Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-474/2021 18.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, müdafiəçi: «FİDES» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1994-cü il ildə İmişlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Füzuli rayonu, Horadiz ərazi dairəsi, Horadiz kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 2 Aprel küçəsi, ev 31-də müvəqqəti yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 27.07.2020-ci il tarixdə saat 23 radələrində kirayədə yaşadıqları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində qonşuları Zərərçəkmiş şəxs və X10 ilə birlikdə çörək yeyib spirtli içki qəbul etdikdən sonra alkoqol sərxoşluğu vəziyyətində Zərərçəkmiş şəxslə aralarında yaranmış sözlü mübahisə zamanı sonuncunun onun ünvanına ağır söyüşlər işlədib təhqir etməsindən hiddətlənərək qisas almaq məqsədi ilə onu qəsdən öldürmək qərarına gəlib, həyətdə yaşayan digər qonşuların şahid olmamaları üçün yanlarında əyləşmiş Rəşid Hacıyevə niyyətini bildirmədən Zərərçəkmiş şəxs çölə çıxmasını bildirib, niyyətini həyata keçirməkdən ötrü evin həyətindəki soyuducu üzərində saxladığı istintaqa məlum olmayan bıçağı götürüb onun ardınca çölə çıxaraq həmin vaxtı evdən bir neçə metr aralıda dayanmış Zərərçəkmiş şəxs yaxınlaşıb ətrafda digər şahidlərin olmamasına əmin olduqdan sonra qəsdən öldürmək məqsədi ilə əlindəki bıçaqla Hüsü Əliyevin bədən səthinə zərbə vuraraq ona ürəyin, sol ağciyərin və diafraqmanın yaralanmasına səbəb olan qarının yuxarı şöbəsinin iç kvadrantının qarın və döş boşluqlarına nüfuz edən canlı şəxslərdə sağlamlığa ağır zərərvurmaya xarakterik deşilmişkəsilmiş yara kimi 1 (bir) ədəd xəsarət yetirməklə Zərərçəkmiş şəxs öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxslə yaşadığı ünvan 2 ünvanında qonşu olmuşlar. Həmin ünvanda xalasıgildə yaşamışdır. Hüsnü də orada kirayə yaşayırdı. Hüsnü ilə birgə spirtli içkilər qəbul etmək zəmnində yoldaşlıq münasibətləri yaranmışdır. Növbəti gün 27.07.2020-ci il tarixdə səhər saat 22 radələrində o, Hüsnü və Rəşid adlı digər qonşuları ilə Hüsnünün yaşadığı həyətdə oturub spirtli içki qəbul etməyə başlamışlar. Onun aldığı 0.7 litr həcmdə “Zolotoye kolco” markalı arağı içdikdən sonra Hüsnü ona yenidən araq almağı tapşırmışdır. O, Hüsnüyə pulu olmadığını bildirsə də Hüsnünün təkidindən sonra məhəllədə olan mağazaya gedərək nisyə daha bir ədəd 0,7 litrlik araq almışdır. İkinci butulka arağı içən zaman ev yiyəsi Həsən gəlmiş və onlarla birlikdə əyləşmişdir. Həsən onlarla 2-3 badə araq içdikdən sonra araq qurtarmış və Həsən süfrədən qalxmışdır. Həsən süfrədən qalxdıqdan sonra Hüsnü ona “bəs nə oldu, araq almayacaqdın, gördün mən deyən oldu, aldın” ifadəsini işlətmişdir. Hüsnünün bu sözlərinə görə aralarında mübahisə yaranmış və Hüsnü onu əxlaqsız söyüşlərlə söymüşdür. Hüsnünün söyüşləri onu əsəbləşdirmiş və Hüsnüyə həyətdən bayıra çıxıb söhbət etməyi təklif etmişdir. Hüsnü ilə masadan qalxdıqda o, həyətdəki soyuducunun üstündən özünə məxsus olan qatlanan tipli bıçağı götürərək açıq vəziyyətdə saxlayaraq çölə çıxmış və darvazadan 10 metr aralıda o əlindəki bıçaqla Hüsnünün ürək nahiyəsindən bir dəfə vurmuşdur. Hüsnünün vurduğu bıçaq xəsarətindən xırıldadığını görərək Hüsnünün qoluna girərək darvazaya tərəf gətirmiş, orada Hüsnü yıxılmış, səsə ev yiyəsi Həsən gəlmiş, o, Hüsnünü Həsənin yanında qoyaraq hadisə yerindən uzaqlaşmışdır. Həmin gecə başqa bir yerdə qalmış, yəni, Binə qəsəbəsində yaşayan İlham adlı tanışının dostu Cavanşirin evində qalmışdır. İlhama kirayədə qaldığı evdə qonşusu ilə mübahisə edib dalaşdığını demişdir. Lakin Hüsnünü qətlə yetirməsi barədə heç bir söz deməmişdir. O, İlhamla Binə qəsəbəsinə getmək üçün maşına əyləşdikdən sonra Binə qəsəbəsində dəmir yolu keçidin üzərindən keçən zaman cinayətin aləti olmuş bıçağı gizlincə pəncərədən tullamışdır. İlham onu Binə qəsəbəsində yerləşən ünvanını dəqiq bilmədiyi tanışı Cavanşirin evinə gətirərək sonuncuya onun artıq dərəcədə içkili olduğunu, gecələməsini xahiş etmişdir. O, həmin gecəni Cavanşirin evində gecələmişdir. Növbəti gün Binə qəsəbəsindəki avtobus dayanacağında mülki geyimdə polis əməkdaşları yaxınlaşıb onu 12-ci PŞ-nə gətirmişlər. Polisdə etdiyi əməli səmimi etiraf etmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. Mərhum Əliyev Hüsnü Südeyib oğlu onun əri olmuşdur. Ailə həyatı qurduqdan sonra Sabunçu rayonu, Bakixanov qəsəbəsində yaşamışlar. Birgə nigahdan iki övladları olmuşdur. Hüsnü Metropolitendə fəhlə işləmiş, sonradan isə iş yerini dəyişib müxtəlif şirkətlərdə fəhlə işləmişdir. Sonuncu iş yeri “SOCAR” şirkəti olmuş, orada bağban işləmişdir. 20.07.2020-ci il tarixdə Hüsnü ilə maddi durumları və Hüsnünün spirtli içki aludəçisi olması ilə bağlı mübahisələri olmuş və 22.07.2020-ci il tarixdə Hüsnü evdgki paltarlarını yığıb onlardan ayrı yaşayacağını deyərək çıxıb getmişdir. Hara getməsindən isə nə onun, nə də ki övladlarının xəbəri olmamışdır. 28.07.2020-ci il tarixdə səhər saatlarında qohumları onunla əlaqə saxlayaraq Hüsnünün qətlə yetirilməsini bildirmişlər. Sonra öyrənmişdir ki, Hüsnü içki məclisində Təqsirləndirilən şəxs söymüş, sonuncu da onu bıçaqlamışdır. Onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı oğludur. Əri və Kamranla birlikdə ünvan 4 ünvanında kirayədə yaşamışlar. Kamran Bakı şəhərində müxtəlif avto-yuma məntəqələrində avtomobil yuyucusu işləyib özünü dolandırırdı. Mərhum Zərərçəkmiş şəxs onlarla eyni həyətdə yaşamış, işi-gücü sərxoşluq etmək olmuşdur. Əfsuslar olsun ki, o, Kamranı da içki məclislərinə cəlb edə bilmişdir. Hüsnü həmin ünvanda tək yaşamışdır. 27.07.2020-ci il tarixdə saat 10 radələrində o Kamranla birlikdə Bakıxanov qəsəbəsində yerləşən “Kapital” banka pensiya kartının bərpası üçün getmiş, oradan təxminən saat 15 radələrində çıxaraq Kamranla Zabrat qəsəbəsinə gedib evə ərzaq alış-verişi edib evə qayıtmışlar. Təxminən saat 22 radələrində Kamran Hüsnü ilə həyətdə oturub yeyib içməyə başlamış, o isə onlara evdə bişirdiyi yeməkdən hazırlayıb vermişdir. Daha bir qonşuları olan Rəşid də Hüsnü və Kamran birlikdə oturub yeyib içmişlər, onların mübahisə etmələrini görməmiş və eşitməmişdir. Həmin vaxt 80 yaşlı əri Tomas ilə o həyətdəki yan stolda əyləşib söhbət edirdilər. Təxminən saat 23 radələrində o həyətdən səs-küy səsləri eşidib çölə çıxıb görmüşdür ki, darvazadan Həsən Hüsnünün qoluna girərək sanitar qovşağın qarşısına gətirmişdir. Onlara yaxınlaşdıqda Hüsnünün yaralı olduğunu görmüş, Həsən isə Kamranın Hüsnünü bıçaqla vurduğunu demişdir. Onlar təcili olaraq tibbi yardımla polisə zəng vurduqdan sonra təcili tibbi yardım maşını gəlib Hüsnünü xəstəxanaya aparmış, Kamran isə hadisə yerində olmadığı üçün yerini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 6 ünvanındaki qonşusu kimi tanımışdır. Həmçinin mərhum Zərərçəkmiş şəxs qonşuları olmuşdur. Onun hər ikisi ilə münasibəti yaxşı olmuş, həmçinin Hüsnü ilə Kamranın da münasibətləri normal olmuşdur. 27.07.2020-ci il tarixdə axşam saat 22 radələrində evdən çölə çıxaraq həyətdə Hüsnü ilə Kamranın oturub yeyib-içərək araq qəbul etmələrini görmüşdür. Əvvəl onlara qoşulmasa da sonra dəvətlərini qəbul edərək onlarla birlikdə 1-2 badə araq içmişdir. Bir neçə dəqiqə sonra isə ayağa qalxaraq getməli olduğunu söyləmişdir. Təxminən saat 23:00 radələrində o həyətin arxasında yerləşən evindən siqaret çəkmək üçün həyətə düşmüşdür. Bu zaman həyətdə heç kəsi görməmişdir. Çöl darvaza açıq olduğunu görüb qapını bağlamaq üçün darvazaya yaxınlaşmış, bu zaman çöldə Hüsnünü yerdə yıxılmış vəziyyətdə görmüşdür. Kamran isə ondan bir neçə metr aralıda durmuşdur. O Kamranın Hüsnünü vurduğunu anlayıb, Kamrana “utanmırsan, atan yaşında kişiyə əl qaldırırsan” deyib iradını bildirmişdir. Kamran isə ona “o anamı söydü, anam təzə rəhmətə gedib, söydü deyə onu vurdum” demişdir. Hüsnünün nəfəsi gəlirdi. Onun sağ olduğunu anlayaraq qoluna girərək həyətə, sanitar qovşağın yanına gətirmiş və təcili tibbi yardımla polisə telefonla məlumat vermişdir. Bir az sonra polis əməkdaşları və tibbi yardım maşını gəlib onları aparmışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirliliyi özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞnin məsul növbətçisinin Sabunçu RPİ-nin 12-ci PŞ-nin rəisinə ünvanladığı 27.07.2020-ci il tarixli raportdan müəyyən olunur ki, 27.07.2020-ci il tarixdə, saat 23:19 radələrində Şahid1 DİN-nin 102 xidmətinə zəng edərək evində kirayə qalan adını bilmədiyi şəxsin naməlum şəxsin bıçaqlaması barədə məlumat vermişdir. Məhkəmədə elan edilib araşdırılmış «hadisə yerinə və meyitə baxış keçirilməsi haqqında» 28.07.2021-cı il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri ünvan 1 ünvanında yerləşən həyət evidir. Evin həyətində ki, sanitar qovşağın qarşısında xx.xx.1965-ci ildə anadan olmuş Zərərçəkmiş şəxs meyiti aşkar olunmuşdur. Meyitdə döş qəfəsinin sol yarısının ön səthində döş xətti üzrə 10-cu qabırğa səviyyəsində 1.5x0.5 sm ölçüdə kənarları hamar bucaqlarından biri iti, digər küt çəp yerləşmiş qanayan xəsarəti, sol baldırın yuxarı ön 1/3 səthində 1.6x0.7 sm ölçüdə qırmızımtıl rəngdə qansızmalı sıyrıq vardır. Meyitin xarici müayinəsi zamanı digər xəsarət aşkar edilməmişdir. Meytin əyinindəki şalvar, köynək, trusik, bir cüt ayaqqabı götürülərək qablaşdırılmışdır. Məhkəmədə elan edilib araşdırılmış «cinayəti törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» 28.07.2021-cı il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçuı rayon məhkəməsinin 29.07.2021-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28 iyul 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 24.08.2020-ci il tarixli, 139 saylı rəyindən iüəyyən olunur ki, mərhum Zərərçəkmiş şəxs meyitində ürəyin, sol ağciyərin və diafraqmanın yaralanmasına səbəb olan qarının yuxarı şöbəsinin iç kvadrantının qarın və döş boşluqlarına nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası və sol baldırın sıyrığı müəyyən edilmişdir. Xəsarətlər həyatidir, mərhumun ölümündən az əvvəl törənmişlər. Xəsarətlərdən:-Ürəyin, sol ağciyərin və diafraqmanın yaralanmasına səbəb olan qarının yuxarı şöbəsinin iç kvadrantının qarın və döş boşluqlarına nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin təsirindən törənmişdir və dərəcəsinə görə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. -Sol baldırın sıyrığı isə bərk-küt əşya təsirindən törənmişdir, canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəsi yoxdur. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb ürəyin, sol ağciyərin və diafraqmanın yaralanmasına səbəb olan qarının yuxarı şöbəsinin iç kvadrantının qarın və döş boşluqlarına nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə əlaqədar baş vermiş kəskin qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 4-6 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 2,89% qatılığında etil spirti aşkar edilmişdir. Etil spirtinin bu miqdar qatılığı tərtib olunmuş cədvələ əsasən canlı şəxslərdə güclü dərəcəli sərxoşluq kimi qiymətləndirilir. Qanda metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə tibbi-biologiya ekspertizasının 04.09.2020-ci il tarixli, 574/2020-MTBŞ saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A-beta/H/İİ/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: O-alfa.beta/İ/. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus köynək və hadisə yerindən 02 ədəd pambıq topası üzərinə hopdurulub götürülmüş maddə ləkəsində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A və H antigenləri, Zərərçəkmiş şəxs məxsus köynək üzərindəki ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/H/İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Ləkələrdə Təqsirləndirilən şəxs qanının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halında mümkündür (əgər onun bədənində qanaxma ilə müşayiət olunan xəsarət olubsa). Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus şalvar, trusik, bir cüt başmaq, Təqsirləndirilən şəxs məxsus şalvar, köynək və 1 cüt ayaqqabı üzərində gözlə görünən qana şübhəli hər hansı ləkə aşkar olunmadı. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə tibbi-kriminalistika ekspertizasının 17.08.2020-ci il tarixli, 378/2020-MTKŞ saylı rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində solda bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs məxsus şalvarın sol cibini bağlayan düymənin öz yerində olmaması və həmin nahiyədə məhdud cırılma aşkar olundu. Bu zədə küt yaranma mexanizminə malikdir, şalvarın müvafiq nahiyyəsinin kəskin dartılması və sonradan düymənin öz tikilmə yerindən qopması nəticəsində əmələ gəlmişdir. Zərərçəkmiş şəxs məxsus bir cüt yay ayaqqabısı və trusikın üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalar, köynək və bir cüt ayaqqabısının üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 15.09.2020-ci il tarixli, 1814 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosionaliradi sferasında qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik, fərdi-psixi xüsusiyyətlərində eqosentrizm, kobudluq, neqativ amillərə qarşı dözümsüzlük aşkar olunur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman onda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərərkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Əliyev Kamran Barat oğlu ona ittiham olunan cinayət əməlindən sonra hər hansı psixi pozuntudan əziyyət çəkməmişdir. Əliyev Kamran Barat oğlunun hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1, 21.3 və ya 22.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məhkəməistintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər və öz prosessual hüquq və vəzifələrini yerinə yetirə bilər. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik, fərdi-psixi xüsusiyyətlərində eqosentrizm, kobudluq, neqativ amillərə qarşı dözümsüzlük aşkar olunur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən emosional halından asılı olaraq, hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi- emosional vəziyyətində hirslilik, qəzəb yaranmış, həmin halın yaranması onda aşkar olunan xasiyyətin psixopatik cizgiləri ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə tibbi-narkoloji ekspertizasının 28.09.2020-ci il tarixli, 2675 saylı rəyindən müəyyə olunur ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından periodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsin 13.08.2020-ci il tarixli, 4922 və 4923 saylı məktublarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs xəstəxanada müalicədə olmayıblar və qeydiyyatda yoxdurlar. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 15.08.2020-ci il tarixli, 19/51-7396 və 19/51-7398 saylı məktublarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Respublika Narkoloji Mərkəzində müalicədə olmayıblar və qeydiyyatda yoxdurlar. Məhkəmədə elan edilib araşdırılmış Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Saubunçu qəsəbəsi üzrə nümayəndəliyinin 20.08.2020-ci tarixli, 1/176 saylı məktubundan müəyyən olunur ki, Əliyev X6 rayonu, 2 Aprel küçəsi, ev 31 ünvanında kirayədə yaşayan xalasının yanına qonaq gəlmiş, yaşadığı müddət ərzində onun barəsində şikayət daxil olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış telefon məlumatlarına dair DVD diskə baxış keçirilməsi haqqında» 16.09.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə, 22.07.2020-ci il tarixdən 29.07.2020-ci il tarixədək olan dövrdə daxil olan, çıxan zənglərə, habelə 26.07.2020-ci il tarixdən saat 09:00-dan 29.07.2020-ci il tarixdə saat 09:00-dək olan müddətdə olduğu yer üzrə anten məlumatlara dair 1(bir) ədəd DVD-RW diskin yaddaşında olan məlumatlara baxış zamanımüəyyən olunmuşdur ki, bu müddət ərzində Təqsirləndirilən şəxsZərərçəkmiş şəxs arasında telefon danışıqları olmamış, Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsinə daxil olan və çıxan SMS mətnlərində iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş nömrəsi 27.07.2020-ci il tarixdə saat 22:33-dən 23:17-dək olan müddətdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi yaxınlığında antenin əhatə dairəsində olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə dair «xxxx» MMC-dən daxil olmuş 1 ədəd diskin yaddaşında olan məlumatlarda iş üçün əhəmiyyət kəsb edən başqa məlumat aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» 02.11.2020-ciil tarixli qərardan müəyyən olunur ki, Zərərçəkmiş şəxs məxsus köynək, şalvar, trusik, 1 cüt ayaqqabı, Təqsirləndirilən şəxs məxsus şalvar, köynək, 1 cüt ayaqqabı Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutlar saxlama yerinə təhvil verilmiş, telefon danışıqları əks olununan 1 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Füzuli rayon Horadiz kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən daxil olmuş 31.08.2020-ci il tarixli, 985-xid saylı arayış və xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs həqiqətən Füzuli rayon Horadiz kənd sakinidir, məcburi köçkündür və müsbət xarakterizə olunur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən müəyyən olunur ki, Əliyev X5 rayon məhkəməsinin 13.06.2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza 01 il sınaq müddəti ilə şərti hesab edilmiş, 31.07.2019-cu il tarixdə şərti cəzanın sonu ilə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində məhkumluq sınaq müddəti başa çatdıqda ödənilmiş hesab olunur. Odur ki, 31.07.2019-cu il tarixdə Təqsirləndirilən şəxs cəzasının sonu ilə qeydiyyatdan çıxarıldığından CM-nin 18.4-cü maddəsinə əsasən məhkumluğu ödənilmiş hesab olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, ekspertiza rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli qərarın 21-ci maddəsinə əsasən qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır. Belə ki, məhkəmə baxışında ibtidai araşdırma orqanının gəldiyi nəticə, yəni Təqsirləndirilən şəxs 27.07.2020-ci il tarixdə saat 23 radələrində kirayədə yaşadıqları fərdi yaşayış evinin həyətində qonşuları ilə birlikdə çörək yeyib spirtli içki qəbul etdikdən sonra alkoqol sərxoşluğu vəziyyətində Zərərçəkmiş şəxslə aralarında yaranmış sözlü mübahisə zamanı sonuncunun onun ünvanına ağır söyüşlər işlədib təhqir etməsindən hiddətlənərək qisas almaq məqsədi ilə bıçaqla vuraraq öldürməsi tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən qəsdən törədilmiş xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs kimi Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, cəzasının əvvəli isə 28.07.2020-ci il tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus şalvar, köynək, 1 cüt ayaqqabı, Zərərçəkmiş şəxs məxsus köynək, şalvar, trusik, 1 cüt ayaqqabı məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 1 ədəd disk işdə saxlanılmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X8 (hesabat arayış c.2, i/v 105), məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «FİDES» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X8 üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosunun nəfinə 390 (üç yüz doxsan) manat, müdafəçi Müdafiəçi üçün isə 300 AZN (üç yüz manat) pul «FİDES» Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 28.07.2020-ci il tarixdən il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus şalvar, köynək, 1 cüt ayaqqabı, Zərərçəkmiş şəxs məxsus köynək, şalvar, trusik, 1 cüt ayaqqabı məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 1 ədəd disk işdə saxlanılsın. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X8 üçün 390 (üç yüz doxsan) manat pul, məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 300 AZN (üç yüz manat) pul «FİDES» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-474/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-474/2021
18.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver