Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-474/2023 07.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, X5 və Əsgərova Aynur Namiq qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyat olmaqla həmin ünvanda yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, ittiham aktına əsasən, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, külli miqdarda təmiz çəkisi 2,186 qram psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 15:25-də ünvan 3 ünvanının qarşısında Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə aparılmış, şöbədə video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli idman şalvarının sağ cibindən 01 ədəd ağ rəngli sellofana bükülmüş içərisində təmiz çəkisi 2,186 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1- 1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Türkan qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Himayəsində 2 azyaşlı övladı var. Türkan qəsəbəsində özünə məxsus “Zil” markalı yük maşını ilə mişar daşı alıb-satmaqla məşğul olur. O, narkotik vasitələrin istifadəçisidir. Hadisə olduğu gün, yəni o, polis əməkdaşları tərəfindən saxlanıldığı gün, yaşadığı evdən həyətə çıxmış, polis əməkdaşları gizlin hasardan içəriyə keçərək öz həyətində onu tutmuşlar. Onu saxladıqdan sonra sahə rəisi üçün ayrılmış yerə gətirərək, onu orada döyüb, döydükdən sonra Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gətirib ona qarşı zor tətbiq edərək təzyiq göstərmiş və həmin cinayət işinin materiallarında qeyd edilmiş narkotik vasitələri boynuna götürməyini istəmişlər. Həmin qeyd edilmiş narkotik vasitə ona məxsus olmamış, o, saxlanılan zaman üzərində ümumiyyətlə heç bir narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, o, Türkan qəsəbəsində həyət evində yaşayır. Narkotik vasitələrin istifadəçisidir. Adətən metamfetamindən istifadə edir. Narkotik vasitələrdən iki-üç gündən bir istifadə etmiş, həmin maddələri əvvəllər tanımadığı şəxslərdən almışdır. Polis işçiləri evinin içinə girməmiş, yaşadığı ev həyət evidir, evin hasarından həyətə keçmişlər. O, evdən həyətə çıxdığı zaman, onu həyətdə tutmuşlar. Həmin zaman üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Cinayət işinin materiallarında qeyd edilmiş narkotik vasitəni polis işçilərinin təzyiqi və zorakılığı nəticəsində üzərinə götürmüşdür. O, narkotik vasitənin istifadəçisi olsa da, saxlanıldığı gün onun üzərində narkotik vasitə olmamışdır. Onu saxlayan polis işçilərini tanımamış, ona təzyiq göstərmiş polis işçilərinin adlarını xatırlamır. Video çəkiliş zamanı əvvəlcədən döyüldüyü üçün, video çəkiliş zamanı polis işçilərinin istədiklərini deyərək, həmin narkotik vasitəni üzərinə götürmüşdür. İstintaq Təcridxanasına daxil olarkən həkim yoxlanışından keçmiş, orada bədənində olan xəsarət izlərini görüb, qeyd etmişlər. Ondan şikayətçi olub-olmadığı soruşulmuş, o da şikayətçi olmadığını bildirmişdir. İstintaq təcridxanasında olduğu zaman onu yoxlayan həkimin bədənində olan xəsarətləri qeyd etdiyini görmüş, lakin ona heç bir sənəd təqdim edilməmişdir. Polis əməkdaşları yaşadığı evdə və həyətdə axtarış keçirməmiş, polis işçiləri yaşadığı evin həyətinə daxil olan zaman, həyat yoldaşı və uşaqları evdə olmuşlar. Təqsirləndirilən şəxs həmçinin ona verilən suallara cavab olaraq hasardan həyətə keçən polis əməkdaşının Şəhriyar adlı polis əməkdaşı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini alıb əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, əməliyyat qrupunun rəhbəri qismində olmaqla Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz əldə etməsi və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun yerinin müəyyən edilməsi üçün keçirilmiş əməliyyat tədbiri zamanı xx.xx.2022-ci il tarixdə, təxminən saat 15 radələrində yaşadığı evin qarşısında saxlamış, özlərini təqdim etdikdən sonra ona narkotik maddələri qanunsuz əldə etmə, saxlama və daşımasında şübhəli olduğu üçün onlarla birlikdə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə şöbəyə getmiş, şöbədə təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddə olub-olmaması soruşulduqda o, əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir büküm çıxarıb masanın üzərinə qoymuşdur. Büküm açıldıqda içərisində psixotrop maddəyə bənzər maddə olması müəyyən olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisində olan maddənin metamfetamin olduğunu, onu özü istifadə etmək üçün Suraxanı qəsəbəsindən, üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 30 manata aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş maddə götürülərək Təqsirləndirilən şəxs iştirakı ilə zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, bu barədə tərtib edilmiş protokol və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Türkan qəsəbəsində yaşadığı evin yaxınlığında, bayır hissədə saxlamışlar, onun həyətinə hasardan tullanıb keçən olmamış və sahə rəisinin məntəqəsinə aparılmamışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki təsir və zorakılıq olmamışdır. Təqsirləndirilən şəxs saxlayan zaman ətrafda kiminsə olub-olmamasını xatırlamır. Şəhriyar adlı əməkdaşları olsa da, həmin şəxs Təqsirləndirilən şəxs tutulması prosesində iştirak etməmişdir. Həmin əməliyyat tədbirində sahə rəisi Şahid2la birlikdə olmuşdur. O, Təqsirləndirilən şəxslə Şəhriyarın arasında nə məsələ olduğunu bilmir, təqsirləndirilən şəxsin onun adını çəkməsinin səbəbini də bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru Şahid2 Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi həmin məntəqədə o oturur, onun icazəsi olmadan oraya heç bir kəs daxil ola bilməz. Hadisə olan gün isə məntəqəyə heç kəs daxil olmamışdır. Bundan başqa müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis Şöbəsində cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə ona heç bir məlumat daxil olmamış, o, həmin şəxsin saxlanılması ilə bağlı əməliyyat axtarış tədbirində iştirak etməmişdir. Əgər o, əməliyyat-axtarış tədbirində iştirak etmiş olsaydı videoçəkiliş zamanı da orda iştirak edərdi. Şəxs bölməyə gətirilərkən onu görübgörmədiyini xatırlamır. O, 1-ci Polis Şöbəsində xidmət edir. Türkan və Zirə qəsəbəsi onun xidmət etdiyi əraziyə daxildir. O, Türkan qəsəbəsində çox insanı tanıyır. Təqsirləndirilən şəxsin qonşularla mübahisə etməsi barədə ona heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs saxlanılan gün o, işdə olmuş, lakin ona hər hansı bir təzyiq göstərilməsi barədə məlumatı yoxdur. Həmçinin müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs arvadı X1 olaraq verdiyi ifadəsində göstərmişdir ki, hadisə olan günü saat təxminən günorta 13-14 radələri olmuş, o, mətbəxdə yemək hazırlayan vaxt mətbəxin pəncərəsi ilə üzbəüz olan həyətə giriş qapısının sağ tərəfindən hasardan həyətə bir nəfərin düşdüyünü görmüşdür. Həmin vaxt həyat yoldaşı Samir evdə olmuş, o, Samirə kiminsə hasardan həyətə düşdüyünü demiş, Samir həyətə çıxıb pilləkənlərlə aşağı düşən zaman, həmin hasardan düşən şəxs Samirin əl-qolunu tutaraq küçəyə çıxış qapısına aparmış və həyətdən çölə çıxartmışdır. Daha sonra Samir həmin şəxslərlə həyətə qayıdanda, onun əlləri qandallanmışdır. Samiri tutan şəxs ondan Samirin şəxsiyyət vəsiqəsini istəmiş, o, içəri girib şəxsiyyət vəsiqəsini gətirəndə, oğlu ona demişdir ki, həmin şəxslərdən biri əlində olan açarın zənciri ilə Samirin boynuna vurur. O, şəxsiyyət vəsiqəsini təqdim edəndə, Samiri artıq küçəyə çıxartmışlar, daha sonra üç nəfər evə daxil olaraq ondan yataq otağının hansı olduğunu soruşmuş, o da yataq otağını göstərmiş, həmin şəxslər də evi axtarmağa başlamışlar. Yataq otağında siyirməyə baxmış, lakin heç nə aşkar etməmişlər. Sonra evdən çıxarkən həmin şəxslərdən biri ona 20 manat pul vermiş və özünü Gülağa kimi təqdim edərək öz mobil nömrəsini ona vermişdir. O da həmin nömrəni qaynına vermişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə şahid ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 10 avqust 2022-ci il tarixli protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkilişdən istifadə olunmaqla keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən ağ rəngli sellofan bükümdə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Tədqiq edilən protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümün içərisində psixotrop maddə metamfemin olduğunu, həmin maddəni həmin gün Suraxanı rayonu ərazisində 30 manat müqabilində tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir (i/v: 30-31). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «CD diskə baxış keçirilməsi haqqında» 11 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman onun əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülü aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin psixotrop maddə metamfemin olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə Suraxanı rayonunda tanımadığı şəxsdən 30 manata öz şəxsi istifadəsi üçün alaraq üzərində saxlamaqla gəzdirdiyini, eyni zamanda bir neçə müddətdir ki, narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir (i/v: 53) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 11 avqust 2022-ci il tarixli 6/4275 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 157» dairəvi möhür əksi olan, «Şübhəli şəxs Təqsirləndirilən şəxs» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi- 2,186 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr» in siyahısına (Siyahı İ) daxildir.(i/v: 37-41) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator X4 üzrə xx.xx.2022-ci il tarixli 6176 №-li rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v: 99-100) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan maddi sübut kimi tanıma haqqında 11 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2,186 qram psixotrop maddə metamfetamin maddi sübut qismində tanınmış, həmin psixotrop maddənin ekspertiza tədqiqatından sonra 2,136 qram qalıq qalmış hissəsi saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir (i/v: 54) İbtidai istintaq orqanının işdə olan «sübutların qiymətləndirilməsi haqqında» 16 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntüləri olan 1 ədəd CD disk iş üzrə maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i/v: 119- 123) Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetamin psixotrop maddəsinin təmiz halda 0,15 qrama qədər şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş psixotrop maddə metamfetaminin çəkisi 2,186 qram təşkil etməklə «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş metamfetamin psixotrop maddəsinin külli miqdar həddində olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində heç bir narkotik vasitənin olmaması, polis əməkdaşları tərəfindən döyülərək təzyiqlərə məruz qalması ilə əlaqədar video çəkiliş zamanı polis əməkdaşlarının təklifi ilə razılaşaraq onların verdiyi narkotik vasitəni boynuna götürməsi ilə bağlı ifadəsinə qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxsin qeyd edilən məzmundakı ifadələri məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutlarla tam təkzib olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Türkan qəsəbəsində özünə məxsus «Zil» markalı yük maşını ilə mişar daşı alıb-satır. 1-2 il olar ki, narkotik maddədən istifadə etsə də, təxminən 3-4 aydır ki, metamfetamin istifadə edir. Narkotik vasitə qəbul etməsi ilə bağlı onu heç kim məcbur etmir, narkotik vasitələri könüllü olaraq istifadə edir. xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində Xəzər rayonu, Türkan qəsəbəsi yeni sahədə olarkən 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək narkotik maddələrin qanunsuz dövriyyəsi, istifadəsi və daşınmasında şübhəli olduğu üçün onlarla birlikdə Xəzər RPİ-nin 1-ci PŞ-nə getməsini demişlər. Polis işçilərinə artıq hər şeyin aydın olduğunu bildiyi üçün etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Polislər yol boyu gözləri ilə ona nəzarət etdikləri üçün cibində olan narkotk vasitəni ata bilməmişdir. Polis şöbəsində olan zaman təhqiqatçı tərəfindən barəsində şübhəli şəxsi tutma haqqında qərar çıxarılmış, ona Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. Siyahı ilə tanış olduqdan sonra siyahıda olan vəkillərdən birinin hüquqlarını müdafiə etməsini xahiş etmişdir. Bundan sonra Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X8 dəvət olunmuş, təhqiqatçı tərəfindən vəkil ona təqdim edilmişdir. Polis şöbəsində video-çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparacaqlarını bildirmişlər. Üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis işçiləri tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanuna zidd əşya və ya predmet varsa həmin əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, o, könüllü olaraq əynində olan göy rəngli idman şalvarın sağ cibindən içərisində psixotrop maddə metamfetamin olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Polis işçiləri tərəfindən həmin büküm açılıb içərisinə baxış keçirilmiş, sorğu zamanı həmin bükümdə olan maddənin psixorop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin maddə polis işçiləri tərəfindən götürülərək ekspertizaya təqdim edilməsi üçün orada olan şəxslərin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərfi imzalamışlar. Üzərindən aşkar olunmuş psixotrop maddə-metamfetamini saxlanıldığı gün Suraxanı qəsəbəsində üzdən şifahi tanıdığı, adını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 30 manata aldığını, həmin psixotrop maddə metamfetamini satmaq, eləcə də kiməsə pay vermək niyyətinin olmadığını, özü istifadə etmək üçün üzərində saxladığını, göstərilən tarixdə və yerdə üzərindən psixotrop maddə metamfetamin aşkarlanan zaman və ya polis şöbəsində polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilmədiyini, narkotik vasitələrdən istifadə etməsi barədə hər hansı şəxsin xəbərdar olub-olmaması barədə heç nə deyə bilmədiyini, onların qəbul edilməsinin qadağan olunmasını və məsuliyyətini dərk etməklə əməlindən peşman olduğunu, mobil telefonu olmadığını, narkotik vasitəni alarkən heç kimlə əlaqə saxlamadığını, sadəcə yolda dayanan zaman onu satan adamlar narkotik vasitə istifadə edənləri tanıdığı üçün yaxınlaşıb narkotik vasitə istəyib-istəməməsi barədə soruşduqda almaq istədiyini bildirdiyini, polis işçiləri onu Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni sahədə, yaşayış evlərinin yaxınlığında saxladıqlarını bildirmişdir. (i/v: 67- 70). Cinayət işinin materiallarında olan həmin ifadədə təqsirləndirilən şəxs öz əl yazısı ilə “təqsirli bilirəm” qeydi yazmış və ifadəni imzalamışdır. Bundan başqa, məhkəmənin sorğusuna əsasən əldə edilərək, məhkəmə iclasında tədqiq edilib cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin “Məhkumun tibbi kitabçası”nın surətindən görünür ki, müayinə zamanı təqsirləndirilən şəxsin sağ saidin arxa nahiyəsində 1 ədəd qərtməkli yara və kürəyində bənövşəyi qançır izi aşkar edilmişdir. Bundan başqa tədqiq olunmuş həmin şəxsi işin materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərində olan xəsarətlərlə bağlı izahatı alınmış və o, öz izahatında üzərində aşkar olunmuş xəsarəti həbs olunmamışdan əvvəl öz ehtiyatsızlığından məişət işləri ilə məşğul olan zaman aldığını, ona qarşı heç bir fiziki və ya mənəvi təzyiq olmadığını bildirmişdir. Eyni zamanda təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində də göstərmişdir ki, istintaq təcridxanasına daxil olanda həkim müayinəsi zamanı üzərində müəyyən xəsarətlər olmuş, bununla bağlı hər hansı bir şikayətinin olub-olmaması sorulmuş, o da heç bir şikayətinin olmadığını bildirmiş, lakin əgər polis əməkdaşları tərəfindən döyülmüşdürsə, hansı səbəbdən heç bir məlumat verməməsini və şikayətçi olmamasını heç nə ilə izah etməmişdir. Daha sonra məhkəmənin sorğusuna əsasən əldə edilərək məhkəmə iclasında tədqiq olunan Bakı şəhəri Xəzər rayon prokurorunun köməkçisi Həsən Əliyevin 21 yanvar 2023cü il tarixli 35-C-23 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan qərar təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən məhkəmə nəzarəti qaydasında mübahisələndirilmiş və Xəzər rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 6(003)-19/2023 nömrəli qərarı ilə həmin qərar ləğv edilmiş və araşdırmanın davam etdirilməsi üçün yenidən Xəzər rayon prokurorluğuna göndərilmişdir. Bununla belə Bakı şəhəri Xəzər rayon prokurorunun köməkçisi Həsən Əliyevin 03 iyul 2023-cü il tarixli 35-C-23 nömrəli qərarı ilə, yenidən Azərbaycan Respublikası CPMnin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda yuxarıda qeyd olunan araşdırma zamanı keçirilmiş məhkəmə tibbi ekspertizası üzrə ekspert rəyi əldə edilmiş, həmçinin həmin rəyi vermiş ekspert Yusif Səfərov məhkəmə iclasına dəvət olunaraq dindirilmiş və ekspert X9 öz ifadəsində bildirmişdir ki, o, qeyd olunan ekspert rəyini Təqsirləndirilən şəxs adına tərtib olunmuş tibbi sənədlər əsasında vermiş, şəxsi bilavasitə müayinə etməmişdir. Ona təqdim edilmiş tibbi sənədlərlə müəyyən etmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 12 radələrində 3 saylı İT- nin tibbi sanitar hissəsində müayinə olunan zaman Təqsirləndirilən şəxs sağ saidin arxa nahiyəsində 1 ədəd qərtməkli yara, kürək nahiyəsində isə bönövşəyi rəngli qançır aşkar olunmuş, bununla əlaqədar akt tərtib olunmuşdur. Tarverdiyev X6 daxil olarkən onda sağ saidin arxa səthində qərtməkli yara aşkar olunmuşdur. Verdiyi rəydən də göründüyü kimi Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarət-sağ saidin qərtməkli səthi əzilmiş yarası küt əşya təsirindən törənmiş, törənmə müddəti onun 3 saylı İstintaq Təcridxanasının tibb məntəqəsində müraciətindən və müayinəsindən 5-6 gün əvvələ uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs adına tərtib olunmuş tibbi sənəddə və onun məhkəmə-tibb müayinəsi zamanı hər iki kürəyində və bel nahiyəsində xəsarət və xəsarətin qalıq əlamətləri aşkar edilmədi. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarət müxtəlif şəraitlərdə, o cümlədən öz boyu hündürlüyündən yıxılması zamanı törənməsi istisna olunmur. Təqsirləndirilən şəxs adına tərtib olunmuş aktda göstərilənlər həkim tərəfindən qeydiyyat olunmadığından və xəsarətin obyektiv əlamətləri ilə əsaslandırılmadığından, aktda göstərilənlərin xəsarət kimi qiymətləndirilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs həmin vaxt şəxsən müayinə olunmamış, yalnız tibbi sənədlər əsasında rəy verilmişdir. Buna görə də xəsarətin tam dəqiq hansı tarixdə yetirilməsini müəyyən etmək mümkün deyildir. X15 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, 2003-cü ildən ekspert fəaliyyəti ilə məşğuldur, Tibb Universitetində təhsil almışdır. 12 iyun 2023-cü il tarixli 658 saylı rəyi o tərtib etmiş və həmin rəyi təsdiq edir. Rəyi şəxsin tibbi kitabçası əsasında tərtib etmişdir. Şəxs 13 avqust 2022-ci il tarixdə istintaq təridxanasına daxil olmuş, 15 avqust 2022-ci il tarixdə şəxsin üzərinə baxış keçirilmiş və xəsarətlərinin olubolmaması müəyyənləşdirilmişdir. Tibbi kitabçanın tərtib edilmə tarixi 15 avqust tarixindədir. Xəsarətin 1 gün əvvəl və ya 1 gün sonra yaranma ehtimalı var. Orqanizmin generasiya prosesi var. Bu məhkəmə ekspertizasında əsas istiqamətlərdən biridir. Xəsarətin hər keçən müddətə uyğun özünün sağalma xüsusiyyəti var. Vaxt keçdikcə hər yaranın qərtməyi bərkiyir və sağalır. Xəsarətin 09 avqust 2022-ci tarixdə yaranma ehtimalı ola bilər. O, yalnız əlində olan tibbi sənədlər əsasında rəy vermişdir. Tibbi sənədi həkim tərtib etmişdir, o da həmin məlumat əsasında rəy vermişdir. Digər akt mütəxəssis tərəfindən tərtib olunmamış, ona görə də həmin sənədə istinad edilib rəy verilməsi mümkün olmamışdır. 4 gün ərzində qançır bənövşəyi rəng alır. 15 avqust 2022-ci il tarixdə akt tərtib olunubsa, 4 gün əvvəl, yəni 11 avqust tarixdə qançır bənövşəyi rəng alır. Qeyd olunan məsələ ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs tibbi müayinə zamanı üzərində aşkar olunmuş xəsarətlərlə bağlı həbs olunmamışdan əvvəl öz ehtiyatsızlığı ilə bağlı məişət işləri ilə məşğul olan zaman aldığını bildirmiş, həmçinin o, ibtidai istintaq dövründə polis əməkdaşları tərəfindən hər hansı bir qanunsuzluğa məruz qalması ilə bağlı heç bir orqana, o cümlədən prokurorluğa şikayət etməmiş, yalnız cinayət işi məhkəməyə göndərildikdən sonra polis əməkdaşları tərəfindən zorakılığa məruz qaldığını bildirmişdir. Bundan başqa təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı Xəzər rayon prokurorluğunda aparılmış araşdırma zamanı verilmiş 12 iyun 2023-cü il tarixli 658 saylı ekspert rəyindən də görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunmuş xəsarət – sağ saidin qərtməkli səthi əzilmiş yarası küt əşya təsirindən törənmiş, törənmə müddəti onun 3 saylı İstintaq Təcridxanasının tibb məntəqəsində müraciətindən və müayinəsindən 5-6 gün əvvələ uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. Onun adına tərtib olunmuş tibbi sənəddə və onun məhkəmə-tibbi müayinəsi zamanı hər iki kürəyində və bel nahiyəsində xəsarət və xəsarətin qalıq əlamətləri aşkar edilmədi. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarət müxtəlif şəraitlərdə, o cümlədən öz boyu hündürlüyündən yıxılması zamanı törənməsi istisna olunmur. Təqsirləndirilən şəxs adına tərtib olunmuş aktda göstərilənlər həkim tərəfindən qeydiyyat olunmadığından (həkim tərəfindən müayinə edilmədiyindən) və xəsarətin obyektiv əlamətləri ilə əsaslandırılmadığından, aktda göstərilənlərin xəsarət kimi qiymətləndirilməsi mümkün deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülüb təzyiqlərə məruz qalması öz təsdiqini tapmamışdır. Bundan əlavə məhkəmə təqsirləndirilən şəxsin Şəhriyar adlı polis əməkdaşının onun həyətinə daxil olması ilə bağlı ifadəsinə qiymət verərək məhkəmə qeyd edir ki, Bakı şəhəri Xəzər rayonu 1-ci polis şöbəsi cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı əməliyyat tədbirində iştirak etmədiyini, onun həyətyani sahəsinə daxil olmadığını bildirmişdir. Həmçinin təqsirləndirilən şəxs öz ifadəsində də Şahid3 2 ildən çoxdur ki tanıdığını bildirmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin tanıması ilə əlaqədar Şəhriyar adlı polis əməkdaşının adını verməsi istisna olunmur. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin arvadı X2 ifadəsinə qiymət verərək ki, qeyd edir ki, o, təqsirləndirilən şəxsin yaxın qohumu olmaqla onun xeyrinə ifadə verməsi istisna olunmur. Bununla da təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülüb təzyiqlərə məruz qalması, habelə üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmaması ilə bağlı ifadəsi öz təsdiqini tapmamışdır. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini həqiqətə uyğun hesab etmir, təqsirləndirilən şəxsin həmin ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq məqsədi daşıyır və öz ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə cinayət işinin materiallarına əlavə edilmiş sübutlarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin psixotrop maddə metamfetamin olduğu, çəkisinin isə 2,186 qram təşkil etdiyi tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda metamfetimin psixotrop maddəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i/v: 86-87) Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. s Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş nikah haqqında və doğum haqqında şəahdətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs X3 ilə 2009-cu ildən nikahdadır və himayəsində xx.xx.2013-cü il təvəllüdlü Zakir Tarverdi və xx.xx.2011-ci il təvəllüdlü Dilək Tarverdi adlı övladları var. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edərkən, onun üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin çəkisinin külli miqdar həcminin minimum həddinə yaxın həcmdə olmasını nəzərə alır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6176 №-li nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərə alaraq, onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 10 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 10 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (i/v: 19), Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 10 avqust 2022-ci il tarixdən hesablanmışdır (i/v: 76-78). Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 10 avqust 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Xəzər RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,136 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 65 (altmış beş) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 70 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 420 (dörd yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 10 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin, o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut- Xəzər RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,136 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, şəxsi axtarış və götürməni özündə əks etdirən bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 420 (dörd yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-474/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-474/2023
07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver