Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-476/2021 16.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Eldar Əli oğlu Mikayılov və Rahib Vaqif oğlu Salmanovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1991-ci ildə Füzuli rayonunun Əhmədalılar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Bakı şəhəri Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 1, mənzil 57-də qeydiyyatda olub, ünvan 1, mənzil 111-də yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 22 iyul 2020-ci il tarixdə sosial şəbəkə vasitəsi ilə istintaqa məlum olmayan mənbədən 200 manat ödəyərək Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon ərazisindəki «Kəmalə Nərmin» şadlıq sarayının arxa hissəsində qoyulmuş 1 ədəd şəffaf selofana bükülmüş, külli miqdarda təmiz çəkisi 8,815 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 1 ədəd şəffaf selofana bükülmüş külli miqdarda təmiz çəkisi 2,898 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qəsdən, satış məqsədi olmadan əldə edib daşıyaraq üzərində saxlamış, 25 iyul 2020-ci il tarixdə saat 12:00 radələrində Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq ünvan 2 yerləşən Nizami RPİ-nə gətirilib üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən əldə etdiyi 1 ədəd şəffaf selofana bükülmüş, külli miqdarda təmiz çəkisi 8,815 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 1 ədəd şəffaf selofana bükülmüş külli miqdarda təmiz çəkisi 2,898 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamdən istifadə edir. 2020-ci ilin iyul ayının ortalarında «İnstaqram» sosial şəbəkəsində bir nəfər şəxslə tanış olmuşdur. Hazırdan onun adını xatırlamır. Söhbət zamanı sonuncuya narkotik vasitə istifadəçisi olduğunu demiş, həmin şəxs də heroin və metamfetamin satdığını, lazım olarsa onun üçün təşkil edə biləcəyini bildirmişdir. Tutulmamışdan 3 gün əvvəl 22 iyul 2020-ci il tarixdə narkotik vasitə almaq üçün həmin şəxsin hesabına «Paypoint» aparatı vasitəsilə 200 manat pul keçirtmiş, sonuncu ona narkotik vasitələrin Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən «Kəmalə Nərmin» şadlıq sarayının arxa hissəsində yerdə qara rəngli sellofan torbada olduğunu bildirmişdir. Bundan sonra deyilən yerə gedib qara rəngli torbanı götürmüşdür. Torbanın içərisində iki ədəd şəffaf sellofana bükülmüş büküm yerləşdirilmiş, bükümlərdən birində heroin, digərində isə metamfetamin olmuşdur. Əldə etdiyi narkotik vasitəni ailə üzvlərinin xəbər tutmaması üçün üzərində saxlayıb gəzdirmişdir. 25 iyul 2020-ci il tarixdə təxminən saat 12 radələrində yaşadığı evin qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Nizami RPİ-də özü könüllü olaraq əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd şəffaf sellofan bükümdə olan heroin və metamfetamini çıxarıb təqdim etmiş, onları üç gün əvvəl sosial şəbəkə vasitəsilə tanış olduğu tanımadığı şəxsin hesabına pul köçürməklə əldə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən bu barədə protokol tərtib edilməklə, aşkar olunmuş maddələr götürülərək qablaşdırılmışdır. Protokolun doğruluğunu imzası ilə təsdiq etmiş və narkotik vasitənin yerləşdirildiyi zərfin üzərini imzalamışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Xəstədir, narkotik vasitələrdən asılılığı vardır. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri özünün istifadəsi üçün əldə edib, saxlamış və gəzdirmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 25 iyul 2020-ci il tarixdə xidmət etdiyi bölməyə «Rail» adlı şəxsin Bakı şəhəri Nizami rayonu ərazisində qanusuz olaraq narkotik maddələri əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat idarə rəhbəliyinə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Məlumat yoxlanılarkən «Rail» adlı şəxsin xx xxxxxx 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. 25 iyul 2020-ci il tarixdə saat 12:00 radələrində tərəfilərindən keçirmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayonu, Özbəkistan küçəsi 1, 4 saylı binanın qarşısında saxlanılmış və Nizami RPİ-nə dəvət olunaraq onlarla birlikdə gəlmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsi və götürmənin aparılması İdarənin Təhqiqat şöbəsinin təhqiqatçı, polis kapitanı Tufan Şükürova həvalə olunmuşdur. Vəkil və kriminalist dəvət olunmaqla idarənin inzibati binasında yerləşən xidməti otaqların birində videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs ilə yanaşı iştirakçıların hüquq və vəzifələri izah edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində olan hər-hansı qanunsuz narkotik vasitə, maddə və ya əşya varsa, onları könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf selofana bükülmüş açıq qəhvəyi rəngli bükümü təqdim edib, orada narkotik vasitə heroin olduğunu, sonra isə həmin cibində saxladığı şəffaf selofana bükülmüş ağ rəngli kristal maddəni təqdim edərək onun psixotrop maddə metamfetamin olduğunu, qeyd olunan narkotik vasitə və psixotrop maddəni tanımadığı şəxdən Binəqədi rayon ərazisində aldığını, pulunu isə «Paypoint» vasitəsi ilə ödədiyini demişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Tədbirin nəticələrinə dair protokol tərtib edilmiş, protokol iştirakçılara oxunduqdan sonra imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. İşin 29-30-cu vərəqlərindəki «şəxsi axtarış və götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən bir ədəd şəffaf selofana bükülmüş, külli miqdarda təmiz çəkisi 8,815 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd şəffaf selofana bükülmüş külli miqdarda təmiz çəkisi 2,898 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin 48-ci vərəqindəki 25 iyul 2020-ci il tarixli 1/3939 nömrəli tibbi müayinə protokolundandan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra tibbi testdən keçirilmiş və onun narkotik vasitənin təsiri altında olduğu müəyyən edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 25 iyul 2020-ci il tarixli 6/1381 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddi sübut» yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,898 qram ağ kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Bir ədəd bükümdə təmiz çəkisi 8,815 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının 27 avqust 2020-ci il tarixli 2381 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 2 noyabr 2020-ci il tarixli 2187 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işinin materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 1-ci vərəqindəki 20 iyul 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. İşin 123-126-cı vərəqlərindəki «cinayət əməlinin tövsif edilməsi haqqında» qərardan görünür ki, 19 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. İşin 183-184-cü vərəqlərindəki 5 noyabr 2020-ci il tarixli «maddi sübut kimi tanımaq» haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda təmiz çəkisi 8,815 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd şəffaf selofana bükülmüş külli miqdarda təmiz çəkisi 2,898 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılmasını əks etdirən videogörüntülərin köçürüldüyü bir ədəd DVD disk maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 8,715 qram heroin və 2,798 qram metamfetamin saxlanılması üçün Nizami RPİ-nin MSSK-na təhvil verilmiş, disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 92-ci vərəqindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 19-cu vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 70-72-ci vərəqlərindəki Bakı şəhəri Nizami rayon məhkəməsinin 27 iyul 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbetmənin əvvəli 25 iyul 2020-ci il tarixdən hesablanmaqla üç ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İşin 94-98-ci vərəqlərindəki Bakı Apellyasiya Məhkəməsinin 13 avqust 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İşin 160-163-cü vərəqələrindəki Bakı şəhəri Nizami rayon məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılmasından imtina edilmişdir. İşin 168-172-ci vərəqələrindəki Bakı Apelyasiya Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizamsi rayon prokuroru X1 tərəfindən verilmiş apelyasiya protesti təmin edilməmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan 23 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşin 173-174-cü vərəqlərindəki qəradan görünür ki, 29 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işi 18 noyabr 2020-ci il tarixdə ittiham aktı ilə baxılmasından ötrü aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və 26 noyabr 2020-ci il tarixə məhkəmənin hazırlıq iclası təyin edilmişdir. Bakı Ağır Cinayətlər məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tutulanadək dayandırılmışdır. İşdəki məktubdan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 12 may 2021-ci il tarixdə tutulmuşdur. İşdəki məcburi köçkün vəsiqəsindən görünür ki, təqsirləndirilən şəxsin atası X2 1993cü ildən Füzuli rayonundan məcburi köçkündür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihama əsasən o, 22 iyul 2020-ci il tarixdə sosial şəbəkə vasitəsi ilə istintaqa məlum olmayan mənbədən 200 manat ödəyərək Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon ərazisindəki «Kəmalə Nərmin» şadlıq sarayının arxa hissəsində qoyulmuş bir ədəd şəffaf selofana bükülmüş, külli miqdarda təmiz çəkisi 8,815 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 1 ədəd şəffaf selofana bükülmüş külli miqdarda təmiz çəkisi 2,898 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qəsdən, satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlamış, 25 iyul 2020-ci il tarixdə saat 12:00 radələrində Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq ünvan 2 yerləşən Nizami RPİ-nə gətirilib üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi ilə əldə etdiyi 1 ədəd şəffaf selofana bükülmüş, külli miqdarda təmiz çəkisi 8,815 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 1 ədəd şəffaf selofana bükülmüş külli miqdarda təmiz çəkisi 2,898 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş təqsirləndirilən şəxs və şahid ifadələrindən, maddi sübutlar, ekspertiza rəyləri və protokollardan bir mənalı şəkildə məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş külli miqdarda təmiz çəkisi 8,815 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 1 ədəd şəffaf selofana bükülmüş külli miqdarda təmiz çəkisi 2,898 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək, daşıyıb üstündə saxlamışdır. Buna baxmayaraq istintaq orqanı yalnız aşkar olunmuş narkotik vasitənin külli miqdar təşkil etməsini əsas götürərək, heç bir mötəbər sübuta əsaslanmadan Təqsirləndirilən şəxs CMnin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittihamı irəli sürmüş, eyni zamanda məhkəmə istintaqı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən bir dənə də olsun belə, mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi istintaq orqanının gəldiyi nəticə mülahizə xarakteri daşıyır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd olunur ki, «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə əlaqədar istehlakçı ilə hər hansı razılığa gəlməsi, narkotik vasitəni satmaq məqsədi ilə xırda bağlamalara bükməsi, bu məqsədlə hər hansı avadanlıq əldə etməsi, o cümlədən narkotik vasitəni satmağa cəhd etməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsi qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələbinə əsasən məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş külli miqdarda təmiz çəkisi 8,815 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və bir ədəd şəffaf selofana bükülmüş külli miqdarda təmiz çəkisi 2,898 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi sübuta yetmədi. Müəyyən olundu ki, Təqsirləndirilən şəxs 22 iyul 2020-ci il tarixdə sosial şəbəkə vasitəsi ilə istintaqa məlum olmayan mənbədən 200 manat ödəyərək Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon ərazisindəki «Kəmalə Nərmin» şadlıq sarayının arxa hissəsində qoyulmuş bir ədəd şəffaf selofana bükülmüş, külli miqdarda təmiz çəkisi 8,815 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və bir ədəd şəffaf selofana bükülmüş külli miqdarda təmiz çəkisi 2,898 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qəsdən, satış məqsədi olmadan əldə edib daşıyaraq üzərində saxlamış, 25 iyul 2020-ci il tarixdə saat 12:00 radələrində Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq ünvan 2 yerləşən Nizami RPİ-nə gətirilib üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi ilə əldə etdiyi 1 ədəd şəffaf selofana bükülmüş, külli miqdarda təmiz çəkisi 8,815 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 1 ədəd şəffaf selofana bükülmüş külli miqdarda təmiz çəkisi 2,898 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Ona görə də Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən 25 iyul 2020-ci il tarixdən 25 oktyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında olduğu 3 (üç) ay müddət ona təyin edilən cəzaya hesablanmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 12 may 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Nizami RPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 8,815 qram narkotik vasitə heroinin tədqiqatından sonra qalan 8,715 qram hissəsi və təmiz çəkisi 2,898 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 2,798 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, video görüntülərin köçürüldüyü bir ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən 25.07.2020-ci il tarixdən 25.10.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında olduğu 3 ay müddət ona təyin edilən cəzaya hesablanmaqla üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 12 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Nizami RPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 8,815 qram narkotik vasitə heroinin tədqiqatından sonra qalan 8,715 qram hissəsi və təmiz çəkisi 2,898 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 2,798 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, video görüntülərin köçürüldüyü bir ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-476/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-476/2021
16.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver