Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-469/2025 03.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, 7 aprel 1991-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin xeyli miqdarda pulunu əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmişdir. Belə ki, o, xeyli miqdarda özgə əmlakım əldə etmək məqsədi ilə əvvəllər tanımaqla dəfələrlə danışıb görüşərək qarşılıqlı razılaşmaları ilə intim münasibətdə olduğu Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Nizami rayonu, “Qara Qarayev” metrostansiyasının çıxacağının yaxınlığındakı “Esmiralda Hotel”-də cinsi əlaqədə olduğu vaxtlar istifadəsində olan “Samsung” markalı mobil telefonun video kamerası ilə Zərərçəkmiş şəxs lüt bədənlə cinsi ehtirasını təmin etmək üçün rezin materialdan hazırlanmış süni kişi cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcəyindən anal dəliyinə daxil edib cinsiyyət üzvünü gərginləşdirməsi üsulu ilə onunla təbii yolla cinsi əlaqədə olmasını Zərərçəkmiş şəxs xoş münasibətindən istifadə edərək qeydə alıb telefonunun yaddaşında saxlamış, bundan sonra 11 may 2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən «Boranı» restoranında Zərərçəkmiş şəxsla görüşdükləri vaxt telefonun yaddaşında saxladığı həmin intim münasibətdə olduqları lüt bədənlə rüsvayedici videokamera görüntülərini ona göstərib həmin görüntüləri ailə üzvlərinə və yaxınlarına göndərməklə onun haqqında rüsvayedici məlumatları yayacağı hədəsi ilə hədə-qorxu gələrək ona 15.000 manat məbləğində xeyli miqdarda pul verməsini tələb etmiş, 12 may 2024-cü il tarixdə saat 16:19-da mobil telefonunda olan tətbiq vasitəsi ilə istifadəsində olan 416973******2414 hesab nömrəsi olan bank kartına ünvan 3 ünvanında yerləşən «Borani» restoranında 1000 manat, həmin gün saat 16:38-də eyni ünvandan eyni qayda ilə həmin nömrəli hesab kartına 3.000 manat məbləğində pulu, 13 may 2024-cü il tarixdə saat 15:44-də eyni məqsədlə yenə həmin nömrəli hesab kartına Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivində yerləşən evində mobil telefonunda olan tətbiq vasitəsi ilə 2.000 manat pul köçürtdürüb alaraq özgəsinin əmlakını əldə etmək məqsədi ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 6.000 manat məbləğində pulu Zərərçəkmiş şəxs alıb ona xeyli miqdarda ziyan vurmaqla zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs 15000 manat məbləğində xeyli miqdarda pulu hədə-qorxu ilə tələb etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tələbəlik dövründən, təqribən 2011-2012-ci illərdən tanıyır. O, üzgüçülüyə getdiyi dövrdə məşq yoldaşının anası ilə Oktay sinif yoldaşı olmuşdur. Bir neçə dəfə məşq yoldaşımın evində qonaq olmuşdur. O, universiteti bitirdikdən sonra xaricə getmiş, sonra yenidən Azərbaycana qayıtmışdır. 2022-ci ilədək o, X3 şəhərində yaşamışdır. Artıq 2022-ci ildə atasının ağ ciyər xərçəngi olduğunu bilib Azərbaycana qayıtmışdır. O, tikintidə işlədiyi dövrdə xeyli pulu, maşınları, evi olmuşdur. Pulun böyük qismini də atasının müalicəsinə xərcləmişdir. Onun ümumiyyətlə Oktayla sıx ailəvi tanışlığı olmuşdur. O, 2022-ci ilin avqust ayında çoxsaylı maddi sıxıntılar çəkmiş, həmin ilin dekabrın 23-də atası dünyasını dəyişmiş, borcları da artmışdır. Maddi sıxıntıların əsas səbəbi də atasının müalicəsinə köməklik göstərməyi olmuşdur. Oqtay həmin dövrdə atasına köməklik göstərmək məqsədi ilə ona məxsus olan Birbank kartına 1000-3000 manat məbləğlərində pul göndərmiş və o, pulları sonradan Oktaya geri qaytarmışdır. Hadisəyə gəldikdə isə həmin günü axşam təqribən 21:00-22:00 radələrində o, dostları ilə “Taroqvı”-da içki məclisində olmuşdur. Oktay ona zəng etmiş və pilotların bayramı münasibəti ilə öz dostları ilə istirahət etdiyini bildirmiş və həmçinin onu da dəvət etmişdir. O, Oktayın təklifindən imtina etmişdir. Sonra Oktay dostları ilə onun məkana gəlib-gəlməyəcəyi barədə mərc etdiklərini və o, gəlməyəcəyi halda onun mərci uduzacağını, bundan başqa atasının səhhəti ilə problemləri olan vaxtında ona köməklik göstərdiyini və bu dəfə ona kömək etməyini xahiş edərək onun gəlməyini israr etmişdir. O, razılaşdım və Oktay ona məkanın ünvanını göndərmişdir. O, həmin məkana getmək üçün taksi sifariş vermiş, taksi gəldikdən sonra içkili vəziyyətdə olduğundan taksi sürücüsünə arxa oturacaqda yatacağını və məkana yaxınlaşan zaman onu oyatmağını xahiş etmişdir. O, gedəcəyi yeri tanımadığı üçün məkanın Mərdəkan ərazisində yerləşdiyini fikirləşmişdir. Ancaq bir xeyli yol getdikdən sonra o, özü oyanaraq ətrafa baxmış və Mərdəkandan çıxıb Dübəndiyə getdikləri məlum olmuşdur. Həmin hadisəyədək ümumiyyətlə Dübəndi ərazisində olmamışdır. Məkana gəldikdən sonra Oktayla əlaqə saxlamış və onu qarşılamağını xahiş etmişdir. Hadisədən əvvəl Oktay bir neçə dəfə ona Həsən adlı dostu barədə danışmış və bir gün vaxt ayırıb onları tanış edəcəyini bildirmişdir. Ancaq o, Oktayın bu sözlərinə əhəmiyyət verməmişdir. Həmin yerə çatarkən orada Həsən və Oktayın başqa bir dostu da olmuşdur. Masada bir ədəd qrafin var idi. Həsən qrafini doldurmaq məqsədi ilə gedib bir qədər sonra geri qayıtmışdır. Spirtli içkidən aslılığı olmasa belə müxtəlif növlərdə spirtli içkilər qəbul etmişdir. Ancaq həmin hadisə zamanı içkidən sonra olan hallar əvvəllər heç vaxt baş verməyib. Oktay və Həsən o, gələnə kimi xeyli içdiklərini deyərək həmin qrafindəki içkini ancaq ona süzürdülər. Qrafinin içində qızılı rəngdə mayə olmuşdur. Sonra o, su içmək istəmiş, amma axıra qədər içə bilməmiş, boğazında qalmışdır. Bir qədər sonra artıq onun əlləri keyiməyə başlamış və o, Oktaya evə getmək istədiyini demişdir. Ancaq Oktay ondan qalmağını xahiş etmişdir. O, özünü pis hiss etməyə başlamış və hər ehtimala qarşı telefonunda səs yazısını aktiv etmişdir ki, birdən orada nə isə itsə və ya nə isə olsa onun xəbəri olsun. Sonra Həsən ona qarşı pis hərəkətlər etməyə başlamış və Oktay da baş verənləri kameraya çəkməyə başlamışdır. Həsən Oktaydan bizə qoşulmağını xahiş etmişdir. Artıq o, məqamdan sonra o, demək olar ki, huşunu itirmiş və heç nə yadında qalmamışdır. Ancaq dəqiq deyə bilər ki, Oktay həmin axşam olanları telefonu ilə çəkmişdir. Artıq səhər tezdən oyananda onun əynində paltar olmamışdır. O, əynini geyinmiş, gedib bir dəfə qaytarmışdır. Oktay və dostları ondan qabaq oyanmışlar. Oktay ona tərəf səslənərək onun üçün səhər yeməyi hazırladıqlarını demişdir. Onlara tərəf gedəndə Həsənin ona tərəf baxmadığını görmüş və Oktaya onu evə aparmasını bildirmişdir. Oktay ondan yenə qalmağını israr edəndə o, dünənki gecə baş verən hadisənin təkrarlanacağından qorxaraq bacısının onun burada olduğundan xəbəri olduğunu deyərək Oktaya yalan danışmışdır. Məkandan çıxan zaman o, Həsənin maşınının nömrəsini çəkmiş, çünki onları şikayət etmək fikrim olmuşdur. Yol gedən zaman Oktay onunla bir neçə dəfə danışmağa çalışmış, bir neçə dəfə maşını saxlayaraq düşüb qusmuşdur. O, evə çatandan sonra hələ də baş verən hadisələrdən özünə gələ bilməmişdir. Ancaq telefonunda yazdığı səsə qulaq asdıqdan sonra həmin gecə bir çox şeyin baş verdiyindən bir daha əmin olmuşdur. Oktaya “WhatsApp” vasitəsi ilə “dünən gecə nə baş verdi?”-deyə mesaj atmışdır. Oktay da gecə baş verən hadisəni aydın şəkildə səs yazıları ilə ona izah etmişdir. O, Oktaya Həsəni şikayət etmək istədiyini, ancaq onunla yaxşı münasibəti olduğundan onun barəsində şikayət etmək istəmədiyini və bu səbəbdən ondan Həsən barədə bütün məlumatları ona deməyini bildirmişdir. Oktay ondan görüşüb bu hadisə barədə söhbət etmələrini xahiş etmişdir. O, razılaşmamış, o zaman Oktay bacısına zəng edib danışmışdır. Onlar telefonda danışandan sonra bacısı Oktaydan əl çəkməyini ona bildirmişdir. Bir qədər sonra Oktay onun istədiyi bir şeyi edəcəyi təqdirdə ona Həsən barədə bütün məlumatları deyəcəyini bildirmişdir. O, razılaşmış və Oktayla birlikdə əvəllər heç vaxt getmədikləri yerə getmişdir. İttihamda qeyd olunan rezin alətlər həmin vaxt Oktayın maşınında olmuşdur. Sonra o, Oktay istədiyini etmişdir. Qeyd etmək istəyir ki, bu epizod Oktayla onun arasında bir-iki dəfə olmuş və hər dəfə Oktay ondan baş verənləri ona məxsus olan telefona çəkməyini xahiş etmişdir. İstintaqa təqdim edilmiş videoçəkilişlər Oktayla aralarında baş verənlərin cüzi bir hissəsidir. Bu dəfə də Oktay ondan olanları özünə məxsus telefona çəkməyini xahiş etmiş, o da telefon vasitəsi ilə çəkiliş edəndən sonra telefonu Oktaya qaytarmışdır. Bundan sonra o, yenidən Oktaydan Həsən barədə məlumatları tələb edəndə o, söhbətdən boyun qaçırmağa başlamış, onun Həsənlə ailəvi yaxın olduğunu, uzun müddət onunla yoldaşlıq etdiyini demiş, yenidən onun atasının xəstə olduğu vaxt ona dəfələrlə köməklik göstərdiyini bildirib, ondan olanları göz ardı etməyini xahiş etmişdir. O, razılaşmamışdır. Həmin dövrdə ABŞ-nın Pensilvaniya ştatında yaşayan qohumlarından ona viza düzəltmələrini xahiş etmiş və Oktayın da bundan xəbəri olmuşdur. Oktay ona həmin gecə Həsənlə olan hadisəni yadından çıxartmaq əvəzinə onu viza düzəldərək ABŞ-yə göndərəcəyi vədini vermişdir. Ancaq o, Azərbaycanda müəyyən borcları olduğundan onları ödəmədən getməyəcəyini bildirmişdir. Oktay onunla razılaşmış və borclarını bağlamaq məqsədi ilə ona 3000 manat pul vermiş, həmçinin borclarını bağladıqdan sonra ona ABŞ-yə getməkdə köməklik göstərəcəyini deyərək ona bu işlə məşğul olan bir nəfərin nömrəsini vermişdir. Sonra Oktayın həyat yoldaşı ona zəng edib, Həsənlə olduqları gecə nə baş verdiyini ondan soruşmuşdur. O, “Oktay onu Həsənə hədiyyə edib”-demiş, ancaq tam olaraq o gecə olanları danışmamışdır. Sonradan Oktayın özünün həyat yoldaşına hər şeyi danışdığı bilmişdir. Növbəti gün Oktayın həyat yoldaşı ilə “Boranı” restoranında görüşmüşlər. Onun əlində çanta var idi və pul gətirdiyini bildirmişdir. O, hansı pul barədə danışdığını soruşduqda Oktayın həyat yoldaşı çantada olan pul əvəzində Həsəni şikayət etməməyini bildirmişdir. O, əsəbləşərək Oktayın həyat yoldaşı ilə mübahisə edib, təklifindən imtina etmişdir. Bir qədər sonra Oktay onun kartına 2000 manat pul göndərmiş və ona zəng edib birazdan Boranıya yaxınlaşacağını və onunla görüşmək istədiyini demişdir. O, Oktayı “Boranı” restoranında gözləyən vaxt, heç 20 dəqiqə keçməmiş restorana 15 nəfər daxil olmuşdur. Həmin şəxslər daxil olan kimi əlindən telefonunu alıb, başını masanın üstünə çırpmış və əllərini qandallamışlar. Həmin vaxt o, Oktayı orada görüb, ona səslənərək polisə zəng etməyini xahiş etmişdir. Sonradan onu 3cü polis bölməsinə aparmışlar. Bu zaman həmin şəxslərin polis əməkdaşları olduqları və onları Oktayın çağırdığı bilmişdir. Bölmədə Oktay ondan şikayətçi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, hadisəyə qədər Oktayla 2-3 dəfə cinsi əlaqədə olmuşdur. Cinsi əlaqənin qarşılığında Oktay ona pul veməmişdir. Cinsi əlaqə zamanı sonuncu dəfələrlə ondan rezin alətlərdən istifadə etməyini və ona məxsus telefonla video çəkməyini istəmişdir. Oktay Həsənlə olduğu məkana gedəndə o, içkili vəziyyətdə olmuşdur. Həmin gecə Həsən onunla etdiklərini Oktay özünə məxsus telefonla çəkmişdir. Oktay pulları onun ABŞ-yə getməyi və həmçinin Həsənin barəsində şikayət etməməyi üçün göndərmişdir. Polis əməkdaşları ona yaxınlaşan zaman Oktayın yoldaşı həmin yerdə olmamışdır. Onu həmin gün 15:30 radələrində saxlamışlar. Oktayın həyat yoldaşı gətirdiyi pulun məbləği barədə ona məlumat verməmişdir. Bölmədə onu 3 gün ac və susuz saxlamışlar. O, heç bir sənədə imza etməmişdir. Hadisədən qabaq Oktay onun kartına dəfələrlə pul göndərmişdir. İlk dəfə Oktay ona 3000 manat göndərmişdir. Oktay ona 3000 manat göndərəndən sonra polis əməkdaşları onu saxlayanadək aralarında heç bir yazışma olmamışdır. Hadisəni videoya çəkdiyindən Oktayın da xəbəri olmuşdur. Oktayla cinsi əlaqədə olan zaman onun ereksiyası normal deyildi. Ereksiyasının artması üçün alətlərdən istifadə etmişdir. O, olanları istintaq orqanına danışmışdır. Oktayın həyat yoldaşının adı Olqa idi. Oktayla onun arasında olanlar barədə Olqanın xəbərinin olub-olmamasını bilmir. Oktay yoldaşına onun əlində bir video olduğunu və o, video ilə Oktayı şantaj etməy istədiyini demişdir. Ancaq videonun mahiyyəti barəsində yoldaşına danışıb-danışmadığını bilmir. Müstəntiqə ifadə vermişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması aşağıdakı sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə uzun illərdir münasibəti var. Atasının xəstəliyinə görə sonuncuya tez-tez pul vermişdir. Şamayıl ilə onun arasında intim münasibət də olmuşdur. Şamayıl ilə bir neçə dəfə “Esmiralda” otelində görüşüb intim əlaqədə olmuşlar. Həmin intim əlaqələr zamanı Şamayıl bir neçə dəfə rezin aləti mənim arxa keçəcəyinə daxil edib baş verənləri videoya çəkmişdir. Şamayıl ilə hadisə baş verməmişdən əvvəlki gün mübahisə etmiş, həmin vaxt sonuncu içkili olmuşdur. Mübahisə etdiyinə görə qorxmuşdur ki, Şamayıl həmin videoları yayar. Sonuncu ABŞ-yə getmək istədiyi üçün ona 1000 manat, sonra isə 2000 manat pul vermişdir. Şamayıl içkili olduğu üçün aqressiv vəziyyətdə olmuş, sonuncunun həmin videoları yayacağından qorxub polisə şikayət etmişdir. Zərərçəkmiş şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Şamayıla mobil tətbiq vasitəsilə əvvəlcə 1000 manat, sonradan isə 2000 manat pul göndərmişdir. Həmin pulu aramızda olan videonu yayacağından qorxduğu üçün göndərmişdir. Şamayıla pul göndərəndən sonra o, videonu sildiyini bildirmişdir. Şamayılın ABŞ-yə niyə getmək istədiyini bilmir. “Boranı” restoranına həyat yoldaşı ilə getmişdir. Baş verənləri həyat yoldaşına demişdir. “Boranı” restoranında olan vaxt Şamayıl içkili olmuş və orada razılığa gələ bilmədikləri üçün çıxıb getmişlər. Restorana 11 min manat pul ilə gəlmişdir. Restorandan evə gedən zaman baş verənlər ilə bağlı polisə şikayət etmişdir. Polislərə Şamayılı göstərmək üçün yenidən restorana geri qayıtmışdır. Həsən onunla birlikdə işləyir. Sonuncu ilə arada bir restorana gedirlər. Şamayılı dəvət etdiyi gün orada Həsən, o və Rahib olmuşdur. Şamayılı olduqları yerə o, dəvət etmişdir. Şamayıl ora gələndə içkili idi. Şamayıl orada stolu dağıtmış və gecəni orada qalmışdır. O da həmin gecə orada qalmışdır. Həmin vaxt Şamayıl ilə Həsən cinsi əlaqədə olmamışlar. Şamayıl sonradan Həsən ilə cinsi əlaqədə olması ilə bağlı heç nə deməmişdir. Şamayıla ilkin olaraq 4.000 manat pul vermişdir. “Boranı” restoranına apardığı 11.000 manat pulu Şamayıl götürməmişdir. O, Binə qəsəbəsində yaşayır. Şamayılın içkili olduğunu görüb onun videonu yayacağından qorxub polisə şikayət etmişdir. O, polis bölməsinə şikayət etmişdir. 4.000 manatı şikayət etməzdən əvvəl Şamayıla vermişdir. 11.000 manatı tətbiqdə məhdudiyyət olduğu üçün əlbəəl vermək istəmişdir. 2.000 manatı Şamayılın kartına göndərdikdən sonra polis bölməsinə gedib şikayət etmişdir. Pulu göndərən vaxt evdə olmuşdur. Evi ilə polis bölməsi arasında maşınla 10 dəqiqəlik yol var. Şamayıl ilə 4-5 ildir ki, bir-birlərini tanıyırlar. Şamayıl ilə təxminən 2024-cü ildən 3 dəfə cinsi əlaqədə olmuşlar. Şamayıl ilə Həsən görüşənə qədər Şamayıl ilə 2 dəfə cinsi əlaqədə olmuşlar. Bununla bağlı Şamayıl onu şantaj etməmişdir. Həsən ilə Şamayıl arasında həmin gün hər hansı bir yaxınlıq olmamışdır. Sabahsı gün Şamayılı oradan özü aparmışdır. Şamayıl Həsənlə cinsi əlaqədə olması ilə bağlı ona heç nə deməmişdir. Həsənlə görüşdən 2 gün sonra Şamayıl ilə Esmiralda oteldə cinsi əlaqədə olmuşdur. Şamayıl onları videoya çəkən vaxt ona etiraz etməsə də videonu silməsini istəmişdir. Videolar barəsində həyat yoldaşına demişdir. Şamayıl 11.000 manatı qəbul etməkdən imtina etmişdir. Polisdə istintaq gedən vaxtda da, hal-hazırda da Şamayıl ilə münasibəti yaxşıdır. Video intim xarakterli olduğu üçün yayılmasını istəmir. Videonun çəkildiyi vaxta kimi də Şamayılla intim əlaqədə olmuşlar. İntim əlaqə vaxtı istifadə etdikləri rezin alət özünə məxsusdur. Həmin rezin alətdən bir dəfə istifadə etmişlər. Polisə şikayət etdikdən sonra Şamayıl ilə onun arasında cinsi əlaqə olmamışdır. O, Silkway şirkətində pilot işləmişdir. Həmin rezin alətdən istifadə ilə bağlı videoçəkiliş bir dəfə aparılmışdır. Şamayılın intim münasibəti niyə çəkdiyini bilmir. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs Vəliyəddin qızını dəqiq yadında deyil, 4-5 il olar ki, tanıyır, aralırda heç bir düşmənçiliyi və ədavəti olmayıb. O, ilk olaraq Şamayılı sinif yoldaşına görə tanımış, bundan sonra Şamayıla görə atası Vəliyyədini tanımışdır. Vəliyəddin xərçəng xəstəliyindən əziyyət çəkirmiş, Şamayılın və ailəsinin maddi durumu pis olduğundan oda həm borc olaraq həmdə təmannasız Vəliyyədinin müalicəsinə köməklik edirmiş. O, Şamayıl ilə 2023- cü ilin avqust ayından başlayaraq intim münasibətdə olmağa başlamışdır. Həmin ilin dekabr ayında Vəliyyədin ölmüş, onlar Şamayıl ilə gec-gec intim münasibətdə olurmuş, oda hər dəfə müxtəlif bənahələr ilə çalışırmış ki, Şamayılə intim münasibətdən sonra pul versin. Hal-hazırda da Şəmaym ona 7000 manat borcu var. Həmin pulu o, Şamayıla dərman almaq üçün və başqa xahişlərini nəzərə alıb vermişdir. Lakin maddi durumu pis olduğuna görə Şamayıldan pul istəməmiş. Sonuncu dəfə Şamayıl ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, “Qara Qarayev” metrostansiyasmm yaxınlığında fəaliyyət göstərən “Esmiralda” adlı oteldə intim münasibətdə olmuşlar. Şamayıl onların intim münasibətini özünə məxsus mobil telefona çəkmişdir, o, buna etiraz etsədə, Şamayıl bildirmişdir ki, videonu siləcək buna görə razılaşmışdır. Həqiqətən də onlar intim münasibətdə olandan sonra Şamayıl ona videonu sildiyini göstərmişdir.oda ona inanmışdır. O, Çin Respublikasında olan zaman maraq üçün suni rezin kişi cinsiyyət orqanı almışdır, Şamayıl ilə tanış olandan sonra həmin suni rezin cinsiyyət orqanını ona vermiş, sonuncu dəfə onlar intim münasibətdə olan zaman Şamayılə təklif etmişdir ki, o, həmin rezin cinsiyyət orqanım cinsiyyət orqanına soxsun, sonra Şamayıl həmin rezin cinsiyyət orqanını onun anal dəliyinə sürtsün bu yolla hər ikisi ehtiraslansınlar. Şamayılda ona etibar etdiyi üçün razılaşmış, bütün bu olanları Şamayıl öz telefonu ilə çəkmişdir. Bundan bir gün sonra Şamayıl videonu ona göndərmiş və daha sonra vatsap zəngi ilə yığıb, videonu yayacağı ilə bağlı xabardarlıq edmiş, görüş tələb etmişdir. O, Şamayıl ilə Nizami metrostansiyasmm yaxınlığında olan “Boram” adlı restoranda xx.xx.2024-cü saat 12-də görüşmüşdür. Şamayıl görüşəndən sonra hansı səbəbə Həsən ilə cinsi əlaqədə olmağa icazə verdiyini soruşmuşdur. O, isə həqiqətən bundan xəbəri olmadığına görə məlumatsız olduğunu demişdir. Belə ki, xx.xx.2024- cü il tarixdə Həsənə məxsus bağ evində yeyib içən zaman Şamayıla zəng vurmuş və bağ evinə dəvət etmişdir. Şamayıl gələndə içkili vəziyyətdə olmuş, Şamayıl ümumiyyətlə içki içəndə özünü apara bilmirmiş. Həmin gündə məclisə gələndə adekvat hərəkətlər etməyə j başlamış, gah çəkdiyi siqaretin külünü yerə tökmüş, buna Həsən irad bildirib Şamayıla külqabı vermişdir. Bundan sonra masanın üzərində olan alçanı əli ilə bərk zərbə ilə əzib, masada əyləşən şəxslərə hörmətsizlik etmişdir. Onlar bağ evində Şamayıl gəlməyənə qədər Həsən, Rahib ilə birlikdə yeyib içirmişlər. Şamayıl gəlib, bu hərəkətlərə yol verəndən sonra Rahib məclisi dağıtmaq lazım olduğunu deyib, çıxıb getmişdir. Şamayılə getməyi təklif eləsədə getməkdən imtina etmişdir. Oda, bağ sahibi kimi Həsən də məcbur qalıb, gedə bilməmişlər. Həmin gün axşam radərlərində Şamayılın Həsənlə öpüşdüyünü görüb otaqdan çıxmış, lakin onların intim münasibətdə olub olmadığını bilməmişdir, Şamayıl da bu barədə ona heç bir söz deməmişdir. Şamayıl evdən çıxanda çox mehriban idi, onulada çox normal rəftar etmiş, oda öz maşını ilə evlərinə düşürtmüşdür. Bir gün sonra yəni xx.xx.2024- cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə Şamayıl ilə o, intim münasibətdə olmuş, yenə Şamayıl ona heç bir söz deməmişdir. O, intim münasibətdə olandan sonra ona 300 manat pulda vermişdir. Çünki Şamayıl ilə intim münasibətdə olandan sonra xidmət haqqı olaraq yox, köməklik kimi ona pul verirmiş. Onlar “Boram” restoranında görüşən zaman Şamayıl ona bildirmişdir ki, hansı səbəbə Həsənlə cinsi əlaqədə olmağa icazə vermişdir. O, isə icazə vermədiyini, özünün xərxoş vəziyyətdə olsada anlaqlı vəziyyətdə hər şeyi dərk edib, Həsənlə öpüşdüyünü öz gözü ilə gördüyünü demişdir. Bundan sonra Şamayıl müxtəlif bəhanələr ilə ondan pul tələb eləməyə başlamışdır. Şamayıl Həsən barəsində şikayət edəcəyini əsas gətirmiş, sonra onun videolarını yayıb biabır edəcəyini demiş və 15000 manat pul istəmişdir. Oda etiraz etməmiş, lakin şərti o olmuşdur ki, Şamayıl videoları silsin. Əslində Həsən barədə olan məsələ bəhanə olmuş, oda utandığından Həsəndən soruşa bildmirmiş, çünki Şamayılı məclisə o, dəvət etmişdir, düşünürmüş ki, Həsənə desə ki, məclisə gətirdiyi qadın belə danışır biabır olacaqmış. Bu səbəbdən hər yolla məsələni yoluna qoymaq istəyirmiş. Şamayıl onu hədələmişdir ki, videonu, övladları, ovlarının həyat yoldaşı görəcək, işdə olanlar görəcək, bu yolla onu hədələməyə başlamışdır. Şamayıl, ondan videonu hansı qiymətə dəyərləndirdiyini soruşmuşdur. O, Şamayıla demişdir ki, «sənə bu qədər köməklik etmişəm, idi bu yolla niyə məni hədələyirsən». O, 5000 manat pul təklif etmişdir. Şamayıl, isə bu məblələ razı olmayıb qəti olaraq 15000 manat pul tələb etmişdir, onlar ayrılmışdır, o, gəlib evdə həyat yoldaşı Olqaya bütün baş verənləri danışmışdır. Olqa da ona başa düşmüş və məsələnin həllinin tapmaq lazım olduğunu demişdir. Çünki Həsəni bu məsələyə qatmaq və onun intim videolarının yayılması biabırçılıq olmuşdur, onun 2 qızı var, onlardan biri evlidir, videoların yayılması ailəsinin dağılmasına qədər gətirib çıxarda bilərmiş. X2ma məxsus olan Kapital bank kartının 4169-7388-9802-9412-hesab nömrəsinə xx.xx.2024-cü və xx.xx.2024- cü il tarixlərdə ümumilikdə 6000 manat pul köçürtmiişdür. Bundan sonra Olqa ilə birlikdə xx.xx.2024-cü il tarixdə Şamayıl ilə “Boranı” restoranında görüşmüş. Şamayıl guya onun Həsənlə cinsi əlaqədə olmağa icazə verdiyini danışıb, videoları yayılarsa ciddi problem yaranacağını bildirmişdir. Olqa da ona düzgün etmədiyini izah eləmiş, lakin Şamayıl içki içərək, saymazyana şəkildə öz bildiyini deyib, hədələməyə davam edirmişdir. O, Şamayıla 6000 manat pul versəmdə Şamayıl videoları silməmişdir. Düşünürmüş ki, Şamayıla 9000 manatı da versə videoları silməyəcək, bu səbəbdən qərara almışdır ki, bütün bu olanlarla bağlı polisə məlumat versin. X1 ondan ümumilikdə 15000 manat pulu hədə-qorxu ilə tələb etmiş, Şamayıl ilk olaraq ona videonu göndərmiş. Həmin vaxt o, özümə məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Bolluq” yaşayış massivində olmuşdur. Şamayıl, bundan sonra ona zəng vurmuş həmin videoların yayılması müqabilində pul istəmişdir. Həmin vaxt konkret olaraq məbləğ deməsə, Şamayıl ilə görüşüb bu məsələni həll etməsə, videoları ailə üzvləri, iş yoldaşlarımın görəcəyini onu rüsvay edəcəyini bildirmişdir. O, 6000 manat pulun xx.xx.2024-cü il tarixdə iki dəfə olmaqla 4000 manatını “Nizami” metrostansiyasınm yaxınlığında fəalliyyət göstərən «Borani» restoranında və xx.xx.2024-cü il tarixdə isə qalan 2000 manatı isə özünə məxsus evdə olan zaman Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Bolluq” yaşayış massivində yerləşən evində hesabdan göndərmişdir (cild 1, iş vərəqi 36-40). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, 9 may 2024-cü il tarixdə Dübəndi bağlarında köhnə hərbiçi dostları Oqtay və Rahib ilə yeyib içməkdə olmuşlar. Bu vaxt Oqtay kiminləsə telefonla danışmış, sonra Şamayıl adlı tanışının olduğunu, bura gəldiyini bildirdi. Bundan sonra Şamayıl taksi ilə gəldi və Oqtay çölə çıxıb Şamayılı qarşıladı. Bundan sonra onlar yeyib-içməyə davam etmişlər. Saat axşam 11 radələrində Rahib artıq dağılışmaq vaxt olduğunu bildirdikdən sonra öz evinə getmişdir. Bundan sonra o, stolun üstündə olan alçanı əzmək üçün üstündən vurmuş, Şamayıl da onu görüb onun etdiklərini etmişdir. Sonra o, Şamayıl və Oqtaya yatmaları üçün otaqlarını göstərmiş, özü də öz otağında yatmışdır. Səhər oyanandan sonra Oqtay və Şamayıl üçün səhər yeməyi hazırlamış, sonra yeyib dağılışmışlar. Bundan 2-3 həftə sonra Oqtay onu polis idarəsinə çağırmış, o da idarəyə getmiş, orada ona Şamayıl haqqında bildiklərini soruşmuşlar, o da bildiklərini orada danışmış və getmişdir. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Şamayılı məclisə Oqtay dəvət etmişdir. Əvvəllər Şamayılı tanımamışdır. Sonuncu barəsində əvvəllər Oqtaydan eşitmişdir. Oqtay Şamayılı məclisə çağıran zaman saat 8 idi. Şamayıl ilə Oqtaya yatmaq üçün ayrı bir otaq vermişdir. Şamayıl gecə onun otağına gəlmiş və onunla cinsi əlaqədə olmaq istəmişdir. Oqtay otağa gəldikdən sonra onlar uzaqlaşmışlar. Onlar həmin gecə cinsi əlaqədə olmamışlar. Həmin gecə Şamayıl onun otağında qalmışdır. Onlar həmin vaxt çılpaq olmamışlar. Baş verənlər ilə bağlı onunla Şamayıl arasında heç bir mübahisə baş verməmiş və bağlı polisə şikayət olunmamışdır. Məclisdə onunla birlikdə 3 kişi olmuş və hamısı içkili olmuşlar. Oqtayın Şamayılı hansı səbəbdən dəvət etdiyini bilmir. Həmin gecə üçü eyni otaqda qalmışlar. Səhər oyanan zaman Şamayılın kefi yaxşı olmuşdur. Sonuncudan başqa həmin məclisə heç kəs çağırılmamışdır. Şamayıl ona cinsi əlaqədə olmağı təklif etməmişdir. Baş verənlərə görə Oqtay ilə onun arasında hər hansı bir inciklik olmamışdır. Hadisə ilə əlaqədar polisə çağırılmışdır. Şamayıl orada söyüş söyməmiş və oranı dağıtmamışdır. Polis idarəsinə gedən zaman Oqtayın qandallı vəziyyətdə oturduğunu görmüşdüm. Oqtay ona zəng edərək evə getməyini, yoldaşına dediyini, yoldaşının ona pul verəcəyini və həmin pulu ona çatdırmağını bildirmişdir. Oqtayın müstəntiqə pul verib-verməməsinin şahidi olmamışdır. Oqtay ilə 33 ildir ki, dostdur. Sonuncu həyatında baş verən hər şeyi ona danışmamışdır. O, Oqtay ilə Şamayıla ayrı bir otaq vermişdir. Sonradan Şamayıl onun otağına gəlmiş, daha sonra isə Oqtayın özü gəlmişdir. Sonuncunu Şamayıl ilə aralarında videogörüntü olduğu üçün polis idarəsinə aparmışlar. Oqtay ilə Şamayılın videogörüntü ilə bağlı birbirilərini şantaj etmələri ilə bağlı heç nə bilmir. Onu polisə çağırdıqdan sonra videonun yayılmaması üçün müstəntiqə rüşvət verilməsi və digər hallar olmuşdur. O, şantaj ilə bağlı ibtidai istintaq orqanında ifadə verməmişdir. Həmin videoların kim tərəfindən çəkilməsini bilmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tərəfindən Polis Şöbəsinə daxil olmuş ərizə əsasında ona təqsirləndirilən şəxsin polis şöbəsinə təmin edilməsi ilə bağlı əməliyyat tapşırığı təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hansı ərazidə olduğunu bilmədiyi üçün Zərərçəkmiş şəxsla birlikdə Nizami rayonu ərazisində yerləşən “Boranı” restoranına getmişlər. Təqsirləndirilən şəxs restoranda əyləşmişdir. Onlar yaxınlaşıb özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs şöbəyə dəvət edib, Təhqiqat şöbəsinə təhvil vermişlər. Əməliyyat tapşırığında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus intim foto və videofayllar olmuşdur. Həmin foto və videofaylların yayılmaması və silinməsi müqabilində Təqsirləndirilən şəxs Oktya Məmmədovdan pul tələb etmişdir. Pulun miqdarını tam olaraq xatırlamır, ancaq təxminən 15 min manat məbləğində pul tələb olunmuşdur. Hətta Zərərçəkmiş şəxs ondan tələb olunan məbləğin bir qismini ödədiyini bildirmiş, qalanını ödəyə bilmədiyindən qanuna uyğun olaraq Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Şahid3 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, ərizə təhqiqat şöbəsinə daxil olmuşdur. Onun vəzifəsi əməliyyat tapşırığının icra edilməsi, yəni Təqsirləndirilən şəxs Polis Şöbəsinə təmin olunması olmuşdur. Təqsirləndirilən şəxs görmədiyi və tanımadığı üçün onun hadisə zamanı olduğu yeri zərərçəkmiş şəxs göstərmişdir. Artıq onlar restorana yaxınlaşanda zərərçəkmiş şəxs onlara Təqsirləndirilən şəxs yerini göstərmişdir. Sonuncu restoranda tək əyləşmişdir. Zərərçəkmiş şəxs onların aralarında olan yazışmaları göstərmiş və pulu ödəmək istəmədiyini bildirərək polisə müraciət etmişdir. Təqsirləndirilən şəxs yaxınlaşdıqdan sonra onun polisləri görüb istifadəsində olan mobil telefonda yerləşən foto və videofaylları silmə ehtimalı olduğundan onlar dərhal Şamayılın əlindəki mobil telefonu götürmüşlər. Onlar Təqsirləndirilən şəxs təxminən saat 16:00-17:00 radələrində saxlamışlar. “Boranı” restoranına gedəndə 4 nəfər olmuşlar. Zərərçəkmiş şəxsin öz maşını və ya onların xidməti maşını ilə restorana getdiyini tam olaraq xatırlamır, Onlar restorana daxil olanda zərərçəkmiş şəxs maşında əməkdaşlar ilə birlikdə olmuşdur. Onlar Təqsirləndirilən şəxs yaxınlaşan zaman sonuncu sərxoş vəziyyətdə olmuşdur. Onlar özlərini təqdim edib, onu polis şöbəsinə dəvət etmişlər. Zərərçəkmiş şəxsdən 15 min manat tələb olunmuşdur. Sonuncu polislərə müraciət edənədək 6 min manat pulu ödəmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid4 və Şahid5 Şahid3 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 9 may 2024-cü il tarixdə Dübəndi bağlarında köhnə hərbçi dostları Oqtay və Həsən ilə yeyib içməkdə olmuşdur. Həmin gün ora Oqtayın Şamayıl adlı tanışı da gəlmişdir. O, orada olanlardan yarım saat daha tez məclisdən getməli olmuş və gedərkən dostlarına məclisi yekunlaşdırmaq lazım olduğunu bildirmişdir. Şahid6 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Şamayılı məclisə kimin çağırdığını bilmir. Polis idarəsinə çağrılan zaman Oqtay Şamayıl ilə aralarında anlaşılmazlığın yarandığını bildirmişdir. Həsən onun yaxın dostudur. Oqtay ona baş verən hadisə barədə heç nə deməmiş və hər hansı bir video göstərməmişdir. İbtidai istintaq zamanı adından yazılan ifadəni oxumadan imzalamışdır. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə dostları Oktay və Həsən ilə birlikdə sonuncuya məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağlarına yaxın “Qışlaq Kəndi” adlanan ərazidə yerləşən bağ evində yeyib içki içirmişlər. Bir neçə saat sonra Oktay kiminləsə danışmış və onlara tanışı Şamayıl adlı qadının qoşulmaq istədiyini bildirmişdir. Oktay onun dostudur, Şamyaıl hansı xarakterli insan olduğunu bilmir, Oktayın tanışının da ən azından özü kimi biri olacağım düşünüb etiraz etməmişdir. Oktay telefonla danışandan bir neçə dəqiqə sonra əvvələr tanımadığı Şamayıl adlı qadın taksi ilə gəlmiş, Oktay onu özü qarşılamışdır. Şamayıl gələndə aşırı dərəcədə sərxoş olmuş, özündə olsa da, etdiyi hərəkətlərlə xoşa gələn deyilmişdir. Məsələn Şamayıl lazımsız məqamlarda ünvansız nalayiq ifadələr işlədir, siqaret çəkərək külünü evə tökür, stolun üzərində olan meyvələri heç bir səbəb olmadan dağıdıb məclisdə problem yaradırmış. Şamayılın bu hərəkətlərini görəndə o, məclisin artıq yekunlaşdırmaq lazım olduğunu bildirdib getmək lazım olduğunu demiş və çıxıb getmişdir. Daha sonra isə olan barədə heç bir məlumatı olmamışdır (cild 1, iş vərəqi 124-126). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid7 Nikoloyevnanın ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun əridir, onunla birlikdə yaşayırlar. Təqsirləndirilən şəxsm əvvəllər tanımamış heç bir əlaqələri olmamışdır. Təxminən 31-12 may 2024-cü tarixində Oktay ona gəlib olanları danışmışdır ki, bir səhvlik olaraq onun Şamayıl ilə oteldə yaxın münasibətləri, cinsi əlaqələri olub və Şamayıl bunları telefon vasitəsi ilə qeydə alaraq Oktaya hədə-qorxu gələrək ailə üzvlərinə videoları göndərəcəyini, rüsvay edəcəyini deyib Oktaydan 15000 manat pul tələb etmişdir. Oktay həmin puldan 4000 manatını Şamayılm hesabına göndərmişdir. O, Oktayın səhvini bağışlayıb birlikdə bu məsələni həll etmək üçün Şamayıl ilə görüşməli olduqlarını bildirmiş, onlar qalan puluda özləri ilə götürmüşlər ki, tam olaraq Şamayılm istədiyi 15000 mantı verib söhbəti sonlandırıb videoları sildirsinlər. Bundan sonra birlikdə xx.xx.2024-cü il tarixdə Şamayıl ilə “Boranı” restoranında görüşmüşdür. Şamayıl həmin vaxt içkili olmuş, içki içirmiş. O, Şamayıla demişdir ki,bu nə hərəkətdir edirsən, bu nə şantajlar edirsən, Şamayıl saymazyana hərəkətlər edərək sözünü Oktaya dediyini bildirmişdir. Onların niyyəti pulu verərək videonu sildirmək olmuşdur. Lakin Şamayıl arxayın şəkildə danışmırmış, sonda isə bizimlə söhbət etməyəcəyini və çıxıb gedməyi demişdir. Onlar ordan durmuş və Oktay Şəmayıla 2000 manat puluda hesabına göndərmiş, Şamayıl isə pul tam olaraq həmin dəqiqədə göndərərsə videoları siləcəyini deyirmiş. Onlar düşünmüşlər ki, Şamayıla Oktay 9000 manatı da versə Şamayıl videoları silməyəcək, bu səbəbdən qərara almışlar ki, bütün bu olanlarla bağlı polisə məlumat verilsin və Oktay polisə müraciət etmişdir (cild 1, iş vərəqi 150-152). Məhkəmə-tibb ekspertizasının 22 may 2024-cü il tarixli 489 nömrəli rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində travma almasını göstərən xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilmədi ( cild 1, iş vərəqi 134-136). Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının 22 may 2024-cü il tarixli 1487 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs Vəlyyəddin qızının əqli-intelektual imkanları normaya uyğundur (cild 1, iş vərəqi 137-140). Cinayət işinin materiallarında olan 14 may 2024-cü il tarixli “mobil telefona baxış keçirmə barədə protokol”-dan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefona baxış keçirilən zaman mobil telefonun “Galery” tətbiqində foto-video hissəsində 5 ədəd olmaqla hər biri 30 saniyəlik, 12 saniyəlik, 12 saniyəlik, 23 saniyəlik və 26 saniyəlik videolardan ibarət olmaqla olan Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan intim münasibəti əks etdirən və Təqsirləndirilən şəxs tərəfindən qeydə alınmış videogörüntülər olduğu aşkar edilmişdir (cild 1, iş vərəqi 42). Cinayət işinin materiallarında olan 14 may 2024-cü il tarixli “mobil telefona baxış keçirmə barədə protokol”-dan görünür ki, X4 məxsus “Huavei” markalı mobil telefonuna baxış keçirilən zaman mobil telefonun “WhatsApp” tətbiqində və eləcə də telefonunda olan “Qaleriy” bölümündə, yaddaş hissəsində Təqsirləndirilən şəxs ilə Oktayın arasında olmuş itim münasibəti əks etdirən hər hansı video, foto aşkar olunmamışdır (cild 1, iş vərəqi 69). Cinayət işinin materiallarında olan 13 may 2024-cü il tarixli “baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs müraciəti ilə əlaqədar vətəndaş Təqsirləndirilən şəxs istifadə etdiyi «Samsung A70» markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı mobil telefonun qalereyasında həqiqətən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olma videoları aşkar edilmişdir (cild 1, iş vərəqi 10-19). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 1, iş vərəqi 141). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş və onunla ilə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur (cild 1, iş vərəqi 133). Cinayət işinin materiallarında olan “cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 57-58). Cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçmək haqqında” 16 may 2024cü il tarixli qərar və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 98-99). Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon, həmin mobil telefona baxış zamanı aşkar edilmiş intim videoların saxlanıldığı 1 ədəd disk və telefonun “WhatsApp” tətbiqinə baxış zamanı aşkar edilmiş sms-lərin saxlanıldığı 2 ədəd disk maddi sübut kimi tanınmış, mobil telefon Xəzər RPİ-yə təhvil verilmiş, disklər isə cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 153-166). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür, onun barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslıdır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, sınaq müddəti müəyyən edilməklə üzərinə müəyyən vəzifələr qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışlarına vaxtında gəlmək vəzifələri qoyulmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərclərinin olmadığı nəzərə alınmalıdır. İş üzrə maddi sübutlar: -Xəzər RPİ-də saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” markalı mobil telefon onun özünə qaytarılmalı, -3 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 357.0.3, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə ona 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia və ekspertiza xərclərinin olmadığı nəzərə alınsın. İş üzrə maddi sübutlar: -Xəzər RPİ-də saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” markalı mobil telefon onun özünə qaytarılsın, -3 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-469/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-469/2025
03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver