Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-471/2021 10.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və sonuncunun nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Nümayəndə1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 və sonuncunun nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 15 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2, Zərərçəkmiş şəxs7 müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə 1986-cı il iyunun 17-də Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, bir azyaşlı uşağın atası olan, əvvəllər məhkum edilməmiş, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ş, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2.-ci və 182.3.2.-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmiş, habelə külli miqdarda əmlak əldə etmək məqsədi ilə zərər çəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını təkrarən hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2017-ci ilin mart ayından 2017-ci ilin aprel ayınadək Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 167 ünvanında yerləşən «AAAF Park» yaşayış kompleksinin 10 «b» nömrəli binasındakı Zərərçəkmiş şəxs1 məxsus 4 nömrəli, 5 nömrəli və 6 nömrəli mənzillərdə fərdi qaydada təmir-tikinti və quraşdırma işləri apardığı müddət ərzində təmir-tikinti işlərində istifadə olunması məqsədi ilə mənzillərin sahibinin şəxsi vəsaiti hesabına alınmaqla həmin ünvanlarda saxlanılan ümumilikdə 4.900 manat dəyərində dikt, taxta, sement, alçipan, laminat, astar-üzlük, borular, santexnika avadanlıqları və sair tikinti materiallarını əmlakın mülkiyyətçisinin xəbəri və icazəsi olmadan hissə-hissə gizli olaraq talayıb vahid niyyətlə əhatə olunan qəsdlə sonuncuya 4.900 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2018-ci ilin fevral ayından 2018-ci ilin oktyabr ayınadək Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 29/42 «d» ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus 51 nömrəli mənzildə fərdi qaydada təmir-tikinti və quraşdırma işləri apardığı müddət ərzində həmin ünvanda saxlanılan 700 manat dəyərində iki ədəd plastik qapı və pəncərəni, 250 manat dəyərində bir ədəd dəmir qapını əmlakın mülkiyyətçisinin xəbəri və icazəsi olmadan gizli olaraq talayıb vahid niyyətlə əhatə olunan qəsdlə sonuncuya 950 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2018-ci ilin aprel ayından 2018-ci ilin sentyabr ayınadək ünvan 5 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus 21 nömrəli mənzildə fərdi qaydada təmir-tikinti və quraşdırma işləri apardığı müddət ərzində həmin ünvanda saxlanılan 200 manat dəyərində bir ədəd dəmir materialdan hazırlanan giriş qapısını, 400 manat dəyərində iki ədəd plastik pəncərəni, 150 manat dəyərində bir ədəd plastik qapını, 150 manat dəyərində tikinti materialı olan armaturları əmlakın mülkiyyətçisinin xəbəri və icazəsi olmadan gizli olaraq talayıb vahid niyyətlə əhatə olunan qəsdlə sonuncuya 900 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2018-ci ilin iyun ayından 2018-ci ilin sentyabr ayınadək ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 məxsus 23 nömrəli mənzildə fərdi qaydada təmir-tikinti və quraşdırma işləri apardığı müddət ərzində həmin ünvanda saxlanılan istifadə olunmuş vəziyyətdəki 150 manat dəyərində üç ədəd istilik radiatorunu, 300 manat dəyərində bir ədəd «Samsung» markalı paltaryuyanı, 300 manat dəyərində bir ədəd «İndesit» markalı soyuducunu, 100 manat dəyərində bir ədəd qaz plitəsini, 150 manat dəyərində bir ədəd yazı masasını əmlakın mülkiyyətçisinin xəbəri və icazəsi olmadan gizli olaraq talayıb vahid niyyətlə əhatə olunan qəsdlə sonuncuya 1.000 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2018-ci ilin sentyabr ayından 2018-ci ilin noyabr ayınadək Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 18 ünvanında yerləşən Zərərçəkmiş şəxs5 məxsus 27 nömrəli mənzildə fərdi qaydada təmir-tikinti və quraşdırma işləri apardığı müddət ərzində həmin ünvandakı yataq otağında saxlanılan 600 manat dəyərində bir ədəd «Samsung» markalı televizoru, istifadə olunmayan 540 manat dəyərində bir ədəd «Sospiro», 300 manat dəyərində bir ədəd «Narciso Rodriguez», 200 manat dəyərində bir ədəd «Pako Rabbane», 300 manat dəyərində bir ədəd «X28» markalı ətirləri, ümumi dəyəri 250 manat olan «Nivea», «Arko» və «Veet» markalı kremləri, 200 manat dəyərində bir ədəd «Philips» markalı üzqırxan maşını, mətbəxin tavanındakı çılçırağa aid 150 manat dəyərində üç ədəd şarı, mənzilin dəhliz, mətbəx və köməkçi otaqlarının döşəməsibdən 1.575 25 manat dəyərində 63 m2 sahəni əhatə edən metlaxı söküb göstərilən ərəfədə paralel təmir işləri apardığı Zərərçəkmiş şəxs2 mənzilinə döşəmiş, bununla da əmlakın mülkiyyətçisinin xəbəri və icazəsi olmadan gizli olaraq talayıb vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs5 4.115 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən külli miqdarda əmlak əldə etmək məqsədi ilə 2019-cu ilin iyun ayından 2019-cu ilin dekabr ayının əvvəllərinədək yaxın münasibətdə olduğu və sonradan aralarında yaranmış narazılıqlar səbəbindən onunla əlaqəsini kəsməyə çalışan Zərərçəkmiş şəxs6 ilə şəxsi tanışlığı və intim münasibətləri barədə rüsvayedici məlumatları sonuncunun əri Şahid4, yaxın qohumları, işlədiyi kollektivin üzvləri və digər tanışları arasında yayma hədəsi ilə 2019-cu il dekabr ayının ortalarından etibarən gələcəkdə hüquq-mühafizə orqanlarına özünün qanunazidd hərəkətləri ilə bağlı şikayət olunacağı halda məsuliyyətdən yayına bilmək üçün qabaqcadan düşünülmüş şəkildə guya vaxtı ilə Zərərçəkmiş şəxs6 ilə yaxın münasibətləri olduğu müddətdə sonuncuya külli miqdarda pul xərclədiyini iddia edərək müxtəlif tarixlərdə aralarında baş tutan telefon danışıqları zamanı Zərərçəkmiş şəxs6 və sonuncunun anası Zərərçəkmiş şəxs7 70.000 manat məbləğində, yəni külli miqdarda pulu hədə-qorxu ilə tələb etmiş, hədə-qorxularının ciddi qəbul edilmədiyini və pul tələbinin yerinə yetirilmədiyini gördükdə isə cinayətkar niyyətini başa çatdırmaq məqsədi ilə 2019-cu il dekabr ayının axırlarında Zərərçəkmiş şəxs6 xalaları Şahid5, Şahid6, qohumu Şahid11 və işlədiyi şirkətin rəhbərliyinə zəng edib əri Şahid4 ilə görüşərək həmin şəxslərə Zərərçəkmiş şəxs6 ilə şəxsi tanışlığı və intim münasibətləri barədə məlumat verməklə sonuncunun ərindən faktiki ayrılmasına və işdən azad edilməsinə nail olanda hədələrinin reallığına Zərərçəkmiş şəxs6 və sonuncunun anası Zərərçəkmiş şəxs7 inandırmış, qanunazidd hərəkətlərinin davamı olaraq Zərərçəkmiş şəxs6 haqqındakı rüsvayedici məlumatları qardaşı X23 danışacağı, Tovuz rayonunda yaşayan qohumları, azyaşlı övladının oxuduğu orta məktəbin kollektivi, yaşayış yeri üzrə qonşuları arasında yayma hədəsi ilə Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 70.000 manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etməkdə davam etmiş, hadisələrin sonrakı gedişində Zərərçəkmiş şəxs7 övladının haqqındakı rüsvayedici məlumatların yayılması hədəsini real qəbul etdiyindən tələb olunan məbləğdən 5.000 manatı Təqsirləndirilən şəxs ödəməyə razılıq verdikdə Zərərçəkmiş şəxs6 müraciəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2020-ci il yanvarın 06-da həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı könüllü razılığına əsasən tədbirə cəlb olunan Zərərçəkmiş şəxs7 göstərilən tarixdə saat 18 radələrində qabaqcadan təyin edilən Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, 130 «a» ünanındakı «Daş Fırın» restoranında Təqsirləndirilən şəxslə görüşüb əvvəlcədən qeyd olunan LF57737703F, LF57737749F, LF57737701F, ML54674483A, LF29101761H, LF57737702F, LF57737796F, LF57737705F, LB44040190M, LJ85051531A, LF57737799F, LF57737797F, LF78302731G, LF57737704F, LB44040192M, LF57737748F, LF29101764H, LJ85051530A, LB44040188M, LB44040189M, LB34942992A, LB34942993A, LB34942994A, LB34942996A, LB34942952A, LF29101760H, LB34942995A, LB19964060J, LF57737798F, LF29101762H seriyalı və nömrəli 30 ədəd yüzlük ABŞ dolları pul əskinasından ibarət həmin dövrün məzənnəsi ilə 5.100 manat təşkil edən 3.000 ABŞ dolları nağd pul vəsaitini sonuncuya təqdim etmiş, Təqsirləndirilən şəxs külli miqdarda əmlak əldə etmək məqsədi ilə zərər çəkmiş şəxsin və sonuncunun yaxın qohumunun haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etməklə ələ keçirdiyi göstərilən məbləğdə pulu əynindəki şalvarın cibinə qoyub restorandan çıxdıqdan sonra polis işçiləri tərəfindən qarşısındakı küçədə saxlanaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunmuş, idarənin inzibati binasında üzərinə şəxsi axtarış aparılarkən polis əməkdaşının təklifi ilə Təqsirləndirilən şəxs şalvarının sağ arxa cibindən çıxarıb təqdim etdiyi əvvəlcədən seriyaları və nömrələri qeyd olunan 30 ədəd yüzlük ABŞ dolları pul əskinasından ibarət 3.000 ABŞ dolları pul vəsaiti aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.2.2.-ci və 182.3.2.-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, o, heç bir qanunsuz hərəkət, eləcə də oğurluq və hədə-qorxu ilə tələbetmə cinayətləri törətməmişdir. İttiham olunduğu əməllər ona qarşı şər, böhtandır. O, Zərərçəkmiş şəxs6 hədə-qorxu ilə pul tələb etməmiş, sonuncuya xərclədiyi pulu istəmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 2017-ci ilin mart ayında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 167 ünvanında yerləşən «AAAF Park» yaşayış kompleksinin 10 «b» nömrəli binasındakı özünə məxsus 4 nömrəli, 5 nömrəli və 6 nömrəli mənzilləri təmir etdirmək barədə Təqsirləndirilən şəxslə razılaşmış, bundan əvvəl 2.000 manat dəyərində təmir tikinti mallarının bir hissəsini alaraq mənzillərində saxlamış, sonuncuya təmir üçün hissə-hissə ümumilikdə 11.764 manat ödəmiş, lakin Ruslan onu aldatmaqla təmir işlərini həyata keçirməmiş, həmin məbləğdən 5.486 manat dəyərində tikinti materialları aldığını demiş, baxış vaxtı 4.900 manatlıq dikt, taxta, sement, alçipan, laminat, astar-üzlük, borular, santexnika avadanlıqları və sair tikinti materiallarının yerində olmadığını aşkar etmişdir. Sonuncudan göstərilən tikinti materiallarını geri qaytarmağı tələb etsə də nəticəsi olmamışdır. Tikinti materialları üç mənzildəki 160 kvadrat metr sahəsini əhatə edən otaqların təmirinə görə material qıtlığı olmasın deyə artıqlaması ilə alınmış, təmirlə əlaqədar o, açarları Ruslana verdiyindən sonuncunun mənzillərə sərbəst giriş-çıxış imkanı olmuşdur. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, ünvan 7 ünvanında yerləşən 51 nömrəli mənzilini təmir etdirmək barədə Təqsirləndirilən şəxslə razılaşıb bu məqsədlə 2018-ci ilin fevral-may aylarında sonuncuya təmir üçün hissə-hissə ümumilikdə 18.200 manat ödəmiş, lakin Ruslan təmiri başa çatdırmayaraq pulunu ələ keçirmiş, bundan başqa həmin ünvanda saxlanılan 700 manat dəyərində iki ədəd plastik qapı və pəncərəni, 250 manat dəyərində bir ədəd dəmir qapını, mənzilinə vurulan metlaxı isə sonradan tanış olduğu digər zərər çəkmiş şəxs X11 məxsus evindən oğurlamışdır. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi ilə Əhəd Yaqubov küçəsinin kəsişməsindəki beşmərtəbəli binanın 105 kvadrat metr sahəsi olan 21 nömrəli mənzilində təmir işləri aparmaq üçün 2018-ci il aprelin 04-də Təqsirləndirilən şəxslə müqavilə bağlayıb 26.708 manata razılaşmış və sonuncuya hissə-hissə ümumilikdə 20.000 manat pul ödəmişdir. Ruslan tərəfindən mənzildə təmir ardıcıl olaraq aparılmamış, sonuncu göstərilən ünvanda saxlanılan 200 manat dəyərində bir ədəd dəmir materialdan hazırlanan giriş qapısını, 400 manat dəyərində iki ədəd plastik pəncərəni, 150 manat dəyərində bir ədəd plastik qapını, 150 manat dəyərində tikinti material olan armaturları oğurlamaqla ona 900 manat dəyərində maddi ziyan vurmuşdur. Mənzilin açarı Ruslandan başqa heç kimdə olmamış, həmin şəxs ustaların göstərilən əşyaları tulladığını bildirsə də İlqar adlı fəhlə ona qapının Ruslanın anbara aparıb sonradan satdığını demişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, o, 2018-ci ilin yay aylarında ünvan 8 ünvanında yerləşən 23 nömrəli mənzildə təmirtikinti və quraşdırma işləri aparmaq üçün Təqsirləndirilən şəxslə görüşüb 20.000 manata razılaşmış və 2018-ci ilin iyun-avqust aylarında sonuncuya hissə-hissə ümumilikdə təmir üçün 19.075 manat ödəmişdir. Ruslanın təmiri keyfiyyətsiz materiallardan istifadə etməklə apardığını görəndə sonuncudan dərhal təmir işlərini dayandırıb aralarında hesabat etdikdən sonra ona qalan pulu qaytarmasını tələb etsə də nəticəsi olmamış, üstəlik də həmin ünvanda saxlanılan istifadə olunmuş vəziyyətdəki 150 manat dəyərində üç ədəd istilik radiatorunu, 300 manat dəyərində bir ədəd «Samsung» markalı paltaryuyanı, 300 manat dəyərində bir ədəd «İndesit» markalı soyuducunu, 100 manat dəyərində bir ədəd qaz plitəsini, 150 manat dəyərində bir ədəd yazı masasını oğurlayaraq ona 1.000 manat dəyərində maddi ziyan vurmuşdur. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, 2019-cu il iyun ayının əvvəllərində rəfiqəsi Şahid7 vasitəsi ilə tanış olduğu Təqsirləndirilən şəxs özünü Dövlət Təhlükəsizlik Xidmətinin zabiti kimi təqdim etməklə yanaşı mənzillərin təmiri ilə məşğul olan tikinti şirkətinin sahibi olduğunu bildirmişdir. 2019cu ilin avqust ayından başlayaraq Ruslanın daimi şəkildə onu təhdid etməsi, söyüşlə danışması, gün ərzində dayanmadan zənglər edib narahat etməsi, onu döyməsi səbəbindən sonuncu ilə münasibətləri korlanmağa başlamış, Ruslanla bir daha görüşməkdən çəkinsə də sonuncu mənimlə təkidlə cinsi əlaqədə olmaq istədiyini bildirib ünvanına nalayiq ifadələr işlədərək harada olduğunu soruşmuş, məcbur qalıb sonuncuya Solmazın yaşadığı evə getdiyini demiş, sonuncunun evinə çatanda artıq orada olan Ruslan ona yaxınlaşaraq avtomobilə əyləşməyi tələb etmiş, söhbət zamanı sonuncuya ayrılmaq istədiyini bildirdikdə Ruslan söyüş söyməklə bədəninin müxtəlif nahiyələrindən yumruqla vurmuş, bundan sonra avtomaşının salonundan əl bıçağını götürərək ayrıldığı, telefonlarına cavab vermədiyi, istədiyi vaxt cinsi əlaqədə olmadığı halda aralarındakı intim münasibətləri əri Şahid4 deyəcəyi ilə hədələmişdir. Həddindən çox qorxduğundan sonrakı müddətdə yenidən Ruslanla Bakı şəhərinin Yeni Günəşli qəsəbəsində yerləşən mənzildə görüşüb cinsi əlaqədə olmuşdur. 2019-cu il avqustun 29-da Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən «Holiday İnn» otelindəki işlə bağlı tədbirdən sonra saat 18-19 radələrində çıxanda Ruslan onu qarşılayıb avtomobilə əyləşməyə məcbur etmiş, avtomaşının salonunda onun boynundan tutmaqla başını salondakı dirsəkaltına vurmuş, başına və bədəninə yumruqla vuraraq döymüş, telefon zənglərinə cavab verməsə, onu bundan da betər döyəcəyi ilə hədələmiş, o, münasibətlərini ailə üzvləri bilməsin deyə sonuncunun hərəkətləri barədə polisə şikayət edə bilməmişdir. O, 2019-cu ilin noyabr ayında guya qohumu vasitəsi ilə Dövlət Təhlükəsizlik Xidmətində işləmədiyini müəyyən etməsi barədə Ruslana bildirmiş, bundan sonra sonuncu Bakı şəhərinin Yasamal Rayon Polis İdarəsində əməliyyat müvəkkili vəzifəsində çalışmasını etiraf etməklə sübut olaraq 2019-cu il noyabrın 30-da polis geyimində olan fotoşəklini «WhatsApp» proqramı vasitəsi ilə ona göndərdikdə Ruslandan daha çox qorxmağa başlamışdır. 2019-cu il dekabrın 26da sonuncu onun iş yerinə zəng edib rəhbərliyə onların intim münasibətləri barədə məlumat verdikdən sonra əmək müqaviləsinə xitam verilmiş, 2019-cu il dekabrın 29-da Ruslan anası Zərərçəkmiş şəxs7 zəng edərək ondan əl çəkməsi və barəsində rüsvayedici, utancverici məlumatları yaymaması müqabilində əvvəlcə 70.000 manat, sonra məbləği aşağı salıb 60.000 manat, daha sonra isə 58.000 manat pul tələb etməklə həmin pulu nəyin bahasına olursa olsun, alacağı ilə hədələmiş, həmin ərəfədə Ruslan artıq rüsvayedici məlumatları onun xalalarına və əmisinə demişdir. 2019-cu il dekabrın 30-da Ruslan ona aralarındakı münasibətlər barədə artıq əri Ceyhuna məlumat verdiyini bildirmiş, o, sonuncuya tora düşməsini, hədə-qorxuya məruz qalmasını etiraf etdiyi zaman Ceyhun məni qovduğundan azyaşlı övladı X8 ilə birlikdə evdən çıxıb əvvəlcə anasıgilə getmiş, sonuncu məni qəbul etmədiyi üçün məcbur olub Bakı şəhər beynəlxalq avtovağzal kompleksində yerləşən oteldə qalmışdır. 2020-ci il yanvar ayının əvvəllərində Ruslan pul tələbini yerinə yetirməsələr, rüsvayedici məlumatları qardaşı X1 ilə onu və anasını hədələmiş, sonuncu məcbur olub Ruslanın pul tələbini yerinə yetirməyə razılıq verərək 3.000 ABŞ dolları düzəltmişdir. O, anasından xəbərsiz Ruslanın hərəkətlərindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət verdiyindən keçiriləcək əməliyyat tədbirinə anası da cəlb olunmuşdur. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, övladı Aynur İmran qızı X7 Vəliyev adlı şəxs ilə intim münasibətləri olması ağlına belə gəlməmiş, 2019-cu il avqust ayının sonlarında Aynur həyəcanlı və gərgin vəziyyətdə onun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsindəki fərdi tikilidən ibarət evə gəlib ağlayaraq qeyri-rəsmi sevgi münasibəti yaşadığı Ruslan tərəfindən döyüldüyünü, sonuncunun onu tora salıb münasibətlərini əri Şahid4 deyəcəyi ilə hədələməklə məcburi görüşlərə çağırdığını, Ruslanın mütəmadi olaraq onu güdüb təhdid altında saxladığını demişdir. 2019-cu il dekabr ayının 20-dən sonra bacıları Şahid6 və Şahid5 ona Ruslanın zəng edib Aynur haqqında təhqiramiz fikirlər səsləndirməklə qızının əxlaqsızlıqla məşğul olduğunu söyləməsini danşmış, həmin il dekabr ayının sonlarında Ruslanın iş yerinə zəng edib Aynurun əxlaqsız hərəkətləri barədə məlumat verməsi səbəbindən sonuncunun işlədiyi şirkətdən əmək müqaviləsinə xitam verilməsini bilmişlər. Daha sonra Ruslan Aynurla aralarındakı münasibətlər barədə Ceyhuna xəbər vermişdir. Ruslan ona zəng edərək əvvəlcə tələb etdiyi pulu verməsə, övladı X23 Aynurun əxlaqsız həyat tərzi keçirməsini bildirəcəyi ilə hədələdikdə həddindən artıq qorxmuş, Ruslana 5.000 manat təklif etdikdə sonuncu əlavə də pul verəcəyi şərti ilə razı olmuş, Ruslan guya Aynura 50.000-70.000 manat pul xərclədiyini, həmin pulu almayınca əl çəkməyəcəyini demişdir. Aynurun Ruslan barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ərizəsi ilə müraciət etməsi ona məlum olduqda keçirilən əməliyyat tədbirində könüllü iştirak etmiş, nömrələri əvvəldən protokolda qeyd edilməklə 30 ədəd yüzlük ABŞ dolları əskinasından ibarət cəmi 3.000 ABŞ dolları pulu polis əməkdaşlarından qəbul etmiş, 2020-ci il yanvarın 06-da Ruslanla Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsində yerləşən «Daş Fırın» restoranında görüşmüş, sonuncu pulu ondan alıb restorandan çıxdıqdan sonra küçədə polis əməkdaşları tərəfindən saxlanmışdır. İş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs 2017-ci ildən tanıyır, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 məxsus mənzillərdə fəhlə kimi işləmiş, Ruslan mənzil sahiblərindən aldığı pul müqabilində lazımi həcmdə tikinti materialları almadığına, təmir üçün material çatışmadığına, zəhmət haqqı ödənilmədiyinə görə sonuncu ilə əlaqəni kəsib təmir olunan mənzilləri tərk etmişdir. Zərərçəkmiş şəxs3 mənzilində giriş qapısının, iki ədəd pəncərənin, plastik mətbəx qapısının, armaturun olmasını, Zərərçəkmiş şəxs2 evində isə pəncərə və qapının olmasını görmüş, təmir yerlərini tərk etdiyinə görə ola bilsin, həmin əşyalar ondan sonra oğurlanmışdır. İş üzrə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, o, bacısı Zərərçəkmiş şəxs7 övladı Zərərçəkmiş şəxs6 yaxşı cəhətdən tanıyır. 2019-cu il dekabrın 26-da saat 23 radələrində tanımadığı nömrədən ona zəng edib adını sonradan bildiyi Təqsirləndirilən şəxs Aynur ilə qeyri-rəsmi nikah münasibətlərində yaşadığını, aralarında sevgi-intim münasibətləri olduğunu demişdir. O, növbəti gün səhər saatlarında Sevili yığıb Ruslan barədə bildirdikdə sonuncu çox gərgin vəziyyətdə ona cavab verərək Ruslanın Aynurla sevgili olduğuna görə onu şantaj edərək külli miqdarda, yəni 70.000 manat pul tələb etdiyini, pulu verməyəcəyi halda Aynur rüsvayedici məlumatlar yaymaqla hədələdiyini söyləmişdir. Bundan sonra Ruslan onun mobil telefon nömrəsinə dayanmadan zənglər edib narahat etmiş, sonuncunun nömrəsini «qara siyahı»ya atsa da Ruslan bir dəfə də ona tanımadığı nömrədən zəng vurmuş, zəngə cavab verəndə sonuncu olduğunu bilib telefonu bağlamışdır. Bu zənglər təxminən 2020-ci il yanvar ayının əvvəllərinə kimi davam etmişdir. İş üzrə şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, 2019-cu il dekabrın 24-də əvvəllər tanımadığı Təqsirləndirilən şəxs ona zəng edərək bacısı qızı Zərərçəkmiş şəxs6 barəsində rüsvayedici məlumatlar söyləmiş, tələb etdiyi pul verilməsə, bütün nəslini biabır edəcəyi ilə hədə-qorxu gəlmiş, Ruslan onunla ünsiyyət zamanı şantaj tonunda danışmışdır. İş üzrə şahid qismində dindirilən Şahid7 ifadəsində göstərdi ki, o, rəfiqəsi Zərərçəkmiş şəxs6 ailəcanlı, işgüzar, tərbiyəli biri kimi tanıyır. 2019-cu il iyun ayının əvvəllərində o, Aynurla olarkən Elvin adlı tanışı ilə Bakı şəhərinin Yasamal rayonu ərazisindəki parkda görüşəndə sonuncunun yanında Təqsirləndirilən şəxs adlı şəxs də olmuşdur. Bir neçə gün ötmüş Ruslan Elvindən onun nömrəsini alıb zəng edərək Aynurdan xoşu gəldiyini demiş, 2019-cu il iyun ayının 15-dən sonra Ruslan, Aynur və sonuncunun övladı X8 ilə birlikdə Qusar rayonuna adını xatırlamadığı bir istirahət mərkəzinə getmişlər. Bakıya qayıtdıqdan sonra Aynur və Ruslan onun iştirakı olmadan görüşmüşlər, lakin onların əlaqələri barədə dərin məlumatı olmamışdır. 2019-cu ilin avqust ayında Aynur Ruslanın onu bezdirdiyini söylədikdə münasibətə son verməsini məsləhət görmüşdür. Həmin ərəfədə Ruslan ona mütəmadi zənglər edib narahat etdiyindən sonuncu ilə görüşüb Aynurdan uzaq durmasını və onları narahat etməməsini demişdir. 2019-cu ilin oktyabr ayında o, Ruslanla əlaqəsini kəsmiş, həmin vaxtdan Aynurla da münasibətləri soyuqlaşmaqla hazırda sonuncu ilə münasibəti yoxdur. 2019-cu ilin dekabr ayında Aynurun anası Zərərçəkmiş şəxs7 ona Ruslanın Aynurla olan münasibətlərini ailə üzvlərinə bildirib qızını rüsvay etdiyini danışmışdır. Ruslanın Aynura 50.000-70.000 manat civarında pul xərcləməsi və borca pul verməsi barədə dedikləri həqiqətə uyğun deyildir. Belə ki, Qusar rayonunda olan zaman Ruslan istirahət mərkəzinə xidmət haqqı kimi ödəmək üçün Aynurdan 400 manat pul istəmişdir. Ruslanın Aynura borc verməsinin şahidi olmamışdır. İş üzrə şahid qismində dindirilən X14 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxslə birgə nikahlarından 2015-ci il təvəllüdlü oğlan övladı dünyaya gəlmişdir. Boşanmalarına səbəb Ruslanın tüfeyli həyat tərzi keçirməsi, bəzi vaxtlarda isə yaşadıqları evə kişi cinsindən olan şəxsləri gətirməsi olmuşdur. Sonuncu evlilik üçün tanışlıq ərəfəsində ona və ailə üzvlərinə Dövlət Təhlükəsizlik Xidmətində mayor rütbəsində xidmət apardığını bildirdikdə Ruslanın valideynləri də bunu təsdiqləmişlər. 2018-ci ilin sentyabr ayında ünvan 9 ünvanında yerləşən mənzildə yaşadığı ərəfədə Ruslan işlənmiş vəziyyətdə, üzərində boya ləkələri olan üç ədəd istilik radiatoru gətirib onları Vadim adlı rusun evindən götürdüyünü deməklə bir neçə gündən sonra radiatorları naməlum yerə aparmışdır. 2018ci ilin sentyabr ayında sonuncu yaşadıqları mənzilə üç torbada əşyalar gətirmiş, torbaların birində bir ədəd «Samsung» markalı qara rəngli televizor olmuş, sonradan Ruslanın həmin televizoru Elnarə adlı şəxsin evindən icazəsiz götürdüyünü bilmişdir. İkinci torbada kosmetik vasitələr, bahalı, istifadə olunmamış ətirlər və kremlər olmuş, Ruslan mənzili tərk etdikdən sonra üçüncü torbanın içinə baxıb polis köynəyi və şalvarı olduğunu görmüşdür. 2018-ci ilin oktyabr ayında boşandıqdan sonra Ruslan cehizlərini qaytaracağına söz vermiş, cehizlərin saxlandığı Bakı şəhərinin Xətai rayonunda yerləşən anbara Ruslanla gedib baxanda orada armatur tipli dəmir parçaları, ağ rəngli hündür plastik qapı, iki pəncərə və çoxlu başqa sayda əşyalar görsə də həmin əşyaların kimə məxsus olmasını bilməmişdir. Ruslanla boşanmasına baxmayaraq sonuncu hazırki günədək min manatlarla hesablanan aliment borcunu ödəməkdən və cehizini qaytarmaqdan yayınmışdır. İş üzrə şahid qismində dindirilən Şahid10 ifadəsində göstərdi ki, o, «Xəzər İnşaat 21ci əsr MTK» şirkətində problemli kreditlər üzrə mütəxəssis vəzifəsində işləyərkən Təqsirləndirilən şəxs 2019-cu il mayın 07-də şirkətin inşa etdirdiyi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, «D» yaşayış sahəsi, «D» binasındakı sahəsi 46,2 m2 olan 5 «F» nömrəli mənzili «Azərbaycan Beynəlxalq Bankı» ilə bağlanan ipoteka müqaviləsi əsasında əldə edərək ilkin ödəniş kimi 3.285 manat banka ödəniş etməklə almış, ödənişləri Ruslan etsə də mənzil X9 adına rəsmiləşdirilmişdir. Ruslan mənzilə dair ipoteka kreditini altı ay ərzində ödəsə də növbəti aylarda ödəməkdən yayınmış, sonuncuya dəfələrlə zəng edib ödənişi gecikdirməməyi tələb etməsinə baxmayaraq Ruslan həm kredit pulunu, həm də işıq, su, qaz və digər kommunal ödənişlərini ödəməmişdir. 2020-ci il mayın 20-də Ruslan mənzili başqa bir vətəndaşa satdığından şirkət arasında olan müqaviləyə xitam verilmiş və yeni sakinlə müqavilə bağlanmışdır. Məhkəmə iclasında ilkin izahatı və ifadələri elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilərkən ittiham olunduğu əməlləri etiraf etməmiş, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 təmir üçün nəzərdə tutulan vəsaiti ona tam ödəmədiklərindən, Zərərçəkmiş şəxs4 təmirin keyfiyyətindən narazı qaldığından məcburən işləri dayandırdığını, Zərərçəkmiş şəxs5 ünvan 10 ünvanındakı mənzilində yüngül təmir işləri aparılması üçün 6.000 manat pul barədə razılaşsalar da sonuncunun ona hissə-hissə 3.000 manat pul verdiyini, pul tam ödənmədiyindən işi dayandırdığını və Elnarənin axırıncı dəfə ona 300 manat borclu qaldığına görə evindəki televizoru borcunun əvəzində verdiyini, Elnarə və sonuncunun əri Eldar adlı şəxs lazımsız olan metlaxı zibilliyə atmasını bildirdikdə anbara yığdığı göstərilən metlaxı Babək bəyəndiyinə görə sonuncunun mənzilinin dəhliz və mətbəxinin döşəməsinə vurduğunu, 2019-cu ilin iyun ayından Zərərçəkmiş şəxs6 üçün müxtəlif yerlərə 35.000 manat xərclədiyini, 2019-cu ilin sentyabr ayından başlayaraq sonuncunun hər ikisinin razılığı ilə 2.300 manat dəyərində qızıl-zinət əşyası, 730 manat dəyərində bir ədəd qızıl, 1.300 manat dəyərində qızıl dəsti, «Həzi Aslanov» metrostansiyasının yaxınlığındakı «Silver» dükanından 17 ədəd gümüş əşya, habelə geyim əşyaları aldığını, Aynur idarə etdiyi «Hyundai» markalı **-PZ-*** nömrəli avtomobillə Bakı şəhərinin Qaraçuxur qəsəbəsində yol-nəqliyyat hadisəsi törətdiyindən təmir xərclərinə 500 manat verdiyini, sonuncu həmin avtomaşınla Bakı şəhərinin Yasamal rayonu ərazisində yol hərəkəti qaydalarını pozub «VAZ-2107» markalı avtomobili vurduqda sürücüsünə təmir üçün 330 manat, Aynurun avtomaşının təmirinə isə 250 manat, sonuncunun inzibati cərimə borcları üçün 600 manat, birlikdə istirahət etdikləri restoran və otel xərclərini ödədiyini, Aynurun övladı X6 ayrı-ayrı vaxtlarda hər birinin dəyəri 70-100 manat olan 12 ədəd yumşaq oyuncaq, bir ədəd mikrofon oyuncaq, uşaq üçün gümüş əşyalar və geyim əşyaları aldığını, Aynura nağd şəkildə 18.000 manat borc pul verdiyini, 2019-cu il dekabrın 29-da sonuncu ilə aralarında olan münasibəti Aynurun əri Şahid4 demək qərarına gəlib bu məqsədlə göstərilən tarixdə sonuncu ilə görüşüb münasibətləri barədə danışaraq Aynurla mesajlaşmalarını göstərdiyini, eləcə də Ceyhuna Aynurun ondan başqa bir neçə kişi ilə də intim əlaqədə olduğunu bildirdiyini, Aynuru tapıb ona olan borcunu qaytarmasını istədikdə Ceyhunun ondan 2-3 gün vaxt istəsə də sonuncunun ona kömək etmədiyini görüb Aynurun anası ilə söhbət edərək vəziyyəti izah etmək qərarına gəldiyini, 2020-ci il yanvarın 01-də Zərərçəkmiş şəxs7 zəng edib hər şeyi danışdıqda sonuncu Aynuru əxlaqsızlıq etdiyinə görə evdən qovduğunu söyləyib ona ancaq 5.000 manat pul verə biləcəyini dedikdə razılaşdığını, 2020-ci il yanvarın 06-da Sevil ilə Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən «Daş Fırın» restoranında görüşüb 3.000 ABŞ dolları pul aldığını, kafedən çıxan zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlandığını göstərmişdir (1-ci cild, iş vərəqi 49-50, 61-64 və 323- 330; 2-ci cild, iş vərəqi 23-25 və 107-109; 5-ci cild, iş vərəqi 19-27 və 157-164; 6-cı cild, iş vərəqi 1-8, 56-60 və 252-255). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs5 ibtidai araşdırma vaxtı zərər çəkmiş şəxs qismində dindirilərkən 2018-ci il avqust ayının axırlarında ünvan 11 ünvanında yerləşən 27 saylı mənzili təmir etdirmək üçün Təqsirləndirilən şəxslə razılaşaraq sonuncuya 8.026 manat məbləğində pul verdiyini, lakin Ruslan təmiri başa çatdırmadığını, 2018-ci il dekabr ayının axırlarına kimi dəfələrlə zəng edib sonuncudan pulunu və oğurlanan əşyalarını geri qaytarmağı, təmiri başa çatdırmağı tələb etsə də nəticəsi olmadığını, 2018-ci il oktyabr ayının əvvəllərində mənzilinə baş çəkmək üçün gəldikdə dəhlizin, mətbəxin, köməkçi otaqların döşəməsinə yığılmaqla 69 m2 sahəni əhatə edən 2.000 manat dəyərində şahmatvari metlaxın yerində olmadığını aşkar etdiyini, bu barədə soruşaraq polisə müraciət edəcəyini dedikdə Ruslan metlaxı sexə apardığını, təmiri başa çatdırarkən metlaxın yenidən yüksək səviyyədə yerinə döşənəcəyini söylədiyindən sonuncuya inandığını, sonradan mənzilində çalışan ustaların ona Ruslanın oğurlanan metlaxı Zərərçəkmiş şəxs2 adlı şəxsin mənzilindəki təmir zamanı istifadə etdiyini bildirdiklərini, 2019-cu il fevral ayının əvvəllərində sonuncunun mənzilinə baxış keçirib öz mənzilindən oğurlanmış metlaxı tanıdığını, bundan əlavə Ruslanın mətbəxdəki çılçırağın aksesuarları olan 150 manat dəyərində üç ədəd şarı, bir ədəd 600 manat dəyərində qara rəngli «Samsung» markalı televizoru, 100 ml həcmli işlənməmiş vəziyyətdə 540 manat dəyərində «Sospiro», 300 manat dəyərində «Narciso Rodriguez», 200 manat dəyərində «Pako Roabbane», 300 manat dəyərində «X28» markalı ətirləri, 250 manat dəyərində 15 ədəd «Nivea», 15 ədəd «Arko» və iki ədəd «Veet» markalı kremləri, 200 manat dəyərində istifadə olunmamış vəziyyətdə olan «Philips» markalı üzqırxan maşını, həmçinin ümumi dəyəri 2.000 manat olan üç ədəd xalçanı və 6.000 manat olan 12 ədəd pərdəni oğurladığını, 2019-cu ilin əvvəllərində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət ünvanladığını eşidərkən ona məxsus xalçanı və pərdələri Müşfiq adlı ustasının vasitəsi ilə geri qaytardığını göstərmişdir (6-cı cild, iş vərəqi 108- 113). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid1 ibtidai araşdırma vaxtı şahid qismində dindirilərkən 2018-ci ilin may ayında «tap.az» saytına fəhlə işləməyi ilə əlaqədar müvafiq elan verdikdən sonra özünü «RN company» adlı şirkətin rəhbəri kimi təqdim edən Təqsirləndirilən şəxs zəng edərək onu işə götürdüyündən Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 mənzillərində təmir zamanı fəhləlik etməklə yük daşıdığını, Təqsirləndirilən şəxs birbaşa günahı ucbatından həmin mənzillərin təmirinin keyfiyyətsiz olub ev sahiblərinin istədikləri qaydada olmadığını, sonunculardan götürdüyü vəsaitin əvəzinə malları tələb olunan kəmiyyətdə və tezlikdə almadığını, mənzillərdə işləyən fəhlələrin və ustaların zəhmət haqlarını vermədiyini, Zərərçəkmiş şəxs3 məxsus giriş qapısını və armaturu sonuncunun ona bağışladığını deyən Ruslanın tapşırığı ilə «Həzi Aslanov» metrostansiyası yaxınlığındakı anbarına yerləşdirdiyini, sonradan göstərilən əşyaları icazəsiz götürdüyünü müəyyən etdiyini, Zərərçəkmiş şəxs3 evindəki mətbəx qapısını və iki pəncərəni ümumiyyətlə görmədiyini, Zərərçəkmiş şəxs5 mənzilindəki televizoru, həmçinin kisəyə doldurduğu ətirləri və kosmetikanı Ruslanın onun gözünün qarşısında apardığını, lakin evdə olan çılçırağın aksesuarına aid şarların götürməsini müşahidə etmədiyini, xalçanı və pərdəni yumaq adı ilə apararaq taleyini bilmədiyini, ev yiyələri əşyalarını tələb etdiklərindən Ruslanın sonuncuların mənzillərindən oğurluq etməsini başa düşdüyünü, tarixini xatırlamadığı gündə Ruslanın göstərişi ilə X3 evindən Müşfiq adlı fəhlənin köməyi ilə əvvəl anbara, sonra isə Zərərçəkmiş şəxs2 mənzilinə yığdığını, orada olduğu ərəfədə pəncərənin və qapıların yerində olmadığını, Ruslanın fəhlələri və ustaları ələ alıb öz xeyrinə ifadə verməyə məcbur etdiyini fikirləşdiyini göstərmişdir (3-cü cild, iş vərəqi 120-124). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid2 ibtidai araşdırma vaxtı şahid qismində dindirilərkən rəngsaz ustası olmaqla Təqsirləndirilən şəxs təxminən iki ildir tanıdığını, 2018-ci ilin dekabr ayında aralarındakı söhbət zamanı Ruslanın Zərərçəkmiş şəxs5 Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 18 ünvanında yerləşən 27 saylı mənzilində təmir işləri aparmağın lazım olduğunu və ona divar kağızı vurmağı təklif etdiyini, razılaşaraq orada təqribən bir ay təmirlə məşğul olarkən mənzildə olan bir sıra əşyaların, yəni televizorun, ətirlərin, kosmetik ləvazimatların, pərdələrin, xalçaların və çılçırağın şamlarının Ruslan tərəfindən oğurlandığının ona məlum olduğunu göstərmişdir (3-cü cild, iş vərəqi 149-152). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid4 ibtidai araşdırma vaxtı şahid qismində dindirilərkən Zərərçəkmiş şəxs6 ilə 2004-cü ildə ailə həyatı qurmaqla daxil olduğu rəsmi nikahlarından 2007-ci il təvəllüdlü Şükran adlı bir qız övladları dünyaya gəldiyini, 2019-cu il dekabrın 30-dək arvadı Aynur və azyaşlı qızı ilə birgə ünvan 12 ünvanında yaşadığını, lakin həmin tarixdə arvadının ona xəyanət etməsi barədə Təqsirləndirilən şəxs məlumat aldıqdan sonra faktiki olaraq Aynurdan ayrıldığını, onun həmin evi tərk edib Bakı şəhərinin Xətai rayonundakı «Həzi Aslanov» metrostansiyasının yaxınlığında anasıgildə yaşamağa başladığını, yekun olaraq Ruslanın böhtançı olmaqla şantaj yolu ilə hətta ondan da pul almaq istədiyinin ona aydın olduğunu, Aynurun böyük səhv etdiyini, Ruslanın onu tora saldığını, aralarındakı intim xarakterli münasibətlərdən istifadə etməklə şantaj edib ona qarşı pul tələbləri irəli sürdüyünü bildirdiyini, 2020-ci ilin yanvar və fevral aylarındakı Ruslanın yazdığı mesajlardan sonuncunun həqiqətən də məqsədli şəkildə Aynuru tora salaraq pul tələb etdiyinin aydın olduğunu göstərmişdir (4-cü cild, iş vərəqi 229-235). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid9 ibtidai araşdırma vaxtı şahid qismində dindirilərkən hazırda Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru vəzifəsində xidmət edərək Təqsirləndirilən şəxs 2018-ci ildən qonşuluqdan tanıdığını, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində eyni binada yaşadıqlarını, sonradan Ruslanın mənzilini satıb başqa yerə köçdüyünü, sonuncunun valideynlərinin Ağdam rayonundan məcburi köçkün olmaqla Sumqayıt şəhərində qaldıqlarını, 2019-cu ilin dekabr ayından Ruslanla münasibətlərinin korlandığını, görüşləri və əlaqəni kəsdiyini, buna səbəb Ruslanın ona yalan vədlər verməsi, yalançı və dələduz olmasının olduğunu, 2019-cu il noyabr ayının axırlarında Ruslanın onun qış geyim formasına məxsus polis kapitanı rütbəsində olan paltosunu və baş geyimini (papağını) geyinməsinə və qara rəngli nömrəsini xatırlamadığı «Hyundai» markalı avtomaşının salonunda mobil telefonla bir neçə şəklini çəkməsinə şərait yaratdığını, Ruslanın həmin fotoları kiməsə göndərəcəyini, özünü polis əməkdaşı kimi təqdim edəcəyindən şübhələnmədiyini, keçirdiyi həyat tərzindən dələduzluğa meyilli olmasını, kiməsə borc verməsi və ya qadına külli miqdar pul xərcləməsi barədə ona məlumat vermədiyini, maddi imkanı olsaydı belə, Ruslanın pul xərcləyən adam olmadığını göstərmişdir (6-cı cild, iş vərəqi 30-33). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid11 ibtidai araşdırma vaxtı şahid qismində dindirilərkən Zərərçəkmiş şəxs6 xalası qızı Zərərçəkmiş şəxs7 övladı olmaqla Aynuru normal, ailəcanlı biri kimi tanıdığını, Sevilgilin təhsilli və səviyyəli bir ailədən olduğunu, 2019-cu il dekabr ayının axırlarında Təqsirləndirilən şəxs adlı şəxsin ona zəng edib xalası nəvəsi sayılan Aynur ilə aralarında intim münasibətlərinin olması barədə məlumat verərək sonuncuya xərclədiyi 60-70 min manat məbləğində pulu Aynurdan alacağını dediyini, verməsə, onları hər yerdə biyabır edəcəyi ilə hədələdiyini, danışıq zamanı Ruslanın çox tərbiyəsiz və sırtıq adam olmasını hiss etdiyini, sonrakı günlərdə sonuncunun mütəmadi zənglər etməklə onu narahat etdiyini göstərmişdir (6-cı cild, iş vərəqi 76-79). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş X21 ibtidai araşdırma vaxtı şahid qismində dindirilərkən Zərərçəkmiş şəxs3 mənzilində sadalanan əşyalardan giriş qapısını və iki ədəd pəncərəni gördüyünü, həmin əşyalar istifadəyə yararsız olduğundan sonuncunun onları onun yanında Təqsirləndirilən şəxs tullamalarını dediyini, fəhlələrin göstərilən əşyaları hara apardıqlarını bilmədiyini, Zərərçəkmiş şəxs5 mənzilindəki ətir və kosmetikanın, xalçaların oğurlanması barədə məlumatsız olduğunu, sonuncu Ruslana 200 manat borcu qaldığından Elnarənin əri Eldar adlı şəxsin borc əvəzinə Ruslana televizor verdiyini, sonuncunun evdəki pərdələri Elnarənin icazə ilə yuyulmağa aparıb sonra geri gətirdiyini, Eldar adlı şəxs təmir başlamazdan əvvəl evdə olan metlaxı çıxarıb tullamalarını bildirdikdə Ruslanın həmin metlaxı atmayıb anbara yerləşdirmələrini söylədiyini, işlər paralel aparıldığı üçün Zərərçəkmiş şəxs2 həmin metlaxı bəyənməklə evinə vurmasını istədiyini, sonuncu mənzilindəki pəncərələrin, plastmasdan hazırlanan qapının yararsız olduğunu bildirdiyindən bu əşyaları onun digər fəhlələrlə birlikdə zibil yeşiklərinə tulladığını göstərmişdir (2-ci cild, iş vərəqi 96-99). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş X22 ibtidai araşdırma vaxtı şahid qismində dindirilərkən Zərərçəkmiş şəxs3 mənzilində sadalanan əşyaların təmir bitdikdə mənzildə olduğunu, Zərərçəkmiş şəxs5 mənzilindəki ətir və kosmetikanın, xalçaların oğurlanması barədə dediklərinin həqiqətə uyğun olmamaqla sonuncu Ruslana 200 manat borcu qaldığından Elnarənin əri Eldar adlı şəxsin borc əvəzinə Ruslana televizor verdiyini, sonuncunun evdəki pərdələri Elnarənin icazə ilə yuyulmağa aparıb sonra geri gətirdiyini, Eldar adlı şəxs təmir başlamazdan əvvəl evdə olan metlaxı çıxarıb tullamalarını bildirdikdə Ruslanın həmin metlaxı atmayıb anbara yerləşdirmələrini söylədiyini, işlər paralel aparıldığı üçün Zərərçəkmiş şəxs2 metlaxı bəyənib evinə vurmasını istədiyini, sonuncu mənzilindəki pəncərələrin, plastmasdan hazırlanan qapının yararsız olduğunu bildirdiyindən həmin əşyaları onun başqa fəhlələrlə bərabər zibil yeşiklərinə tulladığını göstərmişdir (2-ci cild, iş vərəqi 105-109). İş materiallarında olan «RN Company» məhdud məsuliyyətli cəmiyyətinin 2018-ci il 10 fevral tarixli 17 №-li, 2018-ci il 04 aprel, 2017-ci il 24 mart və 2018-ci il 20 iyun tarixli 13 №-li podrat müqavilələrinin kserosurətlərindən görünür ki, məhdud məsuliyyətli cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus ünvan 13 ünvanındakı 51 saylı mənzilin təmirini 18.200 manat, Zərərçəkmiş şəxs3 məxsus ünvan 5 ünvanındakı 21 saylı mənzilin təmirini 26.708 manat, Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 167 ünvanında yerləşən «AAAF Park» yaşayış kompleksinin 10 «b» nömrəli binasındakı mənzilin açarı Ruslandan başqa heç kimdə olmamış, Ruslan ustaların həmin əşyaları tulladığını desə də, İlqar adlı usta ona qapının Ruslan tərəfindən anbara aparıldığını və satıldığını demiş, ı 4 nömrəli, 5 nömrəli və 6 nömrəli mənzillərin təmirini 11.064 manat və Zərərçəkmiş şəxs4 məxsus ünvan 6 ünvanındakı 23 saylı mənzilin təmirini 12.500 manat müqabilində öz öhdəsinə götürmüşdür (2-ci cild, iş vərəqi 3-7, 92-95 və 245-254; 4-cü cild, iş vərəqi 87-91). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 20 mart və 2019-cu il 26 mart tarixli protokollardan görünür ki, ünvan 14 ünvanına baxış zamanı iki otaqda pəncərələrin olmaması müəyyən olunmuş, Bakı şəhəri, Səbail rayonu, ünvan 15 ünvanına baxış keçirilərkən Zərərçəkmiş şəxs3 göstərilən ünvanın qarşısında Təqsirləndirilən şəxs 20.000 manat məbləğində pul verdiyini bildirmiş, fotocədvəllər protokollara əlavə edilmişdir (2-ci cild, iş vərəqi 15-19 və 131-133). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2020-ci il 06 yanvar tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00-da Azərbaycan Respublikasının CM-nin 182.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 34). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2020-ci il 06 yanvar tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla keçirilən şəxsi axtarış və götürmə zamanı sonuncu əynindəki boz rəngli cins şalvarın arxa sağ yan cibindən çıxartdığı 30 ədəd yüzlük ABŞ dolları əskinasını təqdim etmiş, göstərilən vəsaitin əməliyyat xərcləri üçün verilən pul əskinasları olması təsdiq olunmuş, bir ədəd DVD diski protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 42-44). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin 2020-ci il 07 yanvar tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 182.1.-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinə kifayət qədər əsaslar olmadığından sonunucu saxlandığı müvəqqəti saxlama yerindən azad olunmuşdur (1-ci cild, iş vərəqi 65). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2020-ci il 10 yanvar tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Adamları girov götürmə və hədə-qorxu ilə tələb etmə cinayətləri ilə Mübarizə Şöbəsinin və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 2020-ci il 06 yanvar tarixli qərarları qanuni hesab edilmişdir (1-ci cild, iş vərəqi 102-103). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun 2019-cu il 16 iyul tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.2.-ci maddəsi ilə cinayət işi başlanmışdır (2-ci cild, iş vərəqi 1-2). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 20 yanvar və 2020-ci il 27 yanvar tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.2.2.-ci maddəsindən həmin Məcəllənin 177.2.2.-ci, 178.2.2.-ci və 178.2.4.-cü maddələrinə tövsif olunmuş, təqsirləndirilən şəxs qismində cəlb edilən sonuncuya göstərilən maddələrlə ittiham elan edilməsi üçün barəsində axtarış elan olunmuşdur (3-cü cild, iş vərəqi 245-246 və 248- 252). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 2020-ci il 05 fevral tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 182.2.4.-cü maddəsi ilə cinayət işi başlanmaqla icraata qəbul edilmişdir (1-ci cild, iş vərəqi 1). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin tərtib etdiyi 2020-ci il 11 fevral tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 14:30-da ünvan 16 ünvanının qarşısında saxlanaraq şöbəyə gətirilmişdir (4-cü cild, iş vərəqi 2). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2020-ci il 13 fevral tarixli qərarının kserosurətindən, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 14 fevral tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.2.-ci, 178.2.2.-ci və 178.2.4.-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsindən imtina edilməklə o, həbsdən azad edilmiş, sonuncu barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 264-270; 4-cü cild, iş vərəqi 46-47). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2020-ci il 22 aprel tarixli qərarlarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 182.2.4.-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmaqla sonuncu barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 315-316 və 331-332). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 23 sentyabr və 2019-cu il 27 sentyabr tarixli protokollardan görünür ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 mənzillərində təmir işlərini aparan şahid X22 ilə ayrı-ayrılıqda üzləşdirilərkən sonuncu onların təsdiqlədikləri ifadələri təkzib edib Təqsirləndirilən şəxs heç nə oğurlamadığını bildirmişdir (3-cü cild, iş vərəqi 130-142). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 02 oktyabr tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 şahid Təqsirləndirilən şəxslə üzləşdirilərkən birincisi ifadəsini təsdiqləmiş, sonuncu onun dediklərini təkzib etməklə Zərərçəkmiş şəxs2 hissə-hissə 18.200 manat pul alıb mənzildə bir neçə ay təmir apardığını, işin davamı üçün sonuncudan pul istəməsinə baxmayaraq Zərərçəkmiş şəxs2 müxtəlif bəhanələrlə pul vermədiyindən təmir işlərini dayandırdığını bildirmişdir (3-cü cild, iş vərəqi 167-169). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 12 fevral tarixli protokollardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 ayrı-ayrılıqda Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən sonuncu onların təsdiqlədikləri ifadələr ilə razılaşmamaqla Zərərçəkmiş şəxs5 təmir üçün hissə-hissə 3.000 manat pul aldığını, sonuncunun ona 300 manat borcunun əvəzində verdiyi televizoru götürdüyünü, Zərərçəkmiş şəxs3 aldığı 20.000 manat müqabilində evi təmir etsə də sonuncunun 7.608 manat verməməsinə görə təmir işlərini dayandırdığını, Zərərçəkmiş şəxs1la razılaşdırdıqları 14.000 manatdan 8.476 manat alaraq mənzillərini təmir etdiyini, sonuncunun təmiri davam etdirmək üçün pul verməməsi səbəbindən işləri saxladığını bildirmişdir (4-cü cild, iş vərəqi 22-32). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2020-ci il 18 aprel tarixli protokollardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 ayrı-ayrılıqda şahid Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən sonuncu onların təsdiqlədikləri ifadələri təkzib etmişdir (1-ci cild, iş vərəqi 295-307). İş materiallarındakı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin tərtib etdiyi 2020-ci il 13 iyun tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxslə üzləşdirilərkən birincisi ifadəsini təsdiqləmiş, sonuncu onunla razılaşmayaraq Zərərçəkmiş şəxs4la aralarında yaranan mübahisələrə görə təmir işlərini dayandırdığını, sonuncunun evindən heç nə oğurlamadığını, həmin əşyaları Bakı şəhəri, Xətai rayonundakı anbara yığdıqdan bir həftə sonra qaytarıb mənzilə yığdığını bildirmişdir (5-ci cild, iş vərəqi 77-79). İş materiallarındakı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin tərtib etdiyi 2020-ci il 22 iyul tarixli protokoldan görünür ki, şahid X14 Təqsirləndirilən şəxslə üzləşdirilərkən birincisi ifadəsini təsdiqləmiş, sonuncu razılaşmamaqla yaşadıqları evə heç vaxt radiator gətirmədiyini, onda ətir və kosmetika, polis geyim forması olmadığını, Babək adlı tanışının formasını geyindiyini bildirmişdir (6-cı cild, iş vərəqi 9-12). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 19 dekabr tarixli 23593 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 29/42 «d» ünvanındakı 51, Zərərçəkmiş şəxs3 məxsus ünvan 5 ünvanındakı 21 və Zərərçəkmiş şəxs5 məxsus ünvan 17 ünvanındakı 27 saylı mənzillərdə yerinə yetirilmiş müxtəlif növ təmir-tikinti və quraşdırma işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müvafiq qaydada 8.857 manat, 7.147 manat və 1.488 manat məbləğində müəyyən edilmişdir, ekspertiza tədqiqatının dəyəri 100 manatdır (3-cü cild, iş vərəqi 210-213). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 28 aprel tarixli 30089 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 167 ünvanında yerləşən «AAAF Park» yaşayış kompleksinin 10 «b» nömrəli binasındakı 4 nömrəli və 5 nömrəli mənzillərdə təmir-tikinti işlərinin tam başa çatmamış vəziyyətdə olması müəyyən edilməklə yenidənqurma və təmir-tikinti işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müvafiq qaydada 3.054 manat və 2.759 manat məbləğində müəyyən edilmiş, 6 nömrəli mənzilin qapısı bağlı olduğundan orada tədqiqat aparılmamışdır, ekspertiza tədqiqatının dəyəri 100 manatdır (5-ci cild, iş vərəqi 12-17). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 16 iyul tarixli 4/342 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən iki ədəd «PRİNCO» markalı CD diskindəki mübahisə fonoqramları olan danışıqların məzmunu yazılı mətnlərdən ibarət olmaqla montaj əlamətləri aşkar edilməmiş, mətnlərdəki «K1» kimi işarələnən diktorun səsi və nitqi Təqsirləndirilən şəxs, «Q1» kimi işarələnən diktorun səsi və nitqi Zərərçəkmiş şəxs7, «Q2» kimi işarələnən diktorun səsi və nitqi Zərərçəkmiş şəxs6 məxsusdur, ekspertiza tədqiqatının dəyəri 300 manatdır (5-ci cild, iş vərəqi 273-284). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 17 iyul tarixli 5619 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 29/42 «d» ünvanındakı 51, Zərərçəkmiş şəxs3 məxsus ünvan 5 ünvanındakı 21 saylı və Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 18 ünvanındakı 27 saylı mənzillərdə yerinə yetirilmiş müxtəlif növ təmir-tikinti və quraşdırma işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müvafiq qaydada 15.463 manat, 15.307 manat və 6.509 manat məbləğində müəyyən edilmişdir, ekspertiza tədqiqatının dəyəri 100 manatdır (5-ci cild, iş vərəqi 261-269). İş materiallarındakı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2020-ci il 29 may tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilib baxış keçirilən bir ədəd DVD diskində mp4 formatlı iki ədəd videofayl və dörd ədəd fotoşəkil olması, fotoşəkillərdə çürük taxta materialların, videofayllarda isə təmirin ümumi vəziyyətinə, habelə istifadə olunmuş tikinti materiallarına dair görüntülərin əks edilməsi müəyyənləşdirilmişdir (4-cü cild, iş vərəqi 214). İş materiallarındakı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin tərtib etdiyi 2020-ci il 31 may tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi disklərə baxış keçirilərkən üzərində «şəkil» yazılan diskdə divan-kreslo, stol-stul fotoşəkillərinin, «Elnarə1» və «Elnarə2» yazılan disklərdə təmirlə bağlı 11 saniyəlik videolar, «Elnarə3» və «Elnarə5» yazılan disklərdə təmirlə bağlı 68 saniyəlik videolar, «Elnarə4» yazılan diskdə 22 saniyəlik təmirlə bağlı video, «Könül12» və «Könül1» yazılı disklərdə söküntüyə dair 14 saniyəlik eyni görüntülər, «Könül2», «Könül4», «Könül5», «Könül7», «Könül8», «Könül9» yazılı disklərdə müvafiq qaydada 40, 15, 26, 30, 16, 27 saniyəlik təmir-söküntüyə aid, «Könül10» yazılı diskdə 05 saniyəlik, «Könül3» və «Könül6» yazılı disklərdə 32 saniyəlik eyni görüntülər, «Babək1» və «Babək2» yazılan disklərdə 02 dəqiqə 11 saniyəlik və 16 saniyəlik təmirə dair görüntülər olması müəyyənləşdirilmişdir (4-cü cild, iş vərəqi 236). İş materiallarındakı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin tərtib etdiyi 2020-ci il 01 iyun tarixli protokoldan görünür ki, Şahid4 təqdim etdiyi bir ədəd «Samsung» markalı mobil telefona və bir ədəd kompakt diskə baxış zamanı «XXXRuslan» adı ilə qeyd olunan Təqsirləndirilən şəxs «WhatsApp» proqramı ilə Şahid4 2019-cu il dekabrın 31-də saat 01:08-də 11 ədəd fotoşəkil göndərməsi, həmin şəkillərdən beşində sonuncunun övladı X4 tək, birində Təqsirləndirilən şəxslə birlikdə çəkilməsi, iki şəkildə X4 Zərərçəkmiş şəxs7 ilə birlikdə çimərlikdə, bir şəkildə sonuncunun iki qadınla masa arxasında, birində Zərərçəkmiş şəxs6 atası ilə, birində isə tək olması müəyyən edilmiş, Təqsirləndirilən şəxslə Şahid4 arasında yazılı və səsli mesajlaşmalar, ***-***-**-** nömrəsindən sonuncuya göndərilən 12 saniyəlik videoda bir otağın şam və gül ləçəkləri ilə bəzədilməklə şamlar vasitəsi ilə döşəmədə «A» hərfinin yazılması aşkarlanmış, fotoşəkillər protokola əlavə olunmuşdur (4-cü cild, iş vərəqi 238-241). İş materiallarındakı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin tərtib etdiyi 2020-ci il 05 iyun tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 təqdim etdiyi «Samsung» markalı «Note4» modelli, «Samsung» markalı «J6» modelli mobil telefonlara, iki ədəd kompakt diskə baxış zamanı 1 və 2 nömrəli disklərin içərisindəki müvafiq qaydada yeddi və üç ədəd «AMR» formatlı faylda 2020-ci il yanvarın 02-dən 2020-ci il yanvarın 05-dək və 2020-ci il iyunun 07-də Təqsirləndirilən şəxs sonuncu və Zərərçəkmiş şəxs7 ilə müxtəlif məzmunlu telefon danışıqlarının olması müəyyən edilmişdir (4-cü cild, iş vərəqi 261-275). İş materiallarındakı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin tərtib etdiyi 2020-ci il 12 iyun tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 təqdim etdiyi sığorta sənədlərinə, bir ədəd fotoşəklə, ******* nömrəli əmək kitabçasına, mesajların A4 vərəqindəki çap mətnlərinə, "xxxx" MTK-nın 2020-ci il martın 13-də tərtib etdiyi xasiyyətnaməyə və eyni tarixli 445 №-li arayışa baxış vaxtı sonuncunun 2019-cu il dekabın 30-da «WÖRWAG-PHARMA» şirkəti ilə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən xitam verilməsi, A4 vərəqindəki mesajların rüsvayedici və hədə-qorxu məzmunlu olmaqla SMS və «WhatsApp» proqramı ilə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 və X4 nömrələrinə göndərilməsi, fotoşəkildə Təqsirləndirilən şəxs polis geyimində olması, 2019-cu il oktyabrın 07-də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində «A Group» sığorta şirkətinin sığortaladığı «Hyundai» markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən 15.404 manat məbləğində ziyanın təmir emalatxanasına ödənilməsi, 2005-ci ildən Bakı şəhəri, ünvan 18 ünvanında ailəsi ilə birlikdə yaşayan Zərərçəkmiş şəxs6 müsbət xarakterizə olunması müəyyən edilmişdir (5-ci cild, iş vərəqi 44-73). İş materiallarındakı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin tərtib etdiyi 2020-ci il 06 iyul tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçinin təqdim etdiyi dörd ədəd kompakt diskə baxış keçirilərkən 1 nömrəli zərfdə – diskdəki dörd ədəd mp4 formatlı faylda Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs6 dəfələrlə zəng etdiyini iddia etməsini əks etdirən 60 saniyəlik, avtomobildə musiqi sədaları altında yumşaq ayı oyuncağının və şokolad qutusunun görüntüsü olan 23 saniyəlik, X4 avtomaşının salonunda danışan zaman çəkilən 10 saniyəlik, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 zəng edərək borcunu istədiyini bildirən 95 saniyəlik videoların, 2 nömrəli zərfdə – diskdəki 28 ədəd JPEG formatlı faylda «WhatsApp» proqramı ilə aparılan yazışmaların çəkilmiş fotoşəkillərinin olması, 3 nömrəli zərfdə – diskdəki 280 ədəd JPEG formatlı fayl olmaqla 105 faylın təkrarlanması, 4 nömrəli zərfdə – diskdəki altı ədəd JPEG formatlı faylda olan görüntülərin 2 nömrəli zərfdəki diskin görüntüləri ilə eynilik təşkil etməsi müəyyənləşdirilmiş, çıxarışlar protokola əlavə edilmişdir (5-ci cild, iş vərəqi 187-196). İş materiallarındakı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin tərtib etdiyi 2020-ci il 09 iyul tarixli protokoldan görünür ki, «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 01 iyul tarixli BKC/LGL- 7251/20 №-li məktubu ilə daxil olan kompakt diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsindəki ***-***-**-** nömrəsindən Zərərçəkmiş şəxs6 istifadəsindəki ***-***-**-** və ***-***-**-** nömrələrinə gün ərzində mütəmadi mesajlar yazaraq görüşməyi, ünsiyyət saxlamağı, zənglərə və mesajlara cavab verməsini tələb etməsi, istədiyini almadıqda təhqir və təhdid məzmunlu mesajlar yazması müəyyən edilmişdir (5-ci cild, iş vərəqi 214- 218). İş materiallarındakı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin tərtib etdiyi 2020-ci il 04 avqust tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 təqdim etdiyi bir ədəd kompakt diskə baxış keçirilərkən diskin yaddaşındakı «1-call_16-46-58_İN_» adl audio faylda Təqsirləndirilən şəxs tələb etdiyi pulun müqabilində Zərərçəkmiş şəxs7 sonuncuya təklif etdiyi 4-5 min manat pulla razılaşmayaraq xərclədiyi pulun 58.000 manat olduğunu əsas gətirib məbləğin artırılmasını istəməsi, Zərərçəkmiş şəxs7 maddi imkanı olmadığını bildirəndə Təqsirləndirilən şəxs 30.000 manata razı olduğunu deməsi, Zərərçəkmiş şəxs7 israr etdikdə Təqsirləndirilən şəxs növbəti gün görüşməyə razılaşması müəyyən olunmuşdur (6-cı cild, iş vərəqi 55). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X31 İdarəsinin 2020-ci il 15 yanvar tarixli 016-4658-1220 №-li və 2020-ci il 20 iyul tarixli 016- 62504-1220 №-li məktublarının kserosurətlərindən görünür ki, Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına əsasən Təqsirləndirilən şəxs 2012-ci il iyunun 08-də AB seriyalı 746856 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilməklə sonuncu sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur, adına nəqliyyat vasitəsi qeydiyyatdan keçmir (3-cü cild, iş vərəqi 230; 5-ci cild, iş vərəqi 225-253). İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 2020-ci il 31 yanvar tarixli **********70 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Bakı şəhəri üzrə qeydiyyata alınan əmlak aşkar edilməmişdir (4-cü cild, iş vərəqi 1). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2020-ci il 09 aprel tarixli 2711 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs orada müalicə almamışdır (1-ci cild, iş vərəqi 256). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2020-ci il aprelin 09-da və 2020-ci il iyunun 04-də tərtib etdiyi tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1ci cild, iş vərəqi 257; 4-cü cild, iş vərəqi 242-243). İş materiallarındakı Bakı şəhəri MKTİB-nin 3 saylı MKS-inin tərtib etdiyi 2020-ci il 13 may tarixli 304 №-li və 303 №-li arayışlardan, eyni tarixli 302 №-li xasiyyətnamədən görünür ki, Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 6/6, mənzil 6 ünvanında Ağdam rayonundan məcburi köçkün olan ailəsi ilə birlikdə yaşayan Təqsirləndirilən şəxs barəsində sahəyə heç bir şikayət daxil olmamışdır (5-ci cild, iş vərəqi 119-121). İş materiallarında olan 2020-ci il 03 avqust tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs6 özünə və anası Zərərçəkmiş şəxs7 məxsus iki ədəd «Samsung» markalı mobil telefonu istifadəyə yararlı vəziyyətdə təhvil almışdır (6-cı cild, iş vərəqi 54). İş materiallarında olan Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 2020-ci il 20 avqust tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında, habelə 2020-ci il 23 sentyabr tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında və 2020-ci il 05 oktyabr tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.2.2.-ci və 182.3.2.-ci maddələrinə tövsif edilməklə yenidən ittiham elan edilmiş, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 əmlakının Təqsirləndirilən şəxs tərəfindən aldatma və etibardan suiistifadə yolu ilə ələ keçirilməsi xüsusiyyətləri üzrə Azərbaycan Respublikasının CM-nin 178.2.2.ci və 178.2.4.-cü maddələri ilə, sonuncunun «RN Company» təmir-tikinti şirkətinin fəaliyyəti ilə bağlı vergiləri və məcburi dövlət sosial sığorta haqlarını ödəməməsi və X10 məxsus 15.000 manat dəyərində cehiz əmlakını oğurlaması xüsusiyyətləri üzrə ayrıca icraata cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 134cü, 149-cu, 151-ci, 177.2.1.-ci, 177.2.3.-cü, 179-cu və 310-cu maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs5 mənzilindən Təqsirləndirilən şəxs tərəfindən oğurlanmaqla Zərərçəkmiş şəxs2 mənzilinə döşənmiş cinayətin predmeti olan metlaxın maddi sübut sayılaraq sonuncunun mənzilində saxlanılması nəzərə alınmış, telefon danışıqları ilə əlaqədar Təqsirləndirilən şəxs səs fonoqramları olan üç ədəd CD diski, Baş Polis İdarəsinin X17 əldə edilən inzibati cəriməyə və sonuncuya məxsus olmuş nəqliyyat vasitələrinin alqı-satqısına dair sənədlər, «A Group» sığorta şirkətinin sığorta sənədləri və «Bakcell» məhdud məsuliyyətli cəmiyyətindən əldə edilən bir ədəd kompakt disk sübut kimi qiymətləndirilmişdir (6-cı cild, iş vərəqi 117-176 və 246-249; 7-ci cild, iş vərəqi 57-58). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2020-ci il 23 sentyabr tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.2.-ci və 182.3.2.-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2020-ci il sentyabrın 23-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (7-ci cild, iş vərəqi 10-17). Məhkəməyə təqdim olunan Bakı Baş Səhiyyə İdarəsinin Bakı Şəhər X29 Stansiyasının 2020-ci il 29 yanvar tarixli 60 №-li məktubunun kserosurətindən görünür ki, 2020-ci il yanvarın 12-də saat 01:34-də Təqsirləndirilən şəxs «Bədənin bir neçə nahiyəsini əhatə edən bərk əzilmələr» diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2020-ci il 07 fevral tarixli qərarının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs ona qarşı işgəncə verilərək amansız rəftar edilməsinə dair 2020-ci il 10 yanvar tarixli cinayət haqqında ərizəsinin Bakı şəhərinin Nərimanov Rayon Prokurorluğunda qəbul edilib araşdırma aparılmasına və onun hüquqlarının kobud şəkildə pozulmasına yol vermiş, ona işgəncə verən amansız rəftar etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının məsuliyyətə cəlb edilməsinə dair məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbulundan imtina edilmişdir. Məhkəməyə təqdim olunan 2021-ci il 15 fevral tarixli iddia ərizələrindən görünür ki, Zərərçəkmiş şəxs1 oğurlanan əmlakına görə 5.697 manat, xəstəliyi ilə bağlı çəkdiyi xərclərə görə 1.600 manat, görülməmiş işlərə görə 2.687 manat maddi, 10.000 manat mənəvi zərər və 30 manat dövlət rüsumu nəzərə alınmaqla 20.014 manat, Zərərçəkmiş şəxs3 oğurlanan əmlakına görə 900 manat, xəstəliyi ilə bağlı çəkdiyi xərclərə görə 800 manat olmaqla 1.700 manat maddi, 10.000 manat mənəvi zərər və 30 manat dövlət rüsumu nəzərə alınmaqla 11.730 manat onların xeyrinə Təqsirləndirilən şəxs tutulmasını xahiş etmişlər. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin 2021-ci il 16 oktyabr tarixli 20-04-1207 №-li məktubunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs «Nevrasteniya. Onurğanın skoliozu İ dərəcə» diaqnozu ilə nevrologiya şöbəsində müalicəyə cəlb olunmuş, səhhətində yaxşılaşma əldə edilərək nisbi kafi vəziyyətdə 2021-ci il avqustun 17-də saxlandığı Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2.-ci və 182.3.2.-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, hərəkətlərində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikasının CM-nin 177.2.2.-ci və 182.3.2.-ci maddələri ilə düzgün tövsif etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü təqsirli bilməməsinə, yəni heç bir qanunsuz əməl, o cümlədən oğurluq və hədə-qorxu ilə tələbetmə cinayətləri törətməməsi, ittiham olunduğu əməllərin ona qarşı şər, böhtan olması, Zərərçəkmiş şəxs6 hədə-qorxu ilə pul tələb etməməklə sonuncuya xərclədiyi pulu istəməsi barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə iş üzrə şahidlər X15 və X12 məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş ifadələrinə qiymət verməklə hesab edir ki, bunlar həmin şəxslərin öz maraqlarına əsaslanaraq Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasına nail olmalarına çalışmalarından irəli gələn dəlillərindən ibarətdir. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. Məhkəmə zərər çəkmiş şəxslərin ifadələrindəki, sübutlardakı və sairdakı dəymiş zərərin miqdarında, oğurlanmış əmlakın sayında və dəyərində olan bəzi uyğunsuzluqların mövcud olmasını texniki və arifmetik səhvlər kimi qiymətləndirməklə istintaqın gəldiyi nəticələri əsas tutur. Belə ki, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, habelə iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs ilk məhkumluğunu, yaşadığı yer üzrə barəsində şikayət daxil olmadığını, ailə vəziyyətini, məcburi köçkün ailəsindən olduğunu cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3.-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə eyni vaxtda hesab edir ki, iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 mülki iddiaları qismən təmin edilməklə Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs1 xeyrinə 4.900 manatı maddi və 1.000 manatı mənəvi ziyana, ödənilmiş 30 manat dövlət rüsumuna görə 5.930 manat, Zərərçəkmiş şəxs3 xeyrinə 900 manatı maddi və 1.000 manatı mənəvi ziyana, ödənilmiş 30 manat dövlət rüsumuna görə 1.930 manat tutulmalı, sonunculara mülki iddialarının qalan hissəsində Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 180-ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilməlidir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 950 manat, Zərərçəkmiş şəxs4 1.000 manat və Zərərçəkmiş şəxs5 4.115 manat məbləğində dəymiş maddi ziyan ilə əlaqədar məsələni müzakirə edərək hesab edir ki, onlar cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək dəymiş ziyanla bağlı mülki iddia vermədiklərindən həmin şəxslərə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180.2.-ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 2020-ci il yanvarın 06-dan 2020-ci il yanvarın 07-dək və 2020-ci il fevralın 11-dən 2020-ci il fevralın 13-dək tutulduğu 03 (üç) gün Azərbaycan Respublikasının CPM-nin 158.2.1.-ci maddəsinin tələblərinə müvafiq olaraq təyin ediləcək cəzadan çıxılmalıdır. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və mülki iddia yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədıyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilən həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınan CD disklərinin və sübut hesab edilmiş sənədlərin cinayət işinin materiallarına əlavə olunması, maddi sübut hesab edilmiş metlaxın Zərərçəkmiş şəxs2 mənzilində saxlanılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri – 600 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən 30 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 180 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2020-ci il sentyabrın 23-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2.-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikasının CM-nin 182.3.2.-ci maddəsi ilə təqsirli bilinib 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 12 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, onun 2020-ci il yanvarın 06-dan 2020-ci il yanvarın 07-dək və 2020-ci il fevralın 11-dən 2020-ci il fevralın 13-dək tutulduğu 03 (üç) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza kimi 12 (on iki) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2020-ci il sentyabrın 23-dən hesablansın. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 mülki iddiaları qismən təmin edilməklə Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs1 xeyrinə 4.900 manatı maddi və 1.000 manatı mənəvi ziyana, ödənilmiş 30 manat dövlət rüsumuna görə 5.930 manat, Zərərçəkmiş şəxs3 xeyrinə 900 manatı maddi və 1.000 manatı mənəvi ziyana, ödənilmiş 30 manat dövlət rüsumuna görə 1.930 manat tutulsun, sonunculara mülki iddialarının qalan hissəsində mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilsin. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 950 manat, Zərərçəkmiş şəxs4 1.000 manat və Zərərçəkmiş şəxs5 4.115 manat məbləğində dəymiş maddi ziyan ilə əlaqədar həmin şəxslərə mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 180 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış CD disklərinin və sübut hesab edilmiş sənədlərin cinayət işinin materiallarına əlavə olunması, maddi sübut hesab edilmiş metlaxın Zərərçəkmiş şəxs2 mənzilində saxlanılması alınsın. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri – 600 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-471/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-471/2021
10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver