Məhkəmə qərarları › İş №1(101)-474/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-474/2024

11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-474/2024 11.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs ona görə ittiham olunur ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib, üzərində saxlamış və daşımışdır. İttihama əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə külli miqdarda narkotik vasitə heroin əldə edib sataraq mənfəət əldə etmək üçün şəxsiyyəti istintaqa məlum olmayan «Həsən» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq 15 mart 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə istintaqa konkret məlum olmayan ünvanda «Həsən» adlı şəxsdən 1 (bir) ədəd polietilen bağlamada təmiz çəkisi 520 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin əldə edib həmin narkotik vasitəni sonuncunun sifarişi ilə 1200 (bir min iki yüz) manat və 20 (iyirmi) qram narkotik vasitə heroin müqabilində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Mirzəbala Əhmədzadə, Ağa Nemətulla və Nazim Hacıyev küçələrinin kəsişməsində yerləşən Nəriman Nərimanov adına istirahət parkına daşıyıb şəxsiyyəti istintaqa məlum olmayan digər şəxsə çatdıraraq 5000 (beş min) manat müqabilində həmin şəxsə satacağına dair «Həsən» adlı şəxslə sövdələşib razılaşmaqla qeyd olunan külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə saxlayıb daşıyarkən Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin əməkdaşları tərəfindən 15 mart 2023-cü il tarixdə, saat 21:00 raadələrində ünvan 3 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin ünvan 5 ünvanında yerləşən inzibati binasına gətirilib orada üstündə şəxsi axtarış aparılan zaman sağ əlində saxladığı ağ rəngli polietilen torbanın içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 1 (bir) ədəd şəffaf rəngli polietilen bağlamada təmiz çəkisi 520 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, tutulmamışdan iki il əvvəldən başlayaraq kakos, yəni heroin istifadə etmişdir. O Qobu qəsəbəsində yaşayan ailəsindən, yəni anası və qardaşından ayrı yaşamış, atası ölmüş, orta məktəbdə oxumamışdır. O Bakı şəhərində qapı və pəncərələri olmayan binalarda yaşamaqla tüfeyli həyat tərzi sürmüşdür, bu ilin əvvəllərində gecələdiyi istifadəyə verilməmiş binada oğurluq etməkdə şübhəli bilindiyi üçün polislər tərəfindən saxlanılmış və Bakı şəhəri Binəqədi rayon məhkəməsi tərəfindən 1 ay müddətində inzibati həbs tətbiq edilmişdir. Əslində isə o heç bir oğurluq etməmişdir. Onu həbs edən hakim qadın olmuşdur. O xəstə, yəni revmatizması olduğu üçün ayaqlarında olan ağrılarını kəsmək üçün 10-20 manata ayrı-ayrı yerlərdən və şəxslərdən kakos alıb istifadə edirdi. Pulsuzluqdan onun telefonuda olmayıb, heç bir nömrə ilə əlaqə saxlamamışdır. Hadisə günü xx.xx.2023-cü tarixdə saat 14-15 radələrində Gənclikdə yerləşən "xxxx" mağazasından 30 paçka “Alpengold” şokoladı əynində olan gödəkçənin iç hissəsinə yəni, özünün astarı kəsdiyi yerə qoyaraq oğurluq etmək istəmiş, lakin bir xanım mühafizəçi monitordan onu izləyərək oğurluq etdikdən sonra saxlamış, oğurladığı şokoladları ondan geri almış və DİN-nin 102 xidmətinə zəng edib oğurluq haqqında məlumat vermişdir. Bundan sonra mağazaya post patrul maşını gəlmiş və onu Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nə aparmışlar. Onunla bərabər oğurladığı şokolad paçkaları ilə onu saxlayan mühafizəçidə şöbəyə getmişdir. Məlum olmuşdur ki, onun oğurladığı şokoladın ümumi dəyəri 63 manatdır. Lakin, onu nədənsə oğurluğa görə deyil, narkotik vasitələrin satışı ilə cinayət məsuliyyətinə cəlb etmişlər. Onun üzərinə 520 qram heroin bükümünü qoyaraq məcbur etmişlər ki, həmin heroini o Həsən adlı şəxsdən 1200 manata əldə etdiyini desin və ona verəcəkləri 20 qram heroinə görə Nəsimi rayonunda olan Kubinka adlanan yerdən əldə edib, həmin 520 qram heroini Nərimanov parkında 5000 manata çatdırmağı bildirsin. Onun gündəlik çörək yemək pulu olmurdu, bu inandırıcı deyil ki, onun kimi bir adama kimsə dəyəri 1200 manat olan 520 qram heroini etibar etsin. Mağazada saxlanıldığı zaman onun üzərində ümumiyyətlə narkotik vasitə olmamışdır. Bunu onun geyimini yoxlayan mağaza mühafizəçisidə təsdiq edə bilər. Özünü ona elan olunmuş ittihamda təqsirli bilmir, lakin mağazadan etdiyi oğurluqda təqsirli bilir. Qeyd etmək istəyir ki, istər mağazadan aparıldığı zaman, istərsə də polis şöbəsində ona qarşı fiziki zor tətbiq edilməmişdir, lakin polislərin onu döyə biləcəklərindən qorxaraq onların onun üzərinə qoyduqları heroini qəbul etmişdir. Həsən adlı şəxsi ümumiyyətlə tanımır, onun üzərinə narkotik vasitəni qoyan polis əməkdaşının adı Emin olmuş, elə həmin Emin də üzərinə şəxsi axtarış keçirilən zaman telefonla çəkiliş aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Sənan Şamıyevi tanıyır. Belə ki, 15 mart 2023-cü il tarixdə saat 21:00 radələrində Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ilə birlikdə inzibati ərazidə xidmət apararkən ünvan 6 ünvanının qarşısında, yəni Nərimanov parkının yan tərəfində hal-hazırda məhkəmə zalında gördüyü Sənan Şamıyev əlindəki ağ rəngli torba ilə onları görən kimi onlardan uzaqlaşmağa çalışdığını görmüşlər. Lakin onlar Sənan Şamıyevə bu imkanı verməmiş, onu saxlayaraq Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə apararaq raportla bölmənin rəhbərliyinə məruzə etmişlər və Sənan Şəmiyevin barəsində araşdırma aparılması təhqiqatçı Vüqar Ələkbərliyə həvalə edilmişdir. Vüqar Ələkbərli də Sənan Şəmiyevin hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Sənana üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Sənan da əlində saxladığı ağ rəngli sellofan torbanın içərisindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim edərək, həmin bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə “Kubinka” adlanan yerdə Həsən adlı şəxsdən sonuncun bildirəcəyi ünvana çatdırmaq və gəlir əldə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir. Sonra Sənanın üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Sənanın üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Sənan tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Sənan Şamıyevə saxlanılan və bölməyə gətirilən zaman, həmçinin bölmədə heç bir fiziki zor və təzyiqlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Sənan Şamıyevi tanıyır. Belə ki, 15 mart 2023-cü il tarixdə saat 21:00 radələrində Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ilə birlikdə inzibati ərazidə xidmət apararkən ünvan 6 ünvanının qarşısında, yəni Nərimanov parkının yan tərəfində hal-hazırda məhkəmə zalında gördüyü Sənan Şamıyev əlindəki ağ rəngli torba ilə onları görən kimi onlardan uzaqlaşmağa çalışdığını görmüşlər. Lakin onlar Sənan Şamıyevə bu imkanı verməmiş, onu saxlayaraq Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə apararaq raportla bölmənin rəhbərliyinə məruzə etmişlər və Sənan Şəmiyevin barəsində araşdırma aparılması təhqiqatçı Vüqar Ələkbərliyə həvalə edilmişdir. Vüqar Ələkbərli də Sənan Şəmiyevin hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Sənana üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Sənan da əlində saxladığı ağ rəngli sellofan torbanın içərinsən 01 ədəd sellofan bükümü çıxarıb təqdim edərək, həmin bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə “Kubinka” adlanan yerdə Həsən adlı şəxsdən sonuncun bildirəcəyi ünvana çatdırmaq və gəlir əldə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir. Sonra Sənanın üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Sənanın üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Sənan tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Sənan Şamıyevə saxlanılan və bölməyə gətirilən zaman, həmçinin bölmədə heç bir fiziki zor və təzyiqlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin Gənclik filialında nəzarətçi işləyir. Təqsirləndirilən şəxs Sənan Şamıyevi tanıyır. Belə ki, 15 mart 2023-cü il tarixdə saat 16 radələrində iş yerində olan zaman kassadan kənar keçmək istəyən və əlində qara rəngli sellofan torba olan bir nəfər şəxs onun diqqətini cəlb etmişdir. Sonradan bilmişdir ki, həmin şəxs X16r. Ona yaxınlaşaraq torbada nə olduğu ilə maraqlandıqda müəyyən olunmuşdur ki, torbanın içində mağazaya məxsus və bu şəxsin mağazanın polkalarından oğurladığı 30 ədəd «Alpen Qold» şokoladları aşkar edilmişdir. Dərhal digər nəzarətçi Əlini də çağırmış, sonuncu Sənan Şamıyevin geyindiyi idman paltarı və gödəkcəsinin üstdən yoxlamış, lakin mağazadan oğurlanmış başqa mal müəyyən edilməmişdir. Həmçinin həmin vaxt Sənan Şamıyevin əlində başqa bir torba da olmamışdır. Bundan sonra Sənan Şamıyevi filialın müdiri Günay Abdullayevanın iş otağına aparıb təqdim etmiş və sonuncu məsələdən agah olduqdan sonra DİN-nin 102 xidmətinə zəng edərək polisləri mağazaya dəvət etmişdir. Bundan sonra o, mağazaya qayıdaraq nəzarəti həyata keçirmişdir. Bir müddət sonra polis əməkdaşları gələrək müdirləri Günay Abdullayevanın otağına keçmiş, həmin polislərin Sənan Şamıyevlə və mağazanın əməkdaşı Əli ilə çıxıb getmələrini görmüşdür. Təqsirləndirilən şəxs etdiyi oğurluqla bağlı müvafiq akt tərtib edilmiş və həmin aktı o, Günay Abdullayeva və Təqsirləndirilən şəxs imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin Gənclik filialının müdiridir. Təqsirləndirilən şəxs Sənan Şamıyevin barəsində olan 15 mart 2023-cü il tarixli akt ona elan edildi. Həmin aktdan müəyyən olunur ki, 15 mart 2023-cü il tarixdə saat 16.40-da iş yerində satış zalında kassadan kənar keçmək istəyən və əlində qara rəngli sellofan torba olan Sənan Şamıyev saxlanılmış və sonuncunun əlində olan torbanın içində mağazaya məxsus və bu şəxsin mağazanın polkalarından oğurladığı 30 ədəd «Alpen Qold» şokoladları aşkar edilmişdir. Bundan sonra bir qayda olaraq Sənan Şamıyev onun iş otağına gətirilmiş və o, polisə zəng etmişdir. Lakin dəqiq xatırlamır, DİN-nin 102 xidmətinə və yaxud ərazi polis şöbəsinə müraciət etmişdir. Bundan sonra onun otağına polis əməkdaşları gəlib Sənan Şamıyevi aparmışlar. Yəni, bununla bağlı nəzarətçisi olan Xəyalə Səmədovanın ifadəsini təsdiq edir. Əli adlı əməkdaşı artıq işdən çıxmış, onun hal-hazırda harada işləməsini bilmir. Həmçinin xx.xx.2023-cü il tarixdə mağazanın videogörüntüləri də müddət keçdiyi üçün sistemdən silinmişdir. Qeyd etmək istəyir ki, həmin gün saat 16.40 Sənan Şamıyevin nəzarətçi tərəfindən saxlanıldığı saatdır. Buna dair aktda olan saat, yəni 16.40 saatı məhz monitordan müəyyən edilmiş zaldakı oğurluq hadisəsinə aiddir. Sənan Şamıyevin polisə təqdim olunduğu vaxt isə bundan sonraya aiddir. Polisə xüsusi məlumat, həmçinin məhkəməyə təqdim etdikləri aktı verməmişlər. Belə ki, düşünmüşdür ki, polis özü araşdırma aparacaq, aktı və videogörüntüləri tələb edəcək, mağazanın əməkdaşlarına sorğu-sual edəcəklər. Bunların heç biri baş verməmişdir. Mağazada bu cür hadisələr arabir baş verdiyi üçün belə hadisələri törədənlərin ad-soyadını və zahiri görkəmlərini xatırlamır. Lakin bu işlə bağlı əməkdaşı Xəyalə Səmədovanın göstərdiklərini tam təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X28 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nərimanov RPİ-nin PPXB-nin əməkdaşıdır. O, təqsirləndirilən şəxs Sənan Şamıyevi tanıyır. Təxminən bir il bundan qabaq onu "xxxx" MMC-nin Gənclik filialının qarşısından həmin filialın mühafizəçilərindən qəbul edərək Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin növbətçi hissəsinə təhvil vermişlər. Belə ki, xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətindən idarəyə məlumat daxil olmuşdur ki, "xxxx" MMC-nin Gənclik filialında oğurluq hadisəsi baş vermiş, oğurluq etmiş şəxs mağazanın mühafizəçiləri tərəfindən saxlanılmışdır. Həmin dəqiqə həmkarı X20 ilə birlikdə sürücüsü olduğu PPX maşını ilə həmin ünvana getmiş, orada mağazanın çıxışında "xxxx" MMC-nin Gənclik filialının mühafizəçiləri onlara halhazırda məhkəmə zalında gördüyü X18 təhvil vermişlər. Mühafizəçilərdən bilmişlər ki, Sənan Şamıyev mağazadan şokalad oğurluğu etmək istədikdə mühafizə tərəfindən saxlanılmışdır. Qeyd etmək istəyir ki, o zaman Sənan Şamıyev pis vəziyyətdə idi, üst-başı səliqəsiz, özü isə arıq idi. Hal-hazırda isə kökəlmiş və səliqəli geyimdədir. Mühafizəçilərdən bir nəfər kişi onlarla birlikdə polisə getmişdir. Sənan Şamıyevi mühafizəçilərdən qəbul etdikdə onun əllərində heç bir şey olmamışdır. Hətta üzərində bıçaq və ya başqa kəsici alətin olmasını yoxlamaq üçün əlləri ilə Sənanın üstünü yoxlamışlar. Lakin ciblərinə baxmamışlar. Hər hansı şübhəli bir şey Sənanda olmamışdır. Yolda, yəni maşınla getdikdə Sənan özü də şokalad oğurladığını, lakin mühafizəçilər tərəfindən saxlanıldığını demişdir. O, həmkarı ilə birlikdə Sənanı 18-ci PŞ-nin növbətçi hissəsinə təhvil verdiyi zaman raport yazaraq Sənan Şamıyevi oğurluq hadisəsi ilə əlaqədar saxlayaraq gətirdiklərini göstərmişlər. Ona Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin «polis şöbəsinə gətirilən şəxslərin qeydiyyatı kitabında» X9 xx.xx.2023-cü il tarixdə növbətçi hissəyə təhvil verilməsi barədə qeyd təqdim edilmişdir. Həmin qeyddən müəyyən olunur ki, o və həmkarı X1 Sənan Əlmurad oğlunu xx.xx.2023-cü il tarixdə saat 21:10-da 18-ci PŞ-nin növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin PPXBnin əməkdaşı X20 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs Sənan Şamıyevi tanıyır. Təxminən bir il bundan qabaq xidmət etdiyi Nərimanov RPİ-nin növbətçi hissəsinə DİN-nin 102 xidmətindən "xxxx" MMC-nin Gənclik filialında oğurluq baş verdiyi, filialın mühafizəçisi tərəfindən oğurluq edən şəxsin saxlanıldığı barədə məlumat daxil olmuş, həmin məlumat əsasında o, həmkarı X28 ilə birlikdə dərhal xidməti maşınla "xxxx" MMC-nin Gənclik filialının qarşısına getmiş, maşından enib həmin filialın girişində onları gözləyənn mühafizəçiləri və Sənan Şamıyevi görmüşdür. Mühafizəçilər bildirmişlər ki, Sənan Şamıyev mağazadan şokalad oğurluğu etmiş və saxlanılmışdır. Bundan sonra Sənan Şamıyev onlara təhvil verilmişdir. Bu zaman Sənan Şamıyevin əlində hər hansı bir əşya olmamışdır. Hətta üzərində bıçaq və ya başqa kəsici alətin olmasını yoxlamaq üçün əlləri ilə Sənanın üstünü yoxlamışlar. Lakin ciblərinə baxmamışlar. Hər hansı şübhəli bir şey Sənanda olmamışdır. Xidməti maşınla Sənan Şamıyevi aparıb Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin növbətçi hissəsinə təhvil vermişlər. O, həmkarı ilə birlikdə Sənanı 18-ci PŞ-nin növbətçi hissəsinə təhvil verdiyi zaman raport yazaraq Sənan Şamıyevi oğurluq hadisəsi ilə əlaqədar saxlayaraq gətirdiklərini göstərmişlər. Ona Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin «polis şöbəsinə gətirilən şəxslərin qeydiyyatı kitabında» X9 xx.xx.2023-cü il tarixdə növbətçi hissəyə təhvil verilməsi barədə qeyd təqdim edilmişdir. Həmin qeyddən müəyyən olunur ki, o və həmkarı X3 Sənan Əlmurad oğlunu xx.xx.2023-cü il tarixdə saat 21:10-da 18-ci PŞ-nin növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru X23 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs Sənan Şamıyevi tanıyır. Belə ki, xx.xx.2023-cü il tarixdə şöbənin rəhbərliyinin göstərişi əsasında növbətçi hissədə növbətçilik etmişdir. Həmin gün axşam saat 10-11 radələrində PPX-nin əməkdaşları X18 növbətçi hissəyə təhvil vermişlər. O, artıq xatırlamır, Sənan Şamıyev növbətçi hissəyə təhvil verildikdə onun üzərində və yaxud da əlində hər hansı bir əşyanın olmasını xatırlamır. Onu növbətçi hissəyə təhvil verən PPX-nin əməkdaşlarını Sənan Şamıyevi oğurluğa görə «Gənclik» metrostansiyasının yanındakı Bazarstore mağazasından gətirmələri barədə məlumatı da xatırlamır. Ona şöbəyə gətirilmiş şəxslərin qeydiyyat kitabından çıxarış təqdim olunur. Həmin kitabdakı X24 ilə bağlı qeydləri təsdiq edir. Həmin qrafada Sənan Şamıyevin gətirildiyi saat rəqəmləri düzgündür. Sənan Şamıyevin gətirilməsinə dair raportu isə onun ünvan 6 ünvanın qarşısında saxlayan şöbənin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 tərtib etmiş, PPX əməkdaşları sadəcə Sənan Şamıyevin şöbəyə gətirilib təhvil verilməsini təmin etmişlər. Məhz bu səbəbdən qeydiyyat kitabında Sənan Şamıyevi gətirən şəxslər kimi PPX əməkdaşlarının ad-soyadları qeyd olunmuşdur. Ona həmin PPX əməkdaşları olan X28 və X7 ifadələri elan edilmişdir. Onların belə ifadə vermələri səbəbini izah edə bilmir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlində təqsirsizliyini müəyyən edən mötəbər sübutlar: Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 vəsatəti əsasında 23 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası DİNnə Təqsirləndirilən şəxs barəsində 15 mart 2023-cü il tarixdə DİN-in 102 Xidmətinə zəng edilib-edilmədiyi ilə bağlı, əgər zəng edilmişdirsə edilmiş şikayətin məzmunu ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinə arayış verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası DİN-yi X13 Xidmətinin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3/3-3/2-20198/23 saylı məktubunda göstərilmişdir ki, “zəng edən şəxsin adı, soyadı və telefon nömrəsi” göstərilmədiyindən istənilən informasiyanın araşdırılması mümkün olmamışdır. Bununla belə Müdafiəçi2 01 sentyabr 2023-cü il tarixli 421 saylı DİN-in 102 Xidmətinə, 15 mart 2023-cü il tarixdə "xxxx" Supermarketin Gənclik filialından oğurluq etməsinə dair DİN 102 Xidmətinə zəng edilərək məlumat verilməsi barədə verdiyi sorğusuna vəkilə cavab verilməmişdir. Yaranmış zərurətlə əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə 15 aprel 2023-cü il tarixdə təkrar sorğu verilərək 15 mart 2023-cü il tarixdə "xxxx" MMC-nin Gənclik filialının müdiri X6 mağazada baş vermiş oğurluq hadisəsi ilə əlaqədar DİN-in 102 Xidmətinə zəng etməsi barədə məlumat verilməsi istənilmişdir. Azərbaycan Respublikası DİN X14 Xidmətinin məhkəməyə təqdim etdiyi xx.xx.2024cü il tarixli 7/2-10285/ saylı arayışından müəyyən olunur ki, arxivlərin saxlanma müddəti bitdiyindən 2023-cü ilin mart ayı üzrə daxil olan məlumatların araşdırılması mümkün deyildir. Məhkəmənin "xxxx" MMC-nin Baş ofisinə verdiyi 15 mart 2023-cü il tarixdə bu MMCnin Gənclik filialında oğurluq hadisəsinin olub-olmaması ilə bağlı sorğusuna MMC-nin Baş ofisinin "xxxx" MMC-nin hüquqşünası X10 tərəfindən məhkəməyə 15 mart 2023-cü il tarixli Aktın surəti təqdim olunmuşdur. Aktdan müəyyən olunur ki, həmin tarixdə saat 16:40-da bu akt "xxxx" MMC-nin Gənclik filialının müdiri Günay Abdullayeva və nəzarətçi Xəyalə Səmədova tərəfindən ona görə tərtib olunmuşdur ki, mağazaya müştəri qismində daxil olan Təqsirləndirilən şəxs 01 ədədinin qiyməti 2 manat 29 qəpik, ümumi dəyəri 68 manat 70 qəpik olan 30 ədəd Alpen Gold şokoladlarını kassa nəzarətindən kənar çıxararkən saxlanıldı. Saxlanılan şəxs və ondan aşkar olunanlar müdir müavininə təhvil verilmişdir. Həmin akt Günay Abdullayeva, nəzarətçi Xəyalə Səmədova və saxlanılan şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmaqla məzmunu təsdiq olunmuşdur. Məhkəmə iclasında qeyd olunan Akt Təqsirləndirilən şəxsa, şahidlər Günay Abdullayeva və Xəyalə Səmədovaya təqdim edilmiş və bu şəxslər bu aktın doğru olduğunu təsdiq etmişlər. Məhkəməyə təqdim etdiyi vəsatətində Müdafiəçi2 göstərmişdir ki, məhkəmədə şahid qismində ifadə verən Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PB-nin əməkdaşları Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs “Nəriman Nərimanov” adına istirahət parkında 15 mart 2023-cü il tarixdə saxladıqlarını göstərmişlər. Məlumat üçün Məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, “Nəriman Nərimanov” adına istirahət parkı 2023-cü ilin fevral ayından təmirə bağlanmışdır. Müdafiəçi vəsatətin doğruluğunu vəsatətinə əlavə etdiyi http://yenisabah.az saytının məqaləsinə istinad etməklə bildirmişdir, hansı ki, həmin məqalədə göstərilmişdir ki, Nərimanov rayonunun mərkəzi parkı hesab edilən Nərimanov adına istirahət parkı 2023-cü ilin fevral ayından əsaslı təmir üçün hasarlanıb, giriş-çıxış üçün tamam bağlanıbdır. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs verilmiş ittiham aktında iddia olunur ki, “Təqsirləndirilən şəxs... 15 mart 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə istintaqa konkret məlum olmayan ünvanda “Həsən” adlı şəxsdən 01 (bir) ədəd polietilen bağlamada təmiz çəkisi 520 qram olan heroin əldə edib həmin narkotik vasitəni sonuncunun sifarişi ilə 1200 manat və 20 qram narkotik vasitə heroin müqabilində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Mirzəbala Əhmədzadə, Ağa Nemətulla və Nazim Hacıyev küçələrinin kəsişməsində yerləşən Nəriman Nərimanov adına istirahət parkına daşıyıb şəxsiyyəti istintaqa məlum olmayan digər şəxsə çatdıraraq 5000 manat müqabilində satmalı idi…». Həmin parkın artıq 2023-cü ilin fevral ayında hasarlanıb bağlanıldığı, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:40-da mağazada saxlanılıb PPX-nin əməkdaşlarına təhvil verilməsi, PPX əməkdaşlarının isə Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 18ci PŞ-nin Növbətçi hissəsinə xx.xx.2023-cü il tarixdə saat 21:10-da təhvil verilməsi nəzərə alınaraq Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə saat 18 radələrində külli miqdarda narkotik vasitənin Bakı şəhəri Nəsimi rayonu «Kubinka» adlanan ərazidə ibtidai istintaqla müəyyən edilməyən «Həsən» adlı şəxsdən əldə edib Bakı şəhəri Nərimanov rayon mərkəzi parka daşıyıb başqa şəxsə verməsi real görünmür. Belə ki, məhkəmənin sorğusu əsasında məhkəməyə Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisi, polis polkovnik-leytenantı Bayram Alıyev tərəfindən təqdim olunmuş bu şöbənin “şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabında olan çıxarışdan müəyyən olunur ki, kitabın 319 nömrəsi ilə olan sətirdə qeyd olunub ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21:10-da PPX-nin əməkdaşları İ.Məmmədov və Z.Qədiyev tərəfindən 18-ci Polis Şöbəsinə gətirilərək Növbətçi hissəyə raportla təhvil verilmiş, xx.xx.2023-cü il tarixdə saat 00:50-də isə Bakı şəhəri Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Lakin, məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarında olan (i.v.3) raportdan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 21:00 radələrində Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 tərəfindən inzibati ərazidə xidmətdə olan zaman ünvan 6 ünvanın qarşısında Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməkdə şübhəli bilərək Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirmişlər. Cinayət işinin materiallarında olan «Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 15 mart 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:30-da üzərində qanunsuz olaraq narkotik vasitə saxlanılmasında şübhəli olduğundan tutulmuşdur. Həmin protokolda Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə saat 16:40-da "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, X43 küçəsi, 830 ünvanda yerləşən Gənclik filialından ümumi dəyəri 68 manat 70 qəpik olan 30 ədəd «Alpen Gold» şokoladların oğurlaması ilə bağlı heç bir qeyd olmamış, ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs mağazadan şokolad oğurluğu ilə əlaqədar saxlanılması və PŞ-nə PPX-nin əməkdaşları tərəfindən təhvil verilməsi ilə əlaqədar heç bir araşdırma aparılması və bu fakta hüquqi qiymət verilməsi barədə heç bir məlumat yoxdur. Əksinə olaraq Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirilən Təqsirləndirilən şəxs üzərində mağazada saxlanıldığı və şöbəyə gətirildiyi zaman içində 520 qram heroin olduğu sellofan torba olmadığı halda Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin tədqiqatçısı, polis kapitanı X21 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxi axtarış aparılmış, bununla bağlı xx.xx.2023-cü il tarixli protokol tərtib olunmuş, həmin istintaq hərəkətinin saat 23:00-dan saat 23:30-dək aparıldığı və baxış zamanı Təqsirləndirilən şəxs sağ əlində saxladığı ağ rəngli sellofan torbanın içərisində olan 01 ədəd sellofan kəsiyə bükülmüş, içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddənin aşkar olunması göstərilmişdir. Həmin protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs torbada olan maddənin «kakos» olması, onu «Həsən» adlı şəxsdən çatdırmaq və müqabilində gəlir əldə etmək üçün aldığını, 15 mart 2023-cü il tarixdə saat 21:00 radədərində isə ünvan 6 ünvanının qarşısında polis əməkdaşları tərəfindən saxlanılmasını bildirməsi göstərilmişdir. Məhkəmədə elan edilib araşdırılmış materialların məhkəmə ekspertizasının 16 mart 2023-cü il tarixli 6/1600 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin tədqiqatçısı, polis kapitanı X8 ekspertizaya təqdim etdiyi qablaşdırılmış və möhürlənmiş bir ədəd ağ rəngli kağız paketdə olan bir ədəd bağlamada təmiz çəkisi 520 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, tədqiqata sərf edildi 0,2 qram. Qalıq çəkisi 519,8 qramdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs ifadəsi, "xxxx"MMC-nin Gənclik filialının müdiri X17, həmin filialın nəzarətçisi X15, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin PPX-nin polis manqa komandiri X28, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞnin PPX-nin polis nəfəri X7 ifadələrini, "xxxx" MMC-nin təqdim etdiyi 15 mart 2023-cü il tarixli, Təqsirləndirilən şəxs həmin MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 830 ünvanında yerləşən Gənclik filialında saat 16:40-da etdiyi oğurluqla bağlı saxlanılması barədə aktla, Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə saat 21:10da Bakı şəhər Nərimanov RPİ-nin 18-ci PŞ-nin növbətçi hissəsinə təhvil verilməsinə dair həmin şöbənin “şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabında olan məlumat və Təqsirləndirilən şəxs növbətçi hissədən 16 mart 2023-cü il tarix saat 00:50 Bakı şəhəri Nərimanov RPİ-nin MSY-nə təhvil verilməsi barədə qeydlə, Bakı şəhəri, Nərimanov rayonunun mərkəzi istirahət parkının 2023-cü ilin fevral ayından hasarlanmaqla əsaslı təmirə bağlanması barədə məlumatla Təqsirləndirilən şəxs tamah niyyəti ilə külli miqdarda narkotik vasitə heroin əldə edib sataraq mənfəət əldə etmək üçün şəxsiyyəti istintaqa məlum olmayan «Həsən» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq 15 mart 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə istintaqa konkret məlum olmayan ünvanda «Həsən» adlı şəxsdən 1 (bir) ədəd polietilen bağlamada təmiz çəkisi 520 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin əldə edib həmin narkotik vasitəni sonuncunun sifarişi ilə 1200 (bir min iki yüz) manat və 20 (iyirmi) qram narkotik vasitə heroin müqabilində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Mirzəbala Əhmədzadə, Ağa Nemətulla və Nazim Hacıyev küçələrinin kəsişməsində yerləşən Nəriman Nərimanov adına istirahət parkına daşıyıb şəxsiyyəti istintaqa məlum olmayan digər şəxsə çatdıraraq 5000 (beş min) manat müqabilində həmin şəxsə satacağına dair «Həsən» adlı şəxslə sövdələşib razılaşmaqla qeyd olunan külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə saxlayıb daşıyarkən Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin əməkdaşları tərəfindən 15 mart 2023-cü il tarixdə, saat 21:00 radələrində ünvan 3 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin ünvan 5 ünvanında yerləşən inzibati binasına gətirilib orada üstündə şəxsi axtarış aparılan zaman sağ əlində saxladığı ağ rəngli polietilen torbanın içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 1 (bir) ədəd şəffaf rəngli polietilen bağlamada təmiz çəkisi 520 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmə faktı təsdiqini tapmamışdır. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 15 mart 2023-cü il tarixli raportundan müəyyən olunur ki, o, xx.xx.2023-cü il tarixdə saat təxminən 21:00 radələrində həmin şöbənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə inzibati ərazidə xidmətdə olan zaman ünvan 6 ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb, özlərini təqdim etdilər və bu zaman həmin şəxs verdikləri suallardan yayınmağa başlamış, odur ki, həmin şəxsi narkotik vasitədən istifadə etməkdə şübhəli şəxs qismində Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirdilər. Polis şöbəsində məlum oldu ki, həmin şəxs xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Məhkəmədə ifadə vermiş Şahid1 və Şahid2 raportda göstərilənlərə uyğun ifadə verərək Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21 radələrində ünvan 6 ünvanının qarşısında, yəni Nərimanov parkının yan tərəfində əlindəki ağ rəngli torba ilə görmüşlər, sonuncu onları görən kimi uzaqlaşmağa çalışmış, lakin onlar ona bu imkanı verməyərək onu 18-ci PŞ-nə apararaq bölmənin rəhbərliyinə məruzə etmişlər. Məhkəmədə əlavə şahid qismində ifadə vermiş X23 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nərimanov RPİ-nin 18-ci PŞ-nin yetkinlik yaşına çatmamışların işləri üzrə inspektoru olduğu halda xx.xx.2023-cü il tarixdə Növbətçi Hissədə xidmətdə olmuş, həmin tarixdə saat 21.10-da X37 Şamıyev PPXB-nin iki əməkdaşı tərəfindən gətirilmişdir. Bu zaman S.Şamıyevin üzərində və əlində hər hansı bir əşyanın olmasını xatırlamır. PPXB-nin əməkdaşları şöbənin digər əməkdaşlarına kömək edərək Təqsirləndirilən şəxs PŞ-nə gətirib təhvil vermişlər. Məhkəmədə elan edilib araşdırılmış obyektiv və mötəbər sübut növlərindən isə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16:40-da Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 830 ünvanında yerləşən "xxxx" MMCnin Gənclik filialında, yəni mağazada şokolad oğurluğu etdikdə nəzarətçi Xəyalə Səmədova tərəfindən saxlanılaraq filialın müdiri Günay Abdullayevaya təhvil vermiş, sonuncu isə DİNin 102 Xidmətinə zəng edib oğurluq hadisəsi haqqında məlumat verdikdə həmin filialın yerləşdiyi ünvana, yəni ünvan 12 Nərimanov RPİ-nin 18-ci PŞ-nin PPX-nin əməkdaşları X28 və X20 gələrək mühafizəçilərdən Təqsirləndirilən şəxs qəbul edib onu həmin gün saat 21:10-da 18-ci PŞ-nin Növbətçi Hissəsinə təhvil vermişlər, Növbətçi Hissədən isə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00:50-də Bakı şəhəri Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. S.X22 təhvil verilməsi və oradan MSY-nə təhvil verilməsi Növbətçi Hissənin qeydiyyat kitabında əks olunmuşdur. Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim edilməsi barədə həmin qeydiyyat kitabında heç bir qeyd yoxdur. Həmçinin qeydiyyat kitabdan çıxarışda Təqsirləndirilən şəxs hansı hərəkətə görə saxlanılıb PŞ-nin Növbətçi Hissəsinə təhvil verilməsi barədə heç bir qeyd yoxdur. Məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli aktından, həmin MMC-nin əməkdaşları və PPX-nin əməkdaşlarının ifadələrindən, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin şöbəyə gətirilmiş şəxslərin qeydiyyat kitabından olan çıxarışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs hadisə günü şokolad oğurluğu etdiyi zaman tutulduqda və sonradan 18-ci PŞ-nə gətirildikdə onun üzərində və ya əlində içində 520 qram heroin aşkar olunmuş torba olmamışdır. Məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu “Kubinka” adlanan ərazidə ola bilməzdi, oradan “Həsən” adlı şəxsdən 01 ədəd polietilen bağlamada təmiz çəkisi 520 qram narkotik vasitə olan heroin əldə edib ünvan 6 ünvanına gedə bilməzdi və orada saat 21 radələrində saxlanıla bilməzdi. Belə ki, Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə saat 16:40 ünvan 14 ünvanında yerləşən "xxxx" MMC-nin Gənclik filialındakı mağazasında oğurluq etdiyinə görə nəzarətçi tərəfindən saxlanılmış, Təqsirləndirilən şəxs həmin mağazadan ora gələn PPX-nin əməkdaşları tərəfindən birbaşa Nərimanov RPİ-nin 18-ci PŞ-nin Növbətçi Hissəsinə aparılıb təhvil verilməklə X26 Şöbəyə gətirilən şəxslərin qeydiyyat kitabında bu barədə saat 21:10-da qeyd aparılmış, həmin kitabdanda məlum olur ki, S.X27 xx.xx.2023-cü il tarixdə saat 00:50 RPİ-nin MSY-nə təhvil verilmişdir. Belə olan halda, ibtidai araşdırma orqanının iddia etdiyi kimi, Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə saat 21 radələrində ünvan 3 ünvanın qarşısında Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 və həmin şöbənin əməliyyat müvəkkili Şahid2 tərəfindən saxlanılaraq 18-ci PŞ-nə gətirilməsi barədə dəlillər həqiqətə uyğun deyildir və məhkəmədə tədqiq olunmuş mötəbər sübutlarla tam təkzib edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli AZF/LGZ- 4724/23 saylı, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli BKC/LGZ-4676/23 saylı, "xxxx" MMCnin xx.xx.2023-cü il tarixli məktublarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs adına bu provayderlərdə mobil nömrənin qeydiyyatdan keçməsi müəyyən edilməmişdir. Mobil operatorların cavabları Təqsirləndirilən şəxs istifadəsində mobil telefonun olmamasına dair ifadəsini təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 182 saylı məktubundan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixində mağazada mövcud olan kamera görüntüləri sistemin yaddaşında qalmaması səbəbindən təqdim edilməsi mümkün olmamışdır. İbtidai araşdırma orqanının əməliyyat tapşırığına verilmiş cavabdan da müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Beləliklə, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə təqsirliliyi heç bir, o cümlədən yanaşı sübut növləri ilə də təsdiqini tapmamışdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunmur. Bu sübutlar: 124.1.1 cinayət-prosessual qanunvericiliyin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllədə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqıa əldə olunmalı; 124.1.2 hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərməldir. Məhkəmə hesab edir ki, məhkəmədə müəyyən edilən hallar, yəni Təqsirləndirilən şəxs oğurluq hadisəsinə görə "xxxx" MMC-nin Gənclik filialında olan mağazasında 15 mart 2023-cü il tarixdə saat 16:40-da saxlanılmaqla Bakı şəhəri Nərimanov RPİ-nin PPX-nin əməkdaşlarına təhvil verilməklə sonuncular tərəfindən Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin Növbətçi hissəsinə həmin gün saat 21:10-da təhvil verilməsi, oradan isə xx.xx.2023-cü il tarixdə saat 00:50-də bu RPİ-nin MSY-nə təhvil verilməsi barədə məlumatlar cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov RPİnin 18-ci PŞ-nin CA üzrə əməliyyat-müvəkkili, polis kapitanı Şahid1 Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21 radələrində tamam başqa ünvanda saxlanılmasına dair xx.xx.2023-cü il tarixli raportunu, onun həmin tarixdə saat 22:30-dan saat 23:00-dək şübhəli şəxs qismində tutulmasına dair protokolu, onun, xx.xx.2023-cü il tarixdə saat 22:30-dan saat 23:30-dək, üzərində şəxsi axtarış aparılması haqqında protokolu və bu protokola əlavə edilmiş CD diskdəki görüntüləri, məhkəmə-kimyəvi ekspertiza rəyini, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 məhkəməyədək icraat zamanı və məhkəmədə verdikləri ifadələrini, Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanına verdiyi ifadələrini şübhə altına alır. Həmçinin məhkəmə, şahid qismində dindirilmiş X11 məhkəmədə verdiyi ifadəsini də həqiqətə tam uyğun olmayan ifadə kimi qiymətləndirir. Belə ki, tədqiq edilən şahid ifadələri və aktdan, Növbətçi hissəyə təhvil verilməsi kitabından olan çıxarışdan Təqsirləndirilən şəxs üzərində narkotik vasitələrin mövcudluğu müəyyən edilməmiş, lakin onun saxlanılması və PŞ-nə gətirilməsinin Təqsirləndirilən şəxs mağazadan etdiyi şokolad oğurluğu ilə bağlı olması müəyyən edilmiş, ittihama əsasən həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə “Həsən” adlı şəxsdən bir ədəd polietilen bağlamada təmiz çəkisi 520 qram narkotik vasitə heroinin əldə edilməsi, o artıq həmin tarixdə və saatda mağazada saxlanılaraq PPX-nin əməkdaşlarına təhvil verildiyi üçün mümkün deyildir, onun, ittihama əsasən həmin narkotiki daşıyıb “Nəriman Nərimanov” adına parkda başqa bir şəxsə 15 mart 2023-cü il tarixdə təhvil verilməsidə bu parkın 2023-cü ilin fevral ayından hasarlanıb təmiri aparıldığından da mümkün deyildir, onun, 15 mart 2023-cü il tarixdə saat 21 radələrində ünvan 3 ünvanının qarşısında Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları, əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 tərəfindən saxlanılaraq 18-ci PŞ-nə gətirilməsi mümkün deyildir, çünki Təqsirləndirilən şəxs elə həmin saatda, yəni 15 mart 2023-cü il tarixdə saat 21:10-da etdiyi oğurluq hadisəsinə görə "xxxx" MMC-nin Gənclik filialın olduğu, Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 830 ünvanından Bakı şəhəri Nərimanov RPİ-nin PPX-nin əməkdaşları X28 və X20 tərəfindən Nərimanov RPİ-nin 18-ci PŞ-nin Növbətçi hissəsinə gətirilib təhvil verilmiş və bu fakt Növbətçi hissəsinin müvafiq kitabında öz təsdiqini tapmışdır. Həmin kitabda olan qeyddən həmçinin müəyyən olunur ki, S.X27 16 mart 2023-cü il tarixdə saat 00:50-də Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 məhkəməyə təqdim etdiyi vəsatətdən müəyyən olunur ki, o müdafiə etdiyi Təqsirləndirilən şəxslə sonuncunun saxlanıldığı Bakı İT-da konfidensial görüşü zamanı Təqsirləndirilən şəxs narkotik vasitə əldə etdiyini, üzərində daşıdığını inkar etmiş, lakin 15 mart 2023-cü il tarixdə "xxxx" supermarketin Gənclik filialında “Alpen Gold” şokoladı yığıb çıxmaq istəyərkən mühafizəçi tərəfindən saxlanılmış, filialın müdiriyyəti tərəfindən DİN-nin 102 Xidmətinə zəng olunmuş, bundan sonra supermarketə gələn PPX-nin əməkdaşları gəlib Təqsirləndirilən şəxs PŞ-nə aparmışlar. Orada isə ona içərisində bağlama olan bir aptek kulokunu verib, videoçəkilişlə üzərinə keçirilmiş şəxsi axtarış zamanı dediyi sözlərin deməsini tələb etmişlər. Saxlanılan zaman üzərində qanunsuz heçnə olmamışdır Ona edilmiş psixoloji təzyiqdən qorxaraq polislərin dediyi kimi də etmiş, “Həsən” adlı şəxsi tanımır, onunla heç vaxt görüşməmiş və o adda adamdan heç vaxt narkotik almamışdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsn (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunların tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 338.1.2-ci maddəsinə əsasən hökm çıxarıldıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edilə bilər. Məhkəmə nəzərə alır ki, CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Bu maddənin məzmunu və mənasına əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, təhqiqat və ibtidai araşdırma orqanı tərəfindən sübutların toplanılması, sübutların yoxlanılması və sübutların qiymətləndirilməsi zamanı Azərbaycan Respublikasının CPM-nin 143-145-ci maddələrin tələbləri pozularaq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmamış, onların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi düzgün qiymətləndirilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 15-ci maddəsinə əsasən cinayət təqibi gedişində şəxsə işgəncələr verməyi, fiziki və psixi zorakılıqdan, o cümlədən digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etməyi şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almağı qadağan edir. Şərh olunanlar şəxsi axtarış və götürmə aparılması barədə protokolu və ona əlavə edilmiş videoçəkilişi sübut kimi qəbul edilməsi imkanını Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən birbaşa yolverilməz edir. Cinayət-Prosessual Məcəllənin 125.3-cü maddəsinə əsasən isə həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Ona görə də məhkəmə faktiki olaraq ibtidai istintaq orqanının həmin şəxsi axtarış və götürmə aparılması barədə protokola istinad edilməklə təqdim etdiyi digər bütün sübutları, o cümlədən əməliyyat qrupunun üzvü olmuş polis əməkdaşlarının həm şəxsin saxlanılması, həm də onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı ifadələrini şübhə altına alır. Məhkəmə digər şahid X12 da verdiyi ifadəsini yalnız onun xx.xx.2023-cü il tarixdə Növbətçi Nissədə növbətçi olduğu və xx.xx.2023-cü il tarixdə saat 21:10-da Təqsirləndirilən şəxs PPX-nin əməkdaşları tərəfindən gətirilib təhvil vermə həssəsində həqiqi sayır, şahidin ifadəsinin digər hissəsini isə həqiqi olmayan, məhkəmədə tədqiq edilən sübutlarla təkzib edilən ifadə kimi qiymətləndirir. Ona görə də məhkəmə iş üzrə müəyyən edilmiş halların məcmusunu nəzərə almaqla, məhkəmə iclasında tədqiq edilmiş sübutları bir-biri ilə müqayisə edib qiymətləndirərək, polis əməkdaşı olan Şahid1 və Şahid2 ifadələrini təqsirləndirilən şəxsə elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsini təsdiq edə biləcək mötəbər sübut hesab etmir. Beləliklə, məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutların məcmusu əsasında yekun qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməsi sübuta yetirilmirMəhkəmə, bütün yuxarıda qeyd olunanları nəzərə alaraq, ibtidai istintaq orqanının təqdim etdiyi sübutları məhkəmədə araşdırıb bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona istinad edilən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib saxlamaqla daşıma cinayətini törətməkdə təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin sübutların yoxlanılması və qiymətləndirilməsindən bəhs edən müddəalarının tələbləri baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, cinayət-prosessual qanunvericiliyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir (maddə 145.3). Hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir (maddə 145.2). Bundan əlavə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (maddə 351.2). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, şəxsin təqsirliliyi sübuta yetirilmədikdə - şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə əsası ilə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma ittihamı üzrə bəraət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs bəraət verilməli olması ilə bağlı nəticəyə gələrkən yuxarıda sadalanan sübutlarla yanaşı aşağıdakılara da istinad edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci və 42.1.4-cü maddələrinin tələblərinə görə, təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Ona görə də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət veriləcəyindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə bağlı 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci dövlət büdcəsi hesabına aid edilməlidir. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Məhkəmə istintaqı zamanı aşkar edilmiş qanun pozuntularına hüquqi qiymət verilməsi üçün və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq olan 519,8 qram heroin mənbəyi müəyyən edilməsi üçün prokurora göndərilməli olan, cinayət işinin materialları ilə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrini rəhbər tutaraq, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, müqayisəli şəkildə təhlil etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə onun təqsirsiz olması nəticəsinə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42, 55, 56-62, 349, 350, 352, 353 və 357-ci maddələrinin tələblərini rəhbər tutarasq, məhkəmə hökm etdi: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4 və 55-ci maddələrinə əsasən, təqsirliliyi sübuta yetirilmədiyi üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində keçirilmiş ekspertizaya görə, yaranmış 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci dövlət hesabına aid edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən, barəsində bəraət hökmü çıxarılmış Təqsirləndirilən şəxs vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb etmək hüququ izah edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut olan 519,8 qram heroinin mənbəyi müəyyən edilməsi üçün cinayət işinin materialları ilə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilsin. 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar