Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-469/2022 08.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxx 1988-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Kürdəmir rayonu, Qarabucaq kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, ev 5, mənzil 2-də yaşamış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidməin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan şəxsdən külli miqdarda 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,092 qram, 2,897 qram və 2,334 qram ümumi təmiz çəkisi 6,323 qram tünd qəhvəyi rəngli bərkimiş formada maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək daşımış, 13 avqust 2021-ci il tarixdə saat 16:30-da Suraxanı RPİ-nin CAŞ-ın və 31-ci PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin saxlanması, daşınması, istifadəsində və satışında şübhəli bilinən Qafarov X4 rayonu, Əmircan qəsəbəsi, Z.Əliyev küçəsi, ev 46-nın yaxınlığında saxlanılaraq Suraxanı RPİ-yə gətirilmiş və və üzərinə baxış zamanı əynindəki qara rəngli idman şalvarının sol yan cibindən üç ədəd siqaretin gümüşü kağızından olan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 1,092 qr, 2,897 qr və 2,334 qr, ümumi təmiz çəkisi 6,323 qram tünd qəhvəyi rəngli bərkimiş formada maddələr kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona verilmiş ittihamı təzyiq altında qəbul edərək ibtidai istintaq zamanı etirafedici ifadələr vermişdir. Həqiqətdə isə ondan 3 bükümdə olan 6,323 qram heroin deyil, üzərində çəkisi 0,1 qram heroin olan bir çet aşkar edilmişdir. Həmin çet ona məxsusdur, çünki o, heroin istifadəçisidir. Heroini tutulandan 5-6 ay qabaq istifadə etmişdir. Bunu etiraf edir. Onu da bildirir ki, doğma qardaşı da nakrotik vasitəyə görə həbs olunmuşdur. Evlidir, himayəsində 2 azyaşlı uşağı var, heroini isə səhhətində yaranmış problemlə əlaqədar istifadə edirdi. İnzibati qaydada su mühərriklərinin oğurluğuna görə bir neçə dəfə cəzalandırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi ərazi sakini kimi tanıyır və onun narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar məlumat ona daxil olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı Əmircan qəsəbəsi sakini olmaqla mənfi tərəfdən tanımışdır. Belə ki, Muradın anası dəfələrlə polisə müraciət edərək narkotikə qurşanmış Murad və qardaşından şikayət edərək onların onu bezdirdiklərini bildirmişdir. Muradın digər qardaşı narkotiklə tutularaq cinayət məsuliyyətinə cəlb olunmuşdur. Muradın özü isə Əmircan sakinlərinin su mühərriklərini oğurladığı üçün bir neçə dəfə inzibati məsuliyyətə cəlb olunmuşdur. Konkret olaraq bui şlə əlaqədar bildirir ki, 13 avqust 2021-ci il tarixdə ona ünvan 1 ünvanının qarşısında Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Dövriyyəsi dedikdə Murad heroini qanunsuz əldə edir, istifadə edir və gənclər arasında yaymaqla məşğul olmuşdur. Məlumatla əlaqədar rəhbərliyə müraciət etmiş, rəhbərliyin əmri əsasında əməliyyat qrupu yaradılmış və həmin qrupa o və Şahid2 daxil edilmişlər. Bundan sonra Raminlə birlikdə 13.08.2021-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs yaşadığı ünvanı müşahidəyə götürmüş və o, yaşadığı Əmircan qəsəbəsi, Z.Əliyev küçəsi ilə hərəkət edən zaman saxlayıb Suraxanı RPİ-nin 31-ci PB-nə gətirmişlər. Onu saxlayan zaman özlərini, vəsiqələrini və tədbirin keçirilməsinə dair qərarı təqdim etməklə onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasından şübhələndiklərini və onlarla birlikdə PB-nə getməli olduğunu bildirmişlər. Orada Təqsirləndirilən şəxs bölmənin təhqiqatçısı, polis kapitanı Sahil Hacıyevə təqdim etmişlər. Sahil Hacıyevin dəvət etdiyi müdafiəçinin və onların iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmiş, baxışdan əvvəl Sahil Hacıyevin təklifinə əsasən Təqsirləndirilən şəxs özü könüllü olaraq əynindəki qara rəngli idman şalvarının sol yan cibindən 03 ədəd bükümü təqdim etmiş, həmin bükümlər bir-bir təhqiqatçı tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli kəskin iyə malik və heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin heroin olduğunu, 3 ədəd bükümü tanımadığı şəxsdən 45 manata aldığını etiraf etmiş, narkotikin qoyulduğu zərfə digər iştirakçılar kimi imza atmış, keçirilmiş baxışla bağlı tərtib edilmiş protokolu da imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılıb polis bölməsinə təhvil verilərkən ona qarşı hər hansı təsir, təzyiq və ya zor tətbiq edilməmiş, hətta onu vəkilin sualına cavab verdikdə ona qarşı heç bir təzyiq olunmadığını demişdir. Hal-hazırda Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğun deyildir. Ondan bir çet deyil, 3 büküm heroin aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin CAŞ-nin kiçik inspektoru Şahid2 Şahid1 ifadəsində qeyd etdiklərini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. O, əməliyyatın üzvü olmuşdur. Rəhbəri və məlumatı alan isə Şahid1 olmuşdur. 13.08.2021-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs yaşadığı ünvanı Şahid1 ilə birlikdə müşahidəyə götürmüş və Təqsirləndirilən şəxs yaşadığı Əmircan qəsəbəsi, Z.Əliyev küçəsi ilə hərəkət edən zaman saxlayıb Suraxanı RPİ-nin 31-ci PB-nə gətirmişlər. Onu saxlayan zaman özlərini, vəsiqələrini və tədbirin keçirilməsinə dair qərarı təqdim etməklə onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasından şübhələndiklərini və onlarla birlikdə PB-nə getməli olduğunu bildirmişlər. Orada Təqsirləndirilən şəxs bölmənin təhqiqatçısı, polis kapitanı Sahil Hacıyevə təqdim etmişlər. Sahil Hacıyevin dəvət etdiyi müdafiəçinin və onların iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmiş, baxışdan əvvəl Sahil Hacıyevin təklifinə əsasən Təqsirləndirilən şəxs özü könüllü olaraq əynindəki qara rəngli idman şalvarının sol yan cibindən 03 ədəd bükümü təqdim etmiş, həmin bükümlər bir-bir təhqiqatçı tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli kəskin iyə malik və heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin heroin olduğunu, 3 ədəd bükümü tanımadığı şəxsdən 45 manata aldığını etiraf etmiş, narkotikin qoyulduğu zərfə digər iştirakçılar kimi imza atmış, keçirilmiş baxışla bağlı tərtib edilmiş protokolu da imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılıb polis bölməsinə təhvil verilərkən ona qarşı hər hansı təsir, təzyiq və ya zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin rəisinə ünvanlanan 13.08.2021-ci il tarixli raportdan müəyyən olunur ki, «Murad» adlı şəxs Suraxanı rayonu, Z.Əliyev küçəsində narkotik vasitələrin qanunusuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin rəisinə ünvanlanan 13.08.2021-ci il tarixli raportdan müəyyən olunur ki, keçirilmiş əməliyyat-axtarış tədbiriləri nəticəsində 13 avqust 2021-ci il tarixdə Suraxanı RPİ-nin CAŞ-ın və 31-ci PB-nin əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Əliyev küçəsi, ev 46-nın yaxınlığında saxlanılaraq Suraxanı RPİ-yə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” 13 avqust 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 03 ədəd büküm aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümlərin içərisində toz halında olan narkotik vastə sayılan heroin olduğunu, təxminən bir neçə gün əvvəl Suraxanı rayonu Əmircan qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 45 manata alaraq öz istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “mənzildə axtarış və götürmə aparılması barədə” 13 avqust 2021-ci il tarixli protokolundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs oğlunun yaşadığı ünvan 3 ünvanında yerləşən mənzildə axtarış keçirilmiş, mənzildən qanunla qadağan olunan hər hansı bir əşya və ya maddə aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» 13.08.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 15.08.2021ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 13 avqust 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “diskə baxış keçirilm\si haqqında” 18 avqust 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzıərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Murad Qafarovun əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 03 ədəd bükümü çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulması, bu zaman Murad Qafarovun həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik maddələr olduğunu və həmin bükümlərin onun özünə məxsus olmasını, bir neçə saat əvvəl Əmircan qəsəbəsində tanımadığı şəxsdən cəmi 45 manata öz şəxsi istifadəsi üçün alıb sonra istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 6/3502 saylı, 14 avqust 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində: “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan zərfdəki 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,092 qram, 2,897 qram və 2,334 qram, ümumi təmiz çəkisi 6,323 qram tünd qəhvəyi rəngli bərkimiş formada maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 2014 saylı, 04 sentyabr 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 4341 saylı, 05 noyabr 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin və psixotrop maddə metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» 26.11.2021-ci il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq çəkisi 6,173 qram narkotik vasitə heroin saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş, şəxsi axtarış və götürmə baxış zamanı video çəkiliş aparılaraq köçürülmüş 01 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan və hökmün surətindən müəyyən olunur ki, Qafarov X5 rayon məhkəməsinin 07.08.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 62-ci maddəsi tətbiq edilməklə 03 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsində göstərilmişdir ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır. Beləliklə, Qafarov X5 rayon məhkəməsinin 07.08.2008-ci il tarixli hökmü ilə az ağır cinayət əməli sayılan Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 03 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, bundan 2011-ci ildən etibarən 1 ildən artıq müddət keçdikdən sonra, yəni 13 avqust 2021-ci il tarixdə yenidən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qeyd olunan məhkumluğu ödənilmiş və həmin məhkumluq ödənildiyi üçün CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticəni ləğv edir. Məhkəmədə elan edilib araşdırılmış doğum haqqında şəhadətnaməlrin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində 2017 və 2019-cu il təvəllüdlü iki uşağı vardır. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi qismən özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 N-li qərarının 14-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 03 ədəd bükümdə heroindən ibarət narkotik vasitənin çəkisi 6,323 qram, yəni siyahıda göstərilən külli miqdar çəkidən dəfələrlə çoxdur. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz əldə etməsi, həmin narkotik vasitənin külli miqdar olmaqla şəxsi istehlak miqdarından dəfələrlə çox olması, onun əldə etdiyi narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıması tam sübuta yetirmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opoidlərin və psixotrop maddə metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hal kimi nəzə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 13 avqust 2021-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri SUraxanı RPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonrakı qalıq 6,173 qram narkotik vasitə heroin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhər 28 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonrakı qalıq 6,173 qram olan markotik vasitə heroin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhər 28 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-469/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-469/2022
08.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver