Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-471/2023 20.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X12, müdafiəçi: ”VERDİKTUM” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, M.Ə.Sabir küçəsi, döngə 2, mənzil 4-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq, 01 ədəd bükümdə təmiz çəkisi 2,586 qram narkotik vasitə olan külli miqdarda heroini əldə edib üzərində saxlayaraq daşımış və 13 sentyabr 2022-ci il tarixdə saat 16.15-də Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən nömrəsiz evin qarşısında özünü şübhəli apardığına görə Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq şöbənin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofona bükülmüş içərisində tünd qəhvəyi rəngli təmiz çəkisi 2,586 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, M.Ə.Sabir küçəsi, döngə 2, mənzil 4-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, subaydır, fərdi əməklə məşğul olur. O, əvvəllər heç vaxt narkotik vasitə istifadə etməmişdir. xx.xx.2022-ci il tarixdə qonaq getmiş, qonaq olduğu evdə 3 nəfər qadın, 2 kişi olmuşlar, qonaq olduğu zaman həmin evə polislər daxil olmuş və onları polisə aparmışlar. Polisə aparılan zaman üzərində heç bir şey olmamışdır. Lakin polisdə üzərinə baxış keçirilən zaman polislərin onun üzərinə qoyduqları heroini polislərin deməsinə görə özünə məxsus olmasını bildirmiş və təqdim etmişdir. Ona verilmiş suallara əlavə olaraq bildirir ki, o, tutulmamışdan 1il 6 ay əvvəl narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Onu xx.xx.2022-ci il tarixdə Balaxanı qəsəbəsində qonaq getdiyi evdə polislər saxlamışlar. Həmin evdə ikisi qız olmaqla 7 nəfər olmuşlar. Onu həmin evə dostu Vasif çağırmışdır. Evdə olan qızlardan biri Ayan inciyərək çıxıb getmiş, Ayan gedəndən 15-20 dəqiqə sonra həmin evə polis əməkdaşları gəlmişlər. Evdə «Bizon» içkiləri və şirniyyat olmuş, narkotik vasitələri olmamışdır. Onu polisə apardıqda müdafiəçi ilə təmin edilməmiş, onu orada döymüşlər və ona görə videoçəkilişlə keçirilmiş üzərinə baxış zamanı bir ədəd sellofan bükümdə olan heroini təqdim etmişdir. Ona təqdim olunan bütün sənədləri imzalamışdır, həmin imzalar ona məxsusdur. Onunla birlikdə saxlanılmış X14 da tutulmuş, hal-hazırda İstintaq Təcridxanasındadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə bağlı tanımış, onunla ədavəti və ya düşmənçiliyi yoxdur. Belə ki, bölməyə 13 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində xidməti ərazidə, yəni Balaxanı qəsəbəsi, M.Ə.Sabir küçəsində olduqları zaman özünü şübhəli aparan bir şəxsi görərək şəxsiyyətini araşdırmaq məqsədilə onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Burada məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Onu təhqiqatçı Tahir Vəliyevə təqdim etmişlər. Sonuncu müdafiəçi dəvət edərək Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmiş, bundan sonra videoçəkiliş aparılmaqla Orxan təhqiqatçının təklifinə əsasən şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü özü könüllü olaraq masanın üzərinə qoyaraq bildirmişdir ki, həmin bükümdəki kakosdur, kakosu bir neçə gün əvvəl Balaxanı qəsəbəsindəki dayanacaqdan tapmışdır. Təqsirləndirilən şəxs verdiyi ifadə ilə razı deyildir, ona qarşı heç bir zor və təzyiq olunmamış, üzərinə qanunsuz əşya qoyulmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə bağlı tanımış, onunla ədavəti və ya düşmənçiliyi yoxdur. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində həmkarı Şahid1la birlikdə Balaxanı qəsəbəsində xidmətdə olduqları zaman Təqsirləndirilən şəxs özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs onların polis olduqlarını bildikdə onlardan yayınmağa çalışmış, lakin onlar buna imkan verməmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadığı üçün onu 12-ci PŞ-nə aparıb rəhbərliyə məruzə etdikdən sonra Orxanı təhqiqatçı Tahir Əliyevə təqdim etmişlər. Sonuncu müdafiəçi dəvət edərək videoçəkiliş keçirməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş, o və həmkarı Şahid1 həmin baxışda iştirak etmişlər. Baxışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları masanın üzərinə qoymasını təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü özü könüllü olaraq masanın üzərinə qoyaraq bildirmişdir ki, həmin bükümdəki kakosdur, kakosu bir neçə gün əvvəl Balaxanı qəsəbəsindəki dayanacaqdan tapmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi təsir olmamış, onun üzərinə heç kəs qanunsuz əşya qoymamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, yoldaşlıq münasibətləri var. O, hal-hazırda narkotik vasitələrin dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmuş, hazırda Bakı Ağır Cinayətlər məhkəməsində barəsində olan cinayət işinə baxılır. xx.xx.2022-ci il tarixdə o, Təqsirləndirilən şəxs, Ağahüseyn Kərimullayev və tanışları olan 2 xanım onun evində olmuş, xanımlardan biri çıxıb getdikdən sonra günorta saat 13-14 radələrində evdə olduqları zaman polislər evə daxil olaraq onların hamısını Sabunçu RPİ-nin 12-ci PŞ-nə aparmışlar, orada onları polis əməkdaşları döymüş, üzərlərində qanunsuz heç bir şey olmadığı halda onların üzərlərinə heroin qoyaraq cinayət məsuliyyətinə cəlb etmişlər. Təqsirləndirilən şəxs heç bir günahı yoxdur, onun üzərində narkotik vasitə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, yoldaşlıq münasibətləri var. O, hal-hazırda CM-nin 234.1-1-ci maddəsi ilə bu məhkəmədə ayrı tərkibdə məhkum olunmuşdur. xx.xx.2022-ci il tarixdə o, Təqsirləndirilən şəxs, Vasif Rzayev və tanışları olan 2 xanım Vasifin evində olmuş, xanımlardan bir çıxıb getdikdən sonra günorta saat 13-14 radələrində evdə olduqları zaman polislər evə daxil olaraq onların hamısını Sabunçu RPİ-nin 12-ci PŞ-nə aparmışlar, orada onları polis əməkdaşları döymüş, üzərlərində qanunsuz heç bir şey olmadığı halda onların üzərlərinə heroin qoyaraq cinayət məsuliyyətinə cəlb etmişlər. Təqsirləndirilən şəxs heç bir günahı yoxdur, onun üzərində narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Subunçu RPİ-nin 12-ci PŞnin rəisinə ünvanlananxx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, 13 sentyabr 2022ci il tarixdə, saat 16.15-də Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən nömrəsiz evin qarşısında özünü şübhəli apardığına görə Təqsirləndirilən şəxs saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofona bükülmüş içərisində tünd qəhvəyi rəngli maddəni çıxarıb təqdim etmiş və sorğu zamanı həmin bükülünün içərisindəki maddənin «kakos» olmasını, xx.xx.2022-ci il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsində dayanacaqdan tapdığını, həmin gündən üzərində saxlayıb gəzdirdiyini, 6 aya yaxındır ki, narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022ci il tarixli protokoldan müyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci il tarixli müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində verdiyi ifadəsindən müəyyən olunur ki, o şəxsi axtarış və götürmə zamanı göstərdiyi halları ifadəsində bir daha təsdiq etmiş, ona qarşı polis əməkdaşları tərəfindən heç bir zorakılıq olmadığını dildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs qismində 15 sentyabr 2022-ci il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində şübhəli şəxs qismində verdiyi ifadəsini tam təsdiq edərək polis əməkdaşları tərəfindən saxlanılan zaman heç bir zorakılığa məruz qalmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 14 sentyabr 2022-ci il tarixli, 6/5174 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №159” möhür əksi, “Vət.Təqsirləndirilən şəxs üzərindən...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,586 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məcbiri-narkoloji tibbi yoxlamanın 27 sentyabr 2022 il tarixli, 5533 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş, ekspertizanın tədqiqatından sonra qalıq qalmış 2,486 qram narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş, şəxsi və götrmə görüntüsü olan 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci RŞ-nin rəisinə ünvanlamış 089-14128 saylı xx.xx.2022 ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbə müəyyən edilməmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Bakı şəhəri Sabunçu rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibbi ekspertizası keçirilmiş, onun barəsində xəsarətlər aşkar olunmuş, toplanmış materiallarda Təqsirləndirilən şəxs izahatında göstərdiyi xüsusatlar öz təsdiqini tapmamış və cinayət işinin başlanması üçün müvafiq səbəb və əsaslar müəyyən edilməyərək cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacları vardır. Belə olan halda onlara tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməsi qismən olaraq özünün və şahidlərin ifadələri, istintaq protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək saxlamaqla daşıması tam təsdiqini tapmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tutulan zaman üzərində heç bir qanunsuz əşya olmaması və narkotik vasitəni polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə ifadələri özünün ibtidai araşdırma zamanı verdiyi ifadələri, əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş CD diskdəki görüntülərlə, məhkəmə ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində X14 və X4 ifadələrində xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə birlikdə saxlanıldıqlarını, üzərlərində narkotik vasitə olmadığını bildirmişlər. Məhkəməyə təqdim olunmuş X1 barəsində çıxarılmış Bakı Ağır Cinayətlər Məhşkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən müəyyən olunur ki, o, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təkbaşına törətdiyi əmələ görə məhkum edilmişdir. X2 barəsində baxılan iş üzrə o narkotik vasitələrin dövriyyəsi ilə tək olaraq cinayət məsuliyyətinə cəlb olunaraq yalnız onun barəsində məhkəmə icraatı aparılır. Belə olan halda Təqsirləndirilən şəxs bir qrup şəxslə birlikdə, X10 yaşadığı ünvanda saxlanılmasına dair ifadəsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 13 sentyabr 2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan İş üzrə maddi sübutlar – Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş - ekspertiza tədqiqatından sonra qalığı qalmış 2,4865 qram narkotik vasitə heroin məhv edilməli və cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 110 (yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X11, məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla ”VERDİKTUM” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsəibtidai istintaqda göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X11 120 (yüz iyirmi) manat Bakı şəhəri 7 saylı Vəkil Bürosunun nəfinə, məhkəmədə olan müdafəçi Müdafiəçi üçün isə 360 (üç yüz altmış) manat ”VERDİKTUM” Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,486 qram narkotik vasitə heroin məhv edilsin və cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 110 (yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X8 120 (yüz iyirmi) manat pul Bakı şəhəri 7 saylı Vəkil Bürosunun, məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı isə Müdafiəçi üçün 360 (üç yüz altmış) manat pul ”VERDİKTUM” Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-471/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-471/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver