Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-477/2024 05.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3, X1 və X7, dövlət ittihamçıları-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı və X5, müdafiəçi- Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni külli miqdarda əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda İran İslam Respublikasının vətəndaşları olması ehtimal edilən şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,165 qram narkotik vasitə heroini əldə edib saxlayaraq daşımış, 19 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində ünvan 3 ünvanının qarşısında özünü şübhəli apardığı üçün Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 4 ünvanında yerləşən Sabunçu Rayon Polis İdarəsinin 13cü Polis Bölməsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd-göy rəngli gödəkçəsinin sağ yan cibindən bir bükümdə təmiz çəkisi 2,165 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda İran İslam Respublikasının vətəndaşları olması ehtimal edilən şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək təkrarən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,609 qram çəkidə psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,888 qram çəkidə narkotik vasitə heroini əldə edib saxlayaraq daşımış, 27 fevral 2023-cü il tarixdə saat 21:30 radələrində Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Səmədbəy Mehmandarov küçəsində yerləşən «Kristal» şadlıq sarayının yaxınlığında saxlanılaraq ünvan 6 ünvanında yerləşən Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gətirilib həmin bölmənin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən “LD” markalı siqaretin boş qutusundan 3 bükümdə hər birində 0,040 qram, 0,523 qram, 0,046 qram olan ümumi təmiz çəkisi 0,609 qram təşkil edən kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin və 6 bükümdə hər birində 0,121 qram, 0,070 qram, 0,060 qram, 0,334 qram, 0,243 qram, 0,060 qram olan ümumi təmiz çəkisi 0,888 qram təşkil edən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, birinci dəfə, yəni 2022-ci ilin oktyabr ayının əvvəlində polis əməkdaşları tərəfindən tutulduğu zaman üzərində narkotik vasitə olmamış, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə aparılıb döyülərək özündə 2 qram narkotik vasitənin olmasını bildirməsi tələb edilmişdir. Növbəti dəfə, yəni 2023-cü ilin fevral ayında polis əməkdaşları tərəfindən tutulduğu zaman isə üzərində 2 büküm, yəni birində “kakos” (heroin), digərində “şüşə” (metamfetamin) olsa da, sonradan bükümlərin sayı doqquza çatmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq üzərinə hər dəfə baxışın videoçəkiliş vasitəsilə aparıldığını, polis əməkdaşları tərəfindən gözünə, başına, dabanına xəsarətlərin yetirildiyini, prokurorluğa xəsarətlə bağlı məlumat vermədiyini, xəsarət izinin qalmadığını, digərlərindən 30-40 manata 0,5 qram narkotik vasitə alsa da, İran İslam Respublikasının vətəndaşından həmin qiymətə 3-4 qram əldə etməklə 4-5 gün müddətində istifadə etdiyini, pula ehtiyacı olduğu üçün narkotik vasitənin satışını həyata keçirdiyini, lakin kimə satdığını xatırlamadığını, Bakı İstintaq Təcridxanasında bədəni üzərində xəsarət aşkarlandığına görə prokurorluqda araşdırmanın aparıldığını bildirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, 19 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsində olarkən iki nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra üzərində sənəd olub-olmamasını soruşduqda üstündə narkotik vasitə heroin olduğu üçün həyəcanlanıb yayınmaq istəmiş, həmin vaxt polis əməkdaşları onu saxlayıb üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. O, polis əməkdaşlarının suallarından yayındıqda onu saxlayıb Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gətirmiş, həmin bölmədə hüquqları izah olunduqdan sonra videoçəkilişlə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı o, əynində olan tünd-göy rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli tozşəkilli formada olan maddəni və özünə məxsus içərisində ***- ***-**-** saylı mobil nömrə olan “Samsung” markalı mobil telefonu çıxarıb təqdim edərək həmin maddənin narkotik vasitə olan “kakos” (yəni heroin) olduğunu, şəxsi istifadəsi üçün xx.xx.2022-ci il tarixdə səhər saatlarında Sabunçu rayonu Balaxanı qəsəbəsindən üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 20 manata alıb üzərində saxladığını demiş, daha sonra aşkarlananlar qablaşdırılıb möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Növbəti dəfə o, 27 fevral 2023-cü il tarixdə səhər saatlarında Sabunçu qəsəbəsinə gedib orada tanımadığı şəxsdən 60 manata psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroini almış, həmin metamfetamin 3 bükümdə gümüşü kağıza, heroin isə 6 bükümdə gümüşü kağıza bükülmüş vəziyyətdə olmuşdur. O, həmin heroin və metamfetamini «LD» markalı siqaretin boş qutusunun içinə yerləşdirib əynində olan cins şalvarın sol yan cibinə qoyduqdan sonra evinə qayıtmış, şərait olmadığına görə istifadə edə bilməmişdir. Saat 21:30 radələrində həmin maddələrdən qarışdırıb istifadə etmək üçün Bakıxanov qəsəbəsinə gəlmiş, Səmədbəy Mehmandarov küçəsində yerləşən «Kristal» şadlıq sarayının yaxınlığından keçən zaman ona iki nəfər mülki geyimdə olan şəxslər yaşınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək şəxsiyyətini təsdiq edən sənədi istədikdə üzərində metamfetamin və heroin olduğu üçün qorxub yayınmaq istədiyindən polis əməkdaşları onu 13-cü Polis Bölməsinə aparmış, həmin polis bölməsinin inzibati binasında videoçəkilişlə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “LD” markalı siqaretin boş qutusunun içərisində saxladığı 3 bükümdə psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkarlanaraq götürülməklə qablaşdırılıb möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. O, həmin vaxt ***-***-**-** saylı mobil nömrəni istifadə etmiş, narkotik maddələri satmaq fikri olmamış, şəxsi istifadəsi üçün üzərində saxlayıb daşımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 2022-ci ilin oktyabr ayının ortalarında axşam radələrində polis bölməsinin digər əməliyyat müvəkkili Şahid2 ilə birgə Təqsirləndirilən şəxs hərəkətlərindən şübhələnib sonuncunu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məshəti Gəncəvi küçəsində saxlayaraq Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə gətirdikdən sonra videoçəkiliş vasitəsilə şəxsi axtarış və baxış keçirilən zaman üzərində içərisində narkotik vasitə olan büküm aşkar olunmuş, aşkarlanan olunanlar qablaşdırılıb ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid1 Təqsirləndirilən şəxs özünü şübhəli aparması və üzərində sənəd olmadığına görə polis bölməsinə dəvət olunduğunu, Təqsirləndirilən şəxs o və digər polis əməkdaşları tərəfindən zorakılıq edilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 19 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tutulmasında iştirak etdiyini bildirib Şahid1 məhkəmə iclasında verdiyi ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahidlərin iştirakı ilə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs şahidlər Şahid1 və Şahid2 ona zorakılıq etmədiyini, həmin şəxslərin onu tutan şəxslər olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində narkotik vasitələri saxlaması, istifadəsi və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 27 fevral 2023-cü il tarixdə axşam vaxtı Təqsirləndirilən şəxs Bakıxanov qəsəbəsi ərazisində şübhəli şəxs qismində saxlanılaraq 13-cü Polis Bölməsinə gətirilmiş, orada şəxsi axtarış aparılarkən üzərində narkotik maddəyə bənzər əvvəlcədən hazırlanmış bükümlər aşkarlanmış, Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində narkotik maddələr olduğunu bildirmişdir. Aşkarlanan maddələrin çəkisi dəqiq yadında qalmamış, təxminən 9 ədəd metamfetamin və heroindən ibarət bükümlər olmuşdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid3 Təqsirləndirilən şəxs qarşı o və ya digər polis əməkdaşı tərəfindən zorakılıq edilmədiyini, polis bölməsində şəxsi axtarış və baxışın bir dəfə aparıldığını, videoçəkilişdə və Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etdiyini, narkotik vasitə və psixotrop maddələrin əvvəlcədən satış üçün hazırlanmış formada olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 27 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tutulmasında iştirak etdiyini bildirib Şahid3 məhkəmə iclasında verdiyi ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahidlərin iştirakı ilə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs şahidlər Şahid4 və Şahid3 tərəfindən ona qarşı hər hansı zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 18:00-da ünvan 3 ünvanının yaxınlığında özünü şübhəli apardığına və qeyri-adekvat cavablar verdiyinə görə narkotik maddə istifadəsindən şübhələnib Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 110; 114) xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli xx.xx.2022-ci il tarixdə saat 18:00-dan hesablanmışdır. (Cild 1, iş vərəqə 115; 128) xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan, xx.xx.2023-cü il tarixli “Videoyazıya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq qərara əsasən, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin inzibati binasında videoçəkilişdən istifadə edilməklə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan tünd-göy rəngli qış gödəkçəsinin sağ yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu, 01 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli, tozşəkilli maddəni təqdim edib həmin maddənin “kakos” kimi bildiyi narkotik maddə olduğunu, öz istifadəsi üçün üzərində gəzdirdiyini, həmin gün səhər vaxtı Sabunçu rayonu, Sabunçu qəsəbəsindən üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 20 manat müqabilində aldığını bildirmiş, həmin büküm 01 ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan əlavə 01 ədəd “Samsung” markalı mobil telefonu da götürülmüşdür. (Cild 1, iş vərəqə 33; 36-37; 216) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/6073 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №160” dairəvi möhür əksi və “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddə; Şübhəli şəxs- imza, iştirak etdiiki imza, qablaşdırdı: K.Əliyev-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 2,165 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi 2,165 qram olmuş, 0,05 qram tədqiqata sərf edildikdən sonra 2,115 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 148-149) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 159-160) xx.xx.2022-ci il tarixli “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. (Cild 1, iş vərəqə 186-188) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 189-190) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X9 xx.xx.2022-ci il tarixli, 6262 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 196-197) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (Cild 1, iş vərəqə 204- 205) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində tutulması üçün axtarış elan edilmişdir. (Cild 1, iş vərəqə 206-207) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən “Oleq” adlı şəxsin Bakı şəhərinin müxtəlif yerlərində, o cümlədən Bakıxanov qəsəbəsinə gəlib qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. (Cild 1, iş vərəqə 3) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və “Əməliyyat qrupunun təşkil edilməsi haqqında” əmrdən görünür ki, “Oleq” adlı şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməliyyat müvəkkilləri Şahid4 və Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 4-5; 6) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 21:30-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd bəy Mehmandarov küçəsi, “Kristal” Şadlıq Sarayının yaxınlığında saxlanılaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 8) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli xx.xx.2023-cü il tarixdə saat 21:30-dan hesablanmışdır. (Cild 1, iş vərəqə 12; 25) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan, xx.xx.2023-cü il tarixli “Videoyazıya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq qərara əsasən, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin inzibati binasında videoçəkilişdən istifadə edilməklə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan tünd-göy rəngli şalvarının sol cibindən 01 ədəd “LD” siqaret qutusunun içinə yığılmış, gümüşü siqaret kağızına bükülmüş 03 ədəd içərisində ağ rəngli kristalşəkilli maddəni və 06 ədəd gümüşü kağıza bükülmüş içərisində qəhvəyi rəngli spesifik iyə malik maddəni təqdim edib 03 ədəd içərisində ağ rəngli maddənin “şüşə” kimi bildiyi psixotrop maddə, 06 ədəd gümüşü kağıza bükülmüş içərisində qəhvəyi rəngli maddənin “kakos” kimi bildiyi narkotik vasitə olduğunu, öz istifadəsi, eləcə də zərurət yarandığı hallarda ehtiyacı olana verdiyi və satdığı üçün xx.xx.2023-cü il tarixdə səhər saatlarında Sabunçu qəsəbəsindən tanımadığı şəxsdən ümumilikdə 60 manata aldığını bildirmiş, aşkarlananlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. (Cild 1, iş vərəqə 33; 36-37) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1193 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. Təqsirləndirilən şəxs Serqey oğlunun üzərindən...” sözləri yazılmış zərfdəki 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,121 qram, 0,070 qram, 0,060 qram, 0,334 qram, 0,243 qram, 0,060 qram olmaqla, ümumi təmiz çəkisi 0,888 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,040 qram, 0,523 qram, 0,046 qram olmaqla, ümumi təmiz çəkisi 0,609 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi 0,609 qram olmuş, 0,100 qram tədqiqata sərf edildikdən sonra 0,509 qram qalıq qalmış, heroinin ümumi təmiz çəkisi 0,888 qram olmuş, 0,100 qram tədqiqata sərf edildikdən sonra 0,788 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 45-48) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə ittiham irəli elan edilmişdir. (Cild 1, iş vərəqə 63-64) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(008)-173/2023 nömrəli qərarından görünür ki, əvvəli 27 fevral 2023-cü il tarixdən hesablanmaqla, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(008)-411/2023 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 84-90; 241-244) xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs üzləşdirilmişdir. (Cild 1, iş vərəqə 95-99) xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid4 ilə Təqsirləndirilən şəxs üzləşdirilmişdir. (Cild 1, iş vərəqə 100-104) xx.xx.2023-cü il tarixli “Mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefonunun üzərində ***-***-**-** saylı mobil nömrə olmuş, “Whatsapp” tətbiqi vasitəsilə aparılan yazışmalar silinmiş, kontaktlar bölməsində “Nasir” kimi qeydə alınmış +98***-***- **-** və “Babulya” (rus dilində yazılmış) kimi qeydə alınmış “+98***-***-**-**” saylı abonentlərin mobil nömrələri mövcuddur. (Cild 1, iş vərəqə 218) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 xx.xx.2023-cü il tarixli, 4078 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 231) xx.xx.2023-cü il tarixli “Maddi sübut kimi tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 2,165 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, 6 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,121 qram, 0,070 qram, 0,060 qram, 0,334 qram, 0,243 qram və 0,060 qram olmaqla, ümumi təmiz çəkisi 0,888 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,040 qram, 0,523 qram və 0,046 qram olmaqla, ümumi təmiz çəkisi 0,609 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış heroinin 1 ədəd bükümdə 2,115 qram hissəsi, 6 ədəd bükümdə heroinin 0,788 qram hissəsi və 3 ədəd bükümdə metamfetaminin 0,509 qram hissəsi saxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə təhvil verilmiş, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 19 oktyabr 2022-ci il tarixli və 27 fevral 2023-cü il tarixli protokollara əlavə edilmiş müvafiq 02 ədəd “DVD” disk maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə olunmuşdur. (Cild 1, iş vərəqə 234- 236) xx.xx.2023-cü il tarixli “Sənədlərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon danışıqlarına baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə 070-308- 22-21 saylı mobil nömrədən 15 yanvar 2023-cü il tarixdə saat 22:52-də “Artyom yığacaq bu nömrəyə tema üçün , de yoxdur tema”, ***-***-**-** saylı mobil nömrədən 24 yanvar 2023-cü il tarixdə saat 17:54-də “Daş çet yox yarı lazımdır. Çatıram” mətnli sms, ***-***-**-** saylı mobil nömrədən 02 fevral 2023-cü il tarixdə saat 21:14-də “qaqa yarı lazımdır. Alınar?”, ***-***-**-** saylı mobil nömrədən 21 fevral 2023-cü il tarixdə saat 23:34-də “Əli mənəm Motidi teli aç görüşək 25 manatı verimdə sənə”, ***- ***-**-** saylı mobil nömrədən 27 fevral 2023-cü il tarixdə saat 17:27-də “2 ay qaqaş noldu seni gözləyirəm axı ağrıdayam bir söz dede mənə acda teli 35 m puldu 5 d borcumdan vererem” mətnli smslərin göndərilməsi, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəsinə ***-***-**-** saylı mobil nömrəsindən 12 oktyabr 2023-cü il tarixdə saat 01:02-də “Slış su limon duzu vozmi” mətnli smsin göndərilməsi, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə 08 yanvar 2023-cü il tarixdə saat 22:20-də “privet çerez 5 minut ya tebe pozvanu bud odeta koe kuda poydeş sroçno”, ***-***-**-** saylı mobil nömrəyə 10 yanvar 2023-cü il tarixdə saat 04:52-də “Tovar ppc mokrıy i malo axuel demey olar 3 q kola 1q şüşə”, “ya sam jdu nasira bistro kinul foto poexal vzat. Luba toje spat xoçet mene göre qalıb yatmır kuda ideş takuyu poqodu sidi doma, ya sam spat xoçu daje ne oxoto yexat opat pozdno vernus luba orat budet ppc”, ***-***-**-** saylı mobil nömrəyə 13 yanvar 2023-cü il tarixdə saat 22:54də “Ya dumal Nasir kimnul mne qolova naçalo bolet uje planı bili baba zakazat posle toqo как uvidel fotki poyexal obratno naşel korobke spiçnom bil”, ***-***-**-** saylı mobil nömrəyə 16 yanvar 2023-cü il tarixdə saat 20:51-də “nasiru napişi sabah 50 azn atacam 2 torpaq 1 daş yolla”, ***-***-**-** saylı mobil nömrəyə 24 yanvar 2023-cü il tarixdə saat 00:33-də “Eldəniz salam 8 manat borcuvu verdə, pula ehtiyac var”, ***-***-**-** saylı mobil nömrəyə 24 yanvar 2023-cü il tarixdə saat 00:35-də “salam fuad 5 manat borcuvu verdə pula ehtiyac var”, ***-***-**-** saylı mobil nömrəyə 25 yanvar 2023-cü il tarixdə saat 18:20də “Nasiru napışı 4 torpaq 1 daş”, ***-***-**-** saylı mobil nömrəyə 27 yanvar 2023-cü il tarixdə, saat 21:47-də “da skazalaşto poçem, как mne b-arit 50 man 2 p.zdec e mne daje ne vıqodno za 30 man davat polovinku steklo”, ***-***-**-** saylı mobil nömrəyə 03 fevral 2023-cü il tarixdə saat 23:00-da “a saat 5 den çöldeyem donmuşam alınırsa gedey götürüyde sene görə qalmışam çöldə o qəhbə iranlı hele atmayıb onuda gözdiyirəm hele”, ***-***-**-** saylı mobil nömrəyə 13 fevral 2023-cü il tarixdə saat 00:42-də “5 manatda borcunu ver qalır sende 10 azn borc dayı hörmət elədim verdim gözlədim başa düşdüm yoxdur pul anırna indi mənə özümə ehtiyac var sən ol”, ***-***-**-** saylı mobil nömrəyə 24 fevral 2023-cü il tarixdə saat 16:39-da “salam yoxdu hecnə”, ***-***-**-** saylı mobil nömrəyə 25 fevral 2023-cü il tarixdə saat 00:53-də “bura çatıb naxodu inet söndürün ne olmuşdu 30 verməyəsən 25 manat vermisən ona görə?” mətnli smslərin göndərilməsi aşkar olunmuşdur. xx.xx.2023-cü il tarixli “İş üzrə toplanmış sübutlara qiymət verilməsi və cinayət işinin materiallarından digər cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinə tövsif olunmuş, hazırki cinayət işindən başqa cinayət işi ayrılmış, 01 ədəd “Samsung” markalı mobil telefon sübut əhəmiyyətinə malik olduğundan, məhkəmənin hökmünə qədər Sabunçu Rayon Polis İdarəsində saxlanılması qərarına alınmışdır. (Cild 1, iş vərəqə 16-23) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 25-27) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-200/2021 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair xx.xx.2021-ci il tarixli hökmdən apellyasiya şikayəti verilməmiş, hökm xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-5161/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olarkən keçirilmiş ilkin tibbi müayinə zamanı onun sol gözaltı nahiyəsində yaşılımtıl rəngli qançır müşahidə olunmuşdur. Həmin məktuba əlavə edilmiş tibbi kitabçasının kserosurətindən görünür ki, həmin kitabçanın “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” adlı 12-ci qrafasında “Həbs olunan zaman xəsarət aldığını bildirir” yazısı, “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” adlı 13-cü qrafasında “Sol gözaltı nahiyədə yaşılımtıl rəngli qançır aşkar olundu” yazısı qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsinin məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4cü bəndinə əsasən cəzası 6 ay azaldılmış, məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar cəzadan azad olunmuşdur. Bakı şəhəri Sabunçu rayon prokurorluğundan daxil olmuş xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət izlərinin aşkar edilməsi ilə bağlı aparılan araşdırma nəticəsində cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 49/2-2692/24 nömrəli məktuba əlavə edilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə müvəqqəti saxlama yerinə daxil olarkən baxış keçirilən zaman onun sol gözünün altında göyərti, hər iki ayağında şiş və göyərtilər aşkar olunmuş, özünün deməsinə görə həmin xəsarətləri binadan yıxılaraq almışdır. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində saxlanılarkən ona polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edildiyinə görə ibtidai istintaq zamanı etirafedici məzmunda ifadə verdiyini demişdir. Məhkəmə bir halı qeyd edir ki, xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə olunmuş 1 ədəd “DVD” diskə ittiham və müdafiə tərəfinin iştirakı ilə baxarkən, müvafiq istintaq hərəkətinin əvvəlində Təqsirləndirilən şəxs yeriməkdə çətinlik çəkməsi (axsaması), həmçinin gözaltı nahiyəsində qaraltının olması müəyyən edilmişdir. Həmin istintaq hərəkətinin 34-cü saniyəsində verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs bir müddət əvvəl yaşadığı binada pilləkəndən yıxıldığına görə xəsarət aldığını bildirmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə və 27 fevral 2023cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılarkən hər hansı fiziki və ya psixi zorakılığa məruz qalıbqalmamasını aydınlaşdırmaq üçün həmin polis idarəsinə və Bakı İstintaq Təcridxanasına sorğu verilib cavabı alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 49/2-2692/24 nömrəli məktuba əlavə edilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə müvəqqəti saxlama yerinə daxil olarkən baxış keçirilən zaman onun sol gözünün altında göyərti, hər iki ayağında şiş və göyərtilər aşkar olunmuş, özünün deməsinə görə o, həmin xəsarətləri binadan yıxılaraq almışdır. Həmin aktda Təqsirləndirilən şəxs əlyazma ilə “Sol gözümün göyərmiş olması tutulmamışdan qabaq yıxılaraq bu xəsarəti almışdım. Heç bir şikayətim yoxdur” yazısı yazmış və məhkəmə baxışı zamanı müvafiq yazı Təqsirləndirilən şəxs təqdim edildikdə özü tərəfindən yazıldığını bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Şəxsi axtarış və götürmə aparılarkən ona verilmiş suala cavab olaraq sərbəst şəkildə binadan yıxıldığına görə axsadığını və bədəni üzərində xəsarət yarandığını söyləməsinə, polis idarəsinin müvəqqəti saxlama yerinə daxil olarkən əlyazma ilə müvafiq xəsarətləri tutulmazdan əvvəl aldığını qeyd etməsinə, onu saxlamış polis əməkdaşları şahidlər Şahid2 və Şahid1 Təqsirləndirilən şəxs zorakılıq edilmədiyini bildirmələrinə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən zorakılıq edilməsi ilə bağlı hissədə verdiyi ifadəsi əsaslı deyil, hər hansı dəlilə söykənməmiş, uydurmadır. O, məsuliyyətdən yaxa qurtarmaq, bu mümkün olmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədilə həmin məzmunda ifadə vermişdir. Bundan başqa, Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli, 3- 16-17/38/2-5161/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olarkən keçirilmiş ilkin tibbi müayinə zamanı sol gözaltı nahiyədə yaşılımtıl rəngli qançır müşahidə olunmuş, tərtib edilmiş tibbi kitabçaya görə, Təqsirləndirilən şəxs həbs olunan zaman xəsarət aldığını bildirmişdir. Həmin xüsusat Bakı şəhəri Sabunçu rayon prokurorluğunda araşdırılmış və nəticədə xx.xx.2023-cü il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Bakı şəhəri Sabunçu rayon prokurorluğundan daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın giriş hissəsindən görünür ki, aparılan araşdırma Bakı İstintaq Təcridxanasından daxil olmuş əməliyyat əsasında olmuş, Təqsirləndirilən şəxs ona edilmiş hər hansı zorakılıq barədə prokurorluğa məlumat verməmişdir. Habelə, məhkəmə baxışı zamanı ona verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin halı təsdiqləyərək şəxsən prokurorluq orqanına şikayət etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs və ya müdafiəçisinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından şikayət verməsi halı müəyyən edilməmişdir. Müvafiq qərarın təsviri hissəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X12 Sabunçu rayon şöbəsinin 2883 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol göz yuvasıaltı nahiyənin qançırı müəyyən edildi. Tibbi sənəddə təsvirinə (rəngi, xarakteri və s.) əsasən demək olur ki, xəsarət bərk küt əşya təsirindən törənmişdir, Təqsirləndirilən şəxs BİT-in TSH-də tibbi müayinəsindən (xx.xx.2023-cü il tarixdə) 6-8 gün əvvələ uyğun gəlir, müxtəlif şəraitlərdə törənə bilər, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 140.0.1-ci maddəsinə əsasən, ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri tibb sahəsində olan ekspertin rəyi əsasında müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs bədəni üzərində, yəni sol göz yuvasıaltı nahiyədə xəsarət olduğunu inkar etmir, lakin ekspert rəyinə istinad edərək 2023-cü il üzrə fevral ayında 28 təqvim günü olması nəzərə alınmaqla, Təqsirləndirilən şəxs həmin xəsarətləri tutulduqdan əvvəl, yəni 23-25 fevral 2023-cü il tarixdə (03 mart -6 gün=25 fevral və ya 03 mart -8 gün =23 fevral) aldığı qənaətinə gəlir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, ona qeyri-qanuni zor tətbiq edilməmiş, əsaslı şübhə mövcud deyil. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində 2022-ci ilin oktyabr ayında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmadığını, təzyiq altında narkotik vasitənin özünə məxsus olduğunu deməyə məcbur edildiyini, 2023-cü ilin fevral ayında həmin bölmənin əməkdaşları tərəfindən saxlanılarkən üzərində 01 ədəd bükümdə heroin və 01 ədəd bükümdə metamfetamin olmaqla, üzərində 02 ədəd büküm olmasına baxmayaraq, sonradan ona 9 ədəd bükümə görə ittiham irəli sürüldüyünü desə də, şahidlər Şahid4, Şahid3, Şahid2 və Şahid1 ifadələrində 19 oktyabr 2022-ci il tarixdə və 27 fevral 2023-cü il tarixdə saxlanılarkən Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində olan müvafiq olaraq narkotik vasitə və psixotrop maddəni təqdim etdiyini, videoçəkiliş zamanı nümayiş etdirməsi üçün əlavə kütlə təqdim olunmadığını bildirmişlər. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokollardan, şahid ifadələrindən, eləcə də məhkəmə baxışı zamanı müvafiq videoçəkilişlərə cinayət prosesinin tərəflərinin iştirakı ilə baxışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixlərdə müvafiq istintaq hərəkətləri zamanı könüllü olaraq bükümləri təqdim etmiş, aşkarlananlar zərflərdə qablaşdırılmışdır. Videogörüntülərdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmçinin, məhkəmə baxışı zamanı həmin videoyazıların tədqiqindən də görünür ki, videogörüntülərdə kəsinti olmamış, ardıcıl olaraq, fasiləsiz videoçəkiliş aparılmışdır. Aşkarlananlarla bağlı məhkəmə-kimyəvi ekspertizaları təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/6073 nömrəli və xx.xx.2023-cü il tarixli, 6/1193 nömrəli ekspert rəylərinin təsviri hissəsinə əsasən təqdim olunmuş zərflərin tamlığının pozulması müəyyən edilməmişdir. Birinci rəyə görə, Təqsirləndirilən şəxs aşkarlanmış 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,165 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, ikinci rəyə görə 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,121 qram, 0,070 qram, 0,060 qram, 0,334 qram, 0,243 qram, 0,060 qram olmaqla, ümumi təmiz çəkisi 0,888 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroin, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,040 qram, 0,523 qram, 0,046 qram olmaqla, ümumi təmiz çəkisi 0,609 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamin olması müəyyən edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar həqiqəti əks etdirməmiş, digər mötəbər sübutlarla təkzib edilmişdir. Habelə, şahidlər Şahid2 və Şahid1 məhkəmədə ifadə verdikdən sonra verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin şahidlərin onun tutulmasında iştirak etmədiyini desə də, hər iki şahid təqsirləndirilən şəxsin üzünə qarşı müvafiq istintaq hərəkəti zamanı iştirak etdiklərini, Təqsirləndirilən şəxs onların saxladığını bildirmişlər. Bu hal cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli raportdan, həmin tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan da görünür. Yuxarıda təsvir olunanlar onu ehtiva edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadə verərkən tam səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadələr verməklə, çaşqınlıq yaratmaq, cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışında təqsirləndirilən şəxslərin bilavasitə dinlənilmələri məhkəməyə onların verdikləri məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi və məhkəmə baxışı zamanı verdiyi qismən etirafedici ifadələrini əsas götürür. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxslərin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onların xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı verdiyi qismən etirafedici ifadələrini, şahidlər Şahid4, Şahid3, Şahid2 və Şahid1 həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə baxışı zamanı verdikləri ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokolları və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni külli miqdarda əldə edib saxlamaqla daşımasına görə ittiham irəli sürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər, 1.0.2-ci maddəsinə əsasən, psixotrop maddələr BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların müvafiq siyahısının 5 və 67-ci bəndlərinə əsasən - narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin təmiz halda 0,15 qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, 2 qramdan artıq çəkidə olduqda külli miqdar təşkil edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən üzərində 2,165 qram heroin, xx.xx.2023-cü il tarixdə isə üzərində 6 ədəd bükümdə 0,888 qram heroin və 3 ədəd bükümdə 0,609 metamfetamin aşkarlanmışdır. Məhkəmə aşkar olunmuş maddələrlə bağlı qeyd edir ki, ilk dəfə saxlanıldıqda Təqsirləndirilən şəxs aşkarlanmış heoinin ümumi təmiz çəkisi şəxsi istehlak miqdarı (birdəfəlik istehlak həcmi) üçün nəzərdə tutulduğundan 14,43 dəfə, ikinci dəfə saxlanıldıqda isə heroinin ümumi təmiz çəkisi şəxsi istehlak miqdarından 5,92 dəfə, metamfetamin isə 4,06 dəfə çoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarına görə, şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Bundan başqa, həmin Plenum qərarından görünür ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələri ilə cinayət törətmiş təqsirkar tərəfindən təkrarən bu maddələrlə nəzərdə tutulan cinayət və ya həmin Məcəllənin 234.4.1 yaxud 234.4.3-cü maddəsi nəzərdə tutulan cinayətlərin hər hansı biri törədildikdə, şəxsin hərəkətlərinin hamısı Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi və ya Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 yaxud 234.4.3-cü maddələri ilə tövsif edilməlidir. İş materiallarından, təqsirləndirilən şəxsin həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə baxışı zamanı verdiyi ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub bir qrup şəxslə cinayətkar əlaqəyə girərək narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı danışıqlar aparmışdır. Habelə, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəsinə “Artyom yığacaq bu nömrəyə tema üçün, de yoxdur tema” məzmununda, “Daş çet yox yarı lazımdır. Çatıram” məzmununda, “qaqa yarı lazımdır. Alınar?” məzmununda, “Əli mənəm Motidi teli aç görüşək 25 manatı verimdə sənə” məzmununda, “2 ay qaqaş noldu seni gözləyirəm axı ağrıdayam bir söz dede mənə acda teli 35 m puldu 5 d borcumdan vererem” məzmununda, “Slış su limon duzu vozmi” məzmununda, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən “privet çerez 5 minut ya tebe pozvanu bud odeta koe kuda poydeş sroçno” məzmununda, “Tovar ppc mokrıy i malo axuel demey olar 3 q kola 1q şüşə” məzmununda, “ya sam jdu nasira bistro kinul foto poexal vzat. Luba toje spat xoçet mene göre qalıb yatmır kuda ideş takuyu poqodu sidi doma, ya sam spat xoçu daje ne oxoto yexat opat pozdno vernus luba orat budet ppc” məzmununda, “Ya dumal Nasir kimnul mne qolova naçalo bolet uje planı bili baba zakazat posle toqo как uvidel fotki poyexal obratno naşel korobke spiçnom bil” məzmununda, “nasiru napişi sabah 50 azn atacam 2 torpaq 1 daş yolla” məzmununda, “Eldəniz salam 8 manat borcuvu verdə, pula ehtiyac var” məzmununda, “salam fuad 5 manat borcuvu verdə pula ehtiyac var” məzmununda, “Nasiru napışı 4 torpaq 1 daş” məzmununda, “da skazalaşto poçem, как mne b-arit 50 man 2 p.zdec e mne daje ne vıqodno za 30 man davat polovinku steklo” məzmununda, “a saat 5 den çöldeyem donmuşam alınırsa gedey götürüyde sene görə qalmışam çöldə o qəhbə iranlı hele atmayıb onuda gözdiyirəm hele” məzmununda, “5 manatda borcunu ver qalır sende 10 azn borc dayı hörmət elədim verdim gözlədim başa düşdüm yoxdur pul anırna indi mənə özümə ehtiyac var sən ol” məzmununda, “salam yoxdu hecnə” məzmununda, “bura çatıb naxodu inet söndürün ne olmuşdu 30 verməyəsən 25 manat vermisən ona görə ?” məzmununda yazışmaların olduğu müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli “Mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefonunun kontaktlar bölməsində “Nasir” kimi qeydə alınmış +98***-***-**-** və “Babulya” (rus dilində yazılmış) kimi qeydə alınmış “+98***-***-**-**” saylı abonentlərin mobil nömrələri mövcuddur. Beləliklə, həmin sms mətnlərinin məzmunundan da görünür ki, Təqsirləndirilən şəxs “limon duzu”, “kola”, “daş”, “torpaq”, “şüşə” adları altında narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı yazılmalar etmiş, həmin narkotik maddələri xırda bükümlərdə bükülmüş halda üzərində saxlamaqla, daşımışdır. Təqsirləndirilən şəxs özü də məhkəməyə verdiyi ifadəsində pula ehtiyacı olduğu üçün narkotik vasitə və psixotrop maddələri satdığını bildirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı təqdim etdiyi narkotik vasitə olan heroin və metamfetaminin çəkilərinin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, narkotik vasitələrin növ müxtəlifliliyinə, üzərindən çıxan narkotik vasitənin tərkibinin eyniliyinə, xırda bükümlərdə olmasına, narkotik vasitənin dövriyyəsi ilə bağlı yazışmaların mövcud olmasına, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri pul müqabilində satmasını etiraf etməsinə və işin digər hallarına əsasən, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddəsinin sanksiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə bir halı qeyd etməyi zəruri bilir ki, şəxsiyyəti aydınlaşdırılarlən Təqsirləndirilən şəxs 2 azyaşlı uşağının olmasını bildirsə də, bunu təsdiq edən sənədi məhkəməyə təqdim etməmiş, “AZE MİS” Elektron Məhkəmə Sistemində onun övladının olması barədə məlumat əks olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal yoxdur. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılmış, məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar cəzadan azad olunmuşdur. Cinayət Məcəlləsinin 177.2.3-cü maddələsində nəzərdə tutulmuş cinayət az ağır kateqoriyaya aiddir və həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, cəza çəkilib qurtardığı gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi və cəza təyin edilərkən məhkumluq Məcəlləyə uyğun nəzərə alınır. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə müəyyən edilmiş cəzası Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən 6 ay azaldılmış, o, xx.xx.2022-ci il tarixdə cəzadan azad olunmuş, azad olduğu tarixdən isə yeni cinayət törədənək 2 il müddət keçməmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, irəli sürülmüş ittihamın ağır cinayətlər təsnifatına aid olduğunu, ictimai təhlükəliliyini, cəzasını yüngülləşdirən halın olmamasını, cəzasını ağırlaşdıran halın olmasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, onlara Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 27 fevral 2023-cü il tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 3 (üç) gün müddətə şübhəli şəxs qismində tutularaq saxlanılmış, daha sonra barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə də, məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 3 (üç) gün müddət bir günə bir gün hesabı ilə cəmi 3 (üç) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 173 (bir yüz yetmiş üç) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 bükümdə 2,115 qram narkotik vasitə olan heroin, 06 ədəd bükümdə 0,788 qram narkotik vasitə olan heroin və 03 ədəd bükümdə 0,509 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokollara əlavə edilmiş müvafiq 02 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. xx.xx.2023-cü il tarixli “İş üzrə toplanmış sübutlara qiymət verilməsi və cinayət işinin materiallarından digər cinayət işinin ayrılması haqqında” qərarın nəticə hissəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə aparılmış “Şəxi axtarış və götürmə” istintaq hərəkəti zamanı götürülmüş 1 ədəd “Samsung” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən məhkəmənin hökmünə qədər Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə saxlanılması qərara alınmışdır. Odur ki, hazırki hökm qanuni qüvvəyə mindikdən sonra həmin 1 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X9 22 oktyabr 2022-ci il tarixli, 6262 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixədək tutulduğu 03 (üç) gün müddət bir günə bir gün hesabı ilə cəmi 03 (üç) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 05 (beş) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 27 fevral 2023-cü il tarixdən hesablansın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 173 (bir yüz yetmiş üç) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 bükümdə 2,115 qram narkotik vasitə olan heroin, 06 ədəd bükümdə 0,788 qram narkotik vasitə olan heroin və 03 ədəd bükümdə 0,509 qram psixotrop maddə olan metamfetamin məhv edilsin, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokollara əlavə edilmiş müvafiq 02 ədəd “DVD” diskin cinayət işinin materiallarında saxlanılsın. 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-477/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-477/2024
05.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver