məzmunda yazışmalar dərc edəcəyi barədə məlumat vermişdir. Həmin yazını dərc etməməsi üçün ondan 3000-5000 manat məbləğində pul tələb etmişdir. Odur ki, həmin şəxs barəsində müvafiq tədbir görülməsini və iş üzrə onun zərərçəkmiş şəxs kimi tanınmasını xahiş etmişdir. (cild 1,iş vərəqə 160) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 10 fevral 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 1, iş vərəqə 161-162) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə və 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzasına məhkum edilmişdir. (cild 1, iş vərəqə 170-197) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası PHŞ-in verdiyi 2175 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. (cild 1, iş vərəqə 198) Telefon danışıqlarına baxış keçirilməsi haqqında 02 mart 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə ***-***-**-** saylı GSM nömrənin istifadəçisi Təqsirləndirilən şəxs https://gundelik-baku.com/cemiyyet/4746-sh-adamindan-toy-ile-bagliachqlama.html link-ünvanını göndərmişdir. Göstərilən hal Təqsirləndirilən şəxs adı çəkilən gundelik-baku.com xəbər saytı ilə birbaşa əlaqəsinin müəyyən edilməsinə işarə etdiyinə görə həmin CD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 199-201) DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Yasamal Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 188 və 315.2-ci maddələri ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə, 01 il 06 ay şərti sınaq müddəti təyin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə və 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzasına məhkum edilməklə xx.xx.2020-ci il tarxdə cəzasının sonu ilə azad olunmuşdur. (cild 1, iş vərəqə 202-203) Cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, DİN-nin BMCMİ-nin istintaq idarəsində Azərbaycan Respublikası CM-nin 182.2.2 və 182.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin mürəkkəbliyi ilə əlaqədar ibtidai istintaq müddəti 03 ay-07 ayadək, yəni 13 may 2024-cü il tarixdən 13 avqust 2024-cü il tarixədək uzadılmışdır. (cild 1, iş vərəqə 212-214) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 ay, yəni 13 avqust 2024cü il tarixədək uzadılmışdır. (cild 1, iş vərəqə 222-226) Məhkəmə tibbi ekspetizasının xx.xx.2024-cü il tarixli 67 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarət-sağ göz bucağı nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən müayinədən 4-5 gün əvvəl əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin müxtəlif şəraitlərdə həmçinin Təqsirləndirilən şəxs özü boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gələ bilməsi istisna edilmir. (cild 1, iş vərəqə 227-229) Üzləşdirmə haqqında 15 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (cild 1, iş vərəqə 244-247) Üzləşdirmə haqqında 15 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (cild 1, iş vərəqə 248-250) Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.2 və 182.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 254-256) Sübutların qiymətləndirilməsi haqqında 16 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 182.2.2 və 182.2.4-cü maddələri ilə yenidən elan olunmuş ittiham qüvvədə saxlanılmış, Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi üzərindən istintaq əhəmiyyəti kəsb edən məlumatlar olan bir ədəd yaddaş kartı iş üzrə maddi sübut hesab edilmiş, iş materiallarına əlavə edilmiş, "xxxx" MMC-dən daxil olmuş CD disk maddi sübut hesab edilmiş, iş materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı törətdiyi cinayət əməllərinin müstəqil cinayət epizodları olması nəzərə alınmış, Habil X1 qarşı törədilməsi qeyd edilən epizodun ittihamdan çıxarılması nəzərə alınmış və Bəhruz Kərimovun zərərçəkmiş şəxs qismində statusuna xitam verilmiş, Təqsirləndirilən şəxs işlədiyi ofisdən aşkar edilərək götürülmüş 03 ədəd “Acer” markalı və 01 ədəd “HP” markalı masaüstü kompyuterin sistem blokları ilə 05 ədəd faylda məhkəmə qərarları ilə müraciətlərin surəti və müqavilələr maddi sübut kimi tanınmadan Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmış, istintaqa adları “Əhməd Vedili” və Səadət Akifqızı kimi məlum olan şəxslər və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 182.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işi üzrə müvafiq epizodda X5 və Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə Zərərçəkmiş şəxs3 qarşı Təqsirləndirilən şəxs tərəfindən törədilmiş hüquqazidd əməlin dəqiq olaraq 13 iyun 2021-ci il tarixdə deyil, təxminən 2021-ci ilin may-iyun ayları ərzində baş verməsi nəzərə alınmış, Şahid qarşı törədilmiş müvafiq əməldə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmiş, barəsində inzibati qaydada tədbir görülməsi üçün ayrılmış materiallar aidiyyəti üzrə göndərilmiş, Zərərçəkmiş şəxs1 tələb edilən pulu Təqsirləndirilən şəxs çatdırmış istintaqa şəxsiyyəti məlum olmayan şəxsin barəsində Azərbaycan Respublikası CM-in 182.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (cild 1, iş vərəqə 275-283) xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 03 ədəd acer və bir ədəd HP markalı kompyuter sistem bloklarını Təqsirləndirilən şəxs oğlu X16 oğlu təhvil almışdır. (cild 1, iş vərəqə 291) İşdə olan 048178 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. İşdə olan AA 164400 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs məcburi köçkündür. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları, eləcə də ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsə onun əleyhinə olan sübutlara etiraz etmək, həmin sübutları və ittihamı bütövlükdə mübahisələndirmək üçün məhkəmə prosesində imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçiləri ayrı-ayrılıqda həmin sübutlara dair öz etirazlarını bildirmişlər, o cümlədən irəli sürülmüş ittihamı bötüvlükdə mübahisələndirmişlər. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən BMCMİ-nin inzibati binasında polis əməkdaşları tərəfindən döyülərək ona qarşı fiziki və psixoloji təsirlərin və təzyiqlərin olunduğunu, ona işgəncə verilərək döyüldüyünü qeyd etmiş, polis əməkdaşları tərəfindən döyülməsi anının BMCM-nin inzibati binasında olan kameralarda qeydə alındığını bildirərək həmin kameraların yaddaşında olan video-görüntülərin tələb edilərək cinayət işinin materiallarına əlavə edilməsini və həmin xüsusatların araşdırılmasını məhkəmədən xahiş etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatların araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2025-ci il tarixli 3-16-17/40/2-72/2025 nömrəli məktubdan və məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2024-cü il tarixdə Bakı İstintaq təcridxanasına daxil olmuş, ilkin tibbi müayinələrdən keçirilərək adına tibbi kitabça açılmışdır. Sorğu zamanı zədə almadığını bildirmişdir. Bədəninə baxış keçirən zaman sağ bazunun bayır səthində köhnə çapıqlar aşkar edilmişdir. Bundan başqa cinayət işinin tam, hər tərəfli və obyektiv araşdırılmasının təmin edilməsi üçün BMCMİ-nin inzibati binasında və inzibati binanın ətrafında quraşdırılmış (BMCMİ-ə aid) kameralarda xx.xx.2024-cü il tarixdən, xx.xx.2024-cü il tarixədək olan müddət ərzində qeydə alınmış video-görüntülərin məhkəməyə göndərilməsi ilə bağlı BMCMİ-nə sorğu göndərilmiş, BMCMİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-13-6/2- 74O/2025 saylı məktubla müəyyən edilmişdir ki, BMCMİ-nin inzibati binasında və inzibati binanın ətrafında quraşdırılmış kameraların xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün videogörüntülərin mövcud olmaması səbəbindən məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı ifadələrinə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4cü maddələri ilə irəli sürülmüş ittihamın qanuni və əsaslı olması məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmədə dindirilmiş şəxslərin ifadələri və tədqiq edilmiş sübutlarla təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə və 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzasına məhkum edilib xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2015-ci ilin ortalarında Şirvan şəhər Mərkəzi Xəstəxanasının şöbə müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 işlədiyi tibb müəssisəsində rəhbərlik etdiyi şöbədə guya qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsinin həyata keçirilməsi, o cümlədən, Zərərçəkmiş şəxs1 tibb sahəsində fəaliyyət göstərən ailə üzvlərinin müvafiq olaraq fəaliyyətlərində qanunsuzluqlara yol vermələrinə dair baş redaktoru olduğu “gundelik-baku.com” internet saytında hazırlayıb dərc etdiyi və internet üzərindən yayımladığı həqiqətə uyğun olmayan məzmunda məqalələrin silinməsi xahişi ilə özünə müraciət etmiş Zərərçəkmiş şəxs1 məzmununda rüsvayedici xarakter daşıyan əlavə həqiqətə uyğun olmayan məzmunda məlumatları da xəbər saytında yayıb ictimailəşdirəcəyi, onun və ailə üzvlərinin işgüzar nüfuzuna və işlədiyi tibb müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərəcəyini bildirməklə zərərçəkmiş şəxsdən hədə-qorxu ilə 10.000 manat məbləğində xeyli miqdarda pul tələb etmişdir; Bundan başqa o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2015-ci ilin sonlarında Şirvan şəhər Mərkəzi Xəstəxanasının şöbə müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 işlədiyi tibb müəssisəsində rəhbərlik etdiyi şöbədə guya qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsinin həyata keçirilməsi, o cümlədən, Zərərçəkmiş şəxs1 tibb sahəsində fəaliyyət göstərən ailə üzvlərinin müvafiq olaraq fəaliyyətlərində qanunsuzluqlara yol vermələrinə dair baş redaktoru olduğu “gundelik-baku.com” internet saytında hazırlayıb dərc etdiyi və internet üzərindən yayımladığı həqiqətə uyğun olmayan məzmunda məqalələrin silinməsi xahişi ilə özünə müraciət etmiş Zərərçəkmiş şəxs1 məzmununda rüsvayedici xarakter daşıyan əlavə həqiqətə uyğun olmayan məzmunda məlumatları da xəbər saytında yayıb ictimailəşdirəcəyi, onun və ailə üzvlərinin işgüzar nüfuzuna və işlədiyi tibb müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərəcəyini bildirməklə zərərçəkmiş şəxsdən təkrarən hədəqorxu ilə 5.000 manat məbləğində pul tələb etmişdir; Bundan başqa o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2016-cı ilin əvvəllərində Şirvan şəhər Mərkəzi Xəstəxanasının şöbə müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 işlədiyi tibb müəssisəsində rəhbərlik etdiyi şöbədə guya qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsinin həyata keçirilməsi, o cümlədən, Zərərçəkmiş şəxs1 tibb sahəsində fəaliyyət göstərən ailə üzvlərinin müvafiq olaraq fəaliyyətlərində qanunsuzluqlara yol vermələrinə dair baş redaktoru olduğu “gundelik-baku.com” internet saytında hazırlayıb dərc etdiyi və internet üzərindən yayımladığı həqiqətə uyğun olmayan məzmunda məqalələrin silinməsi xahişi ilə özünə müraciət etmiş Zərərçəkmiş şəxs1 məzmununda rüsvayedici xarakter daşıyan əlavə həqiqətə uyğun olmayan məzmunda məlumatları da xəbər saytında yayıb ictimailəşdirəcəyi, onun və ailə üzvlərinin işgüzar nüfuzuna və işlədiyi tibb müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərəcəyini bildirməklə təkrarən hədə-qorxu ilə 2.500 manat məbləğində pul tələb etmiş, həmin tarixdə Zərərçəkmiş şəxs1 məxsus 300 manat məbləğində pulu hədə-qorxu ilə ondan tələb etmə yolu ilə ələ keçirmişdir; Bundan başqa o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin may-iyun aylarında dəqiq tarixi istintaqa məlum olmayan tarixdə Bakı şəhərinin Babək prospektində yerləşən “Qızıl Bağ” restoranının həyətində videoçəkiliş aparıb videogörüntünü baş redaktoru olduğu “gundelik-baku.com” saytında yerləşdirəcəyi və həmin ictimai-iaşə obyektində müəyyən edilmiş karantin qaydalarına riayət edilməməsi ilə bağlı işgüzar nüfuzuna və restoranın fəaliyyətinə mənfi təsir göstərəcək həqiqətə uyğun olmayan məzmunda məqalə dərc edəcəyi hədəsi ilə internet üzərindən yayımlanacaq videogörüntünün silinməsi ilə bağlı özünə müraciət etmiş həmin restoranın administratoru Zərərçəkmiş şəxs3 rüsvayedici xarakter daşıyan həqiqətə uyğun olmayan məzmunda məlumatların xəbər saytında yayımlamayaraq pul müqabilində siləcəyini bildirməklə təkrarən hədə-qorxu ilə 500 manat pul tələb etmiş, həmin tarixdə Zərərçəkmiş şəxs3 məxsus 200 manat məbləğində pulu hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin may ayının ortalarında “Qartal” tikinti şirkətini mənfi xarakterizə edən həqiqətə uyğun olmayan və məzmunu şirkətin sahibi Zərərçəkmiş şəxs2 üçün rüsvayedici xarakter daşıyan məlumatları baş redaktoru olduğu “gundelik- baku.com” saytında yerləşdirib internet üzərindən sosial şəbəkələrdə yayaraq ictimailəşdirəcəyinə, Zərərçəkmiş şəxs2 haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracağına dair sonuncuya hədə-qorxu gələrək zərərçəkmiş şəxsdən 5.000 manat məbləğində pul tələb etmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən və izahı verilən halları məcmu halda təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən təkrarən xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxslərin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Qeyd edilməlidir ki, müdafiə tərəfi verilmiş ittihamı ümumilikdə mübahisələndirsələr də, məhkəmə belə nəticəyə gəlir ki, bu hissədə müdafiə tərəfinin iddia etdiyi dəlillər əsassızdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahid ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Cinayət hüququ nəzəriyyəsinə görə - cinayətlərin xüsusiyyətindən və təhlükəlilik dərəcəsindən asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normalar 2 (iki) qrupa bölünür: formal və maddi quruluşa malik tərkiblər. Formal quruluşa malik olan tərkiblərdə cinayət tərkibinin obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli cinayətlərdə qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədilən andan başa çatmış hesab edilir. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində müəyyən edilmiş hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkiblidir. Hədə-qorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilib-edilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. Hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Bu səbəbdən də hədə-qorxu ilə tələb etmə çoxobyektli cinayət hesab edilir və bu cinayət əməlinin əsas obyekti mülkiyyət hüququ, əlavə obyekti isə insanın sağlamlığı, şərəf və ləyaqətidir. Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti hesab olunur. Nəzərdən qaçırılmamalıdır ki, hədə-qorxu ilə tələb etmənin predmetini zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının mülkiyyətində olan əmlakla yanaşı, əmlaka olan hüquq və digər əmlak xarakterli hərəkətlər təşkil edə bilər. Əmlak xarakterli hərəkətlər isə təqsirkara müəyyən maddi fayda gətirən hərəkət kimi başa düşülür (borcun mövcudluğunu təsdiq edən sənədin, vəsiyyətnamənin məhv edilməsi, ümumi əmlakda olan paydan imtina və s.). Eyni zamanda bəzi hallarda hədə-qorxu ilə tələb etmə zamanı əmlak tələbi hədələmə ilə müşayiət olunmaya da bilər. Bu zaman təqsirkar zərərçəkmiş şəxs və ya onun yaxınları üçün obyektiv mövcud olan təhlükəyə əsaslanaraq tələb irəli sürür və bildirir ki, müəyyən mükafat müqabilində bu təhlükə aradan qaldırıla bilər. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. Zor tətbiq etmə hədəsi dedikdə isə, sağlamlığa yüngül, az ağır və ağır zərər vurulması hədəsi başa düşülür. Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət kəsb etmir. Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin dispozisiyasına görə bu cinayət əməlinin törədilməsi əmlakın ələ keçirilməsinə deyil, əmlakın hədə-qorxu ilə tələb edilməsinə yönəlmişdir. Bununla belə, əmlakın ələ keçirilməsi hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibinin yaranması üçün əhəmiyyət kəsb etmir. Yəni bu cür cinayətlərdə nəticənin baş verməsi zəruri əlamət kimi çıxış etmir, çünki hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkibli cinayətdir. Qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi bilavasitə həmin Məcəllənin 182.1-ci maddəsində göstərilən dispozisiya ilə bağlıdır. Belə ki, hədə-qorxu ilə tələb etmənin ağırlaşdırıcı hallarının hər birinin (Cinayət Məcəlləsinin 182.2.1- 182.2.5-ci maddələri) əsasını həmin maddənin dispozisiyasında verilmiş hədə-qorxu ilə tələb etmənin tərkibi təşkil edir. Hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibinin yaranması üçün Cinayət Məcəlləsinin 182.1-ci maddəsində qeyd olunan əsasların mövcud olması mütləq şərtdir. Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə cinayət əməli özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə anından başa çatmış hesab edilməlidir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin bütün tərkib əlamətləri var və bu səbəbdən də məhkəmə onun əməllərini Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmiş və həmin cinayət hadisəsi həqiqətən baş vermişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri başa çatmış cinayətlərdir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, eləcə də onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə zərərçəkmiş şəxslərdən iki nəfərin Təqsirləndirilən şəxs şikayət və tələblərinin olmamasını, müharibə veteranı və məcburi köçkün olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qutardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə və 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzasına məhkum edilməklə xx.xx.2020-ci il tarxdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Belə olan halda, cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan müddəasına görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı olaraq məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxsə qarşı daha sərt cinayəthüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. "Məhkəmə Hökmü Haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, zərərçəkmiş şəxslərdən bir nəfərin ondan şikayətçi olmasını, cinayətlərin törədilmə üsulu və mexanizmini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələrinin sanksiyasına əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınların cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə istintaqı zamanı Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, xx/xx-1638/S saylı məktubla müəyyən edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə məhkum Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza olan 02 il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi vəzifə tutma hüququndan məhrum etmə cəzasının icrası ilə əlaqədar hökm və qərarın surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı X18 müəssisəsindən şöbəyə daxil olması aşkar edilməmişdir. Bununla əlaqədar Bakı şəhəri Probasiya İdarəsinə müraciət edilməsi məqsədəmüvafiqdir. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin verdiyi xx.xx.2025-ci il tarixli, 21-1/3-3311-5 saylı məktubla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində hər hansı hökm və ya məhkəmə qərarı daxil olmamışdır. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən Cinayət Məcəlləsinin 67.1-ci maddəsi üzrə hökmlərin məcmusu qaydasında cəza təyin edilməli və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs əlavə cəza olaraq təyin edilmiş 02 il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi vəzifə tutma hüququndan məhrum etmə cəzası həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 13 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmə xərci yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD formatlı disk və 01 ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 may 2018-ci il tarixli hökmü ilə əlavə cəza olaraq təyin olunmuş və çəkilməmiş 02 (iki) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 02 (iki) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD formatlı disk və 01 ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə xüsusi müsadirə edilməli olan əmlakın, ekspertiza xərcinin və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-468/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-468/2025
18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver