Məhkəmə qərarları › İş №1(101)-472/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-472/2020

11.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-472/2020 11.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi- X26 Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X17 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər kollegiyası “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Bakı şəhəri 5 saylı Hüquq Bürosunun vəkili X10, Tərcüməçi - X11 iştirakları ilə xx xxx 1965-ci il tarixdə İran İslam Respublikasının Tehran şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İran İslam Respublikası Tehran şəhəri, Şərqi Qolestan küçəsi 2-də qeydiyyatda olmaqla yaşamış və barəsində “həbs" qətimkan tədbiri seçilmiş, X14 Azərbaycan Respublikası CM-nin 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə və xx xxxx 1965-ci il tarixdə İran İslam Respublikasının Tehran şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İran İslam Respublikası Tehran şəhəri, Şərqi Qolestan küçəsi 12-də qeydiyyatda olmaqla yaşamış və barəsində “həbs" qətimkan tədbiri seçilmiş X5 Azərbaycan Respublikası CM-in 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: X20 və X8 şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə 2019-cu ilin sentyabr ayının ortalarında psixotrop maddələri qanunsuz olaraq satış məqsədilə külli miqdarda əldə etmə, saxlama, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə İran İslam Respublikasından Malayziya Krallığına daşıma barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasının Tehran şəhərindəki üzvü malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə astarının altında, yan divarlarına vintlə bərkidilmiş qara rəngli yastı təbəqənin daxilində külli miqdarda - 846,141 qram psixotrop maddə metafetamin gizlədilmiş tünd göy rəngli çamadanı və eyni üsulla daxilində külli miqdarda - 848,80 qram metafetamin psixotrop maddəsi gizlədilmiş qəhvəyi rəngli çamadanı Azərbaycan Respublikası və X18 ərazisindən tranzit keçməklə X15 Lumpur şəhərində cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvünə çatdırmaları üçün xx xxxxxxxx 2019-cu il tarixdə müvafiq olaraq X19 və X7 təhvil vermiş, onlar isə içərisində külli miqdarda metafetamin psixotrop maddəsi gizlədilmiş həmin çamadanları hər birinə 1000 ABŞ dolları olmaqla, ümumilikdə 2000 ABŞ dolları müqabilində cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvünə çatdırmaq üçün təhvil almaqla qeyd edilən psixotrop maddəni qanunsuz olaraq tamah niyyəti və satış məqsədilə qəsdən əldə etmiş, saxlamış, daşımış, xx xxxxxxxx 2019-cu il tarixdə saat 07 radələrində külli miqdarda, 1694,941 qram metafetamin psixotrop maddəsini Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin “Astara" gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən birgə keçirmişlər. Bundan başqa X20 və X8 şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə əlbir olub satış məqsədi ilə əldə etdikləri və xx xxxxxxxx 2019-cu il tarixdə saat 07 radələrində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirdiyi külli miqdarda, 1694,941 qram metafetamin psixotrop maddəsini FZ 708 saylı Bakı- Dubay avıareysi ilə X18 ərazisindən tranzit keçməklə X15 Lumpur şəhərində cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvünə çaldırmaq üçün hər ikisi birlikdə Bakı şəhərində saxlamış, daşımış və xx xxxxxxxx 2019-cu il tarixdə saat 14 radələrində X24 Aeroportunun “T-1 Terminalında fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinin "Terminal-1 X27" gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə təkrar qəsdən keçirmiş, gömrük nəzarəti zamanı qeyd edilən psixotrop maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X12 Azərbaycan Respublikası CM-nin 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o törətdiyi əməldən peşmandır, 2019-cu ilin aprel ayında qardaşı Fərhad vəfat etmiş. İİR-nın Tehran şəhərində qardaşının yas mərasimində onun dostları da iştirak etmişlər. Həmin şəxslərdən biri də Mahmud adlı şəxs olmuş, o Mahmudu əvvəlcədən qardaşının dostu kimi tanımışdır. Mahmudla söhbət zamanı maddi sıxıntılarının, borclarının olduğunu Mahmuda demiş, Mahmud isə ona köməklik edəcəyini demişdir. xx xxxxxxxx 2019-cu il tarixdə Mahmud onun taksi fəaliyyəti ilə məşğul olduğu Tehran şəhərinin «Azadlıq meydanı» adlanan yerə gələrək əlində içərisində atları keyləşdirmək üçün istifadə olunan dərmanlar olan çamadanlar olduğunu, həmin çamadanları Malayziyaya aparacağı halda 1000 ABŞ dolları pul qazanacağını, əlavə olaraq güvəndiyi şəxs olacağı halda bu xidməti üçün ona da eyni məbləğ verə biləcəyini demişdir. O da qonşusu Məcidin maddi vəziyyətinin pis olduğunu bildiyi üçün ona təklif edəcəyi barədə Mahmuda məlumat vermişdir. Daha sonra o bu barədə Məcidlə danışmış və Məcid onunla getməyə razılıq vermişdir. Daha sonra o öz pasportu və Məcidin pasportunu Mahmuda bilet sifariş vermək üçün təhvil vermişdir. xx.xx.2019-cu il tarixdə Məcidlə birlikdə Mahmudla görüşmək üçün Tehran şəhərinin «Azadeqan Xiyabanı» adlandırılan yerinə gəlmişlər. Görüş zamanı Mahmud onlara iki ədəd çamadan və pasportlarını vermişdir. Çamadanlara baxan zaman onların boş olduğunu gördükdə Mahmuddan bunun səbəbini soruşmuşlar. Mahmud onlara «siz tapa bilmədiniz sərhəddə də tapa bilməyəcəklər» demiş və xx.xx.2019-cu il tarixdə Tehrandan Astara şəhərinə gedəcəklərini oradan Azərbaycan Respublikasının Astara şəhərinə, Astaradan isə Bakı şəhərinə gedəcəklərini, Bakı şəhərində qalacaqlarını və xx.xx.2019-cu il tarixdə isə Bakı şəhərindən Dubaya oradan isə X21 şəhərinə gedəcəklərini və çamadanları orada təhvil verməli olduqlarını onlara demişdir. Onlar da Mahmudun bu təklifi ilə razılaşmışlar və İİR-in Astara şəhərinə yola düşmüşlər. xx.xx.2019-cu il tarixdə gömrük postunu keçməklə Azərbaycan Respublikası ərazisinə daxil olmuşlar. Gömrük nəzarətindən keçən zaman çamadanlarını Rentgen aparatına qoysalar da hər hansı bir yoxlanış olmamış və dövlət nömrə nişanını xatırlamadağı sürücüsünü tanımadığı, Mahmudun onları Bakı şəhərinə gətirəcəyini dediyi taksi fəaliyyəti ilə məşğul olan Mercedes Benz markalı avtomobilə minib Bakı şəhərinə yola düşmüşlər. 4 gün Bakı şəhərində «Amara» hoteldə qaldıqdan sonra xx.xx.2019-cu il tarixdə Məcidlə birlikdə çamadanları götürüb hoteldən çıxıb X24 Aeroportuna gəlmişlər. Oradan Bakı-Dubay reysi ilə Dubaya oradan isə elə həmin günü Malayziyaya getməyi planlaşdırmışlar. Onlar qeydiyyat yerinə yaxınlaşaraq çamadanlarını baqaja təhvil verib qeydiyyatdan və sərhəd nəzarətindən keçib minik zalında gözləmişlər. Bu zaman 2 nəfər şəxs onlara yaxınlaşıb çamadanlarına baxış keçiriləcəyini demişdir. Həmin baxış zamanı çamadanların divarlarında ağ kristalşəkilli maddələr olması müəyyən edilmişdir. Oranın əməkdaşları onlara həmin maddələrin metafetamin psixotrop maddəsi olmasını və Azərbaycan Respublikasında dövriyyəsinin qadağan olunduğunu bildirilmiş və bu səbəbdən onları saxlamışlar. Bildirir ki, Mahmud ona içərisində atları keyləşdirmək üçün istifadə olunan dərmanlar olan çamadanları Malayziyaya aparması müqabilində 1000 ABŞ dolları pul verəcəyini, bu işi görmək üçün güvəndiyi bir adam olarsa ona da eyni məbləğ verə biləcəyini demişdi. Onun təklifinə Məcid razılaşdıqdan sonra onlar öz pasportlarını Mahmuda bilet sifariş vermək üçün təhvil vermişlər, onların heç bir xərci çıxmadan Mahmud onlara biletləri almışdır. xx.xx.2019-cu il tarixdə Məcidlə birlikdə Mahmudla görüşdükləri zaman sonuncu onlara iki ədəd çamadan, pasportlarını, biletlərini, eləcə də hər birinə 1000 ABŞ dolları pul vermişdir. Orada elə çamadanlara baxan zaman onların boş olduğunu görüb, bunun səbəbini soruşduqda, Mahmud onlara «siz tapa bilmədinizsə sərhəddə də tapa bilməyəcəklər» demiş və onlar çamadanları özləri ilə götürmüşlər. Mahmudun onlara aparmalı olduqları əşyaların atları keyləşdirən dərman olduğunu bildirdikləri halda, boş çamadanları onlara verməsindən şübhələnməməsinin, həmin dərmanların harada olması barədə maraqlanmamasının səbəbini izah etməkdə çətinlik çəkir. xx.xx.2019-cu il tarixdə İİR-nın Astara şəhərindən gömrük postunu keçməklə Azərbaycan Respublikası ərazisinə daxil olmuş, gömrük nəzarətindən keçən zaman çamadanlarını Rentgen aparatına qoymuşlar. Lakin çamadanlar rentgen aparatından keçsə də, gömrük əməkdaşlarından onlara hər hansı bir irad bildirilməmişdir. Dörd gün müddətində Mahmudun onlara təşkil etdiyi hoteldə qaldıqdan sonra xx xxxxxxxx 2019cu il tarixdə mahmudun onlara verdiyi çamadanları da götürüb Bakı-Dubay reysi ilə Dubaya oradan isə elə həmin günü Malayziyaya getmək üçün X24 Aeroportuna getmişlər. Həmin reyslər üzrə biletlər də daha öncədən məhz Mahmud tərəfindən alınıb onlara verilmişdi. Qeydiyyatdan və sərhəd nəzarətindən keçib minik zalında gözlədikləri zaman 2 nəfər şəxs onlara yaxınlaşmış və bir qədər sonra onların çamadanlarına özlərinin iştirakı ilə baxış keçirilərkən çamadanların divarlarında ağ kristalşəkilli maddələr olması müəyyən edilmişdir. Onun özü ilə gömrük sərhədindən özünün dediyi kimi qeyri-qanuni olduğunu bilmədiyi “atları keyləşdirən dərman” apardığı halda, həmin dərman vasitələrinin nə üçün açıq şəkildə deyil, məhz gizlədilmiş şəkildə gömrük sərhədindən keçirilməsinin səbəblərini izah etməkdə çətinlik çəkir. Qanuni olan əşyanı dedikləri kimi malayziyaya aparmaq üçün ona və tanışı Məcidə Mahmudun nə səbəbə hər birinə 1000 ABŞ dolları verməsi barədə heç bir izah verə bilmir. Ona da aydındır ki, Mahmud əgər gömrük sərhədlərindən qeyri-qanuni əşyanı keçirmək barədə düşnmürdüsə, sonuncu üçün həmin dərman vasitələrini mümkün olan kargo şirkətləri vasitəsilə daha ucuz qiymətə və rahat şəkildə göndərə bilərdi. Bir daha bildirir ki, onun özü mənzil başına çatmaları üçün lazım olan biletləri almamış, hotel bron etməmiş, həmin qeyri-qanuni əşyaları gizlətmək üçün heç bir tədbir görməmişdir. O, Mahmudun sözlərinə inanaraq düşünmüşdür ki, özləri ilə çamadanda gizlədilmiş şəkildə apardıqları preparatlar atları keyləşdirmək üçün dərman vasitələridir. Son olaraq göstərdi ki, baş vermiş hadisədən peşmandır, onun dövriyyəsi qadağan olunmuş psixotrop maddələri ölkə sərhədlərindən qanunsuz keçirmək kimi bir niyyəti olmamış, Mahmudun sözlərinə inanmış və maddi imkansızlığına görə təklifi qəbul edib bu hərəkəti etmişdir. Ailəsinin maddi cəhətdən ona ehtiyac duymasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X3 Azərbaycan Respublikası CM-nin 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o törətdiyi əməldən peşmandır. Abdollahı 15 ildir qonşu olaraq tanıyır. Oğlu Əmir futbolla məşğul olduğu zaman diz qapağından zədə almış, sonradan isə həmin zədə xəstəliyə çevrilmiş və əməliyyat üçün 1300 ABŞ dolları pul tələb olunmuşdur. O bu barədə söhbət edən zaman qonşusu Abdullaha bildirmişdir. xx xxxxxxxx 2019cu it tarixdə Abdullah ona içərisində atları keyləşdirmək uçun istifadə olunan dərmanlar olan çamadanları Malayziyaya aparacaqları halda hər birinə 1000 ABŞ dolları pul veriləcək bir iş olduğunu demiş, o da Abdullaha birlikdə gedəcəkləri halda razı olacağını bildirmişdir. Abdullahla razılaşdıqdan sonra o öz pasportunu bilet almaq üçün Abdullaha, Abdullah isə həmin vaxt tanımadığı Mahmud adlı şəxsə vermişdir, xx.xx.2019-cu il tarixdə Abdullahla birlikdə Mahmudla görüşmək üçün Tehran şəhərinin «Azadeqan Xiyabanı» adlandırılan yerinə gəlmişlər. Orada Mahmudla ilk dəfə görüşmüş və Mahmudla görüş zamanı Mahmud onlara iki ədəd çamadan və pasportlarını vermişdir. Çamadanlara baxan zaman onların boş olduğunu gördükdə Mahmuddan bunun səbəbini soruşduqda, Mahmud onlara heç bir izah vermədən,- «siz tapa bilmədiniz, sərhəddə də tapa bilməyəcəklər» demişdir. Mahmud onlara həmçinin xx.xx.2019-cu il tarixdə Tehrandan Astara şəhərinə gedəcəklərini oradan Azərbaycan Respublikasının Astara şəhərinə, Astaradan isə Bakı şəhərinə gedəcəklərini, Bakı şəhərində hoteldə qalacaqlarını və xx.xx.2019cu il tarixdə isə Bakı şəhərindən Dubaya oradan isə X21 şəhərinə gedəcəklərini və çamadanları orada təhvil verməli olduqlarını demişdir. Onlar da Mahmudun bu təklifi ilə razılaşmışlar və göstərilən hərəkətləri həyata keçirmək üçün İİR-in Astara şəhərinə yola düşmüşlər. xx.xx.2019-cu il tarixdə gömrük postunu keçməklə Azərbaycan Respublikası ərazisinə daxil olmuşlar. Gömrük nəzarətindən keçən zaman çamadanlarını Rentgen aparatına qoyub keçirmiş, bu zaman hər hansı bir yoxlanış olmamış və gömrükdən keçdikdən sonra Mahmudun onları Bakı şəhərinə gətirməsi üçün danışdığı dövlət nömrə nişanını xatırlamadağı sürücüsünü tanımadığı, “Mersedes Benz" markalı avtomobilə minib Bakı şəhərinə yola düşmüşlər. Bakıya gəlib 04 gün müddətində «Amara» hoteldə qaldıqdan sonra xx.xx.2019-cu il tarixdə Məcidlə birlikdə çamadanları götürüb hoteldən çıxıb X24 Aeroportuna getmişlər. Oradan Bakı-Dubay reysi ilə Dubaya oradan isə elə həmin günü Malayziyaya getməyi planlaşdırmışlar. Aeroportda Abdullahla birlikdə qeydiyyat yerinə yaxınlaşaraq çamadanlarını baqaja təhvil verib qeydiyyatdan və sərhəd nəzarətindən keçib minik zalında gözlədikləri zaman 2 nəfər şəxs onlara yaxınlaşıb çamadanlarına baxış keçiriləcəyini demişdir. Bundan sonra Mahmudun onlara verdiyi həmin çamadanlara baxış keçirilmiş və baxış zamanı çamadanların divarlarında ağ kristalşəkilli maddələr olması müəyyən edilmişdir. Orada onlara bildirmişlər ki, həmin maddələr metafetamin psixotrop maddəsidir və dövriyyəsi qadağandır. Bu səbəbdən onlar saxlanılmış və daha sonra üzərlərinə baxış keçirilmişdir. Bildirir ki, o əvvəllər Mahmud adlı şəxsi tanımamış, Mahmudun Abdullaha etdiyi və nəticədə də sonuncunun ona etdiyi təklifə maddi imkansızlıq səbəbindən razılaşmış və daşıdıqları dərmanların həqiqətən də atları keyləşdirmək üçün istifadə olunan dərmanlar olduğunu, onları gömrükdən keçirməklə Malayziyaya aparmaqla heç bir qanun pozuntusuna yol vermədiklərini düşünmüşdür. Həmin çamadanların Malayziyaya aparılması müqabilində Abdullah Mahmudun onların hər birinə 1000 ABŞ dolları pul verəcəyini demişdi. Abdullahla razılaşdıqdan sonra pasportunu Abdullaha, o da Mahmuda vermiş, sonuncu onlar üçün biletləri, hotelda qalmaq üçün lazımlı olan rezervasiyaları etmişdir. xx.xx.2019-cu il tarixdə Abdullahla birlikdə ilk dəfə Mahmudla görüşmüş, bu zaman Mahmud onlara Tehrandan Astara şəhərinə, oradan Azərbaycan Respublikasının Astara şəhərinə, Astaradan isə Bakı şəhərinə, Bakı şəhərində hoteldə qaldıqdan sonra xx.xx.2019-cu il tarixdə Bakı şəhərindən Dubaya oradan isə X21 şəhərinə gedəcəklərini və çamadanları orada təhvil verməli olduqlarını demişdir. Lakin Mahmud onlara Malayziyada dərmanları kimə verəcəkləri barədə əvvəlcədən məlumat verməmişdir. Onların hərəkət istiqamətləri üzrə bütün lazımi biletləri Mahmud həmin gün onlara vermiş və ertəsi gün onlar yola düşmüşlər. Çamadanları götürdükdən sonra içərisinin boş olduğunu gördüyü, eləcə də Mahmud onlara tapa bilmədikləri təqdirdə sərhəddə də tapa bilməyəcəklərini dediyi zaman, dərmanların çamadanların iç səthində haradasa gizlədildiyini başa düşmüş, lakin həmin hala önəm verməmişdir. xx.xx.2019-cu il tarixdə İİR-nın Astara şəhərindən gömrük postunu keçməklə Azərbaycan Respublikası ərazisinə daxil olduqları zaman çamadanlara görə heç kim onlara irad bildirməmiş, hər hansı problem yaşamamışlar. xx xxxxxxxx 2019-cu il tarixdə mahmudun onlara verdiyi çamadanları da götürüb Bakı-Dubay reysi ilə Dubaya oradan isə elə həmin günü Malayziyaya getmək üçün X24 Aeroportunda qeydiyyatdan və sərhəd nəzarətindən keçdikdən sonra onları saxlamışlar. Onun özü ilə gömrük sərhədindən özünün dediyi kimi qeyri-qanuni olduğunu bilmədiyi “atları keyləşdirən dərman” apardığı halda, həmin dərman vasitələrinin nə üçün açıq şəkildə deyil, məhz gizlədilmiş şəkildə gömrük sərhədindən keçirilməsinin səbəblərini izah etməkdə çətinlik çəkir. Qanuni olan əşyanı dedikləri kimi Malayziyaya aparmaq üçün ona və tanışı Məcidə Mahmudun nə səbəbə hər birinə 1000 ABŞ dolları verməsi barədə heç bir izah verə bilmir. Ona da aydındır ki, Mahmud əgər gömrük sərhədlərindən qeyri-qanuni əşyanı keçirmək barədə düşnmürdüsə, sonuncu üçün həmin dərman vasitələrini mümkün olan kargo şirkətləri vasitəsilə daha ucuz qiymətə və rahat şəkildə göndərə bilərdi. Elan edilməklə ona təqdim edilmiş Ambulator məcburi-narkoloji ekspertizasının xx.xx.2019-cu il tarixli, 3016 saylı rəyi ona tanışdır, həmin rəyin verilmsə üzrə ekspertiza tədqiqatı zamanı özünün bir ildir ki, arabir düşəndə narkotik vasitə olan tiryəkdən daxilə qəbuletmə yolu ilə və narkotik vasitə olan metadon həblərindən istifadə etməsini bildirməsi düzgündür, onda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyinin aşkar olunması ona aydındır. Bir daha bildirir ki, onun özü həmin vasitərləin gizlədilməsi üçün heç bir tədbir görməmiş, biletləri almağı və hotel bron etməyi Mahmud həll etmişdir. Özləri ilə çamadanda gizlədilmiş şəkildə apardıqları preparatların həqiqətən atları keyləşdirmək üçün dərman vasitələri olmasını düşünmüşdür. Son olaraq göstərdi ki, baş vermiş hadisədən peşmandır, onun dövriyyəsi qadağan olunmuş psixotrop maddələri ölkə sərhədlərindən qanunsuz keçirmək kimi bir niyyəti olmamış, maddi imkansızlığına görə təklifi qəbul edib bu hərəkəti etmişdir. Ailəsinin maddi cəhətdən ona ehtiyac duymasını, himayəsində xəstə oğlunun olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxslər X20 və X5 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları, onların hadisələrin baş vermə mexanizmi, ardıcıllığı, yeri və vaxtı ilə bağlı verilmiş ittihamla uzlaşan və işin faktiki hallarına uyğun olan qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük idarəsinin böyük inspektoru Şahid3 göstərmişdir ki, 6 ildən də artıq müddətdir ki, göstərilən vəzifədə işləyir. xx xxxxxxxx 2019-cu il tarixdə X24 Hava Limanında T1 Terminalında rentgen aparatının monitoru qarşısında xidmətini yerinə yetirmişdir. Həmin gün saat 14:00-da FZ 708 saylı Bakı-Dubay aviareysi ilə gedən İran İslam Respublikası vətəndaşları X20 və X7 məxsus baqajlara xidmət yoldaşı Şahid2 ilə monitor vasitəsi ilə baxış keçirilən zaman monitorda şübhəli əşyaların təsviri görünmüşdür. Həmin sərnişinlər steril zonada saxlanılaraq, çamadanlarına yoxlama keçirilməsindən ötrü xidməti otağa dəvət edilmişlər. Həmçinin həmin baqajlara «Layma» ləqəbli xidməti iti tətbiq etmişlər və xidməti it həmin baqajlara reaksiya vermişdir. Yoxlama zamanı Naderi Abdollaha məxsus «Pierre cardin» sözləri yazılmış tünd göy rəngli çamadanın astarı altında yan divarlarına vintlərlə bərkidilmiş və çamadanın yan divarları tomasında narkotik vasitə-metafetaminə bənzər maddə aşkar edilmişdir. Həmin maddə elektron tərəzi ilə çəkilmiş və yastı təbəqə ilə birlikdə ümumi çəkisi təxminən 4770,0 qram təşkil etmişdir Yeganehdevich Majidə məxsus üzərində «Pierre Cardin» sözləri yazılmış qəhvəyi rəngli çamadanın yoxlanılması zamanı isə çamadanın astarı altında yan divarlarına vintlərlə bərkidilmiş və çamadanın yan divarları formasında xüsusi qaydada düzəldilmiş qara rəngli yastı təbəqənin daxilində ağ rəngli kristal formasında narkotik vasitə metafetaminə bənzər maddə aşkar edilmişdir. Həmin maddə elektron tərəzi ilə çəkilmiş və yastı təbəqə ilə birlikdə ümumi çəkisi təxminən 4785,0 qram təşkil etmişdir. Bu barədə müvafiq protokol tərtib edilmiş və imzalanmış, sonradan saxlanılan şəxslər və material təhqiqatçıya verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük idarəsinin əməkdaşları olan Şahid2 və Şahid1 digər Şahid3 ilə eyni məzmunlu ifadələr verərək, sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o 7-8 ildir ki, X24 Aeroportunda “xxxxxxxxxxxxxx” MMC-də yuyucu maşın operatoru vəzifəsində işəmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə saat 14:25 radələrində o iş yerində olan zaman Dövlət Gömrük Komitəsinin əməkdaşı ona yaxınlaşaraq sərnişinin çantasına baxış keçirilməsində hal şahidi qismində iştirak etməyini təklif etmişdir, o da razılığını vermişdir. Bundan sonra onlar Aeroportun 1-ci Terminalında yerləşən xidməti otağına gəlmişlər orada ona iki nəfər İran İslam Respublikası vətəndaşlarını təqdim edilmişdir. Həmin şəxslər Naderi Abdollah və Yeganehdevich Majid olmuş və onların çamadanlarına baxış keçirilmişdir. Həmin vaxt ondan başqa bir nəfər də hal şahidi qismində iştirak etmişdir. Baxış zamanı Naderi Abdollaha məxsus «Pierre cardin» sözləri yazılmış tünd göy rəngli çamadanın astarı altında yan divarlarına vintlərlə bərkidilmiş və çamadanın yan divarları formasında narkotik vasitə-metafetaminə bənzər maddə aşkar edilmişdir. Həmin maddə elektron tərəzi ilə çəkilmiş və yastı təbəqə ilə birlikdə ümumi çəkisi təxminən 4770,0 qram təşkil etmişdir. Yeganehdevich Majidə məxsus üzərində «Pierre Cardin» sözləri yazılmış qəhvəyi rəngli çamadanın yoxlanılması zamanı işə çamadanın astarı altında yan divarlarına vintlərlə bərkidilmiş və çamadanın yan divarları formasında xüsusi qaydada düzəldilmiş qara rəngli yastı təbəqənin daxilində ağ rəngli kristal formasında narkotik vasitə metafetaminə bənzər maddə aşkar edilmişdir. Həmin maddə elektron tərəzi ilə çəkilmiş və yastı təbəqə ilə birlikdə ümumi çəkisi təxminən 4785,0 qram təşkil etmişdir. Bu barədə müvafiq protokol tərtib edilmiş və imzalanmışdır, aşkar edilmiş maddələr isə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 digər şahid X22 ilə eyni məzmunlu ifadə verərək, sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxslər X20 və X5 yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olmaları cinayət işinin materiallarında olmaqla, məhkəmə istintaqı zamanı tərəflərə təqdim edilməklə elan edilərək tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “Cinayət işinin başlanması haqqında” xx xxxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, xx xxxxxxxx 2019-cu il tarixdə saat 14 radələrində FZ 708 saylı Bakı-Dubay avıareysi ilə X13 gedən İran islam Respublikasından X13 gedən İran İslam Respublikasının vətəndaşları X20 və X7 məxsus baqajlar X24 Aeroportunun “T-1 Terminalında fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinin "Terminal-1 X27" gömrük postunun bunkerində yerləşən rentgen aparatından keçirilərkən müvafiq olaraq müşayiət etdikləri tün göy və qəhvəyi rəngli çamadanlarda şübhəli cizgilər müəyyən edildiyindən saxlanması və gömrük baxışı zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə hər bir çamadanın astarının altında, yan divarına vintlə bərkidilmiş qara rəngli yastı təbəqənin daxilində 846,141 qram və 848,80 qram olmaqla, gömrük nəzarətindən gizlədilmiş ümumilikdə külli miqdarda 1694,941 qram metafetamin psixotrop maddəsi aşkar edilərək götürülməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (cild 01, iş vər. 04) Skanlaşdırma və TNVT şöbəsinin böyük inspektoru Şahid3 Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinə olan xx.xx.2019-cu il tarixli raportdan görünür ki, inspektor tərəfindən məruzə olunaraq bildirilmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixdə, saat 14.45 radələrində FZ 708 saylı Bakı Dubay aviareysi ilə gedən İran İslam Respublikası vətəndaşları Yeganehdevich Majidə məxsus qəhvəyi rəngli çamadanın yoxlanılması zamanı, çamadanın astarı altında yan divarlarına vintlərlə bərkidilmiş və çamadanın yan divarları formasında xüsusi qaydada düzəldilmiş qara rəngə boyadılmış, ağ rəngli kristal şəkilində narkotik vasitə olan metafetaminə bənzər maddə aşkar edilmidir. Həmin maddə elektron tərəzi ilə çəkilmiş və ümumi çəkisi təxminən 4785,0 qram təşkil etmişdir. Həmçinin həmin reyslə gedən digər X25 vətəndaşı X19 məxsus üzərində “Pierre cardin” sözləri yazılmış tünd göy rəngli çamadanın astarı altında, yan divarlarına vintlərlə bərkidilmiş və çamadanın yan divarları formasında xüsusi qaydada düzəldilmiş, qara rəngli yastı maddə aşkar edilmişdir. Həmin maddə elektron tərəzi ilə çəkilmiş və ümumi çəkisi təxminən 4770,0 qram təşkil etmişdir. İlkin yoxlamadan sonra fiziki şəxsin gətirilməsi qanunvericiliklə qadağan edilmiş yaxud məhdudlaşdırılmış habelə bəyan edilməmiş malları üzərində gizlətməsi və daşıması barədəd əsaslı şübhə yarandığına görə, AR Gömrük Məcəlləsinin 64, 92.2.2-ci maddələrinə, AR Nazirlər Kabinetinin “Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2014-cü il tarixli 7 nömrəli Qərarının 1.5-ci bəndinə və 6.3.5-ci yarımbəndinə müvafiq olaraq, İran islam Respublikası vətəndaşları X7 və X14 üzərində şəxsi yoxlama aparılmasına dair qərar verilməsi xahiş olunmuşdur. (cild 01, iş vər. 11) “Yoxlama və əşyaların götürülməsi haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 14.45-dən 15.00-dək Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma və TNVT şöbəsinin bpyük inspektoru Şahid3 tərəfindən dəvət olunmuş əməkdaşların, hal şahidlərinin və tərcüməçinin iştirakı ilə İİR vətəndaşı Yeganehdevich Majidə məxsus üzərində “Pierre Cardin” sözləri yazılmış qəhvəyi rəngli çamadanın yoxlanılması zamanı, çamadanın astarı altında yan divarlarına vintlərlə bərkidilmiş və çamadanın yan divarları formasında xüsusi qaydada düzəldilmiş qara rəngə boyadılmış, ağ rəngli kristal şəkilində narkotik vasitə olan metafetaminə bənzər maddə aşkar edilmişdir. Həmin çərçivə elektron tərəzi ilə çəkilmiş və ümumi çəkisi təxminən 4785,0 qram təşkil etmişdir. İran İslam Respublikasının vətəndaşı X7 məxsus İRN L 497764 nömrəli pasportun surəti, ümumi çəkisi qablaşdırılmış vəziyyətdə təxminən 4785,0 qram olan psixotrop maddə metafetamin, 1 ədəd “Huawei” markalı mobil telefon, Bakı-Dubay və Dubay-Kuala Lumpur aviareyslərinin minik kartları, “Amara Hotel” kartı və vauçeri, səyahət sığortası, elektron viza, 800 ABŞ dolları, 50000 İran rialı 101217 nömrəli polietilen zərfə qablaşdırılaraq götürülmüşdür. (cild 01, iş vər. 13-14) “Şəxsi yoxlama aparılması haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 15.00-dan 15.10-dək Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma və TNVT şöbəsinin böyük inspektoru Şahid3 tərəfindən tərəfindən dəvət olunmuş əməkdaşların, hal şahidlərinin və tərcüməçinin iştirakı ilə İİR vətəndaşı Yeganehdevich Majidin üzərinə şəxsi yoxlama aparılan zaman sonuncunun üzərindən qeyri-qanuni hər hansı bir əşya aşkar edilməmişdir. (cild 01, iş vər. 15-16) “Yoxlama və əşyaların götürülməsi haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 15.15-dən 15.30-dək Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma və TNVT şöbəsinin bpyük inspektoru Şahid3 tərəfindən dəvət olunmuş əməkdaşların, hal şahidlərinin və tərcüməçinin iştirakı ilə İİR vətəndaşı Naderi Seifolaha məxsus üzərində “Pierre Cardin” sözləri yazılmış tünd göy rəngli çamadanın astarı altında, yan divarlarına vintlərlə bərkidilmiş və çamadanın yan divarları formasında xüsusi qaydada düzəldilmiş, qara rəngli yastı maddə aşkar edilmişdir. Həmin maddə elektron tərəzi ilə çəkilmiş və ümumi çəkisi təxminən 4770,0 qram təşkil etmişdir. İran İslam Respublikasının vətəndaşı X19 məxsus İRN W46200868 nömrəli pasportun surəti, ümumi çəkisi qablaşdırılmış vəziyyətdə təxminən 4770,0 qram olan psixotrop maddə metafetamin, 1 ədəd “Samsung” markalı mobil telefon, Bakı-Dubay və Dubay-Kuala Lumpur aviareyslərinin minik kartları, Hotel vauçeri, səyahət sığortası, elektron viza, “**********” mobil nömrəsinin qutusu, valyuta mübadiləsi barədə qəbz, 900 Abş dolları, 134 manat 70 qəpik, 17000 İran rialı 101815 nömrəli polietilen zərfə qablaşdırılaraq götürülmüşdür. (cild 01, iş vər. 17-18) “Şəxsi yoxlama aparılması haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 15.30-dan 15.40-dək Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma və TNVT şöbəsinin böyük inspektoru Şahid3 tərəfindən tərəfindən dəvət olunmuş əməkdaşların, hal şahidlərinin və tərcüməçinin iştirakı ilə İİR vətəndaşı Naderi Seifolahın üzərinə şəxsi yoxlama aparılan zaman sonuncunun üzərindən qeyri-qanuni hər hansı bir əşya aşkar edilməmişdir. (cild 01, iş vər. 19-20) Cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, X20 həmin tarixdə saat 15.40-da müdafiəçisi və tərcüməçinin iştirakı ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin böyük təhqiqatçısı tərəfindən tutulmuşdur. (cild 01, iş vər. 38-39) Cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünrü ki, X8 həmin tarixdə saat 15.40-da müdafiəçisi və tərcüməçinin iştirakı ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin böyük təhqiqatçısı tərəfindən tutulmuşdur. (cild 01, iş vər. 45-46) Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 24207 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 02 ədəd qırmızı rəngli kisələrdən birindəki çəkisi 4770 qram olan xüsusi formalı qara rəngli predmetin tərkibində ümumilikdə təmiz çəkisi 846,141 qram, digər kisədəki çəkisi 4785 qram olan xüsusi forma qara rəngli predmetin tərkibində ümumilikdə 848,80 qram psixotrop maddə-metafetamin müəyyən edilmişdir. Metafetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına daxildir. (Cild 01, iş vər. 76-79) “Baxış keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli protokoldan və əlaəv edilmiş sərhədkeçmə məlumatlarından görünür ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin müstəntiqi tərəfindən İİR vətəndaşları X20 və X5 sərhədkeçmə məlumatlarının dəqiqləşdirilməsi üçün DGK gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə (İAMAS SERVİCE-ə) baxış keçirilmiş, baxış zamanı baxış zamanı Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin hüquqpozmalar alt bölməsindəki “xidməti məlumatlar" siyahı sorğusu əsasında daxil olmuş, İran İslam Respublikası vətəndaşları - xx.xx.1965-ci təvəllüdlü X20 və xx.xx.1965-ci təvəllüdlü X8 barəsində mövcud olan sərhədkeçmə məlumatları ilə müəyyən edilir ki, onlar xx.xx.2019-cu il tarixdə müvafiq olaraq saat 07:21 və 07:23-də Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara" gömrük postundan keçməklə Azərbaycan Respublikası ərazisinə daxil olmuş, xx.xx.2019-cu il tarixdə müvafiq olaraq saat 14:11 və 14:09-da Bakı Aeroportundan istifadə etməklə X9 Dubay şəhərinə gedərkən saxlanılmışlar. İş üçün əhəmiyyət kəsb etdiyindən X20 və X5 sərhədkeçmə hesabatları “HP LaserJet P1102" markalı printerdən istifadə edilməklə çap edildi və 02 vərəqdə protokola əlavə edildi. (cild 01, iş vər. 80-82) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-801/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, məhkəmənin qərarı ilə X20 barəsində həbsetmə müddətinin əvvəli xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 166-168) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-802/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, məhkəmənin qərarı ilə X8 barəsində həbsetmə müddətinin əvvəli xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 169-171) Əşyanın maddi sübut hesab edilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli qərardan və xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, iş üzrə ümumi çəkisi 1694,941 vasitə olan psixotrop maddə- metafetamin iki ədəd çamadanlarla birlikdə maddi sübut hesab edilmiş və təqsirləndirilən şəxslərə təqdim edildikdən sonra Bakı şəhəri Baş Polis İdarəsinin saxlancına təhvil verilmişdir. (cild 01, iş vər. 172-173, cild 02, iş vər. 60) İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2019cu il tarixli tələbnamədən görünür ki, X20 əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər. 216- 217). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2019cu il tarixli tələbnamədən görünür ki, X8 əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər. 219- 220). “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 1 ədəd “Huawei” markalı mobil telefon və 1 ədəd “Samsung” markalı mobil telefonlara baxış keçirilmiş, baxış zamanı mobil telefonlarda hər hansı şübhə ediləcək zəng və ya məlumat aşkar edilməmişdir. (cild 02, iş vər. 27) Ambulator məcburi-narkoloji ekspertizasının xx.xx.2019-cu il tarixli, 3016 saylı rəyindən görünür ki, X6 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 02, iş vər. 11-12) Ambulator məcburi-narkoloji ekspertizasının xx.xx.2019-cu il tarixli, 3015 saylı rəyindən görünür ki, X16 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. X20 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 02, iş vər. 9-10) “Sübutların qiymətləndirilməsi və cinayət işindən başqa bir cinayət işinin ayrılması haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, İş üzrə təqsirləndirilən şəxslər X20 və X5 Azərbaycan Respublikası CM-nin 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətmələri tam sübuta yetirilmişdir. Ona görə də. iş üzrə X20 və X5 Azərbaycan Respublikası CM-nin 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham və barələrində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılması, İİR vətəndaşları X20 və X4 aşkar edilmiş psixotrop maddə-metafetamin əldə etmə mənbəyinin müəyyən edilməsindən ötıü ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3 maddələri ilə başqa bir cinayət işinin ayrılması və istintaqının davam etdirilməsi, ayrılmış cinayət işi ********* nömrəsi altında istintaqı davam etdirilməsi, iş üzrə maddi sübut hesab edilmiş ümumi çəkisi 1694,941 vasitə olan psixotrop maddə-metafetamin iki ədəd çamadanlarla birlikdə təqsirləndirilən şəxslərə təqdim edildikdən saxlanması üçün BPİ-nin saxlancına təhvil verilməsi, iş üzrə təqsirləndirilən şəxslər X20 və X4 aşkar edilmiş pul vəsaiti, 2 ədəd mobil telefon, hotel vauçeri və həyat sığortasının ayrılmış cinayət işində saxlanılması qərara alınmışdır. (cild 02, iş vər. 28-38) Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxslər X20 və X5 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları onların özlərini təqsirli bilməmələrinə baxmayaraq hadisələrin baş verməsi ilə bağlı ölkə sərhədlərini keçmələri, psixotrop maddə metafetamini əldə etmələri və daşımaları ilə bağlı mexanizmi, yeri və ardıcıllığı ilə bağlı ifadələri, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər X20 və X5 həmin cinayət əməllərində təqsirlərini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslər X20 və X1ra qarşı irəli sürülmüş ittihamla bağlı, İran İslam Respublikasından daşımaqla gömrük sərhədindən təkrarən keçirdikləri çamadanlarda psixotrop maddə-metafetamin olduğundan, həmin vasitənin dövriyyəsinin qanunsuz olduğundan xəbərlərinin olmaması barədə hissədə məhkəmə baxışı zamanı verdikləri ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onların bu kimi ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmiş və onların yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olmaları, onların özlərinin hadisələrin baş vermə mexanizmi, ardıcıllığı, yeri və vaxtı ilə bağlı işin faktiki hallarına uyğun olan ifadələri ilə yanaşı, iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv sübutların məcmusu ilə tam təsdiq olunmuşdur. Belə ki, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 0.06.2016-cı il tarixli qərarına əsasən şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyriqanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların təqsirkarın özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr, psixotrop maddələr və prekursorlar olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsiyələrini və işin faktiki hallarını nəzərə alaraq təqsirləndirilən şəxs X20 və X5 törətmiş olduqları cinayət əməllərinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onların əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş və onlar həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrinin sanksiyası həddində onlara azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər X20 və X7 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3 və 64-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini, həmçinin törədilmiş cinayətə görə cəza təyin edərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, təqsirləndirilən şəxslərin cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X14 törətdiyi cinayət əməlini qismən səmimi etiraf edib peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxs X14 cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X5 törətdiyi cinayət əməlini qismən səmimi etiraf edib peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxs X5 cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Təqsirləndirilən şəxslər X20 və X5 əvvəllər cinayət məsuliyyətinə cəlb edilmədikləri və ilk dəfə ağır cinayət əməlləri törətməkdə təqsirli bilindikləri nəzərə alınaraq onlar Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxs X6 narkomaniya xəstəliyi aşkar olunmuş və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunmuşdur. Odur ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən X8 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər X20 və X8 İran İslam Respublikası vətəndaşı olduqlarından onlara cəza təyin edilərkən, barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın da təyin edilməsi məqsədə uyğundur. Maddi sübutlar: Bakı şəhəri Baş Polis İdarəsində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 1694,941 (min altı yüz doxsan dörd tam mində doqquz yüz qırx bir) qram psixotrop maddə-metafetamin və iki ədəd çamadan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə təqsirləndirilən şəxslər X20 və X4 aşkar edilmiş pul vəsaitləri, 2 ədəd mobil telefon, hotel vauçeri və həyat sığortasının hazırki cinayət işindən ayrılmaqla istintaqı aparılan ********* saylı cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən müvafiq qərarla həmin cinayət işində saxlanılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 109 (yüz doqquz) manat təqsirləndirilən şəxslər X20 və X2 müştərək qaydada dövlətin xeyrinə tutulmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur və üzərinə həbs qoyulmuş əmlakın olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: X20 Azərbaycan Respublikası CM-nin 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 206.3.1 və 206.3.2-ci maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X14 üzərində qəti olaraq 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X20 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən X20 təyin olunmuş cəzanı çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. X8 Azərbaycan Respublikası CM-nin 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 206.3.1 və 206.3.2-ci maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) ilmüddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X5 üzərində qəti olaraq 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X8 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsənX8 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən X8 təyin olunmuş cəzanı çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Maddi sübutlar: Bakı şəhəri Baş Polis İdarəsində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 1694,941 (min altı yüz doxsan dörd tam mində doqquz yüz qırx bir) qram psixotrop maddə- metafetamin və iki ədəd çamadan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə təqsirləndirilən şəxslər X20 və X4 aşkar edilmiş pul vəsaitləri, 2 ədəd mobil telefon, hotel vauçeri və həyat sığortasının hazırki cinayət işindən ayrılmaqla istintaqı aparılan ********* saylı cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən müvafiq qərarla həmin cinayət işində saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci cəmi 109 (yüz doqquz) manat təqsirləndirilən şəxslər X20 və X4 müştərək qaydada dövlətin xeyrinə tutulsun. İş üzrə mülki iddia və əmlak üzərinə həbs qoyulmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkumlara isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar