Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-476/2022 13.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X11 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili X2 iştirakı ilə, Təqsirləndirilən şəxs - (xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Füzuli rayonu, Seyidmahmudlu kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış barəsində «həbs» qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 9,105 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 04 sentyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 16:15-də ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, ayrı-ayrılıqda çəkiləri 5,071 qram və 4,034 qram olmaqla ümumi çəkisi 9,105 qram psixotrop maddə metamfetamin əynindəki göy rəngli cins şalvarın sol yan cibindən iki ədəd şəffaf sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qsmində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o özünü verilmiş ittihamla təqsirli bilmir. 04 sentyabr 2021-ci il tarixdə saatını xatırlamadığı zaman günortadan sonra tanışları İmran və Razi onu çağırmışlar ki, gedib birlikdə cay içsinlər. Onlar çay evinə getmişlər, çay evində kabinetlərin birində oturub çay içərkən 7-8 nəfər içəri daxil olub onun əlinə qandal vurub demişlər ki, onlarla birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübrizə İdarəsinə getməlidir. həmin şəxslərin polis olduğunu başa düşmüş, polislər ona demişlər ki, onlara göstəriş verilib ki, onu narkotik satan kimi həbs etməlidirlər. O, polislərlə getməyə etiraz etməmiş, lakin bildirmişdir ki, narkotik satmaq onluq deyil. Sonra polislər onun cibinə narkotik vasitə qoyub demişlər ki, etiraf etsin ki, narkotik vasitə onun özünə məxsusdur. O da polislərin işgəncə və fiziki zorakılıqlarına məruz qaldığı üçün məcbur olub onların dediklərini etmişdir. Sonra ona təyin edilmiş vəkil də görmüşdür ki, onu qanunsuz və əsassız həbs edirlər. Sonra onun üzərinə baxış keçirmiş və həmin narkotik vasitənin üzərindən çıxmasının videoçəkilişini aparılmışdır. Barəsində olan cinayət işinin istintaqı düzgün aparılmamış, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, polis işçiləri onu 04 sentyabr 2021-ci il tarixdə saxlamışlar, lakin barəsində həbs qətimkan təbdiri səhəri günü saçilmişdir. Barəsində həbs seçilən zaman məhkəmədə hakimə bildirmişdir ki, onun heç bir günahı yoxdur, onu qanunsuz saxlayıblar. Onu həbs edən 7-8 nəfər polis işçisi olmuş və həmin şəxsləri əvvəldən tanımamışdır. Əvvəllər özünün qəlyan çəkmə obyekti olmuş, Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunana qədər həmin obyektin müdiri işləmişdir. Gürcüstan vətəndaşı, kriminal aləmdə tanınan, hazırda Türkiyədə yaşayan Dilqəm adlı şəxslə münasibəti olduğuna görə onu şərləyərək narkotik satan kimi həbs etmişlər. Heç vaxt narkotik qəbul etməmiş və satışı ilə də məşğul olmamışdır. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələri ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadələri məhkəmədə elan olunmuşdur. Təqsirləndirilən şəxs verdiyi ilkin ifadələrində özünü qismən təqsirli bilərək göstərmişdir ki, 04 sentyabr 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində təsadüfən Rövşən adlı şəxslə rastlaşmış, sonuncunun narkotik alverçisi olduğunu bildiyindən ondan istifadəsi üçün «pati» kimi tanıdığı psixotrop maddə olan metamfetamin almaq qərarına gəlmişdir. Buna görə də Rövşənə 200 manat pul verib ondan öz şəxsi istifadəsi üçün iki bükümdə metamfetamin almış və bükümləri cibində saxlamışdır. Həmin gün saat 16:15 radələrində küçədə olarkən əvvəllər tanımadığı, sonradan ona məlum olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin üç nəfər mülki geyimdə olan əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək ondan anket məlumatlarını soruşmuş, o da özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmiş, bundan sonra o, yalan danışmağın mənasız olduğunu fikirləşib üzərində «pati» adı ilə tanıdığı psixotrop maddə saxladığını etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmiş, o da da buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə idarəyə getmiş, orada hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra üzərinə videoçəklişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, bu zaman o, üzərində saxladığı iki bükümdə psixotrop maddə metamfetamini əynindəki cins şalvarın sol yan cibindən çıxarıb təqdim etmişdir. Təqdim etdiyi iki ədəd sellofan büküm açıldıqda həmin bükümlərin içərisindən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Bundan sonra üzərindən aşkar olunmuş iki ədəd bükümdəki psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən bir ədəd zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o, və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadələrin heç birisini təsdiq etmədiyini, həmin ifadələri təzyiq altında verdiyini bildirmişdir. Məhkəmdə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, BMCMİnin əməliyyat müvəkkili işləyir. 04 sentyabr 2021-ci il tarixdə Bakı şəhər sakini Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edildikdən sonra həmin gün Baş İdarə rəisinin əmri ilə əməliyyat qrupu yaradılaraq qrupa həmkarları Şahid2 və Şahid3 daxil edilmişlər. Həmin gün keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs yaşadığı Səbail rayonu, 20-ci sahə ərazisində olması müəyyənləşdirilmişdir. Sonra əməliyyat qrupunun üzvləri olaraq həmin yerə getmişlər, həmin gün saat 16:15-də Təqsirləndirilən şəxs ünvan 3 ünvanın yaxınlığında tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanmasının əsaslarını izah edilmiş qərarla tanış etdikdən sonra onlarla birlikdə Baş İdarəyə getməsi təklif edilmişdir. Sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Baş İdarəyə getmişdir. İdarədə Təqsirləndirilən şəxs barəsində araşdırmanın aparılması Baş İdarənin Təhqiqat bölməsinin təhqiqatçısı Mirata Seyidova həvalə edilmiş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Sonra onun üzərində videoçəkliş aparılmaqla şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Şəxsi axtarış zamanı ilk olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddələr varsa könüllü olaraq təqdim etməsi təklif etdilmiş, onra o, üzərində «pati» adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan göy rəngli cins şalvarın sol yan cibində olan iki ədəd sellofan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd sellofan büküm açıldıqda bükümlərin içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki bükümdəki metamfetamini həmin gün Bayıl qəsəbəsindən, Rövşən adlı şəxsdən 200 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd şəffaf sellofan bükümdə olan metamfetaminə oxşar maddələr bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şahid1 məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Bayıl qəsəbəsində 2-ci sahə deyilən yerdə saxlamışlar. Sübhanı saxlayarkən onun yanında iki nəfər yetkinlik yaşına çatmaşayan şəxs də olmuşlar. Həmin yetkinlik yaşna çatmayan şəxsləri də əvvəl idarəyə aparmışlar, lakin sonradan həmin şəxslər idarədən buraxılmışlar. Təqsirləndirilən şəxs könüllü olaraq özü əynində olan göy rəngli cins şalvarın sol yan cibində olan iki ədəd sellofan bükümü təqdim etmiş və «pati» adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs saxlamazdan əvvəl işlədiyi idarəyə onun satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Sübhanı idarəyə apararkən heç bir müqavimət göstərməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 və Şahid3 ifadələrində Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Məhkəmdə şahid qismində ifadə vermiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla 10 ildən coxdur ki, bir məhəllədə yaşamışlar. O özü öz maşını ilə taksi fəaliyyəti ilə məşğul olur. 04 sentyabr 2021-ci il tarixdə saat 15-16 radələrində Bakı şəhəri Səbail rayonu, 20-ci sahə A.İsmayılov küçəsində yerləşən “Dünya Market”in girişinin qarşısında özünə məxsus avtomobillə dayandığı zaman qəflətən marketin qarşısında qara rəngli “X10”markalı avtomobil dayanmışdır. Həmin avtomobildən bir neçə nəfər cəld şəkildə düşüb, qaçaraq“Dünya Market”in üstündə yerləşən kafeyə daxil olmuşlar. 5 dəqiqə sonra həmin şəxslər Sübhan və yanında olan 2 nəfəri qolu burulmuş qandallı vəziyyətdə “X10”markalı avtomobilə otuzdurub harasa aparmışlar. O dərhal Sübhanın dayısına hadisə barədə məlumat vermişdir. Sübhanın yanında aparılan digər iki şəxsləri tanımamış, Sübhanı isə mehriban və nümunəvi insan kimi tanımışdır. Məhkəmdə şahid qismində ifadə vermiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsı bir idən çoxdur ki, tanıyır. 04 sentyabr 2021-ci il tarixdə 15:30 radələrində tanışı Razi ilə birlikdə Bakı şəhəri Səbal rayonu 20-ci sahədə Sübhan və Fəridlə görüşüb bir qədər söhbət etdikdən sonra A.İsmayılov küçəsində yerləşən “Dünya Market”in fəaliyyət göstərdiyi binanın ikinci mərtəbəsində yerləşən və “Balkon” adlandırdıqları kafeyə getmişlər. Kafedə saat 16 radələrində Fərid internetin parolunu öyrənmək və yemək sifariş vermək üçün getmiş, bu vaxt kafenin sahibi ilə birlikdə 7-8 nəfər mülki geyimdə şəxslər kafeyə daxil olmuşlar. Həmin şəxslər ona və Sübhana fiziki təsir göstərməyə başlamışlar. həmin şəxslər onların qollarına qandal vurmaq istəyəndə Sübhan demişdir ki, onlar azyaşlıdır. Həmin şəxslər onların qoluna qandal vurmamışlar, lakin Sübhanın qoluna qandal vurmuşlar. Həmin şəxslərdən biri onlara demişdir ki, onları “Covid-19” pandemiyasına əməl etmədiklərinə görə tutublar. Həmin şəxslər özlərini təqdim etməsələr də onların polis işçiləri olduqlarını başa düşmüşlər. Polislər onları pilləkənlə düşürdüb, maşına oturtmuşlar. Maşında Sübhanla o bir maşında, Razi isə ayrı maşında oturmuşdur. Sübhan onun sağında oturmuş, maşını sürən şəxs Sübhandan silahı olub-olmamasını soruşmuş, Sübhan da silahı olmadığını bidirmişdir. Bundan sonra Sübhanın yanında əyləşən şəxs Sübhanın əynindəki şalvarın cibinə əlini salıb, “bu da sənə bizdən hədiyyə demiş, lakin Sübhanın cibinə nə qoymasını dəqiq görməmişdir. Sonra onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar və birinci mərtəbədə Razi ilə onu üzü divara tərəf saxlamışlar. Polislər onların Sübhana tərəf baxmağa imkan verməmişlər və onların hər üçünə fiziki təsir göstərmişlər. Onlar orada bir-birlərini tanımadığımızı demişlər. Sonra Razi ilə onu başqa otağa aparıb, mətni yadında qalmayan sənədlərə imza etdirib, evə buraxmışlar, lakin Sübhanı saxlamışlar. Şahid qismində ifadə vermiş X4 məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, polis işçiləri kafeyə gələndə özlərini təqdim etməmişlər. Polis işçiləri onların hər üçünü də birlikdə kafedən aparmışdılar. Polis işçiləri onların hər üçünə fiziki təsir göstərmişlər. Sübhan heç siqaret çəkən olmamış, heç vaxt onun narkotik vasitədən istifadə etdiyini görməmiş və eşitməmişdir. Onları buraxdıqdan 2 gün sonra Sübhanın ailəsi ilə danışanda demişlər ki, güya Sübhanın üstündən narkotik vasitə çıxıb. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» 04 sentyabr 2021-ci il tarixli qərarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məlumat daxil olmuş və bu əsasla Təqsirləndirilən şəxs müəyən edilib ifşa olunması ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Cinayət işinin materiallarında olan BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 04 sentyabr 2021-ci il tarixli raportu ilə müəyyən edilmişdir ki, həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 04.09.2021-ci il tarixdə saat 16:15-də ünvan 4 ünvanın yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun 09.09.2021-ci il tarixli 5(005)-1056/2021 nömrəli və Bakı şəhər Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin 09.09.2021-ci il tarixli SDS-7430 nömrəli qərarları ilə müəyyən edilmişdir ki, BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» 04.09.2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat bölməsinin xüsusi ilə mühüm işlər üzrə baş təhqiqatçısı Mirata Seyidov tərəfindən tərtib edilmiş 04 sentyabr 2021-ci il tarixli «şəxsi axtarış və götürmə barədə» protokolla müəyyən edilmişdir ki, 04 sentyabr 2021-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə videoçəklişlə həyata keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən iki ədəd ayrı-ayrı sellofan bükümlərdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Protokolda qeyd edilənlər şəxsi axtarış və götürmə hərəkətlərində istifadə edilmiş videoçəkilişin qeydə alındığı bir ədəd DVD diskə baxış keçirilərkən bir daha öz təsdiqini tapmış və DVD disk maddi sübüt kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 04 sentyabr 2021-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri rayon Nərimanov rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə 06 sentyabr 2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 04 sentyabr 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 05 sentyabr 2021-ci il tarixli 6/3880 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən.....» və s. yazılar, imzalar olan kağız paketdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 5,071 qram və 4,034 qram, ümumi təmiz çəkisi 9,105 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İki bükümdəki metamfetaminlər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Tədqiqat zamanı 9,105 qram metamfetamindəın 0,1 qram istifadə edilmiş və qalıq çəkisi 9,005 qram təşkil etmişdir. İş üzrə bir ədəd paketdə qablaşdırılmış halda tədqiqatdan sonrakı qalıq çəkisi 9,005 qram olan psixotrop maddə metamfetamin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikasının DİN-in BMCMİnin Maddi sübutların saxlanma yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 X5 X3 07 sentyabr 2021-ci il tarixli 3309 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opoidlərini və psixotrop maddə metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindormu, (Narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Bundan başqa məhkəmə şahidlər X6 və X1 məhkəmədə verdikdəri ifadələrini Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən qurtarmaq üçün uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi polis əməkdaşları tərəfindən işgəncə və fiziki zor tətbiq edilməsi xüsusatları ibtidai istintaq zamanı öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən Bakı şəhər Nərimanov Rayon Prokurorluğunun müstəntiqi Emil Mehdiyevin 19 oktyabr 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonrakı qalıq çəkisi 9,005 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 (bir) ədəd maddi sübut kimi tanınmış DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 04 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 109 manat (yüz doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 04 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonrakı qalıq çəkisi 9,005 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 (bir) ədəd maddi sübut kimi tanınmış DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 109 manat (yüz doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-476/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-476/2022
13.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver