Məhkəmə qərarları › İş №1(101)-472/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-472/2022

24.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-472/2022 24.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1993-cü ildə, Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, subay, işləməmiş, məhkumluğu olmayan, Bakı şəhəri Nərimanov rayonu, Rasim Muxtarov küçəsi, ev 48-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin 3 saylı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu 13 sentyabr 2021-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri Nəsimi rayonu, "Papanin" adlanan ərazidə təmiz çəkisi 5,004 qram olan külli miqdarda psixotrop maddə-metamfetamini tamah niyyətilə satmaq məqsədilə qanunsuz əldə edib üzərində saxlayaraq göstərilən tarixdə, saat 19 radələrində ünvan 1 ünvana daşımış, 13 sentyabr 2021-ci il tarixdə, saat 19:40 dəqiqədə Nərimanov rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən göstərilən ünvanda şübhəli şəxs qismində saxlanılaraq Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin inzibati binasına gətiriləndən sonra üzərində şəxsi axtarış aparılan zaman qeyd olunan bükümdə və çəkidə psixotrop maddə-metamfetamin onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, 13 sentyabr 2021-ci il tarixində evində olarkən, iki nəfər polis əməkdaşı evə gələrək onu Nərimanov rayon Polis idarəsinin 17-ci Polis Şöbəsinə aparmışdır. Həmin polis əməkdaşlarının adları Orxan və Pərvin olmuşdur. Polis şöbəsində polis əməkdaşları tərəfindən ona təzyiq olunmuşdur. Onlar onun üzərinə narkotik vasitə yerləşdirmişlər. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və ona təzyiq olunduğu üçün üzərinə yerləşdirilən narkotik vasitənin guya ona məxsus olduğunu demişdir. O narkotik vasitədən istifadə etsə də, heç vaxt narkotik vasitə satmamışdır. Polis əməkdaşları tərəfindən saxlanıldığı gün üzərində ümumiyyətlə narkotik vasitə olmamışdır. O, saxlanıldıqdan sonra polis əməkdaşları telefonunu götürmüşlər, həmin telefonda olan “Whatsapp” yazışmalarından xəbərdardır və həmin yazışmalar narkotik vasitənin qanunsuz dövriyyəsi barədə deyildir. Özünü yalnız narkotik vasitədən istifadə etdiyi üçün təqsirli bilmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Narkotik vasitədən sonuncu dəfə saxlanılmadan 1-2 ay əvvəl istifadə etmişdir. Narkotikdən istifadə etdiyi üçün peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Nərimanov rayon Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin cinayət-axtarış üzrə kiçik inspektoru işləyir. 13 sentyabr 2021 -ci il tarixdə, saat 19 radələrində digər əməkdaş Şahid2 ilə birlikdə ünvan 1 ünvanda xidmət aparan zaman sonradan tanıdığı Təqsirləndirilən şəxs onları görüb davranışı ilə özünü şübhəli apardığından, ona yaxınlaşıb özlərini təqdim edərək şəxsiyyəti haqqında maraqlanmışlar. Bu vaxt Təqsirləndirilən şəxs həyəcanlanıb verilən suallara qeyri-müəyyən cavablar verərək, hərəkətləri ilə onlarda onun spirtli içki, narkotik vasitə və ya psixotrop maddənin təsiri altında olması təəssüratını yaratmış və əlini əynindəki şalvarın cibinə salıb yayınaraq oradan uzaqlaşmaq istəmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu güman edib onun üzərində narkotik vasitə, psixotrop maddə və ya güclü təsir edən digər maddələrin ola biləcəyindən şübhələndiklərinə görə, onun yayınaraq getməsinə imkan verməmişlər və onu Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə dəvət edəndə Təqsirləndirilən şəxs narazılıq etmədən və hər hansı etiraz bildirmədən onlarla birlikdə şöbəyə getmişdir. Şöbədə vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymasını təklif edəndə, o əynindəki şalvarın cibindən 1 ədəd mobil telefonu və sellofan kəsiyinə bükülmüş 1 ədəd bükümü çıxarıb könüllü təhvil vermişdir. Həmin vaxt bükümün içərisində nəyin olduğu soruşulanda, Təqsirləndirilən şəxs səmimi olaraq bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini tanımadığı şəxsdən 50 manat pula əldə etdiyini bildirmişdir. Sonda təhqiqatçı orada iştirak edən şəxslərin iştirakı ilə protokol tərtib etmiş, bükümü də ekspertizaya göndərmək məqsədilə zərfə qoyaraq qablaşdırmış və möhürləmişdir. Şəxsi axtarış keçirilməsi zamanı videoçəkilişdən istifadə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun saxlanılarkən üzərində narkotik vasitənin olmamasına və özünü narkotik vasitəni satış məqsədi ilə əldə etməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin bir-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə etməsi kimi qiymətləndirir. Belə ki, o ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, 13 sentyabr 2021-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri Nəsimi rayonu, "Papanin" adlanan ərazidə təsadüfən 35-40 yaşlarında kişi cinsindən olan "Məmməd" adlı şəxslə tanış olanda, ona psixotrop maddənin istifadəçisi olduğunu bildirməklə, 50 manat pula ondan 1 ədəd bükümdə psixotrop maddə-metamfetamin almış və həmin metamfetamini istifadəsi üçün əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoyaraq Nərimanov rayonu ərazisinə getmişdir. Həmin gün, saat 19:40 dəqiqədə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə təkbaşına piyada hərəkət edən zaman tanımadığı 2 şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edəndən sonra, şəxsiyyəti haqqında maraqlanmış və onunla şifahi sorğu-sual apararaq onlarla birlikdə Nərimanov rayon Polis idarəsinin 17-ci Polis Şöbəsinə getməsini bildirəndə, o, çıxış yolu olmadığını dərk etdiyindən, polis əməkdaşları ilə birlikdə qeyd olunan şöbəyə, onunla olan polis əməkdaşlarının təklifi əsasında və onların müşayiəti ilə həmin şöbənin inzibati binasında yerləşən otaqların birinə getmişdir. Aradan 10-15 dəqiqə keçəndən sonra, otağa tanımadığı 1 mülki geyimli şəxs daxil olmuş, özünü təhqiqatçı kimi təqdim edən polis əməkdaşı həmin şəxsin vəkil olduğunu bildirərək ona hüquq və vəzifələrini izah etmişdir. Sonra, ona üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymasını təklif edəndə, o, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynindəki göy rəngli cins şalvarın sol yan cibindən özünə məxsus 1 ədəd "Samsung Galaxy J6" markalı mobil telefonu və həmin şalvarın sağ yan cibindən özünə məxsus içərisində psixotrop maddəmetamfetamin olmaqla sellofan kəsiyinə bükülmüş 1 ədəd bükümü çıxarıb könüllü onlara təhvil vermişdir. Həmin vaxt bükümün içərisində nəyin olduğu soruşulanda, o, səmimi olaraq bükümün içərisində psixotrop maddə-metamfetamin olduğunu, həmin metamfetamini saxlanmağından az müddət əvvəl tanımadığı şəxsdən 50 manat pula əldə etdiyini və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Cinayət işində olan 13 sentyabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 sentyabr 2021-ci il tarixli, 6/4042 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar olunaraq tədqiqata təqdim edilmiş 01 ədəd bükümdə, təmiz çəkisi 5,004 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələr" in İİ siyahısına daxildir. Tədqiqata sərf edildi 0,10 qram, qalıq 4,904 qram. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 26 noyabr 2021-ci il tarixli, 4721 saylı ekspert rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs oğlunda kannabioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan 29 noyabr 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Nərimanov rayon prokurorunun köməkçisi X2 29 noyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs oğlunun Nərimanov RPİ-nin əməkdaşları tərəfindən fiziki təzyiqlərə və işgəncələrə məruz qalması barədə müraciəti yoxlama zamanı öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işində olan Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən tərtib edilmiş “şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Nərimanov RPİ-nin Cinayət-Axtarış şöbəsinin cinayət axtarış üzrə kiçik inspektorları polis serjantı Şahid1 və polis kiçik serjantı Şahid2 əməkdaşları tərəfindən 13 sentyabr 2021-ci il tarixdə saat 20:50-də Təqsirləndirilən şəxs oğlu ünvan 3 ünvanının qarşısında saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət olunmuşdur. Polis şöbəsində 13 sentyabr 2021-ci il tarixdə saat 21:30da Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sol cibindən 01 ədəd boz rəngli Samsunq markalı mobil telefonu, həmin şalvarn sağ cibindən isə 01 ədəd adi sellofana bükülmüş ağ rəngli, kristal formalı narkotik maddəyə bənzər büküm aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Həmin 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmişdir. Cinayət işində olan Nərimanov rayon İcra Hakimiyyətinin MKTB-nin 35 saylı MKİSnin rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlunun yaşadığı ərazi üzrə barəsində heç bir şikayət daxil olmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon İdarəsi tərəfindən daxil olmuş 17 noyabr 2021-ci il tarixli, 2124 saylı məktubundan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon idarəsində hərbi qeydiyyatda olan 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs oğlu 02.10.2011-ci il tarixdən 01.04.2013cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət, 05.10.2020-ci il tarixdən 27.12.2020-ci il tarixədək isə N saylı hərbi hissədə səfərbərliklə hərbi xidmət etmişdir. Azərbaycan Respublikasının Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli 2372 nömrəli Sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə” medalla təltif olunmuşdur. Bakı şəhəri Nərimanov rayon Prokurorluğundan daxil olmuş 18 yanvar 2022-ci il tarixli, ********* saylı məktuba əlavə olunan Təqsirləndirilən şəxs oğlunun barəsində istintaq edilmiş cinayət işi üzrə ********** saylı mobil nömrədən, qoşulduğu Whatsapp proqramı vasitəsi ilə həyata keçirilən yazışmaların kserosurətləri cinayət işinə əlavə edilərək tədqiq edilmiş, kserosurətlərə baxış zamanı sübut əhəmiyyəti kəsb edən sms mətnləri aşkar edilmişdir: “ Piwiyim” : "kakos isdireme men” , Cavabında ********** saylı mobil nömrədən: "Goturecem” “ Piwiyim” : "sende olan pt ni pulnan vereyde buna. Guya kimse cetnen ssatit” "Buna kola aldir menim ucun” "birde gor kola alir” "Mene 1 2 qramda kola gotureriyde nolar” “ Piwiyim” : "Kola tapda. mene” Cavabında ********** saylı mobil nömrədən:"Diyerem. Saata”, “ Piwiyim” : "Yaxsi onda kolada aldaa memcun” Cavabında ********** saylı mobil nömrədən: "X7 ”,“ Orxan” : "Dede Kola” "Qaqa sende ot durur Heçoımasa” Cavabında ********** saylı mobil nömrədən: "X8 meni”, ********** saylı mobil nömrədən “ Orxan” adlı şəxsə : "Kola axtarirsan sa Kanal var”,+**********00 saylı mobil nömrədən "evde kimse var? pt varindi?” Cavabında ********** saylı mobil nömrədən: "Yo” ********** saylı mobil nömrədən +**********00 saylı mobil nömrəyə: "Pati duz qow elede” cavabında **********00 saylı mobil nömrə: "deyitem. Goturmusem. Yazma verdim teli.”********** saylı mobil nömrədən “ Xudu brat” adlı şəxsə: "Bele pulnan kanal var. Eyer istesen gotrey” cavabında “ Xudu brat”: " Qardawim Neciye?” cavabında ********** saylı mobil nömrədən: " 35 exi 1 gotururemde. Zornan elimde saxlamisam” Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs oğlunun məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış müvafiq tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 04.08.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, 26.01.2018-ci ildə Suraxanı rayon Məhkəməsinin qərarı ilə 01 ay 24 gün vaxtından əvvəl cəzadan şərti azad edilmişdir. 28.03.2018-ci il tarixdə cəzasının başa çatması ilə əlaqədar şöbədən qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs oğlunun məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitersiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə“ Azərbaycan Respublikası Prezidentinin 10 fevrvl 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinipn 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda könüllü olaraq vuruşmasını, Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edərək "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmasını, eyni zamanda cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini də nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən tərbiyə və islah olunması mümkündür. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq etməklə onun cəza çəkmədən islah olunmasını mümkün sayır və həmin cəzanın şərti olaraq tətbiq edilməsini qərara alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun yaşadığı ərazi üzrə barəsində şikayət olmamasını, Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli 2372 nömrəli Sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə” medalla təltif olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov rayon Polis İdarəsində məsul saxlanışda olan ekspert tədqiqatı nəticəsində qalıq qalmış 4,904 qram olan narkotik vasitə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilərək götürülmüş “Samsung Galaxy J6” markalı mobil telefon sahibinə qaytarılmalı, şəxsi axtarış və götürmə keçirilərkən qeyd alınmış videogörüntülər köçürülmüş 01 ədəd DVD-R disk, "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd yaddaşında anten məlumatlar olan CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır, Təqsirləndirilən şəxs oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs oğlundan ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınıb dövlət büdcəsinə verilməli, Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclasından azad edilməlidir. “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun 13 sentyabr 2021-ci il tarixdən həbsdə saxlanıldığı 4 (dörd) ay 11 (on bir) günün hər günü azadlıqdan məhrum etmə cəzanın 1 (bir) gününə bərabər tutulmaqla, həmin günlər təyin edilmiş cəza müddətindən çıxılmaqla, Təqsirləndirilən şəxs oğluna qəti olaraq 4 (dörd) il 7 (yeddi) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70–ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs oğluna təyin edilmiş azadlıqdan məhrum edilmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin, sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclasından azad edilsin. “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs oğlunun sınaq müddəti ərzində davranışına nəzarət Bakı şəhəri Probasiya Xidmətinə tapşırılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs oğlundan ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov rayon Polis İdarəsində məsul saxlanışda olan ekspert tədqiqatı nəticəsində qalıq qalmış 4,904 qram olan narkotik vasitə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilərək götürülmüş “Samsung Galaxy J6” markalı mobil telefon sahibinə qaytarılsın, şəxsi axtarış və götürmə keçirilərkən qeyd alınmış videogörüntülər köçürülmüş 01 ədəd DVD-R disk, "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd yaddaşında anten məlumatlar olan CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın, Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar