Məhkəmə qərarları › İş №1(101)-473/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-473/2022

28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-473/2022 28.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X1 və X3, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı3, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və ədliyyə müşaviri Dövlət ittihamçısı5, Təqsirləndirilən şəxs və müdafiəçi – "FİDES" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1982-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2vanında yaşamış, 01 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs naməlum tarixdə və şəraitdə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni şəxsiyyəti məlum olmayan “Məhəmməd” adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri tərəfindən Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli şəkildə təmiz çəkisi 152,29 qram narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda - təmiz çəkisi 18140 qram narkotik vasitə heroin, külli miqdarda - təmiz çəkisi 740 qram narkotik vasitə tiryək, külli miqdarda - tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 10,4 qram təşkil edən 260 ədəd həblər və külli miqdarda - təmiz çəkisi 265 qram psixotrop maddə metamfetamini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə, həmin narkotik vasitələrin və psixotrop maddənin Azərbaycan Respublikası ərazisində satışının həyata keçirilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə şəxsiyyəti istintaqla araşdırılan həmin “Məhəmməd” adlı şəxs və qeyriləri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə həmin narkotik vasitələri və psixotrop maddəni keçirdikdən sonra təmiz çəkisi 152,129 qram narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda - təmiz çəkisi 18140 qram narkotik vasitə heroin, külli miqdarda - təmiz çəkisi 740 qram narkotik vasitə tiryək, külli miqdarda - tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 10,4 qram təşkil edən 260 ədəd həblər və külli miqdarda - təmiz çəkisi 265 qram psixotrop maddə metamfetamini Astara şəhərinin girişində yolun kənarında gizlədilmiş yerdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz əldə etməklə həmin narkotik vasitə qurudulmuş marixuanadan 2,129 qram çəkidə ayırıb götürməklə doqquz ədəd siqaret formasında düzəldilmiş papiroslara bölüb qablaşdırmaqla üzərində saxlamış, narkotik vasitə qurudulmuş marixuananın yerdə qalan hissəsini isə narkotik vasitə heroin, tiryək, metadon həbləri və psixotrop maddə metamfetaminlə birlikdə qara rəngli idman çantasının içərisində olmaqla kirayə tutduğu Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 59 ünvanında yerləşən 139 saylı mənzilə qanunsuz daşıyıb gizlətməklə saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 01 iyun 2021-ci il tarixdə saat 13:20-də keçirilmiş əməliyyat- axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmiş, orada xidməti otaqların birində saat 14:50-dən etibarən Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki şalvarının sağ yan cibindən bir ədəd “Winston” markalı siqaret qutusunun içərisində doqquz ədəd siqaret formasında düzəldilmiş papiroslarda təmiz çəkisi 2,129 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 01 iyun 2021-ci il tarixdə saat 16:05-dən etibarən kirayə tutduğu ünvan 2vanına özünün icazəsi və razılığı ilə baxış keçirilən zaman yataq otağındakı çarpayının alt hissəsindən qara rəngli idman çantasının içərisində on səkkiz ədəd bükümlərdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 995 qram, 955 qram, 940 qram, 600 qram, 970 qram, 990 qram, 980 qram, 940 qram, 980 qram, 2290 qram, 1170 qram, 1150 qram, 720 qram, 1120 qram, 990 qram, 710 qram, 820 qram, 820 qram, ümumi təmiz çəkisi 18140 qram olan külli miqdarda eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə 740 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, bir ədəd bükümdə 150 qram çəkidə üzərindən aşkar edilmiş qurudulmuş marixuana ilə eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, iki ədəd bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 25 qram və 240 qram, ümumi təmiz çəkisi 265 qram olan külli miqdarda eyni tərkibli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 26 ədəd “Methadone 40” göstəriciləri olan dərman konvolyutunda ümumi sayı 260 ədəd qəhvəyi rəngli, tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 10,4 qram təşkil edən eyni tərkibli dərman həbləri və səthində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Nizami rayonu, Zakir küçəsi, 9 ünvanında zibil atarkən tutulmuş və üzərindən siqaret qutusunda hazır 11 büküm marixuana aşkar edilmişdir. Həmçinin kirayə tutduğu evdən 10 qram «şüşə» kimi tanıdığı metamfetamin aşkar edilmişdir. Həmin narkotik və psixotrop maddələrin hamısı ona məxsus olmuşdur və onları qəbul edir. Lakin qaçaqmalçılıq cinayəti ilə bağlı və narkotik vasitə olan heroinlə bağlı ittihamların ona aidiyyəti yoxdur. Sualları cavablandıran Təqsirləndirilən şəxs özünün əvvəllər çevik polis alayında işlədiyini, özünün ağrıları olmasa da, anasının xəstə olması, həmçinin ailə problemləri olduğu üçün narkotik vasitələrdən istifadə etməyə başladığını, onun şəxsən heç kimə narkotik vasitə satmadığını, narkotikləri özünə şəxsi istifadəsi üçün alıdığını, özünün Astara şəhərində olmadığını, həm taksi sürücüsü, həm də mebel ustası kimi fəaliyyət göstərdiyini, qaynatasının Rusiyada yaşadığını, dayısı və əmisinin anasının müalicəsi üçün pul göndərdiyini, İran nömrəsi olan və onunla əlaqə saxlayan şəxsin Azərbaycanda olduğunu, bunu həmin şəxsin danışığından bildiyini, lakin onun adını bilmədiyini və heç vaxt görüşmədiyini, həmin şəxslə tutulmamışdan 1 ay qabaqdan danışmağa başladığını, özünün marixuana və «şüşə» qəbul etdiyini, günə təxminən 1 qram narkotik çəkdiyini, özünə lazım olanda narkotik vasitəni əvvəlcədən ona deyildiyi kimi, Yasamal rayonunda yerləşən «Asan Xidmət»in yanında daşın altından götürdüyünü, onun Nərimanov rayonunda deyil, Nizami rayonunda tutulduğunu, sonra kirayə qaldığı mənzilinə aparıldığını, iranlının onun kartına pul göndərmədiyini, onun kartına Azərbaycan və Rusiyadan pul göndərildiyini, narkotik vasitələrdən 1-2 ildir ki, istifadə etdiyini, onun istifadəsində «Azercell» nömrəsi olduğunu, «Nar» nömrəsindən taksi fəaliyyətində istifadə etdiyini bildirdi. İfadələri arasında ziddiyətlər olduğundan Təqsirləndirilən şəxs işin ibtidai istintaqı zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan və tədqiq edildi. O, həmin ifadəsində göstərmişdir ki, təxminən üç ay olar adını “Məhəmməd” kimi bildiyi İran İslam Respublikasının vətəndaşı olan bir şəxslə internet vasitəsilə sosial şəbəkədə tanış olmuşdur. Həmin şəxslə bir müddət internet vasitəsilə əlaqə saxlamışlar, arada söhbət edən zaman o, həmin şəxsə bildirmişdir ki, anası onkoloji xəstədir və ona görə də anasına həkim tərəfindən təyin edilmiş dərmanların İranda bazar qiyməti barədə maraqlanmışdır. Söhbət zamanı “Məhəmməd’' bilmişdir ki, onun maddi durumu zəifdir və anasının müalicəsi üçün pula ehtiyacı var. Ona görə təklif etmişdir ki, göndərəcəyi narkotik vasitələri deyilən yerdən götürüb özündə saxlasın və bildirilən zaman deyiləcək ünvana qoysun. “Məhəmməd” də bunun müqabilində ona 1500 manat pul verəcəyini bildirmişdir. Onun pula ehtiyacı olduğu üçün “Məhəmmədin” təklifini qəbul etmişdir. Beləliklə, “Məhəmməd”lə növbəti danışıqları zamanı “Məhəmməd” ona bildirmişdir ki, qeyd etdiyi narkotik maddələri Astara rayonu tərəfdə qoydurub və ona dəqiq ünvanı bildirəcək. Bundan sonra o, tutulmamışdan təxminən üç gün əvvəl “Məhəmməd”in dediyi kimi həmin əraziyə yollanmış və Bakı-Astara avtomagistralında Astara şəhərinin girişində yol kənarında gizlədilmiş yerdən bağlamanı götürmüş və “Məhəmməd”ə bu barədə xəbər vermişdir. Göndərilən bağlamada “kokos” kimi tanınan heroin, metamfetamin, tiryək, qurudulmuş marixuana və metadon həbləri olmuşdur. Bağlamada olan bükümlərin üzərində əllə yazılma hərf və tanınma nişanları olmuşdur. Özü arabir düşəndə narkotik vasitə marixuanadan siqaret kimi çəkməklə qəbul etdiyindən həmin bağlamada olan narkotik vasitə qurudulmuş marixuanadan bir qədər özü üçün ayırıb götürmüş və istifadə üçün hazır vəziyyətə gətirib, yəni siqaret dənələri kimi bükümə doldurub siqaret qutusunun içinə qoyub üzərində saxlamışdır. Yerdə qalan maddələri isə yaşadığı evə aparıb orada gizlətmiş və “Məhəmməd”dən xəbər gəlməyini gözləmişdir. 01 iyun 2021-ci il tarixdə saat 13 radələrində o, yaşadığı ünvan 5 ünvanın yaxınlığında olan zaman ona mülki geyimdə olan bir neçə şəxs yaxınlaşaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını bildirmiş və onu həmin polis idarəsinin inzibati idarəsinə dəvət etmişlər. O, etiraz etməmiş və onlar deyilən idarəyə çatanda o, dövlət hesabına vəkillə təmin olunmuş və bundan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da, buna etiraz etməmişdir. Beləliklə, onu saxlayan polis əməkdaşlarının və dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkiliş tətbiq edilməklə üzərinə şəxsi axtarış keçirilmiş və bu vaxt ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etsin. Bu təklifdən sonra o, əynində olan şalvarın sağ yan cibindən üzərində olan siqaret qutusunu çıxarıb təqdim etmişdir. Həmin qutu açıldıqda içərisində doqquz ədəd siqaret dənəsinə oxşar içərisinə qurudulmuş marixuana doldurduğu bükümlər aşkar edilmişdir. Təqdim edilmiş bükümlər həmin vaxt elektron tərəzidə çəkilmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan gödəkçənin sağ yan cibindən özünə məxsus bir ədəd “İphone” və bir ədəd “Samsung” markalı mobil telefonlar, şalvarının sol yan cibindən bir ədəd siqaret qutusu, özünə məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd "xxxx" tərəfdən verilmiş plastik bank kartı, bir ədəd açar və 205 manat nağd pul aşkar olunmuşdur. Bundan sonra təqdim etdiyi içərisinə marixuana doldurduğu siqaret dənələrinə bənzər bükümlər siqaret qutusunun içərisinə qoyulmaqla kağız zərfdə qablaşdırılmış və möhürlənmişdir. Zərfin üstündə bütün iştirakçılar imza etmişlər. “Samsung” və “İphone” markalı mobil telefonlar, o cümlədən ona məxsus olan şəxsiyyət vəsiqəsi ilə bir ədəd plastik bank kartı sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüş, açarla nağd pul və içərisində siqaret dənələri olan siqaret qutusu isə özünə qaytarılmışdır. Üzərindən aşkar edilmiş maddələr barədə sorğu edilərkən o, bildirmişdir ki, həmin kütlələri təxminən üç aydır ki, internet vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Məhəmməd” adlı şəxsin vasitəsi ilə üç gün bundan əvvəl Astara şəhərinin girişində yolun kənarından götürmüş və həmin narkotik vasitələri müəyyən ünvanlara qoyaraq yerlərini “Məhəmməd” adlı şəxsə göndərəcəyi işin müqabilində sonuncu şəxs ona 1500 manat pul ödəyəcəyini bildirmişdir. Daha sonra o, müvəqqəti qaldığı Bakı şəhəri, Nərimanov rayonunda yerləşən mənzildə də narkotik vasitələr saxladığını və həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini demişdir. Bundan sonra onlar həmin tərkibdə onun müvəqqəti yaşadığı ünvan 8 ünvanına yollanmışlar. Həmin mənzilə videoçəkilişdən istifadə olunmaqla baxış keçirilmişdir. İlk əvvəl ona qanunla dövriyyəsi qadağan edilmiş əşya, predmet və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, mənzilin yataq otağında olan çarpayının alt hissəsində gizlətdiyi içərisində narkotik vasitər olan qara rəngli idman çantasını çıxarıb təqdim etmişdir. Həmin idman çantasının içərisinə baxış keçirilən zaman oradan yeddi ədəd iri bükümlərdə iç-içə qablaşdırılmış daha xırda bükümlərdə olan narkotik vasitə heroin və tiryək, bir ədəd bükümdə qurudulmuş marixuana, iki bükümdə metamfetamin, iyirmi altı ədəd dərman yarpağında olan ümumilikdə 260 ədəd metadon həbləri və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Daha sonra aşkarlanmış kütlələr elektron tərəzidə çəkilmişdir. Sonra həmin kütlələr və elektron tərəzi içərisi boş olan idman çantasının içərisinə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra mənzilin digər hissələrinə baxış keçirilmiş və əlavə heç bir qanunsuz maddə və predmet aşkar edilməmişdir. O, həmin maddələr barədə sorğu edilən zaman bir daha bildirmişdir ki, təqdim etdiyi kütlələri internet vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Məhəmməd” adlı şəxsin vasitəsi ilə üç gün əvvəl Astara şəhərinin girişində yol kənarından götürmüş və həmin narkotik vasitələri müəyyən ünvanlara qoyaraq yerlərini İran İslam Respublikası vətəndaşı “Məhəmməd” adlı şəxsə göndərməyə razılaşmışdır (cild 1, iş vərəqi 82-85). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların özünə məxsus olduğunu, ifadə verən zaman narkotik vasitənin təsiri altında olduğu üçün nə danışdığını bilmədiyini, buna görə də polis işçiləri nə deyiblərsə, onlarla razılaşıb sənədləri imzaladığın bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirdi ki, 01 iyun 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Masallı rayonunda anadan olmuş və Bakı şəhəri, Nərimanov rayonu ərazisində kirayə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün Baş İdarə rəhbərliyinə raportla məruzə edilmiş, icazə verildikdən sonra bununla bağlı qərar qəbul edilmiş və həmin qərara əsasən onun rəhbərliyi ilə Baş İdarənin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. 01 iyun 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 13:20 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi ev 59 ünvanının yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsi görüb ona yaxınlaşaraq saxlamışlar. Bundan sonra həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilərək Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuşdur. Baş İdarədə Təqsirləndirilən şəxs vəkil təyin olunmuş və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman Ramin əynindəki şalvarın sağ yan cibindən doqquz ədəd siqaret bükümlərində olan yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmişdir. Həmin bükümlər bir-bir açılaraq elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan gödəkcənin sağ yan cibindən iki ədəd mobil telefon, şalvarın sol yan cibindən başqa bir siqaret qutusu, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi, plastik bank kartı, bir ədəd açar və nağd pul aşkar edilmişdir. Mobil telefonlar, plastik bank kartı və şəxsiyyət vəsiqəsi araşdırma üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, nağd pul, açar və siqaret qutusu onun özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş narkotik maddələri internet vasitəsilə tanış olduğu İran vətəndaşı “Məhəmməd” adlı şəxsin vasitəsilə Astara şəhərinin girəcəyində yolun kənarından götürmüşdür. Razılığa görə həmin maddələri sonradan müəyyən ünvanlara qoyaraq ünvanları “Məhəmməd” adlı şəxsə bildirdikdə, bunun müqabilində iranlı Raminə 1500 manat pul verəcəyini bildirmişdir. Şahid2 ifadəsinə görə, bundan başqa Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı Bakı şəhəri, Nərinanov rayonu ərazisində yerləşən mənzildə də narkotik vasitələrin olduğunu və həmin ünvana baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Həmin gün Təqsirləndirilən şəxs yaşadığı ünvan 10 ünvanda yerləşən 139 saylı mənzilə videoçəkiliş tətbiq edilməklə baxış keçirilmişdir. Baxışda əməliyyat qrupunun üzvləri, saxlanılmış şəxs, onun müdafiəçisi və sənədləşmə aparan təhqiqatçı iştirak etmişdir. Onlar mənzilə daxil olduqdan sonra Təqsirləndirilən şəxs narkotik vasitələri təqdim etməsi təklif edilmiş, Ramin mənzilin girişi ilə üzbəüz yerləşən yataq otağındak çarpayının alt hissəsindən qara rəngli idman çantasını təqdim etmişdir. Həmin çantaya keçirilən baxış zamanı yeddi ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyli, narkotik vasitə heroinə bənzər, bir bükümdə açıq yaşl rəngli kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər, iki ədəd bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə kütlələri və 26 ədəd dərman konvolyutunda hər birində 10 ədəd olmaqla, ümumilikdə 260 ədəd üzərində “metadon” sözü yazılmış dərman həbləri və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Aşkar edilmiş bükümlərdə olan maddə kütlələri elektron tərəzi vasitəsilə çəkilmiş və sübut əhəmiyyəti kəsb etdiyi üçün idman çantasının içərisində qablaşdırılaraq üzərində müvafiq qeydiyyat aparılmaqla götürülmüşdür. Bundan sonra isə mənzilə baxış keçirilmiş, lakin sübut əhəmiyyətli heç bir əlavə maddə aşkarlanmamışdır. Aşkar edilərək götürülmüş maddələr barədə sorğu edilərkən Təqsirləndirilən şəxs bütün həmin maddələrin özünə məxsus olduğunu, təxminən üç ay əvvəl sosial şəbəkələrdə tanış olduğu “Məhəmməd” adlı İran İslam Respublikasının vətəndaşının vasitəsilə Bakı-Astara avtomagistralında Astara şəhərinin girişində yol kənarında götürdüyünü, həmin maddələri sonradan müəyyən yerlərə yerləşdirməklə həmin yerlər barədə “Məhəmməd”ə məlumat verməli olduğunu qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, üzərinə şəxsi axtarış və müvəqqəti yaşadığı mənzilə baxış keçirilərkən narkotik və psixotrop maddələrin aşkar edilərək götürülməsi ilə bağlı əməliyyat tədbirlərində qrup üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid2 məhkəmədə verdyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan 16 noyabr 2021-ci il tarixli protokola əsasən, ibtidai istintaq zamanı keçirilmiş üzləşdirmə zamanı şahid qismində dindirilmiş BNMİ-nin əməkdaşı Şahid2 istintaqa verdiyi sərbəst ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onu ifşa etmişdir (cild 2, iş vərəqi 46-51). İş materiallarında olan 16 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkətinin keçilməsi məqsədi ilə sonuncu şəxsin Bakı İstintaq Təcridxanasına gəlməsindən ötrü əlaqə saxlanılmış, lakin o, səhhətində yaranmış problemlərlə bağlı keçiriləcək istintaq hərəkətində iştirak etməsi üçün gələ bilmədiyini bildirərək şifahi olaraq istintaqa vermiş olduğu ifadəsini təsdiq etdiyini və məhkəmə zamanı zərurət yarandığı təqdirdə Təqsirləndirilən şəxs ilə üzləşmədə iştirak edəcəyini qeyd etmişdir (cild 2, iş vərəqi 52). Cinayət işinə əlavə edilmiş 01 iyun 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə dail olmuş məlumat əsasında Təqsirləndirilən şəxs DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsininin əməkdaşları tərəfindən 01 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 59 ünvanın yaxınlığında saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən içərisində doqquz ədəd siqaret formasında düzəldilmiş papirosda təmiz çəkisi 2,129 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana olan “Winston” markalı siqaret qutusu aşkar edilərək götürülmüşdür. İstintaq hərəkətinin videogörüntüsü olan bir ədəd disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 32-35) Cinayət işində olan 01 iyun 2021-ci il tarixli mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs kirayə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi ev 59 ünvanında yerləşən 139 saylı mənzilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs həmin mənzilin girişi ilə üzbəüz yerləşən yataq otağında çarpayının alt hissəsindən təqdim etdiyi bir ədəd qara rəngli idman çantasının içərisində yeddi ədəd bağlamada 18140 qr narkotik vasitə heroin, bir ədəd bükümdə 150 qr narkotik vasitə qurudulmuş marixuana, iki ədəd bükümdə 265 qr psixotrop maddə metamfetamin, 740 qr narkotik vasitə tiryək, 26 ədəd konvalyutda 260 ədəd metadon həbi və səthində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İstintaq hərəkətinin videogörüntüsü olan bir ədəd disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 38-41). Kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 02 iyun 2021-cİ il tarixli 7/514-6/2214 nömrəli rəyindən görünür ki: -Tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış zamanı aşkar edilmiş...'' yazı və imzalar olan çantada təmiz çəkisi 150,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, ümumi çəkisi 265,0 qram ağ rəngli kristalşəkilli maddə xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, təmiz çəkisi 740,0 qram spesifik tiryək iyli, qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və üzərində “Methadone 40” yazılan 26 ədəd konvalyutda ümumi sayı 260 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər sintetik narkotik vasitə metadondur. 260 ədəd həbin tərkibində metadonun təsiredici maddənin ümumi miqdarı 10,4 qramdır (bir ədəd həbdə metadon təsir maddəsinin miqdarı 0,04 qramdır). -Tədqiqata təqdim edilmiş çantada üzərində “Ml” yazılan göy rəngli polietilendə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 995,0 qr,955,0 qr, 940,0 qr, 600,0 qr, 970,0 qr, 990,0 qr, 980,0 qr, 940,0 qr və 980,0 qr olmaqla ümumi çəkisi 8350,0 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə və qara rəngli polietilen bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2290,0 qr, 1170,0 qr, 1150,0 qr, 720,0 qr, 710,0 qr, 820,0 qr, 820,0 qr, 1 120,0 qr və 990,0 qr olmaqla ümumi çəkisi 9790,0 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir və üzərində "‘Ml” yazılan göy rəngli polietilendə olan 9 bağlama heroin öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni, qara rəngli polietilen bağlamada olan 9 bağlama heroin isə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. -Tədqiqata təqdim edilmiş çantada olan 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. -Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi ...” yazı və imzalar olan zərfdə 9 ədəd siqaret formasında düzəldilmiş papirosda təmzi çəkisi 2,129 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi ...” yazı və imzalar olan zərfdə olan marixuana “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış zamanı aşkar edilmiş....” yazı və imzalar olan zərfdə olan tütünlə qarışıq marixuana tərkiblərinə görə eynidir. Qeyd: Metamfetaminin ümumi çəkisi - 265,0 qr, tədqiqata sərf edilən miqdar - 0,1 qram (hər bir obyektdən 0,05 qram olmaqla), qalıq - 264,9 qram Heroinin ümumi çəkisi-18140,0 qram, tədqiqata sərf edilən miqdar-0,38 qram (hər bir obyektdən 0,02 qram olmaqla), qalıq-18139,62 qram; Metadon 40 həbləri 260 ədəd, tədqiqat sərf edildi - 10 ədəd, qalıq - 250 ədəd; Marixuananın ümumi çəkisi - 152,129 qram, tədqiqat sərf edilən miqdar - 0,1 qram (hər bir obyektdən 0,05 qram olmaqla), qalıq - 152,029 qram; Tiryəkin təmiz çəkisi 740 qram, tədqiqata sərf edilən miqdar - 0,05 qram, qalıq - 739,95 qram (cild 1, iş vərəqi 49-57). Ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının 01 noyabr 2021-ci il tarixli 4227 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs deməsinə görə, təxminən 3-4 ildir ki, narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir, həmçinin 1 ildir ki, psixotrop maddə olan metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Təqsirləndirilən şəxs kannabioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 53-54). İş materillarında olan 30 iyul 2021 -ci il tarixli mobil telefon aparatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Samsung Galaxy A30” və 1 ədəd “İPhone” markalı mobil telefon aparatlarına baxış keçirilmiş, “Samsung Galaxy A30” markalı mobil telefon aparatı işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman mobil telefonun üzərində ***-***-**-** saylı GSM nömrənin, çoxsaylı kontaktların, o cümlədən də İran İslam Respublikasına məxsus olan +**********44 saylı GSM nömrədə adı “Hckim” və +**********44 saylı GSM nömrədə adı “Urey Hekimi” kimi qeyd olunmuş kontaktlar, müxtəlif fotoşəkil və videofaylların olması müəyyən edildi. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətibiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçiriliş baxış zamanı Təqsirləndirilən şəxs çoxsaylı istifadəçilərlə həm yazılı, həm səsli yazışmalarının olması məlum olmuşdur. Konket olaraq isə yuxanda adı “Urey Hekimi” kimi qeyd olunmuş +**********44 saylı İran İslam Respublikasına məxsus olan nömrənin istifadəçisi ilə dialoq pəncərəsində həmin istifadəçi tərəfindən 01 iyun 2021ci il tarixdə “qaqa, dayi, dayiii, dayı” sözlərinin yazılması və bir neçə buraxılmış zəngin olması müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ilə yuxanda adı “Hekim” kimi qeyd olunmuş +**********44 saylı İran İslam Respublikasına məxsus olan nömrənin istifadəçisi İlə dialoq pəncərəsinə keçirilmiş baxış zamanı həmin istifadəçi ilə 23 may 2021-ci il tarixdə olan səsli danışıq zamanı həmin istifadəçi Təqsirləndirilən şəxs “...özüvə yaxşı bax.,.şəkər-məkərivi də düzəlt bəlkə axşam məsələ götürdük..öpürəm səni” səsli mesaj yollamış, Təqsirləndirilən şəxs də ona cavab olaraq “narahat olma...darıxma axşama kimi düzələrəm..yaxşı olar” bildirmiş, həmin istifadəçi də ona “sənə qurban 50-50-die indi bilinmir ya indi götürəcik ya sabah...nəisə özüvə görə deyirəm, mala görə yox, özüvə yaxşı bax, birdə ki, öz haqqındır, halal haqqındır, halal xoşun olsun, öz zəhmətindir, hələlik” bildirmiş, buna cavab olaraq Təqsirləndirilən şəxs “oldu qadan alaram..başıva dönərəm..zəhmətimdire olmağına amma yenə deyirəm 10 faizi özün hesabladın da, 90 faizi sənindir başıva dönərəm..sağol” sözlərini şifahi olaraq yollamışdır. Daha sonra, Təqsirləndirilən şəxs ilə adı “Salamat” kimi qeyd olunmuş 055- ***-**-** saylı GSM nömrənin istifadəçisi ilə dialoq pəncərəsinə keçirilmiş baxış zamanı həmin istifadəçinin 17 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs “brat zor şire idi dunenki”, 22 may 2021-ci il tarixdə “ram...şey yoxdu qardaş olsa xeber ele” sözlərini yazmışdır. Daha sonra, mobil telefonun daxili yaddaşında olan fayllara keçirilmiş baxış zamanı “VhatsApp İmages” qovluğunda narkotik vasitələr və psixotrop maddələr, o cümlədən dərman həblərinin satış qiymətlərinin elan formasında metamfetaminin “1 qr - 70 azn, 05 qr - 40 azn”, üzərində PADBN-300 yazısı olan həblərin “14 eded - 120 azn (115 alınmır), 7 eded 60 azn (55 alınmır)” sözləri yazılmış fotogörüntülərin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan bir ədəd ağ rəngli “İPhone” markalı mobil telefon aparatına keçirilən baxış zamanı həmin cihazın işlənmiş vəziyyətdə, plastmas-şüşə gövdəli, sensor dizaynlı, daxili antena, daxili yaddaş və rəqəmsal fotokameralı olması məlum olmuşdur. Mobil telefon nasaz olduğundan işlək vəziyyətə gətirilməsi mümkün olmamışdır. Odur ki, iş üzrə «Samsung» markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanması üçün maddi sübutların saxlanması kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 183-186, cild 2, iş vərəqi 59- 78, 108). Cinayət işində olan 22 iyun 2021-ci il tarixli telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 17.06.2021-ci il tarixli 12424 saylı məktubla müşaiyət olunan 1 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsinə aid 01 yanvar 2021-ci il tarixdən 01 iyun 2021-ci il tarixədək olan müddət ərzində ələ keçirilmiş məlumatlara baxış zamanı SMS yazışmalarının içərisində ***-***-**-** saylı GSM nömrənin abunəçisinin 03-01-2021-ci il tarixdə Təqsirləndirilən şəxs “Ramin bidene yari lazimdi girmey olar ?” və ***-***-**-** saylı GSM nömrənin abunəçisinin 04-01- 2021-ci il tarixdə Təqsirləndirilən şəxs “Salam qaqa hardasan kola var 20 Uk?” sözlərini yazmışdır. Ona görə də, baxış zamanı müəyyən edilmiş sübut əhəmiyyəti kəsb edən məlumatları özündə əks etdirən həmin bir ədəd CD disk maddi sübut kimi tanınaraq saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 143-145, cild 2, iş vərəqi 59-78). İş materiallarına əlavə edilmiş 17 noyabr 2021-ci il tarixli telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 17.11.2021-ci il tarixli AZF/LGL-32107/21 saylı məktubla müşaiyət olunan 1 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsinin 01.06.2021-ci il tarixə olan ötürücü anten məlumatlarına keçirilən baxış zamanı məlum olmuşdur ki, həmin mobil telefon nömrəsi sorğu edilən 01 iyun 2021-ci il tarixdə sonuncu dəfə saat 10:36 və 13:36-da ünvan 11 ünvanda yerləşən antendə qeydə alınmışdır. Ona görə də, baxış zamanı müəyyən edilmiş sübut əhəmiyyəti kəsb edən məlumatları özündə əks etdirən həmin bir ədəd CD disk maddi sübut kimi tanınaraq saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 55-58, cild 2, iş vərəqi 59-78). İş materiallarına əlavə edilmiş 13 oktyabr 2021-ci il tarixli bank məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən daxil olmuş 30.09.2021-ci il tarixli 157000/2-5156 saylı məktubla müşaiyət olunan 1 ədəd disk və hesab üzrə məxaric-mədaxil əməliyyatlarına dair 22 vərəqdə təqdim olunuş çıxarışa keçirilmiş baxış zamanı məlum olmuşdur ki, araşdırma zamanı sorğu edilən 4169 75** **** 7949 nömrəli kart Təqsirləndirilən şəxs adma qeydiyyatdan keçmişdir. Təqdim edilmiş çıxarışlardan məlum olmuşdur ki, həmin plastik kart üzrə elektron hesaba 08.01.2021-ci il tarixdən 31.05.2021-ci il tarixədək olan müddət ərzində terminallardan istifadə etməklə ayrı-ayrı vaxtlarda 110, 200, 300, 750, 350, 600, 700, 300, 300, 300, 400, 200, 490, 500, 500, 550, 250, 400, 280, 465, 300, 300, 322, 300, 300, 200, 300, 200, 370, 200, 200, 400, 400, 200, 100, 290, 300, 52, 1000, 620, 971, 500, 50, 1000, 400, 600, 150, 60 manat məbləğində pul mədaxil edilmişdir. Bundan başqa, məktuba əlavə edilmiş CD diskdə təqdim olunmuş müvafiq dövrlərdə bankomatdan istifadə edilməklə pul vasitələrinin məxaric edilməsi ilə əlaqədar aparılan bank əməliyyatları zamanı fıksə edilmiş fotogörüntülərə keçirilmiş baxış zamanı həyata keçirilmiş bütün əməliyyatların Təqsirləndirilən şəxs tərəfindən icra edildiyi məlum olmuşdur. Ona görə də, baxış zamanı müəyyən edilmiş sübut əhəmiyyəti kəsb edən məlumatları özündə əks etdirən həmin bir ədəd CD disk maddi sübut kimi tanınaraq saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 238-250, cild 2, iş vərəqə 1-12, 59-78). İş materiallarında olan 12 iyul 2021-ci il tarixli bank məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən daxil olmuş 09.07.2021-ci il tarixli 41- 8689/2021 saylı məktubla müşaiyət olunan 1 ədəd disk və hesab üzrə məxaric-mədaxil əməliyyatlara dair 3 vərəqdə təqdim olunuş çıxarışa keçirilmiş baxış zamanı məlum olmuşdur ki, araşdırma zamanı sorğu edilən 4127 21** **** 4080 nömrəli kart Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmişdir. Təqdim edilmiş çıxarışlardan məlum olmuşdur ki, həmin plastik kart üzrə elektron hesaba 10.03.2021-ci il tarixdən 24.05.2021-ci il tarixədək olan müddət ərzində terminallar vasitəsilə və birbank.az elektron ünvanı vasitəsilə ayrı-ayrı vaxtlarda 10, 300, 400, 370, 78, 180, 150, 130, 84, 25, 58 manat məbləğində pullar mədaxil edilmiş və həmin dövrü əhatə etməklə, ayrıayrı vaxtlarda həmin hesabdan qeyd edilən məbləğlərdə olan pullar çıxarılmışdır. Bundan başqa, məktuba əlavə edilmiş CD diskdə təqdim olunmuş müvafiq dövrlərdə bankomatdan istifadə edilməklə pul vasitələrinin məxaric edilməsi ilə əlaqədar aparılan bank əməliyyatları zamanı fıksə edilmiş İbtogörüntülərə keçirilmiş baxış zamanı həyata keçirilmiş bütün əməliyyatların Təqsirləndirilən şəxs tərəfindən icra edildiyi məlum olmuşdur. Ona görə də, baxış zamanı müəyyən edilmiş sübut əhəmiyyəti kəsb edən məlumatları özündə əks etdirən həmin bir ədəd CD disk maddi sübut kimi tanınaraq saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 173-178, cild 2, iş vərəqi 59-78). İş materiallarında olan 03 iyul 2021-ci il tarixli bank məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən daxil olmuş 19.06.2021 -ci il tarixli HD/3366 saylı məktubla müşaiyət olunan hesab üzrə məxaric-mədaxil əməliyyatlara dair 22 vərəqdə təqdim olunuş çıxarışa keçirilmiş baxış zamanı məlum olmuşdur ki, araşdırma zamanı sorğu edilən 5243 75** **** 5133 nömrəli kart Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmişdir. Hesaba dair təqdim edilmiş çıxarışdan məlum olmuşdur ki, həmin plastik kart üzrə elektron hesaba 13.04.2021-ci il tarixdə 60 manat məbləğində pul mədaxil edilmişdir. Bundan başqa, təqdim edilmiş çıxarışlara nəzər salınan zaman məlum olmuşdur ki, Təqsirləndirilən şəxs adına həmin bankda bir neçə elektron hesab açılmış, həmin elektron hesablardan istintaq marağı kəsb edən müvafiq elektron hesaba 13.04.2021-ci il tarixdən 02.06.2021-ci il tarixədək olan müddət ərzində terminallardan istifadə etməklə ayrı-ayrı vaxtlarda 60, 299, 41, 598, 996, 498, 16, 399, 747, 996, 199, 399, 747, 249, 996, 399, 996, 598, 996, 497, 996, 497, 996, 995, 568, 60, 498, 697, 996, 796, 498, 996, 995, 995, 645 manat məbləğində pullar mədaxil edilmişdir. Bundan başqa, məktuba əlavə edilmiş CD diskdə təqdim olunmuş müvafiq dövrlərdə bankomatdan istifadə edilməklə pul vasitələrinin məxaric edilməsi ilə əlaqədar aparılan bank əməliyyatları zamanı fıksə edilmiş videogörünlülərə keçirilmiş baxış zamanı həyata keçirilmiş bütün əməliyyatların Təqsirləndirilən şəxs tərəfindən icra edildiyi məlum olmuşdur. Ona görə də, baxış zamanı müəyyən edilmiş sübut əhəmiyyəti kəsb edən məlumatları özündə əks etdirən həmin bir ədəd CD disk maddi sübut kimi tanınaraq saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 147-170, 172, cild 2, iş vərəqi 59-78). İş materiallarında olan 11 noyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs DİN-in İAMAS-dan götürülmüş MAPS-uçot xəritəsinə keçirilmiş baxış keçirilmiş, özünə məxsus olan P4655457 nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə 2011-ci ildən etibarən bir neçə dəfə nəzarət-buraxılış məntəqələrindən Rusiya Federasiyası, İran İslam Respublikası və Gürcüstan Respublikasına keçməklə ölkə hüdudlarını tərk edərək geri qayıtmış və sonuncu dəfə 20.08.2018-ci il tarixdə saat 09:30-da Azərbaycan Respublikasının dövlət sərhədini Biləsuvar nəzarət-buraxılış məntəqəsindən X5 keçməklə ölkə ərazisini tərk etmiş və 20.08.2018-ci il tarixdə saat 12:05- də Biləsuvar sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur (cild 2, iş vərəqi 43-45). İbtidai istintaq orqanının 03 iyun 2021-ci il tarixli maddi sübut hesab edilməsi haqqında qərarından və 17 noyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ümumilikdə aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 264,9 qram psixotrop maddə metamfetamin, 18139,62 qram narkotik vasitə heroin, 152,029 qram qurudulmuş marixuana, 739,95 qram tiryək, 250 ədəd metadon həblər və bir ədəd elektron tərəzi, “Samsung Galaxy” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş, X2 şəxsi axtarış və götürülmə aparılması zamanı, həmçinin baxış və götürmə zamanı aparılmış videoçəkilişlərin olduğu iki ədəd DVD və 5 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur (cild 1, iş vərəqi iş vərəqə 110-113. cild 2, iş vərəqi 59-78). İşdə olan Bakı şəhəri 67 saylı Mənzil-Kommunal İstismar Sahəsindən verilmiş 14 iyun 2021ci il tarixli 123 nömrəli arayışdan və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında pasport qeydiyyatındadır və həmin ərazi üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 141-142). Elekton Məhkəmə Sistemindən götürülmüş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 30.08.2004-cü il təvəllüdlü Aleks Ağazadə ad və soyadlı bir yetkinlik yaşına çatmayan uşağı vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik informasiya idarəsindən alınmış 11 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 187-188). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamla qismən razı olduğunu, özünün ittihamda göstərilən ünvanda deyil, ünvan 12 və üzərindən siqaret qutusunda hazır 11 büküm marixuananın aşkar edildiyini, həmçinin kirayə tutduğu evdən 10 qram «şüşə» kimi tanıdığı metamfetamin aşkar edildiyini, özünü yalnız həmin narkotik və psixotrop maddələrə görə təqsirli bildiyini, üzərindən və kirayə yaşadığı mənzildən aşkar edilmiş həmin maddələri şəxsi istifadə üçün əldə etdiyini, qaçaqmalçılıq cinayəti ilə bağlı və narkotik vasitə olan heroinlə bağlı ittihamların ona aidiyyəti olmadığıını, Astara şəhərinə heç vaxt getmədiyini və narkotiklərin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsindən xəbəri olmadığını bildirərək öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış və yuxarıda sadalanan çoxsaylı sübutlarla təkzib olunduğuna təqsirləndirilən şəxsin öz müdafiəsi üçün məhkəmədə gətirdiyi həmin dəlilləri onun öz məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir və digər sübutlarla üst-üstə düşdüyünə görə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən ifadələr kimi qəbul edir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmin Məcəllənin 32.1-ci maddəsinə uyğun olaraq, cinayətin icraçısı ilə birlikdə təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə görə, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən, cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3.-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını və müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi, CM-nin 61.1.6-cı maddəsinə əsasən, cinayətin tamah məqsədi ilə törədilməsini isə onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 01 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 01 iyun 2021-ci il tarixdən hökm çıxarılanadək həbsdə olduğu bütün müddət onun cəza müddətinə daxil edilməlidir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs ümumilikdə aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalan 264,9 qram psixotrop maddə metamfetamin, 18139,62 qram narkotik vasitə heroin, 152,029 qram narkotik vasitə qurudulmuş marixuana, 739,95 qram narkotik vasitə tiryək, 250 ədəd narkotik vasitə metadon həbləri və bir ədəd elektron tərəzi məhv edilməli, “Samsung Galaxy” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalı, X2 üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı, həmçinin mənzilə baxış və götürmə zamanı aparılmış videoçəkilişlərin olduğu iki ədəd DVD və 5 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 88 (səksən səkkiz) manat 70 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 88 (səksən səkkiz) manat 70 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 01 noyabr 2021-ci il tarixli 4227 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs kannabioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və onun məcburi muailicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, onun barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif olunan əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 01 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs ümumilikdə aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalan 264,9 qram psixotrop maddə metamfetamin, 18139,62 qram narkotik vasitə heroin, 152,029 qram narkotik vasitə qurudulmuş marixuana, 739,95 qram narkotik vasitə tiryək, 250 ədəd narkotik vasitə metadon həbləri və bir ədəd elektron tərəzi məhv edilsin; - “Samsung Galaxy” markalı mobil telefon apparatı Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın; - X2 üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı, həmçinin mənzilə baxış və götürmə zamanı aparılmış videoçəkilişlərin olduğu iki ədəd DVD və 5 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 88 (səksən səkkiz) manat 70 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif olunan əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar