Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-474/2022 25.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X1, Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Abşeron rayon vəkil bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1990-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmayan, qida çatdırılması platforması ilə tanınan «wolt» texnologiya şirkətində işləmiş, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri əldə edib daşımaqla saxlamış, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz əldə edib daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri əldə etmə, saxlama, daşıma və satmaq məqsədi ilə digər şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan cinayətkar razılaşmaya əsasən qrupun digər üzvü istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 18,266 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda – 1,749 qram çəkidə narkotik vasitə kokaini, 0,761 qram çəkidə psixotrop maddə metamfetamini, təsiredici maddəsi preqabalinin ümumi miqdarı – 4,2 qram olan 28 ədəd ağ rəngli kapsulanı, təsiredici maddəsi preqabalinin ümumi miqdarı külli miqdarda – 54,6 qram olan 182 ədəd ağ-qəhvəyi rəngli kapsulanı və təsir maddəsinin ümumi miqdarı külli miqdarda – 9,15 qram olan 61 ədəd çəhrayı rəngli psixotrop maddə MDMA həblərini əldə edib istintaqa məlum olmayan ünvanda gizlədərək bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş, sonuncu cinayətkar plana uyğun olaraq qeyd edilən ünvandan külli miqdarda narkotik vasitə və psixotrop maddələri, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 22 iyul 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 16:10-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə dəvət edilib orada üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 07 ədəd polietilen paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,925 qram, 1,924 qram, 1,988 qram, 3,934 qram, 4,526 qram, 2,062 qram və 1,907 qram olmaqla ümumi təmiz çəkisi 18,266 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd kağız paketin içərisində olan 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,761 qram psixotrop maddə metamfetamin, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,885 qram və 0,864 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda – 1,749 qram olan narkotik vasitə kokain, təsiredici maddəsi preqabalinin ümumi miqdarı – 4,2 qram olan 28 ədəd ağ rəngli kapsul, təsiredici maddəsi preqabalinin ümumi miqdarı külli miqdarda – 54,6 qram olan 182 ədəd ağ-qəhvəyi rəngli kapsul, təsir maddəsinin ümumi miqdarı külli miqdarda – 9,15 qram olan 61 ədəd çəhrayı rəngli psixotrop maddə MDMA həbləri əlində saxladığı 01 ədəd sellofan bağlamada aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, tutulana kmi “wolt“ şəbəkələrində kuryer işləmşdir. Əsas işi şirkət tərəfindən verilən sifarişləri qəbul edib onları icra edəndən sonra sifarişçiyə çatdırmaqdan ibarətdir. O, bu işə başlamadan əvvəl atası X4 adına bir ədəd “Kuba” markalı motosiklet almışdır. Həmin motosikletlə o, kuryer kimi işləməyə başlamışdır. O, whatsappda statusda motosikletlə şəkillərini paylaşmış və əvvəldən nömrəsi onda olan ancaq tanımadığı şəxs ona yazaraq, narkotik vasitə daşımasını təklif etmişdir. Belə ki, onun təklifinə əsasən o, narkotik vasitələri və psixotroip maddələri dediyi yerlərdən götürüb onun dediyi yerlərə atacaqmış və bunun müqabilində gündəlik 35 manat pul alacaqmış. O, kuryer işlədiyi, həmçinin bütün günü şəhərdə olduğu, həmçinin maddi imkansızlıqdan onun dediyi ilə razılaşmalı olmuşdur. 21 iyul 2021-ci il tarixdə həmin şəxs ona zəng edərək Bakı şəhərində ayrı-yrı yerlərə narkotik vasitələr və psixotrop maddələr atdığını demiş və onları götürməsini bildirmişdir. O da onun sözündən sonra dediyi ünvanlardan həmin maddələri götürmüş və motosikletdə saxlamışdır. 22 iyul 2021-ci il tarixdə günorta saat 16:00-16:30 radələrində ünvan 3 ünvanında yerləşən kafedə yemək yeyəndən sonra orada olan köhnə divanda istirahət edərkən 1 nəfər, daha sonra isə 2 nəfər mülki geyimli şəxs yaxınlaşmışdır. Bu zaman həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşı olduqlarını, onun narkotik vasitələrin və psixotrop maddələrin üzərində saxlamağı və satışı ilə məşğul olması barədə onlarda məlumat olduğunu deyərək onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparacaqlarını bildirmişlər. Daha sonra motosikletinə yaxınlaşmışlar və onun açarlarını ondan almışlar, özü isə idarəyə polislərə məxsus maşınla gəlmişdir. Bildirmək istərdim ki, onun üzərində narkotik vasitə və psixotrop maddə olmamışdır. Motosikletində isə qurudulmuş marixuana, kakin və metamfetamin olmuşdur. Ancaq ittiham aktında göstərilən miqdardan az olmuşdur. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Daxili İslər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin dini ekstremizmə qarşı mübarizə şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. 22 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr, psixotrop maddələr və güclü təsir edən maddələr əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat tərəfindən rəsmiləşdirilmişdir. Yaradılmış əməliyyat qrupunun rəhbəri o, üzvləri şöbənin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 olmuşdur. ünvan 3 ünvanının yaxınlığında saat 16 radələrində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər və ona qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr və güclü təsir edən maddələr əldə etməsi, özündə saxlayaraq daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib onlarla birlikdə Daxili İslər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs onlarla birgə Daxili İslər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman yanında olan, "Kuba" markalı motosikleti də idarəyə gətirilmişdir. İdarədə onun üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, bu zaman o, əlində saxladığı 01 ədəd bağlamanı masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bağlamaya baxış keçirilmiş, baxış zamanı bağlamada 02 ədəd sellofan bükümdə narkotik vasitə olan kokainə bənzər maddələr, 06 ədəd sellofan bükümdə narkotik vasitə olan marixuanaya bənzər maddələr, 01 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə oxşar maddələr, 20 ədəd konvalyutda 210 ədəd naməlum tərkibli kapsulalar, 05 ədəd sellofan bükümdə 58 ədəd naməlum həblər və 03 ədəd naməlum həblər aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs həmin maddələri “Renat” adlı şəxsdən əldə etdiyini, motosiklet idarə etdiyindən həmin maddələri “Renat”-ın dediyi müxtəlif yerlərdən götürərək onun göstərişi ilə müxtəlif yerlərə qoymaqla məşğul olduğunu, təxminən 4 gün əvvəl “Renat” ilə əməkdaşlıq etdiyini, “Renat”-ın isə bunun müqabilində gündəlik ona 35 manat verdiyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs motosikletdə hər hansı qanunsuz əşya və ya predmet olub-olmaması soruşulduqda o, motosikletdə qanunsuz əşya və ya predmet olmadığını, həmçinin motosikletə baxış keçirilməsi ilə bağlı hər hansı etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs və onun müdafiəçisinin də iştirakı ilə "Kuba" markalı motosikletə baxış keçirilmişdir. Motosikletdən qanunsuz heç bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bağlamada olan maddələr qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilmişdir. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid2 və X5 oxşar ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat bölməsinin sabiq təhqiqatçısı, polis baş leytenantı Rüstəm Diniyev tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 22 iyul 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 22 iyul 2021-ci il tarixdə saat 16:10-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq baş idarəyə gətirilib həmin tarixdə üzərinə şəxsi axtarış keçirilən zaman əlində saxladığı polietilen torbanın içərisindən narkotik vasitələr, psixotrop maddələr və güclü təsir edən dərman vasitələri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks məhkəmə kimyəvi və məhkəmə bioloji ekspertizasının 23 iyul 2021-ci il tarixli 7/700 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilimiş maddələr” yazılar və imzalar olan ağ rəngli kağız paketdə 3 ədəd üzərləri qara rəngli skoçla bağlanmış ağız hissələri bağlanan kiçik polietilen paketlərdə, 1 ədəd ağız hissəsi bağlanan polietilen paketdə və 1 ədəd böyük polietilen paketin içərisində 3 ədəd polietilen paketlərdə (2 ədəd kiçik 1 ədəd orta ölçülü ağız hissələri bağlanan polietilen paketlər) ayrı-ayrılıqda təmiz çəkiləri-1,925qram, 1,924qram, 1,988qram, 3,934qram, 4,526qram, 2,062qram, 1,907qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi-18,266 qramdır. Təqdim olunan marixuanalar tərkiblərinə görə eynidir. Qeyd: Marixuanaların ümumi çəkisi-18,266qram (1-7№ ob) tədqiqata sərf edildi cəmi 0,14 qram (hər obyektdən 0,02 qram), qalıq-18,126 qram. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks məhkəmə kimyəvi və məhkəmə bioloji ekspertizasının 23 iyul 2021-ci il tarixli 6/3025 nömrəli rəyində görünür ki, tədqiqata üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6” dairəvi möhür əksi, ‘Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketin içərisində olan bir ədəd bükümdə təmiz çəkisi 0,761 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,885 qram, 0,864 qram olan ümumi təmiz çəkisi 1,749 qram ağ rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, narkotik vasitə olan kokaindir. Təqdim edilmiş 28 ədəd ağ rəngli kapsulanın tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 4,2 qram (bir ədəd həbdə preqabalinin təsir maddəsinin miqdarı 0,15 qramdır) olduğu müəyyən edildi. Təqdim edilmiş 182 ədəd olan ağ-qəhvəyi rəngli dərman kapsulanın tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 54,6 qram (bir ədəd kapsulda preqabalinin təsir maddəsinin miqdarı 0,3 qramdır) olduğu müəyyən edildi. Təqdim edilmiş 61 ədəd çəhrayı rəngli həbin tərkibindəki MDMA-nın təsir maddəsinin ümumi miqdarı miqdarı 9,15 qram olduğu müəyyən edildi. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-n siyahısına (Siyahı İ) daxildir. Kokain 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. MDMA 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Preqabalin 2016-cı il 18 mart tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Təqdim edilmiş həblər ağ rəngli dərman kapsulları xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş həblər ağ-qəhvəyi rəngli dərman kapsulları xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş həblər çəhrayı rəngli həblər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Qeyd:Metamfetaminin təmiz çəkisi -0,761 qram, cəmi tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,711 qram. Preqabalin həblərinin sayı - 28 ədəd, tədqiqata sərf edildi-2 qram, qalıq - 26 ədəd. Preqabalin həblərinin sayı - 182 ədəd, tədqiqata sərf edildi-4 qram, qalıq - 178 ədəd. Kokain - 1,749 qram, cəmi tədqiqata sərf edildi-0,1 qram, qalıq-1,649 qram. MDMA həblərinin sayı- 61 ədəd, tədqiqata sərf edildi - 2 ədəd həb, qalıq - 59 ədəd həb. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 29.11.2021-ci il tarixli 4764 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işi materiallarına əlavə edilmiş “Bank məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 04.10.2021-ci il tarixli, RB- 02/2929 nömrəli müşayiət məktubu əsasında alınmış 01 ədəd diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda, müxtəlif yerlərdə bankomatlardan pul çıxaran zaman çəkilmiş fotoşəkillərinin olması, bank məlumatlarında qeyd olunan kart hesablarının Təqsirləndirilən şəxs adına qeydiyyatda olması, həmçinin həmin kartlardan 14.06.2021-ci il tarixdən 26.07.2021-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə pulların mədaxil və məxaric olması barədə məlumatlar aşkar edilmişdir. Təqsirləndirilən şəxs məxsus olan “Xiaomi” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, mobil telefonun “Galareya” bölməsinə daxil olan zaman orada müxtəlif ərazilərdə oxlarla istiqamətləndirilmiş formada olan işarələrin olmasında dair 23 ədəd foto, sellofan bağlamalarda ağ kristalli formalı, psixotrop maddə metamfetaminə oxşar kütlələrin olduğu 04 ədəd foto, şüşə materialından hazırlanmış boru şəkilli əşyanın olduğu 02 ədəd foto,qara rəngli skoçla bağlanmış formada olan əşyaların olduğu 03 ədəd foto, üzərində “alyse 150mg preqabalin” sözləri yazılmış dərman blisterlərinin olduğu 01 ədəd foto, qırmızı rəngli 03 ədəd dərman preparatlarının olduğu 01 ədəd foto və içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddənin qablaşdırıldığı sellofan bağlama olan 01 ədəd foto aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra 0,711 qram qalmış psixotrop maddə metamfetamin, tədqiqatdan sonra 204 ədəd qalmış preqabalin həbləri, tədqiqatdan sonra 1,649 qram qalmış narkotik vasitə kokain, tədqiqatdan sonra 59 ədəd qalmış MDMA həbləri, tədqiqatdan sonra 18,126 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd “Xiaomi” markalı mobil telefon və 01 ədəd plastik kart iş üzrə maddi sübut kimi tanınaraq DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, 03 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. 06 dekabr 2021-ci il tarixdə ********* nömrəli cinayət işi materiallarından külli miqdarda narkotik vasitələrin, külli miqdarda psixotrop maddələrin və külli miqdarda güclü təsir edən maddələrin əldə edilməsi, saxlanması, daşınması və satılması faktlarına görə ayrıca icraatda Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə irəli sürülərək göstərilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə kömək etmişdir. Lakin məhkəmə istintaqı zamanı aparılmış hərtərəfli araşdırma zamanı təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi, belə bir əməlin törədilməsində iştirakı və belə iştiraka yönəlmiş hər hansı qəsdi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3 və 240.3.2-ci maddələri ilə ittiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə ittiham irəli sürməklə əsassız qənaətə gəlmişdir. Belə ki, iş üzrə toplanmış sübutların, bütövlükdə cinayət işinin materiallarının təhlili göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə olunmamışdır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli 10 №-li Qərarının 19-cu bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, Cinayət Məcəlləsinin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan hərəkətlərdən hər hansı birinin törədilməsi, yəni qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etmə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etmə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratma, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etmə və sair bu kimi hərəkətlər müəyyən olunmamışdır. Bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi qeyrisi Təqsirləndirilən şəxs artıq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə gətirilmiş, Bakı şəhərində bəlli yerə yerləşdirilmiş külli miqdarda narkotik vasitənin qoyulduğu yer barədə məlumat vermiş və Təqsirləndirilən şəxs məhz bu məlumatı aldıqdan sonra külli miqdarda narkotik vasitəni Bakı şəhərində qoyulduğu yerdən götürmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Konstitusiya normasını eynilə əks etdirən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X9rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərkən, onun üzərində narkotik vasitə olmamasını, yalnız idarə etdiyi az miqdarda Motosikletində isə qurudulmuş marixuana olmuşdur. Üzərindən aşkar edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən maddələrin ona məxsus olmadığını, həmin narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən maddələrin polis əməkdaşları tərəfindən ona verildiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə bu hissədə tənqidi yanaşır və inandırıcı hesab etmir. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə istintaqı zamanı ətraflı yoxlanılmış, ilkin araşdırma materialları ilə, özünün və şahidlərin ifadələri ilə, əməliyyat tədbirlərinin keçirilməsinə dair tərtib edilmiş protokollarla, üzləşdirmə protokolları ilə, ekspert rəyləri ilə, maddi sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs ittihamından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsinin xaric edilməsini qanuni və əsaslı hesab edir. Ona görə də Təqsirləndirilən şəxs ittihamından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi xaric edilməli, o, məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətməsi təsdiq olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar (ittiham hökmü) çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.3.2-ci maddələri ilə tövsif edilməlidir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini qismən etiraf edib peşimançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 iyul 2021ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, qalıq çəkisi 0,711 qram qalmış psixotrop maddə metamfetamin, tədqiqatdan sonra 204 ədəd qalmış preqabalin həbləri, tədqiqatdan sonra 1,649 qram qalmış narkotik vasitə kokain, tədqiqatdan sonra 59 ədəd qalmış MDMA həbləri, tədqiqatdan sonra 18,126 qram qalmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən sinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə, habelə onun idarə etdiyi avtomobilə baxış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 03 ədəd DVD diski cinayət işinin materiallarında saxlanılmalıdır. 01 ədəd “Xiaomi” markalı mobil telefon və 01 ədəd plastik kart Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 131 (yüz otuz bir) manat 46 (qırx altı) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 22 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan-0,711 qram psixotrop maddə metamfetamin, 204 ədəd preqabalin həbləri, 1,649 qram kokain, 59 ədəd MDMA həbləri, 18,126 qram qurudulmuş marixuana məhv edilsin. - 01 ədəd “Xiaomi” markalı mobil telefon və 01 ədəd plastik kart Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. - 03 ədəd DVD diski iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri 131 (yüz otuz bir) manat 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-474/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-474/2022
25.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver