Məhkəmə qərarları › İş №1(101)-473/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-473/2025

13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-473/2025 13.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçiləri Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Əsgər oğlu, “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi6, Təqsirləndirilən şəxs2 müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, subay, himayəsində azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 4, ev 27 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.3.1 və 228.1-ci maddələrində, xx.xx.1990-cı il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ali təhsilli, subay, himayəsində azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Kəlbəcər rayonu, Başlıbel kəndində qeydiyyatda olan yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 204.3.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmiş, saxlamış və daşımış, eləcə də mütəşəkkil dəstə halında satış məqsədi ilə saxta xarici valyuta əldə etmişdir. Belə ki, o, tanışları Təqsirləndirilən şəxs2 və digər şəxslə birlikdə satış məqsədi ilə saxta xarici valyuta əldə etmək üçün qabaqcadan öz aralarında vəzifə bölgüsü aparmaqla çoxsaylı şəxslərdən ibarət olan sabit cinayətkar qrupun tərkibində mütəşəkkil dəstə halında birləşmiş, bu məqsədlə əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 2022-ci ilin yay aylarından 30 iyun 2023-cü il tarixədək olan müddət ərzində X1 şəhərində olduğu zaman ofset çap üsulu ilə hazırlanmış eyni növ pul əskinasları ilə eynilik təşkil etməyən və eyni nominallı həqiqi əskinaslardan aşkar şəkildə fərqlənməyən xarici valyuta olan 210 ədəd saxta 100 ABŞ dollarını, yəni dövrün məzənnəsi ilə 35.700 manat dəyərində 21.000 saxta ABŞ dollarını istintaqa məlum olmayan mənbədən, naməlum şəraitdə əldə edib Azərbaycan Respublikası ərazisində satışını təşkil etmək üçün 20 iyun 2023-cü il tarixdən 30 iyun 2023-cü il tarixədək olan müddət ərzində X1 şəhərində görüşləri zamanı istintaqa məlum olmayan yerdə və vaxtda digər şəxsə verdikdən sonra digər şəxs qeyd edilən dövrdə həmin saxta valyutanın Azərbaycan Respublikası ərazisinə keçirilməsinə nail olaraq 17 iyul 2023-cü il tarixdə, saat 17:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən Həbib Mahmudbəyov adına 2 nömrəli Liseyin yaxınlığında saxta valyutadan 10 ədəd 100 ABŞ dollarını ona verməklə qalan saxta pul əskinaslarını özünün qeydiyyatda olduğu ünvan 2 ünvanında saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 20 iyul 2023-cü il tarixdə saat 08:22-də ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq ünvan 4 yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməklə orada özünün razılığı və iştirakı ilə həmin gün saat 09:58-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 04 ədəd hər biri xarici valyuta olan 100 ABŞ dolları formasında PF98731620H, PF98731630H, PF98731680H və PF98731660H nömrəli ümumilikdə saxta 400 ABŞ dolları pul əskinasları, 21 iyul 2023-cü il tarixdə saat 15:30-dan etibarən Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 4, ev 27 ünvanında məhkəmə qərarı əsasında keçirilən axtarış və götürmə zamanı evdən 06 ədəd hər biri xarici valyuta olan 100 ABŞ dolları formasında PF98731856H, PH9871993H, PF9871725H, PF98731606H, PF98731706H və PF98731991H nömrəli ümumilikdə saxta 600 ABŞ dolları pul əskinasları aşkar olunaraq götürülmüş, əməliyyat tədbirinin davamı olaraq ünvan 2 ünvanında digər şəxsin iştirakı ilə təxirəsalınmaz qaydada 23 iyul 2023-cü il tarixdə saat 19:20-dən etibarən keçirilən axtarış və götürmə zamanı mənzilin girişdən sol tərəfdə yerləşən otağındakı dolabdan 200 ədəd hər biri xarici valyuta olan 100 ABŞ dolları formasında PF98738228H, PF98739564H, PF98739229H, PF98739834H, PF98737225H, PF98738245H, PF98749842H, PF98729843H, PF98739844H, PF98739539H, PF98739567H, PF98739566H, PF98736246H, PF98739835H, PF98737227H, PF98736246H, PF98738228H, PF98737227H, PF98736226H, PF98738228H, PF98736226H, PF98739229H, PF98739568H. PF98738218H, PF98737287H, PF98739568H, PF98738228H, PF98737227H, PF98736226H, PF98739229H, PF98736226H, PF98738228H, PF98736226H, PF98738248H, PF98739509H, PF98739506H, PF98739507H, PF98737247H, PF98737247H, PF98736226H, PF98739575H, PF98739239H, PF98739239H, PF98739585H, PF98739575H, PF98738228H, PF98739249H, PF98739566H, PF98739569H, PF98739508H, PF98736226H, PF98739565H, PF98739249H, PF98739229H, PF98739530H, PF98738258H, PF98736226H, PF98738228H, PF98737247H, PF98738228H, PF98739520H, PF98739530H, PF98737227H, PF98736226H, PF98739832H, PF98738228H, RF98739565H, PF98737267H, PF98739508H, PF98737227H, PF98739239H, PF98737227H, PF98737237H, PF98736266H, PF98729843H, PF98739229H, PF98739530H, PF98737217H, PF98739229H, PR98739510H, PF98736226H, PF98736236H, PF98736226H, PF98739510H, PE98736246H, PF98738238H, PF98736236H, PF98736236H, PF98739239H, PF98739538H, PF98737227H, PF98737227H, PF98738228H, PF80707860H, PF98733669H, PF98738204H, PF98736282H, PF98739205H, PF98738284H, PF98736212H, PF98737283H, PF98736262H, PF98739205H, PF98737230H, PF98736282H, PF98733378H, PF98737203H, PF98738285H, PF98739211H, PF98738284H, PF98733323H, PF98738204H, PF98736265H, PF98736282H, PF98723343H, PF98738274H, PF98733379H, PF98733668H, PF98733341H, PF98739201H, PF98739201H, PF98736262H, PF98737203H, PF98736202H, PF98739210H, PF98739290H, PF98738208H, PF98736286H, PF98736265H, PF98738220H, PF98737293H, PF98739211H, PF98739201H, PF98739210H, PF98733354H, PF98733324H, PF98738284H, PF98739205H, PF98736265H, PF98737203H, PF98731045H, PF98737203H, PF98735716H, PF98738204H, PF98731025H, PF98731035H, PF98736216H, PF98733344H, PF98739210H, PF98736265H, PF98731205H, PF98743342H, PF98739205H, PF98738284H, PF98739281H, PF98731257H, PF98737203H, PF98731265H, PF98731285H, PF98739281H, PF98736282H, PF98738285H, PF98736202H, PF98737230H, PF98737203H, PF98738285H, PF98737283H, PF98739205H, PF98737275H, PF98739281H, PF98737207H, PF98738214H, PF98737213H, PF98731258H, PF98733377H, PF98731259H, PF98731256H, PF98733351H, PF98736236H, PF98739269H, PF98737257H, PF98737257H, PF98736256H, PF98738280H, PF98736265H, PF98733376H, PF98737270H, PF98738285H, PF98737207H, PF98738220H, PF98737283H, PF98738208H, PF98733388H, PF98739290H, PF98731067H, PF98731066H, PF98737275H, PF98731075H nömrəli ümumilikdə saxta 20.000 ABŞ dolları məbləğində pul əskinasları aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1939-cu ildə istehsal olunmuş, Tokarev (TT) konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı 01 ədəd ЧШ-912 №-li yivli odlu silah olan tapançanı, zavod üsulu ilə istehsal olunmuş, 7,62×25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı 01 ədəd darağı və zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62×25 mm kalibrli olmaqla, həmin konstruksiyalı Tokarev (TT) konstruksiyalı tapançaların, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotların ştat patronları olan, döyüş sursatı hesab edilən və atəş üçün yararlı 02 ədəd patronu qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşımaqla gəzdirmiş, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 20 iyul 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 həmin gün saat 08:22-də ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq ünvan 4 yerləşən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməklə orada özünün razılığı və iştirakı ilə həmin gün saat 09.58dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1939cu ildə istehsal olunmuş, Tokarev (TT) konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı 01 ədəd ЧШ-912 №-li yivli odlu silah olan tapança, zavod üsulu ilə istehsal olunmuş, 7,62×25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı 01 ədəd darağ və zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62×25 mm kalibrli olmaqla, həmin konstruksiyalı Tokarev (TT) konstruksiyalı tapançaların, PPŞ-PPS konstruksiyalı tapança- pulemyotların ştat patronları olan, döyüş sursatı hesab edilən və atəş üçün yararlı 02 ədəd patron aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 mütəşəkkil dəstə halında satış məqsədi ilə saxta xarici valyuta əldə etmişdir. Belə ki, o, tanışları Təqsirləndirilən şəxs1 və digər şəxslə birlikdə satış məqsədi ilə saxta xarici valyuta əldə etmək üçün qabaqcadan öz aralarında vəzifə bölgüsü aparmaqla çoxsaylı şəxslərdən ibarət olan sabit cinayətkar qrupun tərkibində mütəşəkkil dəstə halında birləşmiş, bu məqsədlə əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən o, 2022-ci ilin yay aylarından 30 iyun 2023-cü il tarixədək olan müddət ərzində X1 şəhərində olduğu zaman ofset çap üsulu ilə hazırlanmış eyni növ pul əskinasları ilə eynilik təşkil etməyən və eyni nominallı həqiqi əskinaslardan aşkar şəkildə fərqlənməyən xarici valyuta olan 210 ədəd saxta 100 ABŞ dollarını, yəni dövrün məzənnəsi ilə 35.700 manat dəyərində 21.000 saxta ABŞ dollarını istintaqa məlum olmayan mənbədən, naməlum şəraitdə əldə edib Azərbaycan Respublikası ərazisində satışını təşkil etmək üçün 20 iyun 2023-cü il tarixdən 30 iyun 2023-cü il tarixədək olan müddət ərzində X1 şəhərində görüşləri zamanı istintaqa məlum olmayan yerdə və vaxtda digər şəxsə verdikdən sonra digər şəxs qeyd edilən dövrdə həmin saxta valyutanın Azərbaycan Respublikası ərazisinə keçirilməsinə nail olaraq 17 iyul 2023-cü il tarixdə, saat 17:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən Həbib Mahmudbəyov adına 2 nömrəli Liseyin yaxınlığında saxta valyutadan 10 ədəd 100 ABŞ dollarını Təqsirləndirilən şəxs1 verməklə qalan saxta pul əskinaslarını özünün qeydiyyatda olduğu ünvan 2 ünvanında saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 20 iyul 2023-cü il tarixdə saat 08:22-də ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq ünvan 4 yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməklə orada özünün razılığı və iştirakı ilə həmin gün saat 09:58-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 04 ədəd hər biri xarici valyuta olan 100 ABŞ dolları formasında PF98731620H, PF98731630H, PF98731680H və PF98731660H nömrəli ümumilikdə saxta 400 ABŞ dolları pul əskinasları, 21 iyul 2023-cü il tarixdə saat 15:30-dan etibarən Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 4, ev 27 ünvanında məhkəmə qərarı əsasında keçirilən axtarış və götürmə zamanı evdən 06 ədəd hər biri xarici valyuta olan 100 ABŞ dolları formasında PF98731856H, PH9871993H, PF9871725H, PF98731606H, PF98731706H və PF98731991H nömrəli ümumilikdə saxta 600 ABŞ dolları pul əskinasları aşkar olunaraq götürülmüş, əməliyyat tədbirinin davamı olaraq ünvan 2 ünvanında digər şəxsin iştirakı ilə təxirəsalınmaz qaydada 23 iyul 2023-cü il tarixdə saat 19:20-dən etibarən keçirilən axtarış və götürmə zamanı mənzilin girişdən sol tərəfdə yerləşən otağındakı dolabdan 200 ədəd hər biri xarici valyuta olan 100 ABŞ dolları formasında PF98738228H, PF98739564H, PF98739229H, PF98739834H, PF98737225H, PF98738245H, PF98749842H, PF98729843H, PF98739844H, PF98739539H, PF98739567H, PF98739566H, PF98736246H, PF98739835H, PF98737227H, PF98736246H, PF98738228H, PF98737227H, PF98736226H, PF98738228H, PF98736226H, PF98739229H, PF98739568H. PF98738218H, PF98737287H, PF98739568H, PF98738228H, PF98737227H, PF98736226H, PF98739229H, PF98736226H, PF98738228H, PF98736226H, PF98738248H, PF98739509H, PF98739506H, PF98739507H, PF98737247H, PF98737247H, PF98736226H, PF98739575H, PF98739239H, PF98739239H, PF98739585H, PF98739575H, PF98738228H, PF98739249H, PF98739566H, PF98739569H, PF98739508H, PF98736226H, PF98739565H, PF98739249H, PF98739229H, PF98739530H, PF98738258H, PF98736226H, PF98738228H, PF98737247H, PF98738228H, PF98739520H, PF98739530H, PF98737227H, PF98736226H, PF98739832H, PF98738228H, RF98739565H, PF98737267H, PF98739508H, PF98737227H, PF98739239H, PF98737227H, PF98737237H, PF98736266H, PF98729843H, PF98739229H, PF98739530H, PF98737217H, PF98739229H PR98739510H, PF98736226H, PF98736236H, PF98736226H, PF98739510H, PE98736246H, PF98738238H, PF98736236H, PF98736236H, PF98739239H, PF98739538H, PF98737227H, PF98737227H, PF98738228H, PF80707860H, PF98733669H, PF98738204H, PF98736282H, PF98739205H, PF98738284H, PF98736212H, PF98737283H, PF98736262H, PF98739205H, PF98737230H, PF98736282H, PF98733378H, PF98737203H, PF98738285H, PF98739211H, PF98738284H, PF98733323H, PF98738204H, PF98736265H, PF98736282H, PF98723343H, PF98738274H, PF98733379H, PF98733668H, PF98733341H, PF98739201H, PF98739201H, PF98736262H, PF98737203H, PF98736202H, PF98739210H, PF98739290H, PF98738208H, PF98736286H, PF98736265H, PF98738220H, PF98737293H, PF98739211H, PF98739201H, PF98739210H, PF98733354H, PF98733324H, PF98738284H, PF98739205H, PF98736265H, PF98737203H, PF98731045H, PF98737203H, PF98735716H, PF98738204H, PF98731025H, PF98731035H, PF98736216H, PF98733344H, PF98739210H, PF98736265H, PF98731205H, PF98743342H, PF98739205H, PF98738284H, PF98739281H, PF98731257H, PF98737203H, PF98731265H, PF98731285H, PF98739281H, PF98736282H, PF98738285H, PF98736202H, PF98737230H, PF98737203H, PF98738285H, PF98737283H, PF98739205H, PF98737275H, PF98739281H, PF98737207H, PF98738214H, PF98737213H, PF98731258H, PF98733377H, PF98731259H, PF98731256H, PF98733351H, PF98736236H, PF98739269H, PF98737257H, PF98737257H, PF98736256H, PF98738280H, PF98736265H, PF98733376H, PF98737270H, PF98738285H, PF98737207H, PF98738220H, PF98737283H, PF98738208H, PF98733388H, PF98739290H, PF98731067H, PF98731066H, PF98737275H, PF98731075H nömrəli ümumilikdə saxta 20.000 ABŞ dolları məbləğində pul əskinasları aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 204.3.1 və 228.1ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, ittihamda qeyd olunan silah ona məxsusdur, saxta pulları isə götürmüşdür. Pul aldığı adam Qubad İbadoğludur, görüşüb pul almışdır. İbtidai istintaqda verdiyi ifadəsində olduğu kimidir. Sadəcə Təqsirləndirilən şəxs2la olan hissədə şəxsən tanışlığı burda olmuşdur. Telefonla Fazil adlı şəxslə danışmışdır, amma görünüşcə hal-hazırda olan adam olmamışdır. Onun danışdığı Fazil adlı şəxs kök, qara saçlı oğlan olmuşdur. Sonradan burdakı Fazillə tanışlığı olmuşdur. 11000 ABŞ dolları Qubad İbadoğludan almışdır. Həmin pulun içərisindən saxta pullar çıxmışdır. Bu günə qədər saxta puldan anlayışı olmamışdır. Saxta pulla bağlı olan hissədə özünü təqsirli bilmir. O, suallara cavab olaraq bildirmişdir ki, Q.İbadoğlu ilə tanışlığı çoxdan, İqtisad Universitetində müəllim işlədiyi vaxtdan olmuşdur. Həmin ərəfədə qeyd etdiyi universitetdə tələbə olmamış, sadəcə 1 nəfərin vasitəsi ilə tanış olmuşlar. Q.İbadoğlu ilə İqtisad Universitetində olan işlə bağlı tanış olmuşdur. Q.İbadoğlu ilə 1 dəfə İqtisad Universitetində olan işlə bağlı görüşmüşlər. Qeyd etdiyi görüş çox illər əvvəl baş vermişdir. Q.İbadoğlu ilə 1 dəfə görüşdükdən sonra sonuncu ilə ancaq sosial şəbəkələr vasitəsi ilə danışmışdır. Onu Q.İbadoğlu ilə birləşdirən dedikdə İqtisad Universitetində olan işlə bağlı görüşmüşlər. Görüşməklərinin səbəbi başqa bir məsələ olmamışdır. Həmin vaxtdan sonra ilk dəfə ancaq 2023-cü ilin iyul ayında Q.İbadoğlu ilə Bakı şəhərində “Baksovet” adlanan yerdə Cafe Lounge adlı restoranın yaxınlığında görüşümüşlər. Q.İbadoğlu ilə nə üçün görüşməklərinin səbəbini ifadəsində yazmışdır. Q.İbadoğlundan qeyd etdiyi yerdə görüşməklərini o, istəmişdir. Q.İbadoğlu ilə işlə bağlı, yəni onu hər hansısa işə düzəltməklə bağlı görüşmüşlər. Q.İbadoğlu ilə münasibətləri olduğu üçün sonuncudan iş istəmişdir. Q.İbadoğlu ölkə xaricində olsa da, münasibətləri var idi. Q.İbadoğlu onunla onun işsizliyilə bağlı görüşdüyünü bilirdi. Görüşməzdən əvvəl Q.İbadoğlu Bakı şəhərinə köçdüyünü, Bakı şəhərində şirkət açacağını bildirmişdir. Q.İbadoğlu nə şirkət, hansı təyinatla bağlı şirkət açacağını bilmirdi, sadəcə onu hər hansısa işlə təmin edəcəyini demişdir. Nə işlə məşğul olacağını bilmirdi, çünki o dərəcədə danışmamışlar. Q.İbadoğlu pulu ona 2-ci görüşlərində vermişdir. 1-ci görüşlərində ona kömək edəcəyini demişdir. Aldığı pulun qarşılığında isə Araz Kurslarını və Qafqaz Universitetini bitirmiş, diplomu olan şəxsləri tapıb gətirməli idi. Tapdığı şəxslərə açacağı şirkətdə lazım olduğunu demişdir, amma məhz niyə qeyd olunan yerləri bitirən şəxslər olduğunu bilmirdi. Qeyd etdiyi şəxsləri ətrafdan maraqlanıb tapacaqdı. Verilən tapşırıqla maraqlanmış və bundan əlavə də verilən tapşırığı yerinə yetirmək üçün ətrafındakılardan 2 nəfər şəxs ona kömək üçün tapmışdır. Qeyd olunan xüsusatlara malik şəxslər tapıldıqdan sonra nə işlə məşğul olacaqları barədə sonra danışılacaqdır. Q.İbadoğlu sentyabr, oktyabr aylarında işlərinin olacaqlarını və bununla bağlı lazım olacaqlarını demişdir. Q.İbadoğlu tapdığı şəxslərin nə işlə məşğul olacaqları barədə tam açıqlama verməmiş, sadəcə sentyabr, oktyabr aylarında olacaq işlərdə lazım olacaqlarını demişdir. Ona adam axtarıb tapmağı deyilmişdir. Hər tapdığı adama görə ona 200 ABŞ dolları məbləğində pul, ona kömək edən adamlara isə 500 dollar pul veriləcəkdir. Aylıq məvacib yox idi, hər adama görə 200 ABŞ dolları vəd verilmişdir. Ümumiyyətlə, adam tapa bilməmişlər. 11000 ABŞ dollar pul vəsaitini bir qismi ona öz problemləri ilə bağlı verilmişdir. Bir qismi isə tapacağı adamlarla bağlı saxlamaqlarını demişdilər. Verilən puldan 3000 ABŞ dollarını xərcləmişdir. Ona köməklik edən adamların hər birinə 500 ABŞ dolları pul vermişdir. Saxta pulun 400 ABŞ dollarını üzərində, qalan 600 ABŞ dollar olan hissəni isə Q.İbadoğlunun ona verdiyi kitabın arasına qoymuşdur. Q.İbadoğlunun ona verdiyi qırmızı üzlü kitabı oxumamışdır, boş vaxtlarımda oxumaq üçün vermiş, kitab veriləndən 3 gün sonra saxlanılmışdır. Pulu qoyduğu kitab türk dilində olan bir kitab idi. Q.İbadoğlu həmin kitabda bilməli olduğu şeylərin oxuyub bilməli olduğunu demişdir. O, isə kitabı heç açıb oxumamışdır. Ona verilən puldan 400 ABŞ dollar məbləğində pul üzərində, 600 dollar ABŞ dollar məbləğində pul kitabın arasında, qalan 7000 ABŞ dolları məbləğində pulu isə evdə gizlətmişdir. Aşkar olunan pullardan ailə üzvlərinə verməmişdir. Silah onda 2020-ci ildən var. Aşkar olunan silahı tapmış, marağı olduğu üçün saxlamışdır. Saxlanıldığı vaxt silah üzərində olmuşdur. Silah TT markalı idi. Təqsirləndirilən şəxs2la şəxsən tanışlığı burda olmuşdur. Q.İbadoğlunun onunla danışdırdığı Fazilin Türkiyə Respublikasında olduğunu bildirmişdir. Q.İbadoğlu Azərbaycan Respublikası ərazisində olduğu vaxt sonuncu ilə görüntülü danışarkən sonuncu Azərbaycanda olmadığı vaxt görüntülü danışıqlarında 3-cü olan Fazil adlı şəxsə maddi, mənəvi ehtiyacları ilə bağlı müraciət edə biləcəyini demişdir. Görüntülü danışıqlarında olan Fazil adlı şəxs kök, qara saçlı biri idi, hazırda yanında olan Təqsirləndirilən şəxs2 kimi arıq biri deyildir. Fazil adlı şəxsin ona kömək edəcəyi barədə sözləri Q.İbadoğlu ona demişdir. Görüntülü danışıqlarında olan Fazil adlı şəxslə də şəxsən danışmış və Q.İbadoğlu olmadığı vaxtlarda Təqsirləndirilən şəxs2 müraciət edə biləcəyini demişdir. Ona verilən puldan ehtiyacları üçün istifadə edə biləcəyini, pulun bir hissəsini də tapacağı adamlara görə saxlamağını demişdir. Qrup şəklində görüntülü danışdıqları üçün Fazil adlı şəxsin nömrəsi onun mobil telefonuna düşmüşdür, özü də ona nömrəsini qeyd etməyini bildirmişdir. Fazil adlı şəxsin mobil nömrəsini yaddaşa qeyd etməmişdir. Görüntüdə danışdığı Fazil ona verilən puldan istifadə edə biləcəyini demiş, bir qismin isə onlar Bakı şəhərində olmayanda istifadə etməyinə görə saxlamağı tapşırmışdılar. Ona pulu sentyabr, oktyabr aylarında olacaq işlərinə qeyd olunan xüsusatlara uyğun adam tapmağı üçün vermişdilər. Onun heç bir ixtisası yoxdur. Şirkət qurulandan sonra nə üzrə işləyəcəyi barədə danışmamışlar, çünki o hissəyə gəlib çatmamışlar. Saxta pulla bağlı verilən ittiham üzrə özünü təqsirli bilmir. Silahla bağlı özünü təqsirli bilir. İbtidai istintaqda verdiyi ifadələrini təsdiq edir. Təqsirləndirilən şəxs2la ibtidai istintaqda üzləşdirilmişdir. İbtidai istintaqda da Təqsirləndirilən şəxs2la vəkilin iştirakı ilə üzləşdirilən vaxt mobil telefonla qrup şəklində danışdığı şəxsin adı Fazil, zahiri görünüşü kök, qara saçlı olduğunu demişdir. Ona pullar veriləndə təmiz olduğu, birəbir olduğu deyilmişdir. Saxta sözündən istifadə edilməmişdir. Ona pullar veriləndə 10000 ABŞ dolları bir, 1000 ABŞ dolları isə ayrıca verilmişdir. 1000 ABŞ dollar verilən puldan ona “nə qədər istəsən var, harda istəsən istifadə edə bilərsən” deyilmişdi. Ona pul veriləndə 10000 ABŞ dolları təmiz pul, 1000 ABŞ dolların isə birəbir, təmiz olduğu deyilmişdir. İbtidai istintaqda verdiyi ifadələrdəki sözlər, fikirlər öz iradə ifadələridir. İbtidai istintaqda verdiyi ifadələri oxuyurdu. Verdiyi ifadələrində ziddiyyətli, müstəntiqlə razılaşmadığı məqamlar olmamışdır. Saxlanıldığı vaxt Q.İbadoğlu və Fazil adlı şəxslə danışdığı vaxt istifadə etdiyi mobil telefon üzərində olmuşdur. Həmin telefonu istintaqa təhvil vermişdir. Həmin telefonda qrup şəklində danışdıqlarının qalıb-qalmadığını bilmir. Hazırki cinayət işi ilə bağlı heç kimlə narazıçılığı yoxdur. O, ünvan 5 ünvanın yaxınlığında saxlanılmışdır. Saxlanıldığı vaxt həmin ərazidə, ünvan 6 ünvanında yaşayırdı. Bu günə qədər heç vaxt işləməmiş, taksi işlətmişlər, amma taksi fəaliyyəti ilə məşğul olmamışdır. Saxlanıldığı vaxt anası evdə deyildir. Saxlanıldığı vaxt anası məhlələrində olan hüzr mərasimində idi. Yaşadığı evdə anasından və ondan başqa heç kim yaşamır. Saxlanıldığı vaxt ***-***-**-** saylı mobil nömrə istifadəsində idi. Saxlanıldığı vaxt Samsung A10 markalı mobil telefon işlədirdi. Həmin mobil telefonda başqa sim kart istifadə etməmişdir. 2 Mobil nömrəsi olmuş, amma birini istifadə etmişdir. Həmin telefonda 1 mobil nömrəsi var idi və 4 ədəd Rusiya Federasiyasına, ABŞ-a, Türkiyə Respublikasına və Azərbaycan Respublikasına məxsus mobil nömrələri ilə qeydiyyatdan keçib Whatsapp proqramı işlədirdi. 2-ci Sim kartı yox idi. Polis əməkdaşları məhlədə avtomobillə qarşısını kəsib onu saxlamışlar. Polis əməkdaşları onu tutmuşlar. Polis əməkdaşları həmin vaxt qollarını qandallamamışlar, amma avtomobilə əyləşəndə qollarını qandallamışlar. Polis əməkdaşları özlərini təqdim etmişlər, onu silahla və saxta pulla şübhəli şəxs qismində saxladıqlarını bildirmişlər. Saxlanıldığı vaxt silah üzərində olduğu üçün polis əməkdaşlarına heç nə deməmişdir. Silahı həmişə evdə saxlayırdı, sadəcə saxlanıldığı gün silahın yerini dəyişmək üçün silahı üzərində götürmüşdür. BMCMİ-yə gedəndə qolları qandallı idi. Şəxsi axtarış-götürmə zamanı qollarını açmışdılar. Şəxsi axtarış-götürmə zamanı üzərində olanları təqdim etmək üçün qollarını açmışdılar. Avtomobildə olanda silah belində sellofanın içərisində idi. BMCMİ-nin inzibati binasına çatıb avtomobildən düşəndə həyətdə silahı ondan götürüb birlikdə yuxarı qalxmışlar. BMCMİ-yə gətirildən 15 dəqiqə sonra üzərində şəxsi axtarış-götürmə həyata keçirildi. Yaşadığı mənzilə 1-ci dəfə keçirilən baxışın nə vaxt keçirilməsi yadında deyil. Yaşadığı mənzilə polis əməkdaşları ilə birlikdə 2 dəfə gedilmişdir. 1 günün içərisində yaşadığı evə 2 dəfə gedilmişdir. 1-ci dəfə yaşadığı evə gedəndə 7000 ABŞ dollarını təqdim etmişdir. 2-ci dəfə isə yaşadığı evə silahla bağlı, evdə əlavə qanunsuz əşyaların olub-olmamasını yoxlamaq üçün gedilmişdir. Həmin vaxtı anası evdə qalırdı, amma həmin vaxtı evdə deyildi. 2-ci dəfə şəxsi axtarış-götürmə istintaq hərəkəti həyata keçirilində yaşadığı evin qapısı bağlı idi. İstintaq hərəkətlərinin heç birində anası evdə olmamışdır. Q.İbadoğlu ilə görüntülü danışıqları tutulduğu gündən 12-13 gün əvvəl olmuşdur. Q.İbadoğlu ilə görüntülü danışdıqları vaxt sonuncu Bakı şəhərində idi. Q.İbadoğlu ilə görüntülü danışıqları 10-13 dəqiqə olmuşdur. Görüntülü danışıq vaxtı Q.İbadoğlu ilə danışırdı. Sonradan danışıqlarına Fazili onunla tanış etmək üçün qoşdu. Görüntülü danışıq vaxtı Fazillə danışığının olub-olmaması yadında deyil. Yaşadığı mənzildən Şeyda adlı kitab tapılmışdır. Şeyda adlı kitabı Q.İbadoğlu ona pulu verəndə vermişdir. Q.İbadoğlu pulu ona tutulmağından 4-5 gün əvvəl vermişdir. Q.İbadoğlu pulu verdiyi günü sonuncu ilə axırıncı görüşləri idi. Q.İbadoğlu ilə “Baksovet” adlanan yerdən yuxarı qalxanda İmam Hüseyn məscidinin yanındakı avtomobil dayanacağında görüşmüşlər. Q.İbadoğlu ilə görüşləri 15 dəqiqə çəkmişdir. Q.İbadoğlu ilə ilk görüşlərində sonuncunun mobil nömrələrini qeyd etmişdir. Q.İbadoğlu ilə görüşləri 2023-cü ilin iyul ayında olmuşdur. Q.İbadoğlu ilə 2-ci görüşləri ilk görüşdən 10 gün sonra olmuşdur. Q.İbadoğlu ona mobil nömrələrini yazdıranda bu nömrədə olmayanda digər nömrəsinə zəng edə biləcəyini demişdir. Fazilin mobil nömrəsini isə qrup şəkilində Whatsapp tətbiqində danışandan sonra qeyd etmişdir. Görüntülü danışıq vaxtı Fazilin nömrəsini qeyd etmişdir, amma bugünki gündə həmin mobil nömrənin onun mobil telefonunda qalıb-qalmaması yadında deyil. İbtidai istintaq dövründə ona 3 və daha artıq şəxsin tanınma ilə bağlı foto şəkilləri və ya canlı şəkildə şəxslər təqdim olunmamışdır. Verilən tapşırığı yerinə yetirmək üçün ətrafındakılardan 2 nəfər şəxs tapacaqları adamlara nə işlə məşğul olacaqları barədə məlumatları Q.İbadoğlu ilə görüşəcəkdi və sonuncu da, həmin şəxslərə başa salacaqdır. O, aşkar olunan silahı saxlanıldığı gündən 2 gün öncə tapmışdır sözünü deməmişdir. Silahın onda 3 il bundan qabaq, 2020-ci ildən onda olduğunu demişdir. Onun əlyazma ilə ifadələri yoxdur. O, ifadələrini deyirdi, müstəntiq isə yazırdı. Onun ifadələrində öz işi ilə bağlı heç bir səhv yox idi. İfadələrinin hamısını oxumuşdur. Mobil telefonunda Q.İbadoğlunun adını Q1, ona görə tanıdığına görə Fazilin adını Q2 kimi qeyd etmişdir. O, Araz kurslarında dinləyici olmamışdır, həmin kurslara getməmişdir. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edir. O, ibtidai istintaq zamanı ilk dəfə ifadə verən zaman həqiqəti başqa tərəfə istiqamətləndirmək üçün fərqli ifadə vermişdir. Q.İbaoğlu ilə bağlı məsələləri o, birinci dəfə ifadə verən zaman bildirmək istəməmişdir. Onun Q.İbadoğlu ilə görüşməklərinin görüntüləri ortalığa çıxandan sonra o, başqa ifadə vermişdir. Silahla bağlı məsələdə isə, silahı 2 gün qabaq tapdığını bildirmişdir. 3 ildir onda olduğunu desə problem olacağını düşünmüş və ehtiyat etmişdir. Ona görə 2 gün öncə tapdığını bildirmişdir. Birinci dəfə ifadə verən zaman ona heç bir təziq təsir olmamışdır. Elan olunan ifadəni təsdiq edir. Dediyi hər şey doğrudur. Q.İbadoğlunun ona verdiyi pulu nə səbəbə verməkdə məqsədinin ifadəsində açıq-aydın bildirməyinə səbəb sonuncu ilə aralarında olan söhbətlər idi. Q.İbadoğlu ilə söhbətləri ifadəsində dediklərini ona üzbəüz deməyindən ibarətdir. İfadəsində yazılanları təsdiq edir. Sonuncu ona “Çağ öyrətim” kurslarından və “Qafqaz” universitetindən adam tapmağını və hər adama görə ona 800 ABŞ dolları pul verəcəyini bildirmişdi. Bundan əlavə Q.İbadoğlu ona 10000 ABŞ dolları pul vermiş və öz ehtiyaclarını və problemlərini qarşılamağını bildirmişdir. Lakin pulun bir qismini saxlamağını, adam tapan zaman özü ölkə xaricində olarsa, həmin puldan tapdığı adamlara verməyini bildirmişdir. Q.İbadoğlu ona sırf “Çağ Öyrətim” və “Araz” kurslarından, həmçinin Qafqaz universitetindən adam tapmağını bildirmişdir. Q.İbadoğlu ona adam tapmaq üçün başqa istiqamət verməmişdir. O, Gümrah adlı şəxsi əvvəllər şəxsən tanımamışdır. Gümrahı onunla Q.İbadoğlu tanış etmişdir və Q.İbadoğlu Gümrahla danışmağını, həmin adamların tapılmasında Gümrahın ona köməklik edəcəyini bildirmişdir. Onların Gümrahla görüşlərini Q.İbadoğlu Nərimanov rayonu ərazisində təşkil etmişdir. Q.İbadoğlu ona Gümrahı tanımağı üçün sonuncunun hansı görünüşdə olduğunu, hansı saatda görüşəcəklərini yerdə olacağını və Gümraha yaxınlaşmağını bildirmişdir. Gümrahla görüşməkdə məqsədi Q.İbadoğlunun olmadığı müddətlərdə həmin adamların tapılmasında ona köməklik göstərməsi idi. Onların Q.İbadoğlu ilə ilk görüşlərində sonuncu ona Fazil adlı bir şəxsin olduğunu və həmin şəxsin hal-hazırda Türkiyədə olduğunu bildirmişdir. İşlərini biraz yekunlaşdırandan sonra lazım olarsa onu Türkiyəyə göndərəcəyini və orada Fazillə görüşəcəyini bildirmişdir. O, Fazil adlı şəxsi burada görmüşdür və burada bilmişdir ki, bu Fazil həmin şəxsdir. Onun Fazillə canlı görüşü olmamışdır. Sadəcə sonuncu ilə görüntülü danışmış və danışdığı şəxs biraz kök və qarasaçlı bir şəxs olmuşdur. Q.İbadoğlunun Fazili onunla tanış etməkdə məqsədi maddi və hər anlamda nə köməyə ehtiyacı olsa Fazillə məsləhətləşib sonuncudan kömək istəyə biləcəyindən ibarət idi. Yəni Q.İbadoğlu onunla şifahi danışıqda Fazili ona bu cür təqdim etmişdir. Bunun üzərindən bir-iki gün keçəndən sonra Q.İbadoğlu ona videogörüntü ilə zəng etmişdir. Həmin vaxt Q.İbadoğlunun zəngindən başqa bir nəfərin də zəngi var idi. O, zəngə cavab vermişdir və danışıq zamanı Q.İbadoğlu onu Fazilə təqdim etmişdir və onları bir-biriləri ilə tanış etmişdir. Q.İbadoğlu ona Fazilin Türkiyədə olduğunu bildirmişdir. Fazillə isə onları tanış etməkdə məqsədinin onun lazım olarsa sonuncuya zəng edib kömək istəyəcəyini bildirmişdir. Videogörüntüdə danışıq zamanı Fazil ona nə köməyə ehtiyacı olarsa, zəng edə biləcəyini bildirmişdir. O, ifadəsində necə demişdirsə videogörüntüdə həmin cür danışmışlar. Ona sentyabr-oktyabr aylarında olacaq mitinq söhbətlərinə görə 30-40 min pul vəd etmişlər. Q.İbadoğlu nə qədər çox adam tapsa ona bir o qədər yaxşı baxacağını və dəstək olacağını bildirmişdir. O, kasıb olduğu üçün, pula ehtiyacı olduğu və kirayədə yaşadığı üçün bu əməlləri etməyə məcbur olmuşdur. İstintaq zamanı üzləşdiyi şəxs Q.İbadoğlu olmuşdur. Sonra isə Bakı İstintaq Təcridxanasında bu Fazillə görüşü olmuşdur. Vəkillər Müdafiəçi1 və Müdafiəçi2 da orada idilər. O, Fazillə ilə ilk dəfə Nərimanov Rayon Məhkəməsinin saxlanma kamerasında tanış olmuşdur. Orada Fazil ona onun şikayəti əsasında tutulduğunu bildirmişdi. O, Fazildən onu tanıdığını soruşduqda sonuncu tanımadığını bildirmişdi. O da Fazili tanımadığını demişdir. Q.İbadoğlu söhbəti açılanda o, bilmişdir ki, həmin Fazil bu şəxsdir. Təcridxanada üzləşmə zamanı müstəntiq ondan danışdığı Fazil adlı şəxsin bu şəxs olduğunu soruşdu. Vəkil Müdafiəçi2 da orada idi. O, danışdığı Fazil adlı şəxsin bu görünüşdə olmadığını, görkəminin fərqli olduğunu, qara saçlı və biraz kök olduğunu bildirdi. İfadəni də bu cür verib təsdiq etdi. Q.İbadoğlu ona pulu təqdim edən zaman 10.000 ABŞ dollarını təmiz pul kimi təqdim etmişdir. Sonuncu 1000 dolları kitabın içinə qoymuşdur. Q.İbadoğlu pulun Azərbaycan üçün yararlı olduğunu, müəyyən ölkələrdə saxta pul olduğunu, lakin Azərbaycan üçün yararlı olduğunu bildirmişdir. Sonuncu pulu istədiyi yerlərdə istifadə edə biləcəyini, sadəcə banklara girməməyini, bankda istifadə etsə problem yaşaya biləcəyini və nə qədər lazım olsa həmin puldan ona dəstək göstərəcəyini bildirmişdir. O, videogörüntü ilə danışıqdan təxmini 5-6 gün sonra həbs olunmuşdur. Onun Fazillə üz-üzə görüşü olmamışdır. Sadəcə görüntü ilə danışmışlar. Hal-hazırda Fazilin görünüşündəki dəyişikliyə görə o, dəqiq deyə bilmir ki, bu Fazil onun videogörüntü ilə danışdığı şəxsdir. İfadəsini verən zaman ona qarşı heç bir təsir və təzyiq olmamışdır. Evə baxış zamanı aşkar olunan pul yorğan döşək yığılan yükdə idi. 700 ABŞ dollarını təqdim edən zaman digər 600 dolları niyə vermədiyini xatırlamır. O, etdiyi əməldən peşmandır, himayəsində azyaşlı uşağının olmasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 204.3.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, onda heç vaxt saxta pullar olmamamışdır. O, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən İstanbul şəhərindən özəl jetlə Azərbaycana gətirilmişdir. O, xx.xx.2023-cü il tarixdə iki polis əməkdaşı tərəfindən İstanbul şəhərində yaşadığı mənzildən zorla deportasiya mərkəzinə aparılmışdır. Deportasiya mərkəzində vəkillə görüşünə icazə verilməmişdir. Daha sonra onun adından kompüterdə ifadə yazılıb və həmin ifadəni imzalamağını tələb etmişlər. O, həmin protokolu imzalamaqdan imtina etmiş və vəkili ilə görüşmək istədiyini bildirmişdir. Lakin müdafiə hüququ pozularaq vəkilinin köməyindən istifadə etməyinə icazə verilməmişdir. Daha sonra onu Türkiyə Respublikasında deportasiya mərkəzinə aparmışlar. Türkiyə məhkəməsi onun iştirakı olmadan deportasiya olunmağı ilə bağlı qərar qəbul etmişdir. Deportasiya mərkəzində həmin qərarla tanış olsa da qərardan apellyasiya şikayəti verməyinə imkan verilməmişdir. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları onu saxlanıldığı deportasiya mərkəzindən “Sabiha Gökçe” hava limanına aparmışlar. Həmin hava limanının polisi onu BMCMİ-nin əməkdaşlarına təhvil vermişlər və o, Heydər Əliyev adına hava limanına gətirilmişdir. Hava limanında BMCMİ-nin əməkdaşları tərəfindən videoçəkiliş aparılmışdır. İttiham aktında BMCMİ-nin əməkdaşları tərəfindən Heydər Əliyev adına Beynəlxalq hava limanında necə saxlanılmağı ilə bağlı yazılanlar həqiqəti əks etdirmir. X5 Q.İbadoğlu ilə birlikdə Londonda təsis etdikləri təhsil fondu ilə bağlı Azərbaycana çağırıb şahid qismində ifadəsini alırlar. E.Məmmədov ifadəsində görüş tarixləri xaricində hər şeyi doğru deyir. Görüş tarixlərini yəqin ki, yanlış xatırlayır, onlar 2020-ci ilin fevral ayında cəmi bir dəfə görüşmüşlər. Sonuncu ilə daha sonra görüşməmişdir. Londona axırıncı səfəri 2020-ci ilin fevral ayında olmuşdur. Daha sonra pandemiya başladığı üçün heç bir yerə gedə bilməmişdir. Həmin şəxsin ifadəsi alınan zaman sonuncuya verilən suallar yalnız Londonda təsis etdikləri təhsil fondu ilə bağlı olmuşdur. Londonda Q.İbadoğlu ilə birlikdə yaratdıqları təhsil fondunu qeydiyyatdan keçirtmək üçün 5000 funt sterlinq nizamnamə kapitalı yatırmaq lazım idi. Bu qanunvericiliyin tələbi idi. 5000 funt sterlinqin 3600 funt sterlinqini o ödəmiş, 1400 funt sterlinqini isə Q.İbadoğlu ödəmişdir. Həmin vaxt o, Türkiyədə idi, Q.İbadoğlu isə Londonda idi. O, həmin pulu Q.İbadoğluna nağd formada göndərmək üçün dostu E.X3 yaxın zamanda gedəcək tanıdığı adam olub-olmadığını soruşmuşdur. Sonuncu da tanıdığı Türkiyədən Londona gedəcək bir nəfərin nömrəsini vermişdir. O, həmin şəxsin Türkiyədəki hesabına 3600 funt sterlinq ödəniş etmişdir. Həmin şəxs E.Məmmədova aparıb vermiş, Q.İbadoğlu isə sonuncudan götürmüşdür. E.Məmmədov bu işin yalnız bu hissəsindədir, heç bir cinayət tərkibi yoxdur. O, E.Məmmədova sonradan fond yaratmaqları barədə məlumat vermişdir. E.Məmmədov apardığı pulun nə üçün istifadə ediləcəyini bilmirdi. E.Məmmədovdan saxta pulla bağlı heç nə soruşulmamış, həmin şəxsin fondla heç bir əlaqəsi yoxdur. 2020-ci ilin mart ayında Covid pandemiyası ilə əlaqədar Türkiyədə bir sıra məhdudiyyətlər tətbiq edildi. O, Azərbayacana səfərlər edə bilmədi, çünki təyyarə reysləri yox idi. Azərbaycanda həyata keçirtdiyi layihələr var idi. Fond ideyası oradan yarandı, yəni bu istintaq Londonda yaratdıqları təhsil fondundan başlayır. Bütün istintaqın 90 faizi bunun üstündə qurulmuşdur. 15 mart 2020-ci il tarixdə azərbaycalı iş adamı X7 Feto üzvü olmaq ittihamı ilə həbs olundu. M.Mənsimov təqaüd verilməsi üçün təhsil aldığı Universitetə 5000 dollar birdəfəlik ödəmə etmişdir. M.Mənsimov həbs ediləndə o, vəfa borcu olaraq könüllü şəkildə sonuncunun həbsinin səbəbini araşdırmağa başlamışdır. Onun heç bir xüsusi məqsədi yox idi. Ona tələbə olduğu vaxtda köməklik etmişdi, o da M.Mənsimovun saxta ittihamlarla həbs oldunduğunu düşünüb sonuncuya köməklik etmək məqsədi ilə həbsinin səbəbini araşdırmağa başlamışdır. Həmin vaxtlar siyasətlə heç bir əlaqəsi yox idi, heç bir siyasətçi ilə də ünsiyyəti yox idi. Bunun üçün online tədqiqatlar aparmışdır. Q.İbadoğlu ilə ilk dəfə ünsiyyəti 2020-ci ilin mart ayında M.Mənsumov həbs edildikdən sonra yaranmışdır. Q.İbadoğlu Azərbaycanın bir sıra tanınmış şəxsləri ilə birlikdə M.Mənsumovun həbsdən azad olunması üçün Türkiyə Prezidentinə müraciət etmişdir və həmin müraciətin türk dilinə tərcümə olunmasına Q.İbadoğluna köməklik etmiş və ilk dəfə onun ünsiyyəti həmin məsələ ilə bağlı yaranmışdır. Daha sonra onların ünsiyyətləri 2020-ci ilin yayına qədər həmin mövzu ətrafında olmuşdur. 2021-ci ilin dekabr ayında Q.İbadoğluna Londonda Azərbaycan gənclər təhsil fondu yaratmağı və Q.İbadoğluna fondun sədri olmağı təklif etmişdir. Sonuncuya fonda ən azı 2 təsisçi tapmaqda köməklik etməsini xahiş etmişdir. Bu fondun heç bir siyasi fəaliyyəti olmamışdır. Onlar bu fondu Böyük Britaniyanın xeyriyyə komissiyasının qanunvericiliyə uyğun qeydiyyatdan keçirtmişlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 2 gün əvvəl yaşadığı evin yaxınlığındakı zibilliyin yanından keçərkən yerdən bir ədəd tapança tapmışdır. Onun içində darağı və iki ədəd patronu olmuşdur. Onun silaha marağı olduğu üçün silahı götürüb şalvarıın arxa tərəfinə bərkidib üzərində saxlayıb gəzdirməyə başlamışdır. Onun üzərində silah sursat olmasından heç kimin məlumatı olmamışdır. O, 20 iyul 2023-cü il tarixdə saat 08 radələrində Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi 1 ünvanının yaxınlığında olduğu zaman ona üç nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq odlu silah və saxta pul saxlanması ilə məşğul olduğunu bildirmişlər, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üstündə odlu silah vardır. Bundan sonra polis əməkdaşları onu Baş İdarəyə dəvət etmişlər. O, buna etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə həmin Baş İdarəyə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş, sonra üzərində odlu silah olmasını bildirib bel nahiyəsində olan 01 ədəd sellofan paketi çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd mobil telefonu, həmin cins şalvarının sol yan cibindən 01 ədəd plastik bank kartını və pul əsginaslarını çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra üstündən əlavə şübhəli əşya və ya predmet aşkar edilməmişdir. Budan sonra təqdim etdiyi əşya və predmetlərə ardıcıl olaraq baxış keçirilməyə başlanmışdır. İlkin olaraq təqdim olunan 01 ədəd sellofan paketin içərisinə baxış keçirilmişdir. Sellofan paketin içərisində 01 ədəd boz rəngli tapança olması müəyyən edilmişdir. Həmin tapançanın içərisində 01 ədəd sandıqça, onun içərisində isə 02 ədəd güllə olması müəyyən edilmişdir. Daha sonra təqdim etdiyi mobil telefona baxış keçirilmişdir. Həmin mobil telefonda ***-***-**-** saylı mobil nömrəmin olmasını bildirmişdir. Daha sonra təqdim etdiyi 01 ədəd bank kartına baxış keçirilmişdir. Bank kartının üzərində 4098 5844 5807 8506 nömrələrinin yazılması müəyyən edilmişdir. Bank kartının da özünə məxsus olmasını bildirmişdir. Daha sonra təqdim etdiyi pul əskinaslarına baxış keçirilmişdir. Həmin pul əskinasları 04 ədəd bir manatlıq, 01 ədəd beş manatlıq, 08 ədəd yüzlük ABŞ dolları olmuşdur. Şifahi sorğu zamanı üstündən aşkar edilmiş 01 ədəd tapançanı 02 gün əvvəl yaşadığı ünvanın yaxınlığında zibillik ərazidən tapdığını, hər hansı bir qanunsuz məqsədlə həmin predmetdən istifadə etmədiyini, sadəcə olaraq odlu silahların onda maraq yaratdığı üçün həmin predmeti də üzərində saxlamağını, yaşadığı ünvana baxış keçirilməsinə dair heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra aşkar olunmuş 01 ədəd tapança 01 ədəd sandıqça və içərisində olan 02 ədəd güllə ilə birlikdə 01 ədəd kağız zərfdə, eləcə də üzərindən aşkar olunmuş pul əskinasları qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş 01 ədəd plastik bank kartı və 01 ədəd mobil telefon isə polis tərəfindən götürülmüşdür. Daha sonra yaşadığı ünvana gedilmişdir. Ondan yaşadığı ünvanın qapısının kilid açarının harda olması soruşulmuşdur. O, bundan sonra həmin ünvanın qapı açarının ünvanın divarına yerləşdirilmiş sayğac qutusunun üstündə olmasını bildirib buradan açarı götürməklə qapının kilidini açmışdır. Bundan sonra yaşayış yerinə daxil olunmuşdur. Ünvanın girişində ərizə yazaraq ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra onun iştirakı ilə ünvana baxış keçirilməsinə başlanılmışdır. Qeyd olunan ünvan 02 otaqdan ibarət zəif təmirli olmuşdur. Ünvanın giriş otağı qonaq otağıdır. Qonaq otağına polis tərəfindən baxış keçirilsə də, əlavə şübhəli əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra ünvanın 2-ci otağı olan yataq otağına baxış keçirilmişdir. Bu zaman şəxsi axtarış zamanı da bildirdiyi qeyd olunan ünvanda saxladığı pul əskinaslarını yataq otağında olan yataq dəstlinin içərisindən çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Bundan sonra qeyd olunan pul əsginaslarına polis tərəfindən baxış keçirilmişdir. Yaşadığı ünvandan aşkar edilmiş pul əskinaslarının üzərindəki nömrələri qeyd edilmişdir. Pul əsginasları 70 ədəd yüzlük ABŞ dollar olmuşdur. Daha sonra yataq otağının digər hissələrinə baxış keçirilmişdir. Lakin şübhəli hal aşkar edilməmişdir. Bundan sonra təqdim olunan 70 ədəd yüzlük ABŞ dolları kağız pul əskinasları polis tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə tərtib edilmiş protokol o, və iştirakçılar tərəfindən imzalanmışdır. 21 iyul 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçildikdən sonra ona bildirilmişdir ki, istintaq zamanı zərurət yarandığından yaşadığı mənzildə axtarış və götürmə keçirilməsi üçün Bakı şəhər Nərimanov rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmənin 21 iyul 2023-cü il tarixli qərarı əsasında axtarış və götürmə aparılmasına icazə verilmişdir. Mövcud məhkəmə qərarı əsasında yaşadığı ünvana, yəni ünvan 7olis əməkdaşlarının iştirakı ilə video çəkilişdən istifadə edilməklə 21 iyul 2023-cü il tarixdə axtarış və götürmə keçirilmişdir. Axtarış zamanı o, evdə anası ilə birlikdə yaşadığını və anasının bu gün yaxında yaşayan qohumlarının yas yerinə getdiyini bildirmişdir. Mənzilin giriş qapısından çöl hissədə şərait olmadığı üçün iştirakçılarla birlikdə evin kiçik həyətyanı sahəsinə daxil olunmuşdur. Axtarış başlamazdan əvvəl ona bir daha elan edilmişdir ki, yaşadığı ünvanda olan əşyalara və yerlərə tamlıqla baxılaraq axtarış keçiriləcək, əgər dövriyyəsi qadağan olunmuş əşya, pul, sənəd, odlu silah, döyüş sursatı və sair varsa könüllü olaraq təqdim etsin. O, artıq nəyisə gizlətməyin əhəmiyyətsiz olduğunu başa düşüb könüllü olaraq bildirmişdir ki, giriş otaqdan içəridəki yataq otağında dəmir setkalı çarpayıda bir ədəd kitab və onun içində saxta pul əskinasları vardır. Həmin kitab və pul əskinaslarını təqdim etməsi təklif edildikdən sonra o, çarpayının üzərindəki döşəyi qaldırıb bir ədəd kitabı təqdim edib içində saxta 600 ABŞ dollarının olmasını demişdir. Qeyd edilən kitaba baxış zamanı üzərində “Şeyda” adının yazıldığı, kitabın dini məzmunlu olması, türk dilində çap olunması “Mehmet Akar” adlı şəxs tərəfindən yazılması müəyyən edilmişdir. Kitab vərəqlənərkən içində hər biri 100 ədədlik əskinas şəklində 06 ədəd ABŞ dolları formasında pul vəsaitinə çox bənzər əskinaslar aşkar olunmuşdur. Əskinasların üzərində olan seriya nömrələri qeyd edilmişdir. O, xarici valyuta formasında olan əskinasların saxta olmasını, onların aşkar edildiyi kitabla birlikdə bir nəfər şəxs tərəfindən ona verildiyini, lakin hazırda həmin şəxs barəsində məlumat vermək istəmədiyini bildirmişdir. Aşkar edilən pul əskinasları və kitab gələcəkdə müvafiq ekspertiza tədqiqatlarına təqdim edilmələri məqsədi ilə 2 ayrı-ayrı zərfdə qablaşdırılıb üzəriləri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra evin otaqlarında axtarış aparılmağa başlanılmışdır. Evdə olan əyşalar, dolablar və sair yoxlanılmış, lakin iş üzrə əhəmiyyət kəsb edə biləcək başqa əşya, maddə, sənəd və sair aşkar edilməmişdir. Baş İdarəyə qayıtdıqdan sonra axtarış və götürmə barədə müvafiq protokol imzalanmaqla o, və iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən və yaşadığı evdən aşkar olunan saxta pulla bağlı qeyd etmişdir ki, tutulmamışdan təxminən 8-10 gün əvvəl Qubad İbad oğlu adlı tanışı ilə İqtisad İnstitutunun yaxınlığında qarşılaşmışdır. Qubadı təxminən 10 il olar ki, tanımışdır. Qubadın ali təhsilli, alim olduğunu, institutlarda dərs dediyini, 50-52 yaşı olduğunu, həmişə xarici ölkələrə gedir-gəldiyini, maddi imkanının çox yaxşı olmasını bildirmişdir. Onun da maddi cəhətdən sıxıntıları yaranmış, dolanışığı çətinləşmişdir. Ona görə də Qudadla görüşəndə bu barədə Qubada demişdir. Qubad ona köməklik edəcəyini, görüşüb ətraflı söhbət edəcəklərini demişdir. Təxminən 4-5 gün, bəlkə bir az çox olar, Qubad İbadoğlu ilə Bakı Soveti metrosundan bir az yuxarıda avtomobil dayanacağında görüşmüşlər. Qubad ona köməklik edə bilərsə yaxşı qazancı olacağını, buna görə elə böyük əziyyətin də olmadığını demişdir. Ona narazı, hazırda işsiz olan, xüsusi ilə də Çağ Öyrətim kurslarını, Qafqaz Universitetini bitirmiş, dövlət işində işləməyən şəxslərdən tapmalı olduğunu, əsasən institutu, kursları bitirmiş, iş yeri olmayan, cəsarətli, lazım olsa polisə müqavimət göstərə bilən, iğtişaşlara meylli olan şəxslərin olsa daha yaxşı olmasını demişdir. Onlara camaatın rifah halını yaxşılaşdırmaq üçün hakimiyyəti dəyişdirmək lazım olduğunu, payız aylarında onsuz da etiraz aksiyaları, mitinqlər başlayacağını demişdir. Onlar da hökümətdən narazı, işsiz adamlardan tapmalıdırlar ki, onlar bu aksiyalarda iştirak etsinlər, küçələrə çıxsınlar, lazım olsa müqavimət göstərib narazı olduqlarını bildirsinlər. Xüsusi vurğulamışdır ki, çalışıb Qafqaz institutunu, Çağ Öyrətim kurslarını bitirmiş işsiz, iğtişaşa, polisə müqavimət göstərməyə meylli, cəsarətli şəxslər olsunlar. Bunun üçün onlara xaricdən də dəstək olacağını, Respublikanın özündə də dəstəklərinin olacağını demişdir. Qubad ona pul verəcəyini, həmin adamların cəlb edilməsinə, ümumi xərclərə sərf etməsini demişdir. Hətta arada lazım olanda onu xaricə göndərəcəyini demişdir. O, da baxmışdır ki, elə də böyük əziyyətli heç nə yoxdur. Həmin günü X8 markalı maşınının yanında görüşmüşlər. Qubad maşından çıxarıb əvvəlcə 10.000 ABŞ dolları verərək pulu götürməsini, bunu həm özünə, həm də adamlar cəlb etməyə xərcləyə biləcəyini, lazım olsa onlarda maraq yaratmağını, bu puldan verməyi demişdir. Sonra da hər tapdığı şəxs üçün ona da, həm də tapdığı şəxslərə da ayrıca 200 ABŞ dolları verəcəyini bildirmişdir. O, Qubadın verdiyi 10.000 ABŞ dolları pulu götürmüşdür. Pulun hamısı 100-lük ABŞ dolları olmuşdur. Sonra Qubad ona kitabçanın arasında 1.000 ABŞ dolları da ayrıca pul vermiş və o, bunun bu nə olduğunu soruşmuşdur. Qubad ona bunu da götürməsini tapşırmışdır. Onların da hamısı yüzlük olmuşdur. Amma Qubad həmin pulları verəndə ayrıca verdiyi 1.000 dollarının həqiqi pul deyil, saxta olduğunu, saxta olsa da həqiqi puldan seçilmədiyini, saxta olan puldan çox olduğunu, ona görə də istifadə edə bilərsə xırdalayanda bu puldan da xırdalamağı, yavaşyavaş onlardan da istifadə etmələrini, çünki onlara çox pul lazım olacağını demişdir. O, əvvəlcə həmin pulu götürmək istəməmişdir. Qubad narahat olmamağı, bunu həqiqi puldan heç kim seçə bilmədiyini demişdir. Pula baxanda hamısının təzə pula oxşadığını, doğurdan da həqiqi puldan seçmək olmadığını görmüşdür. Buna görə də kitabçanın arasında verdiyi saxta 1.000 dolları pulu da götürmüşdür ki, ya ucuz qiymətə kiməsə satsın, ya da xırdalayıb xərclərə sərf etsin. Söhbət ikisinin arasında olmuş və sağollaşıb ayrılmışlar. Sonra o, 10.000 ABŞ dollarının 1.000 ABŞ dollarını aparıb anasına verərək yaxın tanıdığı bir insanın Bakıda işlərini gördüyünü, onun xaricdə də işləri olduğunu, lazım olanda onu öz işlərinin dalınca xaricə göndərəcəyini bildirmişdir. Ona görə də anasına 1.000 ABŞ dollarını verəndə anasının xərcləri üçün olduğunu, özü burada olmayanda xərcləyə biləcəyini demişdir. O, 10.000 ABŞ dollarından 1.000 dollarını da götürüb 500 dollarını tanışı Məhəmmədə, 500 ABŞ dollarını da digər tanışı Elşənə vermişdir. Məhəmmədə və Elşənə pulu verəndə onlara Qafqaz Universitetini, Çağ Öyrətim kurslarını bitirmiş şəxslər axtarıb tapmalarını demişdir. O, Məhəmmədlə Elşəni çoxdan tanımışdır. Elşənin bacısı Qafqaz Universitetini bitirdiyini, onun vasitəsi ilə universitetdən çox adam yığa biləcəyini bilmişdir. O, 1.000 ABŞ dollarını da özünə götürmüşdür. Onun 600 ABŞ dollarını xırdalayıb xərcləmişdir. 400 dolları isə tutularkən üzərində olmuşdur. Saxta olan 1.000 dolların isə 400-nü üzərində götürmüşdür ki, imkan olanda xırdalasın. Qalan 600 saxta dollarlar isə evdə Qubadın ona verdiyi kitabçanın arasında olmuşdur. Qubad ona pulu verəndə xaricdən də dəstəklərini olacağını, lazım olduqca əlavə pul veriləcəyini demişdir. 20 iyul 2023-cü il tarixdə o, polis əməkdaşları tərəfindən yaxalanarkən üzərindən aşkar edilmiş pulun 400-ü saxta, 400-ü isə həqiqi pul olmuşdur. Onlar Qubadın ona verdiyi pul olmuşdur. Lakin o, tutularkən verdiyi ifadələrin heç birində baş verənləri tam şəkildə göstərməmişdir. İlkin olaraq, hələ üzərində axtarış aparılanda videoçəkiliş zamanı pulun Qubad adlı şəxs tərəfindən ona verildiyini desə də, sonra dindirilərkən bu barədə heç nə danışmamışdır. Sadəcə bu barədə danışmaq istəmədiyini demişdir. Lakin hazırda baş verənlərin düzünü, həqiqəti danışmışdır. Qubadın ona verdiyi saxta 1.000 dollardan 600-ü evində axtarış zamanı kitabçanın arasından aşkar edilib götürülmüşdür. Həmin kitabçanı da Qubad ona vermişdir. Qubad ona 2 ildir ki, namaza başladığını, pulu verəndə həmin kitabçanı da verib bu kitabı da oxumağını, namaz qılmağın, düz yolun bu yol olduğunu demişdir. Qubadın sözü ilə bir dəfə də o, Gümrah adlı şəxslə görüşmüşdür. Qubad ona X24 kurslarında işlədiyini və ona həmin kursları bitirmiş hakimiyyətdən narazı, iğtişaşlarda iştirak edəcək şəxsləri tapmaqda kömək edəcəyini demişdir. Buna görə də o, Gümrahla görüşmüşdür Gümrahla bir dəfə, küçədə görüşmüş, görüşləri qısa olmuşdur. Gümrahla əvvəllər başqa heç bir tanışlığı olmamışdır. Gümrahla görüşəndə onun yanına Qubadın göndərdiyini demişdir. Görüşləri tanışlıq zəminində olmuşdur. Gümrah da yaxın günlərdə onunla təkrar görüşəcəyini və ona çoxlu sayda, narazı, etirazlarda, iğtişaşlarda iştirak etməyə meylli, işləməyən, Çağ Öyrətim kurslarını bitirmiş cəsarətli şəxslər verəcəyini, onu həmin şəxslərlə əlaqələndirəcəyini demişdir. Bundan sonra onlar ayrılmışlar və o, çıxıb getmişdir. Qubadla Gümrahın isə bir-biri ilə nə kimi əlaqələrinin olmasından məlumatı olmamışdır. Belə başa düşmüşdür ki, onlar bir-biri haqqında daha çox məlumatlıdırlar və bir-birlərini daha yaxşı tanıyırlar. Çünki Gümrahla görüşməyini və onun adamlar tapmaqda ona kömək edəcəyini Qubad demişdir. Qubad ona bir nəfər başqa şəxsin Təqsirləndirilən şəxs2 adlı şəxsin barəsində də danışıb demişdir ki, həmin şəxs də onların Türkiyədəki adamıdır. Qubad demişdir ki, Fazil cavan oğlandır, əvvəl Azərbaycanda Qafqaz universitetində oxumuş, hazırda da Türkiyədə universitetdə oxuyur. Fazil onlara Türkiyədən həm maddi tərəfdən, həm də burada ətraflarına adam toplamaq üçün köməklik göstərəcəkdir. Qubadın sözünə görə onu lazım olsa Türkiyəyə Fazillə görüşə göndərəcək, o, gedib ondan təlimatlar və pul götürməli olduğunu bildirmişdir. Qubadın deməsinə görə ona verdiyi saxta pul əskinaslarından Fazildə çox olduğunu və ona verdiyi saxta pullar da həmin pullardan olduğunu, yəni Qubad saxta pulları Fazildən aldığını bildirmişdir. O, Gümrahı həyatda görsə də, Fazili ancaq telefonda videogörüntü ilə danışan zaman görmüşdür. Tutulmamışdan biraz əvvəl Qubad onunla videogörüntü ilə danışanda Fazili də danışığa əlavə etmişdir ki, onlar üçü görüntülü danışmışlar. Qubad onu Fazilə etibarlı adam kimi təqdim etmiş və Fazilə demişdir ki, onunla tam açıq danışa bilər. O, ilk dəfə Fazili həmin vaxt görmüşdür. Fazil Qubadla ona demişdir ki, verdiyi saxta pullardan istifadə edə bilsələr əlavə də lazım olsa onlara saxta pul göndərə bilər. Fazil söhbət zamanı həmçinin saxta pula görə Türkiyədə adamı həbs edəndə ağır cəzalar verildiyini, buna görə Azərbaycanda həmin saxta pulları dövr etdirməyin daha uyğun olduğunu bildirmişdir. Bu danışıq zamanı o, Fazili ilk dəfə görüb üzdən tanımışdır. Bundan sonra da o, Fazillə bir dəfə də saxta pulla bağlı danışıb söhbətləşmişlər. Fazilin dəqiq anket məlumatlarını bilməsə də lakin təxmini 30-35 yaşlarında olan şəxsə bənzətmişdir. Lakin Qubad ona nə deyirdisə razılıq vermişdir. Fazilin dəqiq anket məlumatlarını bilməmiş, lakin təxmini 30-35 yaşlarında bir şəxs olduğunu eşitmişdir. Təqsirləndirilən şəxs1 əlavə olaraq ona məxsus Samsung A10 markalı mobil telefona baxış zamanı mobil telefonun “Kontaktlar” bölümündə Q1 və Q2 adı altında +**********80 və +**********58 Böyük Britaniya dövlətinə aid mobil operatora məxsus telefon nömrələrinin Qubad İbadoğlu tərəfindən ona verildiyini, bu nömrələrin Q.X4 işlətdiyi Azərbaycanda da WhatsAppp nömrələri kimi istifadə etdiyi nömrələr olduğunu göstərmişdir. Qubad İbadoğlu telefon nömrələrini verəndə tapşırmışdır ki, nömrələri kontakta yazmasın, sadəcə WhatsAppda bir-biriləri ilə yazandan sonra yazışmaları silsin. Həmin nömrələri yadda saxlamaq çətin olduğu üçün o, nömrələri Q1 və Q2 kimi telefonunda qeyd etmişdir. O, yazışmalarda və göndərdiyi səslərdə Qubad İbadoğluya sonuncunun göstərişi ilə pulları hansı istiqamətlərdə sərf etməsi, iki nəfər adam tapması və sair barədə məlumatlar vermişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Çağ Öyrətim kurslarında dinləyici olmuşdur. Ardınca isə Qafqaz Universitetinə 693 balla qəbul olub təhsilini orda davam etdirmişdir. Qafqaz Universitetində təhsilini davam etdirərkən, Türkiyənin Özyeğin Universitetinə qəbul olub mərhələli şəkildə hər iki universiteti bitirmişdir. Türkiyədə təhsil alarkən, azərbaycanlı iş adamı Mübariz Mənsimov ona təhsili ilə bağlı maddi köməklik göstərmişdir. Həm Azərbaycan, həm də Türkiyə cəmiyyətində bəziləri Çağ Öyrətim kurslarını, Qafqaz Universitetini, eləcə də onun təhsili ilə bağlı köməklik göstərmiş Mübarizi Feto ideyalarını dəstəkləyən təhsil müəssisələri və şəxs kimi tanıtmışlar. Lakin Mübariz bəyi yaxından tanıyan biri adam kimi bildirmişdir ki, onun Feto və Fetulah Gülənlə heç bir əlaqəsi və bağlılığı yoxdur. Onun özünün də Feto ilə heç bir əlaqəsi yoxdur və onun Çağ Öyrətim şirkətinin tədris müəssisələrində təhsil almağının səbəbi oranı yüksək təhsil verən qurumlar kimi görməyi olmuşdur. Qubad İbadoğluya gəldikdə isə o, Qubadı əvvəlki ifadələrində qeyd etdiyi kimi, Mübariz Mənsimov həbsdə olduğu vaxtda dəstək kompaniyasına qoşulduğu üçün tanımışdır. O, əvvəllər belə fikirləşmişdir ki, X9 Mənsimovu dəstəkləməkdə səbəbi, azərbaycançılıq və həmrəyliklə bağlıdır. X19 ilə ünsiyyəti artdıqca görmüşdür ki, Qubad İbadoğlu Azərbaycan hakimiyyətini dəstəkləməyən, əksinə Fətullah Gülənin ideya rəhbəri olduğu Fetonun və onun ideyalarını təbliğ edən şəxsdir. X9 bəyi də dəstəkləməyinin əsasında Mübariz bəyi Fetoçu kimi görməyi olmuşdur. Lakin sonradan Mübariz bəy Feto ilə heç bir əlaqəsinin olmadığını sübut edəndən sonra Qubad İbadoğlu və onun kimi bir çox Fetonu dəstəkləyən şəxslər Mübariz bəydən uzaqlaşmağa başlamışlar. Onun Mübariz bəylə bağlı danışmasının əsası ondan ibarətdir ki, Qubad İbadoğlu və sairləri onun özünü də Mübariz bəyə nəzərən Feto qruplaşmasının üzvü kimi görmələri olmuşdur. O, Qubad İbadoğlu ilə ünsiyyətdə olanda sonuncu ona açıq mətnlə deməsə də, sonradan o, başa düşmüşdür ki, Qubad İbadoğlunun niyyəti onu da Feto qruplaşmasının bir üzvü etmək istəməsi olmuşdur. O, X16 ideyalarını təbliğ etməyini onda görmüşdür ki, İngiltərənin və ABŞ-ın böyük universitetlərində Qubad İbadoğluya müəllim kimi vəzifə verilir və güclü təşkilati dəstək göstərilir. Q.İbadoğluya dəstək göstərən təşkilatlar Feto ilə bağlı təşkilatlar olduğundan bunu fikirləşməmək və bu qənaətə gəlməmək mümkün deyildir. Lakin bütün bunlara baxmayaraq o, bir iqtisadçı kimi Qubad İbadoğlu ilə ünsiyyətini bir müddət davam etdirmişdir. Ancaq ən sonda Qubad İbadoğlunun danışıqlarında Azərbaycanda da bir Feto kimi qruplaşmaya ehtiyac olduğunu və hakimiyyətdə gələcəkdə belə bir ideyanın nümayəndələrinin təmsil olunacağını dedikdən sonra o, Q.İbadoğlu ilə faktiki olaraq əlaqələrini kəsmişdir. Ona görə ki, onun niyyəti həmişə Azərbaycan dövlətini və dövlətçiliyini dəstəkləmək olmuşdur. Qubad sonuncu dəfə Türkiyəyə gələndə onu görüşə dəvət etmişdir. X13 Türkiyəyə gəliş səbəbi onunla görüş olmamışdır. Lakin onlar birlikdə oteldə görüşmüşlər. Həmin görüşdə onun zənnində iqtisadçı, alim, müəllim kimi təsvvür etdiyi adamın əslində fərqli fikirli biri olması ona məlum olmuşdur. Qubad İbadoğlu ona birbaşa deməsə də, danışıqlardan belə başa düşmüşdür ki, Qubad Feto qruplaşmasından və ya ona məlum olmayan başqa mənbələrdən güclü maliyyə dəstəyi alaraq Azərbaycan hökumətindən narazı olan insanları maliyyə hesabına öz ətrafına yığmağa çalışır. Qubad İbadoğlu ona təklif etməsə də, dolayı yolla ona bildirmək istəmişdir ki, onu da öz oyununun içinə qatmaq istəyir. Lakin fond məsələsi ilə bağlı onun Qubada inamı itdiyindən, həmçinin daim dövləti və dövlətçiliyi dəstəklədiyindən ona heç bir əhəmiyyət verməmişdir. Qubad İbadoğluya, eləcə də ona verilən saxta pul ittihamı üzrə bildirmişdir ki, onda heç vaxt saxta pul olmamış və o, Qubad İbadoğluya saxta pul verməmişdir. X20 danışıqlarında onda həqiqi ABŞ dollarından heç də seçilməyən saxta pul əskinaslarının olduğunu, Qafqaz Universitetini və Çağ Öyrətim kurslarını qurtarmış hökumətdən narazı insanları öz ətrafına topladıqdan sonra əlində olan həqiqi və saxta pullar hesabına hakimiyyətə gəlməyi düşünmüşdür. Bir təbii hüquq kimi o, həmişə legitim siyasi mübarizənin tərəfində olmuşdur. X16 kimi qruplaşmalardan və onların əlaltılarından, həmçinin onların maddi dəstəyindən istifadə etməklə Azərbyacanda hakimiyyət arzusunu gerçəkləşdirməsi onun prinsiplərindən və dövlətçilik anlayışından kənardır. O, özü də bilmədən Qubad İbadoğlunun danışılan fondla bağlı oyununun qurbanına çevrilmişdir. Hansı ki, həmin fond özlüyündə Azərbaycan xalqına xidmət etməli olmuşdur. Onun bircə səhvi ondan ibarət olmuşdur ki və indi ona görə peşmandır ki, Qubad İbadoğlu ilə bağlı Azərbaycan hüquqmühafizə orqanlarına vaxtında məlumat verə bilməmişdir. Azərbaycana gəlib məlumat verə bilməməyinin səbəbi bu olmuşdur ki, o, Türkiyədə yaşamış və orada işləmişdir. Həmçinin 2023-cü ildə Türkiyə vətəndaşlığına müraciət etmişdir. Buna görə də Türkiyəni tərk etməməyi məsləhət bilinmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, onlar İstanbul şəhərində Qubad İbadoğlu ilə görüşən zaman əslində görüşün mahiyyəti başqa olsa da, Qubad söhbəti Fetodan və onun ideyalarından salaraq həmin təşkilatla əlaqələrindən bəhs etmişdir. O, heç vaxt Fetonun üzvü olmamışdır. Düzü, əvvəllər də Qubad İbadoğlunun bu təşkilatla bağlılığını bilməmişdir. Onun Qubadla olan söhbətləri əslində bu mövzuda olmalı deyilmiş, lakin artıq biləndə ki, Qubad Feto ilə bağlı adamdır, o, Qubadla əlaqələrini kəsmişdir. O, Qubada Feto ilə bağlı hər hansı məlumat və material vermədiyini, onda belə bir materiallar da olmadığını, Qubad İbadoğlunun danışığından belə hiss etmişdir ki, onda Feto ilə bağlı çoxlu materiallar vardır. O, Qubad İbadoğlunu çalışdığı universitetlərin konkret olaraq Feto təşkilatı tərəfindən maliyyələşdirilməsini bilməsə də, Qubadla İstanbulda görüşləri zamanı Qubad güclü maliyyə dəstəyinin olmasını və hamin maliyyə ilə ətrafına Azərbaycan hökumətindən narazı adamları toplayacağını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X10 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 adlı şəxsin qanunsuz olaraq odlu silah saxlanması, saxta pul əskinasları və dini radkal şəxsləri maliyyələşdirilməsi ilə bağlı məlumat daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. ünvan 8 ünvanının qarşısında öz mövqelərini quraraq şəxsə yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 baş idarəyə dəvət etmişlər. Baş idarədə müdafiəçinin və təhqiqatçının iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsin üzərindən bir ədəd sellofana bükülü tapança, iki ədəd patron və sandıqca aşkarlanaraq götürülmüşdür. Daha sonra mobil telefon, plastik bank kartları, Azərbaycan manatlıqları və 800 ABŞ dolları aşkar olunaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı mənzildə 7000 ABŞ dolları olduğunu da bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 mənzilə daxil olmaqları barədə ərizə alınmışdır. Əməliyyat qrupu, müdafiəçi və təhqiqatçı ilə birlikdə həmin ünvana yollanmışlar. Orada baxış keçirilmiş və 7000 ABŞ dolları aşkar olunaraq götürülüb, zərfə qoyularaq qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Bundan sonra baş idarədə protokol tərtib olunmuş və imza ilə təsdiqlənmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, əməliyyat qrupunun rəhbəri o, olmuşdur. Qrup 3 nəfərdən ibarət olmuşdur. Ondan başqa qrupda Hüseynov Ayaz və Kazımov Fərid olmuşdur. Təqsirləndirilən şəxs1 ünvan 9 ünvanının yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs1 saxladıqları ünvandan baş idarəyə aparmışlar. Baş idarədə şəxsin üzərinə videoçəkilişlə axtarış aparmışdır. Şəxsi axtarış zamanı müdafiəçi də iştirak edirdi. Şəxsə qarşı heç bir fiziki zorakılıq olmamışdır. Şəxsin üzərinə baxış keçirilən zaman tapança, sandıqça və iki ədəd patron aşkarlanmışdır. Təqsirləndirilən şəxs1 üzərində daşıdığı silahı zibillik olan ərazidən tapdığını bildirdi. 800 ABŞ dolları və evindən aşkarlanan 7000 ABŞ dollarının isə Qubad adlı şəxsin verdiyini bildirmişdi. Şəxs Qubad adlı şəxs barədə heç bir məlumat vermədi. Şəxsin mənzilinə baxış zamanı onunla bərabər 2 nəfər əməliyyat müvəkkili var idi. Evə baxış zamanı 7000 ABŞ dolları aşkar olunaraq götürülmüşdür. İstintaqdakı ifadəni təsdiq edir. Onlar Təqsirləndirilən şəxs1 ilk dəfə saxlayan zaman sonuncu tərəfindən onlara qarşı heç bir müqavimət olmamışdır. Həmçinin onların tərəfindən də sonuncuya qarşı heç bir fiziki və psixi təsir olmamışdır. Təqsirləndirilən şəxs1 Qubad adlı şəxsdən pulu nə səbəbə aldığını onlara bildirmədi. Təqsirləndirilən şəxs1 üzərində saxta pul və odlu silah olması ilə bağlı məlumatı məxfi mənbədən əldə etmişdir. Təqsirləndirilən şəxs1 Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yaşadığı evin yaxınlığında saxlamışlar. Şəxsi saxladıqları zaman polis əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs1 saxlayan zaman sonuncuya barəsində əməliyyat-axtarış qərarı olduğunu və onlarla baş idarəyə gəlməsini bildirmişlər. Şəxs üzərində daşıdığı qanunla qadağan olunmuş əşyaları özü təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs1 saxlayan zaman üzərinə baxış aparmamışlar. Məlumat mənbəyi olduğu üçün baş idarədə şəxsin üzərinə axtarış aparılmışdır. Baş idarəyə avtomobillə getmişlər. Təqsirləndirilən şəxs1 maşının arxasında orta hissədə oturmuşdur. Səhər saatları olduğu üçün təxmini 40-45 dəqiqəyə baş idarəyə çatmışlar. İdarəyə ikinci postdan daxil olmuşlar. Girişdə yoxlanış skineri olmamışdır. Onda məlumat olduğu üçün şəxsin üzərində odlu silah olduğunu bilirdi. Şəxsə müdafiəçi təyin olundu və gəldikdən sonra üzərinə axtarış və götürmə aparıldı. Müdafiəçinin neçə dəqiqə ərzində gəlməsi dəqiq yadında qalmamışdır. Şəxs mühafizələri altında olduğu üçün əllərini qandallamamışlar. Təqsirləndirilən şəxs1 üzərinə baxış zamanı silaha əlcəksiz toxunmağını qeyri-peşəkarlıq əlaməti hesab etmir. Ekspert rəyi olmadan demək olmaz ki, silahdan istifadə olunub. Sadəcə silah istifadə olunubsa, yaxın iki saat ərzində silahdan barıt iyi gələ bilər. Məlumatı Təqsirləndirilən şəxs1 təkcə xarici valyuta saxta pul əskinasları ilə məşğul olmasını deyil, ümumi valyuta ilə bağlı almışlar. Şəxsi axtarış zamanı pul əskinaslarını təqdim etməyini təhqiqatçı ona bildirdi. Evə baxış keçiriləndən sonra evin açarını hara qoyulmasını xatırlamır. Qapını kimin bağladığını xatırlamır. Onlar evə gələn zaman qapını heç kim açmadı. Qapı açıq idi. Müstəntiqin əlindəki əşya kitababənzər kağız parçası idi. Gümrah Abdurahmanov adlı şəxsin həbsində və istintaq hərəkətlərində iştirak etməmişdir. X17, İlkin Əliyev və Döyülüş Cəfərovun da istintaq hərəkətlərində iştirak etməmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs1 heç bir ailə üzvü ilə qarşılaşmamışdır. Əllərindən gəldiyi qədər evdə axtarış aparmışlar. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, bir gün o, həyətdə oturmuşdur. Anar da evdə otaqda olmuşdur. O, evə qalxmış və otağa girmişdir. Anarın çarpayının üzərində oturub pul saydığını görmüşdür. Anardan pulu haradan aldığını soruşmuşdur. Sonuncu ona Avropadan kiminsə gələcəyini və iş quracaqlarını bildirmişdir. O, belə işin lazım olmadığını və əlindəki pulu geri qaytarmağını bildirmişdir. O, həmin puldan başqa heç nə görməmiş və bilmir. Anar həmin puldan ona 1000 ABŞ dolları vermişdir. 7000 ABŞ dolları isə özündə qalmışdır. 3-4 gün sonra evə polis əməkdaşları gəlmişdir. Başqa əlavəsi yoxdur. Bildiyi bu qədərdir. O, suallara cavab olaraq bildirmişdir ki, Anara nə qədər pul verilməyini bilmir. O, gördüyü 7000 ABŞ dolları idi. Yanında pulları saymışdır. Ona 1000 ABŞ dolları verəndən sonra özündə 7000 ABŞ dolları qalmışdır. Anarın sonra pulu hara qoyduğunu bilməmişdir. Polis əməkdaşları evə baxış keçiriblər. Evə baxış keçirilən vaxt sonuncular onu həyətə çıxartmışlar. Həmin vaxt evdə olmuşdur. O, polis əməkdaşları evə ilk baxış edən zaman evdə olmuşdur. İkinci dəfə baxış zamanı evdə olmamışdır. Birinci dəfə baxışda evdən nə tapdıqları barədə ona heç nə bidirməmişlər. Polis əməkdaşlarının evə ikinci dəfə baxışa gəlməklərindən onun xəbəri olmamışdır. Evdə yox idi. Evə gələndən sonra qonşu ona polis əməkdaşlarının Anarı gətirdiklərini bildirdi. O, evə gəldi və evdə Anarın koftasını gördü. Koftasını dəyişib yerə atmışdı. Anarı evə gətirdikkərini bilmişdir. Anarı polisin nəyə görə apardığını bilməmişdir. O, hələ də oğlunun nəyə görə tutulduğunu bilmir. Polis əməkdaşları evə ikinci baxış keçirən zaman qonşunun yoldaşının qəbir üstünə getmişdir. Buna görə də o, evdə olmamışdır. Pul tapan gündən əvvəl onlara heç kim gəlməmişdir. O, Anarın telefonda kimləsə danışdığını görməmişdir. Anar evdə pul sayandan 3-4 gün sonra tutulmuşdur. Evə baxış zamanı onu bayıra çıxartmışlar. Anar da polis əməkdaşlarının yanında idi. Evə baxış keçiriləndən sonra evdə heç bir əşyanın yerini dəyişməmişdir. Anarın ona verdiyi 1000 dollar pulla gözünə iynə vurdurdu. Oğlu ona heç vaxt Fazil adlı şəxslə bağlı heç nə deməmişdir. O, Fazilin adını Tiktok platformasında eşitmişdir. Tiktokda Fazil danışan zaman sonuncunu orada görmüşdür. Anardan Fazilin barəsində heç vaxt nəsə eşitməmişdir. Oğlu Anarın ona verdiyi 1000 dollar pulu harada dəyişməyini xatırlamır. O, Anarın verdiyi 1000 dollar pulu ehtiyacı olduğu üçün götürmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 yaşadığı məhəllədən tanıyır. Onlar Anarla eyni məhəllədə yaşamışlar. Bir gün Anar ona zəng etmiş və görüşmək istədiyini bildirmişdir. Onlar həyətdə görüşmüşlər. Anar hal-hazırda adını xatırlamadığı liseydən iş üçün adam tapmağını və tapdığı hər adam üçün pul verəcəyini bildirmişdir. O, Anarla razılaşmış və adam tapmağa kömək edəcəyini bildirmişdir. Anar ona 500 ABŞ dolları vermiş, amma sonuncu həmin iş barədə ona heç nə deməmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, Anar ona adam tapmaq üçün tədris müəssisəsinin adını demişdi. Sadəcə olaraq o, hal-hazırda xatırlamır. Səhv etmirsə türk liseyi idi. Anar ona pulu adam tapmağı üçün vermişdi. Anarla aralarında heç bir razılaşma olmamışdır. Sonuncu sadəcə tapılan hər adama görə 200 ABŞ dolları verəcəyini bildirmişdir. O, Anarın dediyi adamı tapmamışdır. Anar ona verdiyi 500 ABŞ dollarından əlavə pul verməmişdir. İstintaqda verdiyi ifadəni təsdiq edir. Anarın dediklərindən o, heç nə anlamamışdır. Sadəcə pula ehtiyacı olduğu üçün sonuncu ilə razılaşıb pulu götürmüşdür. Onlar Anarla yenə eyni məhəllədə yaşayırlar. Anarla görüşənə kimi sonuncunu tez-tez deyil, hərdən görürdü. Anar ona zəng edib görüşmək istədiyini bildirmişdir. Anar onun 055- 632-2112 saylı mobil nömrəsinə zəng etmişdir. Onlar Anarla məhəllədə görüşmüşlər. Görüşdükləri saatı dəqiq xatırlamır. Təxmini axşam saatları olmuşdur. Anarla görüşlərində ikisindən başqa heç kim olmamışdır. Anar ona görüşəndə 500 ABŞ dolları vermişdir. Əvəllər belə bir hal baş verməmişdir, yəni Anar ona pul verməmişdir. Anar ona adını xatırlamadığı türk liseyindən adam tapmağını bildirmişdir. Başqa heç bir söz deməmişdir. Onun hansısa lisey, kurs, universitet bitirən tanışı yoxdur. Anar ona tapacağı hər adam üçün 200 ABŞ dolları pul verəcəyini bildirmişdir. Görüşlərindən sonra o, Anarın dediyi adamı axtarmamışdır. Anar ona adam tapmağı üçün dediyi kursların adını xatırlamır. Anar ona tapacağı adamların xarakterinin necə olması barədə heç nə deməmişdir. O, Anardan həmin adamların nə üçün lazım olması barədə heç nə soruşmamışdır. Onun ailəsində Anarın dediyi kursları bitirən heç kim yoxdur. Anara həmin kursları bitirən dostu və ya yaxınının olduğunu deməmişdir. 500 dollar pulu valyuta dəyişmə məntəqəsində dəyişmişdir. Borcları var idi həmin pulu borcuna vermişdir. Anar ona Türkiyədə yaşayan tanışı Fazil ilə bağlı heç nə deməmişdir. O, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona və tapacağı adama 200 ABŞ dolları verəcəyini bildirməmişdir. Sadəcə ona 200 ABŞ dolları verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 ona mitinq və iğtişaşlarla bağlı heç nə deməmişdir. Sonuncu ona sadəcə adam tapmağı bildirmişdir. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, Anar həbs edilənin səhəri gün onları da PB-yə çağırmışlar. Onun iğtişaşlarla bağlı heç bir bilgi və məlumatı yox idi. Bacısının Qafqaz universitetinin tələbəsi olduğunu deməyinə səbəb Anardan pul almağı olmuşdur. Anar ona pul verən zaman sonuncunun üzərində 700 ABŞ dolları olduğunu görmüşdür. 500 ABŞ dollarını ona vermişdir. 200 ABŞ dollarını özünə götürmüşdür. Anarla dostluq münasibətləri necə idisə indidə elədir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Anarı uşaqlıqdan tanıyır. Onlar eyni məhəllədə böyümüşlər. Bir gün məhəllədə Anar onlara yaxınlaşıb işlə bağlı pul verəcəyini bildirmişdir. Sonuncu Qafqaz universitetini qutarmış şəxslərin lazım olduğunu və həmin universiteti bitirmiş şəxslər taparlarsa, hər adama görə 200 ABŞ dolları verəcəyini bildirmişdir. O, nə ilə bağlı olduğunu Anardan soruşduqda sonuncu ona sadəcə adam tapmağını və tapacağı hər adama görə 200 ABŞ dolları verəcəyini bildirmişdir. Sonra Anar ona 500 ABŞ dolları vermişdir. Həmin pula özünə paltar almışdır. Həmin gün Anarın üzərində ABŞ dolları olmuşdur, amma məbləğini bilməmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, o, Anardan pulun mənbəyini soruşanda xaricdə bir adam var sonuncu ilə iş qurmaqla bağlı olduğunu bildirmişdir. İstintaqdakı ifadəni təsdiq edir. Onların Anarla görüşləri sonuncu həbs olunmazdan iki gün öncə olmuşdur. Anar daha öncə ona pul verməmişdir. Anar maşın alveri ilə məşğul idi. Hərdən məhlə uşağıdır deyə əl tutardı, amma indiyə kimi ona bu qədər məbləğdə pul verməmişdir. Anar deyən adamları tapmaq imkanı yox idi, çünki, ətrafında ali təhsilli adamlar olmamışdır. Anar ona sadəcə adamları tapmağını demişdir. O da pulu almaq üçün Anarla razılaşmışdır. Adamları nə üçün tapmağını Anardan soruşmamışdır. Anar ona sadəcə Qafqaz universitetini qurtaran şəxslər lazım olduğunu demişdir. O, Anardan həmin adamların nə üçün lazım olduğunu soruşmuşdur. Anar xaricdən adam gələcəyini iş qurmaq üçün həmin adamların lazım olacağını bildirmişdir. Onun həmin adamları tapmaq fikrim yox idi. Pul lazım olduğu üçün Anarla razılaşmışdır. 500 ABŞ dollarını manat valyutası ilə tanışı vasitəsilə dəyişmişdir. 500 ABŞ dolları əvəzinə təxmini 800 azn civarında pul almışdır. Anar ona sadəcə Qafqaz universitetindən adam tapmağını bildirmişdir. Anar ona tapacağı adamların ad, soyadı və xarakterlərinin necə olmaları barədə heç nə deməmişdir. Anar ona tapacağı şəxslərin hər hansı mitinq və ya iğtişaşlarda çıxış edəcəyi barədə heç bir söz deməmişdir. Onun ətrafında Qafqaz universitetini bitirmiş şəxs yoxdur. Anar ona Türkiyədə yaşayan şəxs Fazil barədə heç nə deməmişdir. Anar ona tapacağı şəxslərin nə üçün tapacağı barədə heç nə deməmişdir. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, o, Anarı uşaqlıqdan tanıyır. Anar ona pul verəndən 2 gün sonra həbs edilmişdir. İbtidai istintaqda ifadəni özü vermiş və imzası ilə təsdiq etmişdir. İbtidai istintaqda verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsində ziddiyət olmasına səbəb həyatında müəyyən hadisələrin baş verməsi, bir müddət məhkumluq həyatı yaşamağı və ailə üzvlərindən rəhmətə gedənin olmasıdır. Bu hadisələri yaşadığına görə bəzi şeyləri unutmuşdur. Anarın ona dediyi sözlərlə bağlı və etdiyi təkliflərlə bağlı hüquq-mühafizə orqanlarına məlumat verməmişdir, çünki sonuncunun dediklərini ciddi qəbul etməmişdir və əməl etməyəcəkdi. Onun ətrafında “Çağ Öyrətim” kursunu və Qafqaz universitetini bitirmiş şəxslər olmamışdır. O, bu barədə heç kimlə maraqlanmamışdır. İbtidai istintaqda verdiyi ifadəsində həm Qafqaz universitetinin həm də “Çağ Öyrətim” kurslarının adını çəkmişdir. Məhkəmə iclasında ifadə verən zaman təkcə Qafqaz universitetinin adını çəkməyinə səbəb unutqanlığıdır. O, ifadəni öz iradəsi ilə vermişdir. O, Anarın təklifi barədə heç kimə heç nə bildirməmişdir. O, Şahid3 tanıyır. Anar tutulandan sonra bu mövzuda Elşənlə heç nə danışmamışdır. O, Anarın anası Çimnaz xanımla bu barədə heç nə danışmamışdır. Çimnaz xanım da bu barədə ona heç nə deməmişdir. Anardan pulun mənbəyi barədə heç nə soruşmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməlində satış məqsədi ilə saxta pul hazırlama, əldə etmə və satışı ilə məşğul olma, eləcə də qanunsuz olaraq odlu silah və döyüş sursatını əldə etmə, saxlama və daşıma cinayətlərinin əlamətlərinə işarə edən kifayət qədər dəlillər olduğundan barəsində CM-in 204.1 və 228.1ci maddələri ilə cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Anar” adlı şəxsin qanunsuz olaraq odlu silah əldə edərək üstündə, yaşadığı ünvanda və digər yerlərdə saxlaması, daşıması və gəzdirməsi, eləcə də radikal dindarların maliyyələşdirilməsi üçün satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və satması bildirilmişdir. (İ cild, i.v. 5) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq odlu silah əldə edərək üstündə, yaşadığı ünvanda və digər yerlərdə saxlaması, daşıması və gəzdirməsi, eləcə də radikal dindarların maliyyələşdirilməsi üçün satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və satması barədə BMCMİ-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (l cild i.v. 6-7) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 09:26-da CM-in 204.1 və 228.1-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs1 azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 08:22-də tutulmuş hesab edilmişdir. (İ cild,i.v. 23) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silahı, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində odlu silah olmasını bildirib bel nahiyəsində olan 01 ədəd sellofan paketi çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd mobil telefonu, həmin cins şalvarının sol yan cibindən 01 ədəd plastik bank kartını və pul əskinaslarını çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs1 təqdim etdiyi əşya və predmetlərə ardıcıl olaraq baxış keçirilməyə başlanmış, ilkin olaraq təqdim olunan 01 ədəd sellofan paketin içərisinə baxış keçirilmiş, sellofan paketin içərisində 01 ədəd boz rəngli odlu silah tapançaya bənzər dəmir predmet olması, həmin dəmir predmetin üzərində kiril əlifbası ilə “ч ш” hərfləri və *** **** rəqəmləri yazılması müəyyən edilmişdir. Dəmir predmetin içərisində 01 ədəd sandıqça, onun içərisində isə 02 ədəd gülləyə bənzər predmetlər olması müəyyən edilmişdir. Daha sonra təqdim olunan mobil telefona baxış keçirilmiş, Təqsirləndirilən şəxs1 həmin mobil telefonda ***-***-**-** saylı mobil nomrəsinin olmasını bildirmişdir. Daha sonra təqdim olunan 01 ədəd bank kartına baxış keçirilmiş, bank kartının üzərində 4098 5844 5807 8506 nömrələri yazılması müəyyən edilmiş, Təqsirləndirilən şəxs1 bank kartının da ona məxsus olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi pul əsginaslarına baxış keçirilmiş, həmin pul əsginasları üzərində A09380244, B27348341, A27370420, B25865810 nömrələri olan 04 ədəd bir manatlıq, üzərində A59035783 nömrəsi olan 01 ədəd beş manatlıq, üzərində PE 88231186D, PE 29627904E, PB 23261921Q, HK 05771972B, PF 98731620H, PF 98731630H, PF 98731680H, PF 98731660H nömrələri olan 08 ədəd yüzlük ABŞ dollarına oxşar kağız pul əsginasları idi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üstündən aşkar edilmiş 01 ədəd odlu silaha bənzər dəmir predmeti 02 gün əvvəl yaşadığı ünvanın yaxınlığında zibillik ərazidən tapmasını, hər hansı bir qanunsuz məqsədlə həmin predmetdən istifadə etmədiyini, sadəcə olaraq odlu silahların onda maraq yaratdığı üçün həmin predmeti də üzərində saxlamasını, hər hansı bir şəxsin onda belə bir predmetin olmasından məlumatının olmadığını, üstündən aşkar edilmiş 800 ABŞ dolları pulu ona “Qubad” adlı şəxsin xərcləmək üçün verməsini, yaşadığı ünvanda da “Qubad” adlı şəxsin verdiyi 7.000 ABŞ dolları pulun olmasını, yaşadığı ünvana baxış keçirilməsinə dair heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 aşkar olunmuş 01 ədəd odlu silah tapançaya bənzər dəmir predmet 01 ədəd sandıqça və içərisində olan 02 ədəd güllə ilə birlikdə 01 ədəd kağız zərfdə, eləcə də Təqsirləndirilən şəxs1 aşkar edilmiş hər biri yüzlük ABŞ dolları pul vəsaitinə oxşar 08 ədəd, beş manatlığa oxşar 01 ədəd və hər biri bir manatlığa oxşar 04 ədəd kağız pul əsginasları qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək içtirakçılar tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs1 aşkar edilmiş 01 ədəd plastik bank kartı və 01 ədəd mobil telefon götürülmüşdür. (İ cild, i.v. 31-34) xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 təklif edilmişdir ki, yaşadığı ünvanın qapısının kilid açarının harda olmasını bildirsin, o, bundan sonra həmin ünvanın qapı açarının ünvanın divarına yerləşdirilmiş sayğac qutusunun üstündə olmasını bildirib buradan açarı götürməklə qapının kilidini açmışdır. Bundan sonra yaşayış yerinə daxil olunmuş, Təqsirləndirilən şəxs1 ünvanın girişində ərizə yazaraq ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 iştirakı ilə ünvana baxış keçirilməsinə başlanılmış, qeyd olunan ünvan 02 otaqdan ibarət zəif təmirli olmuş, ünvanın girişi otağı qonaq otağıdır. Qonaq otağına baxış keçirilsə də, əlavə şübhəli əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra ünvanın 2-ci otağı olan qonaq otağına baxış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı da bildirdiyi qeyd olunan ünvanda saxladığı pul əsginaslarını yataq otağında olan yataq dəstinin içərisindən çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Bundan sonra qeyd olunan pul əsginaslarına baxış keçirilmiş, Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar edilmiş pul əsginaslarının üzərində AB 51171617İ, KH 33459667A, HB 6481716E, HB 14801831Q, HB 30950989L, HA 97429701A, HB 83901232L, KB 53310907M, HB 46805588B, KB 55483976R, AB 00646200M, KL 84815176B, FE 32466994A, HJ 68636002A, MB 06451694İ, MC 33398698A, HB 49394045L, HB 88964227L, HB 40984323Q, HJ 49722815A, KL 52217675B, HF 42957532C, KB 81755549K, HB 97102122N, HB 97102123N, HB 975591785A, KF 28113507B, KB 49607416G, HJ 84554490A, KL 98717876V, LB 74046838F, MC 33398697A, KE 04631599B, KB 38133351İ, HB 23757459B, HB 23757488B, HB 88964203L, HD 44614863B, KF 40781169B, KB 10496058D, KL 10652529C, CB 37893797C, KB 41176688İ, FG 02620489B, HK 47712914B, Hİ 25352195A, KB 73689138A, PH 04163879B, MD 78049199A, MK 62510251C, MB 38127356C, PL 01882572C, PB 85660713C, PB 85660101C, PB 85660702C, PB 85660703C, PB 85660704C, LB 11589785P, LC 74728260A, PB 88002471L, LE 39934258D, MJ 01121511A, MJ 01121510A, PB 25547679F, PB 25494876F, PH 04163864B, LG 19113094D, LB 04319624P, PB 14369944D, PF 89491528F nömrələri olmuş, pul əsginasları 70 ədəd yüzlük ABŞ dollarına oxşar kağız pul əsginasları olmuşdur. Bundan sonra təqdim olunan 70 ədəd yüzlük ABŞ dollarına oxşar kağız pul əsginasları 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. (İ cild, i.v. 37- 40) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 23/561R nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd ЧШ-912 №-li silah keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1939-cu ildə istehsal olunmuş, Tokarev (TT) konstruksiyalı, 7,62 mm kalibrli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişliklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 02 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62X25 mm kalibrli olmaqla həmin kalibrli Tokarev (TT), kosiruksiyalı tapançaların, PPŞ-PPS konstruksiyalı tapançapulemyotların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 7,62X25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT), konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Darağın hissələrinin üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişliklik edilməmişdir. (İ cild, i.v. 49-55) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5/999 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş birinci zərfin içərisində 70 ədəd AB 51171617İ, KH 33459667A, HB 6481716E, HB 14801831Q, HB 30950989L, HA 97429701A, HB 83901232L, KB 53310907M, HB 46805588B, KB 55483976R, AB 00646200M, KL 84815176B, FE 32466994A, HJ 68636002A, MB 06451694İ, MC 33398698A, HB 49394045L, HB 88964227L, HB 40984323Q, HJ 49722815A, KL 52217675B, HF 42957532C, KB 81755549K, HB 97102122N, HB 97102123N, HB 975591785A, KF 28113507B, KB 49607416G, HJ 84554490A, KL 98717876V, LB 74046838F, MC 33398697A, KE 04631599B, KB 38133351İ, HB 23757459B, HB 23757488B, HB 88964203L, HD 44614863B, KF 40781169B, KB 10496058D, KL 10652529C, CB 37893797C, KB 41176688İ, FG 02620489B, HK 47712914B, Hİ 25352195A, KB 73689138A, PH 04163879B, MD 78049199A, MK 62510251C, MB 38127356C, PL 01882572C, PB 85660713C, PB 85660101C, PB 85660702C, PB PB 85660703C, PB 85660704C, LB 11589785P, LC 74728260A, PB 88002471L, LE 39934258D, MJ 01121511A, MJ 01121510A, PB 25547679F, PB 25494876F, PH 04163864B, LG 19113094D, LB 04319624P, PB 14369944D, PF 89491528F nömrəli 100 ABŞ dollar nomina pul əskinasları, ikinci zərfin içərisində 4 ədəd PE 88231186D, PE 29627904E, PB 23261921 Q, HK 05771972B nömrəli 100 ABŞ dollar, bir ədəd A59035783 nömrəli 5 Azərbaycan manatı, 4 ədəd A09380244, B27348341, A27370420, B25865810 nömrəli 1 Azərbaycan manatı pul əskinasları xüsusi mühafizə vasitələrlə təchiz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinası ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş ikinci zərfin içərisində 4 ədəd PF 98731620H, PF 98731630H, PF 98731680H, PF 98731660H nömrəli 100 ABŞ dollar nominallı pul əskinasına oxşar obyektlər ofset çap üsulu ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etmir. Təqdim edilmiş ikinci zərfin içərisində 4 ədəd PF 98731620H, PF 98731630H, PF 98731680H, PF 98731660H nömrəli 100 ABŞ dolları nominallı pul əskinasına oxşar obyektlər eyni nominallı həqiqi pul əskinasından aşkar şəkildə fərqlənmir. (İ cild, i.v. 59-62) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 204.1 və 228.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 81-83) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 1098/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(005)-1487/2023 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti 01 ay, yəni 20 noyabr 2023-cü il tarixədək uzadılmış, həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(005)-1586/2023 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti 03 ay, yəni 20 fevral 2024-cü il tarixədək uzadılmış, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(005)-230/2024 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti 03 ay, yəni 20 may 2024-cü il tarixə kimi uzadılmış, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(005)-664/2024 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti 03 ay, yəni 20 avqust 2024-cü il tarixədək uzadılmışdır. (İ cild, i.v. 102-107, İV cild, i.v. 278- 282, V cild, i.v. 100-104, Vİ cild, i.v. 51-55, Vİİ cild, i.v. 7-12) xx.xx.2023-cü il tarixli “axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, axtarış başlamazdan əvvəl təqsirləndirilən şəxs və iştirakçılar axtarış və götürmə aparılması barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə tanış edilmiş, Təqsirləndirilən şəxs1 bir daha elan edilmişdir ki, yaşadığı ünvanda olan əşyalara və yerlərə tamlıqla baxılaraq axtarış keçiriləcək, əgər dövriyyəsi qadağan olunmuş əşya, pul, sənəd, odlu silah, döyüş sursatı və sair varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, giriş otaqdan içəridəki yataq otağında dəmir setkalı çarpayıda bir ədəd kitab və onun içində saxta pul əskinasları var. Həmin kitab və pul əskinaslarını təqdim etməsi təklif edildikdən sonra təqsirləndirilən şəxs çarpayının üzərindəki döşəyi qaldırıb bir ədəd kitabı təqdim edib içində saxta 600 ABŞ dollarının olmasını demişdir. Qeyd edilən kitaba baxış zamanı üzərində “Şeyda” adının yazıldığı, kitabın dini məzmunlu olması, türk dilində çap olunması “Mehmet Akar” adlı şəxs tərəfindən yazılması müəyyən edilmişdir. Kitab vərəqlənərkən içində hər biri 100 ədədlik əskinas şəklində 06 ədəd ABŞ dolları formasında pul vəsaitinə çox bənzər əskinaslar aşkar olunmuşdur. Əskinasların üzərində PF 98731706H, PF 98731606H, PF 98731856H, PF 98731993H, PF 98731725H, PF 98731991H nömrələri qeyd edilmişdir. Təqsirləndirilən şəxs xarici valyuta formasında olan əskinasların saxta olmasını, onların aşkar edildiyi kitabla birlikdə bir nəfər şəxs tərəfindən ona verildiyini, lakin hazırda həmin şəxs barəsində məlumat vermək istəmədiyini bildirmişdir. Aşkar edilən pul əskinasları və kitab gələcəkdə müvafiq ekspertiza tədqiqatlarına təqdim edilmələri məqsədi ilə 2 ayrı-ayrı zərfdə qablaşdırılıb üzəriləri Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. (İ cild, i.v. 114-117) xx.xx.2023-cü il tarixli axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, X6 qeydiyyatda olduğu ünvan 12 ünvanında təxirəsalınmaz hal kimi axtarış keçirilmiş və mənzildən 400 ədəd hər biri 100 ABŞ dollarına bənzər pul əskinasları, iki ədəd yaddaş kartı (flash kard) olmaqla ümumilikdə “Acer E Machines” markalı sistem bloku, 22 ədəd disk, 03 ədəd videokaset, 15 ədəd audiokaset və ümumilikdə 12 ədəd sellofan paketdə sənədlər aşkar olunaraq götürülmüşdür. (İ cild, i.v. 156-160) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5/1009 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 200 ədəd PF98738228H, PF98739564H, PF98739229H, PF98739834H, PF98737225H, PF98738245H, PF98749842H, PF98729843H, PF98739844H, PF98739539H, PF98739567H, PF98739566H, PF98736246H, PF98739835H, PF98737227H, PF98736246H, PF98738228H, PF98737227H, PF98736226H, PF98739568H, PF98738228H, PF98737227H, PF98736226H, PF98738228H, PF98736226H, PF98739229H, PF98736226H, PF98738228H, PF98736226H, PF98738248H, PF98739509H, PF98739506H, PF98739507H, PF98737247H, PF98737247H, PF98739229H, PF98739568H, PF98736226H, PF98739575H, PF98739239H, PF98739239H, PF98739585H, PF98739575H, PF98738228H, PF98739249H, PF98739566H, PF98739569H, PF98739508H, PF98736226H, PF98739565Hı, PF98739249H, PF98739229H, PF98739530H, PF98738218H, PF98737287H, PF98738258H, PF98736226H, PF98738228H, PF98737247H, PF98738228H, PF98739520H, PF98739530H, PF98737227H, PF98736226H, PF98739832H, PF98738228H, PF98739565H, PF98737267H, PF98739508H, PF98737227H, PF98739239H, PF98737227H, PF98737237H, PF98736266H, PF98729843H, PF98739229H, PF98737217H, PF98739229H, PF98739510H, PF98736226H, PF98736236H, PF98739530H, PF98736226H, PF98739510H, PF98736246H, PF98738238H, PF98736236H, PF98736236H, PF98739239H, PF98739538H, PF98737227H, PF98737227H, PF98738228H, PF80707860H, PF98733669H, PF98738204H, PF98736282H, PF98739205H, PF98738284H, PF98736212H, PF98737283H, PF98736262H, PF98739205H, PF98737230H, PF98736282H, PF98733378H, PF98737203H, PF98738285H, PF98739211H, PF98738284H, PF98733323H, PF98738204H, PF98736265H, PF98736282H, PF98723343H, PF98738274H, PF98733379H, PF98733668H, PF98733341H, PF98739201H, PF98739201H, PF98736262H, PF98737203H, PF98736202H, PF98739210H, PF98739290H, PF98738208H, PF98736286H, PF98736265H, PF98738220H, PF98737293H, PF98739211H, PF98739201H, PF98739210H, PF98733354H, PF98733324H, PF98738284H, PF98739205H, PF98736265H, PF98737203H, PF98731045H, PF98737203H, PF98735716H, PF98738204H, PF98731025H, PF98731035H, PF98736216H, PF98733344H, PF98739210H, PF98736265H, PF98731205H, PF98743342H, PF98739205H, PF98738284H, PF98739281H, PF98731257H, PF98737203H, PF98731265H, PF98731285H, PF98739281H, PF98736282H, PF98738285H, PF98736202H, PF98737230H, PF98737203H, PF98738285H, PF98737283H, PF98739205H, PF98737275H, PF98739281H, PF98737207H, PF98738214H, PF98737213H, PF98731258H, PF98733377H, PF98731259H, PF98731256H, PF98733351H, PF98736236H, PF98739269H, PF98737257H, PF98737257H, PF98736256H, PF98738280H, PF98736265H, PF98733376H, PF98737270H, PF98738285H, PF98737207H, PF98738220H, PF98737283H, PF98738208H, PF98733388H, PF98739290H, PF98731067H, PF98731066H, PF98737275H, PF98731075H nömrəli 100 ABŞ dollar nominallı pul əskinasına oxşar obyektlər ofset çap üsulu ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etmir. Təqdim edilmiş 200 ədəd 100 ABŞ dollar nominallı pul əskinasına oxşar obyektlər eyni nominallı həqiqi pul əskinasından aşkar şəkildə fərqlənmir. Tədqiqata təqdim edilmiş 200 ədəd LB40282544M, LB91057199K, MH72624635A, LL91426285E, LL91426284E, LL91426282E, LL91426283E, MF90702806C, MF90702807C, MF83002944C, LD74045579D, LL19264824G, LC75187469A, MB71816283G, LH00481891C, MC38628398A, PB93106836L, MH7262461A, MH72624617A, MH72624619A, MH72624618A, LD98615683C, LL69316780İ, LD48985147C, LD48985148C, LD48985145C, LD48985146C, KE81766690A, MH2624628A, MH72624627A, MH72624626A, MH72624625A, MH72624624A, MH72624623A, MH72624622A, MH72624621A, MH72624620A, MH72624614A, MB93579473B, MD95243332A, PH44809973B, LJ03323574B, LL91426279E, PL63502847A, LL91426280E, LL91426281E, MH72624643A, LL91426273E, LL44836871D, LL44836873D, LL44836875D, LL44836877D, LE96490992B, LB29784485Q, MB55095275M, MF83002946C, LG91719625B, MG42563171B, LL41698466D, MH72624642A, LL91426274E, LL44836870D, LL44836872D, LL44836874D, MF83002945C, PF79671199B, MB22704656J, LL44836876D, MB38997340R, MF07601897G, PH07601873G, MH72624629A, MH72624630A, MH72624631A, MH72624632A, MH72624633A, MH72624634A, LL91426277E, LL91426276E, MH72624641A, LL91426275E, PF06779861F, LB86361907E, MJ64226648A, PB71860317L, MB07592076F, MF81228151C, PF07601870G, LG75937465B, Lİ23423226A, LF23121095H, PF98738285H, LB63170592K, LB63170392K, LL33296450E, LB11214899J, LB95857760K, LF17324932B, MH67604771A, ML42571637A, PH05589240B, PE89999742B, LL06631297A, LB31467756Q, MH67604772A, MG60285809B, LK96389184F, MB23873431Q, ME66074581A, PL41639070A, LL91189066C, LF14021400G, LD48985149C, LD48985150C, LD48985127C, LD48985126C, LD48985124C, LD48985122C, LD48985125C, MD02514063B, LD48985128C, HF52424298C, KB09686633İ, HL79645367F, MU65479389A, HE34643700C, KF59691796C, KK80700352A, HK79668847C, PE25058176A, LH35174372C, MC38628394A, LH35174368C, ML38391839B, ML38391841B, MH72624640A, MH72624639A, LD48985129C, LD48985130C, LD48985131C, LD48985132C, LD48985134C, LD48985133C, HB53330314F, HE18040175C, PF98738268H, KF35894092D, PF98739249H, LE97668407C, LL93940473G, LB48945586P, LB32371844F, LB44122646P, LB96444257S LB29594087K, LG75693745C, PL30636110E, MH72624638A, MB00446135İ, LE52785972E, LB40227035M, LL78522587F, LF72952484D, HB12008235F, LL91426244E, HL59429407G, LD48985138C, LD89851405C, LD48985143C, LD48985142C, LD48985139C, LD48985144C, LD48985141C, MB14098723T, KL80377901D, LL91426243E, LF72952497D, LL53945583D, LF72952496D, LF72952485D, LD48985135C, LD48985136C, LD48985137C, PF07601871G, PF07601875G, PF07601881G, PF07601874G, PF07601900G, PF07601879G, PF07601899G, PF07601869G, PF07601872G, PF07601868G, PF07601894G, PF07601895G, PF07601867G, PF07601898G, PF07601896G, LB89659357K, PF41123159H, PK17844969E nömrəli 100 ABŞ dollar nominallı pul əskinasları xüsusi mühafizə vasitələrlə təchiz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinası ilə eynilik təşkil edir. (İ cild, i.v. 188- 192) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl CM-in 204.1 və 228.1-ci maddələrindən həmin Məcəllənin 204.3.1 və 228.1-ci maddələrinə tövsif edilmişdir. (İ cild, i.v. 193-194) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(005)- 1242/2023 nömrəli qərarından görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin baş müstəntiqi Yusif Yusifov tərəfindən qəbul edilmiş “Təxirəsalınmaz qaydada istintaq hərəkətlərinin həyata keçirilməsi haqqında” 23 iyul 2023cü il tarixli qərar əsasında həyata keçirilən istintaq hərəkətləri qanunauyğun hesab edilmişdir. (İİ cild, i.v. 1-2) xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 saxta pulla bağlı törətdiyi cinayət əməli üzrə istintaqa verdiyi ifadəsi əyani olaraq yoxlanılmış və Təqsirləndirilən şəxs1 ifadəsində Qubad İbadoğlu ilə görüşdüyü yerləri göstərməklə ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İİ cild, i.v. 10-16) xx.xx.2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Samsung A10” markalı mobil telefonun “kontaktlar” (nömrələrin və sahiblərinin qeydiyyatı) bölümünə baxış zamanı telefonun yaddaşında 759 nömrənin olması müəyyən edilmişdir. Həmin kontaktlara baxış zamanı məlum olmuşdur ki, orada Q1 və Q2 adı altında +**********80 və +**********58 Böyük Britaniya dövlətinə aid mobil operatora məxsus nömrələri qeyd edilmişdir. Həmin nömrələrin kimə məxsus olması ilə bağlı Anar Əiyevə sual olunarkən o, həmin nömrələrin Qubad İbadoğluya aid WhatsAppp nömrələri olmasını bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin WhatsApp nömrələrini haradan əldə etməsi və həmin nömrələr vasitəsi ilə Qubad İbadoğlu ilə aralarında hər hansı zəng və ya sms yazışmalarının olub-olmadığı soruşulmuşdur ki, Təqsirləndirilən şəxs1 qeyd edilən nömrələrlə aralarında WhatsApp yazışmalarının olmasını, X19nun tapşırığı ilə həmin yazışmaları silməsini bildirmişdir. (İİ cild, i.v. 18) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 20:00-da CM-in 204.3.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 17:25-də tutulmuş hesab edilmişdir. (İİ cild,i.v. 86) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 204.3.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İİ cild, i.v. 106-108) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 1190/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 ay, 12 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 17:25-dən hesablanmış, həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(005)- 1588/2023 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti 03 ay, yəni 20 fevral 2024-cü il tarixə uzadılmış, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(005)-231/2024 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti istintaq müddəti həddində, yəni 20 may 2024-cü il tarixədək uzadılmış, həmi Məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(005)-665/2024 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti 03 ay, yəni 20 avqust 2024-cü il tarixədək uzadılmışdır. (İİ cild, i.v. 135-141, V cild, i.v. 105-108, Vİ cild, i.v. 46-50, Vİİ cild, i.v. 13-17) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(001)-1716/2023 nömrəli qərarından görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 19 iyul 2023-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. (İİ cild, i.v. 148-150) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5/1053 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 6 ədəd PF98731856H, PH9871993H, PF98731725H, PF98731606H, PF98731706H, PF98731991H nömrəli 100 ABŞ dollar nominallı pul əskinasına oxşar obyektlər ofset çap üsulu ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etmir. Tədqiqata təqdim edilmiş 6 ədəd PF98731856H, PH9871993H, PF98731725H, PF98731606H, PF98731706H, PF98731991H nömrəli 100 ABŞ dollar nominallı pul əskinasına oxşar obyektlər eyni nominallı həqiqi pul əskinasından aşkar şəkildə fərqlənmir. (İİ cild, i.v. 181-184) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl CM-in 204.3.1 və 228.1-ci maddələrindən, həmin Məcəllənin 167-3.1, 204.3.1 və 228.1-ci maddələrinə tövsif edilmişdir. (İİİ cild, i.v. 1-3) xx.xx.2023-cü il tarixli videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, DİN-in Təhlükəsiz Şəhər Xidmətinə aid Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən TŞ1-187 nömrəli kameranın 12-15 iyul 2023-cü il tarixlərdə saat 13:00-dan 16:00-dək olan müddət ərzində, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən TŞ1-081 nömrəli kameranın 16-18 iyul 2023-cü il tarixlərdə saat 15:30-dan 18:30-dək olan müddət ərzində və Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən TŞ6-087 nömrəli kameranın 17-19 iyul 2023-cü il tarixlərdə saat 11:30-dan 14:30-dək olan müddət ərzində görüntüləri götürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, Bakı şəhəri Səbail rayonu Nizami küçəsində yerləşən TŞ1-081 nömrəli kameranın 17 iyul 2023-cü il tarixli qeydə aldığı yaddaş qurğusunda 1-2023-07-17-17h30 min kimi adlandırılan videogörüntüyə daxil olduqda saat 17:37:00-dan etibarən X6 Bakı şəhəri Həbib Mahmudbəyov adına 2 nömrəli liseyin yanından gəlib ordan yuxarı tərəfdə yerləşən avtomobil dayanacağına tərəf əlində çanta olmaqla getdiyi, özünə məxsus qara rəngli sedan avtomobilinə əyləşən zaman Təqsirləndirilən şəxs1 ona yaxınlaşdığı və saat 17:38:51-dək, yəni təxminən 1 dəq 50 saniyə ərzində əvvəldən biri-birilərini tanıyan şəxs kimi söhbətləşib ayrıldıqları müəyyən edilir. (İV cild, i.v. 57) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(093)-123/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 178.2.1 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək CM-in 66.2-ci maddəsinə əsasən 4000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. (Vİ cild, i.v. 100, Vİİ cild, i.v. 139-146) xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli maddi sübut hesab edilməsi haqqında qərarlardan və xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, DİN-in Təhlükəsiz Şəhər Xidmətindən daxil olan və videogörüntülərin qeydə alındığı 01 ədəd yaddaş diski maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılması nəzərə alınmış, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir ədəd kağız paketdə qablaşdırılan 01 ədəd Tokarev (TT) konstruksiyalı tapança, tədqiqatdan sonra qalıq qalan 02 ədəd patron, Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı ünvandan, eləcə də X6 qeydiyyatda olduğu ünvandan aşkar olunan saxta 21.000 ABŞ dolları pul əskinasları maddi sübut hesab edilmiş və saxlanılması üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. (İ cild, i.v. 124-125, İİ cild, i.v. 6, Vİ cild, i.v. 102-140) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 204.3.1 və 228.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan yeni ittiham elan edilmişdir. (Vİ cild, i.v. 150-153) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 204.3.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan yeni ittiham elan edilmişdir. (Vİ cild, i.v. 187-189) xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs2 üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (Vİİ cild, i.v. 82-86) xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, iş üzrə əməl CM-in 167-3.1, 204.3.1 və 228.1-ci maddələrindən həmin Məcəllənin 204.3.1 və 228.1-ci maddələrinə tövsif edilmişdir. İş üzrə CM-in 167-3.1 və 204.3.1-ci maddələri ilə təqsirləndirilən şəxs X12 barəsində toplanmış materiallar ayrılmaqla istintaqı aparılan ********* nömrəli işdən 08 aprel 2024-cü il tarixli qərar əsasında ayrılaraq müstəqil icraata götürülmüş ********* nömrəli cinayət işinə əlavə edilərək ayrıca istintaq edilmişdir. (Vİİ cild, i.v. 84-95) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğu üçün material üzrə cinayət işinin başlanması rədd edilmişdir. (Vİİ cild, i.v. 123- 125) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 cərimə məbləğini tam ödədiyi üçün xx.xx.2020-ci il tarixdə Binəqədi rayon icra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. (Vİİ cild, i.v. 147) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 204.3.1 və 228.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan yeni ittiham elan edilmişdir. (Vİİ cild, i.v. 158-161) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 204.3.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan yeni ittiham elan edilmişdir. (Vİİ cild, i.v. 173-175) “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2016-cı il təvəllüdlü X18, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2019-cu il təvəllüdlü X11 adlı azyaşlı uşaqları vardır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdikləri ifadələrini, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri ifadələrini (qismən), şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə CM-in 204.3.1 və 228.1-ci maddələrində, Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə CM-in 204.3.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmələrində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri CM-in 204.3.1 və 228.1-ci maddələri, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli CM-in 204.3.1 maddəsi ilə düzgün olaraq tövsif olunmuş və onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Təqsirləndirilən şəxs1 oğlunun elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, saxta pulla bağlı verilən ittiham üzrə özünü təqsirli bilməməsi, Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, onda heç vaxt saxta pullar olmaması və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən xx.xx.2023-cü il tarixli “şəxşi axtarış və götürmə aparılması haqqında”, xx.xx.2023-cü il tarixli “axtarış və götürmə aparılması haqqında” protokol, xx.xx.2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokol, xx.xx.2023-cü il tarixli videogörüntülərə baxış keçirilməsi haqqında protokol, üzləşdirmə protokolu, şahidlərin ifadələri və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özlərini müdafiə xarakterli ifadə, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək sübut qismində qəbul etmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-in 228.1-ci maddələri cinayətlərin təsnifatına görə az ağır, CM-in 204.3.1-ci maddəsi ağır cinayətlər hesab olunur. Təqsirləndirilən şəxs2 isə təqsirləndirildiyi CM-in 204.3.1-ci maddəsi cinayətlərin təsnifatına görə ağır cinayət hesab olunur. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə CM-in 59.1.4, 59.1.10, 59.2-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 himayəsində bir nəfər az yaşlı uşağının olmasını, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsi, əməlindən peşman olmasını, Təqsirləndirilən şəxs2 himayəsində bir nəfər az yaşlı uşağının olmasını, əvvəllər məhkum olunmamasını cəzalarını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-in 8.1-ci maddəsinə əsasan cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, əsaslandırılmış və ədalətli cəza təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayət hüquq normalarının həyata keçirilməsi cinayət törətdiyinə görə təqsirkarın cinayət məsuliyyətinə cəlb edilməsindən və son nəticədə məhkəmə tərəfindən cəzanın təyin edilməsindən ibarətdir. Cinayət hüquq normalarının həyata keçirilməsi prosesinin özü cinayət-prosesual qanunvericiliklə tənzimlənir, lakin cinayət qanunvericiliyində də cəzanın təyin edilməsinin ümumi müddəalarını müəyyən edən normalar mövcuddur ki, bu da cinayət məsuliyyətinin əsas prinsiplərinə riayət olunmasının təminatı olmalıdır. Təqsirkara cəzanı seçərkən, məhkəmə Cinayət Məcəlləsində təsbit edilmiş və onlara uyğun olaraq cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsi ilə müəyyən edilmiş hədlərdə və Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla ədalətli cəzanın təyin edildiyi müəyyən prinsipləri rəhbər tutmağa borcludur. Bu, o deməkdir ki, məhkəmə cəza təyin edərkən mütləq qaydada CMnin Ümumi hissəsinin bütün müddəalarını nəzərə almalı, eyni zamanda Cinayət Məcəlləsinin Xüsusi hissəsinin törədilmiş əməlin cinayət olmasını müəyyən edən maddəsinin sanksiyası ilə müəyyən edilmiş cəza növlərindən və ölçüsündən kənara çıxmamalıdır. Törədilmiş cinayətin ağırlığına, törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olan cəza ədalətli hesab edilməlidir, yəni söhbət cəzanın fərdiləşdirilməsindən gedir. Cinayət hüququnda ədalət prinsipi CM-nin Xüsusi hissəsinin normalarının böyük əksəriyyətində alternativ sanksiyaların olmasında öz ifadəsini tapır. Buna görə də qanunverici xüsusi olaraq vurğulamışdır ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha sərt cəza növü daha yüngül cəza növünün cəzanın məqsədlərinə çatmağı təmin edə bilmədikdə, təyin edilir. Ədalət prinsipinə mənaca cəzanın yetərliliyi prinsipi çox yaxındır. Yetərlilik prinsipi, təəssüf ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını müəyyən edən cinayət hüquq normalarında öz əksini tapmamışdır, lakin bu CM-nin 58.3-cü maddəsində yer almışdır: cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə bildirir ki, cəzanın məqsədi yuxarıda göstərildiyi kimi, ədaləti bərpa etmək, şəxsi islah etmək və yeni cinayət törətməsinin qarşısını almaqdır. Məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaqda hərtərəfli ifadələr verib, cinayətin açılmasında iştirak etməsini, iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi hesab etməklə, həmçinin Təqsirləndirilən şəxs1 himayəsində az yaşlı uşağının olmasını, səmimi peşman olmasını, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə almaqla, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsini mümkün hesab edərək cəzanın ədalətli olacağı qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunun mənasına görə müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini, əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda təqsirləndirilən şəxsə təqsirli bilindiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. Beləliklə, məhkəmə tərkibi yuxarıda sadalanan hallara, həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələrə əsaslanaraq, cəzanı yüngülləşdirən və törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan halları nəzərə alaraq Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə, ona təqsirli bilindiyi CM-in 204.3.1-ci maddəsində nəzərdə tutulan cəzadan daha yüngül cəza təyin edilməsini, təqsirli bilindiyi CM-in 228.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, həmçinin digər Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 204.3.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, onların cəzasının əvvəli şübhəli şəxs qismində tutulduqları vaxtdan (azadlıqlarının faktiki məhdudlaşdırıldığı vaxtlardan), yəni Təqsirləndirilən şəxs1 cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən, Təqsirləndirilən şəxs2 cəzasının əvvəli isə xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-1098/2023 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən, Təqsirləndirilən şəxs2 isə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-1190/2023 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışlar. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən, Təqsirləndirilən şəxs2 isə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, həbsdə saxlandıqları müddət onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 210 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına keçirilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir ədəd kağız paketdə qablaşdırılan 01 ədəd Tokarev (TT) konstruksiyalı tapança, tədqiqatdan sonra qalıq qalan 02 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilməli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, aşkar olunan saxta 21.000 ABŞ dolları pul əskinasları ********* nömrəli ayrılmış iş üzrə yekun qərar qəbul edilənədək DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılmalı, həmçinin iş üzrə maddi sübut kimi tanınmış DİN-in Təhlükəsiz Şəhər Xidmətindən daxil olan və videogörüntülərin qeydə alındığı 01 ədəd yaddaş diski cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Müdafiəçilər Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Əsgər oğlu, “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi6 təqdim etdikləri hesabatlara əsasən onlar, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə Müdafiəçi3 Əsgər oğlu ümumilikdə 95 saat, Müdafiəçi6 ümumilikdə 90 saat vaxt sərf etmişlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçiləri qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Əsgər oğlu 95 saat, “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi6 90 saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 95 saat hüquqi yardıma görə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Əsgər oğlu üçün 570 manat, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 90 saat hüquqi yardıma görə “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi6 üçün 540 məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş digər xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.3.1 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 04 (dörd) il müddətinə, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 (iki) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir ədəd kağız paketdə qablaşdırılan 01 ədəd Tokarev (TT) konstruksiyalı tapança, tədqiqatdan sonra qalıq qalan 02 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilsin və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı mobil telefon, aşkar olunan saxta 21.000 ABŞ dolları pul əskinasları ********* nömrəli ayrılmış cinayət işi üzrə yekun qərar qəbul edilənədək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidmətindən daxil olan və videogörüntülərin qeydə alındığı 01 ədəd yaddaş diski cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 210 (iki yüz on manat) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 95 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Əsgər oğlu üçün 570 (beş yüz yetmiş) manat, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 90 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi6 üçün 540 (beş yüz qırx) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək digər əmlak müəyyən edilməmiş, cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar