Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-473/2021 02.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibləri, məsləhətçi X6 və hakim köməkçisi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə xx xxxxxxxx 1985-ci il ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 125, mənzil 88-də pasport qeydiyyatında olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu, yeni yaşayış massivi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni, həmçinin narkotik vasitələri əldə edib üzərində saxlayaraq daşımış, eyni zamanda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni satış məqsədi ilə qanunsuz əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 23:30 radələrində Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsindən istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 2,299 qram, 05 ədəd bükümdə psixotrop maddə metamfetamini, ümumi təmiz çəkisi 0,270 qram, 02 ədəd bükümdə narkotik vasitə olan heroini, ümumi təmiz çəkisi 0,358 qram narkotik vasitə olan qurudulmuş marixuananı və tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,9 qram təşkil edən, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə, üzərində “Preqabalin 150” sözü yazılmış 6 ədəd dərman kapsullarını əldə edib daşıyaraq üzərində saxlamış, xx xxxxxx 2020-ci il tarixində, saat 03:30 radələrində Azərbaycan Respublikası DİN-nin X8 Alayının 8-ci bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu, yeni yaşayış massivində saxlanılaraq özünü şübhəli apardığı üçün Sabunçu RPİ-nin 14-cü PB-nə gətirilmiş, bölmədə üzərinə şəxsi axtarış keçirilərkən əlindəki qara rəngli çantanın içərisindən 05 ədəd bükümdə, hər birinin təmiz çəkisi 0,678 qram, 0,479 qram, 0,421 qram, 0,290 qram, 0,431 qram, ümumi təmiz çəkisi 2,299 qram olan psixotrop maddə metamfetamin, 02 ədəd bükümdə, hər birinin təmiz çəkisi 0,089 qram, 0,181 qram, ümumi çəkisi 0,270 qram olan narkotik vasitə olan heroin, ümumi çəkisi 0,358 qram olan narkotik vasitə qurudulmuş marixuana və tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,9 qram təşkil edən, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə, üzərində “Preqabalin 150” sözü yazılmış 6 ədəd dərman kapsulları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, bir ilə yaxındır narkotik vasitələrdən, psixotrop maddələrdən və güclü təsir edən dərman vasitələrindən istifadə edir. Narkotik vasitələri, psixotrop maddələri və güclü təsir edən dərman vasitələrini tanımadığı müxtəlif şəxslərdən alır. xx xxxxxx 2020-ci il tarixində, saat 23:30 radələrində gəzərək hava almaq üçün Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsində yerləşən parka getmişdir. Həmin parkda gəzdiyi zaman üzdən narkotik vasitə, psixotrop maddə və güclü təsir edən dərman satan şəxs kimi tanıdığı, lakin adını, soyadını, ata adını və yaşadığı ünvanı bilmədiyi şəxsin parkda olduğunu görmüşdür. Ona yaxınlaşaraq narkotik vasitə olub-olmadığını soruşmuşdur. Bu zaman həmin şəxs istədiklərindən olduğunu bildirmişdir. O, həmin şəxsə 100 manat vermiş və ondan narkotik vasitə heroin, eyni zamanda marixuana, psixotrop maddə metamfetamin, güclü təsir edən preqabalin verməsini xahiş etmişdir. Həmin şəxs 100 manatı aldıqdan sonra ona 5 büküm psixotrop maddə metamfetamin, 2 büküm narkotik vasitə heroin, 1 büküm marixuana və 6 ədəd güclü təsir edən preqabalin vermişdir. Narkotik vasitələri, psixotrop maddəni və güclü təsir edən dərman vasitələrini götürdükdən sonra oradan çıxaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu, yeni yaşayış massivi, nömrəsiz fərdi evə gəlmişdir. Evdə bir müddət oturduqdan sonra xx xxxxxx 2020-ci il tarixində, saat 03:30 radələrində hava almaq üçün yaşadığı evdən çıxaraq Gülçülük sovxozunun mərkəzinə doğru hərəkət etməyə başlamışdır. Yolla getdiyi zaman X10 məxsus avtopatrul yanında saxlamışdır. Avtopatrulun içərisindən iki nəfər polis geyimində olan şəxslər düşərək ona yaxınlaşmışlar və özlərini təqdim etmişlər. Ondan özünü təqdim etməsini xahiş etmişlər və o, özünü təqdim etmişdir. Özünü təqdim etdikdən sonra polis əməkdaşları orada nə etdiyini soruşmuşlar. O, hava aldığını bildirdiyi zaman polis əməkdaşları nə üçün həyəcanlı olduğunu soruşmuşlar. O, polis əməkdaşların suallarına cavab verə bilməmiş və bundan sonra polis əməkdaşları onu Sabunçu RPİ-nin 14-cü PB-nə dəvət etmişlər. Polis əməkdaşlarının dəvəti ilə o, onlarla birlikdə bölməyə gəlmişdir. Bölmədə ona narkotik vasitələrin əldə edilməsi, daşınmasında şübhəli olduğu bildirilərək barəsində tutma haqqında protokol tərtib edilmişdir. Daha sonra müdafiəçi dəvət edilmiş və müdafiəçi X2 ona təqdim edilmişdir. Vəkillə təmin edildikdən sonra hüquq və vəzifələri ona izah edilmişdir. Qeyd edilən hərəkətlər edildikdən sonra polis əməkdaşları barəsində şəxsi axtarış aparılacağını, şəxsi axtarışın videoçəkilişlə aparılacağını bildirərək müdafiəçinin iştirakı olmadan şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşmuşlar. O, etiraz etməmiş və bundan sonra təhqiqatçı ondan üzərində qanunla saxlanılması, daşınması qadağan edilən əşya, sənəd və ya maddə olub-olmamasını soruşaraq olduğu halda təqdim etməsini təklif etmişdir. Bundan sonra o, əlində olan qara rəngli əl çantasını masanın üzərinə qoyaraq içərisindən pul qabını çıxardaraq təqdim etmişdir. Qara rəngli pul qabının içərisinə polis əməkdaşları tərəfindən baxış keçirilən zamanı bir ədəd ağ rəngli sellofana, eyni zamanda bir ədəd üzərində müxtəlif şəkillər olan kağıza bükülmüş vəziyyətdə narkotik vasitə heroinlər aşkar edilmişdir. Daha sonra masanın üzərinə qoyduğu qara rəngli əl çantasının içərisindən ağ rəngli sellofan fayl çıxardaraq təqdim etmişdir. Sellofan faylın içərisinə polis əməkdaşları tərəfindən baxış keçirilən zaman içərisində iki ədəd sarı rəngli kağız bükülülər, bir ədəd içərisində dörd ədəd göy-narıncı rəngli kapsula olan dərman listi və bir ədəd ağ kağız bükülü aşkar edilmişdir. Təqdim etdiyi bükülülərə ayrı-ayrılıqda baxış keçirilmiş və bir ədəd sarı rəngli bükülünün içərisindən beş ədəd ağ rəngli bükülülərdə psixotrop maddə metamfetamin, digər sarı rəngli bükülünün içərisindən bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş narkotik vasitə marixuana, bir ədəd ağ kağız bükülüdən isə iki ədəd göy-narıncı rəngli güclü təsir edən dərman vasitəsi preqabalin aşkar edilərək götürülmüşdür. Bundan sonra polis əməkdaşları ondan aşkar edilmiş predmetlərin nə olduğunu soruşmuşlar və o, cavab verərək aşkar edilmiş maddələrin narkotik vasitələr olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları həmin predmetləri haradan, neçəyə və nə məqsədlə aldığını soruşmuşlar. O, polis əməkdaşlarına məlumat verərək aşkar edilən predmetləri öz istifadəsi üçün 8-ci kilometr qəsəbəsindən üzdən tanıdığı şəxsdən 100 manata aldığını bildirmişdir. Daha sonra aşkar edilmiş predmetlər qablaşdırılmış və üzəri imzalarla təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi həmçinin aşağıdakı sübut növləri ilə də tam təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in X8 Alayının 8-ci bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixində, saat 03:30-da Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozuna gedən yolda Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 8-ci bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ilə xidmət etdikləri zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Həmin vətəndaşa özlərini təqdim edərək ondan özünü təqdim etməsini xahiş etmişlər və harada yaşamasını soruşmuşlar. Bu zaman həmin vətəndaşın suallara dağınıq cavab verdiyini, onlardan yayınaraq getmək istədiyini görüb onu saxlamışlar və Sabunçu RPİ-nin 14-cü PB-nə gətirmişlər. Bölmədə həmin şəxsin xx.xx.1985-ci il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 125, mənzil 88-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu, yeni yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan edilən əşya və ya predmet olması ilə bağlı şübhələr olduğundan onun barəsində tutulma haqqında qərar qəbul edilmişdir. Daha sonra ona dövlət hesabına müdafiəçi verilərək hüquq və vəzifələri izah edilmişdir. Qeyd edilən hərəkətlər edildikdən sonra Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçiriləcəyi, şəxsi axtarışın vəkilin iştirakı olmadan keçiriləcəyinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra şəxsi axtarış keçirilməsi başlanmışdır. Şəxsi axtarış zamanı ilk əvvəl üzərində qanunla saxlanılması, daşınması qadağan edilən əşya və ya predmet olub-olmaması soruşularaq, olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əlində olan qara rəngli əl çantasını masanın üzərinə qoyaraq içərisindən pul qabını çıxardaraq təqdim etmişdir. Qara rəngli pul qabının içərisinə baxış zamanı bir ədəd ağ rəngli sellofan bükülü, bir ədəd üzərində müxtəlif şəkillər olan kağız bükülü, iki ədəd “BakuKart” və bir ədəd sürücülük vəsiqəsi aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu qara rəngli əl çantasının içərisindən ağ rəngli sellofan fayl çıxardaraq təqdim etmişdir. Sellofan faylın içərisinə baxış zaman içərisində iki ədəd sarı rəngli kağız bükülülər, 1 ədəd içərisində 4 ədəd göy-narıncı rəngli kapsula olan dərman listi və 1 ədəd ağ kağız bükülü aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülülərə ayrı-ayrılıqda baxış keçirilmiş və bu zaman qara rəngli pul qabının içərisindən aşkar edilmiş 1 ədəd ağ rəngli sellofanın və 1 ədəd üzərində müxtəlif şəkillər olan kağız bükülünün içərisində qəhvəyi rəngli, toz şəkilli maddələr olduğu müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qara rəngli əl çantasından çıxardaraq təqdim etdiyi ağ rəngli sellofan fayldakı iki ədəd sarı rəngli bükülülərə və bir ədəd kağız bükülüyə baxış keçirilən zaman, bir ədəd sarı rəngli bükülünün içərisində ağ rəngli kristal maddələr olan 5 ədəd bükülülərin olduğu, digər sarı rəngli bükülünün içərisində isə qurudulmuş ot kütləsi olan 1 ədəd qara rəngli siqaret bükülüsünün olduğu, bir ədəd ağ kağız bükülünün içərisində isə 2 ədəd göy-narıncı rəngli dərman kapsulasının olduğu müəyyən edilmişdir. Qeyd edilən maddələrə və ot kütləsinə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs aşkar edilmiş predmetlərin nə olduğu soruşulmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən predmetlərin narkotik vasitələr olduğunu, onları öz istifadəsi üçün 8-ci kilometr qəsəbəsindən üzdən tanıdığı şəxsdən 100 manata aldığını bildirmişdir. Daha sonra aşkar edilmiş predmetlər qablaşdırılmış və imzalarla təsdiq edilmişdir. Bundan sonra müvafiq protokol tərtib edilmiş və onlar imzaları ilə həmin protokolu təstiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in X8 Alayının 8-ci bölüyünün polis nəfəri Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixində əvvəlcədən tərtib edilmiş növbətçlik cədvəlinə uyğun olaraq bölmənin əməliyyat qrupunda növbədə olduğu zaman Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 8-ci bölüyünün polis nəfərləri Şahid1 və Şahid2 bölməyə bir nəfər şəxsi gətirmişlər. Onlardan həmin şəxsi hansı səbəbdən bölməyə gətirdiklərini soruşduqları zaman onlar xx.xx.2020-ci il tarixində, saat 03:30-da Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozuna gedən yolda xidmət etdikləri zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşdıqlarını, həmin vətəndaşa özlərini təqdim edərək ondan özünü təqdim etməsini xahiş etdiklərini və harada yaşamasını soruşduqlarını, bu zaman həmin vətəndaşın suallara dağınıq cavab verdiyini, onlardan yayınaraq getmək istədiyini görüb onu saxlayaraq Sabunçu RPİ-nin 14-cü PB-nə gətirdiklərini bildirmişlər. Bundan sonra bölmədə həmin şəxsin xx.xx.1985-ci il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 125, mənzil 88-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu, yeni yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan edilən əşya və ya predmet olması ilə bağlı şübhələr olduğundan onun barəsində tutulma haqqında qərar qəbul edilmişdir. Daha sonra ona dövlət hesabına müdafiəçi verilərək hüquq və vəzifələri izah edilmişdir. Həmin hərəkətlər edildikdən sonra Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçiriləcəyi, şəxsi axtarışın vəkilin iştirakı olmadan keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra şəxsi axtarış keçirilməsi başlanmışdır. Şəxsi axtarış zamanı ilk əvvəl üzərində qanunla saxlanılması, daşınması qadağan edilən əşya və ya predmet olubolmaması soruşularaq, olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əlində olan qara rəngli əl çantasını masanın üzərinə qoyaraq içərisindən pul qabını çıxardaraq təqdim etmişdir. Qara rəngli pul qabının içərisinə baxış zamanı bir ədəd ağ rəngli sellofan bükülü, bir ədəd üzərində müxtəlif şəkillər olan kağız bükülü, iki ədəd “BakuKart” və bir ədəd sürücülük vəsiqəsi aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu qara rəngli əl çantasının içərisindən ağ rəngli sellofan fayl çıxardaraq təqdim etmişdir. Sellofan faylın içərisinə baxış zaman içərisində iki ədəd sarı rəngli kağız bükülülər, 1 ədəd içərisində 4 ədəd göy-narıncı rəngli kapsula olan dərman listi və 1 ədəd ağ kağız bükülü aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülülərə ayrı-ayrılıqda baxış keçirilmiş və bu zaman qara rəngli pul qabının içərisindən aşkar edilmiş 1 ədəd ağ rəngli sellofanın və 1 ədəd üzərində müxtəlif şəkillər olan kağız bükülünün içərisində qəhvəyi rəngli, toz şəkilli maddələr olduğu müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qara rəngli əl çantasından çıxardaraq təqdim etdiyi ağ rəngli sellofan fayldakı iki ədəd sarı rəngli bükülülərə və bir ədəd kağız bükülüyə baxış keçirilən zaman, bir ədəd sarı rəngli bükülünün içərisində ağ rəngli kristal maddələr olan 5 ədəd bükülülərin olduğu, digər sarı rəngli bükülünün içərisində isə qurudulmuş ot kütləsi olan 1 ədəd qara rəngli siqaret bükülüsünün olduğu, bir ədəd ağ kağız bükülünün içərisində isə 2 ədəd göy-narıncı rəngli dərman kapsulasının olduğu müəyyən edilmişdir. Qeyd edilən maddələrə və ot kütləsinə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs aşkar edilmiş predmetlərin nə olduğu soruşulmuşdur. Təqsirləndirilən şəxs isə aşkar edilən predmetlərin narkotik vasitələr olduğunu, onları öz istifadəsi üçün 8ci kilometr qəsəbəsindən üzdən tanıdığı şəxsdən 100 manata aldığını bildirmişdir. Daha sonra aşkar edilmiş predmetlər qablaşdırılmış və protokol tərtib edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş, məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 6/1449 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün №100 möhür əksi, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə...” və s. yazılar olan 01 ədəd zərfdəki 05 ədə bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,678 qram; 0,479 qram; 0,421 qram; 0,290 qram; 0,431 qram; ümumi təmiz çəkiləri 2,299 qram ağ rəngi, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop madd – metamfetamindir, 02 ədə bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,089 qram; 0,181 qram; ümumi təmiz çəkisi 0,279 qram qəhvəyi və tünd qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 01 ədəd bükümdə 02 ədəd və üzərində “Pregabalin 150” yazısı olan 01 ədəd blister kəsiyində 04 ədəd, ümumilikdə 06 göy-narıncı rəngli dərman kapsullarının tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,9 qram təşkil edən güclü təsir edən maddə - preqabalin müəyyən edildi. Cinayət işinə əlavə olunmuş məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 7/474 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri yazılmış zərfdə bir ədəd qara rəngli kağız bükülüdə təmiz çəkisi 0,358 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxxx 2020ci il tarixli, 2529 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 240.1 -ci maddələri ilə təqsirli bilib ifadə versə də, məhkəmə hesab edir ki, onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni, narkotik vasitələri və güclü təsir edən maddələri əldə etməsini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və ağır ittihamdan yayınmaq məqsədi güdür. Belə ki, cinayət işinin 87-ci vərəqində olan Sabunçu RPİ-nin 14-cü PB-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər nakotik vasitələrin, psixotrop maddənin və güclü təsir edən maddələrin satışı ilə məşğul olması barədə onlarda əməliyyat məlumatı olmuşdur. İş materiallarında olan CD diskə baxış keçirilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Sabunçu rayon Polisİdarəsinin 14-cü PB-nin inzibati otaqlarından birində onun üzərinə şəxsi axtarış aparılmazdan əvvəl baş təhqiqatçı, polis mayoru Samir Allahverdiyev tərəfindən saxlanılan Təqsirləndirilən şəxs özünü təqdim etməsi bildirir. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra saxlanılmasının səbəblərinin ona aydın olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs isə narkotik vasitələrin qanunsuz əldə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğu üçün saxlanılmasının ona aydın olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi, şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi, şəxsi axtarışın vəkilin iştirakı olmadan keçiriləcəyi bildirilir və bununla bağlı etirazının olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra onun üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulur və olduğu halda təqdim etməsi təklif edilir. Bu zaman Təqsirləndirilən şəxs əlində olan qara rəngli əl çantasını masanın üzərinə qoyaraq içərisindən pul qabını çıxardaraq təqdim edir. Qara rəngli pul qabının içərisinə baxış zamanı bir ədəd ağ rəngli sellofana bükülü, bir ədəd üzərində müxtəlif şəkillər olan kağız bükülü, iki ədəd “BakuKart” və bir ədəd sürücülük vəsiqəsi aşkar edildi. Daha sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu qara rəngli əl çantasının içərisindən ağ rəngli sellofan fayl çıxararaq təqdim edir. Sellofan faylın içərisinə baxış zamanı içərisində iki ədəd sarı rəngli kağız bükülülər, 1 ədəd içərisində 4 ədəd sarı-qırmızı rəngli kapsula olan dərman listi və 1 ədəd ağ kağız bükülü aşkar edildi. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülülərə ayrı-ayrılıqda baxış keçirilir və bu zaman qara rəngli pul qabının içərisindən aşkar edilmiş 1 ədəd ağ rəngli sellofanın və 1 ədəd üzərində müxtəlif şəkillər olan kağız bükülünün içərisində qəhvəyi rəngli, toz şəkilli maddələr olduğu müəyyən edilir. Bundan başqa Təqsirləndirilən şəxs qara rəngli əl çantasından çıxardaraq təqdim etdiyi ağ rəngli sellofan fayldakı iki ədəd sarı rəngli bükülülərə və bir ədəd kağız bükülüyə baxış keçirilir və bir ədəd sarı rəngli bükülünün içərisində ağ rəngli kristal maddələr olan 5 ədəd bükülülərin, digər sarı rəngli bükülünün içərisində isə qurudulmuş ot kütləsi olan 1 ədəd qara rəngli siqaret bükülüsünün, bir ədəd ağ kağız bükülünün içərisində isə 2 ədəd sarı-qırmızı rəngli dərman kapsulasının olduğu müəyyən edilir. Qeyd edilən maddələrə və ot kütləsinə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs aşkar edilmiş predmetlərin nə olduğu soruşuldu. Təqsirləndirilən şəxs isə aşkar edilən predmetlərin narkotik vasitələr olduğunu, onları öz istifadəsi üçün 8-ci kilometr qəsəbəsindən üzdən tanıdığı şəxsdən 100 manata aldığını bildirir. Daha sonra aşkar edilmiş predmetlər qablaşdırılır və imzalarla təsdiq edilir. İş materiallarında olan CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus 055 558 63 06 mobil telefon nömrəsindən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi ev 63A-da qeydiyyatda olan Tağıyev Orxan adlı şəxsin 055 744 64 45 mobil telefon nömrəsinə “salam melim salehdi men indi gelsem sende ovaxdakimi yuyununca men gelim mehleye yari yada bidene nagd lazım olsa göyertide getire bilerem sen gedsen men qalacam bele” məzmunlu sms yazmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli, 2 saylı Qərarının 4cü bəndinə əsasən, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialları ilə müəyyən olunmuşdur ki, Əliyev X1 Rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək islah işləri cəzasına məhkum və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli qərarına əsasən barəsində amnistiya aktı tətbiq edilmişdir. Hazırda məhkumluğu yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,210 qram olan heroin, 2,199 qram olan metamfetamin, 0,338 qram olan marixuana və 05 kapsul olan güclü təsir edən maddə preqabalin məhv edilməlidir İş üzrə maddi sübut kimi cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntünü özündə əks etdirən bir ədəd disk cinayət işində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 198 (yüz doxsan səkkiz) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Qəmizə Qəhrəmanova tərəfindən 70 (yetmiş) iş saatı həcmində hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, vəkil X2 tərəfindən təqsirləndirilən şəxsə göstərilmiş 70 (yetmiş) iş saatı həcmində hüquqi yardımla bağlı Bakı şəhəri 7 saylı Vəkil Bürosuna dövlət büdcəsi hesabından 420 (dörd iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,210 qram olan heroin, 2,199 qram olan metamfetamin, 0,338 qram olan marixuana və 05 kapsul olan güclü təsir edən maddə preqabalin məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntünü özündə əks etdirən bir ədəd disk cinayət işində saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 198 (yüz doxsan səkkiz) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs vəkil X2 tərəfindən göstərilmiş 70 (yetmiş) iş saatı həcmində hüquqi yardımla bağlı Bakı şəhəri 7 saylı Vəkil Bürosuna dövlət büdcəsi hesabından 420 (dörd iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-473/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-473/2021
02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver