Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-475/2025 14.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4, müdafiəçilər - Bakı şəhəri, «Mərkəz» Vəkil Bürosunun vəkilləri Müdafiəçi4, Müdafiəçi2, X1, Müdafiəçi1, Bakı şəhəri, 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6, Bakı şəhəri, “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi5 iştirakı ilə, xx xxxx 1987-ci ildə Kəlbəcər rayonunun Keşdək kəndində doğulmuş (FİN:xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, subay, iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Keşdək kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağları, nömrəsiz fərdi evdə yaşayan, xx.xx.2024-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə həbsdən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə, xx xxxxxx 1976-cı ildə Bakı şəhərində doğulmuş (FİN:xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, «Xəbərim.info” xəbər portalının baş redaktoru işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, xx.xx.2024-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə həbsdən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə, xx xxxx 1986-cı ildə Kürdəmir rayonunda doğulmuş (FİN:xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşamış, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə, xx xxxxxx 1984-cü ildə Sumqayıt şəhərində doğulmuş (FİN:xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarına əsasən hökm dəyişdirilməklə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 137 saylı Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 3 ünvanda yaşamış, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Əvvəllər jurnalistlik fəaliyyəti ilə məşğul olmuş Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin əmlakını hədə-qorxu ilə ələ keçirmək məqsədi ilə tanışları “Xəbərim.info” saytının təsisçisi və baş redaktoru Təqsirləndirilən şəxs2, onun sürücüsü Təqsirləndirilən şəxs4 və onun operatoru Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Şahid1 onunla yaxın münasibətdə olan Zərərçəkmiş şəxs 26 mart 2024-cü il tarixdə saat 22:00 radələrində Şahid1 kirayədə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi nömrəsiz fərdi evdə Şahid1 övladı - xx xxxxxx 2005-ci il təvəllüdlü Şahid2 ilə cinsi əlaqədə olaraq hamilə qoymasını, Şahid1 digər qızı - xx xxxx 2006-cı il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Şahid3 ilə qeyri-təbii yolla cinsi əlaqədə olmasını öyrənib bildikdən sonra, həmin gün axşam saatlarında barəsində rüsvayedici məlumatları sosial və mətbuat səhifələrində yayacaqları ilə hədə-qorxu gəlib pul almaq məqsədilə Zərərçəkmiş şəxs çağırtdırıb Şahid1 yaşadığı həmin ünvanın həyətinə gətizdirərək qrup üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə birlikdə əvvəlcədən razılaşdıqları niyyətlərinə çatmaq üçün onu danışdırıb Şahid2 ilə təbii yolla və Şahid3 ilə qeyri-təbii yolla cinsi əlaqədə olmasını etirafedici videogörüntülü səs yazısını istifadəsində olan «Honor» markalı mobil telefonla videoçəkiliş aparmaqla lentə aldıqdan sonra, Zərərçəkmiş şəxs həmin ailənin maddi təminatını təmin edəcəyini, hətta onlara ev alıb verəcəyini öyrənib bildikləri halda, mobil telefonla çəkdikləri Zərərçəkmiş şəxs səs yazısı olan videogörüntünü sosial şəbəkədə paylaşmaqla və mətbuat səhifələrində yazmaqla onun haqqında rüsvayedici məlumatları yayacaqlarını deyib 5.000 (beş min) manat pul verməsini hədə-qorxu ilə tələb etmiş, bundan sonra cinayətdən xəbərsiz Şahid1 Zərərçəkmiş şəxs onların ailəsi üçün ev alacağını və ailənin maddi təminatını təmin edəcəyini deyib həmin gün qeyd olunan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi Şahid1 kirayədə yaşadığı nömrəsiz evin həyətində Zərərçəkmiş şəxs qrupun üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə 1.900 (bir min doqquz yüz) manat məbləğində pulu hədə-qorxu ilə almış, alınan pulun məbləğini qrupun digər üzvləri Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 gizlədərək onlara Zərərçəkmiş şəxs 500 manat məbləğində pul aldığını bildirib qrup üzvləri Təqsirləndirilən şəxs4 200 manat və Təqsirləndirilən şəxs3 100 manat verdikdən sonra qalan 1.600 manat məbləğində pulun 1.000 manatını Təqsirləndirilən şəxs2, 600 manatını özünə götürməklə bölüşdürmüş, daha sonra xx.xx.2024-cü il tarixdə günorta saatlarında Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində yaşadığı nömrəsiz fərdi evin qarşısında Zərərçəkmiş şəxs 1.100 (bir min yüz) manat məbləğində pul alaraq, həmin puldan özünün xərci çıxması adı ilə 300 manatı götürmüş, qrupun digər üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs 800 (səkkiz yüz) manat aldığını bildirməklə qrup üzvü Təqsirləndirilən şəxs3 xəbərsiz öz evində həmin pulu 3 hissəyə ayırıb qrup üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 hər birinə 265 (iki yüz altmız beş) manat olmaqla aralarında bölmüş, qalan 5 manatı da uşaqlarına şirniyyat almaq üçün özünə götürmüş, bundan sonra Zərərçəkmiş şəxs bir qrup şəxsin ona hədə-qorxu gələrək 3.000 manat məbləğində pulunu almaları və əlavə 2.000 manat pul da tələb etmələri barədə Xəzər rayon Polis İdarəsinə ərizə ilə etdiyi müraciətlə bağlı polis orqanında əməliyyat tədbiri hazırlanmaqla Zərərçəkmiş şəxs C 57009742,A 38933306, C 64654434, A 12311859, A 81536925, D 11480061, C 78584457, A 76943786 nömrəli 8 ədəd 100-lük və B 32718848, B 27245838, A 40709117, A 38117619 nömrəli 4 ədəd 50-lik nominallı cəmi 1.000 manat məbləğində pul verərək qrup üzlərinin ondan hədə-qorxu ilə 2.000 manat da verməsini tələb etdikləri Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində onun yaşadığı nömrəsiz fərdi evin yaxınlığında polis əməkdaşlarının izləməsi ilə 01 aprel 2024cü il tarixdə günorta saatlarında əməliyyat tədbiri olaraq verilmiş həmin 1.000 manat pulu Zərərçəkmiş şəxs idarə etdiyi «Reno Megane» markalı ** GY *** dövlət qeydiyyat nişanlı avtomaşının salonunda ona vermiş, o, pulu sayıb götürdükdən sonra polis əməkdaşları tərəfindən həmin yerdə saxlanılıb Xəzər rayon Polis İdarəsinə gətirilməklə üzərində əvvəlcədən əməliyyat tədbiri olaraq Zərərçəkmiş şəxs verdikləri C 57009742, A 38933306, C 64654434, A 12311859, A 31536925, D 11480061, C 78584457, A 76943786 nömrəli 8 ədəd 100-lük və B 32718848, B 27245838, A 40709117, A 38117619 nömrəli 4 ədəd 50lik nominallı cəmi 1.000 manat məbləğində pul onun üzərindən aşkar edilərək götürülmüş, bununla da Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə 4.000 manat məbləğində pulunu alıb ələ keçirməklə ona maddi ziyan vurub Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayacaqları hədəsi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 5.000 manat məbləğində pulu hədə-qorxu ilə tələb etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Xaşa-Xuna bağ massivində yaşayıram. Bir gün axşam tanışı Məlahət ona zəng edərək göyərti dəstəsi bağlamağa çağırmış, o da, işdən çıxandan sonra gedib göyərti bağlamaqla da məşğul olmuşdur. Məlahətgilə gedəndə onun qızı Qəribəni görmüş, qızın halı yaxşı olmamışdır. Bunun səbəbini soruşduqda Qəribə soyuqladığını bildirmişdir. Rayona gedib gələndən sonra onu həkimə aparmışlar. Bir gün Məlahət ona zəng edərək qızı həkimə apardıqlarını, orada qızın kistası olduğunu dediklərini bildirmiş, ona da axşam özlərinə gəlməsini istəmişdir. O da, axşam uşaqları götürüb Məlahətgilə getmişdir. Orada ona qızın vəziyyətinin yaxşı olmadığını bildirib, sabah onunla birlikdə həkimə getməyi təklif etmişlər. Səhər Qəribə ilə həkimə gedəndə sonuncu ona kistası olmadığını, özünün hamilə qaldığını bildirmişdir. Bundan sonra onu götürüb xəstəxanaya aparmışlar, orada müayinə olunduqda artıq 7 aylıq hamilə olduğunu bildirmişlər. Bu hal onun özünə də pis gəlmişdir ki, ailə qurmamış bir qız hamilə qalmışdır. Qəribə ona özünü öldürəcəyini bildirmişdir. Ondan belə bir hadisənin necə baş verdiyini soruşduqda, əvvəlcə demək istəməmiş, sonra isə bildirmişdir ki, həmin vaxt mağazada işləmiş, bir nəfər oğlan onu götürüb aparmış, sonra ayılanda pis vəziyyətdə olduğunu görmüşdür. O, əvvəlcə Qəribənin dediklərinə inanmamışdır. Sonra yenə də göyərti dəstəsi bağlamağa gedəndə orada balaca qızı görmüş, həmin qız ağlayaraq gedib atasının qəbrini ziyarət edəndən sonra özünü öldürəcəyini demişdir. Sonra o, həmin qızların anasına qızları barədə xəbəri olubolmadığını soruşmuş və onların dediklərini anasına çatdırmışdır. Anası isə deyilənlərdən xəbəri olmadığını söyləmişdir. O, əvvəllər Hacı adlı şəxsin Məlahətin evinə gəlib-getdiyini görmüş, Hacının Məlahətin sevgilisi olduğunu bilmiş, lakin Hacının qızların da sevgilisi olduğunu bilməmişdir. Əvvəlcə Qəribə, sonra da onun balaca bacısı onları bu vəziyyətə salan şəxsin Hacı olduğunu bildirmişlər. Eşitdiyinə görə, Hacının Vüsal adlı dostu olmuş, onlar qızı da götürüb əyin-baş almağa getmiş, sonra isə yeyib içməyə getmişlər. O, qızların başına gətirilən işləri bilməmişdən əvvəl böyük qız xəstə olduğu üçün dərmanlarını almaq üçün ona 300 manat pul vermişdir. Sonra onun kredit borcunun ödənməsi vaxtı çatanda zəng edib pulunu istəmiş, Məlahət də o pulu verməyə imkanı olmadığını, Hacıya deyəcəyini və onun borcunu Hacının ödəyəcəini demiş, ancaq bu məsələni qızların bilməməsini xahiş etmişdir. Bir gün Hacı maşınla gəlmiş, maşına minəndə Hacı ona otelə getdiklərini demişdir. O, Hacıdan “bu nə sözdür” deyə soruşmuş, Hacı demişdir ki, bəs bilmirsən, onun maşınına kim minirsə, onun olmalıdır. Həmçinin ona demişdir ki, orada bıçaq da var, əgər bu sirr açılsa, onu tikə-tikə edəcəkdir. Sonra birlikdə restorana getmişlər. Orada o, pulunu vermək lazım olduğunu deyəndə, Hacı onlara veriləcək pulu olmadığını demişdir. Bundan sonra onlar qızın 7 aylıq hamilə olduğunu bilmişlər. Buna görə Dilşad xanıma zəng edərək belə bir məsələ olduğunu demişdir. Sonra bilmişlər ki, Hacı balaca qızla da qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Sonra Dilşad xanım gəlmiş, Qəribə Hacının üstünə hücum çəkməyə başlamışdır ki, gərək ona da o biri arvadı kimi baxmalıdır. Bundan sonra görmüşdür ki, balaca qız da Hacıya zəng edir, onunla danışır, sonra nömrəsini silir. Həmçinin böyük qız da eyni şəkildə Hacının nömrəsini yığıb onunla danışmışdır. Sonra onlar Hacıgilin evinə getmiş, qapını döyəndə Hacı hazır geyinmiş vəziyyətdə qapını açmışdır. Hacıgilə getməmişdən əvvəl Dilşad xanım evdə qızların hər ikisindən müsahibə götürmüşdür. Axşam vaxtı Dilşad xanım oruc açmalı olduqlarını bildirib Əli yemək almağı tapşırmış və iftarını açmışlar. Sonra Dilşad xanım demişdir ki, onlar da əziyyət çəkib buraya gəlmişlər, onların da “hörməti” olunmalıdır. Bu vaxt Hacı onu çölə çağırmış, qız həmin vaxt Hacıya demişdir ki, ona 40.000 manata ev almalıdır, o biri arvadına necə baxırsa, ona da elə baxmalıdır. Sonra Hacı onu çağırmış, bunlara ev tutacağını, jurnalistlərin də pulunu verəcəyini bildirmişdir. Daha sonra Hacı ona zəng eləmiş, 1900 manat tapdığını, 1100 manatı da sabah verəcəyini demişdir. Səhərisi gün o, həkimin yanında olanda Hacı yenidən ona zəng vurmuş, 1100 manatı da gətirdiyini bildirmişdir. Sonra Hacı onun yanına gəlmiş, 1100 manatı ona vermişdir. O, Hacıya həmin puldan 300 manatı Məlahətgilə verdiyi pulun əvəzi kimi götürəcəyini demiş, qalan pulu da Məlahətgildə onlara vermiş, onlar da pulu yarı bölmüşlər. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs1 istintaqda ifadə verərkən düz danışdığını, polis işçiləri onu tutanda maşında vurub dişini də sındırdıqlarını, Xeybərdən 1900 manat bir, 1100 manat da bir pul alındığını, həmin pulları Xeybərin özünün ona verdiyini, birinci dəfə Xeybərin qızgilin darvazasının qabağında Dilşadın yanında verdiyini, 1100 manatı isə Xaşa-Xunada gətirib verdiyini, ümumi 3000 manat puldan 300 manat borcunu götürdüyünü, qalan pulu isə aralarında böldüklərini, hazırda qızlardan birinin 18, digərinin isə 20 yaşı olduğunu, Dilşad onların əziyyət çəkdiklərini dediyini, 2700 manatdan 100 manat Əliyə, 200 manat Fəyyaza verildiyini, qalan pulu isə onunla Dilşadın böldüklərini, sonra o, özünə çatan pulu Məlahətə verdiyini, Xeybər kömək edərsə, şikayət olunmayacağını dediklərini, uşaq olandan sonra Xeybərin heç bir kömək etmədiyini, o, Xeybərə şikayət etməyə getdiyini dediyini və həmin vaxt maşından düşəndə polislərin onu saxladıqlarını, Xeybərdən pul istənilməsindən özünün xəbəri olmadığını, Xeybərdən heç kimin pul tələb etmədiyini, həmin pulları Xeybərin özünün verdiyini, pulun Dilşadın yanında verildiyini, o, qızlarla göyərti bağlayanda tanış olduğunu, məhkəmədə verdiyi ifadəni təsdiq etdiyini, Fəyyazı 4 ildir ki, tanıdığını, şəxsən özünün Fəyyaza pul vermədiyini, bu işlərdə Fəyyazın iştirak etmədiyini, özünün Xaşa-Xuna qəsəbəsində müəllim işlədiyini, Məlahət onun yanında olanda Xeybərin maşınına mindiyini, balaca qızın həmin vaxt nişanlı olduğunu, Dilşadı mətbuat vasitəsilə 4 ildir ki, tanıdığını bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Azərbaycan Respublikası CMnin 182.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilən Təqsirləndirilən şəxs1 həmin ifadəsində göstərmişdir ki, təxminən mart ayının 19-da bəzi iş yerlərində bir yerdə işlədiyi və tanıdığı Məlahət adlı qadını fikirli görmüş, Məlahətin hələ ailə həyatı qurmamış 19 yaşlı Qəribə və 17 yaşlı Yeganə adlı qızları olmuşdur. Məlahətdən kefinin olmamasının səbəbini soruşduqda, 19 yaşlı qızı Qəribənin qarın nahiyəsində kista olduğunu, lakin imkansızlıq səbəbindən onu həkimə aparıb əməliyyat etdirə bilmədiyindən fikirli olduğunu bildirmişdir. Bu səbəb ona inandırıcı gəlmədiyindən təkidlə ondan yenidən kefinin olmamağının əsl səbəbini soruşmuşdur. Bir az təkiddən sonra Məlahət ona bildirmişdir ki, qızı Qəribə 9 aylıq hamilədir. O, ilk olaraq şoka düşmüş, çünki Qəribənin evli olmadığını bilmiş və uşağın kimdən olması onu narahat etmişdir. Məlahətdən dərhal uşağın kimdən olumasını bilib-bilmədiyini soruşmuş, Məlahət də bildirmişdir ki, uşaq Hacı ləqəbli Xeybər adlı şəxsdəndir. Xeybər adlı şəxsi Məlahətgilə gəlib-getdiyindən o da, tanımışdır. O, Məlahətə ürək-dirək verdikdən sonra Hacı ilə söhbət edəcəyini bildirmişdir. Bundan sonra, Hacıya zəng vuraraq görüşmək lazım olduğunu bildirmişdir. Hacı ilə görüşdükdə, Qəribənin hamilə olması barədə məlumatının olmadığını bildirmişdir. O, Xeybərə başa salmışdır ki, uşağa sahib çıxsın. Hacı Xeybər də evli olduğunu bildirərək uşağa sahib çıxa bilməyəcəyini demişdir. Bundan sonra, o, Məlahətin yanına qayıtmış və Hacı ilə söhbətini ona danışmışdır. Bu zaman Məlahət ağlamış, o, Məlahətin ağlamasına dözmədiyindən bu işi başqa yolla həll edə biləcəyini bildirmişdir. İlk ağlına gələn o olmuşdur ki, Hacının bu hərəkətini ictimailəşdirsin və Hacını el arasında qınaq obyektinə çevirsin. Bundan sonra təxminən 4-5 il əvvəl yanında çalışdığı jurnalist Dilşad adlı xanımla əlaqə saxlayaraq Hacının etdiklərini danışmış və ondan bu məsələni ictimailəşdirməklə bağlı kömək istəmişdir. Dilşad da onu dinlədikdən sonra kömək edə biləcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Dilşad xanım ona zəng vuraraq ondan konum atmaq istədiyini bildirmişdir. O da, Dilşadın telefonuna Məlahətin evindən konum atmışdır. Axşam hava qaralan vaxt Dilşad ona zəng vuraraq konum atdıqları yerdə olduqlarını bildirmiş, onları qarşılamışdır. Həmin zaman Dilşadın yanında Əli adlı əvvəllər tanıdığı operatorun və Fəyaz adlı sürücünün olduğunu gömüşdür. Onları evə dəvət etdikdən sonra vəziyyəti bir daha onlara danışmışdır. Bu zaman Məlahətin balaca qızı Yeganə söhbətə qarışaraq Hacının ona qarşı zor tələb etməklə qeyri-təbii yolla dəniz qırağında cinsi əlaqədə olduğunu bildirmiş və bu dəqiqə Hacının yaşadığı evə gedib vəziyyəti ailəsinə bildirəcəyini demişdir. Onları sakitləşdirdikdən sonra məsələni dava ilə yox, sakitliklə həll edilməli olduğunu bildirmişlər. Dilşad xanım Məlahətə vəd verərək Xeybərə Qəribə üçün ev almalı olduğunu və uşağına sahib çıxmağını tələb edəcəyini söz vermişdir. Beləliklə, o, Dilşad, Əli, Fəyaz, Yeganə və Məlahət Hacının, yəni Xeybərin yaşadığı ünvana yollanmışlar. O, Dilşada bildirmişdir ki, Xeybər onun telefonuna cavab verməmiş, bu səbəbdən Xeybərin nömrəsini Dilşada vermişdir ki, o, zəng vursun. Hacı onun da telefonuna cavab verməmişdir. Onlar qapıya çatıb qapını döymüşlər. Bu zaman qapını Xeybər açmışdır. Dilşad xanım özünü təqdim edərək “Xəbərim.İnfo” saytının baş təsisçisi olduğunu bildirmişdir. Sonra Xeybərə daha sakit yerdə Məlahətin evində davam etməyi məsləhət görmüşdür. Hacı da onunla razılaşıb Məlahətin evinə gedib söhbət etməyi uyğun bilmişdir. Sonra hamı deyilən evə gəlmişlər. Yolda olarkən Məlahət Yeganəyə zəng vurub Xeybərin piyada olaraq onların evinə gəldiyini və qapını bağlamağını bildirmişdir. Məlahəti narahat edən o olmuşdur ki, birdən Xeybər Yeganəyə hansısa xəsarət yetirər. Məlahət telefonla Yeganə ilə danışan zaman Fəyaz telefonu alıb Yeganəyə demişdir ki, Hacı içəri girən kimi Hacının üzərinə gələrək qışqır-bağır salsın. Evə çatdıqda Yeganə Hacının üzərinə gələrək “mənim həyatımı qaraltdın” deyərək onu vurmaq istəmişdir. Onlar Yeganəni sakitləşdirmişlər və sakit halda Hacının ona qarşı etdiyi qeyri-etik hərəkətlər barədə ətraflı danışmasını istəmişlər. Yeganə bildirmişdir ki, təxminən 1 il yarım bundan əvvəl Hacı onun işlədiyi telefon mağazasına müştəri qismində gələrək ona göz-qaşla işarələr edərək ondan xoşu gəldiyini bildirmişdir. Bu hal bir neçə dəfə təkrarlandıqdan sonra Hacı ona hədiyyə alıb vermişdir. Hacı ilə söhbətləşərkən ailəsinin durumunun ağır olduğunu ifadə etmişdir. Sonra Hacı ona və ailəsinə kömək etmək məqsədilə onların yaşadığı evə gəlmək istədiyini bildirmişdir. O da, anasına bir xeyirxah adamın olnara yardım etmək məqsədilə gəlməsini istədiyini bildirmiş, anası Məlahət də bir az düşündükdən sonra razılıq vermişdir. Sonradan Hacı bazarlıq və ərzaq məhsulları alaraq onların evinə gəlmiş və saf niyyətlə onlara kömək etmək istədiyini bildirmişdir. Bu minvalla Hacı onlara gəlib-getməklə kifayətlənməmiş, onları restoranlara da aparmışdır. Bundan sonra bir gün Hacı Yeganəyə şəhərə getməyi təklif etmişdir. Yeganə də onunla razılaşaraq ikisi bir yerdə şəhərə getmişlər. Şəhərdə yemək yedikdən sonra Türkana dəniz qırağına gəlmişlər. Dəniz qırağında olarkən Hacı, yəni Xeybər ona cinsi əlaqədə olmağı təklif etmişdir. Yeganə onunla razılaşmadığından Hacı ona avtomobilin “bardaçokunu” açmağını bildirmişdir. O, “bardaçoku” açdıqda orada bıçaq olduğunu görmüşdür. Hacı onu qorxudaraq onunla cinsi əlaqə olmasa, onu bıçaqlayacağını bildirmişdir. Bundan sonra Yeganə qoxduğundan onunla qeyri-təbii yolla olmaq şərtilə cinsi əlaqədə olacağına razılıq vermişdir. Yeganənin bu söhbətindən sonra Əli və Fəyaz bu söhbətə çox əsəbləşərək Xeybərə qarşı nalayiq ifadələr işlədərək azyaşlıya qarşı bu hərəkətləri etməsini kəskin şəkildə qınadıqlarını bildirmişlər. Sonra Qəribə danışaraq Hacının ona qarşı zor tətbiq etməklə təbii yolla cinsi əlaqədə olaraq onu hamilə qoymasından danışmışdır. Sonra Hacıya bu məsələ haqqında etdiyi şeyləri etiraf etməsi istənilmiş və bu hadisənin videoçəkilişlə yazılacağı bildirilmişdir. Xeybər də bununla razılaşmış və Əli videoçəkilişə başlamışdır. Videoçəkiliş zamanı Xeybər Yeganəyə qarşı zor tətbiq edərək qeyri-təbii yolla cinsi əlaqədə olduğunu və Qəribə ilə də Qəribənin istəmədiyi halda cinsi əlaqədə olduğunu etiraf etmişdir. Bundan sonra videoçəkiliş başa çatmış və həmin görüntünü o, götürərək mobil telefonunda saxlamışdır. Bu zaman Xeybər özünü pis hiss etdiyini və ürəyi sıxıldığını bildirərək havaya çıxmaq istəmişdir. Xeybər həyətdə olarkən siqaret yandırmış və bu zaman onun yanına gedərək bu görüntülər ictimailəşdirildiyi halda onun üçün pis olacağını bildirmişdir. Xeybər ondan xahiş edərək bu məsələni həli etməyini istəmişdir. O da, Dilşad xanımı həyətə çağırmış və onunla bu məsələnin ictimailəşməməsi üçün yolun olub-olmamasını soruşmuşdur. Dilşad da 5000 (beş min) manat müqabilində bu məsələni ört-basdır edə biləcəyini bildirmişdir. Xeybər evə gedib pul gətirmək istəyini bildirərək, evlərinə doğru getmişdir. Bir müddət sonra təxminən gecə 01-02 radələrində Xeybər gələrək yüzlük əskinasla 1900 (min doqquz yüz) manat pulu ona vermişdir. Yerdə qalan 3100 (üç min yüz) manatı isə sabah verə biləcəyini demişdir. O da, pulu Xeybərdən aldığı kimi dəst formada, saymadan Dilşada vermişdir. Sonra Dilşad onu həyətdəki hamama çağıraraq pula ehtiyacı olduğundan 1100 manatı özünə götürəcəyini, Əli ilə Fəyaza da Xeybərdən 500 manat aldıqlarını bildirəcəyini bildirərək 500 manatı ayıraraq bir tərəfə, 300 manatı bir tərəfə, 1100 manatı isə ayrıca cibinə qoymuşdur. Sonra Əli və Fəyazı çağırıb 100 manat Əliyə, 100 manat ona, 100 manat da Fəyaza verərək 100 manatı da özünə götürmüşdür. 500 manatdan qalan 100 manatı isə Fəyaza tərəf uzadaraq yanacaq pulu və Fəyazın gələndə radara düşdüyü üçün radar pulu vermişdir. Sonra evdə bir az da söhbət edib hər kəs öz evinə çıxıb getmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə səhər saatlarında Xeybərə zəng vurub demişdir ki, 5000 manatdan qalan 3100 manatı da təcili düzəltsin ki, həmin pulu da Dilşada çatdırsın. Əks halda həmin görüntüləri Dilşad paylaşacaqdır. Təxminən bir neçə saat sonra Xeybər ona zəng vuraraq görüşmək istədiyini bildirmişdir. O, Xeybərlə onunla maşınında görüşmüş, Xeybər ona 1100 manat pul tapdığını, 5000 manatdan yerdə qalan 2000 manat üçün də vaxt istəmişdir. O, Xeybərdən 1100 manatı alıb həmin pulun üzərindən Qəribəni həkimə aparanda xərclədiyi 300 manatı götürüb yerdə qalan 2300 manatı da 15-20 günə çatdırmalı olduğunu bildirmişdir. Xeybər də onunla razılaşmış və o, çıxıb getmişdir. Bundan sonra o, Dilşada zəng vuraraq Xeybərdən 800 manat pulu aldığını bildirmişdir. Dilşad da ona bildirmişdir ki, «gəlirəm sizin ünvana, orada görüşək». Bir neçə saat keçdikdən sonra Dilşad Fəyazla birlikdə onun evinə gəlmişdir. O, Xeybərdən aldığı 800 manatı stolun üərinə qoymuş və Dilşaddan pulu bölməyini istəmişdir. Bu zaman Fəyaz 800 manat pulun hamısını əlinə alaraq “zibilə” düşdüyünü və bu pulun hamısını aparıb ora verəcəyini bildirərək 800 manat pulu cibinə qoymuşdur. Fəyaz bildirmişdir ki, «Xeybər növbəti dəfə pulu verəndə pulu Dilşad xanımla mən özü aramızda bölərik». Dilşad xanım da bütün bu olanları sakitcə izləmiş və Fəyaza heç nə deməmişdir. Bundan əlavə, onlar öz aralarında razılaşmışlar ki, Xeybərdən aldıqları 1100 manat pul barədə Əliyə heç nə deməsinlər. Razılaşdıqdan sonra Dilşad xanımla Fəyaz çıxıb getmişlər. xx.xx.2024-cü il tarixdə o, Xeybərə zəng vuraraq Qəribənin doğum vaxtı çatdığından ağrıları olduğunu, onu onu xəstəxanaya aparacağını bildirmiş və bu səbəbdən 1000 manat pul lazım olduğunu bildirmişdir. Xeybər də xx.xx.2024-cü il tarixdə təxminən saat 16 radələrində pulu ona vermişdir. Bundan sonra polis əməkdaşları onu saxlayaraq rayon polis idarəsinə dəvət etmişlər. Əlavə suallara cavab olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs bəzi şeyləri etiraf etdirərək çəkdiyi videonu istintaqa təqdim edə bilər. Həmin videogörüntü yaşadığı Xəzər rayonu, Xaşa-xuna bağları, nömrəsiz ünvanda yerləşən evindədir. O, Xeybərdən hədəqorxu ilə pul tələb etməmiş, Xeybər həyətdə siqaret çəkərkən ondan bu məsləni yoluna qoymağını istəyərək əks halda yaşadığı qəsəbədə biabır olacağını bildirmişldir. Bundan sonra o, Dilşad xanımdan bu görüntüləri yaymamağı xahiş etmişdir. Dilşad xanım da 5000 manat müqabilində həmin görüntüləri heç bir yerdə paylaşmayacağını bildirmişdir (cild 1, iş vərəqi 142-146). Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2024-cü ilin mart ayında bir gün Nazlı xanım ona zəng edərək Hacı adlı şəxsin bir ailənin iki qızını zorladığını, həmçinin qızların anası ilə də münasibətdə olduğunu bildirmiş, qızın da Hacıdan şikayətçi olduğunu demişdir. Bayramı yola verdikdən sonra yenə Nazlı xanım zəng edib ailənin kiçik qızının da nişanlı olduğunu bildirib gəlməsini xahiş etmişdir. O, çəkiliş aparan Əli və Nazlı xanım hər üçü zorlanan qızgilin evinə gəlmişlər. Həmin vaxt qızların anası, bir də Nazlı xanım evdə olmuşlar. Onların danışdırdıqdan sonra belə fikrə gəlmişdir ki, hadisə tam onların danışdığı kimi deyildir. Həmin vaxt zorlanan qız Hacıgilin evinə hücum etmək istədiyini bildirmiş, o isə, belə şeyin mümkün olmadığbını, onlara hücum üçün gəlmədiklərini demişdir. Bundan sonra onlar Hacının telefonuna zəng etmiş, Hacı telefonu götürməmişdir. İftar vaxtı olduğundan onlarla birlikdə iftarı açmış, sonra yenidən Hacıya zəng etsələr də, yenə cavab verməmişdir. Bundan sonra onlar Hacının evinə getmişlər. O, Hacıya özünü təqdim edərək Təqsirləndirilən şəxs2 olduğunu, onun barəsində şikayət edildiyini bildirmişdir. Onlar Hacı ilə birlikdə qızgilin evinə getmişlər. Orada qız özü Bakıya gələndən sonra telefon dükanında işləməyə başladığını, bir gün Hacının onun işlədiyi mağazaya gəlib alış-veriş etdiyini, təxminən 10 gün sonra yenidən gəlib nauşnik aldığını bildirmişdir. Bir müddət sonra Hacı onların evinə gəlməyə başlamış, bazarlıqlar edərək onlara gətirmişdir. Sonra qızın qardaşı xəstə olduğundan onun dərmanlarını alıb vermişdir. Bundan sonra Hacı bir gündən bir onlara gəlməyə başlamış, böyük qızla ayrıca, balaca qızla ayrıca, qızların anası ilə də ayrıca münasibətlər qurmağa başlamışdır. Qızın danışdığına görə, bundan sonra Hacı onları “Ağ şəhər”ə aparıb gəzdirmiş, ayrı-ayrılıqda onlarla münasibət qurmuşdur. Bundan sonra qızlar Hacı tərəfindən zorlanmışdır. Bundan sonra Hacı balaca qızı dəniz kənarına aparmış, orada onu vurub qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Sonra qıza hədə-qorxu gələrək bu barədə heç kimə heç nə deməməyi tapşırmışdır. Bundan sonra Nazlı xanım Xaşa-Xuna qəsəbəsinə göyərti dəstəsi bağlamağa gedəndə ailədə problem olduğunu bilmiş, həmin vaxt böyük qız artıq hamilə vəziyyətində olmuşdur. Qız Nazlı xanıma özünü öldürmək istədiyini demiş, qız Hacıya uşağı istəmədiyini söyləmişdir. Sonradan bildiyinə görə qız uşağı saldırmışdır. Sonra onlar qızgilin evində telefonla çəkiliş aparmış, qızlar başlarına gələn hadisələri danışmışlar. Daha sonra Əli ilə Fəyaz çölə çıxmış, otaqda isə qızlarla anası, Hacı, özü, bir də Nazlı xanım qalmışdır. Orada Hacı ailəsində problemlərin olacağını demiş, söhbət zamanı bəlli olmuşdur ki, böyük qız Hacı ilə könüllü cinsi əlaqədə olmuşdur. Orada balaca qız da ağlamış, özünün nişanlı olduğunu, qız uşağı olubolmadığını bilmədiyini demiş, Hacı isə ona qız uşağı olduğunu, onunla qeyri-təbii yolla əlaqədə olduğunu bildirmişdir. Orada razılaqşmışlar ki, uşaq doğulana qədər Hacı onlara ev tutsun, uşaq doğulandan sonra da uşaq məsələsini necə həll etmək barədə fikirləşsinlər. Həmin vaxt qızın hamiləliyi davam etmiş, ona lazım olan dərmanları Nazlı xanım almışdır. Bundan sonra qızlar həmin hadisələrin işiqlandırılmasını istəməmiş, o da, Nazlı xanıma bildirmişdir ki, çəkilişə gəlmişlər ki, xeyirləri olsun. Nazlı ona narahat olmamağı, onlara «hörmət» ediləcəyini bildirmişdir. Bundan sonra Hacı Nazlı xanımı, sonra isə onu çölə çağırmış, ona 1900 manat pul vermişdir. O da, həmin puldan 100 manat Əliyə, daha sonra 200 manat da Fəyaza pul vermiş, həmin vaxt rayondan gələndə maşın radara düşdüyü üçün 100 manat da Fəyaza radar pulu vermişdir. Həmin puldan 300 manat da qızlara vermiş, qalan pulu da Nazlı ilə öz arasında bölmüşlər. Yəni, qalan puldan 500 manat Nazlıya vermiş, oradan ona 700 manat pul çatmışdır. Səhəri gün Hacı ona zəng edərək qızın ona Mərdəkana ekspertizaya getdiyini dediyini bildirmiş, o isə, Hacıya heç kimə pul verməməyi, uşaq doğulduqdan sonra onun pulunu verməyi məsləhət görmüşdür. Bundan sonra Nazlı ona zəng vuraraq qızların burada oyun oynadığını demiş, o da, həmin vaxt taksi ilə Nazlıgilə gəlmişdir. Həmin vaxt artıq Nazlıya 1900 manatdan əlavə 1100 manat da verilmişdir. Nazlı oradan 300 manat götürüb qızlara vermiş, qalan 500 manatdan 200 manatı Nazlıya vermiş, 300 manatı isə özü götürmüşdür. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, təqsirləndirilən şəxslərin hamısını tanıdığını, onlardan birinin sürücü, digərinin isə operator olduğunu, pul söhbətində həmin şəxslərin iştirak etmədiyini, özünün Plan-iqtisad texnikumunu bitirdiyini, 10 ildir ki, jurnalist kimi fəaliyyət göstərdiyini, özünün zərərçəkmiş şəxsdən pul istəmədyini, zərərçəkmiş şəxslə Nazlının danışdığını, sonra Nazlının onu çağırıb 1900 manat pul verdiyini, 1100 manatın isə səhər veriləcəyinə dediyini, 1100 manatı alanda özünün iştirak etmədiyini, səhər görüşüb qalan pulun da alınacağını bildirdiyini, Fəyazı 4-5 ildir ki, sürücü kimi tanıdığını, Əlini isə 7-8 ildir ki, operator kimi tanıdığını, hadisə yerinə gedəndə Əliyə iki qız zorlandığını və həmin hadisə ilə bağlı çəkiliş etməyə getdiklərini dediyini, “Xəbərim. Az» saytının X6 adına qeydiyyatdan keçdiyini, Ruslanın sayta aid möhürü ona verdiyini, hadisəni dəqiq bilmədiyi üçün özünün polisə müraciət etmədiyini, istintaqda verdiyi ifadəmi təsdiq etdiyini və həmin ifadəni məhkəmədə verdiyi ifadə kimi qəbul olunmasını xahiş etdiyini bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, Dilşad xanımın yanında sürücü kimi fəaliyyət göstərmişdir. Bir gün Dilşad xanım ona zəng edərək onları Türkan qəsəbəsina aparmaq lazım olduğunu bildirmiş, o da, razılaşmışdır. O, Dilşad xanımı və Əli adlı operatoru Türkan qəsəbəsinə aparmışdır. Oraya çatandan sonra həmin şəxslər evə keçmiş, o isə, çöldə maşında onları gözləmişdir. Bu zaman ev sahibi həyətə çıxmış və onu orada görərək evə dəvət etmişdir. O da, evə keçəndən sonra peçin yanında oturub orucunu açmışdır. Sonra Dilşad xanım taksi kimi getdiyi üçün ona 100 manat pul vermiş, əlavə 100 manat da onları apardığı vaxt radara düşdüyü üçün ona pul vermişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs4 özünün taksi sürücüsü fəaliyyəti ilə məşğul olduğunu, əvvəllər Dilşadın yanında işlədiyini, Dilşad ona «Xəbərim.Az» saytının vəsiqəsini verdiyini, ona cəmi 200 manat pul verildiyini, pulu hadisə yerindən qayıdanda ona Dilşadın verdiyini, Türkan qəsəbəsinə nəyə görə getdikləri ilə əvvəlcədən maraqlanmadığını, oraya çatandan təxminən 30 dəqiqə sonra Hacı kimi tanıdığı şəxsi dəvət etdiklərini, Dilşadı 4 ildir ki, tanıdığını, Əlini də elə həmin vaxtdan tanıdığını, Xeybərin öz evinə gedib təkrar qayıtdığını bilmədiyini, ikinci dəfə Türkana gedəndə Əlinin orada olmadığını, saytdan ona verilmiş vəsiqəni istintaqda təqdim emədiyini, ona 200 manat, Əliyə isə 100 manat pul verildiyini, qayıdandan sonra Dilşadı və Əlini öz evlərində düşürdüyünü, Nazlını isə evinə onun aparmadığını bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Azərbaycan Respublikası CMnin 182.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyən Təqsirləndirilən şəxs4 həmin ifadəsində göstərmişdir ki, 2024-cü ilin mart ayının 26-da Dilşad xanım ona zəng vuraraq Türkan qəsəbəsinə getməli olduqlarını bildirmişdir. Saat 18 radələrində Dilşad xanımla Xəzər rayonuna yola düşmüşlər. “20 Yanvar” metrosunun yaxınlığından bir neçə ildir operator kimi tanıdığı Əli adlı şəxsi də götürüb Dilşad xanımın dediyi ünvana gəlmişlər. Orada onları əvvəllər tanıdığı Nazlı adlı qadın qarşılamış və onlar tanımadığı evin həyətinə daxil olmuşlar. Evdə özünü Məlahət kimi təqdim edən bir qadın, özlərini Qəribə və Yeganə kimi təqdim edən təxminən 18-19 yaşlarında iki qız olmuşdur. Dilşad xanım özünü və Əlini media işçisi kimi təqdim etdikdən sonra Məlahət adlı qadından hadisə bərədə məlumat verməyini istəmişdir. Məlahət də bildirmişdir ki, təxminən bir il yarımdır tanıdığı Xeybər adlı şəxs onun böyük qızı Qəribə ilə qeyri-rəsmi münasibətdə olaraq onu hamilə qoymuşdur. Hal-hazırda onun 9 aylıq hamilə olmasını bilmişdir. Bundan sonra, Məlahətin balaca qızı Yeganə ağlayaraq söhbətə qoşularaq Xeybər adlı şəxsin onunla da zor tətbiq etməklə bir neçə dəfə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bildirmişdir. Dilşad xanım onları tam şəkildə dinlədikdən sonra onlara kömək edərək bu hadisələri sosial şəbəkədə işıqlandıracağını və onlara kömək edəcəyini bildirmişdir. Sonra o, siqaret çəkmək üçün həyətə çıxmışdır. Bir az sonra Dilşad xanım və ev sahibləri ilə birgə ona avtomobili idarə etməyi bildirmiş və maşına əyləşmişlər. Onların izah etdiyi ünvana gəlmişlər. O, həmin zaman maşında oturmuşdur. Bir həyət qapısını döydükdən sonra qapını kişi açmış, onlar söhbət etdikdən sonra onlar öz avtomobilində, həmin şəxs isə piyada olaraq həmin ünvana yollanmışlar. Evə çatdıqda balaca qız Xeybərin üzərinə hücum çəkərək onu vurmaq istəmiş, bir müddət səs-küy davam etmişdir. O, həmin zaman tez-tez həyətə çıxaraq siqaret çəkmiş, ona görə də bəzi söhbətləri tam eşitməmişdir. Bir az mübahisə davam etdikdən sonra Hacı ləqəbli şəxs həyətə çıxmışdır. Sonra o da, evə daxil olmuşdur. Hacının ardınca Nazlı, sonra isə Dilşad həyətə çıxmışlar. Bir müddət sonra Dilşad xanım onu çağıraraq həyətdə ona yanacaq və radarın pulu üçün 100 manat, əziyyətinin qaşılığı üçün isə 100 manat vermişdir. Bundan sonra sağollaşıb həmin evdən çıxmışlar və Dilşad xanımı aparıb evinə düşürüb öz yaşadığı evə getmişdir. İfadəsinə davam edərək göstərmişdir ki, sabahı gün Dilşad xanım ona zəng vuraraq yenidən Xəzər rayonuna getməli olduqlarını demişdir. Yolda olarkən Dilşad xanım ona Türkan qəsəbəsinə yox, Xaşa-Xuna qəsəbəsinə Nazlının evinə getməli olduqlarını demişdir. Onlar həmin ünvana gəlib salamlaşıb evə daxil olmuşlar, bir az söhbət etdikdən sonra Dillşad xanımla həmin evdən çıxmışlar. Dilşad xanım ona təxminən 267 manat pul verərək əvvəlcədən borclu olduğu taksi pulunu ödəmişdir. Onun kimdənsə hədə-qorxu ilə pul tələb olunması barədə nə məlumatı yoxdur, nə də ki, heç kəsdən pul tələb etməmişdir (cild 1, iş vərəqi 199-200). Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, videooperator kimi fəaliyyət göstərmişdir. Hadisə günü Dilşad xanım ona zəng edərək bir yer olduğunu və oraya çəkiliş etmək üçün getmək istədiyini bildirmiş, onunla getməyi təklif etmişdir. O, Dilşad xanımdan çəkiliş aparmaq üçün 150 manat zəhmət haqqı istəmiş, sonuncu isə, ona 100 manat verəcəyini bildirmişdir. Onlar yalnız hadisə yerinə gedəndən sonra ona məlum olmuşdur ki, bir nəfər «Hacı» kimi tanınan şəxs qızları zorlamışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs3 bildirdi ki, həmin yerə gedib çəkiliş aparmaq üçün Dilşad ona 100 manat pul vermiş, lakin o, Dilşadın həmin pulu kimdən aldığını bilməmişdir. Dilşad xanımı o, “Xəbər info» xəbər saytının rəhbəri kimi tanımışdır. Özü əvvəllər internet saytlarının demək olar ki, hamısı ilə işləmişdir. Onun Dilşad və Nazlının “Hacı”dan pulu iki dəfəyə almaları barədə məlumatı olmamışdır. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Azərbaycan Respublikası CMnin 182.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilən Təqsirləndirilən şəxs3 həmin ifadəsində göstərmişdir ki, 2024-cü il mart ayının 19-da Dilşad xanım ona zəng vuraraq bir işlə bağlı çəkiliş aparılmasının vacibliyini bildirmiş, o, Dilşada hal-hazırda rayonda olduğunu söyləmişdir. Bir neçə gün sonra Bakı şəhərinə gəldikdə Dilşad xanıma zəng vuraraq artıq Bakı şəhərində olduğunu, çəkilişə 200 manat müqabilində getdiyini demişdir. Lakin Dilşad xanım 100 manat verə biləcəyini söyləmiş, o da, bu dəfə razılaşmışdır. xx.xx.2024-cü il tarixdə Dilşad xanım ona zəng vuraraq həmin çəkiliş üçün Xəzər rayonuna getmək lazım olduğunu demiş, saat 18:00-da “20 Yanvar” metrostansiyasının yaxınlığına görüş təyin etmişlər. Həmin vaxt Dilşad və Fəyazın avtomobili ilə gəlib onu götürüb Xəzər rayonuna göstərilən ünvana yola düşmüşlər. Yolda Dilşad xanım hadisəni təsvir edərək bir nəfər qız uşağının “Hacı” ləqəbli şəxs tərəfindən hamilə qoyulmasını bildirmiş, yolboyu müzakirələr davam etmişdir. Həmin ünvana çatdıqda Dilşad xanım kiməsə zəng vuraraq həmin ünvanda olduğunu demiş, əvvəllər tanıdığı Nazlı adlı qadın onları qarşılamışdır. Onlar evə daxil olmuş, evdə bir ana və 18-19 yaşlarında iki qız uşağı olmuşlar. Ana adının Məlahət, qızlarının adının Qəribə və kiçiyinin adının Yeganə olduğunu bildirmişdir. Dilşad xanım hal-əhval tutaraq onları media işçisi kimi təqdim etdikdən sonra Məlahət adlı qadından hadisə bərədə məlumat verməyini istəmişdir. Məlahət təxminən bir il yarımdır ki, “Hacı” kimi tanıdığı Xeybər adlı şəxsin ilk vaxtlar özünü xeyirxah insan kim təqdim etsə də, sonradan onun böyük qızı Qəribə ilə qeyri-rəsmi münasibətdə olaraq onu hamilə qoyduğunu, hazırda qızının 9 aylıq hamilə olmasını bildirmişdir. Bundan sonra Məlahətin balaca qızı Yeganə ağlayaraq söhbətə müdaxilə etmiş və Xeydər adlı şəxsin onunla da zor tətbiq etməklə bir neçə dəfə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu demişdir. Onlar tam şəkildə dinlədikdən sonra kömək edərək bu hadisələri sosial şəbəkədə işıqlandıracaqlarını və onlara kömək edəcəklərini bildirmişlər. Bunun üçün ilkin olaraq Yeganənin və Qəribənin Dilşad xanımın adına ərizə yazmalarının vacibliyini izah etmişdir. Onlar ərizə yazaraq hadisəni olduğu kimi qeyd etmişlər və öz imzaları ilə təstiq etmişlər. Hadisələrlə yaxından tanış olduqdan sonra təxminən saat 20-21 radələrində o, Nazlı, Məlahət, Qəribə, Dilşad xanım və Fəyaz Xeybərin yaşadığı evə getmişlər. Dilşad xanım onların həyət qapısını döymüş, bu zaman içəridən bir nəfər kişi qapını açmış və özünü Xeybər kimi təqdim etmişdir. Dilbər xanım onu Məlahətin yaşadığı evə dəvət etmiş, Xeybər də onlarla razılaşmış və onlar öz avtomobilində, Xeybər isə piyada olaraq həmin ünvana gəlmişlər. Evə çatdıqda Yeganə Xeybərin üzərinə hücum çəkərək “həyatımı məhv etdin” kimi kəlimələr işlətmişdir. Onlar öz işlərini görməli olduğunu bildirərək hadisələrin necə olduğunu danışmaları üçün Yeganəni, Qəribəni və Xeybəri hamıdan ayırıb onlarla çəkiliş apara-apara sorğu-suala başlamışdır. Sorğu zamanı Xeybər Yeganə ilə dəniz qırağında bir dəfə, Qəribə ilə isə bir neçə dəfə müxtəlif otellərdə öz istəkləri ilə cinsi əlaqədə olduğunu etiraf etmişdir. O, Xeybərin bu ədəbsizliyinə əsəbləşib hisslərini cilovlaya bilməmiş və nalaiq söyüşlərlə onu söymüşdür. Bir az sakitlik olanda Xeybər özünü pis hiss etdiyindən havaya çıxmaq istədiyini bildirmiş və həyətə çıxmışdır. Sonra Nazlı evin həyətinə çıxmış və Dilşad xanımı çağırmışdır. O, həmin zaman qızlara təsəlli vermişdir. Çünki böyük hamilə olan qız özündən getmişdir. Bir az sonra Dilşad xanım onu həyətə çağıraraq xidmət haqqı kimi 100 manatı ona vermiş və onlar ailəyə təsəlli verərək həmin görüntüləri sosail şəbəkədə yayacaqlarını bildirmişlər. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Dilşad xanımdan Məlahət adlı qadının həyətində aldığı 100 manat pulu əvvəlcədən Dilşad xanımla razılaşaraq əmək haqqımın qarşılığı kimi almışdır. O, heç kəsdən pul tələb etməmiş, əmək haqqqının qarşılığında pul aldığını bildirmişdir (cild 1, iş vərəqi 186-188). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2024-cü il mart ayının 26-da axşam vaxtı evdə olarkən qapı döyülmüş, qapını açanda Dilşadla Nazlı adlı qadınları görmüşdür. Digər iki şəxs isə maşında oturmuşlar. Dilşad ona vəsiqə göstərsə də, o, həmin vəsiqədə yazılanları oxumamışdır. Dilşad ona jurnalistik olduqlarını və MTN-də işlədiklərini, bir məsələ ilə bağlı gəldiklərini və onu aydınlaşdırmaq lazım olduğunu bildirmişdir. Sonra gələn şəxslər maşınla, o isə, piyada deyilən ünvana getmişlər. Onlar içəri girəndə həmin qadınlar hamilə qızın qarnındakı uşağın ondan olduğunu demişlər. Orada Dilşad, Nazlı və Əli ona qarşı hücum etmişlər. Digər şəxs, yəni sonradan adını bildiyi Fəyaz onları aralamışdır. Sonra o, həyətə siqaret çəkməyə çıxarkən Dilşadla Nazı onun yanına gəlib həmin işi 5000 manat pul müqabilində həll edə biləcəklərini söyləmişlər. O, qadınların təklifi ilə razılaşmış, gecə ilə 1900 manat pul tapmış və Azərin həyətində Nazlı ilə Dilşada vermişdir. Məlahət qızları Qəribə və Yeganə ilə birlikdə Azərin həyətində kirayədə yaşamışlar. 1900 manat pulu verdikdən sonra qalan pulu da hissə-hissə ödəməyə hazır olduğunu bildirmişdir. Bir gün keçəndən sonra 1100 manat pulu da gətirib Nazlıya vermişdir. O, ilk dəfə 1900 manatı verəndən sonra ərizə ilə Xəzər RPİ-nə şikayət etmişdir. Həmin hadisədən 2-3 gün keçəndən sonra Dilşad xanım yenə ona zəng edərək pulun qalan hissəsini də tələb etmiş, o da, verəcəyini bildirmişdir. Sonra Xəzər RPİ-nin əməkdaşları ona 1000 manat verib Nazlıya ötürməyə tapşırmışlar. O, Nazlını Xaşa-Xuna ərazisində maşına mindirib həmin pulu ona vermiş, sonra qadını Qala qəsəbəsi ərazisində maşından düşürəndə polis əməkdaşları onları saxlamışlar. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs ifadəsinə görə Dilşadla Nazlı onu Məlahətin kirayədə yaşadığı evə çağırmışlar. Orada Dilşad özünü jurnalist kimi təqdim edərək MTN üzərindən iş gördüklərini, Əli və Fəzayın da onların əməkdaşları olduğunu bildirmişdir. Qızlardan Qəribə əvvəllər onun yanında işləmiş və özünün istəyi ilə o, Qəribə ilə cinsi əlaqədə olmuşdur. O, kənd yeri olduğuna görə və kənddə biabır olmamaq, həm də onun üstünə gələn şəxslərin 4 nəfər olması səbəbindən onların əlindən çıxmaq üçün dedikləri pulu verməyə razılaşmışdır. O, ilk 1900 manat pulu Dilşada vermiş, üstündən bir gün keçəndən sonra isə 1100 manatı Nazlıya məhlələrində vermişdir. Əvvəllər bir dəfə Məlahətgili Nazlının evinə apardığı üçün Nazlının evini də tanımışdır. Sonuncu dəfə özü polis idarəsində olarkən Nazlı ona zəng edərək təcili pulu çatdırmasa, ona qarşı iş açılacağını bildirib onu hədələmişdir. Ümumiyyətlə, həmin işlərə Nazlı rəhbərlik etmişdir. Onun özü heç vaxt Qəribənin anası Məlahətlə və kiçik bacısı Yeganə ilə cinsi əlaqədə olmamışdır. Çəkiliş vaxtı orada Dilşad, Nazlı, Əli və Fəyaz, həmçinin Məlahət və onun iki qızları orada olmuşlar. Həmin vaxt Nazlı onun boğazından tutmuş, Əli yumruqla qabırğasına vurmuş, Fəyaz isə onu istintaqa vermək lazım olduğunu demişdir. Hazırda onun təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur, ona vurulmuş maddi ziyan ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Həmin ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, 2009-ci ildə ailə həyatı qurmuş və bu nikahdan 3 övladı vardır. Təxminən il yarım bundan əvvəl Türkan qəsəbəsində Qəribə adlı xanımla tanış olmuş, taksi fəaliyyəti ilə məşğul olduğundan o, Qəribənin evinə gəlib-getmiş və bu minvalla Qəribənin anası Məlahət və bacısı Yeganə ilə də tanış olmuşdur. Bundan 2-3 ay keçdikdən sonra onun Qəribə ilə şəxsi münasibətləri başlamışdır. O, mütəmadi olaraq onların evinə gəlib-getməyə başlamış və Qəribə ilə öz razılığı ilə bir neçə dəfə Bakı şəhərinin müxtəlif yerlərində təbii yolla cinsi əlaqədə olmuşlar. Təxminən 3-4 ay Qəribə ilə şəxsi münasibəti davam etdikdən sonra o, münasibətləri kəsmişdir. Bundan sonra Yeganə ona yaxınlaşaraq ondan xoşu gəldiyini bildirmiş, onun Yeganə ilə şəxsi münasibəti başlamışdır. Yeganəni qız uşağı kimi tanımış, buna baxmayaraq Yeganə onunla yaxın münasibət istəmişdir. O, Yeganəyə bildirmişdir ki, «sən qız uşağısan, bu səbəbdən bizim aramızda yaxın münasibət ola bilməz». Bundan sonra Yeganə ona könüllü olaraq qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etmişdir. Təxminən 9-10 ay bundan əvvəl axşam saatlarında Türkan qəsəbəsində dəniz qırağında Yeganə ilə qeyri-təbii yolla münasibətdə olmuşdur. Sonradan etdiyi əməldən peşman olduğundan Yeganə ilə də şəxsi münasibətlərə son qoymuşdur. Lakin evlərinə gəlibgetməyə davam etmişdir. Təxminən mart ayının ortalarında Qəribə ondan hamilə olduğunu bildirmişdir. O da, təxminən iki gündən sonra Qəribə ilə onların evində təklikdə görüşərək uşaq məsələsini müzakirə etməyə başlamışlar. Həmin zaman onlar Qəribə ilə razılığa gəlmişlər ki, uşaq doğulana qədər o, bir az pul toplasın və uşağın gələcək maddi təminatını ödəmək üçün ona ev alsın. Qəribə isə həmin evin Türkan qəsəbəsində deyil, Hövsan qəsəbəsində alınmasını istəmişdir. Beləliklə, onlar bu barədə razılığa gəlmişlər. Onu da qeyd etmişdir ki, o, özlüyündə fikirləşmişdir ki, uşaq doğulduqdan sonra uşağın ondan olub-olmamasını hər hansı yolla müəyyən etsin və bundan sonra Qəribə ilə danışdıqları sözü yerinə yetirsin. Çünki Qəribənin ondan başqa şəxslərlə də cinsi əlaqədə olmasından şübhələnmişdir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında 099 ***-**-** nömrəsindən mobil telefonuna zəng gəlmişdir. O, nömrəni tanımadığından nömrəni açmamış, sonra yaşadığı evin həyət qapısı döyülmüşdür. Bayıra çıxdıqda küçədə Qəribə, Qəribənin anası Məlahət, Nazlı adlı əvvəldən tanıdığı qadın, bunlardan başqa bir nəfər tanımadığı 40-45 yaşlarında qadın və yanlarında tanımadığı iki nəfər (biri arıq, digəri isə ondan kök) təxminən 30- 35 yaşlarında kişi olduğunu görmüşdür. O, onlarla salamlaşdıqdan sonra tanımadığı qadın zəng vurduğu nömrənin ona məxsus olduğunu bildirərək, özünü jurnalist kimi təqdim edib adının Dilşad olduğunu və onlarla bir məsələni aydınlaşdırmaq məqsədilə Qəribəgilin evlərinə getməli olduğunu |bildirmişdir. O, onlarla Qəribənin yaşadığı evə gəlmişdir. Həyətə daxil olduqda tanımadığı oğlanlar Qəribənin hamilə olduğunu bildirərək ondan hər şeyi etiraf etməyini istəmişlər. Onlar evə daxil olmuş, bu zaman Yeganə üzərinə hücum çəkərək “mənim həyatımı qaraltmısan” deyərək ona əlqol atmışdır. O, özünü qoruduqdan sonra tanımadığı həmin oğlanlar ona hədə-qorxu gələrək Yeganəyə qarşı zor tətbiq etməklə onunla yaxın münasibətdə olmağını etiraf etməyi istəmişlər. Əks halda, ona qarşı əxlaqdan kənar hərəkətlər edəcəkləri ilə hədələmişlər. O, onların hədəsindən qorxduğu üçün onlar nəyi necə demək lazımdırsa, edəcəyini bildirmişdir. Bundan sonra həmin oğlanlar videoçəkiliş edəcəklərini bildirərək videoçəkilişdə hər şeyi etiraf etməyini istəmişlər. O da, məcbur olduğu və həmin hədəni real qəbul etdiyi üçün onlar videoçəkiliş edərkən etmədiyi hərəkətləri, yəni Qəribə və Yeganə ilə zorla cinsi əlaqədə olmağını, Qəribənin uşağının ondan olmağını etiraf etmişdir. Sonra oğlanlar həmin videoçəkilişi sosial şəbəkələrdə yayacaqlarını bildirmişlər. Bundan sonra onu rahat buraxmışlar. O da, həyətə siqaret çəkmək üçün çıxmışdır. Həyətdə olarkən Nazlı və orada adını eşitdiyi Dilşad adlı qadın yanına gələrək həmin videonu sosial şəbəkədə paylaşmamaq şərtilə 5000 (beş min) manata həll edə biləcəklərini bildirmişlər. Həmin gün o, onların yanından ayrılıb pul gətirmək üçün evə gəlmiş və yaşadığı evdən 1900 (min doqquz yüz) manat pul götürüb onların yanına qayıtmışdır. Həmin pulu həyətdə Nazlıya vermişdir. Pulu verərkən Dilşad adlı qadın da Nazlının yanında olmuşdur. Nazlı və Dilşad ona bildirmişlər ki, bu puldan heç kəsin, heç Qəribənin də xəbəri olmasın. Sonra onlarla sağollaşıb evinə getmişdir. Həmin günün sabahı Nazlı mobil telefonuna zəng vuraraq yerdə qalan 3100 (üç min yüz) manatı ondan tələb etmiş, əks halda həmin videogrüntünü sosial şəbəkədə yayacaqları ilə hədələmişdir. O, 1100 (min yüz) manat pulu borca alıb Nazlı ilə görüşmüş və həmin pulu öz avtomobilində Nazlıya vermişdir. Nazlı da ona borclu olduğu 2 min manatı da 15- 20 gün ərzində çatdırmağını tələb etmişdir. Qeyd etmişdir ki, həmin vaxt o, Nazlı ilə danışıqlarını telefonun səsyazma vasitəsilə qeydə almışdır. xx.xx.2024-cü il tarixdə Nazlı yenidən mobil telefonuna zəng vuraraq görüşmək istədiyini bildirmişdir. O, Nazlı ilə görüşdükdə, Nazlı ona bildirmişdir ki, Qəribə hamilədir, onun doğumu üçün 1000 manat pul lazımdır, həmin pulu da verməyini tələb etmişdir. O isə, sabah günortaya qədər həmin 1000 manatı ona çatdıracağını bildirmiş və Nazlı ilə sağollaşmışdır. Bundan sonra, o, belə başa düşmüşdür ki, Nazlı ətrafında olan şəxslərlə birləşib ondan istədikləri 5000 manatla kifayətlənməyərək əlavə olaraq hər dəfə ondan müəyyən məbləğlər istəyərək ona hədə-qorxu gələcəklər. Belə ki, Nazlı ona hər dəfə zəng vuranda onun etirafedici videosunun olduğunu xatırladaraq, ictimailəşsə onun üçün kənd arasında və ictimaiyət arasında rüsvay olacağını bildirmişdir. Bu şəbəbdən, o da, kənd içində biabır olmamaq üçün xx.xx.2024-cü il tarixdə Xəzər rayon polis idarəsinə ərizə ilə müraciət etmişdir. Onu Xəzər rayon polis idarəsində qəbul edib dinlədikdən sonra Nazlıya verəcəyi 8 (səkkiz) ədəd 100 manatlıq əskinas və 4 ( dörd) ədəd 50 manatlıq əskinas olmaqla 1000 manat pulu ondan götürərək rəsmiləşdirmişlər və ona həmin pulu Nazlıya vermək üçün qaytarmışlar. xx.xx.2024-cü il tarixdə Nazlıya zəng vuraraq yerdə qalan 2000 manat pulun 1000 manatını da düzəltdiyini və onunla görüşüb pulu vermək istədiyini bildirmişdir. Təxminən günorta saatlarında Nazlı ilə görüşərək polis idarəsində rəsmiləşdirilmiş 1000 manat pulu vermişdir. İfadəsinə əlavə edərək bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Qəribənin kirayə yaşadığı evin həyətində Nazlıya 1900 manat, xx.xx.2024-cü il tarixdə Xaşaxuna qəsəbəsində Nazlıya məxsus evin yaxınlığında şəxsi avtomobilində yenə də Nazlıya 1100 manat, sonuncu rəsmiləşdirilmiş 1000 manatı isə xx.xx.2024-cü il tarixdə Xaşa-xuna qəsəbəsindən Qala istiqamətində gələrkən şəxsi avtomobilində vermişdir. O, xx.xx.2024-cü il tarixdə Qəribənin kirayə yaşadığı evin həyətində olarkən yanlarında özünü jurnalist kimi təqdim edən qadın olmuşdur. Digər vaxtlarda isə Nazlı ilə ikisindən başqa heç kəs olmamışdır. Həyətdə olarkən Nazlı və Dilşad adlı qadın yanına gələrək həmin videonu sosial şəbəkədə paylaşmamaq şərtilə 5000 (beş min) manata həll edə biləcəklərini bildirmişlər. O da, rüsvay olmamaq üçün onlarla razılaşmışdır. O, Qəribə ilə bu barədə söhbət etdikdə, uşağın ondan olmasına şübhəli qalmış, lakin buna baxmayaraq o, Qəribəyə gələcəkdə dünyaya gələcək uşağa təxminən 40.000 manat dəyərində ev alacağını demişdir (cild 1, iş vərəqi 27-30). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxslər arasında əvvəlcədən Nazlı xanımı tanımışdır. Bacısı Yeganə telefon mağazasında işləmiş, o da, bacısının yanına gedib-gəlmişdir. Həmin vaxt Xeybər də mağazaya aksesuarlar almaq üçün gəlmişdir. Daha sonra Xeybər bacısı Yeganəni evə gətirməyə başlamışdır. Həmin vaxt o, özü evdə xəstə olmuş, Xeybər onun üçün dərmanlar alıb gətirmişdir. Onların maddi vəziyyəti ağır olmuş, buna görə Xeybər onlara köməklik etmiş, evlərinə ərzaq almış və onlara pulla köməklik etmişdir. Bu yolla Xeybər yavaş-yavaş onlara ayaq açmışdır. Bundan sonra iki-üç dəfə onları restorana aparmışdır. Əvvəllər bir-iki dəfə bacısını tək, sonra isə onun özünü də restorana aparmışdır. Daha sonra Xeybər ona otelə getməyi təklif etmiş, 2023-cü ilin mart ayından onlar otelə gedib-gəlməyə başlamışlar. Sonuncu dəfə avqust ayında oteldə olmuşlar. 2024-cü ilin fevral ayında o, özündə ağrılar hiss etməyə başlamış, amma nə baş verdiyini bilməmişdir. Fevralın 22-də Mərdəkan xəstəxanasına getmiş, orada 7 aylıq hamilə olduğunu bilmişdir. Evə gələndən sonra bu barədə anasına deməyə qorxmuş, sonra anası onun hamilə olduğunu bilsə də, uşağın kimdən olduğunu deməmişdir. Sonra tək qalan vaxt Xeybərə zəng edib hamilə olduğunu bildirmiş, sonuncu, uşağa görə köməklik edəcəyini, uşaq çöldə qalmasın deyə ona 40000 manat dəyərində bir ev alıb verəcəyini söyləmişdir. Səhəri gün isə Xeybər ona zəng edib uşağın ondan olub-olmadığına şübhəli qaldığını deişdir. 2024-cü ilin martın 20də onlar anası ilə Nazlı xanımgilə getmiş, orada anası və Nazlı uşağın atasının kim olduğunu deməyi ondan tələb etmişlər. O da, məcbur qalıb uşağın Xeybərdən olduğunu bildirmişdir. Həmçinin Xeybərin əvvəlcə ona ev alacağına söz verdiyini desə də, sonradan uşağın ondan olub-olmadığına şübhəli olduğunu dediyini anasına və Nazlı xanıma bildirmişdir. Bundan sonra Nazlı xanım uşağa atalığın verilməsində köməklik edəcəyini söyləmişdir. Nazlı Dilşad xanım adlı qadına zəng etmiş, ona belə bir ailə olduğunu, bir nəfərin iki bacı ilə yaxınlıq etdiyini və onlardan birini hamilə qoyduğunu demişdir. Dilşad xanım kömək edə biləcəklərini, özlərinin «Xəbərim info» saytında jurnalist olduqlarını bildirmişdir. Sonra Nazlı xanım martın 25-də Dilşad xanımın, Əli bəyin və Fəyaz bəyin onlara gələcəklərini söyləmişdir. Onlar gəldikdən sonra Əli bəy videoçəkiliş aparmış, Dilşad xanım və Əli bəy çəkiliş zamanı onlara necə danışmaq lazım olduğunu başa salmışlar. Ona demişlər ki, guya Xeybərlə içki içdiyini, həmin içkiyə Xeybərin dərman atdığını söyləsin. Lakin əslində belə olmamış, o, Xeybərlə könüllü şəkildə cinsi əlaqədə olmuşdur. Ancaq Xeybər ona köməklik etmədiyi üçün o, çəkiliş zamanı ağlaya-ağlaya həmin sözləri demişdir. Sonra oxşar şəkildə bacısının da videosunu çəkmişlər. Ona Xeybərə zəng edib evə çağırmağı təklif etmişlər. O, iki dəfə zəng etsə də, Xeybər telefonu götürməmişdir. Sonra Dilşad və Nazlının təklifi ilə onlar, yəni öz anası, özü, Nazlı, Fəyyaz, Dilşad və Əli Xeybərgilin evlərinə getmişlər. Həmin vaxt Xeybərgilin qapısında olanda Dilşad xanım Xeybərə «Xəbərim info»dan jurnalist olduğunu bildirmiş, onun hamilə qoyulmasını və bacısına yaxınlaşmasını Xeybərə irad bildirmişdir. Bundan sonra Xeybər uşağın ondan olub-olmadığını bilmədiyini demiş, buna görə gələn şəxslər Xeybəri söhbət etmək üçün onların evinə çağırmışlar. Xeybər onların evinə piyada gəlmiş, onun arxasınca da yavaş-yavaş hamısı evə gəlmişlər. Həmin vaxt Fəyaz Yeganəyə zəng etməyi ona tapşırmış, o da, zəng edib telefonu Fəyaza vermişdir. Fəyyaz danışıq zamanı Yeganəyə Xeybər gələndə qapını açan kimi ona bir sillə vurmağı tapşırmışdır. Bacısı qapını açsa da, ona sillə vurmamış, lakin nalayiq ifadələr işlətmişdir. Bundan sonra Nazlı, Dilşad, Fəyaz və Əli onun üstünə hücum eləmiş, onlar isə kənarda durmuşlar. Onlar gələn şəxslərin belə hərəkət edəcəklərini gözləməmiş, sadəcə onlara kömək edəcəklərini gözləmişlər. Sonra adları çəkilən şəxslər Xeybəri stula otuzdurmuş, Dilşad xanım ona demişdir ki, iki bacı ilə yaxınlıq etmisən, birini də hamilə qoymusan. Bundan sonra Xeybər ev ala biləcəyini demiş, onlar isə Xeybərə əgər qızlara kömək eləməsə videonu paylaşacaqları ilə şantaj etmişlər. Xeybər də ev barəsində razı olduğunu bildirmiş, ancaq ona bir ay vaxt verməyi xahiş etmişdir. Daha sonra Xeybər evdən çıxmış, sonra Nazlı xanım, onun arxasınca da Dilşad çıxmışdır. Amma onlar həmin qadınların nəyə görə Xeybərin arxasınca çıxdıqlarını bilməmişlər. Daha sonra digər gələn şəxslər də tez-tez çölə çıxıb evə qayıtmışlar. Xeybər çıxıb gedəndən 10-15 dəqiqə sonra hamısı yenidən evə yığışmış, yemək alıb gətirmişlər. Ondan sonra isə nə baş verdiyini o, bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2022-ci ilin noyabr ayında qızı Yeganə işlədiyi telefon dükanında Hacı kimi özünü təqdim edən Xeybər adlı şəxslə tanış olduğunu, sonralar həmin şəxsin tez-tez dükana gəldiyini və onlara köməklik etmək istədiyini bildirmişdir. Bir neçə gün sonra Xeybər Yeganə ilə birlikdə onların evinə tanış olmaq üçün gəlmişdir. Tanış olduqdan sonra ailənin maddi vəziyyətinin pis olduğunu görən Xeybər onlara lazım olan dərmanları aptekdən alıb onlara vermiş, sonralar bir neçə dəfə onlar üçün bazarlıq etmişdir. 2024-cü ilin mart ayında Nazlının Xaşaxuna qəsəbəsində yerləşən evində olarkən o, qızı Qəribənin Xeybərdən hamilə olduğunu öyrənmiş və bu zaman Yeganə də Xeybərin onunla bir neçə dəfə qeyri-təbii yolla əlaqədə olduğunu etiraf etmişdir. Qəribə bildirmişdir ki, Xeybər uşaq dünyaya gəldikdən sonra ona ev alacağını bildirsə də, sonradan uşağın atasının özü olub-olmamasını dəqiqləşdikdən sonra ev ala biləcəyini bildirmişdir. Bu zaman Nazlı tanıdığı jurnalistlərin olduğunu, onların bu cür işlərdə kömək edə biləcəklərini demişdir. 25 mart 2024-cü il tarixdə Nazlinin bir nəfər qadın, iki nəfər isə kişi jurnalistlər onların kirayə yaşadıqları evə gəlmişlər. Dilşad adlı qadın özünü “Xəbərim.info” saytının təsisçisi kimi təqdim etmiş, onunla gələn şəxslərdən sürücünün adının Fəyaz, operatorun adını isə Əli olduğunu bildirmişdir. Dilşad onlardan ərizə almış, daha sonra Xeybərin evinə getmək lazım olduğunu demişdir. Bundan sonra o, Nazlı, Dilşad, Əli, Fəyaz və qızı Qəribə Fəyazın maşını ilə Xeybərin evinə getmişlər. Orada Dilşad özünü təqdim etmiş və Xeybərlə söhbət etmək istədiyini bildirmişdir. Lakin həmin yer uyğun olmadığı üçün Dilşad Xeybəri onların kirayə qaldıqları evə dəvət etmişdir. Xeybər onlarla razılaşıb həmin evə gəlmişlər. Xeybər evə daxil oln kimi Yeganə onun üstünə gedib nalayiq sözlər işlətimişdir. Sonra onlar Xeybərə təzyiqlər göstərərək onu qızları ilə cinsi əlaqədə zorla olduğunu dedizdirib videoya çəkmişlər. Sonra ara sakitləşmiş, Xeybər hava almaq istədiyini deyib həyətə çıxmışdır. Xeybərin arxasınca Nazlı çıxmış, beş dəqiqə sonra Dilşadı həyətə çağırmışdır. Təxminən 10 dəqiqə sonra onların hər ikisi evə daxil olub Əlini Xeybərin yanına göndərmiş, sonra Əli evə daxil olub Xeybərin getdiyini bildirmişdir. Dilşad Xeybərin ev almaq üçün verəcəyi pulun onların əli ilə alınacağını demiş, o da, razılaşmışdır. Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən, onun bacısı Şahid2 və anası Şahid1 ifadələri ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 241-244). Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xəzər RPİ, Cinayət- Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, 2024-cü il martın axırlarında Türkan qəsəbə sakini Zərərçəkmiş şəxs ərizə ilə Xəzər RPİ-yə müraciət edərək Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində yaşayan Nazlı adlı qadının ona barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul aldığını bildirmişdir. Onlar Nazlı adlı şəxsi müəyyən etmiş, onun Təqsirləndirilən şəxs1 olması müəyyən edilmişdir. Şəxsin cinayət əməlinin ifşa olunması üçün ondan, polis əməkdaşları Şahid5 və Şahid6 ibarət əməliyyat qrupu əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs1 cinayət əməlinin ifşa olunması və onun cinayət törədərkən yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirində istifadə olunmasından ötrü Zərərçəkmiş şəxs özünə məxsus 1.000 manat məbləğində pul vəsaitlərinin kserosurətləri çıxarılmış və həmin pul əməliyyat tədbirində istifadə edilməsi üçün Zərərçəkmiş şəxs təqdim edilmişdir. 01 aprel 2024-cü il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində saxlanılmış və Xəzər rayon Polis idarəsinə gətirilmişdir. İdarədə qadının üzərinə Uçot qeydiyyat və statistika işləri qrupunun operatoru X3 və müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində iş üçün əhəmiyyət kəsb edən əşyalar və ya sənədlər varsa, könüllü təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 özünə məxsus pul qabında olan cəmi 2044 manat pul vəsaitini təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin pulların ona keçmiş həyat yoldaşı tərəfindən göndərilmiş iki aylıq aliment pulları, işdən aldığı pullar və eləcə də bu gün Zərərçəkmiş şəxs aldığı 1.000 manat pul olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 aşkar olunmuş pul əskinaslarına baxış keçirilərkən müəyyən olunmuşdur kir, həmin pul əskinaslarının arasında əməliyyat xərcləri üçün əvvəlcədən ayrılmış və nömrələri yazılmış 8 ədəd 100-lük və 4 ədəd 50-lik Azərbaycan manatı pul əskinaslarından ibarət cəmi 1.000 manat məbləğində nağd pul vəsaiti vardır. Həmin 1.000 manat məbləğində pul əskinasları sübut əhəmiyyətinə malik olduğundan götürülmüş, qalan 1044 manat pul isə Təqsirləndirilən şəxs1 qaytarılmışdır. Şəxsi axtarış və götürmə videoçəkilişlə aparılmış, videogörüntülər protokola əlavə edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xəzər RPİ-nin əməkdaşları Şahid5, Şahid6 və videoçəkiliş aparılması zamanı iştirak etmiş X10 şühəli şəxs Təqsirləndirilən şəxs1 saxlanılması və idarədə üzərinə şəxsi axtarış keçirilməsi zamanı iştirak etdiklərini bildirərək, Şahid4 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş üzləşdirmə protokollarına əsasən, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında, həmçinin sonuncuların öz aralarında keçirilmiş həmin istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs qarşı hədə-qorxu ilə tələb etmə cinayət əməlinin törədilməsi bir daha təsdiqini tapmışdır (cild 2, iş vərəqi 99). İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər RPİ, Cinayət-Axtarış Şöbəsinin rəisi, polis mayoru Şahid4, Xəzər RPİ, Uçot qeydiyyat və statistika işləri qrupunun operatoru X3, barəsində axtarış və götürmə aparılan şübhəli şəxs - xx.xx.1987-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Keşdək kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna babları, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs1 və müdafiəçi - ünvan 7 Bürosunun vəkili X8 iştirakı ilə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı xx.xx.2024-cü il tarixdə saat 16:00-da Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində saxlanılaraq Xəzər RPİ-nə gətirilmiş vət. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılması haqqında 01 aprel 2024-cü il tarixli qərara əsasən videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 stolun üzərindəki pul qabında olan pul əskinaslarını çıxararaq stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs1 təqdim etdiyi pul əskinaslarına baxış keçirilərkən 18 ədəd 100-lük, 4 ədəd 50-lik, 2 ədəd 20-lik, 4 ədəd 1 manatlıq əskinaslar, cəmi 2044 (iki min qırx dörd) manat pul olması müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin pullar ona yoldaşı tərəfindən göndərilmiş iki aylıq aliment pulları, işdən aldığı pullar və eləcə də, uşağın xəstəxanadan çıxarılmasına görə bu gün Zərərçəkmiş şəxs aldığı 1.000 (bir min) manat puldur. Bundan sonra, şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində polis nəfəri, polis serjantı Safura Hüseynova tərəfindən axtarış aparılır və axtarış zamanı onun üzərindən qeyri-qanuni əşya aşkar edilmir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş pul əskinaslarına baxış keçirilərkən müəyyən olundu ki, həmin pul əskinaslarının arasında əməliyyat xərcləri üçün əvvəlcədən ayrılmış C 57009742; A 38933306; C 64654434; A 12311859; A 81536925; D 11480061; C 78584457; A 76943786 seriya və nömrəli 8 ədəd 100-lük; B 32718848; B 27245838; A 40709117; A 38117619 seriya və nömrəli 4 ədəd 50-lik Azərbaycan manatı pul əskinaslarından ibarət cəmi 1.000 (bir min) manat məbləğində nağd pul vəsaiti vardır. Həmin 1.000 (bir min) manat məbləğində pul əskinasları cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan götürülür. Qalan 1044 (bir min qırx dörd) manat məbləğində pul isə əhəmiyyət kəsb etmədiyindən şübhəli şəxs Təqsirləndirilən şəxs1 qaytarılır. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmir. Şəxsi axtarış və götürmə gündüz vaxtı, xidməti iş otağında aparılr. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilir. Protokol iştirakçılara ucadan oxunur, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadığından protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilir (cild 1, iş vərəqi 50-51). Cinayət işinə əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin rəisi, polis mayoru Şahid4, Xəzər rayon Polis İdarəsinin Uçot qeydiyyat və statistika işləri qrupunun operatoru, polis serjantı X3, barəsində axtarış və götürmə aparılan şübhəli şəxs - xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, jurnalist fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, ev 1/93, mənzil 73-də qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs2 və müdafiəçinin iştirakı ilə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində saxlanılaraq Xəzər RPİ-nə gətirilmiş vət. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında 01 aprel 2024-cü il tarixli qərara əsasən videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilir və ona üzərində olan qanunsuz əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 cibində olan iki ədəd vəsiqəni çıxararaq stolun üzərinə qoymuş, həmin vəsiqələrə baxış keçirilərkən müəyyən edilir ki, vəsiqələrdən birinin üzərində «Azərbaycan Respublikası Xəbərim.X24, Vəsiqə №1, Təqsirləndirilən şəxs2 Təsisçi və baş direktor; etibarlıdır: müddətsiz» sözləri, ikinci vəsiqə üzərində isə «Azərbaycan Respublikası Xəbərim.X24, Vəsiqə №13, Təqsirləndirilən şəxs1 - müxbir; Etibarlıdır xx.xx.2024» sözləri qeyd olunmuşdur. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs2 bildirir ki, həmin vəsiqələr ona və onunla birlikdə işləmiş Təqsirləndirilən şəxs1 məxsusdur və onlar jurnalistlik fəaliyyəti ilə məşğul olmuşlar. Odur ki, həmin iki ədəd vəsiqə sübut əhəmiyyətinə malik olduğundan götürülür. Baxış zamanı Təqsirləndirilən şəxs2 üzərindən sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmir. Şəxsi axtarış və götürmə gündüz vaxtı, xidməti iş otağında aparılr. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilir. Protokol iştirakçılara ucadan oxunur, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadığından protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilir (cild 1, iş vərəqi 80-82). Cinayət işinə əlavə edilmiş videogörüntülərə baxış keçirilməsi haqqında xx.xx.2024cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 istintaqa təqdim etdiyi videogörüntülərə - xx.xx.1987-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Keşdək kəndində qeydiyyatda olan, ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi - ünvan 7 Bürosunun vəkili X8 iştirakı ilə baxış keçirilmişdir. Həmin videogörüntüyə baxış zamanı müəyyən olunur ki: 1-ci videogörüntüdə - Quliyev X9 Rəhimovanın Türkan qəsəbəsində yerləşən evinə daxil olur. Bu zaman Təqsirləndirilən şəxs4 danışmağa başlayır və Zərərçəkmiş şəxs deyir ki, «sənin videoların əlimizdədir, qızın birini arxadan zorlamısan, birini hamilə qoymusan, ərizələr əlimizdədir, kserokopiyalar əlimizdədir. Bundan sonra Təqsirləndirilən şəxs2 danışmağa başlayır və Zərərçəkmiş şəxs deyir ki, «sən iki uşağı bədbəxt eləmisən». Bu zaman Təqsirləndirilən şəxs1 Dilşaddan telefonu istəyir. 2-ci videogörüntüdə - Təqsirləndirilən şəxs1 Xeybərə deyir ki, sənin bacın harda yatır? Bu zaman Əli kənardan müdaxilə edərək deyir ki, «sənin şeyini kəsib agzıva verəcəm». Əli Xeybərə deyir ki, «sən şərəfsizsən». Bu zaman Qəribənin anası Zərərçəkmiş şəxs şillə vurur. Xeybər deyir ki, mən qızlarla öz istəkləri ilə cinsi əlaqədə olmuşam. 3-cü videogörüntüdə - Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs barəsində deyir ki, «bu heç, bu oğraşdır». Yeganəni göstərərək deyir ki, qızı arxadan zorlayır. Deyir ki, anası, bacısı və bibisi qızı yoxlayıb, sən bu qızla qabaqdan olmusan». Xeybər isə deyir ki, bir dəfə öz istəyi ilə arxadan olmuşam. Bu zaman Yeganə qışqıraraq buna etiraz edir, lakin üzünü kənara tutaraq gülümsəyir. Bu zaman Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs «bu sənin uşağın yaşdadır, onu daldan zorlayanda öz uşağıvı gözüvün qabağına aldınmı?» sualını verir. Nazlı isə kənardan müdaxilə edərək Xeybərin qızının olmadığını deyir. Əli soruşur ki, bacısı var? Nazlı da deyir ki, bacısı içəridə yatır. Fəyaz soruşur ki, bacısı nə ilə yatır? Nazlı cavab verir ki, öz qızlarının qızlığını açıb. Fəyaz Xeybərə deyir ki, keç otur. Xeybər də deyir ki, dayanmışam. Fəyaz Xeybərin qolundan tutaraq təkidlə oturmağını deyir, bundan sonra Xeybər də oturur. Oturan zaman Fəyaz Xeybərə deyir ki, otur, bu ailəyə cavab ver. Fəyaz deyir ki, 17 yaşında qızı aparıb dəniz qırağında arxadan zorlamısan, bir dənə də 19 yaşında qızı hamilə qoymusan. X23 deyir ki, indi danış. Təqsirləndirilən şəxs3 da kənardan müdaxilə edərək Xeybərə deyir ki, danış, onsuz da bu olub. Təqsirləndirilən şəxs2 da kənardan müdaxilə edərək deyir ki, danışın görək, siz neyləmək istəyirsiz? Nazlı da kənardan deyir ki, ay həci, deyək ki, bunların heç kəsi yox idi, axı sən guya oruc tutursan, namaz qılırsan, deyirsən ki, mən pivə içmirəm. Bəs Ramazan ayında sən Allahdan qorxmadın, qıldığın namazdan, ağzıvın orucundan qorxmadın, necə qıydın, 18 yaşında uşağa toxundun. Allahıva neçə cavab verəcəksən, qəsəbəyə necə çıxacaqsan, guya ki, sən hacısan. Beş-on manat pulun artıq qolub, hacı adını almısan, yoxsa getmisən ora. Orada danışıq zamanı Fəyaz Xeybərə deyir ki, məcbur elədin də?! Xeybər də deyir ki, vallah məcbur eləməmişəm. Nazlı Yeganəyə deyir ki, danış. Nazlı Yeganəyə deyir ki, cinsiyyətini ağzıva, sinəvə sürtürdü qızım? Yeganə də başı ilə bunu təsdiqləyir. Fəyaz Yeganəyə deyir ki, bayaq deyirdin ki, üstüvə tapança çıxarırdı. Yeganə deyir ki, bıçağı var idi, hər cürə rəngə çalan bıçaq idi. Yeganə deyir ki, sonradan bildim ki, tapanca alışqan (zajiqalka) imiş. Bu zaman Dilşad deyir ki, sən bilirsən ki, qızın 18 yaşı var, onu nə məqsədlə aparırdın. Xeybər də deyir ki, çay içməyə gedirdik. Əli də kənardan müdaxilə edərək deyir ki, arvadıvı aparardın da, petux? Dilşad da müdaxilə edərək Qəribəni göstərərək deyir ki, bəs Qəribəni hara aparırdın. Xeybər isə deyir ki, bir yerdə də getmişik. Əli kənardan soruşur ki, hansı otelə aparırdın? Dilşad deyir ki, sən hacısan, sən bu iki uşaqla nə oyun oynayırsan? Əli isə müdaxilə edərək deyir ki, şərəfsiz, ay şərəfsiz, camaatın qeyrətin sən zorlamısan, sən necə haca getmisən ay şeytan, danışa bilmirəm, vurub öldürəcəm e bunu. Əli Xeybərə deyir ki, səni özüm döyə-döyə öldürəcəm. Həmin videogörüntünün Təqsirləndirilən şəxs1 tərəfindən çəkilməsi müəyyən olunur. Videogörüntülərə baxış xidməti iş otağında aparılmaqla protokol xidməti iş otağında olan «HP» markalı kompüter vasitəsilə tərtib edilmiş, iştirakçılar tərəfindən heç bir etiraz daxil olmamışdır. Protokolun düzgünlüyü imzalarla təsdiq edilir (cild 1, iş vərəqi 236-238). İbtidai istintaq orqanının 18 iyul 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 tərəfindən istintaqa təqdim olunmuş videogörüntülərin yükləndiyi 2 ədəd DVD disk və Təqsirləndirilən şəxs2 təqdim etdiyi 2 ədəd vəsiqə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 100-127). Cinayət işində olan diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs aralarında üzləşmə istintaq hərəkəti keçirilən zaman çəkilmiş videogörüntüləri əks etdirən bir ədəd DVD diskə baxış keçirilir. Baxış zamanı müəyyən edilir ki, təqdim edilmiş disk DVD formatlıdır, «HP» markalı kompüterin disk oxuyan cihazına daxil edildikdə 3 ədəd fayl olması müşahidə olunur. Həmin videogörüntüyə baxış zamanı müəyyən olunur ki, üzləşmə istintaq hərəkətləri müdafiəçilər - ünvan 7 Bürosunun vəkilləri X13 və X4 iştirakı ilə həyata keçirilmişdir. Keçirilmiş üzləşmələrlə müəyyən olunur ki, 26 mart 2024-cü il tarixdə təqsirləndlirilən şəxs Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 videoçəkilişi sonradan Zərərçəkmiş şəxs hədə-qorxu yolu ilə pul tələb etmək məqsədi ilə çəkilmişdir və zərərçəkmiş şəxsdən ilkin olaraq aldıqları 1.900 manat pulu əvvəlcədən razılaşaraq həmin pulun 1400 manatını öz aralarında, yəni Təqsirləndirilən şəxs1 500 manat, Təqsirləndirilən şəxs2 isə 900 manat olmaqla bölmüşlər. Yerdə qalan 500 manatdan isə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 olmaqla öz aralarında 4 yerə, hərəyə 100 manat olmaqla bölmüşlər, qalan 100 manatı isə avtomobilin yanacağı və cəriməsinə görə Təqsirləndirilən şəxs4 vermişdir. Üzləşmə ilə həmçinin müəyyən olunur ki, 27 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs 1.100 manat pulu Təqsirləndirilən şəxs1 verir, Nazlı isə öz növbəsində həmin puldan 300 manatı Şahid2 üçün xəstəxanaya xərclədiyini bildirib götürür, yerdə qalan 800 manat pulu isə sonradan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4la hər birinə 267 manat olmaqla öz aralarında bərabər şəkildə bölürlər və bu bölgünü onlarla birlikdə olmuş Təqsirləndirilən şəxs3 gizlədirlər. Beləliklə, keçirilmiş üzləşmələrlə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs qarşı hədə-qorxu ilə tələb etmə cinayəti əməli törətmələri bir daha öz təsdiqini tapmışdır (cild 1, iş vərəqi 99). Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 1800 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: Aparılmış eksperimentalpsixoloji müayinə gedişində əqli intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Fərdi-psixi xüsusiyyətlərində emosional-qeyri sabitlik, nümayişkanəlik, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işinin materiallarının təhlili və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs4 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs4 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs4 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs4 hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs4 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Cinayət işinin materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs4 əqli-intellektual imkanları normaya uyğundur. Onda xasiyyətin psixopatik cizgiləri aşkar olunur (cild 2, iş vərəqi 47-49). Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 1801 nömrəli rəyindən görünür ki: Məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlirəm ki, Təqsirləndirilən şəxs3 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: Aparılmış eksperimentalpsixoloji müayinə gedişində əqli intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətcildir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işinin materiallarının təhlili və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs3 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs3 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs3 hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Cinayət işinin materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs3 əqli-intellektual imkanları normaya uyğundur. Ünsiyyətcillik, ataptivlik, situativlik kimi fərdi-psixoloji xüsuiyyətlərə malikdir (cild 2, iş vərəqi 50-52). Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 1836 nömrəli rəyindən görünür ki: Məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Təqsirləndirilən şəxs2 halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs2 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: Aparılmış eksperimentalpsixoloji müayinə gedişində idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işinin materiallarının təhlili və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs2 hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Cinayət işinin materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs2 emosionallıq, inadkarlıq hirslilik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Onun əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir (cild 2, iş vərəqi 54-56). Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 1873 nömrəli rəyindən görünür ki: Məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Təqsirləndirilən şəxs1 halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: Aparılmış eksperimentalpsixoloji müayinənin nəticələrindən Təqsirləndirilən şəxs1 əqli-intellektual imkanlarının, dünyagörüşü səviyyəsinin normaya uyğun olduğu müəyyən edilir. Onun təfəkkürünün ümumiləşdirmə və təhliletmə, proqnozlaşdırma proseslərində normadan kənaraçıxma hallarına təsadüf olunmur, ümumilikdə intellektual imkanları normaya uyğundur. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işinin materiallarının təhlili və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası aşağıdakı qərara gəlir: Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 -ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Cinayət işinin materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs1 ünsiyyətcillik, inadkarlıq, çətin situasiyalar zamanı çıxış yolu tapa bilmək, özünü müdafiə etməyə meyllilik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Onun əqli-intellektual imkanlarında gerilik əlamətləri aşkar edilmir (cild 2, iş vərəqi 57-59). Cinayət işinə əlavə olunmuş 25 noyabr 2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan tamamilə ödənilmiş, onun təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi qalmamış, onlar barışmışlar. Elektron məhkəmə portalından əldə edilmiş çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 2013 və 2014-cü il təvəllüdlü iki nəfər yetkinlik yaşına çatmayan uşaqları, Təqsirləndirilən şəxs2 isə 2001-ci il təvəllüdlü bir övladı vardır. Digər təqsirləndirilən şəxslər subaydır, onların uşaqları yoxdur. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamələrindən görünür ki, Baş idarənin əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkumluqları barədə məlumat yoxdur (cild 2, iş vərəqi 9-10, 13- 14). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs4 Sumqayıt şəhər Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmürə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-3-cü maddəsinin 3-cü hissəsi ilə (köhnə redaksiyada) təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarı ilə xx.xx.1999-cu il tarixli hökm dəyişdirilmiş, Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən 2 (iki) il şərti sınaq müddəti təyin edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2005-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs4 Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarına əsasən xx.xx.2008-ci il tarixli hökm dəyişdirilməklə ona 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 137 saylı Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (cild 2, iş vərəqi 11-12). Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə təqsirli bilməsələr də, öz müdafiələri üçün hər hansı dəlillər gətirmədilər. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmin Məcəllənin 31-ci maddəsinə əsasən, iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə, cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini təqsirləndirilən şəxslərin hamısına münasibətdə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CMnin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivini Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, iş materiallarına görə Təqsirləndirilən şəxs4 Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarına əsasən hökm dəyişdirilərək ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 12 (on iki) ilə endirlmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 137 saylı Sərəncamına əsasən Təqsirləndirilən şəxs4 əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.5-ci maddəsinin tələbinə görə, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs4 Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 12 ilə endirlməsinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 137 saylı Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilməsinə baxmayaraq, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən az ağır və xüsusilə ağır cinayətlər törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.3.3-cü maddəsinin tələbinə görə, qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə, cinayətlərin residivi xüsusilə təhlükəli residiv hesab edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinin tələbinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmədə müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 01 aprel 2024-ci il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, 03 aprel 2024-cü il tarixdə onlara ittiham elan edilərək barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və hər ikisi həbsdən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunan müddəanın tələbinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 01 aprel 2024-ci il tarixdən 03 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldıqları 2 (iki) gün təyin olunacaq azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla çıxılmalı, onlara qəti cəza təyin olunmalı, barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və onların hər ikisi məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzaların başlanğıcı hökmün çıxarıldığı 14 yanvar 2026-cı il tarixdən hesablanmalıdır. İş materiallarına görə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 hazırkı iş üzrə hər ikisi 02 aprel 2024-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli qərarına əsasən onların barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin vaxtdan halhazıra qədər həbsdə saxlanılırlar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldıqları bütün müddət cəzaçəkmə müddətinə daxil edilməli, onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 02 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə cəzalar ümumi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs4 təyin olunacaq azadlıqdan məhrum etmə cəzası isə xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi, həmin Məcəllənin 56.1.4-cü maddəsinə əsasən, cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın çəkilmə yeri xüsusi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəaya əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs1 tərəfindən istintaqa təqdim olunmuş videogörüntülərin yükləndiyi 2 ədəd DVD disk və Təqsirləndirilən şəxs2 təqdim etdiyi 2 ədəd vəsiqə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderlərdən və ittiham aktına əlavə edilmiş arayışdan görünür ki, ibtidai istintaq zamanı ünvan 7 Bürosunun vəkilləri X13, X11, X7 və X12 müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına müdafiə etmiş, onların hər birinə ibtidai istintaq orqanı tərəfindən 140 (yüz qırx) manat müdafiə xərcləri hesablanmışdır. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin müdafiəçiləri olmuş X13, X11, X7 və X5 hər birinə 140 (yüz qırx) manat olmaqla, ümumilikdə 560 (beş yüz altmış) manat məbləğində müdafiə xərcləri ünvan 7 Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə 01 aprel 2024-cü il tarixdən 03 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 2 (iki) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökmün çıxarıldığı 14 yanvar 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə 01 aprel 2024-cü il tarixdən 03 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 2 (iki) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökmün çıxarıldığı 14 yanvar 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət təyin olunmuş cəza müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs3 cəzasının başlanğıcı 02 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət təyin olunmuş cəza müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs4 cəzasının başlanğıcı 02 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 təyin olunmuş cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs1 tərəfindən istintaqa təqdim olunmuş videogörüntülərin yükləndiyi 2 ədəd DVD disk və Təqsirləndirilən şəxs2 təqdim etdiyi 2 ədəd vəsiqə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – ibtidai istintaq zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmiş vəkillər X13, X11, X7 və X5 hər birinə ödənilməli olan 140 (yüz qırx) manat, ümumilikdə 560 (beş yüz altmış) manat məbləğində müdafiə xərcləri ünvan 7 Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Səbinə Məmmədzadə, Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-475/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-475/2025
14.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver