Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-475/2024 29.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X6 ibarət tərkibdə, X1 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(004)-168/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, ittiham aktına əsasən, Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında internet informasiya ehtiyatlarından istifadə etməklə «Whatsapp» və «İnstagram» vasitəsilə əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq narkotik maddələrin qoyulacaq ünvanlar barədə İran İslam Respublikası vətəndaşı Əli adlı şəxsdən məlumat aldıqdan sonra 13 mart 2023-cü il tarixdə ünvan 6 saylı binanın girişində gizlədilmiş külli miqdarda olmaqla 1004 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdar olmaqla 1105 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşımaqla üzərində saxlamış, həmin gün saat 00:30 radələrində Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi ev 107 ünvanın qarşısında saxlanılaraq ünvan 4 yerləşən Nərimanov RPİ-nin 16-cı PB-nə gətirilərək üzərinə müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əlində olan göy rəngli sellofan paketin içərisindən üzəri yapışqan lentlə sarılmış 01 ədəd bükümdə təmiz çəkisi 1004 qram (1 kq. 4 qr.) olan külli miqdarda tünd qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd bükümdə təmiz çəkisi 1105 qram (1 kq. 105 qr.) olan külli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, tutulmamışdan 5-6 ay əvvəl narkotik vasitələrdən istifadə etməyə başlamış, işdən çıxmış və heç bir yerdə işləməmişdir. 13 mart 2023-cü il tarixdə o, “İnstagram” sosial şəbəkəsindən tanığı İran İslam Respublikasının vətəndaşının qoyduğu yerdən içərisində narkotik vasitə marixuana olan paketi götürdükdə polis əməkdaşları onu saxlamışlar. Ona qarşı təzyiq göstərib, onu maşına mindirmiş, telefonunu əlindən almışlar. Polis əməkdaşları onu başqa biri ilə danışdırmış, həmin şəxs İran İslam Respublikasının vətəndaşı olmuş və guya o, həmin şəxsin vasitəsilə narkotik vasitə əldə etmişdir. Polis bölməsində olarkən polislərə 2 kiloqram narkotik vasitənin ona aid olmadığını, onun yalnız 07 qram marixuana almaq üçün oraya getdiyini bildirmiş, lakin təzyiqlərə məruz qaldığına görə video çəkiliş zamanı 2 kiloqram narkotik vasitənin ona məxsus olduğunu demişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, İran İslam Respublikasının vətəndaşı olan şəxsi 1 ay əvvəl tanımış, onunla telefon vasitəsilə əlaqə saxlamışdır. Həmin şəxs onun narkotik vasitələrdən istifadə etdiyini bilmiş, onunla “Whatsapp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamışdır. Onun mobil nömrəsi İran nömrəsi olmuş, lakin həmin nömrəni xatırlamır. O, həmin şəxsdən müxtəlif vaxtlarda hər dəfə 3 qram və ya 5 qram marixuana almışdır. Həmin şəxs narkotik vasitələri qoyduğu yeri ona bildirmiş, o da həmin yerə gedib götürmüşdür. Sonuncu dəfə o, paketi götürdüyü an dərhal ona polis əməkdaşları yaxınlaşmış, o, binanın blokdan çıxarkən onu saxlamışlar. Polis bölməsinə gedərkən maşının içində narkotik vasitəni boynuna alması üçün Xəqani adlı polis əməkdaşı onu vurmuş, lakin vurulması ilə əlaqədar heç bir xəsarəti olmamışdır. Polis əməkdaşları onu narkotik vasitəni evinə qoymaqla hədələdikləri üçün məcbur qalaraq onların dediklərini qəbul etmişdir. Çəkiliş zamanı Xəqani adlı polis əməkdaşı əlində kağız tutaraq yazılanları ona oxutmuşdur. İstintaq Təcridxanasına daxil olan zaman o, tibbi yoxlamadan keçmiş, onun bədəni üzərində heç bir xəsarət izi olmamışdır. Polis əməkdaşlarının onu vurması ilə bağlı heç bir şikayəti olmamışdır. Polis əməkdaşları onu saxladıqdan sonra telefonunu əlindən almış, əvvəlcə özləri iranlı şəxslə danışmış, daha sonra isə onu həmin şəxslə danışdırmışlar. Təqsirləndirilən şxəs məhkəmə iclasında ona verilən suallara cavab olaraq həmçinin göstərmişdir ki, narkotik vasitə aldığı iranlının adı Nadir olmuş, o, Nadirə 70 manat pul göndərmişdir. 70 manat pulu həmin şəxsə “Leo” kart vasitəsi ilə göndərmişdir. 1 kq 105 qram və 1 kq 4 qram çəkidə olan narkotik vasitələr onun götürdüyü paketin içində olmuşdur. Həmin paketi N.Nərimanov rayonu ərazisində olan yaşayış binasından götürməli olmuş, axşam saat 20-21 radələrində deyilən yaşayış binasının 1-ci mərtəbəsindən paketi götürmüş, daha sonra blokdan çıxarkən polislər tərəfindən saxlanılmışdır. O, paketi götürərkən içində nə olduğunu bilməmişdir. Narkotik vasitənin ona aid olmadığını dediyi üçün polis əməkdaşları ona təzyiq göstərmişlər. O, 07 qram marixuana almaq məqsədilə həmin ünvana getmişdir. O, narkotik vasitələrin yalnız marixuana növündən istifadə etmişdir. +***-***-**-** onun istifadəsində olan mobil nömrədir və “Whatsapp” mobil tətbiqini də həmin nömrə ilə açılmışdır. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin və marixuana narkotik vasitəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, Nərimanov RPİ-nin 16-cı PB-nin əməliyyat müvəkkili vəzifəsində vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat qrupu ünvan 6 ünvanına getmişlər. Bir nəfər şəxsin əlində göy rəngli sellofan olduğunu görmüş, şəxsə dair əlamətlər Tamerlan adlı şəxs barəsində verilmiş məlumatlarla üst-üstə düşdüyündən, həmçinin həmin şəxs özünü şübhəli apardığından ona yaxınlaşıb, polis olduqlarını bildirib, xidməti vəsiqələrini göstərmişlər. Şəxsə narkotik vasitələrin saxlanması və daşınmasında şübhəli olduğunu bildirib 16-cı polis bölməsinə dəvət etmişlər. Dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxışdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş nə isə varsa, təqdim etməsi təklif olunmuş, o da əlindəki göy rəngli sellofan paketi stolun üzərinə qoymuş və şalvarının cibindən 01 ədəd telefon çıxarmışdır. Göy rəngli sellofanın içində 2 paket olmuş, Təqsirləndirilən şəxs sellofan paketlərin içərisində nə olduğunu soruşduqda qurudulmuş marixuana olduğunu bildirmiş, onu sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan Əli adlı şəxsdən aldığını bildirmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və bölməyə gətirilərkən ona qarşı hər hansı bir təzyiq göstərilməmiş, onların heç bir İran İslam Respublikası vətəndaşı ilə əlaqələri olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə göndərilməsi ilə bağlı heç kim təhrik edilməmişdir. 4 nəfərlik əməliyyat qrupu təşkil olunmuş, həmin əməliyyat qrupu Təqsirləndirilən şəxs olduğu yerə gedib və onu saxlamışdır. Narkotik vasitənin yarısını qoyub, yarısını isə ünvana çatdırmasını söyləyən İran İslam Respublikasının vətəndaşı olan şəxs olmuşdur. Təqsirləndirilən şəxs saxladıqdan sonra heç kim onlara onun buraxılmasını deməmişdir. Daxil olan məlumata əsasən Təqsirləndirilən şəxs olduğu yerə getmişlər və yerində müşahidə apararaq həmin şəxsə yaxınlaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 və Şahid4 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişlər. Şahid2 Sübhan oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o da ibtidai istintaq zamanı digər şahidlər Şahid3, Şahid4 və Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: - «şəxsi axtarış və götürmə aparılması haqqında» 13 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibində olan qara rəngli «Xiaomi» markalı içərisində ***-***-**-** nömrə olan mobil telefonu və əlindəki göy rəngli, üzərində «Samuray» yazısı olan sellofan paketi təqdim etmişdir. Tədqiq olunan protokoldan həmçinin görünür ki, sellofan paketə baxış zamanı paketdən üzəri yapışqan lentlə (skoçla) bağlanmış, içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə olan qara rəngli sellofan paketə bükülmüş 01 ədəd büküm və üzəri yapışqan lentlə (skoçla) bağlanmış, içərisində spesifik qoxuya malik, yaşıl rəngli ot şəkilli maddə olan qara rəngli sellofan paketə bükülmüş 01 ədəd büküm aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümün içərisindəki maddənin narkotik vasitə hesab olunan «kakos» adı ilə tanınan heroin və digər 01 bükümün içərisindəki maddənin isə narkotik vasitə hesab olunan «nəşə» adı ilə tanınan marixuana olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət, əlavə daxil olmadığı və vəsatət qaldırılmadığı bildirilmişdir (cild İ, i/v: 33-34). - «CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında» 13 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibində olan qara rəngli «Xiaomi» markalı içərisində ***-***-**-** nömrə olan mobil telefonu və əlindəki göy rəngli, üzərində «Samuray» yazısı olan sellofan paketi təqdim etmiş, sellofan paketdən isə üzəri yapışqan lentlə (skoçla) bağlanmış, içərisində qəhvəyi rəngli, toz şəkilli maddə olan qara rəngli sellofan paketə bükülmüş 01 ədəd və üzəri yapışqan lentlə (skoçla) bağlanmış, içərisində yaşıl rəngli ot şəkilli maddə olan qara rəngli sellofan paketə bükülmüş 01 ədəd büküm aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümün içərisindəki maddənin narkotik vasitə hesab olunan «kakos» adı ilə tanınan heroin və digər 01 bükümün içərisindəki maddənin isə narkotik vasitə hesab olunan «nəşə» adı ilə tanınan marixuana olduğunu bildirmiş, həmin maddələri sosial şəbəkədən tanış olduğu İİR-nın vətəndaşı Əli adlı şəxsin vasitəsi ilə atıldığı Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi 107 saylı binanın qarşısından götürdüyünü bildirmiş və aşkar olunmuş bükümlər qablaşdırılaraq götürülmüşdür. (cild İ, i/v: 71-72) Cinayət işinin materiallarına əlavə edilmiş CD diskdə əks olunmuş video görüntülər məhkəmə iclasında nümayiş etdirilməklə bilavasitə tədqiq edilmiş və müəyyən edilmişdir ki, həmin video görüntülər «şəxsi axtarış və götürmə aparılması haqqında», həmçinin «CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında» 13 mart 2023-cü il tarixli protokolların məzmununa uyğundur. - «Baxış keçirilməsi haqqında» 13 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd «Xiaomi» markalı mobil telefon aparatına baxış keçirilmiş və baxış zamanı mobil telefonun «WhatsApp» proqramında «Dost» adı ilə qeyd edilmiş +**********37 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrənin arasında narkotik vasitənin əldə edilməsi barədə yazışma, səs yazının olması, narkotik vasitənin qoyulduğu ünvanın fotoşəkillərinin göndərilməsi aşkar edilmişdir. Bununla bağlı baxışda iştirak edən Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrənin ona məxsus olduğunu, «Dost» adı ilə qeyd edilmiş +**********37 saylı mobil nömrənin narkotik vasitəni əldə etdiyi İran islam Respublikasının vətəndaşı Əli adlı şəxsin olduğunu, 12 mart 2023-cü il tarixdə Əlinin istifadəsində olan +**********37 saylı mobil nömrə ilə «WhatsApp» proqramı vasitəsi ilə əlaqə saxlayan zaman sonuncunun ona 1 kq. narkotik vasitə qurudulmuş marixuana və 1 kq. narkotik vasitə heroin göndərdəcəyini, həmin maddələrin qoyulduğu yeri ona bildirəcəyini, həmin yerə gedərək oradan narkotik vasitələri götürüb onun bildirdiyi yerə qoyduqdan sonra şəklini çəkərək ona göndərməyini, bunun qarşılığında Əlinin onun üçün də pay ayıracağını bildirməsini, xx.xx.2023-cü il tarixdə 00:30 radələrində Əlinin istəyi üzrə narkotik vasitənin gizlədildiyi ünvan 6 saylı binanın girişinə gedərək göy rəngli torbanın içərisində, üzəri yapışqan lentlə bağlanmış 02 ədəd bağlamanı götürüb oradan uzaqlaşmaq istəyən zaman polis əməkdaşları tərəfində saxlanıldığını bildirmişdir. (cild İ, i/v: 73-74) Qeyd olunan protokol məhkəmə iclasında tədqiq edilən zaman müəyyən edilmişdir ki, protokola saat 21.36 və 21.38-də buraxılmış səsli zəng, saat 21.44-də «Qızıl gul restoranından uzu inqlaba gedende körpunun altına girmesin pörpunun qıragı ilə gelsın araz marketle ğz be üz girsın mehleye girən kimi sola donsün 2 ci blokun qapısının dalında» məzmunlu yönləndirilmiş sms-in, həmçinin yaşayış binasının giriş qapısının, yaşayış binasının ətrafının fotoşəkilinin ekran görüntüsü əlavə edilmişdir. (cild İ, i/v: 75-77) - «CD diskə baxış keçirilməsi haqqında» 16 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və çıxan sms-lərin siyahısı "xxxx" MMC tərəfindən 1 ədəd «CD» diskdə təqdim olunmuş və həmin diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 08:14:25-də ***-***-**-** saylı mobil nömrəyə «Elnur 10 azn duzeldersen 5 kola... 5 shushe... terlan dushurdecey 10 verarsan terlana», xx.xx.2022-ci il tarixdə saat 18:34:12-də ***-***-**-** saylı mobil nömrəyə «Ala sen niye bela oldun ala men sene demiyecemeee menim temami ver yada nese zeng eliyirem ehvalivi oyrenmeye guya men seni istesem tapa bilmerem 6 sekund taparam seni.. menim adim tamerlandi senin nicat ferqimiz budu qaldiki temaya mene bilirsen ne lezet elamadi ???? sen bizi neca qoydun lomkada niye hela eladin mene o catmadi bashqa senjn canivin sagligi demishdin gorusherik ustunnen 20 gun kecip sennen xeber yoxdu neisa canjn bashun yaxshidi, ????otravadan onemli sheyler var can sagligi onu oyrenmek isteyirem allah haqi seni tapmağ 2*2di sadece men oz abrimi gozleyirem en azi bize gelmisen men onu itirmirem, birde ki nedense istifade elamak yaxshi shey deyil kishiden kishi kimi istifade eliyelleeeer lomkada qoydun iki kishini cixdin itdin..halaldi sene», xx.xx.2022-ci il tarixdə saat 12:27:24-də «Otboy koroche... camahat mene gore 2.3 qramm tema duzub qoshub gozduyur sen amma bigane yanashirsan ozunde beyag olar olmazdan danishirsan haniiieee bes duzduyyyy. neisaa hec bir sheyy....», xx.xx.2022-ci il tarixdə saat 20:38:20də 070- 269-00-57-də «Sen yaxci qaqaw san arxAyin ol o sheheere piss mail saliblar onun soybeti eliyirdik. temasizdi her her calishax bu gunn hazir olag....komey eliyirsen bizlere...ALLAHA XATİR» sözləri yazılmış mesajların göndərilməsi aşkar edilmişdir. Eyni zamanda baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 20:36:26-da ***-***-**-** saylı mobil nömrədən «ay tamerlan 1 soz deyerdinde bilerdim adboy neye verirsenki ya denen alinmir yada alinir qaldiki ele bil meni tanimirsan men en azinan seni yaxin bilib dedim», xx.xx.2022-ci il tarixdə saat 22:10:57-də «Qaqaş.məni yig.bu nə temadı verdim uşağa dalı qabağı bir qozdu cıxardmadı vəzyətdən», xx.xx.2023-cü il tarixdə saat 16:23:23də ***-***-**-** saylı mobil nömrədən «Qaqaw bu nedi vermisen mene camahat lomkadadi torpağ nedi vermisen» sözləri yazılmış mesajların göndərilməsi aşkar edilmişdir. (cild İ, i/v: 162-174) - Məhkəmə-kimyəvi ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1529 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 218” möhür əksi, “şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 01 ədəd bağlamada təmiz çəkisi 1004 qram (1 kq. 4 qr.) tünd qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına İ siyahısına daxildir. (cild İ, i/v: 45-49) - Məhkəmə-bioloji ekspertizanın xx.xx.2023-cü il tarixli, 7/377 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs.... Təqsirləndirilən şəxs” yazılar və imzalar olan ağ rəngli kağız paketdə 01 ədəd üzəri skoçla bağlanmış qara rəngli polietilen bağlamadakı ağ rəngli sellofan torbada təmiz çəkisi 1105,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. (cild İ, i/v: 50-53) - Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1537 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild İ, i/v: 179-180) - Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 740 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild İ, i/v: 181-183) - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi X2 13 mart 2023-cü il tarixli qərarı ilə “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş və Nərimanov RPİ-nin 16-cı PB-nin rəisi, polis mayoru cavid İsmayılzadə tərəfindən təsdiq edilmiş 12 mart 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. (cild İ, səh. 96-97). - «Maddi sübut hesab edilməsi haqqında» 03 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra 1003,8 qram çəkidə qalan narkotik vasitə heroin, 1104,9 qram çəkidə qalan narkotik vasitə marixuana iş üzrə maddi sübut kimi tanınaraq Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (cild İ, i/v: 135-137) - Həmçinin cinayət işinin materiallarında olan istintaq orqanının «cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında» 31 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk və "xxxx" MMC-dən alınmış 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs məxsus 1 ədəd «Xiaomi» markalı mobil telefon aparatı maddi sübut kimi tanınaraq saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (cild İ, i/v: 197- 212) Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən ən əvvəl qeyd edir ki, dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə imtina etməsinə görə Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməsi ilə bağlı ayrıca akt şəklində qərar qəbul edilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri üzrə təqsirli olması özünün qismən etirafedici ifadələri, iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, maddi sübutlar və digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə bu nəticəyə gəlməklə yanaşı təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd olunan xüsusatların hər birinə ayrı-ayrılıqda qiymət verilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində özünü qismən təqsirli bilib, tutulmamışdan 5-6 ay əvvəl narkotik vasitələrdən istifadə etməyə başladığını, narkotik vasitələrdən yalnız marixuanadan istifadə etdiyini, ona verilən ünvana cəmi 07 qram marixuana götürmək məqsədi ilə getdiyini, üzərindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmadığını bildirmişdir. Məhkəmə əvvəlcə qeyd edir ki, təqsirləndirilən şəxs tutulmamışdan 5-6 ay əvvəl narkotik vasitələrdən istifadə etməyə başladığını bildirsə də, o, xx.xx.2019-cu il tarixdə və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilmişdir. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs uzun illərdir ki, narkotik vasitələrin istifadəçisidir. Bundan başqa onun yalnız marixuana narkotik vasitəsindən istifadə etməsi ilə bağlı ifadəsinə əsasən məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan məhkəmənarkoloji ekspertizasının 15 mart 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, ekspress-test üsulu ilə müayinə nəticəsində Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində MOP (+), OPİ (+), AMP (+), BZO (+), THC (+), MTD (+) aşkar olunmuşdur. Bu isə öz növbəsində göstərir ki, təqsirləndirilən şəxs müxtəlif növ narkotik vasitələr və psixotrop maddələrdən istifadə etmişdir. Məhkəmə xüsusilə təqsirləndirilən şəxsin sadəcə 07 qram marixuana götürmək məqsədi ilə ona verilən ünvana getməsi, paketdə olan narkotik vasitələrin ona məxsus olmaması ilə bağlı ifadəsinə istinadən qeyd edir ki, təqsirləndirilən şəxs ifadəsinin davamında həmçinin bildirmişdir ki, o, ona verilən ünvan üzrə qoyulmuş yerdən həmin paketi götürüb binanın blokundan çıxdıqdan sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Belə olan halda, təqsirləndirilən şəxsin 07 qram marixuana götürmək məqsədi ilə getdiyi yerdən içərisində 2 kiloqramdan artıq ağırlıq olan böyük paketi hansı səbəbdən götürərək binanın blokundan bayıra çıxması məhkəmə üçün şübhəli və anlaşılmaz qalır. Qeyd olunan xüsusat özü-özlüyündə Təqsirləndirilən şəxs məhz həmin paketi götürmək məqsədi ilə getdiyini və aşkar olunmuş narkotik vasitələrin məhz ona məxsus olduğunu sübuta yetirir. Bundan başqa təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində polis əməkdaşlarının ona təzyiq göstərdiyini, Xəqani adlı polis əməkdaşının onu vurduğunu bildirsə də, eyni zamanda ifadəsində üzərində heç bir xəsarətin olmadığını, istintaq təcridxanasına daxil olan zaman da üzərində hər hansı bir xəsarətin aşkar olunmadığını, polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı heç bir şikayət etmədiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı ifadəsi əsassızdır və öz təsdiqini tapmamışdır. Bundan başqa, müdafiə tərəfinin vəsatətlərinə əsasən, Təqsirləndirilən şəxs 16-cı polis bölməsinə təhvil verildiyi vaxtın qeydə alındığı qeydiyyat kitabının surəti, həmçinin Təqsirləndirilən şəxs məxsus bank kartının çıxarışları sorğu verilməklə əldə edilərək məhkəmə iclasında tədqiq edilmiş və tədqiq edilmiş həmin materiallarla cinayət işinin materialları arasında hər hansı bir ziddiyyət aşkar edilməmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində cinayətin törədilməsi üsulu və mexanizmini geniş izah etmiş, narkotik vasitələri əldə etmə yeri, vaxtı və mənbəsi barədə məntiqi ardıcıllığı olan ifadə vermiş, lakin sonradan məhkəmə iclasında ifadəsini dəyişərək bağlamaların içində nə olmasını bilməməsi və həmin bağlamaların ona məxsus olmamasına dair bir-birinə zidd ifadələr vermişdir. Bundan əlavə, məhkəmə istintaqı zamanı tədqiq olunan sms yazışmalarından da görünür ki, müxtəlif şəxslər Təqsirləndirilən şəxs aldıqları narkotik vasitənin keyfiyyəti ilə bağlı narazılıqlar ifadə edən smslər yazmış, həmçinin Təqsirləndirilən şəxs özünün də narkotik vasitələrin satışını həyata keçirməsini sübuta yetirən smslər göndərdiyi müəyyən edilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələr yuxarıda qeyd olunanlar da nəzərə alınaraq qeyri-səmimi və özünü müdafiə xarakteri daşımaqla, məsuliyyətdən yayınmaq və ya əməlinin daha yüngül maddəyə tövsif edilməsinə nail olmaq məqsədi güdmüşdür. Buna görə də məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsinə tənqidi yanaşır və inandırıcı hesab etmir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram, marixuana narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 1004 qram, marixuananın ümumi təmiz çəkisi isə 1105 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin və marixuana narkotik vasitəsinin miqdarı külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Həmin Plenum qərarının 22-ci bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 240-cı maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olubolmamasını müəyyən edərkən məhkəmələr maddələrin güclü təsir edən və ya zəhərli olub-olmamasını, avadanlığın belə maddələr hazırlamaq, emal etmək üçün nəzərdə tutulub-tutulmadığını araşdırmalıdırlar. Bunlara dair nəticə müvafiq ekspert rəyinə əsaslanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəlcədən İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlamaqla ona göndərilmiş ünvandan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və marixuananı əldə edərək daşıması, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mobil əlaqələri, qeyd olunan məzmunda kifayət qədər aydın sms yazışmaları, təqsirləndirilən şəxsin həmin narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Azərbaycan Respublikası CM-nin 31-ci maddəsinə əsasən «İki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır». Qanunun qeyd olunan normasında iştirakçılığa verilən anlayış özündə üç əlaməti – cinayətin edilməsində iki və ya daha artıq şəxsin iştirakını, cinayətin edilməsində iki və ya daha artıq şəxsin birgə iştirakını və onların qəsdən törədilən cinayətdə qəsdən birgə iştirakını ehtiva edir. Hər hansı cinayət əməli baş verən zaman hər üç əlamət ardıcıl qaydada mövcud olduğu təqdirdə şəxsin əməli cinayətdə iştirakçılığın növü və ya forması baxımından tövsif edilə bilər. Cinayətin iştirakçılığının birinici və ikinci əlamətinə görə cinayətdə iştirakçılıqda ən azı iki nəfər olmalıdır və həmin şəxslərin hərəkətləri «birgə» olmalıdır. Cinayətin birgə edilməsi anlayışı özündə üç tərkib ünsürünü – cinayətin hər bir iştirakçısının hərəkəti digər iştirakçının edəcəyi hərəkətə kömək etməsini; bütün iştirakçıların hərəkəti vahid nəticəyə doğru istiqamətlənməsini; iştirakçıların hər birinin hərəkəti ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmasını ehtiva edir. Cinayətdə iştirakçılığın sonuncu əlaməti – cinayətin qəsdən törədilməsinə yönələn qəsdən birgə fəaliyyətdə ifadə olunur. Məhkəmə təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətməsi ilə bağlı ittihamla əlaqədar qeyd edir ki, təqsirləndirilən şəxsin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı ilə əvvəlcədən razılaşmaqla və onun vasitəsi ilə əldə etməsi, götürdüyü narkotik vasitələrin Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirməsi, başqa sözlə onların hər ikisinin hərəkətinin ortaq nəticəyə yönəlməsi onların cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələrinə dəlalət edir. Buna görə də, təqsirləndirilən şəxsin əməli istintaq orqanı tərəfindən düzgün olaraq iştirakçılığa, yəni qabaqcadan əlbir olan bir qrup şəxs əlamətinə görə tövsif olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini, metamfetamin psixotrop maddəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası 29, 180.1 və 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Başqa sözlə həmin hökmlər üzrə məhkumluqları ödənilmişdir. Bununla belə məhkəmə baxışı zamanı həmin tələbnamə və müvafiq məhkəmə hökmü ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(004)-168/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Qaradağ rayonu Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (cild İ, i/v: 141-143; 144-148) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirli bilindiyi cinayət əməllərini törədərkən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(004)-168/2021 nömrəli hökmü ilə təqsirli bilindiyi az ağır cinayət əməlini törətməyə görə üzərində yaranmış məhkumluğu ödənilməmişdir. Beləliklə, məhkəmə yuxarıda şərh olunanları əsas götürərərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli cinayətlərin residivi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs gənc olmasını onun barəsində Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, sosial ədalətin bərpası və təqsirləndirilən şəxsin islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Yuxarıda şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 13 mart 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild İ, i/v: 24-25), Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli qərarı ilə barəsində «həbs» qismində qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 13 mart 2023-cü il tarixdən hesablanmışdır (cild İ, i/v: 109-113). Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan ambulator məcburi-narkoloji yoxlama üzrə 15 mart 2023-cü il tarixli, 1537 nömrəli rəy əsas götürülməli, narkoloji müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin tibbi rəyin tövsiyələrinə uyğun olaraq o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut qismində tanınaraq Nərimanov RPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1003,8 qram təşkil edən narkotik vasitə olan heroin və 1104,9 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd “Xiaomi” markalı mobil telefon onun yaxın qohumlarına təhvil verilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk, habelə "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 186 (bir yüz səksən altı) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 13 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Nərimanov RPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1003,8 qram təşkil edən narkotik vasitə olan heroin və 1104,9 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd “Xiaomi” markalı mobil telefon onun yaxın qohumlarına təhvil verilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk, habelə "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 186 (bir yüz səksən altı) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-475/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-475/2024
29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver