Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-471/2025 15.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:30-da X1 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və Əlizadə Orxan Arzuxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 nümayəndəsi - fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, müdafiəçi - Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1975-ci ildə Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həbs edilənədək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 ünvan 3 ünvanında iki sot boş torpaq sahəsi alıb həmin torpaq sahəsi üzərində iki otaqdan ibarət, bir mərtəbəli üç fərdi yaşayış evi tikib sataraq gəlir əldə edib böləcəklərinə dair yalan vəd verib inandırıb aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 25 may 2023-cü il tarixdə sonuncunun yaşadığı ünvan 4 ünvanının qarşısında Zərərçəkmiş şəxs2 6000 manat, 20 iyun 2023-cü il tarixdə ünvan 5 ünvanının qarşısında Zərərçəkmiş şəxs2 3.400 manat və sonuncu dəfə isə 30 iyun 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən “Heydər” parkında Zərərçəkmiş şəxs2 oğlu Şahid3 vasitəsi ilə göndərdiyi 3350 manat pulu alıb, ələ keçirib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs2 ümumilikdə 12.750 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 ünvan 15 ünvanında üç fərdi yaşayış evini 45.000 manata alıb, 15 gün ərzində həmin evləri təmir edərək hər birini ayrı-ayrılıqda 45.000 manata satacağını və həmin ünvanda yerləşən iki sot boş torpaq sahəsi alıb, qeyd olunan torpaq sahəsi üzərində bir otaqdan ibarət, bir mərtəbəli dörd fərdi yaşayış evi tikib sataraq gəlir əldə edib böləcəklərinə yalan vəd verib inandırıb aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 02 noyabr 2023-cü il tarixdə ünvan 8 ünvanında yerləşən “Azza” şirniyyat mağazasının qarşısında Zərərçəkmiş şəxs1 3000 manat, 03 noyabr 2023-cü il tarixdə saat 14:55-də ünvan 9 ünvanında yerləşən “Babək” plazanın içərisində yerləşdirilmiş “Milliön” ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs1 5243-7544-1063-3760 nömrəli bank kartına göndərdiyi 1000 manat, 04 noyabr 2023-cü il tarixdə ünvan 11 ünvanında yerləşən “Azza” şirniyyat mağazasının qarşısında Zərərçəkmiş şəxs1 tanışı Şahid1 vasitəsilə göndərdiyi 5.600 manat, 08 noyabr 2023-cü il tarixdə, saat 16:50-də ünvan 12 ünvanında yerləşən “Babək” plazanın içərisində yerləşdirilmiş “Milliön” ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs1 4169-7385- 8967-1274 nömrəli bank kartına göndərdiyi 2.300 manat, 13 noyabr 2023-cü il tarixdə saat 14:41-də ünvan 12 ünvanında yerləşən “Babək” plazanın içərisində yerləşdirilmiş “Milliön” ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs1 4169-7385-8967-1274 nömrəli bank kartına göndərdiyi 4500 manat, 20 noyabr 2023-cü il tarixdə ünvan 11 ünvanında yerləşən “Azza” şirniyyat mağazasının qarşısında Zərərçəkmiş şəxs1 tanışı Şahid1 vasitəsi ilə göndərdiyi 8000 manat, 22 noyabr 2023-cü il tarixdə ünvan 11 ünvanında yerləşən “Azza” şirniyyat mağazasının qarşısında Zərərçəkmiş şəxs1 15.000 manat, 26 noyabr 2023-cü il tarixdə saat 15:51-də ünvan 13 ünvanında yerləşən “Yusif’ marketin içərisində quraşdırılmış “Mpay” ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs1 4098-5844-9783-1170 nömrəli bank kartına göndərdiyi 2000 manat, 06 dekabr 2023-cü il tarixdə ünvan 8 ünvanında yerləşən “Azza” şirniyyat mağazasının qarşısında Zərərçəkmiş şəxs1 tanışı Şahid1 vasitəsi ilə göndərdiyi 5000 manat, 29 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında Zərərçəkmiş şəxs1 tanışı Şahid2 vasitəsi ilə göndərdiyi 9000 manat, 29 dekabr 2023-cü il tarixdə ünvan 9 ünvanında yerləşən “Babək” plazanın içərisində yerləşdirilmiş “Milliön” ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs1 4169- 7377-0814-8891 nömrəli bank kartına göndərdiyi 4000 manat və həmin gün qeyd olunan ünvanda 5243-7544-4441-4401 nömrəli bank kartına göndərdiyi 3000 manat pulu alıb ələ keçirib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs1 ümumilikdə 62.400 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 təxminən 8-10 il olar ki, tanıyır. Elşən onun torpaq alqı-satqısı və ev tikintisi ilə məşğul olduğunu bilmiş, bu səbəbdən Zərərçəkmiş şəxs1 ona, birlikdə iş görüb qazanc əldə etməyi təklif etmiş, o, da Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən, lakin, sənədi olmayan 1 hektar 30 sot torpaq sahəsi olmasını, həmin torpaq sahəsində iki otaqdan ibarət bir mərtəbəli fərdi yaşayış evi tikdirərək satıb qazanc əldə edə biləcəklərini demişdir. Hətta, Zərərçəkmiş şəxs1 müəyyən tanışları vasitəsilə torpağın sənədləşmə işlərinə kömək edə biləcəyini də bildirmişdir. Torpaq sahəsini Zərərçəkmiş şəxs1 özünün iştirakı ilə almış və Elşən özü həmin sahəni görmüşdür. Torpaq sahəsinin alış qiymətini 70.000 manata razılaşmışdır. Zərərçəkmiş şəxs1 aldığı 62.400 manat pulun 48.000 manatını ilkin olaraq torpaq sahəsini aldığı şəxsə, yəni, Vüqar adlı şəxsə ödəmişdir. Vüqar torpaq sahəsinin ona məxsus olmasını, babasından qalmasını demişdir. Torpaq sahəsinə Bələdiyyə sənədi almağı planlaşdırmışdır, sənədi olmadığı üçün torpaq sahəsinin təyinatını bilməmişdir. Qalan məbləği isə torpağın sənədləşmə işləri ilə əlaqədar başqa bir şəxsə vermişdir. Lakin, torpaq sahəsinin sənədləşmə işləri alınmamış və pul verdiyi şəxs də aldığı pulları hissə-hissə qaytardığı üçün pulların müəyyən hissəsini xərcləmişdir. Zərərçəkmiş şəxs1la onun arasında yarımçıq tikili evlərin alınıb təmir olunması ilə əlaqədar söhbət olmamışdır. O, Zərərçəkmiş şəxs1 torpaq sahəsi olmasını və həmin sahədə evlər tikib sata biləcəklərini bildirmişdir. Torpaq sahəsinin ərazisi 1 hektar 30 sot olmaqla Sabunçu rayonu, Pirşağı qəsəbəsində yol kənarında yerləşmiş və sənədsiz olmuşdur. Torpaq sahəsini satan Vüqar adlı şəxsə pulu hissə-hissə vermişdir. O, Zərərçəkmiş şəxs1la görüşündən öncə artıq Vüqar adlı şəxslə torpaq sahəsi ilə bağlı danışmışdır. Zərərçəkmiş şəxs1 Xırdalan şəhərində qeyd etdiyi evlərin bu məsələyə aidiyyatı olmamışdır. Xırdalan şəhərində Zərərçəkmiş şəxs1 qeyd etdiyi ünvanda müəyyən evlər olmuş, lakin, həmin ərazidə onun qardaşına məxsus evlər olmamışdır. O, sadəcə olaraq, nümunə olaraq Zərərçəkmiş şəxs1 mənzil tikintisi-təmiri ilə bağlı şəkilləri göndərmiş və həmin evlər kimi 2 otaqlı evlər tikib-sata biləcəklərini demişdir. O, Zərərçəkmiş şəxs1 evlərdə təmir işlərinin aparılması ilə əlaqədar videolar göndərməmişdir. Razılaşmalarına əsasən, torpaq sahəsinin pulunu Zərərçəkmiş şəxs1 ödəməli, o isə tikinti işlərinə başlamalı olmuşdur. Zərərçəkmiş şəxs1 ona verdiyi 62.400 manat pulun 48.000 manatını Vüqar adlı şəxsə verdikdən sonra Vüqar həbs olunmuşdur. Həmin şəxs həbs edildikdən sonra da Elşəndən yerdə qalan 14.400 manat hissəni almaqda məqsədi sadəcə olaraq torpaq sahəsinin qalıq pulunu ödəmək olmuşdur. Vüqar həbs olunduqda, onun həbs edilməsinə dair Zərərçəkmiş şəxs1 məlumat veribvermədiyini xatırlamır. Elşənə göndərdiyi ev şəkillərini nümunə kimi göndərmiş, tanımadığı evlərin şəkilləri olmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs qeyd etmişdir ki, bir neçə dəfə Zərərçəkmiş şəxs2 faizə pul götürüb geri qaytarmışdır. Zərərçəkmiş şəxs2 ona ev və ya torpaq üçün pul verməmişdir. Zərərçəkmiş şəxs2 ona ümumilikdə 5.000 manat pul vermiş, 5.000 manat qarşılığında Ələkbərə 7.000 manat pul verəcəyini demişdir. Əsas borcdan 2.300 manat pulu Zərərçəkmiş şəxs2 geri qaytarmış və onun Ələkbərə 2.700 manat borcu qalmışdır. Zərərçəkmiş şəxs2 öz işləri ilə əlaqədar faizə borc götürmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilmiş ifadəsindən görünür ki, ibtidai istintaqda Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Elşəni təxminən 8-10 il, Ələkbəri isə 15 ildir tanımışdır. 2024-cü ilin yanvar ayının əvvəlində o, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «Razqrat» deyilən məhəllədə Zərərçəkmiş şəxs2 faizə 5.000 manat pul almışdır. Bunun müqabilində Ələkbərə 1 ay, 1 ay yarım müddətinə əlavə 1.000 manat olmaqla 6.000 manat qaytaracağını bildirmişdir. Pulu aldıqdan sonra Ələkbərə hissə-hissə 1000 manat, 800 manat və 500 manat olmaqla cəmi 2.300 manat faiz borcunu qaytarmış, hazırda 3.700 manat verəcəyi qalmışdır. Lakin o, Ələkbərdən 12.750 manat pul almamışdır. Bundan başqa 2023-cü ilin noyabr ayında Zərərçəkmiş şəxs1 onun fərdi yaşayış evlərinin tikintisi və satışı ilə məşğul olduğunu bildiyi üçün özü ona müraciət edərək, birlikdə şərik olaraq əlavə gəlir əldə etmək istədiyini bildirmişdir. Bu məqsədlə, 2023-cü ilin noyabr və dekabr aylarında Elşən özü və sürücüsü vasitəsilə ona ümumilikdə 62.400 manat pul vermişdir. Elşən ona pulları müxtəlif vaxtlarda və müxtəlif ərazilərdə vermişdir. Elşən pulları əsasən özü və sürücüsünün vasitəsilə ünvan 14 ünvanında yerləşən «Azza» şirniyyat mağazasının yaxınlığında vermişdir. Elşən ilə onun arasında ilkin danışıq zamanı o, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən ona aid, lakin sənədi olmayan torpaq sahəsində iki ədəd iki otaqdan ibarət bir mərtəbəli fərdi yaşayış evi tikdirib sataraq Elşən ilə birlikdə qazanc əldə etməli imiş. Lakin, sonradan həmin torpaq sahəsində tikintiyə icazə verilmədiyi üçün, Elşən də ona pulları hissə-hissə verdiyi üçün o, həmin pullarla Elşənin iştirakı ilə Pirşağı qəsəbəsində torpaq sahəsi almış və Elşənin iştirakı ilə torpağın sənədləşməsinə xərcləmişdir. Həmin torpaq sahəsini sənədsiz almış, bu səbəbdən hər hansı bir sənəd təqdim etməyi mümkün olmamışdır. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 7-8 ildir ki, Xırdalan şəhəri ərazisində ev tikintisi və alqısatqısı ilə məşğul olan şəxs kimi tanımışdır. O, Təqsirləndirilən şəxs maddi durumu və işləri qaydasında olan şəxs kimi bilmişdir. Təqsirləndirilən şəxs 1-2 noyabr 2023-cü il tarixdə ona zəng edərək, 4-cü mikrorayon ərazisində görüşməyi təklif etmişdir. Görüş zamanı Təqsirləndirilən şəxs ona Xırdalan şəhərində Nizami küçəsi, dalan 4 ünvanında yarımçıq vəziyyətdə hər biri 2 otaqlı olmaqla 3 evin olduğunu, həmin evlərin üçünü birlikdə ümumilikdə 45.000 manata almağın mümkün olmasını, həmin evlərin üzərinə 10-15 min manat xərc qoyduqdan sonra hər birini 45.000 manata sata biləcəklərini demişdir. Onlar Məzahirlə razılaşmışlar ki, hər birisi ayrı-ayrılıqda bərabər şəkildə həm evlərin alınması, həm də təmir işləri üçün pul versinlər. Razılaşmaya əsasən, o, pulu Təqsirləndirilən şəxs hissə-hissə vermişdir. Qeyd olunan ərazidə heç bir evin sənədi olmadığı üçün o, evə dair sənəd tələb etməmişdir. Məzahir evlərin təmiri üçün 15-20 gün vaxt lazım olduğunu bildirərək, demək olar ki, hər gün ona “whatsapp” tətbiqi vasitəsilə evlərin təmiri ilə əlaqədar şəkillər göndərərək, təmir məsələləri ilə bağlı məsləhətləşmişdir. O, Təqsirləndirilən şəxs inandığı üçün, həm də ona şəkillər göndərməsi səbəbindən əyani şəkildə gedib evlərə baxmamışdır. Daha sonra isə Təqsirləndirilən şəxs evin satılması üçün beh aldığını, yaxın günlərdə evləri satacağını demişdir. Bir müddət sonra isə həmin evlərin yanında 2 sot torpaq olduğunu və sərfəli qiyməti ala biləcəklərini bildirmişdir. O, Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixdə əlbə-əl 3.000 manat pul vermiş, 03 noyabr 2023-cü il tarixdə onun bank kartına 1.000 manat pul göndərmişdir. 04 noyabr 2023-cü il tarixdə tanışı Şahid1 vasitəsilə 5.600 manat pulu Məzahirə çatdırmışdır. 08 noyabr 2023-cü il tarixdə Məzahirin ona göndərdiyi bank kartına 2.300 manat, 13 noyabr 2023-cü il tarixdə bank kartına 4.500 manat pul göndərmişdir. 20 noyabr 2023-cü il tarixdə tanışı Cəlal vasitəsilə 8.000 manat, 22 noyabr 2023-cü il tarixdə isə 15.000 manat pulu birbaşa Təqsirləndirilən şəxs vermişdir. 26 noyabr 2023-cü il tarixdə ödəmə terminalı vasitəsilə Məzahirin göndərdiyi bank kartına 2.000 manat pul göndərdikdən sonra 6 dekabr 2023-cü il tarixdə tanışı Şahid1 vasitəsilə 5000 manat məbləğində pulu, 29 dekabr 2023-cü il tarixdə isə nağd qaydada 9.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Həmin gün Məzahirin göndərdiyi bank kartlarına 4.000 manat və 3.000 manat olmaqla pul göndərmişdir. Beləliklə o, Təqsirləndirilən şəxs ümumilikdə 62.400 manat pul vermişdir. Sonradan göndərilən ev şəkillərinin Məzahirin qardaşının evində aparılan təmir işlərinin şəkilləri olmasını və Məzahirin barəsində danışdığı, almağı məsləhət gördüyü həmin evlərin yanında yerləşdiyini dediyi torpaq sahəsinin ümumiyyətlə mövcud olmadığını öyrənmişdir. Onun Yasamal rayon Polis İdarəsində hər hansı tanışı yoxdur. Yasamal rayon Polis İdarəsinə müraciət etməkdə xüsusi məqsədi olmamışdır. Sadəcə olaraq yaşadığı ərazi üzrə Yasamal RPİ-yə müraciət etmişdir. O, əvvəllər Təqsirləndirilən şəxslə hər hansı iş görməmişdir. Sadəcə olaraq onu işgüzar şəxs kimi tanımışdır. Təqsirləndirilən şəxs ümumilikdə 62.400 manat məbləğində pul vermişdir, Təqsirləndirilən şəxs həmin məbləğdən hər hansı hissəsini ona qaytarmamışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və 62.400 manat maddi ziyanın ödənilməsini sonuncudan tələb edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilmiş ifadəsindən görünür ki, ibtidai istintaqda Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 7-8 ildir ki, tanıyır. Təxminən 1-2 noyabr 2023-cü il tarixdə Məzahir ona zəng edib görüşməyi təklif etmişdir. Bundan sonra o, Məzahir ilə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində görüşmüşdür. Söhbət əsnasında Məzahir ünvan 15 ünvanında üç ədəd fərdi yaşayış evinin olduğunu, həmin evlərin sahibinin tikintini tam başa çatdıra bilmədiyini deyib, ona təklif etmişdir ki, həmin evlər dəyərindən ucuz qiymətə, yəni üçü birlikdə 45000 manata satılır, həmin evləri alıb 15 gün ərzində təmir edib, hər birini ayn-ayrılıqda 45.000 manata satmaqla gəlir əldə etmək mümkündür. Məzahir ilə onun arasında olan razılaşmaya əsasən, o və Məzahir ayrıayrılıqda hər biri həmin evlərin alınması üçün 25.000 manat, təmiri üçün isə 10-15 min manat pul qoymalı imiş. Məzahir həmin işləri, yəni evləri almasını, təmiri və satışını öz öhdəsinə götürmüşdür. Həmin ərəfədə, Məzahir onunla «Whatsapp» tətbiqində görüntülü danışarkən ona qeyd etdiyi evləri təqdim etmişdir. Bundan sonra o, Məzahirə inanaraq razılıq vermişdir. Belə ki, 02 noyabr 2023-cü il tarixdə ünvan 14 ünvanında yerləşən «Azza» şirniyyat mağazasının qarşısında Məzahirə əlbə-əl 3.000 manat pul vermişdir. 03 noyabr 2023-cü il tarixdə, saat 14:55-də ünvan 16 ünvanında yerləşən «Babək» plazanın içərisində yerləşdirilmiş «Milliön» ödəmə terminalı vasitəsilə Məzahirin ona göndərdiyi 5243-7544-1063-3760 nömrəli bank kartına 1.000 manat pul göndərmişdir. 04 noyabr 2023-cü il tarixdə o, tanışı Şahid1 öz yaşadığı evdə 5.600 manat pul verib Məzahirə aparıb verməsini xahiş etmişdir. Həmin gün, yəni 04 noyabr 2023-cü il tarixdə tanışı Cəlal ünvan 14 ünvanında yerləşən «Azza» şirniyyat mağazasının qarşısında həmin 5.600 manat pulu əlbəəl Məzahirə vermişdir. Məzahir həmin pulu Cəlaldan qəbul etdiyini ona zəng edərək təsdiqləmişdir. 08 noyabr 2023-cü il tarixdə, saat 16:50-də o, ünvan 12 ünvanında yerləşən «Babək» plazanın içərisində yerləşdirilmiş «Milliön» ödəmə terminalı vasitəsilə Məzahirin ona göndərdiyi 4169-7385-8967-1274 nömrəli bank kartına 2.300 manat pul göndərmişdir. 13 noyabr 2023-cü il tarixdə, saat 14:41-də o, ünvan 16 ünvanında yerləşən «Babək» plazanın içərisində yerləşdirilmiş «Milliön» ödəmə terminalı vasitəsilə Məzahirin ona göndərdiyi 4169-7385-8967-1274 nömrəli bank kartına 4.500 manat pul göndərmişdir. 20 noyabr 2023-cü il tarixdə o, tanışı Şahid1 öz yaşadığı evdə 8.000 manat pul verib Məzahirə aparıb verməsini xahiş etmişdir. Həmin gün, yəni 20 noyabr 2023- cü il tarixdə tanışı Cəlal ünvan 14 ünvanında yerləşən «Azza» şirniyyat mağazasının qarşısında həmin 8.000 manat pulu əlbə-əl Məzahirə vermişdir. Məzahir həmin pulu Cəlaldan qəbul etdiyini ona zəng edərək təsdiqləmişdir. 22 noyabr 2023-cü il tarixdə o, ünvan 14 ünvanında yerləşən «Azza» şirniyyat mağazasının qarşısında Məzahirə əlbə-əl 15.000 manat pul vermişdir. Bundan sonra, Məzahir ona həmin evlərin yaxınlığında ucuz qiymətə iki sot boş torpaq sahəsinin satıldığını deyib yenə də «Whatsapp» tətbiqində görüntülü danışarkən ona həmin torpaq sahəsini göstərmiş və həmin torpaq sahəsini alıb həmin torpaq sahəsi üzərində 4 ədəd bir otaqdan ibarət bir mərtəbəli fərdi yaşayış evi tikib satmağı təklif etmişdir. Məzahir həmin işləri yenə də öz üzərinə götürmüşdür. O, da Məzahirə öz razılığını bildirmişdir. Bundan sonra, yəni 26 noyabr 2023-cü il tarixdə, saat 15:51-də ünvan 18 ünvanında yerləşən «Yusif» marketin içərisində quraşdırılmış «Mpay» ödəmə terminalı vasitəsilə Məzahirin ona göndərdiyi 4098-5844-9783-1170 nömrəli bank kartına 2.000 manat pul göndərmişdir. Məzahir həmin pulu qəbul etdiyini telefonla bildirmişdir. 06 dekabr 2023-cü il tarixdə o, tanışı Şahid1 öz yaşadığı evdə 5000 manat pul verib Məzahirə aparıb verməsini xahiş etmişdir. Həmin gün, yəni 06 noyabr 2023-cü il tarixdə tanışı Cəlal ünvan 14 ünvanında yerləşən «Azza» şirniyyat mağazasının qarşısında həmin 5.000 manat pulu əlbə-əl Məzahirə vermişdir. Məzahir həmin pulu Cəlaldan qəbul etdiyini ona zəng edərək təsdiqləmişdir. 29 dekabr 2023-cü il tarixdə o, tanışı Şahid2 öz yaşadığı evin yaxınlığında 9.000 manat pul verib Məzahirə aparıb verməsini xahiş etmişdir. Həmin gün, yəni 29 dekabr 2023-cü il tarixdə tanışı Elnur Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında həmin 9.000 manat pulu əlbəəl Məzahirə vermişdir. Məzahir həmin pulu Elnurdan qəbul etdiyini ona zəng edərək təsdiqləmişdir. Həmin gün o, ünvan 19 ünvanında yerləşən «Babək» plazanın içərisində yerləşdirilmiş «Milliön» ödəmə terminalı vasitəsilə Məzahirin ona göndərdiyi 4169-7377-0814-8891 nömrəli bank kartına 4.000 manat, 5243-7544-4441-4401 nömrəli bank kartına 3.000 manat pul göndərmişdir. Beləliklə o, Məzahirə ümumilikdə 62.400 manat pul vermişdir. Həmin ərəfədə Məzahir almış olduğu pullar hesabına qeyd etdiyi üç ədəd fərdi yaşayış evində müxtəlif təmir işləri aparsa da həmin evləri satmamış, həmçinin vəd verdiyi 2 sot torpaq sahəsini alsa da həmin torpaq sahəsində heç bir ev tikdirməmişdir. Sonradan ona məlum olmuşdur ki, Məzahirin ona göstərdiyi Xırdalan şəhərində yerləşən 3 ədəd fərdi yaşayış evi Məzahirin qardaşına məxsusdur. Bu üsulla, Məzahir ona qarşı dələduzluq edərək ümumilikdə 62.400 manat pulunu ələ keçirmiş və həmin puldan hazırki vaxta kimi hər hansı bir məbləğdə pul qaytarmamışdır. İfadəsinə əlavə olaraq qeyd etmişdir ki, Məzahir ünvan 15 ünvanında 3 ədəd fərdi yaşayış evinin olduğunu, həmin evlərin sahibinin tikintini tam başa çatdıra bilmədiyini deyib təklif etmişdir ki, həmin ev dəyərindən ucuz qiymətə, yəni üçü birlikdə 45.000 manata satılır, həmin evləri alıb 15 gün ərzində təmir edib və hər birini ayn-ayrılıqda 45.000 manata satmaqla gəlir əldə etsinlər. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır. O, əvvəllər “Kamaz” sürücüsü işləmiş, Məzahirin atası da onunla eyni işdə işləmişdir. 25 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs onun evinə gəlmiş, onlar birlikdə Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon dairəsi adlanan əraziyə gəlmişlər. Məzahir gəldikləri yerin yaxınlığında yerləşən torpaq sahəsini ona göstərmiş və həmin torpağın sənədləşmə işləri ilə əlaqədar 25.000 manat pul tələb olunduğunu, bu məqsədlə mağazadan pul götürərək ona verməsini xahiş etmişdir. Belə ki, o, ara-sıra Məzahirə işləriylə əlaqədar lazım olduqda kiçik məbləğlərdə pulları mağazadan götürərək vermişdir. O, Məzahirə mağazada 25.000 manat pul olmamasını bildirmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs Xırdalan şəhərində torpaq sahəsi üzərində fərdi yaşayış evləri tikib sataraq, qazanc əldə etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs ona Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində olan torpaq sahəsinin yerini demişdir. O, Xırdalan şəhərini yaxşı tanıdığı üçün həmin ərazidən məlumatı olmuşdur. Lakin, özü gedib torpaq sahəsinə baxmamışdır. Təqsirləndirilən şəxs ona torpaq sahəsinə dair hər hansı sənəd göstərməmişdir. Belə ki, həmin ərazidəki torpaqlar sənədsiz olmuşdur. Təqsirləndirilən şəxs ona əvvəlcədən ümumilikdə evlərin tikilib satmaq üçün hazır vəziyyətə gətirilməsi üçün nə qədər məbləğ lazım olmasını deməmişdir. 25 may 2023-cü il tarixdə yaşadığı ünvan 20 ünvanının qarşısında bu məqsədlə Məzahirə əlbəəl 6.000 manat pul vermişdir. 20 iyun 2023-cü il tarixdə yaşadığı ünvan 20 ünvanının qarşısında eyni məqsədlə Məzahirə əlbəəl 3.400 manat pul vermişdir. Sonuncu dəfə isə 30 iyun 2023-cü il tarixdə yaşadığı ünvan 21 ünvanında oğlu Zaura 3.350 manat pulu aparıb Məzahirə çatdırması üçün vermişdir. Həmin gün oğlu Zaur həmin pulu Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən parkda tam şəkildə əlbə-əl Məzahirə təqdim etmişdir. Bununla da o, Məzahirə ümumilikdə 12.750 manat pul vermişdir. Məzahir ona bir ay ərzində bu işləri tamamlayıb onun pulunu qazancı ilə birlikdə verəcəyinə vəd vermişdir. Əvvəllər Təqsirləndirilən şəxs torpaq sahəsi üçün sənədləşmə işləri ilə əlaqədar pulu çatmadıqda, o, mağazadan pul götürüb ona vermişdir. Təqsirləndirilən şəxs işlərini düzəldəndən sonra ona xərclik kimi həmin pulun üstündə 300-500 manat pul vermişdir. Lakin, o, Təqsirləndirilən şəxs 12.750 manat pulu faiz qarşılığında verməmişdir. Həmin pulu torpaq sahəsi alıb, ev tikib sataraq qazanc əldə etmək məqsədilə vermişdir. Hazırda da, Təqsirləndirilən şəxs ona vurduğu 12.750 manat ziyanı ödəməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 4 ildir tanıyır. Şahid3 onun oğludur. 25 may 2023-cü il tarixdə Məzahir onun yaşadığı evin yaxınlığına gəlib ünvan 15 ünvanında 2 sot torpaq sahəsini satıldığını, həmin torpaq sahəsini satan şəxs ilə danışığını deyib ona təklif etmişdir ki, birlikdə pul qoyub həmin torpaq sahəsini alıb həmin torpaq sahəsi üzərində üç ədəd iki otaqdan ibarət bir mərtəbəli fərdi yaşayış evi tikib təmir edib hər birini ayrıayrılıqda 40.000 manata satacağım, torpaq sahəsini özünün alacağını, evləri özünün tikdirəcəyini, özünün satacağım və əldə olunmuş pulu onunla tam yarı böləcəyini bildirmişdir. Bundan sonra o, Məzahirlə birlikdə həmin torpaq sahəsinə baxmağa getmişdir. Həmin vaxt torpaq sahəsində heç bir tikinti aparılmamışdır. O, Məzahirə razılığını bildirmiş və həmin gün, yəni 25 may 2023-cü il tarixdə yaşadığı ünvan 20 ünvanının qarşısında bu məqsədlə Məzahirə əlbə-əl 6.000 manat pul vermişdir. 20 iyun 2023-cü il tarixdə yaşadığı ünvan 20 ünvanının qarşısında eyni məqsədlə Məzahirə əlbəəl 3.400 manat pul vermişdir. Sonuncu dəfə, 30 iyun 2023-cü il tarixdə yaşadığı ünvan 21 ünvanında oğlu Zaura 3.350 manat pul vermişdir ki, aparıb Məzahirə versin. Həmin gün, oğlu Zaur həmin pulu Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən parkda tam şəkildə əlbə-əl Məzahirə vermişdir. Bununla da o, Məzahirə ona dediyi kimi 2 sot torpaq sahəsi alıb, həmin torpaq sahəsi üzərində üç ədəd iki otaqdan ibarət bir mərtəbəli fərdi yaşayış evi tikib təmir edib hər birini ayrı-ayrılıqda 40.000 manata satacağım, torpaq sahəsini özünün alacağını, evləri özünün tikdirəcəyini, özünün satacağım və əldə olunmuş pulu onunla tam yarı bölməsi üçün Məzahirə ümumilikdə 12.750 manat pul vermişdir. Məzahir ona vəd vermişdir ki, bir ay ərzində bu işləri tamamlayıb onun pulunu qazancı ilə birlikdə ona verəcəkdir. Lakin, Məzahirin vəd verdiyi müddət çatdıqda o, Məzahirin həmin torpaq sahəsi üzərində heç bir tikinti işləri aparmadığını və ona qarşı dələduzluq edərək pullarını ələ keçirməsini başa düşmüşdür. 2024-cü ilin yanvar ayında o, həmin torpaq sahəsinin yanma getdikdə həmin torpaq sahəsində üç ədəd fərdi yaşayış evinin tikildiyini görmüşdür. Bundan sonra o, Məzahirə zəng etmişdir. Məzahir həmin evləri satıb beh götürdüyünü, yaxın günlərdə pulunu qaytaracağına söz versə də, hazırki vaxta kimi ondan aldığı 12.750 manat pulu və qazancını ona verməmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Məzahirə faizə və ya borca hər hansı bir məbləğdə pul verməmişdir. Məzahir ünvan 15 ünvanında 2 sot torpaq sahəsini satıldığını, həmin torpaq sahəsini satan şəxs ilə danışdığını deyib təklif etmişdir ki, birlikdə pul qoyub həmin torpaq sahəsini alıb həmin torpaq sahəsi üzərində üç ədəd iki otaqdan ibarət bir mərtəbəli fərdi yaşayış evi tikib təmir edib hər birini ayrı-ayrılıqda 40.000 manata satacağım, torpaq sahəsini özünün alacağını, evləri özünün tikdirəcəyini, özünün satacağım və əldə olunmuş pulu onunla tam yarı böləcəyini vəd verib ondan 12750 manat pul alaraq vədinə əməl etməyərək ona qarşı dələduzluq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun tanışıdır. Təqsirləndirilən şəxs isə sonradan tanımışdır. 04 noyabr 2023-cü il tarixdə Elşən yaşadığı ünvan 22 ünvanında ona 5.600 manat pul verib Təqsirləndirilən şəxs aparıb verməsini xahiş etmişdir. Həmin gün, yəni 04 noyabr 2023-cü il tarixdə o, ünvan 14 ünvanında yerləşən «Azza» şirniyyat mağazasının qarşısında həmin 5.600 manat pulu Məzahirə vermişdir. 20 noyabr 2023-cü il tarixdə Elşən öz yaşadığı ünvan 22 ünvanında ona 8.000 manat pul verib Məzahirə aparıb verməsini xahiş etmişdir. Həmin gün, yəni 20 noyabr 2023-cü il tarixdə o, ünvan 14 ünvanında yerləşən «Azza» şirniyyat mağazasının qarşısında həmin 8.000 manat pulu Məzahirə vermişdir. 06 dekabr 2023-cü il tarixdə Elşən öz yaşadığı ünvan 23 ünvanında ona 5.000 manat pul verib Məzahirə aparıb verməsini xahiş etmişdir. Həmin gün, o, ünvan 14 ünvanında yerləşən «Azza» şirniyyat mağazasının qarşısında həmin 5.000 manat pulu Məzahirə vermişdir. Sonradan Elşən ona demişdir ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhərində evlərin tikintisi, təmiri və satılıb qazanc əldə edilməsi məqsədilə ümumilikdə 62.400 manat pul vermiş, lakin, Məzahir vədinə əməl etməyərək həmin pulu ələ keçirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun tanışıdır. 2023-cü ilin noyabr ayında Zərərçəkmiş şəxs1 tanışı Təqsirləndirilən şəxs ünvan 15 ünvanında 3 ədəd fərdi yaşayış evini alıb, həmin evlərin təmiri və satışını həyata keçirməyi öz öhdəsinə götürüb əldə olunacaq qazancı yarı böləcəyini demişdir. Həmçinin, Elşən ona Məzahirin evlərin yaxınlığında torpaq sahəsi alıb həmin torpaq sahəsi üzərində 4 ədəd bir otaqdan ibarət bir mərtəbəli fərdi yaşayış evi tikib satmağı və əldə olunacaq qazancı yarı bölməsinə dair vəd verməsi barədə məlumat vermişdir. 29 dekabr 2023-cü il tarixdə Elşən öz yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 26A ünvanının qarşısında ona 9.000 manat pul verib Məzahirə aparıb verməsini xahiş etmişdir. Həmin gün, yəni 29 dekabr 2023-cü il tarixdə o, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında Məzahirlə görüşüb həmin 9.000 manat pulu əlbə-əl Məzahirə vermiş və Elşənə zəng edib pulu Məzahirə verdiyini söyləmişdir. Sonradan Elşən ona dedikdən sonra məlum olmuşdur ki, Elşən qeyd etdiyi məqsədlə Məzahirə ümumilikdə 62.400 manat pul vermiş, lakin Məzahir vədinə əməl etməyərək həmin pulu ələ keçirmiş və həmin puldan hazırki vaxta kimi hərhansı bir məbləğdə pul qaytarmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun atasıdır. Təqsirləndirilən şəxs təxminən 4 ildir ki, tanıyır. 25 may 2023-cü il tarixdə Məzahir onların yaşadığı evin yaxınlığına gəlib atasına ünvan 15 ünvanında 2 sot torpaq sahəsini satıldığını bildirərək, həmin torpaq sahəsini satan şəxs ilə danışdığını deyib atasına təklif etmişdir ki, birlikdə pul qoyub həmin torpaq sahəsini alaraq həmin torpaq sahəsi üzərində üç ədəd iki otaqdan ibarət bir mərtəbəli fərdi yaşayış evi tikib təmir edib satsınlar. Təqsirləndirilən şəxs evlərin hər birini ayrı-ayrılıqda 40.000 manata satacağını, torpaq sahəsini özünün alacağını, evləri özünün tikdirəcəyini, özünün satacağını və əldə olunmuş pulu atası ilə tam yarı böləcəyini bildirmişdir. Bundan sonra atası Məzahirlə birlikdə həmin torpaq sahəsinə baxmağa getmişdir. Bundan sonra, atası bu barədə ona məlumat vermiş və həmin torpaq sahəsində heç bir tikinti aparılmadığını bildirmişdir. 25 may 2023-cü il tarixdə atası Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, Dalan-1, ev 2 ünvanının qarşısında bu məqsədlə Məzahirə əlbə-əl 6.000 manat pul vermişdir. 20 iyun 2023-cü il tarixdə atası Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, Dalan-1, ev 2 ünvanının qarşısında eyni məqsədlə Məzahirə əlbə-əl 3.400 manat pul vermişdir. Sonuncu dəfə 30 iyun 2023-cü il tarixdə ünvan 21 ünvanında atası Ələkbər ona 3.350 manat pul verərək həmin pulu aparıb Məzahirə verməsini tapşırmışdır. Həmin gün o, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən parkda 3.350 manat pulu tam şəkildə əlbə-əl Məzahirə vermişdir. Bununla da atası Məzahirə ümumilikdə 12.750 manat pul vermişdir. Lakin hazırki vaxta kimi Məzahir vədinə əməl etməyərək aldığı ümumilikdə 12.750 manat pulu və qazancı verməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmə zamanı zərər çəkmiş şəxs Eləşən İbrahimov 62.400 manat məbləğində pulunun M. Dostiyev tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 12.750 manat pulunun M. Dostiyev tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, "xxxx" ASC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, HTİD-OUT-03572-2024 nömrəli məktuba qoşma olaraq əlavə edilmiş 1 ədəd diskə baxış keçirilməsinə dair protokoldan görünür ki, diskin içərisində “X6 OĞLU” adlı 01 ədəd Microsoft Excel formatlı fayl, həmçinin “X6 OĞLU” adlı 01 ədəd qovluq olması müəyyən edilmişdir. “X6 OĞLU” adlı fayl açıldıqda "xxxx" ASC-yə məxsus 5243-7544-4441-4401 nömrəli kartın xx.xx.1976-cı il təvəllüdlü X3 məxsus olması, xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək əməliyyatlar aparılması müəyyən edilir. “X6 OĞLU” adlı qovluq açıldıqda içərisində 02 ədəd fotoşəkil olması müəyyən edilir. Həmin fotocədvəldə olan şəxsin xx.xx.2023-cü il tarixdə saat 18:14-də "xxxx" ASC-dən pul nağdlaşdırdığı müəyyən edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 20 may 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 1542 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müəvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə ona edilən ittihamın mahiyyətini dərk etmək iqtidarındadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 16 aprel 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Abşeron rayon İcra Hakimiyyəti 4 saylı MTİİTS-nin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəməyə təqdim edilmiş mülki iddia ərizəsindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 cinayət nəticəsində ona vurulmuş maddi ziyan 62.400 (altmış iki min dörd yüz) manat pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Mülki iddia ərizəsinə əlavə olunmuş qəbzdən görünür ki, mülki iddia ilə əlaqədar 278 manat dövlət rüsumu ödənilmişdir. Məhkəməyə təqdim edilmiş mülki iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs2 cinayət nəticəsində ona vurulmuş 12.500 (on iki min beş yüz) manat maddi ziyanın, 1.000 (bir min) manat məbləğində mənəvi ziyanın və dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Mülki iddia ərizəsinə əlavə olunmuş qəbzdən görünür ki, mülki iddia ilə əlaqədar 133 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə tərkibi, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsində göstərdiyi xüsusatlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun ifadəsi sözügedən hissədə özünü müdafiə xarakteri daşımaqla, iş materiallarında olan zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkətlərinin protokolları, zərərçəkmiş və şahidlərin dindirmə protokolları, Unibank” ASC-dən 2024-cü il tarixli, HTİD-OUT-03572-2024 nömrəli məktubla daxil olmuş 1 ədəd diskə baxış keçirilməsinə dair protokol, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri ilə tam təkzib edilir. Eyni zamanda, Təqsirləndirilən şəxs məhkəmə iclasında da ifadə verən zaman Zərərçəkmiş şəxs1 aldığı 62.400 manat pulun 48.000 manatını ilkin olaraq torpaq sahəsini aldığı şəxsə, yəni, Vüqar adlı şəxsə, qalan məbləği isə torpağın sənədləşmə işləri ilə əlaqədar başqa bir şəxsə verməsini, lakin, torpaq sahəsinin sənədləşmə işləri alınmadığından və pul verdiyi şəxsin də aldığı pulları hissə-hissə qaytardığından pulların müəyyən hissəsini xərcləməsini bildirməsi, onun tərəfindən özgə əmlakının dələduzluq yolu ilə ələ keçirilməsinə dəlalət edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə iclasında suallara cavab verən zaman Zərərçəkmiş şəxs1 göndərdiyi ev şəkillərini nümunə kimi göndərdiyini, tanımadığı evlərin şəkilləri olmasını qeyd etsə də, həmin evlərin içərisindən çəkilmiş şəkillərlə bağlı suala cavab verməkdən imtina etmişdir. Beləliklə, məhkəmə tərkibi Təqsirləndirilən şəxs “Zərər çəkmiş şəxslərə qarşı dələduzluq cinayət əməli törətməməsi, Zərərçəkmiş şəxs2la aralarında torpaq sahəsi alınıb ev tikiləcəyinə dair danışıq olmaması, Ələkbərdən faizlə borc pul alması, həmçinin, Zərərçəkmiş şəxs1 aldığı 62.400 manat pulla Pirşağı qəsəbəsində yerləşən torpaq sahəsində fərdi yaşayış evi tikib satmağı planlaşdırsa da, tikintiyə icazə verilmədiyindən işin baş tutmaması” məzmunlu ifadələrinə tənqidi yanaşaraq, həmin ifadələrin də həqiqəti əks etdirməməsi qənaətinə gəlmişdir. Odur ki, məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs əməlində CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətləri mövcuddur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə gəldiyi qənaətlə bağlı eyni zamanda aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçi vasitəsilə suallar vermiş, məhkəmə istintaqında araşdırılmış digər sübutlarla bağlı öz etirazını bildirmiş, habelə ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 139.0, 139.0.1, 139.0.2, 139.0.3 və 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək məqsədilə bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verməklə, həqiqi məlumatları gizlətməklə, hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirilməsinə yönəldilmiş qəsdən hərəkətlər törətmiş, zərərçəkmiş şəxslərin etibarından sui-istifadə etmə və aldatma yolu ilə onlara məxsus əmlakı təkrarən ələ keçirərək dələduzluq etmişdir. Cinayət işinin materiallarından və ittiham aktından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin cinayət hüquqi tövsifi düzgün olmuşdur. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsifini düzgün hesab edir və qeyd edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməklə maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli külli miqdarda özgənin pul vəsaitini dələduzluq yolu ilə ələ keçirilməsindən ibarətdir. Onun əməli başa çatmış cinayətdir. Onun əməli nəticə etibarı ilə cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən, eləcə də cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 27 dekabr 1996-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Yuxarıda qeyd edilənləri, törədilmiş cinayət əməli nəticəsində vurulmuş ziyanın həcmini, cinayət əməlinin üsulunu və mexanizmini məcmu halda qiymətləndirərək və nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cəza növü kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 16 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə mülki iddia ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia tam təmin olunmalı, dövlət rüsumu da nəzərə alınmaqla Təqsirləndirilən şəxs 62.678 (altmış iki min altı yüz yetmiş səkkiz) manat pul tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ödənilməlidir. Məhkəmə digər mülki iddia ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia qismən, yəni, maddi ziyana dair hissədə təmin olunmalı, dövlət rüsumu da nəzərə alınmaqla 12.633 (on iki min altı yüz otuz üç) manat pul Təqsirləndirilən şəxs tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ödənilməli, mülki iddia mənəvi ziyana dair hissədə baxılmamış saxlanılaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.3-cü maddəsinə əsasən, mənəvi ziyana dair hissədə mülki iddianın mülki mühakimə icraatı qaydasında verilməsi hüququ zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 izah edilməlidir. İş üzrə maddi sübut 01 ədəd “CD” disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 16 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Zərərçəkmiş şəxs1 mülki iddiası tam təmin olunsun və 62.678 (altmış iki min altı yüz yetmiş səkkiz) manat pul Təqsirləndirilən şəxs tutularaq, Zərərçəkmiş şəxs1 ödənilsin. Zərərçəkmiş şəxs2 mülki iddiası qismən təmin olunsun və 12.633 (on iki min altı yüz otuz üç) manat pul Təqsirləndirilən şəxs tutularaq, Zərərçəkmiş şəxs1 ödənilsin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.3-cü maddəsinə əsasən, baxılmamış saxlanılan hissədə mülki iddianın mülki mühakimə icraatı qaydasında verilməsi hüququ zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 izah edilsin. İş üzrə maddi sübut 01 ədəd “CD” disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Elmin Rüstəmov Hakimlər: Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-471/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-471/2025
15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver