Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-472/2021 16.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Mikayılov Eldar Əli oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X14, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X10 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1984-cü ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, "xxxx" QSC- nin 1 saylı filialında mühəndis işləyən, Bakı şəhəri Nəsimi rayonu R.Rza küçəsi ev 66-da qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X9, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, X9 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs satıb pulunu sonradan verəcəyinə dair yalan vəd verərək aldadıb vahid niyyətlə əhatə olunan qəsdlə ilk dəfə 15.05.2015-ci il tarixdə işlədiyi Bakı şəhəri Səbail rayonu Ü.Hacıbəyov küçəsində yerləşən "xxxx" QSC-də 1 saylı filialında bir ədəd dəyəri 1.300 manat olan 24,5 qram çəkidə 750 əyarlıq qızıl komplekti, bir ədəd dəyəri 1.000 manat olan 19,2 qram çəkidə 750 əyarlıq qızıl zəncir və qolbağı, bir ədəd dəyəri 1.330 manat olan 25,0 qram çəkidə 750 əyarlıq qızıl komplekti, daha sonra 20.05.2015-ci il tarixdə yenə həmin ünvanda bir ədəd dəyəri 2.000 ABŞ dolları, milli manat məzənnəsi ilə 2097 manat olan 30,7 qram çəkidə 750 əyarlıq qızıl zəncir və qolbağı (muncuq lazer), bir ədəd dəyəri 1.300 ABŞ dolları, milli manat məzənnəsi ilə 1363 manat olan 20,2 qram çəkidə 750 əyarlıq qızıl komplekti, bir ədəd dəyəri 1.850 manat olan 30,1 qram çəkidə 750 əyarlıq qızıl kulon və bilərziyi, bir ədəd dəyəri 1.100 manat olan 18,7 qram çəkidə 750 əyarlıq qızıl sünbül zənciri, bir ədəd dəyəri 920 manat olan 15,2 qram çəkidə 750 əyarlıq qızıl sünbül zənciri, 22.05.2015- ci il tarixdə yenə həmin ünvanda bir ədəd dəyəri 580 ABŞ dolları, milli manat məzənnəsi ilə 608 manat olan 9,1 qram çəkidə 750 əyarlıq qızıl sünbül zənciri, bir ədəd dəyəri 480 ABŞ dolları, milli manat məzənnəsi ilə 503 manat olan 7,7 qram çəkidə 750 əyarlıq qızıl aqua sırğanı, bir ədəd dəyəri 730 ABŞ dolları, milli manat məzənnəsi ilə 766 manat olan 11,7 qram çəkidə 750 əyarlıq qızıl iri halqa sırğanı, bir ədəd dəyəri 540 ABŞ dolları, milli manat məzənnəsi ilə 566 manat olan 8,7 qram çəkidə 750 əyarlıq qızıl əyri halqa sırğanı, bir ədəd dəyəri 800 ABŞ dolları, milli manat məzənnəsi ilə 839 manat olan 12,8 qram çəkidə 750 əyarlıq qızıl graziel qolbağı, bir ədəd dəyəri 780 ABŞ dolları, milli manat məzənnəsi ilə 818 manat olan 12,6 qram çəkidə 750 əyarlıq qızıl halqa zəncir qolbağı, bir ədəd dəyəri 1.460 ABŞ dolları, milli manat məzənnəsi ilə 1531 manat olan 22,3 qram çəkidə 750 əyarlıq qızıl qaşsız güllu komplekti, 23.05.2015-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu M.Fizuli küçəsində yerləşən «Qış parkı»nda bir ədəd dəyəri 1.100 ABŞ dolları, milli manat məzənnəsi ilə 1154 manat olan 17,4 qram çəkidə 750 əyarlıq qızıl komplekti, 27.05.2015-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Ü.Hacıbəyov küçəsində yerləşən "xxxx" QSC-də 1 saylı filialında bir ədəd dəyəri 1.770 ABŞ dolları, milli manat məzənnəsi ilə 1858 manat olan 27,6 qram çəkidə 750 əyarlıq qızıl graziel komplekti, 08.06.2015-ci il tarixdə yenə həmin ünvanda bir ədəd dəyəri 1.050 ABŞ dolları, milli manat məzənnəsi ilə 1101 manat olan 16,4 qram çəkidə 750 əyarlıq qızıl versaci zənciri, 08.06.2015-ci il tarixdə yenə həmin ünvanda bir ədəd eləyəri 1.050 ABŞ dolları, milli manat məzənnəsi ilə 1101 manat olan 15,8 qram çəkidə 750 əyarlıq qızıl graziel kulonu, 10.06,2015-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu M.Fizuli küçəsində yerləşən «Qış parkı»nda bir ədəd dəyəri 400 ABŞ dolları, milli manat məzənnəsi ilə 419 manat olan 7,6 qram çəkidə 750 əyarlıq qızıl breloku, 15.06.2015-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Ü.Hacıbəyov küçəsində yerləşən "xxxx" QSC-də 1 saylı filialında bir ədəd dəyəri 2.250 ABŞ dolları, milli manat məzənnəsi ilə 2358 manat olan 37,8 qram çəkidə 750 əyarlıq qızıl kral komplekti, 16.06.2015-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu M.Fizuli küçəsində yerləşən «Qış parkı»nda bir ədəd dəyəri 1.600 ABŞ dolları, milli manat məzənnəsi ilə 1677 manat olan 28,3 qram çəkidə 750 əyarlıq qızıl moruq komplekti, 16.06.2015-ci il tarixdə yenə də həmin ünvanda bir ədəd dəyəri 1.800 ABŞ dolları, milli manat məzənnəsi ilə 1,886 manat olan 29,5 qram çəkidə 750 əyarlıq qızıl zənciri, bir ədəd dəyəri 1.700 ABŞ dolları, milli manat məzənnəsi ilə 1781 manat olan 28,8 qram çəkidə 750 əyarlıq iri qızıl zənciri, 02.07.2015-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Ş.Məmmədova küçəsində yerləşən «Oazis» restoranının qarşısında bir ədəd dəyəri 1.250 ABŞ dolları, milli manat məzənnəsi ilə 1.311 manat olan 19,8 qram çəkidə 750 əyarlıq graziella güllü qızıl qolbağı, bir ədəd dəyəri 3.500 ABŞ dolları, milli manat məzənnəsi ilə 3671 manat olan 60,5 qram çəkidə 750 əyarlıq shopart qızıl zənciri, 31.07.2015-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Ü.Hacıbəyov küçəsində yerləşən "xxxx" QSC-də 1 saylı filialında bir ədəd dəyəri 250 ABŞ dolları, milli manat məzənnəsi ilə 262 manat olan 5,5 qram çəkidə 750 əyarlıq iri qızıl shnurok zənciri, 01.08.2015-ci il tarixdə yenə həmin ünvanda bir ədəd dəyəri 1.350 ABŞ dolları, milli manat məzənnəsi ilə 1417 manat olan 19,3 qram çəkidə 750 əyarlıq graziella qızıl zənciri, bir ədəd dəyəri 1.850 ABŞ dolları, milli manat məzənnəsi ilə 1942 manat olan 28,8 qram çəkidə 750 əyarlıq enli setka qızıl qolbağı, bir ədəd dəyəri 1.650 ABŞ dolları, milli manat məzənnəsi ilə 1732 manat olan 25,6 qram çəkidə 750 əyarlıq qızıl qolbaq zənciri, 11.08.2015-ci il tarixdə yenə həmin ünvanda bir ədəd dəyəri 1.400 ABŞ dolları, milli manat məzənnəsi ilə 1469 manat olan 21,2 qram çəkidə 750 əyarlıq qaşlı qızıl qolbağı, bir ədəd dəyəri 1.900 ABŞ dolları, milli manat məzənnəsi ilə 1994 manat olan 29,0 qram çəkidə 750 əyarlıq qızıl uzun sırğa zənciri, 14.08.2015-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu M.Fizuli küçəsində yerləşən «Qış paı*kı»nda bir ədəd dəyəri 1.930 ABŞ dolları, milli manat məzənnəsi ilə 2024 manat olan 29,1 qram çəkidə 750 əyarlıq qızıl shopart zənciri, bir ədəd dəyəri 670 ABŞ dolları, milli manat məzənnəsi ilə 703 manat olan 10,1 qram çəkidə 750 əyarlıq shopart qızıl qolbağı, 15.08.2015-ci il tarixdə yenə həmin ünvanda bir ədəd dəyəri 4.000 ABŞ dolları, milli manat məzənnəsi ilə 4194 manat olan 60,9 qram çəkidə 750 əyarlıq qızıl zənciri, bir ədəd dəyəri 1.000 ABŞ dolları, milli manat məzənnəsi ilə 1049 manat olan 15,3 qram çəkidə 750 əyarlıq qızıl zəncir qolbağı, 22.08.2015-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Ü.Hacıbəyov küçəsində yerləşən "xxxx" QSC-də 1 saylı filialında bir ədəd dəyəri 1.800 ABŞ dolları, milli manat məzənnəsi ilə 1886 manat olan 25,8 qram çəkidə 750 əyarlıq qızıl enli zəncir qolbağı, 23.08.2015-ci il tarixdə yenə həmin ünvanda bir ədəd dəyəri 2.550 ABŞ dolları, milli manat məzənnəsi ilə 2670 manat olan 36,3 qram çəkidə 750 əyarlıq qızıl pələng komplekti, 27.08.2015-ci il tarixdə yenə həmin ünvanda bir ədəd dəyəri 2.050 ABŞ dolları, milli manat məzənnəsi ilə 2147 manat olan 31,5 qram çəkidə 750 əyarlıq shopart qızıl zənciri, 01.09.2015-ci il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən «Sahil» metrostansiyamm yaxınlığında bir ədəd dəyəri 2.250 ABŞ dolları, milli manat məzənnəsi ilə 2358 manat olan 33,9 qram çəkidə 750 əyarlıq graziella qızıl qolbağı, 06.09.2015-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu «Azadlıq» metrostansiyasmm qarşısında bir ədəd dəyəri 2.250 ABŞ dolları, milli manat məzənnəsi ilə 2359 manat olan 33,8 qram çəkidə 750 əyarlıq qızıl tros zənciri, bir ədəd dəyəri 950 ABŞ dolları, milli manat məzənnəsi ilə 996 manat olan 15,5 qram çəkidə 750 əyarlıq qızıl halqa taxma qolbağı, 08.09.2015-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Ü.Hacıbəyov küçəsində yerləşən "xxxx" QSC-də 1 saylı filialının qarşısında bir ədəd dəyəri 1.400 ABŞ dolları, milli manat məzənnəsi ilə 1468 manat olan 21,9 qram çəkidə 750 əyarlıq qızıl graziella komplekti, 09.09.2015-ci il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən «Sahil» metrostansiyamın qarşısında bir ədəd dəyəri 700 ABŞ dolları, milli manat məzənnəsi ilə 734 manat olan 11,4 qram çəkidə 750 əyarlıq nazik qızıl zəncir qolbağı, 12.09.2015-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu «Azadlıq» metrostansiyasmm qarşısında bir ədəd dəyəri 1.450 ABŞ dolları, milli manat məzənnəsi ilə 1.519 manat olan 22,4 qram çəkidə 750 əyarlıq qızıl graziella komplekti, 18.09.2015-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Ü.Hacıbəyov küçəsində yerləşən "xxxx" QSC-də 1 saylı filiahnında bir ədəd dəyəri 4.800 ABŞ dolları, milli manat məzənnəsi ilə 5027 manat olan 38,5 qram çəkidə 3,8 karat 750 əyarlıq qızıl brilliant qarnituru, 01.10.2015-ci il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən «Sahil» metrostansiyamın qarşısında ümumi dəyəri 250 ABŞ dolları, milli manat məzənnəsi ilə 262 manat olan 3,5 qram çəkidə 750 əyarlıq qızıl shunurok qolbağı və 1,5 qram çəkidə 750 əyarlıq qızıl shunurok üzüyü, bir ədəd dəyəri 4.300 ABŞ dolları, milli manat məzənnəsi ilə 4509 manat olan 37,7 qram çəkidə 3,2 karat 750 əyarlıq qızıl brilliant qarnituru, 10.10.2015-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Ü.Hacıbəyov küçəsində yerləşən "xxxx" QSC-də 1 saylı fılialmmda bir ədəd dəyəri 520 ABŞ dolları, milli manat məzənnəsi ilə 545 manat olan 8,6 qram çəkidə 750 əyarlıq qızıl sünbül zənciri, həmin ünvanda bir ədəd dəyəri 280 ABŞ dolları, milli manat məzənnəsi ilə 293 manat olan 4,5 qram çəkidə 750 əyarlıq qızıl yastı kulonu, 10.10.2015-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu «Azadlıq» metrostansiyasmm qarşısında bir ədəd dəyəri 1.250 ABŞ dolları, milli manat məzənnəsi ilə 1310 manat olan 19,2 qram çəkidə 750 əyarlıq qızıl ilan formalı zəncir qolbağı, bir ədəd dəyəri 800 ABŞ dolları, milli manat məzənnəsi ilə 838 manat olan 12,1 qram çəkidə 750 əyarlıq qızıl sünbül zənciri, bir ədəd dəyəri 420 ABŞ dolları, milli manat məzənnəsi ilə 440 manat olan 6,7 qram çəkidə 750 əyarlıq qızıl kulonu, bir ədəd dəyəri 470 ABŞ dolları, milli manat məzənnəsi ilə 493 manat olan 6,8 qram çəkidə 750 əyarlıq qızıl graziella kulonu, bir ədəd dəyəri 830 ABŞ dolları, milli manat məzənnəsi ilə 870 manat olan 11,9 qram çəkidə 750 əyarlıq qızıl iri yastı kulonu, bir ədəd dəyəri 470 ABŞ dolları, milli manat məzənnəsi ilə 492 manat olan 6,8 qram çəkidə 750 əyarlıq qızıl setka sırğanı və bir ədəd dəyəri 300 ABŞ dolları, milli manat məzənnəsi ilə 314 manat olan 4,5 qram çəkidə 750 əyarlıq qızıl setka kulonu, cəmi 83.224 manat dəyərində qızıl-zinyət əşyaları almış, həmin qızıl-zinyət əşyalarının dəyərindən 13.200 ABŞ dolları, mili manat məzənnəsi ilə 14078 manatını qaytarmış, qalan 69.146 manat məbləğində özgənin əmlakını ələ keçirib Zərərçəkmiş şəxs həmin məbləğdə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X9 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, dörd ildir «Azərpoçtun» 1 saylı filialında işləyir, Zərərçəkmiş şəxs da iş yerindən 2015-ci ilin yaz aylarından tanıyır. Belə ki, onun iş yeri ünvan 1 ünvanda Azərbaycan Dövlət Pedaqoji Universitetinin əsas inzibati binasının qonşuluğunda yerləşir, Mətanət də həmin ərəfədə Universitetin kitabxanasında işləyirdi, qızıl məmulatları və digər əşyaların səyyari ticarəti ilə məşğul olurdu. Mətanəti onunla sonuncunun iş yoldaşı, Mətanət kimi səyyari ticarətlə məşğul olan Şahid1 tanış etmişdir. O, ilk olaraq Mətanətdən özü üçün bir neçə qızıl məmulatlarını nisyə götürərək pulunu aybaay hissə-hissə verərək tam şəkildə ödəmişdir. Sonradan Mətanətin özünün xahişi ilə gətirdiyi qızıl məmulatlarını iş yoldaşlarına, qohumlarına və rəfiqələrinə satmağa başlamışdır. Onlardan iş yoldaşı Səadəti, rəfiqələri Şahid5 və Şəbinə Məmmədovanı, qohumu Şahid7 qeyd edə bilər. Onlara da Mətanətdən alaraq nisyə satdığı qızıl-zinət əşyalarının pullarını sonradan hissə-hissə də olsa tam şəkildə Mətanətə ödəyib qurtarmışdır. Sonradan qohumu Ülviyyəni özü Mətanətlə tanış etmiş və sonuncular özləri alver etməyə başlamışlar, lakin Mətanət ona etibar etdiyi və Ülviyyəni onun vasitəsilə tanıdığı üçün onu bir növ zamin kimi arada qoyaraq Ülviyyəyə qızılları onun vasitəsilə vermişdir. Ülviyyə isə narkotik vasitələrin aludəçisi olduğundan Mətanətdən onun vasitəsilə aldığı qızılların hamısını dəyər-dəyməzinə sataraq pullarını sahibinə qaytarmadan özü üçün xərcləmiş, sonra da bir nəfər oğlana qoşularaq Almaniyaya qaçaraq ölkəni tərk etmişdir. Ülviyyənin onun vasitəsilə aldığı qızıllara görə Mətanətə yaranmış borcu təxminən 46240 (qırx altı min iki yüz qırx) ABŞ dolları təşkil etmişdir. Onun şəxsən özünün Mətanətə verəcəyi pulun məbləği isə 19500 (on doqquz min beş yüz) ABŞ dolları təşkil etmişdir, həmin puldan o, hissə-hissə Mətanətə ümumilikdə 800 (səkkiz yüz) manat qaytarmışdır. Həmin borc onda belə yaranmışdır ki, 2015-ci ilin təxminən iyul ayında o, satmaq üçün Mətanətdən ümumi dəyəri 19500 (on doqquz min beş yüz) ABŞ dolları olan iki ədəd qızıl dəst, bir ədəd qızıl boyunbağı və bir ədəd qızıl qolbağı götürüb tanışlarına göstərmək üçün əl çantasında gəzdirmiş, həmin ərəfədə 79 saylı marşrut avtobusu ilə Bakı şəhəri Nəsimi rayonu «Memar Əcəmi» metrostansiyasının yaxınlığında yaşayan nənəsi Nurgülgilə gedərkən yolda avtobusda əl çantasından «İ-phone S5» markalı mobil telefon cihazı ilə birlikdə həmin qızıllar da oğurlanmışdır. Lakin o, həmin oğurluq hadisəsi barədə nə polisə, nə qorxudan valideynlərinə, nə qohumlarına, nə də qızılların sahibi olan Mətanətə bir söz deməmiş, düşünmüşdür ki, günah özünündür, işləyib hissə-hissə pulunu ödəyər. Lakin Mətanət ona vaxt verməmiş və özünə verdiyi qızıllardan əlavə Ülviyyəyə də verdiyi qızılların pullarını ondan tələb etməyə başlamış, onu qızılların sahibi kimi təqdim etdiyi Şahlar adlı qohumu ilə birlikdə 15.12.2015-ci il tarixdə Bakı şəhəri Əhmədli qəsəbəsində yerləşən 52 saylı notariat kontoruna aparıb orada «mövcud borcun etirafı haqqında mücərrəd müqavilə»-yə imza etdirmişdir. Həmin müqaviləyə görə o, Mətanətə 66500 (altmış altı min beş yüz) ABŞ dolları məbləğində borcu olmasını etiraf etmişdir. Halbuki, qeyd olunan məbləğin əsas hissəsi Ülviyyəyə aiddir. Lakin o, yenə də Ülviyyənin nə vaxtsa aldığı qızılların pulunu ödəyəcəyinə ümüd edərək bu barədə valideynlərinə bildirməmişdir. Artıq sonradan Şahlar pul tələbi ilə onun evinə getdikdə valideynləri bu barədə bilmiş, ona qarşı edilən haqsızlıqların qarşısını almaq üçün aralarında bağlanmış borc müqaviləsinin ləğv edilməsi üçün Mətanətin yaşayış ünvanı üzrə Binəqədi rayon məhkəməsinə müraciət etmişdirlər. Məhkəmə prosesində onun anasının qızıllarını lombarda girov qoyaraq əldə olunmuş pullarla Mətanətə olan borcunun bir hissəsini ödəməyi barədə sözlərini təhrif edərək Mətanətin qızıllarını lombarda girov qoymağı kimi qəbul edərək əməllərində dələduzluq cinayətinin əlamətləri olması barədə xüsusi qərardad çıxarılmışdır. Halbuki, sonrakı məhkəmə instansiyalarının qərarı ilə onun həmin borc öhdəliyinin ödənilməsi icraya yönəlmişdir. O, həmin öhdəliyin yeninə yetirilməsindən yayınmır. İndinin özündə də Mətanətlə Şahlara olan borcun özünə aid olan hissəsini, təxminən 19000(on doqquz min) ABŞ dolları məbləğində pulu həmin dövrün məzənnəsi ilə ödəməyə hazırdır. O, Zərərçəkmiş şəxs hansı tarixlərdə, hansı çeşiddə, hansı dəyərdə qızıl-zinyət əşyaları götürməsi, həmin əşyaları və ya satışından əldə etdiyi pulları hara etməsi barədə dəqiq bir məlumat verə bilmir, bunun üçün o, gərək evində saxladığı və həmin ərəfədə özündə qeydiyyat apardığı dəftərlərinə baxsın. Zərərçəkmiş şəxs ilə aralarında aparılmış ticarət münasibətləri təxmiən 3-4 ay, 2015-ci ilin iyul ayından sentyabr ayınadək davam etmişdir. Notariat kontorunda Mətanətlə Şahlar səs-küy salmasınlar deyə, sonuncuların dediyi məbləğlə razılaşmış, 66500 (altmış altı min beş yüz) ABŞ dolları məbləğində borcunun olmasını üzərinə götürmüşdür. Zərərçəkmiş şəxs aldığı qızıl-zinyət əşyalarından Şahid5 bir ədəd qızıl sep, iş yoldaşı mühasib Səadət xanıma bir ədəd qızıl komplekt və köhnə iş yoldaşı Şəbinə Məmmədovaya bir ədəd qızıl sırğa satmışdır. Başqa heç kimə qızıl-zinyət əşyaları satmamışdır. Xızı rayonu, Gəncə şəhəri və digər ünvanlarda olan müştərilər, qonşusu Vüsü, Sevinc, Gülü, idmançı oğlan, Ülviyyənin qonşusu, Gülşən, baldızı, həkim adlı şəxslərin heç biri ondan qızıl-zinyət əşyaları almaq istəməyib, həmin adların hamısını ona Ülviyyə deyib ki, Mətanəti aldadıb qızıl-zinyət əşyaları alsın, ona görə də o, Zərərçəkmiş şəxs telefonda yazmışdı ki, həmin adamlar qızıl almaq istəyir. Həmin vaxt Ülviyyə özü Mətanəti tanımırdı, ona görə də sonuncunun əvəzinə Mətanətlə telefonla o, əlaqə saxlayır və Mətanətdən həmin yolla aldığı qızıl-zinyət əşyalarını Ülviyyəyə verirdi. Ülviyyənin isə həmin qızıl-zinyət əşyalarını kimlərə satması və ya verməsi barədə məlumatı olmurdu. Ülviyyə satdığı qızılların pulunu hissə-hissə ona verir, o da həmin pulları Mətanətə verirdi. 2015-ci ilin sonlarında o, Ülviyyəni Mətanətin özü ilə tanış etmişdir. Ülviyyə onun anasının xalası nəvəsidir, Ülviyyə ilə o, uşaqlıqdan bir yerdə böyümüşlər. O, Zərərçəkmiş şəxs aldığı 46.240 ABŞ dolları dəyərində qızıl-zinyət əşyalırını Zərərçəkmiş şəxsmn xəbəri olmadan qohumu Şahid7 vermişdir ki, satıb pulunu ona versin. Lakin Ülviyyə də onu aldadıb həmin qızıl- zinyət əşyalarına görə ona pul verməmiş, ona görə də onun Zərərçəkmiş şəxs külli miqdarda borcu yaranmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X6 təxminən 2014-cü ildən qızıl alveri ilə məşğul olan adam kim tanıyır, sonuncunu iş yoldaşı Xanımın vasitəsilə tanımışdır. Belə ki, özü həmin vaxtlar qohumu, Moskva univermağında qızılın alışı və satışı ilə məşğul olan Şahid4 qızıl-zinyət əşyaları almış və üstünə bir neçə manat əlavə etməklə satıb qazanc əldə etmişdir. Həmin vaxt bəzi hallarda iş yoldaşı Şahid1 ona kömək etmək məqsədilə qızıl-zinət əşyalarından satıb sonradan hər ay hissə-hissə pulunu ödəməsi şərti ilə Gözəl Abasquliyevaya verirdi. Sonuncu da həmin qızıl-zinyət əşyalarının pulunu tam ödəyirdi. 2015-ci ilin may ayında Gözəlin təklifi ilə belə qərara gəlmişlər ki, alveri Gözəllə ikisi etsin, iş yoldaşı Xanımı bu işlərə qatmasınlar, yəni Xanıma əlavə xərcləri çıxmasın. O, Gözəlin təklifi ilə razlaşmış və həmin vaxtdan etibarən sonuncuya qızıl-zinyət əşyalarını özü verməyə başlamışdır. Bu yolla 2015-ci ilin may ayından başlayaraq 2015-ci ilin oktyabr ayına qədər olan müddət ərzində o, Gözəl Abasquliyevaya hər ay hissə- hissə 79.500 ABŞ dolları dəyərində qızılzinyət əşyaları vermişdir ki, sonradan satıb pulunu ödəsin. Həmin müddət ərzində Gözəl Abasquliyeva qızıl-zinyət əşyalarını satdıqca ona hissə-hissə 13.000 ABŞ dolları məbləğində pul ödəmişdir. 2015-ci ilin oktyabr ayından sonra o, maddi imkanı ilə əlaqədar Gözəl Abasquliyevaya artıq qızıl-zinət əşyaları verə bilməmişdir. Bundan sonra Gözəl Abasquliyeva ona olan borcunu verməyi kəsmşdir. Beləliklə, verdiyi qızıl-zinyət əşyalarına görə Gözəl Abasquliyevanın ona 66.500 ABŞ dolları məbləğində pul borcu qalmışdır. Bundan sonra o, dəfələrlə Gözəl Abasquliyevanın istifadəsində olan 055- ***-**-** mobil nömrəsinə öz istifadəsində olan ***-***-**-** mobl nömrəsindən zəng etmiş, iş yerinə gedib pulunu tələb etmişdir. Gözəl Abasquliyeva hər dəfə ona demişdir ki, həmin ondan aldığı qızıl-zinyət əşyalarını müxtəlif şəxslərə satmış, lakin pulunu yığa bilmir. Ona görə də o, Şahid4 qalan borcunu ödəmək üçün yoldaşı Şahid3 məxsus Bakı şəhəri 8-ci mikrorayon Ş.Məmmədova küçəsi ev 3-də yerləşən 96 saylı mənzili sataraq, bundan başqa bacısı X4 11.000 ABŞ dolları və 8.000 manat borc alaraq Şahid4 olan pul borcunun bir hissəsini ödəmişdir. Sonuncuya təxminən 35.000 ABŞ dolları məbləğində pul borcu qalmışdır. O, Gözəl Abasquliyevadan pulunu tələb edəndə sonuncu ondan aldığı qızıl-zinyət əşyalarını satdığı və pulunu ala bilmədiyi bəzi şəxslərin adlarını ona vermişdir. Həmin şəxslərdən sinif yoldaşı Gülşən, rəfiqəsi Vüsalə, adlarını demədiyi bibisi və xalası, iş yoldaşı Şəbinə, qonşusu Məlahət və digərlərini göstərə bilər. O, özü həmin şəxslərlə görüşüb söhbət etmək istəsə də, Gözəl Abasquliyeva buna imkan verməmişdir. Gözəl Abasquliyeva hərdən onun telefonuna şəkil göndərərək müştərinin həmin formalı qızıl əşyası istəməsini demiş, təzə mal olanda o, özü də şəklini vatsapla Gözəl Abasquliyevanın mobil telefonuna göndərmişdir. Həmin vatsap yazışmalarını istintaqa təqdim etmişdir. Bundan başqa Şahid4 da Gözəl Abasquliyeva ilə görüşərək borcu qaytarmağı ilə bağlı söhbət aparmış və aralarında aparılan danışığı öz telefonuna yazmışdır. Həmin söhbət zamanı da Gözəl Abasquliyeva ondan qızıl-zinyət əşyaları alıb satdığını və pulunu ona ödəmədiyini səmimi etiraf etmişdir. Həmin yazıları diskdə istintaqa təqdim etmişdir. Bundan başqa Gözəl Abasquliyeva onunla vatsap vasitəsilə həmin məsələ ilə bağlı yazılı söhbətlər aparmışdır. X12 satması üçün verdiyi bütün qızıl-zinyət əşyalarının qeydiyyatını aparmış və həmin siyahını da istintaqa təqdim etmişdir. O, Gözəl Abasquliyevaya bəzi hallarda qızıl- zinyət əşyalarını əmisi oğlu Şahid2 ilə göndərmişdir. O, Şahid7 ilə də qızıl-zinyət əşyalarının alverini etmiş, lakin həmin haqq-hesabın Gözəl Abasquliyevaya aidiyyəti olmamışdır. Həmin haqq-hesabı Şahid7 ilə onlar öz aralarında ayrı aparmış və bu barədə olan əlyazmalarını da istintaq orqanına təqdim etmişdir. Şahid7 hazırda Almaniyada yaşasa da, ona olan borcunu hissə-hissə ödəyir. Sonuncudan şikayəti yoxdur. O, Gözələ 15.05.2015ci il tarixdə Bakı şəhəri Səbail rayonu Ü.Hacıbəyov küçəsində yerləşən "xxxx" QSC-də 1 saylı filialında bir ədəd dəyəri 1.300 manat olan 24,5 qram çəkidə 750 əyarlıq qızıl komplekt, bir ədəd dəyəri 1.000 manat olan 19,2 qram çəkidə 750 əyarlıq qızıl zəncir və qolbaq, bir ədəd dəyəri 1.330 manat olan 25,0 qram çəkidə 750 əyarlıq qızıl komplekt, 20.05.2015-ci il tarixdə yenə həmin ünvanda bir ədəd dəyəri 2.000 ABŞ dolları olan 30,7 qram çəkidə 750 əyarlıq zəncir və qolbaq (muncuq lazer), bir ədəd dəyəri 1.300 ABŞ dolları olan 20,2 qram çəkidə 750 əyarlıq qızıl komplekt, bir ədəd dəyəri 1.850 manat olan 30,1 qram çəkidə 750 əyarlıq qızıl kulon və bilərzik, bir ədəd dəyəri 1.100 manat olan 18,7 qram çəkidə 750 əyarlıq qızıl sünbül zəncir, ünvanda bir ədəd dəyəri 920 manat olan 15,2 qram çəkidə 750 əyarlıq qızıl sünbül zəncir, 22.05.2015-ci il tarixdə yenə həmin bir ədəd dəyəri 580 ABŞ dolları olan 9,1 qram çəkidə 750 əyarlıq qızıl sünbül zəncir, bir ədəd dəyəri 480 ABŞ dolları olan 7,7 qram çəkidə 750 əyarlıq qızıl aqua sırğa, bir ədəd dəyəri 730 ABŞ dolları olan 11,7 qram çəkidə 750 əyarlıq qızıl iri halqa sırğa, bir ədəd dəyəri 540 ABŞ dolları olan 8,7 qram çəkidə 750 əyarlıq qızıl əyri halqa sırğa, bir ədəd dəyəri 800 ABŞ dolları olan 12,8 qram çəkidə 750 əyarlıq qızıl graziel qolbaq, bir ədəd dəyəri 780 ABŞ dolları olan 12,6 qram çəkidə 750 əyarlıq qızıl halqa zəncir qolbaq, bir ədəd dəyəri 1.460 ABŞ dolları olan 22,3 qram çəkidə 750 əyarlıq qızıl qaşsız güllu komplekt, 23.05.2015-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu M.Fizuli küçəsində yerləşən «Qış parkı»nda bir ədəd dəyəri 1.100 ABŞ dolları olan 17,4 qram çəkidə 750 əyarlıq qızıl komplekt, 27.05.2015-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Ü.Hacıbəyov küçəsində yerləşən "xxxx" QSC-də 1 saylı filialında bir ədəd dəyəri 1.770 ABŞ dolları olan 27,6 qram çəkidə 750 əyarlıq qızıl graziel komplekt, 08.06.2015-ci il tarixdə yenə həmin ünvanda bir ədəd dəyəri 1.050 ABŞ dolları olan 16,4 qram çəkidə 750 əyarlıq qızıl versaci zəncir, 08.06.2015-ci il tarixdə yenə həmin ünvanda bir ədəd dəyəri 1.050 ABŞ dolları olan 15,8 qram çəkidə 750 əyarlıq qızıl graziel kulon, 10.06.2015-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu M.Fizuli küçəsində yerləşən «Qış parkı»nda bir ədəd dəyəri 400 ABŞ dolları olan 7,6 qram çəkidə 750 əyarlıq qızıl brelok, 15.06.2015-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Ü.Hacıbəyov küçəsində yerləşən "xxxx" QSC-də 1 saylı filialında bir ədəd dəyəri 2.250 ABŞ dolları olan 37,8 qram çəkidə 750 əyarlıq qızıl kral komplekt, 16.06.2015-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu M.Fizuli küçəsində yerləşən «Qış parkı»nda bir ədəd dəyəri 1.600 ABŞ dolları olan 28,3 qram çəkidə 750 əyarlıq qızıl moruq komplekt, 16.06.2015-ci il tarixdə yenə də həmin ünvanda bir ədəd dəyəri 1.800 ABŞ dolları manat olan 29,5 qram çəkidə 750 əyarlıq qızıl zəncir, bir ədəd dəyəri 1.700 ABŞ dolları olan 28,8 qram çəkidə 750 əyarlıq iri qızıl zəncir, 02.07.2015-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Ş.Məmmədova küçəsində yerləşən «Oazis» restoranının qarşısında bir ədəd dəyəri 1.250 ABŞ dolları olan 19,8 qram çəkidə 750 əyarlıq graziella güllü qızıl qolbaq, bir ədəd dəyəri 3.500 ABŞ dolları olan 60,5 qram çəkidə 750 əyarlıq shopart qızıl zəncir, 31.07.2015-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Ü.Hacıbəyov küçəsində yerləşən "xxxx" QSC-də 1 saylı filialında bir ədəd dəyəri 250 ABŞ dolları olan 5,5 qram çəkidə 750 əyarlıq iri qızıl shnurok zəncir, 01.08.2015-ci il tarixdə yenə həmin ünvanda bir ədəd dəyəri 1.350 ABŞ dolları olan 19,3 qram çəkidə 750 əyarlıq graziella qızıl zəncir, bir ədəd dəyəri 1.850 ABŞ dolları olan 28,8 qram çəkidə 750 əyarlıq enli setka qızıl qolbaq, bir ədəd dəyəri 1.650 ABŞ dolları olan 25,6 qram çəkidə 750 əyarlıq qızıl qolbaq zəncir, 11.08.2015-ci il tarixdə yenə həmin ünvanda bir ədəd dəyəri 1.400 ABŞ dolları olan 21,2 qram çəkidə 750 əyarlıq qaşlı qızıl qolbaq, bir ədəd dəyəri 1.900 ABŞ dolları olan 29,0 qram çəkidə 750 əyarlıq qızıl uzun sırğa zəncir, 14.08.2015-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu M.Fizuli küçəsində yerləşən «Qış parkı»nda bir ədəd dəyəri 1.930 ABŞ dolları olan 29,1 qram çəkidə 750 əyarlıq qızıl shopart zəncir, bir ədəd dəyəri 670 ABŞ dolları olan 10,1 qram çəkidə 750 əyarlıq shopart qızıl qolbaq, 15.08.2015-ci il tarixdə yenə həmin ünvanda bir ədəd dəyəri 4.000 ABŞ dolları olan 60,9 qram çəkidə 750 əyarlıq qızıl zəncir, bir ədəd dəyəri 1.000 ABŞ dolları olan 15,3 qram çəkidə 750 əyarlıq qızıl zəncir qolbaq, 22.08.2015-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Ü.Hacıbəyov küçəsində yerləşən "xxxx" QSC-də 1 saylı filialında bir ədəd dəyəri 1.800 ABŞ dolları olan 25,8 qram çəkidə 750 əyarlıq qızıl enli zəııcİr qolbaq, 23.08.2015-ci il tarixdə yenə həmin ünvanda bir ədəd dəyəri 2.550 ABŞ dolları olan 36,3 qram çəkidə 750 əyarlıq qızıl pələng komplekti, 27.08.2015-ci il tarixdə yenə həmin ünvanda bir ədəd dəyəri 2.050 ABŞ dolları olan 31,5 qram çəkidə 750 əyarlıq shopart qızıl zəncir, 01.09.2015-ci il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən «Sahil» metrostansiyamın yaxınlığında bir ədəd dəyəri 2.250 ABŞ dolları olan 33,9 qram çəkidə 750 əyarlıq jraziella qızıl qolbaq, 06.09.2015-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu «Azadlıq» metrostansiyasınm qarşısında bir ədəd dəyəri 2.250 ABŞ dolları olan 33,8 qram çəkidə 750 əyarlıq qızıl tros zəncir, bir ədəd dəyəri 950 ABŞ dolları olan 15,5 qram çəkidə 750 əyarlıq qızıl halqa taxma qolbaq, 08.09.2015-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Ü.Hacıbəyov küçəsində yerləşən "xxxx" QSC-də 1 saylı filialının qarşısında bir ədəd dəyəri 1.400 ABŞ dolları olan 21,9 qram çəkidə 750 əyarlıq qızıl graziella komplekt, 09.09.2015-ci il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən «Sahil» metrostansiyamın qarşısında bir ədəd dəyəri 700 ABŞ dolları olan 11,4 qram çəkidə 750 əyarlıq nazik qızıl zəncir qolbaq, 12.09.2015-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu «Azadlıq» metrostansiyasınm qarşısında bir ədəd dəyəri 1.450 ABŞ dolları olan 22,4 qram çəkidə 750 əyarlıq qızıl graziella komplekt, 18.09.2015-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Ü.Hacıbəyov küçəsində yerləşən "xxxx" QSC-də 1 saylı filialınında bir ədəd dəyəri 4.800 ABŞ dolları olan 38,5 qram çəkidə 3,8 karat 750 əyarlıq qızıl brilliant qarnitur, 01.10.2015- ci il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən «Sahil» metrostansiyamın qarşısında ümumi dəyəri 250 ABŞ dolları olan 3,5 qram çəkidə 750 əyarlıq shunurok qolbaq və 1,5 qram çəkidə 750 əyarlıq shunurok üzük, bir ədəd dəyəri 4.300 ABŞ dolları olan 37,7 qram çəkidə 3,2 karat 750 əyarlıq qızıl brilliant qarnitur, 10.10.2015-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Ü.Hacıbəyov küçəsində yerləşən "xxxx" QSC-də 1 saylı filialınında bir ədəd dəyəri 520 ABŞ dolları olan 8,6 qram çəkidə 750 əyarlıq qızıl sünbül zəncir, ünvanda bir ədəd dəyəri 280 ABŞ dolları olan 4,5 qram çəkidə 750 əyarlıq qızıl yastı kulon, 10.10.2015-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu «Azadlıq» metrostansiyasınm qarşısında bir ədəd dəyəri 1.250 ABŞ dolları olan 19,2 qram çəkidə 750 əyarlıq qızıl ilan formalı zəncir qolbaq, bir ədəd dəyəri 800 ABŞ dolları olan 12,1 qram çəkidə 750 əyarlıq qızıl sünbül zəncir, bir ədəd dəyəri 420 ABŞ dolları olan 6,7 qram çəkidə 750 əyarlıq qızıl kulon, bir ədəd dəyəri 470 ABŞ dolları olan 6,8 qram çəkidə 750 əyarlıq qızıl graziella kulon, bir ədəd dəyəri 830 ABŞ dolları olan 11,9 qram çəkidə 750 əyarlıq qızıl iri yastı kulon, bir ədəd dəyəri 470 ABŞ dolları olan 6,8 qram çəkidə 750 əyarlıq qızıl setka sırğa və bir ədəd dəyəri 300 ABŞ dolları olan 4,5 qram çəkidə 750 əyarlıq qızıl setka kulon vermişdir. Əliyeva X8 Bakı şəhərinə qayıtdıqdan sonra ona məlum olmuşdur ki, X9 öz qohumu Şahid7 ilə qabaqcadan əlbir olaraq ona qarşı dələduzluq etmişlər. Belə ki, sonuncuların hər ikisi satış məqsədilə və qazanc əldə etmək üçün ondan aldıqları, ona məxsus qızıl-zinyət əşyalarını etibarından sui-istifadə edərək ələ keçirmiş və dəyərindən çox aşağı qiymətə, yəni lom qiymətinə Bakı şəhərinin müxtəlif yerlərində satmış və əldə etdikləri pulları isə Öz aralarında bölmüşlər. X1 79.700 ABŞ dolları dəyərində, Şahid7 isə 12.880 ABŞ dolları dəyərində qızıl-zinyət əşyaları götürmüşlər. Gözəl Abasquliyeva həmin puldan hissə-hissə ona 13.200 ABŞ dollarını onunla müqavilə bağlayana qədər ödəmiş, qalan 66.500 ABŞ dollarını isə ödəməmişdir. Şahid7 isə ona olan borcunu hissə-hissə olaraq tam ödəyib qurtarmışdır. Lakin sonradan əldə etdiyi voot çaap və səs yazışmalarına əsasən, həm də Şahid7 ona etdiyi səmimi etirafdan bilmişdir ki, Gözəl Abasquliyeva ilə Şahid7 qabaqcadan əlbir olaraq ona qarşı dələduzluq etmiş, sonuncuların hər ikisi ondan sataraq qazanc əldə etmək üçün aldıqları qızıl-zinyət əşyalarını dəyərindən çox aşağı qiymətə, yəni lom qiymətinə Bakı şəhərinin müxtəlif yerlərində sataraq əldə etdikləri pulları öz aralarında bölmüşlər. Belə ki, Əliyeva X8 Bakı şəhərinə qayıtdıqdan sonra ona demişdir ki, X7 verdiyi qızıl-zinyət əşyalarının bir qisminin pulunu, yəni 4.250 ABŞ dollarını özü ona ödəmək istəyir ki, məsuliyyətdən yaxa qurtarsın. O isə Şahid7 təklif etmişdi ki, həmin pulu ona istintaq orqanının vasitəsilə ödəsin, lakin sonuncu onun bu təklifi ilə razılaşmamış, ona görə də o, həmin pulu Şahid7 qəbul etməmişdir. Bundan sonra ona tam aydın olmuşdur ki, həqiqətən də Gözəl Abasquliyeva ondan aldığı qızıl-zinyət əşyalarının bir qismini qohumu Şahid7 ilə əlbir olaraq birlikdə ələ keçirmişlər. Hazırda ona dəymiş ziyan təqsriləndirilən şəxs Gözəl Abasquliyeva tərəfindən tam ödənilmiş, onunla barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 2011-ci ildə X16 ilə ailə həyatı qurmuş, birgə nigahdan Əliömər adlı bir azyaşlı oğlu var. 2011-ci ildə boşanmış və hal-hazırda subaydır. 10 ildən artıqdır Hepatit C virusuna yoluxmuşdur. X9 ilə qohumdur-anasının xalası nəvəsidir. X22 işləyir. Zərərçəkmiş şəxs təxminən 2015-ci ildən tanıyır, onları Gözəl tanış etmişdir. Mətanət qızıl alveri ilə məşğuldur və Gözəl sonuncu ilə qızıl alveri edirdi. Belə ki, Mətanət ilk əvvəl Gözələ qızılların vatssapla şəklini göndərirdi, Gözəl də bəyəndiyi qızılı sifariş verirdi və Mətanət Gözəlin bəyəndiyi qızılı gətirib iş yerində sonuncuya verirdi. Gözəl Mətanətdən qızılları satmaq adı ilə nisyə alırdı. Həmin hadisə, yəni Gözəlin Mətanətdən satmaq üçün qızıl alması 2015-ci ilin may ayından həmin ilin sonuna kimi olan müddətdə baş vermişdir. O, özü də həmin ərəfədə Mətanətdən həm özü üçün, həm də satıb pul qazanmaq məqsədi ilə bir neçə dəfə nisyə qızıl almışdır. Həmin qızıllardan satdıqlarının pullarını Mətanətə ödəmiş, lakin özü üçün aldığı qızılların pulunu hələ də Mətanətə aybaay ödəyir. Hazırda onun Mətanətə təxminən 6.000-6.500 manat borcu qalıb. Mətanətlə Gözəlin alveri ayrı, onunla isə tam ayrı olurdu, yəni alverin bir-birinə aidiyyəti olmamışdır. Gözəl Mətanətlə qızıl alverinə başlayandan bir müddət sonra o, Gözəlin Mətanətdən aldığı qızılları aparıb “MUM” və Moskva univermağında lom topdan qiymətinə, yəni aldığından aşağı qiymətə satdığının və əldə etdiyi pulun az bir hissəsini Mətanətə hissə-hissə qaytardığının, çox hissəsini isə özü üçün, yeyib-içməyə, kef məclislərinə və münasibəti olduğu şəxslərə xərclədiyinin şahidi olmuşdur. O, dəfələrlə Gözələ irad tutub nə üçün belə etdiyini, yəni Mətanəti aldatdığını və sonuncudan baha qiymətə aldığı qızılı aparıb başqa yerdə ucuz qiymətə sataraq pulları xərclədiyini soruşanda Gözəl ona “əşşi pataloku gedib 3 il yatıb gələcəm, deyəcəm ki, Antalyada idim” deyib zarafat etmişdir. Bir müddətdən sonra Mətanət ona zəng vurub bildirmişdir ki, Gözəlin borcu 64.000 ABŞ dolları olub və Gözəldən pulunu ala bilmir. Həmin vaxta kimi o, Gözəlin Mətanətə həmin miqdarda, yəni külli miqdarda pul borcu olduğunu bilmirdi, elə zənn edirdi ki, Gözəlin Mətanətə olan borcu 10.000-15.000 ABŞ dollarıdır. Səbəb isə bu idi ki, Gözəl çox vaxt Mətanətdən qızıl aldığını ondan gizlədirdi və həmin qızılları ondan gizlin satıb pulunu xərcləyirdi. Mətanətin qızıllarından satdıqlarından əldə etdiyi pullardan hissəhissə Mətanətə verdiyi üçün Mətanətdə Gözələ qarşı inam yaranmışdı, buna görə də Gözəl nə vaxt istəsə Mətanət sonuncuya satması üçün nisyə qızıl verirdi. O, Gözəldən Mətanətə həqiqətən də 64.000 ABŞ dolları borcu olduğunu soruşanda Gözəl bunu təsdiq etmişdir. Hətta yaşadığı evin yaxınlığında olan gözəllik salonunda işləyən qadınların-saç ustası Fəxriyyə və Aidənin də yanında Gözəl Mətanətə 64.000 ABŞ dolları borcu olduğunu bildirmişdir. Gözəl Mətanətin pulunu verə bilmədikdə Mətanətlə notariusa getmiş və orada Gözəl pul borcu olması barədə Mətanətlə müqavilə bağlamışdır. O, bu barədə sonradan Gözəlin özündən bilmişdir. O, ümumiyyətlə Gözəllə Mətanət arasında olan qızıl məsələlərinə heç vaxt qarışmamışdır. Onun Mətanətlə ayrıca alveri olub və heç bir zaman aralarında narazılıq yaranmayıb. Bir müddət sonra o, dəfələrlə Mətanətin israrla Gözəldən pulunu tələb etdiyinin və pulunu verməzsə bu barədə ilk əvvəl anası Zülfünaza deyəcəyini, əgər nəticəsi olmazsa məhkəməyə verəcəyini deməsinin şahidi olmuşdur. Bir müddət sonra Mətanət Gözəlin anası Zülfünazla görüşmüş, Gözəlin pul borcu olduğunu,lakin qaytarmadığını bildirmiş və aralarında olan borca görə bağladıqları müqaviləni göstərmişdir. Lakin sonuncular Mətanətin pulunu verməyərək ilk olaraq məhkəməyə müraciət etmiş və aralarında bağlanmış borc müqaviləsinin etibarsız sayılmasını tələb etmişlər. Məhkəmə prosesləri dövründə o, Azərbaycanda idi və ona məlum olmuşdur ki, məhkəmə proseslərində Gözəlgil uduzmuş və bütün məhkəmə qətnamələri Mətanətin xeyrinə çıxarılmışdır. 27 dekabr 2016-cı ildə o, müalicə almaq üçün Almaniyaya getmiş və həmin vaxtdan da deport olunanadək Almaniyada yaşamışdır. Almaniyada olduğu zaman ona məlum olmuşdu ki, Gözəlin barəsində Binəqədi rayon polis idarəsində dələduzluq maddəsi ilə cinayət işi açılıb və Gözəl istintaqa verdiyi ifadələrində yalandan onun barəsində məlumat verib bildirib ki, guya Mətanətdən aldığı qızılları satması üçün ona verib, o da həmin qızılları satıb pullarını ələ keçirmiş və ölkədən qaçıb getmişdir. Buna görə də o, öz dəsti xəttilə yazıb Binəqədi rayon polis idarəsinə məlumat göndərmişdi ki, Gözəlin onun barəsində söylədikləri hamısı yalan və şərdir. Gözəl məsuliyyətdən yaxa qurtarmaq üçün onun Almaniyada olmağından və bir daha geri qayıtmaq fikrində olmadığını bildiyi üçün onun üstünə şər və böhtan atmış, istintaqa yalan ifadələr vermişdir. Gözəl ona heç bir zaman satmağı üçün qızıl verməmiş və onun Gözələ heç bir məbləğdə pul borcu yoxdur. O, özü Mətanəti tanımış, sonuncu ona da satmağa qızıl vermişdir. O, Gözəldən Mətanətin sonuncuya satması üçün verdiyi qızıllardan cəmi 4.240 ABŞ dolları dəyərində qızıl-zinyət əşyalarını satmaq üçün götürmüş və həmin qızılların pullarını da gələcəkdə ödəyəcək. Bu hadisə, yəni Gözəldən Mətanətin 4.240 ABŞ dolları dəyərində qızıl əşyalarını satması üçün götürməyi 2015-ci ilin may ayından oktyabr ayınadək olan müddətdə baş vermişdir. Bunu etdiyinə görə peşmandır və həmin qızılların pullarını qaytaracağına söz verir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə bir şöbədə işləmiş, sonuncunun qızıl-zinyət əşyalarının satışı ilə məşğul olduğunu bilmişdir. Ona görə də sonuncudan bir neçə dəfə qızıl-zinyət əşyalarını götürüb tanışlarına satmışdır. Həmin tanışlarından biri onun iş yerinin yanında yerləşən «Azərpoçtun» 1 saylı filialında işləyən X9 olmuşdur. Bir müddətdən sonra Gözəl ona demişdir ki, onu qızıl satan şəxslə birbaşa tanış etsin ki, özü sonuncu ilə alver etsin, onun müştəriləri çoxdur. O da etiraz etməmiş və Gözəl Abasquliyeva ilə Zərərçəkmiş şəxsm tanış etmişdir. Sonra isə sonuncular özləri öz aralarında qızıl-zinyət əşyalarının alverini etməyə başlamışdırlar. Həmin hadisədən bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs ona demişdir ki, Gözəl Abasquliyeva götürdüyü qızıl-zinyət əşyalarının pullarını gecikdirir və vaxtlı-vaxtında ödəyə bilmir. O, bunu biləndə Gözəlin iş yerinə gedərək öz iradını bildirmiş, Mətanətin ona görə etibar edib satmaq üçün mal verdiyini deyib nəyə görə pulu ödəmədiyini soruşmuşdur. Sonuncu demişdir ki, narahat olmasın, pulu son qəpiyinədək Mətanətə ödəyəcək. O isə Gözələ demişdir ki, 65-66.000 ABŞ dolları az deyil, çalışıb pulu ödəsin. Bir müddət sonra Mətanət ona demişdir ki, Gözəl pulu ödəyə blmədiyinə görə Notarius kontorunda borc müqaviləsi bağlamışlar. Bundan sonra bir də xəbər tutmuşdur ki, təxminən 6-7 ay sonra Gözəl həmin borc müqaviləsinin etibrsız sayılması üçün Binəqədi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Bir daha Gözəlin iş yerinə gedərək öz iradını bildirmiş, Mətanətə 65-66.000 ABŞ dolları borcu olduğu halda utanmadan məhkəmə müraciət etməsin bildirmişdir. Həmin məhkəmə iclasında hakimin sualına cavab verərək Gözəl özü etiraf etmişdi ki, Zərərçəkmiş şəxs məmulat şəklində aldığı 60-65.000 ABŞ dolları dəyərində qızıl-zinyət əşyalarını külçə (lom) halında məmulatın dəyərindən dəfələrlə aşağı qiymətə, qramını 30-35 manatdan şəhərin bəzi yerlərində yerləşən qızıl dükanlarına satmışdır. Ona görə lom qiymətinə satmışdır ki, borcunu bağlasın. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da əmisi qızı Zərərçəkmiş şəxs kimi eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, əlavə olaraq göstərmişdir ki, təxminən 15 dəfə əmisi qızı Mətanətin xahişi ilə Gözəl Abasquliyevaya müxtəlif çeşiddə və məbləğdə Mətanətin göndərdiyi qızıl-zinyət əşyalarını müxtəlif ünvanlarda aparıb çatdırmış və əmisi qızı Mətanətin verdiyi siyahı üzrə təhvil vermişdir. Gözəl həmin qızılları ondan təhvil aldıqdan sonra onun yanında Mətanətə zəng edərək qızıl-zinət əşyalarını aldığını demiş və özünün müxtəlif müştərilərinin adını çəkərək hansından nə vaxt qızılların pullarını alacağı barədə hesabat vermişdir. Sonradan isə məlum olmuşdur ki, X13 aldadırmış, aldığı qızılların satışından əldə olunmuş pulları özü ələ keçirərək mənimsəmiş və ümumilikdə əmisi qızı Mətanətə 66.500 ABŞ dolları məbləğində maddi ziyan vurmuşdur. Mətanət və Şahlar Gözəldən aldığı qızıl- zinyət əşyalarının pulunu tələb etdikdə sonuncu həmin məmulatı iş yoldaşları, qonşu və qohumlarına nisyə satdığını və pulunu yığa bilmədiyini demişdir. Mətanətlə birlikdə həmin şəxslərdən bir neçəsi ilə görüşmüş, həmin şəxslərdən bir neçəsi Gözəldən qızıl almadığını bildirmiş, digər tək-tükləri isə aldıqları qızılın pulunu Gözələ çoxdan ödədiklərini bildirmişlər. Bundan sonra Gözəl ifşa olunduğunu görüb Mətanətdən qeyd olunan məbləğdə qızıl-zinyət əşyalarını götürdüyünü boynundan atmağa başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 da Zərərçəkmiş şəxs kimi eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, əlavə olaraq göstərmişdir ki, 2015-ci ildən şəriki Zərərçəkmiş şəxs ilə bərabər səyyari qızıl əşyalarının satışı ilə məşğul olmuşlar. 2015-ci il sentyabr ayının sonunda Mətanətlə hesabat apararkən Gözəlin ödənişləri nə üçün gecikdirdiyini soruşmuş, hələlik sonuncuya mal verməməsini tapşırmışdır. Bir neçə gün sonra Mətanət ona demişdir ki, Gözəl aldığı malların pulunu yığa bilmir və onunla görüşüb vaxt almaq istəyir. O, müalicədən qayıtdıqdan sonra Gözəl və Mətanətlə “Moskva” univermağının qarşısında görüşmüşlər. Orada Gözəllə tanış olmuş, sonuncuya demişdir ki, Mətanətdən aldığı qızılları satıbsa pulunu versin, satmayıbsa qızılların özünü qaytarsın. Gözəl ona demişdi ki, onlardan apardığı qızılın hamısını satmışdır və hamısının pulunu ödəyəcək, lakin bunun üçün ona bir müddət vaxt lazımdır və gözləməyi xahiş etmişdir. Bundan sonra onlar bir neçə dəfə də metronun Əcəmi stansiyasında görüşmüş, Gözəl hər dəfə müxtəlif bəhanələr gətirərək gah dəftərini itirdiyini, gah kimlərə nə qədər qızıl satdığını bilmədiyini, gah da satdığı qızılın pulunu yığa bilmədiyini demişdir. O, artıq şübhələnmişdir ki, Gözəl onları aldadır və aldığı qızılların pulunu vermək istəmir, ona görə də son günlər Gözəllə görüşdükdə aralarında olan danışıqları öz mobil telefonuna yazmışdır. Bundan sonra Gözəlin anasının iş yerinə getmiş, Gözəlin onlara olan pul borcu barədə məlumat vermiş, sonuncu bütün bunlardan məlumatsız olduğunu demişdir. Mətanətlə Gözəlin arasında Notarius kontorunda borc müqaviləsi də bağlanmışdır. Təxminən 6-7 ay sonra Gözəl həmin borc müqaviləsinin etibarsız sayılması üçün Binəqədi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, həmin məhkəmə iclasında hakimin sualına cavab verərək Gözəl özü etiraf etmişdir ki, Zərərçəkmiş şəxs məmulat şəklində aldığı 60-65.000 ABŞ dolları dəyərində qızıl-zinyət əşyalarını külçə (lom) halında məmulatın dəyərindən dəfələrlə aşağı qiymətə, qramını 30- 35 manatdan şəhərin bəzi yerlərində yerləşən qızıl dükanlarına satmışdır. Ona görə lom qiymətinə satmışdır ki, başqalarına olan borcunu bağlasın və Türkiyəyə istirahət etməyə getsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs həyat yoldaşıdır. Mətanət Azərbaycan Pedoqoji Universitetində işləyir və 2014-cü ildən başlayaraq qızıl alveri ilə məşğul olurdu. Həmin vaxtı da X9 ilə tanış olmuş və Gözəli qızıl alveri ilə məşğul olan adam kim tanımışdır. Mətanət əvvəllər Moskva univermağında qızılın alışı və satışı ilə məşğul olan Şahid4 aldığı qızıl-zinyət əşyalarını satıb pulunu sonradan vermək şərti ilə üstünə bir neçə manat əlavə etməklə iş yoldaşı Şahid1 vasitəsilə Gözələ vermiş, sonuncu da həmin qızıl-zinyət əşyalarını satdıqdan sonra pulunu tam şəkildə ödəmişdir. 2015-ci ilin may ayından sonra isə Mətanət özü Gözəlin təklifi ilə qızıl-zinyət əşyalarını sonuncuya verməyə başlamış, bu yolla 2015-ci ilin may ayından başlayaraq 2015-ci ilin oktyabr ayına qədər olan müddət ərzində X11 hər ay hissə-hissə 79.500 ABŞ dolları dəyərində qızıl-zinyət əşyaları vermişdir ki, sonradan satıb pulunu ödəsin. Lakin Gözəl qızıl-zinyət əşyalarını satdıqca Mətanətə hissə-hissə cəmi 13.000 ABŞ dolları məbləğində pul ödəmişdir. Bundan sonra Mətanət Gözələ qızıl-zinyət əşyaları verməyi dayandırmış, Gözəl Abasquliyeva da Mətanətə olan borcunu verməyi kəsmişdir. Beləliklə Mətanətə verdiyi qızıl-zinyət əşyalarına görə Gözəl Abasquliyevanın 66.500 ABŞ dolları məbləğində pul borcu qalmışdır. Bundan sonra Mətanət dəfələrlə Gözəl Abasquliyevaya zəng etmiş, iş yerinə və evinə getmiş, pulunu tələb etmişdir. X19 hər dəfə demişdir ki, həmin qızıl-zinyət əşyalarım müxtəlf şəxslərə satmış, lakin pulunu yığa bilmir. Ona görə də o, Şahid4 qalan borcu ödəmək üçün özünə məxsus Bakı şəhəri 8-ci mikrorayon Ş.Məmmədova küçəsi ev 3-də yerləşən 96 saylı mənzili 110.000 manata satmış, bundan başqa Türkiyə Respublikasında yaşayan baldızı X4 11.000 ABŞ dolları və 8.000 manat borc alaraq Şahid4 olan pul borcunu ödəmişlər. Evin satılması barədə sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, X6 təxminən 20 ilə yaxındır ki, tanıyır. 2015-ci ilin yay aylarında Gözəl Abasquliyevanın yaşadığı evdə qonaq olarkən orada bilmişdir ki, sonuncu qızıl-zinyət əşyalarının satışı ilə məşğul olur. O, həmin vaxt Gözəldən 2.550 manat dəyərində bir ədəd qızıl komlekt alıb pulunu tam Gözələ ödəmişdir. Həmin vaxt onun yanında Gözəl əvvəllər tanımadığı Zərərçəkmiş şəxs adlı qadına zəng edərək qızılı satdığını demiş, sonuncu isə demişdir ki, pulu ona aparsın. Həmin hadisədən bir neçə gün sonra, 2017-ci ilin iyun ayının axırlarında o, Gözəlin yaşadığı evin yaxınlığında olan dərzi otelyesinə paltar aparmış və vaxtı çox olduğuna görə həmin vaxt Gözəlin yaşadığı evə getmişdir. Evə gedəndə orada Gözəli və sonuncunun qohumu, əvvəllər tanıdığı Şahid7 adlı qızı görmüş, sonuncular stolun arxasında oturub əllərində dəftər qızıl alqı-satqısı barədə hesabat aparmışlar. Həmçinin qarşılarında stolun üstündə qızıl-zinyət əşyaları olmuşdur. Sonuncular hesabatı bitərəndən sonra Gözəl öz qohumu Ülviyyədən soruşmuşdur ki, ona olan borcunun məbləğini bilirmi? Ülviyyə demişdir ki, ona, yəni Gözələ aldığı qızıl-zinyət əşyalarına görə 46.000 ABŞ dolları borcu var. O, Gözələ demişdir ki, bütün bunlardan anası Zülfünazın xəbəri varmı? Gözəl ona demişdir ki, anasının heç nədən xəbəri yoxdur və ondan da xahiş etmişdir ki, bu barədə anasına heç bir söz deməsin. Bu hadisədən bir neçə gün sonra Gözəllə görüşəndə sonuncudan soruşmuşdur ki, Ülviyyə ona olan borcunu nə ilə qaytaracaq. Gözəl isə demişdir ki, Ülviyyə söz verib ki, Xətai rayonunda yerləşən mənzillərini satıb pulu tam ödəyəcək. Bundan bir müddət keçəndən sonra ona məlum olmuşdur ki, qarşı tərəf Gözəli məhkəməyə verib və mülki qaydada pulunu tələb edir. Məhkəmə Binəqədi rayon məhkəməsində olmuş, lakin Gözəlin anasının bundan xəbəri olmamışdı. Həmin vaxt Gözəl onun yanında Ülviyyə adlı qohumuna zəng edib demişdi ki, aldığı qızıl-zinyət əşyalarının pulunu versin ki, Zərərçəkmiş şəxs olan borcunu qaytarsın. Ülviyyə isə telefonda Gözələ demişdi ki, həmin evi satışa qoyub, tezliklə satılan kimi aldığı qızıl-zinyət əşyalarının pulunu Gözələ tam ödəyəcəkdir. Həmiıı hadisədən bir neçə gün sonra isə ona məlum olmuşdur ki, Ülviyyə evindən qaçıb başqa yerdə gizlənir. Zərərçəkmiş şəxs və Şahid4 heç birini tanımır, həmin şəxsləri ilk dəfə Səbail rayon məhkəməsində görüb tanımış, lakin sonuncularla heç bir ünsiyyəti olmamışdır. X9 tanışı Zərərçəkmiş şəxs aldığı qızıl-zinyət əşyalarından Məmmədova Şəbinə adlı qadına satdığını bilir, digər şəxsləri isə tanımır. Həmçinin sonuncuların aralarında olan borc barədə heç bir məlumatı yoxdur. X3 öz qohumu Şahid7 qızıl-zinyət əşyaları satmasını və ya verməsini görmüşdür. Belə ki, 2017-ci ilin iyun ayının axırlarında o, Gözəlin yaşadığı evdə olarkən sonuncu qohumu Şahid7 ilə hesabat aparıb qurtardıqdan sonra stolun üstündə olan qızıl-zinyət əşyalarını Ülviyyə götürüb özü ilə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, X6 bir həyətdə yaşadığına görə lap uşaq yaşlarından tanıyır. Tez-tez onların yaşadığı evə gedibgəlir. Tarixi dəqiq xatırlamır, təxminən 2016-cı ilin yay aylarında o, Gözəlgilin yaşadıqları evdə olarkən Gözəlin istifadəsində olan mobil telefona hər dəfə zəng gəldikdə sonuncu qaçıb telefonu hamam otağında açıb danışır, sonra isə otağa qayıdırdı. Hər dəfə də o, Gözəlin əsəbiləşdiyini, qanının qara olduğunu, çox narahat və həyəcanlı olduğunu və mobil telefon vasitəsilə kiminləsə yazışmasını gördükdə Gözəldən nə hadisə baş verdiyini soruşmuşdur. Həmin vaxt evdə başqa adam olmadığına görə Gözəl ona danışmışdır ki, öz ailə üzvlərindən, yəni anasından gizli tanışı Mətanət adlı qadından satıb sonradan pulunu vermək şərti ilə çoxlu qızıl-zinyət əşyaları almış, həmin əşyaların bir hissəini özü satıb pulunu Mətanətə vermiş, bir hissəsini isə satıb sonradan pulunu vermək şərti ilə qohumu, onun da tanıdığı Şahid7 vermiş, lakin sonuncu Gözələ həmin qızıl-zinyət əşyalarının pulunu ödəməmişdir. Hazırda həmin əşyaların sahibi Gözəldən pulunu tələb etdiyinə görə, sonuncu da qohumu Şahid7 pulu tələb edir, lakin bir nəticə əldə edə bilmir. Bundan sonra o, bir neçə dəfə Gözəlin yaşadığı evdə, bir neçə dəfə də yaşadığı küçədə Gözəllə Ülviyyəni mübahisə edən vaxt görmüş, sonuncuların söhbətlərində dəfələrlə iştirak etmişdir. Həmin vaxtlar Gözəllə Şahid7 arasında gedən söhbətlərdən ona məlum olmuşdur ki, aldığı qızılzinyət əşyalarına görə Şahid7 Gözələ təxminən 46.000 ABŞ dollarından artıq pul borcu var idi. Hər dəfə onun yanında Şahid7 qohumu Gözəldən müəyyən müddət istəyir və deyirdi ki, uzağı bir həftəyə, 10 günə Gözəlin borcunu düzəldib verəcək. Sonuncular bir müddət mübahisə edir və axırda Gözəl razılıq verirdi, həmçinin Şahid7 deyirdi ki, əməlləri barədə öz valideynlərinə xəbər verəcək. Həmin söhbətlərdən bir müddət sonra isə eşitmişdir ki, Şahid7 Gözələ olan pul borcunu verməmiş, özü isə qaçıb Almaniya Respublikasına getmişdir. Zərərçəkmiş şəxs və Şahid4 tanımır, lakin Mətanətin adını Gözəldən eşitmişdir. X3 tanışı Zərərçəkmiş şəxs aldığı qızıl-zinyət əşyalarını kimlərə satması və ya verməsi, həmçinin onların aralarında olan borc barədə məlumatı yoxdur. X3 öz qohumu Şahid7 qızıl-zinyət əşyaları satmasını və ya verməsini görməmişdir. Cinayət işinin 1-ci cildinin 234-237-ci vərəqlərində olan protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadələri yerində yoxlanılmış, sonuncu Gözəl Abasquliyevaya qızıl-zinyət əşyalarını verməsini hadisə yerində əyani şəkildə göstərərək istintaqa verdiyi ifadələrini bir daha təsdiq etmişdir. Cinayət işinin 1-ci cildinin 242-244-cü vərəqlərində olan protokoldan görünür ki, istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 istintaqa verdiyi ifadələri yerində yoxlanılmış, sonuncu əmisi qızı Zərərçəkmiş şəxs xahişi ilə Gözəl Abasquliyevaya qızılzinyət əşyalarını verməsini hadisə yerində əyani şəkildə göstərərək istintaqa verdiyi ifadələrini bir daha təsdiq etmişdir. Cinayət işinin 1-ci cildinin 24-31-ci vərəqlərində olan Binəqədi rayon məhkəməsinin 28 iyul 2016-cı il tarixli, 2(001 )-8403/2016 nömrəli qətnaməsindən də görünür ki, həmin məhkəmə iclasında X9 etiraf etmişdir ki, Zərərçəkmiş şəxs bir neçə dəfə satmaq məqsədilə qızıl-zinyət əşyaları almış, həmin məhsulları şəhərin bəzi yerlərində yerləşən qızıl dükanlarına sataraq borcunu ödəmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs məmulat şəklində aldığı qızıl-zinyət əşyalarını külçə (lom) halında məmulatın dəyərindən dəfələrlə aşağı qiymətə, qramını 40-50 manatdan şəhərin bəzi yerlərində yerləşən qızıl dükanlarına satmışdır. Ona görə lom qiymətinə satmışdır ki, borcunu bağlasın. Cinayət işinin 1-ci cildinin 13-cü vərəqində olan 15.12.2015-ci il tarixli “mövcud borcun etirafı haqqında mücərrəd müqaviləmdən də görünür ki, həmin müqavilə bağlanarkən X9 52 saylı Notarat kontorunda müqavilədə imza etmişdir ki, həqiqətən də Zərərçəkmiş şəxs qızma 66.500 ABŞ dolları məbləğində borcu var. Həmin müqavilə bağlanarkən hər iki tərəfə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Cinayət işinin 1-ci cildinin 253-cü vərəqində olan protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş bir ədəd audio diskə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, X9 aldığı qızıl-zinyət əşyalarına görə Zərərçəkmiş şəxs 66.500 ABŞ dolları məbləğində borcu olduğunu etiraf edir. Həmçinin sonuncudan qızılzinət əşyaları istəyərək, həmin qızıl-zinət əşyalarını Xızı rayonu, Gəncə şəhərində yaşayan müştərilərinə, anasına, atasına, bibisinə, xalasına, qonşularına, iş yoldaşlarına və digər sifariş verən şəxslərə satmaq üçün istəməsi barədə öz mobil telefonundan Zərərçəkmiş şəxs mobil telefonuna vatssap vasitəsilə səs yazıları göndərmişdir. Cinayət işinin 1-ci cildinin 252-ci vərəqlərində olan Şahid4 Mürsəl oğlu tərəfindən istintaqa təqdim edilmiş bir ədəd audio diskə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, X7 Zərərçəkmiş şəxs tərəfindən 2015-ci ilin may ayından başlayaraq həmin ilin oktyabr ayı da daxil olmaqla satıb pulunu sonradan ödəmək şərti ilə qızıl-zinyət əşyaları verilmiş, lakin sonuncu aldığı həmin qızıl-zinət əşyalarının pulunu ödəməmiş, onlara 66.500 ABŞ dolları məbləğində borcu qalmışdır. Şahid4 Gözəl Abasquliyeva ilə görüşərək pulları tələb etmiş, sonuncu həmin qızıl-zinyət əşyalarını aldığını etiraf etsə də, müxtəlif bəhanələr gətirərək pulu qaytarmır. Cinayət işinin 1-ci cildinin 113-114-cü vərəqlərində olan “Nazim-1” MMX-nin 663848 saylı girov biletinin surətindən görünür ki, X9 07.10.2015-ci il tarixdə həmin lombarda 750 əyarlı 49,63 qram çəkidə qızıl-zinyət əşyalarını girov qoyaraq 700 manat və 09.03.2016-cı il tarixdə 750 əyarlı 18,37 qram çəkidə qızıl-zinyət əşyalarını girov qoyaraq 500 manat məbləğində kredit almışdır. Məhkəmə, təqsirləndirilən şəxs X3 ifadəsində göstərdiyi xususatlar güya Zərərçəkmiş şəxs götürdüyü qızıl zinyət əşyalarım Şahid7 verməsi faktı və qızıl zinyət əşyalarının bir qisminin oğurlanması faktı iş materialları ilə öz təsdiqini tapmadığından həmin xususatlar cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə uydurulmuş, həqiqətə uyğun olmayan, obyektiv həqiqəti əks etdirməyən işin faktiki halları ilə uyğun gəlməyən özünü cinayət məsuliyyətindən yayındırmaq üçün gətirilən dəlillər kimi qiymətləndirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və X15 qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 2-ci cildinin 144-146-cı vərəqlərində olan qərardan görünür ki, 10 sentyabr 2018-ci il tarixdə X9 barəsində «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 151-152-ci vərəqlərində olan tələbnamədən görünür ki, iş üzrə təqsirləndirilən şəxs X9 əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsi, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmaması, əvvəllər məhkum olunmaması, əməlindən peşman olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxs X3 cəzasını yüngülləşdirən haldır. X3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində deyilir ki, CM-nin 59.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 60-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02.04.2012-ci il tarixli qərarının 3-cü bəndində deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində qeyd olunan “bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində” müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda cəza təyini zamanı CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında əsas cəza tədbiri qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsi, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması kimi yüngülləşdirici halların məcmusunu, habelə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə mənfi münasibəti kimi halları nəzərə almaqla məhkəmə hesab edir ki, X7 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, X7 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi onu və ailəsini ciddi məhrumiyyətlərə düçar edər, eləcə də zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasına dair xahişinin nəzərə alınmaması ilə nəticələnə bilər və faktiki mahiyyətini itirə bilər. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə X9 barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, X3 üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Məhkəmə hesab edir ki, X3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddəsində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur, maddi sübut olan 02 ədəd disk cinayət işində saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 200 (iki yüz) manat X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilsin və təyin edilən cəza şərti məhkum etmə sayılmaqla 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X5 davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 200 (iki yüz) manat X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Eldar Mikayılov