Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-472/2023 03.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X4 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6 və X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx xxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, ali təhsilli, subay, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin 15 may 2006-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 120.2.2, 221,1, 234.1-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsi ilə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və Azərbaycan Respublikası Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan və sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 03 avqust 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 31 saylı binanın ikinci mərtəbəsində yerləşən evin qarşısındakı dəhlizdə tanışı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pozulması zəmnində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun baş nahiyyəsinə yumruq zərbəsi ilə xəsarət yetirməsindən hiddətlənərək şalvarının cibindən soyuq silah hesab edilməyən bıçağı çıxarıb əlində saxladığı bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə qəsdən vuraraq, başın təpə nahiyyəsinin 1 ədəd, sağ gicgah nahiyyəsinin 1 ədəd, sol qalça nahiyyəsinin 1 ədəd, sol bazunun orta 1/3- nin 1 ədəd, sağ budun yuxarı 1/3-nin iç səthinin 1 ədəd, sol və İ barmağının 1 ədəd, cəmi 6 ədəd olmaqla sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər və daxili və xarici qanaxma, mədənin cisminin və mədə-çənbər bağırsağının yaralanması ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön səthinin periton boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki heç bir cinayət əməli törətməmişdir. Polis əməkdaşları tərəfindən üzərinə şər atılmışdır. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin rəis müavini onunla düşmənçilik münasibətində olduğu üçün ona qanunsuz olaraq ittiham irəli sürülmüşdür. Belə ki, polis əməkdaşları yaşadığı evə daxil olaraq onu döyməyə başlamış və Musanın öldürüldüyünü bildirmişdirlər. Musa ilə danışan zaman isə sonuncu özü-özünə xəsarət yetirdiyini bildirmişdir. Musa məhkəmə iclasında da gəlib bu məzmunda ifadə verəcəkdir. Heç kimə qarşı bir yanlış hərəkət etməmiş, heç kimlə düşmənçiliyi olmamışdır. Başından ağır zədə aldığına görə travması var və cinayət hadisəsi onun təxmini yadındadır. Hadisə baş verən gün zərərçəkmiş şəxs qapını döymüş, gələn şəxsin Musa olduğunu bilməmiş, həmin vaxtda o da əlində bıçaqla alma doğraya-doğraya qapını açmış, Musa ona “sən mənim haqqımda kiminsə yanında nəsə danışmamısan?” dedikdən sonra aralarında möhkəm mübahisə olmuşdur. Səs-küyə yuxarıdan qonşulardan biri gəlmiş və “sizdən başqa da adam var burda, bir az yavaş danışın” demişdir. Musa həmin qonşu ilə mübahisə etməyə başlamış, qonşuya “biz söhbət edirik, sənə hər hənsı bir maneçilik törətmirik” demişdir. Təqsirləndirilən şəxs daha sonra bildirmişdir ki, Musa ilə qonşu mübahisə etdiklərindən onların arasına girmiş, qonşudan üzr istəmişdir. Təxmini gecə saat 11-in yarısı qonşu getdikdən sonra, Musa ilə qucaqlaşmış vəziyyətdə uzun pilləkəndən aşağı yıxılmış, yıxılanda alma soyduğu bıçaq əlində olmuşdur. Ağır dərmanlarla yaşadığından yaddaş pozuntusu var. Bu səbəbdən bıçağın Musaya necə batdığını xatırlamır. O, Musa ilə yaxındır, uşaqlıqdan bir yerdə böyümüş, bir məktəbdə oxumuşdurlar. Aralarında problem yoxdur. Zərərçəkmiş şəxsin də təqsirləndirilən şəxsdən heç bir şikayəti yoxdur. Musa özü də bilir ki, o ağır xəstədir. Anası ilə birlikdə yaşayır, anası bir neçə dəfə ürəyindən və ayağından əməliyyat olunmuşdur. Həm Nərimanov Rayonu 18 nömrəli poliklinikasının psixiatriya şöbəsində, həm də “Maştağa” qəsəbəsində olan 1 saylı Ruhi Əsəb dispanserində qeydiyyatdadır. Xəstə olduğundan evdən çölə də çıxmır. Vəziyyəti pisləşdiyi hallarda anası tərəfindən Maştağadakı xəstəxanaya aparılır, müalicə dövrünü bitirdikdən sonra isə geri qayıdır. Onda 17 ildir ki, hepatit var, amma indi serroza çevrilib. Qanı çox azdır, ayaqları da işləmir. Qaraciyər serrozu xəstəliyindən əziyyət çəkir. Ömrünün sonuna 1-2 il qalmışdır. Özü və anası təqaüdçüdür. Sadaladığı bütün bu halların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilərək tədqiq edilən ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək bildirmişdir ki, Zərərçəkmiş şəxs məhəllə yoldaşıdır, uzun müddətdir ki, tanıyır, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində evdə olan zaman qapı döyülmüşdür. Qapını açdıqda Musa olduğunu görmüşdür. Musa onunla kobud halda danışaraq çölə çıxmağını bildirmişdir. O da paltarını dəyişib çıxacağını bildirmiş və qapını bağlamışdır. Bir neçə dəqiqədən sonra Musa yenidən qapını döyüb çölə çıxmağını bildirmişdir. O, qapını açıb Musaya demişdir ki, “gözlə də, onsuz da çölə çıxıram, səs-küy salma”. Qeyd etmişdir ki, Musa yüksək səslə danışaraq ona səslənmişdir. O, çölə çıxıb qapını bağlayan zaman Musa təkrar olaraq onunla sözlü mübahisə edib onun barəsində kiminsə yanında danışdığını demişdir. Bu zaman bir nəfər şəxs pilləkənlərdən yuxarı qalxıb yanlarına gəlmişdir. Həmin vaxt da yuxarı mərtəbədən bir nəfər tanımadığı şəxs aşağı düşərək Musanın üzərinə qışqıraraq “nə səs-küy salmısan burda?” demişdir. Həmin şəxslə Musa arasında mübahisə yaranmışdır. Bu zaman aşağıdan onların yanına adını sonradan bildiyi Elvin qalxmışdır. Mübahisə zamanı Musa həmin şəxsin sifət nahiyyəsindən yumruqla vurmuşdur. Aşağı mərtəbədən onların yanına gələn, sonradan adının Elvin olduğunu bildiyi Musanın tanışı olan şəxs ilə birlikdə onları aralaşdırmağa çalışmışlar. O, həmin şəxsdən üzr istəmişdir. Sonra Elvin həmin şəxsin qolundan tutub onu blokdan çölə çıxartmışdır. O, Musaya demişdir ki, “niyə səs-küy salırsan, sənə dedim ki, səbirli ol düşürəm, niyə problem yaradırsan mənə?”. Daha sonra o, yuxarı mərtəbəyə qalxmışdır ki, su sayğacam bağlasın, evi su basmasın. Bu zaman çevrilib aşağı düşmək istədikdə Musa qəfildən onun sol qaş nahiyyəsindən yumruqla vurmuşdur. O, zərbənin təsirindən arxa-arxaya getmişdir. Musanın onu yenidən vurmaması üçün o, cibində olan bıçağı çıxarıb Musanın sol ayaq və sol əl nahiyyəsindən yüngül zərbələr vurmuşdur ki, çıxıb getsin, onu vurmasın. Lakin Musa yenidən onun üzərinə gələrək təpiklə onu vurmuşdur. Həmin anda da Musanın əlində bıçaq olduğunu və bıçağı açmaq istədiyini görmüşdür. Bu zaman Elvin onun bıçaq tutduğu əlindən tutub saxlamışdır. O, Elvinə onu buraxmasını bildirmişdir. Çünki, Musanın onu vuracağını bilmişdir. Lakin Elvin onu buraxmamışdır. O da Elvinin əlindən çıxıb Musanın sol qarın nahiyyəsindən bir dəfə bıçaqla vurmuşdur. Həmin vaxt Musanın əlində olan bıçaq yerə düşmüşdür. Elvin də təpiklə vurub bıçağı kənara tullamış və Musanın qolundan tutub onu blokdan çıxartmışdır. Qeyd etmişdir ki, o, evdən çıxan zaman əlində zibil torbası olmuşdur. Mübahisə zamanı zibil torbası ətrafa dağılmışdır. O, dərhal yerdə olan zibilləri torbaya yığmış, əlində olan bıçağı da həmin zibil torbasına atmışdır. Sonra isə zibil torbasını götürüb blokdan çölə çıxmış, zibilləri yaxınlıqda olan zibil qutusuna aparıb atmışdır. O, aşağı düşdükdə Elvin və Musa artıq getmişdir. Bundan başqa əlavə verilən suallara cavab olaraq bildirmişdir ki, Musa yaşadığı evə gələrək səs-küy salıb yüksək səslə qışqıraraq çölə çıxmağını tələb etmişdir. O da dəfələrlə ona səs-küy salmamasını, gözləməsini bildirsə də Musa ona məhəl qoymamışdır. Musa bildirmişdir ki, guya onun arxasınca başqa şəxslərin yanında danışmışdır. Onlar blokda yaşadığı evin qarşısında sözlü mübahisə edən zaman bir nəfər şəxs səs-küy olduğuna görə irad bildirib Musa ilə mübahisə etməyə başlamış, mübahisə zamanı Musa həmin şəxsin sifət nahiyyəsindən yumruqla vurmuşdur. Həmin vaxt orada olan Musanın tanışı Elvin və o, onları aralaşdırmışlar, o, həmin şəxsdən üzr istəmiş, Elvin isə həmin şəxsin qolundan tutub ona blokdan çölə çıxartmışdır. O da su sayğacını bağlayıb geri çevrilən zaman Musa qəfildən heç bir söz demədən onun sol qaş nahiyyəsindən yumruqla vurmuşdur. O da cibindən bıçağı çıxarıb Musanı qorxutmaq üçün, yenidən onu vurmaması üçün bıçaqla onun sol ayaq və sol əl nahiyyəsindən vurmuşdur. Lakin Musa yenidən onun üzərinə gələrək təpiklə onu vurmuş və əlində bıçaq olduğunu görmüşdür. Musa bıçağı açmaq istədikdə o, yenidən Musanın sol qarın nahiyyəsindən bir dəfə vurmuşdur. Həmin vaxt bıçaq Musanın əlindən yerə düşmüşdür. Elvin də Musanın qolundan tutub ona blokdan çıxartmışdır. Hadisə zamanı Musa onun sol qaş nahiyyəsindən yumruqla və təpiklə isə qarnının sol tərəfindən vurmuşdur. Lakin onun bədənində heç bir xəsarət olmasa da, yalnız sol qaş nahiyyəsindən dəyən yumruğun təsirindən xəsarət almışdır. Hadisədən qabaq heç bir spirtli içki və ya narkotik vasitə istifadə etməmişdir. Hadisə vaxtı yanlarında Musanın tanışı Elvin olmuşdur. Qeyd etmişdir ki, o, ölümlə bağlı həbsdə olduğundan düşmənləri olduğu üçün özünü qorumaq məqsədilə daim üzərində açılıb bağlanan cib bıçağı gəzdirmişdir. Həmin bıçağı bir neçə il əvvəl hazırda yadında qalmayan mağazaların birindən almışdır. Zərərçəkmiş şəxs ilə mübahisə edən zaman səs-küy saldıqlarına görə irad bildirən şəxsi tanımır və ilk dəfə idi ki görmüşdür. Hadisə xx.xx.2022ci il tarixdə saat 23 radələrində Nərimanov rayonu, Atatürk prospekti 31 saylı binanın, 1-ci blokunun ikinci mərtəbəsində yaşadığı 6 saylı mənzilin qarşısında baş vermişdir. Hadisə hardasa 5- 10 dəqiqə çəkmişdir. Özünü müdafiə etmək üçün Musaya bıçaq zərbəsi vurmuş, lakin etdiyi əməldən peşmandır, xahiş etmişdir ki, barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilsin. Musanın onun dostu olduğunu, ondan heç bir şikayət və tələbinin olmadığını, aralarında səhv anlaşılma olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələr arasındakı ziddiyyətləri onunla izah etmişdir ki, 16-cı Polis bölməsindən İlkin müəllimlə yola getmədiyindən sonuncu ona həmişə söz atmışdır. Psixiatriya xəstəxanasında qeydiyyatdadır,ağır dərmanlar içir, tutulan zaman isə ağır vəziyyətdə olmuş, dərmanları olmamışdır. Bu ifadələr isə istintaq orqanı tərəfindən quraşdırılmışdır. Onu aldatmışdırlar ki, zərəçəkmiş şəxs xəstəxanada ölüm ayağındadır, onun işi ağır olacaq, ona kömək etmək istəyirlər və ifadəni özünü müdafiə kimi yazacaqlar. İfadəsi yazıldıqdan sonra ona həmin ifadəni oxumuşdurlar, lakin psixotrop dərmanlar çox qəbul etdiyindən hal-hazırda həmin ifadəsini xatırlamır. Bir daha bildirir ki, bıçaq zərərçəkmiş şəxsə təsadüfən dəymiş, Musanı bıçaqlamaq niyyəti olmamış, əslində ibtidai istintaq dövründə də eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafedici ifadələri, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bidirmişdir ki, Təqsirləndirilən şəxs 30 ildir tanıyır. Bir məktəbdə oxumuşdurlar. Hadisə baş verən gün Ülfətlə zəngləşərək onunla görüşməyə getmiş, blokda Ülfəti gözləyərkən bir nəfər onlara yaxınlaşaraq niyə orda dayandıqlarını soruşmuş, o isə Ülfəti gözlədiyini bildirmişdir. Həmin şəxs ona “burda dayanma çıx get” dedikdən sonra aralarında mübahisə başlamışdır. Ülfət əlində bıçaqla alma soya-soya səs-küyə görə binanın dəhlizinə çıxmış, onları ayırmağa başlamışdır. Onları ayıran zaman hər üçü pilləkəndən yıxılmış və təsadüfən iki dəfə ona bıçaq zərbəsi vurulmuşdur.Bıçağın kim tərəfindən ona vurulmasını xatırlamır. Lakin bilir ki, digər şəxsə bıçaq xəsarəti yetirilməmişdir. Həmin gün onun da üzərində bıçaq olmuş, və hadisə zamanı həmin bıçaq cibindən düşmüşdür. Ülfəti vurub –vurmamasını xatırlamır, vurmuşdursa da qeyd olunan hal təsadüf nəticəsində baş vermişdir. Ülfətin tutulmağını istəmədiyindən reanimasiyadan çıxdıqdan dərhal sonra ifadə vermişdir. Reanimasiyadan təzə çıxdığı, dərmanların təsiri altında olduğu üçün ibtidai istintaq zamaı verdiyi ifadələri xatırlamır. Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur, çünki onu Ülfət vurmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs elan edilərək tədqiq edilən ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təxminən 25 ildən çoxdur ki qonşuluqdan tanıyır. Onunla normal dost münasibəti olmuşdur. Şahid isə məktəb vaxtlarından tanıyır. Elvin də onunla qonşuluqda yaşayır. Onunla da normal dost münasibəti vardır. Elvinlə Ülfət bir birilərini tanısalar da əlaqələri yoxdur. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində “Atatürk” adlı park tərəfdə Elvini görmüşdür. Onunla biraz gəzdikdən sonra Ülfətin yaşadığı mənzilin işığının yandığını görmüşdür. O, Elvindən Ülfəti çağırmaq üçün onunla getməsini xahiş etmişdir. Elvin də onunla birlikdə Ülfətgilin yaşadığı binanin blokuna daxil olmuşdur. Elvin onu birinci mərtəbədə gözləmişdir. O da tək Ülfətin yaşadığı ikinci mərtəbəyə qalxmışdır. Ülfəti çağırmaq üçün mənzilin qapısını döyməyə başlamışdır. Ülfət qapını açıb onu gözləməyini və çıxacağını deyərək qapını bağlamışdır. Lakin Ülfət çıxmadığı üçün o, əsəbiləşib qapını bərk döyməyə başlamışdır. Həmin vaxt blokda pilləkanlar tərəfdə dayanan tanımadığı orta boylu orta bədən quruluşlu kişi ona “ bura gəl ə” deyərək qışqırmışdır. O da həmin şəxs yaxınlaşdıqda niyə səs-küy saldığına görə ona kobud şəkildə irad bildirmişdir. Bundan sonra onların arasında sözlü mübahisə baş vermişdir. Həmin vaxt Elvin aşağıdan onların yanma səs-küyə qalxmışdır. Ülfət də yaşadığı mənzildən çıxanda o, elə bilmişdir ki, həmin şəxs Ülfətlə birləşərək onun üzərinə düşmüşlər. Ona görə də o, həmin şəxsi yumruqla başından vurmuşdur. Bundan sonra Elvin onları aralamağa başlamışdır. Bundan istifadə edən Ülfət onun üzərinə hücum etmişdir. Elvin isə həmin şəxsi aşağı düşürtmüşdür. O, isə arxaya çönərək Ülfətin sifətindən yumuruqla vurmuşdur. Çünki elə bilmişdir ki, Ülfət də onun üzərinə düşmüşdür. Bundan sonra Ülfət arxaya çəkilib cibində olan ev bıçağını çıxartmışdır. O da özünü müdafiə etmək üçün üzərində gəzdirdiyi qatlanan balaca bıçağı çıxarmışdır. Anidən Ülfət bıçaqla onun ayağından və qolundan vurmuşdur. Həmin vaxtı onun belində olan bıçaq necəsə yerə düşmüşdür. Heç o, bıçağın tiyəsini belə aça bilməmişdir. Həmin vaxtı Ülfət əlində olan bıçaqla qarnına bir dəfə bərk zərbə vurmuşdur. Elvin bundan sonra yuxarı qalxmışdır. Onun yerdə olan bıçağını təpiklə vuraraq aşağıya salmışdır. O, Elvinə Ülfət tərəfindən bıçaqlandığmı demişdir. Elvin Ülfətin əlindəki bıçağı görüb Ülfətin əlidən tutub onu daha cox bıçaqlamasının qarşısını almışdır. Bundan sonra o, Ülfətə yumruq və təpiklə bədənindən vurmuşdur. Bədənindən qan gəldiyi üçün Elvin onu aralayıb yaxınlıqda olan “Medilux” adlı xəstəxanaya aparmışdır. Oradan da onu 1 saylı şəhər xəstəxanasına aparmışlar. Hal-hazırda onu Ülfətdən heç bir şikayət və tələbi yoxdur. Əlavə verilən suallara cavab olaraq bildirmişdir ki, hadisədən qabaq heç bir spirtli içki və ya narkotik vasitə istifadə etməmişdir. Hadisə vaxtı yanlarında tanışı Elvin olmuş, Elvin hadisənin şahidi olmuşdur. Ondan başqa mübahisə etdiyi tanımadığı şəxs də olmuşdur. Hadisə zamanı üzərində gəzdirdiyi bıçağı meyvə doğramaq üçün saxlamışdır. Həmin bıçağı bir neçə il əvvəl hazırda yadında qalmayan mağazaların birindən almışdır. Təqsirləndirilən şəxs ilə mübahisə edən zaman səs-küy saldğımıza görə irad bildirən şəxsi tanımır və ilk dəfə idiki görmüşdür. Hadisə xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Nərimanov rayonu, Atatürk prospekti 31 saylı binanın, 1-ci blokunun ikinci mərtəbəsində Ülfətin yaşadığı 6 saylı mənzilin qarşısında baş vermişdir. Hadisə hardasa 5-10 dəqiqə davam etmişdir. Hadisə vaxtı tanımadığı qonşunu və Ülfətin onun üzərinə düşüb döyəcəklərindən qorxduğu üçün özünü müdafiə edərək Ülfətin sifətindən və bədəninin müxtəlif nahiyyələrindən yumruq, təpik və həmin tanımadığı qonşunun isə başından bir dəfə yumruq vurmuşdur. Məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələr arasındakı ziddiyyəti izah edərkən Zərərçəkmiş şəxs bildirmişdir ki, ifadəsini reanimasiyadan çıxdıqdan sonra verdiyindən həmin an Təqsirləndirilən şəxs qərəzli münasibət bəsləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, hadisə günü o, Musa ilə birlikdə olmuş, Musa işi olduğuna görə yuxarıya qalxmışdır. Musa ilə tanımadığı şəxsin mübahisə etdiyini eşidərək qonşunu sakitləşdirmək üçün yuxarı qalxmış, hadisənin necə baş verdiyini, yəni Musanın necə bıçaqlandığını görməmişdir. Belə ki, o yuxarı qalxanda Musa ilə Ülfətin bıçaqlaşdıqlarını görmüş, kimin kimi vurduğunu, yerdə bıçaq olub-olmadığını isə görə bilməmişdir. Hadisədən dərhal sonra isə Musanı xəstəxanaya aparmışdır. Məhkəmə iclasında Şahid elan edilərək tədqiq edilən ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, Musa ilə birlikdə 207 nömrəli məktəbdə paralel siniflərdə oxumuşdur. Həmçinin Musa ilə birlikdə qonşuluqda yaşayırlar. Onunla uşaq vaxtından normal dost münasibətləri olmuşdur. 03 avqust 2022-ci il tarixdə Musa ilə təsadüfən “Atatürk” adlı parkda görüşmüşdür. Onunla parkda biraz gəzdikdən sonra Musa Nərimanov rayonu, Atatürk prospekti 31 saylı binaya baxaraq tanışının yaşadığı mənzilin işığının yandığını görüb ora getmək istədiyini bildirmişdir. O da Musa ilə birlikdə həmin ünvana getmişdir. Musa həmin binanın 1-ci blokuna daxil olub pilləkanlarla yuxarı qalxmışdır. Binanın birinci mərtəbəsində mənzil olmamışdır. O da Musanı birinci mərtəbədə gözləmişdir. Musanın 2-ci mərtəbədə olan qapılardan birini döydüyünü eşitmişdir. 5-10 dəqiqə gözlədikdən sonra yuxarıdan bərk səs-küy gəlməyə başlamışdır. O da nə baş verdiyini öyrənmək üçün yuxan qalxmışdır. Qalxdıqda Musanın tanımadığı orta bədən quruluşlu, orta boylu və təxminən 30 yaşlarında bir nəfər kişi ilə mübahisə etdiyini görmüşdür. Həmin vaxt adını sonradan öyrəndiyi Ülfətin yaşadığı evdən çıxaraq qapını bağladığını görmüşdür. Mübahisə uzanmasın deyə Musa ilə həmin tanımadığı şəxsin arasına girib onları sakitləşdirməyə çalışmışdır. Həmin vaxt tanımadığı şəxs Musaya niyə səs küy saldıqlarına görə iradını bildirmişdir. Ülfət də mübahisə olmasın deyə çölə çıxmalarını bildirmiş və səs-küy olduğuna görə qonşuluqda yaşayan həmin şəxsdən üzrxahlıq etmişdir. Lakin Musa ilə həmin şəxs bir-biri ilə sözlü mübahisə etməyə davam etmişlər. Bu zaman o, həmin şəxsi tutub blokdan çıxartmaq istəyən zaman Musa həmin şəxsə yumruqla sifətinə vurmuşdur. O da həmin şəxsi tutub aralamaq istədikdə o, həmin şəxs və Musa yerə yıxılmışlar. O, cəld ayağa qalxaraq həmin şəxsi blokdan çıxardıb onluq bir şeyin olmadığını və çıxıb getməsini xahiş etmişdir. Həmin vaxt onlar pilləkanlarla ordan düşüb getmək istədikdə, Musanın ayağa qalxıb Ülfətə hücum etdiyini görmüşdür. X16 necə vurduğundan məlumatı olmamışdır. Çünki o, tanımadığı şəxsi blokdan çölə düşürtmüşdür. Həmin şəxsi blokdan düşürdən kimi dərhal ikinci mərtəbəyə qalxmışdır. O, ikinci mərtəbəyə qalxdıqda Musa ona Ülfətin onu bıçaqladığım və Ülfətdə bıçaq olduğunu bildirmişdir. Həmin vaxt yerdə ağzı açılmayan qatlanan bıçağın olduğunu görmüşdür. Həmin vaxt Musa bıçağı yerdən götürmək istədikdə o, bıçağa təpik vurub aşağıya atmışdır. Başa düşmüşdür ki, həmin yerdə olan bıçaq Musanındır və Musa bıçağı götürsə Ülfəti vuracaqdır. Bundan sonra o, Ülfətin də əlində bıçaq olduğunu görüb Musanın daha çox bıçaqlamasm deyə əlindən tutmuşdur. Çünki qorxmuşdur ki, Ülfət bıçaqla Musanı öldürər. Həmin vaxt Musanın bədənindən qan axa-axa Ülfəti yumruqla sifətindən və bədəninin müxtəlif nahiyyələrindən vurmuşdur. Ülfət də zərbələrin təsirindən aşağı əyilmişdir. O da Musanı blokdan çıxartmışdır ki, o çox qan itirib. Ülfət isə blokda qalmışdır. Bundan sonra o, Musa ilə birlikdə yaxınlıqda olan “Medilux” adlı xəstəxanaya getmişdir. Orada təcili tibbi yardım çağırıb 1 saylı şəhər xəstəxanasına aparmışlar. O da çıxıb yaşadığı ünvana getmişdir. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında hər hansı mübahisənin olub-olmamasından xəbəri olmamışdır. Musa da ona bu barədə heç bir söz deməmişdir. Sadəcə olaraq tanışının evinin işığının yandığını, ora getmək istədiyini demişdir. O da razılaşıb birlikdə sonradan adının Ülfət olduğunu bildiyi şəxsin yaşadığı binanın qarşısına getmişlər, o, binanın birinci mərtəbəsində, gözləmiş, Musa isə ikinci mərtəbəyə qalxmışdır. O, ikinci mərtəbədən səs eşidib dərhal yuxarı qalxmş, həmin vaxt Musanın bir nəfər şəxslə mübahisə etdiyini görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, həmin şəxs səs-küy olduğu üçün irad bildirmiş, mübahisə də buna görə yaranmışdır. Mübahisə zamanı Musa həmin şəxsin sifət nahiyyəsindən yumruqla vurmuşdur. O da onları aralaşdırmış və həmin şəxsin qolundan tutub blokdan çölə çıxartmışdır. O, həmin şəxsi blokdan çıxartdıqdan sonra ikinci mərtəbəyə qalxdıqda Musa Ülfətin onu bıçaqladığım demişdir. Həmin vaxt yerdə bıçaq olmuşdur. O, bilmişdir ki, həmin bıçaq Musanındır. Ülfətin də əlində bıçaq olmuşdur. O, Ülfətin Musanı bıçaqlamaması üçün əlindən tutduqda Musa yaralı halda Ülfətin üzərinə hücum edib yumruqla onun sifətindən və bədəninin müxtəlif nahiyyələrindən vurmuşdur. Daha sonra o, onları aralaşdırmış və Musanı blokdan çıxarıb yaxınlıqda olan “Medilux” hospitalına aparmışdır. Hadisə zamanı o, heç kimi vurmamışdır. O, Musanı və mübahisə etdiyi şəxsi aralayan zaman yerə yıxılmışlar, lakin heç bir xəsarət almamışdır. Hadisə təxminən 5-10 dəqiqə çəkmişdir. Məhkəmə iclasında verdiyi ifadə ilə ibtidai istintaq dövründə verdiyi ifadələr arasında ziddiyyət barədə dindirilərkən Şahid məhkəməyə qədər icraat dövründə verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 03 avqust 2022-ci il tarixli raportdan görünür ki, həmin gün saat 23: 25 də 1 saylı X10 həkim Məmmədov məlumat verərək bildirmişdir ki, xx xxxx 1984-cü il təvəlllüdlü Məmmədov X1 rayonu, Atatürk prospekti 33 ünvanı qarşısında bədəninin müxtəlif yerlərindən kəsilmiş, deşilmiş yaraları ilə onlara daxil olmuşdur (Cild 1, iş vərəqə 4). 05 avqust 2022-ci il tarixli “Baxış” protokolundan görünür ki, hadisə yeri olan Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 31 ünvanında yerləşən 9 mərtəbəli binanın 2ci mərtəbəsinə baxış keçirilmişdir. Baxış zamanı Şahid birdirmişdir ki, hadisə Təqsirləndirilən şəxs yaşadığı mənzilin qarşısında baş vermiş, hadisə zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında mübahisə yaranmış, həmin vaxt Zərərçəkmiş şəxs bir nəfər şəxslə mübahisə etmiş o, Zərərçəkmiş şəxs mubahisə etdiyi şəxsi aralaşdıraraq çölə çıxartmış, daha sonra geri qayıtdıqda Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs mübahisə etdiyini görmüş, onları ayırmağa çalışmış, Ülfət əlində bıçaq olduğu üçün onu tutub saxlamış, bu zaman Təqsirləndirilən şəxs onun əlindən çıxaraq Zərərçəkmiş şəxs vurmuşdur. (Cild 1, iş vərəqə 14-16) 07 avqust 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs bıçağı cibindən çıxararaq Zərərçəkmiş şəxs sol ayaq və əl və qarın nahiyəsindən xəsarət yetirmişdir. (cild 1, iş vərəqə 57-58). 9 avqust 2022-ci il tarixli Məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər: sol gicgah və sol təpə nahiyəsinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına və əmələ gəlmə mexanizminə əsasən demək olar ki, həmin xəsarətləri şəxsin özü – özünə yetirə bilməsi və yıxılma nəticəsində əmələ gələ bilməsi inandırıcı deyildir ( cild1, iş vərəqə 109-111). 17 avqust 2022-ci il tarixli Məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs daxili və xarici qanaxma, mədənin cisminin və mədə-çənbər bağırsağının yaralanması ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön səthinin periton boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası,başın təpə nahiyyəsinin 1 ədəd, sağ gicgah nahiyyəsinin 1 ədəd, sol qalça nahiyyəsinin 1 ədəd, sol bazunun orta 1/3-nin 1 ədəd, sağ budun yuxarı 1/3-nin iç səthinin 1 ədəd, sol və 1 barmağının 1 ədəd cəmi 6 ədəd deşilmiş-kəsilmiş yara xəsarətləri almışdır. Qeyd olunan xəsarətlər deşicikəsici alətin (alətlərin), ola bilsin bıçağın deşici-kəsici təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə daxili və xarici qanaxma, mədənin cisminin və mədə-çənbər bağırsağının yaralanması ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön səthinin periton boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, başın təpə nahiyyəsinin 1 ədəd, sağ gicgah nahiyyəsinin 1 ədəd, sol qalça nahiyyəsinin 1 ədəd, sol bazunun orta 1/3-nin 1 ədəd, sağ budun yuxarı 1/3-nin iç səthinin 1 ədəd, sol və İ barmağının 1 ədəd cəmi 6 ədəd isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs həmin xəsarətləri alarkən müxtəlif vəziyyətlərdə (üzbəüz, yarımoturaq və s.) ola bilərdi(cild 1, iş vərəqə 135-137). 09 avqust 2022-ci il tarixli məhkəmə ambulator- psixiatrik ekspertizasının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Pisixiatrik Ekspertiza Mərkəzi” X17 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2104 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmık qabiliyyətinə malik olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə üzvi şəxsiyyət pozuntusu qeyd olunmuşdur. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar edilən “üzvi şəxsiyyət pozuntusu” onun törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları qavrayıb təsvir etmək, istintaqa düzgün ifadə vermək, öz prosesual hüquqlarını şəxsən həyata keçirmək qabiliyyətinə malikdir. (Cild 1, iş vərəqə 150-152) Zərərçəkmiş şəxs tərəfindən yazılmış və cinayət işi materiallarına əlavə edilmiş 07 avqust 2022-ci il tarixli ərizədən görünür ki, Ülfətlə mübahisə zamanı sonuncu ona bıçaqla xəsarət yetirmiş, hal-hazırda Ülfətə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs tərəfindən 24 fevral 2023-cü il tarilxli məhkəmə iclasında təqdim edilərək elan edilən ərizəsində göstərilir ki, Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanmadığı üçün sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmənin təşəbbüsü ilə əldə olunan Azərbaycan Respublikası Ərazi X2” X13 “X11” X13 2 nömrəli Poliklinika şöbəsinin 30 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin poliklinikada 2005-ci ildən psixiatr qeydiyyatındadır, ona emosional-davamsız şəxsiyyət pozuntusu, impulsiv tip, tez-tez dekompensasiya halı, 2-ci qrup əlil diaqnozu qoyulmuşdur. Məhkəmənin təşəbbüsü ilə əldə olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası” X13 07 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada xx.xx.2003-xx.xx.2005-ci ildə məcburi, xx.xx.2021-xx.xx.2021, xx.xx.2021-xx.xx.2021-ci illərdə stasionar müalicədə olmuşdur. Məhkəmənin təşəbbüsü ilə əldə olunan Azərbycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsi 26 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, aparılan müayinələr nəticəsində “Qaraciyərin qarışıq mənşəli (HCV+toksik) sirrozu, dekompensasiya mərhələsi, xroniki pielonefrit remissiya fazası” diaqnozu müəyyənləşdirilərək terapiya şöbəsində müalicəsi başlanılmışdır. Hazırda ümumi vəziyyəti ağırdır, günün çox hissəsin yataqda keçirir. Sağ qabırğaaltı nahiyədə olan ağrılardan, hər iki aşağı ətrafında olan şişkinlikdən, halsızlıqdan şikayət edir. Aparılan müalicələrə baxmayaraq xəstənin ümumi vəziyyətində müsbət dinamika izlənmir, tibbi tədbirlər davam etdirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə əvvəla qeyd edir ki, məhkəmə iclasında ifadə verərkən həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham elan edilməsi üçün əsas olan halları mübahisələndirmişlər. Belə ki, zərərçəkmiş şəxs məhkəmə iclasında dindirilərkən ümumiyyətlə Ülfət tərəfindən bıçaqlanmadığını, bıçaq xəsarətinin ona kimin tərəfindən yetirildiyini bilmədiyini göstərərək gah ibtidai istintaq dövründə verdiyi ifadələri oxumadığını, gah da reanimasiyadan çıxdıqdan dərhal sonra ifadə verdiyini bildirərək ibtidai istintaq dövründə verdiyi ifadələri təkzib etmişdir. Zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadələrdən görünür ki, o, bir tərəfdən reanimasiyadan çıxdıqdan dərhal sonra ifadə verməsinin Təqsirləndirilən şəxs kömək etmək istəyi, sonuncunun tutulmasını arzulamaması ilə bağlı olduğunu bildirsə də, digər tərəfdən ibtidai istintaq dövründə özünün Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanması barədə verdiyi ifadəsini yenə reanimasiyadan təzə çıxdığı üçün sonuncuya qarşı agressiv olması ilə əlaqələndirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanması cinayət işi materiallarına əlavə edilmiş həm Zərərçəkmiş şəxs dindirmə protokolları, həm də sonuncunun dindirildiyi gündə əlyazması ilə yazılmış ərizəsində öz əksini tapmışdır. Həmin ərizədə həmçinin göstərilmişdir ki, o, Təqsirləndirilən şəxs tərəfindən bıçaqlansa da sonuncuya qarşı şikayət və tələbi yoxdur. Məhkəmə həmin ərizədə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmaması halına istinad edərək onun ibtidai istintaq dövründə və məhkəmədə verdiyi ifadələr arasındakı ziddiyyəti reanimasiyadan təzə çıxdığı üçün sonuncuya qarşı agressiv olması ilə izah etməsi barədə ifadəsini deyil, “reanimasiyadan çıxdıqdan dərhal sonra ifadə verməsini Təqsirləndirilən şəxs kömək etmək istəyi, sonuncunun tutulmasını arzulamaması” ilə əlaqələndirməsi barədə məhkəmədə verdiyi ifadələrini inandirıcı hesab etməklə Zərərçəkmiş şəxs hadisənin ittiham aktında göstərilən qaydada baş verməsi məzmununda ibtidai istintaq dövründəki ifadələrini sübut kimi əsas götürür. Bundan başqa yuxarıda qeyd edildiyi kimi təqsirləndirilən şəxs də məhkəmə iclasında dindirilərkən ibtidai istintaq dövründə verdiyi ifadələrdən fərqli olaraq hadisənin təsadüf nəticəsində baş verməsini, Musa ilə qonşu arasında yer alan mübahisə başa çatdıqdan sonra sonuncu ilə qucaqlaşmış vəziyyətdə pilləkəndən aşağı yıxılmalarını, yıxılarkən alma soymaq üçün əlində olan bıçağın Musaya batmasını bildirmişdir. Məhkəmə göstərilən xüsusatla əlaqədar bildirir ki, iş materiallarından görünür ki, ibtidai istintaq dövründə ifadə verərkən Təqsirləndirilən şəxs, tərəfindən Zərərçəkmiş şəxs xəsarət yetirilməsi hallarını inkar etməmiş, lakin qeyd edilən xəsarətləri özünü müdafiə məqsədilə yetirdiyini bildirmişdir. Məhkəmə iclasında isə ifadələri arasındakı ziddiyyət araşdırılarkən sonuncu Nəriman Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin rəis müavininin onunla düşmənçilik münasibətində olmasını, həmin ifadələrin istintaq orqanı tərəfindən uydurulduğunu göstərərək qeyd etmişdir ki, ona zərəçəkmiş şəxsin ölmək üzrə olması, sonuncunun öləcəyi təqdirdə vəziyyətinin pis olacağı, məhz təqsirləndirilən şəxsə kömək etmək istədikləri üçün ifadənin özünü müdafiə xarakterli məzmununda yazıldığı bildirilmiş, o isə istintaq orqanına inandığı üçün bu məzmunda yazılan ifadələri imzalamışdır. Məhkəmə, Zərərçəkmiş şəxs vurulmuş bıçaq xəsarətlərinin sayını, Təqsirləndirilən şəxs bir tərəfdən Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin rəis müavininin onunla düşmənçilik münasibətində olmasını, digər tərəfdən həmin Polis Bölməsinin əməkdaşlarının öna kömək etmək istəməsinə inanması kimi ziddiyyət təşkil edən ifadələrini şahid və zərərçəkmiş şəxsin həm istintaqda, həm məhkəmədə verdiyi ifadələri, hadisə yerinə baxış protokollarını,ekspertiza rəyləri habelə iş üzrə toplanmış və yuxarıda sadalanmış digər sübut növləri ilə birgə müqayisə etməklə qiymətləndirərək məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci, hadisənin Zərərçəkmiş şəxs qanunsuz hərəkətləri nəticəsində baş verməsini Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin emosional-davamsız şəxsiyyət pozuntusu və qaraciyərin qarışıq mənşəli sirrozu xəstəliyindən əziyyət çəkməsini, orqanizminin funksiyalarının 61-80 %-i pozulmasının müəyyən edilməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 may 2006-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 120.2.2, 221.1, 234.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, 18 sentyabr 2020-ci ildə o barəsində təyin edilmiş cəzanı çəkib bitirmişdir. (cild 1, iş vərəqə 125-126). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluğu olmayan şəxs hesab edilirlər. Cinayət işi materiallarından da görünür ki, Təqsirləndirilən şəxs məhkumluğunun ödənilmədiyi dövrdə yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3.2-ci maddəsinə əsasən qəsdən xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi xüsusilə təhlükəli sayılır. Məhkəmə qeyd olunan halları nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində cinayətlərin xüsusilə təhlükəli residivi vardır və bu hal Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən xüsusilə təhlükəli residivə görə cəza təyin edilən cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən dilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, hadisənin zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində baş verməsini, təqsirləndirilən şəxsin emosional-davamsız şəxsiyyət pozuntusu xəstəliyindən əziyyət çəkməsini,orqanizminin funksiyalarının 61-80 %i pozulmasının müəyyən edilməsini, habelə əməlinin cinayətlərin xüsusilə təhlükəli residivini yaratmasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində həmin Məcəllənin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (Cild 1, iş vərəqə 28), Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 avqust tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 06 avqust 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 97-101). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 06 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hazırki iş üzrə cinayətin aləti olan bıçaq təqsirləndirilən şəxs tərəfindən tullanmış və onun axtarılması istiqamətində aparılmış əməliyyat axtarış tədbirləri nəticəsiz qalmışdır (Cild 1, iş vərəqə 134). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmə zamanı onun hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına 32 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən həyata keçirilmişdir. Cinayət- Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində 28 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına X5 işlədiyi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına 168 (yüz altmış səkkiz) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 6(altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 06 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəmə mərhələsində göstərilmiş 28 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına X5 işlədiyi 32 saylı Vəkil Bürosunun hesabına 168 (yüz altmış şəxs) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-472/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-472/2023
03.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver