Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-475/2022 18.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar olaraq zərərçəkmiş şəxsə xüsusi amansızlıqla insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə ilə bağlı ondan Yasamal rayon Polis İdarəsinin 27-ci Polis bölməsinə şikayət etdiyindən, 30 avqust 2021-ci il tarixdə, saat 18:00 radələrində həmin Polis bölməsində izahat verib yaşadığı Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 78 ünvanına qayıtdıqdan sonra mənzilin mətbəxində anasına ondan Polis bölməsinə şikayət etməsini irad bildirib, anası ilə sözlü mübahisə etmiş, sözlü mübahisə zamanı mənzildə olan atası Şahid1 valideynlərinin sözünə baxmamasını, onun valideynlərinə cavab qaytarmasını, dəfələrlə əsassız mübahisə etməsini deyib tənbeh etmək məqsədilə ona tərəf gəldikdə, atasının bu hərəkətlərindən əsəbiləşərək mətbəxdə olan masanın üzərindən götürdüyü soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə atası Şahid1 qəsdən vurub sonuncuya döş qəfəsinin ön səthində 3 (üç) ədəd, sol çiyin qurşağında 1 (bir) ədəd, sol bazuda 1 (bir) ədəd, sol saiddə 2 (iki) ədəd, sağ əlin ovuc səthində 1 (bir) ədəd və sol bud nahiyəsində 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara kimi ayrıayrılıqda, həmçinin ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid , alın və sol qulaq seyvanı nahiyəsində sıyrıqlar kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, bu zaman Zərərçəkmiş şəxs onun Şahid1 bıçaqla xəsarət yetirməsini gördükdə, dərhal müdaxilə edib Şahid1 əlavə xəsarətlər yetirməsinin qarşısını almaqla, ictimai borcunu yerinə yetirərkən Zərərçəkmiş şəxs da əlində olan həmin bıçaqla yaxın qohumu hesab edilən əri Şahid1 gözü qarşısında vuraraq, həmin hərəkətləri ilə sonuncuya əzab verdiyini dərk etməklə, yəni xüsusi amansızlıqla qəsdən Zərərçəkmiş şəxs sol təpə nahiyəsinin, hər iki süd vəzisinin, qarının ön səthinin, döş qəfəsinin sol yan səthində Vİ-Vİİİ qabırğa səviyyəsində yerləşən, döş qəfəsinin sağ yan səthində Vİ-Vİİ qabırğaarası sahədə, sol budun yan səthində yerləşən, boynun ön səthində sağda yerləşən deşilmişkəsilmiş yaralar ayrı-ayrılıqda, həmçinin də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və döş boşluğuna nüfuz etmiş döş qəfəsinin sol yan səthində yerləşmiş yara kimi insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuş, yəni ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar zərərçəkmiş şəxsə xüsusi amansızlıqla insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, həbs olunanadək Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 78-də öz ailə üzvləri ilə birlikdə yaşamışdır. Onun yaşadığı ev 1 (bir) otaqdan və mətbəxdən ibarət olmuşdur. O, anası və atası ilə birlikdə eyni otaqda qalmışdır. Ev darısqal olduğundan onların arasında hərdən narazılıqlar olmuşdur. 30 avqust 2021-ci il tarixdə, saat 15:00 radələrində onunla valideynləri arasında yenidən mübahisə yaranmışdır. Mübahisə zamanı onun anası hirslənərək onu evdən qovmuşdur. Anasının onu evdən qovması ona çox pis təsir etmişdir. Ona görə də anası onu evdən qovduğunu dedikdə, o, anasını əli ilə kənara itələmişdir. Atası bunu gördükdə, onun bu hərəkətindən hirslənərək DİN-in 102 xidmətinə zəng edərək ondan şikayət etmişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşı ona zəng edərək 27-ci Polis bölməsinə çağırmışdır. O da Polis bölməsinə gedərək orada evdə baş verən mübahisə barədə izahat vermişdir. O, izahat verdikdən sonra evə qayıtmışdır. O, evə qayıtdıqdan sonra valideynlərinə şikayət etmələrinə görə öz iradını bildirmişdir. Bundan sonra onun atası yenidən ondan polisə şikayət edəcəyini bildirmişdir. O da əsəbiləşib mətbəxdə olan bıçağı götürərək atasını bıçaqla vurmuşdur. Anası bunu gördükdə, onunla atasının arasına girib onun üzərinə gəlmiş və ona əl-qol atmışdır. Onun valideynlərinin kobud və haqsız davranışı ona çox pis təsir etmişdir. Valideynlərinin əsassız şəkildə ondan polisə şikayət etmələri və onu tutdurmaq niyyətində olmaları onun bütün əsəblərini pozmuşdur. O, son zamanlar evdə baş verən söz-söhbətlərdən yaman bezmişdir. Ona görə də anası onunla atasının arasına girdikdə, o, özü də bilmədən anasını bıçaqlamışdır. O, həmin vaxt özündə olmamışdır. Hadisə bir anda baş vermişdir. O, törətdiyi əməldən çox peşmandır. Onun bir oğul kimi anasına və atasına qarşı cinayət törətməsi çox böyük bir səhv hərəkət və cinayətdir. O, öz hərəkətlərinə görə utanır və valideynlərindən bir daha üzr istəyir. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Fəqan uşaqlıqdan fiziki cəhətdən xəstə uşaq olmuşdur. Ona görə də Fəqan heç bir yerdə işləməmişdir. Onlar ailəlikcə birlikdə yaşamışlar. Evləri darısqal olduğundan və maddi imkanları zəif olduğundan onların arasında hərdən mübahisələr olmuşdur. O, bir ana kimi oğlu Fəqandan razı olmuşdur. Lakin Fəqanın işləməməsi səbəbindən onların arasında mübahisə yaranmışdır. Hadisədən bir müddət əvvəl Fəqanla onların arasında yenidən mübahisə yaranmışdır. Mübahisə zamanı o, Fəqandan narazılığını bildirmiş və sonuncuya qarşı çox aqressiv şəkildə davranmışdır. O, Fəqana öz narazılığını bildirdikdə hirslənərək oğlu Fəqanı evdən qovmuşdur. Onun bu hərəkəti Fəqanı özündən çıxarmışdır. Ona görə də Fəqan onu üzündən itələmişdir. O, bir ana kimi oğlu Fəqanı çox istəsə də, Fəqanın onun üzündən itələməsi onu özündən çıxarmışdır. Ona görə də əri Oktay Fəqanın barəsində polisə şikayət etmişdir. Bundan sonra Fəqanı 27-ci Polis bölməsinə çağırmışlar və Fəqan da Polis bölməsinə gedərək baş vermiş hadisə barədə izahat vermişdir. Fəqan izahat verdikdən sonra əsəbi halda evə qayıtmış və atası Oktaya, eləcə də ona polisə şikayət etdiklərinə görə öz iradını bildirmişdir. Fəqan onlara öz iradını bildirəndə, o, yenidən Fəqanın üstünə qışqıraraq sonuncunu söyüb evdən qovmuşdur. Bundan sonra onların arasında yenidən mübahisə yaranmışdır. Mübahisə zamanı o, Oktayla birlikdə Fəqanın üstünə qışqıraraq sonuncudan evi tərk etməsini tələb etmişdir. Bu vaxt Fəqan anidən mətbəxdəki bıçağı götürərək demişdir ki, “əl çəkin məndən, bezdirməyin məni, yoxsa pis olacaq”. Lakin o və Oktay Fəqanın bu sözlərinə məhəl qoymayaraq daha da Fəqana qarşı aqressiv şəkildə davranaraq kobudluq etmişlər və Fəqandan evi tərk etməsini tələb etmişlər. Hətta əri Oktay Fəqanın üzərinə cumaraq vurmaq istəmişdir. Bu vaxt Fəqan əlindəki bıçaqla anidən Oktayı bıçaqlamışdır. O, bunu gördükdə gözlərinə inanmamış və müdaxilə edərək Fəqanın üstünə cummuşdur. Bu vaxt Fəqan anidən olaraq onu da bıçaqlamışdır. Sonra baş verənlər onun yadında qalmamışdır. O, bir də xəstəxanada ayılmışdır. O, bir ana kimi oğlu Fəqanın xəstə olduğunu bilə-bilə sonuncuya qarşı çox haqsızlıq və kobudluq etmişdir. Fəqanın onun və Oktayın hərəkətlərinə görə tutulması ona çox pis təsir etmişdir. O, bir ana kimi özünü bağışlaya bilmir. O, oğlu Fəqan ilə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. O, oğlu Fəqanın həbsdən azad edilməsini və onların ana-bala münasibətlərinin qorunmasını istəyir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilərək həbsdən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Fəqan onun oğludur. Onların arasında Fəqanın işləməməsi səbəbindən tez-tez mübahisələr yaranmışdır. Sonuncu dəfə belə mübahisə olduqda, o, arvadı Nailənin diyinməsi nəticəsində Fəqanın barəsində DİN-in 102 xidmətinə zəng edərək şikayət etmişdir. Bundan sonra Fəqan 27-ci Polis bölməsinə gedərək izahat vermişdir. O, 102 xidmətinə zəng etdikdə, real hadisələri biraz şişirdərək Fəqanın barəsində əsassız şəkildə şikayət etmişdir. O, bunu ona görə etmişdir ki, Fəqan biraz onlardan qorxsun. Fəqan Polis bölməsində izahat verdikdən sonra evə qayıdaraq ona və anası Nailəyə öz iradını bildirmişdir. Bu vaxt o, Nailə ilə birlikdə Fəqana kobudluq edərək evdən qovmuşlar və ağır şəkildə təhqir etmişlər. Fəqan da həmin vaxt anidən mətbəxdəki bıçağı götürərək ona xəsarət yetirmişdir. Nailə bunu görən kimi Fəqanın üstünə hücum çəkərək Fəqanı vurmaq istəmişdir. Həmin vaxt Fəqan özündə olmamışdır. Nailə Fəqanın üstünə hücum çəkərkən Fəqan anidən bu dəfə anası Nailəyə bıçaqla xəsarət yetirmişdir. Sonra onların qonşusu onu və Nailəni xəstəxanaya aparmışdır. Oğlu Fəqanın başına bu hadisənin gəlməsi bir valideyn kimi ona çox pis təsir etmişdir. O da iş üzrə zərərçəkmiş şəxs olmuşdur. Lakin istintaqda o, oğlu Fəqanla barışmış və ona görə də onun iştirakına xitam verilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Fəqan onun kiçik qaynıdır. O, X3 ilə 2002-ci il tarixdə ailə həyatı qurmuşdur. O, ailə həyatı qurduqdan sonra onlar qayınatasının evində, sonra isə həyətlərində tikdikləri iki otaqlı ayrı evdə yaşamışlar. Onlarla Fəqanın arasında həmişə yaxşı və mehriban münasibətlər olmuşdur. Fəqan son vaxtlar anası ilə yola getməmişdir. Onun qayınanası Nailə tez-tez Fəqana iradını bildirmiş və bu səbəbdən Fəqanla Nailənin arasında tez-tez mübahisələr yaranmışdır. O, bir neçə dəfə Fəqanla böyük bacı kimi danışıb sonuncunu sakit olmağa, evdə söz-söhbət yaratmamağa dəvət etmişdir. X12rşı çox vaxt əsassız yerə iradını bildirdiyindən, Fəqan daha da əsəbiləşmişdir. 30 avqust 2021-ci il tarixdə, təxminən saat 18:00 radələrində o, öz evində olduğu vaxt qayınanası Nailənin səsini eşitmiş və bilmişdir ki, Nailə yenidən Fəqanla mübahisə etmişdir. O, Nailəgilin qaldığı evə tərəf keçdikdə, Fəqanın mətbəxdəki bıçağı götürüb əvvəlcə qayınatası Oktaya xəsarət yetirdiyini görmüşdür. X4 arasına girdikdə, Fəqan Nailəyə də əlindəki bıçaqla xəsarət yetirmişdir. O, dərhal Fəqanın üstünə gedərək “ayıbdır, sakit ol, adam anasına-atasına əl qaldırmaz” demişdir. Fəqan da ona “mən heçnə etmirəm, bunlar məni evdə yaşamağa qoymur, əsəblərimlə oynayırlar” cavabını vermişdir. Fəqan onunla biraz danışdıqdan sonra sakitləşmişdir. Fəqan sakitləşdikdən sonra o, Fəqanın əlindən bıçağı almışdır. Sonra qonşular onun qayınanasını və qayınatasını xəstəxanaya aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əmisi oğludur. O, Fəqangili ilə qonşuluqda yaşamışdır. 30 avqust 2021-ci il tarixdə, saat 18:00 radələrində o, evdə olduğu vaxt əmisi Oktayın halını soruşmaq üçün Oktaygilə getmişdir. O, Oktaygilin yaşadığı evə çatdıqda, əmisi Oktay evdən çıxaraq ona demişdir ki, “Fəqan Nailəni və məni bıçaqlayıb. Bizi həkimə apar”. O da əmisi arvadı Nailəni və əmisi Oktayı təcili şəkildə xəstəxanaya aparmışdır. O, həmin vaxt əmisigili ilə Fəqanın arasında baş vermiş mübahisənin səbəbini bilməmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, əmisi Oktay və əmisinin arvadı Nailə ilə Fəqanın arasında baş vermiş mübahisənin yaranmasına səbəb əmisinin arvadı Nailənin Fəqanı yola verməməsi olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 avqust 2021ci il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, həmin gün DİN-in 102 xidmətinin məlumatına əsasən X7 öz oğlu Təqsirləndirilən şəxs polisə şikayət etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 avqust 2021-ci il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, həmin gün X7 və Zərərçəkmiş şəxs çoxsaylı kəsilmiş-deşilmiş yara xəsarətləri ilə xəstəxanaya daxil olmaları barədə Yasamal RPİ-nin 27-ci Polis bölməsinə məlumat daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 avqust 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 13-17) görünür ki, cinayət hadisəsi - ünvan 2 ünvanda baş vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 avqust 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 27) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 avqust 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 28-29) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 sentyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 65-66) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 sentyabr 2021-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-507/2021 saylı qərarından (cild 1, iş vərəqə 85-86) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 30 avqust 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 sentyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X13 940 nömrəli ekspert rəyindən (cild 1, iş vərəqə 120-122) görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sol təpə nahiyəsinin, hər iki süd vəzisinin, qarının ön səthinin, döş qəfəsinin sol yan səthində Vİ-Vİİİ qabırğa səviyyəsində yerləşən, döş qəfəsinin sağ yan səthində Vİ-Vİİ qabırğaarası sahədə, sol budun yan səthində yerləşən, boynun ön səthində sağda yerləşən deşilmiş-kəsilmiş yaralar (cəmi 11 ədəd), göstərilən yaralardan döş qəfəsinin sol yarısında yerləşən yara plevra boşluğuna nüfuz etmişdir, daxili üzvləri zədələməmişdir. Göstərilən yaralar deşiçi-kəsiçi əşya (alət) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 30 avqust 2021-ci il tarixdə bıçağın təsirindən törənməsi mümkündür və dərəcəsinə görə döş boşluğuna nüfuz etmiş döş qəfəsinin sol yan səthində yerləşmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, digər yaralar isə həm ayrı-ayrılıqda, həmçinin də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 sentyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X13 941 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 116-118) görünür ki, Şahid1 almış olduğu xəsarətlər - döş qəfəsinin ön səthində 3 (üç) ədəd, sol çiyin qurşağında 1 (bir) ədəd, sol bazuda 1 (bir) ədəd, sol saiddə 2 (iki) ədəd, sağ əlin ovuc səthində 1 (bir) ədəd, sol bud nahiyəsində 1 (bir) ədəd deşilmiş-kəsilmiş və kəsilmiş yaralar (cəmi 9 ədəd), eləcə də alın və sol qulaq seyvanı nahiyəsində sıyrıqlarla əhatə edilir, göstərilən yaralar deşicikəsici və kəsici əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 30 avqust 2021-ci il tarixdə bıçağın təsirindən törənməsi mümkündür və dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, sıyrıqlar isə küt əşyanın (alətin) təsirindən törənmişlər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 oktyabr 2021-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 129) görünür ki, Şahid1 öz oğlu Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmiş və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 oktyabr 2021-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 131) görünür ki, Zərərçəkmiş şəxs öz oğlu Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmiş və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi Şəxsin 2459 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 140-142) görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik müəyyən edilmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyyən olunur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyinin dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur və o, prosessual fəaliyyət qabiliyyətlidir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 noyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X13 631-2021/MTKŞ nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 153-162) görünür ki, ekspertizaya təqdim edilmiş və Şahid1 məxsus köynəyin ön səthinin sağ yarısının yuxarı hissəsində 1 (bir) ədəd, aşağı hissəsində 1 (bir) ədəd, həmçinin şortun sol ayaqlığının ön səthinin yuxarı hissəsində 1 (bir) ədəd və sağ ayaqlığının arxa səthinin aşağı hissəsində, solda 1 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edilmişdir. Bu zədələr zəif itilikli ülgücü, zəif itilikli ucu və özünü zəif biruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim olunmuş və Şahid1 məxsus köynəyin və şortun üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətli bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş və Şahid1 məxsus köynəyin ön səthinin sağ yarısının yuxarı hissəsində olan 1 (bir) ədəd deşilmiş-kəsilmiş zədə, bədənində olan döş qəfəsinin ön səthində olan eyni xarakterli xəsarətlə, şortun sol ayaqlığının ön səthinin yuxarı hissəsində olan 1 (bir) ədəd deşilmiş-kəsilmiş zədə isə onun bədənində olan sol budun medial səthinin orta 1/3 hissəsində olan eyni xarakterli xəsarət ilə, yerləşmə nahiyələrinə görə, nisbi olaraq üst-üstə düşürlər. Şahid1 bədəni üzərində olan sol çiyin qurşağında 1 (bir) ədəd, sol bazunun ön səthində 1 (bir) ədəd, sol saidinin ön və arxa səthlərində 2 (iki) ədəd və sağ əlin orta (ovuc səthində 1 (bir) ədəd deşilmişkəsilmiş yaralar, həmçinin alın nahiyəsi və sol qulaq seyvanında olan sıyrıqlar ekspertizaya təqdim edilmiş və Oktay Musafayevə məxsus köynək və şortunda öz əksini tapmamışdır, bu da yalnız Şahid1 bədəninin xəsarət alması və xəsarətləri aldığı zaman bədəninin həmin nahiyələrin geyim əşyaları ilə örtülməməsi ilə izah oluna bilər. Şahid1 məxsus və ekspertizaya təqdim olunmuş köynəyin ön səthinin sağ yarısının aşağı hissəsində və şortun sağ ayaqlığının arxa səthinin aşağı hissəsində, solda olan zədələr onun bədən səthində öz əksini tapmamışdır. Bu da yalnız geyim əşyalarının zədələnməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus sarafanın ön səthinin yuxan hissəsində, ortada 3 (üç) ədəd, arxa səthinin sol yarısının yuxarı hissəsində 3 (üç) ədəd və aşağı hissəsində 1 (bir) ədəd (cəmi 7) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edilmişdir. Bu zədə zəif itilikli ülgücü, zəif itilikli ucu və özünü zəif dərəcədə biruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus sarafanın üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətli bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus sarafanın ön səthinin yuxan hissəsinin ortasında olan 3 (üç) ədəd deşilmiş-kəsilmiş zədələr, onun bədənində olan döş qəfəsinin sağ yan səthində Vİ-Vİİ qabırğaarası sahədə olan 3 (üç) ədəd eyni xarakterli xəsarətlərlə; sarafanın arxa səthinin sol yarısının yuxarı hissəsində olan 3 (üç) ədəd deşilmiş-kəsilmiş zədələr, onun bədənində olan döş qəfəsinin sol yan səthində, plevra boşluğuna nüfuz etmiş, Vİ-Vİİİ qabırğaarası sahədə olan eyni xarakterli yaralarla və sarafanın arxa səthinin sol yarısının aşağı hissəsində olan 1 (bir) ədəd deşilmiş-kəsilmiş zədə isə onun bədən səthində, sol budun yan səthində olan eyni xarakterli yara ilə yerləşmə nahiyələrinə görə, nisbi olaraq üst-üstə düşürlər. Zərərçəkmiş şəxs bədəni üzərində olan qarnın ön divarının 2 (iki) ədəd, sol təpə və boynun ön səthi nahiyələrinin və hər iki süd vəzisinin deşilmiş-kəsilmiş yaralan Zərərçəkmiş şəxs məxsus və ekspertizaya təqdim edilmiş sarafanında öz əksini tapmamış, bu da yalnız onun bədəninin xəsarət alması və xəsarətləri aldığı zaman bədənin həmin nahiyələrin geyim əşyaları ilə örtülməməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Ekspertizaya təqdim olunmuş bıçaq üzərində sonradan heç bir düzəliş olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 noyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X13 768/MTBŞ nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 145-150) görünür ki, Şahid1 qan qurupu (0)1, Zərərçəkmiş şəxs qan qurupu (0)1-dir. Ekspertizaya təqdim edilmiş bıçaq Şahid1 məxsus köynək, şort və Zərərçəkmiş şəxs məxsus don üzərində insan qan ləkələri aşkar edilmişdir. Həmin qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız H antigeni alınmış, H antigeni O (1) qurupunun əsasını təşkil edir. Beləliklə həmin qan ləkələri ABO sistemi üzrə O (1) qruplu şəxsə, o cümlədən də Şahid1 və Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 noyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 132-133) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 dekabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 167-176) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 128, 126.2.2 və 126.2.3-cü maddələrinə tövsif edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə tərəflər arasında barışıq əldə edildiyindən bu maddəyə nisbətdə icraata xitam verilməklə Şahid1 zərərçəkmiş şəxs kimi iştirakına da xitam verilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.3-cü maddələri ilə yenidən ittihamın elan edilməsi, cinayət törədilərkən Şahid1 əynində olan köynəyin, şortun və Zərərçəkmiş şəxs əynində olan 1 (bir) ədəd donun, hadisə yerindən götürülmüş 1 (bir) ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağının maddi sübut kimi tanınması və saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 dekabr 2021-ci il tarixli cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında qərardan (cild 1, iş vərəqə 178-181) görünür ki, zərərçəkmiş şəxs Şahid1 Təqsirləndirilən şəxs ilə barışdığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 dekabr 2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 186-188) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddələr üzrə yeni məzmunlu ittihamın elan edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 dekabr 2021-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan (cild 1, iş vərəqə 200) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri, eləcə də törətdiyi cinayətin mexanizmini və üsulunu hadisə yeri olan ünvan 3 ünvanında yerləşən evdə əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş hərbi biletin surətindən (cild 1, iş vərəqə 301-306) görünür ki, Təqsirləndirilən şəxs ağır xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21.06.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, lakin təqsirləndirilən şəxs və onun seçdiyi müdafiəçi həmin sübutlara dair öz etirazlarını bildirməmişlər, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş sübutları və irəli sürülmüş ittihamı mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin” Siyahısına əsasən şəxsin sağlamlığına vurulmuş xəsarətin iki forması müəyyən edilmişdir. Biri həyat üçün təhlükəli olan xəsarətlər, ikincisi isə həyat üçün təhlükəli olmayan, lakin nəticələrinə görə ağır hesab edilən xəsarətlərdir. “Ağır, az ağır və yüngül xəsarət növlərinin” Siyahısının 1-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlərdən biri, yəni döş boşluğuna nüfuz etmiş döş qəfəsinin sol yan səthində yerləşmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarət dərəcəsinə aid edilmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-cı il tarixli 3 №-li qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti xuliqanlıq niyyəti ilə o vaxt tövsif edilməlidir ki, təqsirkar öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmiş olsun (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə). Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və qanuni yolla əldə edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs yaxın qohumdurlar (ana-bala). Cinayət hadisəsi baş verənədək onların arasında bir neçə dəfə məişət xarakterli mübahisələr olmuşdur. Sonuncu dəfə onların arasında məişət xarakterli mübahisə baş verdikdən sonra Təqsirləndirilən şəxs hərəkətləri barədə polis orqanına şikayət edilmişdir. Qeyd edilənlər cinayət işinin mübahisəsiz hallarıdır. Bunun nəticəsində Təqsirləndirilən şəxs 30 avqust 2021-ci il tarixdə 27-ci Polis bölməsinə çağırılmışdır. O, həmin gün Polis bölməsinə gedərək evdə baş vermiş hadisə barədə izahat vermişdir. Təqsirləndirilən şəxs valideyninin onun barəsində polis orqanına şikayət etməsi səbəbindən qəzəblənmiş və əsəbi halda yaşadığı evə gələrək evin mətbəxində anası Zərərçəkmiş şəxs iradını bildirərək sözlü mübahisə etməyə başlamışdır. Həmin vaxt evdə olan Şahid1 (Təqsirləndirilən şəxs atası) Təqsirləndirilən şəxs tənbeh etmək məqsədilə sonuncuya tərəf gəldikdə, Fəqan atasının bu hərəkətlərindən daha da əsəbiləşərək mətbəxdəki masanın üzərində olan və soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb həmin bıçaqla atası Şahid1 qəsdən vuraraq sonuncuya döş qəfəsinin ön səthində 3 (üç) ədəd, sol çiyin qurşağında 1 (bir) ədəd, sol bazuda 1 (bir) ədəd, sol saiddə 2 (iki) ədəd, sağ əlin ovuc səthində 1 (bir) ədəd və sol bud nahiyəsində 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara kimi ayrı-ayrılıqda, həmçinin ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və alın və sol qulaq seyvanı nahiyəsində sıyrıqlar kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Zərərçəkmiş şəxs X2 Mustafayevin Şahid1 bıçaqladığını gördükdə, dərhal onlara müdaxilə edərək Fəqan tərəfindən Oktaya əlavə xəsarətlər yetirilməsinin qarşısını almaqla, yəni ictimai borcunu yerinə yetirərkən Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs da əlindəki həmin bıçaqla yaxın qohumu hesab edilən əri Şahid1 gözü qarşısında vuraraq həmin hərəkətləri ilə sonuncuya əzab verdiyini dərk etməklə, yəni xüsusi amansızlıqla qəsdən Zərərçəkmiş şəxs sol təpə nahiyəsinin, hər iki süd vəzisinin, qarının ön səthinin, döş qəfəsinin sol yan səthində Vİ-Vİİİ qabırğa səviyyəsində yerləşən, döş qəfəsinin sağ yan səthində Vİ-Vİİ qabırğa arası sahədə, sol budun yan səthində yerləşən, boynun ön səthində sağda yerləşən deşilmiş-kəsilmiş yaralar (cəmi 11 (on bir) ədəd) həm ayrı-ayrılıqda, həmçinin də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və döş boşluğuna nüfuz etmiş döş qəfəsinin sol yan səthində yerləşmiş yara kimi insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuş, yəni ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar zərərçəkmiş şəxsə xüsusi amansızlıqla insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs atası Şahid1 də bıçaqla xəsarət yetirdiyindən, ibtidai istintaq orqanı tərəfindən əvvəlcə onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 126.2.2 və 126.2.3-cü maddələri ilə tövsif edilmişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı atası Şahid1lə barışdığından, qanunla müəyyən edilmiş qaydada ibtidai istintaq orqanı tərəfindən 06 dekabr 2021-ci il tarixdə sübutların qiymətləndirilməsi haqqında qərar əsasında Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə icraata və cinayət prosesində Şahid1 zərərçəkmiş şəxs kimi iştirakına xitam verilmiş, habelə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.3-cü maddələri ilə yenidən ittihamın elan edilməsi qərara alınmışdır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs əməllərini məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.3-cü maddələri ilə tövsif edir. Bundan başqa, Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun hər bir əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.3-cü maddələri ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxs qismində çıxış edən anası Zərərçəkmiş şəxs ilə yaxın qohum (ana-bala) olmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməldən peşman olmasını, ağır xəstəlikdən əziyyət çəkməsini, cinayət əməlini törətdikdən sonra Zərərçəkmiş şəxs tibb müəssisəsinə çatdırılmasında kömək etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) və təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar olmadıqda, təqsirləndirilən şəxsə təyin ediləcək cəza onun təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin əməlindəki cəzanı yüngülləşdirən bütün halların məcmusunu, ələlxüsus Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə yaxın qohum (ana-bala) olmasını, onların arasında barışığın əldə edilməsini, bu barışığın məhz ibtidai araşdırmanın ilkin dövründə əldə edilməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını, təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi əmələ tənqidi yanaşaraq peşman olmasını, ağır xəstəlikdən əziyyət çəkməsini, cinayət əməlini törətdikdən sonra Zərərçəkmiş şəxs tibb müəssisəsinə çatdırılmasında kömək etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar kimi qəbul edir və qiymətləndirir. Məhkəmə göstərilən müstəsna halların arasında təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə yaxın qohum olması (ana-bala) və onların ibtidai istintaqın hələ ilkin dövründə barışmasını xüsusilə vurğulamağı zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs qarşı zoraki cinayət əməlini törətdikdən sonra səmimi peşmançılıq hissi keçirərək sonuncu ilə barışmış, nəticədə törətmiş olduğu əməlin ictimai təhlükəliliyini azaltmağa doğru fəal hərəkət etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs sərbəst şəkildə ifadə verdikdən sonra oğlu Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş və oğlu Təqsirləndirilən şəxs yüngül cəza təyin edilərək həbsdən azad edilməsini məhkəmədən xahiş etmişdir. Qanunun tələbi əsasında cəza təyini zamanı zərərçəkmiş şəxsin bu hissədə iradə ifadəsi həlledici əhəmiyyətə malik olmasa da, məhkəmə hesab edir ki, bu kimi vacib halın nəzərə alınmaması ədalətli və əsaslı hesab edilə bilməz. Bu səbəbdən də məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin ona elə bir həcmdə cəza təyin edilməlidir ki, həmin cəza onun zərərçəkmiş şəxslə yaxın qohumluq münasibətlərinə xələl gətirərək pozmasın, əksinə ailədaxili münasibətlərin daha da möhkəmlənməsinə və qorunub saxlanılmasına xidmət etsin. Bu hissədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən halların Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən müstəsna hallar kimi qəbul edilməsi onun məsuliyyətdən azad edilməsi kimi deyil, əksinə cinayət əməllərini törətmiş və həmin əməllərə tənqidi yanaşan, habelə səmimi peşmançılıq hissi keçirən Təqsirləndirilən şəxs dövlət tərəfindən göstərilən mərhəmət və ədalət kimi qəbul edilməlidir. Beləliklə məhkəmə qeyd edilən müstəsna halları məcmu halda nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməlidir. Belə ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun üzərində daha çox məhrumiyyətlər yaradacaq. Bu isə ona və onun ailəsinə (ana-bala), başqa sözlə, onun ailə münasibətlərinə cidid şəkildə mənfi təsir göstərəcək. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən təyin ediləcək daha yüngül cəza onu islah etməyə kifayət edəcək. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Buna isə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə nail olmaq olar. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli və həmin maddənin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.3-cü maddələrində göstərilən cinayət əməlləri cinayətlərin təsnifatına görə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 30 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə maddi sübutun taleyini həll edərkən qeyd edir ki, iş üzrə maddi sübut olub Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan və cinayət törədilərkən Şahid1 əynində olan 1 (bir) ədəd köynək, 1 (bir) ədəd şort, Zərərçəkmiş şəxs əynində olan 1 (bir) ədəd don, hadisə yerindən götürülmüş və cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı hazırki hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona təqsirli bilindiyi maddələr üzrə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 30 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan və cinayət törədilərkən Şahid1 əynində olan 1 (bir) ədəd köynək, 1 (bir) ədəd şort, Zərərçəkmiş şəxs əynində olan 1 (bir) ədəd don, hadisə yerindən götürülmüş və cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı hazırki hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-475/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-475/2022
18.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver