Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-477/2025 13.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Namazov Fərid oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – “Fortiori” Vəkil Bürosunun vəkili X12, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 02 (iki) azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 13 mart 2025-ci il tarixdə, saat 17:20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3,423 qram çəkidə psixotrop maddə metamfetamini və xeyli miqdarda 20,23 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla, ünvan 3 ünvanına daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 12 mart 2024-cü il tarixdə saat 13:46-da qeyd edilən ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə 7 ünvanında yerləşən Baş İdarəyə gətirilməklə orada həmin gün saat 15:22-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol iç cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd sellofan paketdə çəkisi 20,23 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd sellofan bükümdə çəkisi 3,423 qram olan külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (Cinayət Məcəlləsi və ya CM) 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 11 mart 2024-cü il tarixdə günorta radələrində Ağcabədi rayonundan Bakı şəhərinə gəlib Yasamal rayonunda taksidən düşdükdə polis əməkdaşları tərəfindən saxlanılıb Baş Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdır. Saxlanılarkən üzərində hər hansı narkotik tərkibli maddə olmamasına baxmayaraq, həmin Baş İdarədə polis əməkdaşları onun cibinə narkotik tərkibli maddələr qoymuşdur. Həbs edilməsinin səbəbini bilmir. Təxminən 3-5 il əvvəl 2 və ya 3 dəfə az miqdarda marixuanadan istifadə etmişdir. Lakin tutulduğu dövrdə heç bir narkotik tərkibli maddədən istifadə etməmişdir. Əvvəllər məhlumluğu olmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs polis əməkdaşlarının onunla hər hansı qərəzlərinin olub-olmadığını bilmədiyini, ibtidai istintaq dövründə verdiyi ifadəsini oxuduğunu, ittiham aktı ilə tanış olduğunu, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki zorakılıq edildiyini, polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı heç kimə şikayət etmədiyini, Yasamal rayonunun ərazisində taksidən düşüb 5-6 addım hərəkət etdikdən sonra Baş İdarənin 2 nəfər polis əməkdaşı tərəfindən saat 11-12 radələrində saxlanıldığını, həmin polis əməkdaşları özlərini təqdim etdikdən sonra ondan üzərində kəsici-deşici alət və narkotik tərkibli maddə olub-olmadığını soruşduqlarını, saxlanılmazdan əvvəl 10 gün ərzində Ağcabədi rayonunda yaşadığını, ibtidai istintaq zamanı ilk ifadəsini təzyiq altında verdiyindən həmin ifadəsini təsdiqləmədiyini, sonrakı ifadəsini isə təsdiqlədiyini, ifadələrin sonundakı imzaların ona məxsus olduğunu bildirdi. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) 327.1.3-cü maddəsinə əsasən, elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs 12 mart 2024-cü il tarixdə verdiyi ifadələrdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, uzun müddətdən bəri narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. O, həm üzərindən aşkar edilmiş narkotik vasitəni, həm də psixotrop maddəni polis əməkdaşları tərəfindən saxlanılmazdan iki gün əvvəl yaşadığı ünvanın yaxınlığından tapmış və istifadə etmək məqsədilə götürüb üzərində saxlamışdır. Marixuananı və “patı”nı (psixotrop maddə metamfetamin) götürməkdə məqsədi yalnız istifadə etmək olmuş, satış və ya başqa niyyəti olmamışdır. 12 mart 2024-cü il tarixdə saat 13:46 radələrində ünvan 3 ünvanının yaxınlığında olarkən ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim etmiş, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmiş, o da özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişdir. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq üzərində adını “marixuana” və “patı” olaraq bildiyi narkotik vasitələrin olduğunu etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmiş, o, buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilərkən, üzərində narkotik vasitə və ya psixotrop maddə olduğu təqdirdə, təqdim etməsi təklif edildikdə, o, əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 01 ədəd sellofan paketi və 01 ədəd sellofan bükümü, qara rəngli cins şalvarının sağ yan cibində olan şəxsiyyət vəsiqəsini və 01 ədəd "xxxx" ASC-yə məxsus plastik bank kartını, şalvarının sol yan cibindən 01 ədəd “İphone" markalı mobil telefonunu və 77 manat məbləğində pulunu, gödəkçəsinin sol yan cibindən 10 qəpik pulu çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra üzərinə şəxsi axtarış həyata keçirilsə də, əlavə əşya və ya maddələr aşkar edilməmişdir. Təqdim etdiyi 01 ədəd şəffaf sellofan paketə baxış keçirilərkən həmin paketin içərisində qurudulmuş marixuananın olması, təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilərkən isə içərisində psixotrop maddə metamfetaminin olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı o, üzərindən aşkar olunan marixuananı təxminən bir ay əvvəl şəxsi istifadəsi üçün X4 300 manata aldığını, üzərindən aşkar olunan “patı” kimi tanıdığı maddəni isə iki gün əvvəl yaşadığı ünvanın yaxınlığından tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, bu maddələrin onda olduğunu heç kimin bilmədiyini, həmin maddələrdən heç kimə satmadığını, hədiyyə və ya pay vermədiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş maddələr sübut əhəmiyyətinə malik olduğundan polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra təqdim etdiyi “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən polis əməkdaşları tərəfindən götürülmüşdür. 77 manat 10 qəpik pul isə ona geri qaytarılmışdır. Daha sonra şəxsi axtarış və götürmə qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün həmin protokolu imzalamışdır. Bundan başqa Təqsirləndirilən şəxs 14 mart 2024-cü il tarixdə əlavə olaraq verdiyi ifadələrdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, ilk ifadəsini təsdiqləməklə, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra əsəbi və pis vəziyyətdə olduğundan, nə deyəcəyini bilmədiyi üçün aralarında ədavət olan X8 adını çəkərək narkotik vasitəni sonuncudan aldığını bildirmiş, lakin sonradan etdiyinin yanlış olduğunu başa düşmüşdür. Həmin hissədə ifadəsinə dəyişiklik edir. Bundan əlavə, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ifadəsində isə göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində ünvan 3 ünvanının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmış, üzərindən aşkar olunmuş marixuana və psixotrop maddə metamfetaminin hər ikisi o, saxlanıldıqdan sonra polis əməkdaşları onun üzərinə qoymuşdur. O, təzyiqlərdən qorxduğu üçün müqavimət göstərməmişdir. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, CPM-in 143-cü və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə kollegiyası qanunvericiliyin bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında düşmənçilik və ədavət olmamışdır. Satış məqsədilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs 12 mart 2024-cü il tarixdə saat 13-14 radələrində yaxınlaşıb özlərini təqdim etdikdən sonra sonuncudan şəxsiyyəti barədə məlumat verməsini tələb etmiş, daha sonra isə Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarədə təhqiqatçı tərəfindən videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin aşkarlanmış, Təqsirləndirilən şəxs həmin narkotik vasitə qurudulmuş marixuananı tanışı X4 300 manata, psixotrop maddə metamfetamini isə “Rəşad” marketin yaxınlığından şəxsi istifadəsi üçün əldə etdiyini bildirmiş, aşkar olunmuş narkotik tərkibli maddələr ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq Şahid o və X5 ibarət yaradılmış əməliyyat qrupunun rəhbəri olduğunu, saxlanılarkən Təqsirləndirilən şəxs o və digər polis əməkdaşına hər hansı müqavimət göstərmədiyini, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi zorakılıq edilmədiyini, Təqsirləndirilən şəxs yaxınlaşarkən məsuliyyətdən yayınmadığını, Təqsirləndirilən şəxs ünvan 3 ünvanının yaxınlığında saxlanıldığını, aşkarlanmış narkotik tərkibli maddələrin Təqsirləndirilən şəxs məxsus olduğunu, saxlanılarkən Təqsirləndirilən şəxs tək olduğunu, saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah edildiyini, həftənin hansı günü Təqsirləndirilən şəxs saxlanıldığını bilmədiyini, əməliyyat avtomobili ilə gedib Təqsirləndirilən şəxs saxladıqlarını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, həmin ifadəsinin sonundakı imzaların ona məxsus olduğunu bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş X11 Şahid məhkəmədə verdiyi ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. (Cild 1, iş vərəqə 4) xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və 3-13-6/Ə132/2024 nömrəli “Əməliyyat qrupunun yaradılması haqqında” əmrdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz tədbirlər keçirilməklə yaxalanmasından ötrü Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid və X6 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 5-6; 7-8) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:46-da ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 9) xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 18-19) xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan, xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 01 ədəd sellofan paketi və 01 ədəd sellofan bükümü, qara rəngli cins şalvarının sağ yan cibində olan 01 ədəd şəxsiyyət vəsiqəsini və 01 ədəd üstündə 4189 8000 8423 7724 rəqəmləri qeyd olunmuş "xxxx" ASC-yə məxsus plastik bank kartını, şalvarının sol yan cibindən 01 ədəd “İphone" markalı mobil telefonu və 77 manat məbləğində pul vəsaitini, gödəkçəsinin sol yan cibindən 10 qəpik pulu çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan paketə baxış zamanı içərisində yaşıl rəngli, ot şəkilli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 01 ədəd şəffaf sellofan bükümdə isə ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik olan psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan paketdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni təxminən 1 ay əvvəl X7 300 manata şəxsi istifadəsi üçün aldığını, həmin kütlədən heç kimə vermədiyini, heç kimə satmadığını, eləcə də 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddəni xx.xx.2024-cü il tarixdə yaşadığı ünvanın yaxınlığından tapdığını, şəxsi istifadəsi üçün üstündə saxladığını, əvvəllər narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon, 01 ədəd şəxsiyyət vəsiqəsi və 01 ədəd üzərində 4189 8000 8423 7724 rəqəmləri qeyd olunmuş "xxxx" ASC-yə məxsus plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır. (Cild 1, iş vərəqə 26-29; 134) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2024-cü il tarixli, 3-16-16-2-7/417 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş...” yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan paketdə təmiz çəkisi 20,23 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi 20,23 qram olmuş, 0,05 qram tədqiqata sərf edildikdən sonra 20,18 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 39-43) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1468 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 3,423 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-nin siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi 3,423 qram olmuş, 0,050 qram tədqiqata sərf edildikdən sonra 3,373 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 43-47) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 61-62) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 371/2024 nömrəli qərarından görünür ki, əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(005)-896/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 02 (iki) ay müddətə, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 94-98; 204-208) xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sonra qalıq qalan 3,373 qram çəkidə psixotrop maddə metamfetamin və 20,18 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana öz xüsusiyyətinə, əlamətlərinə və cinayət işi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik göstərdiyinə görə maddi sübut kimi tanınmaqla, saxlanılması üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanma otağına təhvil verilmişdir. (Cild 1, iş vərəqə 110-111) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(005)- 866/2024 nömrəli qərarından görünür ki, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid tərəfindən qəbul edilmiş və həmin Baş İdarənin rəisi tərəfindən təsdiqlənmiş xx.xx.2024-cü il tarixli qərar qanuna uyğun hesab edilmişdir. (Cild 1, iş vərəqə 119-120) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X20 xx.xx.2024-cü il tarixli, 4641 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 123) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X13 xx.xx.2024-cü il tarixli, xx/xx-4282 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur. (Cild 1, iş vərəqə 124) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. (Cild 1, iş vərəqə 129-130) xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2024-cü il tarixli anten məlumatlarına baxış keçirilmiş, baxış zamanı "xxxx" MMCdən 6791 nömrəli məktubla daxil olmuş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskdən Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsinin olduğu, xx.xx.2023-cü il tarixdə saat 12:20:58-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Елмир гага 20 лий шей дузмей олар”; xx.xx.2023-cü il tarixdə saat 01:53:16-da ***-***- **-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa dəyiş düyüşə görə səni gözləyirəm. Birdə varsa kartıma 20m at"; xx.xx.2023-cü il tarixdə saat 23:49:46-da 050- ***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə “Elmir yatmiram seni gozduyrem qaqa basimda xarab olub senol gel meni gor get pulun verecem narahat olma”; xx.xx.2023-cü il tarixdə saat 10:29:32-də ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə “Гага юл усдейем ма бирдене шей вер пулуда аерирем”; xx.xx.2023-cü il tarixdə saat 11:23:33-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Гага ма шей аер чеке чеке айрапота кефиром телеф ач кишисен”; xx.xx.2023-cü il tarixdə saat 15:44:25-də ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə “Qaqa ma puluynan 2 papros sey lazimdi emele gelir ustumdedi pul?”; xx.xx.2023-cü il tarixdə saat 15:24:27-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Babekdesen? Tema lazimdi”, xx.xx.2023-cü il tarixdə saat 02:18:28-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Yata bilmirem mene bir paproz wey vereydin oldum”; xx.xx.2024-cü il tarixdə saat 22:12:42-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Eımir onu 7 ədəd elə” tipli mesajların yazıldığı müəyyən edilmişdir. (Cild 1, iş vərəqə 132-133) xx.xx.2024-cü il tarixli “Cinayət işinin istintaq materiallarına əlavə edilmiş mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “İphone” markalı mobil telefona baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hal aşkarlanmamışdır. (Cild 1, iş vərəqə 135) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X13 Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2024-cü il tarixli 2361 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal- hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 143-144) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X13 xx.xx.2024-cü il tarixli, 160/MEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 145-147) xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxsin ilkin ifadəsi, şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları və işdə olan digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 148-157) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 167-168) xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı zorakılıq edilməsi faktı öz təsdiqini tapmadığından, cinayət işinin başlanması rədd edilmişdir. (Cild 1, iş vərəqə 209-210) xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında” qərardan görünür ki, xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında” qərar iş üzrə nəzərə alınmış, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən qəbul edilmiş 08 iyul 2024cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 211-212) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17-40/2-8071/2024 nömrəli məktubu və ona əlavə edilmiş tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan həmin kitabçanın “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” adlı 12-ci qrafasında “Xəsarət almadığını bildirir” qeydi, “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” adlı 13-cü qrafasında “Sol topuğun içəri səthində, sağ əlin arxa səthində köhnə çapıq toxuma” qeydi yazılmışdır. Əməlin tövsifi və digər hüquqi məsələlər: Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarına əsasən, hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı məhkəməyədək icraat zamanı fiziki və psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. Həmin xüsusatla bağlı məhkəmədə dindirilərkən şahidlər Şahid (xx.xx.2024-cü il tarixli məhkəmə iclasında), X11 (xx.xx.2024-cü il tarixli məhkəmə iclasında) Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zorakılıq etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası barəsində həbs qətimkan seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına daxil olarkən Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət olub-olmadığını müəyyən etmək üçün həmin təcridxanaya müraciət etmişdir. Məhkəmədə elan edilərək tədqiq edilmiş Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17-40/2-8071/2024 nömrəli məktubu və ona əlavə edilmiş tibbi kitabçanın kserosurətinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təcridxanaya gətirilərkən keçirilmiş müayinə zamanı hər hansı xəsarət almadığını və şikayətinin olmadığını bildirmiş, sol topuğun içəri səthində, sağ əlin arxa səthində köhnə çapıq toxuması izi müəyyən edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə bir halı da qeyd edir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilib-seçilməməsi məsələsinə baxılarkən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət və təqdimatın təmin edilməməsini bildirmiş, lakin polis əməkdaşları tərəfindən saxlanılarkən ona hər hansı fiziki və ya psixi təzyiq edilməsi barədə heç bir fikir bildirməmişdir. 08 iyul 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı zorakılıq edilməsi faktı öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində olan məhkəmə-tibbi ekspertizasının 160/MEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni səthində xəsarət aşkar edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 140.0.1-ci maddəsinə əsasən həmçinin bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri tibb sahəsində olan ekspert rəyi ilə müəyyən olunur. Buna görə də, aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri-insani rəftəra məruq qalması faktı öz təsdiqini tapmamış, toplanmış materialda cinayət hadisəsinin olması müəyyən edilməmişdir. Bundan başqa, cinayət işinin materialları və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat aparılarkən polis əməkdaşları tərəfindən ona edilmiş hər hansı zorakılıqla bağlı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə bildirməsi, habelə müvafiq “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada mübahisələndirməsi müəyyən edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Həmçinin, “Məhkəmə hökmü haqqında” müvafiq plenum qərarından göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X1rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Halbuki Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkətləri keçirilərkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, barəsində keçirilmiş istintaq hərəkətləri zamanı polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi, fiziki və sair zorakı hərəkətlərə məruz qalmadığını tam sərbəst şəkildə ifadə etmiş, həmçinin mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də, Təqsirləndirilən şəxs saxlanılarkən və üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən əsaslı şübhə mövcud deyildir. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Məhkəmə Təqsirləndirilən şəxs fiziki və psixi zorakılıqla bağlı öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs saxlanıldığı tarixi mübahisələndirməklə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə yox, xx.xx.2024-cü il tarixdə saxlanıldığını, habelə saxlanılarkən üzərində hər hansı narkotik vasitə və psixotrop maddənin olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi həmin xüsusatları araşdırmışdır. Məhkəmə tərəfindən verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılarkən üzərində ***-***-**-** saylı mobil nömrənin aktiv vəziyyətdə olduğunu bildirmişdir. Cinayət işinin materiallarının 1-ci cildinin 131-ci vərəqində olan, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 6791 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd diskə məhkəmə iclasında proses iştirakçılarının iştirakı ilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Ağcabədi rayonundan Bakı şəhərinə gəlmişdir. Lakin həmin mobil nömrənin anten məlumatlarına görə o, xx.xx.2024-cü il tarixdə, saat 14:58-də Hacıqabul rayonu, Muğanlı qəsəbəsində olmuş, Bakı şəhərində isə müvafiq mobil nömrə həmin tarixdə saat 22:10-da aktivləşmişdir. Təqsirləndirilən şəxs mobil nömrəsi xx.xx.2024-cü il tarixdə saat 00:17-də Babək prospekti, Keşlə qəsəbəsində, saat 10:58-də “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında, saat 12:17-də isə Bəhruz Nuriyev 37B ünvanında aktiv görünmüşdür. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılması ilə bağlı məhkəmə dedikləri həqiqəti əks etdirmədiyindən, məhkəmə onun həmin ifadəsini məsuliyyətdən yayınmağa yönəlmiş addım kimi qiymətləndirir. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinin həqiqət olub-olmadığını yoxlamaq üçün verilmiş suallara cavab olaraq şahidlər Şahid və X11 Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini təkzib edib sonuncunun xx.xx.2024-cü il tarixdə saxlanıldıqdan dərhal sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı təzyiqin olmadığını, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində aşkarlanmış 01 ədəd sellofan paketdə çəkisi 20,23 qram olan narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd sellofan bükümdə çəkisi 3,423 qram olan psixotrop maddə metamfetamini təqdim etdiyini, sonuncunu narkotik tərkibli maddələrin satışı ilə məşğul olması barədə ifadə verməyə məcbur etmədiklərini söyləmişlər. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, habelə məhkəmə istintaqı zamanı həmin protokola əlavə edilmiş diskə baxışa əsasən şəxsi axtarış və götürmə istintaq hərəkəti Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 01 ədəd sellofan paketi və 01 ədəd sellofan bükümü masanın üzərinə qoymuşdur. Təqdim etdiyi 01 ədəd şəffaf sellofan paketə baxış zamanı içərisində yaşıl rəngli, ot şəkilli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 01 ədəd şəffaf sellofan bükümdə isə ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik olan psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən edilmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokollara qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeydlər də əlavə olunmuşdur. Həmin istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs sərbəst şəkildə müvafiq narkotik tərkibli maddələri əldə etməsi, saxlaması və daşıması barədə məlumat vermişdir. Həmin kütlələr ekspertizaya göndərilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16-2-7/417 nömrəli və 3-16-16/2-6/1468 nömrəli ekspert rəylərinə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik vasitə, yəni qurudulmuş marixuananın ümumilikdə təmiz çəkisinin 20,23 qram, psixotrop maddə, yəni metamfetaminin ümumilikdə təmiz çəkisinin 3,423 qram olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır, belə ki, onun məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqi tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə şahid ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şəxs nəinki hər hansı maddi maraq naminə (qazanc, digər mənfəət əldə etmək, özünü və ya yaxınlarını müəyyən maddi öhdəliklərdən azad etmək məqsədilə), həm də qeyri-əmlak xarakterli, məsələn əldə edənin qarşısında hörmət və nüfuz qazanmaq, özünü ona sadiq dostu və ya tanışı kimi təqdim etmək və bu kimi digər məqsədlərlə narkotik vasitələrin və ya psixotrop maddələrin yayılmasına yönəlmiş (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən və ictimai zərərli maraqla şərtləndirilən) hərəkətlər etdiyi halda da həmin şəxsin əməlləri bu vasitə və maddələrin satış məqsədilə törədilmiş əməllər kimi qiymətləndirilməlidir. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4- 1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixdə Azercell “MMC”-dən daxil olmuş 6791 nömrəli nömrəli məktubla daxil olmuş “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müxtəlif tarix və vaxtlarda, fərqli şəxslərdən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Елмир гага 20 лий шей дузмей олар”, “Qaqa dəyiş düyüşə görə səni gözləyirəm. Birdə varsa kartıma 20m at”, “Elmir yatmiram seni gozduyrem qaqa basimda xarab olub senol gel meni gor get pulun verecem narahat olma”, “Гага юл усдейем ма бирдене шей вер пулуда аерирем”, “Гага ма шей аер чеке чеке айрапота кефиром телеф ач кишисен”, “Qaqa ma puluynan 2 papros sey lazimdi emele gelir ustumdedi pul?”, “Babekdesen? Tema lazimdi”, “Yata bilmirem mene bir paproz wey vereydin oldum” və “Eımir onu 7 ədəd elə” tipli mesajların yazıldığı müəyyən edilmişdir. Mesajların mətnlərindən də göründüyü kimi, müxtəlif şəxslər Təqsirləndirilən şəxs “şey”, gül”, “papros sey”, “tema” şərti adları ilə narkotik vasitə və psixotrop maddələr istəmişdir. Beləliklə, məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə düzgün tövsif edilmiş, o, satış məqsədilə xeyli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. CPM-in 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə cinayətprosessual qanunvericiliyin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmaması və hazırki hökmlə münasibət bildirilmiş digər xüsusatlarla bağlı ifadəsində göstərdiyi halları və gətirdiyi ziddiyyətli dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilməsi qənaətinə gəlir və onun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə kollegiyası yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının müddəalarını da nəzərə alır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 (iki) azyaşlı, yəni xx.xx.2011-ci il və xx.xx.2015-ci il təvəllüdlü uşaqlarının olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə məhkum olunmamasını, məhkəmə icraatı zamanı davranışını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmadığını qeyd edir. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır. Təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə iclasında elan edilib tədqiq edilmiş cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-371/2024 nömrəli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(005)-896/2024 nömrəli qərarına əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay müddətə, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 12 mart 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş “Respublika Narkoloji Mərkəzi” X13 xx.xx.2024-cü il tarixli 2361 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Məhkəmə kollegiyası, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Cinayət- Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,373 qram çəkidə psixotrop maddə metamfetamin və 20,18 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 159 (bir yüz əlli doqquz) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə kollegiyası gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X2 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 05 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti, yəni hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 12 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,373 qram çəkidə psixotrop maddə metamfetamin və 20,18 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs 159 (bir yüz əlli doqquz) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(101)-477/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-477/2025
13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver