Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-475/2023 28.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X2 və Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1984-ci ildə Qazaxıstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2əsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 14 avqust 2022-ci il tarixdə gecə saatlarında taksi fəaliyyəti ilə məşğul olan tanışı Şahid3 idarə etdiyi VAZ 2107 markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin qismində yaşadığı Sumqayıt şəhərindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “X13”nın yaxınlığına gələrək avtomobildən düşüb istintaqa məlum olmayan mənbədən bir ədəd sellofan torbada olan 60,116 qram, yəni külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib həmin narkotik vasitədən kiçik bir hissə ayırıb üzərində saxlamaqla daşıyaraq VAZ 2107 markalı avtomobilin yanına qayıdıb narkotik vasitənin qalan çox hissəsini sərnişin qismində əyləşdiyi avtomobilin qabaq sağ tərəf oturacağının altında gizlətmiş, daha sonra Sumqayıt şəhərinə qayıdarkən sürücü Şahid3 Lökbatan qəsəbəsi ərazisində kobud surətdə yol hərəkəti qaydalarını pozması səbəbindən Qaradağ RPİ-nin 10-cu PB-nin və ÇPA 10-cu Patrul bölüyünün əməkdaşlarında şübhələr yaratdığından həmin gün saat 07:30 radələrində ünvan 4 ünvanının qarşısında Qaradağ RPİ-nin 10-cu PB-nin və ÇPA 10-cu Patrul bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilib həmin gün saat 09:00-da üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,196 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bundan sonra həmin gün saat 09:40-da VAZ 2107 markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən həmin avtomobilin qabaq sağ tərəf oturacağının altından onun gizlətdiyi 01 ədəd bükümdə təmiz çəkisi 59,920 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o Sumqayıtdan Lökbatan qəsəbəsinə gedib 60 qram götürmüşdür. Yolda avtoqəza hadisəsi baş verdi. Bu vaxt polis əməkdaşları tərəfindən saxlanıldı. Avtomobildə 60 qram kakos olduğunu etiraf edir, lakin üzərində 2 ədəd büküm olmayıb, yalandır. Hər gün təqribən 2-3 qram heroin çəkirdi, qramını 20 manata alırdı Birinci dəfə idi ki, bu qədər çox miqdarda heroin alırdı.Hər gün heroin alırdı. Kafel ustası işləyirdi. 750 manat aylıq gəliri var idi, 2 uşağı var. Avtomobili dostu sürürdü,onun avtomobildə büküm olduğundan məlumatı yox idi, telefonunda heroin aldığı şəxslə yazışma yox idi, yazışmaları silmişdi. Satış məqsədi olmayıb və cibində 2 ədəd büküm olmayıb. Heroini falqada çəkirdi. Aldığı heroindən tanışına verməmişdi, ona pulsuz verəcəkdi, satmayacaqdı. Heroin aldığı şəxslə İnstagram sosial şəbəkəsi vasitəsilə tanış olmuşdu. Əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X11 10-cu patrul bölüyündə polis nəfəri işləyir. Hadisə baş verən gün, səhərə yaxın vaxtlarda o və digər əməkdaşlar Şahid6, Şahid2 Lökbatan qəsəbəsi ərazisində Fiat Dobla ** PC *** dövlət qeydiyyat nişanlı avtomobildə xidmətdə idilər. Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis bölməsinin əməkdaşı Emin mobil telefon vasitəsilə zəng edərək, bir şübhəli avtomobilin Seymur Orucov küçəsi ilə yolun əks istiqamətində yolun əks istiqamətində hərəkətdə olduğunu bildirdi. X14 küçəsi istiqamətinə hərəkət etdilər və həmin şübhəli avtomobili gördülər. Avtomobil səhv etmirsə, qara rəngli, VAZ 2107 markalı, ** LJ *** dövlət qeydiyyat nişanlı idi, onlara yaxınlaşanda onlar dar küçədə boruya dəyib dayanmışdılar, avtomobil əzilmişdi. Onlara yaxınlaşdılar və onlar öz hərəkətləri ilə narkotik vasitənin təsiri altında olduqlarını büruzə verirdilər, onlardan hansı səbəbdən yolun əks istiqamtində hərkətdə olduqlarını soruşdular, lakin onlar cavab vermədilər. Onları 10-cu Polis bölməsinə gətirdilər. Sonra məlum oldu ki, polis bölməsində onların üzərində narkotik vasitə aşkar olunub. Qəza etmiş avtomobildə 2 nəfər var idi, onların avtomobilinə nəzarət etməsi üçün bir nəfər əməkdaş da hadisə yerində qaldı, onları polis bölməsinə təhvil verdikdən sonra hər hansı bir hərəkətdə iştirak etmədilər, sadəcə olaraq onları bölməyə təhvil verdilər. Avtomobildə olanlar müqavimət göstərmədi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 digər Şahid5 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis bölməsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir, şəxsin saxlanması prosesində iştirak etməmiş. Saxlanıldıqdan sonra videoçəkiliş vasitəsilə, müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilməsində iştirak etmişdir. Ona məlumat verildi ki, bu şəxs və hadisə baş verən zaman yanında olan digər şəxs özlərini şübhəli apardıqları üçün polis əməkdaşları onları görüb, daha sonra onlar yolun əks istiqamətində hərəkət ediblər və polis əməkdaşları tərəfindən saxlanılıblar. Polis bölməsində onların üzərinə şəxsi axtarış keçirildi. Bu şəxs üzərində olanı şəxsi axtarış keçirilməsi zamanı könüllü təqdim etdi və onun olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xatırlamadığı bir gün tanışı Pərvizlə Lökbata gedirdilər. O taksi kimi Pərvizi aparırdı. Pərvizin oraya getməsi səbəbini bilmirdi, maşında idi, Pərviz maşından düşüb gedib, sonra gəldi. O gələndə o yatmışdı. O, maşına oturdu və ona “Sür gedək” dedi. Onlar yolla gedəndə o yolun əks istiqamətində döndüyü üçün post patrulun əməkdaşları gəldilər. Sonra mülki maşın da gəldi onları saxladılar. O maşını saxlamırdı, maşını vurdu sonra saxladı. İkisini də post patrulun maşınına mindirdilər, maşını axtardılar. Bundan sonra onları bölməyə apardılar. Bölmədə bir gün saxladılar, ayrı-ayrı danışdırdılar. Onun üzərində heç nə olmayıb. Narkotik vasitədən vaxtilə istifadə etmişdir. Post patrul onları saxlayıb avtomobilə mindirəndə üzərinə baxmadılar, bölmədə baxdılar. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində 2 ədəd bükümün olmaması və özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsi iş materiallarında olan sübutlarla təkzib olunduğundan, təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan 14 avqust 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 14 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının və vəkilinin iştirakı ilə videoçəkiliş vasitəsilə Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin içərisi ağ çöl hissəsi qara rəngli kağızına bükülmüş bükümü masanın üzərinə qoyur. 01 ədəd kağıza bükülmüş bükümü stolun üzərinə qoyur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və üzərindən hər hansı bir əşya aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılan zaman içərisində açıq qəhvəyi rəngli, toz alında narkotik vasitə heroinə bənzər maddə aşkar edilir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyularaq qablaşdırılır. Təqsirləndirilən şəxs həmin bükümün içərisində kakos adlanan narkotik vasitə olduğunu, həmin narkotik vasitəni Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində onlayn yol ilə tanımadığı İran İslam Respublikası vətəndaşının ona bildirdiyi işıq sütununun altından götürdüyünü bildirir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs taksi fəaliyyəti göstərən tanışı X4 məxsus qara rəngli Vaz 2107 markalı 90LJ083 dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq oturacağın alt hissəsində narkotik vasitə kakos gizlətdiyini bildirir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən tərtib edilmiş “baxış və götürmə aparılması haqqında” 14 avqust 2022-ci il tarixli protokoldan görünür ki, VAZ 2107 markalı 90LJ083 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keşirilmişdir. Təqsirləndirilən şəxs qara rəngli Vaz 2107 markalı 90LJ083 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq sağ oturacağın altından gizlətdiyi içərisində narkotik vasitə heroin olan 01 ədəd bükümü götürüb özü könülü şəklildə nəqliyyat vastəsinin yük yeri hissəsinin üzərinə qoyur, Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı polis baş leytenantı Vüqar Eyyubov tərəfindən şəffaf selafana bükülmüş üzəri skoç ilə bərkidilmiş büküm açılır, bükümün içərisindən toz halında, qəhvəyi rəngli, iysiz maddə aşkar edilir, Təqsirləndirilən şəxs bildirir ki, narkotik vasitə olan “kakos”-dur, onlayn yolu ilə 700 manata İran vətəndaşından almışdır. Şahid3 məxsus qara rəngli Vaz 2107 markalı ** LJ *** d.q.n-lı nəqliyyat vasitəsinin qabaq sağ tərəf oturacağının altından götürülmüş açıq rəngli selafan paketə bükülmüş büküm zərfə qoyularaq qablaşdırılır, möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Bundan sonra avtomaşına baxış keçirilir, lakin hər hansı bir qanunla qadağan edilmiş əşya aşkar edilmir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4334 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Tədqiqata təqdim edilmiş üzərlərində AR DİN “Zərflər üçün №222” möhür əksi, “Vət.Təqsirləndirilən şəxs...” və s.sözlər, imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,196 qram; 01 ədəd bağlamadakı bükümdə təmiz çəkisi 59,920 qram, ümumi təmiz çəkiləri 60,116 qram açıq qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 1 və 2 №-li obyektlərə aid heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi- 60,116 qram, tədqiqata sərf edildi- 0,15 qram, qalıq-59,966 qram. (ekpertiza tədqiqatın dəyəri 110 manatdır) Cinayət işi materiallarında olan “DVD diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, DVD Diskdə 02 ədəd video fayl vardır. 1-ci video fayldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçiriləcəyi, üzərində qeyriqanuni əşyya varsa könüllü təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd kağıza bükülmüş bükümü stolun üzərinə qoyur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirəndə üzərindən hər hansı bir əşya aşkar edilmir. Həmin büküm açılır və içərisindən narkotik vasitə heroinə bənzər maddə aşkar edilir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyularaq qablaşdırılır. Sorğu sual zamanı Təqsirləndirilən şəxs bildirir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni özünü ona İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsdən onlayn yolla almışdır, bir büküm narkotik vasitə heroini tanışının idarə etdiyi avtomobildə sağ tərəf qabaq oturacağın altında gizlətmişdir. 2-ci video fayldan görünür ki, VAZ 2107 markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilə polis əməkdaşlarının, vəkilinin və VAZ 2107 markalı avtomobilin sürücüsü Şahid3 iştirakı ilə videoçəkiliş vasitəsilə baxış və götürmə istintaq hərəkəti keçirilir. Təqsirləndirilən şəxs qara rəngli Vaz 2107 markalı ** LJ *** d.q.nh nəqliyyat vasitəsinin qabaq sağ oturacağın altından gizlətdiyi içərisində narkotik vasitə heroin olan 01 ədəd bükümü götürüb özü könülü şəklildə nəqliyyat vastəsinin yük yeri hissəsinin üzərinə qoyur, Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı polis baş leytenantı Vüqar Eyyubov tərəfindən şəffaf selafana bükülmüş üzəri skoç ilə bərkidilmiş büküm açılır, bükümün içərisindən toz halında, qəhvəyi rəngli, iysiz maddə aşkar edilir, Təqsirləndirilən şəxs bildirir ki, narkotik vasitə olan “kakos”-dur, onlayn yolu ilə 700 manata İran vətəndaşından almışdır. Şahid3 məxsus qara rəngli Vaz 2107 markalı ** LJ *** d.q.n-lı nəqliyyat vasitəsinin qabaq sağ tərəf oturacağının altından götürülmüş açıq rəngli selafan paketə bükülmüş büküm zərfə qoyularaq qablaşdırılır, möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Bundan sonra avtomaşına baxış keçirilir, lakin hər hansı bir qanunla qadağan edilmiş əşya aşkar edilmir. Cinayət işi materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 4(002)- 144/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 04(dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan “diskə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** CSM nömrəsinə dair məlumatların sorğu edilməsi nəticəsində AZERFON MMC-dən daxil olmuş 01 ədəd DVD diskə baxış keçirilmiş və aşağıdakı əhəmiyyət kəsb edən SMS mətnlər aşkar olunmuşdur: xx.xx.2022-ci il tarixdə, saat 18:04-də ********** CSM nömrəsindən ********** CSM nömrəsinə - “Qaqi ikidene metini nece eliyey tecili göturum qaqawa soz vermisem rayona cixir”, xx.xx.2022-ci il tarixdə, saat 23:31-də ********** CSM nömrəsindən ********** CSM nömrəsinə “qaqi bidene yari kola isdiyen var idi hem deyirdim onu göturum hemd”, xx.xx.2022-ci il tarixdə, saat 18:05-də ********** CSM nömrəsindən ********** CSM nömrəsinə- “Qaqa itder diyanlb bizim padezde hem de yoxdu meti axsam olacag”, xx.xx.2022-ci il tarixdə saat 13:03-də ********** CSM nömrəsindən ********** CSM nömrəsinə “4098 5844 6265 4516” seriyalı kart nömrəsinin göndərilməsi barədə SMS məlumatları aşkar olunmuşdur Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X9 Şəxsinin xx.xx.2022-ci il tarixli, 4648 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan məhkəmə- psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 2614 nömrəli rəyindən görünür ki. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixipatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2007ci il təvəllüdlü X3 adlı iki yetkinlik yaşına çatmayan övladları vardır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi hallarını nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 14 avqust 2022-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, barəsində cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİNin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və avtomobildən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 59,966 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti və avtomobilə baxış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD Diskin və "xxxx" MMCdən əldə edilmiş 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 110(yüz on) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7(yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 14 avqust 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 110(yüz on) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və avtomobildən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 59,966 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti və avtomobilə baxış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD Diskin və "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-475/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-475/2023
28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver