Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-469/2021 10.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədriyi, hakimlər X7 və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi1, Müdafiəçi3, «AAA» Vəkil bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkilləri X2, X9, azərbaycan-rus dillərinin tərcüməçisi X6 iştirakları ilə, Təqsirləndirilən şəxs1, xx xxxx 1983-cü il tarixdə Rusiya Federasiyasının Vladimir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 46, mənzil 9 ünvanında qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 206.3.1, 206.3.2, 240.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2, xx xxxx 1986-cı il Rusiya Federasiyasının Rostov vilayətində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Rostov vilayəti, Niklinovskiy rayonu, Primorka kəndi, Lenin küçəsi, ev 181 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 206.3.2, 240.3.2, 200-1.2.2 və 200- 1.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 xx xxxxxx 1985-ci il Rusiya Federasiyasının Rostov vilayətində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Rusiya Federasiyası, Rostov vilayəti, Niklinovskiy rayonu, Merjanovo kəndi, Jeleznadarojnıy küçəsi, ev 8 ünvanında qeydiyyatda olub həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 206.3.2, 240.3.2, 200-1.2.2 və 200- 1.2.3-cü maddələri təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 20-23 dekabr 2019-cu il tarixlərdə Rusiya Federasiyasında olarkən başqa mənbədən tərkibindəki narkotik vasitələrə və psixotrop maddələrə aid edilməyən mesterolon güclü təsir edən maddəsinin miqdarı 1 həbdə 0,05 qram olmaqla külli miqdarda, cəmi 9,5 qr təşkil edən 10 konvalyutda 195 həb “Provimed 50mg” adlı və tərkibindəki dehidroxlormetiltestosteron güclü təsir edən maddəsinin miqdarı 1 həbdə 0,01 qram olmaqla cəmi 1 qr təşkil edən 1 qutuda 100 həb “Turanabol 10mg” adlı güclü təsir edən maddələri qəsdən satış məqsədi ilə əldə edərək istintaqa məlum olmayan şəraitdə saxlamış, Rusiya Federasiyasından Azərbaycan Respublikasına üzərindəki idman çantasında daşımış, 23 dekabr 2019-cu il tarixdə, saat 04:00 radələrində Bakı şəhəri Xəzər rayonu ərazisində yerləşən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, qeyd olunan tarixdən 31 avqust 2020-ci il tarixədək başqa yerlərdə və o cümlədən özünə məxsus olmaqla idarə etdiyi “Porshe Cayenne” markalı, Az **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunsuz olaraq satış məqsədilə daşıyaraq saxlamış və həmin tarixdə, saat 18:00 radələrində Qusar rayonu ərazisində Samur sərhəd keçid məntəqəsinin qarşısında Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində idarə etdiyi “Porshe Cayenne” markalı, Az **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindəki idman çantasından aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin və dərman preparatlarının Rusiya Federasiyasının Rostov şəhərində satış məqsədilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması, Azərbaycan Respublikasına daşınması və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsi məqsədilə 23 yanvar 2020ci il tarixdə qrupun Rusiya Federasiyasındakı başqa üzvü, eləcə də 392 nömrəli “Rostov-Bakı” qatarının 2-ci vaqonunun bələdçiləri Rusiya Federasiyası vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girib əldə olunmuş razılığa və ümumi niyyətə uyğun olaraq qrupun Rusiya Federasiyasındakı üzvü onun sifarişi ilə başqa mənbədən külli miqdarda, ümumilikdə 8145,5 manat dəyərində qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən hər biri ayrı-ayrılıqda külli miqdar təşkil edən tərkibindəki narkotik vasitələrə və psixotrop maddələrə aid edilməyən güclü təsir edən maddəsinin miqdarı 1 flakonda 0,5 qram olmaqla cəmi 20 qr təşkil edən 40 flakon “Stanozolol Water 50 mq/ml” adlı, 1 flakonda 1 qram olmaqla cəmi 30 qr təşkil edən 30 flakon “Metenolone Enanthate 100 mq/ml” adlı və 1 flakonda 2,5 qram olmaqla cəmi 525 qr təşkil edən 210 flakon “Boldenone Undecylenate 250 mq/ml” adlı güclü təsir edən maddələri və eləcə də, güclü təsir edən maddələrə aid olmayan 130 flakon “Testosterone Propionate 100 mq/ml”, 60 flakon “Testosterone Mix 250 mq/ml” və 180 flakon “Testosterone Enanthate 250 mq/ml” dərman preparatlarını satış məqsədi və tamah niyyəti ilə qəsdən qanunsuz olaraq əldə etmiş, həmin preparatları Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilərək Rusiya Federasiyasından Azərbaycan Respublikasına daşınıb Bakı şəhərində ona çatdırılması üçün 23 yanvar 2020-ci il tarixdə Rusiya Federasiyasının Rostov şəhərində qrupun digər üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təhvil vermiş, qeyd edilən preparatlar həmin tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən satış məqsədi və tamah niyyəti ilə qəsdən qanunsuz olaraq əldə edildikdən sonra, aralarında olan sövdələşməyə uyğun olaraq Azərbaycan Respublikasına daşınıb Bakı şəhərində ona təhvil vermək məqsədilə yol boyu aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilərək bələdçisi olduqları 392 nömrəli “Rostov-Bakı” qatarının 2-ci vaqonunda 2-ci, 3-cü, 4-cü və 5-ci kupelərin tavan hissəsindəki örtüklərin altında olan boşluqda yerləşdirilib satış məqsədilə saxlanılmış, Rusiya Federasiyasının Rostov şəhərindən Azərbaycan Respublikasına daşınmış və 24 yanvar 2020-ci il tarixdə, saat 20:40-da Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Xaçmaz rayonu ərazisində yerləşən “Yalama” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirilmiş, bununla da, o, qrupun Rusiya Federasiyasındakı başqa üzvü, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin və güclü təsir edən maddələrə aid olmayan dərman preparatlarının Rusiya Federasiyasının Rostov şəhərində təkrarən satış məqsədilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması, Azərbaycan Respublikasına daşınması və təkrarən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmuşdur. Təqsirləndirilən şəxs2 bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin və dərman preparatlarının Rusiya Federasiyasının Rostov şəhərində satış məqsədilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması, Azərbaycan Respublikasına daşınması və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün 23 yanvar 2020-ci il tarixdə qrupun Rusiya Federasiyasındakı başqa üzvü, onunla eyni qatarda bələdçi işləyən Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs3 və qrupun Azərbaycan Respublikasındakı üzvü Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq həmin tarixdə başqa mənbədən əldə edilmiş külli miqdarda, ümumilikdə 8145,5 manat dəyərində qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən hər biri ayrı-ayrılıqda külli miqdar təşkil edən tərkibindəki narkotik vasitələrə və psixotrop maddələrə aid edilməyən güclü təsir edən maddəsinin miqdarı 1 flakonda 0,5 qram olmaqla cəmi 20 qr təşkil edən 40 flakon “Stanozolol Water 50 mq/ml” adlı, 1 flakonda 1 qram olmaqla cəmi 30 qr təşkil edən 30 flakon “Metenolone Enanthate 100 mq/ml” adlı və 1 flakonda 2,5 qram olmaqla cəmi 525 qr təşkil edən 210 flakon “Boldenone Undecylenate 250 mq/ml” adlı güclü təsir edən maddələri və eləcə də, güclü təsir edən maddələrə aid olmayan 130 flakon “Testosterone Propionate 100 mq/ml”, 60 flakon “Testosterone Mix 250 mq/ml” və 180 flakon “Testosterone Enanthate 250 mq/ml” dərman preparatlarını qrupun digər üzvü Təqsirləndirilən şəxs3 ilə birlikdə Rusiya Federasiyasının Rostov şəhərində qrupun Rusiya Federasiyasındakı üzvündən satış məqsədi ilə qəsdən qanunsuz olaraq əldə etmiş, aralarında olan sövdələşməyə uyğun olaraq qeyd edilən preparatları Azərbaycan Respublikasına daşıyıb Bakı şəhərində cinayətkar qrupun digər üzvü Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 təhvil vermək məqsədilə Təqsirləndirilən şəxs3 ilə birlikdə aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək bələdçisi olduqları 392 nömrəli “Rostov-Bakı” qatarının 2-ci vaqonunda 2-ci, 3-cü, 4-cü və 5-ci kupelərin tavan hissəsindəki örtüklərin altında olan boşluqda yerləşdirib satış məqsədilə saxlamış, Rusiya Federasiyasının Rostov şəhərindən Azərbaycan Respublikasına daşımış və 24 yanvar 2020-ci il tarixdə, saat 20:40-da Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Xaçmaz rayonu ərazisində yerləşən “Yalama” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə Təqsirləndirilən şəxs3 ilə birlikdə qəsdən keçirmişdir. Təqsirləndirilən şəxs3 bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin və dərman preparatlarının Rusiya Federasiyasının Rostov şəhərində satış məqsədilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması, Azərbaycan Respublikasına daşınması və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün 23.01.2020-ci il tarixdə cinayətkar qrupun Rusiya Federasiyasındakı şəxsiyyəti istintaqa məlum olmayan üzvü, eləcə də, onunla eyni qatarda bələdçi işləyən Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs2 və qrupun Azərbaycan Respublikasındakı üzvü Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq həmin tarixdə istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edilmiş külli miqdarda, ümumilikdə 8145,5 manat dəyərində qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən hər biri ayrı-ayrılıqda külli miqdar təşkil edən tərkibindəki narkotik vasitələrə və psixotrop maddələrə aid edilməyən güclü təsir edən maddəsinin miqdarı 1 flakonda 0,5 qram olmaqla cəmi 20 qr təşkil edən 40 flakon “Stanozolol Water 50 mq/ml” adlı, 1 flakonda 1 qram olmaqla cəmi 30 qr təşkil edən 30 flakon “Metenolone Enanthate 100 mq/ml” adlı və 1 flakonda 2,5 qram olmaqla cəmi 525 qr təşkil edən 210 flakon “Boldenone Undecylenate 250 mq/ml” adlı güclü təsir edən maddələri və eləcə də, güclü təsir edən maddələrə aid olmayan 130 flakon “Testosterone Propionate 100 mq/ml”, 60 flakon “Testosterone Mix 250 mq/ml” və 180 flakon “Testosterone Enanthate 250 mq/ml” dərman preparatlarını qrupun digər üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə Rusiya Federasiyasının Rostov şəhərində qrupun Rusiya Federasiyasındakı üzvündən satış məqsədi ilə qəsdən qanunsuz olaraq əldə etmiş, aralarında olan sövdələşməyə uyğun olaraq qeyd edilən preparatları Azərbaycan Respublikasına daşıyıb Bakı şəhərində cinayətkar qrupun digər üzvü Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 təhvil vermək məqsədilə Təqsirləndirilən şəxs2 ilə birlikdə aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək bələdçisi olduqları 392 nömrəli “Rostov-Bakı” qatarının 2-ci vaqonunda 2-ci, 3-cü, 4-cü və 5-ci kupelərin tavan hissəsindəki örtüklərin altında olan boşluqda yerləşdirib satış məqsədilə saxlamış, Rusiya Federasiyasının Rostov şəhərindən Azərbaycan Respublikasına daşımış və 24 yanvar 2020-ci il tarixdə, saat 20:40 radələrində Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Xaçmaz rayonu ərazisində yerləşən “Yalama” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə Təqsirləndirilən şəxs2 ilə birlikdə qəsdən keçirmişdir. Təqsirləndiriln şəxs Təqsirləndirilən şəxs1 ifadəsində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 tanımır. Aralarında tanışlıqları və münasibətləri olmayıb. Karinanı Samur gömrük məntəqəsində görüb. Onunla yazışmışdır. O, nə Karina, nə də Mariya ilə danışmayıb. Onlardan aşkar olunub götürülmüş həblər idman dərman preparatlarıdır. Pandemiyadan qabaq Azərbaycan Respublikasında həmin preparatlar açıq satılırdı. Tutulan tarixdə onun gömrüyə getməkdə məqsədi gömrüyə olan rüsum borcunu ödəmək olmuşdur. O, gömrükdə rüsumu ödəmişdir, lakin malı ona verməmişlər. Polis əməkdaşları onu saxlayıb avtomobilinə baxış keçirmişlər. O, saxlanılandan sonra ona fiziki təzyiqlər edib ondan vəkilinin iştirakı olmadan ifadələr alıblar. O, həmin ifadələrində törətmədiyi əməli etiraf edib. Samur gömrüyündə tutulan preparatların ona aidiyyəti yoxdur. Onun maşınından çıxan preparatların bir qismi ona məxsusdur. Özü 2012-ci ildən fitneslə məşquldur. Bununla əlaqədar preparatlardan istifadə etmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 sərhəddə saxlanılanda Moskvadakı tanışlarından biri ona zəng edib onların gömrükdə saxlanıldığını bildirib və onlara kömək etmək lazım olduğnu dedi. O da həmin şəxsə gömrüklə əlaqəsinin və orada tanışının olmadığını deyib, lakin maraqlanıb bir söz deyəcəyini bildirmişdir. O, həmin şəxslə instaqramda tanış olmuşdur. Onun adını xatırlamır. Həmin şəxsə bunu mesajla yazmışdır, mesajı da istintaqa təqdim etmişdir. Onlar yazmışdılar ki, gömrükdə idman preparatları saxlanılıb. O da bir insan kimi bununla maraqlanıb, lakin o, bunun onun üçün bu qədər ağır olduğnu təsəvvür etməmişdir. Qatarda aşkar edilən içərisində preparatlar olan çamadandan onun xəbəri olmayıb. Sonradan Rostovdan tanışları ona zəng edib Karina və Marinaya kömək etməyi xahiş etmişlər. Həmin preparatların içərisində onun özünə çatacaq bir şey olmayıb. Onun avtomobilinə baxış keçirilərkən nə onun özü, nə də hal şahidləri iştirak etməyiblər. Maşına baxış zamanı flomid, altı list plerlamed və qida əlavələri aşkar olundu. Onların hamısı apteklərdə açıq satışda vardır. Reseptsiz satılır. Apteklərdə baha satıldığı üçün onlar bu həbləri və əlavələri instiqramdan alırlar. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs1 şahid qismində göstərmişdir: «mütəmadi olaraq idmanla məşğul olduğu üçün idmançıların qəbul etdiyi dərman preparatlarından məlumatlıdır, həmin dərmanlara tələbatın çox olduğunu və satışının yaxşı gəlir verdiyini bildiyini, bu məqsədlə 2017-ci ildə Azərbaycanda “jintropin” dərman preparatının satışını reallaşdırmaq istədiyini, bunun üçün Rusiyada yerləşən şirkət ilə müqavilə bağladığını, həmin şirkətin həmin preparatın Çindən alaraq MDB ölkələrinə satışını realizə etdiyini, müqavilə bağladıqdan sonra, həmin dərmanın Azərbaycanda satışını reallaşdırma üçün həmin dərmanı dövlət qeydiyyatından keçirərək lisenziya əldə etdiyini, 2018-ci ildə həmin şirkətin direktoru intihar etdiyindən “jintropin” dərman preparatını Azərbaycana gətirməyinin alınmadığını, daha sonra, Çində yerləşən başqa şirkətlə müqavilə bağladığını, həmin şirkətin də “jintropin” dərman preparatının istehsalçısı olduğunu, həmin şirkətlə bu dərmanı alıb Azərbaycanda satmaq üçün müqavilə bağladığını, maliyyə dəstəyi olmadığı üçün həmin dərmanı Azərbaycana gətirə bilmədiyini, bu səbəbdən Rusiya Federasiyasında həmin dərmanın satışının realizə etmək fikrinə gəldiyini, “jintropin” dərman preparatının satışı ilə məşğul olan bəzi şəxslər taparaq onları Çindəki şirkətlə əlaqələndirdiyini, həmin şəxslər şirkətdən dərman aldıqları zaman ona da müəyyən faiz verildiyini, bu məqsədlə, tez-tez Rusiya Federasiyasına gedib-gəldiyini, hər dəfə Azərbaycana geri qayıdanda isə, özü ilə müəyyən dərmanlar gətirdiyini, həmin dərmanlardan özünün də istifadə etdiyini, həmçinin tanıdığı idmançılara və bəzi dostlarına da satdığını bildirmişdir. Qeyd etmişdir ki, dərmanları Rusiyadan Azərbaycana gətirən zaman əl çantasında Bakı şəhərində yerləşən X14 Hava Limanında gömrük nəzarət məntəqəsindən keçən zaman bəyan etmədən keçirirmiş. 2020-ci ilin fevral ayında DGK-nə dəvət edildiyini, orada da ona gətirilən dərmanlarla əlaqədar ifadə verdiyini bildirmişdir. Bundan başqa, Rusiyanın internet saytından səs gücləndiricisi aldığını, həmin səs gücləndiricisini Rusiyadan Azərbaycana gətizdirdiyini, həmin səs gücləndiricisinin rüsumunu ödəyib saxlanc yerindən götürmək üçün 31.08.2020-ci il tarixdə 10VS097 nömrəli "Porche Cayenne“ markalı şəxsi avtomobili ilə Qusar rayonunda yerləşən Samur sərhəd keçid məntəqəsinə getdiyini, həmin tarixdə sərhədkeçid məntəqəsinin qarşısında dayanan zaman DTX əməkdaşlarının ona yaxınlaşdığını, həmin şəxslərin ona avtomobilinə baxış keçirilməli olduğunu deyib bu barədə məhkəmə qərarını göstərdiklərini, daha sonra razılığı ilə avtomobilinə baxış keçirildiyini, baxış zamanı həqiqətən də, avtomobilinin baqaj hissəsində idman çantasının içərisində “Clomed 50mq”, “Anastazol 1mq”, “Providem 50mq”, “Turanbol 10mq”, “Hdyroxycut hardcore”, “Sp gonadotropin 1000iu” adlı dərman vasitələrinin hal şahidlərinin iştirakı ilə aşkar edilərək götürüldüyünü, protokol tərtib edildiyini, özünün və hal şahidlərinin protokolla tanış edildiyini, avtomobilindən aşkar edilərək götürülmüş dərman vasitələrinin həqiqətən də özünə məxsus olduğunu, həmin dərman vasitələrini Rusiya Federasiyasından 23 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasına gələn zaman gömrük nəzarətindən bəyan etmədən keçirdiyini bildirmişdir. Dərman vasitələrini Rusiyada olarkən internet saytından sifariş edərək aldığını, həm özünün istifadə etdiyini, həm də tanıdığı idmançılara satdığını, həmin dərmanların qanunla dövriyyəsi qadağan olunan güclü təsir edici preparatlar olduğunu bildiyini və avtomobilindən aşkar olunan həmin dərmanların da güclü təsir edici dərmanlar olduğunu, həmin dərmanları əldə etməkdə məqsədinin idmançılara satmaqla gəlir əldə etmək olduğunu bildirmişdir.» Məhkəmədə elan olunub araşdırılmış, 06 fevral 2020-ci il tarixdə şübhəli şəxs qismində dindirildiyi zaman Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir: «Rusiya Federasiyasında doğulmuş, 1992-ci ildən etibarən Bakı şəhərinə köçüb gəlmişdir. Orta məktəbi də, ali məktəbi də Bakı şəhərində oxumuşdur. 2016-cı ilə kimi “BP”-nin Bakı şəhərindəki ofisində işləmişdir. Bundan sonra, müxtəlif ticarətçi dostları ilə birlikdə ticarətlə məşğul olmuşdur. Xarici ölkələrdən müxtəlif məişət mallarının Azərbaycana gətirilməsi, gömrükdən keçirilməsi və mağazalara çatdırılıb satışı ilə məşğul olmuşdur. 2019-cu ilin ortalarından etibarən həmçinin atasına məxsus maşınla taksi kimi çalışmışdır. 3 il əvvələ kimi müntəzəm olaraq idmanla məşğul olmuşdur. İdmanla məşğul olduğu zamanlarda müxtəlif protein tərkibli dərmanlardan istifadə etmişdir. Lakin, sonradan idmanla məşğul olmamışdır. 055 217-40-41 saylı mobil telefon nömrəsinin 1 il yarım olar ki, onun adına qeydiyyata alınmış və həmin vaxtdan daimi olaraq özünün istifadəsində olmuşdur, həmin nömrəni aldığı zamandan, eləcə də, 2019-cu ilin sonları və 2020-ci ilin yanvar ayının 1-dən etibarən dindirildiyi zamana kimi yalnız özü istifadə etmişdir. Rusiya Federasiyasına məxsus 392 nömrəli “Rostov-Bakı” qatarının 2-ci vaqonunun bələdçiləri Rusiya Federasiyası vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 adlı xanımları tanımır. Həmin qatardan dərmanların aşkar edilməsindən sonradan xəbəri olmuşdur, həmin dərmanlarla əlaqəsi olmamışdır. Onun həmin şəxslərlə dərmanlarla bağlı heç bir danışığı olmamışdır. İlkin istintaq dövründə Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş mobil telefon aparatına baxış keçirilən zaman ona məxsus olduğunu təsdiq etdiyi 055 217-40-41 saylı mobil telefon nömrəsinin rus dilində “pasılka Baku” olaraq telefonda qeyd edilməsi barədə heç nə deyə bilmədiyiyni göstərmişdir. O, idman dərmanlarının satışı ilə məşğul olmur. İdmanla məşğul olduğuna görə, özü üçün müxtəlif protein məhsullar gətirir. Məhkəmədə elan olunub araşdırılmış Təqsirləndirilən şəxs1 07 fevral 2020-ci il tarixli protokolundan görünür ki, ona Azərbaycan Respublikası CM-nin 206.3.2 və 240.3.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs1 31 avqust 2020-ci il tarixdə aşkar edilmiş fakt üzrə 21 sentyabr 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində əlavə dindirmə zamanı göstərmişdir: «01 sentyabr 2020-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində vermiş olduğu ifadədə göstərdiklərini təsdiq edir. “Porshe Cayenne” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin özünə məxsusdur. 31 avqust 2020-ci il tarixdə, saat 18-19 radələrində Qusar rayonu ərazisində yerləşən Samur sərhəd keçid məntəqəsinin qarşısında olarkən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə idarə etdiyi “Porshe Cayenne” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin baqaj hissəsindəki idman çantasından aşkar edilərək götürülmüş “Provimed" və “Turanabol” ticari adlı güclü təsir edən maddələr, eləcə də, dövlət qeydiyyatından keçməyən “Clomed 50 mg”, Anastrozol 1 mg”, “X15 Gen”, “SP Gonadotropin 1000 İ.U.” adlı digər dərman vasitələrini yaxın idmançı dostlarına pay olaraq verdiyini, bu dərmanların apteklərdə satıldığını, lazım olanda istifadə etmək və lazım olanda da kim istəsə ona vermək məqsədilə saxladığını bildirmişdir. Həmin dərman vasitələrini 20-23 dekabr 2019-cu il tarixdə Rusiyanın Moksva şəhərində olarkən internet saytlarının birindən aldığını, 23.12.2019-cu il tarixdə Rusiyadan Azərbaycana Moskva-Bakı reysi ilə gələrkən özü ilə əl yükü olan çantasında gətirdiyini, təyyarədən düşəndən sonra da, „Qırmızı Kanal“ gömrük xəttindən keçdiyini, gömrük xəttindən keçərkən içində həmin dərmanlar olan idman çantasın rentgenə qoyduğunu və qurğudan keçəndən sonra da, çantasını götürüb çıxdığını, həmin dərmanları az olduğu üçün 23.12.2019-cu il tarixdə X14 Aeroportunda əvvəlcədən gömrük nəzarətinə bəyan etmədiyini, heç bir gömrük işçisinə də dərmanlar barədə əvvəlcədən heç nə demədiyini, həmin dərmanları il ərzində istifadə olunan dərmanlar olduğundan həmişə əlinin altında olması üçün 23.12.2019-cu il tarixdə ölkə ərazisinə gələrkən özü ilə gətirdikdən sonra, aşkar olunanadək maşınında saxladığını, əvvəllər “BMW 525” markalı F10 modelli maşınında, həmin maşını satıb “Porshe Cayenne” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilini aldıqdan sonra isə, idman çantasının içərisində həmin maşının baqaj hissəsinə qoyub saxladığını və 31.08.2020-ci il tarixdə aşkar edilən vaxta kimi özünə məxsus olan həmin maşında qaldığını, həmin 6 növ dərman vasitələrindən kimlərəsə satdığını xatırlamadığını, adətən özünün istifadə etdiyini, lakin, bu dərmanları istifadə etməyi ilə bağlı hər hansı həkim resepti və ya belə dərmanların istifadə ilə əlaqədar hər hansı icazə sənədi olmamışdır." Məhkəmədə elan olunub araşdırılmış ifadələrində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 bildirmişdir ki, 22 sentyabr 2020-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 206.3.1, 206.3.2, 240.3.2, 200-1.2.2 və 200- 1.2.3-cü maddələri ilə elan edilən ittihamda özünü təqsirli bilməyib göstərmişir ki: «24 yanvar 2020-ci il tarixdə Rusiya Federasiyası vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən satış məqsədi ilə əldə edilən, saxlanılan, daşınan və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilən külli miqdarda zphc brendli dərmanların Şimal Ərazi Baş Gömrük İdarəsində aşkar edilməsi barədə fevral ayının əvvəli sosial şəbəkədə görmüşdür, ilk dəfə fevral ayının 6-sında istintaqa gələndə ifadə verən vaxt bu barədə dəqiq məlumatı olmuşdur.» Təqsirləndirilən şəxs2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxslər qismində təqdim edilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tanıyır. Aralarında ədavətləri yoxdur. Rostov dəmir yolunda qatar bələdçisi işləmişdir. 23 yanvar 2020-ci il tarixdə “Rostov-Bakı” reysi ilə Rusiyanın Rostov şəhərindən Bakıya doğru yola çıxmamamışdan qabaq həmin qatarın 2-ci vaqonunda bələdçi yoldaşı Təqsirləndirilən şəxs3 Serqeyevna dedi ki, Bakıya çatdırmaq üçün dərman var, aparsaq yaxşı pul verəcəklər. O da razılaşmışdır. Həmin tarixdə Mariyaya dərmanlar verildi. Mariyaya dərmanları verən şəxsi o, görməmişdir. Buna görə də ona dərmanları verən şəxsi tanımır. Bundan sonra onlar həmin dərmanları bələdçi olduğu vaqonun bir neçə küpesinin tavanında bir neçə yerdə gizlədib gömrükdən gizli keçirib Azərbaycana gətirmişlər. Sərhəddə də onları saxlayıb dərmanları aşkar etmişlər. Orada ondan izahat alıblar. O da hər şeyi olduğu kimi danışıb, lakin dərmanların özünün gətirdiyini, həmin dərmanların Mariyaya aidiyyəti olmadığını bildirmişdir. O, saxlanılana qədər gətirdikləri dərmanların nə dərmanı olduğunu bilməmişdir, Mariya da bilmirdi. Onlar tutulandan sonra dərmanların nə üçün olduğunu bilmişdir. Hazırda gətirdikləri dərmanların miqdarını və növlərini xatırlamır. İfadələrinə başqa əlavəsi yoxdur. Törətdiyi əməldan peşmandır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs2 25 yanvar 2020-ci il tarixdə və 26 yanvar 2020-ci il tarixdə şübhəli şəxs qismində dindirilərkən özünü təqsirli bilərək göstərmişdir; « 2008-ci ildən Rostov dəmir yollarında çalışmış və "xxxx" LVÇ3 Rostov ASC dəmiryolunda qatar bələdçisi işləmişdir. 23 yanvar 2020-ci il tarixdə “Rostov-Bakı” reysi ilə Rusiyanın Rostov şəhərindən Bakıya doğru yola çıxmalı olmuş, həmin qatarın 2-ci vaqonunda bələdçi yoldaşı Təqsirləndirilən şəxs3 Serqeyevna ilə birlikdə olmuşdur. Yola düşməzdən əvvəl, 23 yanvar 2020-ci il tarixdə ona milliyətcə rus olan tanımadığı və adını bilmədiyi bir nəfər şəxs zəng edərək Bakıya nə vaxt gedəcəyini soruşmuş, ona həmin gün Bakıya yola çıxacağını bildirmişdir. Həmin şəxs ona Bakıya bir çanta dərman göndərmək istədiyini və həmin dərmanların idmançılar üçün olan dərman və ampula olduğunu bildirmişdir. Ona həmin dərmanları qəbul edib vaqonda saxlamağı və Bakı şəhərinə aparıb orada dediyi adama çatdırmağı təklif etmiş, bunun müqabilində ona kifayət qədər yaxşı pul veriləcəyini demişdir. O, vaqonda özündən başqa bir nəfər də bələdçinin olduğunu deyəndən sonra, həmin şəxs digər bələdçiyə də ondan əlavə pul veriləcəyini və razı qalacaqlarını bildirmişdir. Həmin vaxt Mariya onun yanında olmuşdur. Mariyaya deyib razılığını alandan sonra, həmin şəxsə razılaşdıqlarını bildirmiş və onlar yola çıxana qədər dərmanları gətirməyi bildirmişdir. Həmin şəxs günorta saat 1 kimi dərmanları gətirəcəyini demişdir. Buna görə də saat 12yə qalmış dəmiryolu vağzalına gəlmiş, vağzala gələndə həmin şəxslə danışmış və təqribən 1-in yarısı həmin şəxslə digər bələdçi Mariya ilə birlikdə vağzala yaxın yerdə görüşüb Mariya ilə birlikdə dərmanları təhvil almışlar və qatara gəlmişlər. Mariya ilə birlikdə çantaları harada gizlətmək barədə firləşmişlər. Çünki həm o, həm də Mariya bilmişdir ki, adi ərzaq yükü olsa belə bələdçilər vaqona özbaşına heç bir əşya qəbul edə bilməzlər. Təhvil aldıqları həmin yük dərman yükü olduğuna görə ümumiyyətlə ciddi yanaşmışlar ki, gömrükdə qatar yoxlanılacaq və aşkar edilsə onlar üçün problem yaranacaq. Buna görə də, dərmanlar gömrükdə aşkar edilməsin deyə dərmanları bələdçisi olduqları 2-ci vaqonun tavanında gizlətmək qərarına gəlmişlər. Qatar Rostovda depoda olan zaman dərmanları bələdçisi olduqları 2-ci vaqonun 2-ci, 3-cü, 4-cü və 5-ci kupelərinin tavan hissəsindəki örtüklərin altında olan boşluqlarda gizlətmişlər. Həmin dərmanları dörd kupedə gizlətməklərinin səbəbi dərmanların həcmi və sayı çox olması, hamısının bir kupenin tavanındakı boşluqda yerləşdirməyin mümkün olmaması ilə bağlı olmuşdur. Dərmanları gizlətdikdən sonra, elə həmin gün də, yəni 23.01.2020-ci il tarixdə Rostov şəhərindən Bakı şəhərinə yola düşmüşlər. 24.01.2020-ci il tarixdə, saat 20:40 radələrində Azərbaycan Respublikasının sərhədinə “Yalama” gömrük postundan daxil olmuşlar. Posta daxil olduqdan sonra, qatara gömrük baxışı keçirilməsi üçün gömrükçülər vaqona qalxmışlar. Baxış zamanı bələdçisi olduğu 2-ci vaqonun 2-ci, 3-cü, 4-cü, 5-ci kupelərinin tavan hissəsindəki örtüklərin altındakı boşluqlarında Təqsirləndirilən şəxs3 Serqeyevna ilə birlikdə yerləşdirib gizlətdikləri dərman preparatlarını aşkar etmişlər. Bundan sonra, onun iştirakı ilə həmin dərman preparatlarına baxış keçirmişlər və 40 ədəd “Stanozolol Water 50 ml”, 30 ədəd “Metenolone Enanthate 100 ml”, 130 ədəd “Testosterone Propionate 100 ml”, 60 ədəd “Testosterone Mix 250 ml”, 180 ədəd “Testosterone Enanthate 250 ml”, 210 ədəd “Boldenone Undecylenate 250 ml” adlı dərman preparatları olduğu məlum olmuşdur. Həmin vaxt ondan dərmanlar barədə soruşulmuş, o isə digər bələdçi yoldaşına problem yaranmaması üçün gömrük əməkdaşlarının şifahi sorğu-sualı zamanı dərmanların özünə məxsus olduğunu, qəsdən gizlətdiyini, pul qarşılığında Bakıya aparıb sahibinə təhvil verəcəyini bildirmişdir. Daha sonra qatar buraxılmış, onu isə saxlamışlar.O, bildirmişdir ki, aşkar edilərək götürülmüş külli miqdarda güclü təsir edən maddələri Rusiya Federasiyasının Rostov şəhərində qatarın digər bələdçisi Təqsirləndirilən şəxs3 ilə birlikdə əldə etmişlər, çünki, həmin dərmanları bələdçisi olduqları qatarla Bakıya aparmalı idilər, ikisindən birinin xəbəri olmasa, dərmanları qəbul edib qatarda gizlədə bilməzmiş. Aşkar edilmiş güclü təsir edən maddələri Rostov şəhərində onlara verən şəxs milliyətcə rus olmuş, həmin şəxs 23.01.2019-cu il tarixdə səhər saatlarında onun istifadəsində olmuş +7 906 453-27-33 saylı nömrəsinə zəng etmişdir. Həmin şəxsi tanımamış, nömrəsini həmin şəxsə əvvəllər əşyasını daşıdığı kimsənin verdiyini düşünmüşdür. Əvvəllər qatarda gətirmək üçün müxtəlif şəxslərdən pul müqabilində pal-paltar və məişət malları qəbul etsə də gətirmək üçün dərman qəbul etməmişdir. Dərmanları ona verən şəxs ona +99455 217-40-41 saylı nömrəni verib həmin şəxsin Bakı vağzalında görüşüb dərmanları təhvil alacağını demişdir. O, nömrəni telefonuna rus dilində “pasılka Baku” yazmışdır. O, +99455 217-40-41 saylı nömrəsi ilə danışdığını, həmin şəxsin adının Zaur olduğunu bildirmişdir. Zaur dərmanları Rostovda onlara verən şəxslə telefonla danışdığını, həmin şəxsə dərmanları onlara verərkən vaqonda gizlətməyi tapşırmağını deyib ondan dərmanları harada saxladıqlarını soruşmuşdur. O da Zaura dərmanları qatarın kupelərinin tavan hissəsində gizlətdiklərini demişdir. Zaur gözlə görünən yer olub-olmadığını soruşanda isə, Zaura gömrükçülərin görüb aşkar edə bilməyəcəkləri yer olduğunu, qatarın 24 yanvar, gecə saat 02- 03 radələrində Bakıya çatacağını və onların olduqları vaqonun 2-ci vaqon olduğunu demişdir. Zaur onları vağzalda qarşılayacağını və dərmanları götürüb pullarını verəcəyini bilidrmişdir. Zaurla telefonla danışan zaman Təqsirləndirilən şəxs3 onun yanında olmuş, danışıqlarının məzmunundan və dərmanları Bakı vazğalında Zaurun təhvil alacağından xəbərdar olduğunu bildirmişdir. Rostovda dərmanları təhvil aldıqları şəxsin nömrəsini silindiyini bildirmişdir. O, həm özünün, həm də Mariyanın dərmanları gizli keçirməkdə razılaşmalarının səbəbinin maddi imkansızlıq olduğunu bildirmişdir. Aşkar edilən dərmanların idmançılar üçün olan hormonal təsirli güclü anaboliklər olduğunu bildiyini, gömrükdən də, qaçaq yolla nəsə keçirməyin cinayət olduğundan da xəbərinin olduğunu bildirmişdir.» Məhkəmədə elan olunub araşdırılmış ifadələrində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 28 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 206.3.2, 240.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təqsirli bilmiş, həmin Məcəllənin 240.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə təqsirli bilməmişdir. Təqsirləndirilən şəxs3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxslər qismində təqdim olunan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır. Aralarında ədavətləri yoxdur. Rostov dəmir yolunda qatar bələdçisi işləmişdir. 23 yanvar 2020-ci il tarixdə “Rostov-Bakı” reysi ilə Rusiyanın Rostov şəhərindən Bakıya doğru yola çıxmalı olmuş, həmin qatarın 2-ci vaqonunda bələdçi yoldaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə olmuşdur. Yola düşməzdən əvvəl 23 yanvar 2020-ci il tarixdə ona milliyətcə rus, şəxsiyyətini tanımadığı və adını bilmədiyi bir nəfər şəxs zəng edərək Bakıya nə vaxt gedəcəyini soruşmuşdur. O da ona həmin gün Bakıya yola çıxacağını demişdir. Həmin şəxs də demişdir ki, dərman var, Bakıya çatdır, orada götürəcklər, bunun müqablində ona yaxşı pul verəcəklər. O da razılaşmışdır. Həmin şəxs dərmanları gətirdi. Sərhəddə də onları saxlayıb dərmanları aşkar etdilər. Orada ondan izahat alıblar. İzahatı rus dilində alıblar, lakin tərcüməçi iştirak etməyib. Ona izahatına qol çəkdirdikdən sonra vəkil gəldi. Ona vəkil 17 fevral 2020-ci il tarixdə təqdim olunub. O, gətirdiyi dərmanların güclü təsir edən dərmanlar olduğunu bilməmişdir. O, Zauru də ilk dəfə gömrükdə görmüşdür, onu istintaq zamanı tanımışdır. Karina ilə o, üzləşməyib. O, ifadələr verndə texniki səbəblərdən bəzi səhvlər edib. Sonradan həmin səhvlər düzəlmədi. Həmin səhvlərin nədən ibarət olmasını xatırlamır. Onların izahatları və ifadələri alındıqdan sonra onlara sənədələri sadəcə imza etdiriblər. O, ilkin ifadələrinin məzmununu xatırlamır. O, saxlanılanda onu saxlayan şəxslərdən aşkar edilmiş dərmanların tərkiblərini ona deməyi xahiş etmişdir. Onlar da dərmanların sərbəst dövriyyəsi qadağan olunmuş güclü təsr edən dərmanlar olduğunu demişdilər. Sonradan da o, həmin dərmanlarla ələaqədar keçirilmiş ekpertiza rəyi ilə tanış olmuşdur, dərmanların tərkiblərinə fikir verməmişdir. İşə yeni vəkili buraxıldıqdan sonra müstəntiqdən onu yenidən dindirilməsini xahiş etmişdir. Müstəntiq də onü yenidən dindirəndə o, həqiqəti danışmışdır. O, tanımadığı şəxsin ona verdiyi dərman həblərini Rostovdan Azərbaycana gətirdiyini qəbul edir, həmin dərmanların miqdarını indi xatırlmır. Dərmanları o, Sobolovskaya Karina ilə onun bələdçi olduğu vaqonun küpelərin tavanında birlikdə gizləlib keçirdiklərini təsdiq edir. Törətdkləri əməldən peşmandır, lakin o, heç bir cinayət törətməyib. Tək qadındır, himayəsində bir az yaşlı uşağı və təqaüddə olan yaşlı anası vardır. Məhkumluğu yoxdur. Əvvəllət məsuliyyətə cəlb olunmayıb. Xahiş edir ki, bütün hallar nəzərə alınsın. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs3 25 yanvar 2020-ci il tarixdə şübhəli şəxs qismində dindirilərkən aşkar edilmiş dərman preparatlarının ona məxsus olmadığını, dərmanların Təqsirləndirilən şəxs2 məxsus olduğunu və onun gizlətdiyini bildirmiş, həmin tarixdə Təqsirləndirilən şəxs2 ilə arasında olan üzləşdirmə zamanı istintaqa verdiyi ilkin ifadəsini təkzib edərək Təqsirləndirilən şəxs2 dediklərini təsdiq etmiş və “şübhəli şəxs qismində verdiyi ifadəsini dəyişmək istədiyini, həqiqətən Karina ilə birlikdə həmin dərmanları Rastov şəhərində vağzala yaxın bir yerdə əvvəlcədən tanımadığı bir nəfər şəxsdən qatarda gizlədib gömrükdən də gizli yolla Azərbaycana keçirib, Bakıya aparmaq və orada kimə çatacaqsa ona təhvil verib pul almaq məqsədilə əldə etdiklərini, bütün bu əməlləri Karina ilə birlikdə etdiklərini, Karinanın ilkin izahatında həqiqətən də ona problem yaranmaması üçün yalandan guya onun xəbərinin olmadığını dediyini, dediyi sms yazışmasını da həqiqətən Azərbaycanda olduğu müddətdə istifadəsində olan +99455 ***-**-** saylı nömrəyə onun narahat olmamağı üçün və özünü müdafiə etməyi üçün göndərdiyini bildirmiş, Karina ilə birlikdə törətdiyi əməlləri etiraf edərək əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmədə elan olunub araşdırılmış 26 yanvar 2020-ci il tarixli ifadəsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs3 də Azərbaycan Respublikası CM-nin 206.3.2 və 240.3.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirmişdir: «o, Rostov-Bakı” qatarının 2-ci vaqonunda bələdçidir. Vaqonun digər bələdçisi Təqsirləndirilən şəxs2dır. 23.01.2020-ci il tarixdə “Rostov-Bakı” reysi ilə Rusiyanın Rostov şəhərindən Bakıya doğru yola çıxacaqmışlar. Yola çıxmazdan əvvəl, həmin gün, yəni 23.01.2020-ci il tarixdə Karina bir nəfərin ona zəng edib onlara verəcəyi çoxlu miqdarda dərman vasitələrini alıb vaqonda gizlədərək gömrükdən Azərbaycana keçirməyi və Bakı şəhərinə qədər nəzarətləri altında daşıyaraq orada təhvil almalı olan şəxsə çatdırmağı təklif etmiş və bunun müqabilində onlara yaxşı pul veriləcəyini demişdir. Yaxşı pul veriləcəyini dediyi üçün Karina ilə razılaşmış və həmin şəxsə onun da razı olduğunu deməsini bildirmişdir. Bir qədər keçdikdən sonra Karina ona həmin şəxsin vağzala yaxın yerdə olduğunu və gedib dərmanları götürmək lazım olduğunu bildirmiş, Təqsirləndirilən şəxs2 ilə birlikdə vağzalın yaxınlığında həmin şəxsdən dərmanlar olan çantanı təhvil almışlar. Karina həmin şəxsdən dərmanların Bakıda kimə çatacağını soruşmuş, həmin şəxs Karinaya +99455 217-40-41 saylı nömrəni verib həmin şəxsin onlarla Bakı vağzalında görüşüb dərmanları təhvil alacağını demişdir. Karina həmin nömrəni telefonuna yazmış və bildiyi qədəri ilə rus dilində “pasılka Baku” kimi qeyd etmişdir. Onlar Bakıda onlara nə qədər pul veriləcəyini soruşmuşlar. Həmin şəxs pulu Bakıda dərmanları onlardan təhvil alacaq şəxsin verəcəyini deyib narahat olmamaqlarını bildirmişdir. Bundan sonra, dərmanları da götürüb Karina ilə birlikdə qatara gəlmişlər. Karina ilə birlikdə bu çantaları harada gizlətməklərinin daha yaxşı olduğunu düşünmüşlər. İkisi də bilmişdir ki, heç bir yükü vaqona özbaşına qəbul edə bilməzlər və eləcə də, bu dərmanların heç bir sənədi olmadığı üçün gömrükdə onlara problem yaranacaq. Buna görə də dərmanları gömrükdə aşkar edilməməsi üçün hər kəsin düşünə bilməyəcəyi bir yerdə, yəni bələdçisi olduqları 2-ci vaqonun kupelərinin tavanında gizlətməyi düşünmüşlər. Dərmanların sayı çox olduğu üçün bir kupedə gizlədə bilmədikləri üçün qatar Rostovda depoda olan zaman həmin dərmanları bələdçisi olduqları 2-ci vaqonun 2-ci, 3-cü, 4-cü və 5-ci kupelərinin tavan hissəsindəki örtüklərin altında olan boşluqlarda gizlətmişlər. Dərmanları gizlətdikdən sonra, elə həmin gün, yəni 23.01.2020-ci il tarixdə Rostov şəhərindən Bakı şəhərinə yola düşmüşlər. 24.01.2020-ci il tarixdə, saat 20:40 radələrində Azərbaycan Respublikasının sərhədinə çataraq “Yalama” gömrük postuna daxil olmuşlar. Bundan sonra, gömrükçülər qatara gömrük baxışı keçirmişlər və baxış nəticəsində bələdçisi olduqları 2-ci vaqonun 2-ci, 3cü, 4-cü, 5-ci kupelərinin tavan hissəsindəki örtüklərin altındakı boşluqlarında Təqsirləndirilən şəxs2 ilə birlikdə yerləşdirib gizlətdikləri dərman preparatlarını aşkar etmişlər. Bundan sonra, həmin dərman preparatlarına baxış keçirmişlər və müəyyən etmişlər ki, bu dərmanlar 40 ədəd “Stanorolol Water 50 ml”, 30 ədəd “Metenolone Enanthate 100 ml”, 130 ədəd “Testosterone Propionate 100 ml”, 60 ədəd “Testosterone Mix 250 ml”, 180 ədəd “Testosterone Enanthate 250 ml”, 210 ədəd “Boldenone Undecylenate 250 ml” adlı dərman preparatlarıdır. Bu dərmanların aşkar edilməsindən sonra, onlardan bu dərmanların kimə məxsus olduğunu, aşkar edildiyi yerə kimin gizlətdiyi soruşmuşlar. Karina onu da tutmasınlar deyə demişdir ki, dərmanların hamısı onundur və guya yalnız o özü gizlədib. Karina bunu deyəndən sonra, qatarı da, onu da buraxmışlar. Karinanı isə saxlamışlar. Onları buraxdıqdan sonra, həmin qatarla Bakı şəhərinə getmişlər. Bildirmişdir ki, Karina ona sonradan sms yazmışdır. Onun rus nömrəsi Azərbaycanda işləmir deyə onların vaqonun başqa bir bələdçisinin artıq olan +**********85 saylı nömrəsi Azərbaycan ərazisində onun istifadəsində olur. Buna görə də, Karina həmin nömrəyə sms yazıb ona bildirmişdir ki, narahat olmasın, Karina hər şeyi boynuna götürüb, o, sadəcə əlaqəsinin olmaması barədə izahat versə bəsdir. Buna görə də, şübhəli şəxs qismində ifadə verəndə demişdir ki, guya əlaqəsi yoxdur. Lakin, təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində həqiqətləri bildirir. Törətdiyi əməlləri Karina ilə birlikdə etdiklərini qeyd etmişdir. Aşkar edilmiş güclü təsir edən maddələri Bakı şəhərində digər sahibinə çatıdırılması üçün Rostov şəhərində onlara verən şəxsin kim olması barədə sual verildikdə həmin şəxsin milliyətcə rus olduğunu, amma onun başqa məlumatlarını bilmədiyini, vizual görkəmi barədə orta bədən quruluşlu, 40- 45 yaşlarında, 165-170 boylarında, ağbəniz, saçı qəhvəyi rəngdə bir kişi olduğunu bildirmişdir. Təhvil aldığı dərmanları Rusiyadan Azərbaycana aparıb kimə təhvil verəcəkləri barədə verilmiş suala bu dərmanların Bakı şəhərində Zaur adlı şəxsə çatmalı olduğunu, Zaurun telefon nömrəsinin +99455 217-40-41 saylı nömrə olduğunu bildirmiş və qeyd etmişdir ki, onlar yolda olarkən Karina Zaurla danışmışdır. Bu vaxt, o, Karinanın yanında olmuş və danışıqları bilmişdir. Zaur Karinadan soruşmuşdur ki, dərmanları harada gizlətmişlər. Karina da ona demişdir ki, dərmanları elə yerdə gizlətmişlər ki, gömrükçülər heç vaxt aşkar edə bilməyəcəklər. Bunu deyib dərmanları gizlətdikləri yeri, yəni kupelərin tavan hissəsindəki boşluqlarda gizlətdiklərini Zaura demişdir. Bundan başqa, Karina onların qatarın Bakıya təqribi çatma vaxtını Zaura dediyi üçün, Zaur onları Bakı vağzalında qarşılayacaqmış. Zaur da bildirmişdir ki, onları vağzalda qarşılayacaq və dərmanları götürüb pullarını verəcək. Zaur adlı şəxs güclü təsirli hormonal idman dərmanlarının Bakı şəhərində satışı ilə məşğul olur, bunu ona dərmanları gömrükdən gizli yolla keçirilməsi üçün təhvil aldıqları şəxs demişdir. Həmin şəxs onlara demişdir ki, dərmanları Bakıda alacaq şəxs olan Zaur tapşırıb ki, dərmanları gizlədək. Zaur dərmanların satışı ilə məşğul olduğu üçün rüsum ödəməmək üçün və dərmanların gömrükdən rahat və icazəsiz keçirilən dərmanlardan olmadığını bildiyi üçün bu dərmanların gizli yolla keçirilməsini istədiyini düşünmüşdür. Zaurun tez-tez Rostov-Bakı qatarının bələdçiləri ilə işlədiyini, Zaurun sifarişi ilə Rusiyadan ona dərman gətirildiyini, əvvəllər Zaur üçün dərman gətirdiyini, amma, əvvəllər az miqdarda olduğunu və bu qədər olmadığı üçün problem çıxmadığını bildirmişdir. Dərmanları təhvil aldıqları şəxsin telefon nömrəsi soruşulduqda həmin şəxslə danışmamışdır. Rostovda əldə etdikləri həmin dərmanların idmançılar üçün olan anabolik dərmanlar olduğunu və hormonal təsirli güclü xarakterli dərmanlar olduğunu bilmişdişdir, gömrükdən belə xarakterli dərmanları qaçaq yolla keçirməyə icazə verilmədiyi barədə məlumatlı olmuşdur, gizlədərək nəsə keçirməyin də cinayət olduğundan xəbərdar olmuşdur, amma Karina ilə dərmanları kupelərin tavanındakı boşluqda gizlətsələr heç kəsin ağlına gəlməyəcəyini və nəticədə dərmanları rahat şəkildə gömrükdən keçirmiş olacaqlarını düşünmüşlər. Ümumilikdə törətdiyi əməldən peşman olduğunu qeyd etmişdir.» Məhkəmədə elan olunub araşdırılmış 27 avqust 2020-ci il tarixli ifadəsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs3 özünü təqsirli hesab etmədiyini, aşkar edilmiş dərmanları özünün almadığını və daşımadığını, Karinanın ona söhbət əsnasında hansısa iş yoldaşının Bakıda qohumuna çatdırılması üçün dərmanlarla dolu çanta verməsini dediyini, çantanı ona verən şəxsi tanımadığını, dərmanlar aşkar ediləndə orada olmadığını, dərmanların onun kupesində aşkar edilmədiyini, qatarın 1-ci və 2-ci qatarlarının bələdçisi olduğunu, hərəsində 4-5 saat növbədə olduğunu, dərmanları qatara kimin gətirdiyini fiziki cəhətdən görmək imkanının olmadığını, dərmanları özünün qəbul etmədiyini bildirmişdir. Şahid1 Fərhad oğlu ifadələrində göstərdi ki, o, 24 yanvar 2020 ci il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postunda növbədə olmuşdur. Həmin tarixdə saat 21:00 radələrində Rusiya Federasiyasının Rostov şəhərindən Azərbaycanın Bakı şəhərinə gedən 392 saylı Rostov-Bakı qatarında yoxlama keçirilməli idi. Postun ümumi iş prinsipinə əsəasən bir inspektora yoxlaması üçün bir qatarın iki və bəzən üç vaqonu həvalə edilir. Ona da, 1-ci və 2-ci qatarlar ayrılmışdır. Yoxlanılan qatarın bələdçiləri rus olduqları üçün yoxlamada iştirak etmək məqsədilə rus və azərbaycan dillərini bilən Əzizova Naibə adlı xanım tərcüməçi qismində çağırılmışdır. Həmçinin, postun ərazisində fəhləlik edən Marat və Sabir adlı şəxslər də hal şahidi kimi iştirak etmələri üçün çağırmışdır. Hal şahidlərini də cəlb etdikdən sonra, qatarın 1-ci vaqonunu yoxlamış, lakin heç nə aşkar etməmişdir. Bundan sonra, qatarın 2-ci vaqonunu yoxlamışdır. Yoxlama zamanı 2-ci vaqonun 2-ci kupesinin tavan hissəsindəki örtüklərin altındakı boşluqda yerləşdirilərək gizlədilmiş çoxlu miqdarda dərman qutuları aşkar etmişdir. Yoxlamanı davam etdikcə, 2-ci vaqonun 3-cü, 4-cü və 5ci kupelərinin tavan hissəsindəki örtüklərin altındakı boşluqlardan da eyni şəkildə gömrük nəzarətindən gizlədilmiş çoxlu miqdarda dərmanları aşkar edib çıxarmışdır. Gömrük nəzarətindən gizlədilmiş vəziyyətdə aşkar etdiyi həmin dərmanlar barədə o və həmin gün onun növbə rəisi olan Şahid2 392 nömrəli Rostov-Bakı qatarının 2-ci vaqonunun bələdçiləri Rusiya Federasiyası vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şifahi sorğu-sual etdikdə, Təqsirləndirilən şəxs2 dərmanların testesteron tərkibli güclü anaboliklər olduğunu deyib, bildirmişdir ki, qatarda gizlədib gömrükdən qaçaq yolla keçirərək Azərbaycanın Bakı şəhərinə qədər aparıb sahibinə çatdırmaq üçün Rostovda bir nəfər şəxsdən təhvil alıb. Dərmanların Bakıdakı sahibinə çatdırmaqda məqsədinin isə əvəzində pul almaq olduğunu demişdir. Dərmanlar aşkar edildikdən sonra, adları üzrə ayrı-ayrı yığılıb sayılmışdır. Bundan sonra, yoxlama keçirilməsi barədə protokol tərtib etmişdir. Həmin protokol Təqsirləndirilən şəxs2 üçün tərcüməçi tərəfindən ucadan oxunduqdan sonra, Təqsirləndirilən şəxs2 da protokolla tanış olub imzalamışdır. Həmçinin, tərcüməçi və hal şahidləri də protokolla tanış olduqdan sonra, protokolu imzaları ilə təsdiq etmişlər. Yekunda, aşkar edilmiş dərmanları protokol tərtib edərək götürmüş və araşdırma aparılması məqsədilə Şimal Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsinin təhqiqat bölməsinə təhvil vermişdir. 392 nömrəli Rostov-Bakı qatarının 2-ci vaqonunun 2, 3, 4 və 5-ci kupelərinin tavan hissəsindəki örtüklərin altındakı boşluqlardan həmin dərman preparatlarını aşkar edildikdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onların tapılan dərmanlara aidiyyətələri olmayan şəxs kimi aparmağa cəhd etdilər. Az sonra Karina dərmanları qatarda gizlədib gömrükdən qaçaq yolla keçirərək Azərbaycanın Bakı şəhərinə qədər aparmaq və Bakıda sahibinə çatdırmaq üçün Rostovda bir nəfər şəxsdən təhvil aldığını, dərmanların Bakıdakı sahibinə çatdırıb əvəzində pul almaq olduğunu etiraf etdi. Heç kim onlara təsir etməyib Qatar saxalanıb onlar vaqona daxil olan andan proseslərin axırına kimi o, Azərbaycan-Rus dillərinin tərcüməçi iştirak edib. Onlar saxlanılan anda da vəkillə təmin olunublar. Təqsirləndirilən şəxslərin bunu inkar etməklərnin səbəbini bilmir. Şahid2 ifadələrində göstərdi ki, 24 yanvar 2020-ci il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postunda növbədə olmuşdur və həmin gün xidmətini növbə rəisi olaraq icra etmişdir. Həmin gün, saat 21:00 radələri olardı ki, Rusiya Federasiyasının Rostov şəhərindən Azərbaycanın Bakı şəhərinə gedən 392 saylı Rostov-Bakı qatarında yoxlama keçirilməli idi. O, növbədə olan beş nəfər inspektor arasında qatarın vaqonlarına keçiriləcək baxış cədvəlini müəyyən etmişdir. Belə ki, hər inspektora yoxlaması 2-3 vaqon həvalə etmişdir. Qatarın 1-ci və 2-ci vaqonlarının yoxlanılmasını da inspektor Şahid1 tapşırmışdır. Baxmayaraq ki, gömrük inspektorları rus dilini sərbəst bilirlər, amma hər bir halda, yoxlanılan qatarın bələdçiləri rus olduqları üçün yoxlamada iştirak etməsi üçün rus və azərbaycan dillərini sərbəst bilən Əzizova Naibə adlı xanım tərcüməçi kimi çağırılmışdır. Eləcə də, postun ərazisində fəhləlik edən şəxslər də hal şahidi kimi iştirak etmələri üçün çağırılmışdır. Beləliklə, həmin qatar yoxlanılmağa başlandıqdan sonra, Şahid1 qatarın 2-ci vaqonunu yoxlayan zaman həmin vaqonun 2-ci kupesinin tavan hissəsindəki örtüklərin altındakı boşluqda yerləşdirilərək gizlədilmiş çoxlu miqdarda dərman qutuları gördüyünü demiş və gizlədilmiş dərmanları çıxarmağa başlamışdır. Yoxlamanı davam etdikcə, 2-ci vaqonun 3-cü, 4-cü və 5-ci kupelərinin tavan hissəsindəki örtüklərin altındakı boşluqlardan da eyni şəkildə gömrük nəzarətindən gizlədilmiş çoxlu miqdarda dərmanları aşkar edib çıxarmışdır. Gömrük nəzarətindən gizlədilmiş vəziyyətdə aşkar etdiyi həmin dərmanlar barədə, o, 392 nömrəli Rostov-Bakı qatarının 2-ci vaqonunun bələdçiləri Rusiya Federasiyası vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şifahi sorğu-sual etmiş və bələdçilərdən dərmanların nə dərmanlar olduğunu, kimə məxsus olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs2 dərmanları Rostov şəhərində bir nəfər şəxsin verdiyini, həmin şəxsin dediyinə görə, testesteron tərkibli güclü anaboliklər olduğunu bildiyini demişdir. O, həmin dərmanları kimin verdiyini və nə üçün Azərbaycana gətirdiyini soruşduqda, bu dərmanları Rusiyanın Rostov şəhərində bir nəfər şəxsin ona məhz gömrükdən gizlədərək keçirərək Azərbaycana keçirmək və Bakı şəhərinə gətirib sahibinə çatdırmaq üçün verdiyini dedi. Bildirdi ki, bunun əvəzində Bakıda ona pul verilməli idi. O da pula ehtiyacı olduğu üçün bu əməllərlə razılaşıb və dərmanları qatarda aşkar edildiyi yerlərdə gizlətmişdir. Dərmanları niyə qatarın gizli saxlanc yerlərində gizlətdiyini soruşduqda isə dedi ki, dərmanların gömrükdə aşkar ediləcəyindən və götürüləcəyindən, onun üçün problem yaranacağından, Rusiyaya qayıda bilməməyindən qorxub özünün gizlətdiyini, digər bələdçi Mariyanın əlaqəsinin olmadığını bildirdi. Mariya da çox narahat idi. Karina isə dedi ki, bu əməli özü törədib, Mariyalıq bir şey yoxdur. Bu dərmanların kimə çatacağını soruşanda isə dedi ki, Bakıdakı sahibinə çatdırmalıdır. Qatarda dərmanlar götürülən zaman Karina kiminləsə teztez danışırdı və yazışırdı. Ondan kimlə danışdığını soruşanda dedi ki, dərmanların Bakıdakı sahibi ilə danışır və bildirdi ki, həmin şəxs ona yazıb ki, guya Bakıdan Yalama postuna gəlir ki, dərmanların özünə məxsus olduğunu deyib onu xilas eləsin. Dərmanlar aşkar edildikdən sonra onlar sayıldı. Bundan sonra, yoxlama keçirilməsi barədə protokol tərtib edildi, iştirakçılar da protokolla tanış olub protokolu imza etdilər. Sonda, aşkar edilmiş dərmanlar araşdırma aparılması üçün Şimal Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsinin təhqiqat bölməsinə təhvil verildi. Şahid3 ifadələrində göstərdi ki, o, 24 yanvar 2020-ci il tarixdə keçirilmiş yoxlamada hal şahidi qismində iştirak etmişdir. O, Yalama gömrük postunda yükləmə-boşaltma işlərində fəhləlik edir. 24 yanvar 2020-ci il tarixdə “Yalama” gömrük postunun qarşısında olarkən saat 21:00 radələrində gömrükçü Şahid1 ona və orada fəhləlik edən Şahid4 yaxınlaşıb onlara “Yalama” gömrük postunda Rusiyanın Rostov şəhərindən gələn Rostov-Bakı qatarının vaqonlarında yoxlama keçiriləcəyini bildirib buna görə hal şahidinə ehtiyac olduğunu demiş və onlardan xahiş etmişdir ki, yoxlama keçirilən zaman hal şahidi qismində iştirak etsinlər. Onlar da razılaşmışlar. Yoxlamada iştirak etmək məqsədilə gömrükçü ilə birgə “Yalama” gömrük postuna daxil olmuşlar. 392 nömrəli Rostov-Bakı sərnişin qatarının 2-ci vaqonunun yoxlanılmasına başlamazdan əvvəl gömrükçü onları 2ci vaqonun bələdçisi olan adı sonradan onlara məlum olan, əvvəllər tanımadıqları Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs2 təqdim edib onların hal şahidi qismində çağırıldıqlarını həmin xanıma başa salmışdır. Gömrükçü onlara demişdir ki, Rostov-Bakı qatarının bütün bələdçiləri kimi 2-ci vaqonun bələdçisi olan Təqsirləndirilən şəxs2 rus vətəndaşı olduğu üçün azərbaycan dilində danışa bilmir. Buna görə də, Əzizova Naibə adlı xanım da tərcüməçi qismində çağırılmışdı. Gömrükçü bunları onlara bildirdikdən sonra, onlara hüquqlarını və vəzifələrini demiş və sonra, 392 nömrəli Rostov-Bakı sərnişin qatarının 2-ci vaqonunda yoxlama keçirmişdir. Yoxlama nəticəsində, 2-ci vaqonun 2-ci, 3-cü, 4-cü və 5-ci kupelərində, tavan hissədəki örtüklərin altındakı boşluqlardan çoxlu miqdarda müxtəlif dərman preparatları aşkar edilmişdir. Həmin dərmanlar aşkar edildikdən sonra sayılıb götürüldü və bu barədə protokol tərtib edildi. Bundan sonra protokol tərcüməçi tərəfindən Təqsirləndirilən şəxs2 oxunuldu. Karina protokolla tanış olduqdan sonra o və Marat həmin protokolla tanış olmuşlar və imzaları ilə təsdiqləmişlər. Bütün prosesdə tərcüməçi iştirak edirdi. Tərcüməçinin olmaması barəsindəki ifadələr yalandır. O, hazırda tapılan dərmanların növlərini və miqdarını xatırlamır. Karina deyirdi ki, dərman prepatları güclü təsr edən dərmanlardır. Ona dərmanları Postovda veriblər. O da dərmanları sərəhəddən gizli Azərbaycana keçirib Bakı şəhərində sahibinə verib bunun əvəzində pul almalı idi. Şahid4 ifadələrində Şahid3 ifadələrində göstərdiyi halları təsdiq etdi. Şahid X13 ifadələrində göstərdi ki, 31 avqust 2020-ci il tarixdə, təxminən 18-00 radələrində SDK gömrük postuna yaxın yerdə yol ilə gedərkən bir nəfər şəxs ona yaxınlaşıb özünü Dövlət Təhlükəsizliyi Xidmətinin işçisi kimi təqdim edib maşina baxış keçirilməli olduğunu bildirib onu da baxış zamanı hal şahidi kimi iştirak etməyə dəvət etmişdir. O da razılaşmışdır. Bundan sonra onlar birlikdə SDK gömrük postunun yanına gəlmişlər. Oraya çatanda DTX işçisi “Porsche” markalı maşını göstərib həmin maşına baxış keçiriləcəyini bildirdi. Həmin maşının nömrəsi indi xatırlamır. Maşının sahibi də maşının yanında olmuş, həmin şəxsi əvvəllər tanımamışdır. Həmin şəxs məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs1 idi. Orada bir başqa bir hal şahidinin iştirakı ilə oradakı “Porsche ” markalı maşına baxış keçirildi. Baxış zamanı avtomobilin baqaj hissəsində bir ədəd idman çantası aşkar olundu. İdman çantasına baxış keçirəndə çantanın içində ümumilikdə altı adda müxtəlif dərmanlar aşkar olundu. Bundan sonra bütün dərmanlar sayıldı. Dərmanların biri flakonda, qalanları isə konvalyutda idi. Bütün dərmanlar sayıldı protokola yazıldı. Həmin dərmanların adları və sayları yadında qalmayıb. Dərmanlar sayılandan sonra DTX işçisi protokol yazdı. Protokol yazılandan sonra ucadan oxundu, Təqsirləndirilən şəxs1, o və digər hal şahidi protokolla tanış olub imzalamışlar. Təqsirləndirilən şəxs1 özünü sərbəst aparırdı. Ona heç bir təsir edilmədi. Başqa əlavəsi yoxdur. Şahid9 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs1 2020-ci ilin fevral ayının əvvəllərindən tanıyır. Zauru Namiq adlı başqa tanışı vasitəsi lə tanımışdır. Zaurla tanış olandan sonra, Zaurun Azərbaycanda apteklərdə satışı olmayan idman dərmanlarının satışı ilə məşğul olduğunu bilmişdir. O, Namiqlə Zaur onun yanında olanda öz aralarında mübahisə etdikləri görmüşdür. Namiq deyirdi ki, Zaur məsuliyyətsizdir. Deyirdi ki, onlar bir neçə gün əvvəl Zaurla bir yerdə istintaqa gediblər, orada Zaurun üstünü yoxlayanda onun üstündən satışı qadağan olunmuş dərman çıxıb. Namiq bunu deyən yerdə Zaur yenə cibindən bir list dərman çıxarıb əsəbi halda stolun üstünə atdı ki, bu dərmanı o cinsi əlaqədən qabaq atır. Zaur onun üçün Rusiyadan idman dərmanları gətirmiş iki nəfər qatar bələdçisi işləyən rus qızlarının da tutulduğunu, dərmanlarının da götürüldüyünü dedi. Onda o, bilmişdir ki, Zaur belə dərmanların satışı ilə məşğuldur. O, Zaurdan cinsi əlaqədən qabaq atanda yaxşı təsir göstərən dərman almışdır, amma bu dərmanın alqı-satqsının qanunsuz olduğunu bilməmişdir. Zaur ona ilk dəfə görüşəndə söhbət edərkən onun üçün Rusiyadan idman dərmanları gətirən iki nəfər qatar bələdçisi işləyən rus qızın tutulduğunu, dərmanlarının da götürüldüyünü, özünü də buna görə istintaqa çağırdıqlarını demişdir. Zaurun dediyinə görə, həmin qızlar tutulan dərmanları Zaur üçün gətirdikləri üçün Zaur qızların analarına söz verimişdi ki, qızları buraxdıracaq. Təqsirləndirilən şəxs1 külli miqdarda güclü təsir edən dərman vasitələrinin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması, daşınması və qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirəcəyindən əvvəlcədən məlumatının olmamışdır. O, Zaurla fevral ayında görüşmüşdür. Zaurun isə ona Rusiyadan dərman gətirən rus qızların yanvarın 24-ü tutulduğunu demişdi. O, bunu bu barədə yalnız Zaur özü deyəndən sonra bilmişdir ki, həmin rus qızlar ona Rusiyadan gizli yolla dərman gətirdikləri üçün tutulub. Başqa əlavəsi yoxdur. Şahid10 ifadələrində göstərdi ki, idmançıdır, bodibildinqlə məşğul olur. Məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs1 2018-ci ildən tanıyır. Onunla idman zallarının birində tanış olmuşdur. Zaur idmançılara steroid anabolik tərkibli hormonal dərmanların satışı ilə məşğul olduğunu bilir. O, Zaurdan bir neçə dəfə ayrı-ayrı vaxtlarda “Testosterone Enanthate”, “Testosterone Propionate”, “Winstrol”, “Boldenone”, “Turinabol” adlı dərmanlar almışdır. Bu dərmanlar güclü təsirli steroid tərkibli hormonal dərmanlardır. O, aktiv idmanla məşğul olduğu üçün və bədəninin fiqurasını inkişaf etdirmək üçün bu dərmanlardan mütəmadi istifadə edir. Bu növ steroid dərmanların güclü təsir edən tərkibli olduğu üçün sərbəst satışına apteklərdə icazə verilmir. Belə dərmanlar Azərbaycana müxtəlif ölkələrdən gətirilir. Zaurun satdığı dərmanlar əsasən ZPHC holoqramlı dərmanlardır. ZPHC brendinin Rusiyada və Ukraynada istehsal olunur. Zaurun bu dərmanları necə, hansı yolla Azərbaycana gətirməsindən xəbəri olmamışdır. Onunla bu barədə heç vaxt danışmamışdır, lazım olanda Zaurla əlaqə saxlayıb görüşərək dərman almışdır. Zaur tutlmamışdan bir qədər əvvəl o, Zaurla Bakı şəhərinin “Ağ Şəhər” deyilən ərazisində görüşmüşür. Görüş zamanı Zaur DTX-nin onu belə dərmanlar gətirərkən dərmanların sərhəddə aşkar olunub götürüldüyünü dedi. O, bir dəfə özünə lazım olan dərmanı Zaurdan istədikdə həmin əlaqə DTX-a tərəfindən qeydə alınıb. İfadərinə başqa əlavəsi yoxdur. Şahid11 ifadələrində göstərdi ki, 2009-cu ildən fitness məşqçisi kimi işləyir. Təqsirləndirilən şəxs1 2011-2012-ci illərdən tanıyır. Zaur həmin illərdə “Olimpic Star” adlı idman zalına onun yanına məşqə gəlirdi. O, vaxtlar Zaur “BP” şirkətində işləyirdi. Təqsirləndirilən şəxs1 2018-ci ildən Azərbaycanda güclü təsir edən tərkibli hormonal təsirli, anabolik steroidlərinin satışı ilə məşğul olmağa başladı. O, Zaurdan müxtəlif vaxtlarda “Nandrolon”, “Dekanat”, “Somatrapin”, “Testoterone enanthate”, “Testoterone propionat”, “Sustanon” adlı iynələr alıb özü istifadə etmişdir. Zaurun belə dərmanları xaricdən Azərbaycana gətirirdi. Onun gətirdiyi dərmanlar müxtəlif zavodların istehsalı olurdu. Bunlardan biri də ZPHC zavodununun istehsal etdiyi dərmanlar idi. Həmin brendin mallarını Azərbaycana gətirən bir neçə nəfərdən biri də Zaur idi. O, Zaurun belə dərmanları hansı yolla Azərbaycana gətirməsindən xəbəri olmamışdır. O, 2020ci ilin fevral ayının əvvəllərində indi xatırlamadığı idmançılardan Zaur üçün Rusiyadan gələn dərmanların gömrükdə tutulduğunu eşitmişdir. Başqa əlavəsi yoxdur. Şahid Şahid13 ifadələrində göstərdi ki, 2007-ci il tarixdən professional şəkildə idmanla məşğul olur. Təqsirləndirilən şəxs1 2018-2019-cu illərdən tanıyır. Zauru güclü təsir edən hormonal tərkibli anabolik steroidlərin satışı ilə məşğul olduğunu bilir. O, Zaurdan müxtəlif vaxtlarda “Boldenone”, “Dekanat”, “Turinobol”, “Testoterone enanthate”, “Testoterone propionat”, “Sustanon”, “Stanozolol”, “Masteron”, “Oxandrolon”, “Anastrozol” adlı dərmanlar alıb istifadə etmişdir. Belə dərmanların Azərbaycanda istehsalı yoxdur, xaricdən gətirilir, lakin necə və hansı şəkildə gətirildiyi barədə məlumatı yoxdur. Zaurun satdığı dərmanları haradan və necə əldə etməsi barədə məlumatı yoxdur. O, Zaurla bu barədə heç vaxt danışmamışdır. Zaur əvvəl 055 217-40-41 saylı və sonradan 099 340-01-02 saylı nömrələrdən istifadə edirdi. O, Zaurla bir dəfə danışanda Zaur ona onun əvvəlki nömrəsinə zəng etməməyi tapşırıb həmin nömrənin dinlənildiyini dedi. O, Zaurun özündən yox, amma başqa idmançılardan 2020-ci ilin yanvar ayında Zaurun Rusiyadan gəlməli olan dərmanlarının gömrükdə tutulduğunu, həmin dərmanlara görə Zaur barəsində cinayət işi başlandığını eşitmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Şahid14 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs1 2018-ci ildən tanıyır. Zaur idman üçün istifadə olunan idman qidalarının və dərmanlarının satışı ilə məşğul olurdu. Zaur 099 340-01-02 saylı nömrədən istifadə edirdi. İstintaq zamanı onun Zaurla qeydə alınan telefon dinləmələri barəsində ona DTX əməkdaşları tərəfindən təqdim olunan 17 iyul 2020-ci il tarixdə, saat 21:59-da Təqsirləndirilən şəxs1la danışan zaman Zaurun ona “Heç nə çağırdılar məni bütün şeyləri qoydular qabağıma raspeçatkanı, smslərlə danışıqları qoydular qabağıma 5 vərəq qarışıq” məzmunun onunla Zaurun arasında olan danışıq olduğunu təsdiq etmişdir. Həmin gün Zaurla danışanda Zaur istintaqa çağırıldığını dedi. Həmin günü axşam o, Zaura zəng edib ondan işin nə yerdə olduğunu soruşanda Zaurun da onun qabağına sms və danışıqların qoyulduğunu, hər şeyin istintaq tərəfindən üzə çıxarıldığını deyib gileyləndi. Başqa əlavəsi yoxdur. Şahid7 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs1 tanıyır. Zaur uzun müddətdir ki, məşq zallarında idmançıların istifadə etdiyi protein, steroid tərkibli hormonal dərmanlar satır. Bakı şəhərində müxtəlif idman zallarında steroid dərmanlarından satan bir neçə nəfər var. Onların hərəsinin ayrıca ləqəbi vardır. Zaurun da “qara Zaur” və “Şegi” kimi ləqəbləri vardır. O, Zaurun 2017-ci ildən Zaurun steroid və testosteron tərkibli dərmanlar satdığını bilir. Zaur 24 yanvar 2020-ci il tarixdə, təxinən 22-30 dəqiqədə zəng edib ondan şimal gömrüyündə işləyən tanışının olub-olmadığını soruşdu. Zaurdan nə baş verdiyini soruşduqda Zaur onun üçün Rusiyadan dərman gətirən iki nəfərin Şimal gömrüyündə saxlanıldığını və onun üçün gətirdikləri dərmanları da gömrükçülərin götürdüyünü, özünün oraya gedəcəyini və onu qarşılayıb həmin adamların və dərmanların buraxılmasına köməklik göstərməsi üçün tanış adam lazım olduğunu dedi. O, şimal gömrüyündə çalışan heç kəsi tanımadığını deyib Zaurdan tutulan dərmanların nə dərmanlar olduğunu soruşmuşdur. Zaur da ona steroid tərkibli ZPHC firmasından olan dərmanlar olduğunu dedi. O, köməklik göstərə bilməyəcəyini demişdir. Bundan sonra, səhəri gün o Zaura zəng etmiş və gömrüyə gedib-getmədiyini və işinin nə yerdə olduğunu soruşmuşdur. Zaur da gedəsi olmadığını, dərmanları da götürüb iki nəfər adamını saxladıqlarını, işi də araşdırmaq üçün Bakıya göndərdiklərini dedi, başqa əlavəsi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Şahid5 göstərmişdir: «31 avqust 2020-ci il tarixdə, saat 17-18 radələrində SDK gömrük postuna yaxın yerdə yol ilə gedərkən bir nəfər şəxs ona yaxınlaşıb özünü Dövlət Təhlükəsizliyi Xidmətinin işçisi kimi təqdim etmiş və bir nəqliyyat vasitəsinə baxış keçirilməli olduğunu bildirib onu da baxış zamanı hal şahidi kimi iştirak etməyə dəvət etmişdir. Razılaşdığı üçün birlikdə SDK gömrük postunun yanına gəlmişlər. Oraya çatanda DTX işçisi “Porsche” markalı maşını göstərib həmin maşına baxış keçiriləcəyini bildirmişdir. Həmin maşının nömrəsi 10 seriyalı və sonu 097 nömrəsi ilə bitmişdir. Maşının sahibi də maşının yanında olmuş, həmin şəxsi əvvəllər tanımamışdır. DTX işçisi həmin şəxsi təqdim etmiş və adının Təqsirləndirilən şəxs1 olduğunu demişdir. Orada bir qədər gözlədikdən sonra, başqa bir hal şahidi də gəlmiş, daha sonra “Porsche cayenne” markalı, 10VS097 nömrəli maşına baxış keçirilməyə başlanmışdır. Baxış nəticəsində avtomobilin baqaj hissəsində 1 ədəd idman çantası aşkar olunmuş, idman çantasına baxış keçirəndə çantanın içində dərmanlar görmüşdür. Dərmanlar çantadan çıxarılandan sonra məlum olmuşdur ki, həmin dərmanlar ümumilikdə 6 adda müxtəlif dərmanlardır. Daha sonra, bütün dərmanlar sayılmışdır. Dərmanların biri flakonda, qalanları isə konvalyutda olmuş, konvalyutdakı dərmanların sayı müxtəlif olmuşdur. Bütün dərmanlar sayılmış və sayları dəqiq şəkildə protokola yazılmışdır. Həmin dərmanların adları və sayları dəqiq yadında qalmamış, amma, həmin vaxt tərtib edilən protokolla tanış olduğu üçün görmüşdür ki, protokoldakı dərmanların adları və sayı düzgündür. Dərmanlar sayılandan sonra DTX işçisi protokol yazmışdır. Protokol yazılandan sonra ucadan oxunmuş, Təqsirləndirilən şəxs1, o və digər hal şahidi protokolla tanış olub imzaladıqdan sonra, protokolda yazılanların düz olduğunu görüb imzalamışdır.» Şahid8 ifadələrində göstərdi ki, 20 ilə yaxındır ki, peşəkar idmançıdır, zədə aldığı üçün cüdodan uzaqlaşmış, lakin sərbəst idmanla məşğul olur. Təqsirləndirilən şəxs1 2019-cu ildən idman zallarında məşq edən zaman tanımışdır. Zaurun özü idmançı deyil. O, idman zallarında özünə müştərilər yığır. Zaur Bakı şəhərində anabolik-steroid tərkibli, güclü təsir edən hormonal idman dərmanlarının satışı ilə məşğul olur. Peşəkar idmançılar Zauru “Qara Zaur”, “Şegi” ləqəbi ilə tanıyırlar. Zaurdan lazım olanda müxtəlif vaxtlarda anaboliksteroid tərkibli, güclü təsir edən hormonal idman dərmanları almışdır. Zaurdan “Testosterone Enanthate”, “Winstrol”, “Testosterone Propionate”, “Oxandrolone”, “Provirone”, “Trembolon Atestat”, “Somatrapin” adlı dərmanlar almışdır. Bu dərmanlar güclü təsirli steroid tərkibli hormonal dərmanlardır. Bu dərmanlar Azərbaycanda istehsal olunmur. Eşitdiyinə görə Zaur satdığı dərmanları Azərbaycana gömrükdən müxtəlif yollarla keçirib gətizdirir, ancaq o, bu barədə Zaurla danışmayıb. Zaurun törətdiyi əməldən də xəbəri yoxdur. O, Zaurla 2020ci ilin iyul-avqust aylarında telefonla danışıb ondan “ruçka” adı ilə idman məşqlərində çiyinə və göbəyə vurulan dərman iynə istəmişdir. O, Zaurun belə dərmanlar satdığını təsdiq edir, lakin Zaurun həmin dərmanların haradan gətirdiyini bilmir. Məhkəmədə elan edilib araşdırılmış ibtidai istintaq zamanı verdiyi ifadələrində Şahid12 göstərmişdir: « o,15 ildən çoxdur ki, fərdi şəkildə idmanla məşğul olur, 5 ildir ki, bodybuildinglə məşğul olur. Təqsirləndirilən şəxs1 2009-cu ildən tanıdığını, 2010-cu ildən münasibətinin yarandığını, ikisinin də Bakı şəhəri ərazisində İnqilab kimi bilinən yerdə yaşadıqlarını, Təqsirləndirilən şəxs1 2017-ci ilin yay aylarından Azərbaycanda güclü təsir edən hormonal təsirli, anabolik steroidlərinin satışı ilə məşğul olmağa başladığını bildiyini, Zaurun 055 217-40- 41, 099 340-01-02 saylı nömrələrini bildiyini qeyd etmişdir. DTX əməkdaşları tərəfindən qeydə alınan telefon dinləmələri üzrə sual verildikdə səsyazılarını eşitdiyini, Zaurla aralarında belə danışığın olduğunu və sözləri təsdiq etdiyini, adlarını sadaladığı “atestat, boldenon, testosterone, vinstrol, bir də masteron” dərmanlarını həqiqətən də Zaurdan aldığını və idman məşqləri zamanı istifadə etdiyini, Zaurun satdığı dərmanları haradan və necə əldə etməsi barədə xəbərinin olmadığını, onunla bu barədə danışmadığını bildirmişdir.» Məhkəmədə elan olunub araşdırılmış 24 yanvar 2020-ci il tarixli „yoxlama haqqında“ protokoldan görünür ki, Rusiya Federasiyası istiqamətindən „Yalama“ gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan 392 saylı Rostov- Bakı qatarında 24 yanvar 2020-ci il tarixdə, saat 20:40 radələrində keçirilmiş yoxlama zamanı qatarın 2-ci vaqonunun 2-ci, 3-cü, 4-cü və 5-ci kupelərinin tavan hissəsindəki örtüklərin altındakı boşluqdan gömrük nəzarətinən gizlədilmiş 40 ədəd şüşə flakonda „Stanozolol Water 50 ml“, 30 ədəd şüşə flakonda „Metenolone Enanthate 100 ml“, 130 ədəd şüşə flakonda „Testosterone Propionate 100 ml“, 60 ədəd şüşə flakonda „Testosterone Mix 250 ml“, 180 ədəd şüşə flakonda „Testosterone Enanthate 250 ml“, 210 ədəd şüşə flakonda „Boldenone Undecylenate 250 ml“ adlı dərman preparatları aşkar edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş iş üzrə 31 avqust 2020-ci il tarixli “baxış keçirilməsi” haqqında protokoldan görünür ki, baxış nəticəsində “Porshe Cayenne”markalı Az 10VS097 nömrəli nəqliyyat vasitəsininin baqaj hissəsində bir ədəd idman çantası, həmin idman çantasının içərisində hər birinin içərisində 20 ədəd həb olmaqla 10 konvalyutda “Provimed 50mq” adlı, hər birində 20 ədəd 4 konvalyutda “Clomed 50mq” adlı, hər birində 25 həb olmaqla 4 konvalyutda “Turanabol 10mq” adlı, hər birində 25 həb olmaqla 5 konvalyutda “Anastrozol 1mq” adlı, 1 konvalyutda 20 həb olmaqla “Anastrozol 1mq” adlı, 6 ədəd “SP Gonadotropin” ampulası, 1 ədəd içərisində “X15 gen” adlı qutuda qırmızı rəngli 94 ədəd kapsula aşkar edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış 25 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 məxsus “Samsung J600F/DS” markalı mobil telefon aparatına baxış keçirilmiş pprotokoldan görünür ki, telefonun kontaklar bölməsində +**********41 saylı mobil telefon nömrəsinin “Baku Pasılka” adı altında qeyd edilmiş, Təqsirləndirilən şəxs3 istifadəsində olan 055 515-18-85 saylı mobil nömrəsinə azərbaycan dilinə tərcümədə “Maşa, qulas as, sən izahat verməlisən ki, sənlik bir şey yoxdur. Biz birlikdə olduğumuza görə sən izahat verməlisən. Mən, hər şeyi öz boynuma götürdüm” məzmunlu sms göndərilmişdir. Məhkəmədə elan olunub araşdırılmış Təqsirləndirilən şəxs1 məxsus 055 217-40-41 saylı mobil telefona dair "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair hesabatına keçirilmiş baxış protokolundan görünür ki, 055 217-40-41 saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs1 adına qeydiyyata alınmış, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 055 217-40-41 saylı nömrədən iş üzrə digər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********3 saylı nömrəyə aşkar edilmiş preparatlar barədə və işin mahiyyəti üzrə əhəmiyyət kəsb edən bir sıra SMS yazışmaları göndərilmişdir. SMS yazışmalarının göndərildiyi vaxt Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bələdçisi olduqları qatardan güclü təsir edən dərman preparatların aşkar edilməsi vaxtından sonrakı dövrə uyğundur. Məhkəmədə elan olunub araşdırılmış Təqsirləndirilən şəxs2 məxsus olan +**********3 saylı və Təqsirləndirilən şəxs3 məxsus olan +**********9 saylı mobil telefon nömrələri üzrə həyata keçirilmiş telefon danışıqlarına dair hesabatlara baxış protokolundan görünür ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X3 götürülmüş Təqsirləndirilən şəxs3 +**********9 saylı nömrəsindən Təqsirləndirilən şəxs2 +**********3 saylı nömrəsinə 24.01.2020-ci il tarixdə, saat 22:21-də 176 saniyəlik, saat 23:08-də 241 saniyəlik zənglər daxil olmuşdur. Həmin saatlar Təqsirləndirilən şəxs2 bələdçisi olduğu qatardan aşkar edilmiş güclü təsir edən dərman preparatlarının yalnız özünə məxsus olduğunu və özünün gizlətdiyini deməsindən sonra, həmin qatarın və eləcə də, qatarın digər bələdçisi Təqsirləndirilən şəxs3 buraxıldığı vaxtlara uyğun gəlməsi müəyyən olunmuş, Təqsirləndirilən şəxs1 məxsus olan 055 217-40-41 saylı nömrədən Təqsirləndirilən şəxs2 +**********3 saylı nömrəsinə 24.01.2020-ci il tarixdə, saat 21:49-da 28 saniyəlik, saat 21:50-də 36 saniyəlik zənglər daxil olmuş və bununla da, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə arasında danışıqların olması qeydə alınmış, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasında olan zaman istifadə etdiyi 055 515-18-85 saylı mobil telefon nömrəsi üzrə "xxxx" MMC-dən götürülmüş hesabatdan görünür ki, Təqsirləndirilən şəxs3 istifadə etdiyi 055 515-18-85 saylı nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********3 saylı nömrəyə 24 yanvar 2020-ci il tarixdə, saat 23:22-də 102 saniyə danışıqlar olmuşdur. Həmin zəngin dislokasiya ərazisindən görünür ki, zəng “Şabran rayonu, Gəndov kəndi” istiqamətində qeydə alınmışdır. Bu da, həmin vaxt Təqsirləndirilən şəxs3 Bakı şəhəri istiqamətində olması və danışığın məhz onun tərəfindən aparılmasını təsdiq edən haldır. Əlavə olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş 055 515-18-85 saylı nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********3 saylı nömrəyə SMS yazışmaları göndərilmişdir. SMS yazışmaları saat etibarilə ardıcıllıqla - müvafiq olaraq “Siyəzən rayonu, Beşdam kəndi”, “Sumqayıt şəh, H.Zeynalabdin qəs, Pereküşkül küçəsi”, “Bakı şəh, PDM Droqal döngəsi”, “Bakı şəh, Xətai ray, Mexanika küçəsi” ünvanlarında, Bakı şəhəri istiqamətində irəliləmə ilə qeydə alınmışdır. Həmin SMS yazışmalarının göndərildiyi tarix və məzmunu rus dilində (originalda) azərbaycan dilinə edilmiş tərcümə ilə birlikdə aşağıdakı kimidir: 25- 01-2020 01:29:52 Karin zavtra u koqo nibud vozmi zaryadnoe. nujno çtobı tı bıla na svyazi. Anat qovorit ne budet soobshat çto teba snali mne nujno budet bolniçni otkrıt na teba nujnı budut tvoi dokumentı xnt çerez vatsap. (Karin, sabah kimdənsə adapter götür ki, biz əlaqədə olaq. Anat deyir deməyəcək ki, səni düşürdülər. Mən sənin adına xəstəxana tarixçəsi açmalı olacam və sənin sənədlərin lazım olacaq votsap vasitəsilə.) 25-01-2020 10:22:19 Ya skazala çto naş klient exal kak to passajirom i on doqovorilsa s nami eqo lyudi vstretili v rostove i nam prinisli posle planerki (Mən dedim ki, bizim müştəri bir dəfə sərnişin qismində gedirdi və o bizimlə razılaşdı ki onun adamı Rostovda bizimlə görüşsün və hazırlıqdan sonra bizə gətirsin.) Göstərilən SMS yazışmalarının göndərildiyi saatlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bələdçisi olduqları qatardan preparatların aşkar edilməsi vaxtından sonrakı dövrə uyğun gəlir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı aşkar edilmiş SMS yazışmaları üzrə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində dindirilərkən özünə məxsus telefonun 2020-ci ilin yanvar ayı ərzində özünün istifadəsində olduğunu, həmin sms-lərin ona Təqsirləndirilən şəxs1 göndərdiyini təsdiq etmişdir. Təqsirləndirilən şəxs1 da təqsirləndirilən şəxs qismində 17 iyul 2020-ci il tarixdə ona məxusuluğunu inkar edib 055 217-40-41 saylı nömrəsini bir ara itirdiyini, bu nömrəni işlətmədiyini, sonradan bərpa etdiyini göstərmişdir. Məhkəmədə elan olunmuş "xxxx" MMC-dən götürülmüş hesabatdan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus 055 217-40-41 saylı mobil telefon nömrəsi 01 yanvar 2020-ci il tarixdən 01 mart 2020-ci il tarixədək, o, cümldən də, cinayət hadisəsinin törədildiyi vaxtda da yalnız İMEİ kodlu mobil cihazda istifadə olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş telefon danışıqlarına dair dinləmələrə keçirilmiş baxış protokolundan görürür ki, Təqsirləndirilən şəxs1 saxlanılana qədər istifadəsində olmuş 099 340- 01-02 saylı mobil telefon nömrəsi vasitəsilə steroid-anabolik tərkibli güclü təsir edən dərman preparatlarının qanunsuz dövriyyəsi ilə əlaqədar bir sıra şəxslərlə mütəmadi telefon danışıqları aparmışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin 25 yanvar 2020-ci il tarixli, 1950 nömrəli ekspert rəyindən görünür ki, "Stanozolol Water 50 mq/ml“ adlı, “Metenolone Enanthate 100 mq/ml” adlı və “Boldenone Undecylenate 250 mq/ml” adlı dərman preparatları “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı” -na daxildir və yararlıdırlar. “Stanozolol Water 50 mq/ml“ adlı preparatın 1 qutuda 1 flakonda stanozolol təsiredici maddəsinin miqdarı 0,5 qr olmaqla 40 flakonda cəmi 20 qr, “Metenolone Enanthate 100 mq/ml” adlı adlı preparatın 1 qutuda 1 flakonda metenolon təsiredici maddəsinin miqdarı 1 qr olmaqla 30 flakonda cəmi 30 qr, “Boldenone Undecylenate 250 mq/ml” adlı preparatın 1 qutuda 1 flakonda boldenon təsiredici maddəsinin miqdarı 2,5 qr olmaqla 210 flakonda cəmi 525 qramdır. 130 flakon “Testosterone Propionate 100 mq/ml” adlı, 60 flakon “Testosterone Mix 250 mq/ml” adlı və 180 flakon “Testosterone Enanthate 250 mq/ml” adlı dərman preparatları güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı” na daxil deyildir və yararlıdırlar. (Qeyd: tədqiqat zamanı hər növ dərman preparatından 1 ədəd tədqiqata sərf edildi.) Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyul 2020-ci il tarixli, 9/2521 nömrəli rəyindən görünür ki, aşkar edilmiş 6 adda dərman vasitələri üzrə aparılmış ekspertiza tədqiqatı nəticəsində dərmanların tam tərkibdə 24 yanvar 2020-ci il tarixə orta bazar qiyməti ümumilikdə 8145,50 manat təşkil edir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 14 sentyabr 2020-ci il tarixli, 6/1770-9/3349 nömrəli rəyindən görünür ki, “SP Gonadotropin 1000 İ.U” adlı, “Provimed 50mg” adlı, “Anastrozol 1mg” adlı, “Clomed 50mg” adlı, “Turanabol 10mg” adlı və “X15 Gen” adlı dərman preparatlarından “Provimed 50mg” və “Turanabol 10mg” adlı dərman preparatları güclü təsir edən maddələrin siyahısına daxildir. “Provimed 50mg” adlı preparatın tərkibindəki mesterolon güclü təsir edən maddəsinin miqdarı cəmi 9,5 qr təşkil edir. “Turanabol 10mg” adlı preparatın tərkibindəki dehidroxlormetiltestosteron güclü təsir edən maddəsinin miqdarı isə, cəmi 1 qr təşkil edir. (Qeyd: tədqiqat zamanı həblə olan dərman preparatlarından 3 həb, kapsulla olan preparatdan 2 kapsul tədqiqata sərf olunmuşdur.) Həmin preparatların orta bazar qiyməti 631,40 manat təşkil edir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-fonoskopik ekspertizasının 16 oktyabr 2020-ci il tarixli, 4/852 nömrəli rəyindən görünür ki, DTX tərəfindən qeydə alınan telefon danışıqlarına dair dinləmələrdəki danışıq və səs Təqsirləndirilən şəxs1 məxsusdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzindən alınmış 19 Fevral 2020-ci il tarixli, 445 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən maddələrdən istifadə etmə halları və narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzindən alınmış 27 fevral 2020-ci il tarixli, 564 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən maddələrdən istifadə etmə halları və narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzindən alınmış 04 mart 2020-ci il tarixli, 621 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən maddələrdən istifadə etmə halları və narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 alınmış 05 mart 2020-ci il tarixli, 469 nömrəli ambulator məhkəmə psixitrik ekspertizasının rəyindən görünür ki, tədqiqat nəticəsində Təqsirləndirilən şəxs1 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, o, ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur, ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması aşkar olunmayıb, törətdiyi əməl barəsində anlaqlı hesab olunur, hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş “X8” X17 alınmış cavab məktublarından görünür ki, güclü təsir edən preparatların dövriyyəsi müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəyi nəzərə alınmaqla verilən xüsusi icazə əsasında həyata keçirilir. “Stanozolol Water 50 mq/ml”, “Metenolole Enanthate 100 mq/ml”, “Boldenone Undecylenate 250 mq/ml”, “Testosterone Propionate 100 mq/ml”, “Testosterone Mix 250 mq/ml” və “Testosterone Enanthate 250 mq/ml” adlı dərmanlar dərman vasitələri kimi Səhiyyə Nazirliyi tərəfindən AR Nazirlər Kabinetinin 2007-ci il 13 iyul tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”na uyğun olaraq dövlət qeydiyyatına alınmamış və “Azərbaycan Respublikası dərman vasitələrinin Reyestri”-nə daxil edilməmişdir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən qeyd olunan vasitələrin dövlət qeydiyyatına alınması və idxalı ilə əlaqədar heç bir müraciət daxil olmamışdır. Təqdim edilmiş 6 (altı) adda dərman vasitələri dövlət qeydiyyatının olub-olmaması istiqamətində əsaslı araşdırma aparılmış və yekun nəticəyə gəlinərək müəyyən olunmuşdur ki, sözügedən dərman vasitələrinin dövlət qeydiyyatı yoxdur. Həmin dərman vasitələri Azərbaycan Respublikası Səhiyyə Nazirliyində dövlət qeydiyyatından keçirilmədiyinə görə, ölkə ərazisinə qanuni şəkildə idxalı mövcud deyil, respublikanın müalicə-profilaktika müəssisələrində istifadəsi və ölkə apteklərində satışı qanunsuzdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, 24 yanvar 2020-ci il tarixdə aşkar edilərək götürülmüş üzərilərndə aparılmış ekspertiza tədqiqatından sonra qalıq, 39 flakon „Stanozolol Water 50 mq/ml“ adlı, 29 flakon “Metenolone Enanthate 100 mq/ml” adlı, 209 flakon “Boldenone Undecylenate 250 mq/ml” adlı güclü təsir edən maddələr və 129 flakon “Testosterone Propionate 100 mq/ml” adlı, 59 flakon “Testosterone Mix 250 mq/ml” adlı, 179 flakon “Testosterone Enanthate 250 mq/ml” adlı dərman preparatları maddi sübut kimi tanınıb DGK-nin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, 31 avqust 2020-ci il tarixə aşkar edilərək götürülmüş ilkin sayı 195 həb olan “Provimed 50mg” adlı preparat və ilkin sayı 100 həb olan “Turanabol 10mg” adlı preparatdan tədqiqatdan sonra qalıq 192 həb “Provimed 50mg” adlı və 97 ədəd “Turanabol 10mg” adlı güclü təsir edən maddələr maddi sübut kimi tanınmış və iş üzrə məhkəmənin yekun qərarınadək DGK İstintaq və təhqiqat idarəsinin maddi sübutların saxlanc otağında saxlanılır. Məhkəmə, araşdırlmış sübutları, o cümlədən də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 istintaqın ilkin mərəhəlsində verdikləri və məhkəmədə işin faktiki halları ilə təsdiqini tapmış ittihamı etirafedici ifadələrini, şahid ifadələrini, ekspertiza rəylərini, maddi sübutları, telefon məlumatlarını, baxış protokollarını və digər sübutları onlara elan edilmiş ittihamda nəzərdə tutlan cinayət əməllərinin onlar tərəfindən törədilməsini sübuta yetirdiyi üçün ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə ittiham tərəfiənin təqdim etdiyi ittihamedici sübutların məhkəmədə öz təsdiqini tapdığı qənəaətinə gəlib, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ittihamı inkar edən ifadələrinin faktiki əsası olmayan, özlərinin müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Bu səbədən də məhkəmə, təqsirləndirilən şəxslərin ibtidai istintaqın ilkin mərhələsində verdikləri ifadələrinin işin faktiki hallarına uyğun gəldiyini nəzərə alıb həmin ifadələri həqiqətə uyğun ifadələr kimi qiymtələndirib, sübutları qiymətləndirərkən həmin ifadələrdə göstərilən ittihamı təsdiq edən həlları nəzərə alır. Çünki onların həmin ifadələri həm işin faktiki halları, həm də digər sübutlarla təsdqini tapdı. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı (19 aprel 1994-cü il 51b bəndi) işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüquqi tələb edir ki, məhkəmə çıxardığı qərarları əsəaslandırılsın, lakin bu o demək deyil ki, tərfələrin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Məhkəmə, göstərilənləri nəzərə alıb təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham olunduğu cinayət əməllərinin onlar tərəfindən törədilməsinin sübuta yetirildiyi qənəaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs1 hüquqa zidd hərəkətlərinin Azərbaycan Respublikası CM-nin 206.3.1, 206.3.2, 240.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələrinin, Təqsirləndirilən şəxs2 hüqüqa zidd hərəkətlərinin Azərbaycan Respublikası CM-nin 206.3.2, 240.3.2, 200-1.2.2 və 200-1.2.3-cü və Təqsirləndirilən şəxs3 hüquqa zidd hərəkətlərinin Azərbaycan Respublikası CMnin 206.3.2, 240.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələrinin dispozisiya şərtlərinə uyğun gəldiyi qənəaətinə gəlib onların əməllərinin həmin maddələrlə tövsif olunmasını əsaslı sayır. Məhkəmədə, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 elan edilmiş ittihamda onların törətdiyi əməlin pedmetini təşkil edən prepartları satış məqsədi tamah niyyəti ilə əldə etdiklərini göstərmişdir. Məhkəmə, satışın tamah niyyətini ehtiva etdiyini nəzərə alıb, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 elan edilmiş ittihamdan «tamah niyyəti» ifadəsinin xaric olunmasını əsaslı sayıb, həmin ifadəni ittihamlardan xaric edir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ittiham olunduqları cinayət əməllərini qəsdən törətmələri qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi müəyyən olunmadı. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ittiham olunduqları cinayət əməllərini qəsdən törətmələri qənaətinə gəldiyindən onların bu əmələ görə təqsirli bilinib qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmalarını əsaslı sayır. Çünki onların ittiham olunduqları əməllərin cinayət olmasını aradan qaldıran hal və onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ittiham olunduqları cinayət əməllərinin xarakterini nəzərə alıb onlara azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza təyin edilməsi üçün əsas müəyyən olmadığı nəticəsinə gəlib onlara azadlıqdan məhrum etmə cəzası təyin edilməsi qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 200- 1.2.2 və 200-1.2.3-cü maddələri ilə cəza təyin edərkən ona əsas cəza ilə bərabər həmin maddələrdə nəzərdə tutulmuş əlavə cəzanında təyin edilməsini əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2nya, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 200-1.2.2 və 200-1.2.3cü maddələri ilə cəza təyin edərəkən onlara həmin maddələrdə nəzərdə tutulmuş əlavə cəza təyib edilməsi məsələsinin mümükünlüyünü müzakirə edirkən bu cəzanın Azərbaycan Respublikasında icra olunması üçün faktiki əsas olmadığı müəyyən olundu. Çünkü təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 xarici ölkə vətəndəndaşları oluduqlarından onlar əsas cəzanı çəkib qartardıqdan sonra məcburi qaydada Azərbaycan Respublikasının hüdüdlarından xaricə çıxarılmalıdırlar. Əlavə cəza əsas cəza çəkildikdən sonra davam etdiyi nəzərə alınsa, xarici ölkənin ərazisində bu cəzanın çəkilməsinin təmin edilməsi obyektiv səbəblərdən mümkün deyildir. Bu da hökmün icrasız qalmasına və hüquqi nihilizmə səbəb olardı. Dövlətin qanuni qüvvəyə minmiş məhkəmə qərarının xarici dövlət tərəfindən tanınınb icraya yönəlməsi həmin dövlətlərin vəzifəsi deyil, hüququdur. Bu səbədən də məhkəmə qərarının icrası başqa dövlətlərin iradəsindən asılı olur. Öz ərazisində məcburi icra edilməli olan qərar, başqa ölkənin ərazinsində həmin ölkənin hüquqi iradəsindən asılı olub qərarın icrasını xəyali olaraq saxlayır. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı 25 yanvar 2020-ci il tarixli materialların məhkəmə ekspertizasının keçirilməsinə 114 (yüz on dörd) manat, 16 mart 2020-ci il tarixli məhkəmə əmtəşünaslıq ekspertizasının keçirilməsinə 100 (yüz) manat, 18 mart 2020-ci il tarixli məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə 65 (altmış beş) manat, 24 iyul 2020-ci il tarixl məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə 100( yüz) manat, 14 sentyabr 2020-ci il tarixli materialların məhkəmə ekspertizasının keçirilməsinə, məhkəmə iqtisad ekspertizası keçirilməsinə 250 (iki yüz əlli) manat, 16 dekabr 2020-ci il tarixli məhkəmə fonokopik ekspertizasının keçirilməsinə 250 ( iki yüz əlli) manat, ümumilikdə 879 (səkkiz yüz yetmiş doqquz) manat xərclənmişdir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ittiham olunduqları cinayət əməllərini törətməkdə təqsili olduqları qənəaətinə gəldiyi üçün 879 (səkkiz yüz yetmiş doqquz) manatın bərabər hissələrlə təqsirləndirilən şəxslərdən tutulub dövlət büdcəsinə ödənilməsini əsəaslı sayır. Çünkü onları həmin ödəmələrdən azad etmək üçün əsəas müəyyən olunmadı. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhər 14 saylı Vəkil Burosunun vəkili X10 tərəfindən 10 (on saat, Təqsirləndirilən şəxs3 həmin büronun vəkili X16 tərəfindən 12(on iki) saat hüquqi yardım göstərilmişdir. Bu səbəbdən də X4 60 (altımış) manat, X12 72(yetmiş iki) manat ödənilməlidir. Məhkəmə həmin xərcələri dövlət büdəcsi hesabına ödənilməsini təmin edib, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 həmin ödəmələrdən azad edlməsini əsaslı sayır. Məhkəmə maddi sübutların mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınınıb DGK-nin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan 24 yanvar 2020-ci il tarixdə aşkar edilərək götürülmüş üzərilərndə aparılmış ekspertiza tədqiqatından sonra qalıq, 39 flakon „Stanozolol Water 50 mq/ml“ adlı, 29 flakon “Metenolone Enanthate 100 mq/ml” adlı, 209 flakon “Boldenone Undecylenate 250 mq/ml” adlı güclü təsir edən maddələr və 129 flakon “Testosterone Propionate 100 mq/ml” adlı, 59 flakon “Testosterone Mix 250 mq/ml” adlı, 179 flakon “Testosterone Enanthate 250 mq/ml” adlı dərman preparatlarınını, 31 avqust 2020-ci il tarixə aşkar edilərək götürülmüş ilkin 195 ədəd “Provimed 50mg” adlı preparat və ilkin sayı 100 həb olan “Turanabol 10mg” adlı preparatdan tədqiqatdan sonra qalıq 192 həb “Provimed 50mg” adlı və 97 ədəd “Turanabol 10mg” adlı güclü təsir edən həbləri Aərbaycan Respublikası Səhiyyə Nazirliyiynin «X8” X21 rəyinə əsəasən həmin dərman vasitələrinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyində dövlət qeydiyyatından keçirilmədiyi, ölkə ərazisinə qanuni şəkildə idxalı mövcud olmadığını, respublikanın müalicə-profilaktika müəssisələrində istifadəsi və ölkə apteklərində satışının yol verilməzliyiyn nəzərə alıb məhv olunmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş məlumatlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olmamışlar. Məhkəmə, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın həcmini, səmərəliliyini və icrası hallarını müəyyən edərəkən onun cəzasını yüngülləşdirən hallar kimi istintaqın ilkin mərəhəlsində törətdiyi əməldən peşman olub cinayətin açılmasında fəal iştirak etməsi törətdiyi əməl nəticəsində böyük ictimai təhlükəli nəticənin baş verməməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində azyaşlı uşağının olması müəyyən olundu. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən həmin halları Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmədə Təqsirləndirilən şəxs3 şəxsiyyətini xarakterizə edən hallar araşdırlarkən onun əvvəllər məhkum olmaması, himayəsində bir azyaşlı uşağının olması, övladının Rusiya Federasiyasında yaşaması, hazırda uşağın Təqsirləndirilən şəxs3 yaşlı anasının yanında qaldığı müəyyən olundu. Məkəmə, Təqsirləndirilən şəxs3 cəza təyin edərkən cəzanın az yaşlı uşağının, habelə yaşlı anasının taleyinə və onun özünə edəcək təsirləri nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən həmin halları Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı Məhkəmədə Təqsirləndirilən şəxs2 şəxsiyyətini xarakterizə edən hallar araşdırlarkən onun əvvəllər məhkum olunmaması, ittiham olunduğu cinayət əməllərinin törədilməsinə Təqsirləndirilən şəxs3 tərəfindən istiqamətləndirildiyi, onun ibtidai istintaqın ilkin mərhələsində tam və hərtərəfli etirafedici ifadələr verib cinayətin açılmasında iştirak etməsi, 1986-cı il təvəllüdlü olmaqla ailə qurmaması müəyyən olundu. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.2ci maddəsinə əsasən həmin halları Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar isə müəyyən olunmamışdır. Məhkəmədə hazırkı iş üzrə Təqsirləndirilən şəxs2 25 yanvar 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulub 26 yanvar 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində həbs qətəimkan tədbiri seçilib hazıkı vaxta qədər, yəni 1 (bir) il 9 (doqqquz) ay 14 (on dörd) gün həbsdə saxlanılması, Təqsirləndirilən şəxs3 25 yanvar 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulub 26 yanvar 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib hazırkv vaxta qədər həbsdə saxlanılması, Təqsirləndirilən şəxs1 06 fevral 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 fevral 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində 08 fevral 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib həbsdən azad edlmiş, 21 sentyabr 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində tutulmuş, 22 sentyabr 2020-ci il tarixdə ona yenidən ittiham elan edilib barəsində həbs qətimkan tədbiri seçililib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərəkən Təqsirləndirilən şəxs2 təyin olunacaq cəzanın başlanğıcını 25 yanvar 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu tarixdən, Təqsirləndirilən şəxs3 Sergeyevnya təyin olunacaq cəzanın başlanğıcını onun 25 yanvar 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu tarixdən, Təqsirləndirilən şəxs1 təyin olunacaq cəzanın çəkilməsinin başlanğıcını 22 sentyabr 2020-ci il tarixdən onun təqsirləndirilən şəxs qsmində tutulduğu andan hesablanmasını, ona təyin ediləcək cəzadan onun hazırkı iş üzrə 06 fevral 2020-ci il tarixdən 8 fevral 2020-ci il tarixə qədər həbsdə olduğu 3(üç) günün ona təyin edilən cəza müddətinə daxil edilməsini əsaslı sayır.. Məhkəmə, cinayət işinin faktiki hallarını, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 hərəkətləri nəticəsində ağır nəticələrin baş verməməsini, təqsirləndirilən şəxslərin uzun müddət ərzində həbsdə saxlanılmasını, bu müddət ərzində X11 saxlanıldığı təcrixdanının rəhbərliyi tərəfindən müsbət xarakterizə olunmasını, onların yuxarıda göstərilən cəzalarını yüngülləşdirən halların olmasını, cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə alıb Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanı onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq edib şərti hesab olunmasını, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində həmin Məcəllənin 62-ci maddəsini həm əsas cəzaya, həm də əlavə cəzaya münasibətdə tətbiq edilməsini əsaslı sayır. Məhkəmə, bu qənəaətə gələrkən, təyin ediləcək cəzanın onların islah olunmalarına, ailə və həyat şəraitlərinə, habelə cəzanın humanistləşdirilməsi və ədalətlilik prinsiplərini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzaları fərdiləşdirərkən onların təqsirli bilindikləri əməlləri eyni fəallıqla törətdikləri qənaətinə gəlib bu halın onlara təyin ediləcək cəzaya təsir edən amil kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzaları fərdiləşdirərkən onun ittiham olunduğu hüquqa zidd əməllərin törədilməsində daha fəal iştirakını nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Rusiya Federasiasının vətəndaşı olduqları müəyyən olundu. Azərbaycan Respublikası CM-in 52.1-ci maddəsində bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən əcnəbilərə təyn olunmuş cəzanın çəkdikdən sonra onların Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması nəzərdə tutlmuşdur. Məhkəmədə elan edilib araşdırmış cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının ərazisində daimi yaşamamışlar və cinayət qanununda onların Azərbaycan Respublikasından məcburi çıxarılmasını istina edən hallar yoxdur. Məhkəmə, göstərilən halları nəzərə alıb təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 barəsində, onlara təyin olunmuş cəzanı çəkdikdən sonra məcburi qayda Azərbaycan Respublikasının ərazisindən çıxarılmasını əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın müddətini müəyyən edərkən onlar tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, onların cəzalarını yüngülləşdirən halların olmasını və cəzalarını ağırlaşdıran halın olmamasını o cümlədən də, təyin ediləcək cəzanın onların islah olunmasına və ailə həyatlarının şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.1, 206.3.2, 240.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 206.3.1, 206.3.2 - ci maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 200-1.2.2, 200-1.2.3-cü maddələri ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə ona 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 iş üzrə 06 fevral 2020-ci il tarixdən 08 fevral 2020-ci il tarixə qədər həbsdə olduğu 03 (üç) gün, 21 sentyabr 2020-ci il tarixdən onun təqsirləndirilən şəxs qismində tutulub hazırkı vaxta qədər həbsdə saxlanıldığı 01(bir) il 01(bir) bir ay 20 (iyirmi) gün, ümumilikdə onun həbsdə olduğu 01(bir) il 01(bir) bir ay 23 (iyirmi üç) gün ona təyin edilmiş cəza müddətinə hesablansın, onun tərəfindən çəkilməli cəzanın qalmış müddəti 04 (dörd) il 10 (on) ay 07 (yeddi) gün müəyyən olunsun. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunsun, onun üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilib təyin edilmiş əsas cəza şərti hesab edilsin. Təqsirləndirilən şəxs1 barəsində qətimkan tədbiri qismində seçilmiş həbs ləğv edilsin, o, dərhal məhkəmə zalından həbsdən azad edilsin və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi qeydiyyatda olduğu Bakı şəhər Baş icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 üzərində nəzarəti həyata keçirən orqanın razılığı olmadan yaşayış yerini dəyişməmək, tibbi sənəd əsasında şəxsi və yaxın qohumlarının tibbi-istehlak tələbatını təmin etmək halları istisna olmaqla dərman preparatlarının dövriyyəsi ilə məşqul olmamaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 240.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 200-1.2.2, 200-1.2.3-cü maddələri ilə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 01(bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələblərinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanın başlanğıcı 25 yanvar 2020-ci il tarixdən hesablansın. Ona təyin olunmuş cəzanın müddətin sona çatdığı nəzərə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o dərhal məhkəmə zalından həbsdən azad edilsin və onun barəsində hökm qanuni qüvvəyə minənə qədər başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdrilməsin. Təqsirləndirilən şəxs2 hökm qanunui qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərində qalacağı yaşayış yeri və əlaqə qaydaları barəsində dərhal Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 206.3.2, 240.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 03 (üç ) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 200-1.2.2, 200-1.2.3-cü maddələri ilə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 01(bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələblərinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 01 (bir ) il 09 ( doqquz) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzanın başlanğıcı 25 yanvar 2020ci il tarixdən hesablansın. Ona təyin olunmuş cəzanın müddətin sona çatdığı nəzərə alınsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə zalından həbsdən azad edilsin və onun barəsində hökm qanuni qüvvəyə minənə qədər başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdrilməsin. Təqsirləndirilən şəxs3 hökm qanunui qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhərində qalacağı yaşayış yeri və əlaqə qaydaları barəsində dərhal Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə məlumat vermək vəzifəsi qoyulsun. Məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 879 (səkkiz yüz yetmiş doqquz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 bərabər hissələrlə tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınınıb DGK-nin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan 24 yanvar 2020-ci il tarixdə aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq, 39 flakon „Stanozolol Water 50 mq/ml“ adlı, 29 flakon “Metenolone Enanthate 100 mq/ml” adlı, 209 flakon “Boldenone Undecylenate 250 mq/ml” adlı güclü təsir edən maddələr və 129 flakon “Testosterone Propionate 100 mq/ml” adlı, 59 flakon “Testosterone Mix 250 mq/ml” adlı, 179 flakon “Testosterone Enanthate 250 mq/ml” adlı dərman preparatları, 31 avqust 2020-ci il tarixdə aşkar edilərək götürülmüş ilkin 195 ədəd “Provimed 50mg” adlı preparat və ilkin sayı 100 həb olan “Turanabol 10 mg” adlı preparatın tədqiqatdan sonra qalığı 192 həb “Provimed 50 mg” adlı və 97 ədəd “Turanabol 10 mg” adlı güclü təsir edən həblər sərbəst dövriyyələri qadağan olanan dərman preparatları kimi məhv olunsun. Dövlət büdcəsi hesabına Təqsirləndirilən şəxs2 hüquqi yardım göstərdiyinə görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhər 14 saylı Vəkil Burosunun vəkili X4 ödənilməsi üçün 180 (yüz səksən) manat, Təqsirləndirilən şəxs3 hüquqi yardım göstərdiyinə görə həmin büronun vəkili X12 ödənilməsi üçün 80 (səksən) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Məhkumlar Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 həmin ödəmələrdən azad edlsinlər. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 isə hökm onlara təqdim olunduğu 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-469/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-469/2021
10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver