Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-471/2020 11.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlunun, Məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Elburus oğlunun, Bakı şəhər 02 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi binada, açıq məhkəmə iclasında xx xxxxxx 1985-ci il Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Masallı rayonu Qızılağac kəndində qeydiyyatda olan, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi “DSK yolu” nömrəsiz fərdi evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa İran İslam Respublikasının vətəndaşı “Nazir” adı ilə məlum olan şəxslə qabaqcadan əlbir olaraq, sonuncudan xx xxxx 2019-cu il tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə tiryəkdən kustar üsulla hazırlnamış narkotik vaistə heroini əldə edib üzərində saxlayaraq, yaşadığı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi <<DSK yolu>> yaşayış massivində yerləşən nömrəsiz fərdi evinədək daşıyıb aparmış və xx xxxx 2019-cu il tarixdə gecə saatlarında evinə basqın hadisəsi ilə əlaqədar olaraq, həmin gün saat 10:00 radələrində Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı evə və həmin ünvanda saxlanılmış qardaşı Şahid4 məxsus <<Kia Optima>> markalı ** CV *** dövlət nömrə nişanlı avtomobilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində albalı rəngli qadın əl çantasının içərisində gizlətdiyi 02 ədəd şəffaf sellofan bükümlərə ayırıb yığdığı ayrı-ayrılıqda təmiz çəkiləri 180,131 qram və 7,166 qram, ümumi təmiz çəkisi isə 187,296 qram olan tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, eləcədə ön səthinə “Digital Scale” yazıları, arxa səthinə “mini digital pocket scale” yazıları həkk olunmuş, Çin Xalq Respublikasının istehsalı olan DS-22 modelli 01 ədəd electron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində ailəsi ilə birlikdə yaşayır, ailəsini dolandırmaq üçün internet klub işlədirmiş. O, təxminən beş ildir ki, Şahid5 ilə qeyri-rəsmi ailə qurmuş və onların bir oğulları var. Həyat yoldaşı Brilyantın dayısı X6 narkotik vasitədən istifadə etdiyinə görə 15 saylı CÇM-də cəza çəkirmiş, X4 həbs edilməmişdən əvvəl ona borcu var imiş. Heydər ona “bir nəfər var həmin adam sənə narkotik vasitəni verəcək, sən də onu dediyim adama sat öz borcunu götür qalıq məbləği də ailəmə ver” demişdir. O da bu təklifə razılaşmamış və onun borcu nə vaxt qaytarılacaqsa o da həmin zaman narkotik vasitəni özlərinə qaytaracağını bildirmişdir. Həmin narkotik vasitəni evə gətirərək mətbəxdə moykanın altında gizlətmişdir. xx xxxx 2019-cu il tarixdə gecə vaxtı həyat yoldaşı Brilyant və azyaşlı övladıyla evdə olan zaman qəfildən evin qapısı açımış, iki nəfər şəxs evə daxil olaraq onu vurmağa başlamışlar. Onlar onu vuran zaman o da onlara müqavimət göstərmək istəsə də onlar onu vurduqları üçün huşunu itirmişdir. O halsız vəziyətdə olarkən onlar ikisi də evi tərk edərək getmişlər. Həmin şəxslər də evdən çıxıb getmişlər. Brilyant qardaşı Məhəmmədə zəng vuraraq onu çağırmışdır. Bir az sonra Məhəmməd evə gələrək, polislərə xəbər verdiyini demişdir. Məhəmməd yolda polislərə zəng edən zaman guya onun evində olan 70000 manat məbləğində pulun da oğurlandığını demişdir. Qardaşı Məhəmməd onlara gəldikdən sonra balaca qardaşı Məsuda da zəng edərək onun evinə basqın olduğunu və tez ora gəlməyini demiş, bir az keçdikdən sonra Məsud da onlara gəlmişdir. Daha sonra təcili tibbi yardım maşını gəlmiş, həkimlər ona tibbi yardım etdikdən sonra polislər onu, uşağını, həyat yoldaşı Brilyantı, Məhəmmədi izahat almaq üçün polis şöbəsinə aparmışlar. Polis şöbəsində olan zaman o, evində narkotik vasitə olmasını, evə basqın edən şəxslərin də həmin narkotik vasitəni aparmaq məqsədi ilə gəldiklərini etiraf etmişdir. Sonra o, polis əməkdaşları ilə şöbədən çıxaraq evinə gəlmişdir. Evə gələn zaman narkotiki mətbəxdə saxladığı yerdən götürərək polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini dinləyib, şahidləri dindirərək, iş üzrə digər sübutları araşdıraraq hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin polis sahə inspektoru vəzifəsində işləyir və polis mayoru rütbəsini daşıyır. Xidmətdə olduğu zaman Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi “DSk” yolunda yerləşən nömrəsiz fərdi evinə xx xxxx 2019-cu il tarixdə gecə saat 00:30 radələrində basqın olması və evdən külli miqdarda pulun oğurlanması ilə bağlı Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən 4-cü Polis Şöbəsinə məlumat daxil olmuşdur. Məlumat əsasında hadisə yerinə getmiş, hadisə yerinə çatan zaman həyətdə təcili tibbi yardım maşınının olduğunu və Bayramov Mənsurun evin pilləkənində huşsuz vəziyyətdə olduğunu görmüşdür. Evin içərisində Mənsurun həyat yoldaşı qucağında uşağı ilə birlikdə qışqırırmış. Sonradan Təqsirləndirilən şəxs izahatı əsasında onun evində narkotik vasitə saxladığı müəyyən olunmuşdur. Mənsurun evində videoçəkiliş vasitəsi ilə baxış və götürmə aparılmışdır. Mənsurun böyük qardaşı Məhəmməd israrla evdən külli miqdarda pul aparıldığını deyirmiş. Mənsur da nə pul, o qədər pul aparılmayıb deyirmiş. Evdə iri sellofan torbada büküm var imiş. Çəkiliş olduqdan sonra narkotik vasitə polis tərəfindən götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Biləcəri qəsəbəsində yaşayır. Bir gün Brilyanta baş çəkmək üçün onun əri Mənsurun işlətdiyi internet kluba getmiş, bu vaxt Brilyant ona sakitcə “sabah bizə gəl sənə sözüm var” demişdir. Səhərisi gün o, narahat olduğu üçün qapıdan içəriyə daxil ola bilməmişdir. Darvaza açıq olduğundan bayır tərəfdən evə yaxınlaşmışdır. Brilyantı çağıran zaman, o, mətbəxin pəncərəsini açaraq “mənə evdən qaçmağa kömək et, çünki Mənsurgili məni girov saxlayırlar, məni girov qoyacaqlar demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 qzı ifadəsində göstərdi ki, o, 14 il X1 şəhərində yaşadıqdan sonra ailəsi ilə birlikdə Masallı rayonu Qasımlı kəndinə qayıtmışdır. Təxminən 5-il əvvəl Mənsurun qohumları ilə qonşu imiş və həmin vaxtı Mənsurla onlar ailələrin xəbəri ilə qeyri-rəsmi evlənərək birlikdə Bakı şəhərinə gəlmişlər. Onlar bir müddət Yasamal rayonu “Sovetski” kimi tanınan yerdə kirayə yaşamış, iki il ərzində Mənsurun böyük qardaşı Şahid3 Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yerləşən evində yaşamışlar, son səkkiz ay əvvəl Mənsur hazırda yaşadıqları Binəqədi rayonu Binəqədi qəsəbəsi <<DSK yolu>> kimi tanınan yerdə yerləşən bir mərtəbəli, bir otaqlı və bir mətbəxi olan ev almışdır. Mənsurla o azyaşlı oğulları ilə birlikdə orada yaşayırmışlar. Mənsurun böyük qardaşı Şahid3 hər gün axşam saat 21 radələrində onların evinə gəlirmiş, Mənsurla gizlində nə isə danışır və 15-20 dəqiqə həyətdə danışandan sonra Məhəmməd evinə gedirmiş. Bundan təxminən 15 gün əvvəl qaynı Məhəmməd yenə onların evinə gəlmiş, Mənsurla birlikdə yemək yeyib spirtli içki içmişlər. Həmin vaxtı onlar sərxoş vəziyyətdə söhbət edərkən Məhəmməd Mənsura “Malı ver mənə, mən gizlədim, səni İranlılar axtarırlar” demişdir. Həmin vaxtı malın nə olduğunu soruşanda, Mənsur ona evlərində “Baba” kimi dediyi İranlı bir şəxsə məxsus mal, yəni narkotik vasitə olduğunu, həmin narkotik vasitəni, ya da pulunu geri almaq üçün İranlıların onu axtardığını və tapdığını demişdir. Həmin vaxt o, onu İranlıya girov verəcək, pulu topladıqdan sonra onu İranlıdan geri alacaqmış. Həmin ərəfədə xx xxxx 2019-cu il tarixdə xalası Şahid6 əri Mənsurun işlətdiyi internet kluba gələndə, o sakitcə ona “sabah bizə gəl, sənə sözüm var” demişdir. xx xxxx 2019-cu il tarixdə səhər saatlarında Mənsura yalandan evdə işlərinin olduğunu, ona görə onunla işlətdiyi internet kafeyə gedə bilmədiyini demişdir. Mənsur ona inandığına görə evin giriş qapısını açarla bağlayıb açarı özü ilə aparsa da, darvazanı bağlamamışdır. Həmin gün saat 11 radələrində xalası Rəvayət onlara gəlmiş, o, mətbəxin pəncərəsini açaraq bayırda dayanan Rəvayət xalasına ona kömək etməyini, çünki Mənsurgil onu İranlıya girov qoyacağını, evdə narkotik vasitə saxladıqlarını, narkotikə görə istədiyi pulu verənə qədər İranlıların onu girov saxlayacaqlarını demişdir. Bundan sonra xalası ona kömək edəcəyini deyib oradan çıxıb getmişdir. O, Məhəmmədlə Mənsurun söhbətindən sonra evdə narkotik saxladığını bilsə də, dəqiqliklə harada gizlətdiklərini öyrənə bilməmiş və axtarmağa qorxurmuş. xx xxxx 2019-cu il tarixdə gecə saat 00:30 radələrində o, Mənsur və azyaşlı oğlu ilə evdə imiş, həmin an qəfildən iki nəfər kişi cinsli şəxslər qapını açaraq evə daxil olmuşlar və qapı uşağa dəydiyi üçün uşaq, yerə yıxılıb ağlamağa başlamışdır. O, uşağı götürmək istəyərkən, həmin şəxslərdən biri, onun üz nahiyəsinə bir sillə vuraraq, əlini uşağın ağzına tutaraq səsini kəsməyini tələb etmişdir. Digər ikinci şəxs isə əri Mənsurun üstünə hücum edib onun ayağa durmasına mane olmuş və başına, sifətinə, əsas da ağzına bir neçə dəfə yumruqla vurmuşdur. “Malın yerini de, malın yerini de” deyərək yerə yıxırmış, yenə qaldırıb stula oturdaraq yenə vurduqca yerə yıxırmış. Daha sonra evi dağıdaraq evi axtarmağa başlamışlar. Daha sonra o, mətbəxdə olan pəncərəni açaraq yüksək səslə “Heçnə yoxdu, evimizdən gedin” deyərək qışqırmış ki, qonşular eşidə bilsin, lakin heç kim köməyə gəlməmişdir. Həmin şəxslər onun pəncərəni açdığını görüb cəld evlərindən çıxıb qaçmışlar. Bundan sonra Mənsur özünə məxsus mobil telefonu ilə böyük qardaşı Məhəmmədə zəng etmiş və evlərinə iki nəfər adamın girdiyini, malları axtarıb onu döydüklərini demişdir. Təxminən 20 dəqiqə sonra Məhəmmədlə onların kiçik qardaşı Şahid4 onların evinə gəlmişlər. Məhəmməd dərhal içəri girmiş və ona qışqırmışdır ki, çantanı ona versin, Mənsuru bayıra aparmış, pilləkəndə oturtmuş, Məsuda isə qışqırıb bildirmişdir ki, polis çağırıb, küçədə gözləsin, polisləri evə gətirsin. Məsud çölə çıxandan sonra Məhəmməd çantasını alaraq onu da evdən bayıra çıxarmış, bir neçə dəqiqə sonra polis əməkdaşları Məsudla birlikdə onların evinə gəlmişlər, Məsud polislər ilə həyətdə dayanmış söhbət edərkən Məhəmməd evdən həyətə çıxmış və albalı rəngli çantanı ona verərək gedib kənarda dayanmağını bildirmişdir. Qaranlıq olduğu üçün kənarda dayanmağa qorxmuş, bu zaman Məhəmməd onun əlindən çantanı almışdır, qardaşı Məsuda məxsus qara rəngli “Kia Optima” markalı ** CV *** dövlət nömrə nişanlı avtomobilin arxa qapısını açaraq oturacağın üstünə qoymuşdur. Polis əməkdaşları onların evinə baxış keçirdikdən sonra onu, Mənsuru və Məhəmmədi özləri ilə birlikdə Poliş şöbəsinə getmək üçün polis avtomobilinə mindirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Biləcəri qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. xx xxxx 2019-cu il tarixidə gecə 00:30 radələrində qardaşı Mənsurun həyat yoldaşı Brilyant ona zəng edərək iki nəfər şəxsin onların evinə basqın etdiyini və Mənsuru döydüklərini demişdir. O taksi sifariş etmiş və həmin taksidə polisə zəng vuraraq Mənsurun evinə basqın edildiyini, onu döydüklərini bildirmişdir. Daha sonra balaca qardaşı Məsudu da çağırmışdır. O, Mənsurun evinə çatdıqdan sonra Məsud da gəlmişdir. Mənsurun evinə çatan zaman Mənsurun sifətinin şişkin olduğunu görmüş və nə baş verdiyini soruşmuşdur. Mənsur huşsuz vəziyətdə imiş. Evə basqın edənlər Brilyantın dayısının oğlanları olmuşdur. Brilyantın dayısı Heydər narkotik satışı ilə məşğul imiş. Heydərin Mənsura 7000 manat borcu olduğundan həmin borcun müqabilində qardaşına torpaq sahəsi təklif etmişdir. Masallının Qasımlı kəndində yerləşən torpaq sahəsinə baxan zaman ona həmin torpaq sahəsi məsləhətli deyil, torpağın satılmasına baş qoşmayın deyə bildirmişlər. Sonradan Mənsur cəza çəkmə müəsissəsinə Heydərlə görüşə gedən zaman ona nömrə verib, bu nömrə ilə əlaqə saxlamasını və ona əmanət veriləcəyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən həyət evində ailəsi ilə birlikdə yaşayır. Hadisə günü qardaşı Məhəmməd ona zəng edərək Mənsurun evinə basqın olduğunu demişdir. O da tələsə-tələsə Mənsurun evinin yerləşdiyi ünvana gəlmişdir. Mənsurun evinə çatanda onun döyüldüyünü görmüşdür. Mənsurun vəziyyəti yaxşı deyilmiş. Qardaşı Məhəmməd polisə zəng etdiyini bildirmiş və ona təcili tibbi yardım maşınını qarşılamağını tapşırmışdır. Təcili yardım maşınını qarşılamaq üçün çıxanda polislərin də Mənsurun evi istiqamətində gəldiklərini görmüşdür. Təcili tibbi yardımın işçiləri və polislərlə birlikdə Mənsurun yanına gəlmişlər. Həkimlər Mənsura tibbi yardım göstərmişlər. Həmin vaxt Mənsurun həyat yoldaşı, Məhəmməd və Mənsurun övladı kənarda dayanmışlar. Uşağın əynində paltar olmadığı üçün üşüyürmüş. Polis əməkdaşları uşağa soyuq olduğu üçün Brilyantla uşağın maşında əyləşməsini demişlər. O da maşının qapısını açaraq uşağı və Brilyantı maşına aparmışdır. Təcili tibbi yardım getdikdən sonra polis əməkdaşları ona Məhəmməd, Mənsur və Brilyantın onlardan ifadə alınması üçün polis bölməsinə getməli olduqlarını və onun da Mənsurun evini mühafizə etməyini bildirmişlər. Sonradan polis əməkdaşları Mənsurun evindən əl izi götürmüşlər, həmin vaxt o evə daxil olmamışdır. Polis əməkdaşları işlərini bitirdikdən sonra Mənsurun evinin açarlarını ona vermişlər və ona evinə getməyini demişlər. Açarları aldıqdan sonra polis əməkdaşları ona “səhər biz səni çağıran zaman evin açarlarını gətirərsən” demişlər. Səhər saatlarında polis əməkdaşları ona zəng edərək evin açarlarını gətirməyini demişlər, o onlara evin açarlarını verən zaman ondan Mənsurun evindən nəsə götürüb-götürmədiyini soruşmuşlar. O da onlara Mənsurun evinə girmədiyini bildirmişdir. Polislər Mənsurun evinə girmiş və bir az evi axtarsalar da heç nə tapmamışlar. Brilyantın çantası onun maşınında olduğu üçün Mənsura “Brilyantın çantası axşam mənim maşınımda qalıb onu sənə verim işimə gedim” demişdir. Polis əməkdaşları maşınını açaraq Brilyantın çantasını götürmüşlər. Polis əməkdaşları maşınının arxa oturacağından Brilyantın telefonunu da götürdükdən sonra ona öz işinə gedə biləcəyini demişlər. Bir müddət sonra polis bölməsindən ona zəng edərək Mənsurun uşağını gedib ordan götürməyini istəmişlər. O, uşağı götürməyə gedərkən polis bölməsinin həyətində polis əməkdaşlarından bir nəfər ona yaxınlaşaraq qardaşı Mənsurda narkotik vasitə tapılmasını demişdir. O da polis əməkdaşının zarafat etməsini sanmışdır. Sonradan ona Mənsurdan narkotik vasitə tapıldığını bildirmişlər, o anda narkotikin varlığından xəbəri olmuşdur. O bölməyə gələn zaman narkotik vasitənin nə olduğunu öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin rəis müavini vəzifəsində işləyir. O, hadisə baş verən zaman Binəqədi rayonu Polis idarəsinin 4-cü polis şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyirmiş. Xidmətdə olduğu zaman Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi “DSk” yolunda yerləşən nömrəsiz fərdi evinə xx xxxx 2019-cu il tarixdə gecə saat 00:30 radələrində basqın olması və evdən külli miqdarda pulun oğurlanması ilə bağlı Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən 4-cü Polis Şöbəsinə məlumat daxil olmuşdur. Məlumat əsasında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək yaşadığı evdə saxlaması haqqında vermiş olduğu izahatı üzrə əməliyyat qrupunda olarkən Mənsurun yaşadığı ünvanda əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar əsasında Mənsurun yaşadığı evində video-çəkiliş vasitəsi ilə baxış və götürmə aparılmışdır. Mənsur narkotik vasitəni evin mətbəxindəki əlüzyuyanın altında saxladığını bildirmişdir. Amma orada narkotik vasitə aşkar edilməmişdir. Narkotik vasitənin harada olduğunu soruşduqda isə Mənsur sonuncu dəfə orada gördüyünü demiş və əlavə məlumatının olmadığını bildirmişdir. Mənsurun qardaşı Məsudun avtomobilindəki qadın çantasına baxış keçirən zaman həmin narkotik vasitə tapılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən zaman Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi "DSK" yolunda nömrəsiz fərdi evinə xx xxxx 2019-cu il tarixdə gecə saat 00:30 radələrində basqın olması hadisəsi ilə bağlı Azərbaycan Respublikası DİN-in 102 xidmətindən 4-cü Polis Şöbəsinə daxil olmuş, məlumat əsasında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkolik vasitə əldə edərək yaşadığı evdə saxlaması haqqında vermiş olduğu izahatı üzrə yaradılmış əməliyyat qrupunda olarkən Təqsirləndirilən şəxs evində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar əsasında Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi DSK yolu Binəqədi-Xııdalan yolunun sol tərəfində yerləşən nömrəsiz fərdi evdə videoçəkiliş vasitəsi ilə baxış və götürmə aparımış, bu zaman Təqsirləndirilən şəxs qardaşı Şahid4 tərəfindən evin giriş qapısı açarla açılmış və baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni evin giriş qapısından sol tərəfdə yerləşən və ümumi sahəsi 8 kv.metr olan mətbəxdə quraşdırılmış əlüzyuyanın alt hissəsindəki dolabda saxladığını bildirmişdir, lakin Təqsirləndirilən şəxs dediyi yerdə istifadəsi və saxlanılması qadağan olunmuş hər hansı əşya, maddə və predmet aşkar edilməmişdir. Ona görə də polis əməkdaşları tərəfindən Mənsur Bayramovdan narkotik vasitələri harada saxladığı soruşulmuşdur. Şahid4 evdən son dəfə özünün çıxdığını, həmin vaxtı böyük qardaşı Məhəmməd Bayramov tərəfindən özünün idarə etdiyi "Kia Optima" markalı **-CV-*** dövlət nömrə nişanlı avtomaşına albalı rəngli qadın çantası qoyulduğunu gördüyünü bildirmiş, həmin çantanın içərisində narkotik vasitə olub-olmağını bilməmişdir və avtomobilinə baxış keçirilməsinə etiraz etməmişdir. Sonra baxış keçirilən evin həyətində saxlanılan Şahid4 idarə etdiyi qara rəngli 'Kia Optima" markalı **-CV-*** dövlət nömrə nişanlı avtomaşına baxış keçirilmiş, baxış zamanı avtomobilin salonunda arxa oturacağın sol tərəfdən üst hissəsinə qoyulmuş bir ədəd albalı rəngli qadın çantası, həmçinin arxa oturacağın qarşısından bir ədəd qara rəngli "Nokia" markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Həmin albalı rəngli qadın əl çantasının içərisinə baxış keçirildikdə, hər biri ayrı-ayrılıqda iki ədəd şəffaf sellofan paketə bükülmüş spesifik qoxuya malik narkotik vasitəyə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində ifadəsi elan edilmiş Şahid7 ifadəsindən görünür ki, X3 və onun əri Təqsirləndirilən şəxs təxminən üç ildir tanıyıram, belə ki, Təqsirləndirilən şəxslə keçmiş ərim Gökhan Çakıcının qonşuluqda iş yerləri vardır və dostluq münasibətləri olmuşdur, bunun sayəsində bizim ailəvi dostluq münasibətlərimizyaranmış və bir-birimizin evinə gedişgəlişimiz olmuşdur. Mənsur arvadı Briliyantı dəfələrlə döyürdü, onunla çox pis rəftar edirdi, hətta təxminən dörd ay əvvəl Briliyantı döyüb evdən bayıra atmışdı, azyaşlı körpə balasını da yaşadıqları evin yaxınlığında olan zibilliklərə atmışdı. Briliyant özü bizə bu barədə məlumat verəndən sonra xalası Rəvayət və mən gedib uzağı zibillikdən tapıb çıxartdıq və Briliyantı evinə apardıq, lakin sonra yalvarıb barışdığına görə Briliyan yenidən müalicə aldığı Masallı rayonundan anası evindən çıxıb əri Mənsurun evinə qayıtdı. xx xxxx 2019-cu il tarixdə mən öz iki azyaşlı uşaqlarımla birgə Briliyantın xalası Rəvayət və onun qardaşı opğlu Tahir Nuruyev ilə birlikdə Rəvayətin qohumunun ad günü mərasimində olarkən Rəvayət Tahirlə mənə dedi ki, onun bacısı qızı Briliyantı əri Mənsur evdə bağlı saxlayır, onu döyüb zülm verir, qız xəstə olduğundan ağzından qan gəlir, gedib onu evinə gətirək, çünki evində çox adam olduğu üçün o, özü evdən çıxa bilmir. Mən də razılığımı bildirdim və dedim ki, tək getməyim, uşaqlarımla bir gedim ki, oradan da birbaşa öz evimə gedə bilim. Həmin gecə saat 00:00-da mən Tahirlə birlikdə yoldan keçən taksi avtomobilini saxlatdırıb Briliyantgilin yaşadığı evin yaxınlığında düşdük. Həmin vaxt Tahirin yanına üç nəfər də əvvəllər tanımadığım və anket məkumatlarını bilmədiyim şəxslər də gəldilər. Həmin şəxslərdən biri qısa boylu, qaraşın idmançı tipli bədən quruluşlu, normal qısa saçları olanın əynində göy rəngli kofta və göy rəngli şalvar geyinmişdi, ikinci şəxs arıq bədən quruluşlu, qaraşın, açıq qəhvəyi şalvar və mavi-ağ rəngli zolaqlı köynək geyinmişdi, Tahir onun adını <<Nizami>> kimi çağırırdı, üçüncü şəxs isə hündür boylu, idmançı bədən qruluşdü, qaraşın idi, qısa saçları vardı və əynində qara rəngli qolsuz köynək və qara rəngli idman şalvarı var idi. Mən onlara Briliyantgilin evlərini göstərəndən sonra həmin üç nəfər şəxs bizdən aralaşsalar da, Tahir getmədiyi üçün mən ondan niyə getmədiyini soruşdum və o, dedi ki, Mənsurla dalaşmışdır, danışmırlar, ona görə, onun evinə getmək istəmir. Qeyd edirəm ki, Tahirin Nizami kimi çağırdığı şəxs bir neçə saniyə sonra geri qayıtdı və dalaşmaq istəmədiyini və bizim yanımızda gözləyəcəyini dedi. Biz təxminən 20-258 dəqiqə küçədə durub gözləməyə başladıq, sonra həmin iki nəfər şəxs piyada bizim yanımıza qayıtdılar. Tahirlə mən nəyə görə Briliyantı gətirmədiklərini onlardan soruşanda, bildirdilər ki, << Qız ərindən yapışıb, bizimlə gəlmək istəmədi.>> Bundan sonra həmin üç nəfər şəxs bizdən ayrılıb piyada trass ilə getməyə başladılar. Daha sonra Tahir taksi saxlatdırdı və mən uşaqlarımla və Tahirlə birlikdə Rəvayətin yaşadığı evə gedib orada ona baş verənlər barədə məlumat verdik. Daha sonra isə məni Polis Şöbəsindən çağırdılar və mən orada olarkən öyrəndim ki, Briliyantın əri Mənsur və onun qardaşı narkotik vasitə satışı ilə birlikdə xalası Rəvayətin evinə apardım. (cild 1, iş vərəqə - 79-81) Məhkəməyədək icraat zamanı keçirilmiş Cinayət işi üzrə təyin edilərək keçirilmiş məhkəməkimyəvi ekspertizanın xx xxxx 2019-cu il tarixli, 18905 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “vət.Təqsirləndirilən şəxs məxsus maddi sübut qismində götürülmüş...” yazısı olan paketdə, 2(iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 180,130 qr və 7,166 qr, ümumi təmiz çəkisi 187,296 qr olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (cild 1, iş vərəqə 20-23) İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizanın xx xxxxxxx 2019-cu il tarixli, 2520 saylı ekspert rəyində göstərilmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyidən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, iş vərəqə 172-173) İş üzrə sorğu əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasından alınmış xx xxxxxxx 2019-cu il tarixli, 7002 saylı məktubda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicə olunmamışdır. (cild 1, iş vərəqə 170) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzdən alınmış xx xxxxxxx 2019-cu il tarixli, xx/xx-10118 saylı məktubda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzinin qeydiyyatında olmamışdır. (cild 1, iş vərəqə 171) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən sorğu ilə alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. (cild 1, iş vərəqə 155-156) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu və 59.2-ci maddələrinə əsasən nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar kimi himayəsində bir azyaşlı uşağının olması, evində narkotik vastə olması barədə polisə məlumat verməsi, əməlindən peşiman olması, əvvəllər məhkum olunmaması və CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi onun özünün ifadələrindən başqa, şahidlərin ifadələri, üzləşdirmə, baxış keçirmə, götürülmə və diskə baxış keçirilməsi barədə protokollar, məhkəmə-kimyəvi ekspertizanın 23-iyul 2019-cu il tarixli, 18905 saylı rəyi, məhkəmənarkoloji ekspertizanın xx xxxxxxx 2019-cu il tarixli 2520 saylı və xx xxxxxxx 2019-cu il tarixli, 2522 saylı rəyləri, əldə edilmiş maddi sübutlar və iş üzrə toplanmış digər materiallarla təsdiq edilərək sübuta yetirildiyindən, o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı Qərarının 13-cü bəndinə əsaslanaraq, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini o cümlədən cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xx xxxx 2019-cu il tarixdə «həbs» qətimkan tədbiri seçilsə də o, xx xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulduğundan, onun cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və məhkəmə baxışında onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 02 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 320 (üç yüz iyirmi) manat miqdarında pul ödənilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dört) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İstintaq zamanı onun hüquqlarını müdafiə etmiş 11 saylı Vəkil bürosunun vəkili X7 300 (üç yüz) manat dövlət büdcəsi hesabına pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni xx xxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə Bakı şəhər Binəqədi rayon Polis idarəsinində maddi sübutların saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və evindən götürülmüş narkotik vasitə ekspertizaya sərf olunma nəzərə alınmaqla qalıq qalmış 187,096 qram heroin və “Digital Scale” markalı elektron tərəzi xüsusi müsadirə edilməklə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili X7 300 (üç yüz) manat miqdarında pul ödənilsin. Ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dört) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmədə müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə 320 (üç yüz iyirmi) manat pul ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-471/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-471/2020
11.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver