Məhkəmə qərarları › İş №1(101)-471/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-471/2022

19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-471/2022 19.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 127.2.2, 133.2.6-cı maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs işgəncə verməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə, güclü fiziki ağrı verərək əzab vermiş, xüsusi amansızlıqla zərərçəkənə ağır iztirablar verməklə Cinayət Məcəlləsinin 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan, sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş, qəsdən sağlamlığına az agır zərər vurmuş, xüsusi amansızlıqla insan həyatıüçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 2021-ci ilin iyun ayının əvvəllərindən 09 avqust 2021 tarixədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanının həyətyanı sahəsində qeyri-rəsmi nikah münasibətində olduğu Zərərçəkmiş şəxs qısqanclıq səbəbindən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisələr zamanı yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq mütəmadi olaraq döyməklə Zərərçəkmiş şəxs 2021-ci ilin iyun ayının əvvəllərində sağda İİ, İİİ, İV, solda Vİİİ, İX, X, Xİİ qabırğaların köhnə bitişmiş sınıqları ilə müşayiət edilən Azərbaycan Respublikası CM-in 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş bədən xəsarətləri yetirərək qəsdən sağlamlığına az ağır zərər vurmuş, təkrarən 2021ci ilin iyun ayının sonlarında daha əvvəl aldığı xəsarətlərin yerlərinin sağalmadığını bildirməsinə, döyməməsi ilə bağlı yalvarmasına məhəl qoymayıb müstəsna qəddarlıq nümayiş etdirməklə xüsusi amansızlıqla zərərçəkənə ağır iztirablar verməklə baş beyində ensefalomalyasiya (köhnə əzilmə sahələri) kimi bədən xəsarətləri yetirib Cinayət Məcəlləsinin 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan sağlamığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az agır zərər vurmuş, 2021-ci ilin iyul ayının sonlarında kürək və bel nahiyələrinin sıyrıqları kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, 2021-ci ilin avqust ayının əvvəllərində sol təpə nahiyəsinin əzilmiş yarası, sağ budun qançırları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, həmçinin 2021ci ilin avqust ayının əvvəllərində hər iki göz yuvası ətrafı və sağ baldır nahiyələrinin qançırları kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan xəsarətlər yetirərək işgəncə verməklə mütəmadi olaraq döyməklə, güclü fiziki ağrı verərək əzab vermiş, sonuncu dəfə 09 avqust 2021-ci il tarixdə əvvəlki döyülmələri nəticəsində aldığı xəsarətlərin sağalmadığını bildirməsinə, ağrılara dözə bilməməsi, dönə-dönə aman diləyərək daha vurmamağını yalvarmasına məhəl qoymayıb həmin hərəkətləri ilə işgəncə verdiyini dərk etdiyi halda müstəsna dərəcədə qəddarlıq nümayiş etdirməklə xüsusi amansızlıqla ağır iztirablar verməklə baş beyin əzilməsi, yumşaq qişalarına qansızmalar, hər iki ağciyərin əzilməsi, sağda Vİİİ, İV, solda İİ, İİİ İV, V, X qabırğaların, İ, İİ bel fəqərələrin köndələn çıxıntılarının yerdəyişən, qapalı sınıqları ilə müşayiət edilən bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 127.2.1, 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni yalnız 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, həbs olunmamışdan öncə tikintidə usta işləmişdir. Zərərçəkmiş şəxs yaşadığı məhəllədən tanımışdır. Minəxanımın ailə üzvləri ondan imtina etdikləri üçün tək yaşayırdı və ona rəhmi gəldiyi üçün Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Çiləgir» yaşayış massivində kirayə ev tutaraq orada onunla birlikdə qeyri-rəsmi münasibətdə yaşamağa başlamışdır. Hər ay 150 (bir yüz əlli) manat kirayə haqqı ödəmişdir. Minəxanım tufeyli həyat tərzi keçirdiyindən günlərlə evə gəlmirmiş. Sonuncu dəfə isə ümumiyyətlə evə gəlməmiş, o da öz ailəsinin yanına qayıdıb onlarla birlikdə yaşamağa başlamışdar. Bir müddətdən sonra yenidən Minəxanımla qarşılaşmış, Minəxanım uzun müddətdir ruhi-əsəb dispanserində qaldığını bilidrmişdir. Minəxanıma rəhmi gəldiyi üçün özü ilə yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, R.Salmanov küçəsi, ev 222 ünvanına aparıb on üç gün müddətində həyətdəki yarımtikilidə saxlamış, həmin müddətdə yarımtikilinin qapısını qıfıllamamışdır. Minəxanım ruhi-əsəb pozuntusundan əziyyət çəkdiyi üçün etdiyi hərəkətlərin mənasını tam anlamır, onun, ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədir, söyüş söyürmüş. Buna görə də aralarında mübahisə olurdu, lakin onu cəmi bir dəfə yumruq və təpiklə vurmuş, ona qarşı başqa hər hansı bir zorakılıq əməli törətməmişdir. Hətta Minəxanım özü ona doğma qardaşı tərəfindən döyüldüyünü bildirmişdir. İbtidai istintaq zamanı hadisəni olduğu kimi danışmış, müstəntiq ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham olunacağını demiş, lakin istintaq təcridxanasında olduğu vaxt bir neçə maddə ilə təqsirləndirildiyini öyrənmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanına verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyətlər olduğu üçün onun ibtidai araşdırma orqanına verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, Azəbraycan Respublikası CM-in 126.2.3, 127.2.2 və 133.2.6-cı maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən bir il əvvəl yaşadığı məhəllədə kirayədə yaşadığından onunla tanış olmuşdur. Minəxanım tək yaşadığından və buna görə də, ona rəhmi gəldiyindən onunla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Çiləgir» yaşayış massivində kirayə ev tutaraq qeyri-rəsmi yaşamağa başlamışdır. Minəxanım tüfeyli həyat tərzi keçirdiyindən bir neçə gün evə gəlməmiş və bir müddətdən sonra yenidən həmin evə gələrək onunla yaşamışdır. Minəxanımla dörd-beş ay «Çiləgir» massivində kirayədə yaşadıqdan sonra Sabunçu rayonu, Maştağa qəsəbəsi, R.Salmanov küçəsi, ev 222 ünvanında yerləşən ailəsinin yaşadığı evə gələrək orada yaşamış, Minəxanım isə arabir yaşadığı evə gələrək evin həyətyanı sahəsində yerləşən yarımtikilidə qalmışdır. Sonuncu dəfə 27 iyul 2021-ci il tarixdə, saat 18 radələrində yaşadığı evdə tək olarkən Minəxanım evə gələrək onunla qalmaq istədiyini bildirmiş, o da etiraz etməyərək Minəxanımı evə dəvət etmişdir. Həmin gün Minəxanımla söhbət zamanı onu təhqir etdiyi üçün Minəxanımı yaşadığı evin həyətyanı sahəsində başından, üzündən və bədəninin müxtəlif nahiyələrindən yumruq və təpiklə zərbələr endirərək döymüşdür. Minəxanımı döydükdən sonra Minəxanımı kimsənin görməməsi üçün həyətyanı sahədə yerləşən yarımtikilidə saxlamışdır. Minəxanımı orada saxlayarkən Minəxanıma gündəlik olaraq yemək, su və digər ərzaq məhsulları vermişdir. 09 avqust 2021-ci il tarixdə polis əməkdaşları gələrək Minəxanımın qaldığı yeri aşkar etmiş və onları polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən sonra ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs onu təhqir etdiyi üçün onu döymüş və sonradan rəhmi gəldiyindən yarımtikilidə saxlayaraq ona qulluq etmişdir. Minəxanımı 27 iyul 2021-ci il tarixdə döymüş və yarımtikilidə saxlanıldığı on üç gün ərzində ona heç bir xəsarət yetirməmişdir. Onu yarımtikilidə saxlayarkən əl və ayaqlarını bağlamamış, gəzmək istəyərkən yarımtikilidən çıxararaq həyətdə gəzdirmişdir. Yarımtikilinin qapısı olmadığından Minəxanım istənilən vaxt otaqdan çıxıb gəzə bilərdi. Anası və atası yataq xəstəsi olduğundan gəzməkdə çətinlik çəkir və günün çox hisəssini yataq otağında keçirmişlər. Ona görə də, ailə üzvlərinin həmin hadisədən xəbərləri olmamışdır. Hadisə baş verən vaxt qardaşı Şahid1 işi ilə əlaqədar olaraq evdə olmamış, həmin gün qardaşı anasına dərman vermək üçün evə gəlmiş, lakin evə gəldikdə yarımtikilinin içərisinə baxmamışdır. O, narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməmişdir (iş vərəqi 135-137). Təqsirləndirilən şəxs elan olunan ifadə ilə məhkəmədə verdiyi ifadə arasındakı fərqi həmin ifadəsinin tamamilə yanlış tərtib olunmasını, oxumadan imzalaması ilə əsaslandırmış və məhkəmədə verdiyi ifadənin doğru olduğunu bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə həm elan olunan, həm də verdiyi ifadələrini dinləyib, zərərçəkmiş şəxsi, şahidi dindirərək, habelə iş üzrə digər sübutları araşdıraraq hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 127.2.2, 133.2.6-cı maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla təxminən bir il altı ay əvvəl yaşadığı məhəllədə tanış olmuş, sonradan onunla birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Çiləgir» massivində kirayə tutduqları evdə qeyri-rəsmi yaşamağa başlamışdır. Murad təxminən dörd-beş ay onunla birlikdə kirayədə yaşamış, 2021-ci ilin may ayının sonlarından etibarən Sabunçu rayonu, Maştağa qəsəbəsi, R.Salmanov küçəsi, ev 222 ünvanında yerləşən ailəsinin yaşadığı evə qayıdıb, orada yaşamağa başlamışdır. Daimi olaraq yaşadığı yer olmadığından arabir Muradın yaşadığı evə gedərək evin həyətyanı sahəsində yerləşən yarımtikilidə qalırdı. Murad həddindən artıq qısqanc olduğu üçün onu bir neçə dəfə döyərək ona xəsarət yetirmişdir. Murad onu öz ailəsinə belə qısqanırmış. Muradın ailəsi ilə aralarında soyuq münasibət vardı. 2021-ci ilin iyun ayının əvvəllərindən Murad yaşadığı evin həyətyanı sahəsində olduğu müddətdə onu döyüb başına, bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə vuraraq ona xəsarətlər yetirmişdir. Murada onu döyməməsi üçün yalvarsa da, o, buna məhəl qoymamışdır. Sonuncu dəfə 27 iyul 2021-ci il tarixdə, saat 18 radələrində Muradın yaşadığı evə gedərək onunla qalmaq istədiyini bildirmiş, Murad da etiraz etməyərək onu evə dəvət etmişdir. Həmin gün Muradla söhbət zamanı Murad onun başının, bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr endirərək onu döymüş, sonra isə həyətyanı sahədə yerləşən yarımtikilidə saxlamışdır. Bundan sonra da Murad onu dəfələrlə döymüşdür. Murad onu döysə də, əl-ayağını bağlamamışdır. Arabir yarımtikilidən çıxıb həyətdə gəzirmiş. Orada qaldığı müddətdə Murad onu içki və qida ilə təmin etmiş, həmçinin gündəlik tələbatlarını təmin etməkdə ona köməklik göstərmişdir. Oradan getməsi üçün şərait olmuş, yəni, Murad evdə olmayanda gedə bilərdi, lakin Muraddan qorxduğu üçün getməmişdir. Murad onun əri olduğu üçün ona qarşı çıxa bilmirdi, həm də onların yaşadığı qəsəbədə qadının ərindən ayrılması xoş qarşılanmırdı. Murada onu döyməməsi üçün dəfələrlə yalvarsa da, ona məhəl qoymamış, ağır iztirablar verərək döymüş və nəticədə onun qabırğaları sınmışdır. 09 avqust 2021-ci il tarixdə Murad onu növbəti dəfə döyəndə ona əvvəlki döyülmələri nəticəsində aldığı xəsarətlərin sağalmadığını bildirməyinə, ağrılara dözə bilməməyi barədə yalvarmağına məhəl qoymayaraq onu döyməyə davam etmiş, sonra polis əməkdaşları gələrək qaldığı yeri aşkar edib, polis bölməsinə aparmışlar. Murad onu sonuncu dəfə döyəndə barmaqlarını, qabırğalarını sındırmış, başına vurması nəticəsində qoyulmuş üç tikiş hələ də açılmamışdır. Ona Təqsirləndirilən şəxs başqa heç kim xəsarət yetirməmişdir Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi var. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun uşaqlıq dostudur. Muradla Zərərçəkmiş şəxs qeyri-rəsmi münasibəti olduqları barədə məlumatı olmasa da, sonuncunun Muradın yaşadığı evdə qaldığını bilirdi, lakin hadisədən öncə onların yanına getməmişdir və buna görə də, hansı şəraitdə yaşadıqları barədə məlumatı yox idi. Muradın Minəxanamı yanında nə məqsədlə saxladığını bilməsə də, arvadı olmadığını dəqiq bilirdi. 09 avqust 2021-ci il tarixdə, axşam saatlarında Muradla görüşmək üçün onun yaşadığı evə gedəndə polis əməkdaşlarının və təcili tibbi yardım maşının evin qarşısında, Minəxanımın isə yerdə çılpaq vəziyyətdə olduğunu görmüşdür. Minəxanıma tam nəzər yetirməsə də, üzündə yara izləri olduğunu görmüşdür. Polis əməkdaşları onu sorğu-sual etmək üçün bölməyə aparmışlar. Bölmədə Muradın qeyri-rəsmi yaşadığı Minəxanımı döyərək yaşadığı evin həyətyanı sahəsində yerləşən yarımtikilidə saxladığını demişlər. Muradla uşaqlıq dostu olsa da, usta işlədiyi üçün adətən evə yorğun gəldiyindən nadir hallarda görüşmüşlər və onun həyatında nələrin baş verdiyi, bundan əvvəl də Minəxanımla aralarında dava-dalaş olub-olmaması barədə məlumatı olmamışdır. Məhkəmədə Şahid1 ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Təqsirləndirilən şəxs Minəxanım adlı qadınla qeyri-rəsmi münasibəti olduğunu bilmişdir. Təxminən iyirmi gün olar ki, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində fəhlə işləmiş və evdə nə baş verdiyindən xəbəri olmamışdır. 09 avqust 2021-ci il tarixdə, saat 17 radələrində anası Səyad ona zəng vuraraq xəstələndiyi üçün dərman lazım olduğunu bildirmişdir. O, razılaşaraq evə gəlmiş və dərmanları alaraq anasına vermişdir. Evdə olan zaman polis əməkdaşlarının gəldiyini görmüş və polis əməkdaşları yaşadıqları evin həyətyanı sahəsində yerləşən yarımtikiliyə baxış keçirərkən əvvəllər tanıdığı Minəxanım adlı qadının orada olduğu aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gəlmişlər. Bölmədə olan zaman Muradın Minəxanım adlı qadını döyərək yaşadıqları evin həyətanı sahəsində yerləşən yarımtikilidə saxladığını öyrənmişdir. Onun əvvəllər bundan xəbəri olmamışdır (iş vərəqi 99-101). Bundan başqa, iş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsinin 09.08.2021-ci il tarixli raportundan görünür ki, həmin gün saat 13:13 radələrində DİN-in 102 xidmətindən daxil olmuş ********* nömrəli məlumatda Maştağa qəsəbəsi, R.Salmanov, ev 222 ünvanda yaşayan Gülşən Abbasova telefon vasitəsilə qonşusu Zərərçəkmiş şəxs qeyri-rəsmi münasibətdə yaşadığı şəxs tərəfindən döyülməsi barədə məlumat verilmişdir (iş vərəqi 04). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsinin 09.08.2021-ci il tarixli protokolundan görünür ki, ibtidai araşdırma zamanı hadisə yerinə, yəni Sabunçu rayonu, Maştağa qəsəbəsi, R.Salmanov küçəsi, ev 222 ünvanda yerləşən bağ evinə keçirilmiş baxış zamanı Zərərçəkmiş şəxs həyətdəki yardımçı tikilidə köməksiz vəziyyətdə aşkar olunmuşdur; fotocədvəllər protokola əlavə edilmişdir (iş vərəqi 07). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 10.08.2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin gün Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 21). İş materiallarındakı 11.08.2021-ci il tarixli ərizə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi İstintaq Şöbəsinin həmin tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək törətdiyi cinayət əməlindən utanc hissi duyduğundan Zərərçəkmiş şəxs ilə arasında üzləşmə istintaq hərəkətinin keçirilməsindən imtina etmişdir (iş vərəqi 62-63). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X9 Sabunçu Rayon Şöbəsinin 1249 nömrəli 10.08.2021-ci il tarixli ekspert rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs baş beyin əzilməsi, yumşaq qişalarına qansızmalar və ensefalomalyasiya (köhnəəzilmə sahələri), hər iki ağciyərin əzilməsi, sağda İİ, İİİ,İV, solda Vİİİ, İX, X, Xİİ qabırğaların köhnə bitişmiş sınıqları, sağda Vİİİ, İV, solda İİ, İİİ İV, V, X qabırğaların, İ, İİ bel fəqərələrin köndələn çıxıntılarının yerdəyişən, qapalı sınıqları, sol təpə nahiyəsinin əzilmiş yarası, hər iki göz yuvası ətrafı, sağ bud, sağ baldır nahiyələrinin qançırları, kürək və bel nahiyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir. Xəsarətlərdən baş beyin əzilməsi, yumşaq qişalarına qansızmalar, hər iki ağciyərin əzilməsi, sağda Vİİİ, İV, solda İİ, İİİ, İV, V, X qabırğaların, İİ bel fəqərələrinin köndələn çıxıntılarının yerdəyişən qapalı sınıqları Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasından (10.08.2021-ci il) bir günə qədər əvvələ uyğun gəlir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, baş beyində ensefalomalyasiya (köhnəəzimə sahələri) bir ay, ay yarım, sağda İİ, İİİ, İV, solda Vİİİ, İX, X, Xİİ qabırğaların köhnə bitişmiş sınıqları ekspertizadan bir-iki ay əvvələ uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, sol təpə nahiyəsinin əzilmiş yarası və sağ budun qançırları ekspertizadan yeddi-doqquz gün əvvələ uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Hər iki göz yuvası ətrafı və sağ baldır nahiyələrinin qançırları ekspertizadan dörd-altı gün əvvələ, kürək və bel nahiyələrinin sıyrıqları on-on iki gün əvvələ uyğun gəlir, sağlamalığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcləri təyin edilmir (iş vərəqi 64-66). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 12.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilmişdir (iş vərəqi 67-68). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 12.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur (iş vərəqi 71-72). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-579/2021 nömrəli 12.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 10 avqust 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir (iş vərəqi 96-98). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 28.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon XƏTT X4 Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına 08.09.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən xitam veilmişdir. Bunula da, müəyyən olunur ki, Murad Abbasov əvvəllər məhkum olunmamışdır (iş vərəqi 105-106). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 X7 ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 12.11.2021-ci il tarixli 2664 nömrəlirəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız tip şəxsiyyət pozuntusu aşkar edilir. Emosional davamsız tip şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründəöz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ifadə verməyi və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır, buna görə də, ona ittiham olunan əmələ görə anlaqlı hesab olunmalıdır. Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur, əqli-intellektual imkanları normaya uyğundur və bu imkanlarına görə hadisə zamanıöz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hövsələsizilik, qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik, emosional dayanaqsızhq, kobudluq, impulsivlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman fizioloji affekt halında, şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamış, emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur (iş vərəqi 108-110) İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 02.12.2021-ci il tarixli qərarından görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.3, 127.2.2, 133.2.6-cı maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham yenidən elan olunmuşdur (iş vərəqi 123-125). Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X1 məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqları onun tərəfindən 45 (qırx beş) saat müddətində müdafiə olunmuşdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 127.2.2 və 133.2.6-cı maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, əməllərində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin sözügedən maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrlə qismən, yəni Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilməsinə, zərərçəkmiş şəxs onun və ailəsinin ünvanına təhqiramiz ifadələr işlətdiyinə görə yalnız bir dəfə döyüb, ona xəsarət yetirməsinə dair verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadə verməsi kimi qiymətləndirir. Beləliklə, təqsirləndirilən şəxs Murad Abasoun ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış özünün qismən etirafedici, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, hadisə yerinə baxış istintaq hərəkətinin protokolu, ekspertiza rəyləri, və iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən, habelə ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 15.4 və 56.1.2-ci maddələrini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi ziyan, mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin(qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə uyğun olaraq, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 nömrəli qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 06 (altı) manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.12.2021-ci il tarixli 15 nömrəli Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.03.2006-cı il tarixli 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.12.2021-ci il tarixli 15 nömrəli Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 10 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 127.2.2, 133.2.6-cı maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin və həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 10 avqust 2021-ci il tarixdən hesablansın. İş üzrə Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülsün. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar