Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-470/2022 12.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X56 və X39, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı və prokuroru X11, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 nümayəndəsi - “AAA” Vəkil Bürosunun vəkili Nümayəndə3, Zərərçəkmiş şəxs3 nümayəndəsi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nümayəndə5, müdafiəçilər - Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, “Fides” Vəkil Bürosunun vəkili X30, “Verdiktum” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və X19, Azərbaycan-rus dilləri üzrə tərçüməçi X72 iştirakları ilə, xx xxxx 1960-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Zərərçəkmiş şəxs3 təsisçisi, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Gülçülük Sovxozu” adlanan ərazidə nömrəsiz bağ evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü, 179.4-cü, 32.4,312.1-ci, 313cü və 308.2-ci maddələri, xx xxxxx 1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Zərərçəkmiş şəxs3 direktoru işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, X277 küçəsi, ev 3, mənzil 69 ünvanda qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4-cü və 308.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmiş, vəzifəli şəxs kimi rəsmi sənədlərə sair şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, 26 noyabr 2012-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin Kommersiya X189 Qeydiyyat İdarəsi tərəfindən **********1 №-li VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış "xxxx" X29 (MMM) təsisçisi və faktiki rəhbəri olmaqla Müəssisənin həmin tarixli Nizamnaməsinin 5-ci bölməsinə əsasən, müəssisənin nizamnaməsinə əlavə və ya dəyişiklik etmək, müəssisənin illik hesabatını və mühasibat balansını təsdiq etmək, mənfəəti və zərəri bölüşdürmək, ümumi yığıncağında iştirak etmək, icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən icra orqanının üzvlərini təyin etmək və geri çağırmaq, onların səlahiyyət müddətini müəyyənləşdirmək, müəssisənin yenidən təşkil və ya ləğvi haqqında qərar qəbul etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs olmaqla öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMM tərəfindən ünvan 5 ünvanında 1 ədəd 2 girişli 14 mərtəbəli binanın tikintisinin aparıldığını, ərazidə 3 saylı yaşayış binasının tikintisinin aparılmayacağını bildiyi halda, 2014-cü ilin iyun ayında mənzil almaq üçün müraciət etmiş Zərərçəkmiş şəxs1 əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə, 23 iyun 2014-cü il tarixdə guya "xxxx" MMM tərəfindən ünvan 5də inşa ediləcək 3 saylı yaşayış binasında 1-ci giriş, 10-cu mərtəbə, sahəsi 169,9 m2 olan mənzili 203.880,0 (iki yüz üç min səkkiz yüz səksən) manata ona satacağı barədə yalandan vəd verib aldadaraq, faktiki olaraq Zərərçəkmiş şəxs1 mənzil satmaq məqsədi olmadan sonuncunun əmlakını ələ keçirmək məqsədilə mənzilin satılması görüntüsü yaratmaq üçün 23 iyun 2014-cü il tarixdə ünvan 6 ünvanında yerləşən ofisində məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş saxta rəsmi sənədləri – "xxxx" MMM-nin 23 iyun 2014-cü il tarixli “çoxmərtəbəli yaşayış binasının tikintisi haqqında” müqaviləsini şəxsən imzalayıb müəssisənin möhürünü birbaşa olaraq şəxsən sənədə vurub möhürləməklə təsdiq edərək Zərərçəkmiş şəxs1 təqdim etməklə vəzifə saxtakarlığı edib, mənzilə görə ilkin ödəniş olaraq sonuncuya məxsus ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 175,7 m2 olan fərdi yaşayış evinin dəyərini öz aralarında 105.000 (bir yüz beş min) manat məbləğinə razılığa gələrək 7 yanvar 2015-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat kontorunda alqı-satqısını həyata keçirməklə həmin evin özünün tanışı olan Şahid1 adına rəsmiləşdirilməsinə nail olaraq, həmçinin, eyni niyyətlə, sonradan 2015-ci ilin iyun ayında ünvan 6 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs1 yenidən sonuncunun oğlu Şahid3 vasitəsilə 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini alaraq şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 125.000 (bir yüz iyirmi beş min) manat məbləğində əmlakını - pul vəsaitini ələ keçirib ona vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, 2017-ci ilin iyun ayında tanışı – Litva Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən sosial evlər layihəsinin həyata keçirilməsində iştirak edərək tikinti layihələrinə investisiya yatırmaqla külli miqdarda gəlir əldə edəcəklərini yalandan bildirib, həmin işə sərmayə qoymağa Zərərçəkmiş şəxs2 razı saldıqdan sonra, özünün həmin Agentliyin rəhbər vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olmasını və həmin münasibətlərindən istifadə edərək müsabiqə komissiyasının iclasında qalib gələrək binaların tikintisini həyata keçirməklə gəlir əldə edəcəklərini aldatmaqla vəd edib, həmin məsələnin müsbət həll edilməsi üçün qeyd edilən Agentliyin rəhbər vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onların xeyrinə edəcəyi hərəkətə, yəni həmin Agentliyin tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 iyun 2017-ci il tarixində keçiriləcək müsabiqə komissiyasının iclasında qalib gələrək Bakı şəhəri, Yasamal rayonu, X164 yolu 8 ünvanında yerləşən X70 27, 28 və 29 saylı binaların tikintisinə cəlb edilmələrinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 50.000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2 iyun 2017ci il tarixdə Bakı şəhəri, K.Səfərəliyeva küçəsində yerləşən “Holiday İnn” otelində görüşləri zamanı Zərərçəkmiş şəxs2 bildirib, sonuncunun özünə olan inam və etibarından istifadə etməklə onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə, sonuncudan 4 iyun 2017-ci il tarixdə Bakı şəhəri, K.Səfərəliyeva küçəsində yerləşən “Holiday İnn” otelində 50.000 (əlli min) ABŞ dolları - həmin dövrün rəsmi məzənnəsi ilə 85.105 (səksən beş min bir yüz beş) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf edərək, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 85.105 (səksən beş min bir yüz beş) manat məbləğində pul vəsaitini ələ keçirib ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs3 təsisçisi və faktiki rəhbəri olmaqla, təkrarən, qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2017-ci ilin iyun ayında tanışı – Litva Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən sosial evlər layihəsinin həyata keçirilməsində iştirak edərək Cəmiyyətin Bakı şəhəri, Yasamal rayonu, X164 yolu 8 ünvanında yerləşən X70 inşasına başlanan 27, 28 və 29 saylı binaların tikinti layihələrinə investisiya yatırmaqla gəlir əldə edəcəklərini yalandan bildirib, həmin işə sərmayə qoymağa Zərərçəkmiş şəxs2 razı salıb inandırmaq məqsədilə 50 faiz payla Zərərçəkmiş şəxs3 MMC-yə onun şərik olmasına nail olduqdan sonra, həmin niyyətlə, investisiya qoyuluşu adı ilə xx.xx.2017-ci il tarixdə Zərərçəkmiş şəxs2 sonuncunun özü və tanışları Nümayəndə1 vasitəsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi, 889-cu məhəlldə yerləşən "xxxx" ASC-nin “Gənclik” filialının qarşısında 250.000 (iki yüz əlli min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 425.200 (dörd yüz iyirmi beş min iki yüz) manat, xx.xx.2017-ci il tarixdə həmin ünvanda 100.000 (bir yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 170.030 (bir yüz yetmiş min otuz) manat, xx.xx.2017-ci il tarixdə həmin ünvanda 200.000 (iki yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 340.040 (üç yüz qırx min qırx) manat, xx.xx.2017-ci il tarixdə həmin ünvanda 200.000 (iki yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 340.020 (üç yüz qırx min iyirmi) manat, xx.xx.2017-ci il tarixdə həmin ünvanda 250.000 (iki yüz əlli min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 425.000 (dörd yüz iyirmi beş min) manat, xx.xx.2017-ci il tarixdə həmin ünvanda 100.000 (bir yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 170.010 (bir yüz yetmiş min on) manat, xx.xx.2017-ci il tarixdə həmin ünvanda 200.000 (iki yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 340.020 (üç yüz qırx min iyirmi) manat, xx.xx.2018-ci il tarixdə həmin ünvanda 200.000 (iki yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 340.020 (üç yüz qırx min iyirmi) manat, xx.xx.2018-ci il tarixdə həmin ünvanda 200.000 (iki yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 340.020 (üç yüz qırx min iyirmi) manat, 2018-ci ilin fevral ayından 15 may 2018-ci il tarixədək Bakı şəhəri ərazisində bir neçə dəfəyə 320.745 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 545.298,57 manat (beş yüz qırx beş min iki yüz doxsan səkkiz manat əlli yeddi qəpik) olmaqla, ümumilikdə həmin şəxsə məxsus cəmi 2.020.745 (iki milyon iyirmi min yeddi yüz qırx beş) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 3.435.658 (üç milyon dörd yüz otuz beş min altı yüz əlli səkkiz) manat 57 qəpik məbləğində pul vəsaitini vahid niyyətlə alıb həmin pul vəsaitini Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Yasamal rayonu, X164 yolu 8 ünvanında yerləşən X70 inşa edilən yaşayış binalarına yönəltməyərək öz şəxsi ehtiyaclarına sərf edib, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 3.435.658 (üç milyon dörd yüz otuz beş min altı yüz əlli səkkiz) manat 57 qəpik məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək sonuncuya xüsusilə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs3 təsisçisi və faktiki rəhbəri olmaqla həmin Cəmiyyətin direktoru Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib, rəhbəri olduğu Cəmiyyətlə Azərbaycan Respublikasının Mənzil X87 tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 30 iyun 2017-ci il tarixli «İnvestisiya sahəsində birgə sahibkarlıq fəaliyyəti haqqında» 01 nömrəli müqaviləyə əsasən 18 ay müddətinə 27 saylı binanı Azərbaycan Respublikasının Mənzil X87 sərəncamına təqdim etməyi, Zərərçəkmiş şəxs3 MMC-nin təsisçilərinin Ümumi Yığıncağının 3 saylı protokolundan Çıxarışa əsasən Cəmiyyətin direktoru - əlbir olduğu Təqsirləndirilən şəxs2 tərəfindən 28 və 29 saylı binalarda mənzillərin və qeyri-yaşayış sahələrinin satışının «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında notarial qaydada alqı-satqı edilməklə həyata keçirilməli olması nəzərdə tutulduğu halda, habelə, mənzillərlə bağlı ödənişlərin Cəmiyyətin "xxxx" ASC-də olan AZ46NABZ******************** nömrəli müxbir hesabına mədaxil edilməklə həyata keçirilməsinin müəyyən edilməsinə baxmayaraq, yaşayış sahəsi almaq üçün cəmiyyətin ünvan 6 ünvanında müraciət etmiş şəxslərdən Təqsirləndirilən şəxs2 tərəfindən cəmiyyətin adından binanın tamamlanmayan hissəsinin layihə-smeta sənədlərinə uyğun olaraq tikilib başa çatdırılması, binanın montajı, liftin montajı, metal konstruksiyalı giriş qapısı, plastik pəncələr, döşəmə, divar və tavanın təmiri, xarici və daxili su, qaz, kanalizasiya, elektrik xətlərinin çəkilməsi, istilik sistemi (radiatorların), mətbəx mebeli, vanna otağı və mətbəx üçün avadanlıqların quraşdırılması və ərazinin abadlaşdırılması həyata keçirildikdən sonra 2019-cu ilin dekabr ayınadək mənzili alıcıya təhvil vermək öhdəliyi götürülməklə, mənzillərin dəyərinə uyğun qiymət razılaşdırılması aparıldıqdan sonra sair şəxsi niyyətlə - «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinin tələblərinə əsasən ƏDV ödəyicisi olan hüquqi şəxslərə münasibətdə bank nağdlaşdırılmasına tətbiq edilən aylıq 30000 manat limitlə əlaqədar tikinti prosesi ilə bağlı müvafiq qaydada təşkil edə bilmədikləri fəaliyyətlərində yarana biləcək məhdudiyyətlərdən yayınmaq üçün Təqsirləndirilən şəxs2la rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı edərək, mənzil satışlarına dair alqı-satqı müqavilələri əsasında bir sıra alıcılardan notarial qaydada sənədləşmə aparılmayıb satışa görə alınan pul məbləğini bütünlüklə, habelə, bir sıra alıcılara münasibətdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsində razılaşdırılmış qiymətdən fərqli qiymət qeyd etmiş, Təqsirləndirilən şəxs2 vasitəsilə müxtəlif məbləğlərdə, o cümlədən Şahid5 17 may 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 61 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 78.790 (yetmiş səkkiz min yeddi yüz doxsan) manata razılaşıb, ondan 15.000 (on beş min) manat, Şahid4 5 iyun 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 5-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2 olan 54 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 48.288 (qırx səkkiz min iki yüz səksən səkkiz) manata razılaşıb,ondan 31.000 (otuz bir min) manat, Şahid6 14 iyun 2018-ci il tarixdə 28 saylı binadan 1-ci giriş, 3-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 58,86 m2 olan 12 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 74.457 (yetmiş dörd min dörd yüz əlli yeddi) manata razılaşıb, ondan 43.457 (qırx üç min dörd yüz əlli yeddi) manat, Şahid7 20 iyul 2018-ci il tarixdə 28 saylı binadan 1-ci giriş, 2-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 7 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 66.164 (altmış altı min bir yüz altmış dörd) manata razılaşıb, ondan 22.500 (iyirmi iki min beş yüz) manat, Şahid8 1 avqust 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 3-cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 45 №-li mənzilin oğlu X101 adına rəsmiləşdirməklə satılması ilə əlaqədar onunla mənzili 87.614 (səksən yeddi min altı yüz on dörd) manata razılaşıb, ondan 48.914,48 (qırx səkkiz min doqquz yüz on dörd manat qırx səkkiz qəpik) manat, Şahid10 7 avqust 2018-ci il tarixdə 28 saylı binadan 1-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 19 №-li mənzilin satılması ilə əlaqədar ondan 62.475 (altmış iki min dörd yüz yetmiş beş) manat, Şahid11 20 avqust 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2 olan 50 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 50.903 (əlli min doqquz yüz üç) manata razılaşaraq, ondan 26.000 (iyirmi altı min) manat, Şahid12 20 avqust 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 63 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 75.120 (yetmiş beş min bir yüz iyirmi) manata razılaşıb, ondan 25.620 (iyirmi beş min altı yüz iyirmi) manat, Şahid13 28 avqust 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 6-cı mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2olan 58 №-li mənzilin qohumu X31 adına rəsmiləşdirilməklə satılması ilə əlaqədar onunla mənzili 40.964 (qırx min doqquz yüz altmış dörd) manata razılaşıb, həmin pul vəsaitinin 25.724 (iyirmi beş min yeddi yüz iyirmi dörd) manatını 30 avqust 2018-ci il tarixdə «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan 15.240 (on beş min iki yüz qırx) manat, Şahid15 31 avqust 2018-ci il tarixdə 28 saylı binadan 1-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 15 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 75267,5 manat (yetmiş beş min iki yüz altmış yeddi manat əlli qəpik) məbləğinə razılaşıb, ondan 42.267,5 (qırx iki min iki yüz altmış yeddi manat əlli qəpik) manat, Şahid16 2 sentyabr 2018-ci il tarixdə 28 saylı binadan 1-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 27 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 75.267,50 (yetmiş beş min iki yüz altmış yeddi manat əlli qəpik) manata razılaşıb, ondan 48.880 (qırx səkkiz min səkkiz yüz səksən) manat, Şahid17 14 sentyabr 2018-ci il tarixdə 29 saylı binadan 1-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 66,52 m2 olan 25 №-li mənzilin satılması ilə əlaqədar 99.314 (doxsan doqquz min üç yüz on dörd) manat, X57 24 sentyabr 2018-ci il tarixdə 28 saylı binadan 1ci giriş 2-ci mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 5 saylı mənzili 75.120 (yetmiş beş min bir yüz iyirmi) manat, Şahid20 29 sentyabr 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 49 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 99.669,35 (doxsan doqquz min altı yüz altmış doqquz manat otuz beş qəpik) manata razılaşıb, ondan 40.136,35 qəpik (qırx min bir yüz otuz altı manat otuz beş qəpik) manat, Şahid21 10 oktyabr 2018-ci il tarixdə 28 saylı binadan 1-ci giriş, 6-cı mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 23 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 75.267 (yetmiş beş min iki yüz altmış yeddi) manata razılaşıb, ondan 46.267 (qırx altı min iki yüz altmış yeddi) manat, Şahid22 15 oktyabr 2018-ci il tarixdə 28 saylı binadan 1-ci giriş, 8-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 30 №-li mənzilin nəvəsi X73 adına rəsmiləşdirməklə satılması ilə əlaqədar onunla mənzili 79.189 (yetmiş doqquz min yüz səksən doqquz) manata razılaşıb, ondan 41.436 (qırx bir min dörd yüz otuz altı) manat, Şahid23 17 oktyabr 2018-ci il tarixdə 28 saylı binadan 1-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 25 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 65.000 (altmış beş min) manata razılaşıb, həmin pul vəsaitinin 30.000 (otuz min) manatını 18 oktyabr 2018-ci il tarixdə «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan 35.000 (otuz beş min) manat, Şahid24 18 oktyabr 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 1-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2 olan 38 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 46.276 (qırx altı min iki yüz yetmiş altı) manata razılaşıb, həmin pul vəsaitinin 25.000 (iyirmi beş min) manatını 18 oktyabr 2018-ci il tarixdə «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan 21.276 (iyirmi bir min iki yüz yetmiş altı) manat, Şahid14 31 oktyabr 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 55 №-li mənzilin atası X40 adına rəsmiləşdirməklə satılması ilə əlaqədar satılması ilə əlaqədar onunla mənzili 64.500 (altmış dörd min beş yüz) manata razılaşıb, həmin pul vəsaitinin 30.000 (otuz min) manatını 2 noyabr 2018-ci il tarixdə «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan 34.500 (otuz dörd min beş yüz) manat, Şahid25 3 dekabr 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 1-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 37 №-li mənzilin dostu X41 adına rəsmiləşdirməklə satılması ilə əlaqədar onunla mənzili 83.000 (səksən üç min) manata razılaşıb, həmin pul vəsaitinin 40.000 (qırx min) manatını 5 dekabr 2018-ci il «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan 43.000 (qırx üç min) manat, Şahid27 5 oktyabr 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 6-cı mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 59 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 62.000 (almış iki min) manata razılaşıb, həmin pul vəsaitinin 30.000 (otuz min) manatını 9 oktyabr 2018-ci il tarixdə «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan məbləğin 32.000 (otuz iki min) manat, Şahid29 14 dekabr 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 1-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 39 №-li mənzilin X74 adına rəsmləşdirməklə satılması ilə əlaqədar onunla mənzili 79.189 (yetmiş doqquz min yüz səksən doqquz) manata razılaşıb, həmin pul vəsaitinin 30.000 (otuz min) manatını 21 dekabr 2018-ci il tarixdə «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan 49.189 (qırx doqquz min bir yüz səksən doqquz) manat, Sultan-zadə X175 10 dekabr 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 3-cü mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 47 №-li mənzilin satılması ilə əlaqədar ondan 30.000 (otuz min) manat, Şahid32 29 dekabr 2018ci il tarxdə 28 saylı binadan 1-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 18 №-li mənzilin satılması ilə əlaqədar 55.000 (əlli beş min) manat, Şahid34 9 yanvar 2019cu il tarixdə 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2 olan 62 №-li mənzilin satılması ilə əlaqədar 50.903 (əlli min doqquz yüz üç) manat, Şahid35 5 fevral 2019-cu il tarixdə 29 saylı binadan 1-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 66,44 m2 olan 16 №-li mənzilin satılması ilə əlaqədar 65.000 (altmış beş min) manat, Şahid36 11 fevral 2020-ci il tarixdə 29 saylı binadan 1-ci giriş, 1-ci mərtəbə, 3 otaqlı ümumi sahəsi 80,2 m2 olan 4 №-li mənzilin satılması ilə əlaqədar 45.000 (qırx beş min) manat, Şahid40 7 mart 2019-ci il tarxdə 28 saylı binadan 1-ci giriş 3-cü mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 10 №-li mənzilin satılması ilə əlaqədar 75.120 (yetmiş beş min bir yüz iyirmi) manat, Şahid43 1 aprel 2019-cu il tarixdə 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 52 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 70.000 (yetmiş min) manata razılaşıb, həmin pul vəsaitinin 30.000 (otuz min) manatını 2 aprel 2019-cu il tarixdə «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan 40.000 (qırx min) manat, Şahid38 Cəmaləddin oğluna 10 iyun 2019-cu il tarixdə 28 saylı binadan, 2-ci giriş, 9-cu mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 69 №-li mənzilin satılması ilə əlaqədar ondan 99.669,35 (doxsan doqquz min altı yüz altmış doqquz manat otuz beş qəpik) manat, Şahid41 14 iyun 2019-cu il tarixdə 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 51 №-li mənzilin anası X12 adına rəsmiləşdirməklə satılması ilə əlaqədar onunla mənzili 65.500 (altmış beş min beş yüz) manata razılaşıb, həmin pul vəsaitinin 30.000 (otuz min) manatını 15 iyun 2019-cu il tarixdə «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan 35.500 (otuz beş min) manat, X58 06 avqust 2019-cu il tarixdə 28 saylı binadan 1-ci giriş 3-cü mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 9 №-li mənzilin satılması ilə əlaqədar 75.120 (yetmiş beş min bir yüz iyirmi) manat, Şahid42 6 avqust 2019-cu il tarixdə 28 saylı binadan 2-ci giriş, 8-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 67 №-li mənzilin satılması ilə əlaqədar onunla 66.500 (altmış altı min beş yüz) manata razılaşıb, həmin pul vəsaitinin 30.000 (otuz min) manatını 07 avqust 2019-cu il tarixdə «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan 36.500 (otuz altı min beş yüz) manat, Şahid45 9 dekabr 2019-cu il tarixdə 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 64 №-li mənzilin satılması ilə əlaqədar onunla 93.000 (doxsan üç min) manata razılaşıb, həmin pul vəsaitinin 30.000 (otuz min) manatını 9 dekabr 2019cu il tarixdə «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan 63.000 (altmış üç min) manat olmaqla, ümumilikdə qeyd edilən qaydada 34 nəfər şəxsə 34 mənzilin satışına görə həmin şəxslər tərəfindən ödənilmiş cəmi 1.900.128,68 manat (bir milyon doqquz yüz min bir yüz iyirmi səkkiz manat altmış səkkiz qəpik) məbləğində pul vəsaitinin 330.724 (üç yüz otuz min yeddi yüz iyirmi dörd) manatını cəmiyyətin qeyd edilən müxbir hesabına mədaxil etmiş, qalan cəmi 1.569.404,68 (bir milyon beş yüz altmış doqquz min dörd yüz dörd manat altmış səkkiz) manatı həmin rəsmi hesaba mədaxil etməyib podratçılar və tikintiyə cəlb edilmiş digər şəxslərlə nağd hesablaşmaların aparılmasına, nağd pulla mal-material alınmasına, əmək haqlarının nağd ödənilməsinə, habelə nağd hesablaşmalarla aparılan cari xərclərin və digər məsrəflərin ödənilməsinə sərf etmişlər. Təqsirləndirilən şəxs2 vəzifəli şəxs kimi rəsmi sənədlərə sair şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Təqsirləndirilən şəxs2 11 aprel 2011-ci il tarixdən 5 mart 2020-ci il tarixədək Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin Kommersiya X189 Qeydiyyat İdarəsi tərəfindən ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış Zərərçəkmiş şəxs3 direktoru vəzifəsində işləyərkən həmin Cəmiyyətin təsisçisi və faktiki rəhbəri Təqsirləndirilən şəxs1 Bəkir oğlu ilə cinayət əlaqəyə girib, rəhbəri olduğu Cəmiyyətlə Azərbaycan Respublikasının Mənzil X87 tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 30 iyun 2017-ci il tarixli «İnvestisiya sahəsində birgə sahibkarlıq fəaliyyəti haqqında» 01 nömrəli müqaviləyə əsasən 18 ay müddətinə 27 saylı binanı Azərbaycan Respublikasının Mənzil X87 sərəncamına təqdim etməyi, Zərərçəkmiş şəxs3 MMC-nin təsisçilərinin Ümumi Yığıncağının 3 saylı protokolundan Çıxarışa əsasən 28 və 29 saylı binalarda mənzillərin və qeyri-yaşayış sahələrinin satışının «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında notarial qaydada alqı-satqı edilməklə həyata keçirilməli olması nəzərdə tutulduğu halda, habelə, mənzillərlə bağlı ödənişlərin Cəmiyyətin "xxxx" ASC-də olan AZ46NABZ******************** nömrəli müxbir hesabına mədaxil edilməklə həyata keçirilməsinin müəyyən edilməsinə baxmayaraq, yaşayış sahəsi almaq üçün cəmiyyətin ünvan 6 ünvanında müraciət etmiş şəxslərdən cəmiyyətin adından binanın tamamlanmayan hissəsinin layihə-smeta sənədlərinə uyğun olaraq tikilib başa çatdırılması, binanın montajı, liftin montajı, metal konstruksiyalı giriş qapısı, plastik pəncələr, döşəmə, divar və tavanın təmiri, xarici və daxili su, qaz, kanalizasiya, elektrik xətlərinin çəkilməsi, istilik sistemi (radiatorların), mətbəx mebeli, vanna otağı və mətbəx üçün avadanlıqların quraşdırılması və ərazinin abadlaşdırılması həyata keçirildikdən sonra 2019-cu ilin dekabr ayınadək mənzili alıcıya təhvil vermək öhdəliyi götürülməklə, sair şəxsi niyyətlə - «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinin tələblərinə əsasən ƏDV ödəyicisi olan hüquqi şəxslərə münasibətdə bank nağdlaşdırılmasına tətbiq edilən aylıq 30000 manat limitlə əlaqədarı tikinti prosesi ilə bağlı müvafiq qaydada təşkil edə bilmədikləri fəaliyyətlərində yarana biləcək məhdudiyyətlərdən yayınmaq üçün rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı edərək, mənzil satışlarına dair alqı-satqı müqavilələri əsasında bir sıra alıcılardan notarial qaydada sənədləşmə aparılmayıb satışa görə alınan pul məbləğini bütünlüklə, habelə, bir sıra alıcılara münasibətdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsində razılaşdırılmış qiymətdən fərqli qiymət qeyd etmiş, o cümlədən Şahid5 17 may 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 61 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 78.790 (yetmiş səkkiz min yeddi yüz doxsan) manata razılaşıb, ondan 15.000 (on beş min) manat, Şahid4 5 iyun 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 5-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2 olan 54 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 48.288 (qırx səkkiz min iki yüz səksən səkkiz) manata razılaşıb, ondan 31.000 (otuz bir min) manat, Şahid6 14 iyun 2018-ci il tarixdə 28 saylı binadan 1-ci giriş, 3-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 58,86 m2 olan 12 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 74.457 (yetmiş dörd min dörd yüz əlli yeddi) manata razılaşıb, ondan 43.457 (qırx üç min dörd yüz əlli yeddi) manat, Şahid7 20 iyul 2018-ci il tarixdə 28 saylı binadan 1-ci giriş, 2-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 7 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 66.164 (altmış altı min bir yüz altmış dörd) manata razılaşıb, ondan 22.500 (iyirmi iki min beş yüz) manat, Şahid8 1 avqust 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 3-cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 45 №-li mənzilin oğlu X101 adına rəsmiləşdirməklə satılması ilə əlaqədar onunla mənzili 87.614 (səksən yeddi min altı yüz on dörd) manata razılaşıb, ondan 48.914,48 (qırx səkkiz min doqquz yüz on dörd manat qırx səkkiz qəpik) manat, Şahid10 7 avqust 2018-ci il tarixdə 28 saylı binadan 1-ci giriş, 5ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 19 №-li mənzilin satılması ilə əlaqədar ondan 62.475 (altmış iki min dörd yüz yetmiş beş) manat, Şahid11 20 avqust 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2 olan 50 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 50.903 (əlli min doqquz yüz üç) manata razılaşaraq, ondan 26.000 (iyirmi altı min) manat, Şahid12 20 avqust 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 63 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 75.120 (yetmiş beş min bir yüz iyirmi) manata razılaşıb, ondan 25.620 (iyirmi beş min altı yüz iyirmi) manat, Şahid13 28 avqust 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 6-cı mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2olan 58 №-li mənzilin qohumu X31 adına rəsmiləşdirilməklə satılması ilə əlaqədar onunla mənzili 40.964 (qırx min doqquz yüz altmış dörd) manata razılaşıb, həmin pul vəsaitinin 25.724 (iyirmi beş min yeddi yüz iyirmi dörd) manatını 30 avqust 2018-ci il tarixdə «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan 15.240 (on beş min iki yüz qırx) manat, Şahid15 31 avqust 2018-ci il tarixdə 28 saylı binadan 1-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 15 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 75267,5 manat (yetmiş beş min iki yüz altmış yeddi manat əlli qəpik) məbləğinə razılaşıb, ondan 42.267,5 (qırx iki min iki yüz altmış yeddi manat əlli qəpik) manat, Şahid16 2 sentyabr 2018-ci il tarixdə 28 saylı binadan 1-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 27 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 75.267,50 (yetmiş beş min iki yüz altmış yeddi manat əlli qəpik) manata razılaşıb, ondan 48.880 (qırx səkkiz min səkkiz yüz səksən) manat, Şahid17 14 sentyabr 2018-ci il tarixdə 29 saylı binadan 1-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 66,52 m2 olan 25 №-li mənzilin satılması ilə əlaqədar 99.314 (doxsan doqquz min üç yüz on dörd) manat, X57 24 sentyabr 2018-ci il tarixdə 28 saylı binadan 1-ci giriş 2-ci mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 5 saylı mənzili 75.120 (yetmiş beş min bir yüz iyirmi) manat, Şahid20 29 sentyabr 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 49 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 99.669,35 (doxsan doqquz min altı yüz altmış doqquz manat otuz beş qəpik) manata razılaşıb, ondan 40.136,35 qəpik (qırx min bir yüz otuz altı manat otuz beş qəpik) manat, Şahid21 10 oktyabr 2018-ci il tarixdə 28 saylı binadan 1-ci giriş, 6-cı mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 23 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 75.267 (yetmiş beş min iki yüz altmış yeddi) manata razılaşıb, ondan 46.267 (qırx altı min iki yüz altmış yeddi) manat, Şahid22 15 oktyabr 2018-ci il tarixdə 28 saylı binadan 1-ci giriş, 8-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 30 №-li mənzilin nəvəsi X73 adına rəsmiləşdirməklə satılması ilə əlaqədar onunla mənzili 79.189 (yetmiş doqquz min yüz səksən doqquz) manata razılaşıb, ondan 41.436 (qırx bir min dörd yüz otuz altı) manat, Şahid23 17 oktyabr 2018-ci il tarixdə 28 saylı binadan 1-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 25 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 65.000 (altmış beş min) manata razılaşıb, həmin pul vəsaitinin 30.000 (otuz min) manatını 18 oktyabr 2018-ci il tarixdə «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan 35.000 (otuz beş min) manat, Şahid24 18 oktyabr 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 1-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2 olan 38 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 46.276 (qırx altı min iki yüz yetmiş altı) manata razılaşıb, həmin pul vəsaitinin 25.000 (iyirmi beş min) manatını 18 oktyabr 2018-ci il tarixdə «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan 21.276 (iyirmi bir min iki yüz yetmiş altı) manat, Şahid14 31 oktyabr 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 55 №-li mənzilin atası X40 adına rəsmiləşdirməklə satılması ilə əlaqədar satılması ilə əlaqədar onunla mənzili 64.500 (altmış dörd min beş yüz) manata razılaşıb, həmin pul vəsaitinin 30.000 (otuz min) manatını 2 noyabr 2018-ci il tarixdə «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan 34.500 (otuz dörd min beş yüz) manat, Şahid25 3 dekabr 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 1-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 37 №-li mənzilin dostu X41 adına rəsmiləşdirməklə satılması ilə əlaqədar onunla mənzili 83.000 (səksən üç min) manata razılaşıb, həmin pul vəsaitinin 40.000 (qırx min) manatını 5 dekabr 2018-ci il «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan 43.000 (qırx üç min) manat, Şahid27 5 oktyabr 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 6-cı mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 59 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 62.000 (almış iki min) manata razılaşıb, həmin pul vəsaitinin 30.000 (otuz min) manatını 9 oktyabr 2018-ci il tarixdə «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan məbləğin 32.000 (otuz iki min) manat, Şahid29 14 dekabr 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 1-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 39 №-li mənzilin X74 adına rəsmləşdirməklə satılması ilə əlaqədar onunla mənzili 79.189 (yetmiş doqquz min yüz səksən doqquz) manata razılaşıb, həmin pul vəsaitinin 30.000 (otuz min) manatını 21 dekabr 2018-ci il tarixdə «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan 49.189 (qırx doqquz min bir yüz səksən doqquz) manat, Sultan-zadə X175 10 dekabr 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 3-cü mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 47 №-li mənzilin satılması ilə əlaqədar ondan 30.000 (otuz min) manat, Şahid32 29 dekabr 2018ci il tarxdə 28 saylı binadan 1-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 18 №-li mənzilin satılması ilə əlaqədar 55.000 (əlli beş min) manat, Şahid34 9 yanvar 2019cu il tarixdə 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2 olan 62 №-li mənzilin satılması ilə əlaqədar 50.903 (əlli min doqquz yüz üç) manat, Şahid35 5 fevral 2019-cu il tarixdə 29 saylı binadan 1-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 66,44 m2 olan 16 №-li mənzilin satılması ilə əlaqədar 65.000 (altmış beş min) manat, Şahid36 11 fevral 2020-ci il tarixdə 29 saylı binadan 1-ci giriş, 1-ci mərtəbə, 3 otaqlı ümumi sahəsi 80,2 m2 olan 4 №-li mənzilin satılması ilə əlaqədar 45.000 (qırx beş min) manat, Şahid40 7 mart 2019-ci il tarxdə 28 saylı binadan 1-ci giriş 3-cü mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 10 №-li mənzilin satılması ilə əlaqədar 75.120 (yetmiş beş min bir yüz iyirmi) manat, Şahid43 1 aprel 2019-cu il tarixdə 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 52 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 70.000 (yetmiş min) manata razılaşıb, həmin pul vəsaitinin 30.000 (otuz min) manatını 2 aprel 2019-cu il tarixdə «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan 40.000 (qırx min) manat, Şahid38 Cəmaləddin oğluna 10 iyun 2019-cu il tarixdə 28 saylı binadan, 2-ci giriş, 9-cu mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 69 №-li mənzilin satılması ilə əlaqədar ondan 99.669,35 (doxsan doqquz min altı yüz altmış doqquz manat otuz beş qəpik) manat, Şahid41 14 iyun 2019-cu il tarixdə 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 51 №-li mənzilin anası X12 adına rəsmiləşdirməklə satılması ilə əlaqədar onunla mənzili 65.500 (altmış beş min beş yüz) manata razılaşıb, həmin pul vəsaitinin 30.000 (otuz min) manatını 15 iyun 2019-cu il tarixdə «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan 35.500 (otuz beş min) manat, X58 06 avqust 2019-cu il tarixdə 28 saylı binadan 1-ci giriş 3-cü mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 9 №-li mənzilin satılması ilə əlaqədar 75.120 (yetmiş beş min bir yüz iyirmi) manat, Şahid42 6 avqust 2019-cu il tarixdə 28 saylı binadan 2-ci giriş, 8-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 67 №-li mənzilin satılması ilə əlaqədar onunla 66.500 (altmış altı min beş yüz) manata razılaşıb, həmin pul vəsaitinin 30.000 (otuz min) manatını 07 avqust 2019-cu il tarixdə «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan 36.500 (otuz altı min beş yüz) manat, Şahid45 9 dekabr 2019-cu il tarixdə 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 64 №-li mənzilin satılması ilə əlaqədar onunla 93.000 (doxsan üç min) manata razılaşıb, həmin pul vəsaitinin 30.000 (otuz min) manatını 9 dekabr 2019cu il tarixdə «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan 63.000 (altmış üç min) manat olmaqla, ümumilikdə qeyd edilən qaydada 34 nəfər şəxsə 34 mənzilin satışına görə həmin şəxslər tərəfindən ödənilmiş cəmi 1.900.128,68 manat (bir milyon doqquz yüz min bir yüz iyirmi səkkiz manat alimış səkkiz qəpik) məbləğində pul vəsaitinin 330.724 (üç yüz otuz min yeddi yüz iyirmi dörd) manatını cəmiyyətin qeyd edilən müxbir hesabına mədaxil etmiş, qalan cəmi 1.569.404,68 (bir milyon beş yüz altmış doqquz min dörd yüz dörd manat altmış səkkiz) manat məbləğində pul vəsaitini həmin rəsmi hesaba mədaxil etməyib podratçılar və tikintiyə cəlb edilmiş digər şəxslərlə nağd hesablaşmaların aparılmasına, nağd pulla mal-material alınmasına, əmək haqlarının nağd ödənilməsinə, habelə nağd hesablaşmalarla aparılan cari xərclərin və digər məsrəflərin ödənilməsinə sərf etmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittihamlar üzrə qismən, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilərək göstərdi ki, 1984-cü ildən 2006-cı ilədək X122 ilə ailəli həyatı qurmuş, həmin nikahdan Səbinə və Solmaz adlı iki övladı vardır. Səbinə və Solmaz, habelə Snvinc özləri müstəqil ailələr kimi ayrılqda yaşayırlar. İkinci dəfə 2006-cı ildə X165 ilə ailə həyatı qurmuş, həmin nikahdan Teymur və Ləman adlı iki övladı vardır. Zərərçəkmiş şəxs3 2011-ci ildə təsis etmiş, həmin vaxtdan şirkətin direktoru Təqsirləndirilən şəxs2 təyin etmişdir. Cəmiyyətin 2017-ci ilə qədər fəaliyyəti olmamışdır. 2015-ci ildə tanışı Fikrət Xəlilov vasitəsi ilə Litva Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs2la tanış olmuş, bir müddət münasibət saxladıqdan sonra 2017-ci ilin əvvəllərində sonuncu onunla görüşərək Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən keçiriləcək sosial evlər layihəsində iştirak etmək, biznes qurmaq, yatırım etmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs2la razılaşaraq birgə bu layihədə iştirak etmək qərarına gəlmişdir. Razılaşmaya görə Zərərçəkmiş şəxs2 3.000.000 manat məbləğində investisiya kimi tikinti layihəsinə yatırmalı olmuşdur. MİDA-nın sosial evlər layihəsi üzrə keçirəcəyi tenderdə iştirak etmək üçün bu məbləğdə pulun hesabda olması tələb olunduğundan həmin ekvivalentdə olan 1.780.000 ABŞ dolları məbləğində pulu Zərərçəkmiş şəxs2 "xxxx" ASCnin «Gənclik» filialında özünün və cəmiyyətin direktoru Nümayəndə1 adına açılmış hesablara qoymuşdur. Daha sonra MİDA-nın tələblərinə görə investisiya proqramının tenderində iştirak etmək üçün hesabda kifayət qədər pulun olması barədə MİDA-nın rəhbərliyinə məlumat verdikdən sonra onlar özləri bankdan həmin məlumatı yoxlamış və məlumat təsdiq olunduğundan 2017-ci ilin avqust ayında MİDA tərəfindən keçirilmiş tenderdə Zərərçəkmiş şəxs3 MMC şirkəti tam qanuni əsaslarla, heç bir subyektivliyə yol verilmədən qalib gəlmiş və 2017-ci ilin iyun ayının 30-u tarixində şirkətlə MİDA-nın tabeliyində olan "xxxx" MMC arasında “investisiya sahəsində birgə sahibkarlıq fəaliyyəti haqqında” müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə 30 dekabr 2018-ci il tarixə qədər Zərərçəkmiş şəxs3 şirkəti Bakı şəhəri, Yasamal rayonu, Bakı dairəvi yolu 8 ünvanında 27, 28 və 29 nömrəli binaların tikintisini yekunlaşdırmalı olmuşdur. Bundan başqa "xxxx" MMC 3 binanın inşası üçün tələb olunan 0,17 ha zəruri torpaq sahəsini və xarici mühəndis kommunikasiya təminatı sistemi ilə Zərərçəkmiş şəxs3 şirkətini təmin etməli, rəhbəri olduğu cəmiyyət isə inşa etdiyi 3 binadan 12 mərtəbəli, 27 nömrəli binanı tam təmir olunmuş, həmçinin layihə üzrə mətbəx mebeli ilə təhciz edilmiş vəziyyətdə "xxxx" MMC-yə təhvil verəcəyini öhdəsinə götürmüşdür. Həmin şərtlərə görə 27 nömrəli binanın satışını MİDA, 28 və 29 nömrəli binaların satışını isə Zərərçəkmiş şəxs3 MMC həyata keçirməli idi. Müqavilə bağlandıqdan sonra şirkət həmin sahədə tikinti işlərini başlamışdır. Binaların tikintisi başlamamışdan öncə binalardakı bütün mənzillərin qabaqcadan qeydiyyatı həyata keçirilmiş və şirkətə ilkin qeydiyyat barədə arayışlar verilmişdir. Zərərçəkmiş şəxs2 investisiya edəcəyi məbləğin birbaşa tikinti xərcələrinə sərf olunması məqsədi ilə qarşılıqlı razılaşmaya əsasən sonuncu "xxxx" ASC-də olan hesabdakı pullarını şirkətin hesabına köçürmədən öz hesabından çıxardaraq nağd şəkildə müvafiq yatırımlar etmişdir. Tikinti prosesində Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikasında olduğu müddətdə öz adına açılmış hesabdan, olmadığı vaxtda isə, tələbi ilə bir və ya iki dəfə Nümayəndə1 öz adından açılmış hesabdan pul çıxardaraq ona vermiş, o da öz növbəsində həmin məbləği nağd şəkildə tikintiyə sərf etmişdir. 2017-ci ilin iyul ayından 2018-ci ilin may ayına kimi ümumilikdə Povilas təxminən 2.060.000 ABŞ dolları məbələğində investisiya kimi onun vasitəsi ilə tikinti işlərinə yatırım etmişdir. 2018-ci ilin may ayına qədər hər üç binanın tikintisi ilə bağlı təxminən 70 faiz işlər görülmüş, lakin 28 və 29 nömrəli binaların mənzillərini almaq istəyən çox az sayda adamlar müraciət etdiyindən Povilasla qarşılıqlı razılaşma əsasında Binəqədi rayonu ərazisində yeni inşa edilmiş, tam hazır vəziyyətdə olan, böyük biznes perspektivli, likvid qiyməti tam real olaraq 5.000.000 manat dəyərində olan sement zavodunu almaq qərarına gəlmişlər. Belə ki, 2018-ci ilin iyun ayında tanışı həmin vaxt həbsdə saxlanılan İsa Məmmədovun özünə məxsus ünvan 13 ünvanında 1.13158 ha torpaq sahəsində 3994.9 m2 ümumi, 2489.4 m2 əsas, 1505.5 m2 olan sement və beton istehsal edən zavodu 5.000.000 manata satdığını öyrənmiş, bununla bağlı İsa Məmmədov həbsdə olduğu üçün sonuncunun xalası oğlu Vidadi Hüseynovla danışmış və zavodun faktiki olaraq İsaya məxsus olsa da Vidadi Hüseynovun təsisçisi olduğu "xxxx" MMC-nin mülkiyyətində olduğunu öyrənmişdir. Həmin vaxt nağd vəsait olmadığı üçün şəriki Zərərçəkmiş şəxs2 bu barədə bildirmiş və sonuncunun razılığı ilə zavoda görə inşa etdikləri binadan mənzil vermək qərarına gəlmişlər. İsa və Vidadi ilə razılaşmaya əsasən 5.000.000 manatın əvəzində kvadratı 1493 manat olmaqla 29-cu binadan 48 ədəd mənzil veriləcəyi nəzərdə tutulmuşdur. Mənzillərin bu qiyməti də o vaxt üçün tam real bazar qiyməti idi və hələ qiymət çox qalxmamışdı. Yəni, kvadratı 1265 manata satılan mənzilin dəyərinin üzərinə ƏDV gəldikdə bu məbləğ – 1493 manat alınırdı. Povilasla birlikdə həmin zavoda bir neçə dəfə gedib baxdıqdan sonra sonuncu razılığını bildirmişdir. 13 iyun 2018-ci il tarixdə Povilasın razılığına əsasən bununla bağlı "xxxx" MMC ilə Zərərçəkmiş şəxs3 MMC arasında rəsmi Barter Müqaviləsi bağlanmış, həmin cəmiyyətlə bağlanmış B01/18 saylı Barter (Dəyişdirmə) Müqaviləsinə əsasən yuxarıda qeyd edilən sement zavodun qarşılığında Bakı şəhəri, Yasamal rayonu, X264 8 ünvanında inşa olunan 29 saylı yaşayış binasından cəmi sahəsi 3348.8 m2 olan, 49 ədəd mənzil İsa Məmmədova verilmişdir. Belə ki, razılaşmaya əsasən, zavodun ümumi qiymətini 5.000.000 manata razılaşaraq, həmin dəyərdə hər kvadratı 1493 manatdan mənzillər dəyərləndirilmişdir. Alqı-satqı edərkən zavod tam işlək vəziyyətdə olmuş, yoxlama zamanı hətta 480 marka sement istehsal olunmuş və zavodun işlək olmasına dair bununla bağlı onunla Vidadi Hüseynov arasında təhvil-təslim aktı bağlanmışdır. Sonradan zavodda aşkar olunan bir sıra qüsurların aradan qaldırılması üçün mənzillərdən biri geri qaytarılmış, bununla da zavoda görə verilən mənzillərin sayı sonda 48 ədəd olmuşdur. Zavoda görə verilən mənzillərin bir çox hissəsi İsa Məmmədovun təqsiriləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxslərə verilmişdir, bir hissəsinin pulları isə İsanın qardaşı Şahin və dostu Məhəmmədə verilmişdir. Amma mənzillərin vətəndaşlara satılması elə Zərərçəkmiş şəxs3 MMC-nin adından adi qaydada alqı-satqı müqavilələri bağlanmaqla aparılmışdır. Həmin müştəriləri zavodun nümayəndələri özləri tapmış, qiymətlərini özləri razılaşmış, Zərərçəkmiş şəxs3 MMC isə yalnız sənədləşməni aparmışdır. Aylıq nağdlaşdırmaya tətbiq edilən 30000 manat limitlə bağlı nağd pula olan ehtiyacları ödəmək üçün mənzillərin alqısatqısı zamanı pulun bir hissəsi bank vasitəsilə ödənilmiş, qalan hissəsi isə müştəri ilə razışmaya əsasən nağd şəkildə ödənilmişdir. Bu prosesdə yol verdikləri yanlışlıqları başa düşür və qəbul edir. Amma nağd şəkildə alınan pullar heç bir halda mənimsənilməmiş, onlar nağd şəkildə podratçılara, başqa iş görənlərə, mal-material alınmasına, əmək haqlarının ödənilməsinə sərf edilmişdir. Həmin pulların dəqiq hesabatı aparılmış, daxili yazışma tərtib olunmuş, daxili məxaric orderləri tərtib edilməklə verilmişdir. Hər manatına qədər pulların hesabatı direktor Təqsirləndirilən şəxs2 tərəfindən aparılmış, təsisçi kimi ona və Povilasa məruzə edilmişdir. Ümumiyyətlə, hesab üzrə aylıq məhdudiyyətə görə bir çox tikinti şirkətləri də bu qaydada fəaliyyət göstərməyə məcburdurlar və hal-hazırda da bu qaydada işləməkdə davam edirlər. Zavodu aldıqdan sonra Povilas qeyd olunan zavodu 80.000 manata aylıq icarəyə verilməsinə icazə verməmiş və icarə haqqı olaraq sahibkardan ayda 105.000 manata razılığını bildirdiyi üçün həmin zavodu icarəyə verə bilməmişlər. Bundan sonra həmin zavodu ilkin olaraq 10.000.000 manata satışa çıxarmışlar, lakin Povilas həmin qiymətdən aşağı satışına razılıq vermədiyi üçün alqı-satqı baş tutmamışdır. Dəfələrlə müxtəlif müştərilər gələrək bu məbləğdən bir qədər aşağı olan məbləğlər təklif etmişlər, amma Povilas hər dəfə imtina etmiş və 10.000.000 manatdan aşağı satmayacağını bildirmişdir. Sonradan qeyd olunan sahədə digər rəqabət aparanlar yaranmış və həmin zavodun dəyəri 10.000.000 manatdan aşağı – 5-6 milyon manata düşəndən sonra Povilas aldanması ilə əlaqədar ondan şikayət etməyə başlamışdır. 2018- 2019-cu illərdə tikinti işlərinin icrasında gecikmələr olmuş, belə ki, mənzilləri heç kəs almadığından, yəni satış az olduğundan tikintini aparmaq üçün vəsait çatışmamazlığı yaranmışdır. Buna görə onun və Povilasın şifahi razılığı ilə tikinti işlərini aparan podratçı şirkətlərin və şəxslərin gördükləri işin əvəzinə sonuncuların təqdim etdiyi şəxslərin adlarına 28 və 29 nömrəli binalardan olan mənzillər ödəniş kimi “Çox mənzilli yaşayış binasının tikintisi haqqında” fərdi müqavilə ilə rəsmiləşdirilsə də, mənzillərin görülən işin müqabilində verilməsi şərti müqavilələrdə göstərilmişdir. Buna baxmayaraq 2019-cu ilin mart ayına kimi bütün binaların tikintisi yekunlaşdırılsa da, təmir işləri bitmədiyindən binalardan mənzil almış şəxslər narazılıq etməyə başlamış, bununla əlaqədar dəfələrlə həm tikinti sahəsində, həm şirkətin ofisində, həm də MİDA-nın inzibati binasında vətəndaşlarla görüşmüş və təmir işlərinin aparılması üçün vəsait olmadığını, kreditlə satışdan daxil olacaq məbləğlər hesabına da olsa tezliklə bu qalıq işlərin yekunlaşdırıb təhvil veriləcəyini bildirmişdir. Nömrələrini xatırlamadığı 28 nömrəli binadan 6 mənzilin ikisini 2018-ci ilin may ayında qohumları X75 və X32 adlarına, ikisinin 2018-ci ilin oktyabr ayında X76 və X123 adlarına, ikisinin isə 2018-ci ilin iyul ayında X20 adına “Çox mənzilli yaşayış binasının tikintisi haqqında” fərdi müqavilə ilə rəsmiləşdirilməsi üçün şirkətin direktoru Təqsirləndirilən şəxs2 xahiş etmiş, sonuncu da onun tapşırığını yerinə yetirərək mənzilləri adları çəkilən şəxslərin adlarına rəsmiləşdirmişdir. Qeyd olunan şəxslərdən mənzillərə görə pul almamış, belə ki, H.Ələkbərova və G.Ələkbərova onun qohumlarıdır, mənzillər onların atası Vaqif Ələkbərova məxsus Bilgəh qəsəbəsində yerləşən bağ evinin müqabilində adlarına rəsmiləşdirilmişdir. Həmin bağla əlaqədar biznes layihəsi həyata keçirmək istəmiş, lakin layihə baş tutmadığından bağda olan evdə xırda söküntü işlərindən başqa heç bir əlavə iş görməmiş, həmin bağ evi onun adına rəsmiləşdirilməmişdir. X76 və X150 2005-ci ildən tanıyır, sonuncuların mənzilləri olmadığı üçün onlara köməklik edəcəyinə söz vermiş və 2017-ci ilin oktyabr ayında 28 nömrəli binadan adlarına mənzil rəsmləşdirilmişdir, həmin mənzillərə görə heç bir məbləğdə pul vəsaiti almamışdır. Bundan başqa, X20 adına formal olaraq hər hansı məbləğdə pul almadan 28 nömrəli binadan 2 mənzil rəsmiləşdirilmişdir. 19 iyul 2020-ci il tarixdə isə Povilasla aralarında narazılıq yarandığı üçün həmin şəxslərlə görüşərək qeyd olunan mənzillərə dair onların imtina ərizələrini almış və mənzilləri şirkətə qaytarmışdır. 2019-cu ilin dekabr ayında Zərərçəkmiş şəxs2 ondan investisiya kimi yatırdığı məbləği tələb etdikdə o, mənzillərin tam satılıb qurtarmadığını və həmin mənzillərin bir qisminin əvəzinə sement zavod alındığını bildirdikdə Povilas ondan yatırdığı investisiyasının sığortası kimi girov tələb etmişdir. Bu zaman razılaşmaya əsasən 6 mənzil girov təminatı kimi Povilasın adına rəsmiləşdirilmiş, həmin vaxt Povilasa qeyd olunan mənzilləri formal olaraq qohumlarının adına rəsmiləşdirməsi barədə heç bir söz deməmişdir. Bu altı mənzilin qiyməti hazırda təxminən yarım milyon manat təşkil edir. Həmçinin binalardakı sahəsi 599,45 kv.metr olan qeyriyaşayış sahələri də Povilasın adına rəsmiləşdirilmişdir. Bu qeyri-yaşayış sahələrinin də dəyəri təxminən bir milyon manatdır. Bundan başqa, Zərərçəkmiş şəxs2 ondan sement zavodun da girovu kimi ona verilməsini tələb etmiş, o da öz növbəsində məcbur olub Povilasın bu tələbi ilə razılaşmış və həmin ərəfələrdə aralarında bağlanmış müqavilədə 6 mənzili, qeyri-yaşayış sahələri və sement zavodunu Povilasa investisiya etdiyi məbləğin girovu kimi vermişdir. 6 mənzilin və qeyri-yaşayış sahələrinin Pocius Pavilasa verilməsi barədə Təqsirləndirilən şəxs2 “Çox mənzilli yaşayış binasının tikintisi haqqında” fərdi müqaviləni də rəsmiləşdirmişdir. Daha sonra, 2020-ci ili mart ayında Povilasın tələbi ilə Təqsirləndirilən şəxs2 direktor vəzifəsindən azad edərək, Nümayəndə1 direktor vəzifəsinə təyin etmişdir. Povilasla mənzillərin hər kvadrat metrinə görə konkret qiymətə satacaqları barədə razılaşsalar da, faktiki olaraq həmin qiymətdən aşağı qiymətlə satış həyata keçirilmişdir. Povilas mənzillərin kvadratının 1265 manatdan aşağı satılmasına razılıq vermədiyinə görə sonuncudan xəbərsiz “Çox mənzilli yaşayış binasının tikintisi haqqında” müqavilədə həmin məbləği 1265 manatdan guya satıldığı göstərilmiş, lakin mənzillər faktiki olaraq kvadrat metri 1265 manatdan daha ucuz qiymətə satılmışdır. Zərərçəkmiş şəxs3 MMC-nin təsisçilərinin qərarına əsasən mənzil alqı-satqıları notarial qaydada, yəni “Hüquqların qabaqcadan dövlət qeydiyyatı barədə reyestrdən arayış” əsasında həyata keçirilməli olmasına baxmayaraq bank hesabına köçürülmüş pulları nağdlaşdırmaq çətin olduğundan, yəni bir az əvvəl qeyd etdiyi kimi ayda 30.000 manatdan artıq vəsaitin nağdlaşdırılması mümkün olmadığı üçün bu səbəbdən də notarial qaydada alqı-satqı müqavilələrində mənzilin dəyərinin bir hissəsi, yəni 1 otaqlı mənzilə görə 20.000 manat, 2 otaqlı mənzilə görə 30.000 manat, 3 otaqlı mənzilə görə 40.000 manat ödənilməsi notarial qaydada alqı-satqı müqaviləsində göstərilmiş, qalan pullar isə nağd qaydada saxlanılmaqla şirkətin xərclərinə sərf edilmişdir. Bütün bu məsrəflərin hamısının Zərərçəkmiş şəxs3 MMC-də daxili sənədləşməsi aparılmış, bütün məxaric orderləri, aktlar, qaimələr, qəbzlər, forma-2-lər hamısı ofisdə saxlanmışdır. Zərərçəkmiş şəxs3 MMC-nin möhürü vurulmaqla da təsdiqlənmiş həmin sənədlər bütün faktiki fəaliyətlərini əks etdirmiş, daxil olan və məxaric edilən maliyyə vəsaitləri qəpiyinə qədər orada əks olunmuşdur. Povilas özü də mütəmadi olaraq həmin hesabatları yoxlamış, nəzarətdə saxlamış, heç bir kənarlaşma olmadığını görmüşdür. Povilasla mübahisədən sonra sonuncunun təşəbbüsü ilə yeni direktor təyin olunduğu vaxtda Povilas həmin sənədlərin hamısını götürmüş, amma həmin sənədləri götürməsi barədə heç bir sənədi, aktı imzalamamış, belə təhvil-təslim sənədi tərtib olunmasına ehtiyac olmadığını vurğulamış və bununla da həmin sənədləri ələ keçirərək sonradan onun və Təqsirləndirilən şəxs2 üzərinə şübhələrin cəmlənməsi, ittiham olunmaları üçün əsas yaratmağa çalışmışdır. İbtidai istintaq zamanı da dəfələrlə özü və müdafiəçiləri, həm rəsmi, həm də qeyri-rəsmi qaydada bu sənədlərin istintaq orqanına təqdim edilməsi üçün vəsatətlər qaldırmış, amma Povilas həmin sənədləri onun tələb etdiyi pullar nağd şəkildə bilavasitə özünə, həm də dərhal ödəniləcəyi halda verəcəyini bildirmişdir. Daha sonrakı mərhələdə isə ümumiyyətlə onda belə sənədlər olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməmiş, aralarında olan razılaşmaya uyğun hərəkət edilmiş və sonradan anlaşılmazlıq ortadan qaldırılmışdır. Hazırda da bu şəxslə aralarında tam razılıq əldə olunmuş, Zərərçəkmiş şəxs1 ilə aralarındakı borc məsələsi artıq bitmiş və sonuncu ümumiyyətlə ondan şikayətçi deyildir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 iyun 2017-ci il tarixində keçiriləcək müsabiqə komissiyasının iclasında qalib gələrək Bakı şəhəri, Yasamal rayonu, X164 yolu 8 ünvanında yerləşən X70 27, 28 və 29 saylı binaların tikintisinə cəlb edilmələrinə görə 50000 ABŞ dolları pul vəsaitini alması ilə bağlı ittihamı da ümumiyyətlə qəbul etmir və belə bir hal baş verməmişdir. Onun özünə və yaxın, uzaq qouhmlarına məxsus əmlakların üzərinə ibtidai istintaq zamanı heç bir qanuni əsası olmadan həbslər qoyulmuşdur. Halbuki, qeyrilərinin adına rəsmiləşdirilmiş əmlaklara onun heç bir aidiyyəti yoxdur, ona məxsus deyildir. İttiham olunduğu əməlin törədildiyi vaxtdan illər əvvəl qohumlarının aldığı əmlakların üzərinə həbs qoyulmasını tam əsassız və qanunsuz hesab edir. Qohum-əqrabası məhz onun qohumları olduğuna görə bu səbəbdən narahatçılıqlara məruz qalmışlar. Ona görə də məhkəmədən bu qanunazidd vəziyyətin aradan qaldırılmasını xahiş edir. İnşa edilmiş binalarda sakinlərin pulunu bütünlüklə ödəyib aldıqları, bir qisminin isə müqavilələr uyğun olaraq daxili kreditlə aldıqları mənzillərin də üzərinə qoyulmuş həbslər tam əsassızdır. Bu insanlar vicdanlı alıcılar olaraq halal pulunu ödəyib mənzil əldə ediblər, qanuni müqavilələr bağlanıb, heç bir ikili sənədləşmə, yəni bir mənzilin iki və ya daha artıq şəxsə satılması halı mövcud deyildir. Belə olan vəziyyətdə insanların haqlı narazılığına səbəb olan bu vəziyyətin hansı qanunla izah oluna biləcəyini başa düşmür. Tək bir insanın – Povilasın kaprizləri ucbatından bu qədər insanın narahat vəziyyətə salınması, onun özünün uzun müddətdən bəri heç bir ciddi səbəb olmadan həbsdə saxlanılmasını da əsassız hesab edir. Hələ xeyli müddət əvvəldən Povilas zavodun satılmasına imkan verəcəyi halda bu məsələlər artıq çoxdan bitmiş olacaqdı. Məhkəmə araşdırmasının gedişində də onun və müdafiəçilərinin cəhdləri ilə zavoda dəfələrlə alıcılar tapılmış, həmin alıcılar zavodun qiyməti ilə razılaşaraq pulun xaricdən ödənilməsi üçün hesab istəmişlər. Amma Povilas öz bildiyi səbəbdən hesablaşma hesabına pulun köçürülməsi ilə razılaşmayaraq bütün məbləğin hamısının bir yerdə nağd şəkildə ona Bakı şəhərində ödənilməsini tələb kimi qoymaqda davam etmişdir. Öz ölkəsində ola biləcək hesablaşma hesabı verməkdən də qəti imtina etmişdir. Çünki, həmin pulun mənbəyi barədə aidiyyəti orqanlara hesabat verməli olduğunu yaxşı bilir. Aralarındakı bütün ziddiyyətlərə baxmayaraq ona imkan yaradılacağı təqdirdə zavodu realizə edib Povilasa borcunu ödəməyə bu gün də hazırdır. Həmin borcun əvəzinə Povilasa verdiyi 6 mənzilin və qeyri-yaşayış sahələrinin ümumilikdə real bazar dəyəri bu günkü gündə təxminən iki milyon manata yaxındır. Bütün bunlar nəzərə alınmalıdır. Müqaviləyə əsasən MİDA-ya pulsuz təhvil verdiyi binanın inşasına, bütün mənzillərinin tam təmirinə xərclənmiş pul niyə nəzərə alınmamalıdır ki?! Həmin məbləğlər də nəzərə alındıqda Povilasdan borc olaraq investisiya kimi alınmış məbləğin də tam şəkildə tikintiyə sərf olunduğu aydın görünür. Ən sadə hesablama belə onun dediklərinin həqiqət olduğunu təsdiqləyir. Amma bunlar nədənsə nəzərə alınmır. Hansı mənimsəmədən söhbət gedə bilər axı?! Povilas nağd pul sərfiyyatı ilə bağlı şirkətin sənədlərini gizlədib təqdim etmir. Ən sadə riyazi hesablama ilə müəyyən olunur ki, bir qəpik belə mənimsəmə mümkün deyildir. Əksinə, o özü kifayət qədər ciddi məbləğdə şəxsi vəsaitini investisiya kimi həmin tikintiyə yatırmışdır. Yeganə məqsədi də bu layihənin icrasında qazanc güdmədən MİDA qarşısında etimadı doğruldub növbəti layihələrin onun rəhbəri olduğu şirkətə etibar edilməsi olmuşdur. Külli miqdarda şəxsi vəsaitini də oraya yatırdıb itirdiyi bir vəziyyətdə guya mənimsəmə törəməsi ilə bağlı ittiham olunmasını tam ədalətsizlik və qanunsuz vəziyyət hesab edir. Ona görə də bütün bu halları nəzərə alaraq məhkəmədən ona bəraət verilməsini, Povilasla aralarında olan anlaşılmazlığın tam mülki xarakterli olmasının, heç bir mənimsəmə və vəzifədən sui-istifadə halı olmamasını, törətdiyi əməlin yalnız mənzillərlə bağlı yuxarıda qeyd etdiyi səbəblərdən məcburiyyət qarşısında edilmiş sənədləşmələrdə yol verilmiş yanlışlıqlardan ibarət olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, 2006-cı ildən Təqsirləndirilən şəxs1 məxsus şirkətdə çalışmış, əvvəlcə memar, mühəndis daha sonra isə direktor vəzifələrində işləmişdir. İşlədiyi dövr ərzində hər hansı bir cinayət əməlində iştirakı, eləcə də hər hansı qanunsuz fəaliyyətin şahidi olmamışdır. Sənədləşmələr zamanı yol verilmiş yanlışlıqları qəbul edir və onların fəaliyyətin təşkili üçün məcburiyyət qarşısında qalaraq etdiklərini qeyd edir. Bu barədə bir qədər sonra ətraflı bəhs edəcəkdir. Heç bir halda vəzifə səlahiyyətindən sui-istifadə etməmiş, bir manat belə mənimsəmə etməmişdir. Əslində onun elə bir vəzifəsi də olmamış, yalnız iki təsisçinin qərarlarını mexaniki olaraq icra etmiş, bütün hesabatların düzgün və vaxtında tərtib edilib təsisçilərə təqdim edilməsi ilə məşğul olmuşdur. Bu işinin də müqabilində ayda əvvəllər 400-500 manat, sonralar isə ayda ***- **** manat arası maaş almışdır. Yaşamağa öz evi belə yoxdur, uzun illərdir kirayələrdə yaşayır. Hazırda həm də iki ildən artıq davam edən istintaq və məhkəmə araşdırmaları ilə əlaqədar heç yerdə işləmədiyindən himayəsində olan həyat yoldaşı və anası ilə birlikdə ağır maddi vəziyyətə düşmüşlər. 2017-ci ilin iyun ayında Zərərçəkmiş şəxs3 MMC şirkətinin o zamankı yeganə təsisçisi olan Təqsirləndirilən şəxs1 ona Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən sosial yönümlü yaşayış binalarının tikintisi üzrə tender keçiriləcəyi barədə məlumat vermiş və tenderdə iştirak etmək üçün müvafiq sənədlərin toplanaraq MİDA-ya təqdim edilməsini tapşırmışdır. Aparılan tenderin nəticəsində Zərərçəkmiş şəxs3 MMC ilk investor şirkət olaraq qalib elan olunmuş, bu barədə KİV-də o cümlədən MİDA-nın rəsmi internet səhifəsində məlumat da yerləşdirilmişdir. xx.xx.2017-ci ildə "xxxx" MMC və Zərərçəkmiş şəxs3 MMC arasında “İnvestisiya sahəsində birgə sahibkarlıq fəaliyyəti haqqında 01 saylı Müqavilə” imzalanmışdır. Müqavilə şərtlərinə əsasən ikisi 12 mərtəbə və biri 9 mərtəbə olmaqla, 27, 28 və 29 saylı 3 ədəd yaşayış binası inşa olunmalı idi. Bir ədəd 12 mərtəbəli, 27 saylı bina tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş şəkildə MİDA-nın sərəncamına təmənnasız olaraq təqdim edilməli, digər 28 və 29 saylı 2 ədəd yaşayış binasının isə yalnız tikintisi tam şəkildə yekunlaşmalı idi. MİDA-ya verilən binadakı mənzillərin satışı MİDA tərəfindən, “Güzəştli mənzil” elektron sistemi vasitəsilə aparılmalı, digər 2 binada olan mənzillərin satışını isə Zərərçəkmiş şəxs3 MMC özünün təyin etdiyi bazar qiymətlərinə uyğun olaraq həyata keçirməli idi. Layihənin sosial yönümlü olduğu nəzərə alınaraq, Zərərçəkmiş şəxs3 MMC-nin rəhbərliyi tərəfindən həmin 2 binadakı mənzillərin də təmirli şəkildə satışa çıxarılması qərara alınmışdır və satış qiyməti 1265 manat olaraq müəyyən edilmişdir. Müqavilə bağlanan xx.xx.2017-ci il tarixindən etibarən ərazidə, yəni Yasamal rayonu, X264 8 ünvanında tikinti-quraşdırma işləri başlanılmışdır. xx.xx.2017-ci il tarixdə, yəni Müqavilə imzalandıqdan 10 gün sonra, onun əvvəllər tanımadığı və Təqsirləndirilən şəxs1 tərəfindən investor kimi təqdim edilən Litva vətəndaşı Potsius Povilas ilə Zərərçəkmiş şəxs3 MMC arasında Borc müqaviləsi imzalanmışdır. Həmin Müqaviləyə əsasən Potsius Povilas tərəfindən ******* manat pul vəsaiti sözügedən layihənin icrası məqsədilə Borc şəklində təqdim edilmiş, əvəzində isə Cəmiyyət tərəfindən Borc vəsaitinin qarantiyası olaraq Cəmiyyətin əmlakı olan yaşayış və qeyri-yaşayış sahələri, aksiyalar və digər qiymətli kağızlar ona girov şəklində təqdim edilmişdir. Müqavilənin şərtlərinə əsasən, borc məbləği 3 il müddətində qaytarılmadığı təqdirdə isə, göstərilən əmlaklar Potsius Povilasın adına rəsmiləşdirilməli, bu halda verilən real aktivlərin satış qiyməti müstəqil ekspertlər tərəfindən dəyərləndirilməli, qaytarılacaq “Borc vəsaiti” yenidən hesablanmalı və yarana biləcək mübahisələr mülki qaydada həll edilməli idi. Həmin ilin avqust ayında, yəni bir ay sonra Təqsirləndirilən şəxs1 qərarı ilə ona məxsus Zərərçəkmiş şəxs3 MMC-nin paylarının 50%-nin Potsius Povilasa satışı həyata keçirilmişdir. Tikinti işlərinin xx.xx.2017-ci il tarixdə başlamasına və Borc Müqaviləsinin xx.xx.2017-ci il tarixdə imzalanmasına baxmayaraq, həmin ilin sentyabr ayına qədər, yəni 2 ay ərzində tikinti işlərinin maliyyələşməsi yalnız Təqsirləndirilən şəxs1 daxil olan nağd pul vəsaiti hesabına həyata keçirilmişdir. Potsius Povilas tərəfindən borc vəsaiti ayrılana qədər Cəmiyyət tərəfindən 27 saylı binada 1-ci mərtəbədə beton-qəlib işləri, 28 saylı binada zirzəmi mərtəbədə beton-qəlib işləri, 29 saylı binada isə, təməlizolyasiya işləri artıq yerinə yetirilmişdir. Potsius Povilas tərəfindən Borc vəsaiti isə yalnız xx.xx.2017-ci il tarixdən sonra, yəni ötən 2 ay ərzində həqiqətən tikinti işlərinin aparıldığına onda əminlik yarandıqdan sonra təqdim edilməyə başlanmışdır. Borc müqaviləsinin bağlanması, yəni borc alınması zərurəti, ilkin olaraq tikintisi başlanan və MİDA-ya təmənnasız təhvil veriləcək 27 saylı binada Cəmiyyət tərəfindən heç bir satışın həyata keçirilməyəcəyi, yəni həmin binadakı mənzillərin satışından Cəmiyyətə heç bir vəsaitin daxil olmayacağı ilə bağlı olmuşdur. 2018-ci ilin aprel ayına qədər, yəni mənzillərin satışı başlayana qədər Cəmiyyət tərəfindən aparılan tikinti işlərinin maliyyələşməsi yalnız Təsisçidən daxil olan nağd pul vəsaiti hesabına həyata keçirilmiş, alınan məbləğin bir hissəsi bank hesabına mədaxil edilərək köçürmə əməliyyatlarına yönəldilmiş, digər hissəsi isə, cari tələbata uyğun olaraq nağd ödəmələrə sərf olunmuşdur. Təsisçilərin xx.xx.2018-ci il tarixli ortaq qərarına əsasən mənzillərin və qeyri-yaşayış sahələrinin satılması üçün müqavilə və digər sənədlərin imzalanması səlahiyyəti ona verilmişdir. Mövcud real bazar şəraitində cari tələbat, köçürmə əməliyyatları ilə yanaşı, nağd ödəmələri də zəruri etdiyindən, əvvəlki dövrdə olduğu kimi, satışdan əldə olunan vəsaitin də bir hissəsi bank hesabına mədaxil edilmiş, digər hissəsi isə nağd şəkildə alınaraq cari ödəmələrə sərf olunmuşdur. Yəni, podratçılar və tikintiyə cəlb edilmiş digər şəxslərlə nağd hesablaşmaların aparılmasına, nağd pulla mal-material alınmasına, əmək haqlarının nağd ödənilməsinə, habelə nağd hesablaşmalarla aparılan cari xərclərin və digər məsrəflərin ödənilməsinə lazım olan maliyyəni əldə etmək üçün sənədləşmədə bu qaydada yanlışlığa yol verməyə məcbur olmuşlar. Bu məsələ hər iki təsisçinin razılığı, məlumatı və gündəlik nəzarəti altında olmuş, özünün təşəbbüsü olmamışdır. Belə ki, tikinti sahəsində olan mövcud reallıqlar, o cümlədən mal-materialın bir çox hissəsinin köçürmə ilə almağın mümkün olmadığı, eləcə də, müvəqqəti işə cəlb olunmuş işçi və texniki heyətə münasibətdə ödənişlər nağd şəkildə həyata keçirildiyinə görə nağd pul vəsaitinə olan tələbatın ödənilməsi üçün vəsaitin bir hissəsi məhz nağd şəkildə əldə edilmişdir. Bütün bu məsrəflərin hamısının Zərərçəkmiş şəxs3 MMC-də onun tərəfindən daxili sənədləşməsi aparılmış, bütün məxaric orderləri, aktlar, qaimələr, qəbzlər, forma 2-lər hamısı ofisdə saxlanmışdır. Zərərçəkmiş şəxs3 MMC-nin möühürü vurulmaqla da təsdiqlənmiş həmin sənədlər bütün faktiki fəaliyətlərini əks etdirmiş, daxil olan və məxaric edilən maliyyə vəsaitləri qəpiyinə qədər orada əks olunmuşdur. Bu sənədlərdəki məsrəflərin çox ciddi hesabatı aparılmışdır. Povilas və Təqsirləndirilən şəxs1 mütəmadi, demək olaraq gündəlik olaraq həmin hesabatları yoxlamış, nəzarətdə saxlamış, heç bir kənarlaşma olmadığını görmüşlər. Elçinin Povilasla mübahisəsindən sonra sonuncunun təşəbbüsü ilə yeni direktor təyin olunduğu vaxtda Povilas həmin sənədlərin hamısını şəxsən ondan ofisdə Nümayəndə1 və Zaur adlı hüquqşünaslarının iştirakı bilavasitə şəxsən qəbul edib götürmüş, amma həmin sənədləri götürməsi barədə heç bir sənədi, aktı imzalamamış, belə təhvil-təslim sənədi tərtib olunmasına ehtiyac olmadığını vurğulamış və bununla da həmin sənədləri ələ keçirərək sonradan Elçinin və onun üzərinə şübhələrin cəmlənməsi, günahkar, borclu bilinmələrinə əsas yaratmağa çalışmışdır. İbtidai istintaq zamanı da dəfələrlə özü və müdafiəçisi sərfiyyatın sübutu olan, 3 il ərzində toplanan həmin sənədlərin təqdim edilməsi üçün müraciətlər etmiş, amma Povilas həmin sənədləri onun tələb etdiyi pullar nağd şəkildə dərhal ödəniləcəyi halda verəcəyini bildirmişdir. Sonralar isə Povilas ümumiyyətlə bu sənədlərin onda olmasını inkar etmişdir. 2020-ci ilin yanvara ayına qədər olan qaydalara görə təsisçi Təqsirləndirilən şəxs1 və Potsius Povilas tərəfindən bütün mənzil və qeyri-yaşayış sahələrinin satış hüququnun ona həvalə edilməsinə dair ümumi qərara əsasən onun tərəfindən müqavilə imzalanıb, satış həyata keçirilmişdir. 2020-ci ilin yanvarından etibarən isə, Təqsirləndirilən şəxs1 və Potsius Povilasın hər ikisinin hər bir satış üçün razılığı alınırdı və müqavilə imzalanıb, satış həyata keçirilirdi. Ümumiyyətlə bir daha qeyd edir ki, vəsaitin bir hissəsinin bank hesabına mədaxil edilib, digər hissəsinin isə, nağd şəkildə alınaraq cari ödəmələrə sərf olunması bilavasitə təsisçilərin göstərişi ilə yerinə yetirilmişdir. Əldə olunan vəsaitin bir hissəsinin nağd alınması təsisçilərin şifahi təlimatı ilə yanaşı həm də alıcıların razılığı ilə həyata keçirilmişdir. Belə ki, mənzillərin notarial qaydada alqı-satqısı aparılarkən, bütün alıcılarla razılaşdırılmış şəkildə, mənzilin müəyyən edilmiş ümumi satış qiymətinin bir hissəsi alıcı tərəfindən bank hesabına mədaxil edilmiş, digər hissəsi isə, alıcıdan nağd şəkildə alınmış və onlara müvafiq maliyyə arayışları təqdim edilmişdir. Faktiki və hüquqi cəhətdən bu cür sənədləşmə əslində alıcıların heç birinin mənafeyinə toxunmamış, hər kəs maliyyə arayışı ilə təmin olunmuş, bütün vətəndaşlar vicdanlı alıcılar olaraq mənzillərinə sahiblənmişlər, heç bir tələb və şikayət olmamışdır və bu gün də yoxdur. O, işdən ayrıldığı tarixə qədər cəmiyyətin heç bir vergi borcu olmamışdır. Bir daha qeyd edir ki, işlədiyi dövr ərzində bütün nağd hesablaşmaların həm yazılı, həm də elektron qeydiyyatı aparılmış, təyinatı üzrə görülən müvafiq işlər səlahiyyətli şəxslərin iştirakı ilə aktlaşdırılmış, qaimələr, çeklər, həmçinin ödənilən nağd vəsaiti alan şəxslər tərəfindən imzalanan müvafiq orderlər toplanaraq Potsius Povilasa təhvil verilmişdir. Nağd vəsait ödənişinin qeydiyyatının elektron formada tərtib edilmiş hesabatını ibtidai istintaq zamanı elektron poçt vasitəsilə təqdim etmiş, amma nədənsə bu ciddi məqamlar, hər qəpiyin belə sərf olunduğu yeri ətraflı şəkildə açıqlayan, izah edən bu məlumatları ibtidai istintaq orqanı nəzərə alınmamış, ibtidai istintaq zamanı nağd pul vəsaitinin tam şəkildə, təyinatı üzrə xərcləndiyinin əyani və danılmaz sübutu olan sözügedən minlərlə sayda aktlar, qaimələr, çeklər və orderlər Potsius Povilasdan geri tələb edilərək iş materiallarına əlavə edilməmişdir. Bir az əvvəl qeyd etdiyi kimi bu barədə dəfələrə ibtidai istintaq orqanının qarşısında vəsatətlər qaldırsa da təmin olunmamışdır. Eləcə də vəsaiti alan şəxslərin, iş icraçılarının, ofis işçilərinin, şahidlərin və digər aidiyyəti şəxslərin ibtidai istintaq zamanı bu xüsusda ifadələri alınmamış və yalnız Potsius Povilasın sənədlərin mövcudluğunu inkar edən ifadələri əsas götürülmüşdür. Təkcə bu məqamlar araşdırıılmış olsa idi, nəinki mənimsəmə olmadığı aşkar edilərdi, həm də əlavə olaraq Təqsirləndirilən şəxs1 özünün kifayət qədər ciddi məbləğdə şəxsi vəsaitinin tikintiyə sərf edildiyi aydın şəkildə görünmüş olardı. Yəni, bütünlüklə ibtidai istintaq zamanı onun fikrincə əslində təsisçilər arasındakı mülki qaydada həll olunmalı olan mübahisəsini onu və Təqsirləndirilən şəxs1 məsuliyyətə cəlb etməklə həll etmək, yəni Potsius Povilasa pul ödənilməsinə nail olmaq istəmişdir. Tikinti vaxtı proses həm də belə davam etmişdir ki, mənzil bazarında mövcud olan durğunluq səbəbilə, satış proqnozları özünü doğrultmamış, mənzillərin satış qiyməti 1265 manat müəyyən edilməsinə baxmayaraq, alıcı, tələbat yoxluğu səbəbilə əksər mənzillər daha ucuz qiymətə satılmışdır. Məhz bu səbəbdən, tələbata uyğun olaraq, bir neçə mənzil kredit şəklində alıcılara təqdim edilmiş, mənzilin dəyərinin hissə-hissə ödənişi və borcun bağlanmasından sonra notarial alqı-satqı aparılması şərtilə onlarla daxili müqavilələr imzalanmışdır. Belə ki, Cəmiyyətin mənzil satışını həyata keçirdiyi 28 və 29 saylı yaşayış binalarında kredit mənzillərin satışı, həmçinin öhdəliklərini tam olaraq yerinə yetirməyən podratçılara ayrılan mənzillərin satışı daxili müqavilə ilə həyata keçirilmişdir. Cəmiyyət qarşısında bu və ya digər şəkildə öhdəliyi olmayan və notarial alqı-satqı əməliyyatının tələblərini icra edən vətəndaşlarla isə “Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış” əsasında notarial qaydada alqı-satqı aparılmışdır. Barter əsaslı mənzillərin satışı zamanı mənzillərin real satış qiyməti bilavasitə podratçılarla alıcılar arasında razılaşdırılmışdır. Notarial qaydada alqı-satqısı aparılan mənzillər üçün ödənilən məbləğin bir hissəsi podratçılar tərəfindən nağd olaraq əldə edilmiş, digər hissəsi isə Cəmiyyətin bank hesabına köçürülmüşdür. Köçürülən vəsaitin bir hissəsi podratçılarla MMC arasında mövcud olan Xidmət Müqaviləsinə əsasən onların bank hesabına köçürülmüş, qalan hissəsi isə, nağd qaydada podratçılara ödənilmişdir. Daxili müqavilə üzrə, o cümlədən kredit şəklində satılan mənzillər üçün ödənilən ilkin və aylıq ödənişlər bilavasitə podratçılar tərəfindən əldə edilmiş, onun tərəfindən isə, sadəcə rəsmiləşdirmə proseduru icra olunmuşdur. Həmçinin 3 ədəd mənzilin bank ipoteka krediti üzrə rəsmiləşdirillməsi nəzərdə tutulsa da, sonradan banklar tərəfindən həmin mənzillər üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş “Hüquqların qabaqcadan qeydiyyatı barədə Arayış” əsasında ipoteka ayrılmasından imtina edilmişdir. Vətəndaşlar tərəfindən hazırda həmin mənzillərin yalnız ilkin ödənişləri Cəmiyyətə ödənilmiş, qalan məbləğlərin bank ipoteka krediti üzrə ödənişini həyata keçirmək mümkün olmamışdır. Satış göstəricilərinin aşağı olması səbəbilə, təsisçilər tərəfindən, zamanında daha uğurlu biznes əməliyyatı kimi qiymətləndirilən, 48 mənzil müqabilində zavod alınması barədə qərar verilmişdir. Belə ki, 2018-ci ilin iyun ayında təsisçilərin ortaq razılığı ilə ünvan 14 ünvanında, 1,13158 ha torpaq sahəsində yerləşən, Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış Seriya MH № 0138544, reyestr № **********43-12301, qeydiyyat №**********, xx.xx.2008 və Texniki pasporta əsasən İnventar nömrəsi 11/623, xx.xx.2008 ərazi və tikililərdən ibarət əmlak kompleksi kimi müəssisənin, faktiki sement-beton zavodunun barter yolu ilə əldə edilməsi barədə qərar qəbul edilmişdir. Qərara əsasən, inşa olunan 29 saylı yaşayış binasından 48 ədəd mənzil həmin zavodun alınması məqsədilə ayrılmış, tərəflər arasında xx.xx.2018-ci il tarixdə Barter müqaviləsi imzalanmış və səhmlərin alqı-satqısı həyata keçirilmişdir. 2012-ci ildə "xxxx" LTD Şirkəti tərəfindən həmin müəssisənin əmlak dəyərləndirilməsi həyata keçirilmiş və əldə olunan rəyə əsasən zavodun cari bazar dəyəri ******* manat olaraq müəyyən edilmişdir. Zərərçəkmiş şəxs3 MMC-nin təsiscisi Təqsirləndirilən şəxs1, "xxxx" MMC-nin təsiscisi İsa Məmmədovun qardaşı Şahid27 və "xxxx" QSC-nin direktoru Rüfət İbrahimovun iştirakı ilə aparılan danışıqların nəticəsi olaraq, 13 iyun 2018-ci il tarixdə B01/18 saylı Barter (Dəyişdirmə) Müqaviləsi imzalanmışdır. Həmin Müqaviləyə əsasən Yasamal rayonu, X264 8 ünvanında inşa olunan 29 saylı yaşayış binasında ilkin mərhələdə ümumi sahəsi 3187.44 kvm, 47 ədəd, sınaq müddəti başa çatdıqdan sonra isə, ümumi sahəsi 161.34 kvm, 2 ədəd, cəmi sahəsi 3348.8 kvm olan, 49 ədəd mənzilləri "xxxx" MMC-nə verməyi, sonuncu isə, ünvan 13 ünvanında 1.13158 ha torpaq sahəsində 3994.9 kvm ümumi, 2489.4 kvm əsas, 1505.5 kvm köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəni Zərərçəkmiş şəxs3 MMCnə verməyi öhdəsinə götürmüşdür. Sınaq müddəti başa çatdıqdan sonra həmin müəssisədə aşkar olunan qüsurlar səbəbindən bir ədəd mənzil "xxxx" MMC-yə geri qaytarılmışdır. Beləliklə, ümumi sahəsi 3309.36 m2 olan, 48 ədəd mənzil müqabilində yuxarıda qeyd olunan müəssisə Zərərçəkmiş şəxs3 MMC-nə verilmişdir və "xxxx" ASC-də "xxxx" MMC-nin təsisçisi "xxxx" QSC-nin adına olan, ümumi dəyəri 19420.80 azn səhmlərin "xxxx" QSC-nin X89 iştirakı ilə alqı-satqı əməliyyatı aparılmışdır. Bununla da Zərərçəkmiş şəxs3 MMC "xxxx" QSC-nin həm Təsisçisi, həm də Səhmdarı olmuşdur. Bundan sonra Cəmiyyətin Təsisçilərinin göstərişi ilə Vergilər Nazirliyinə "xxxx" MMC və "xxxx" QSC-nin ləğv edilməsi ilə bağlı müraciət edilmişdir. Belə ki, hər iki Cəmiyyət ləğv olunduqdan sonra sözügedən Müəssisənin bilavasitə Zərərçəkmiş şəxs3 MMC-nin adına rəsmiləşdirilərək, Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əldə olunması nəzərdə tutulmuşdu. 18 fevral 2019-cu ildə "xxxx" MMC-nin dövlət qeydiyyatı ləğv edilmiş və "xxxx" QSC-nin ləğvetmə proseduruna start verilmişdir. Barter müqaviləsinə əsasən barter olunan 48 ədəd mənzildən, 2018-ci ilin iyun ayından başlayaraq ilkin olaraq 13, daha sonra isə, daha bir neçə mənzil razılaşdırılmış şəkildə, Şahid27 tərəfindən təqdim olunan şəxslərin adına rəsmiləşdirilmişdir. Həmin ərəfədə Məhəmməd adlı şəxs İsa Məmmədovun adından, sonuncunun göstərişi ilə çıxış edərək mənzillərin satışı ilə məşğul olmağa başlamış və qalan mənzillər onun təqdimatı ilə ayrı-ayrı vətəndaşların adına rəsmiləşdirilmişdir. Ümumilikdə 48 ədəd mənzildən 18 ədəd daxili müqavilə, 30 ədəd notarial alqı-satqı müqaviləsi ilə satılmışdır. Mənzillərin real satış qiyməti Şahin və Məhəmmədlə alıcılar arasında bilavasitə razılaşdırılmışdır. Mənzillərin rəsmi qaydada notarial alqı-satqısı həyata keçirildikdə ümumi dəyərinin bir hissəsi, yəni 1 otaqlı mənzilə görə 25000 manat, 2 otaqlı mənzilə görə 30000 manatvə 3 otaqlı mənzilə görə 40000 manat MMC-nin bank hesabına köçürülmüş, qalan hissəsi isə, Şahin və Məhəmməd tərəfindən ona təqdim edilmədən əldə edilmişdir. Cəmiyyətin hesabına köçürülən məbləğlərin bir hissəsi köçürmə yolu ilə, qalan hissəsi isə nağd şəkildə qaytarılmışdır. Belə olan vəziyyətdə qeyd olunan mənzillərin satışı ilə bağlı onun və Təqsirləndirilən şəxs1 mənimsəmə əməli törətməsi mümkünsüz və absurd məsələdir. Çünki, bu mənzillərə münasibətdə də sənədləşmə eyni qaydada, yəni məbləğin bir hissəsi nağd yolla, digər hissəsi köçürmə ilə alınmışdır. Perspektiv proqnozların əksinə olaraq, təsisçilərin ortaq qərarı və razılığı ilə əldə edilmiş zavod elə təsisçilərin özlərinin günahı, mübahisəli vəziyyət yaratmaları səbəbindən Cəmiyyətə əlavə külli miqdarda gəlir gətirməli olduğundan son nəticədə bu baş verməmişdir. Çünki, eşitdiyinə görə həmin zavodu üçün hətta 7-8 milyon manat vəsait təklif edən çoxsaylı müştərilər olmuş, amma Povilas 10 milyon manatdan aşağı satmayacağını bildirərək razılaşmadığından sata bilməmişlər. Əksinə, zavodun mühafizəçiləri üçün aylıq əmək haqları, kommunal ödənişlər kimi xərclər Cəmiyyətin vəsaiti hesabına müntəzəm olaraq həyata keçirilmişdir. Beləliklə, Cəmiyyətin Təsisçilərinin ortaq razılığı və istəyi ilə həyata keçirilən barter əməliyyatı, əldə olunmuş böyük həcmli həmin daşınmaz əmlak vaxtında realizə edilmədiyindən Cəmiyyətə ziyan vurmaqla, layihə üzrə öhdəliklərin az bir hissəsinin vaxtında yerinə yetirilməməsi ilə nəticələnmişdir. Lakin bu fakt və xüsusatlar ibtidai istintaq zamanı düzgün və hərtərəfli araşdırılmamış, Cəmiyyətdə yaranan maliyyə çətinliyinin əsas və yeganə səbəbi olan həmin beton və sement zavodu – əmlak kompleksi olduğu halda digər əsaslar yaradılaraq mənimsəmə əməlinin törədilməsi görüntüsü yaradılmışdır. Bir məsələni də qeyd edir ki, MİDA ilə bağlı sözügedən layihədə əldə ediləcəyi proqnozlaşdırılan gəlirin həcmi çox cüzi olsa da, Cəmiyyətin bu layihədə iştirakında məqsəd, böyük qazanc əldə etmək deyil, sonrakı mərhələlərdə MİDA-nın daha iri layihələrində iştirak etmək niyyəti olmuşdur ki, bu xüsusat təsisçilərin hər birinə bəlli olmuş, onların hər ikisi bu vəziyyəti qabaqcadan görmüş və razılaşmışlar. Potsius Povilas yalnız 2019-cu ilin noyabr-dekabr aylarından etibarən Cəmiyyətin fəaliyyəti ilə müntəzəm olaraq maraqlanmağa başlamış, gündəlik olaraq ofisdə hesabatlarla, maliyyə və tikintiyə aid sənədlərlə yaxından tanış olmağa başlamışdır. Cəmiyyətin barterdən sonra maliyyə durumundakı çətinlikləri anladıqdan sonra isə, borc müqaviləsinə əsasən mənzillərin, qeyri-yaşayış sahələrinin, həmçinin sement-beton zavodunun onun adına rəsmiləşdirilməsini, eləcə də mənzil satışına icazənin artıq fərqli qaydada aparılmasını tələb etmişdir. Bundan sonra ümumi sahəsi 377.47 m2 olan 6 ədəd mənzil, ümumi sahəsi 599.45 m2 olan qeyri-yaşayış sahələrinin onun adına keçirilməsi ilə bağlı müvafiq müqavilələr yazılmış, mənzil satışına icazə ilə bağlı təsisçilərin yeni qərarı imzalanmış, həmçinin sement-beton zavodunun onun adına rəsmiləşdirilməsinə dair təsisçilərin ortaq qərarı və protokollar imzalanaraq müvafiq icraedici orqana təqdim edilmişdir. Belə ki, 2020-ci ilin yanvar ayında "xxxx" QSC-nin səhmlərinin Potsius Povilasın adına rəsmiləşdirilməsi məqsədilə "xxxx" ASC-yə müraciət olunmuşdur. Lakin Vergilər Nazirliyi tərəfindən, ASC-nin ləğvetmə proseduru başa çatmadan alqı-satqı əməliyyatının aparılmasının mümkün olmadığı bildirilmiş, bu səbəbdən də Vergilər Nazirliyinə müraciət olunaraq ləğvetmə prosedurunun dayandırılması barədə məktub ünvanlanmışdır. Zavodun icarəsi, istismarı və satış qiyməti ilə bağlı təsisçilər arasında əvvəllər də mövcud olan fikir ayrılığı, həmin dövrdə daha da dərinləşməyə başlamış və bu narazılıq getdikcə artaraq münaqişə şəklinə keçmişdir. Məhz bundan sonra, Potsius Povilas, zavodun icarəsi və satışı ilə bağlı real bazar rəqabəti şəraitində mövcud olan təkilflərlə razılaşmayaraq, aldadıldığını iddia edərək, Borc müqaviləsinin müddəti bitmədən, borc məbləğinin pul şəklində qaytarılması tələbini irəli sürməyə başlamışdır. Bu ərəfədə, yəni 2020-ci ilin yanvar ayında Potsius Povilas tərəfindən onun işdən çıxarılması tələbi qoyulmuş və Cəmiyyətə aid bütün sənədlərin ona verilməsi tələbi irəli sürülmüşdür. Bir az əvvəldə qeyd etdiyi kimi onun tərəfindən bununla bağlı təhvil-təslim aktı tərtib edilsə də, qarşı tərəf - Potsius Povilas aktı imzalamaqdan imtina etmişdir. Təhvil-təslim aktı olmadan sənədləri verməyəcəyini və işdən ayrılmayacağını Potsius Povilasa dəfələrlə bildirərək müqavimət göstərməyə davam etsə də, 2 ay sonra, yəni həmin ilin mart ayında Təqsirləndirilən şəxs1 da təkidi ilə ərizə yazaraq işdən ayrılmağa məcbur olmuşdur. Zərərçəkmiş şəxs2 və direktor Nümayəndə1 şirkətdə idarəetməni ələ keçirdikdən sonra onun tərəfindən tikintidə təmir-quraşdırma işlərinin aparılmasının qarşısı alınmış, sakinlərin öz mənzillərinə girişinə qadağa qoyulmuş, onların aktlaşdırmaq yolu ilə öz hesablarına təmir işlərini görmələrinə maneə yaradılmış, sakinlərlə müntəzəm olaraq mübahisə və münaqişə baş vermiş və yalnız Yasamal rayon Polis idarəsinin işçilərinin gəlib müdaxiləsindən sonra Zərərçəkmiş şəxs2 və direktor Nümayəndə1 narazılıq yaradan bu əsassız hərəkətlərinə son qoyulmuşdur. Kreditdə olan mənzillərin aylıq ödənişləri sakinlər tərəfindən könüllü şəkildə təqdim edilsə də, qəbul edilməmiş, əldə oluna biləcək vəsait təmir-quraşdırma işlərinə yönəldilməmişdir. Bu gün də həmin vəziyyət davam edir. İbtidai istintaq zamanı hətta mənzillərə sayğacların quraşdırılması məqsədilə müvafiq sənədləşmə işlərinin aparılmasına Təqsirləndirilən şəxs1 və onun tərəfindən cəhdlər edilsə də, sənədlərin imzalanması və möhürlənməsi Zərərçəkmiş şəxs2 tərəfindən əngəllənmişdir. Eləcə də, həmin vaxt Təqsirləndirilən şəxs1 tərəfindən 28 və 29 saylı binalarda təmir-quraşdırma işlərinin tamamlanmasına başlansa da, Zərərçəkmiş şəxs2 müxtəlif dövlət qurumlarına şikayətləri nəticəsində görülən işlər bir müddət sonra yenidən dayandırılmışdır. Bir daha qeyd edir ki, Potsius Povilasın uydurma, ehtimal və əsassız iddialarından fərqli olaraq o, ibtidai istintaq dövründə də inkarolunmaz faktlarla günahsız olduğunu sübuta yetirməyə çalışmışdır. Bu məqsədlə bir çox sənəd, hesabat və cədvəllər tərtib edərək ibtidai istintaq orqanına təqdim etmişdir. Həmin hesabatlarda qeyd edilən göstəricilər aparılmış ekspertizalar zamanı da tam öz təsdiqini tapmışdır. İşlədiyi dövr ərzində direktor olaraq vəzifələrinin icrası zamanı təsisçilərin razılığı və tapşırığı ilə sənədlərdə – alqı-satqı müqavilələrində nağd pulla bağlı sənədləşmələrdə yanlışlıqlara yol versə də, heç bir halda mənimsəmə, vəzifədən sui-istifadə hallarına yol verməmişdir. Həmin binalardan mənzil almış sakinlərin alqı-satqılarla bağlı heç bir narazılığı olmayıb və yoxdur. Heç bir mənzilin eyni vaxtda iki və ya daha artıq şəxsə satılması olmamış və yoxdur. Orada yaşayan insanların, mənzil mülkiyyətçilərinin bir hissəsinin yeganə xahişi qalan cüzi işlərin tamamlanmasıdır ki, bu da təsisçilərin, konkret olaraq Povilasın hərəkətləri səbəbindən sona çatdırıla bilinmir. Ona görə də bütün bu halları nəzərə alıb məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, 2007-ci ildə Azərbaycan Respublikasına gəlmiş, həmin vaxtdan məsləhətçi və icraçı kimi Heydər Əliyev adına X166 Qovşağının, Heydər Əliyev adına X143, Aviasiya Akademiyasının və digər tikinti obyektlərinin tikintisində iştirak etmişdir. 2015-ci ilin təxminən yaz aylarında tanışı "xxxx" MMC şirkətinin işçisi Fikrət Xəlilov vasitəsi ilə "xxxx" MMC-nin rəhbəri kimi özünü təqdim edən Təqsirləndirilən şəxs1la tanış olmuşdur. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs1 müxtəlif layihələrdə iştirak etmək üçün ona investisiya yatırımları etmək təklifini versə də, ilk əvvəl sonuncunun təkliflərini qəbul etməmiş, lakin Fikrət Xəlilovun iştirakı ilə Təqsirləndirilən şəxs1la mütəmadi olaraq görüşmüşdür. 2016-cı ilin sonlarında Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən sosial evlər layihəsinin həyata keçirilməsi xəbərini öyrəndikdə, bu layihənin dövlət nəzarətində olmasına görə onda həmin layihəyə investisiya yatırmaq marağı yaranmışdır. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs1la görüşlərinin birində sonuncu sosial evlər layihəsində iştirak etməyi təklif etmişdir. Əvvəlcə Elçinin təkliflərini qəbul etməmiş, Elçin ona layihə üzrə binalar tikildikdən sonra hər kvadrat metrinin maya dəyəri 1160 manat təşkil edəcəyini və həmin mənzillərin MİDA-nın şərtlərinə görə 1265-1450 manat aralığında satışının aparılacağını bildirmişdir. Təqsirləndirilən şəxs1 dediyi şərtlərlə qazanc çox cuzi olduğundan əvvəlcə qəbul etməmiş, lakin Elçin sonrakı aylarda hər görüşdə müxtəlif məlumatlarla onu layihəyə investisiya etməyinə təhrik etməyə başlamışdır. Hər görüşdə Təqsirləndirilən şəxs1 bu layihə haqqında daha dərindən maraqlanmış, Elçin onun verdiyi suallar üzrə ətraflı araşdırma aparıb layihə üzrə məlumatları və prespektivləri ona öyrənərək danışmışdır. Bir müddətdən sonra Elçinin təkliflərinin perspektivli olduğuna inanmağa başlamışdır. Təqsirləndirilən şəxs1 ona qoşulacaqları ilkin layihədən böyük həcmdə qazanc əldə etməyin önəmli olmadığını, önəmlisi bu xətt üzrə gələcəkdə olacaq layihələrdə iştirak etməyin olduğunu demiş, bundan sonra daha 10-15 bina tikiləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 hər dəfə ona özünü səmimi və işgüzar insan kimi təqdim etməklə onda özünə qarşı inam formalaşdırmışdır. Buna görə Elçinin təqdim etdiyi layihə üzrə investisiya etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs1 ona MİDA-nın şərtlərinə görə, sosial layihədə iştirak etmək üçün qarant kimi 3.000.000 manat "xxxx" ASC-də depozit olaraq qoymaq lazım olduğunu demişdir. Buna görə öz adına və Nümayəndə1 adına 3.000.000 manata bərabər olan 1.780.000 ABŞ dolları məbləğində vəsaiti "xxxx" ASC-də depozit olaraq hesaba qoymuşdur. 2017-ci ilin iyul ayının təxminən 2-i Təqsirləndirilən şəxs1 ona tanışı Xəyyam Abdullayev adlı şəxsin MİDA-nın rəhbərliyi ilə danışmaq üçün, saxta tender keçirməsini təşkil etməsi məqsədi ilə 50.000 ABŞ dolları məbləğində pul tələb etdiyini, həmin pulu ödəmək lazım olduğunu demişdir. Buna görə təxminən 04 iyul 2017-ci tarixində “Holiday İnn” otelində Elçinlə görüşərək tələb olunan pulları sonuncuya vermiş, həmin vaxt əyləşdikləri masaya Xəyyam Abdullayev yaxınlaşmış, Elçin ona həmin şəxsi təqdim etmişdir. Xəyyamla tanış olmuş və sonuncu ona öz vizit kartını təqdim etdikdən sonra Elçinlə layihə və tender haqqında danışmağa başlamış və Agentliyin rəhbərliyindəki tanışları vasitəsi ilə "xxxx" MMC-nin tenderdə qalib gəlməsini təşkil edəcəyini bildirmişdir. Bir müddət söhbət etdikdən sonra şəxsi işləri ilə əlaqədar həmin yerdən aralanmışdır. Bir neçə gündən sonra Xəyyam ona zəng edərək görüşmək istədiyini dediyindən onlar sonuncunun Xəqani küçəsində yerləşən ofisində görüşmüşlər, lakin söhbət zamanı Xəyyam ona başqa biznes təklifləri etsə də, sonuncu ilə razılaşmamışdır. Bundan sonra Xəyyam ona MİDA-nın rəhbərliyində olan tanışları vasitəsi ilə tender məsələsini həll edəcəklərini demişdir. Söhbət əsnasında Xəyyamdan Elçinin pul verib-verməməsini soruşmamış və az müddət söhbət etdikdən sonra oranı tərk etmişdir. 2017-ci ilin təxminən iyun ayının ortalarında Elçinlə aralarında olan investisiya razılaşmasına uyğun olaraq “Silkway”, “BTB”, “Unibank” və “Beynəlxalq” banklarında olan hesablarından ümumilikdə 1.780.000 ABŞ dolları məbləğində pulunu çıxarmış və Təqsirləndirilən şəxs1 təklifi ilə "xxxx" ASC-nin “Gənclik” filialında öz adına və Nümayəndə1 adına təxminən bərabər paylarla açılmış depozit hesaba qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 MİDA-nın hüquqşünasları ilə danışıqların uzandığını və yalnız 13 avqust 2017-ci ildə müqavilə imzalanacağını bildirmişdir. Təqsirləndirilən şəxs1 da MİDA-nın rəhbərliyi ilə saxta tender keçiriləcəyini, buna görə saxta firmalar iştirak edəcəyini təsdiq etmişdir. O, həmin vaxt etiraz etsə də Elçin belə lazım olduğunu, MİDAnın direktor müavini Sadıq adlı şəxsin onun qohumu olduğunu demişdir. 2017-ci ilin avqust ayında MİDA tərəfindən keçirilmiş tenderdə "xxxx" MMC şirkəti qalib gəlmiş və köhnə tarixlə 2017-ci ilin iyun ayının 30-u tarixində şirkətlə MİDA-nın tabeliyində olan "xxxx" MMC arasında “investisiya sahəsində birgə sahibkarlıq fəaliyyəti haqqında” müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə 30 dekabr 2018-ci il tarixə qədər "xxxx" şirkəti Bakı şəhəri, Yasamal rayonu, Bakı dairəvi yolu 8 ünvanında 27, 28 və 29 nömrəli binaların tikintisini yekunlaşdırmalı olmuşdur. Bundan başqa "xxxx" MMC şirkəti 3 binanın inşası üçün tələb olunan 0,17 ha zəruri torpaq sahəsini və xarici mühəndis kommunikasiya təminatı sistemi ilə "xxxx" şirkətini müvəqqəti 18 aylıq təmin etmişdir. "xxxx" ASC-də olan hesablar depozit formatında olduğundan həmin pulların "xxxx" şirkətinin hesabına köçürülməsi mürəkkəb olmuşdur. Bundan başqa, ilk dəfə həmin ilin iyul ayında tikinti prosessində Təqsirləndirilən şəxs1 ondan pul istəmişdir. Həmin vaxt o, Elçinə 165.000 manat məbləğində pul vermişdir. Ümumilikdə Təqsirləndirilən şəxs1 onun və Nümayəndə1 "xxxx" ASC-də olan depozit hesabından 1.780.000 ABŞ dolları verilmişdir. Lakin, bu məbləğ Elçinə bəs etməmiş və tikintinin yenidən davam etdirilməsi üçün ondan əlavə pul istəmişdir. Buna görə 2018-ci ilin fevral ayının sonundan 15 may 2018-ci ilə kimi müxtəlif vasitələrlə, yəni nağd və ya köçürmə yolu ilə ümumilikdə 241.000 ABŞ dollarına bərabər məbləğdə pul vəsaitini özü və ya Nümayəndə1 tərəfindən Elçinə verilmişdir. 2018-ci ilin aprel və may aylarında Təqsirləndirilən şəxs1 dəfələrlə işin gedişatı barədə mütəmadi olaraq maraqlandıqda sonuncu işlərin qaydasında olduğunu, lakin mənzillərin satılmaması barədə danışmışdır. 2018-ci ilin may ayında Elçin ona mənzilləri alan olmadığını, 29 saylı binadan 5.000.000 manat dəyərində olan ümumi sahəsi 3.348 m2 olan 48 ədəd mənzili Binəqədi rayonu ərazisində yerləşən “Sement Zavodu” ilə dəyişməsi barədə yeni saxta sxemi təklif etmişdir. Elçin zavodu almağı ona təklif edərkən zavodun gələcək layihələrdə lazım olacağını, hazırki qiymətinin aşağı olduğunu, bu zavodu əldə etməyin "xxxx" MMC üçün mühüm prespektivləri olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 onu inandırdığından həmin əməliyyatın aparılmasına icazə vermişdir. Sonuncular zavodun səhmlərini 20.000 manata almağı təklif etmiş, o da öz növbəsində razılıq vermiş və "xxxx" MMC onun adından "xxxx" şirkətinin hesabına 10 faiz səhm üçün 20.000 manat pul köçürmüşdür. Şirkətin bütün işlərini Təqsirləndirilən şəxs1 və etibarlı adamı olan Cəmiyyətin direktoru Təqsirləndirilən şəxs2 aparmışdır. O, sonunculardan məlumat istəyəndə ona yalan hesabatlar verilmiş, sənədləri tələb etdikdə isə həmin sənədlərin MİDA-ya verildiyini və başqa vaxt göstərəcəklərini demişlər. 2019-cu ilin yanvar ayında Litva Respublikasından növbəti dəfə Bakı şəhərinə gəldikdə tikinti işlərinin hələ də yekunlaşmadığını, binalardan mənzil almış şəxslərin narazılıqlar etməsinin şahidi olmuşdur. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs1 layihəni gecikdirdiyindən və onun yatırdığı investisiyadan pul geri qaytarmamağından narahat olmağa başlamışdır. Bundan başqa mart ayında mənzilləri almış narazı şəxslərlə Təqsirləndirilən şəxs1la görüşəndə özü də də iştirak etmiş, Elçinin yalan danışdığını gördükdə narahatçılıq keçirmişdir. Lakin o, yenidən Elçinin tikintini sentyabr ayına kimi yekunlaşdıracağı vədinə inanaraq Litva Respublikasına geri dönmüşdür. Həmin ilin dekabr ayında artıq Elçinin ona mənzilin satılmaması barədə sözlərinə inanmamış və yatırdığı investisiyanın ödənilməsini tələb etmişdir. Bundan sonra Elçin xx.xx.2019-cu il tarixli müqavilələrlə 28 nömrəli binanın 24, 36, 31, 20, 65, 68 və 28 və 29-cu binalarda yarımzirzəmiləri onun adına rəsmiləşdirmiş, lakin müqaviləni ona verməmişdir. 2019-cu ilin noyabr ayında təsisçilərin ümumi yığıncağında mənzillərin satışının dayandırılması haqqında qərar qəbul edilmiş və direktor Təqsirləndirilən şəxs2 mənzillərin satışının dayandırılması barədə göstəriş verilmişdir. Həmin gündən sonra özü şirkət daxilində yoxlamalara başlamış və bir sıra nöqsanlar aşkar etdiyi üçün 2020-ci ili mart ayında Təqsirləndirilən şəxs1la birlikdə Təqsirləndirilən şəxs2 direktor vəzifəsindən azad edərək, Nümayəndə1 direktor vəzifəsinə təyin etmişlər. Nümayəndə1 direktor təyin ediləndən sonra, daxili araşdırma aparmağa, işlərin gedişatını öyrənməyə başlamışdır. Bu zaman bütün nöqsanlar üzə çıxmışdır. Belə ki, bütün vergi və maliyyə hesabatları araşdırarkən direktor Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə qanunsuz hərəkətlər həyata keçirərək satdıqları mənzillərin dəyərinin Cəmiyyətin hesabına daxil edilməyərək mənimsənildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 tərəfindən görülən işlər təkcə bununla bitməmiş və onun tərəfindən investisiya olaraq təqdim edilmiş 3.500.000 manatın da xərclənməsi ilə bağlı Cəmiyyət daxili bir ədəd belə maliyyə sənədi təqdim edilməmiş və bu günədək həmin pulların harada olması barədə məlumat yoxdur. Hazırda Cəmiyyətin hesabında hər hansı pul məbləği olmadığından, nə tikinti aparmaq, nə əmək haqqı ödəmək, nə də şirkətin ona olan borcunu ödəmək mümkün olmamışdır. 2017-ci ilin iyun ayından 2018-ci ilin may ayınadək MİDA sosial evlərinin tikintisi proyekti ilə əlaqədar onun tərəfindən Təqsirləndirilən şəxs1 2.020745 (iki milyon iyirmi min yeddi yüz qırx beş) ABŞ dolları pul məbləği təqdim edilmişdir. Sonradan araşdırmalar zamanı bu pulların Təqsirləndirilən şəxs1 tərəfindən "xxxx" MMC-nin cari hesabına qoyulmayaraq, qeyri-qanuni şəkildə mənimsənildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 onun pullarının mənimsənilməsi və ələ keçirilməsi məqsədilə cinayətkar qrup yaratmışdır. Qrupun hər bir üzvünün fəaliyyət sahələrinə uyğun öz vəzifə və rolları olmuşdur. 2017-ci ilin iyul ayının əvvəllərində Təqsirləndirilən şəxs1 ondan sənədləşmə işləri və tenderə hazırlıq işləri ilə əlaqədar 50.000 ABŞ dolları verməsini xahiş etmişdir. "xxxx" MMC-nin və həmin şirkətin payçısı olaraq, onun Təqsirləndirilən şəxs1 borclarına hər hansı aidiyyatı olmamışdır. Bu məsələlər ilə yəni, dələduzluq məsələləri ilə bağlı ona hər hansı xəbər verməmiş və onun da bundan xəbəri olmamışdır. Belə ki, İTVnin keçmiş rəhbəri Şahid19 olan şəxsi borcu əvəzinə "xxxx"dən “yalançı alıcı”ların adına rəsmiləşdirilməklə, Təqsirləndirilən şəxs2 köməyi ilə 13 mənzil təqdim etmişdir. Şahid19 siyahı olaraq, güya “alıcı”ların adını təqdim etmiş və sonuncuların adına daxili qeyri rəsmi müqavilə imzalanmış, sonradan çox aşağı qiymətə, həmin mənzillər 30.000 manata rəsmiləşdirməklə, bir neçə nəfərin adına 28-ci binadan olan 5, 9 və 10 nömrəli mənzillərərə çıxarış da əldə edilmişdir. Təqsirləndirilən şəxs1 AZTV-nin əvvəlki rəhbəri Nizami Xudiyevə də yerinə yetirilməmiş öhdəliklər üzrə borcu olmuşdur. X193 borcların geri qaytarılmasını tələb etdikdə, Təqsirləndirilən şəxs1 mənimsəmə və dələduzluq yolu ilə Təqsirləndirilən şəxs2 köməyi ilə, "xxxx" MMC-dən Nizamiyə 6 mənzil təqdim etmişdir. Bununla bağlı 28-ci binadan 62, 64, 67 saylı mənzillər, 29-cu binadan isə 16, 25, 49 saylı mənzillər ayrı-ayrı “yalançı alıcı”ların adına rəsmiləşdirilmişdir. “Yalançı alıcı” lar notariusda ərizə yazaraq mənzildən imtina etmiş və həmin mənzil qeyri qanuni olaraq digər şəxsə satılmışdır. Yeni alıcının kim olduğu, yəni qohum və ya yaxın olduqda başqa bir qanunsuz sxem qurulmuş - endirimli qiymətə 1 otaqlı mənzil 25.000 manat, 2 otaqlı mənzil 30.000 manat, 3 otaqlı mənzil 40.000 manata notariusda alış-veriş edilmişdir. Ona görə də mülki iddiasının tam həcmdə təmin olunmasını, ona vurulmuş ziyanın ödənilməsi üçün zəruri olan qanuni tədbirlərin görülməsini xahiş edir. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş dindirilmiş Zərərçəkmiş şəxs3 MMC-nin direktoru Nümayəndə1 Zərərçəkmiş şəxs2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir (cild 17, iş vərəqə 54-58). Məhkəmədə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, Təqsirləndirilən şəxs1 təxminən 1985-ci ildən tanımış, bundan sonra sonuncuyla ailəvi münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs1 qohumu Kəmalə Sərdarovanın həyat yoldaşı Azər Sərdarov ilə tələbə yoldaşı olmuş, bunun nəticəsi olaraq da sonuncu ilə onların ailəvi münasibətləri yaranmışdır. Bundan başqa o, Təqsirləndirilən şəxs1 tikinti işləri ilə məşğul olan, özünün deməsi ilə uğurlu lahiyələrlə tikinti işləri həyata keçirən şəxs kimi tanımışdır. Təxminən 2014-cü ilin əvəllərində özünə məxsus ünvan 15 ünvanında yerləşən yaşayış evini sataraq Bakı şəhəri ərazisində şəhər mərkəzinə yaxın məsafədə yerləşən yeni mənzil almağı qərara almışdır. Bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs1 ilə yaxın ailəvi münasibətləri olduğu üçün 2014-cü il xatırlamadığı tarixdə ailəvi məclislərin birində sonuncu da iştirak etdiyindən, qeyd edilən məclisdə söhbət zamanı yuxarıda göstərilən ünvanda yerləşən yaşayış evini sataraq yeni mənzil almaq istəyilə bağlı söhbət açmışdır. Təqsirləndirilən şəxs1 da ona rəhbəri olduğu "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu ərazisində yeni yaşayış binasının tikintisinə başlanacağını, həmin binadan ona istədiyi mənzili verə biləcəyini demişdir. Təqsirləndirilən şəxs1 təklifi ilə razılaşdığını bildirən zaman sonuncu ondan ünvan 15 ünvanında yerləşən yaşayış evini hansı məbləğdə satmaq istədiyini soruşmuş, öz növbəsində həmin evi 105.000 manata satmaq istədiyini bildirərkən Təqsirləndirilən şəxs1 yaşayış evini 105.000 manat məbləğinə alacağını, əvəzində isə "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu ərazisində tikiləcək olan yaşayış binasından ona mənzil verəcəyini demişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 ona yeni tikilən binada mənzillərin Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən mənzillərdən baha qiymətə olduğunu, mənzillər arasında yaranacaq məbləği isə binanın tikintisi yekunlaşanadək ödəyə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1la yaxın ailəvi münasibətləri olduğu üçün aldadıla bilmə ehtimalını düşünmədiyi üçün razılaşmışdır. Təxminən 2014-cü ilin yay aylarında Təqsirləndirilən şəxs1 təklifi ilə razılaşdığını bildirmiş və sonuncu onu Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə dəvət etmişdir. Ofisdə olan zaman Elçin ona "xxxx" MMC tərəfindən ünvan 17 ünvanında yerləşən 3 saylı binanın tikinti layihəsini təqdim etmiş, o da öz növbəsində həmin binadan 1-ci giriş, 10-cu mərtəbə, sahəsi 169.9 m2 olan mənzili seçmişdir. Elçin də ona xx.xx.2014-cü il tarixli KAT LTD” MMC tərəfindən ünvan 17 ünvanında yerləşən 3 saylı binanın 1-ci giriş, 10-cu mərtəbə, sahəsi 169.9 m2 olan mənzilin onun adına rəsmiləşdirilməsinə dair “Çoxmərtəbəli yaşayış binasının tikintisi haqqında fərdi” müqaviləni özü imzalayaraq möhürlənmiş şəkildə ona təqdim etmiş, o da həmin müqavilələri imzalayaraq bir nüsxəsini özündə saxlamaqla geri qaytarmışdır. Həmin müqavilə iki tərəfli bağlansa da notarial qaydada təsdiq olunmamışdır. Həmin müqavilədə mənzilin 1 m2 sahəsi 1200 manat olmaqla ümumi dəyəri 203880 manat qeyd edilmişdir. Təqsirləndirilən şəxs1 ilə şifahi razılaşmalarına əsasən onların ünvan 15 ünvanında yerləşən yaşayış evinin dəyəri 105.000 manat hesablanmaqla Elçin tərəfindən müqavilə əsasında onun adına rəsmiləşdirilmiş yuxarıda qeyd edilən mənzilin dəyərindən çıxılmaqla qalan məbləğ onun tərəfindən binanın tikintisinin yekununa qədər ödənilməli olmuşdur. Lakin qeyd edilən binada onun mənzil üçün hər hansı ödəniş etməyi göstərilməmiş və ya bununla bağlı ona hər hansı təsdiqedici sənəd, eləcə də maliyyə arayışı verilməmişdir. Təqsirləndirilən şəxs1 ilə yaxın ailəvi münasibətləri olduğundan inandığı üçün sonuncunun onu aldatmayacağını ehtimal edərək belə bir sənəd tələb etməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1la şifahi razılaşmaları əsasında onun istifadəsində olan ünvan 15 ünvanında yerləşən yaşayış evi qaynı Şahid2 adına rəsmiləşdirildiyi üçün onun qaynıyla Təqsirləndirilən şəxs1 təqdim etdiyi hazırda tanımadığı, əlaqə vasitələrini və ünvanını bilmədiyi Şahid1 arasında xx.xx.2015-ci il tarixdə notarial alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin notarial müqavilədə mənzilin dəyəri 40.000 manat göstərilsə də faktiki olaraq həmin yaşayış evinin dəyəri Təqsirləndirilən şəxs1 ilə razılaşmalarına əsasən 105.000 manat olmuşdur. Təqsirləndirilən şəxs1 vergi ödənişlərinin azaldılması üçün mənzilin qiymətini 40.000 manat göstərmişdir. Notarial alqı-satqı müqaviləsi bağlandıqdan sonra, yəni, təxminən 2015-ci ilin iyun ayında Təqsirləndirilən şəxs1 onun oğlu Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək mənzil üçün əlavə 20.000 manat ödəməli olduqlarını demiş, oğlu Anar da həmin vaxt əlaqə saxlayaraq Təqsirləndirilən şəxs1 Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisində 20.000 manat pulu ünvan 17 ünvanında yerləşən 3 saylı binanın 1-ci giriş, 10-cu mərtəbə, sahəsi 169.9 m2 olan mənzil üçün təqdim etmişdir. Lakin Təqsirləndirilən şəxs1 mənzil üçün ödəniş etməsi ilə bağlı oğlu Anara hər hansı təsdiq edici sənəd və ya Maliyyə arayışı təqdim etməmişdir. Həmin vaxt Elçin artıq binanın tikintisinə başlanılacağını, tikinti işlərinin də təxminən bir il ərzində yekunlaşaraq mənzillərin təhvil veriləcəyini bildirmişdir. Anarla birlikdə dəfələrlə Təqsirləndirilən şəxs1la əlaqə saxlayaraq binanın tikintisinə nə vaxt başlanılacağı ilə bağlı maraqlansalar da sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək, binanın tikintisini tez bir zamanda başlayacağını bildirmişdir. Lakin Elçinin verdiyi vəddən uzun müddət keçəməsinə baxmayaraq hələ də tikinti işləri başlanmamışdır. Dəfələrlə Təqsirləndirilən şəxs1 müraciət edərək ona vəd etdiyi mənzili tez bir zamanda tikib təhvil verməsini, eləcə də ona dəymiş zərərin başqa cür aradan qaldırmasını tələb edərək, əks halda hüquq mühafizə orqanlarına zəruri tədbirləri görməsi üçün müracit edəcəyini demişdir. Elçin də ona hər dəfə qısa müddətlər deyərək binanın tikintisinə başlanılacağını, ona dəymiş ziyanın ödəniləcəyini bildirərək onu aldatmışdır. Təqsirləndirilən şəxs1 ilə ailəvi yaxın münasibətləri olduğu üçün sonuncudan hüquq mühafizə orqanlarına şikayət edə bilməmişdir. Daha sonra mətbuat və sosial şəbəkə vasitəsilə Təqsirləndirilən şəxs1 dələduzluq əməlləri ilə bağlı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində cinayət işinin aparıldığını gördükdən sonra ərizə ilə müraciət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs1 onu aldadaraq ünvan 17 ünvanında yerləşən 3 saylı binanın 1-ci giriş, 10-cu mərtəbə, sahəsi 169.9 m2 olan mənzili ona təhvil verməsi adı ilə istifadəsində olan ünvan 15 ünvanında yerləşən yaşayış evini 105.000 manat dəyərində qiymətləndirərək əlindən almış, eləcə də mənzillər arasında yaranmış qiymət fərqi üçün isə ondan əlavə olaraq 20.000 manat məbləğində pul vəsaiti almışdır. Ümumilikdə Təqsirləndirilən şəxs1 əməli nəticəsində ona 125.000 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs1 hazırda ona vurulmuş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur, gələcəkdə də olmayacaqdır. İş üzrə yekun qərar qəbul edilərkən onun bu mövqeyinin nəzərə alınmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid3 və İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid1 Zərərçəkmiş şəxs1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişlər (cild 16, iş vərəqə 101-104). İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid5 göstərmişdir ki, 2018-ci ilin may ayında xatırlamadığı tanışlarından MİDA-nın nəzarəti altında tikilən sosial evlərin növbə yolu ilə müəyyən olunmuş sosial kateqoriyalı şəxslərə güzəştli şəkildə satıldığını eşitmiş və hərbiçi olduğu üçün bununla bağlı MİDA-ya müraciət etmişdir. Sosial evlərə baxış keçirən zaman yalnız bir otaqlı mənzillərin qaldığını müəyyən etmiş və həmin vaxt MİDA-nın əməkdaşlarına bir otaqlı mənzil istəmədiyini, özü üçün böyük ölçüdə mənzil almaq istədiyini bildirən zaman "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təchiz edilmiş mənzillərin satışının həyata keçirildiyini öyrənmişdir. Həmin mənzillər dövlət təminatı ilə tikildiyindən anası X21 ilə birlikdə "xxxx" MMC-nin Amay Ticarət mərkəzinin yaxınlığında yerləşən ofislərinə gedərək, şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşdür. Mail ona təmir olunmuş vəziyyətdə, mətbəx mebeli ilə təchiz edilmiş mənzilləri hər kvadrat metrini 1.000 manatdan təklif etmiş, sonuncu ilə razılaşaraq 3 otaqlı 78,79 m2 sahəsi olan mənzili 78.790 manat dəyərində olan ipoteka yolu ilə almaq istədiyini bildirərək razılığa gəlmişlər. 17 may 2018-ci il tarixdə qeyd olunan ofisdə Təqsirləndirilən şəxs2la görüşərək mənzilə görə ilkin ödəniş kimi anası Rəfiqə Mahmudovanın yanında Təqsirləndirilən şəxs2 15.000 manat pul vəsaitini vermişlər. Həmin vaxt Mail 28 nömrəli binanın 61 saylı mənzilinin onun adına rəsmiləşdirilməsi barədə 17 may 2018-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə” imzalanmış möhürlənmiş şəkildə ödəniş müqabilində qalıq borc barədə maliyyə arayışı ilə birlikdə təqdim etmişdir. Həmin müqavilə iki tərəfli bağlansa da notarial qaydada təsdiq olunmamışdır. İpoteka yolu ilə krediti hansı banka ödəyəcəyi barədə soruşduqda Mail ona mənzillər təhvil verildikdən sonra ödənişləri banka ödəməli olduğunu demişdir. Müqavilə bağlandıqdan sonra Mail ona 2018-ci ilin oktyabr ayınadək binanın tam hazır olacağını, mənzillərin təhvil verilməsindən, ödənişlərini ipoteka yolu ilə bank sənədləri rəsmiləşdirdikdən sonra ödəməyə başlamalı olduğunu demişdir. Bundan sonra mənzillərin deyilən vaxt təhvil verilmədiyini görüb bununla bağlı Təqsirləndirilən şəxs2 dəfələrlə müraciət etsə də sonuncu müxtəlif bəhanələr gətirib vədlər verməklə aldığı mənzili təhvil verməmişdir. Bina hələ də təhvil verilmədiyindən və mənzillə bağlı ipoteka şəklində bank sənədləşməsi aparılmadığına görə hazıradək mənzil ilə bağlı heç bir ödəniş etməmişdir. Həmçinin, o, ifadəsində göstərmişdir ki, Xətai rayon prokurorluğunun əməkdaşı Bəsti Emçiyeva onun doğma xalasıdır. X167 Təqsirləndirilən şəxs1 tərəfindən heç bir mənzil verilməmiş, ümumiyyətlə aralarında bununla bağlı heç bir söhbət olmamışdır. Xalası Bəstinin onun mənzil alması ilə bağlı heç bir əlaqəsi olmamışdır. Sadəcə özü rayonda yaşadığı üçün Bakı şəhərini tanımadığı üçün mənzilin və Zərərçəkmiş şəxs3 MMC-nin ünvanının tapılmasında xalası Bəsti köməklik göstərmişdir. Mənzili özü Zərərçəkmiş şəxs3 MMC-yə müraciət edərək ilkin ödəniş kimi 15.000 manat məbləğində ödəniş etməklə almışdır. X42 mənzil alması ilə bağlı heç kimə müraciət etməmişdir. Qeyd edilən mənzil üçün özü Zərərçəkmiş şəxs3 MMC-yə müraciət edərək ilkin ödəniş kimi Təqsirləndirilən şəxs2 sonuncunun deməsi ilə 15.000 manat məbləğində ödəniş edərək daxili müqavilə əsasında adına rəsmiləşdirmişdir. Maddi imkanı zəif olduğu üçün "xxxx" MMC tərəfindən adına daxili müqavilə əsasında rəsmiləşdirilimiş olan Bakı şəhəri, Yasamal rayonu, X279 8, bina 28, mənzil 61 ünvanında yerləşən mənzildən, həmin mənzil üçün Təqsirləndirilən şəxs2 ödədiyi 15.000 manat məbləğində pul vəsaiti ona geri qaytarıldığı təqdirdə mənzildən imtina edəcəkdir (cild 11, iş vərəqə 183-195). Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, 2018-ci ilin iyun ayında hazırda xatırlamadığı tanışlarından MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təchiz edilmiş mənzillərin satışının həyata keçirilməsi barədə məlumatı öyrənmiş, "xxxx" MMC-nin Amay Ticarət mərkəzinin yaxınlığında yerləşən ofislərinə gedərək şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşdür. Mail ona təmir olunmuş vəziyyətdə, mətbəx mebeli ilə təchiz edilmiş mənzilləri hər kvadrat metrini 1.200 manatdan təklif etmiş, o da razılaşmış və 1 otaqlı 40,24 m2 sahəsi olan mənzili 48.288 manat dəyərində olan daxili kreditlə almaq istədiyini bildirmişdir. Mail də onunla razılaşdıqdan sonra, yəni 05 iyun 2018-ci il tarixdə qeyd olunan ofisdə sonuncuyla görüşərək ilkin ödəniş kimi 10.000 manat mənzilə görə ödəniş etmiş, həmin vaxt Mail tərəfindən ona 28 nömrəli binanın 54 saylı mənzilinin onun adına rəsmiləışdirilməsi barədə xx.xx.2018-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə” imzalanıb möhürlənərək verilmişdir. Ödəniş müqabilində Mail ona mədaxil qəbzi və qalıq borc barədə maliyyə arayışı da vermişdir. Həmin müqavilə iki tərəfli bağlansa da notarial qaydada təsdiq olunmamışdır. Daxili krediti hansı banka ödəyəcəyi barədə soruşduqda, Mail ona həmin ödənişləri banka deyil, ofisdə etməli olduğunu dediyindən sonuncuya inanaraq razılaşmışdır. Müqavilə bağlandıqdan sonra Mail ona 2019-cu ilin dekabr ayınadək binanın tam hazır olacağını və mənzillərin təhvil veriləcəyini söz vermişdir. Bundan sonra o, 2020-ci lin fevral ayına qədər hər ay, ödəniş etməklə təxminən 31.000 manat şirkətə ödəniş etmişdir. Ödəniş edərkən ona mədaxil qəbzi verilməsə də, Mail tərəfindən ona qalıq borcu haqqında arayış verilmişdir. 2020-ci ilin fevral ayında o, binanın işlərinin dayandığını görüb kredit üzrə ödənişləri saxlamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Yalnız qalıq tamamlama işlərinin başa çatdırılmasını, müqavilədə nəzərdə tutulduğu kimi ona təhvil verilməsini istəyir. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid6 göstərmişdir ki, 2018-ci ilin iyun ayında hazırda xatırlamadığı internet saytında MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təchiz edilmiş mənzillərin satışının həyata keçirilməsi barədə məlumatı öyrəndikdən sonra "xxxx" MMCnin Amay Ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedərək şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşdür. Mail ona təmir olunmuş vəziyyətdə, mətbəx mebeli ilə təchiz edilmiş mənzilləri hər kvadrat metrini 1.265 manatdan təklif etmiş və 2 otaqlı 58,86 m2 sahəsi olan mənzili 74.457 manat dəyərində olan daxili kreditlə almaq istədiyini bildirmiş və razılaşmışlar. 14 iyun 2018-ci il tarixdə qeyd olunan ofisdə Təqsirləndirilən şəxs2la görüşərək ilkin ödəniş kimi 25.000 manat mənzilə görə ödəniş etmiş və həmin vaxt sonuncu tərəfindən 28 nömrəli bina, 1-ci giriş, 3-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 58.86 m2 olan 12 saylı mənzilinin adına rəsmiləşdirilməsi barədə xx.xx.2018-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə” imzalanıb möhürlənərək ona təhvil verilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona ilkin olaraq 25.000 manat ödəniş etməsi ilə bağlı mədaxil qəbzi verməsə də, qalıq borc barədə maliyyə arayışını təqdim etmişdir. Həmin müqavilə iki tərəfli bağlansa da notarial qaydada təsdiq olunmamışdır. Daxili krediti hansı banka ödəyəcəyi barədə soruşduqda, Mail ona həmin ödənişləri banka deyil, ofisdə etməli olduğunu demişdir. Müqavilə bağlandıqdan sonra Mail ona 2019-cu ilin yanvar ayınadək binanın tam hazır olacağını və mənzillərin təhvil veriləcəyinə söz vermişdir. Bundan sonra 2019-cu ilin iyul ayına qədər hər ay, ödəniş etməklə təxminən 43.457 manat şirkətə mənzillə bağlı ödəniş etmişdir. Hər dəfə ödəniş edərkən Təqsirləndirilən şəxs2 ona qalıq borc barədə maliyyə arayışını təqdim etmişdir. Həmin maliyyə arayışında göstərildiyi kimi onun qeyd edilən mənzilə görə şirkətə 31.000 manat borcu qalmışdır. Lakin sonradan mənzillərin vəd edilən vaxtda təhvil verilmədiyini görüb ödənişlərini dayandırmışdır. Təqsirləndirilən şəxs2 ona müqavilə bağlandıqdan sonra 5-6 ay ərzində mənzilin tam təmirli təhvil veriləcəyini bildirsə də, hələ də qeyd edilən mənzil təhvil verilməmişdir. Həmin binaların sakinləri ilə birlikdə mənzillərin təhvil verilməməsi ilə bağlı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 o, cümlədən Mənzil İnşaatı Dövlət Agentliyinə dəfələrlə müraciət etsələr də, sonuncular müxtəlif bəhanələr gətirib vədlər verməklə aldıqları mənzilləri təhvil verməmişlər (cild 7, iş vərəqə 139-151). Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 göstərdi ki, "xxxx" MMC-də mühəndis işləyir. 2018-ci ilin iyul ayında maraqlanaraq "xxxx" MMC tərəfindən Bakı dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təhciz edilmiş mənzillərin satışının həyata keçirilməsi barədə məlumatı gördükdən sonra həmin Cəmiyyətin Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedib, şirkətin direktoru Təqsirləndirilən şəxs2 və Cəmiyyətin rəhbəri Təqsirləndirilən şəxs1la görüşmüşdür. Mail və Elçinlə təmir olunmuş vəziyyətdə mənzilləri hər kvadrat metrini təxminən 1.112 manatdan alacağı barədə razılığa gəlmişlər. Razılaşmaya əsasən maddi imkanı olmadığı üçün ilkin ödəniş etdikdən sonra qalan məbləği bina təhvil verildikdən sonra bankda ipoteka ilə yüklü edərək kredit şəklində ödəməsi nəzərdə tutulmuşdur. Mail və Elçin onunla razılaşdıqdan sonra 28 saylı binanın 1-ci giriş, 2-ci mərtəbə, ümumi sahəsi 59.5 m2 olan 2 otaqlı 7 saylı mənzili almaq qərarına gəlmiş, həmin mənzilin dəyəri 66.164 manat təşkil etsə də, 20 iyul 2018-ci il tarixdə o, ilkin olaraq 22.000 manatı Təqsirləndirilən şəxs2 ofisdə ödədikdən sonra ona həmin tarixli sonuncu tərəfindən 28 saylı binanın 1-ci giriş, 2-ci mərtəbə, ümumi sahəsi 59.5 m2 olan 2 otaqlı 7 saylı mənzilin adına rəsmiləşdirilməsi barədə “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi” müqavilə və 22.000 manat ödəməsi ilə əlaqədar maliyyə arayışı verilmişdir. xx.xx.2018-ci il tarixdə onun tərəfindən əlavə olaraq 500 manat ödənildikdən sonra ona həmin tarixli Maliyyə Arayışı verilmişdir. Mail tərəfindən ona hər hansı ödəniş qəbzi verilməmişdir. Mail ona binalarda tikinti işlərinin 2019-cu ilin yanvar ayınadək yekunlaşacağını və binaların tam təmir olunmuş vəziyyətdə, o cümlədən mebel mətbəxi ilə təchiz olunmuş vəziyyətdə təhvil veriləcəyinə söz vermişdir. Lakin razılaşmadan uzun müddət keçməsinə baxmayaraq binalar təhvil verilməmişdir. Həmin binalardan mənzil alan şəxslərlə birlikdə bununla əlaqədar "xxxx" şirkətinin direktoru Mail adlı şəxsə və rəhbəri Təqsirləndirilən şəxs1, o, cümlədən Mənzil İnşaatı Dövlət Agentliyinə dəfələrlə müraciət etsələr də, sonuncular müxtəlif bəhanlər gətirib vədlər verməklə aldıqları mənzilləri təhvil verməmişlər. O, həmçinin ifadəsində göstərmişdir ki, Şahid9 2008-2016-cı illər ərzində mühəndis kimi fəaliyyət göstərdiyi "xxxx" MMC-nin direktoru kimi tanımış. Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi 8 ünvanında Zərərçəkmiş şəxs3 MMC tərəfindən inşa edilmiş, 28 saylı binanın 1-ci giriş, 2-ci mərtəbə, ümumi sahəsi 59.5 m2 olan 2 otaqlı 7 saylı mənzili Təqsirləndirilən şəxs2 müraciət edərək almışdır. Lakin həmin mənzili alarkən nağd pulu olmadığına görə ipoteka ilə yüklü edilmiş qaydada almaq istəmiş və qiymətdə ona güzəşt edilməsi üçün həmin vaxt çalışdığı müəssisənin direktoru Şahid9 müraciət edərək Təqsirləndirilən şəxs1 ona güzəş edilməsini xahiş etmişdir. Bundan sonra qeyd edilən mənzilin ümumi qiyməti 66.164 manat təşkil etsə də o, 20 iyul 2018-ci il tarixdə ilkin olaraq ümumilikdə 22.500 manatı Təqsirləndirilən şəxs2 ofisdə ödəmişdir. Mənzillə bağlı ödənişlərini ipoteka yolu ilə heç bir bankda rəsmiləşdirilmədiyi üçün mənzillə bağlı heç bir ödəniş edə bilməmişdir. 28 saylı binanın 1-ci giriş, 2-ci mərtəbə, ümumi sahəsi 59.5 m2 olan 2 otaqlı 7 saylı mənzili öz vəsaiti hesabına ilkin ödəniş edərək almışdır. Şahid9 sadəcə mənzilin qiymətində ona güzəşt edilməsi üçün Təqsirləndirilən şəxs1 xahiş etmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Qalıq kreditini ödəməyə hazırdır. Amma pulu ondan kimin qəbul edəcəyi bilinmir. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid9 Şahid7 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir (cild 13, iş vərəqə 197-199). Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 göstərdi ki, 2018-ci ilin avqust ayında hazırda xatırlamadığı tanışlarından MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təchiz edilmiş mənzillərin satışının həyata keçirilməsi barədə məlumatı öyrəndikdən sonra həmin Cəmiyyətin Amay Ticarət mərkəzinin yaxınlığında yerləşən ofislərinə gedərək şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşdür. Mail ona təmir olunmuş vəziyyətdə, mətbəx mebeli ilə təchiz edilmiş mənzilləri hər kvadrat metrini 1.112 manatdan təklif etmiş, öz növbəsində razılaşaraq 3 otaqlı 78,79 m2 sahəsi olan mənzili 87.614 manat dəyərində olan daxili kreditlə almaq istədiyini bildirərək razılığa gəlmişlər. 01 avqust 2018-ci il tarixdə qeyd olunan ofisdə Təqsirləndirilən şəxs2la görüşərək ilkin ödəniş kimi Təqsirləndirilən şəxs2 33.614 manat mənzilə görə ödəniş etmiş və həmin vaxt Mail tərəfindən 28 nömrəli binanın 2-ci giriş, 3-cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 45 saylı mənzilin oğlu X101 adına rəsmiləşdirilməsi barədə xx.xx.2018-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə” imzalanıb möhürlənmiş vəziyyətdə şirkətə mənzil üçün ümumi qalıq borcunun göstərilməsinə dair həmin tarixli maliyyə arayışı ilə birlikdə ona təqdim edilmişdir. Həmin müqavilə iki tərəfli bağlansa da notarial qaydada təsdiq olunmamışdır. Daxili krediti hansı bankda ödəyəcəyi barədə soruşduqda, Mail ona həmin ödənişləri bankda deyil, ofisdə etməli olduğunu bildirmişdir. Müqavilə bağlandıqdan sonra Mail ona 2019-cu ilin mart ayında binanın tam hazır olacağını və mənzillərin təhvil veriləcəyini bildirmişdir. Bundan sonra 2020-ci ilin mart ayına qədər hər ay 900 manat ödəniş etməklə ümumilikdə təxminən 48.914 manat 48 qəpik şirkətə ödəniş etmişdir. Ödəniş edərkən ona mədaxil qəbzi verilməmiş, lakin Mail tərəfindən qalıq borcu haqqında arayış verilmişdir. 2020-ci ilin mart ayının 16-da Zərərçəkmiş şəxs3 MMC tərəfindən ona verilmiş Maliyyə arayışına əsasən onun qeyd edilən mənzilə görə şirkətə ümumilikdə 38.700 manat borcu qalmışdır. Təqsirləndirilən şəxs2 ona müqavilə bağlandıqdan 3-4 ay ərzində mənzilin tam təmirli təhvil veriləcəyini bildirsə də, hələ də qeyd edilən mənzil təhvil verilməmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Yalnız qalıq tamamlama işlərinin başa çatdırılmasını, müqavilədə nəzərdə tutulduğu kimi ona təhvil verilməsini istəyir. Krediti isə kimə ödəyəcəyini bilmir. İndi müraciət etdiyi şəxslər də cinayət işi bağlı ondan pul qəbul etməkdən imtina edirlər. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid10 göstərmişdir ki, "xxxx" MMC-nin direktorudur. Rəhbəri olduğu cəmiyyət tikinti işləri ilə bağlı fəaliyyət göstərir, lakin hazırda heç bir iş olmadığı üçün fəaliyyəti dayandırılmışdır. Zərərçəkmiş şəxs3 MMC-nin təsisçisi və faktiki rəhbəri Təqsirləndirilən şəxs1 onun qaynıdır. 2017-ci ilin iyun ayında MİDA tərəfindən keçirilmiş tenderdə Təqsirləndirilən şəxs1 rəhbəri olduğu "xxxx" MMC qalib gəlmiş və şirkətlə MİDAnın tabeliyində olan "xxxx" MMC arasında “investisiya sahəsində birgə sahibkarlıq fəaliyyəti haqqında” müqavilə bağlanmış, həmin müqavilənin şərtlərinə görə "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, Bakı dairəvi yolu 8 ünvanında 27, 28 və 29 nömrəli binaların tikintisinə başlamışdır. 2018-ci ilin avqust aylında qaynı Təqsirləndirilən şəxs1 rəhbəri olduğu şirkətin inşa etdiyi binalardan mənzil almaq qərarına gəlmişdir. Bununla bağlı, həmin vaxt Elçinlə Bakı şəhəri, Xətai rayonu, Amay Ticarət Mərkəzinin yaxınlığında yerləşən Cəmiyyətin ofisində görüşmüş və 2 otaqlı mənzil almaq istədiyini bildirmişdir. Elçinlə söhbət zamanı sonuncu ona kənar şəxslərə mənzilin kvadrat metrini 1.265 manat satıldığını, qohum olduqları üçün ona mənzilin hər kvadrat metrini 1.065 manat sata biləcəyini bildirmişdir. Elçinlə onun razılaşmalarına əsasən mənzilin dəyərini hissə-hissə ödəməsi nəzərdə tutulmuşdur. 07 avqust 2018-ci il tarixdə 28 saylı binanın 1-ci giriş, 2 otaqlı, ümumi sahəsi 59.5, m2 olan 19 saylı mənzilin dəyəri 62.475 manat göstərilməkə onun adına rəsmiləşdirilməsi barədə həmin tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə” tərtib edilərək Elçin tərəfindən ona verilmişdir. İlkin olaraq ofisdə Elçinə 25.000 manat ödəmişdir. Ödəniş etməyi ilə bağlı Elçin tərəfindən ona heç bir sənəd verilməmişdir. 2019-cu ilin dekabr ayınadək hissə-hissə olmaqla ümumilikdə mənzilin dəyərini, yəni 62.475 manatı Elçin Ələbərova ofisində ödəmişdir. Hazırda həmin mənzillə bağlı onun borcu qalmamışdır. Elçinlə qohum oldğu üçün inanaraq ödənişlərlə bağlı heç bir sənəd almamış, bunu tələb etməmişdir. Söhbət zamanı Elçin ona binalarda tikinti işlərinin 1 il ərzində yekunlaşacağını və binalar tam təmir olunmuş vəziyyətdə təhvil veriləcəyini söz vermişdir. Lakin razılaşmadan uzun müddət keçməsinə baxmayaraq binalar təhvil verilməmişdir (cild 2, iş vərəqə 13-20). Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 göstərdi ki, 2018-ci ilin avqust ayında Elman Ələkbərov ona MİDA-nın nəzarəti altında "xxxx" MMC şirkəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təchiz edilmiş mənzillərin satışı həyata keçirildiyini, həmin mənzillərin dövlət təminatı ilə tikildiyini və həmin şirkətin rəhbərinin qardaşı Təqsirləndirilən şəxs1 olduğunu, istədiyi halda oradan mənzili daxili kredit ilə ala biləcəyini bildirmişdir. Bununla əlaqədar özü "xxxx" MMC-nin Amay Ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedib, şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşdür. Mail ona təmir olunmuş vəziyyətdə, mətbəx mebeli ilə təchiz edilmiş mənzilləri hər kvadrat metrini 1.265 manatdan təklif etmiş, o da razılaşaraq 1 otaqlı 40,24 m2 sahəsi olan mənzili 50.903 manat dəyərində olan daxili kreditlə almaq istədiyini bildirmişdir. Bundan sonra onlar razılaşaraq 20 avqust 2018-ci il tarixdə qeyd olunan ofisdə görüşərək ilkin ödəniş kimi 10.000 manat mənzilə görə Təqsirləndirilən şəxs2 pul vermiş, Mail də ona 28 nömrəli binanın 50 saylı mənzilinin onun adına rəsmiləşdirilməsi barədə xx.xx.2018-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”ni imzalanmış, möhürlənmiş halda ona təqdim etsə də ödəniş müqabilində mədaxil qəbzi və ya şirkətə qalıq borcu barədə maliyyə arayışını təqdim etməmişdir. Həmin müqavilə iki tərəfli bağlanmış, lakin notarial qaydada təsdiq olunmamışdır. Daxili krediti hansı banka ödəyəcəyi barədə soruşduqda, Mail ona həmin ödənişləri banka deyil, ofisdə ödəməli olduğunu demişdir. Müqavilə bağlandıqdan sonra Mail ona 2019-cu ilin sentyabr ayınadək binanın tam hazır olacağını və mənzillərin təhvil veriləcəyini demişdir. Bundan sonra 2019-cu lin dekabr ayına qədər hər ay ödəniş etməklə təxminən ümumilikdə mənzil üçün Təqsirləndirilən şəxs2 26.000 manat ödəniş etmişdir. Ödəniş edərkən Mail ona mədaxil qəbzi verməmiş, lakin qalıq borcu haqqında arayış vermişdir. Mail ona müqavilə bağlandıqdan sonra 2019-cu ilin dekabr ayına qədər mənzilin tam təmirli təhvil veriləcəyini bildirsə də, hələ də qeyd edilən mənzil təhvil verilməmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Yalnız qalıq tamamlama işlərinin başa çatdırılmasını, müqavilədə nəzərdə tutulduğu kimi ona təhvil verilməsini istəyir. Krediti isə kimə ödəyəcəyini bilmir. İndi müraciət etdiyi şəxslər də cinayət işi bağlı ondan pul qəbul etməkdən imtina edirlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 göstərdi ki, 2018-ci ilin avqust ayında hazırda xatırlamadığı tanışlarından MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təchiz edilmiş mənzillərin satışının həyata keçirilməsi barədə məlumatı öyrəndikdən sonra həmin Cəmiyyətin Amay Ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedib, şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşdür. Mail ona təmir olunmuş vəziyyətdə, mətbəx mebeli ilə təchiz edilmiş mənzilləri hər kvadrat metrini 1.200 manatdan təklif etmiş, öz növbəsində 28 saylı bina, 2-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62.6 m2 olan 63 saylı mənzili 75.120 manat dəyərində olan daxili kreditlə almaq istədiyini bildirmişdir. 20 avqust 2018-ci il tarixdə qeyd olunan ofisdə görüşərək ilkin ödəniş kimi Təqsirləndirilən şəxs2 21.100 manat mənzilə görə ödəniş etmiş və həmin vaxt Mail tərəfindən 28 nömrəli binanın 63 saylı mənzilinin onun adına rəsmiləşdirilməsi barədə xx.xx.2018-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə” imzalanıb möhürlənərək ona təhvil verilmişdir. Təqsirləndirilən şəxs2 ona ilkin ödənişlə bağlı mədaxil qəbzi verməsə də, qalıq borc barədə maliyyə arayışını təqdim etmişdir. Həmin müqavilə iki tərəfli bağlansa da notarial qaydada təsdiq olunmamışdır. Daxili krediti hansı banka ödəyəcəyi barədə soruşduqda, Mail ona həmin ödənişləri banka deyil ofisdə nağd şəkildə etməli olduğunu demişdir. Müqavilə bağlandıqdan sonra Mail ona 2018-ci ilin dekabr ayınadək binanın tam hazır olacağını və mənzillərin təhvil veriləcəyini söz vermişdir. Bundan sonra 2020-ci ilin mart ayına qədər o, hər ay, ödəniş etməklə təxminən ümumilikdə 25.620 manat şirkətə ödəniş etmiş, hər dəfə ödəniş edərkən arayış dəyişdirilərək Mail tərəfindən ona qalıq borcu haqqında yeni arayış verilmişdir. 2020-ci ilin mart ayında ona verilmiş maliyyə arayışında göstərildiyi kimi onun həmin şirkətə 49.500 manat məbləğində borcu qalmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Yalnız qalıq tamamlama işlərinin başa çatdırılmasını, mənzilin müqavilədə nəzərdə tutulduğu kimi ona təhvil verilməsini istəyir. Krediti isə kimə ödəyəcəyini bilmir. İndi müraciət etdiyi şəxslər də cinayət işi bağlı ondan pul qəbul etməkdən imtina edirlər. Şirkətin fəaliyyətini bərpa etməsini və qalıq işlərin tamamlanmasını arzulayır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 göstərdi ki, X102 onun qohumudur. Cəmiyyətdən aldıqları mənzilin alqı-satqısında Mərziyə Miriyeva ilə birlikdə iştirak etmişdir. Belə ki, 2018-ci ilin avqust ayında hazırda xatırlamadığı tanışları vasitəsilə MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təchiz edilmiş mənzillərin satışının həyata keçirilməsi barədə məlumatı öyrəndikdən sonra həmin ünvana gedərək mənzillərə baxıb bəyənmişlər və mənzillərin satışının ancaq "xxxx" MMC-nin Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisində həyata keçirildiyini öyrənmişlər. Bundan sonra o, Mərziyə ilə birlikdə "xxxx" MMC-nin Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedərək şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşlər. Təqsirləndirilən şəxs2 sözlərindən onlara Cəmiyyətin rəhbərinin Təqsirləndirilən şəxs1 olduğu məlum olmuşdur. Həmin vaxt Mərziyyə Təqsirləndirilən şəxs2 28 saylı binadan, 2-ci giriş, 6-cı mərtəbə, 1 otaqlı, 40.24 m2 sahəsi olan 58 saylı mənzili almaq istədiyini bildirmiş və sonuncuyla həmin mənzilə görə 40.964 manat məbləğində ödəniş edəcəyinə dair razılığa gəlmişlər. Mail onlara ödəniləcək məbləğin hamısını bank hesabına köçürmədiklərini və bu səbəbdəndə notarial alqı-satqıda mənzilə görə alınacaq məbləğin 25.724 manat qeyd ediləcəyini bildirmişdir. Onlar da Təqsirləndirilən şəxs2la razılaşmışlar və 28 avqust 2018ci il tarixdə Mərziyə Miriyeva Cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, “Amay” Ticarət Mərkəzinin yaxınlığında yerləşən ofisində onun yanında mənzil üçün Təqsirləndirilən şəxs2 15.240 manat ödəniş etmiş, Mail də onlara Mərziyənin mənzil üçün 15.240 manat ödəniş etməsi ilə bağlı Maliyyə arayışını imzalanmış və möhürlənmiş vəziyyətdə təqdim etmişdir. 30 avqust 2018-ci il tarixdə Mərziyə Miriyeva və Təqsirləndirilən şəxs2la birlikdə 6 saylı notariusun yaxınlığında olan "xxxx"ın Sahil filialına getmişlər və 25.724 manatı şirkətin hesabına qoyduqdan sonra notariusa gələrək alqı-satqısı aparılmış və müqavilədə mənzilə görə guya 25.724 manat ödənildiyi göstərilmişdir. Onlar Təqsirləndirilən şəxs2 bu barədə soruşduqda sonuncu şirkətin daxili məsələləri olduğunu demiş, onlar da ilk dəfə mənzil aldıqlarına görə məlumatları olmadığı üçün etirazlarını bildirməmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Yalnız qalıq tamamlama işlərinin başa çatdırılmasını istəyir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid15 göstərdi ki, 2018-cu ilin avqust ayında internet saytında MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təhciz edilmiş mənzillərin satışının həyata keçirilməsi barədə məlumatı gördükdən sonra həmin Cəmiyyətin Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedərək şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşdür. Mail ona təmir olunmuş vəziyyətdə mənzillərin hər kvadrat metrini təxminən 1.265 manatdan təklif etmişdir. 28 saylı binanın 1-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 59.5 m2 olan 2 otaqlı 15 saylı mənzili almaq qərarına gəlmiş və Təqsirləndirilən şəxs2la həmin mənzili 75.267,5 manata razılaşmışdır. Razılaşmaya əsasən həmin mənzilin dəyərini 48 ay müddətinə ödəməsi nəzərdə tutulmuşdur. 31 avqust 2018-ci il tarixdə ilkin olaraq Təqsirləndirilən şəxs2 23.000 manatı qeyd edilən ofisdə ödədikdən sonra onun adına həmin tarixli müqavilə ilə 28 saylı binanın 1-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 59.5 m2 olan 2 otaqlı 15 saylı mənzili rəsmiləşdirilmişdir. 31 avqust 2018-ci il tarixdən etibarən Təqsirləndirilən şəxs2 şəxsən cəmi 42.267,5 manat ödəmiş və hazırda şirkətə 33.000 manat borcu qalmışdır. Ödənişlərlə bağlı Mail tərəfindən ona yalnız Maliyyə arayışı verilmiş, lakin heç bir ödəniş qəbzi verilməmişdir. Mail ona binalarda tikinti işlərinin 2019-cu ilin sonunadək yekunlaşacağını və binaların tam təmir olunmuş vəziyyətdə, o cümlədən mebel mətbəxi ilə təchiz olunmuş vəziyyətdə təhvil veriləcəyini söz vermişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Yalnız qalıq tamamlama işlərinin başa çatdırılmasını, mənzilin müqavilədə nəzərdə tutulduğu kimi ona təhvil verilməsini istəyir. Krediti isə kimə ödəyəcəyini bilmir. Müraciət etdiyi şəxslər də cinayət işi bağlı ondan pul qəbul etməkdən imtina edirlər. Şirkətin fəaliyyətini bərpa etməsini və qalıq işlərin tamamlanmasını arzulayır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid16 göstərdi ki, 2018-ci ilin sentyabr ayında internet saytında MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təhciz edilmiş mənzillərin satışının həyata keçirilməsi barədə məlumatı gördükdən sonra həmin Cəmiyyətin Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedərək şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşdür. Mail ona təmir olunmuş vəziyyətdə mənzilləri hər kvadrat metrini təxminən 1.265 manatdan təklif etdikdən sonra o, 28 saylı binanın 1-ci giriş, 7-ci mərtəbə, ümumi sahəsi 59.5 m2 olan 2 otaqlı 27 saylı mənzili almaq qərarına gəlmiş və Təqsirləndirilən şəxs2la həmin mənzili 75267,5 manata razılaşmışdır. Razılaşmaya əsasən o, mənzilin dəyərini 48 ay müddətinə ödəməli olmuşdur. 02 sentyabr 2018-ci il tarixdə ilkin olaraq o, Təqsirləndirilən şəxs2 35.000 manatı ofisində ödədikdən sonra həmin tarixli müqavilə ilə 28 saylı binanın 1-ci giriş, 7-ci mərtəbə, ümumi sahəsi 59.5 m2 olan 2 otaqlı 27 saylı mənzil onun adına rəsmiləşdirilmişdir. 02 sentyabr 2018-ci il tarixdən etibarən o, şəxsən Təqsirləndirilən şəxs2 ümumilikdə 48.880,5 manat ödəmiş və hazırda 29.387 manat borcu qalmışdır. Ödənişlərlə bağlı Mail tərəfindən ona yalnız Maliyyə arayışı verilmiş, heç bir ödəniş qəbzi verilməmişdir. Mail ona binalarda tikinti işlərinin 2019-cu ilin sonunadək yekunlaşacağını və binaların tam təmir olunmuş vəziyyətdə, o cümlədən mebel mətbəxi ilə təchiz olunmuş vəziyyətdə təhvil veriləcəyinə söz vermişdir. Lakin razılaşmadan uzun müddət keçməsinə baxmayaraq binalar təhvil verilməmişdir. Hazırda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Yalnız qalıq tamamlama işlərinin başa çatdırılmasını, mənzilin müqavilədə nəzərdə tutulduğu kimi ona təhvil verilməsini istəyir. Krediti isə kimə ödəyəcəyini bilmir. Cinayət işi bağlı ondan pul qəbul etməkdən imtina edilir, işlər də buna görə getmir. Şirkətin işini bərpa etməsini və qalan işlərin yekunlaşdırılmasını istəyir. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid17 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 2007-ci ildən tanıyır. X28 onu və xalası oğlu Şahid18 Təqsirləndirilən şəxs1 ilə tanış edərək sonuncunun mənzil və ofislərin tikintisi və alqı-satqısı ilə məşğul olduğunu demişdir. Onlar da gələcəkdə təmir etdirib sataraq qazanc əldə etmək məqsədi ilə 28 avqust 2007-ci il tarixdə Təqsirləndirilən şəxs1 təsisçisi olduğu "xxxx" MMC-nin inşa etdiyi Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 20-ci sahə, 14 mərtəbəli biznes mərkəzinin binasında yerləşən 8-ci mərtəbə, 356.2 m2 sahəsi olan daşınmaz əmlakı almaq qərarına gəlmişlər. Onlar Elçin ilə həmin əmlak üçün 165.000 ABŞ dolları məbləğində razılığa gəlmiş və əmlak onun adına rəsmiləşdirilmişdir. Həmin vaxt əmlak üçün qeyd edilən pulu Elçinə ödədikdən sonra sonuncu tərəfindən “Çoxmərtəbəli biznes mərkəzinin tikintisi haqqında fərdi müqavilə” imzalanaraq təhvil verilmişdir. Həmin vaxt binada tikinti işləri hələ başlamadığından Elçin onlara binada tikinti işlərinin 2-3 il ərzində yekunlaşaraq təhvil veriləcəyini söz versə də, razılaşmadan uzun müddət keçməsinə baxmayaraq binada tikinti işləri başa çatdırılmamışdır. Bununla bağlı onlar Elçinə müraciət edən zaman sonuncu pulu tezliklə qaytaracağını söz vermişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 həmin əmlakın sahəsi və dəyərinə uyğun olaraq Zərərçəkmiş şəxs3 MMC tərəfindən Bakı şəhəri Yasamal rayonu, X279, 8 ünvanında yerləşən binada mənzillər verə biləcəyini bildirmiş, belə olan halda onlar razılaşmışlar. 2018-ci ilin təxminən əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, X279, 8 ünvanında yerləşən 28 saylı binadan 62, 64, 67 və həmin ünvanda yerləşən 29 saylı binadan 16, 25 saylı mənzilləri onun və xalası oğlu Şahid18 adına daxili müqavilə əsasında rəsmiləşdirilmişdir. Həmin mənzillərdən 4-ü, yəni 28 saylı binadan 62, 64, 67 və həmin ünvanda yerləşən 29 saylı binadan isə 16 saylı mənzillər onun və xalası oğlu Şahid18 razılığına əsasən Təqsirləndirilən şəxs2 tərəfindən müxtəlif şəxslərə satılmaqla pulları onlara ödənilmişdir. Yalnız daxili müqavilə əsasında onun adına rəsmiləşdirilmiş 29 saylı binadakı 25 saylı mənzil hal-hazıradək satılmamışdır. Mənzillər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən satıldıqdan sonra həmin mənzillərin dəyəri, yəni 150.000 manat pul vəsaiti onlara verilmişdir. O və xalası oğlu Şahid18 Zərərçəkmiş şəxs3 MMC-nin Bakı şəhəri Yasamal rayonu, X279, 8 ünvanında yerləşən 28 saylı binadan 62, 64, 67 və həmin ünvanda yerləşən 29 saylı binadan 16, 25 saylı mənzillərin alınması üçün heç kimə heç bir məbləğdə vəsait ödəməmişlər. Həmin mənzillər onlara Təqsirləndirilən şəxs1 tərəfindən daxili müqavilə əsasında borcu qarşılığında verilmişdir. Hazırda Təqsirləndirilən şəxs1 onlara 80.000 manat borcu qalmışdır (cild 11, iş vərəqə 98-101). Məhkəmədə şahid qismində dindirilmiş Şahid18 Şahid17 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayətinin olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid19 göstərdi ki, Təqsirləndirilən şəxs1 2005-ci ildən tanımış, yaxın münasibətləri olmuş, sonuncuyla heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 2018-ci ilin sentyabr ayında qızı Könülün ailəsinə mənzil almaq üçün maraqlandıqda tanışı Təqsirləndirilən şəxs1 MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təchiz edilmiş mənzillərin satışının həyata keçirdiyini öyrəndikdən sonra həmin Cəmiyyətin Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedib Elçinlə görüşmüş və inşa etdiyi binalardan iki otaqlı mənzil almaq istədiyini bildirmişdir. Elçinlə mənzilin hər kvadrat metrini 1.200 manatdan razılaşdıqdan sonra 28 saylı binadan 1-ci giriş 2-ci mərtəbə, 2 otaqlı ümumi sahəsi 62.6 m2 olan 5 saylı mənzili almaq qərarına gəlmişdir. 24 sentyabr 2018-ci il tarixdə qeyd olunan ofisdə Təqsirləndirilən şəxs1 75.120 manat ödəniş etdikdən sonra sonuncu tərəfindən onun qızı Könül Səmədovanın adına qeyd olunan mənzilin rəsmiləşdirilməsi ilə bağlı həmin tarixli müqavilə tərtib edilərək onlara verilmişdir. Həmin mənzil onun qızı Könül Səmədovanın adına rəsmiləşdirilmişdir. Bundan başqa, Elçin tərəfindən ona mənzilə dair borcunun olmaması ilə bağlı Maliyyə arayışı tərtib edilərək verilmişdir. Bundan sonra isə qızının ailəsində bədbəxt hadisə baş verdiyi üçün həmin mənzilin düşərli olmaması qənaətinə gələrək binada gedən tikinti işləri ilə maraqlanmamışdır. Daha sonra eyni qaydada 28 saylı binadan 1-ci giriş 3-cü mərtəbə, 2 otaqlı ümumi sahəsi 62.6 m2 olan 9 saylı mənzili 75.120 manata almışdır. Həmin məzillərin dəyərini, yəni ümumilikdə iki mənzilə görə 150.240 manatı ofisində Təqsirləndirilən şəxs1 ödəmiş, 9 saylı mənzil qohumu X43 adına rəsmiləşdirilmişdir. Həmin binadan 10 saylı mənzili onun vasitəsilə bacısı oğlu Şahid40 alımışdır. Həmçinin o, ifadəsində göstərmişdir ki, Elçin ona bina tam hazır olandan sonra mənzilə dair çıxarış ala biləcəyini bildirsə də həmin vaxt sonuncu mənzili notarial qaydada alqı-satqı edərək adlarına rəsmiləşdirməsinin mümkün olması barədə heç bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Təqsirləndirilən şəxs1 əsassız yerə həbs olunduğunu hesab edir. Ona görə də tanınmış bir iş adamı olan bu şəxsin tezliklə azad olunmasını və insanlara xidmət edən fəaliyyətini bərpa etməsini istəyir. Pulunu ödəyib mənzillərinə sahiblənmiş insanların rahatlığının pozulmasına isə haradan maliyyə əldə etdiyi, məqsədinin nə olduğu bilinməyən, əsassız pul tələbi iddiaları ilə çıxış edən Povilasın səbəb olduğunu düşünür. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid20 göstərmişdir ki, 2018-ci ilin senbtyabr ayında tanışları vasitəsilə MİDA-nın nəzarəti altında "xxxx" MMC şirkəti tərəfindən Bakı dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təhciz edilmiş mənzillərin satışının həyata keçirilməsi barədə məlumat öyrəndikdən sonra həmin Cəmiyyətin Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedərək şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşdür. Mail ona təmir olunmuş vəziyyətdə mənzilləri hər kvadrat metrini təxminən 1265 manatdan təklif etmiş o da Təqsirləndirilən şəxs2 ilə razılaşaraq 28 saylı binadan, 2ci giriş, 4-cü mərtəbə, 3 otaqlı, 78,79 m2 sahəsi olan 49 saylı mənzili 99.669 manat 35 qəpik dəyərində olan dövlət ipotekası ilə almaq istədiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona dövlət ipotekası ilə mənzillərin rəsmiləşdirilməsi mövcud olduğunu bildirmişdir. Bundan sonra o da razılaşaraq 29 sentyabr 2018-ci il tarixdə qeyd olunan ofisdə Təqsirləndirilən şəxs2la görüşərək ilkin ödəniş kimi 30.000 manat mənzilə görə ödəniş etmiş və həmin vaxt Mail tərəfindən 28 nömrəli binanın 49 saylı mənzilinin onun adına rəsmiləşdirilməsi barədə xx.xx.2018-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə” imzalanıb möhürlənmiş vəziyyətdə qalıq borc barədə maliyyə arayışı ilə birlikdə təqdim edilmişdir. Həmin müqavilə iki tərəfli bağlanmış, lakin notarial qaydada təsdiq olunmamışdır. O, dövlət ipotekası ilə ödənişlərini həyata keçirmək barədə soruşduqda sonuncu ona 2018-ci ilin dekabr ayında mənzilin dövlət ipotekası ilə rəsmiləşdiriləcəyini bildirsə də qeyd edilən mənzil dövlət ipotekası ilə rəsmiləşdirilməmiş və o əlavə olaraq heç bir məbləğdə ödəniş etməmişdir. Bundan sonra o, mənzilin təmiri ilə razılaşmadığı üçün Təqsirləndirilən şəxs1 mənzili özü təmir edəcəyini və mənzilin təmiri üçün xərclənəcək olan 10.000 manat məbləğində olan pulun mənzil üçün onun şirkətə olan ümumi borcundan çıxılmasını təklif etmişdir. Təqsirləndirilən şəxs1 da onunla razılaşmış və xx.xx.2019-cu il tarixli şirkətə olan ümumi borcundan 10.000 manat çıxılaraq ümumi borcun 59.533 manat qalmasına dair maliyyə arayışı Təqsirləndirilən şəxs2 tərəfindən ona təqdim edilmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs2 ona binalarda tikinti işlərinin 18 ay ərzində yekunlaşacağını və binaların tam təmir olunmuş vəziyyətdə təhvil veriləcəyini söz versə də razılaşmadan uzun müddət keçməsinə baxmayaraq binalar təhvil verilməmişdir (cild 03, iş vərəqə 77-83). Məhkəmədə şahid qismində dindirilmiş Şahid21 İsmayıl qızı göstərdi ki, 2018-ci il ildə tanışları vasitəsi ilə MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təhciz edilmiş mənzillərin satışının həyata keçirilməsi barədə məlumat əldə etdikdən sonra həmin Cəmiyyətin Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedərək şirkətin direktoru Mayıl İbadovla görüşmüşdür. Mail ona təmir olunmuş vəziyyətdə mənzillərin hər kvadrat metrini təxminən 1.265 manatdan təklif etmiş, o da razılaşaraq 28 saylı binadan, 1-ci giriş, 6-cı mərtəbə, 2 otaqlı, 59.5 m2 sahəsi olan 23 saylı mənzili almaq istədiyini bildirmişdir. Həmin mənzilin dəyəri 75.267,5 manat təşkil etdiyindən məbləği tam qaydada ödəyə bilmədiyi üçün Təqsirləndirilən şəxs2la həmin məbləği 5 il müddətinə ödəyəcəyi barədə razılaşmışdır. 10 oktyabr 2018-ci il tarixdə ilkin ödəniş olaraq məbləğin 40 faizini ödədikdən sonra Təqsirləndirilən şəxs2 10 oktyabr 2018-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə” tərtib edib ona təqdim etmişdir. Həmin aydan etibarən o, mənzilə görə mütəmadi ödənişlər edərək ümumilikdə 46267,5 manat Təqsirləndirilən şəxs2 pul ödəmiş və hər dəfə ona Cəmiyyət tərəfindən qalıq borcu barədə Maliyyə arayışı verilmiş, lakin ödənişlərlə bağlı hər hansı mədaxil qəbzi verilməmişdir. Söhbət zamanı Mail ona binalarda tikinti işlərinin 18 ay ərzində yekunlaşacağını və binaların tam təmir olunmuş vəziyyətdə təhvil veriləcəyinə söz vermişdir. Lakin razılaşmadan uzun müddət keçməsinə baxmayaraq binalar təhvil verilməmişdir. O və həmin binalardan mənzil alan şəxslər bununla əlaqədar "xxxx" şirkətinin direktoru Mail adlı şəxsə və rəhbəri Təqsirləndirilən şəxs1, o cümlədən Mənzil İnşaatı Dövlət Agentliyinə dəfələrlə müraciət etsələr də sonuncular müxtəlif bəhanlər gətirib vədlər verməklə aldıqları mənzilləri təhvil verməmişlər. O, həmçinin ifadəsində göstərmişdir ki, ona məxsus mənzil rüşvət şəklində tikinti prosesinin uzanmasına göz yumması, sakinləri sakitləşdirməsi və digər hüquqi məsələləri həll etməsi üçün MİDA-nın əməkdaşı olan Ələkbər adlı şəxsə verilməmiş, belə ki, adı çəkilən şəxs, yəni, X77 onun qardaşıdır, mənzil alarkən yalnız sonuncunun məsləhətindən istifadə etmişdir. O, qardaşı Ələkbər ilə "xxxx" MMC şirkətinin Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə müraciət edərək daxili kredit əsasında 28 saylı binadan, 1-ci giriş, 6-cı mərtəbə, 2 otaqlı, 59.5 m2 sahəsi olan 23 saylı mənzili ilkin ödəniş edərək almışdır. Hazırda həmin mənzilə görə də şirkətə 29.000 manat onun borcu qalmışdır. Həmin borc məbləğini də binalarda tikinti işlərinə davam etdiriləndən sonra ödəyəcəkdir. Həmçinin o, ifadəsində göstərmişdir ki, mənzil almaq üçün bir neçə şirkətlərə müraciət edən zaman mənzilin daxili kredit müddəti 36 aya qədər olduğu üçün həmin ödənişləri etməyə onun maddi imkanı olmadığına görə ala bilməmişdir. Bununla bağlı qardaşı Ələkbər ilə Təqsirləndirilən şəxs2 müraciət edərkən sonuncudan kredit məbləğini yalnız 60 aya qədər olan müddət ərzində ödəyə biləcəyini deyərək bununla bağlı güzəşt edilməsini xahiş etmişdir. Mail də həmin vaxt onunla razılaşmış və mənzilin dəyərinin 60 aya qədər ödəyə biləcəyini bildirmişdir. Lakin o, bununla bağlı Təqsirləndirilən şəxs2 başqa heç kimdən xahiş etməmiş, qardaşı Ələkbər də bununla bağlı heç kimə müraciət etməmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Yalnız qalıq tamamlama işlərinin başa çatdırılmasını, mənzilin müqavilədə nəzərdə tutulduğu kimi ona təhvil verilməsini istəyir. Krediti isə kimə ödəyəcəyini bilmir, pul qəbul etməkdən imtina edirlər. Şirkətin fəaliyyətinin bərpa olunması ilə bu problemlərə son qoyulacağı qənaətindədir. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid22 göstərmişdir ki, 2019-cu ilin oktyabr ayında tanışları vasitəsilə MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təchiz edilmiş mənzillərin satışının həyata keçirilməsi barədə məlumatı öyrəndikdən sonra həmin Cəmiyyətin Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedərək şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşdür. Təqsirləndirilən şəxs2 sözlərindən ona Cəmiyyətin rəhbəri Təqsirləndirilən şəxs1 olduğu məlum olmuşdur. Mail ona təmir olunmuş vəziyyətdə mənzilləri hər kvadrat metrini təxminən 1.265 manatdan təklif etmişdir. Maillə 28 saylı binadan, 1-ci giriş, 8-ci mərtəbə, 2 otaqlı, 62,6 m2 sahəsi olan 30 saylı mənzili 79.189 manat dəyərində olan daxili kreditlə almaq istədiyini bildirmiş və sonuncuyla razılaşmışdır. 15 oktyabr 2018-ci il tarixdə qeyd olunan ofisdə Təqsirləndirilən şəxs2la görüşərək ilkin ödəniş kimi 23.000 manat mənzilə görə ödəniş etmiş və həmin vaxt Mail tərəfindən 28 nömrəli binanın 30 saylı mənzilinin nəvəsi X73 adına rəsmiləşdirilməsi barədə xx.xx.2018-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə” imzalanıb möhürlənərək ona təhvil verilmişdir. Ödəniş müqabilində Mail ona mədaxil qəbzi və qalıq borc barədə maliyyə arayış da vermişdir. Həmin müqavilə iki tərəfli bağlanmış, lakin notarial qaydada təsdiq olunmamışdır. O, daxili krediti hansı banka ödəyəcəyi barədə soruşduqda, Mail ona həmin ödənişləri banka deyil, ofisdə etməli olduğunu demişdir. Mail ona müqavilə bağlandıqdan 18 ay ərzində mənzilin tam təmirli təhvil veriləcəyini bildirsə də hələ də qeyd edilən mənzil ona təhvil verilməmişdir. Həmin binaların sakinləri ilə birlikdə mənzillərin təhvil verilməməsi ilə bağlı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dəfələrlə müraciət etsələr də sonuncular müxtəlif bəhanələr gətirib vədlər verməklə aldıqları mənzilləri təhvil verməmişlər (cild 03, iş vərəqə 109-140). Məhkəmədə şahid qismində dindirilmiş Şahid23 göstərdi ki, 2018-ci ilin iyun oktyabr ayında bina.az saytı vasitəsilə MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təchiz edilmiş mənzillərin nağd satışının həyata keçirilməsi barədə məlumatı öyrəndikdən sonra həmin Cəmiyyətin Amay Ticarət mərkəızinin yaxınlığında yerləşən ofislərinə gedərək şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşdür. Mail ona təmir olunmuş vəziyyətdə, mətbəx mebeli ilə təchiz edilmiş mənzilləri hər kvadrat metrini 1.250 manatdan təklif etmiş, o da cəmi 65.000 manat pulunun olmasını və hər kvadrat metrini 1.025 manata almaq istədiyini bildirmişdir. Mail də onunla razılaşmış və həmin mənzili qeyd edilən məbləğə satacağını bildirmişdir. Bundan sonra Mail ona mənzilə görə 30.000 manat pulu notarial qaydada alqı satqı etmək üçün "xxxx" ASC-ə, yerdə qalan 35.000 manatı pulu isə şirkətin kassasına ödəməli olduğunu demişdir. 17 oktyabr 2018-ci il tarixdə 30.000 manat pulu "xxxx" ASC-nin Sahil filialında şirkətin hesabına ödəmiş və həmin məbləği ödəməsi ilə bağlı mədaxil qəbzini əldə etmişdir. Bundan sonra xx.xx.2018-ci il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi bağlanmış və Mail tərəfindən 28 nömrəli binanın 25 saylı mənzilinin onun adına rəsmiləşdirilməsi barədə xx.xx.2018-ci il tarixli “Çoxmənzilli yaşaış binasının tikintisi haqqında fərdi müqavilə” imzalanıb möhürlənərək ona təqdim edilmişdir. Bundan sonra o, danışdıqları kimi şirkətin kassasına, yəni Təqsirləndirilən şəxs2 35.000 manat məbləğində pul ödəmişdir. Ödəniş müqabilində Mail ona şirkətin kasasına 35.000 manat ödəniş etməsi ilə bağlı mədaxil qəbzi vermişdir. Mənzilə görə 65.000 manata razılaşmasına baxmayaraq xx.xx.2018-ci il tarixli müqavilədə mənzilin guya 79.189 manata satılması göstərilməsindən həmin vaxt məlumatı olmamışdır. O, bu rəqəmi görsə də həmin vaxt əhəmiyyət verməmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Yalnız qalıq tamamlama işlərinin başa çatdırılmasını, mənzilin müqavilədə nəzərdə tutulduğu kimi ona təhvil verilməsini istəyir. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid24 göstərmişdir ki, 2018-ci ilin oktyabr ayında tanışları vasitəsilə MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təchiz edilmiş mənzillərin satışının həyata keçirilməsi barədə məlumatı öyrəndikdən sonra, həmin Cəmiyyətin Amay Ticarət mərkəzinin yaxınlığında yerləşən ofislərinə gedərək şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşdür. Təqsirləndirilən şəxs2 sözlərindən ona Cəmiyyətin rəhbərinin Təqsirləndirilən şəxs1 olması məlum olmuşdur. Mail ona təmir olunmuş vəziyyətdə mənzilləri hər kvadrat metrini təxminən 1.150 manatdan təklif edən zaman o, 28 saylı binadan, 2-ci giriş, 1-ci mərtəbə, 1 otaqlı, 40.24 m2 sahəsi olan 38 saylı mənzili almaq istədiyini bildirmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs2la həmin mənzilə görə 46.276 manat məbləğində ödəniş edəcəyinə dair razılığa gəlmişlər. Mail ona ödəniləcək məbləğin hamısını bank hesabına köçürülmədiyini və bu səbəbdən də notarial alqı-satqıda mənzilə görə alınacaq məbləğin 25.000 manat qeyd ediləcəyini demişdir. Təqsirləndirilən şəxs2la razılaşaraq 16 oktyabr 2018-ci il tarixdə 6 saylı Notariusda Təqsirləndirilən şəxs2 21.276 manat vermişdir. Pulu Təqsirləndirilən şəxs2 verdikdən sonra sonuncu ona xx.xx.2018-ci il tarixli şirkətə mənzil üçün 21.276 manat ödəniş etməsiylə bağlı məxaric orderi vermişdir. xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs2la birlikdə 6 saylı notariusun yaxınlığında olan Muğan banka gedərək 25.000 manat məbləğində pulu şirkətin hesabına köçürdükdən sonra notariusa gələrək alqı-satqısı aparılmış və müqavilədə mənzilə görə guya 25.000 manat ödənildiyi göstərilmişdir. Təqsirləndirilən şəxs2 bu barədə soruşduqda sonuncu şirkətin daxili məsələləri ilə bağlı olduğunu demişdir. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra Mail ona binalarda tikinti işlərinin 5-6 ay ərzində yekunlaşacağını və binaların tam təmir olunmuş vəziyyətdə təhvil veriləcəyini söz versə də razılaşmadan uzun müddət keçməsinə baxmayaraq binalar təhvil verilməmişdir (cild 03, iş vərəqə 141-151). Məhkəmədə şahid qismində dindirilmiş Şahid14 göstərdi ki, 2018-ci ilin oktyabr ayında tanışları vasitəsilə MİDA-nın nəzarəti altında "xxxx" MMC şirkəti tərəfindən Bakı dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təchiz edilmiş mənzillərin satışının həyata keçirilməsi barədə məlumatı gördükdən sonra atası Mübariz Əhmədov ilə birlikdə həmin Cəmiyyətin Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedərək şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşlər. Mail təmir olunmuş vəziyyətdə mənzilləri hər kvadrat metrini təxminən 1.000 manatdan təklif etmiş, onlar da razılaşaraq 28 saylı binadan, 2-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı, 62.6 m2 sahəsi olan 55 saylı mənzili almaq istədiklərini bildirərək sonuncuyla həmin mənzilə görə 62.500 manat məbləğində ödəniş edilməsinə dair razılığa gəlmişlər. Mail ödəniləcək məbləğin hamısını bank hesabına köçürülməyəcəyini və bu səbəbdəndə notarial alqı-satqıda mənzilə görə alınacaq məbləğ 30.000 manat qeyd ediləcəyini demişdir. Təqsirləndirilən şəxs2la razılaşaraq 31 oktyabr 2018-ci il tarixdə atası Mübariz Əhmədov ilə birlikdə Cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, “Amay Ticarət Mərkəzinin yaxınlığında yerləşən ofisində 62.500 manat mənzilə görə, alqı-satqı üçün ödəniləcək xərclər üçün isə əlavə olaraq 2.000 manat pulu sonuncuya vermişdir. Mail də həmin vaxt ona xx.xx.2018-ci il tarixli 64.500 manat ödəniş etməsilə bağlı kassa mədaxil orderini təqdim etmişdir. Bundan sonra o, atası Mübariz Əhmədov və Təqsirləndirilən şəxs2 ilə birlikdə 6 saylı notariusun yaxınlığında "xxxx"ın Sahil filialına gedərək 30.000 manatı şirkətin hesabına qoymuşdur. Qeyd edilən məbləği şirkətin hesabına qoyduqdan sonra notariusa gələrək atası Mübariz Əhmədov ilə Təqsirləndirilən şəxs2 arasında qeyd edilən mənzilə görə alqı-satqı aparılmış və müqavilədə mənzilə görə guya 30.000 manat ödənildiyini göstərilmişdir. Təqsirləndirilən şəxs2 bu barədə soruşduqda sonuncu şirkətin daxili məsələləri ilə bağlı olduğunu demiş, o da etirazını bildirməmişdir. Söhbət zamanı Mail ona binalarda tikinti işlərinin 5-6 ay ərzində yekunlaşacağını və binaların tam təmir olunmuş vəziyyətdə təhvil veriləcəyini söz versə də, razılaşmadan uzun müddət keçməsinə baxmayaraq həmin binalar təhvil verilməmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Yalnız qalıq tamamlama işlərinin başa çatdırılmasını, mənzilin müqavilədə nəzərdə tutulduğu kimi ona təhvil verilməsini istəyir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid25 göstərdi ki, 2018-ci ilin dekabr ayında hazırda xatırlamadığı internet saytında MİDA-nın nəzarəti altında "xxxx" MMC şirkəti tərəfindən Bakı dairəvi yolu 8 ünvanında inşa edilmiş 28-ci binanın 2-ci giriş, 1-ci mərtəbə, 3 otaqlı ümumi sahəsi 78,79 m2 olan 37 saylı mənzilin 86.000 manata satılması barədə məlumatı görüb, həmin Cəmiyyətin Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedərək şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşdür. Təqsirləndirilən şəxs2 sözlərindən ona Cəmiyyətin rəhbərinin Təqsirləndirilən şəxs1 olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs2la bir qədər söhbət etdikdən sonra həmin mənzili aralarında 83.000 manata razılaşmışlar. Mail ona mənzili tam təmir olunmuş vəziyyətdə və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə təhvil verəcəyini bildirmiş, o da razılaşaraq mənzili almaq qərarına gəlmişdir. 03 dekabr 2018-ci il tarixdə yenidən ofisdə Mail ilə görüşən zaman sonuncu ona cəmiyyətin daxili məsələlərinə görə ödəniləcək məbləğin hamısını bank hesabına köçürməyəcəyini bu səbəbdəndə notarial alqı-satqıda mənzilə görə alınacaq məbləğin 40.000 manat qeyd ediləcəyini bildirmişdir. Qeyd edilən mənzili dostu X41 adına rəsmiləşdirmək qərarına gəldiyi üçün sonuncu onunla birlikdə bütün məsələlərdə iştirak etmişdir. 03 dekabr 2018-ci il tarixdə 43.000 manatı Təqsirləndirilən şəxs2 ödədikdən sonra Cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, “Amay Ticarət Mərkəzinin yaxınlığında yerləşən ofislərində həmin tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə” tərtib edilərək ona verilmişdir. Həmin mənzil dostu Fərid Əhmədovun adına rəsmiləşdirililmişdir. Bundan sonra, yəni 05 dekabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs2 və dostu Fərid Əhmədovla birlikdə Cəmiyyətin yaxınlığında olan 6 saylı notariusa gedərək Fərid Əhmədovun adına olan hesaba 40.000 manat məbləğində pul köçürmüşlər və daha sonra hesabda pulun olmasını təsdiq edən sənədlərlə notariusa yaxınlaşaraq mənzilin 40.000 manat məbləğində Fərid Əhmədovun adına alqı-satqı edilməsi barədə notarial təsdiq olunmuş alqı-satqı müqaviləsini almışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Yalnız qalıq tamamlama işlərinin başa çatdırılmasını, mənzilin müqavilədə nəzərdə tutulduğu kimi ona təhvil verilməsini istəyir. Məhkəmədə şahid qismində dindirilmiş X103 göstərdi ki, 2019-cu ilin aprel ayında hazırda xatırlamadığı internet saytında MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən tikilmiş Bakı dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təhciz edilmiş mənzillərin satışının həyata keçirilməsi barədə məlumatı görmüş və həmin elanda qeyd edilən ünvana gedərək orada mənzillərin satışı ilə maraqlanan zaman istifadəsində ***-***- **-** saylı mobil telefon nömrəsi vasitəsilə əlaqə saxladığı Sultan adlı şəxslə tanış olmuşdur. Sultan ona Zərərçəkmiş şəxs3 MMC-də podratçı işlədiyini və əmək haqqısının qarşılığında şirkət tərəfindən verilmiş mənzili pul müqabilində aldığını və həmin mənzili satdığını bildirmişdir. Bundan sonra o, Sultanla birlikdə Bakı şəhəri, Yasamal rayonu, X264 8 bina 28, giriş 2, mənzil 48 ünvanında yerləşən mənzilə baxmağa getmişlər. Mənzilə baxdıqdan sonra Sultana mənzili almaq istədiyini bildirən zaman sonuncu mənzilin 1 kv.metrini 1.000 manatdan olmaqla ümumilikdə 62.600 manat məbləğində satdığını demişdir. Bundan sonra qiymətlə razılaşaraq Sultanla birilikdə "xxxx" MMC-in Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedərək şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşdür. Mail ona alqı-satqı müqaviləsini rəsmiləşdirmək üçün ödəniləcək məbləğin hamısını bank hesabına köçürmədiyini, bu səbəbdən də notarial alqı-satqıda mənzilə görə alınacaq məbləğ 30.000 manat qeyd ediləcəyini demişdir. Təqsirləndirilən şəxs2la razılaşaraq sonuncu ilə birlikdə 6 saylı notariusun yaxınlığında olan Muğan banka getmiş və 14 fevral 2019-cu il tarixdə 30.000 manat məbləğində pulu Muğan bank ASC-nin Sahil filialında şirkətin hesabına köçürmüşdür. Bundan sonra xx.xx.2019-cu il tarixdə notariusa gələrək alqı-satqısı aparılmış və müqavilədə mənzilə görə guya 30.000 manat ödənildiyi göstərilmişdir. Təqsirləndirilən şəxs2 bu barədə soruşduqda sonuncu şirkətin daxili məsələləri ilə bağlı olduğunu bildirmişdir. Notoriusdan çıxdıqdan sonra qalıq 32.600 manat məbləğində olan pulu Sultana hissə-hissə olmaqla ödəmiş, həmin vaxt təxminən 5.000 manat məbləğində borcu qalmışdır. Lakin Sultanla aralarında yaxın münasibətləri olduğundan, Sultan tərəfindən ona ödəniş etməsilə bağlı heç bir mədaxil qəbzi və qalıq borc barədə maliyyə arayışı verilməmişdir. Söhbət zamanı Mail ona binalarda tikinti işlərinin 2019-cu ilin mart ayında yekunlaşacağını və binaların tam təmir olunmuş vəziyyətdə təhvil veriləcəyini söz versə də razılaşmadan uzun müddət keçməsinə baxmayaraq binalar təhvil verilməmişdir. Hazırda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Yalnız qalıq tamamlama işlərinin başa çatdırılmasını, mənzilin müqavilədə nəzərdə tutulduğu kimi ona təhvil verilməsini istəyir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid27 göstərdi ki, tikinti sahəsində işlədiyinə görə MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təhciz edilmiş mənzillərin satışının həyata keçirilməsini öyrənmiş, 2018-ci ilin oktyabr ayında "xxxx" MMC şirkətinin Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedərək şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşdür. Təqsirləndirilən şəxs2 sözlərindən ona Cəmiyyətin rəhbərinin Təqsirləndirilən şəxs1 olduğu müəyyən olmuşdur. Mail ona təmir olunmuş vəziyyətdə mənzilləri hər kvadrat metrini təxminən 990 manatdan təklif etmiş, o da razılaşaraq 28 saylı binadan, 2-ci giriş, 6-cı mərtəbə, 2 otaqlı, 62.6 m2 sahəsi olan 59 saylı mənzili almaq istədiyini bildirmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs2la həmin mənzilə görə aralarında 62.000 manat məbləğində ödəniş edəcəyinə dair razılığa gəlmişlər. Mail ona ödəniləcək məbləğin hamısını bank hesabına köçürməyəcəyini, bu səbəbdən də notarial alqı-satqıda mənzilə görə alınacaq məbləğin 30.000 manat qeyd ediləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2la razılaşmış və 5 oktyabr 2018-ci il tarixdə Cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, “Amay Ticarət Mərkəzinin yaxınlığında yerləşən ofisində Təqsirləndirilən şəxs2 12.000 manat, 9 oktyabr 2018-ci il tarixdə isə 18.000 manat verdikdən sonra sonuncu ona həmin məbləğləri şirkətə ödəməsi ilə bağlı mədaxil qəbzini təqdim etmişdir. 5 oktyabr 2018-ci il tarixdə o, Təqsirləndirilən şəxs2la birlikdə 6 saylı notariusun yaxınlığında olan X280 filialında getmiş və 30.000 manatı şirkətin hesabına qoyduqdan sonra, xx.xx.2018-ci il tarixdə notariusa gələrək aralarında alqı-satqı aparılmış və müqavilədə mənzilə görə guya 30.000 manat ödənildiyi göstərilmişdir. Birinci dəfə mənzil aldığı üçün bu barədə məlumatı olmadığından Maildən heç bir şey soruşmamışdır. Onun mənzilə görə şirkətə 2.000 manat borcu qalmışdır. Onun həmin vaxt pulu qalmadığı üçün Təqsirləndirilən şəxs2 onu gözləməsi üçün xahiş etmiş, sonuncu da ona mənzil təhvil veriləndə həmin məbləğdə olan pulu ödəyəcəyini bildirmişdir. Sonradan onun bildiyinə görə şirkətin rəhbəri Təqsirləndirilən şəxs1 onun aldığı mənzili şirkətin tikinti ləvazimatları ilə təmin edən hazırda tanımadığı şəxsə borc əvəzinə vermiş, daha sonra həmin şəxs mənzildən imtina ərizəsi verdikdən sonra qeyd edilən mənzil onun adına rəsmiləşdirilmişdir. Mail ona binalarda tikinti işlərinin 18 ay ərzində yekunlaşacağını və binaların tam təmir olunmuş vəziyyətdə təhvil veriləcəyini bildirsədə razılaşmadan uzun müddət keçməsinə baxmayaraq binalar təhvil verilməmişdir. Hazırda bir insan olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur, onların həbsini də arzulamır. Yalnız qalıq tamamlama işlərinin başa çatdırılmasını, mənzilin müqavilədə nəzərdə tutulduğu kimi ona təhvil verilməsini istəyir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid28 ifadəsində Şahid27 ilə oxşar məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs3 MMC-in inşa etdiyi 29 saylı binadan , 1-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 38.55 m2 olan, 1 otaqlı, 18 nömrəli mənzili 78.000 manata razılaşaraq həmin məbləğin 25.000 manatını notarial qaydada alqı-satqı etmək üçün cəmiyyətin müxbir hesabına, 53.000 manatı isə cəmiyyətin direktoru Təqsirləndirilən şəxs2 ödəyərək adına rəsmiləşdirdiyini göstərmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Mənzilin çox az həcmdə qalmış işlərinin başa çatdırılaraq müqavilədə nəzərdə tutulduğu kimi ona təhvil verilməsini istəyir. Məhkəmədə qismində dindirilmiş Şahid29 göstərdi ki, 2018-ci ilin dekabr ayında qohumu Asəf vasitəsi ilə maraqlanaraq MİDA nəzarəti altında tikilən Zərərçəkmiş şəxs3 MMC-in Bakı şəhəri Yasamal rayonu, X264 8 ünvanında inşa edilən hündürmərtəbəli binalarada tam təmirli ucuz qiymətə mənzillərin satışının həyata keçirildiyini öyrənmişdir. Asəf ona həmin binada tikinti işlərini gördüyünü və həmin binadan gördüyü işlərin əvəzinə 2 otaqlı 62.6 m2 sahəsi olan 13 nömrəli mənzilin verildiyini, hər kvadratını 1.150 manatdan satdığını bildirmişdir. Bundan sonra o, həmin mənzili almaq qərarına gəlmiş və Asəflə birlikdə cəmiyyətin Bakı şəhəri Xətai rayonu, İ.Orucova küçəsində yerləşən ofisinə gələrək direktor Təqsirləndirilən şəxs2la görüşmüşdür. Mail söhbət əsnasında cəmiyyətin rəhbərinin iş adamı Təqsirləndirilən şəxs1 olduğunu və əlavə olaraq satışda ucuz qiymətə mənzillər olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 qeyd olunan ünvandan əlavə olaraq 62.6 m2 sahəsi olan 2 otaqlı 39 nömrəli mənzili 79.189 manata satıldığını deyərək həmin mənzillərin tam təmirli vəziyyətdə mətbəx mebeli və hamam aksesuarları ilə qoyulmaq şərtilə satıldığını bildirmiş, o da mənzillərin sərfəli qiymətə olduğunu görüb hər iki mənzili almaq qərarına gəlmişdir. Mail mənzillərin ilkin dövlət qeydiyyatı sənədləri olduğu üçün notarial qaydada satıldığını, lakin mənzilin pulunun 30.000 manatının notariusa qalan hissəsini isə nağd alacağını bildirmişdir. Mail ilə razılaşaraq 39 nömrəli mənzili cəmiyyətdən, 13 nömrəli mənzili isə Asəfdən almaq istədiyini demişdir. Onun Asəfdən aldığı 13 nömrəli mənzilin dəyərini, yəni 71.990 manatı Asəfə vermiş, sonuncu Mailin sözü ilə həmin məbləğin 30.000 manatını notariusa ödəmiş və qeyd olunan mənzilin 21 dekabr 2018-ci il tarixdə həyat yoldaşı X78 adına rəsmiləşdirilmiş, 39 nömrəli mənzilin dəyərini, yəni 79.189 manatı isə Təqsirləndirilən şəxs2 vermişdir. Sonuncu alqı-satqı ilə əlaqədar həmin məbləğin 30.000 manatını notariusa köçürmüş qalan məbləği isə Elçinə verəcəyini bildirmişdir. 39 nömrəli mənzili ögey qardaşı X74 adına rəsmiləşdirmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı məxsusi tələb və şikayəti yoxdur, onların məsuliyyətə cəlb olunmalarını da istəmir. Yalnız qalıq tamamlama işlərinin başa çatdırılmasını arzulayır. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Sultan-zadə X225 göstərmişdir ki, 2018-ci il tarixdə Şahid31 adlı dostu ona MİDA-nın nəzarəti altında "xxxx" MMC şirkəti tərəfindən Bakı dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təhciz edilmiş mənzillərdən birini 63.000 manata almağı təklif etmiş, o da razılaşmışdır. Xəyyam və "xxxx" MMC-in direktoru Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri, Yasamal rayonu, X264 8 ünvanında yerləşən 28 saylı binanın 2-ci giriş, 3-cü mərtəbə, ümumi sahəsi 62.6 m2 olan 2 otaqlı 47 saylı mənzili onun adına rəsmiləşdirmək üçün Xəyyamla aralarında razılaşdıqları kimi X280 filialına gələrək şirkətin hesabına 30.000 manat ödədikdən sonra Bakı şəhəri 6 saylı notariusa gələrək qeyd edilən mənzilin onun adına rəsmiləşdirilməsi barədə notarial alqı-satqı müqaviləsini əldə etmişdir. Daha sonra müqavilə bağlandıqdan sonra o, mənzil üçün qalan 33.000 manat məbləğində pul vəsaitini hissə-hissə olmaqla müxtəlif vaxtlarda Xəyyama ödəsə də sonuncu ona ödəniş etməsilə bağlı heç bir qəbz və ya hər hansı təsdiq edici sənəd verməmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs2 ona binalarda tikinti işlərinin 2019-cu ilin sonunadək yekunlaşacağını və binaların tam təmir olunmuş vəziyyətdə, o cümlədən mebel mətbəxi ilə təchiz olunmuş vəziyyətdə təhvil veriləcəyini söz versə də mənzillər təhvil verilməmişdir. Təqsirləndirilən şəxs1 tanımır, sonuncu ilə heç bir münasibətləri olmamış, Zərərçəkmiş şəxs3 MMC-nin təsisçisi və direktoru kimi adını eşitmişdir. Bakı şəhəri, Yasamal rayonu, X264 8 ünvanında yerləşən 28 saylı binanın 2-ci giriş, 3-cü mərtəbə, ümumi sahəsi 62.6 m2 olan 2 otaqlı 47 saylı mənzilin alınması üçün ilk olaraq rəsmiləşdirmə edən zaman 30.000 manat məbləğini mənzil üçün X280 filialında şirkətin hesabına ödəmiş, daha sonra isə mənzil üçün qalan 33.000 manat məbləğini hissə-hissə olmaqla Xəyyama şəxsən ödəmişdir. Şahid31 adlı dostunun qeyd edilən mənzili necə və kimin vasitəsilə əldə etməsi barədə onun heç bir məlumatı olmamışdır (cild 9, iş vərəqə 106-108). İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid31 göstərmişdir ki, 2012-ci ildən Müasir İncəsənət Muzeyinin direkrotu vəzifəsində çalışır. Təqsirləndirilən şəxs1 təxminən 2017-ci ilin əvvəllərindən tanıyır, sonuncu ilə aralarına hər hansı düşmənçilik və ya ədavət olmamışdır. Belə ki, o, muzey müdiri vəzifəsində çalışdığı üçün müxtəlif fəaliyyət xarekterli mədəniyyət tədbirlərində və ya sərgilərdə iştirak edir, Təqsirləndirilən şəxs1 da hazırda tam dəqiq xatırlamadığı sərgilərin birində iş dostlarının vasitəsi ilə tikinti işləri ilə məşğul olan investor kimi tanımışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 ilə münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs1 ilə görüşən zaman sonuncu ona MİDA-nın sosial evlərin tikilməsi ilə bağlı lahiyəsinə investisiya qoymaq istədiyini və oradakı mənzillərin tikintisini həyata keçirmək istədiyini bildirmişdir. Bununla bağlı tədbirlərin birində MİDA-nın rəhbəri vəzifəsində çalışmış Samir Nuriyev əvvəlcədən ona sosial evlərin tikintisi ilə bağlı lahiyənin həyata keçirilməsi üçün yerli şirkətlərin tələb olunduğunu dediyi üçün sonuncuya Təqsirləndirilən şəxs1 bəhs edərək, invetisya qoymaq istədiyini bildirmişdir. Samir Nuriyev onunla razılaşaraq Təqsirləndirilən şəxs1la görüşüb danışmış və bundan sonra Elçin də həmin layihə üzrə binaların tikintisinə başlamışdır. O, həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə onun arasında sosial evlərin tikintisi layihəsi ilə bağlı MİDA-nın rəhbərinə xahiş edilməsi qarşılığında, hər hansı məbləğdə pul alınması haqqında heç bir söhbət olmamış, bununla bağlı heç kimdən hər hansı məbləğ də pul vəsaiti tələb etməmişdir. Təqsirləndirilən şəxs1 binaların tikintisini xeyli müddət gecikdirdiyi üçün ona MİDA-dan şikayət etdiklərinə görə öz növbəsində Poviliasla görüşərək ona Elçinin tikintini gecikdirməsi və binaların vaxtında təhvil verməməsi ilə bağlı narazılıqlarını bildirmişdir. Lakin həmin vaxt Poviliasa Təqsirləndirilən şəxs1 ona hər hansı məbləğdə pul vəsaiti söz verməsi, eləcə də həmin vəsaitin çatdırılmaması ilə bağlı heç bir söz deməmiş, ümumiyyətlə onunla aralarına pul ilə bağlı söhbət olmamışdır. Bundan başqa o, ifadəsində göstərmişdir ki, yaşamaq üçün evi olmadığından Təqsirləndirilən şəxs1 xahiş edərək bir mənzil verməsini istəmiş, Elçin də ona 28-ci bina 47 saylı mənzili hədiyyə olaraq verə biləcəyini bildirmişdir. Daha sonra Elçin qeyd edilən mənzili onun anası Abdinova Hicran İspəndiyar qızının adına rəsmiləşdirilməsi barədə “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”-ni ona təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 ona binaların tikintisini başa çatdıra bilmədiyini və pul lazım olduğunu bildirərək ona hədiyyə olaraq verdiyi mənzilə görə ən azı 30.000 manat ödəniş etməyini tələb etmişdir. Bu səbəbdən həmin vaxt o, məbləği verməyə imkanı olmadığı üçün uzun müdddət əvvəldən yaxın dostluq münasibəti olan və ona dəfələrlə müraciət edərək münasib qiymətə mənzil almaq istədiyini bildirən X15 həmin mənzili satmaq qərarına gəlmişdir. Bundan sonra Vəhdətlə qeyd edilən 28-ci binada 47 saylı mənzil üçün rəsmiləşdirmə işlərinə görə şirkətə 30.000 manat, qalan 33.000 manat məbləği isə hissə-hissə olmaqla ona ödəyəcəyinə dair razılığa gəlmişlər. Razılaşdıqları kimi Vəhdət 28-ci bina 47 saylı mənzilin adına rəsmiləşdirilməsi üçün şirkətin hesabına 30.000 manat ödəyərək mənzili öz adına rəsmiləşdirmişdir (cild 10, iş vərəqə 157-160). İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid32 göstərmişdir ki, 2018-ci ilin dekabr ayında Tap.az internet saytında "xxxx" MMC tərəfindən tikilmiş Bakı dairəvi yolu 8 ünvanında 28 saylı bina, 1-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 18 saylı mənzili təmir olunmamış vəziyyətdə satıldığını görmüş və həmin elanda olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayan zaman qeyd edilən mənzilin Şahid33 məxsus olduğunu öyrənmişdir. Bundan sonra o, Şahid33 ilə görüşərək həmin mənzilə baxmış və sonuncu ilə mənzili 55.000 manata razılaşmışlar. Şahid33 ona həmin mənzili Zərərçəkmiş şəxs3 MMC-dən aldığını və mənzillərin 2019-cu ilin mart ayında tam təmirli mətbəx mebeli ilə təchiz edilmiş formada təhvil veriləcəyini bildirmişdir. Mənzili almaq barədə qərara gələrək alqı-satqı eləmək üçün ilk olaraq Svetlana ilə birlikdə 6 saylı notariat ofisinə gedərək mənzildən imtina edərək onun adına rəsmiləşdirilməsi üçün ərizə yazdıqdan sonra birlikdə "xxxx" MMC-in Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedərək, şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşlər. Təqsirləndirilən şəxs2 sözlərindən ona Cəmiyyətin rəhbərinin Təqsirləndirilən şəxs1 olduğu müəyyən olmuşdur. Ərizəni Təqsirləndirilən şəxs2 təqdim edərək mənzilin onun adına rəsmiləşdirilməsi üçün sonuncuya müraciət eləmişlər. Təqsirləndirilən şəxs2 da 28 saylı binadan, 1-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı, 62.6 m2 sahəsi olan 18 saylı mənzil üzrə Zərərçəkmiş şəxs3 MMC ilə onun arasında xx.xx.2018-ci il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə və Zərərçəkmiş şəxs3 MMC-ə mənzilə görə heç bir məbləğdə borcunun olmamasına dair maliyyə arayışını təqdim etmişdir. Qeyd edilən mənzilə görə 55.000 manat Şahid33 ödəniş etmişdir. Şahid33 ilə onun arasında heç bir notarial alqı-satqı müqaviləsi bağlanmamışdır. O, bunun səbəbini soruşduqda isə Təqsirləndirilən şəxs2 ona xx.xx.2018-ci il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə mənzilin onun adına rəsmiləşdirilməsi üçün əsas rol oynadığını, 2019-cu ilin mart ayında mənzil tam təmirli və mətbəx mebeli ilə təchiz edilmiş halda ona təhvil veriləcəyini və mənzilin onun adına rəsmiləşdirilməsi ilə bağlı çıxarışın da təqdim ediləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 inanaraq razılaşmış, lakin razılaşmadan uzun müddət keçməsinə baxmayaraq hələ də mənzillər təhvil verilməmişdir (cild 3, iş vərəqə 53-63). Məhkəmədə şahid qismində dindirilmiş Şahid33 Şahid32 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayətinin olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid34 göstərdi ki, 2018-ci ilin dekabr ayında internet saytında MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təchiz edilmiş mənzillərin satışının həyata keçirilməsi barədə məlumatı gördükdən sonra həmin Cəmiyyətin Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedərək şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşdür. Həmin vaxt Mail ona təmir olunmuş vəziyyətdə mənzilləri hər kvadrat metrini təxminən 1.265 manatdan təklif etmiş, öz növbəsində 28 saylı binadan, 1-ci giriş, 3-cü mərtəbə, 2 otaqlı, 59.5 m2 sahəsi olan 11 saylı mənzili almaq istədiyini bildirərək həmin mənzili Təqsirləndirilən şəxs2la 75.267.5 manata razılaşmışlar. Söhbət əsnasında Mail ona Cəmiyyətin daxili qaydalarına əsasən ödəniləcək məbləğin hamısını bank hesabına köçürülmədiyini və bu səbəbdən də notarial alqı-satqıda mənzilə görə alınacaq məbləğin 30.000 manat qeyd ediləcəyini, qalan məbləği isə nağd qaydada ödəməli olduğunu demişdir. Təqsirləndirilən şəxs2la razılaşmış və 18 dekabr 2018-ci il tarixdə Cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, “Amay Ticarət Mərkəzinin yaxınlığında yerləşən ofisində Təqsirləndirilən şəxs2 45.267.5 manatı ödədikdən sonra adına Mail tərəfindən 18 dekabr 2018-ci il tarixli “Çöxmənzilli yaşayış binasının tikinti haqqında fərdi müqavilə” tərtib edilərək ona verilmiş və bundan sonra birlikdə 6 saylı notariusun yaxınlığında olan adını xatırlamadığı banka getmişlər. Qeyd edilən bankda 30.000 manatı şirkətin hesabına qoyduqdan sonra notariusa gələrək alqı-satqı aparılmış və müqavilədə mənzilə görə guya 30.000 manat ödənildiyi göstərilmişdir. Təqsirləndirilən şəxs2 bu barədə soruşduqda sonuncu şirkətin daxili məsələləri ilə bağlı olduğunu demişdir. Söhbət zamanı Mail ona binalarda tikinti işlərinin 18 ay ərzində yekunlaşacağını və binaların tam təmir olunmuş vəziyyətdə təhvil veriləcəyinə söz vermişdir. 16 avqust 2019-cu ildə daha böyük sahəsi olan mənzil almaq məqsədilə qeyd olunan mənzili 60.000 manata X124 “Asan 2” xidmətində notarial qaydada alqı-satqı edərək satmış və həmin gün, yəni 16 avqust 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 müraciət edərək 29 saylı binadan 1-ci giriş, 6-cı mərtəbə, 2 otaqlı, ümumi sahəsi, 66.52 m2 olan 30 saylı mənzili almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 qeyd olunan mənzilin hər kvadrat metrini 1.493 manata satıldığını bildirmiş, öz növbəsində razılaşdıqdan sonra həmin gün ofisdə 99.314,36 manat məbləğini ofisdə Mailə şəxsən ödəmişdir. Mail də həmin mənzillə bağlı ona 16 avqust 2019-cu il tarixli “Çoxmənzilli yaşayış binasının tikinti haqqında fərdi” müqavilə və maliyyə arayışını təqdim etmişdir. Göstərilən mənzilə görə alqı-satqı xərcini o, ödəyəcəyinə görə gələcəkdə pulu olacağı təqdirdə həmin mənzili notarial qaydada alqı-satqı edəcəyini nəzərdə tutduğundan notarial qaydada alqı-satqı edilməmişdir. Bundan başqa o, 9 yanvar 2019-cu il tarixdə yenədə həmin binadan mənzil almaq məqsədilə Təqsirləndirilən şəxs2 müraciət edərək daha 1 otaqlı mənzil almaq istədiyini bildirmiş və həmin gün 28 saylı binadan, 2-ci giriş, 1 otaqlı, 40.24 m2 sahəsi olan 62 nömrəli mənzili 1265 manat olmaqla 50.903,6 manata Mail ilə razılaşmışlar. Söhbət əsnasında Mail ona Cəmiyyətin daxili qaydalarına əsasən ödəniləcək məbləğin hamısını bank hesabına köçürülmədiyini və bu səbəbdəndə notarial alqı-satqıda mənzilə görə alınacaq məbləğin 25.000 manat qeyd ediləcəyini, qalan məbləği isə nağd qaydada ödəməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2la razılaşaraq 09 yanvar 2019-cu il tarixdə Cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, “Amay Ticarət Mərkəzinin yaxınlığında yerləşən ofisində Təqsirləndirilən şəxs2 50.903,6 manat məbləğində pulu ödədikdən sonra onun adına Mail tərəfindən həmin tarixli “Çöxmənzilli yaşayış binasının tikinti haqqında fərdi müqavilə” tərtib edilərək verilmişdir. Həmin gün artıq gec olduğu üçün səhəri gün, yəni 10 yanvar 2019-cu il tarixdə Mail ilə birlikdə 6 saylı notariusun yaxınlığında olan adını xatırlamadığı banka getmişlər və sonuncu 25.000 manatı hesaba qoyduqdan sonra notariusa gələrək alqı-satqısı aparılmış və müqavilədə mənzilə görə guya 25.000 manat ödənildiyi göstərilmişdir. Bu barədə soruşduqda Təqsirləndirilən şəxs2 şirkətin daxili məsələləri ilə bağlı olduğunu dediyindən o, bununla bağlı etirazını bildirməmişdir. Sonradan onun pula ehtiyacı olduğu üçün 15 noyabr 2019-cu il tarixdə 62 saylı mənzili 50.000 manata Şahid39 “Asan 2” notarial ofisi vasitəsilə satmışdır. Bundan əlavə o, Bakı şəhəri Yasamal rayonu, X264 8 ünvanında yerləşən 28 nömrəli bina 64, 67 saylı, 29-cu binadan isə 16 və 25 saylı mənzillərin, eləcə də şirkət tərəfindən onun adına rəsmiləşdirilmiş həmin ünvanda yerləşən 28 nömrəli binadan 62 saylı mənzilin Təqsirləndirilən şəxs1 tərəfindən Az TV-nin sabiq rəhbəri Nizami Xudiyevə olan borcunun qarşılığında əvəzsiz olaraq “yalançı alıcıların” adına rəsmiləşdirilməklə verilməsi ilə bağlı xüsusata münasibət bildərək göstərmişdir ki, qeyd edilən mənzili öz adına rəsmiləşdirməklə Təqsirləndirilən şəxs2 ümumilikdə 50.903,6 manat pul ödəyərək almışdır. Onun qeyd edilən mənzillərin Təqsirləndirilən şəxs1 tərəfindən Az TV-nin sabiq rəhbəri Nizami Xudiyevə olan borcunun qarşılığında əvəzsiz olaraq “yalançı alıcıların” adına rəsmiləşdirilməklə verilməsindən heç bir məlumatı olmamışdır. O, həmin mənzili əvəzsiz olaraq deyil, 50.903,6 manat pul qarşılığında almış və mənzili notarial alqı-satqı edilməklə öz adına rəsmiləşdirmişdir. 28 nömrəli binadan 62 saylı mənzilin sonradan Nizami Xudiyevə verilməsi və digər məsələlərlə onun adına rəsmiləşdirilməsinə dair onun heç kimlə danışığı olmamış və bunu ona təklif edən də olmamışdır. Sonradan da həmin mənzili xx.xx.2019-cu il tarixdə Şahid39 50.000 manat məbləğində pul qarşılığında notarial alqı-satqı yolu ilə satmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid39 Şahid34 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir (cild 11, iş vərəqə 170-174). Məhkəmədə şahid qismində dindirilmiş Şahid35 göstərdi ki, 2019-cu ilin fevral ayında həyat yoldaşı Mübariz Abdullayevlə birlikdə maraqlanaraq MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təhciz edilmiş mənzillərin satışının həyata keçirilməsi barədə məlumat aldıqdan sonra yoldaşıyla birlikdə həmin mənzillərin dövlət təminatı ilə tikildiyindən o, "xxxx" MMC şirkətinin Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə əri Mübarizlə birlikdə getmiş, şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşdür. Mail ona təmir olunmuş vəziyyətdə mənzilləri hər kvadrat metrini təxminən 1495 manatdan təklif etmişdir. Təqsirləndirilən şəxs2la bir qədər danışdıqdan sonra 29-cu binada 1-ci giriş 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 66.44 m2 olan 16 nömrəli mənzili uzun söhbətdən sonra cəmi 65.000 manata razılaşmışlar. Mail onun yanında hər bir məsələ ilə bağlı Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra qərar vermişdir. Söhbət əsnasında onlar həmin mənzilə görə 65.000 manat məbləğində ödəniş etməsinə dair razılığa gəlmişlər. Mail ona vergi məsələlərinə görə ödəniləcək məbləğin hamısını bank hesabına köçürülmədiyini və bu səbəbdən də notarial alqı-satqıda mənzilə görə alınacaq məbləğin 30.000 manat qeyd ediləcəyini demiş və razılığa gəlmişlər. Həmin vaxt mənzilin adına rəsmiləşdirilməsi barədə müqavilə tərtib edilsə də imzalanmamışdır. 16 fevral 2019cu il tarixdə həyat yoldaşı Mübariz və Təqsirləndirilən şəxs2la birlikdə 6 saylı notariusa getmiş və notariusda razılaşdıqları kimi 30.000 manat bank hesabına qoyulmaqla daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Qalan 35.000 manatı isə ofisə qayıtdıqdan sonra Təqsirləndirilən şəxs2 vermişdir. Söhbət zamanı Mail ona binalarda tikinti işlərinin 2019-cu ilin may ayınadək yekunlaşacağını və binaların tam təmir olunmuş vəziyyətdə təhvil veriləcəyini söz versə də razılaşmadan uzun müddət keçməsinə baxmayaraq binalar təhvil verilməmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həbsini istəmir, tələb etdiyi yalnız şirkət tərəfindən yarımçıq işləri başa çatdırılmasıdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid36 göstərdi ki, Zərərçəkmiş şəxs3 MMC-nin rəhbəri Təqsirləndirilən şəxs1 kürəkəni Tural Çıraqovu 6-7 ildir tanıyır, yaxşı münasibətləri vardır, heç bir düşmənçilikləri və ya ədavətləri olmamışdır. Tural Çıraqov 2 il bundan əvvəl ailəsi ilə birlikdə ABŞ-da yaşamağa başlamışdır. 2020-ci ilin yanvar ayında Tural ona +**********2 mobil nömrəsindən zəng edərək qaynatası Təqsirləndirilən şəxs1 rəhbəri olduğu "xxxx" MMC tərəfindən Bakı dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təhciz edilmiş mənzillərin satışını həyata keçirdiyini və həmin ünvandan sonuncuya məxsus 29 saylı binadan 3 otaqlı, 80.2 m2 sahəsi olan 4 nömrəli mənzili satmaq niyyətində olduğunu bildirmişdir. Tural həmin mənzili 70.000 manata satdığını bildirmiş, öz növbəsində razılaşaraq mənzilin dəyərinin bir hissəsini, yəni 45.000 manatı qabaqcadan, qalan pulu isə hissə-hissə ödəyəcəyini bildirmişdir. Tural onunla razılaşandan sonra o, özünə məxsus **-SM-*** qeydiyyat nişanlı Changan markalı avtomobilimi 12.000 manata və Ramanı qəsəbəsində evini 30.000 manata sataraq ümumilikdə 45.000 manat pul düzəldərək 25 fevral 2020-ci ildə Tural Çıraqovla zəngləşib pulu düzəltdiyini bildirmişdir. Bundan sonra Tural mənzilin qohumu Xıdır adlı şəxsin adına rəslimələşdirildiyini bildirərək, sonuncunun nömrəsini ona göndərmişdir. Xıdırla zəngləşərək 6 saylı notariusda görüşərək depozitə 45.000 manat qoyduqdan sonra qeyd olunan mənzil alqı-satqı edilərək onun adına rəsmiləşdirilmişdir. Bundan sonra Tural Çıraqovun sözü ilə Xıdır depozitə qoyulan pulu çıxardaraq ona vermiş və o, həmin məbləği Turala çatdırılması üçün Bakı şəhəri, Bayıl qəsəbəsində hazırda adını və mobil nömrəsini xatırlamadığı şəxsə vermişdir. Tural Çıraqova qeyd oluna mənzilə görə hazıradək cəmi 45.000 manat ödəmiş, qalan məbləği isə maddi imkanı olmadığı üçün ödəyə bilməmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid37 Şahid36 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayətinin olmadığını bildirdi. Məhkəmədə şahid qimsində dindirilmiş Şahid40 göstərdi ki, Təqsirləndirilən şəxs1 2018-ci ilin sentyabr ayında dayısı Şahid19 vasitəsi ilə tanımışdır. Həmin vaxt o, dayısı Ömər İsmayılovun MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı dairəvi yolu 8 ünvanında tikilmiş binalardan Təqsirləndirilən şəxs1 vasitəsilə iki mənzil aldığını öyrənmiş, qiymətlərin münasib olduğunu görmüş, həmin ünvandan mənzil almaq qərarına gəlmiş və dayısıla birlikdə həmin Cəmiyyətin Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedərək Elçinlə görüşmüş və inşa etdiyi binalardan iki otaqlı mənzil almaq istədiyini bildirmişdir. Elçinlə mənzilin hər kvadrat metrini 1.200 manatdan razılaşdıqdan sonra o, 28 saylı binadan 1-ci giriş 3-cü mərtəbə, 2 otaqlı ümumi sahəsi 62.6 m2 olan 10 saylı mənzili almaq qərarına gəlmişdir. 2018-ci ilin sentyabr ayında qeyd olunan ofisdə Təqsirləndirilən şəxs1 75.120 manat ödəniş etdikdən sonra sonuncu tərəfindən onun adına qeyd olunan mənzilin rəsmiləşdirilməsi ilə bağlı həmin tarixli müqavilə tərtib edilərək ona verilmişdir. Bundan başqa, Elçin tərəfindən ona mənzilə dair borcunun olmaması ilə bağlı Maliyyə arayışı tərtib edilərək verilmişdir. Təqsirləndirilən şəxs1 tapşırığı ilə mənzilin rəsmiləşdirilməsi üçün Təqsirləndirilən şəxs2la görüşmüşlər. Mail ona ödəniləcək məbləğin hamısını bank hesabına köçürmədiklərini bu səbəbdən də notarial alqı-satqıda mənzilə görə alınacaq məbləğin 30.000 manat qeyd ediləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2la razılaşmış və birlikdə 6 saylı notariusun yaxınlığında olan X280 filialına gedərək 30.000 manatı hesaba qoyduqdan sonra notariusda alqı-satqısı aparılmışdır. Qeyd edilən müqavilədə mənzilə görə guya 30.000 manat ödənildiyi göstərilmişdir. Təqsirləndirilən şəxs2 bu barədə soruşduqda sonuncu şirkətin daxili məsələləri ilə bağlı olduğunu demişdir. Söhbət zamanı Mail ona binalarda tikinti işlərinin 4-5 ay ərzində yekunlaşacağını və binalar tam təmir olunmuş vəziyyətdə təhvil veriləcəyini söz versə də, razılaşmadan uzun müddət keçməsinə baxmayaraq binalar təhvil verilməmişdir. Qeyd edilən mənzili xx.xx.2020-ci il tarixdə Aşurova soyadlı şəxsə 60.000 manat məbləğində notarial alqı-satqı müqaviləsi əsasında satmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid43 göstərmişdir ki, 2018-ci ilin təxminən mart ayında onun əvvəllər yaşadığı ünvan 28 ünvanında yerləşən mənzil müvafiq qərarla Bakı şəhər İcra Hakimiyyəti tərəfindən söküldükdən sonra mənzilsiz qaldığı üçün mənzil almaq üçün maraqlanmış, 2019-cu ilin mart ayının axırlarında hazırda xatırlamadığı tanışlarından MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Xairici dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təhciz edilmiş mənzillərin satışının həyata keçirilməsi barədə məlumatı öyrəndikdən sonra qeyd edilən ünvana gedərək mənzillərin satışı ilə maraqlanmışdır. Həmin vaxt mənzillərin satışının "xxxx" MMC şirkətinin ofisində həyata keçirildiyini öyrəndikdən sonra "xxxx" MMC şirkətinin Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedib, şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşdür. Təqsirləndirilən şəxs2 sözlərindən ona Cəmiyyətin rəhbərinin Təqsirləndirilən şəxs1 olduğu məlum olmuşdur. Mail ona təmir olunmuş vəziyyətdə 28 saylı binadan, 2-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, 62.6 m2 sahəsi olan 52 saylı mənzili 70.000 manata təklif etmiş, o da həmin mənzilə baxdıqdan sonra almaq istədiyini bildirmişdir. Mail ona ödəniləcək məbləğin hamısını bank hesabına köçürmədiyini, bu səbəbdən də notarial alqı-satqıda mənzilə görə alınacaq məbləğin 30.000 manat qeyd ediləcəyini demiş, o da razılaşmış və xx.xx.2019-cu il tarixdə sonuncu ilə birlikdə 6 saylı notariusun yaxınlığında olan "xxxx"ın Sahil filialına gedərək 30.000 manatı şirkətin hesabına qoymuşdur. Həmin gün gec olduğu üçün səhəri gün yəni xx.xx.2019-cu il tarixdə Cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, “Amay Ticarət Mərkəzinin yaxınlığında yerləşən ofisində Təqsirləndirilən şəxs2 mənzil üçün 40.000 manat ödəniş etmişdir. Həmin vaxt Mail ona mənzil üçün ödəniş etməsi ilə bağlı xx.xx.2019-cu il tarixli “Kassa mədaxil orderi”-ni imzalanmış, möhürlənmiş vəziyyətdə ona təqdim etmişdir. Daha sonra qeyd edilən mənzilin Maillə onun arasında notarial alqı-satqısı aparılmış və müqavilədə mənzilə görə guya 30.000 manat ödənildiyi göstərilmişdir. O, Təqsirləndirilən şəxs2 bu barədə soruşduqda sonuncu şirkətin daxili məsələləri və vergi xərclərinin azaldılması üçün olduğunu demiş, o da etirazını bildirməmişdir. Söhbət zamanı Mail ona binalarda tikinti işlərinin 4-5 ay ərzində yekunlaşacağını və binaların tam təmir olunmuş vəziyyətdə təhvil veriləcəyini söz vermişdir. Lakin razılaşmadan uzun müddət keçməsinə baxmayaraq binalar təhvil verilməmişdir. O və həmin binalardan mənzil alan şəxslər bununla əlaqədar "xxxx" şirkətinin direktoru Maill adlı şəxsə və rəhbəri Təqsirləndirilən şəxs1, o, cümlədən Mənzil İnşaatı Dövlət Agentliyinə dəfələrlə müraciət etsələr də, sonuncular müxtəlif bəhanlər gətirib vədlər verməklə aldıqları mənzilləri onlara təhvil verməmişlər (cild 07, iş vərəqə 246-250). Məhkəmədə şahid qismində dindirilmiş Şahid38 Cəmaləddin göstərdi ki, 2019-cu ilin iyun ayında maraqlanaraq MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təchiz edilmiş mənzillərin satışının həyata keçirildiyini öyrənmiş və həmin ünvana yaxınlaşaraq binalara baxdıqdan sonra mənzil almaq qərarına gəlmiş, "xxxx" MMC-in Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedərək, şirkətin rəhbəri Təqsirləndirilən şəxs1la görüşmüşdür. Elçin ona təmir olunmuş vəziyyətdə mənzilləri hər kvadrat metrini təxminən 1.265 manatdan təklif etmiş, o da razılaşaraq 28 saylı binadan 3 otaqlı ümumi sahəsi 78.79 m2 olan 69 saylı mənzili almaq qərarına gəlmişdir. 10 iyun 2019-cu il tarixdə yenidən ofisə gedərək Elçin Əlkbərova 99.669,35 manatı ofisdə ödədikdən sonra ona həmin tarixli 28 saylı binadan, 2-ci giriş, 9-cu mərtəbə, 3 otaqlı, 78.79 m2 sahəsi olan 69 saylı mənzil onun adına rəsmiləşdirilməsi barədə müqaviləni cəmiyyətin direktoru Təqsirləndirilən şəxs2 tərtib edərək imzalayıb ona təhvil vermişdir. Həmin vaxt ödənişlə bağlı ona hər hansı maliyyə arayışı və ya mədaxil qəbzi verilməmişdir. Elçin ona tikinti işləri tamamlayandan sonra birbaşa Çıxarış veriləcəyini bildirmiş, həmçinin tikinti işlərinin 2019-cu ilin iyul ayınadək tam başa çatacağını demişdir. Bu səbəbdən də Elçinə inanaraq digər sənəd tələb etməmişdir. Lakin bir müddət sonra o, binanın artıq ilkin çıxarışı mövcud olduğunu və alqı-satqı notarial qaydada həyata keçirilməli olduğunu öyrənmişdir. Bununla bağlı Elçinə dəfələrlə bildirsə də heç bir nəticəsi olmamışdır. Bundan başqa, o ifadəsində göstərmişdir ki, X79 adlı şəxsi tanımır, ümumiyyətlə sonuncu ilə aralarında hər hansı münasibət olmamışdır. Adına “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə” əsasında rəsmiləşdirilmiş "xxxx" MMC tərəfindən inşa edilən Bakı şəhəri, Yasamal rayonu, X264 8 ünvanında yerləşən 28 saylı binadan 3 otaqlı ümumi sahəsi 78.79 m2 olan 69 saylı mənzilin “Panda boya” adlı şirkət tərəfindən "xxxx" MMC-yə verilmiş boya məhsullarının qarşılığında, pul müqabilində həmin şirkətin hazırki direktoru X44 barter şəklində verilməsi yalandır. Belə ki, o, X79 adlı şəxsi ümumiyətlə tanımamış, sonuncu ilə aralarında heç bir münasibəti olmamışdır. O, qeyd edilən mənzili Təqsirləndirilən şəxs1 99.669,35 manat məbləğində olan pulu sonuncuya ödəməklə almışdır. Təqsirləndirilən şəxs2 isə yalnız bir dəfə 28 saylı binadan 3 otaqlı ümumi sahəsi 78.79 m2 olan 69 saylı mənzilin onun adına rəsmiləşdirilməsi barədə “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”ni ona təqdim edərkən görmüşdür. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid41 göstərdi ki, 2019-cu ilin iyun ayının 14-də hazırda sosial şəbəkə vasitəsilə MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təchiz edilmiş mənzillərin satışının həyata keçirilməsi barədə məlumatı öyrənmiş, anası X23 ilə birlikdə həmin Cəmiyyətin “Amay” Ticarət Mərkəzinin yaxınlığında yerləşən ofislərinə gedərək şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşlər. Təqsirləndirilən şəxs2 sözlərindən ona Cəmiyyətin rəhbərinin Təqsirləndirilən şəxs1 olduğu məlum olmuşdur. Mail təmir olunmuş vəziyyətdə mənzilləri hər kvadrat metrini təxminən 1.050 manatdan təklif etmiş, o da razılaşaraq 28 saylı binadan, 2-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, 62.6 m2 sahəsi olan 51 saylı mənzili almaq istədiyini bildirmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs2la həmin mənzilə görə 65.500 manat məbləğində ödəniş edəcəyinə dair aralarında razılığa gəlmişlər. Mail ona ödəniləcək məbləğin hamısını bank hesabına köçürülmədiyini bu səbəbdən də notarial alqı-satqı zamanı mənzilə görə alınacaq məbləğin 30.000 manat qeyd ediləcəyini bildirmiş, o da Təqsirləndirilən şəxs2la razılaşaraq 15 iyun 2019-cu il tarixdə anası Nəzakət Mövsümov ilə birlikdə 6 saylı notariusun yaxınlığında olan "xxxx" ASC-nin Sahil filialına gedərək 30.000 manatı hesaba qoyduqdan sonra notariusa gələrək mənzili alqı-satqı etmiş və müqavilədə mənzilə görə guya 30.000 manat ödənildiyi göstərilmişdir. Təqsirləndirilən şəxs2 bu barədə soruşduqda sonuncu şirkətin daxili məsələləri ilə bağlı olduğunu demiş, öz növbəsində buna etirazını bildirməmişdir. Bundan sonra o, Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yolu 8 ünvanında yerləşən 28 saylı binadan, 2-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, 62.6 m2 sahəsi olan 51 saylı mənzilin anası X16 adına rəsmiləşdirilməsinə dair Daşınmaz əmlakın alqı-satqı müqaviləsini əldə etdikdən sonra 6 saylı Notariusun qarşısında mənzil üçün qalan 35.500 manat məbləğində vəsaiti Təqsirləndirilən şəxs2 təqdim etmişdir. Təqsirləndirilən şəxs2 da ona həmin vaxt qeyd edilən mənzilə dair şirkətə heç bir məbləğdə borcunun olamamasına dair maliyyə arayışını təqdim etmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Yalnız qalıq tamamlama işlərinin başa çatdırılmasını, mənzilin müqavilədə nəzərdə tutulduğu kimi ona təhvil verilməsini istəyir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid42 göstərdi ki, 2019-cu ilin internet saytında MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, X264 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təchiz edilmiş mənzillərin satışının həyata keçirilməsi barədə məlumatı görüb həmin Cəmiyyətin Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedərək şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşdür. Təqsirləndirilən şəxs2 sözlərindən ona Cəmiyyətin rəhbərinin Təqsirləndirilən şəxs1 olduğu müəyyən olmuşdur. Mail ona təmir olunmuş vəziyyətdə mənzillərin hər kvadrat metrini təxminən 1.493 manatdan təklif etmiş, bir qədər söhbətdən sonra aralarında 28 saylı binadan, 2-ci giriş, 8-ci mərtəbə, 2 otaqlı, 62.6 m2 sahəsi olan 67 saylı mənzili 66.500 manata razılaşmışlar. Mail ona ödəniləcək məbləğin hamısının bank hesabına köçürmədiklərini, bu səbəbdən də notarial alqı-satqı zamanı mənzilə görə alınacaq məbləğin 30.000 manat qeyd ediləcəyini demiş, o da Təqsirləndirilən şəxs2la razılaşaraq 06 avqust 2019-cu il tarixdə Cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, “Amay Ticarət Mərkəzinin yaxınlığında yerləşən ofisində Təqsirləndirilən şəxs2 36.500 manat verdikdən sonra sonuncuyla birlikdə 6 saylı notariusun yaxınlığında olan "xxxx" ASC-yə gedərək qalan 30.000 manatı şirkətin hesabına qoymuşdur. Daha sonra notariusa gələrək alqı-satqısı aparılmış və müqavilədə mənzilə görə guya 30.000 manat ödənildiyi göstərilmişdir. O, Təqsirləndirilən şəxs2 bu barədə soruşduqda sonuncu şirkətin daxili məsələləri ilə bağlı olduğunu demişdir. Təqsirləndirilən şəxs2 tərəfindən ona verilən 06 avqust 2019-cu il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”də mənzilə görə 93.461,8 manat ödənildiyi göstərilsə də o, faktiki olaraq 66.500 manat ödəmişdir. Müqavilədə 93.461,8 manat yazıldığını həmin vaxt görmədiyi üçün Təqsirləndirilən şəxs2 bu barədə soruşmamışdır. Söhbət zamanı Mail ona binalarda tikinti işlərinin 4-5 ay ərzində yekunlaşacağını və binaların tam təmir olunmuş vəziyyətdə təhvil veriləcəyini söz versə də razılaşmadan uzun müddət keçməsinə baxmayaraq binalar təhvil verilməmiş, o və həmin binalardan mənzil alan şəxslər bununla əlaqədar "xxxx" şirkətinin direktoru Maill İbadova və rəhbəri Təqsirləndirilən şəxs1, o, cümlədən Mənzil İnşaatı Dövlət Agentliyinə dəfələrlə müraciət etmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istədiyi şirkətin fəaliyyətini bərpa etməsi və mənzilin müqavilədə nəzərdə tutulduğu kimi ona təhvil verilməsidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid44 Şahid42 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid45 göstərdi ki, 2019-cu ilin dekabr ayında tanışları vasitəsilə MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, X264 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təchiz edilmiş mənzillərin satışının həyata keçirilməsi barədə məlumatı öyrəndikdən sonra "xxxx" MMC şirkətinin Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedərək, şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşdür. Təqsirləndirilən şəxs2 sözlərindən ona Cəmiyyətin rəhbərinin Təqsirləndirilən şəxs1 olduğu müəyyən olmuşdur. Mail ona təmir olunmuş vəziyyətdə mənzilləri hər kvadrat metrini təxminən 1.493 manatdan təklif etmiş, o da razılaşaraq 28 saylı binadan, 2-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, 62.6 m2 sahəsi olan 64 saylı mənzili almaq istədiyini bildirmişdir. Söhbət əsnasında o, Təqsirləndirilən şəxs2la həmin mənzilə görə 93.500 manat məbləğində ödəniş edəcəyinə dair razılığa gəlmişdir. Mail ona ödəniləcək məbləğin tam şəkildə bank hesabına köçürülməyəcəyini və bu səbəbdən notarial alqı-satqı zamanı mənzilə görə alınacaq məbləğin 30.000 manat qeyd ediləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2la razılaşmış və 9 dekabr 2019-cu il tarixdə Cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, “Amay” Ticarət Mərkəzinin yaxınlığında yerləşən ofisində Təqsirləndirilən şəxs2 93.000 manat verdikdən sonra həmin vaxt sonuncu tərəfindən 28 nömrəli binanın 64 saylı mənzilinin onun adına rəsmiləşdirilməsi barədə xx.xx.2019-cu il tarixli “Çoxmənzilli yaşaış binasının tikintisi haqqında fərdi müqavilə” imzalanıb möhürlənərək və həmin tarixli mənzilə dair şirkətə heç bir məbləğdə borcunun olmamasına dair maliyyə arayışı ilə birlikdə ona təqdim edilmişdir. Bundan sonra Mail ilə birlikdə 6 saylı notariusun yaxınlığında olan “Muğan” bankın Sahil filialına getmiş və 30.000 manatı hesaba qoyduqdan sonra notariusa gələrək aralarında alqı-satqı aparılmış və müqavilədə mənzilə görə guya 30.000 manat ödənildiyi göstərilmişdir. Təqsirləndirilən şəxs2 bu barədə soruşduqda sonuncu ona şirkətin daxili məsələləri və vergi xərclərinin azaldılması ilə bağlı olduğunu demişdir. Söhbət zamanı Mail ona binalarda tikinti işlərinin 3-4 ay ərzində yekunlaşacağını və binaların tam təmir olunmuş vəziyyətdə təhvil veriləcəyini bildirmişdir. Razılaşmadan uzun müddət keçməsinə baxmayaraq binalar təhvil verilməmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspertiza rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. "xxxx" ASC-dən daxil olmuş sənədlərdən görünür ki, Nümayəndə1 tərəfindən 250.000 (iki yüz əlli min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 425.200 (dörd yüz iyirmi beş min iki yüz) manat, xx.xx.2017-ci il tarixdə həmin ünvanda 100.000 (bir yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 170.030 (bir yüz yetmiş min otuz) manat, xx.xx.2017-ci il tarixdə həmin ünvanda 200.000 (iki yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 340.040 (üç yüz qırx min qırx) manat, xx.xx.2017-ci il tarixdə həmin ünvanda 200.000 (iki yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 340.020 (üç yüz qırx min iyirmi) manat, xx.xx.2017-ci il tarixdə həmin ünvanda 250.000 (iki yüz əlli min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 425.000 (dörd yüz iyirmi beş min) manat, xx.xx.2017-ci il tarixdə həmin ünvanda 100.000 (bir yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 170.010 (bir yüz yetmiş min on) manat, xx.xx.2017-ci il tarixdə həmin ünvanda 200.000 (iki yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 340.020 (üç yüz qırx min iyirmi) manat, xx.xx.2018-ci il tarixdə həmin ünvanda 200.000 (iki yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 340.020 (üç yüz qırx min iyirmi) manat, xx.xx.2018-ci il tarixdə həmin ünvanda 200.000 (iki yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 340.020 (üç yüz qırx min iyirmi) manat, 2018-ci ilin fevral ayından 15 may 2018-ci il tarixədək Bakı şəhəri ərazisində bir neçə dəfəyə 320.745 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 545.298,57 manat (beş yüz qırx beş min iki yüz doxsan səkkiz manat əlli yeddi qəpik) pul vəsaiti nağd olaraq məxaric edilmişdir (cild 13, iş vərəqə 18-31). Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya Hüquqi şəxsinin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs3 hüquqi şəxs kimi xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmış, ünvanı - Bakı şəhəri, Xətai rayonu, İzzət Orucova küçəsi, ev 1-də yerləşir, ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi uçota götürülmüşdür. 11 aprel 2011-ci il tarixli Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsinin Dövlət reyestrindən çıxarışından görünür ki, Zərərçəkmiş şəxs3 təsisçisi 50 faiz payla Təqsirləndirilən şəxs1, qanuni təmsilçisi isə Təqsirləndirilən şəxs2dur (cild 02, iş vərəqə 144-145). 11 aprel 2011-ci il tarixli Zərərçəkmiş şəxs3 Nizamnaməsindən görünür ki, Cəmiyyətin ali idarəetmə orqanı təsisçilərinin azı ildə bir dəfə çağrılan Ümumi Yığıncağıdır. Cəmiyyətin təsisçisi bir nəfər olduqda, o, Ümumi Yığıncağın səlahiyyətlərini təkbaşına həyata keçirir. Ümumi Yığıncağın qərarları iştirakçılar tərəfindən qəbul edilir, onlar tərəfindən imzalanır və möhür vurulur. Ümumi yığıncaq növbəti və növbədənkənar olmaqla, növbəti ümumi yığıncaq icra orqanı tərəfindən müəyyən edilmiş müddətdə çağırılır, hər bir təsisçinin cəmiyyətin ümumi yığıncağında iştirak etmək, Cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə (şəxsən) iştirak etmək və ya müəyyən edilmiş orqanın təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq kimi hüquqları vardır. Ümumi yığıncağın cəmiyyətin Nizamnaməsinə əlavə və dəyişikliklər etmək, onun nizamnamə kapitalının miqdarını dəyişdirmək, cəmiyyətin növbədənkənar ümumi yığıncaqlarının çağırılması, bunun hallarını və qaydasını müəyyən etmək, cəmiyyətin illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək, mənfəəti və zərəri bölüşdürmək, cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən icra orqanının üzvlərini təyin etmək və geri çağırmaq (və ya səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək) onların səlahiyyət müddətini, səlahiyyət dairəsini müəyyənləşdirmək, cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək, cəmiyyətin başqa təşkilatlarda iştirakı, habelə hüquqi şəxslərin, filialların və nümayəndəliklərin yaradılması, yenidən təşkili və ləğv edilməsi, cəmiyyətin icra orqanının səlahiyyətlərinin kənar idarəçiyə verilməsi, cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydasının müəyyənləşdirilməsi kimi müstəsna səlahiyyətləri vardır. Direktorun Cəmiyyətin adından vəkalətsiz fəaliyyət göstərməklə cəmiyyətin fəaliyyətinə cari nəzarətin həyata keçirilməsi, cəmiyyətin təmsil edilməsi, cəmiyyətin adından əqdlər bağlaması, maliyyə vəsaitinin xərc istiqamətlərinin müəyyən edilməsi və digər təşkilati-sərəncamverici kimi səlahiyyətləri vardır (cild 01, iş vərəqə 30-34). "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 26 noyabr 2012-ci il tarixli Nizamnaməsindən görünür ki, müəssisə 26 noyabr 2012-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin Kommersiya X189 Qeydiyyat İdarəsi tərəfindən **********1 №-li VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış, təsisçisi Təqsirləndirilən şəxs1dur. Nizamnaməsinin 5-ci bölməsinə əsasən, Cəmiyyətin rəhbəri müəssisənin nizamnaməsinə əlavə və ya dəyişiklik etmək, müəssisənin illik hesabatını və mühasibat balansını təsdiq etmək, mənfəəti və zərəri bölüşdürmək, ümumi yığıncağında iştirak etmək, icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən icra orqanının üzvlərini təyin etmək və geri çağırmaq, onların səlahiyyət müddətini müəyyənləşdirmək, müəssisənin yenidən təşkil və ya ləğvi haqqında qərar qəbul etmək və digər səlahiyyətlərə malikdir (cild 01, iş vərəqə 31-32). Azərbaycan Respublikası Prezidenti yanında Mənzil X87 tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Müsabiqə komissiyasının iclasının 30 iyun 2017-ci il tarixli 2/1 nömrəli protokolundan görünür ki, həmin Cəmiyyətin sərəncamında olan Bakı şəhərinin Yasamal rayonu ərazisində X164 yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 11,6 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksində üç yaşayış binasının (tikinti layihəsi üzrə 27, 28 və 29 nömrəli binalar) tikintisi üçün keçirilən investisiya müsabiqəsinin qalibi toplanmış ballara əsasən Zərərçəkmiş şəxs3 MMC müəyyən edilmişdir (cild 01, iş vərəqə 33-34). Mülkiyyətçi Azərbaycan Respublikası Prezdenti yanında Mənzil X87 tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə investor Zərərçəkmiş şəxs3 MMC arasında bağlanmış investisiya sahəsində birgə sahibkarlıq fəaliyyəti haqqında 30 iyun 2017-ci il tarixli 01 nömrəli müqavilədən görünür ki, həmin Agentliyin Direktorunun qərarı əsasında keçirilən investisiya müsabiqəsi nəticəsində cəlb etdiyi investor xüsusi mülkiyyət hüququ əsasında mülkiyyətçiyə məxsus olan torpaq sahəsində yerləşəcək, vətəndaşların mənzil şəraitini yaxşılaşdırılmasına xidmət etmək məqsədini daşıyan 3 (üç) tikinti obyektinin inşasını həyata keçirməyi 18 ay müddətinə öhdəsinə götürmüşdür (cild 1, iş vərəqə 49- 57). Zərərçəkmiş şəxs3 MMC-nin təsisçilərinin Ümumi Yığıncağının 3 saylı protokolundan Çıxarışa əsasən Cəmiyyətin direktoru Təqsirləndirilən şəxs2 tərəfindən 28 və 29 saylı binalarda mənzillərin və qeyri-yaşayış sahələrinin satışının «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında notarial qaydada alqı-satqı edilməklə həyata keçirilməsi nəzərdə tutulmuşdur (cild 5, iş vərəqə 225). Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən imzalanaraq təsdiq edilmiş, 02 aprel 2018-ci il tarixli Zərərçəkmiş şəxs3 MMC-nin təsisçilərinin Ümumi Yığıncağının iclasının 3 saylı protokolundan çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X264 8 ünvanında inşa olunan 28 və 29 saylı binalarda mənzillərin və qeyri-yaşayış sahələrinin satılması üçün müqavilənin və digər sənədlərin imzalanmasına tam səlahiyyət Zərərçəkmiş şəxs3 MMC-nin Baş direktoru Təqsirləndirilən şəxs2 həvalə edilmişdir (cild 5, iş vərəqə 225). Bakı şəhəri, Yasamal rayonu, X264 8 ünvanında 28 saylı binadan 1-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 19 №-li mənzilin satılmasına dair Zərərçəkmiş şəxs3 MMC tərəfindən verilmiş çoxmənzilli yaşayış binasının tikintisi haqqında 07 avqust 2018-ci il tarixli fərdi müqavilədən görünür ki, mənzilə görə 62.475 (altmış iki min dörd yüz yetmiş beş) manat ödənilmişdir (cild 2, iş vərəqə 17-18). 29 saylı binadan 1-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 66.44 kv.metr olan 16 №-li mənzilin satılmasına dair ******* nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın notarial alqı-satqı müqaviləsindən görünür ki, mənzilə görə 30.000 manat ödənilmişdir (cild 02, iş vərəqə 36-37). 28 saylı binadan 1-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62.6 kv.metr olan 25 №-li mənzilin satılmasına dair xx.xx.2018-ci il tarixli ******* nömrəli daşınmaz əmlakın notarial alqı-satqı müqaviləsindən görünür ki, mənzilə görə 30.000 manat ödənilmiş, Zərərçəkmiş şəxs3 MMC tərəfindən verilmiş Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 17 oktyabr 2018-ci il tarixli fərdi müqavilədə isə mənzilin dəyərinin 79.189 manat olduğu göstərilmişdir. Lakin aparılmış istintaqla mnzilə görə faktiki olaraq ümumilikdə 65.000 manat ödənildiyi müəyyən edilmişdir (cild 7, i. vərəqə 47-50). 28 saylı binadan 2-ci giriş, 5-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40.24 kv.metr olan 54 №-li mənzilin satılmasına dair Zərərçəkmiş şəxs3 MMC tərəfindən verilmiş Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 05 iyun 2018-ci il tarixli fərdi müqavilədən mənzilin dəyərinin 48.288 manat olduğu, 05 fevral 2020-ci il həmin Cəmiyyət tərəfindən verilmiş maliyyə arayışından mənzilə görə 17.138 manat borc qaldığı göstərilmişdir (cild 2, iş vərəqə 100-106). 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2 olan 62 №-li mənzilin satılmasına dair Zərərçəkmiş şəxs3 MMC tərəfindən verilmiş Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 09 yanvar 2019-cu il tarixli fərdi müqavilə mənzilin dəyəri 50.903 manat, lakin xx.xx.2019-cu il tarixli, ******* nömrəli daşınmaz əmlakın notarial alqı-satqı müqaviləsindən isə mənzilə görə 25.000 manat ödənildiyi göstərilmişdir (cild 2, iş vərəqə 266-271). 28 saylı binadan 2-ci giriş, 8-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 67 №li mənzilin satılmasına dair Zərərçəkmiş şəxs3 MMC tərəfindən verilmiş Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 06 avqust 2019-cu il tarixli fərdi müqavilədən və həmin tarixli maliyyə arayışından görünür ki, mənzilin dəyəri 93.461 manat olmaqla tam şəkildə ödənilmişdir. xx.xx.2019-cu il tarixli ******* nömrəli daşınmaz əmlakın notarial alqı-satqı müqaviləsində mənzil görə 30.000 manat ödənildiyi göstərilməsinə baxmayaraq aparılmış istintaqla həmin mənzilə görə Cəmiyyətə faktiki olaraq 66.500 manat ödənildiyi müəyyən edilmişdir (cild 3, iş vərəqə 16-23). 28 saylı binadan 1-ci giriş, 6-cı mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 23 №-li mənzilin satılmasına dair Zərərçəkmiş şəxs3 MMC tərəfindən verilmiş “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” 10 oktyabr 2018-ci il tarixli fərdi müqavilədə mənzilin dəyəri 75.267 manat olduğu və 12 mart 2020-ci il tarixli maliyyə arayışından mənzilə görə 46.267 manat ödənildiyi və 29.000 manat borc qaldığı göstərilmişdir (cild 3, iş vərəq 43- 46). 28 saylı binadan 1-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 18 №li mənzilin satılmasında dair satılmasına dair Zərərçəkmiş şəxs3 MMC tərəfindən verilmiş Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 29 dekabr 2018-ci il tarixli fərdi müqavilədən və həmin tairxli maliyyə arayışından görünür ki, mənzilin dəyəri 79.189 manat olmaqla tam şəkildə ödənilmişdir. Lakin aparılmış istintaq zamanı qeyd edilən mənzilə görə Cəmiyyətə faktiki olaraq 55.000 manat ödənildiyi müəyyən edilmişdir (cild 03, iş vərəqə 58-63). 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 49 №-li mənzilin satılmasına dair Zərərçəkmiş şəxs3 MMC tərəfindən verilmiş Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 29 sentyabr 2018-ci il tarixli fərdi müqavilədən görünür ki, mənzilin dəyəri 99.669,35 manat olduğu göstərilmişdirş. 04 dekabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, həmin mənzilin dəyərindən 40.136,35 manat ödənilmiş, 59.533 manat borc qalmışdır (cild 03, iş vərəqə 80-83). 28 saylı binadan 2-ci giriş, 3-cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 45 №-li mənzilin satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 01 avqust 2018-ci il tarixli fərdi müqavilədə mənzilin dəyəri 87.614 manat olduğu, 16 mart 2020-ci il tarixli həmin cəmiyyət tərəfindən verilmiş maliyyə arayışında mənzilə görə həmin tarixə 48.914 manat ödənildiyi və 38.700 manat borc qaldığı göstərilmişdir (cild 03, iş vərəqə 87- 90). 28 saylı binadan 1-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 27 №li mənzilin satılmasına dair Zərərçəkmiş şəxs3 MMC tərəfindən verilmiş Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 02 sentyabr 2018-ci il tarixli fərdi müqavilədə mənzilin dəyəri 75.267,50 manat olduğu, 05 dekabr 2019-cu il tarixli maliyyə arayışında həmin mənzilin dəyərindən 45.880 manat ödənildiyi və 29.387 manat borc qaldığı göstərilmişdir (cild 03, iş vərəqə 96-100). 28 saylı binadan 1-ci giriş, 2-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 7 №-li mənzilin satılmasına dair satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 20 iyul 2018-ci il tarixli fərdi müqavilədə mənzilin dəyəri 66.164 manat olduğu, 10 sentyabr 2018-ci il tarixli maliyyə arayışından isə mənzilin ümumi dəyərindən 22.500 manat ödənildiyi göstərilmişdir (cild 03, iş vərəqə 105-108). 28 saylı binadan 1-ci giriş, 8-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 30 №li mənzilin satılmasına dair Zərərçəkmiş şəxs3 MMC tərəfindən verilmiş Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 15 oktyabr 2018-ci il tarixli fərdi müqavilədən və 05 mart 2020-ci il tarixli maliyyə arayışından görünür ki, mənzilin dəyəri 79.189 manat olmaqla həmin məbləğdən 41.436 manat ödənilmiş və 37753 manat borc qalmışdır (cild 03, iş vərəqə 112-119). 28 saylı binadan 2-ci giriş, 1-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2 olan 38 №-li mənzilin satılmasına dair 18 oktyabr 2018-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın notarial alqı-satqı müqaviləsindən mənzilə görə 25.000 manat, həmin tarixli Zərərçəkmiş şəxs3 MMC tərəfindən verilmiş kassa məxaric orderindən isə əlavə olaraq 21.276 manat ödənildiyi göstərilmişdir (cild 03, iş vərəqə 144-151) 28 saylı binadan 1-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 15 №-li mənzilin satılmasına dair Zərərçəkmiş şəxs3 MMC tərəfindən verilmiş Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 31 avqust 2018-ci il tarixli fərdi müqavilədə mənzilin dəyəri 75267,5 manat olduğu, 01 fevral 2020-ci il tarixli maliyyə arayışında isə mənzilin ümumi dəyərindən 42.267,5 manat ödənildiyi, 33.000 manat borc qaldığı göstərilmişdir (cild 3, iş vərəqə 156-160). 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2 olan 50 №-li mənzilin satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 20 avqust 2018-ci il tarixli fərdi müqavilədə mənzilin dəyəri 50.903 manat olduğu göstərilmişdir. Həmin müqaviləyə əlavə edilmiş 25 iyun 2019-cu il tarixli həmin tarixli maliyyə arayışından görünür ki, mənzilə görə 28.903 manat borc qalmışdır. ödənilmişdir (cild 03, iş vərəqə 189- 192). 28 saylı binadan 1-ci giriş 3-cü mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 10 №li mənzilin satılmasına dair ******* nömrəli, 07 mart 2019-cu il tarixli daşınmaz əmlakın notarial alqı-satqı müqaviləsindən görünür ki, mənzilə görə 30.000 manat ödənilmişdir (cild 03, iş vərəqə 214). 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 51 №-li mənzilin satılmasına dair ******* nömrəli, 15 iyun 2019-cu il tarixli daşınmaz əmlakın notarial alqı-satqı müqaviləsindən görünür ki, mənzilə görə 30.000 manat ödəniş edilmişdir. Bundan başqa, istintaq materiallarına əlavə ediliş 13 iyun 2019-cu il tarixli maliyyə arayışından görünür ki, X13 qeyd olunan mənzilin dəyərini Zərərçəkmiş şəxs3 MMC-ə tam ödəmiş və borcu qalmamışdır (cild 03, i. vərəqə 219-221). 28 saylı binadan 1-ci giriş 3-cü mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 9 №-li mənzilin satılmasına dair Zərərçəkmiş şəxs3 MMC tərəfindən verilmiş Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 06 avqust 2019-cu il tarixli fərdi müqavilədən və həmin tarxili maliyyə arayışından görünür ki, mənzilin dəyəri 75.120 manat olmaqla tam şəkildə ödənilmişdir (cild 03, iş vərəqə 245-248). 28 saylı binadan 1-ci giriş 2-ci mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 5 saylı mənzilin satılmasına dair Zərərçəkmiş şəxs3 MMC tərəfindən verilmiş Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 24 sentyabr 2018-ci il tarixli fərdi müqavilədən görünür ki, mənzilin dəyəri 75.120 manat göstərilmişdir (cild 03, i. vərəqə 250-253). 28 saylı binadan 2-ci giriş, 1-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 37 №-li mənzilin satılmasına dair Zərərçəkmiş şəxs3 MMC tərəfindən verilmiş Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 03 dekabr 2018-ci il tarixli fərdi müqavilədən və həmin tarixli maliyyə arayışından görünür ki, mənzilin dəyəri 99.669 manat olmaqla tam şəkildə ödənilmişdir. Bundan başqa, istintaq matriallarından ******* nömrəli, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın notarial alqı-satqı müqaviləsindən görünür ki, mənzilə görə 40.000 manat ödənilmişdir. Lakin aparılmış istintaqla həmin mənzilə görə faktiki olaraq 83.000 manat ödənidiyi müəyyən edilir (cild 04, iş vərəqə 113-121). 28 saylı binadan 2-ci giriş, 6-cı mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 59 №-li mənzilin satılmasına dair ******* nömrəli, 09 oktyabr 2018-ci il tarixli daşınmaz əmlakın notaria alqı-satqı müqaviləsindən görünür ki, mənzilə görə 30.000 manat ödənilmişdir. Bundan başqa, istintaq materiallarına əlavə edilmiş xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli kassa məxaric orderlərindən görünür ki, qeyd olunan mənzilə görə cəmiyyətə iki dəfəyə əlavə olaraq 30.000 manat ödənilmişdir (cild 04, iş vərəqə 203-207). 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 63 №li mənzilin satılmasına dair Zərərçəkmiş şəxs3 MMC tərəfindən verilmiş “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 20 avqust 2018-ci il tarixli fərdi müqavilədə mənzilin dəyəri 75.120 manat göstərilsədə, 12 mart 2020-ci il tarixli maliyyə arayışından görünür ki, qeyd edilən mənzilə görə cəmiyyətə 25.620 manat ödənilmiş, 49.500 manat borc qalmışdır (cild 04, iş vərəqə 226-229). 29 saylı binadan 1-ci giriş, 1-ci mərtəbə, 3 otaqlı ümumi sahəsi 80,2 m2 olan 4 №-li mənzilin satılmasına dair ******* nömrəli, 11 fevral 2020-ci il tarixli daşınmaz əmlakın notarial alqı-satqı müqaviləsindən görünür ki, mənzilə görə 45.000 manat ödənilmişdir (cild 05, iş vərəqə 65-66, 175-178). 28 saylı binadan 2-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 55 №li mənzilin satılmasına dair ******* nömrəli, 02 noyabr 2018-ci il tarixli daşınmaz əmlakın notarial alqı-satqı müqaviləsindən görünür ki, mənzilə görə 30.000 manat ödənilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs3 MMC tərəfindən verilmiş 31 oktyabr 2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, mənzilə görə cəmiyyətə 64500 manat ödəniş edildiyi gösərilmişdir (cild 05, iş vərəqə 183-186). 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 64 №li mənzilin satılmasına dair Zərərçəkmiş şəxs3 MMC tərəfindən verilmiş Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 09 dekabr 2019-cu il tarixli fərdi müqavilədən və həmin tarixli maliyyə arayışından görünür ki, mənzilin dəyəri 93.431 manat olmaqla tam şəkildə Şahid45 tərəfindən ödənilmişdir. Bundan başqa, 6 saylı notariat ofisindən daxil olmuş Çıxarışdan görünür ki, qeyd olunan mənzilin alqı-satıqıs ilə əlaqədar alıcı Şahid45 tərəfindən 30.000 manat ödənilmişdir (cild 06, iş vərəqə 144-148; cild 09, iş vərəqə 85). 28 saylı binadan 1-ci giriş, 3-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 58,86 m2 olan 12 №-li mənzilin satılmasına dair Zərərçəkmiş şəxs3 MMC tərəfindən verilmiş Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 14 iyun 2018-ci il tarixli fərdi müqavilə mənzilin dəyəri 74.457 manat olduğu, 17 iyul 2019-cu il tarixli maliyyə arayışından 12 saylı mənzilin ümumi dəyərindən 43457.9 manat ödənildiyi və 31.000 manat borc qaldığı göstərilmişdir (cild 7, iş vərəqə 142-151). 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 52 №-li mənzilin satılmasına dair ******* nömrəli, 02 aprel 2019-cu il tarixli daşınmaz əmlakın notarial alqı-satqı müqaviləsindən görünür ki, mənzilə görə 30.000 manat ödənilmişdir. Bundan başqa, istintaq materiallarına əlavə edilmiş 01 aprel 2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, cəmiyyətə qeyd oluna mənzilə görə həmin tarixdə 30.000 manat, 02 aprel 2019-cu il tarixli kassa məxaric orderinə əsasən isə 40.000 manat ödənildiyi göstərilmişdir (cild 7, iş vərəqə 249-250). 28 saylı binadan 2-ci giriş, 6-cı mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2olan 58 №-li mənzilin satılmasına dair ******* nömrəli, 30 avqust 2018-ci il tarixli daşınmaz əmlakın notarial alqı-satqı müqaviləsindən görünür ki, mənzilə görə 25.724 manat ödənilmişdir. Bundan başqa, Cəmiyyət tərəfindən verilmiş 28 avqust 2018-ci il tarixli malıyyə arayışından görünür ki, həmin mənzilə görə mənzilin ümumi dəyərindən 15240 manat ödənilmişdir (cild 8, iş vərəqə 20-22). 28 saylı binadan, 2-ci giriş, 9-cu mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 69 №-li mənzilin satılmasına dair Zərərçəkmiş şəxs3 MMC tərəfindən verilmiş Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 10 iyun 2019-cu il tarixli fərdi müqavilədən görünür ki, mənzilə görə 99.669,35 manat ödənilmişdir (cild 5, iş vərəqə 11-13). 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 61 №-li mənzilin satılmasına dair Zərərçəkmiş şəxs3 MMC tərəfindən verilmiş Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 17 may 2018-ci il tarixli fərdi müqavilədən görünür ki, mənzilin dəyəri 78.790 manat olduğu, ilkin ödəniş kimi 15.000 manat ödənildiyi göstərilmişdir (cild 11, iş vərəqə 187-195). 28 saylı binadan 2-ci giriş, 1-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 39 №li mənzilin alqı-satıqsına dair 21 dekabr 2018-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın notarial alqı-satqı müqaviləsindən görünür ki, mənzilə görə 30.000 manat ödənilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs3 MMC tərəfindən verilmiş Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 14 dekabr 2018-ci il tarixli fərdi müqaviləsində qeyd olunan mənzilin dəyəri 79.189 manat olduğu göstərilmişdir (cild 16, iş vərəqə 217-221). 6 saylı notariat ofisindən daxil olmuş “elektron notariat avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, 28 saylı binadan 2-ci giriş, 3-cü mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 47 №-li mənzil alıcı Şahid30 tərəfindən 30.000 manat ödənilməklə adına rəsmiləşdirmişdir (cild 9, iş vərəqə 32). ünvan 5 ünvanda 3 saylı yaşayış binasında, 1-ci girişdə, 10-cu mərtəbə, sahəsi 169,9 m2 olan mənzilin Zərərçəkmiş şəxs1 satılmasına dair "xxxx" MMC tərəfindən verilmiş çoxmənzilli yaşayış binasının tikintisi haqqında 23 iyun 2014-cü il tarixli fərdi müqavilədən görünür ki, mənzilin dəyəri 203.880 manat göstərilmiş, lakin aparılmış istintaqla həmin mənzilə görə 125.000 manat ödənildiyi müəyyən edilmişdir (cild 16, iş vərəqə 200-207). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli qərarı ilə X93 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 19, mənzil 8, X53 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 19, 1-ci giriş, 3-cü mərtəbədə yerləşən 2 nömrəli mənzil, X45 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X264 8, bina 28, mənzil 5, X43 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X264 8, bina 28, mənzil 9, Şahid40 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X264 8, bina 28, mənzil 10, Şahid32 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X264 8, bina 28, mənzil 18, Sultan-zadə X152 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X264 8, bina 28, mənzil 47, Şahid10 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X264 8, bina 28, mənzil 19, Şahid7 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X264 8, bina 28, mənzil 7, Şahid36 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X264 8, bina 29, mənzil 4, Şahid34 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X264 8, bina 28 mənzil 62, Şahid45 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X264 8, bina 28, mənzil 64, Şahid42 Əsgər qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X264 8, bina 28, mənzil 67, Şahid35 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X264 8, bina 29, mənzil 16 və Şahid17 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X264 8, bina 29, mənzil 25 ünvanında yerləşən daşınmaz əmlaklar üzərinə həbs qoyulmuşdur (cild 07, iş vərəqə 134-136). Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş 31 avqust 2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 adına Salyan rayonu, Varlı kəndində 0,06 ha sahibkarlıq məqsədli və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən 0,12 ha torpaq sahələri (JN-16117H KOD 00301016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə), X93 adına Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 81, mənzil 36, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsi, ev 46/50, mənzil 29 və ünvan 33 ünvanında yerləşən mənzil qeydiyyata alınmışdır (cild 07, iş vərəqə 138). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, X93 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 81, mənzil 36, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsi, ev 46/50, mənzil 29 və ünvan 33 ünvanında yerləşən daşınmaz əmlakların və Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmiş Salyan rayonu, Varlı kəndində 0,06 ha sahibkarlıq məqsədli və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən 0,12 ha torpaq sahələri (JN- 16117H KOD 00301016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”) üzərinə həbs qoyulmuşdur (cild 08, iş vərəqə 193-195). 17 noyabr 2020-ci il tarixli Zərərçəkmiş şəxs3 MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, X264 8 ünvanında inşa edilmiş 27, 28 və 29 nömrəli binalara baxış keçirilməsi haqqında protokoldan görünür ki, qeyd edilən ünvanda yerləşən 3 ədəd yaşayış binasının 2 ədədi 12 mərtəbəli, 1 girişli, 1 ədədi isə, yəni 27 nömrəli bina isə 9 mərtəbəli olmaqla tikintisi və təmiri tam baş çatdırılmış, içərisində hazırda yaşayış mövcuddur. 28 və 29 nömrəli binalarda isə təmirsiz vəziyyətdə, elektrik xətləri çəkilməmiş, qapı və pəncərələr isə tam quraşdırılmamışdır. Baxış keçirilən binalarda olan mənzillərin daxilində isə divarların kağızlarla üzlənməməsi, qapıların quraşdırılmaması, sanitar qovşaqlarda tavan işlərinin aparılmadığı, lakin digər hissələrdə divarlarda suvaq işləri, elektrik işləri və sair təmir işlərinin aparılmadığı, eləcə də lift sisteminin quraşdırılmadığı müəyyən edilmişdir (cild 9, iş vərəqə 190-224). Azərbaycan Respublikası “X94”nin 18 may 2022-ci il tarixli 109 №-li hesabatından görünür ki, aparılan təhlil və hesablamalar nəticəsində Bakı şəhəri, Yasamal rayonu, X264 8 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 MMC-yə məxsus olan 27, 28 və 29 saylı binalarda orta təmirli yaşayış sahəsinin 1 kv.m-nin qiymətləndirmə tarixinə olan dəyəri 1300 (bir min üç yüz) manat, 28 və 29 saylı binalarda təmirsiz qeyri-yaşayış sahəsinin 1 kv.m-nin qiymətləndirmə tarixinə olan dəyəri 1700 (bir min yeddi yüz) manat müəyyən edilir. 10 iyul 2017-ci il tarixli 01 №-li borc müqaviləsindən görünür ki, “borc verən” (Zərərçəkmiş şəxs2) xx.xx.2017-ci il tarixdə ******* ABŞ dolları, ekvivalent olaraq ******* manat məbləğində pul vəsaitini “Borc alan” (Zərərçəkmiş şəxs3 MMC) tərəfindən Bakı şəhəri, Yasamal rayonu, X264 8 ünvanında yaşayış binalarının tikintisinin investisiyası üçün bank qarantiyası şəklində "xxxx"da bank depozit hesabına yerləşdirir. Bank tərəfindən MİDA üçün tələb olunan məbləğin depozitdə mövcudluğu təsdiq olunduqdan sonra “Borc verən” mərhələli şəkildə “Borc qəbul edən”in (Təqsirləndirilən şəxs1) ehtiyacı və xahişi ilə depozit hesabında olan məbləği çıxararaq məbləğin əlavə hissəsi ilə birlikdə ******* ABŞ dolları, ekvivalent olaraq ******* manat məbləğində pul vəsaitini tikinti işlərinin aparılmasının təmini məqsədilə “Borc alan”ının mülkiyyətinə vermək üçün Zərərçəkmiş şəxs3 MMC-nin həmtəsisçisi Təqsirləndirilən şəxs1 “Borc alan”ın balansına yerləşdirmək məqsədilə təqdim edir, “borc alan” isə qeyd olunan pul vəsaitini 10 iyul 2020-ci il tarixədək geri qaytarmağı öhdəsinə götürür. 10 iyul 2017-ci il tarixli 01 №-li borc müqaviləsinə 10 dekabr 2019-cu il tarixli 01 №-li Əlavədən görünür ki, borc vəsaitinin qaytarılmasının qarantiyasını təmin etmək məqsədilə “borc alan” borc vəsaitini tam qaytarana qədər öz əmlakını - ünvan 13 ünvanında 1.13158 ha torpaq sahəsində yerləşən ərazi və tikililərdən ibarət müəssisəni, Bakı şəhəri, Yasamal rayonu, X264 8 ünvanında inşa olunan 28 saylı yaşayış binasında olan 20, 24, 31, 36, 65, 68 saylı mənzillər, 28 və 29 saylı yaşayış binalarında olan sahələri 529,36 kv.m və 345.79 kv.m olan olan yarımzirzəmi qeyri-yaşayış sahələrini girov şəkilində “Borc verən”nin adına müvəqqəti rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Qeyd olunan aktivlərin satışının həyata keçirildiyi halda məbləğ ümumi borc vəsaitindən çıxılır. Borc vəsaiti göstərilən tarixlərdə qaytarılmadıqda girov aktivlər “Borc verən”in tam mülkiyyətinə keçir. “MAK CONSULTANCY BAKU Ltd” müştərək müəssisəsinin iyul 2012-ci il tarixli hesabatından görünür ki, ünvan 13 ünvanında yerləşən əmlakın bazar dəyəri ******* manat həcmində müəyyən olunmuşdur. Azərbaycan Respublikası “X94”nin 28 may 2022-ci il tarixli 114 №-li rəyindən görünür ki, ünvan 13 ünvanında yerləşən əmlak kompleksinin 2022-ci ilin iyun ayına olan bazar dəyəri 4.086.354 (dörd milyon səksən altı min üç yüz əlli dörd) manat müəyyən edilir. Azərbaycan Respublikası “X94”nin 06 iyun 2022-ci il tarixli 111 №-li rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X279 8 ünvanda yerləşən yaşayış kompleksinin mövcud vəziyyəti üzrə 27 saylı binaya 2.912.250 manat, 28 saylı binaya 2.950.000 manat, 29 saylı binaya 2.382.750 manat (ƏDVsiz) vəsaitin sərf edilməsi müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli qərarı ilə X93 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 19, mənzil 8 və X53 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 19, 1-ci giriş, 3-cü mərtəbədə yerləşən 2 nömrəli mənzil üzərinə X93 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 19, mənzil 8 və X53 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 19, 1-ci giriş, 3-cü mərtəbədə yerləşən 2 nömrəli mənzil üzərinə həbs qoyulmuşdur (cild 10, iş vərəqə 07-11). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 dekabr 2020-ci il tarixli qərarı ilə X59 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X230 Naxçıvani küçəsi, ev 15, mənzil 33 və ünvan 36 ünvanda yerləşən mənzil, X93 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 56, mənzil 77, X33 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 46, mənzil 39, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 39, mənzil 33, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, ev 219C (fərdi yaşayış evi), Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 75, mənzil 51, Bakı şəhəri. Yasamal rayonu, M.Müşfiq küçəsi, ev 10, mənzil 41, Bakı şəhəri, Səbail rayonu, İqor Ağayev küçəsi, ev 10, mənzil 28, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 34, mənzil 38 və Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 23, mənzil 45 üzərinə həbs qoyulmuşdur (cild 11, iş vərəqə 160-164). Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş 23 oktyabr 2020-ci il tarixli 2314-2885 nömrəli məktuba əsasən tərtib edilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 adına "xxxx" ASC-də kart, “Yelo Bank”, "xxxx", "BTB Bank" və "xxxx" ASC-lərdə müvafiq cari hesablar, xx.xx.1964-cü il təvəllüdlü X59 adına "xxxx" ASC-də cari (qalıq 3400 ABŞ dolları), "xxxx" ASC-də cari hesab, xx.xx.1976-cı il təvəllüdlü X93 adına "xxxx" ASC-də cari və depozit, "xxxx" ASC-də 4 kart və 2 cari, "xxxx" ASC-də 3 depozit (11000 AZN, 10000 AZN , 23000 AZN), "xxxx" ASC-də depozit (25000 AZN), "xxxx" ASC-də 2 cari (60000 AZN, 3700 AZN), "xxxx" ASC-də depozit (15000 ABŞ dolları) hesab, xx.xx.1985-ci il təvəllüdlü X33 adına "xxxx" ASC-də qeyri-aktiv kart, “Yelo Bank” və "xxxx" ASC-lərdə cari hesablar, xx.xx.1990-cı il təvəllüdlü X60 adına "xxxx" ASC- də depozit (9500 ABŞ dolları), "xxxx" ASC-də cari (1000 ABŞ dolları) və depozit (4000 ABŞ dolları) hesab, xx.xx.1966-cı il təvəllüdlü X61 adına "xxxx" ASC-də 4 kart və 2 cari (3187 AZN), "xxxx" və "xxxx" ASC-lərdə cari hesablar, xx.xx.1978ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 adına "xxxx" ASC-də qeyri-aktiv əmək haqqı, “Yelo Bank” və "xxxx" ASC-lərdə cari hesablar mövcuddur (cild 11, iş vərəqə 55-60). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 dekabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 adına "xxxx" ASC-də kart, “Yelo Bank”, "xxxx", "BTB Bank" və "xxxx" ASC-lərdə müvafiq cari hesablar, xx.xx.1964-cü il təvəllüdlü X59 adına "xxxx" ASCdə cari (qalıq 3400 ABŞ dolları), "xxxx" ASC-də cari hesab, xx.xx.1976-cı il təvəllüdlü X93 adına "xxxx" ASC-də cari və depozit, "xxxx" ASC-də 4 kart və 2 cari, "xxxx" ASC-də 3 depozit (11000 AZN, 10000 AZN, 23000 AZN), "xxxx" ASC-də depozit (25000 AZN), "xxxx" ASC-də 2 cari (60000 AZN, 3700 AZN), "xxxx" ASC-də depozit (15000 ABŞ dolları) hesab, xx.xx.1985-ci il təvəllüdlü X33 adına "xxxx" ASC-də qeyri-aktiv kart, “Yelo Bank” və "xxxx" ASC-lərdə cari hesablar, xx.xx.1990-cı il təvəllüdlü X60 adına "xxxx" ASC-də depozit (9500 ABŞ dolları), "xxxx" ASC-də cari (1000 ABŞ dolları) və depozit (4000 ABŞ dolları) hesab, xx.xx.1966-cı il təvəllüdlü X61 adına "xxxx" ASC-də 4 kart və 2 cari (3187 AZN), "xxxx" və "xxxx" ASC-lərdə cari hesablar, xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 adına "xxxx" ASC-də qeyri-aktiv əmək haqqı, “Yelo Bank” və "xxxx" ASC-lərdə cari hesablar üzərinə həbs qoyulmaqla həmin hesablar üzrə əməliyyatların aparılmasına xitam verilmişdir (cild 11, i. vərəqə 165-169). Baş İdarənin Əməliyyat idarəsindən daxil olmuş 8 dekabr 2020-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin adına rəsmiləşdirilmiş **-AA-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Equus” markalı minik avtomobili faktiki olaraq Təqsirləndirilən şəxs1 məxsusdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin adına rəsmiləşdirilmiş **-AA-*** dövlət qeydiyyat nişanlı “Hyundai Equus” markalı, Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmiş **-CE-*** dövlət qeydiyyat nişanlı “QAZ 24” markalı, X59 adına rəsmiləşdirilmiş **-DJ-*** dövlət qeydiyyat nişanlı “Audi Q7” markalı, X33 adına rəsmiləşdirilmiş **-UC-*** dövlət qeydiyyat nişanlı, “GAC GS8” markalı, X95 adına rəsmiləşdirilmiş **-DJ-*** dövlət qeydiyyat nişanlı “Porsche Cayenne” markalı minik avtomobillərinin üzərinə həbs qoyulmuşdur (cild 11, iş vərəqə 199-202). Bakı şəhəri, Yasamal rayonu, X264 8 ünvanında 28 saylı binadan 1-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 19 №-li mənzilin Şahid10 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 07 avqust 2018-ci il tarixli fərdi müqavilə, 29 saylı binadan 1-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 66.44 kv.metr olan 16 №li mənzilin Şahid35 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 05 fevral 2018-ci il tarixli fərdi müqavilə, ******* nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi,28 saylı binadan 1-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62.6 kv.metr olan 25 №-li mənzilin Şahid23 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 17 oktyabr 2018-ci il tarixli fərdi müqavilə, ******* nömrəli, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 5-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40.24 kv.metr olan 54 №-li mənzilin Şahid4 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 05 iyun 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2 olan 62 №-li mənzilin Şahid34 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 09 yanvar 2019-cu il tarixli fərdi müqavilə, ******* nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 8-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 67 №-li mənzilin Şahid42 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 06 avqust 2019-cu il tarixli fərdi müqavilə, ******* nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 1-ci giriş, 6-cı mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 23 №-li mənzilin Şahid21 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 10 oktyabr 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 1-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 18 №-li mənzilin Şahid32 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 29 dekabr 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 49 №-li mənzilin Şahid20 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 29 sentyabr 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 2-ci giriş, 3-cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 45 №-li mənzilin X9 dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 01 avqust 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 1-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 27 №-li mənzilin Şahid16 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 02 sentyabr 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 1-ci giriş, 2-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 7 №-li mənzilin Şahid7 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 20 iyul 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 1-ci giriş, 8-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 30 №-li mənzilin X7 dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 15 oktyabr 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 2-ci giriş, 1-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2 olan 38 №-li mənzilin Şahid24 satılmasına dair ******* nömrəli, 18 oktyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 1-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 15 №-li mənzilin Şahid15 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 31 avqust 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2 olan 50 №-li mənzilin Şahid11 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 20 avqust 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 1-ci giriş 3-cü mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 10 №-li mənzilin Şahid40 satılmasına dair ******* nömrəli, 07 mart 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 51 №-li mənzilin X1 dair ******* nömrəli, 15 iyun 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 1-ci giriş 3-cü mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 9 №-li mənzilin X3 dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 06 avqust 2019-cu il tarixli fərdi müqavilə, 28 saylı binadan 1-ci giriş 2-ci mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 5 saylı mənzilin X4 dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 24 sentyabr 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 2ci giriş, 1-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 37 №-li mənzilin X5 dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 03 dekabr 2018-ci il tarixli fərdi müqavilə, ******* nömrəli, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 6-cı mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 59 №-li mənzilin Şahid27 ******* nömrəli, 09 oktyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 63 №-li mənzilin Şahid12 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 20 avqust 2018-ci il tarixli fərdi müqavilə, 29 saylı binadan 1-ci giriş, 1-ci mərtəbə, 3 otaqlı ümumi sahəsi 80,2 m2 olan 4 №-li mənzilin Şahid36 satılmasına dair ******* nömrəli, 11 fevral 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 55 №-li mənzilin X6 dair ******* nömrəli, 02 noyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 64 №-li mənzilin Şahid45 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 09 dekabr 2019-cu il tarixli fərdi müqavilə, 28 saylı binadan 1-ci giriş, 3-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 58,86 m2 olan 12 №-li mənzilin Şahid6 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 14 iyun 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 52 №-li mənzilin Şahid43 satılmasına dair ******* nömrəli, 02 aprel 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 6-cı mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2olan 58 №-li mənzilin X2 dair ******* nömrəli, 30 avqust 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan, 2-ci giriş, 9-cu mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 69 №-li mənzilin Şahid38 Cəmaləddin oğluna satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 10 iyun 2019-cu il tarixli fərdi müqavilə, 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 61 №-li mənzilin Şahid5 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 17 may 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 2-ci giriş, 1-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 39 №-li mənzilin X8 dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 14 dekabr 2018-ci il tarixli fərdi müqavilə, ******* nömrəli, 21 dekabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 3-cü mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 47 №-li mənzilin Sultan-zadə X10 dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 10 dekabr 2018-ci il tarixli fərdi müqavilə, daşınmaz əmlakın alqı-satqı müqaviləsi, qeyd olunan müqavilələrə əlavə olunmuş maliyyə arayışları, kassa məxaric orderləri, ünvan 5 ünvanda 3 saylı yaşayış binasında, 1ci girişdə, 10-cu mərtəbə, sahəsi 169,9 m2 olan mənzilin Zərərçəkmiş şəxs1 satılmasına dair "xxxx" MMC tərəfindən verilmiş Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 23 iyun 2014-cü il tarixli fərdi müqavilə və 03 avqust 2021-ci il tarixli protokolla Zərərçəkmiş şəxs3 MMC-nin direktoru Nümayəndə1 götürülmüş həmin cəmiyyətin möhürü cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edilən halların müəyyən edilməsinə kömək etdiyinə və cinayət hadisəsinin izlərini saxladığına görə 20 oktyabr 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmışdır (cild 17, iş vərəqə 185-322). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişlər (cild 7, iş vərəqə 26-28). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya xəstəxanasından daxil olmuş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan xəstəxanada müalicədə olmamışlar (cild 6, iş vərəqə 127). Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Azərbaycan Respblikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən daxil olmuş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan mərkəzdə müalicədə olmamışlar (cild 6, iş vərəqə 129). Məhkəmə, keçirilmiş hərtərəfli, tam və obyektiv araşdırma əsasında, ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusunu nəzərdə saxlamaqla bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 ilə Azərbaycan Respublikasının Mənzil X87 tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 30 iyun 2017-ci il tarixli «İnvestisiya sahəsində birgə sahibkarlıq fəaliyyəti haqqında» 01 nömrəli müqaviləyə əsasən inşa edilmiş 28 və 29 saylı binalarda mənzillərin və qeyri-yaşayış sahələrinin satışı prosesində yol verdikləri ictimai təhlükəli əməl, qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd istifadə edilməklə, qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib Zərərçəkmiş şəxs3nə xüsusilə külli miqdarda ziyan vurmaqla təkrarən vahid niyyətlə mənimsəyərək talama, Zərərçəkmiş şəxs3 mənzil alıcıları qarşısında götürdükləri öhdəliklərin vaxtında icra edilməməsi ilə əlaqədar həmin Cəmiyyətin fəaliyyətini pozmaqla əmlak hüquqlarına və qanuni mənafelərinə qabaqcadan əlbir olan bir qrup şəxs qismində ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə kimi deyil, bütövlükdə bu epizod üzrə hər iki təqsirləndirilən şəxsin əməlləri vəzifəli şəxslər kimi rəsmi sənədlərə sair şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı kimi qiymətləndirilməlidir. Yəni, hər iki təqsirləndirilən şəxsin qeyd olunan cinayət epizodu üzrə törətdikləri qanunazidd əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibi ilə tam əhatə olunur. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı qərarında təsbit edilmiş hüququi mövqeyə əsasən dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin Cinayət Məcəlləsinin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq Cinayət Məcəlləsinin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs1 dələduzluq epizodları üzrə elan edilmiş ittihamlar üzrə hərəkətlərinin qulluq mövqeyindən sui-istifadə etməklə törədilmə tövsifedici əlaməti kimi nəzərə alınmaqla Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə tam əhatə olunduğu nəticəsinə gəlir. Ona görə də, məhkəmə, qeyd olunan cinayət epizodu üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4-cü və 308.2-ci maddələrindən Cinayət Məcəlləsinin 313-cü maddəsinə tövsif edir. Hər iki təqsirləndirilən şəxsin bu epizod üzrə təqsirli olaraq törətdikləri ictimai təhlükəli əməllər məhz vəzifə saxtakarlığı cinayətinin dispozisiyasında nəzərdə tutulmuş tərkib əlamətlərinə tam uyğundur. Məhkəmə bu epizod üzrə təqsirləndirilən şəxslərin əməllərinə cinayət hüquqi qiymət verərkən yuxarıda sadalanan, məhkəmə istintaqında tədqiq olunmuş sübutlar məcmusuna, işin faktiki hallarının hərtərəfli öyrənilməsinə əsaslanır, cinayət qanunvericiliyində əks olunmuş digər konstitusion prinsiplərlə bərabər hər bir təqsirləndirilən şəxsin təqsirinin qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməli olması ilə bağlı prinsipə əməl edilməsinin labüdlüyünü qeyd edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şərh olunan cinayət epizodu üzrə əməllərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4-cü və 308.2-ci maddələrindən Cinayət Məcəlləsinin 313-cü maddəsinə tövsif edilməsi ilə bağlı mühüm məntiqi prosesin nəticəsi olan qənaətinin tam əsaslı və qanuniliyini vurğulayaraq bununla bağlı tədqiq olunmuş sübutları əlaqəli şəkildə şərh etməyi zəruri hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 2017-ci ilin iyun ayında Zərərçəkmiş şəxs3 MMC şirkəti qanuni şəkildə Mənzil İnşaatı Dövlət Agentliyi (bundan sonra MİDA) tərəfindən sosial yönümlü yaşayış binalarının tikintisi üzrə keçirdiyi tenderdə iştirak etmiş, tender nəticəsində Zərərçəkmiş şəxs3 MMC ilk investor şirkət olaraq qalib elan olunmuş, bu barədə kütləvi informasiya vasitələrində, o cümlədən MİDA-nın rəsmi internet səhifəsində məlumat yerləşdirilmişdir. 30 iyun 2017-ci il tarixdə MİDA və Zərərçəkmiş şəxs3 MMC arasında “İnvestisiya sahəsində birgə sahibkarlıq fəaliyyəti haqqında» 01 saylı müqavilə imzalanmışdır. Müqavilə şərtlərinə əsasən ikisi 12 mərtəbə və biri 9 mərtəbə olmaqla, 27, 28 və 29 saylı 3 ədəd yaşayış binasının inşa olunması nəzərdə tutulmuşdur. 1 ədəd 12 mərtəbəli 27 saylı bina tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş şəkildə MİDA-nın sərəncamına təmənnasız olaraq təqdim edilməli, digər 28 və 29 saylı iki yaşayış binasının isə yalnız tikintisi tam şəkildə yekunlaşmalı olmuşdur. MİDA-ya verilən binadakı mənzillərin satışı MİDA tərəfindən, “Güzəştli mənzil” elektron sistemi vasitəsilə aparılmalı, digər iki binada olan mənzillərin satışını isə Zərərçəkmiş şəxs3 MMC özünün təyin etdiyi bazar qiymətlərinə uyğun olaraq həyata keçirməli olmuşdur. Layihənin sosial yönümlü olduğu nəzərə alınaraq, Zərərçəkmiş şəxs3 MMC-nin rəhbərliyi tərəfindən həmin iki binadakı mənzillərin də təmirli şəkildə satışa çıxarılması qərara alınmış və satış qiyməti hər kvadrat metrə görə 1265 manat olaraq müəyyənləşdirilmişdir. Müqavilə bağlanan tarixdən, yəni 30 iyun 2017-ci ildən etibarən ərazidə, yəni Yasamal rayonu, X264 8 ünvanında tikinti-quraşdırma işləri başlanılmışdır. 10 iyul 2017-ci il tarixdə, yəni qeyd olunan müqavilə imzalandıqdan 10 gün sonra, Litva Respublikasının vətəndaşı Potsius Povilas ilə Zərərçəkmiş şəxs3 MMC arasında Borc müqaviləsi imzalanmışdır. Həmin Müqaviləyə əsasən Potsius Povilas tərəfindən milli valyuta ilə ifadəsi ümumilikdə ******* manat təşkil edən pul vəsaiti sözügedən layihənin icrası məqsədilə Borc şəklində təqdim edilmiş, əvəzində isə Cəmiyyət tərəfindən Borc vəsaitinin qarantiyası olaraq Cəmiyyətin əmlakı olan yaşayış və qeyri-yaşayış sahələri, aksiyalar və digər qiymətli kağızlar ona girov şəkilndə təqdim edilmişdir. Müqavilənin şərtlərinə əsasən, borc məbləği 3 il müddətində qaytarılmadığı təqdirdə göstərilən əmlaklar Potsius Povilasın adına rəsmiləşdirilməli, bu halda verilən real aktivlərin satış qiyməti müstəqil ekspertlər tərəfindən dəyərləndirilməli, qaytarılacaq Borc vəsaiti yenidən hesablanmalı və yarana biləcək mübahisələr mülki qaydada həll edilməli idi. Müəyyən edilmişdir ki, həmin ilin avqust ayında, yəni cəmi bir ay sonra Təqsirləndirilən şəxs1 qərarı ilə ona məxsus Zərərçəkmiş şəxs3 MMC-nin paylarının 50%-nin Potsius Povilasa satışı həyata keçirilmişdir. Bununla bağlı həm əvvəlki, həm də sonrakı reyestr Çıxarışları iş materiallarına əlavə olunmuşdur və qeyd olunan hal mübahisələndirilmir. Tikinti işlərinin 30 iyun 2017-ci il tarixdə başlamasına və Borc müqaviləsinin 10 iyul 2017-ci il tarixdə imzalanmasına baxmayaraq, həmin ilin sentyabr ayına qədər, yəni iki ay ərzində tikinti işlərinin maliyyələşməsi yalnız əvvəlki təsisçi, yəni, Təqsirləndirilən şəxs1 aid olan pul vəsaiti hesabına həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş «Google Earth» proqramı vasitəsilə əldə edilmiş sputnik fotoşəkillərindən da aşkar göründüyü kimi, Potsius Povilas tərəfindən borc vəsaiti ayrılana qədər Zərərçəkmiş şəxs3 MMC tərəfindən 27 saylı binada 1-ci mərtəbədə beton-qəlib işləri, 28 saylı binada zirzəmi mərtəbədə beton-qəlib işləri, 29 saylı binada isə təməl-izolyasiya işləri artıq yerinə yetirilmişdi. Potsius Povilas tərəfindən Borc vəsaiti isə, yalnız 13 sentyabr 2017-ci il tarixindən sonra, yəni ötən 2 ay ərzində tikinti işlərinin real olaraq aparıldığına onda əminlik yarandıqdan sonra təqdim edilməyə başlanmışdır. Müəyyən olunur ki, borc müqaviləsinin bağlanması - borc alınması zərurəti ilkin olaraq tikintisi başlanan və MİDA-ya təmənnasız təhvil veriləcək 27 saylı binada Zərərçəkmiş şəxs3 MMC tərəfindən heç bir satışın həyata keçirilməyəcəyi, yəni həmin binadakı mənzillərin satışından Zərərçəkmiş şəxs3 MMC-yə heç bir vəsaitin daxil olmayacağı ilə bağlı olmuş, sonradan həmin vəsaiti ələ keçirmiş Təqsirləndirilən şəxs1 tərəfindən bununla bağlı zərərçəkmiş şəxsə aşkar izah verilmişdir. Müəyyən olunur ki, mənzillərin satışının başlandığı 2018-ci ilin aprel ayına qədər Zərərçəkmiş şəxs3 MMC tərəfindən aparılan tikinti işlərinin maliyyələşməsi yalnız təsisçidən daxil olan nağd pul vəsaiti hesabına həyata keçirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vəzifə saxtakarlığına yol verərək sair şəxsi niyyətlə - ƏDV ödəyicisi olan hüquqi şəxslərə münasibətdə bank nağdlaşdırılmasına tətbiq edilən aylıq 30000 manat limitlə əlaqədar tikinti prosesi ilə bağlı müvafiq qaydada təşkil edə bilmədikləri fəaliyyətlərində yarana biləcək məhdudiyyətlərdən yayınmaq üçün rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək, mənzil satışlarına dair alqı-satqı müqavilələri əsasında bir sıra alıcılardan notarial qaydada sənədləşmə aparılmayıb satışa görə alınan pul məbləğini bütünlüklə, habelə, bir sıra alıcılara münasibətdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsində razılaşdırılmış qiymətdən fərqli qiymət qeyd etmiş, alınan məbləğin bir hissəsi bank hesabına mədaxil edilərək köçürmə əməliyyatlarına yönəldilmiş, digər hissəsini isə rəsmi hesaba mədaxil etməyib podratçılar və tikintiyə cəlb edilmiş digər şəxslərlə nağd hesablaşmaların aparılması, nağd pulla malmaterial alınması, əmək haqlarının nağd ödənilməsi, habelə nağd hesablaşmalarla aparılan cari xərclərin və digər məsrəflərin ödənilməsi işinə sərf etmişlər. Məhkəmə bu hissədə mövcud qanunvericiliyə də birbaşa istinda edilməsini zərurəi sayaraq vurğulayır ki, «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinə görə ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Müəyyən olunur ki, tikintinin aparıldığı dövr üçün mövcud real bazar şəraiti köçürmə əməliyyatları ilə yanaşı, mal-material alınması və fəaliyyəti təmin edən digər əməliyyatlar üzrə nağd ödəmələr qaçılmaz olduğundan, tikintinin aparılması ilə bağlı maraqlarla əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən həmin vəzifə saxtakarlığına yol verilərkən heç bir halda talama məqsədi güdülməmişdir. Həmin prosesin gedişində Potsius Povilasın da digər təsisçi kim gündəlik fəaliyyətə nəzarəti şəraitində də həmin dövrdə maliyyə vəsaitlərinin sərfiyyatı ilə bağlı hər hansı anlaşılmazlığın yaranmaması da bu qənaətin təsdiqinə yönəlmiş dəlildir. Zərərçəkmiş şəxs3 MMC-dəki 2020-ci ilin yanvar ayına qədər olan qaydalara görə təsisçi Təqsirləndirilən şəxs1 və Potsius Povilas tərəfindən bütün mənzil və qeyri-yaşayış sahələrinin satış hüququnun direktor Təqsirləndirilən şəxs2 həvalə edilməsinə dair ümumi qərara əsasən sonuncu tərəfindən müqavilələr imzalanmaqla satış həyata keçirilmiş, 2020-ci ilin yanvar ayından etibarən isə Təqsirləndirilən şəxs1 və Potsius Povilasın hər ikisinin hər bir satış üçün razılığı alınmaqla müqavilə imzalanıb satış həyata keçirilmişdir. Müəyyən olunur ki, satış zamanı vəsaitin bir hissəsinin bank hesabına mədaxil edilib, digər hissəsinin isə nağd şəkildə alınaraq cari ödəmələrə sərf olunması faktiki bilavasitə təsisçilərin hər ikisinin iradəsi əsasında yerinə yetirilmiş, direktor Təqsirləndirilən şəxs2 bu məsələ ilə bağlı heç bir halda müstəqil qərar qəbul etməmişdir. Bu qaydada aparılan satışlardan əldə olunan nağd vəsaitə, o cümlədən kredit mənzillərin ödənişlərinə hər iki təsisçi – həm Təqsirləndirilən şəxs1, həm də sonuncununə dələduzluq yolu ilə ələ keçirdiyi xüsusilə külli miqdarda vəsaitin təminatı üsulu kimi aldadılmada istifadə edilmiş, sonuncunun düşündüyü sxem əsasında təsisçi edilmiş Potsius Povilasın tərəfindən müntəzəm nəzarət olunmuş, bu vəsaitlərin hərəkəti razılaşdırılaraq müvafiq məxaric qəbzləri aidiyyəti şəxslər tərəfindən imzalanmaqla, aparılan təmir-tikinti işlərinə, nağd malmaterial alınmasına, işçilərin əmək haqqına və digər xərclərə istifadə olunmuşdur. Sərfiyyatın sübutu olan, faktiki 3 il ərzində toplanan həmin məxaric qəbzləri təsisçilər arasında münasibətlər gərginləşdikdən və Təqsirləndirilən şəxs2 işdən azad olunduqdan sonra Potsius Povilas tərəfindən tələb edilmiş və Təqsirləndirilən şəxs2 israrlı şəkildə bildirməsinə baxmayaraq heç bir təhvil-təslim sənədi tərtib edilmədən Potsius Povilasa təhvil verilmişdir. Həm ibtidai istintaq, həm də məhkəmə mərhələsində aparılan araşdırmalarla mübahisəsiz olaraq müəyyən edilmişdir ki, vəzifə saxtakarlığı edilməklə satışdan əldə olunan vəsaitin bir hissəsinin nağd alınmasına baxmayaraq, mənzil satışı zamanı rəsmiləşdirilən hissədə digər qanunazidd hallar aşkar edilməmiş, eyni mənzilin təkrar satışına – iki və ya daha artıq şəxsə satılmasına yol verilməsi, mənzil alıcılarının aldadılması halı ümumiyyətlə olmamışdır. Həm də notarial alqı-satqı müqavilələrində də göstərildiyi kimi, mənzil satışından tutulan vergi, bank hesabına mədaxil edilən məbləğin həcmindən asılı olmamış, bu hesablamalar mənzilin sahəsinə tətbiq edilmiş, yəni mənzilin hər kvadrat metrinə əsasən hesablanmış və alqı-satqı rəsmiləşdirilərkən avtomatik olaraq ödənişlər aparılmışdır. Təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrinə və digər sübutların məcmusuna əsasən müəyyən olunur ki, qeyd olunan dövrdə mənzil bazarında mövcud olmuş vəziyyətlə izah olunan hallara əsasən satış proqnozları özünü doğrultmadığından mənzillərin hər kvadrat metri üçün müəyyənləşdirilmiş 1265 manat satış qiyməti sonradan endirilmiş, tələbata uyğun olaraq bir neçə mənzil kredit şəklində alıcılara təqdim edilmiş, mənzilin dəyərinin hissə-hissə ödənişi və borcun bağlanmasından sonra notarial alqı-satqı aparılması şərtilə onlarla daxili müqavilələr imzalanmışdır. Belə ki, Zərərçəkmiş şəxs3 MMC-nin mənzil satışını həyata keçirdiyi 28 və 29 saylı yaşayış binalarında kredit mənzillərin satışı, həmçinin öhdəliklərini tam olaraq yerinə yetirməyən podratçılara ayrılan mənzillərin satışı daxili müqavilərlə həyata keçirilmiş, cəmiyyət qarşısında bu və ya digər öhdəliyi olmayan və notarial alqı-satqı əməliyyatının tələblərini icra edən alıcılara isə, “Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış” əsasında notarial qaydada alqı-satqı aparılmışdır. Barter əsaslı mənzillərin satışı zamanı mənzillərin real satış qiyməti bilavasitə podratçılarla alıcılar arasında razılaşdırılmış, notarial qaydada alqı-satqısı aparılan mənzillər üçün ödənilən məbləğin bir hissəsi podratçılar tərəfindən nağd olaraq əldə edilmiş, digər hissəsi isə Zərərçəkmiş şəxs3 MMCnin bank hesabına köçürülmüşdür. Köçürülən vəsaitin bir hissəsi podratçılarla MMC arasında mövcud olan Xidmət Müqaviləsinə əsasən onların bank hesabına köçürülmüş, qalan hissəsi isə nağd qaydada podratçılara ödənilmişdir. Daxili müqavilə üzrə, o cümlədən kredit şəklində satılan mənzillər üçün ödənilən ilkin və aylıq ödənişlər bilavasitə podratçılar tərəfindən əldə edilmiş, Təqsirləndirilən şəxs2 tərəfindən isə yalnız rəsmiləşdirmə proseduru icra olunmuşdur. Həmçinin müəyyən olmuşdur ki, 3 ədəd mənzilin bank ipoteka krediti üzrə rəsmiləşdirilməsi nəzərdə tutulsa da, sonradan banklar tərəfindən həmin mənzillər üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş “Hüquqların qabaqcadan qeydiyyatı barədə Arayış” əsasında ipoteka ayrılmasından imtina edilmişdir. Alıcılar tərəfindən hazırda həmin mənzillərin yalnız ilkin ödənişləri Zərərçəkmiş şəxs3 MMC-yə ödənilmiş, qalan məbləğlərin bank ipoteka krediti üzrə ödənişini həyata keçirmək mümkün olmamışdır. Qeyd olunan xüsusatlar podratçıların və alıcıların ibtidai istintaq və məhkəmə baxışı zamanı verdikləri ifadələri ilə də öz təsdiqini tapmışdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, bəlli dövrdə satış göstəricilərinin aşağı olması səbəbilə, təsisçilər tərəfindən daha uğurlu biznes əməliyyatı kimi qiymətləndirilən, 48 mənzil müqabilində zavod alınması barədə qərar verilmişdir. Belə ki, 2018-ci ilin iyun ayında təsisçilərin ortaq razılığı ilə ünvan 14 ünvanında 1,13158 ha torpaq sahəsində yerləşən, Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış Seriya MH № 0138544, reyestr № **********43-12301, qeydiyyat №**********, xx.xx.2008 və Texniki pasporta əsasən İnventar nömrəsi 11/623, xx.xx.2008 ərazi və tikililərdən ibarət əmlak kompleksi kimi müəssisənin, faktiki sement-beton zavodunun barter yolu ilə əldə edilməsi barədə qərar qəbul edilmişdir. Qərara əsasən, inşa olunan 29 saylı yaşayış binasından 48 ədəd mənzil həmin zavodun alınması məqsədilə ayrılmış, tərəflər arasında xx.xx.2018-ci il tarixdə Barter müqaviləsi imzalanmış və səhmlərin alqı-satqısı həyata keçirilmişdir (müvafiq sənədlərin surətləri cinayət işinin materiallarına əlavə edilmişdir). Cinayət işinin materiallarında olan rəydən görünür ki, hələ 2012-ci ildə "xxxx" LTD Şirkəti tərəfindən həmin müəssisənin əmlak dəyərləndirilməsi həyata keçirilmiş və zavodun o vaxtkı cari bazar dəyəri ******* manat müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş müvafiq sənədlərin, müqavilələrin surətlərindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs3 MMC-nin təsisçisi Təqsirləndirilən şəxs1, "xxxx" MMC-nin təsisçisi İsa Məmmədovun qardaşı Şahid27 və "xxxx" QSC-nin direktoru Rüfət İbrahimovun iştirakı ilə aparılan danışıqların nəticəsi olaraq 13 iyun 2018-ci il tarixdə B01/18 saylı Barter (Dəyişdirmə) Müqaviləsi imzalanmışdır. Həmin Müqaviləyə əsasən Zərərçəkmiş şəxs3 MMC Yasamal rayonu, X264 8 ünvanında inşa olunan 29 saylı yaşayış binasında ilkin mərhələdə ümumi sahəsi 3187.44 kvadrat metr 47 ədəd, sınaq müddəti başa çatdıqdan sonra isə, ümumi sahəsi 161.34 kvadrat metr 2 ədəd, cəmi sahəsi 3348.8 kvadrat metr olan 49 ədəd mənzili "xxxx" MMC-yə verməyi, sonuncu isə, ünvan 13 ünvanında 1.13158 ha torpaq sahəsində 3994.9 kvadrat metr ümumi, 2489.4 kvadrat metr əsas, 1505.5 kvadrat metr köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəni Zərərçəkmiş şəxs3 MMC-yə verməyi öhdəsinə götürmüşdür. Sınaq müddəti başa şatdıqdan sonra həmin müəssisədə aşkar olunan qüsurlar səbəbindən bir ədəd mənzil Zərərçəkmiş şəxs3 MMC-yə geri qaytarılmışdır. Beləliklə, ümumi sahəsi 3309.36 kvadrat metr olan 48 ədəd mənzil müqabilində yuxarıda qeyd olunan müəssisə Zərərçəkmiş şəxs3 MMC-yə verilmişdir və "xxxx" ASC-də "xxxx" MMC-nin təsisçisi "xxxx" QSC-nin adına olan, ümumi dəyəri 19420.80 manat səhmlərin "xxxx" QSC-nin X89 iştirakı ilə alqı-satqı əməliyyatı aparılmışdır. Bununla da Zərərçəkmiş şəxs3 MMC "xxxx" QSC-nin həm Təsisçisi, həm də Səhmdarına çevrilmişdir. Bundan sonra Cəmiyyətin Təsisçilərinin göstərişi ilə Vergilər Nazirliyinə "xxxx" MMC və "xxxx" QSC-nin ləğv edilməsi ilə bağlı müraciət edilmişdir. Belə ki, hər iki Cəmiyyət ləğv olunduqdan sonra sözügedən müəssisənin bilavasitə Zərərçəkmiş şəxs3 MMC-nin adına rəsmiləşdirilərək, Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əldə olunması nəzərdə tutulmuşdur. 18 fevral 2019cu ildə "xxxx" MMC-nin dövlət qeydiyyatı ləğv edilmiş və "xxxx" QSC-nin ləğvetmə proseduruna start verilmişdir. Barter müqaviləsinə əsasən barter olunan 48 ədəd mənzilin satışı ilə bağlı müəyyən olunmuşdur ki, 2018-ci ilin iyun ayından başlayaraq ilkin olaraq 13, sonra isə daha bir neçə mənzil razılaşdırılmış şəkildə Şahid27 tərəfindən təqdim olunan şəxslərin adına rəsmiləşdirilmişdir. Həmin ərəfədə İsa Məmmədovun adından, sonuncunun göstərişi ilə çıxış edən şəxslərin vasitəsilə mənzillərin satışı təşkil edilmiş və qalan mənzillər bu qaydada ayrı-ayrı vətəndaşların adına rəsmiləşdirilmişdir. Ümumilikdə 48 mənzildən 18-i daxili müqavilə, 30 mənzil isə notarial alqı-satqı müqaviləsi ilə satılmışdır. Mənzillərin real satış qiyməti isə barter müqaviləsindən irəli gələn şərtlərə əsasən Zərərçəkmiş şəxs3 MMC-yə aid olmayan şəxslər – qarşı tərəfin təmçilçiləri tərəfindən bilavasitə razılaşdırılmışdır. Həmin mənzillərin də rəsmi qaydada notarial alqı-satqısı həyata keçirildikdə vəzifə saxtakarlığı davam etdirilərək ümumi dəyərinin bir hissəsi, yəni 1 otaqlı mənzilə görə 25000 manat, 2 otaqlı mənzilə görə 30000 manat və 3 otaqlı mənzilə görə 40000 manat Zərərçəkmiş şəxs3 MMC-nin bank hesabına köçürülmüş, qalan hissəsi isə, barter tərəfinin nümayəndələri tərəfindən Təqsirləndirilən şəxs2 təqdim edilmədən əldə edilmişdir. Cəmiyyətin hesabına köçürülən məbləğlərin bir hissəsi köçürmə yolu ilə, qalan hissəsi isə nağd şəkildə qaytarılmışdır. Göstərilən faktlar müvafiq sənədlərlə bərabər aidiyyəti şəxslərin cinayət işinin materiallarında olan ifadələri ilə də öz təsdiqini tapmışdır (cild 6, iş vərəqə 82-84). Müəyyən olunur ki, təsisçilərin ortaq qərarı və razılığı ilə əldə edilmiş zavodun mühafizəsi üçün aylıq əmək haqları, kommunal ödənişlər kimi xərclər Zərərçəkmiş şəxs3 MMC-nin vəsaiti hesabına müntəzəm olaraq həyata keçirilmişdir. Barter olunan mənzillərin ümumi sahəsinin 3309.36 kvadrat metr olduğu nəzərə alınaraq, bu xüsusat ətraflı dəyərləndirilməmiş, barterlə bağlı ümumi sahəsi 3309.36 kvadrat metr olan mənzillərin satışının mümkün olmaması ilə əlaqədar Zərərçəkmiş şəxs3 MMC-nin layihə üzrə öhdəliklərinin bir hissəsinin vaxtında yerinə yetirilməməsi ilə nəticələnmişdir. ünvan 13 ünvanında yerləşən həmin əmlak kompleksi satılmadan saxlandığı, bununla da Cəmiyyətin dövriyyəsinə daxil olmalı olan maliyyə vəsaiti faktiki daşınmaz əmlak şəklində saxlandığından qeyd olunan mənzərə üzrə Zərərçəkmiş şəxs3 MMC-nin layihə öhdəliklərinin bir qisminin – tamamlama işlərinin bəzilərinin yerinə yetirilməməsinə səbəb olmuş maliyyə çatışmazlığının yaratdığı vəziyyət təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən mənimsənilməklə talanma əməllərinin törədilməsinin israr edilməsinə heç bir əsas vermir. Müəyyən edilmişdir ki, 2019-cu ilin noyabr-dekabr aylarından etibarən xüsusilə külli miqdarda vəsaiti ələ keçirilmiş Potsius Povilas artıq şübhələnərək aldadılma prosesində Təqsirləndirilən şəxs1 istinad etdiyi Zərərçəkmiş şəxs3 MMC-nin fəaliyyəti ilə müntəzəm olaraq maraqlanmağa, ofisdə hesabatlarla, maliyyə və tikintiyə aid sənədlərlə yaxından tanış olmağa, nəzarət etməyə başlamışdır. Zərərçəkmiş şəxs3 MMC-nin əslində maliyyə durumunun arzulanan şəkildə uğurlu olmadığını aşkar etdikdən sonra Borc müqaviləsinə əsasən mənzillərin, qeyri-yaşayış sahələrinin, həmçinin sement-beton zavodunun onun adına rəsmiləşdirilməsini, eləcə də mənzil satışına icazənin artıq fərqi qaydada aparılmasını tələb etmişdir. Bundan sonra ümumi sahəsi 377,47 m2 olan 6 ədəd mənzil, ümumi sahəsi 599,45 m2 olan qeyri-yaşayış sahələrinin onun adına keçirilməsi ilə bağlı müvafiq müqavilələr tərtib olunmuş, mənzil satışına icazə ilə bağlı təsisçilərin yeni qərarı imzalanmış, həmçinin sement-beton zavodunun onun adına rəsmiləşdirilməsinə dair təsisçilərin ortaq qərarı və protokollar imzalanaraq müvafiq icraedici orqana təqdim edilmişdir. Belə ki, 2020-ci ilin yanvar ayında "xxxx" QSC-nin səhmlərinin Potsius Povilasın adına rəsmiləşdirilməsi məqsədilə "xxxx" ASC-yə müraciət olunmuşdur. Lakin Vergilər Nazirliyi tərəfindən ASC-nin ləğvetmə proseduru başa çatmadan alqı-satqı əməliyyatının aparılmasının mümkün olmadığı bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3 MMC tərəfindən faktiki 78 ədəd mənzilin satışından vəsait əldə edilməsinə baxmayaraq, ibtidai istintaq zamanı yalnız 34 ədəd mənzilin satışı ilə bağlı araşdırma aparılmış, məhz bu mənzillərin satışı ilə bağlı mənimsəmə ittihamı irəli sürülmüşdür. İbtidai istintaq orqanı mənimsəmənin əsas sübutu olaraq 34 ədəd mənzilin satışı zamanı əldə olunan pulun bir hissəsinin nağd, digər hissəsinin bank yolu ilə alınması xüsusatına israr etsə də, eyni qayda ilə satılmış digər 44 mənzilə münasibətdə hər hansı mövqe ifadə olunmamışdır. Zərərçəkmiş şəxs3 MMC-yə daxil olan ümumi vəsait, icra olunan layihənin ümumi smeta dəyəri, tikintiyə sərf olunmuş vəsait, tamamlanmamış işlərə sərf olunacaq vəsait dəyərləndirilməmiş, aidiyyəti göstəricilər üzrə rəqəmlərin müqayisələri aparılmamış, eləcə də aparılmış işlərin layihəyə və tikinti normalarına uyğun yerinə yetirildiyinə nəzarət üzrə rəylər, sifarişçi olaraq layihəyə əsas nəzarəti həyata keçirmiş MİDA-nın rəyi və digər müvafiq ekspertiza rəyləri kifayət qədər nəzərə alınmamış, ümumilikdə Zərərçəkmiş şəxs3 MMC-yə daxil olmuş ümumi vəsaitin xərclənmə vəziyyəti araşdırılmadan, yalnız mənzil alıcılarından daxil olan vəsaitin bir hissəsinin bank hesabına mədaxil edilmədiyi əsas gətirilərək əslində vəzifə saxtakarlığı törətmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri vəzifə səlahiyyətlərindən sui-istifadə və mənimsəmə kimi qiymətləndirilmişdir. Bu hallarla bağlı məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutlar və cinayət işinin materiallarında olan digər məlumatlara əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məlum epizod üzrə elan olunmuş ittihamlar üzrə qənaətə gəlmək üçün həm də bütün məlumatları aşağıdakı cədvəllər şəklində tərtib edilməklə apardığı təhlillərə diqqət yetirməyi zəruri hesab edir: Təsnifat (istintaq materiallarına əsasən) Nağd Bank Cəmi Mənzillərin Mənzillərin Təyinat mədaxil, mədaxil, mədaxil, sayı sahəsi, m2 azn azn azn 1 569 1 900 Satış 34 2 103,67 330 724,00 403,00 127,00 4 778 2 008 2 878 578,00 Satış 44 2 596,75 870 000,00 451,00 451,00 Zavod 48 3 309,36 3 435 3 435 0,00 Povilasda 6 377,47 658,57 658,57 7 013 1 200 8 214 Cəmi 132 8 387,25 512,57 724,00 236,57 qeyri- Povilasda 599,45 yaşayış 28 saylı yaşayış binası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş “Hüquqların qabaqcadan qeydiyyatı barədə Arayış”lar əsasında Mərtə Sahə, S.A.A. Giriş Otaq № -bə m2 1 X226 1 1 2 62,60 1 2 X153 1 1 2 62,60 2 3 X47 1 1 2 59,50 3 4 X106 1 1 2 58,86 4 5 X107 1 2 2 62,60 5 6 X80 1 2 2 62,60 6 7 Şahid7 1 2 2 59,50 7 8 X126 1 2 2 58,86 8 9 X108 1 3 2 62,60 9 10 Şahid40 1 3 2 62,60 10 11 Şahid34 1 3 2 59,50 11 12 Şahid6 1 3 2 58,86 12 13 X154 1 4 2 62,60 13 14 X176 1 4 2 62,60 14 15 Şahid15 1 4 2 59,50 15 16 X48 1 4 2 58,86 16 17 X109 1 5 2 62,60 17 18 Şahid32 1 5 2 62,60 18 19 Şahid10 1 5 2 59,50 19 20 Potsius Povilas 1 5 2 58,86 20 21 X49 1 6 2 62,60 21 22 X262 1 6 2 62,60 22 23 Şahid21 1 6 2 59,50 23 24 Potsius Povilas 1 6 2 58,86 24 25 Şahid23 1 7 2 62,60 25 26 X24 1 7 2 62,60 26 27 Şahid16 1 7 2 59,50 27 28 X25 1 7 2 58,86 28 29 X49 1 8 2 62,60 29 30 X155 1 8 2 62,60 30 31 Potsius Povilas 1 8 2 59,50 31 32 X127 1 8 2 58,86 32 33 X110 1 9 2 62,60 33 34 X128 1 9 2 62,60 34 35 X129 1 9 2 59,50 35 36 Potsius Povilas 1 9 2 58,86 36 37 X111 2 1 3 78,79 37 38 Şahid24 2 1 1 40,24 38 39 X156 2 1 2 62,60 39 40 X204 2 1 2 62,60 40 41 X81 2 2 3 78,79 41 42 X177 2 2 1 40,24 42 43 X64 2 2 2 62,60 43 44 X205 2 2 2 62,60 44 45 X178 2 3 3 78,79 45 46 X26 2 3 1 40,24 46 47 Şahid30 2 3 2 62,60 47 48 Şahid26 2 3 2 62,60 48 49 Şahid20 2 4 3 78,79 49 50 Şahid11 2 4 1 40,24 50 51 X91 2 4 2 62,60 51 52 Şahid43 2 4 2 62,60 52 53 X34 2 5 3 78,79 53 54 Şahid4 2 5 1 40,24 54 55 X112 2 5 2 62,60 55 56 X113 2 5 2 62,60 56 57 X65 2 6 3 78,79 57 58 X102 2 6 1 40,24 58 59 Şahid27 2 6 2 62,60 59 60 X50 2 6 2 62,60 60 61 Şahid5 2 7 3 78,79 61 62 Şahid34 2 7 1 40,24 62 63 Şahid12 2 7 2 62,60 63 64 Şahid45 2 7 2 62,60 64 65 Potsius Povilas 2 8 3 78,79 65 66 X66 2 8 1 40,24 66 67 Şahid42 2 8 2 62,60 67 68 Potsius Povilas 2 8 2 62,60 68 69 Şahid38 2 9 3 78,79 69 70 X157 2 9 1 40,24 70 71 X158 2 9 2 62,60 71 72 X67 2 9 2 62,60 72 4390,11 29 saylı yaşayış binası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş “Hüquqların qabaqcadan qeydiyyatı barədə Arayış”lar əsasında Mərtə Sahə, S.A.A. Giriş Otaq № -bə m2 1 X82 1 1 2 66,36 1 2 X159 1 1 3 80,20 2 3 X83 1 1 1 38,53 3 4 Şahid37 1 1 3 80,20 4 5 X160 1 1 2 66,36 5 6 X51 1 2 2 66,44 6 7 X206 1 2 3 80,30 7 8 X179 1 2 1 38,55 8 9 X206 1 2 3 80,30 9 10 X206 1 2 2 66,44 10 11 X180 1 3 2 66,44 11 12 X18 1 3 3 80,30 12 13 X35 1 3 1 38,55 13 14 X181 1 3 3 80,30 14 15 X83 1 3 2 66,44 15 16 Şahid35 1 4 2 66,44 16 17 X130 1 4 3 80,30 17 18 Şahid28 1 4 1 38,55 18 19 X131 1 4 3 80,30 19 20 X131 1 4 2 66,44 20 21 X131 1 5 2 66,52 21 22 X182 1 5 3 80,40 22 23 X207 1 5 1 39,34 23 24 X84 1 5 3 80,40 24 25 Şahid17 1 5 2 66,52 25 26 X36 1 6 2 66,52 26 27 X161 1 6 3 80,40 27 28 X37 1 6 1 39,34 28 29 X85 1 6 3 80,40 29 30 Şahid34 1 6 2 66,52 30 31 X203 1 7 2 66,52 31 32 X55 1 7 3 80,40 32 33 X203 1 7 1 39,34 33 34 X172 1 7 3 80,40 34 35 X183 1 7 2 66,52 35 36 X184 1 8 2 66,61 36 37 X114 1 8 3 80,59 37 38 X185 1 8 1 39,38 38 39 X184 1 8 3 80,59 39 40 X184 1 8 2 66,61 40 41 X132 1 9 2 66,61 41 42 X162 1 9 3 80,59 42 43 X208 1 9 1 39,38 43 44 X163 1 9 3 80,59 44 45 X22 qızı 1 9 2 66,61 45 46 X68 1 10 2 66,67 46 47 X14 1 10 3 80,67 47 48 X69 1 10 1 39,42 48 49 X209 1 10 3 80,67 49 50 X134 1 10 2 66,67 50 51 X115 1 11 2 66,67 51 52 X116 1 11 3 80,67 52 53 X135 1 11 1 39,42 53 54 X136 1 11 3 80,67 54 55 X137 1 11 2 66,67 55 56 X138 1 12 2 66,67 56 57 X27 1 12 3 80,67 57 58 X186 1 12 1 39,42 58 59 X187 1 12 3 80,67 59 60 X139 1 12 2 66,67 60 3997,14 Zirzəmi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş “Hüquqların qabaqcadan qeydiyyatı barədə Arayış”lar əsasında Sahə, S.A.A. Bina m2 1 X140 28 275,70 2 Potsius Povilas 28 253,66 3 Potsius Povilas 29 345,79 875,15 Araşdırma zamanı müəyyən edilmişdir ki, ittiham aktında qeyd olunan aşağıda göstərilən mənzillər, Zərərçəkmiş şəxs3 MMC-nin təsisçisi Təqsirləndirilən şəxs1 əvvəlki öhdəliklərinin icrasına sərf olunması kimi təqdim edilsə də, faktiki olaraq həmin mənzillər ayrı-ayrı alıcıları Cəmiyyət tərəfindən satılmış və dəyəri ödənilmişdir: Yasamal rayonu, X264 8 ünvanında yerləşən 28 saylı yaşayış binasında üzərinə həbs qoyulmuş mənzillərin təsnifatı Otaq Sahə, Mənzil № S.A.A. Bina Giriş Mərtəbə sayı m2 № 1 X107 28 1 2 2 62,60 5 2 Şahid7 28 1 2 2 59,50 7 3 X108 28 1 3 2 62,60 9 4 Şahid40 28 1 3 2 62,60 10 5 Şahid32 28 1 5 2 62,60 18 6 Şahid10 28 1 5 2 59,50 19 7 Şahid30 28 2 3 2 62,60 47 8 Şahid34 28 2 7 1 40,24 62 9 Şahid45 28 2 7 2 62,60 64 10 Şahid42 28 2 8 2 62,60 67 Ümumi sahə, m2 597,44 Yasamal rayonu, X264 8 ünvanında yerləşən 29 saylı yaşayış binasında üzərinə həbs qoyulmuş mənzillərin təsnifatı Sahə, Mənzil № S.A.A. Bina Giriş Mərtəbə Otaq m2 № 1 Şahid37 29 1 1 3 80,20 4 2 Şahid35 q. 29 1 4 2 66,44 16 3 Şahid17 29 1 5 2 66,52 25 Ümumi sahə, m2 213,16 Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1la olan razılığa əsasən ələ keçirilmiş pulun əvəzinə Potsius Povilasa verilən əmlakların dəyəri ilə bağlı ibtidai istintaq zamanı qiymətləndirmə aparılmaqla müvafiq mütəxəssis rəyi alınsa da, həmin mənzillərin və qeyriyaşayış sahələrinin yerləşdiyi binaların tikinti-təmirinə sərf olunan vəsaitlə bağlı ümumiyyətlə heç bir dəyərləndirmə aparılmamışdır Cinayət işinin materiallarından görünür ki, xx.xx.2020-ci tarixdə ibtidai istintaq orqanının qərarı ilə işi üzrə tikinti-texniki ekspertizasının təyin edilməsi və ekspertizanın keçirilməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi ilə bağlı qərar qəbul edilmiş (cild 2, səh. 213- 216), lakin müvafiq tikinti-texniki ekspertizasının keçirilməsi təmin edilməyərək ekspertiza qarşısında qoyulan suallar cavablandırılmamış, o cümlədən 27, 28 və 29 saylı yaşayış binalarında yaşayış və ümumi sahələrin həcmi, hər kvadrat metrin maya dəyəri, binalara ümumilikdə sərf olunmuş və sərf olunacaq vəsait barədə göstəricilər müəyyən edilməmişdir. 19 sentyabr 2020-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən mütəxəssis yoxlamasının aparılması və bilavasitə istintaq orqanının özünün mütəxəssislər qrupunun müfaviq əməkdaşının mütəxəssis qismində təyin olunması barədə qərar qəbul edilmişdir (cild 9, səh. 120-122). Mütəxəssis qarşısında əmlakların, o cümlədən X248 əvəzində təqdim edilmiş mənzillərin, qeyri-yaşayış sahələrinin və ünvan 13 ünvanında yerləşən əmlak kompleksinin (sement və beton zavodu) dəyərinin müəyyən edilməsi tapşırığı qoyulsa da, 27, 28 və 29 saylı yaşayış binalarında tikinti-təmirin hər kvadrat metrinin maya dəyəri, binalara ümumilikdə sərf olunmuş və sərf olunacaq vəsaitin müəyyən edilməsi sualları qoyulmamışdır. 16 noyabr 2020-ci il tarixdə qeyd edilən əmlakara mütəxəssis baxışı keçirilmiş və müvafiq protokol tərtib olunmuşdur (cild 9, səh. 190-224) 02 fevral 2021-ci il tarixdə verilmiş müvafiq mütəxəssis rəyinə əsasən X248 əvəzində təqdim edilmiş mənzillərin ümumi dəyəri – 331796.13 manat (377.47 m2 x 879 manat), qeyri-yaşayış sahələrinin ümumi dəyəri – 606043.95 manat (599.45 m2 x 1011 manat), ünvan 13 ünvanında yerləşən əmlak kompleksinin (sement və beton zavodu) ümumi dəyəri isə - 1288235.40 manat (3 994.9 x 322.47 manat) olaraq müəyyən edilmişdir (cild 14, səh. 50-85). Digər tərəfdən, 17 iyul 2020-ci il tarixdə Potsius Povilasın müraciəti əsasında "xxxx" MMC tərəfindən ekspertiza təşkil edilmiş və ekspert qarşısında inşa olunan 27, 28 və 29 saylı yaşayış binasında mənzillərin 1 kvadrat metrinin (tamamlanmış formada) inşa edilməsinə sərf olunan vəsaitin müəyyən edilməsi vəzifəsi qoyulmuşdur. Müvafiq ekspert rəyinə əsasən əldə olunan nəticəyə görə mənzillərin 1 kvadrat metrinin inşa edilməsinə sərf olunmuş vəsaitin orta bazar qiyməti – 397 manat təşkil edir. Həmçinin, inşa olunan 27, 28 və 29 saylı yaşayış binalarının tikinti-təmirinə sərf olunan ümumi vəsaitin müəyyən edilməsi üçün Potsius Povilas tərəfindən 12400 m2 x 397 manat = 4 922 800 manat formulu təqdim edilmişdir. Araşdırma zamanı tədqiq edilən sübutların məcmusuna əsasən məhkəmə sözügedən göstəricilərin tam həqiqəti əks etdirmədiyi qənaətinə gəlir. Belə ki, ekspertiza tərəfindən verilmiş birinci rəydə göstərilən qiymətə ƏDV daxil edilməmişdir. Sadə hesablama ilə ƏDV-nin nəzərə alınacağı halda bu qiymət 397+18% = 468 manat təşkil edəcəkdir. Həm də 12400 kvadrat metr ölçüsü yalnız binalardakı mənzillərin satışa verilmiş daxili sahəsini əks etdirir. Cinayət işinin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş “Hüquqların qabaqcadan qeydiyyatı barədə Arayış”a əsasən binaların faydalı ümumi sahəsi 27 və 29 saylı binalar üçün – 4784.91 m2, 28 saylı bina üçün isə 5298.75 m2 təşkil edir (28 saylı bina üçün - Reyestr nömrəsi: **********19-05301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2017. 27 və 29 saylı binalar üçün - Reyestr nömrəsi: **********18-05301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2017). Həmçinin, MİDA ilə Zərərçəkmiş şəxs3 MMC arasında imzalanmış İnvestisiya müqaviləsinə və layihə-smeta sənədlərinə əsasən tikinti-quraşdırma və təmir işlərinin yerinə yetiriləcəyi ümumi sahələr, 27 və 29 saylı binalarda 5295 m2, 28 saylı binada 5900 m2, ümumilikdə 16490 m2 təşkil edir. Yəni, belə olan halda ilkin ekspertiza nəticəsinə əsasən sərfiyyat üzrə hesabat məntiqlə (16490 m2 x 397 manat)+18%=7724905 manat kimi təqdim edilməli idi. Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinə yekun hüquqi qiymət verərkən həm də bu kimi ziddiyyətli məqamları da nəzərə alır. "xxxx" MMC-yə təkrar edilmiş müraciətlər əsasında həyata keçirilmiş ekspertizaların nəticələrinə görə, inşa olunan 27, 28 və 29 saylı yaşayış binalarının tikinti-təmiri üçün sərf olunmuş ümumi vəsaitin dəyəri ******* manat, mənzillərin 1 m2-nin bazar qiyməti 1300 manat, qeyri-yaşayış sahələrinin 1 m2-nin bazar qiyməti 1700 manat, ünvan 13 ünvanında yerləşən əmlak kompleksinin (sement və beton zavodu) bazar qiyməti isə ******* manat (qiymətlərə ƏDV daxildir) olduğu müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, sözügedən binalarda halhazırda tikinti-təmir işləri tam yekunlaşmaq mərhələsindədir. Belə ki, hər 3 binada tikinti işləri tam şəkildə, həmçinin MİDA-ya təqdim edilən 27 saylı binada hər bir mənzilin və bütövlükdə binanın təmir işləri tam şəkildə başa çatmış, tam məskunlaşma həyata keçirilmiş, digər 28 və 29 saylı binalarda isə təmir-quraşdırma işlərinin çox az bir hissəsi tamamlanmamış və binalarda artıq məskunlaşma mövcuddur. Ərazinin və binaların mövcud vəziyyətini, eləcə də xronoloji dəyişiklikləri əks etdirən sputnik görüntüləri iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əsasən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3 MMC tərəfindən kredit şəklində satılan mənzillərdən əldə ediləcək - həm də tamamlama işlərinin başa çatdırılmasına sərf edilə bilinəcək vəsait qalıq məbləğ 523533 manat təşkil edir: Kredit mənzillərin təsnifatı Məbləğ, Sayı Sahəsi, m2 Ödəniş, azn Borc, azn azn 13 (Ofis) 778,25 935 763,93 462 230,93 473 533,00 3 (Barter) 180,32 203 606,00 153 606,00 50 000,00 Cəmi 958,57 1 139 615 836,93 523 533,00 369,93 Ofis - Daxili kredit Bin Qiym S.A.A Sahə № ət Məbləğ Ödəniş Qalıq a 1 Şahid6 28 58,86 12 1265 74457,90 43457,90 31000,00 2 Şahid15 28 59,50 15 1265 75267,50 42267,50 33000,00 3 Şahid21 28 59,50 23 1265 75267,50 46267,50 29000,00 4 Şahid16 28 59,50 27 1265 75267,50 45880,50 29387,00 5 X155 28 62,60 30 1265 79189,00 41436,00 37753,00 6 X178 28 78,79 45 1112 87614,48 48914,48 38700,00 7 Şahid11 28 40,24 50 1265 50903,60 26000,60 24903,00 8 Şahid4 28 40,24 54 1200 48288,00 31150,00 17138,00 9 Şahid12 q. 28 62,60 63 1200 75120,00 25620,00 49500,00 1 X207 29 39,34 23 1265 49765,10 33600,10 16165,00 0 Cəmi 10 561,17 691140,58 384594,58 306546,00 Barter - Daxili kredit Bin Qiym S.A.A Sahə № Məbləğ Ödəniş Qalıq a ət 1 X106 28 58,86 4 1100 64746,00 52246,00 12500,00 2 X146 28 58,86 16 1189 70000,00 57000,00 13000,00 3 X171 q. 28 62,60 72 1100 68860,00 44360,00 24500,00 203606,0 153606,0 Cəmi 3 180,32 50000,00 0 0 Ofis - İpoteka krediti Bin Qiym S.A.A Sahə № Məbləğ Ödəniş Qalıq a ət 1 Şahid7 q. 28 59,50 7 1112 66164,00 22500,00 43664,00 2 Şahid20 28 78,79 49 1265 99669,35 40136,35 59533,00 3 Şahid5 28 78,79 61 1000 78790,00 15000,00 63790,00 244623,3 Cəmi 3 217,08 77636,35 166987,00 5 1139369,9 Ümumi 16 958,57 615836,93 523533,00 3 Müəyyən edilmişdir ki, həmin məbləğ, yəni ödənilməmiş qalan 523.533 manat direktor Təqsirləndirilən şəxs2 işdən çıxarıldığı vaxtdan etibarən qalmaqdadır və ötən dövrdə həmin vəsaitin sakinlər – mənzillərin alıcıları tərəfindən könüllü surətdə təqdim edilməsinə dəfələrlə cəhdlər edilməsinə baxmayaraq, pul vəsaitinin qəbul edilməsindən imtina edilmişdir. Məhkəmə araşdırması zamanı təqdim və tədqiq edilmiş ekspert rəylərinə əsasən müəyyən edilmişdir ki, Potsius Povilasa təqdim edilmiş əmlakların ümumi dəyəri ******* manat təşkil edir: Əmlaklar Bina Sahə, Qiymət, azn Məbləğ, azn m2 Mənzillər 377,47 1 300 490 711 qiymətə təmir daxildir Qeyri-yaşayış 599,45 1 700 1 019 065 qiymətə təmir daxil deyil Cəmi 1 509 776 Zavod Sahə, Qiymət, azn Məbləğ, azn m2 Torpaq sahəsi 11 315,8 231 2 615 873 Tikililər 3 994,9 199 795 481 Avadanlıqlar 1 675 000 675 000 Cəmi 4 086 354 Ümumi 5 596 130 Nəticə etibarilə ******* manat məbləği təqsirləndirilən şəxs Elçin X52rış dələduzluq epizodu üzrə irəli sürülmüş ittiham məbləğindən xeyli yüksəkdir. Bununla belə, məhkəmə qeyd olunan əmlaklardan zavodla bağlı son real qiymətlərin Potsius Povilasın rəli sürdüyü mülki iddianın təmin olunacağı hissəsinin icrası zamanı müvafiq hərraclarda müəyyənləşməli olduğu qənaətini də nəzərdə saxlayır. Məhkəmə ibtidai istintaq orqanının üzərinə həbs qoyulmuş əmlakların, həmçinin Zərərçəkmiş şəxs3 MMC-nin Bakı şəhəri, Yasamal rayonu, X164 yolu 8 ünvanında inşa edilmiş 28 nömrəli binanın 20, 24, 31, 36, 65 və 68 nömrəli mənzillərin, Cəmiyyətin inşa etdiyi 28 nömrəli yaşayış binasında yerləşən ümumi sahəsi 253,66 m2 və 29 nömrəli binasında yerləşən ümumi sahəsi 345,79 m2 olan yarımzirzəmi qeyri-yaşayış sahələri və ünvan 13 ünvanında yerləşən əmlak kompleksinin (beton və sement zavodu) dəyərinin müəyyən edilməsi məqsədilə iş üzrə xx.xx.2020-ci tarixli qərar əsasında Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsi tərəfindən aparılmış araşdırma, həmin araşdırmanın nəticəsi barədə eyni qurumdan daxil olmuş 2 fevral 2021-ci il tarixli mütəxəssis rəyi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin normalarına əsasən mütəxəssis cinayət prosesində iştirak edən digər şəxslər kateqoriyasına aiddir, cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında elm, texnika, incəsənət və digər peşə sahəsindəki xüsusi bilik və bacarığından istifadə edərək kömək göstərmək üçün cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin edilmiş şəxsdir. Həm də etiraz oluna bilən proses iştirakçısıdır. Mütəxəssisin ifadə etdiyi fikir isə ekspert rəyini əvəz etmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi mütəxəssisin əmlakın dəyərləndirilməsi prosesinə cəlb edilməsi imkanını yalnız əmlakın üzərinə həbs qoyulmasında iştiraka cəlb edilərkən dəvət olunduğu hal üçün nəzərdə tutmuşdur. Göstərilən istintaq hərəkətinə də həbs qoyulma prosesində mütəxəssis-əmtəəşünas cəlb edilməlidir. Əmlak üzərinə həbs qoyulması haqqında müstəntiq tərəfindən tərtib olunan protokola iştirakçı kimi daxil edilən mütəxəssis-əmtəəşünasın həmin prosesdə adı, sayı, ölçüsü, çəkisi, köhnəlmə dərəcəsi, digər fərdi əlamətləri sadalanan əmlakla bağlı müəyyən etdiyi dəyər göstərilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 264.2-ci maddəsinə əsasə isə təhqiqatçı, müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, mütəxəssis və cinayət prosesinin digər iştirakçılarının xüsusi biliklərə malik olması cinayət təqibi orqanını müvafiq hallarda ekspertizanın təyin edilməsi zərurətindən azad etmir. Cinayət-Prosessual Məcəllənin 7.0.48-ci maddəsində bilavasitə prosessual sənədlər sırasına məhz ekspert rəyi anlayışı daxil edilmişdir. Cinayət-Prosessual Məcəllənin 96.3-cü maddəsinə əsasən mütəxəssisin ifadə etdiyi fikir ekspert rəyini əvəz etmir. Həmin Məcəllənin 124.2-ci maddəsində isə cinayət prosesində məhz ekspertin rəyinin sübut kimi qəbul edildiyi bilavasitə göstərilmişdir. Ona görə də məhkəmə hazırkı iş üzrə də bu və ya digər əmlakın dəyəri ilə bağlı qənaətə gələrkən sübut kimi məhz ekspert rəylərinə istinad edilmənin daha əsaslı mövqe olduğu qənaətindədir və bu səbəbdən qeyd olunan əmlaklarla bağlı ekspert rəylərində müəyyən edilmiş rəqəmlərə əsaslanır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsində təsbit olunmuşdur ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 fevral 2022-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş təqsirləndirilən şəxsə və ya digər şəxslərə məxsus əmlaka münasibətdə məcburi cinayət-hüquqi tədbir olaraq müsadirə tətbiq edilə bilməz. Cinayəthüquqi tədbir tətbiq edilərkən ümumi əmlak üzərində cinayət törədən şəxslə birlikdə birgə və ya paylı mülkiyyət hüququna malik olan şəxslərin, habelə cinayət törədən şəxsin ailə üzvlərinin qanuni mənafelərinin qorunması təmin edilməlidir. Cinayət törətməyən və ya cinayət törədən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşımayan şəxsin əmlakına əsaslandırılmamış həbsin qoyulması mülkiyyət hüququna qeyri-mütənasib və əsassız müdaxilə kimi qəbul oluna bilər. Bu isə ədalətlilik, hüquq və azadlıqların məhdudlaşdırılmasının mütənasibliyinə və qanuniliyinə dair konstitusiya prinsiplərinə, mülkiyyətin qanunla qorunmasına, məhkəmə müdafiəsi təminatına cavab vermir və Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin və 60-cı maddəsinin İ hissəsinin tələblərinə ziddir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.2-ci maddəsinə müvafiq olaraq, məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması məsələsinə baxılır. Bu zaman mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlərə məhkəmə müvafiq hüquqi qiymət verməlidir. Qeyd edilənlər məhkəmənin hazırlıq iclasında baş vermədiyi halda, məhkəmə baxışı zamanı siyahıya alınmış əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsub olub-olmaması yoxlanılmalı, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əmlakın üzərinə qoyulmasını təsdiqləyən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunub-olunmamasına hüquqi qiymət verilməli, gəlinmiş nəticəyə müvafiq olaraq həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməlidir. Təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun. Ona görə də məhkəmə iş üzrə bu hallarla bağlı dəlilləri tam, hərtərəfli və obyektiv araşdırmaqla bu qənaətə gəlir ki, ibtidai istintaq zamanı üzərinə həbs qoyulmuş əmlaklar - X93 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 19, mənzil 8, X53 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 19, 1-ci giriş, 3-cü mərtəbədə yerləşən 2 nömrəli mənzil, X45 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X264 8, bina 28, mənzil 5, X43 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X264 8, bina 28, mənzil 9, Şahid40 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X264 8, bina 28, mənzil 10, Şahid32 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X264 8, bina 28, mənzil 18, Sultan-zadə X152 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X264 8, bina 28, mənzil 47, Şahid10 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X264 8, bina 28, mənzil 19, Şahid7 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X264 8, bina 28, mənzil 7, Şahid36 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X264 8, bina 29, mənzil 4, Şahid34 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X264 8, bina 28 mənzil 62, Şahid45 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X264 8, bina 28, mənzil 64, Şahid42 Əsgər qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X264 8, bina 28, mənzil 67, Şahid35 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X264 8, bina 29, mənzil 16 və Şahid17 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X264 8, bina 29, mənzil 25, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 81, mənzil 36, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsi, ev 46/50, mənzil 29 və ünvan 33 ünvanında yerləşən daşınmaz əmlakların, X93 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 19, mənzil 8 və X53 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 19, 1-ci giriş, 3-cü mərtəbədə yerləşən 2 nömrəli mənzil üzərinə X93 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 19, mənzil 8 və X53 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 19, 1-ci giriş, 3-cü mərtəbədə yerləşən 2 nömrəli mənzil, X59 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X230 Naxçıvani küçəsi, ev 15, mənzil 33 və ünvan 36 ünvanda yerləşən mənzil, X93 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 56, mənzil 77, X33 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 46, mənzil 39, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 39, mənzil 33, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, ev 219C (fərdi yaşayış evi), Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 75, mənzil 51, Bakı şəhəri. Yasamal rayonu, M.Müşfiq küçəsi, ev 10, mənzil 41, Bakı şəhəri, Səbail rayonu, İqor Ağayev küçəsi, ev 10, mənzil 28, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 34, mənzil 38 və Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 23, mənzil 45, Təqsirləndirilən şəxs1 adına "xxxx" ASCdə kart, “Yelo Bank”, "xxxx", "BTB Bank" və "xxxx" ASC-lərdə müvafiq cari hesablar, xx.xx.1964-cü il təvəllüdlü X59 adına "xxxx" ASC-də cari, "xxxx" ASC-də cari hesab, xx.xx.1976-cı il təvəllüdlü X93 adına "xxxx" ASC-də cari və depozit, "xxxx" ASC-də 4 kart və 2 cari, "xxxx" ASC-də 3 depozit, "xxxx" ASC-də depozit, "xxxx" ASC-də 2 cari, "xxxx" ASC-də depozit hesab, xx.xx.1985-ci il təvəllüdlü X33 adına "xxxx" ASC-də qeyri-aktiv kart, “Yelo Bank” və "xxxx" ASC-lərdə cari hesablar, xx.xx.1990-cı il təvəllüdlü X60 adına "xxxx" ASC-də depozit, "xxxx" ASC-də cari və depozit hesab, xx.xx.1966-cı il təvəllüdlü X61 adına "xxxx" ASC-də 4 kart və 2 cari, "xxxx" və "xxxx" ASC-lərdə cari hesablar, xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 adına "xxxx" ASC-də qeyri-aktiv əmək haqqı, “Yelo Bank” və "xxxx" ASC-lərdə cari hesablar, "xxxx" MMC-nin adına rəsmiləşdirilmiş **-AA-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Equus” markalı, Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmiş **-CE-*** dövlət qeydiyyat nişanlı “QAZ 24” markalı, X59 adına rəsmiləşdirilmiş **-DJ-*** dövlət qeydiyyat nişanlı “Audi Q7” markalı, X33 adına rəsmiləşdirilmiş **-UC-*** dövlət qeydiyyat nişanlı, “GAC GS8” markalı, X95 adına rəsmiləşdirilmiş **-DJ-*** dövlət qeydiyyat nişanlı “Porsche Cayenne” markalı minik avtomobilləri həbsdən azad edilməklə qanuni sahiblərinə qaytarılmalıdır. Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmiş Salyan rayonu, Varlı kəndində yerləşən 0,06 ha torpaq sahəsinə və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin (JN-16117H KOD 00301016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”) üzərinə qoyulmuş həbslər isə iddianın təmini tədbiri kimi qüvvəsində saxlanılmaldır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxslərin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddələrinin sanksiyasında əlavə cəza nəzərdə tutulmasa da təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsi zəruridir. Belə ki, məhkəmə, təqsirləndirilən şəxsin qəsdinin yönəldiyi ictimai münasibətlərin xarakterini, ona istinad edilən cinayət əməllərini törətməsinin faktiki hallarını da nəzərə alaraq hesab edir ki, bu əlavə cəzanın yaradacağı digər məhdudiyyətlərlə bərabər həm də mənəvi-psixoloji təsiri cəzanın tənbeh təsirinin gücləndirilməsinə, təqsirləndirilən şəxsin təkrar cinayət törətməsinin qarşısını almağa, bununla da cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunmasına xidmət edəcəkdir. Məhkəmə gəldiyi bu qənaəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe baxımından da əsaslı hesab edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4cü, 32.4,312.1-ci və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini, Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Bununla belə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinə əsasən onlara Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə cəza təyin edilməməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü və 32.4, 312.1-ci maddələri ilə isə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü və 32.4, 312.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulmuş əməl xüsusilə ağır, Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsində nəzərdə tutulmuş əməl az ağır, Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş əməl isə böyük ictimai təhlükə törətməyən cinayətdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzaların onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs1 ilə barışıq əldə edilməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs1 dəymiş ziyanın tam ödənilməsini, Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın bir hissəsinin 6 mənzil və qeyri-yaşayış sahələri verilməklə ödənilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əvvəllər məhkum olunmamasını, Zərərçəkmiş şəxs2la barışıq əldə etməyə cəhd etməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan Hüquqlarının və X100 Haqqında” Konvensiyanın 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 30 iyul 2020-ci il tarixdən hesablanmışdır (cild 4 , iş vərəqə 46-52, 92-99). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzaların çəkilməsi müddətinin başlanğıcı 30 iyul 2020-ci il tarixdən hesablanmalıdır. Vurulmuş maddi zərərlə bağlı, hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 mülki iddiası vardır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 qanunun bu və digər tələblərinə əməl etməklə mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və ona vurulmuş maddi ziyana görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2.020745 (iki milyon iyirmi min yeddi yüz qırx beş) ABŞ dolları (ödəniş gününə ABŞ dolları - Azərbaycan manatının məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ilə) və 3.410.000 (üç milyon dörd yüz on min) manat, ona vurulmuş mənəvi ziyana görə 500.000 (beş yüz min) manat, qeyd olunan məbləğlər ödənilənədək 2019-cu ilin yanvar ayından hesablanmaqla ödənilməyən məbləğin illik 6,25 % hissəsi məbləğində pulun tutularaq ona ödənilməsini barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 mülk iddiası ilə bağlı məsələləri müzakirə edərək və mövcud sübutların məcmusu əsasında irəli sürülmüş ittiham həcmində ümumilikdə Zərərçəkmiş şəxs2 3520763,57 (85105+3435658.57) manat ziyan vurulmasının təsdiqini tapmasını da nəzərə alaraq belə nəticəyə gəlir ki, mülki iddia maddi ziyanla bağlı hissədə təmin olunmalı, qalan hissədə isə təmin olunmamalıdır. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 dələduzluq epizodu üzrə ona vurulmuş maddi ziyana görə 2.020745 (iki milyon iyirmi min yeddi yüz qırx beş) ABŞ dolları pul tələb etmişdir ki, verilmiş ittihama görə həmin məbləğ rəsmi məzənnə ilə 3435658,57 manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, mülki iddia tələbi həmin məbləğə münasibətdə təmin olunmalı, ümumi sahəsi 377,47 kv.metr olan və ümumi dəyəri 490711 manat təşkil edən mənzillər, ümumi sahəsi 599,45 kv.metr olan və ümumi dəyəri ******* manat təşkil edən qeyri-yaşayış sahələri zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 ödənilməli olan 3435658.57 manat ziyanın – mülki iddianın ******* manat olan hissəsinin ödənişi kimi hesab olunaraq artıq onun mülkiyyətinə verilmiş əmlaklar kimi nəzərə alınmalı, "xxxx" MMC-nin mülkiyyətində olmuş, 13 iyun 2018-ci il tarixli B01/18 saylı barter (dəyişdirmə) müqaviləsinə əsasən 48 mənzillə dəyişdirilmiş ünvan 37 ünvanında yerləşən ərazi və tikililərdən ibarət ******* manat dəyərində qiymətləndirilmiş əmlak kompleksi - beton və sement zavodunun Zərərçəkmiş şəxs3ndən başqa digər şəxslərin adına özgəninkiləşdirilməsinə məhdudiyyət qoyulmalı, həmin zavodun Zərərçəkmiş şəxs3 MMC-nin adına rəsmiləşdirilməsi prosesi qanunla nəzərdə tutulmuş qaydada aidiyyəti qurumlar tərəfindən sona çatdırılmalı, bundan sonra həmin beton və sement zavodu müvafiq qaydada satılmaqla əldə olunacaq pul vəsaitinin ******* manat 57 qəpiyi mülki iddianın ödənilməmiş qalan hissəsi kimi zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 ödənilməli, pul vəsaitinin artıq qalan hissəsi isə Zərərçəkmiş şəxs3 MMC-yə məxsus vəsait kimi sonuncunun hesabına keçirilməlidir. Beton və sement zavodunun qanunla nəzərdə tutulmuş qaydada satıldığı vaxtda mümkün likvidliyin nəzərə alınması üçün Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmiş Salyan rayonu, Varlı kəndində yerləşən 0,06 ha torpaq sahəsinə və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbslər iddianın təmini tədbiri kimi qüvvəsində saxlanılmalı, mümkün likvidlik riski nəzərə alınmaqla mülki iddanın təmin edilmiş hissəsinin tam ödənilməsi üçün yuxarıda qeyd olunan əmlak kompleksinin satışından əldə olunacaq vəsait kifayət etməyəcəyi halda qeyd olunan hər iki torpaq sahəsi müvafiq qaydada satılmaqla çatışmayan hissədə Zərərçəkmiş şəxs2 ödənilməli, pul vəsaitindən artıq qalacağı halda isə həmin məbləğ Təqsirləndirilən şəxs1 qaytarılmalıdır. Əmlak kompleksinin satışından əldə olunacaq vəsait mülki iddianın təmin edilmiş hissəsinin ödənilməsinə kifayət edəcəyi halda isə hər iki torpaq sahəsi həbsdən azad edilməlidir. Məhkəmə mülki iddianın digər hissələri ilə bağlı qərara gələrkən qeyd edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi dələduzluq maddi tərkibli cinayətdir və belə cinayət tərkiblərində ziyanın miqdarı ələ keçirilmiş əmlakın dəyəri ilə müəyyən edilir. Konkret halda məhkəmə zərərçəkmiş şəxsin mülki iddia ərizəsində heç bir sübuta istinad etmədən, yalnız öz mülahizələrinə görə hesablayıb əldə olunmuş gəlir kimi tələb etdiyi 3.410.000 manatı, habelə 2019-cu ilin yanvar ayından hesablanmaqla ödənilməyən məbləğin illik 6,25 %-ni təqsirləndirilən şəxsin vurduğu real maddi ziyanın miqdarına daxil edilməsini əsaslı hesab etmir. Bundan başqa, məhkəmə iddiaçının mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, iddiaçı Zərərçəkmiş şəxs2 mənəvi sarsıntı və iztirab keçirməsini təsdiq edən dəlillər, habelə ona ümumiyyətlə mənəvi zərər yetirilməsinə dəlalət edən hallar müəyyən edilməmişdir. Ona görə onun mülki iddia ərizəsi həmin hissələrdə də təmin edilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini tələb edə bilər. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar - Bakı şəhəri, Yasamal rayonu, X264 8 ünvanında 28 saylı binadan 1-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 19 №-li mənzilin Şahid10 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 07 avqust 2018-ci il tarixli fərdi müqavilə, 29 saylı binadan 1-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 66.44 kv.metr olan 16 №-li mənzilin Şahid35 satılmasına dair çoxmənzilli yaşayış binasının tikintisi haqqında 05 fevral 2018-ci il tarixli fərdi müqavilə, ******* nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 1-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62.6 kv.metr olan 25 №-li mənzilin Şahid23 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 17 oktyabr 2018-ci il tarixli fərdi müqavilə, ******* nömrəli, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 5-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40.24 kv.metr olan 54 №-li mənzilin Şahid4 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 05 iyun 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2 olan 62 №-li mənzilin Şahid34 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 09 yanvar 2019cu il tarixli fərdi müqavilə, ******* nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 8-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 67 №-li mənzilin Şahid42 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 06 avqust 2019-cu il tarixli fərdi müqavilə, ******* nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 1-ci giriş, 6-cı mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 23 №-li mənzilin Şahid21 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 10 oktyabr 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 1-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 18 №-li mənzilin Şahid32 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 29 dekabr 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 49 №-li mənzilin Şahid20 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 29 sentyabr 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 2-ci giriş, 3-cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 45 №-li mənzilin X9 dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 01 avqust 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 1-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 27 №-li mənzilin Şahid16 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 02 sentyabr 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 1-ci giriş, 2-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 7 №-li mənzilin Şahid7 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 20 iyul 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 1-ci giriş, 8-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 30 №-li mənzilin X7 dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 15 oktyabr 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 2-ci giriş, 1-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2 olan 38 №-li mənzilin Şahid24 satılmasına dair ******* nömrəli, 18 oktyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 1-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 15 №-li mənzilin Şahid15 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 31 avqust 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2 olan 50 №-li mənzilin Şahid11 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 20 avqust 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 1-ci giriş 3-cü mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 10 №-li mənzilin Şahid40 satılmasına dair ******* nömrəli, 07 mart 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 51 №-li mənzilin X1 dair ******* nömrəli, 15 iyun 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 1-ci giriş 3-cü mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 9 №-li mənzilin X3 dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 06 avqust 2019-cu il tarixli fərdi müqavilə, 28 saylı binadan 1-ci giriş 2-ci mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 5 saylı mənzilin X4 dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 24 sentyabr 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 2ci giriş, 1-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 37 №-li mənzilin X5 dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 03 dekabr 2018-ci il tarixli fərdi müqavilə, ******* nömrəli, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 6-cı mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 59 №-li mənzilin Şahid27 ******* nömrəli, 09 oktyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 63 №-li mənzilin Şahid12 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 20 avqust 2018-ci il tarixli fərdi müqavilə, 29 saylı binadan 1-ci giriş, 1-ci mərtəbə, 3 otaqlı ümumi sahəsi 80,2 m2 olan 4 №-li mənzilin Şahid36 satılmasına dair ******* nömrəli, 11 fevral 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 55 №-li mənzilin X6 dair ******* nömrəli, 02 noyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 64 №-li mənzilin Şahid45 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 09 dekabr 2019-cu il tarixli fərdi müqavilə, 28 saylı binadan 1-ci giriş, 3-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 58,86 m2 olan 12 №-li mənzilin Şahid6 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 14 iyun 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 52 №-li mənzilin Şahid43 satılmasına dair ******* nömrəli, 02 aprel 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 6-cı mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2olan 58 №-li mənzilin X2 dair ******* nömrəli, 30 avqust 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 29 saylı binadan 1-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 66,52 m2 olan 25 №-li mənzilin Şahid17 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 14 sentyabr 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan, 2-ci giriş, 9-cu mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 69 №-li mənzilin Şahid38 Cəmaləddin oğluna satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 10 iyun 2019-cu il tarixli fərdi müqavilə, 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 61 №-li mənzilin Şahid5 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 17 may 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 2-ci giriş, 1-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 39 №-li mənzilin X8 dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 14 dekabr 2018-ci il tarixli fərdi müqavilə, ******* nömrəli, 21 dekabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 3-cü mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 47 №-li mənzilin Sultan-zadə X10 dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 10 dekabr 2018-ci il tarixli fərdi müqavilə, daşınmaz əmlakın alqı-satqı müqaviləsi, maliyyə arayışları, kassa mıəxaric orderləri, ünvan 5 ünvanda 3 saylı yaşayış binasında, 1ci girişdə, 10-cu mərtəbə, sahəsi 169,9 m2 olan mənzilin Zərərçəkmiş şəxs1 satılmasına dair "xxxx" MMC tərəfindən verilmiş Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 23 iyun 2014-cü il tarixli fərdi müqavilə cinayət işinin materiallarında saxlanılmalıdır. 03 avqust 2021-ci il tarixli protokolla Zərərçəkmiş şəxs3 MMC-nin direktoru Nümayəndə1 götürülmüş həmin cəmiyyətin möhürü ilə bağlı isə məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs3 MMC-nin bərabər paylarla rəsmi olaraq hazırda iki təsisçisi olan bu şəxslərdən eyni cinayət işi üzrə biri təqsirləndirilən, digəri isə zərərçəkmiş şəxsdir. Tərəflər arasında olan münasibətlərin xarakterini və hazırkı vəziyyətini nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, Zərərçəkmiş şəxs3 MMC-nin fəaliyyətinin qanunazidd əməllər törədildiyi istinad edilən dövr üçün istifadə olunmuş həmin möhürü növbəti mərhələlərdə baş verə biləcək bu və ya digər mübahisəli hərəkətlərin törədilməsinin, mümkün qanunazidd sənədləşmələrin tərtibinin qarşısının alınması məqsədilə məhv edilməlidir. Zərərçəkmiş şəxs3 MMC-nin hazırkı hökm qanuni qüvvəyə mindikdən sonra qanuni şəkildə əldə edəcəyi əvvəlkindən fərqli eskizlə olacaq möhürlə fəaliyyətini davam etdirməsinə isə bu hal hər hansı maneə törətmir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X100 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli 7 saylı “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü 32.4,312.1-ci və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə, həm də əsas cəzaya əlavə cəza birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə cəza təyin edilməsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 30 iyul 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs2 barəsində ibtidai araşdırma zamanı seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri, Yasamal rayonu, X264 8 ünvanında 28 saylı binadan 1-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 19 №-li mənzilin Şahid10 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 07 avqust 2018-ci il tarixli fərdi müqavilə, 29 saylı binadan 1-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 66.44 kv.metr olan 16 №li mənzilin Şahid35 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 05 fevral 2018-ci il tarixli fərdi müqavilə, ******* nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi,28 saylı binadan 1-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62.6 kv.metr olan 25 №-li mənzilin Şahid23 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 17 oktyabr 2018-ci il tarixli fərdi müqavilə, ******* nömrəli, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 5-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40.24 kv.metr olan 54 №-li mənzilin Şahid4 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 05 iyun 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2 olan 62 №-li mənzilin Şahid34 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 09 yanvar 2019-cu il tarixli fərdi müqavilə, ******* nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 8-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 67 №-li mənzilin Şahid42 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 06 avqust 2019-cu il tarixli fərdi müqavilə, ******* nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 1-ci giriş, 6-cı mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 23 №-li mənzilin Şahid21 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 10 oktyabr 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 1-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 18 №-li mənzilin Şahid32 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 29 dekabr 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 49 №-li mənzilin Şahid20 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 29 sentyabr 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 2-ci giriş, 3-cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 45 №-li mənzilin X9 dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 01 avqust 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 1-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 27 №-li mənzilin Şahid16 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 02 sentyabr 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 1-ci giriş, 2-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 7 №-li mənzilin Şahid7 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 20 iyul 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 1-ci giriş, 8-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 30 №-li mənzilin X7 dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 15 oktyabr 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 2-ci giriş, 1-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2 olan 38 №-li mənzilin Şahid24 satılmasına dair ******* nömrəli, 18 oktyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 1-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 15 №-li mənzilin Şahid15 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 31 avqust 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2 olan 50 №-li mənzilin Şahid11 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 20 avqust 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 1-ci giriş 3-cü mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 10 №-li mənzilin Şahid40 satılmasına dair ******* nömrəli, 07 mart 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 51 №-li mənzilin X1 dair ******* nömrəli, 15 iyun 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 1-ci giriş 3-cü mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 9 №-li mənzilin X3 dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 06 avqust 2019-cu il tarixli fərdi müqavilə, 28 saylı binadan 1-ci giriş 2-ci mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 5 saylı mənzilin X4 dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 24 sentyabr 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 2ci giriş, 1-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 37 №-li mənzilin X5 dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 03 dekabr 2018-ci il tarixli fərdi müqavilə, ******* nömrəli, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 6-cı mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 59 №-li mənzilin Şahid27 ******* nömrəli, 09 oktyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 63 №-li mənzilin Şahid12 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 20 avqust 2018-ci il tarixli fərdi müqavilə, 29 saylı binadan 1-ci giriş, 1-ci mərtəbə, 3 otaqlı ümumi sahəsi 80,2 m2 olan 4 №-li mənzilin Şahid36 satılmasına dair ******* nömrəli, 11 fevral 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 55 №-li mənzilin X6 dair ******* nömrəli, 02 noyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 64 №-li mənzilin Şahid45 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 09 dekabr 2019-cu il tarixli fərdi müqavilə, 28 saylı binadan 1-ci giriş, 3-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 58,86 m2 olan 12 №-li mənzilin Şahid6 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 14 iyun 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 52 №-li mənzilin Şahid43 satılmasına dair ******* nömrəli, 02 aprel 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 6-cı mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2olan 58 №-li mənzilin X2 dair ******* nömrəli, 30 avqust 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 29 saylı binadan 1-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 66,52 m2 olan 25 №-li mənzilin Şahid17 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 14 sentyabr 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan, 2-ci giriş, 9-cu mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 69 №-li mənzilin Şahid38 Cəmaləddin oğluna satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 10 iyun 2019-cu il tarixli fərdi müqavilə, 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 61 №-li mənzilin Şahid5 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 17 may 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 2-ci giriş, 1-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 39 №-li mənzilin X8 dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 14 dekabr 2018-ci il tarixli fərdi müqavilə, ******* nömrəli, 21 dekabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 3-cü mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 47 №-li mənzilin Sultan-zadə X10 dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 10 dekabr 2018-ci il tarixli fərdi müqavilə, daşınmaz əmlakın alqı-satqı müqaviləsi, maliyyə arayışları, kassa məxaric orderləri, ünvan 5 ünvanda 3 saylı yaşayış binasında, 1-ci girişdə, 10-cu mərtəbə, sahəsi 169,9 m2 olan mənzilin Zərərçəkmiş şəxs1 satılmasına dair "xxxx" MMC tərəfindən verilmiş Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 23 iyun 2014-cü il tarixli fərdi müqavilə cinayət işinin materiallarında saxlanılsın; - Zərərçəkmiş şəxs3 MMC-nin iş üzrə maddi sübut kimi tanınmış möhürü məhv edilsin. İş üzrə üzərinə həbs qoyulmuş əmlaklar: - X93 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 19, mənzil 8, X53 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 19, 1-ci giriş, 3-cü mərtəbədə yerləşən 2 nömrəli mənzil, X45 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X264 8, bina 28, mənzil 5, X43 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X264 8, bina 28, mənzil 9, Şahid40 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X264 8, bina 28, mənzil 10, Şahid32 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X264 8, bina 28, mənzil 18, Sultan-zadə X152 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X264 8, bina 28, mənzil 47, Şahid10 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X264 8, bina 28, mənzil 19, Şahid7 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X264 8, bina 28, mənzil 7, Şahid36 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X264 8, bina 29, mənzil 4, Şahid34 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X264 8, bina 28 mənzil 62, Şahid45 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X264 8, bina 28, mənzil 64, Şahid42 Əsgər qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X264 8, bina 28, mənzil 67, Şahid35 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X264 8, bina 29, mənzil 16 və Şahid17 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X264 8, bina 29, mənzil 25, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 81, mənzil 36, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsi, ev 46/50, mənzil 29 və ünvan 33 ünvanında yerləşən daşınmaz əmlakların, X93 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 19, mənzil 8 və X53 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 19, 1-ci giriş, 3-cü mərtəbədə yerləşən 2 nömrəli mənzil üzərinə X93 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 19, mənzil 8 və X53 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 19, 1-ci giriş, 3-cü mərtəbədə yerləşən 2 nömrəli mənzil, X59 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X230 Naxçıvani küçəsi, ev 15, mənzil 33 və ünvan 36 ünvanda yerləşən mənzil, X93 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 56, mənzil 77, X33 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 46, mənzil 39, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 39, mənzil 33, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, ev 219C (fərdi yaşayış evi), Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 75, mənzil 51, Bakı şəhəri. Yasamal rayonu, M.Müşfiq küçəsi, ev 10, mənzil 41, Bakı şəhəri, Səbail rayonu, İqor Ağayev küçəsi, ev 10, mənzil 28, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 34, mənzil 38 və Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 23, mənzil 45, Təqsirləndirilən şəxs1 adına "xxxx" ASC-də kart, “Yelo Bank”, "xxxx", "BTB Bank" və "xxxx" ASC-lərdə müvafiq cari hesablar, xx.xx.1964-cü il təvəllüdlü X59 adına "xxxx" ASCdə cari (qalıq 3400 ABŞ dolları), "xxxx" ASC-də cari hesab, xx.xx.1976-cı il təvəllüdlü X93 adına "xxxx" ASC-də cari və depozit, "xxxx" ASC-də 4 kart və 2 cari, "xxxx" ASC-də 3 depozit (11000 AZN, 10000 AZN, 23000 AZN), "xxxx" ASC-də depozit (25000 AZN), "xxxx" ASC-də 2 cari (60000 AZN, 3700 AZN), "xxxx" ASC-də depozit (15000 ABŞ dolları) hesab, xx.xx.1985-ci il təvəllüdlü X33 adına "xxxx" ASC-də qeyri-aktiv kart, “Yelo Bank” və "xxxx" ASC-lərdə cari hesablar, xx.xx.1990-cı il təvəllüdlü X60 adına "xxxx" ASC-də depozit (9500 ABŞ dolları), "xxxx" ASC-də cari (1000 ABŞ dolları) və depozit (4000 ABŞ dolları) hesab, xx.xx.1966-cı il təvəllüdlü X61 adına "xxxx" ASC-də 4 kart və 2 cari (3187 AZN), "xxxx" və "xxxx" ASC-lərdə cari hesablar, xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 adına "xxxx" ASC-də qeyri-aktiv əmək haqqı, “Yelo Bank” və "xxxx" ASC-lərdə cari hesablar, "xxxx" MMC-nin adına rəsmiləşdirilmiş **-AA-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Equus” markalı, Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmiş **-CE-*** dövlət qeydiyyat nişanlı “Qaz 24” markalı, X59 adına rəsmiləşdirilmiş **-DJ-*** dövlət qeydiyyat nişanlı “Audi Q7” markalı, X33 adına rəsmiləşdirilmiş **-UC-*** dövlət qeydiyyat nişanlı, “GAC GS8” markalı, X95 adına rəsmiləşdirilmiş **-DJ-*** dövlət qeydiyyat nişanlı “Porsche Cayenne” markalı minik avtomobilləri həbsdən azad edilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 mülki iddiası qismən – ******* (üç milyon dörd yüz otuz beş min altı yüz əlli səkkiz) manat 57 qəpik maddi ziyanının ödənilməsi ilə bağlı hissədə qismən təmin edilsin. Ümumi sahəsi 377,47 kv.metr olmaqla ümumi dəyəri 490711 manat təşkil edən mənzillərin və ümumi sahəsi 599,45 kv.metr olmaqla ümumi dəyəri ******* manat təşkil edən qeyri-yaşayış sahələrinin zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2un artıq mülkiyyətinə verilməsi nəzərə alınmaqla təmin edilmiş mülki iddia məbləğinin - ******* (üç milyon dörd yüz otuz beş min altı yüz əlli səkkiz) manat 57 qəpik maddi ziyanının ******* (bir milyon beş yüz doqquz min yeddi yüz yetmiş altı) manatı ödənilmiş kimi hesab olunsun. "xxxx" MMC-nin mülkiyyətində olmuş, 13 iyun 2018-ci il tarixli B01/18 saylı barter (dəyişdirmə) müqaviləsinə əsasən 48 mənzillə dəyişdirilmiş ünvan 37 ünvanında yerləşən ərazi və tikililərdən ibarət ******* (dörd milyon səksən altı min üç yüz əlli dörd) manat dəyərində qiymətləndirilmiş əmlak kompleksi - beton və sement zavodunun (Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış Seriya MH № 0138544, reyestr № **********43- 12301, qeydiyyat №**********, xx.xx.2008 və Texniki pasporta əsasən İnventar nömrəsi 11/623, xx.xx.2008) Zərərçəkmiş şəxs3ndən başqa digər şəxslərin adına özgəninkiləşdirilməsinə məhdudiyyət qoyulsun, həmin zavodun Zərərçəkmiş şəxs3 MMCnin adına rəsmiləşdirilməsi prosesi qanunla nəzərdə tutulmuş qaydada sona çatdırılsın, bundan sonra həmin beton və sement zavodu müvafiq qaydada satılmaqla əldə olunacaq pul vəsaitinin ******* (bir milyon doqquz yüz iyirmi beş min səkkiz yüz səksən iki) manat 57 qəpiyi mülki iddianın ödənilməmiş qalan hissəsi kimi zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 ödənilsin, satışdan əldə olunacaq məbləğin artıq qalan hissəsi isə Zərərçəkmiş şəxs3 MMC-yə məxsus vəsait kimi sonuncunun hesabına keçirilsin. ünvan 37 ünvanında yerləşən ərazi və tikililərdən ibarət əmlak kompleksinin - beton və sement zavodunun qanunla nəzərdə tutulmuş qaydada satıldığı vaxtda mümkün likvidliyin nəzərə alınması üçün Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmiş Salyan rayonu, Varlı kəndində yerləşən 0,06 ha torpaq sahəsinə və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin (JN-16117H KOD 00301016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”) üzərinə qoyulmuş həbslər iddianın təmini tədbiri kimi qüvvəsində saxlanılsın. Mümkün likvidlik riski nəzərə alınmaqla mülki iddanın təmin edilmiş hissəsinin tam ödənilməsi üçün yuxarıda qeyd olunan əmlak kompleksinin satışından əldə olunacaq vəsait kifayət etməyəcəyi halda qeyd olunan hər iki torpaq sahəsi müvafiq qaydada satılmaqla çatışmayan hissədə Zərərçəkmiş şəxs2 ödənilsin, pul vəsaitindən artıq qalacağı halda isə həmin məbləğ Təqsirləndirilən şəxs1 qaytarılsın. Əmlak kompleksinin satışından əldə olunacaq vəsait mülki iddianın təmin edilmiş hissəsinin ödənilməsinə kifayət edəcəyi halda hər iki torpaq sahəsi həbsdən azad edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-470/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-470/2022
12.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver