Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-477/2023 08.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X7, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçilər– «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi1 və “Ədalət” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev Prospekti, 265-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, məktəb küçəsi, ev 62, mənzil 4-də yaşamış, barəsində «həbs » qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Xudayat oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 234.4.4, 240.3.2-ci maddələri ilə xx.xx.1998-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri, R.Rzayev küçəsi ev 5-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, M.Ə. Şərifli küçəsi, ev 9 A, mənzil 111-də yaşamış, barəsində «həbs » qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 234.4.4, 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İttihamın gəldiyi nəticəyə görə-Təqsirləndirilən şəxs1 Xudayat oğlu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsiredici maddələrin əldə edilməsi barədə tanışı Təqsirləndirilən şəxs2, istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında kütləvi informasiya vasitələrindən, o, cümlədən internet informasiya ehtiyatlarından istifadə etməklə «WhatsApp», «İnstagram» vasitəsilə narkotik vasitənin, psixatroa güclü təsiredici maddələrin satışından əldə edilən pulun öz aralarında bölüşdürülənədk qrup üzvü Təqsirləndirilən şəxs1 narkotik maddələri əldə etdikdən sonra əvvəlcədən əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq sonuncu narkotik maddələrin qoyulacaq ünvanlar barədə İran İslam Respublikası vətəndaşından məlumat aldıqdan sonra 26 iyul 2022-ci il tarixdə Abşeron rayonu Masazır dairəsi deyilən yerdən iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1200 qr. 2500 qr. ümumi təmiz çəkisi 3700 qram (3 kq 700 qr) qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd torbada təmiz çəkisi 480 qram, bir ədəd kibrit qutusunda təmiz çəkisi 1,466 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd elektron tərəzini götürüb həmin çəkidə narkotik vasitəni əldə edib daşımaqla Bakı şəhərinə gətirib, satışının həyata keçirilməsi üçün hissələrə bölərək bir hissəsini özü götürməklə qalan hissəsini yaşadığı ünvan 1 ünvanda yerləşən, binanın 4 nömrəli mənzilində saxlamış, həmin günü qrupun digər üzvü Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 deməsi əsasında «Azneft» dairəsi deyilən yerdə üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,401 qr, 36,283 qr. 0.563 qr. ümumi təmiz çəkisi 37.246 qram külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, dörd ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 4,465 qr, 0,397 qr, 0.455 qr, 0,395 qr. ümumi təmiz çəkisi 5.712 qram külli miqdarda ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi, preqabalin təsiredici maddəsinin ümumi miqdarı 7.2 qram olan külli miqdarda “Preqabalin Kpka 300 mq” markalanma göstərici olan 2 ədəd konvalyutda ümumilikdə 24 ədəd üzərlərində “P 300” yazısı olan ağqəhvəyi rəngli kapsul preqabalin tərkibli dərman preparatı, təsiredici maddəsinin ümumi miqdarı 0,6 qram olan üzərində “Alyse 150 mq preqabalin” markalanma göstəricisi olan bır ədəd kəsilmiş konvalyutda 4 ədəd ağ rəngli kapsul preqabalin tərkibli dərman pereaparatını əldə edib daşımış, 26 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2, üç ədəd bükümdə ümumi təmiz çəkisi 37,246 qram narkotik vasitə heroini, dörd ədəd bükümdə isə ümumi təmiz çəkisi 5,712 qram psixotrop maddə metamfetamini tanışı Nicat Bayraova satmış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 27 iyul 2022-ci il tarixdə saat 10:15 dəqiqədə Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən Neapol dairəsi yaxınlığında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Xətai RPİ-nin 35-ci PB-nə gətirilib üzərində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş kibrit qulusunda təmiz çəkisi 1.466 qram olan narkotik vasitə qurudulmuş marixuana, elə həmin gün Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanda yerləşən, binanın 4 nömrəli mənzilinə baxış keçirilən zaman evin qonaq otağında olan divanın alt hissəsindən bir ədəd seillofan bükümdə təmiz çəkisi 480 qram narkotik vasitə qurudulmuş marixuana, mənzilin digər qonaq otağında olan çarpayının altındakı dolabdan iki ədəd sellofanda ayrı-ayrılıqda çəkiləri 1200 qram. 2500 qram, ümumi təmiz çəkisi 3700 qram (3 kq 700 qr) narkotik vasitə heroin, otaqda olan masanın üzərindən bir ədəd üzərində "SF-400 (100gx 1g/353 oz..)” yazısı olan ağ rəngli elektron tərəzi aşkar edilərək götürülmüş, davam edən əməliyyat tədbirləri nəticəsində həmin günü saat 14:10 dəqiqədə Təqsirləndirilən şəxs2 ünvan 4 ünvanda yerləşən Xətai RPİ-nin 35-ci PB-nə gətirilərək üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yancibindən bir ədəd qara rəngli sellofanda 28 ədəd kpsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 7.8 qram olan dərman preparatı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsiredici maddələrin əldə edilməsi barədə tanışı Təqsirləndirilən şəxs1 Xudayat oğlu ilə istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında kütləvi informasiya vasitələrindən, o, cümlədən internet informasiya ehtiyatlarından istifadə etməklə «WhatsApp», «İnstagram» vasitəsilə narkotik vasitənin, psixatroa güclü təsiredici maddələrin satışından əldə edilən pulun öz aralarında bölüşdürülənədk o, narkotik maddələri əldə etdikdən sonra əvvəlcədən əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq sonuncu narkotik maddələrin qoyulacaq ünvanlar barədə İran İslam Respublikası vətəndaşından məlumat aldıqdan sonra 26 iyul 2022-ci il tarixdə Abşeron rayonu Masazır dairəsi deyilən yerdən iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1200 qr. 2500 qr. ümumi təmiz çəkisi 3700 qram (3 kq 700 qr) qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd torbada təmiz çəkisi 480 qram, bir ədəd kibrit qutusunda təmiz çəkisi 1,466 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd elektron tərəzini götürüb həmin çəkidə narkotik vasitəni əldə edib daşımaqla Bakı şəhərinə gətirib, satışının həyata keçirilməsi üçün hissələrə bölərək bir hissəsini özü götürməklə qalan hissəsini yaşadığı ünvan 1 ünvanda yerləşən, binanın 4 nömrəli mənzilində saxlamış, həmin günü qrupun digər üzvü onun deməsi əsasında Təqsirləndirilən şəxs2 «Azneft» dairəsi deyilən yerdə üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,401 qr, 36,283 qr. 0.563 qr. ümumi təmiz çəkisi 37.246 qram külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, dörd ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 4,465 qr, 0,397 qr, 0.455 qr, 0,395 qr. ümumi təmiz çəkisi 5.712 qram külli miqdarda ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi, preqabalin təsiredici maddəsinin ümumi miqdarı 7.2 qram olan külli miqdarda “Preqabalin Kpka 300 mq” markalanma göstərici olan 2 ədəd konvalyutda ümumilikdə 24 ədəd üzərlərində “P 300” yazısı olan ağ- qəhvəyi rəngli kapsul preqabalin tərkibli dərman preparatı, təsiredici maddəsinin ümumi miqdarı 0,6 qram olan üzərində “Alyse 150 mq preqabalin” markalanma göstəricisi olan bır ədəd kəsilmiş konvalyutda 4 ədəd ağ rəngli kapsul preqabalin tərkibli dərman pereaparatını əldə edib daşımış, 26 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2, üç ədəd bükümdə ümumi təmiz çəkisi 37,246 qram narkotik vasitə heroini, dörd ədəd bükümdə isə ümumi təmiz çəkisi 5,712 qram psixotrop maddə metamfetamini tanışı Nicat Bayraova satmış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 27 iyul 2022-ci il tarixdə saat 10:15 dəqiqədə o, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən Neapol dairəsi yaxınlığında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Xətai RPİ-nin 35-ci PB-nə gətirilib üzərində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş kibrit qulusunda təmiz çəkisi 1.466 qram olan narkotik vasitə qurudulmuş marixuana, elə həmin gün onun yaşadığı ünvan 1 ünvanda yerləşən, binanın 4 nömrəli mənzilinə baxış keçirilən zaman evin qonaq otağında olan divanın alt hissəsindən bir ədəd seillofan bükümdə təmiz çəkisi 480 qram narkotik vasitə qurudulmuş marixuana, mənzilin digər qonaq otağında olan çarpayının altındakı dolabdan iki ədəd sellofanda ayrı-ayrılıqda çəkiləri 1200 qram. 2500 qram, ümumi təmiz çəkisi 3700 qram (3 kq 700 qr) narkotik vasitə heroin, otaqda olan masanın üzərindən bir ədəd üzərində "SF-400 (100gx 1g/353 oz..)” yazısı olan ağ rəngli elektron tərəzi aşkar edilərək götürülmüş, davam edən əməliyyat tədbirləri nəticəsində həmin günü saat 14:10 dəqiqədə Təqsirləndirilən şəxs2 ünvan 4 ünvanda yerləşən Xətai RPİ-nin 35-ci PB-nə gətirilərək üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yancibindən bir ədəd qara rəngli sellofanda 28 ədəd kpsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 7.8 qram olan dərman preparatı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Xudayat oğlu özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 25 iyul 2022-ci il tarixdə axşam saatlarında “Neapol” dairəsində olarkən polis əməkdaşları üzərinə hücum edərək onu tutmuşlar. Bu zaman üzərində yarım kibrit qutusu qədər «nəşə» olmuşdur. Bundan sonra ondan üzərində başqa nə isə olubolmadığını soruşmuşlar. O isə qanunsuz hər hansı əşya olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları ona görüntülü zəng vuraraq yaşadığı mənzilin qarşısında olduqlarını və evə girərək orada qalan və onunla qeyri-rəsmi ər-arvad münasibətində olan Şahid2 və onun bacısı Şahid1 narahat edəcəklərini bildirmişlər. Həmin evdə 481 qram qurudulmuş marixuana olmuşdur. Polis əməkdaşları səhərə qədər həmin evdə qalmış, həmin vaxt o və dostu Cavidan isə bölmədə olmuşlar. Səhəri gün evdən əlavə olaraq 3 kq 700 qram heroin aşkar olunmuşdur. Ancaq aşkar olunan narkotik vasitələr ona məxsus deyildir. O polislər tərəfindən təhdid edilərək boynuna götürmədiyi halda qızları da narkotika ilə sənədləşdirəcəklərini bildirmişlər. Çox yerə şikayət etmiş, lakin baxan olmamış, hətta özünü asmağa da cəhd etmişdir. Çünki o, verilən ittihamla razı deyil, ona məxsus olan marixuananı qəbul edir və onunla ittiham olunmasını istəyir. İttiham aktında göstərilir ki, guya Cavidanla o, 2020-ci ilin aprel ayında birgə iş qurmuşlar, lakin demək istəyir ki, həmin vaxt o türmədə, Cavidan isə əsgərlikdə olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 26 iyul 2022-ci il tarixdə gecə saat 02:30 radələrində Mərdəkandan qayıdan zaman “Qala” cərimə meydançasının qarşısında onu yol polisi əməkdaşları saxlamış, etibarnamə üzərində olmadığından dostu etibarnaməni ona taksi ilə göndərdiyindən o həmin yerdə taksini gözləmişdir. Həmin vaxt Xətai rayonu narkotiklərlə mübarizə bölməsinin rəisi Elçin cərimə meydançasına gəlmiş və orada onu “Şəhriyar” adlı polis əməkdaşı tutmuş və onu bölməyə aparmışlar. Üzərindən heç nə aşkar olunmamışdır. Lakin maşınının daxili saxlanc yerindən 09 ədəd «lirika» preparatı aşkar edilmişdir. İttiham aktında guya onu 27 iyul 2022-ci il tarixdə tutduqlarını yazmışlar, lakin, o, ayın 26-sı tutulmuşdur. Belə ki, polis əməkdaşları bir gecə evdə qaldıqları günü yazmamışlar. O Xətai RPİ-nin 34-cü PB-də dindirilən zaman bir əməkdaş o birisinə telefonda görüntülü danışığı göstərərək demişdir ki, “Bax Heydər yatıb”. Bölmədə onun malı olduğunu demişlər, o isə heç nəyi olmadığını bildirdikdə polislər onu incitmişlər. Videoçəkilişdən qabaq dövlət hesabına təyin edilmiş müdafiəçi və əməliyyat müvəkkili dərmanları cibinə qoymuşlar. Belə ki, cibindən cəmi 28 ədəd preqabalin tərkibli dərman çıxmışdır. O, Xətai rayon prokurorluğunda olarkən orada bildirmişdir ki, polis əməkdaşları bir gecə evdə qalıblar və bundan sonra prokuror müstəntiq Rövşən Xanbabyevə həmin əməliyyatçıları çağırmasını tapşırmışdır. Bundan sonra “Heydər” və “Elçin” adlı əməliyyat müvəkkilləri Xətai rayon prokurorluğuna gəlmişlər və müavinin otağında evdə olan çəkilişi əks etdirən diskə baxmışlar. Bundan sonra əməliyyatçılar onu təhdid etmişlər. Belə ki, onlar demişlər ki, əgər malın ona məxsus olduğunu deməsə, qızların evindən çıxdığı üçün onları yükləyəcəklər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai RPİ-nin Narkotiklərlə Mübarizə idarəsinin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Xətai RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır, polis mayoru rütbəsini daşıyır. “Nicat” adlı şəxslə bağlı daxil olmuş əməliyyat məlumatı yoxlanılarkən Təqsirləndirilən şəxs1 tərəflərindən müəyyən olunmuş, belə ki, onun haqqında məlumatlar rəhbərliyə raportla məruzə edilmiş və bundan sonra Xətai rayonu, Neapol dairəsinə gedərək orada mövqe tutaraq Səxavət gələn kimi ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra onu Xətai RPİ-nin 35-ci PB-nə aparmışlar. Orada vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş, baxış zamanı o, kibrit qutusunda olan narkotik vasitəni könüllü şəkildə təqdim etmiş və onu iranlıdan əldə etdiyini və yaşadığı mənzildə də narkotik vasitə olduğunu bildirmişdir. Evə baxış vəkil, təhqiqatçı, hal şahidi və Səxavətin iştirakı ilə keçirilmiş, mənzildə yataq otağında saxladığı marixuananı təqdim edərək onu da iranlıdan 500 (beş yüz) manata aldığını bildirmişdir. Mənzildə 2 nəfər xanım olmuş, bundan başqa evdə Cavidana məxsus heroin və tərəzi də aşkar olunmuşdur. Cavidan və Səxavətə tərəflərindən hər hansı fiziki və ya psixi təsir, təzyiq, hədə-qorxu göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai RPİ-nin Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid4 Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Cavidanla, bacısı Surat isə Səxavətlə qeyri-rəsmi ər-arvad münasibətində yaşayırlar. Səxavət polislərlə evə gəlmiş və axtarış aparılmışdır. Ancaq onun və bacısının otağından heç nə aşkar olunmamışdır. Həmin vaxt Cavidan evdə olmamışdır. Daha sonra Səxavəti polislər aparmışlar, lakin 3 nəfər polis əməkdaşı evdə qalmışlar. Polis əməkdaşları onların telefonlarını da əllərindən alaraq qapını da arxadan açarla bağlayıb gecədən növbəti gün günortaya kimi polis əməkdaşları onların evində qalmışlar. O da bacısı ilə onun otağında qalmışdır. Səhəri gün otaqlarının qapısını döyərək Cavidanla Səxavəti gətirdiklərini və evdə çəkiliş edecəklərini bildirmişlər. Bu zaman bacısının otağından bükümdə, onun otağından isə 4 kq narkotik vasitə aşkar olunmuşdur. Lakin bir gün öncə 7-8 nəfər polis əməkdaşı evə gələrək axtarış etmişlər, hər yeri dağıtmışlar, lakin heç nə aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində gömtərmişdir ki, o, Səxavətlə, bacısı Arzu isə Cavidanla qeyri-rəsmi ər-arvad münasibətində yaşayırlar. Axşam qapı döyülmüş, qapını açmış və Təqsirləndirilən şəxs1 yanında polislər olduğunu görmüşdür. Onlar evə daxil olmuşlar və onlar təəccüblənmişlər. Qapıdan içəri girən kimi sağ tərəfdə bacısı Arzunun otağı yerləşir, daha sonra mətbəx gəlir və ondan sonra 2 otaq iç-içə olmaqla ona məxsusdur. Polis əməkdaşları evi darmadağın etmişlər və gələn polislərdən 3 nəfər evdə qalmaqla onun və bacısının telefonlarını əllərindən almışlar. Onlar nə baş verdiyini anlamamışlar. Bundan sonra Arzu ilə o otağında qalmış, həmin otaq arxada yerləşdiyi üçün mənzilə kimin girib-çıxdığını görmək mümkün deyildir. Səhəri gün qapını döyərək videoçəkiliş olacağını bildirmişlər. Bacısının otağından qara sellofonda nə isə aşkar olunmuş, eyni zamanda, onun otağından da büküm çıxmış və onlar həmin bükümlərin nə olduğunu anlamamışlar. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyul 2022-ci il tarixli 7/833 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs1 yaşadığı.,,” yazılar və imzalar olan sellofan bağlamadakı (bir ədəd sellofan torbada təmiz çəkisi-480 qram və üzərində “Vət.Təqsirləndirilən şəxs1 yaşadığı...” yazılar və imzalar olan sellofan bağlamadakı 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi 480 qram və üzərində “Vət, Təqsirləndirilən şəxs1un üzərindən..." yazılar və imzalar olan kağız paketdəki 01 (bir) ədəd yarı kəsilmiş kibrit qutusunda təmiz çəkisi 1.466 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 481,466 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının 28 iyul 2022-ci il tarixli 6/4059 sayıı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №154”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs1..." yazısı və imzalar olan polietilen bağlamadakı 2 (iki) ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri 1200 qr və 2500 qr. ümumi təmiz çəkisi 3700 qram (3 kq 700 qr) qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamələrinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 (bir) ədəd üzərində ”SE’-400 (1OOOg x lg/353 oz..)” yazısı olan ağ rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Vət. Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş heroin kütlələri, vət. X4 aşkar edilərək götürülmüş 3(üç) ədəd bükümdəki heroinlərlə (28 iyul 2022-ci il tarixli 6/4059 saylı ekspert rəyi) kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının 28 iyul 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN zərflər üçün № 154”-li dairəvi möhür əksi və imzalar olan zərfdəki üzərindəki " Preqabalin Kpka 300 mq” markalanma göstəricisi olan 2 ədəd konvalyutda ümumilikdə 24 ədəd üzərlərində “P 300'’ yazısı olan ağ-qəhvəyi rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və 24 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 7,2 qramdır (üzərindəki qeyd olunmuş göstəricilərinə əsasən bir kupusulda 0.3 qr preqabalin olmaqla), üzərində: “Alysc 150 mq preqabalin” markalanma göstəricisi olan bir ədəd kəsilmiş konvalyutda 4 ədəd ağ rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və 4 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 0.6 qramdır (üzərində qeyd olunmuş göstəricilərinə əsasən bir kapsulda 0.15 qr preqabalin olmaqla). Tədqiqata təqdim edilmiş preqabalin təsiredici maddəsinin ümumi miqdarı 7.8 qramdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə narkoloji ekspertizasının 03 sentyabr 2022-ci il tarixli 4917 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə narkoloji ekspertizasının 05 sentyabr 2022-ci il tarixli 4958 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2ndu narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, güclü təsir edən dərman preparatı olan preqabalin periodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş şəxsi axtarış və götürmə aparılması haqqında 27 iyul 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 10:15 dəqiqədə Bakı şəhəri Xətai rayonu, Neapol küçəsində olan Neapol dairəsinin yaxınlığında saxlanılaraq Xətai PPİ- nin 35-ci PB-nə gətirilmiş Təqsirləndirilən şəxs1 Xudauət oğlunun üzərində videoçəkiliş, etməklə axtarış aparılan zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bır əşya və ya predment olduğu halda təqdim etməsi təklif olunmuş, hu təklifdən sonra sonuncu özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş kəsilmiş kibrit qutusunun içərisində spesifik iyli, yaşıl rəngli narkotik tərkibli bitki hesab olunan marixuanaya bənzər kütlələr olan bükümü çıxarıb təqdim edərək həmin kütlənin marixuana olmasını, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşından 1.500 manat pul müqabilində şəxsi istifadəsi məqsədilə nisyə almasını, həmin tarixdə Abşeron rayonu, Masazır dairəsi yaxınlığından götürməsini, qalan hissəsini isə təxminən 3 ay müddətində qeyri-rəsmi yaşadığı qadına məxsus və birlikdə yaşadıqları mənzildə saxlamasını bildirmişdir. Həmin maddə elektron tərəzi ilə çəkilmiş və çəkisi 2.58 qram olmuşdur. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri 154 saylı möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və Fərid Nəzərovun üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 üzərində Xətai RPİ-nin 35-ci PB-nin xidməti otaqda şəxsi axtarış aparılan zaman çəkilmiş və diskə köçürülmüş videogörüntüləri əks etdirən bir ədəd diskə baxış protokolundan görünür ki, Xətai RPİ-nin 35-ci PB-də Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə zamanı, Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edildikdən sonra ona üzərində qanunla qadağan olunmuş hər hansı, bir əşya və ya predment olması barədə sual verilmiş, sonuncu da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş kəsilmiş kibrit qutusunu çıxarıb təqdim etmişdir Həmin kibrit qutusu açılaraq içərisinə baxış keçirilmiş və yaşıl rəngli ota bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o da bildirmişdir ki, həmin maddə narkotik vasitə marixuanadır, narkotik vasitəni xx.xx.2022-ci il tarixdə saat 22 radələrində sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşından 1.500 manat pul müqabilində şəxsi istifadəsi üçün nisyə almış, həmin tarixdə Abşeron rayonu ərazisində olan Masazır dairəsi yaxınlığından götürmüş, qalan hissəsini üç ay müddətində qeyrirəsmi yaşadığı qadına məxsus və birlikdə yaşadıqları mənzildə saxlamasını bildirmişdir. Həmin kibrit qutusu elektron tərəzi ilə çəkilmiş və çəkisi 2.58 qram olmuşdur Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri 154 saylı möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və Təqsirləndirilən şəxs1 üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Baxış keçirilməsi və maddi sübutların götürülməsi haqqında 27 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanda yerləşən, binanın 4 nömrəli mənzilində axtarış aparılmış, mənzilə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs1 otağına daxil olunmuş, otağa baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 divanın alt hissəsindən sellofan bükümü çıxarıb təqdim elmiş, həmin bükümün içərisində yaşıl rəngli ota bənzər maddə vardır, sonuncu həmin maddənin narkotik vasitə marixuana və özünə məxsus olmasını bildirmişdir, Axtarışda iştirak edən Şahid2 da həmin maddənin Təqsirləndirilən şəxs1 məxsus olmasını təsdiq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 mənzildə başqa qanunsuz əşya olub-olmaması barədə sual verilmiş, o da bildirmişdir ki, Cavidan və Arzu adlı şəxslərin qaldığı otaqda Cavidana məxsus narkotik maddə vardır və təqdim edə bilər. Bundan sonra həmin otağa daxil olunmuş və oraya baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 otaqdakı çarpayının alt dolab hissəsindən bir ədəd sarı rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisindən iki ədəd sellofan bükümlər aşkar edilmişdir. Həmin bükümlərində içərisindən qəhvəyi rəngli maddələr müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 həmin maddələrin kimə məxsus və nə olması barədə sual verilmiş, o da bildirmişdir ki, həmin maddələr narkotik vasitə heroindir və Cavidana məxsusdur, sonuncu da narkotik vasitələrin satışı ilə məşğuldur. Otaqda olan masanın üzərindən isə ağ rəngli üzərində S- 300 yazısı olan elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin tərəzinin kimə məxsus olması barədə sual verilmiş, Təqsirləndirilən şəxs1 və Arzu Quliyeya tərəzinin Cavidana məxsus olduğunu demişdir. Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar edilmiş maddələr elektron tərəzi ilə çəkilmiş və çəkisi müəyyən olunduqdan sonra kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri 154 saylı möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və mənzildən başqa qanunsuz əşya aşkar edilməmişdir. ünvan 1 ünvanda yerləşən, binanın 4 nömrəli mənzilində axtarış aparılan zaman çəkilmiş və diskə köçürülmüş özündə videogörüntüləri əks etdirən bir ədəd diskə baxış keçirilmişdir. Otağa baxış zamanı Təqsirləndirilən şəxs1 divanın alt hissəsindən sellofan bükümü çıxarıb təqdim etmiş, həmin bükümün içərisində yaşıl rəngli ota bənzər maddə vardır, sonuncu həmin maddənin narkotik vasitə marixuana və özünə məxsus olmasını bildirmişdir. Axtarışda iştirak edən Şahid2 da həmin maddənin Təqsirləndirilən şəxs1 məxsus olmasını təsdiq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 mənzildə başqa qanunsuz əşya olub-olmaması barədə sual verilmiş, o da bildirmişdir ki, Cavidan və Arzu adlı şəxslərin qaldığı otaqda Cavidana məxsus narkotik maddə vardır və təqdim edə bilər, Bundan sonra həmin otağa daxil olunmuş və oraya baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 otaqdakı çarpayının alt dolab hissəsindən bir ədəd sarı rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisindən iki ədəd sellofan bükümlər aşkar edilmişdir Həmin bükümlərində içərisindən qəhvəyi rəngli maddələr müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 həmin maddələrin kimə məxsus və nə olması barədə sual verilmiş, o da bildirmişdir ki, həmin maddələr narkotik vasitə heroindir və Cavidana məxsusdur, sonuncu da narkotik vasitələrin satışı ilə məşğuldur. Otaqda olan masanın Üzərindən isə ağ rəngli üzərində S 300 yazısı olan elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin tərəzinin kimə məxsus olması barədə sual verilmiş, Təqsirləndirilən şəxs1 və Şahid1 tərəzinin Cavidana məxsus olduğunu demişdir. Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar edilmiş maddələr elektron tərəzi ilə çəkilmiş və çəkisi müəyyən olunduqdan sonra kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri 154 saylı möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və mənzildən başqa qanunsuz əşya aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında 27 iyul 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 14:10 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsinin yaxınlığında saxlanılaraq Xətai RPİ-nin 35-ci PB-nə gətirilmiş Təqsirləndirilən şəxs2 üzərində vidcoçəkiliş etməklə axtarış aparılan zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olduğu halda təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra sonuncu özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qara rəngli sellofana bükülmüş içərisinsə 2 list 24 ədəd Preqabalin 30 mq. 1 brister kəsiyində olan 4 ədəd Alse 150 mq ümumilikdə 28 ədəd dərman preparatını təqdim edərək həmin dərmanların psixotrop maddə olmasını və xx.xx.2022-ci il tarixdə dostu Təqsirləndirilən şəxs1 göstərişi ilə Səbail rayonu, Azneft darisənin yaxınlığında yerdən götürərək Səxavətə apardığı zaman saxlanılmasım bildirmişdir. Aşkar edilmiş dərmanlar kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri 154 saylı möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və Təqsirləndirilən şəxs2 üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 üzərində Xətai RPİ-nin 35-ci PB-nin xidməti otaqda şəxsi axtarış apapılan zaman çəkilmiş və diskə köçürülmüş özündə videogörüntüləri əks etdirən bir ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, disk “DVD” formatlıdır, diskin üzərində markanmaya dair heç bir göstərici və işarələr yoxdur, disk açıldıqda içərisində bir ədəd “mp4” formatlı görüntü vardır, həmin görüntüdə Xətaii RPİ-nin 35-ci PB-də Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılması müəyyən edilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qura rəngli sellofanı çıxarıb təqdim etmişdir. Həmin sellofan açılaraq içərisinə baxış keçirilmiş və sellofandan bir listdə 24 ədəd, bir ədəd bilistir kəsiyində 4 ədəd Alse, Üınumilkdə 28 ədəd dərmanlar aşkar olunmuşdur, Cavidan Məmmədova həmin dərmanların nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o da bildirmişdir ki, həmin dərmanlar narkotik tərkiblidir və dostu Təqsirləndirilən şəxs1 deməsi əsasında Səbail rayonu ərazisində, Azneft dairəsinin yaxınlığında yerdən götürərək Səxavətə gətirmək istəyən zaman saxlanılmışdır. Aşkar edilmiş maddələr kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri 154 saylı möhür ilə möhürlənmiş, iştirakçılar tələtindən imzalanmış və Cavidan Şukürzadənin üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs X2 məxsus bir ədəd “İphone” markalı telefona baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, telefon ağ rənglidir, telefonun modeli “8"-dir, telefon şifrəlidir və şifrəsi “0000“dir, telefonun üzərində bir ədəd nömrə vardır, telefonda çoxsayda proqramlar yüklənmiş, həmin proqramlardan biri «WhatsApp»dır, telefonun zənglərinin siyahısında müxtəlif nömrələrdən zənglər daxil olmuş və zənglər xaric olunmuş, nömrələr ilə müxtəlif saniyələrdən ibarət danışıqlar aparılmış, telefonun «WhatsApp» proqramına daxil olduqda orada Nurəddin adı yazılmış səhifədə “Sen verib gözleyirsen pulu?» men goturub dağıdardım, pulunu ele platit eleyerdim, bildim M40 var?**. +**********47 saylı nömrə yazılmış səhifədə "yarım lazimdi, suvelandayam, keccsen bu tereflere, 1 saata, heşne xeber edersen'+**********65 saylı nömrə yazılmış səhifədə “mal lazm olacax”, Elvin adı yazılmış səhifədə "Salam dede necesen, dede otun var, alo, dede o gun dediyim qalir sende. ay dede” məzmunlu sms mətinləri aşkar edilmişdir. Sms mətinlərinin fotoşəkilləri çıxarılaraq protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs1 məxsus bir ədəd "Samsung” markalı telefona , baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişir ki, telefon "Samsung” markalı, "A52” modellidir, telefon arxası yasəmən rənglidir, telefon şifrəlidir, telefonun üzərində bir ədəd nömrə vardır, həmin nömrə ***-***-**-**-dir, telefonda çoxsayda proqramlar yüklənmişdir, həmin proqramlardan biri «WhatsAppwdır. telefonun zənglərinin siyahısında müxtəlif nömlərdən zənglər daxil olmuş və zənglər xaric olunmuş, nömrələr ilə müxtəlif saniyələrdən ibarət danışıqlar aparılmış, həmin nömrələrdən biri Cavidan sözləri yazılmış ***-***-**-**-dur, həmin nömrə ilə ***-***-**-** nömrə arasında gündəlik olaraq müxtəlif vaxtlarda danışıqlar olmuş, telefonun kişilər olar (gölməsində "Menimi Kola” sözləri yazılmış ***-***-**-** saylı nömrə, “Milat” sözləri yazılmış +98 914-954-1765 saylı İran İslam Respublikası nömrə. "Paris Kola” sözləri yazılmış ***-***-**-** saylı nömrə, “28 Kola” rəqəmləri və sözləri yazılmış ***-***-**-** saylı nömrə aşkar olundu. Telefonun «WhatsApp» proqramına daxil olduqda orada Allahu Ekber” adı yazılmış səhifədə ***-***- **-** saylı nömrə ilə çoxsayda səslər vardır, həmin səslərin içərisindən 01 dəqiqə 39 saniyədən və 49 saniyədən ibarət olan səslər bir ədəd “CD” diskə köçürülərək götürülmüşdür "Milat” sözləri yazılmış +98 914-954-1765 saylı nömrə ilə səhifəsində “Gaga ge iran ge dolana, gaga gozde haa 4.5 gon monan gabax senin wakli bir gorseti dedi bo adam istamir iw gore deirdiki blka iwcisen, bir nafar ver jamat yazx olmasn hemde pol alax cox mal satan tanyram”, "orxan” sözləri yazılmış ***-***-**-** saylı nömrə ilə səhifədə "gardawim sabahin ceyir. ata hara var, 50 gram isdiye var varsa, bir bawa naxdiybalir”, "yox qaga. qara yoxdu, gujdu ot var cek basin getsin”, “neciya deyiler 1 qr pulu jecedi 50 lazimdi neysa eger”, "nesq cek basib getsin, 70 manatdi karopkasi”, “bawa duwdum dedim bidde litıka yaxwi metadon normal vermek olaraq olsa de, “var metadon”, "gaga lezegelib yaxsidi. yaxin adamdı e varsa hel edim melini naxdi”. ".ramal Masazir” adı yazılmış səhifədə ***-***-**-** saylı nömrə ilə çoxsayda səslər vardır, həmin səslərin 11 saniyədən ibarət olan səs bir ədəd "CD“ diskə köçürülərək götürülmüşdür. "Qurban Pastavoy” sözləri yazılmış +7 906 ***-**-** saylı nömrə ilə səhifəsində iki ədəd fotoşəkil vardır, "bu verdiyin de tuxda çixdi". "‘ot deyisen qaga“ məzmunlu sms mətinləri aşkar edilmişdir. Sms mətinlərinin fotoşəkilləri çıxarılaraq protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs1 məxsus mobil telefona baxış keçirilən zaman «WhatsApp»dan aşkar edilmiş səslər baxış zamanı müəyyən edilmişdir ki, "Bir həllə. 8. 10 gün «dar qaqa. arada bır zəng vururdum, pul para bundanda qaqa. uşaqlardan götürürdüm, götürürdüm bundan, keçən dəfə zəng vurdum, dedi qaqa tez bazar pulu göndər tez bazar göndərdim pulu, saat 2-də zəng vurdum telefonu götürmür, mənim yanımda başqa adam var mağazaya gedirdim, telefonu götürmədi. götürmədi, zəng çatmır, zəng çatmır, dedim heç nə brat başqa yerdən mən uşaq var ona demişəm, pul da yoxdu, gecə saat 2 də uşaq var ona ağız açdım, sağolsun. bır kəlməyə dedi hardasan 30 manat gəl götür. İkinci fayıla baxış zamanı aşağıdakılar müəyyən edildi "Allaha and olsun mən ona hələ bilirsən nəyə zəng vururdum, deyəcəkdim ki, yəqin ki. əlində pulu yoxdur, dedim ki. əlində nəyinsə var yüngülvarı, o qədər bizim yanımızda istəyən uşaqlar var ki, qaqa, mən onu retqi-retqı arada bir riqlovka edirəm, deyəcəkdim brat heç olmasa varsa pulun yoxdusa yüngülvarı bır şey. görüşək mən götürüm uşaqlara verim, uşaqlardan mən o. pulu alacam, yanımızda uşaqlar çoxdu cavan uşaqlar, buda ele aqressiv danışır kı. nə bilim sabah imkanın olsa danışda" Üçüncü layıla baxış zamanı aşağıdakılar müəyyən edildi "heç nə qadan alım ata. danışsan mənə bir xəbər edənən, yox ey beh yenə deyirəm kimdənsə qorxacağımız yox. çəkinəcəyimiz yox şükür allaha, neçə ildir çəkılımış qırağa dururuq, hamı elə bilməsin kı. çəkilmişik sakitcə dururuq, sakit uşaqdı nədi, şükür allaha indi nə bilim, heç nə ürəyim gözləyəcəm. ehtiyatlı ol dədə" Dördüncü fayıla baxış zamanı aşağıdakılar müəyyən edildi "o uşaq dedi, o uşağı, həmin icmadan gəlib koladan, patıdan gəlib, yəni etsən deyərsən 20 dən verir sən öl qaqa bombadı allaha and olsun, imkanın var götür Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefona daxil olan və çıxan zəngləıin siyahısının olduğu "xxxx" MMC-dən daxil olmuş bir ədəd "CD” diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, qeyd edilən nömrəli mobil telefonla müxtəlif vaxtlarda müxtəlif nömrələrə çoxsaylı sayda zənglər getmiş və həmin nömrəyə zəngglər daxil olmuş, müxtəlif dəqiqə və saniyədən ibarət danışıqlar aparılmış, ***-***-**-** saylı nömrə Bakı şəhərinin müxtəlif ərazilərində aktiv olmuşdur həmin nömrə sonuncu dələ 26 07 2022 ci il tarixdə saat 23:35:35-də aktiv olmuş, həmin vaxt nömrənin aktiv olma yeri GBBK5761D/GBBK5761 Geniral Shixlinski 42a"Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 2942A"Xətai” göstərilmişdir. xx.xx.2022-ci il tarixdə isə nörə aktiv olmamışdır. Baxış zamanı diskdə olan nömrəlin içərisində Təqsirləndirilən şəxs1 ilə X6 istifadəsində olmuş nömrələr aşkar edilməmiş, yəni Nicat Bayramov ilə Təqsirləndirilən şəxs1 danışıqları olmamışdır. Telefonda çoxsayda sms mətnləri aşkar edilmiş və smslərə baxış zamanı xx-xx-2022 ci il tarixdi saat 03:17:17-də ***-***-**-** nömrə ilə "Brat tərəzini ötür gedim həll edim”. “Bimaata evi bislatsinlar doze biomirem uje kart at onun pulunuda vurum fso day qelet eledim oldu mene”, xx-xx-2022-ci il tarixdə saat 00:02:20-də ***-***-**- ** nömrə ilə "Qaqulya M 40 lazimdi Dostun canı ağrıyır nasazdi Sene arxeyindi Dünennen gəlirəm-gəlirəm Seni gözləyirik yeni X11, acdır həmdə güclüsunncn birdeki M40 Telefona cavab ver hörmətsizr' məzmunlu mətinlər aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefona daxil olan və çıxan zənglərin siyahısının olduğu "xxxx" MMC-dən daxil olmuş bir ədəd "CD” diskə baxış keçirərkən aşağıdakılar müəyyən edilmişdir ki, qeyd edilən nömrəli mobil telefonla müxtəlif vaxtlarda müxtəlif nömrələrə çoxsaylı sayda zənglər getmiş və həmin nömrəyə zənglər daxil olmuş, müxtəlif dəqiqə və saniyədən ibarət danışıqlar aparılmış. 055-881 65-65 saylı nömrə Bakı şəhərinin müxtəlif ərazilərində aktiv olmuşdur. Həmin nömrə sonuncu dəfə 26,07.2022 ci il tarixdə saat 23:20:32-də aktiv olmuş, həmin vaxt nömrənin aktiv olma yeri “UBBK1095D/UBBK1095 Neapol Daircsi"Bakı şəhəri. Xətai rayonu. Neapol dairəsi Xətai” göstərilmişdir. 27.07,2022-ci il tarixdə isə nömrə aktiv olmamışdır. Baxış zamanı diskdə olan nömrəlin içərisində Təqsirləndirilən şəxs1 ilə X6 istifadəsində olmuş nömrələr aşkar edilməmiş, yəni Nicat Bayramov ilə Təqsirləndirilən şəxs1 danışıqları olmamışdır. Telefonda çoxsayda sms mətnləri aşkar edilmiş və smslərə baxış zamanı xx-xx-2022-ci il tarixdə saat 03:17:17 ********** nömrə ilə "Brat tərəfini ölür gedim həll edim”. xx-xx-20224 nömrə ilə saat 22:48:30-da ***-***-**-** nömrə ilə "Ot tapmağ olar " eve gelde ,Men tək getməy istəmirəm, qız var ora gedəcəm klubda patım da yoxdu, qızda isdiyir qalıb səndə bir şey» məzmunlu mətnlər aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 077 ***-**-** nömrəli mobil telefona daxil olan və çıxan zənglərin siyahısının olduğu Azer fon” MMC-dən daxil olmuş bir ədəd "CD" diskə baxış keçirərkən müəyyən olunmuşdur ki, qeyd edilən nömrəli mobil telefonla müxtəlif vaxtlarda müxtəlif nömrələrdə çoxsaylı sayda zənglər getmiş və həmin nömrəyə zənglər daxil olmuş, müxtəlif dəqiqə və saniyədən ibarət danışıqlar aparılmış, ***-***-**-** saylı nömrə Bakı şəhərinin müxtəlif ərazilərində aktiv olmuşdur. Həmin nömrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 23:10:21 də aktiv olmuş, həmin vaxt nömrənin aktiv olma yeri *UABS4674C/UABS4674 P_ATS-54/” Sergey Yesenin 102A Mardakan qesebesi Khazar” göstərilmişdir. xx.xx.2022-ci il tarixdə isə nömrə aktiv olmamışdır. Baxış zamanı diskdə olan nömrəlin içərisində Təqsirləndirilən şəxs2 ilə X6 istifadəsində olmuş nömrələr aşkar edilməmiş. yəni Nicat Bayramov ilə Təqsirləndirilən şəxs2 danışıqları olmamışdır. Telefonda çoxsayda sms mətnləri aşkar edilmiş və sms-lərə baxış zamanı xx-xx-2022-ci il tarixdə saat 14:13:08 də OSl-232- 41-27 nömrə ilə “otda hamsini goturecem 5 in yarsi”. “gozde otur gellem 1 dq » 02-06- 2022-ci il tarixdə saat 19:52:32-də ***-***-**-** nömə ilə “qaqa masin surem qaqa 100 aramiz var idi 5 p 3 k 160 edir cemi 260 sendede 100 var onu”. “150 elemek olar? meni ac qoyursuz”. “brat menede deyir mene ordan qalan cemi pulda 25 azndı . "qaqa qurban sene men demiremki sen pul vermirsen mene denen itoq obsi neden ne qeder goturecem”. “qaqa 50 manala 2 p 1 k“. “yaxsi qaqa”. xx-xx-2022-ci il tarixdə saat 15:21:48-də ***-***-**-** nömə ilə qaqa gel hezi aslanova masin yatdi qaldı 2 list m40 di 1 qr kola 1 pati cemi 260 veresen. ay qa masin yatdi qalmisdim burda”. xx-xx- 2022-ci tarixdə saat 15:22:19-də ***-***-**-** nömə ilə “qaqa elaqe saxliyacam dunen dalaşdım mal yiyesiynen hoqqa dusmusdu ona gore elaqe saxliyanmadim”. 03*06-2022- il tarixdə saat 15:25.02-də ***-***-**-** nömə ilə “salam muəllim men konferansdayam 1382 dollar deyirdi 1000 dollar elemek olur evvel deyirdi 2380 manatdır. 1700 manata elemek olar isdesez". xx-xx-2022-ci il tarixdə saat 15:28:46-də 070-310- nömə ilə “telefonuda malida bir torbaya qoyacam cox qalmiyacam ataw“. 03-06- 2 22-ci il tarixdə saat 15.53:26də ***-***-**-** nömə ilə “oldu qaqam". xx-xx-2022-ci il tarixdə saat 23:50:01-də ***-***-**-** nömə ilə “terezinu gotur gel yaninda eliyecem problem yoxdu ya sen evde teksense terezini onan al getir gelim sizde duzeldek verim”, xx-xx-2022-ci il tarixdə saat 23:50:21-də ***-***-**-** nömə ilə “qaqa salamatciliqdi? menem cavidan”. xx-xx-2022-ci il tarixdə saat 21:07:20-də ***-***-**-** nömə ilə “qaqa menem cavidan ac Ehed”, xx-xx-2022-ci il tarixdə saat 18:34:11-də ***-***-**-** nömrə ilə "asmam tundj salbutamol aerazol". xx-xx-2022-ci il tarixdə saat 14:12:22-də 051-232- 41-27 nömrə ilə “5 dene k gotur 6-7 dene p gotur ama pul men sa axwam genciyc satım 100 vuracam 100 sabah qalanda gelende goruwerik ama nolar ma ot ver cehmeye". "Olsun qaqa itoq men saat 6_7 dide gedejem genciye prablen doy ama nolar ot varsa usdunde bir paproz ver cekeh ya bas cekeh”. “Ayqa men idim yigan xeyaleden yox cukim bilmir yani sako zad bilmir sen men bilirik itoqda bele xeyale hewneye deqiqliyinnen kurs doy bidene m40 kursdu Q*. "so ele helede bilsin qaqaw men heckime acot vermirem başına donum senin kimbn ne aliram nagarram fso” xx-xx-2022-ci il tarixdə saat l9:55:23-də ***-***-**-** nömrə ilə "Qaqa lanbarda çatsam he taksideyem ama itoq dostumada lazimdi ona gore teli qoyajax lanbarda 3 dene o isdiyir yoldayam men gel qarayeve bidene bawa salaja“."Sen kolani 15 den hesab edisen? Ayqa piti indi budefe ozum heçne demedim 20 den ey brat bawna donum sen cox jest eledin deye ma 6 dene peti gotur 4 dene kola". "100indi verejem sa.2dene peti 1 denede kola bir gotu onu məzmunla sms mətnləri müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı mənzildən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 481,316 qram qalan narkotik vasitə qurudulmuş marixuana maddı sübut kimi tanınmış və axlanılması üçın RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından soma qalıq çəkisi 3699,8 qram qalan narkotik vasitə heroin inaddı sübut kimi tanınmış və saxlanılması üçün RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra 25 ədəd kapsuluda qalan preqabalin güclü təsiredici maddəsi maddi sübut kimi tanınmış və saxlanılınası üçün RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar edilmiş bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılmasını, Təqsirləndirilən şəxs1 yaşadğı mənzildə axtarış aparılmasını əks etdirən üç ədəd "DVD" disklər sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus mobil telefonlara baxış keçirilən zaman aşkar edilmiş sms mətinləri və danışıq səslərinin köçürüldüyü bir ədəd "CD" disk sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-**, ***- ***-**-**, ***-***-**-**, ***-***-**-** və 070- ***-**-** nömrəli mobil telefona daxil olan və çıxan zənglərin siyahısına baxış keçirilən zaman aşkar edilmiş sms mətinlərinin olduğu "Azerfon" və "Bakcell” MMC-dən daxil olmuş dörd ədəd "CD" disklər sübut kimi tanınmışdır. İttihama əsasən, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsiredici maddələrin əldə edilməsi barədə tanışı Təqsirləndirilən şəxs2, istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından istifadə elməklə «WhatsApp», «İnstagram» vasitəsilə narkotik vasitənin, psixotrop, güclü təsiredici maddələrin satışından əldə edilən pulun öz aralarında bölüşdürülənədək qrup üzvü Təqsirləndirilən şəxs1 narkotik maddələri əldə etdikdən sonra əvvəlcədən əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq sonuncu narkotik vasitələrin qoyulacaq ünvanlar barədə İran İslam Respublikası vətəndaşından məlumat aldıqdan sonra 26 iyul 2022-ci il tarixdə Abşeron rayonu, Masazır dairəsi deyilən yerdən iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1200 qram və 2500 qram, ümumi təmiz çəkisi 3700 qram (3 kq 700 qr) qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd torbada təmiz çəkisi 480 qram, bir ədəd kibrit qutusunda təmiz çəkisi 1,466 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd elektron tərəzini götürüb həmin çəkidə narkotik vasitəni əldə edib daşımaqla Bakı şəhərinə gətirib, satışının həyata keçirilməsi üçün hissələrə bölərək bir hissəsini özü götürməklə qalan hissəsini yaşadığı ünvan 1 ünvanda yerləşən binanın 4 nömrəli mənzilində saxlamış, həmin günü qrupun digər üzvü Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 deməsi əsasında "Azneft” dairəsi deyilən yerdə üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,401 qram, 36,283 qram, 0,563 qram - ümumi təmiz çəkisi 37,216 qram külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,465 qram, 0,397 qram, 0,455 qram, 0,395 qram - ümumi təmiz çəkisi 5,712 qram külli miqdarda ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamletamin, bir ədəd elektron tərəzi, preqabalin güclü təsiredici maddəsinin ümumi miqdarı 7,2 qram olan külli miqdarda “Preqabalin Kpka 300 mg” markalanma göstərici olan iki ədəd konvalyulda ümumilikdə 24 ədəd üzərlərində “P 300” yazısı olan ağ-qəhvəyi rəngli kapsul preqabalin tərkibli dərman preparatı, təsiredici maddəsinin ümıımi miqdarı 0,6 qram olan üzərində “Alyse 150 mq preqabalin” markalanma göstəricisi olan bir ədəd kəsilmiş konıvalyuda 4 ədəd ağ rəngli kapsul preqabalin tərkibli dərman preparatını əldə edib daşımış, 26 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 üç ədəd bükümdə ümumi təmiz çəkisi 37,246 qram narkotik vasitə heroinıi, dörd ədəd bükümdə isə ümumi təmiz çəkisi 5,712 qram psixotrop maddə metamfetamini tanışı Nicat Bayramova satmış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Xətaİ RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 27 iyul 2022-ci il tarixdə saat, 10:15 dəqiqədə Təqsirləndirilən şəxs1 Bakı səhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən Neapol dairəsi yaxınlığında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Xətai RPİ-nin 35-ci PB-nə gətirilib üzərində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla aparılan şəxsi axtarış və götürmə zamanı əynində göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd güımüşü rəngli kağıza bükülmüş kibrit qutusunda təmiz çəkisi 1,466 qram olan narkotik vasitə qurudulmuş marixuana, elə həmin gün Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanda yerləşən binanın 4 nömrəli mənzilinə baxış keçirilən zaman evin qonaq otağında olan divanın alt hissəsindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 480 qram narkotik vasitə qurudulmuş marixuana, mənzilin digər qonaq otağında olan çarpayının altındakı dolabdan iki ədəd sellofanda ayrı-ayrılıqda təmiz çəkiləri 1200 qram və 2500 qram, ümumi təmiz çəkisi 3700 qram (3 kq 700 qr) narkotik vasitə heroin, otaqda olan masanın üzərindən bir ədəd üzərində "SF-400 (1000 g x 1g/353 oz..)“ yazısı olan ağ rəngli elektron tərəzi aşkar edilərək götürülmüş, davam edən əməliyyat tədbirləri nəticəsində həmin günü saat 14:10 dəqiqədə X9 rayonu, P.Həşimov küçəsində saxlanılaraq Xətai rayonu, G.Şıxlinski küçəsi 49 ünvanda verləşənı Xətai RPİnin 35-ci PB-nə gətirilərək üzərində aparılan şəxsı axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qara rəngli sellofanda 28 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümümi miqdarı 7,8 qram olan dərman preparatı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 özünü müdafiəsi üçün üzərindən və yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitə marixuanın özünə məxsus olmasını, mənzildən aşkar edilmiş heroinin və tərəzinin ona məxsus olmamasını, narkotik vasitələrin satışı ilə məşğul olmamasını, özünü Azərbaycan Respublikası CM-nin 234.4.1. 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilməməsini dəlil gətirmiş, lakin özünün ilkin olaraq etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, şəxsi axtarış və götürmə, disklərə, mobil telefonlara baxış, üzləşdirmə protokolları, ekspertiza rəyləri ilə təkzib olunmuşdur. Təqsirləndirilən şəxs2 özünü müdafiə üçün saxlanılan zaman yalnız üzərində bir listdə 12 ədəd narkotik tərkibli lirika olmasını, üzərindən 7.8 qram preqabalin təsiredici maddəsi aşkar olunmamasını, narkotik maddələrin satışı ilə məşğul olmamasını, özünü Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilməməsini dəlil gətirmiş, lakin özünün ilkin olaraq etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, şəxsi axtarış və götürmə, disklərə, mobil telefonlara baxış, üzləşdirmə protokolları, ekspertiza rəyləri ilə təkzib olunmuşdur. Beləliklə də məhkəmədə müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma, satma cinayətini törətmişlər. Bununla da Təqsirləndirilən şəxs1 və Savidan Şükürzadə Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə bağlı ittihama gəldikdə isə məhkəmə qeyd edir ki, məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı bəraətverici əsaslarla qeyd edilən hissədə təqsirləndirilən şəxslıərə irəli sürülmüş ittihamdan imtina etdiyini bildirərək bu hissədə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslərə CM-in 234.4.4-cü maddəsi ilə ittiham verilmişdir ona görə ki, onlar, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin, psixotrop maddənin, güclü təsiredici maddələrin əldə edilməsi ilə əlaqədar qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından istifadə elməklə «WhatsApp», «İnstagram» vasitəsilə narkotik vasitənin, psixotrop, güclü təsiredici maddələrin satışından əldə edilən pulun öz aralarında bölüşdürülənədək külli miqdarda narkotik vasitə, psixotrop maddə və güclü təsiredici dərman preparatları əldə edərək daşıyıb yaşadıqları mənzildə və üzərlərində saxlamışlar. Hazırki cinayət işinin məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 və Savidan Şükürzadəyə qarşı CM-in 234.4.4-cü maddəsi ilə irəli sürülən ittihamın əsaslandırılması üçün göstərilmiş sübutlar məhkəmə baxışı zamanı təsdiqini tapmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə CM-in 234.4.4-cü maddəsi ilə verilmiş ittiham işin faktiki hallarına və sübutlara əsaslanmamış, yalnız təqsirləndirilən şəxslərin qrupun digər üzvü ilə „İnstagram“ sosial şəbəkəsində tanış olduqlarına, müştəriləri ilə aralarında „WhatsApp“ ani messajlaşma proqramı vasitəsilə danışıqların olmasına əsasən ehtimal və mülahizə əsasında verilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2023-cü il tarixli qərarına əsasən sosial şəbəkələrin mahiyyətinə aid olan əsas xüsusiyyətlərindən biri onların eyni vaxtda qeyri-məhdud sayda insanla əlaqənin yaradılmasına imkan yaratmasından, onların koməkliyi ilə qeyri-məhdud sayda insanın istənilən məlumatı əldə etməsi və qeyri-məhdud sayda insanlar arasında yayılmasından ibarətdir. Lakin bu, sosial şəbəkələrdən fərdi ünsiyyət vasitəsi kimi istifadə imkanını da istisna etmir. Bu zaman sosial şəbəkələrdən fərdi rabitə vasitəsi kimi istifadə olunması dedikdə, məsələn cinayət əməlini törədən şəxslərin həmin şəbəkə vasitəsilə fərdi qaydada bir-biri ilə əlaqəsinin təmin edilməsi halları başa düşülməlidir. Sosial şəbəkələrdən bu cür istifadə halları iki şəxsin təkbətək ünsiyyəti üçün mobil və ya kabel telefon rabitəsindən istifadəsi halları ilə mahiyyət etibarı ilə eynidir. Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsində isə bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllərin məhz mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi halları kriminallaşdırılır. Cinayət Məcəlləsinin müvafiq maddəsində yer alan “media” anlayışının tərifi “Media haqqında” Qanunun 1.1.2-ci maddəsində verilmişdir. Həmin Qanuna uyğun olaraq, media – kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühitidir. Həmin Qanunun 1.1.1ci maddəsinə əsasən isə kütləvi informasiya – əldə olunması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, qeyri-məhdud sayda şəxslərə çatdırmaq məqsədilə media subyektləri tərəfindən dərc olunan və (və ya) yayımlanan məlumatlardır. Beləliklə, Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin dispozisiyasının konstruksiyasında əsas yer məhz kütləvilik əlamətinə verilir. Burada qanunvericinin başlıca məqsədi Cinayət Məcəlləsinin 234.2, 234.3, 234.3-1-ci maddələrində göstərilən əməllərin kütləvi auditoriyaya, qeyri-müəyyən sayda insanlara münasibətdə törədilməsinin, yəni narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı məlumatların qeyri-müəyyən sayda şəxslərə təqdimatı vasitəsilə satışının kriminallaşdırılmasından ibarətdir. X5 belə nəticəyə gəlinmişdir ki,narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən fərdi rabitə vasitəsi kimi istifadə etməklə, yəni sosial şəbəkələrdən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə deyil, işin hallarından asılı olaraq Cinayət Məcəlləsinin 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddələrinə əsasən tövsif olunmalıdır. İbtidai istintaq və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kütləvi informasiya vasitələrindən istifadə etməklə qanunsuz olaraq satış məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratması xüsusatı sübuta yetirilmədi. Təqsir cinayətin subyektiv cəhətinin elementi olmaqla əməlin tövsifinə təsir edir.Ona görə də,cinayət məsuliyyətinin əmələ adekvat müəyyən edilməsi üçün onun məzmunu və forması dəqiq müəyyən edilir. Cinayət işinin faktiki halları göstərir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli konkret olaraq narkotik vaistələrin qanunsuz dövriyyəsi ilə yəni onun qanunsuz olaraq əldə edilməsi, üzərində daşınması və satışının həyata keçirilməsinə yönələn hərəkətlərdən ibarət olmuşdur. Cinayət işinin materiallarında təqsirllndirilən şəxslərin satış məqsədi ilə internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratması cinayətinin obyektiv cəhətinə aid olan, yəni törədilməsi kütləvilik əlamətini ehtiva edən hər hansı bir hərəkəti etməsi müəyyən olunmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən Plenum Qərarlarının tələblərinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq eləcə də dövlət ittihamçısının həmin hissədə ittihamdan imtina etməsini nəzərə alaraq təqsirləndirilən şəxslərə qarşı irləi sürülmüş CM-in 234.4.4-cü maddəsi ilə irəli sürülmüş ttiham üzrə icraata xitam verilməli və CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə onlar təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən alınmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə Sabunçu rayon məhkəməsinin hökmü ilə Azərbavcan Respublikası CM-nin 234.1 və 29.3 17-1.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 08 av 28 gün müddətə azadlıqdan məhrum edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya qərarının 2.4 bəndi tətbiq edilərək qərarın 36-cı bəndinə əsasən cəzadan azad edilmiş və barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi nəzərdə tutulmuş, 05 saylı Cəzaçəkmə Müəssisəsindən daxil olmuş məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2021-ci il tarixdə narkomaniyadan məcburi müalicə ləğv edilmiş və o xx.xx.2021-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azad edilmiş və yuxarıda qeyd edilən Amnistiya aktına əsasən məhkumluğu üzərindən götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən alınmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61 və 59-cu maddələrinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində onların cəzalarını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 27 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmışlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın əvvəli 27 iyul 2022-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən onlara təyin ediləcək cəzalar ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş üzrə maddi sübutlar: Xətai rayon Polis idarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 481,316 qram narkotik vasitə qurudulmuş marixuana, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3699,8 qram narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra qalıq qalmış 25 ədəd kapsulada güclü təsiredici maddə preqabalin məhv edilməlidir. Şəxsi axtarış və götürməni özündə əks etdirən 3 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 5 ədəd CD disk iş materiallarından saxlanılmalıdır. Ekspertiza xərcləri 306 (üç yüz altı) manat təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, 153 (bir yüz əlli üç) manat Təqsirləndirilən şəxs1, 153 (bir yüz əlli üç) manat Təqsirləndirilən şəxs2 dövlət nəfinə tutulmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından “Verdiktum” vəkil bürosunun vəkili Müdafiəçi1 540 (beş yüz qırx) manat pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə irəli sürülmüş ttiham üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təin ounmuş cəzalar qismən toplansın və Təqsirləndirilən şəxs1 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 27 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə irəli sürülmüş ttiham üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təin ounmuş cəzalar qismən toplansın və Təqsirləndirilən şəxs2 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 27 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi1 540 (beş yüz qırx manat) manat pul ödənilsin. İş üzrə maddi sübutlar: Xətai rayon Polis idarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 481,316 qram narkotik vasitə qurudulmuş marixuana, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3699,8 qram narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra qalıq qalmış 25 ədəd kapsulada güclü təsiredici maddə preqabalin məhv edilsin. Şəxsi axtarış və götürməni özündə əks etdirən 3 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 5 ədəd CD disk iş materiallarından saxlanılsın. Ekspertiza xərcləri 306 (üç yüz altı) manat müştərək qaydada tutularaq, 153 (bir yüz əlli üç) manat Təqsirləndirilən şəxs1, 153 (bir yüz əlli üç) manat Təqsirləndirilən şəxs2 dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-477/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-477/2023
08.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver