Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-473/2020 09.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X3 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 2 saylı Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1980-ci ildə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunan, Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi, ev 3, mənzil 26-da qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə hesab edilən heroin əldə etmək, saxlamaq, daşımaq və satmaq barədə tanışı şəxsiyyətləri istintaqla araşdırılan “İsgəndər” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, bu məqsədlə “İsgəndər” adlı şəxs istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə külli miqdarda 104,835 qram çəkidə bir ədəd sellofan kəsiyi bükümündə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üstündə saxlamaqla xx xxx 2019-cü il tarixdə Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisinə qanunsuz daşımış, sonradan həmin külli miqdarda 104,835 qram çəkidə narkotik vasitə heroini Bakı şəhərində yaşayan “Rza” adlı şəxsə 2500 manat pulun müqabilində satıb əldə olunacaq qazancı gələcəkdə aralarında bölmək məqsədi ilə həmin tarixdə saat 12 radələrində cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxsla sonuncunun kirayə yaşadığı Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən evin qarşısında görüşüb ona təhvil vermiş, Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında xx xxx 2019-cu il tarixdə saat 14:00-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsində yerləşən “N.Tusi adına” klinikanın yaxınlığında tikilən yeni yaşayış binasının qarşısında idarə etdiyi “Hyundai” markalı 99EU710 dövlət qeydiyyat nişanlı avtomobildən düşdükdən sonra saxlanılmış, keçirilən baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai” markalı avtomobilinin arxa oturacağının qoltuqaltısının içərisindən satış məqsədi ilə qanunsuz saxlamaqla daşıdığı külli miqdarda, üzərində “Vitamina” sözləri yazılmış şirniyyat qutusundan bir ədəd sellofan kəsiyi bükümündə, təmiz çəkisi 104,835 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, tutulmamışdan təxminən bir ay əvvəl özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən «Şərux» adlı şəxs ona zəng edərək, onda külli miqdarda narkotik vasitə heroin olduğunu və həmin narkotiki satmaq üçün ona müştəri tapmağını, əvəzində ona da pul verəcəyini bildirmişdi. Həmin vaxt o işsiz və maddi ehtiyacı olduğundan onun bu təklifi ilə razılaşmışdı. xx xxx 2019-cu il tarixdə «Şərux» adlı şəxs ona yenidən zəng edərək narkotik vasitə olan heroini «İsgəndər» adlı tanışından göndərəcəyini, həmin narkotik vasitəni ondan götürüb tanışı olan «Rza» adlı şəxslə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Nəsrəddin Tusi adına klinkanın yanında görüşüb ona verməyini xahiş etmişdi. «Şərux» adlı şəxs ona bildirmişdi ki, «Rza» adlı şəxs həmin narkotik vasitəyə görə onaa 2500 manat pul verəcəkdir, həmin puldan 300-400 manatı da onun olacaqdır. Yerdə qalan pulu isə «İsgəndər» adlı şəxs gəlib ondan götürəcəkdi. xx xxx 2019-cu il tarixdə İsgəndər adlı şəxs onun mobil telefonuna «WhatsApp» proqramı vasitəsilə zəng edərək, «Şərux» adlı şəxsin tanışı «İsgəndər» olduğunu, narkotik vasitənin onda olduğunu və hara gətirməyini soruşdu və o da, İsgəndərə ünvanı söylədi və o da sonradan göy rəngli «Niva» markalı avtomaşınla kirayədə yaşadığı evin qarşısına gəldi. İsgəndər adlı şəxslə görüşdükdə ona üzərində «Vitamina» sözləri yazılan şirniyyat qutusunu verib bildirdi ki, narkotik vasitə heroin həmin qutunun içərisindədir. Hətta İsgəndər adlı şəxs bildirmişdi ki, heroinin çəkisi 100 qramdan bir az artıqdır. O həmin narkotik vasitə olan heroini İsgəndər adlı şəxsdən aldığı vəziyyətdə idarə etdiyi qara rəngli «Hyunday Sonata» markalı, Az **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobillin salonda arxa oturacağının orta hissəsində yerləşən qoltuqaltını açıb onun içərisinə qoymuşdu. Avtomaşını idarə edərək, Bakı şəhəri, Yasamal rayonu, ərazisində yerləşən “Nəsrəddin Tusi adına” klinkanın yaxınlığında inşa edilmiş təzə binaların birin qarışısına gəldi. Həmin ünvanda avtomobilli saxlayıb avtomobildən düşərkən, polis əməkdaşları onu saxlayıb, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirdilər və üzərində hər hansı qanunsuz əşya varsa onlara təqdim etməyini bildirdilər. Həmin vaxt bildi ki, polis əməkdaşları onda narkotik vasitə heroin olmasından xəbərdardılar və könüllü şəkildə bildirdi ki, idarə etdiyi avtomaşının arxa oturacağın qoltuqaltının içərisində bir ədəd sellofan bükümündə təxminən 100 qram narkotik vasitə olan heroin vardır. Sonradan o qutunun içərisində olan şəffaf sellofandakı narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etdi. Polis əməkdaşları həmin bükümə dəvət olunmuş hal şahidləri ilə birlikdə baxış keçirib sonradan zərfdə qablaşdırıb götürdülər. Hamı kimi o da həmin zərfin üzərinə imza etdi. Sonradan o polis əməkdaşları ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəldi və orada protokol tərtib olundu. Törətdiyi cinayət əməlindən səmimi peşmanlıq çəkir. Məhkəmə iş materiallarını araşdıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs Sədrixan oğlunu hadisə ilə əlaqədar tanımış, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. xx xxx 2019-cu il tarixdə işlədiyi Baş idarəyə Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdu. Bu barədə Baş X1 rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ifşa olunması istiqamətində Bakı şəhəri ərazisində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi və baş idarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradıldı. Keçiriləcək əməliyyat tədibirində iştirak etmələri üçün Baş İdarəyə iki nəfər hal şahidi dəvət olunaraq onlara keçiriləcək əməliyyat tədbirinin mahiyyəti izah olunmaqla hüquqları və vəzifələri izah edildi. Həmin gün saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu Zərdabi küçəsində yerləşən N.Tusi adına klinikanın yaxınlığında yeni tikilən binanın qarşısında xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar şəxsin **-EU-*** nömrəli qara rəngli “Hunday” markalı avtomaşından düşdüyünü müşahidə etdik. Bu zaman biz hal şahidləri ilə həmin avtomobildən düşən Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, Baş X1 əməkdaşları olduqlarını bildirdilər. Saxlanan şəxsdən anket məlumatlarını soruşduqda o özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirdi. Hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarla tanış edildikdən sonra ona izah edildi ki, o, narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsində şübhəlidir və üzərində və idarə etdiyi avtomobilində hər hansı qanunsuz əşyaların olub-olmamasını soruşduqda, Təqsirləndirilən şəxs könüllü şəkildə bildirdi ki, idarə etdiyi avtomaşının arxa oturacağının qoltuqaltının içərisində bir ədəd sellofan bükümündə təxminən 100 qram çəkidə narkotik vasitə olan heroin vardır. O özü qeyd olunan avtomaşının arxa oturacağının qoltuqaltı içərisindən üstünə "Vitamina" sözləri yazılmış şirniyyat qutusunun içərisindən şəffaf selofanda olan bükümü çıxardıb onlara təqdim etdi. Həmin büküm açıldıqda içərisində spesifik iyə malik sarımtıl toz-kristal şəklində olan narkotik vasitə olan heroinə oxşar maddə aşkar olundu. Aşkar olunmuş kütlə zərfə qoyularaq qablaşdırıldı və möhürləndi. Hamı kimi Təqsirləndirilən şəxs da həmin zərfin üzərinə imza etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi narkotik vasitə heroindir, həmin narkotik vasitə olan heroini xx xxx 2019-cu il tarixdə saat 12 radələrində Sumqayıt şəhərində yaşadığı evinin qarşısında üzdən tanıdığı əslən Quba rayonundan olan İsgəndər adlı şəxsdən nisyə götürərək, Bakı şəhərində yaşayan Rza adlı şəxsə 2500 manata satıb pulunu İsgəndərə verməli və satdığına görə İsgəndər adlı şəxs bunun müqabilində ona 300 manat pul verəcəkdi. Daha sonra Təqsirləndirilən şəxs üstünə baxış keçirilsə də, qanunsuz hər hansı əşya aşkar edilmədi. Bundan sonra Təqsirləndirilən şəxs və hal şahidləri Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olundular. Əməliyyat tədbirinin davamı kimi əməliyyat qrupunun üzvülərinin təklifi ilə Təqsirləndirilən şəxs qeyd olunan nömrə ilə İsgəndərlə əlaqə saxlayıb satdığı heroindən əldə etdiyi 2500 manatı ona çatdırmaq üçün harada görüşəcəklərini soruşduqda İsgəndər ailə üzvülərini həkimə apardığı üçün ona vaxtı olmadığını və bir gün sonra görüşəcəyini bildirdi. Bundan sonra göstərilənlər barədə müvafiq protokol tərtib olundu. Təqsirləndirilən şəxs və digər iştirakçılar protokulun doğruluğunu imzaları ilə təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, xx xxx 2019-cu il tarixdə Baş X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirində hal şahidi qismində iştirak etmişdir. Tədbirdən qabaq Baş İdarədə ona və onunla birlikdə olan digər hal şahidinə hüquq və vəzifələrini izah etdilər. Həmin gün saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu Zərdabi küçəsində yerləşən N.Tusi adına klinikanın yaxınlığında yeni tikilən binanın qarşısında polis əməkdaşları qara rəngli “Hunday” markalı avtomaşından düşən bir nəfər şəxsə yaxınlaşıb özlərini təqdim edərək, Baş X1 əməkdaşları olduqlarını bildirdilər. Saxlanan şəxsdən anket məlumatlarını soruşduqda o, Təqsirləndirilən şəxs olduğunu bildirdi. Polis əməkdaşları bizim iştirakımız ilə Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarla tanış etdilər və ona narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsində şübhəli olmasını izah edərək, üzərində və idarə etdiyi avtomobilində hər hansı qanunsuz əşyaların olubolmamasını soruşdular. Təqsirləndirilən şəxs könüllü şəkildə idarə etdiyi avtomaşının arxa oturacağının qoltuqaltının içərisində bir ədəd sellofan bükümündə təxminən 100 qram çəkidə narkotik vasitə olan heroin olduğunu bildirdi. O özü qeyd olunan avtomaşının arxa oturacağının qoltuqaltı içərisindən "Vitamina" sözləri yazılmış şirniyyat qutusunun içərisindən şəffaf selofanda olan bükümü çıxardıb polis əməkdaşlarına təqdim etdi. Həmin büküm açıldıqda içərisində spesifik iyə malik sarımtıl toz-kristal şəklində olan narkotik vasitə olan heroinə oxşar maddə aşkar olundu. Aşkar olunmuş kütlə polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırıldı və möhürləndi. O və digər hal şahidi, Təqsirləndirilən şəxs və polis əməkdaşları da həmin zərfin üzərinə imza etdilər. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi narkotik vasitə heroindir və onu İsgəndər adlı şəxsdən nisyə götürərək, Bakı şəhərində yaşayan Rza adlı şəxsə 2500 (iki min beş yüz) manata satıb pulunu İsgəndərə verməli və satdığına görə İsgəndər adlı şəxs bunun müqabilində ona 300 manat pul verəcəkdi. Daha sonra Təqsirləndirilən şəxs və onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etdilər. Baş İdarədə olan zaman göstərilənlər barədə protokol tərtib olundu. O protokulun doğruluğunu imza ilə təsdiq etdi. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Cinayət işində olan əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqan tərəfindən xx xxx 2019-cu il tarixdə Bakı şəhərində tərtib olunmuş əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2019-cu il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən N.Tusi adına klinikanın yaxınlığında saxlanılmış və polis əməkdaşlarının təklifindən sonra idarə etdiyi “Hyundai” markalı avtomobilin arxa oturacağının qoltuqaltısının içərisindən üzərində “Vitamina” sözləri yazılmış şirniyyat qutusundan bir ədəd sellofan kəsiyi bükümündə külli miqdarda, təmiz çəkisi 104,835 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli 12442 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdə, içərisində bir büküm, təmiz çəkisi 104,835 qram, qəhvəyi rəngli kristallik və toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. heroinin təmiz çəkisi: 104,835 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq 104,785 qram; Cinayət işi materiallarında olan ambulator məcburi narkoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 2801 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs çətənə bitkisi preperatlarından istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan tələbnamədən və hökmün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2005-ci il tarixdə X5 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.2 və 240.1-ci maddələri ilə təqsirli bilinib, 181.2.1, 181.2.2 maddələri ilə əmlakı müsadirə olunmadan 10 (on) il müddətinə, CM-in 240.1 maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3 maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, cəza çəkməsi üçün üzərinə qəti olaraq 11(on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs xx xxxxxxx 2010-cu il tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 317-2.1 maddəsilə təqsirli bilinib 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 67.1 maddəsinə əsasən X5 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxx 2005-ci il tarixli hökmü ilə təyin edilmiş 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 5 il 21 günü, yeni hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilərək, qəti olaraq 5 il 4 ay müdətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 4 ay 9 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir, xx.xx.2016-cı ildə cəzanın sonu ilə azd azad edilmişdir. Cinayət işi materiallarında olan Abşeron rayon məhkəməsinin 1(012)-32/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən müəyyən olunur ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 03 (üç) il 07 (yeddi) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə Abşeron rayon məhkəməsinin 1(012)-32/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş oldugu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət işində olan xx xxx 2019-cu il tarixli tutma haqqında protokollardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşlar. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutuldugu vaxtdan, yəni xx xxx 2019-cu il tarixdən hesablanmaqla, cəzalasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Həmin məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Həmin məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olunmasını iş üzrə cəzasını yüngülləşdiriən hal kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və DİN-nin BMCMİ-nin Növbətçi Hissəsinin maddi sübutların saxlama kamerasında saxlanılan ümumi təmiz çəkisi-104,835 qram heroinin tədqiqatdan sonrakı qalıq 104,785 qramı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə ekspertiza xərci təşkil edən 93 (doxsan üç) manat 40 (qırx) qəpik alınaraq dövlət büdcəsinə verilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12442 saylı, xx xxx 2019-cu il tarixli məktubdan görünür ki, məhkəmə ekspertizasının rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri 93 (doxsan üç) manat 40 (qırx) qəpik təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Abşeron rayon məhkəməsinin 1(012)-32/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 07 (yeddi) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə ekspertiza xərci təşkil edən 93 (doxsan üç) manat 40 (qırx) qəpik alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar olan və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin növbətçi hissəsinin maddi sübutların saxlama kamerasında saxlanılan təhqiqatdan sonrakı təmiz çəkisi 104,785 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(101)-473/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-473/2020
09.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver